Günəşin şəhəri - Madrid bələdçisi

Günəşin şəhəri - Madrid İspaniyaya gedən birinə "axı sənin orada nə işin var?" sualını verə bilərsiniz Ötən il pandemiyanın ciddi zərbə vurduğu, minlərlə insanın vəfat etdiyi İspaniyada sərt karantin rejimi tətbiq olunmur.Restoranlar, otellər və ticarət mərkəzləri açıqdır. Küçədə maska taxmaq şərtdir və gecə 11-də komendant saatı başlayır. Amma Madridin mərkəzində buna əməl edənlər o qədər də çox deyil.İndi isə səfər barəsində vacib məlumatlar.SƏFƏRDƏN ÖNCƏ VACİB MƏLUMAT:Avropa İttifaqı ölkələrindən İspaniyaya rahatlıqla getmək olur. Səfərdən öncə 72 saat qüvvədə olan COVID-19 PCR testini vermək lazımdır. Uçuşdan öncə İspaniya Səhiyyə Nazirliyinin saytında qeydiyyat keçmək lazımdır. Daha sonra nazirlik qeydiyyatdan keçən hər kəsə fərdi QR kod göndərir. Bu kodu yükləməlisiniz, çünki hava limanında yoxlayacaqlar.UÇUŞ:Varşavadan Madridə və əks istiqamətə WizzAir-lə uçdum. Gediş-dönüş biletinin qiyməti 80 avro oldu. Qeyd edim ki, biletə yalnız bir əl yükü daxil idi. Madridə endikdə prosedur çox sadə oldu. QR kod yoxlanıldı və ötəri test nəticəsinə baxdılar (öncədən Polşada diqqətlə yoxlanılmışdı).Hava limanından şəhərin mərkəzində avtobuslar gedir. Əgər mərkəzə gedirsinizsə, "Cibelles" meydanına gedən avtobusa minməlisiniz. Avtobusda gediş haqqı 5 avrodur və tez zamanda Madridn mərkəzinə çatır. HARADA QALMALI?İspaniyada "hostal" adlandırılan, amma tipik hostellərə bənzəməyən, fərdi vanna otağları olan, lazımi avadanlıqları olan qonaqlama yerləri var. Hostalda səhər yeməyi və otaqda soyuducu olmur. Amma qalan hər şey otel otağındakı kimidir. Mən şəhərin tam mərkəzində Gran Via küçəsində hostal tapmışdım. Şəhərin mərkəzi Plaza Mayor meydanına piyada 10 dəqiqəlik məsafədə yerləşirdi. GÖRMƏLİ YERLƏR:Madrid incəsənət və futbolun şəhəridir. Prado Muzeyi və Reina Sofiya Muzeyi şəhərdə turistlərin ən çox üz tutduğu yerlərin başında gəlir. Pradoda dünya incəsənətinin incilərini, daha dəqiq desək Qoyanın, Rembrandtın, Velaskesin, Karavacionun əsərlərini görmək mümkündür. Pikasso və Dali həvəskarısınızsa, Reina Sofiya muzeyinə getməlisiniz.Nəzərə alın ki, hər iki muzeydə şəkil çəkmək qadağandır və hər küncdə nəzarətçilər dayanır Futbolu sevib-sevməməyinizdən asılı olmayaraq, Santiaqu Bernabeu Stadionuna getməyinizi məsləhət görürəm. Stadionda təmir işləri getsə də, tribunanın bir hissəsi və muzey turistlər üçün açıqdır. Həftənin bütün günləri gəlmək mümkündür.YEMƏK:İspan mətbəxi zəngindir və bəzi yeməklərin dadı doğma gələ bilər)))Əsasən düyü, kartof, toyuq əti, zeytun yağı və balıqdam istifadə edirlər. Donuz ətindən olan yeməklər də kifayət qədərdir. Bu baxımdan, yemək sifariş edərkən, mütləq qaydada hansı ətlərdən istifadə olunduğunu dəqiqləşdirin.İSPANLAR VƏ ÜNSİYYƏT:İspanlar çox istiqanlı millətdirlər. Hər kəs çox rahatdır və öz işindədir. İspanlar yardımsevərdirlər. Sual verdikdə əllərindən gələni edib kömək edirlər. Hər il milyonlarla turistin gəlməsinə baxmayaraq, İspaniyada ingilis dilinin səviyyəsi o qədər də yüksək deyil. Bəzi hallarda şəhərin mərkəzindəki restoranlarda ofisiantlar ancaq ispan dilində danışırlar. Buna rəğmən İspaniyada ünsiyyətdə problem olmur. Çünki qarşılarında olan insanı stresə salmırlar, səbrlə izaj etməyini gözləyirlər. QEYD: Madridin gəzmək üçün ən yaxşı vaxt yaz erkən payızdır. Yayın çox isti keçdiyi deyilir.Bir sözlə, Madriddə pandemiya və onun gətirdiyi çətinlikləri unutmaq üçün hər şərait yaradılıb. Sağlam olun! :) Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Suliddin Baghirov

974 dəfə oxunub

Avropada alış-veriş - Gəzəyən məsləhəti

Əhvalımın saz vaxtında gəlin sizə bütün qadınların cənnəti, kişilərin qorxulu yuxusu olan şoppinq-dən danışım. Avropada şoppinqi siz məndən soruşun. Di başladıq. 6 ilə yaxın vaxtdır ki bizim hamımızın çox sevdiyi Zara mağazalar şəbəkəsinin vətəni olan İspaniyada yaşayıram. Zara, Massimo Dutty, Stradivarius və sair mağazaların daxil olduğu İnditex firması dünyanın ən varlı şirkətlərindən biridir və pandemiya dövründə ən yaxşı qazananlardan biri olub. Haşiyə olaraq deyim ki, məhz bu şirkətin sahibi İspaniyada döş xərçəngi müalicəsini pulsuz edən insandır. Zamanında çox kasıb anası bu xəstəlikdən öldüyü üçün bu şəxs İspaniyada döş xərçənginə yaxalanmış qadınların müayinə və müalicəsinə hər il milyonlarla avro pul ayırır. Deməli, Zara dediyimizin bir üst seqmenti Massimo Dutty, bir alt seqmenti isə Letfies adlı şəbəkədir. Digərləri isə törəmə şirkətlər olub ayrıca fəaliyyət göstərirlər. Bu barədə İnternetdə oxuya bilərsiz. İspaniyadakı Zara , MD və Letfies (zatən Letfies ancaq yerli bazar üçündür, digər Avropa ölkələrində görməmişəm) kolleksiyası Avropanın digər ölkələrindəki ilə eyni deyil. İspanlar bir az daha rəngarəng, açıq-saçıq və qaraçıvari geyimləri sevir deyə, onların zövqləri məsəlön daha qapalı geyinən Türkiyə və ya daha isti geyinən Almaniya ilə eyni deyil. Azərbaycanlılr üçün ispan Zarası elə də cəlbedici olmayacaq (bəzi baza geyimləri çıxmaq şərti ilə). İspan Zara-sı ildə 4 dəfə endirimlərə gedir ki, bunların ən ləzzətlisi qış (7 yanvar-1 mart) və yay (1 iyul-31 avqust) endirimləridir. Beyni yanır adamın. Ümumiyyətlə, dediyim iki dövrdə İspaniyada bütün (!) mağazalarda 50 faizdən başlayan endirimlər olur. Burada satış siyasəti bu sezonun məhsulunu gələn sezona saxlamamaqdır. Satılmayan mallar isə stoklara gedir, online satışa buraxılır, daha bahalı olanlar outletlərə, daha ucuzlar isə üçüncü dünya ölkələrinə, habelə bizə gəlir. İspaniyada şopping etmək ayrıca zövqdür, çünki digər Avropa ölkələrindən fərqli olaraq, burada satıcı sizi girinc etmir. Öz əlin, öz başın, istədiyin kimi gəz. Bu arada, Zara endirimləri digər mağazalardakı endirim dövrləri ilə eyni deyil. Mağazaların bir küncündə həmişə qiyməti ucuzlaşdırılmış mallar var. İnsanlar daha çox app vasitəsilə online alır, sonra həmin malları ən yaxın mağazaya sifariş edir, istəsə orda, istəsə evdə geyinib baxır, bəyənməsən rahatca gedib qaytarırsan. İspaniyada outletlər və Primark. Primark deyəndə yadıma Londonakı hadisə düşür. Avropaya ikinci səfərimdə Primarkla tanış oldum və yaşıl turist olaraq aşiq oldum. İlk gedişimdə alış-veriş dənizində boğulurdum ki, birdən qulağıma doğma səs gəldi: Tomaa, davay hər uşağa bir aqqaş alaq, yoxsa qohumlara hədiyyə çatdırmaq olar? Bura zor ucuzdur!Sizi kədərləndirim: Primark artıq elə də ucuz deyil. Bu yaxında getmişdim, mən oradan uşaqlara alt paltarı alıram. Üst geyimi indiyədək 2-3 dənə almışam və geyinmirəm deyə kiməsə vermişəm. Birincisi, çox pis qoxuyur. İstəsəz lap 5 qat tər zadından çəkin, xeyri yoxdur. Material çox ucuz və keyfiyyətsizdir. İkincisi, qiymətlər bahalaşıb, artıq o keyfiyyət üçün mənə baha gəlir, Letfies və ya C&A daha yaxşı variantlar təklif edir. Üçüncüsü, çeşid maraqsızdır. Outletlər isə konkret Madriddən danışsaq, şəhərin kənarındadır. 3 cür outlet var: brand malların (Versache, Burberry flan), orta segment: (Trucco, Massimo Dutty, Cortefiel), aşağı seqment: hər şey. Mən daha çox ortaya gedərdim, çünki mənə daha uyğun idi. Bahalı brandlər olana isə qış və yay endirimində gedirdim, onda da istədiyini tapmaq çətin, amma mümkündür. Endirim vaxtı ilk 10 gündə getmək məsləhətdir. Sonra seçilmiş mallar qalır, amma bu zaman da endirim faizi artır. İlk 40-50 faizdə maraqlı bazarlıq etmək olur, sonra isə, ya Allah, artıq bəxtinə baxır.Mən başqa Avropa ölkələrinin qı endirimində olmuşam (Latviya,Polşa, Danimarka), amma İspaniyadakı çeşid bolluğu yox idi. Milanda olmamışam heç outletdə, yalan deyərəm. İspaniya çox ucuzdur geyim barədə. Xüsusilə, yerli brendləri olarsa. Bir outletdə bütün gün keçirmək olar. Restoran və kafelər də var. Səvyəli))Madriddə maraqlı outletlər bunlardır: Factory Outlet Getafe, Factory outlet San-Sebastian, Outlet Las Rozas. Bu arada, İspaniyada məşhur və ən böyük alış-veriş mərkəzi olan El Corte İngles var ki, onun da stokları yuxarıda adını çəkdiyim outletlərdə var. Amma məhz orda çox axtarıb əla məhsullar tapa bilərsiz. Pomada ləkəsi olan, düyməsi qopan, amma realda qiyməti dəfələrlə baha geyimləri 2-3 dəfə ucuza almaq olur. Uğurlar!

