526 dəfə oxunub

A-dan Z-yə Tanzaniya (Part 2)

???????? Tanzaniya II
???? Bu statusda mart ayında Tanzaniyaya etdiyimiz yarım aylıq səyahətin bəzi detalları, xüsusilə xərclər haqqında informasiya olacaq.

???? Aviabilet. Qatar Airways.
✈️ Bakı-Doha, Doha-Zənzibar və Zənzibar-Doha, Doha-Bakı uçuşlarının ümumi qiyməti bir neçə ay əvvəl alındıqda 1300$ civarında olur.
✈️ Biletləri Xalq Bank-ın "Gold kartı" ilə aldıqda 12% endirim təbiq olunur ki, biz də bu fürsətdən faydalandıq. Çox böyük və olduqca rahat olan "Dreamliner" təyyarələri ilə uçmaq insana xüsusi zövq verir.
✈️ Tanzaniya daxili uçuşları isə Air Tanzania-nın pərli təyyarələri ilə həyata keçirdik. Zənzibar-Aruşa və Aruşa-Zənzibar uçuşlarının ümumi qiyməti 200$ oldu.
✈️ AIR Tanzania-dan bileti onlayn qaydada alsanız da sizə pulun hesaba keçmədiyini və pulun keçməyini gözləməyinizi məsləhət görə bilərlər. Bu problemin yaşanmaması üçün ödənişin sonunda “Pay at office” hissəsini seçib, pulu ofisdə ödəmək lazımdır.
???? Transfer xərcləri.
Zənzibar havalimanından Stonetown-a taksilər 20000 şillinqə(8$), gözəl çimərliklərin yerləşdiyi Nungwi, Kendwa, Paje, Jambiani və Kizimkazi kurotlarına isə 7 nəfərlik taksi 30$-a gedir. Avtobus və “boda boda” ilə eyni istiqamətlərə 1$-a getmək mümkündür, ancaq bunu “adrenalin olsun” deyib yoxlamayın, nəzərə alın ki, Afrikadasınız. Ən yaxşısı əvvəlcədən qalacağınız hotellə danışıb, transferi onlara həvalə etməkdir. Adınız yazılı lövhə ilə sizi gözləyəcəklər.
???? Aruşa havalimanıdan hotelə taksilər əvvəlcədən danışmamısınızsa 20-30$ təklif edəcəklər. Yenə də ən yaxşısı əvvəlcədən qalacağınız hotellə danışıb, transferi onlara həvalə etməkdir, bu halda qiymət 5-10$ olacaq.
???? Hotellər. Tanzaniyada ev və hosteldə qalmaq müzakirə olunmayacaq mövzu olduğuna görə birbaşa keçək hotellərə. Həm də minimum 3* və reytinqi 8-dən yuxarı olan hotellər. Mütləq şəkildə Booking.com-dan rezerv edilməli və rəylər (review) səbrlə oxunmalıdır.
???? Zənzibarda hotellərdə iki nəfərlik otaqda bir nəfər üçün bir gecəlik qiymət səhər yeməyi də daxil 30-100$ civarındadır. Qiymətlər yağışlı mövsümdə ucuz, turistlərin axın etdiyi vaxtda isə baha olur. Aruşa, Moşi, Mwanza, Kigoma və digər turistik mərkəzlərdə də eyni qiymətlərdir.
♻️ Zənzibarda maraqlı turlar.
Zənzibarda istəmədiyiniz qədər maraqlı turlar olacaq. Qiymətləri aşağıda qeyd edirəm.
????Delfin turu, Jozani meşəsi, Jambiani Kuza mağarası, Paje çimərliyi və The Rock restoranı 130$
????Mnemba adası rifində delfin turu və snorkeling 85$
????Zənzibardan Mikumiyə 2 günlük safari 600$
????Zənzibar və ya Dar əs-Səlamdan Selous Milli Parkına bir günlük səyahət 600$
Zənzibardan Stone Town və Prison Island 42$
????Zənzibar Kulinariya və Ədviyyat Turu 55$
????Stone Town gəzinti turu 34$
????Zənzibar tısbağaları ilə üzmək 35$
????Nakupenda adası çimərlik günü turu 60$
????Jozani meşəsi turu 60$
????Tam gün Safari Blue Zanzibar 65$
????Hind oceanında balıq tutmaq turu 300$
✅ Siyahını uzatmaq olar. Keçək ölkənin materik hissəsinə.
????Milli Parklar.
Tanzaniyanı dünyada tanıdan ən vacib məsələ ölkənin Milli Parkları və qorunan əraziləridir (conservation areas).
????Milli parklara giriş yalnız Safari turları həyata keçirən şirkətlərlə mümkündür. Bu qiymətlər isə Milli Park-ın əhəmiyyətinə görə, mövsümə görə, Aruşaya və digər başlanğıc məntəqəsinə olan məsafəyə görə müxtəlif olur. Qiymətlər ən yaxşı halda 400$-dan başlayır, 2000-3000$ və daha da çox ola bilər.
????Qəbilələr, kəndlər, kofe və banan plantasiyalarına, Klimancaro və Meru dağlarının ətrafındakı şəlalələrə və təbii gözəllikləri ifadə edilməsi çox çətin olan yerlərə (məsələn: Materuni kəndi) olan turlar isə 250-300$-dan başlayır.
Yemək-içmək. Çox ucuzdur. Gündəlik bir neçə dollarla ən gözəl yeməklərin dadına baxmaq mümkündür.
Bunlar bizim etdiklərimiz idi. Ölkəni tam gəzmək üçün isə ən az iki ay lazımdır.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Elşən İsmayılov

