Haqqımızda

Gəzəyənlər Qrupu 2016-cı ilin Avqustunda xaricdə yaşayan azərbaycanlılar Babək Musazadə və Ülkər Ağayeva tərəfindən yaradılmış və qısa zamanda bütün dünyadakı azərbaycanlıları onlayn olaraq 1 yerə toplamağı bacarmışdır. Qrupun məqsədi dünya azərbaycanlılarının səyahətlə bağlı istənilən mövzuda suallarına cəmiyyət olaraq cavab tapmaq, səyahət, turizmlə bağlı qlobalda və lokalda olan ən yeni məlumatları bölüşmək, yaranan problemlərə həllər təklif etmək və bütün bunlarla güclü bir onlayn səyahət cəmiyyəti formalaşdırmaqdır. 2020-ci il mart ayına əsasən qrupda artıq 46 000-ə yaxın azərbaycanlı üzv var və onlar qrupa dünyanın dörd bir yanından, 100-dən artıq ölkəsindən qoşulublar. Bu cəmiyyət 2018-ci ildən başlayaraq onlarla ölkədaxili və ölkəxarici turlar, kamplar, festivallar, səhər yeməkləri, tədbirlərlə qrupu real dünyaya daşımağa da nail olublar. Qrupda gündəlik olaraq 100-dən artıq post paylaşılır və hər posta ortalama 300-dən artıq reaksiya gəlir. Facebook qrupunda paylaşılan ən maraqlı səyahət postları bu veb səhifənin bloq bölməsində öz yerini alır. Fəaliyyət göstərdiyi 4 il ərzində bu cəmiyyətlə bağlı fərqli televiziya kanallarında dəfələrlə videoreportaj, proqram və müsahibələr hazırlanmışdır. Bugünə kimi Aviasales, Azercell, Kapital Bank, Express Bank, Bizon, Özsüt kimi qlobal və yerli brendlər qrupun sponsoru, partnyoru və dəstəkçiləri olmuşdurlar.