1316 dəfə oxunub

Likya yolu - Türkiyənin uzun yürüş marşrutu

LİKYA yolu ‘ Lycian way’ 0-dan sona ( ‘509’-a +24) Hər halda bir çoxumuz Likya yolunu tanıyırıq və ya məlumatımız var. Start nöqtələri ( Antalya’ya bağlı) Geyikbayırında və Fethiye’nin Ovacık kəndindən ( köy) başlayır. Mənim etdiyim kimi etsəz daha məqsədəuyğun olar, ilk öncə Fethiye’den başlamaq. Səbəb olaraq, ilk öncə mütləq kayaköy və ya digər adıyla tərk edilmiş karmlyasosu görmək bir gün Fethiye’de qalıb ümumən hazırlaşmaq. Ovacik’dan başlamağın digər bir səbəbiysə çox insanın tərcihi olan ilk 4 etapı görmək. Ümumən 23+1 etap vardır. Çətinlik və Asan olmaq üzrə etaplar fərqlidi. Əgər ekipmanınınız yaxşı deyilsə və az-maz təcrübəniz yoxdursa ilk 4 də bitirməyiniz məsləhətdi. Mən Fevral ayının 3’də Ovacık kəndində başlayıb 27g( +1) si Geyikbayirida bitirdim. Günlük yürümə 19’km dən yuxarı olurdu. Ümumən hər etapın öz gözəlliyi və fərqliliyi var. Mənim üçün ən çətini Demre etapıydı, ümumən Likya yolunu yürümək fikriniz olsa, bu yol ən çətinidir, unutmayın. Ən rahat etaplarıysa ilk 3 etapdır.Yolda yürüyüş zamanı itmə ehtimalınız hardaysa 0-a bərabərdir yol işarələrini təbii ki anlayırsanız əgər. Əlbəttə bir şeyidə unutmaq olmaz bəzi yerlərdə işarələr yox olur, ondan xəritədən də istifadə edə bilərsiz ( məps mi-mənim istifadə etdiyim). Yol boyu su problemi yaşamayacağsınız demək olar bütün etaplarda müəyyən çeşmələr var. Ərzaq problemi’də yaşamayacağsınız, hər etapın sonu bir kənddə bitir ondan lazımı ərzaqları ala bilərsiniz. Yol boyu duş almaq və ya diyər şeylər üçün müəyyən hostel, hotel fəaliyyətləri var bu kəndlərdə. Mən yalnız çıxmışdım ama yol boyu demək olar yalnız olmadım. Fevral ayında belə bir çox insanla qarşılaşa bilərsiz. Mənimlə birliktə yürüyüşümdə Alman, Fransız, Yapon, Amerikalı v’b daha çox oldu müəyyən km’ləri onlarla birliktə davam etdik, kamp atəşi və diyər əyləncələrimiz birliktə etdik. Ekipmana gəldikdəysə, mənə görə ilk öncə ən önəmli olan Ayaqqabıdır, çünki yol boyu ayağınızı burxma ehtimalınız yüksəktir. Digər şeylərsə təbii ki Çadır, mat, yürüyüş çubuqları, uyku tulumu ( gecə ulduzlarla hərəkət etmək istəyirsizsə başlıq fonar mütləqdi) power bankları da unutmamaq lazımdır. Ümumən çanta 20 kilonu aşmasın. Likya yolu mövsümü artıq demək olar ki, açıqdır ama bu arala bir az yağışların olma ehtimalı çox olduğundan çadırınızın su keçirməzliyi önəmlidir. Yol boyu demək olar ki heç bir təhlükəli heyvan yoxdur. Təbii yol boyu keçilərə yaxınlaşmasaz yaxşı olar, çünki Çoban itləri bi yerdən çıxa bilərlər ama onlarda təhlükəli deyillər. Yol boyu mütləq etməli olduğlarınız.+Kəpənəklər vadisi 2-ci mənzərə nöqtəsində kamp atın.+Əgər mümkünsə özünüzlə köpək maması alın yol boyu insanın ən yaxşı dostlarıyla çox qarşılaşacaqsınız. +Bir dənə ön çantanız mütləq olsun, yol boyu portağal və başqa sitrus meyvələriylə qarşılaşacağsınız ( o bölgələrdə çoxu dərilmir yerə tökülüb çürüyür), toplayın ərzağınız olsun.+ Olimposa gəldiyinizdə muzey yolu pulludur çay yoluyla davam edin.+Kiçik kəndlərdə ərzaq qiymətləri bahalıdır, turist olduğunuzu çoxda bildirməyin +Kəndlərdə və Qəsəbələrdə Azərbaycanlı( turist deyil) olduğunuzu bildirsəz yerli insanlar daha çox yardım etməyə çalışacağ.+ Likya yolu düz bir yol deyil bəzən gözəl yerləri görmək üçün ana yoldan çıxmanız gərəklidir.+ Əgər sizin üçün çətin deyilsə yalnız 4-5 etap gözəldi deyib keçməyin, bütün etapların öz fərqliliyi var, davam edin.+Ərzaq olmasa belə suyunuz həmişə olsun və çalışın hər axşam atəşdə qaynadıb için.+Hava qaralmadan çadırınızı atın, sabah tezdən durun.Günəşin batışı və əksi mütləq seyr edin.+ Minimum 30 gün lazım olduğunu unutmayın.+ Yol boyu bütün mövsümləri yaşayacaqsınız, hazırlıqlı olun.+ Caravan çimərliklərinə qatılın, əyləncə yaşamağ istəyirisinizsə əgər ( Mavikent, Quldur çimərliyi v’s).və son olaraq foto həvəskarları üçün ən gözəl 5 yer yol boyu bunlardır:Kəpənəklər vadisi Gelidonya mayakıPatara dyunlarıKabak koyu yüksəkliyiAdrasan yüksəliyiƏn gözəl 5 kamp yeri:Kəpənəklər vadisi 2 ci nöqtəGelidonya kəndi yolu 1 ci kamp nöqtəsiYuxarı Bəycik 3 cü kamp nöqtəsiGöynük kəndi yolu 4 cü nöqtəPatara dyunlarıƏn gözəl 5 antik kent:PataraXanthosSdymaOlimpyosLetoonƏlavələrBüdcə( AZN’lə): Ən önəmli nöqtə ərzaqdır. Çalışın 3-4 günlük ərzaqınız olsun. Çünki müəyyən km’dən sonra böyük qəsəbələrdə ucuz marketlər var, onlardan istifadə edin. Kiçik yerlərdə qiymət bahalıdı. Ortalama ən aşağı büdcə 120-150 arasıdı, orqanizmə görə dəyişə də bilər. Portağalların yanına keçibuynuzu’da yığın yol boyu sizi enerjili tutar və daha az xərc.Time/out üçün xərclənən miqdara gəldikdə sizə görə dəyişəcək, yol boyu Otellər 30 azn dən aşağı deyil. Ümumiyyətlə Mart ayınının sonundan sonra havalar istiləşir, duşa heç ehtiyac yoxdu, ordakı plyajlarda var( pulsuzdu), istifadə edin. Caravanlardakı insanlarla tanışın, dostlaşın çoxu fərqli ölkələrdəndi, onların milli yeməklərindən dadmaq şansınız olsun. Ümumən büdcə minimumu: 120dir ( aznlə) ama sizə görə dəyişədə bilər. Maraqlı: Yol boyu dağ adamına bənzər insanlar görsəz qorxmayın çoxu məşhur ‘Rainbow’ ailəsinin üzvləridi hippie həyat tərzi yaşayırlar. Sizə çox yardımcı olacağlar.Patara’da dyun səhralarında qalanda gecə çadırınıza yaxın Tıspağa və Kirpi gələ bilər, barmaqlarınızı çadırın çoxda küncünə qoymayın. Yol boyu yalnız bir heyvan sizi bəlkə qorxuda bilər, Bayquşlar  Bəzi yerlərdə kiçik kapsul caravanlar var, çadırda rahat deyilsizsə ordan istifadə edə bilərsiz.Yolun bəzi bölümləri insanların hardaysa şəxsi həyətindən keçir, səvh yolda deyilsiz düz yoldasız, davam edin. Mövsüm açıldığından artıq yolu yürüyəcək hər kəsə-dağcılara uğurlar!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ali Shams