DİGƏR BLOQLAR

Şarm əş-Şeyx bələdçisi - Hər şey daxil 127 $

Şarm əş-Şeyx, Misir. Hər şey daxil 127 $. May ayının sonundan Ukraynada idim. Vaxtı səmərəli dəyərləndirmək məqsədilə Misirə 1 həftəlik istirahət üçün araşdırma aparmağa başladım. Nəticə gözlənilməz oldu. Şarm əş-Şeyxə (bundan sonra “Şarm”) ən sərfəli təklif edən şirkətlər qaldığım bina ilə üzbəüz yerləşirmiş. Kiyevdən Şarma 1 həftəlik hər şey daxil tur-paketi cəmi 127 dollara aldım. Paketə (yəni 127 dollara) aşağıdakılar daxil idi. Səyahət sığortası. SkyUp Airlines ilə birbaşa çarter reyslər. 23+10 kq baqaj. Həm ingilis (Kərim), həm də rus dilli (Viktoriya) tur rəhbərləri. Transferlər, aeroport-otel-aeroport. 4* otel Sharm Holiday Resort (otelə söz ola bilməz) AI qidalanma. Səhər saat 07.00-dan gecə 23.00-a qədər (gündə üç dəfə) qidalanma. Gün boyu limitsiz içkilər. Hər gün səhər saat 08.00-dan 17.00-a qədər (hər yarım saatda bir) müxtəlif çimərliklərə rahat avtobuslarla gedib-gəlmək. Otel daxilində akvapark, böyük hovuzlar, stolüstü və böyük tennis, voleybol, futbol, hovuzlar və s. müxtəlif əyləncələr. Uşaqlar üçün müxtəlif əyləncələr (çox maraqlı olur) və xüsusi müəllim. Viza. Misir Azərbaycan vətəndaşlarından viza tələb edir və rüsumu 25 dollardır. Sadəcə Şarma gedirsinizsə (Sinay yarımadasına) və geri dönüş biletiniz varsa viza lazım deyil. Yox mütləq Qahirə, Luksor, İskəndəriyyə, Asuanı görməliyəm deyirsinizsə əvvəlcədən viza alın. Mən vizanı Şarm havalimanında cəmi bir neçə saniyəyə aldım. PCR Test.Kiyevdə test qiymətləri 700 uah ətrafındadır, Getməzdən bir gün əvvəl neqativ PCR test cavabı hazır olmalıdır. Şarmda oteldə test 45 dollardır. Ucuz variant isə Sharm El Sheikh International Hospital-dır, 31 dollar. Otel. Mütləq şəkildə 4* və ya 5* otel seçin. Yoxsa əsl Şarmı hiss edə bilməyəcəksiniz.Mobil nömrə. Demək olar ki, bütün otellərdə wifi zəifdir. Havalimanının çıxışında bütün mobil operatorların təmsilçiləri var. Ən yaxşısı qiyməti 12 dollar olan Vodafone Egypt nömrədir. Xeyli danışıq dəqiqəsi və 10 gb internet olur. İkinci yaxşı Orange-dir. Təxminən Vodafone ilə eynidir.Misirdə “whatsapp call” işləməyə bilər. Face app, viber, messenger və s. mobil tətbiqlər işləyir. Özümüzlə mütləq götürməliyik.Krem. Əgər günəşdə yanıb, qap-qara olmaq istəmirsinizsə mütləq.Power bank. Çoxlu çəkiliş edəcəksinizsə mütləq.ABŞ dolları. Mümkündürsə çoxlu 5, 10 dollar, hətta 1 dollar belə asanlıqla istifadə edilir.Baş örtüsü. Çox köməyi olur, adam istidən bezmir. Mən sonradan aldım. Birinci gün hamı mənimlə rusca danışırdı. İkinci gün isə artıq ərəbcə danışmağa başladılar, qap-qara olmuşdum. Şarm haqqında.Bir vaxtlar kiçik bir bədəvi qəsəbəsi olan Şarm səksəninci illərdən sonra qoyulan turizm investisiyaları ilə sürətlə inkişaf etdi və dünya səviyyəli istirahət seçimləri təklif edən tətil mərkəzinə çevrildi. Qırmızı dənizin təmiz suları, mərcan rifləri və zəngin sualtı həyatı buranı hər keçən gün daha da cazibədar edir. Asiya və Afrikanı birləşdirən Sinay yarımadasının cənubunda yerləşən Şarm "şeyx körfəzi" mənasını verir və ərəbcə "Şarm-əş-şeyx" olaraq oxunur. Bir tərəfdə əzəmətli Sinay dağ silsiləsi və sinay səhrası, digər tərəfdən rəsm əsəri kimi sahili ilə qonaqlarına unudulmaz bir tətil vəd edir. Şarm, magistral yol boyunca düzülmüş 4 fərqli bölgəyə yayılmış şəhərdir. Nabq körfəzi, Naama körfəzi, Hadaba (ras um sidd) və Sharm old town. Naama körfəzi, şəhərin əsas mərkəzi deyə biləcəyimiz bir yerdir. 