1163 dəfə oxunub

Qışda Antalya səyahəti

2021 ilk qış səyahəti, gönül istərdiki KKC olsun ama məlum səbəblərdən dolayı ölkədaxili olmuş oldu.Antalya- ruslar və azərbaycanlılara görə ancaq çimərlik şəhəri olaraq təsəvvür edirdim, qış fəslində Türkiyədə isti şəhərlər arasında ən çox gəziləcək yerlər listəsində ilkdə görüncə və detaylı araşdırmalar finalı olaraq onu seçmiş olduq.6günlük bir plan hazırladım, 1ci gün. 2.günPerge antik kent. Side antik kentKursunlu şəlalə. Manavgat şəlaləKöprülü canyon. Green canyon Tazı canyon. Land of Legends3.gün. 4.günAkvarium. Doyran göletDuden şəlalə. SaklıkentKaleiçi(ps həftəsonları türkiyədə sokağa cikma yasagi oldugundan iki günü evdə diger aktiviteleri ederek dinlendik )1. Müzekartı ilə tüm müzey və antik kentler freedir giris.2. Canyonlara giris free3. Kursunlu selale -4.50tl4. Manavgat selale-7tl5. Land of Legend biz atraksiyonlara minmedik ona gore de normal giris free6. Akvarium sansimiza 4atraksyonluk paket 55tl aldiq normalda 200tllik olani(1ayliq bir kompaniya)Yeməklər-1. Antalya yöresel yemeyi-piyaz ama sarımsağı bol və çox qəribə bir ingredients olduğundan yemədik, 2. SirdanciCebo adlı bir restoran var, şırdan yedik orda, görünüşü anormal ama dadı mükəmməl bir fərqli təam,(heyvanın mədəsinin dərsindən hazrlanır)- sirdanin biri 18tl ama doyumculdur3. İrmik helvasi+dondurmalı -dadlıdırQiymətlər isə şəhərə görə normaldır.Airbnb dən 6günlük bir villa kiraladiq,(05326006855-Turgut abi, ev sahibi,hetta danisdiqda endirim de edir,cox yardimsever ve nazik adamdir,) Antalyanin Serik adli bir bolgesinde idi, iki günü həftəsonunu bağçada günəşli havada kofemizi içib kitabımızı oxuyaraq hem passive hem active tətili yaşamış olduq, arada o iki gün sayəsində çox da yorulmamışıq olduq.Antalyada gezilecek yerler coxdur ve bunlari təəssüfki masinsiz gezmek qeyri-mümkün,və yerli birisiylə gəzmək daha əlverişli olur, bizim sürücümüz şansımıza Azərbaycanlı Mahir -05436999954 (həm də yerlim Gəncəli və onun türk girlfriendi Nurseli oldu( qizin adını 3cü gün mesaj olaraq birbirimizə atdıq ki unutduqda baxaq) biz yola 3dost olar çıxdıq ama 5 dost olaraq davam etmiş olduq, gənclər o qədər yardımsevər,səbirli, gülərüz qısacası nə qədər positivlik varsa onlardadır, Mahirə mən planı göndərdim rotanı o çizdi hətta digər extra məkanları o özü əlave etdi, Ödəmədə isə olduqca çox güzəşt etdi.Listede olan məkanlar Antalyaya getdinizsə mütləq gəzilməli yerlərdir(Saklıkent qışda gedib qar görmək istəyənlər üçün) zatən şəkillərdən anlaşıldığı kimi şəhərə heyran qalmamaq nə mümkün, antik kəntləri gəzərkən çox qəribə tarifi zor olan hisslər yaşayirdiq, m.ö olan roma kəntlərinə ayaq basmaq və onları yaşamaq(izlədiyim filmləri, oxuduğum kitabları xatırladıqca sanki onları yaşayirdim) bu hissləri ilk dəfə piramidləri görərkən yaşamışdım. Yani texnikanin olmadigi bir zamanda bu insanlar bu möhtəşəmliyi necə yaratmişsa artik..daşlar,sütunlar arasındakı sm/m dəqiqliyi də ayrı bir incəlik.Təbiət aləlvanlığına gprə də Antalya özəlliklə seçilir, canyon/şəlalə/göl bolluğudur, həmdəki mənzərəsi də ən əlası. Şəkillərə extra effekt vermeyə gərək olmur yani o dərəcə bir gözəllik.Şansımıza restoranlar bağlı idi, ama yol üstü olan restoranlarda oturmaga icazə var və aylar sonra qismət oldu restoranda oturub normal nahar etmək,o da çox qəribə hiss idi Digər səyahətsevərlər kimi mən ümid edirəm bu çətin və stressli günlər geridə qalar, normal həyata zamanla geri qayıda bilərik.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Lala Bunyatzada

1068 dəfə oxunub

Mil kartları. Hansı yaxşıdır?

Son zamanlar Azərbaycan bankları arasında sanki mil kartlarının rəqabəti yaşanır. Demək olar ki, bütün kartlar ingiliscə “miles” olaraq adlandırılır. İndiyə kimi Premium Bankın (eks SW Bank) AZAL ilə müştərək “AZAL Miles” kartı var idisə, indi PAŞA Bankın Türk Hava Yolları ilə birlikdə “Miles&Smiles” kartı, Unibankın “Unimiles”, Kapital Bankın “Birkart Miles” və Beynəlxalq Bankın “IBAMiles” kartı da bu sektorda bazara təqdim olunub. Hər bir kartın isə öz fərqli xüsusiyyəti var. Gəlin, lap əvvəldən başlayım.PAŞA BANK MILES&SMILESPAŞA Bank-ın Türk Hava Yolları ilə birgə təqdim etdiyi mil kartı Miles&Smiles-dır. Miles&miles Türk Hava Yollarının loyallıq proqramıdır və kifayət qədər inkişaf edib. Kart premium seqment üçün nəzərdə tutulub. Burda da AZAL Miles-da olduğu kimi millər kartdan edilən ödənişlər əsasında hesablanır və THY Miles&Smiles hesabına əlavə olunur. Qiymət cədvəli aşağıdadır.Yuxarıda göstərilən qiymət birdəfəlik ödənişlə təqdim olunan qiymətdir. Təzəlikcə isə PAŞA Bank Platinum kartı üç illik, ildə 40 AZN, Black kartı isə üç illik, ildə 90 AZN ödəməklə səyahət həvəskarlarına təqdim etdi. Daha bir yenilik də ondan ibarətdir ki, indi həm ölkədaxili, həm ölkəxarici, həm də onlayn ödənişlərdə vahid tarif tətbiq olunur. Elite kartda 1 AZN = 1 mil, Black-da 2 AZN = 1 mil, Platinum-da isə 3 AZN=1 mil. Bu yenilik həm hesablamanı sadələşdirir, həm də ödəniş yerindən asılı olmayaraq daha çox mil qazandırır.Kartın növündən asılı olaraq biznes zallara pulsuz və güzəştli giriş, pulsuz səyahət sığortası, avans millər və s. üstünlüklər verilir.Kartdan asılı olaraq aylıq 500-2000 AZN məbləğini dünya üzrə bütün ATM-lərdə nağdlaşdırmaq pulsuzdur. Bu limiti keçdikdə ölkə üzrə bütün ATM-lərdə nağdlaşdırma 1%-dir. Bu digər kartlarla müqayisədə ciddi üstünlükdür.Həm Türk Hava Yolları ilə etdiyiniz uçuşlarda, həm də THY-nin də daxil olduğu Star Alliance birliyində (Lufthansa, Austrian, United və s.) olan bütün aviaşirkətlərlə uçuş zamanı M&S hesabına millər gəlir.Millərin hesaba yüklənməsi avtomatik icra olunur və Miles&Smiles hesabından bilet almaq thy.com saytında tamamilə elektron formada təqdim olunur.Miles&Smiles loyallıq proqramından artıq 7 ildir istifadə edirəm. Artıq bir neçə dəfə milləri xərcləyərək aviabilet almışam. Misal üçün, 2018-ci ildə 5600 mil və 77 avro xərcləməklə Tiranadan İstanbula biznes klasda uçmuşam. 2016-cı ildə isə 7500 mil və 123 TL ödəyərək iki nəfərlik Trabzon-Antaliya bileti almışam. Əlavə olaraq, qazanılmış millərə aviabilet deyil, https://shopandmiles.com/ saytından geyimdən tutmuş, elektronika məhsullarına kimi ala bilərsiniz. Miles&Smiles haqqında yazının sonundakı linkdən oxuya bilərsiniz.Qeyd etməliyəm ki, yuxarıda sadaladığım xüsusiyyətlərlə PAŞA Bankın mil kartı favoritlərimdən biridir.Ətraflı məlumat: https://www.miles.pashabank.az/PREMIUM BANK AZAL MILESPremium Bank-ın (eks SW Bank) Classic/Standart, Gold, Platinium və Black Edition Miles kartları var. Aşağıdakı cədvəldə kartlar haqqında məlumat var.Premium Bank-ın proqramı AZAL Miles loyallıq proqramına bağlı olduğu üçün, qazanılmış millər AZAL Miles hesabınıza yüklənir. Yüklənmə intervalı hər 100 milə görədir. Yəni kartla 100 millik əməliyyat edəndən sonra millər hesaba yüklənir. Siz millərlə bilet almaq üçün Premium Bank-a yox, AZAL-a müraciət edəcəksiniz. Amma millərlə bileti tam yox, aviaşirkətin qoyduğu qiyməti əvəzləyə bilirsiniz, aeroport yığımı və vergi rüsumları ödəməlisiniz. Misal üçün, Bakı-Ankara-Bakı biletinin cəmi qiyməti 484 manatdırsa, onun 310 manatı AZAL-ın biletə qoyduğu qiymət, 174 AZN isə aeroport yığımı və vergi rüsumudur. Siz 1500 mil + 174 AZN ödəyərək Bakı-Ankara-Bakı biletini ala bilərdiniz. 1500 mili qazanmaq üçün Visa/Mastercard Gold kartınızla ən yaxşı halda (hamısı xarici ölkə əməliyyatları olsa) 10500 AZN-lik əməliyyat etməlisiniz. AZAL-da ən çox mil tələb olunan uçuş isə Bakı-Nyu York-Bakı reysidir. Bu reys üçün 7100 mil + 250 AZN (aeroport yığımı və vergi rüsumu) tələb olunur. Qazanılmış millər hesabda 3 il qalır.Premium Bank-ın mənə görə zəif tərəfi filialların və cash in aparatlarının az olmasıdır.AZAL Miles kartlarının əlavə üstünlükləri:Platinium Kart istifadəçiləri şengen zonasına pulsuz sığorta və Bakı aeroportunda “Salam Lounge” zalından bir dəfəlik pulsuz istifadə qazanır.Master Card Black Edition kartı istifadəçiləri isə, pulsuz “Priority Pass”, səyahət sığortası və Master Cardin xüsusi dəstək xidmətlərini əldə edir.AZAL ilə hər uçuş da mil qazandırır.Premium Bank ATM-lərində nağdlaşdırma: 0.7% Min. 1 USD, AZN, EUR, GBP“AZAL Miles” haqqında bu linkdən ətraflı öyrənə bilərsiniz: https://www.premiumbank.az/az/for-life/miles-kartlar/miles-kartlar-types/UNIBANK UNIMILESUnibankin unimiles kartinin 3 illik istifadə qiyməti 100 manatdir və kart alan kimi 1000 “salamlama” bonusu verilir. Azal miles kartindan fərqli olaraq burda prinsip bir az fərqlidir. Unibankin partnyor mağaza, dükan, kafe/restoran və s. Iaşə obyektlərində unimiles karti ilə ödəniş edəndə daha çox bonus qazanirsiniz, misal üçün partnyordan asili olaraq 100 manatliq ödənişə 1650 milə (bonusa) kimi qazana bilərsiniz, ortalama isə 250-500 mildir, amma qeyri partnyor ödənişlərində hər 100 azn ödəniş üçün 10-50 mil verilir. Beləliklə, 500 manatliq aviabileti almaq üçün hesabinizda 25000 mil olmalidir. Amma bu 25000 mili qazanmaq üçün nə qədər pul xərclənilməsi lazim olduğunu dəqiq hesablamaq mümkün deyil. Aviabileti kartinizdaki olan pulunuzla alirsiniz, sonra bank sizin pulu karta qaytarib mil hesabinizdan çixir. Əlavə üstünlük kimi kartin pul qaliğina illik 3%-dək əlavə olunur, aeroporta pulsuz taksi, səyahət siğortasi, pulsuz hesabdan çixariş və bankdan məktub xidmətləri təqdim olunur. Nağdlaşdirma, pul köçürmələri, komunal, mobil ödənişlər, stasionar telefonlar, internet/tv xidmət ödənişləri, birja – forex əməliyyatlari, kredit üçün kartdan ödəniş olanda millər hesablanmir. Unibank atm-lərində nağdlaşdirma faizsizdir. Unimiles haqqida ətrafli: https://www.unibank.az/az/cards/view/41KAPITAL BANK BIRKART MILESKartın üç illik qiyməti 80 manatdır, MasterCard verilir. Bu kartda mil qazanma prosesi təxmini AZAL Miles kimidir. Yəni ödənişlərə müvafiq millər verilir. Millər aşağıdakı qaydada hesablanır.Kartın əlavə üstünlüyü hər üç valyutada hesab təqdim olunması, hesab qalığına millərin hesablanmasıdır (illik 2%). “Birkart Miles” kartı ilə 500 manatlıq aviabilet almaq üçün hesabınızda 32500 mil olmalıdır. O milləri qazanmaq üçün ən yaxşı halda (hamısı xarici ölkə əməliyyatları olsa) 21666 AZN pul xərcləməlisiniz. Əvvəlcə aviabileti kartınızdakı vəsait hesabına alırsınız, sonra isə həmin məbləği müvafiq olaraq millərlə əvəz edirsiniz.Kapital Bank debit kartdan başqa “Birkart Miles” kredit kartını da təqdim edib. Burda illik xidmət haqqı 35 manatdır, üç illik verilir. Karta 10000 AZN-ə kimi limit, 40 günə kimi güzəşt müddəti verilir.Əlavə olaraq onu da qeyd edim ki, Birkart millərini Türk Hava Yollarının Miles&Smiles millərinə də çevirmək mümkündür. Belə olan halda 2 Birkart mili = 1 THY mili kimi hesablanır.Kapital Bankın ATM-lərində nağdlaşdırma: 1,5% (min 2,00 AZN/USD/EUR)Debet kart haqqında ətraflı: https://kapitalbank.az/cards/birkart-miles-debetKredit kartı: https://kapitalbank.az/cards/birkart-milesBEYNƏLXALQ BANK IBAMILESƏn yeni təqdim olunan mil karti isə beynəlxalq bank-in “ibamiles” kartidir. Təqdimati pandemiya dövrünə düşdüyü üçün çox səsküy salmadi, hətta yeni məhsulun “landing page”i də sanki “ürəksiz” hazirlanib. Kartin iki növü var: “iba miles” və “iba miles premium”. Digər kartlardan fərqli olaraq burda millər ilə həm aviabilet, həm də otel rezervasiyasi almaq olar. Ölkədaxili və ya ölkəxarici fərq etmir. Millərin xərclənmə qaydasi: 65 mil = 1 azn. Qiymət cədvəli aşağidadir:Beynəlxalq bankin atm-lərində 15000 azn-dək nağdlaşdirma pulsuzdur.Kartlar haqqinda ətrafli məlumat: https://www.ibar.az/az/individual/plastic-cards/miles-kartlar/iba-miles-mc-world/https://www.ibar.az/az/individual/plastic-cards/miles-kartlar/iba-miles-mc-black-edition/Uzun zamandir səyahət etməyimə baxmayaraq heç vaxt mil kartlarindan istifadə etməmişdim. Aprel ayinda turizm sərgisində azal-in stendində latoreya qalibi oldum və sw bankin gold kartini aldim. Abş və kanada səfərim öncəsi bu mənə yaxşi hədiyyə oldu, daha sonraki xarici səfərlərdəki ödənişlər və azal ilə üç uçuş hesabima yaxşi mil verdi, gələn yay 164 azn ödəyib pekinə gediş-gəliş bileti alacam. Ümumiyyətlə düşünürəm ki, mil karti mütləq hansisa aviaşirkətlə əlaqəli, aviaşirkətin sadiqlik (loyalty) proqraminin bir hissəsi olmalidir. Əks halda bu sadə bonus kartindan başqa bir şey deyil. Əlavə olaraq mil karti debet yox, kredit karti olmalidir ki, daha çox istifadə olunsun. Əks halda məhsulun uğur tapmasi çətindir.Ps. Türk hava yollarinin miles&smiles proqrami haqqinda burdan oxuyun.pss. Yazını bəyəndinizsə paylaşın ^)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Azər İsmayılov