1983-cü ildə Misir Sinay yarımadasını İsraildən geri aldıqda, Naama körfəzində yaşayış yeri yox idi. İndi isə restoranları, məşhur otelləri, fast food şəbəkələri, və s. ilə çox rəngli və canlı yerdir.Təxminən 1 km uzunluğundakı çimərliyi ilə dəniz, qum və günəş sevənləri cəlb edən yerdir. Ticarət əsasən Naama sahilindədir. Geyim mağazalarından əlavə, zərgərlik mağazalarının müxtəlifliyi və sıxlığı ilə də diqqət çəkir. Şarmda maraqlı nələr etmək olar?Əvvəlcədən deyim ki, Şarma gedirsinizsə Qahirə, Luksor, İsgəndəriyyə kimi yerlərə getməyi planlamayın. Şarmı tam anlamıyla hiss etmək üçün azı 15 gün lazımdır.Çimərliklər.Ən birinci əlbəttə ki, çimərliklər. Əgər zəif üzürsünüzsə “Naama Bay” sizin üçün ideal seçimdir. Qum, təmizlik, xidmət yüksək səviyyədədir.Üzməyə professional yanaşanlar üçün "Fanar Beach" əvəzedilməzdir. Birbaşa 5-10 metr dərinlikdə mərcanların içində gözyaşı kimi tər-təmiz suda üzmək və müxtəlif rəngli canlıları izləmək heç nə ilə əvəz edilə bilməz. Mənim yanıma özümdən böyük tusbağa da gəlmişdi, biraz birlikdə üzdük və getdi. Saat 17.00-dan sonra çimərliklər bağlanır. Tiran adası və Ras Muhamməd Milli Parkı arasında edəcəyiniz dayvinq turu unudulmaz olacaq. Qırmızı dənizin dünyada tayı-bərabəri olmayan sualtı mənzərələrini və canlı aləmini izləyəcək, istədiyiniz qədər müxtəlif balıqları görəcəksiniz. Nəzərə alın ki, dünyada 10 ən yaxşı dayvinq mərkəzindən 3-ü Misirdədir. Tarix və fərqli mədəniyyətlər ilə maraqlananlar.Bədəvilərin yaşayış tərzləri, dəvələrlə gəzinti, çox qədim tarixi yerlər sizə unudulmaz təcrübə yaşadacaq. Kvadrosikl sürmək üçün çox gözəl yerlər və hazır turlar var.Yemək.Qaldığım oteldə yemək və içki çeşidləri olduqca bol idi. Yeməkləri həm çox qidalı, həm də dadlı idi. Xüsusilə dəniz məhsulları, meyvələri, tərəvəzləri və təbii şirələri çox dadlı idi. Veqan və vegeterianlar üçün demək olar ki, cənnət idi. Hər yeməkdə müxtəlif növ bişmiş və yeni tərəvəzlər və meyvələr olur. Şirniyyatları o qədər də yaxşı deyil. Əsl Misir şirniyyatının dadını bilmək istəsəniz Genena Mall-ın girişindəki Tseppas-a baş çəkin. Buradakı dadları ancaq Türkiyənin Antep və Mersin tərəflərində görəbilərsiniz. Ət yeməkləri bərk olur, tam bişirmirlər. Həm dəniz məhsullarınını, həm toyuq ətini, həm də mal ətini bərk və bol ədviyyatlı edirlər. Valyuta. Ölkədə Misir funtu (EGP) istifadə edilir, ancaq dollar hər yerdə işləyir. Siz bir şey alanda dollarla ödəniş edin, qalığı funtla qaytaracaqlar. Turistlər.Hazırda Şarmda turistlərin 90 faizi ukraynalılardır. İkinci yerdə Qahirə və digər şəhərlərdən gələn varlı yerlilər, çox az sayda avropa və orta asiyalılar var. Danşıq dili.Şarm havalimanında otellərdə, marketlərdə, ticarət mərkəzlərində hamı rus dilini başa düşür və danışır. Hər yerdə yazılar, menyular və s. hətta mərkəzdə yerləşən polis bölməsinin adı da rusca yazılıb. Ərəblərin rusca danışmağı hindistanlıların ingiliscə danışmağı kimi bir şeydr. Adamlar Palm Hotel-ə “bal utel” deyirlər ))Rus dili bilməyənlər narahat olmasınlar, ingilis dilini də hamı lazım olan qədər bilir. Hədiyyə.Ən yaxşı hədiyyələr: Misir xurması, maqnetlər, müxtəlif çaylar (daha doğrusu çaya əlavələr), ədviyyatlar, ətir və ərəb qızılı (gömrükdə tanış yoxdursa almayın). Bənzərliklər. Hər yerdə qara qarğalar və milçəklər var ))Əksər dükanlarda və taksilərdə yüksək səslə Qurana qulaq asırlar, ancaq dindar deyillər. Təmizlik, xidmət, keyfiyyət.Şarmda həm otellər, həm dəniz həm də bütün iaşə obyektləri tər-təmizdir. Xidmət yüksək səviyyədədir. Hər keçən il keyfiyyətdə irəlləyişlər baş verir. Hələlik bu qədər.#uçmaqüçündoğulanlar #GYD21 #luxor #travelbloggerlifestyle #KBP #ukraine #travelling #skyup #Egypt #sharmelsheikh #sharmholidays #tuifly #joinup #anextour #cairoegyptƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Elşən İsmayılov