4341 dəfə oxunub

İstanbulun kiçik və şirin sahil məhəlləsi - Arnavutköy bələdçisi

Arnavut kaldırımlı taş sokaklarda...Bosfor Boğazının Avropa tərəfindəki Beşiktaş səmtində yerləşən tarixi Arnavutköy məhəlləsidir bura. Kuruçeşme və Bebek sahili arasında yer alan bu məhəllə köhnə, rəngarəng, taxta evləri, daş döşəməli yolları ilə məşhurdur. İstanbulda orijinal quruluşunu saxlamış tək-tük yerlərdən biridir.Keçmişdə bu məhəllənin sakinləri daha çox yunan (rum) və albanlar (arnavut) olub. Elə adını da buradan götürüb.Sakinlərinin deməsinə görə, o dövrlər İstanbula işləmək üçün köç etmiş albanların böyük əksəriyyəti bu səmtdə yaşayıb. Ona görə adına “Arnavutköy” deyilib. Yəni arnavutların (albanların) yaşadığı ərazi. Arnavutköydə həm də çoxlu yunan yaşayıb.Sakinləri deyir ki, onların bir qismi 60-cı illərin əvvəllərində məcburi, qalanları isə 1974-cü ilədək İstanbuldan könüllü köç ediblər. Bu gün burada 10-15 alban və yunan ailəsi qalıbsa, böyük şeydir.Bu səmtdə doğulub-böyümüş 62 yaşlı Ziya dayı deyir ki, yer üzündəki bütün müharibələr insanların xoşbəxtliyini oğurlamaq, başını çətinliklərlə qatmaq üçün düzənlənmiş siyasi oyundur. O, yunan qonşularını əyləncəli, mehriban insanlar kimi yadda saxlayıb:“Rumlarla geçti çoçukluğumuz. Çox severdik, eylenceli insanlardı. O devrlerde Arnavutköyde 2 yazlık, 1 kışlık sinema vardı. Yazları açık havada sinema izlerdik. Haftada bir kaç kez konserler düzenler, eylenirdik. Tavernalar (meyhane), restoranlar tıklım-tıklım olurdu. Arnavutköyde hayat gecenin 2-3-dek devam ederdi”.Ziya dayı deyir ki, bu gün əvvəlki əyləncəsi qalmasa da, yaşadığı səmti çox sevir və hər baxdığında Allahın onları cənnətdə yaşatdığına inanır. Sonra yenə əvvəlki Arnavutköyü xatırlayır:“Eskiden boğazda tekne elinden yer bulamazdın. Sıra ile dizilirlerdi... Bize yazlık evler, tatil gerekmezdi. Buradan denize girer, yüzerdik. Bazen boğaza atlamak için teknelerin üzerine çıkardık. Şimdi üç-beş tekne duruyor kıyıda. Çocukluğumu, eski komşularımı, mahallemizin o eski kokusunu çox özlüyorum”.Dün, seni gördüm rüyamdaArnavut kaldırımlı taş sokaktaAh bir dili olsa da bir, konuşsaAnlatırdı masumca seni banaBu gün Arnavutköyde gəzəndə 90-cı illərdə məşhur olan Demet Sağıroğlunun “Arnavut Kaldırımı” mahnısını zümzümə edirdim. Məni də bu kimi mahnılar uşaqlığıma aparır...Hə, pandemiyaya görə İstanbulda kafe və restoranlar işləmir. Odur ki, termosumu isti kofe ilə doldurub, çantama bir-iki dadlı şirniyyat atmışdım. Narın yağan yağışın altında, kofemi içə-içə gəzdim Arnavutköyü. Küçədə məndən başqa gəzən qonaq yox idi. Bəlkə də ona görə məhəllə sakinləri hər addımbaşı çay-kofe təklif edir, söhbətləşməyə maraq göstərirdilər.Mən bu məhəlləni çox sevdim, bir gün yolunuz İstanbuldan düşsə, siz də baş çəkə bilərsiniz. Ümid edirəm o zamana qədər pandemiya bitər və buradakı gözəl görünən kafe-restoranların dadını çıxararsınız Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Guler Mehdizade

1508 dəfə oxunub

Kiçik və sevimli kafelər şəhəri - Lvov bələdçisi

Sevgili gəzəyənlər, içinizdə ən az yarınız Lvivi gəzmisiz, görmüsüz, bilirəm, amma gəzməyənlər üçün praktik bilgiləri paylaşım dedim:) - Lvivə getmədən əvvəl telefonunuza Uklon və ya Bolt aplikasiyasını yükləyin. Ukrayna nömrəsi olmayınca orada yüklənsə belə aktivləşmir, getmədən yükləyin, aktivləşdirin hazır hala gəlsin. Bu sayədə sizi mərkəzə 300 qrivnaya aparacaq havalimanı taksisinə kinayəylə baxıb 100 qrivnayla şəhərə gedə biləcəksiz. Qoçaq gənclər aeroportdan avtobusla da gedə bilərlər - universitet dayanacağında düşüb 5 dəqiqə yeriyəcəksiniz uzağı. - Lvivdə yaxşı otellər bahadı, orta hallı otellərdə də qalmaqdansa airbnb ilə ev tapın. Rınok meydanının düz dibində - Staroevreyskiy küçəsində çox təmiz, səliqəli, mətbəx ləvazimatları olan evdə iki nəfərə 60 manata qala bilərsiz, məsələn. Bir az kənarda daha ucuzları da var.- Lvivdə hər şey Rınok meydanı ətrafında dönür - yemək, əyləncə, gəzmək... Amma siz Vısokiy Zamoka, Likaçiv məzarlığına (giriş 50 qrivna), Strijskiy Parkına, Operaya (operanı gəzmək 80 qrivna), bazara da gedin ki, gerçək Lvivi görün. Qışda soyuq olur, amma yazda, yayda ərinməyin, meydandakı Ratuşa binasının təpəsinə çıxıb Lvivi oradan seyredin. Vaxtınız varsa və yaz aylarında gedəcəksizsə Lviv ətrafını da gəzin, Roqatin, İvano Frankovsk tərəflərdə çox qəşəng yerlər var. - Lvivə gedən kimi “Lvivska Maysternya Shokoladu”dən “Lokal kart” alın. 1 qrivna ödəyəcəksiz. Kartı pulsuz verən yerlər də var. Krem rəngi olanını alın. Bu kart bir çox restoran və mağazada keçir, mütləq oxudun. Bonus toplayır, endirim olur. Məsələn, mən iki dəfə kartın keçdiyi yerdə yemək yedim, sonra Lvivska Plyaskada ştrudeli Lokal kartın bonusu (bofon) ilə ödədim. Belə maraqlı sürprizləri olur. İnternet saytı var, oradan harda keçərli olduğunu filan oxuya bilərsiz. - Lvivdə gediləcək yemək, içmək, şirniyyat, səhər yeməyi verən yerlər - Baçevski, The Most Expencive Galician, Atlas Deluxe Hotel (Szkocka), Amadeus, Tsukor (Red ve Black şöbeleri), Feliçita, Atlas, Veronika, Grand Kafe Leopolis, Gas Lamb, Pravda Beer, Kriivka, Alternative Kava, Mushly Bar, Kava Manifacturenin altındakı şaxta-kofe dükanı. - Lvivdə alınacaq şey - şokolad, kofe. - Əgər səhər oteldən ayrılmsızsa və əşyalarınızı qoyub axşama qədər gəzmək istəyirsizsə, Operanın qarşısında Svoboda 35-də və meydanın yanında - Şevska 12-də saxlama yerləri var. İki baqaja bir gün üçün 80 qrivna ödədim. - “Nə qədərə başa gəlir”i soruşmayın:) Tamamilə sizə bağlıdı - Lviv hər büdcəyə görə alternativi olan şəhərdi. Məsələn, bir nəfərə 35-40 manata çox yaxşı bir yerdə axşam yeməyi (içkisiz) yemək də mümkündü, 8-10 manata gürcü restoranında xəngəl, xaçapuri yemək də, 3-5 manata borşla mədəni doyurmaq da. Sizə qalmış məsələdi. Sualı olan gəlsin:)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Könül Şamilkızı Nesibova

1227 dəfə oxunub

Gəzməyə Vətən yaxşı!