2220 dəfə oxunub

Sirenlər adası - Kapri

Kapridəki bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.Əziz dostlar, bu gün sizə Kapri adası haqqında danışmaq istəyirəm. Əvvəllər aranızda bu adada olanlar olub bilirəm. Mən olmayanlar üçün paylaşıram.????Budapeştdən WIZZAIR_lə İtaliyanın Neopol şəhərinə (34 avro), ordan da Molo Beverello limanından (26 avro) sürətli feribotla 40 dəqiqəyə Kapri adasına getdik. Qeyd edim ki, gün ərzində Kapriyə Neopoldan müxtəlif şirkətlərin müxtəlif qiymətə feribotları gedir. Bir saat limanda gözləsəydik 17 avroya da gedə bilərdik. Nisbətən ucuz səfərlər daha uzunmüddətli olur.Marina Grande limanına çatıb ordan da Funikulyorla 2,5 avroya Kaprinin mərkəzinə qalxdıq. Funikulyordan çıxanları dağlar arasından görünən Tirren dənizinin möhtəşəm mənzərəsi qarşılayır. Ən gözəl dondurmanı məhz burada yedik. ????Sonra 3 nömrəli avtobusla 2 avroya bilet alıb daha yuxarılara Anakapri istiqamətinə getdik. Avtobus sıldırım qayalığın kənarı ilə dar yollarla yuxarı qalxdıqca insanı vahimə bürüyür. Otellər, şəxsi evlər, kafelər yuxarı qalxdıqca daha da bahalaşır.Bütün bildiyimiz bahalı markalar Kapridə təxminən 3 dəfə daha baha idi. Məsələn İtaliyanın digər şəhərlərində 34 avroya gördüyüm ayaqqabı burda 99 avroya idi. Yəni alış-veriş üçün heç uyğun deyildi. ???? Yeməklər də həmçinin. Deməli digər yerlərdə 12-15 avroya yeyəcəyin pizza burada 18-20 avroya olur. O da əgər yer tapa bilsən oturursan. Bilməyənlər üçün deyim ki, İtaliyada oturduğun kafelərdə, restoranlarda servis haqqı (2-3 avro) ilə yanaşı kaporta haqqı (3-4 avro) da hesabın üzərinə əlavə edilir.İtaliyada otellərdə də qiymət çox bahadı. Booking.com-dan aldığın bütün otellərin əvvəlcədən ödədiyin qiymətindən başqa hər gecə üçün servis haqqı (4-5 avro) və şəhər vergisi (5-6 avro) də əlavə nəğd olaraq ödəməlisən.2 pulsuz xalq plyajı var. Ümumiyyətlə Tirrendə çimib sahildə günəşlənmək üçün pul tələb edən yoxdur. Kapri ümumilikdə çox səs_küylü adadı. Turist təsəvvür etdiyimdən də çox idi. İnsan çoxluğundan dar küçələri az qala addım addım gəzirsən. Avtobus, funikulyor, feribot növbələrində itirdiyim vaxtları görəndən sonra düşündüm ki, bura istirahət üçün gəlmək istəyənlər ya mayda, ya da sentyabrda gəlməlidirlər. Qayıqlarla və ya gəmilərlə ada ətrafı gəzintilər var. Yarım saatı təxminən 25-30 avroya başa gəlir. Qiymət Grotto Azzuraya (mavi mağaraya) gedib getməyəcəyinə bağlı olaraq dəyişir. Ümumilikdə Kapridə keçirdiyim gün mənə maraqlı oldu.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: ‎Aynur Abbaszade

729 dəfə oxunub

Ölü dəniz - Fəthiyə bələdçisi

Fəthiyədəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salam. Bu gün sizə Fəthiyə / Ölüdəniz bölgəsi yönündə bir az məlumat verəcəm. Gələcəkdə getmək istəyən olsa, məlumatlardan faydalana bilər, deyə düşünürəm.İlk öncə deyim ki, Fəthiyə bölgəsində Antalya və ya Bodrumdan fərqli olaraq gecə həyatına üstünlük verilməyib. Yəni ki, səyahət məqsədim sırf gecə həyatidir, deyirsinizsə qeyd etdiyim bölgələrə getməyinizi məsləhət görərdim. Bura ailəvi və ya cütlük şəklində gəlmək üçün ideal məkandir. Turistlərin böyük bir qismi alman və ingilislərdir. Ərəb turist çox nadir hallarda önünüzə çixar. Bunu da bölgənin daha bir müsbət cəhəti kimi saymaq olar məncə). Qeyd edim ki, bizim vətəndaşlar da Fəthiyə bölgəsinə səyahət etməyə üstünlük vermir. Qiymətlərmi bahadır deyə, yoxsa tanış bir məkan deyil, onu deyə bilmərəm =). Məsləhətdir ki, pulunuzu dollara çevirib orada TL edəsiniz. Bu yol daha sərfəlidir. İlk öncə marşrut xəttindən başlayaq. Öncədən planlaşdırılmış səyahətdirsə, o zaman bir neçə ay qabaqdan Buta airways vasitəsilə büdcənizə uyğun Baki-Antalya biletini əldə edə bilərsiniz. Yox əgər səyahət zamanı yaxınlaşan vaxt hər hansı problemin yaranması nəticəsində biletin boşuna gedəcəyini düşünürsünüzsə, avtobus köməyinizə çatar.Mənim marşrutum Baki-Tiflis-Antalya-Fəthiyə kimi oldu. İstəyə əsasən Naxçıvan ərazisi tərəfdən də ölkəyə daxil ola bilərsiniz. Səhv etmirəmsə Bakı-Naxçıvan aviareysi 50 AZN civarındadır. Ordan sərhədi keçib Ege bölgəsinə gələn istənilən avtobusa minə bilərsiniz. Çoxlarının da bildiyi kimi Baki-Tiflis avtobusu Bakı avtovağzalından axşam saatlarında çıxıb, səhər Tiflis avtovağzalına çatır. Gediş saatı təxminən 9 saatdır. Qiymət isə 15 AZN-dir. Tiflisdə vaxt itirməmək üçün Tiflis-Antalya avtobus biletini öncədən proqram vasitəsilə almağınızı məsləhət görürəm.Bileti obilet.com saytından 300 TL qiymətinə əldə edə bilərsiniz. Öncədən deyim ki, avtobus ilə Türkiyə ərazisində səyahət etmək çox yorucudur. Bəlkə də aranızda bəziləri bundan həzz ala bilər, amma bu mənim şəxsi fikrimdir). Avtobus yolboyu bir neçə dəfə yemək fasiləsi verir. Gürcüstan ərazisindəki kafelərdə həm AZN, həm də TL kimi ödəniş etmək mümkündür. Eləcə də Türkiyə ərazisindəki kafe dayanacaqlarında gürcü larisi ilə rahat ödəniş edə bilərsiniz. Tiflisdən Antalya otogarına avtobus təxminən 30 saata çatır.Çatdıqdan sonra vəziyyətə uyğun olaraq Antalyada gecəliyə bilərsiniz. Bunun üçün şəhər mərkəzində uyğun qiymətə otel və hostellər var. Və ya Fəthiyə avtobusunun gediş saatına müəyyən bir zaman varsa şəhəri gəzmək imkanınız da var. Otogardan şəhər mərkəzinə həm tramvay, həm də avtobus gedir. Bir neçə saatlıq gəzinti üçün nəqliyyat kartı almağa dəyməz. Kiməsə nəğd şəkildə ödəniş edin sizi keçirəcək. 1 həftədən çox qalmaq fikriniz varsa nömrə almağınızı məsləhət görürəm. Yeni alınan nömrədə sizə kifayət edəcək qədər internet trafiki hədiyyə olunur. Antalya-Fəthiyə biletini də online şəkildə almağınızı məsləhət görürəm. Biletin qiyməti 36 TL-dən başlıyır. Yol boyu sizi möhtəşəm mənzərələr gözləyir. Məsafə isə təxminən 3 saat civarındadır. Gəldik çatdıq Fəthiyə bölgəsinə =).Fəthiyə bölgəsində qiymətlər çox bahadır. Ona görə də önləminizi öncədən görün. Nəbadə bankomatdan pul çıxarasınız, adamı soyub talıyır)). İstəyə uyğun olaraq ya Fəthiyə mərkəzində, ya da Ölüdəniz bölgəsində otel bron edə bilərsiniz. Bunun üçün də booking.com applikasiyası sizə kömək edəcək. Otel qiymətləri Ölüdəniz bölgəsinə yaxınlaşdıqca artır. Məsləhət görərdim ki, Oteli Hisarönü deyilən ərazidə bron edəsiniz. Ərazi mərkəzlə dəniz arasının düz ortasında yerləşir. Ətrafda isə hər cür restoran və market var. Eləcə də, demək olar ki, bütün türk banklarının bankomatı var. Ehtiyacınız olduğu təqdirdə istifadə edə bilərsiniz, amma yenə də məsləhət görmürəm)).Fəthiyə mərkəzindən qeyd etdiyim əraziyə qisa zaman aralığıyla dolmuşlar gedir. Eləcə də, Hisarönü ərazisindən Ölüdənizə dolmuş vasitəsiylə rahatlıqla gedib qayıda