Gəzməyə də Ölməyə də Vətən yaxşı...Əvvəlcə ondan başlayım ki, pandemiya bir çoxlarının əlin-ayağın bağlasa da mənim üçün fürsət oldu. Bu il heç vaxt gəzmədiyim qədər çox yer gəzdim, çox şey kəşf etdim. Bütün bu gəzintiləri detallı yazmayacam, çünki Aprel ayından Noyabra qədər dayanmamışam, buna görə yazı çox uzun ola bilər. Ən əsaslarını və kəşf etdiklərimi qeyd edəcəm. Sezona Qubanın gəzmədiyim dağ kəndləri ilə başlayıb, zirvələrlə bitirdim. Bu dağ kəndlərindən Afurca (Quba) yaxınlığında füsünkar bir mənzərəsi olan bir evdən ibarət Dərənci kəndini (məhəllə) kəşf etməyim oldu. İl ərzində müxtəlif istiqamətlərdən üç dəfə Qızılqaya (3721 m.), üç dəfə də Heydər (3751 m.) və Atatürk (3729 m.) zirvələrində olmuşam. Bu zirvələrin davamı olaraq 17 ədəd dörd minlik zirvələrimizin 16-sına qalxdım, bunlardan 5-inə tək çıxmışam. Zirvələrlə yanaşı bu zirvələrin yaxınlığında yerləşən Tufangöl, Turfangöllər (Qoşa göllər), ölkəmizin ən yüksəkdə yerləşən Nuh göllərini, Vaxçaq gölünü, Babadağın göllərini və möhtəşəm Xalaxel gölünü, bir neçə dağ aşırımını və çay mənbələrini da görmüş oldum. Bu yerlər arasında ən maraqlılarından biri də Bazardüzündən (Qusardan) Çarundağa (Oğuza) gedərkən Rusiya Federasiyasının ən cənub nöqtəsindən keçməyimiz olub. Ayağım qısamüddətli də olsa Rusiya torpağına dəyib. Ən maraqlı gəzintilərimdən biri karantinin sərt vaxtı, camaat Bakıda bişəndə, mən də Qubada mühasirədə idim, nə Bakıya gələ bilirdik, nə də başqa rayona gedə bilirdik, çünki başqa rayonlara yolumuz Bakıdan keçir. )) Amma fürsət bu fürsətdir deyib, tarixi bir yoldan piyada getməyə qərar verdim, sağolsun dostum Asim də məni tək qoymadı, birlikdə getdik. Bu yol Qubadan Qəbələyə, konkret olaraq Salavat aşırımından keçməklə Xınalıqdan Vəndam və Lazaya gedən dədə-baba at yoludur. Biz bu marşurutun Xınalıq-Vəndam olanını seçdik, çünki məqsədimiz tez bir zamanda Qəbələyə çatıb oradan Zaqatalaya getmək idi. Cünki orada bizi füsunkar Xalaxel gölü gözləyirdi. Biz səhər 5-də Xınalıqdan çıxdıq, hava qaralanda Vəndama çatdıq. Camaatın atla bir günə, piyada iki günə getdiyi 30 km-lik dağ yolunu biz səhərdən axşama qədər bitirdik (ilk dəfə idi bu yolla gedirdik), hələ arada 4-5 dənə də şəlalə, kanyon kəşf etdik, çünki bir ara yoldan çıxmışdıq. Vəndama çatdıq gecəni çadırımızda qaldıq, səhər mərkəzə getdik. Orada bizi qarşılayan dostlarımız Ülvi və Mehman qoymadılar gedək Zaqatalaya. Bir gün də bizi Laza və Qəmərvanda qonaq etdilər, gecəni Qəmərvanın qurtaracağında çadırda qaldıq. Səhər Şəkiyə gedən başqa bir dostumuz bizi Qəbələdən Şəkiyə apardı, oradan da yeni çıxmış taksi xidmətindən taksi çağırıb yollandıq saxurların kəndi Yeni Suvagilə, dostumuz Murad gilə. Bu kənddə gün yarım dincəldikdən sonra üz tutduq Xalaxel gölünə tərəf. Biz gölə Cimcimax və ya Sabunçu kəndlərindən qalxmaq istəyirdik, amma maşın çayı keçə bilmədi, məcbur qalıb Yuxarı Çardaxlar kəndindən gölə getməli olduq. Bu yol uzun yol olsa da (təx. 30 km) gölə gedən ən mənzərəli yoldur. Yuxarı Çardaxlar kəndi qayalıqda yerləşən məşhur Pəri qalasının olduğu kənddir. Kənddən çaylaqla gedib meşə yoluna girdik, meşə yolunu bitirib alp çəmənliklərinə çıxanda mənzərəli bir təpənin üstündə "Əlibəy" metrologiya stansiyası qarşımıza çıxdı. Stansiyanın işçiləri üçün olan ev köhnədən qalsa da, şəraitsiz olsa da nağılvari görünürdü. Ətrafında ağ atların otlaması və bütün Zaqatala ərazisinə mənzərə açılması buranı daha da cazibədar edirdi. Burada biraz istirahət etdikdən sonra yolumuza davam etdik. Yolda qarşımıza üç çoban binəsi çıxdı, hər kəs də bizi çaya, yeməyə dəvət edirdi. Yemək yeməsək də çaydan imtina etmirdik. İlk dəfə getdiyiniz üçün biz yolumuzu xəritə ilə müəyyənləşdirib gedirdik, amma çoban binələrində bizə qısa yolları da izah edirdilər, bəzilərində önümüzə düşüb 2 km-e yaxın yolu bizi kəsdirmədən aparıb digər yola çalışdırırdılar. Bəzi yolda gördüyümüz adamlar bizim gölə çatacağımıza inanmasa da, orada qala bilməyəcəyimizi desə də biz axşama yaxın gölə az qalmış dayandıq. Tanımadığınız ərazidə qaranlıqda yol getmək məsləhət deyildi. Ona görə də yaxınlıqdakı quzuluğa getdik. Bura aşağıdakı sürünün quzularının ayrıca saxlandığı yerdir. İki cavan oğlan bizi qarşıladı, qəşəng çay içdik, yemək yeyib yatdıq. Səhərisi durub gölə doğru qalxdıq, iki saatdan az müddətə gölə çatdıq. Göl də nə göl, dağların başında Böyük (3458 m.) və Kiçik (3216 m.) Samalit zirvələrinin arasında yerləşən masmavi bir inci. Təxminən 3060 (/70) metr yüksəklikdə yerləşən Xalaxel gölü Azərbaycanın üç min metrdən yüksəkdə yerləşən ən böyük dağ gölüdür. Gölün çevrəsinin uzunluğu 1,3 km-dir. Gəldik gölün kənarına, çadırımızı qurduq, çayımızı içib, yeməyimiz yeyib qalxdıq Böyük Samalit zirvəsinə. Bu zirvə Baş Suayrıcı silsilədə, Azərbaycan və Dağıstan sərhədində yerləşir. Zirvədən Xalaxel gölünə çox gözəl mənzərə açılır. Buradan Dağıstan tərəfə baxanda daha 4 ədəd nisbətən kiçik göllərin olduğunu gördük. Bir gün göl kənarında qaldıqdan sonra səhərisi endik Zaqatalaya, oradan da Bakıya, sonra Qubaya gəldik. İkinci əlamətdar kəşfim videoqraf Tural Mahmudovla Lerikə getməyim oldu. İki günlük Lerikə gedən adamlar 4 gün orada qaldıq. Sağolsun, Qadir də bu müddətdə bizi evlərində qonaq etdi. Yağışdan sonra , hətta yağış yağa-yağa Lerikin əksər şəlalələrini gəzdik, həmin vaxt şəlalələrin suyu da bol idi. Sonra Büzeyr kəndinin yaxınlığındakı dəlikli daş və yanındakı mağaraya getdik. Bura unikal yerlərdən biridir, ölkəmizdə bu böyüklükdə ikinci bir yerə hələ ki rast gəlməmişəm. Daha sonra xəritədən tapdığım və maraqlı ola biləcəyini düşündüyüm yerlərə getməyə qərar verdik. Həm Bürsülüm kəndindəki yamyaşıl olan göl, həm də Mistan silsiləsi çox maraqlı idi. Mistan silsiləsi xüsusi yerdir. Belə ki, bu silsilədən Xəzər dənizi, Talış dağlarının ən yüksək iki zirvəsi, Kömürköy (Gömürgöy) (2492 m) və Qızyurdu (2433 m) zirvələri, eləcə də Savalan dağı (4821 m) aydın müşahidə olunur. Mistan silsiləsi həm də bir neçə quş növünə ev sahibliyi edir ki, bu növlər də dünyada ancaq bu ərazilərdə yaşayır. Lerik məni necə heyran etdisə daha sonra iki dəfə də buraya səyahət etdim, yarpaqları qızarmış dəmirağaclarının payız mənzərəsi üçün getməyə dəyərdi.Bu il bəzi heyvanları kəşf etməyim ilə də əlamətdar oldu. May ayında getdiyim cığırda 30-40 metr qarşıdan ayı ilə balasının qaçması və oturub sakitcə onlara baxmağım, Bazardüzünün düşərgəsində vaşaqmı, bəbirmi tam aydınlaşdıra bilməsəm də təxminən 200 metrliyimdən keçməsi, Əmbil gölündə yenotların konsertini izləməyimiz, Talış meşələrində tutduğum ilan balasının əslində nadir növlərdən olan fars təlxəsi olduğunu öyrənməyim, sayı hesabı olmayan dağ keçisi və Dağıstan turu görməyim çox əlamətdar idi.Sonda isə adını çəkdiyim və çəkmədiyim bütün dostlara, bizi qonaq edən ailələrə, çobanlara, ən əsası isə mənə güvənib mənimlə yola çıxanlara, təhlükəli ərazilər olduğunu bilərək məni tək qoymayıb yoldaşlıq edən bütün dostlarıma təşəkkür edirəm. Hamınız var olun. Səyahət gözəl şeydir, amma səyahət edərkən güvənə biləcəyin insanların yanında olması daha vacibdir. Ekstremal şəraitdə səyahət edirsizsə tək səyahət etməməyiniz məsləhətdir. Əlinizdə həmişə çomaq, yürüş çubuğu və ya buz baltası olsun. Hər zaman getdiyiniz ərazini yaxşıca, dərininə araşdırın, onu da bilin ki, nə qədər araşdırsaz da heç ummadığınız yerdə sürprizlə qarşılaşa bilərsiz. Belədə yol yoldaşınız, şəxsi təcrübəniz və səbriniz bu sürprizləri daha asan aşmağınıza səbəb olacaq. Tək gedəcək olsaz belə, gedəcəyiniz yer və marşurut haqqında bir yaxınınıza və bir işi bilənə bu haqda xəbər edin. Hər hansı xoşa gəlməz halda verdiyiniz məlumatlar sizi xilas edə bilər. 2021-ci ilin səyahətsevərlərin ili olmasını diləyirəm, arzusunda olduğunuz, hədəflədiyiniz yerlərə gedib görməyinizi diləyirəm. Unutmayın ki, ölkəmizdə də çox gözəl və unikal yerlər var, belə yerləri araşdırıb gedib görməyə çalışın. Uğurlar.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Toğrul Naritalia Cəfərov