bilərsiniz. Büdcə cəhətdən sıxıntı çəkənlər Ölüdəniz bölgəsində yerləşən yeganə hostel olan "Ölüdeniz hostel"də də gecəliyə bilərlər. Hostel personalının bir tərəfi Azərbaycanlı olduğu üçün xüsusilə bizim ölkədən gələn turistlərə mehriban şəkildə yanaşırlar. Eləcə də gecələr toplu şəkildə ayrı-ayrı ölkələrdən gəlmiş turistlər oturub söhbət edərək, bir sıra oyunlar oynayaraq, sizin tətilinizi daha da rəngarəng edə bilər. Ən azından onlarla ünsiyyət saxlayaraq ingiliscənizi müəyyən qədər inkişaf etdirə bilərsiniz =). İnstagram hesabınızda da həmin hostelin səhifəsinə nəzər yetirə bilərsiniz. Hosteldə yalnız səhər yeməyi verilir. O da əlavə ödənişlədir (15 TL). Qeyd edim ki, burada ərzaq mağazaları və restoranlardan fərqli olaraq geyim ucuzdur. Alış-veriş etmək istəsəniz həm hisarönü, həm də Ölüdəniz ilə üzbəüz alış-veriş mağazaları var. Hava qaralandan sonra həmin küçələrdə ingilis və almanlardan tərpənmək olmur)). İstəsəniz yaxınlarınız üçün cibinizə uyğun müxtəlif tipdə hədiyyələr də ala bilərsiniz.Həmin küçələrdəki restoranlarda oturmağı məsləhət görmürəm. Amma büdcənizə arxayınsınızsa buyura bilərsiniz). Düz Hisarönü dairəsində "Safran" adlı restoran var. Ev yeməkləri təqdim edir, eləcə də çox dadlıdır. Üstəlik cibinizə də uyğundur. Personal da bir ailənin üzvləridir.Ölüdəniz bölgəsinə gəlib adrenalin yaşamadan getmək düzgün olmaz =). Burada paragliding (paraşüt), suya dalma, gəmi turları kimi aktivitələri bəyənəcəyinizə əminəm. Paragliding turu kifayət qədər bahadir, təxminən 600-700 TL civarındadır. Paraşütlə Ölüdənizi havadan seyr etmək üçün bu pulu verməyə həqiqətən dəyər məncə =). Əgər belə bir fikriniz olsa orada tanış olduğum peşəkar pilot olan Sami qardaşa müraciət edə bilərsiniz. Əminəm ki, sizə lazımı köməkliyi göstərəcək (0537 3122506 - flysami@gmail.com).Gəmi turları isə müxtəlif istiqamətlərədir. Getdiyim 2 gəmi turu olduğu üçün yalnız bunlar barəsində məlumat verə bilərəm. 12 adalar adlanan tur zamanı gəmi sizi ölüdənizin görməli adalarını gəzdirir. Hər adada ortalama 1 saat dayanır. Bu bir saat ərzində gəmidən suya tullanıb üzə və ya ada sahilində günəşlənə bilərsiniz. Suyun şəffaflığı isə sözlə ifadə edilə bilməz =). Gəzinti ərzində 1 saat civarında gəmi daxilində yemək fasiləsi verilir. Nahar ödənişi biletə daxildir. Biletin qiyməti 100 TL-dir. İstəyiniz üzərinə naharda ya balıq, ya da toyuq əti seçimini öncədən edə bilərsiniz. Gəmidə turistlərin əhvalını yüksəltmək üçün bir sira əyləncələr düzənlənir. Tur saat 11-də başlayıb 6-da bitir. Digər qeyd etdiyim gəmi turuna isə yolcuların böyük bir hissəsi son məntəqə olan Kelebekler vadisini görmək üçün gedir.Ölüdəniz plajları haqqında da bir az məlumat verim sizə). Dolmuşların son dayanacağında ödənişsiz "Belcekiz plaji" yerləşir. Burda yalnız şezlonqla çətiri ödəniş edərək əldə edə bilərsiniz. Sahili daşlıdır. Səyahətim ərzində ən çox bəyəndiyim və sizə də məsləhət gördüyüm "Kumburnu plajı"dir. Hərtərəfli ideal plaj mənə görə ora oldu. Dalğa ümumiyyətlə yoxdur. Plaj "Blue lagoon" parkı daxilində yerləşir. Giriş adambaşı 7 TL-dir. Bundan əlavə məsləhətli plajlardan biri də "Kaputaj plajı"dir. Plaj Fəthiyədən 1 saat 40 dəqiqə məsafədə yerləşir. Fəthiyə otogarından Kalkan otogarına gedib ordan dolmuşlarla plaja çata bilərsiniz. Suyu mükəmməldir, lakin dalğalıdır. Sahili daşlıqdır.Ümumiyyətlə qumlu sahil arzusundasınızsa "Patara plaji"na getməyinizi məsləhət görürəm. Bura da Kalkan və Kaş otogarından avtobuslar gedir. Qeyd etdiyim plaj da ödənişsizdir. Lakin şezlonq və çətir pulludur. Bu qədər =).10 günlük səyahətim zamanı Ölüdəniz bölgəsində kifayət qədər istirahətdən həzz aldım =). Qayıdan zaman avtobus yorğunluğunu göz önünə gətirib Antalya-Trabzon təyyarə reysindən istifadə etdim. Çünki, Türkiyə ərazisi get-get bitmir =D. Pegasus reysi 100 AZN civarında başa gəldi. Səyahətimi bu şəkildə sizə yansıtmağa çalışdım. Ümid edirəm köməyi dəyər =). Qrammatik səhvlərə yol vermişəmsə üzrlü sayın.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Фуад Гусейнов    

1273 dəfə oxunub

Motsartın vətəni – Vyana bələdçisi

Viyanadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.WizzAirin Bakı – Budapeşt reysi açıldığından bilirəm ki, bir xeyli adam Budapeştə səfər edir. Budpeştə gəlib də buradan 2.5 saat məsafədə olan gözəl Avstriyanın  paytaxtı Vyanaya getməsən olmaz. Vyanada ilk dəfə keçən ilin avqust ayında olmuşam. Diplom işimi yazarkən yaranan qısa fasilədən istifadə edib dedim gedim görüm Motsartın vətənini, sonuncu dəfə isə təxminən 1 ay qabaq. Hər dəfəsində də Vyananın fərqli yerlərini kəşf etmişəm. Türklər demiş lafı uzatmadan keçim Vyana haqqında praktiki məlumatları bölüşməyə.lk öncə Vyanaya nə zaman getməli? sualından başlayaq. Vyanaya ilin hansı dövrü getsəniz fərqli bir şəhər görəcəksiniz. Qışda getsəniz, milad bayramı öncəsi möhtəşəm bəzənmiş Vyana sizi özünə valeh edəcək, yaz və ya yayda getsəniz Vyanada olan saray və parkların yaşıllığından həzz ala biləcəksiniz.Qışda onsuz da hazırlıqlı gedəcəksiniz amma yayda gedərkən mütləq özünüzlə qalın bir şey götürün, çünki Vyananın havasının necə və nə vaxt dəyişəcəyi bəlli deyil. Günlü günəşli bir havada 20 dəqiqə içərisində göyün üzünü qapqara buludlar ala və leysan yağış yağa bilər, ona görə də ehtiyat igidin yaraşığıdır ????Vyanaya necə getməli? sualına cavab olaraq bildirim ki, Əgər WizzAirlə Bakıdan Budapeştə gəlirsinizsə, Budapeştdən qatarla getmək istəsəniz Macarıstan dəmir yollarının saytından bilet sifariş edə bilərsiniz. Qeyd edim ki, əgər Macarıstan dəmir yollarından bilet almısınızsa mütləqMacarıstanı tərk etməmişdən həm gediş həm də dönüş biletlərinizi dəmir yol vağzallarındakı maşınlarda çap edin. Sonuncu dəfə Vyanadan gələndə biletimi Budapeştdə maşında çap etməmişdim deyə biletim etibarsız sayıldı və yenidən bilet almaq məcburiyyətində qaldım, buna görə də biletimizi çap etməyi unutmuruq. Əgər Budapeştdən Vyanaya avtobusla getmək istəsəniz Flixbus və ya Orange Waysşirkətinin xidmətlərinə istifadə edə bilərsiniz.Vyanada nə yeməli? sualının cavab olaraq yəqin ki, hamınız bilirsiniz ki, şnitzel german xaqlarının ən məşhur yeməklərindən biridir, ona görə də Vyanaya gəlib də Şnitzel yemədən dönmək olmaz. Şnitzelin yanında verilən kartof salatı da çox dadlı bir şeydir, dadına baxın məncə. Desertlərdən isə sachertorte və alma ştrudeli Vyanaya gedənlərin ən çox daddıqları təamlardandır.Vyanaya çatdıq, toqqanın altını bərkitdik indi harada gecələməli? sualına cavab axtaraq. Bütün digər şəhərlərdə olduğu  kimi burada da booking.com-dan hotel/hostel, Airbnbdən otaq və ya ev kirayələyə bilərsiniz. Tətilinizi ucuza gətirmək istəsəniz Couchsurfingdən də istifadə edə bilərsiniz. Mən Vyanada 2 fərli məkanda qalmışam. Keçən il gedəndə A&O Wien Stadthalle ** hostelində qalmışdım. Avqust ayında 6 nəfərlik otaqda 1 nəfər üçün 19 avro ödəmişdim. Hostelin təmizliyi və sakitliyi kifayət qədər yaxşıdır, sadəcə mərkəzdən 1.5 km məsafədə yerləşir, istəsəniz piyada istəsəniz də metroyla mərkəzə getmək olar. Bu il gedəndə isə Liechtenstein *** qonaq evində qaldıq. 3 nəfərlik otaq üçün bir gecəsinə 75 avro ödədik. Qonaq evi şəhərin tam mərkəzində yerləşir, pulsuz wi-fi ilə təmin olunub. Hər otağın ayrıca hamam və tualeti var və otaqlar təmizdirlər,  verdiyiniz pulun əvəzini deyərdim ki artıqlaması ilə ödəyir.Gəldik yazımızın əsas hissəsinə – Vyananın gəzməli-görməli yerlərinə. İlk öncə başlayaq Vyana zooparkından, deyə bilərsiniz ki, zoopark zooparkdır da nə fərqi var? əslində düz deyirsiz amma Vyana zooparkının digər ölkələrdəki zooparklardan fərqi odur ki, bu zooparkda siz pandaları yaxından görə bilərsiniz, əlbəttə ki, panda sevərsinizsə. Növbəti baş çəkəcəyiniz məkan Şönbrun sarayıdır (Schönbrunn Palace). Saray Avstriya-Macarıstan imperiyası  dövründə Habsburq monarxlarının yay istirahət məkanı olub, 1950-ci illərdən isə əsas turist məkanlarından birinə çevrilib. Sarayın içinə giriş 12 avrodur, sarayın bağlarına giriş üçün ödəniş tələb olunmur, bağları gəzib ağacların arasıyla təpəyə də qalxa bilərsiniz. Orada bütün saray əlinizin içində kimi görsənir.