1290 dəfə oxunub

Futbolsevər gəzəyənlər -Səyahət əhvalatları

Bir neçə gün öncə Babek Musa-Zadeh “kim bu il hara səyahət edib?” deyə bir status paylaşmışdı. Mən də bu il, məhz bu ilə layiq baş tutan son səyahətimdən yazıram. Bakıdan Praqaya təzə qayıtmışdım. Manchester United - Manchester City oynuna getmək üçün artıq hərşey bir ay öncədən hazır idi. Dünyanın karantinə bağlanmağına sayılı günlər qalmışdı. 7.3.2020 tarixində Praga-London (ryanair), London-Manchester(National Express avtobus) biletim var idi. Praga-London reysi saat 22:00-da idi. Planım Londona uçub, gecə avtobusu ile Manchestere getmək, çox yorulmamaq üçün avtobusda yatmaq idi. Aeroporta getmək üçün taksi sifariş etdim. Taksi sürücüsü Ukraynanın Zakarpatiya bölgəsindən olan çox axmaq bir insan idi. Tərslik o adamı tanıdığım andan başladı. Sürücü öz diqqətsizliyi ucbatından yalnış yola girdi. Polis saxladı. Sürücü başqa bir insanın profili ilə işlədiyinə görə avtomobildən düşüb özünü mənim tanışım olduğunu və taksi sürücüsü olmadığını bildiribmiş. Polislər mənim sənətimi yoxlayanda nə qədər muddətdir bir birimizi tanıdığımızı soruşdu, məndə cavabında “taksı çağırdım bu gəldi” deyə bildirdim. Çünki nə danışdıqlarından xəbərim belə yox idi. Yoxlama xeyli uzun çəkdi. Sağa sola gedir, sürücünün üstünə qışqırıram. Dəfələrlə polislərə müraciət etdim gözləməyim söylənildi. Gecikdim və təyyarəyə çata bilmədim (bu arada əgər geciksəm biletim batsa bütün xərcimi sən odəyəcəksən deyib Ukrayna pasportunu və bir mobil telefonunu əlindən aldım. Özünüdə çexcə sənətimi və telefonumu öz istəyimlə vermişəm dedirdib videoya çəkdim). Bununla təyyarəyə olan biletim batdı. Londona gedə bilmədiyim üçün avtomatik olaraq London-Manchester avtobus biletidə yandı. Kor peşiman evə qayıtdım. Çox əsəbi idim. Düşündüm ki, bəlkədə sezonun ən son azarkeşli (həqiqətəndə elə oldu) oynuna baxacam. Nəisə, evə qayıdıb internetə girib bütün saytları ələk-vələk edib getməyə yol axtarırdım. Nəhayət Berlin - Manchester (easyjet) bileti tapdım. Bilet normaldan baha idi. Ancaq mövzu Manchester United olduğundan heçnə və heçkim buna qarşı gələ bilməzdi. Təyyarənin uçuş və eniş vaxtları o qədərdə pis deyildi. Təyyarə Manchester Hava Limanına enendən 80 dəqiqə sonra oyun başlayırdı. Hesablamalarıma görə mən oyuna tam çatırdım. Ancaq bir problem var idi. Özüdə çox boyuk problem. Praqadan Berline gece avtobusları tam dolu idi. Həmin reysə çatmaq üçün gecə avtobusla Berlinə getmək şərt idi. Normalda o vaxrlarda Berlinə ancaq Flixbus gedir. Bütün biletlər satılmışdı. Adətən həmişə boş yer çox olur. Ancaq bu dəfə kim necə ƏSNƏDİSƏ qurutdu))) Təyyarəyə isə bileti artıq almışdım. Praqada yaşayan dostlarımdan bir neçəsinə “gəl məni Berlinə apar mənim maşınmla” deye xahiş etdim ancaq istədiyim cavab gəlmədi. Getdim avtobusun dayandığı yerə bəlkə kimsə gecikər və ya gəlməz. Bəxtimdən elədə oldu. 4 nəfər Praqada qalmağa qərar verdilər və onların yerinə sürücü məni götürdü. Berlinə qədər yatıb azda olsa istirahət etmək kimi bir imkanım var idi. Amma Dresdende avtobusa ana-bala mindi. Uşaq 2 nəfərlik oturacaqda yatmaq istədiyini bildirdiyi üçün anası mənim yanımda oturmağa icazə aldı. Yox demədim, deyədə bilməzdim. Çünkü əslən Moskvadan olan qızı ilə avrotura çıxan Julia xanım çox, çox, LAP çox gözəl idi)))) Dresdendən Berlinədək xanımın, qızının və hətta böyük qızının boy friendinə qədər hər şeyi öyrəndim. Xanım danışır, məndə qulaq asiram və yata bilmirəm. Normalda başqası olsa xahiş edib səsin kəsdirərdim amma bu Julia başqa Julia idi))) O qədər gözəl idiki, yuxu üçün ölürdüm, amma baxmaqdanda qopa bilmirdim)))) Gəlib çatdıq Berlin Tegel hava limanına. Təyyarəyə minik başladı. Hər dəqiqə mənimçün dəyərli idi. Təyyarədə hər kəs öz yerində oturub uçuşu gözləyir. BUDUR, ən gözəl “SÜRPRİZ”. UÇMURUQ, daha doğrusu uçuş 1 saat dayanır. Səbəb, Stuardessalardan biri özünü çox pis hiss edir və ambulance gəlməlidir. Ambulance tez gəldi və bunu apardı. Sevindim ki, bitdi və artıq uça bilərik. Amma hələdə gözləyirik. Mən əsəbi, yuxusuz, dəli kimi təyyarənin içində irəli geri gedirəm. Yaxınlaşıb soruşdum ki, nəyi və kimi gözləyirik. Bildirdilər ki, başqa bir stuardessa gəlməlidir. Onsuz uça bilmərik. Təyyarədə hər kəs mənim futbola getdiyimi bilir. Çoxusuda mənə dəstək olub mənim əhvalımı qaldıqmaq üçün zarafat edirdilər))) “ Nəyə gedirsən? Onsuzda uduzacaqlar” filan zad))) Hətta ingilislərdən biri qapının önündəki yerini mənə verdiki, düşən kimi qaç. Tony adlı ingilis aeroportdan məni OLD TRAFFORDA qədər öz maşını ilə aparacağını dedi. Hesablamalarima görə oyunun birinci hissəsinin sonuna çatırdım. Qız gəldi uçduq. Təyyarə enən kimi qapının ağzından güllə kimi uçdum pasport kontrola. Təbii ki, sıra ucsuz bucaqsız. Qurban olum, başıva dönümlə bir təhər özümü verdim qabağa. Passport yoxlayan əməkdaş vəzifəsi gərəyi soruşdu:-Hara gedirsən? -oyuna baxmağa.-Nə oyun?-United - City-bu qədər yolu futbola görə gəlmisən?-bəli-Qırmızı ya mavi?Cavabında “Manchester is Red” (Mançester Qırmızıdır) dedim. Barmağı ilə mənə digər əməkdaşı göstərib “onu görürsən? Bax o Unitedin azarkeşidir. İndi get gözlə sənin pasportuvu o yoxlasın.” dedi və gülümsədi. Daha sonra pasportumu, alıb möhür vurub mənə qaytardı. Pasport kontroldan çıxıb Tonyni axtarırdım ki, gördüm çöldə məndən əvvəl keçib məni gözləyirmiş. Məni stadiona apardı. Maşından çıxıb qaçaraq meydana getdim. Meydana öz yerimə oturub üzümün tərini sildim ki, oyun başladı. Bildiyiniz saniyə belə gecikmədim. Manchester United Old Trafforda Cityni 2-0 otardı))) Getdiyim üçün an olsun paşmançılıq çəkmirsim. Əziyyətim, yuxusuz səyahət, stress, əsəb, həyəcan, adrenalin, xərclədiyim pul hamısına dəyərdi. Oyundan zövq aldım. 77000 azarkeşin sevinci, oxunan çantlat inanılmaz bir atmosfer yaradır. İnsanın düşüb meydanda oyunçuları qucaqlamağı gəlir. Oyun, dediyim kimi 2-0 bizim xeyrimizə bitdi. Oyundan sonra Ruminyada təhsil alan və United azarkeşi olan qardaşımız Anar Əzizovla görüşüb tanış olduq. Praqaya qayıtmağım isə ayrı bir mövzü. Oyundakı sevinc, həyəcan məndə olan qalan enerjinidə alıb götürmüşdü. Zombidən fərqlənmirdim. Praqaya Liverpool üzərindən qayıdacaqdım. Liverpool - Praqa uçuşum 11:00 9.3.2020 tarixində idi. Mançesterde tutduğum hostel məlum pandemiya səbəbindən bütün bronları ləğv etmişdi. Digər hotel və hostellər isə oyun səbəbi ilə full idi. Tək çarə Liverpoola gedib aeroportda yatmaq idi. Məcbur bilet alıb Liverpool aeroportuna getdim. Uzun axtarışdan sonra aeroportda 3 nəfərlik oturacaq tapdım. Özümü həmin oturacaga yıxıb 1 dəqiqə sonra yuxuya getdim. Uzun zaman sonra məni oyatmaq üçün ayağıma dəyən təpiklərdən oyandım, amma gözümə inanmadım. Necə yatmışamsa oturacaqdan yıxıldığımı hiss etməmişəm, Üzü üstə, əllərim, ayaqlarım X hərfi formasında şirin şirin yatmışam))) Yerdən qalxanda yatdığım yerin bütün tozu mənim uzərimdə)))) Mobil telefonum cibimdən düşübmüş. Kimsə götürüb corabımın içinə qoyub ki, oğurlamasınlar. Durub əl üzümü yumağa gedəndə hiss etdim ki, ayağımda nəsə artıqlıq var)))) Saatdan ümumiyyətlə xəbərim yox idi))) baxanda gordüm ki, qeydiyyatın bitməyinə 45 dəqiqə qalıb))) Özümü təyyarəyə çatdırıb nəhayət ki, sağ salamat Praqaya qayıtdım. Bu səyahət mənimçün inanılmaz oldu və bu mənim 2020-dəki avropaya son səyahətim oldu. Bu oyundan 4 gün sonra baş tutacaq Lask - Manchester United oynuna biletim var idi, amma məlum pandemiya səbəbi ilə oyun azarkeşsiz baş tutdu. O gündən etibarən indiyədək mən başda olmaqla bütün azarkeşlər yaşıl meydanlara həsrətdilər. Bizim Red Army-nin (Qırmızı Ordu) dediyi kimi ”Football is nothing without fans”. Ümid edirəm ki, bu bəla tezliklə bitər. Ümid edirəm növbəti il insanlar üçün daha gözəl, daha mənalı və daha faydalı olar. Mən artıq 28 ildir ki, Manchester United azarkişiyəm. 2006-cı ildən rəsmi azarkeşəm. Tanıyanda biləndə mənim klubuma bağlılığımı bilir. Unidetin hesabına Avropada getmədiyim ölkə qalmayıb. Hər zaman deyirəm, əgər həyatınıza rəng qatmaq istəyirsinizsə bir klub seçin və yalnız o kluba azarkeşlik edin. Mənimçün 2-3 kluba azarkeşlik edən kəs sadacə futbol sevəndir, azarkeş deyil. Sizləri əmin edirəm həyatınız dəyişəcək. Yazacaqlarım bu qədər. Hər kəsə uğurlar. ALLAH sizləri və Azərbaycanı qorusun.