Şəhərin mərkəzindəki əsas görməli yerlərin siyahısına isə habsburqların Hofburg sarayı və ya Imperial Palace başçılıq edir. Sarayın önündə isə faytonlar durur burada faytonlara minərək şəhər turu edə bilərsiniz. Mərkəzdəki növbəti görülməli məkan əlbəttə ki, Dövlət Opera Evidir. Xüsusilə klassik musiqi həvəskarısınızsa opera evində Motsartın, Haydnın əsərlərini dinləyə bilərsiniz. Operanın xüsusi akustikası sizi klassik musiqinin sirli dünyasına aparacaqdır.Növbəti baş çəkəcəyiniz məkan Müqəddəs Stefan Katedralıdır (St. Stephen’s  Cathedral). Katedral qotik üslubda tikilib və içərisi möhtəşəm ornamentlərlə bəzədilib. Katedralın ümumi sahəsinə giriş ödənişsizdir, istəsəniz içəridə 1 avro ətrafında bir məbləğ ianə etməklə dua edib, şam da yandıra bilərsiniz. Sonra mütləq baş çəkilməli məkan Təbiət tarixi muzeyidir (Natural History Museum). Muzeydə dinozavr fosillərini görə bilərsiniz.  Təbiət tarixi muzeyinin arxa tərəfində Muzey Rayonu və ya MuseumsQuartier yerləşir, bura dünyanın ən böyük 8ci mədəni ərazisidir. Burada bir neçə muzey yerləşir, əgər muzeylərə marağınız varsa baş çəkmək məsləhətdir. Muzeyləri gəzib yorulandan sonra meydanın mərkəzində olan kiçik, rahat kafelərdə oturub bir pivə içə bilərsiniz. Muzey rayonundan çıxıb Təbiət Tarixi Muzeyi istiqmətində irəliləsəniz Avstriya Patlamentinin binası ilə qarşılaşacaqsınız. Təbii ki, Budapeştdəki Parlamentdən sonra bu bina çox kiçik və çəlimsiz görsənəcək amma üzərindəki işləməli heykəllərdən zövq alacaqsınızParlamentdən gəldiyiniz istiqamətdə irəliləsəniz qarşınıza 1800-cü illərin sonunda neo-qotik üslübda tikilmiş Rathausçıxacaqdır, bizim dildə desək İcra Hakimiyyətinin binası. Rathausun qarşısında yaz, yay, qış hər zaman nəsə bir tədbir keçirilir. Qışda milad bazarı (christmas market), yayda sadəcə kiçik kafelər şnitzel təklif edir, bu yay gedəndə isə böyük ekranda Avropa Çempionatının oyunlarını izləmişdik.  Elə gəldiyiniz yolla irəliləsəniz qarşınıza dünyaca məşhur Vyana Universiteti çıxacaqdır, Universitetin qarşısından keçib parka girəndə isə Vyananın ən gözəl binalarından biri olan Votiv kilsəsini görəcəksiniz. Bir çox avstriya memarlıq nümunələri kimi, bu bina da neo-qotik üslübda tikilib. Qeyd edim ki, Liechtenstein *** qonaq evi kilsədən cəmi 100-150 metr məsafədədir. Vyana kilsələrindən Müqəddəs Peter (St. Peter) kilsəsi də mütləq baş çəkilməli olan kilsələrdəndir. Kilsələr siyahısında sonuncu bgörülməli olanı Müqəddəs Çarls (St. Charles) kilsəsidir. Kilsə tam şəhər mərkəzində yerləşməsə də hardasa mərkəzdən 10-15 dəqiqəlik yerimə məsafəsindədir. Amma sırf bu kilsəni görmək üçün o yolu qət etməyə dəyər.Şəhərin ən fərqli arxitektur binası isə Kunst Hausdur. Bina əvəllər mebel fabriki olub, sonradan rəssam Friedensreich Hundertwasserin dizaynı ilə dizayn edilib üzərinə rəngli boyalarla şəkillər, grafiklər və grafitilər çəkilib. Friedensreich Hundertwasser tərəfindən dizayn edilmiş digər bina isə müəllifin adıyla adlandırılan Hundertwassehausdur. Vyananın bütün binalarını gəzib gördükdən sonra hiss edirsən ki, bu 2 bina şəhər üçün “yaddır”, heç bir başqa binaya, arxitektur işə bənzəmirlər amma eyni zamanda da şəhərə xüsusi bir gözəllik, cazibə verirlər.Bilirik ki, bloqumuzu oxuyanlar şoppinq etməyi də çox sevirlər ona görə də, onlar üçün də Vyanada gediləcək yeri unutmamışıq ???? Bütün Mariahilfer Strasse və ya Mariahilfer küçəsi boyu geyim və aksesuar mağazaları sıralanıb. Buradan zövqünüzə və tərzinizə uyğun mağazalardan alış-veriş edə bilərsiniz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh  

1500 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!