947 dəfə oxunub

Səyahət əhvalatı - "Görəsən ox işarələri haranı göstərir?"

Gəlin sizə həyatımın ən unudulmaz yeni il gecəsindən danışım. Deməli 2014-cü ilin 31 dekabrıdır. Mən ilk dəfədir ki yeni ili ailəmdən, evimdən uzaqda qeyd edəcəm. Özü də Dubayda. Əvvəldən planımı elə qurmuşdum ki saatlar 00:00 göstərəndə mən Burj Khalifanın yanındakı otluqda rahat şəkildə dayanıb həmin il dünyanın ən yaxşısı seçiləcək salut şousunu izləyəcəkdim. O vaxta qədərki gözümə bir elan lövhəsi dəydi "Fireworks this way". İçimdəki şeytanla bir xeyli mübarizə apardımki, görəsən bu ox işarələri haranı göstərir? Axı mən fireworksun düz altındayam? Bəlkə burda olmayacaq? Nə isə başladım bu oxları təqib etməyə. İzləyə-izləyə əvvəlcə Fontan meydanından uzaqlaşdım, sonra Dubay Malldan uzaqlaşdım. Burj Khalifadan uzaqlaşdığım anda artıq başa düşmüşdüm ki nə isə düzgün getmir. Amma özümü sındırmayıb artıq işarələrin başın buraxaraq getməyə başladım. Düz iki saat Burj Khalifanın başına dövrə vurdum. Nəhayətində izlədəyim o oxlar məni bu kiçik səyahətimə başlamadan öncə dayandığım yerə gətirib çıxartdı. Amma təbiiki artıq orda iynə atmağa yer yox idi. Məcbur geri qayıtmalı oldum. Bütün restoranların terrasları zəbt olunmuşdu. Yolların kənarları zəbt olunmuşdu. Hirsimdən ağlamaq dərəcəsinə çatmışdım ki "Dayanmışdında gül kimi, o işarə oxu girsin gözüvə, sənə lazımdı, o ox hara aparır?". Bir təhər axır ki bir küçədə özümə bir balaca yer eləyib dayandım. Hələ saat 11 filan olardı. Həyatım boyu o cür insan izdihamı görməmişdim, hamı bir-birinin belinə çıxmaq istəyir, biri-birini əzib yerində dayanmaq istəyir. Qorxumdan nəfəs almıram ki birdən məni görüb, götürüb tullayarlar qırağa yerimi oğurlayarlar. Orda gözümün qabağında, bir oğlan sevgilisin itirdi, bir uşaq valideynlərin itirdi, arvad ərini itirdi, bir oğlan da başını itirdi. Bir sözlə dəhşət. Qan-qaraçılıq pik həddədir. Artıq fikirləşirəm gül kimi anamın paytaxt salatını yeyib, AzTV-nin möhtəşəm konsert proqramını seyr etmək varkən, mənim nə işim var bu meşədən qaçan insan toplusu arasında. Elə bu fikirlərlə bir də gördüm ki Burj Khalifa rəng alıb-rəng verir. Sən demə artıq saat 12-yə 10 saniyə qalıb və vizual effektlərlə binanın üstündə o saniyələr göstərilir. Bina orda saniyələri sayır, camaat yerdə. Saatlar 00:00 göstərən kimi həyatımda görmədəyim atəşfəşanlıq mənə paytaxt salatını unutdurdu. Cəmi 5 dəqiqə. Ondan sonra yenə qayıtdım o meşəyə. Bu səfər isə o insan izdihamı dağılışmağa başladı. Bir hissəsi sağa, bir hissəsi sola, yarısı dala, yarsı da qabağa. Hardasa 45 dəqiqə küçənin qırağına çəkilmiş hasara sıxılıb qaldım ki, ara sakitləşsin, nəfəs alıb, gedim evimə-eşiyimə. Nə isə bu camaatı da bir təhər yola verdik, başladım ən yaxın metro stansiyasına doğru addımlamağa. Amma gedə-gedə hiss edirəmki, deyəsən mən metroya minə bilməyəcəm. Uzaqdan stansiyanı görən kimi düşüncələrimin düz olduğuna əmin oldum. Girişin qabağında yox-yox hardasa beş min adam var, girişləri bağlayıblar ki bəs adam çoxdu metro çatdırmır, avtobusla gedin. Day bilmir ki saat 12-ni keçib, avtobuslar işləmir. "Heç nə olmaz, bir az piyada gəzim, o biri stansiyaya düşərəm" Gəzə-gəzə 5 stansiya buraxdım. Saat 2-di artıq. Yolun qırağı ilə o qədər adam gedirki, riyaziyyat o rəqəmi kəşf etməyib. Boş taksi yox, saxlayan yol maşınları da ağzını Allah yolunda açıb, 100$-dan aşağı qiymət demir. 6-cı stansiyaya çatanda gördüm ki nəzarətçi ordan "Only with family" qışqırır. Dedim fürsət bu fürsət, yolda mənimlə addımlayan tapdım bir Nataşa, başa saldım ki məni stansiyaya sal, sonra hara gedirsən get. Ər arvad adıynan stansiyaya girdik bir təhər. 3-ün yarısı öz stansiyama çatdım. Ordan da gəzə gəzə otelimə. Nömrəmə girəndə telefonum o gecə 32 km yol gəzdiyimi göstərirdi. Məndən bu qədər Sizə məsləhətim dayandığınız yerdə, ox görürsünüzsə, heç vaxt arxasına düşməyin Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  İlkin Babayev

1535 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!