844 dəfə oxunub

Edinburq bələdçisi

????????Salamlar , postda sizlərə budəfə London yox, amma London qədər də gözəl və əsrarəngiz olan Edinburgh şəhəri haqqında məlumat verəcəm.????️

????Ilk öncə onu qeyd edim ki, şəhəri gəzməyə 2 gün tam-tamına bəs edir. Hətta biraz da dirəşsəz 1 günə düşünürəm tamamən olmasa da əsas hissələrini gəzib bitirə bilərsiniz. Şəhərdə gəziləsi yerlər kifayət qədər olsa da onların bir-birinə məsafə olaraq yaxınlığı sizə ayaqla rahat gəzərək hamsını görməyə kifayət edəcəkdir. Ən əsası da transportdan heç istifadəyə gərək qalmır . Şəhəri gəzərkən insan özünü adətən bir nağıllarda hiss edir əsasəndə qalalar, arxitektura, qədim binalar insanı o atmosferə salır. Mənə görə həyatımda gəzdiyim ən qeyri-adi şəhərdir. Keçək şəhərdə görüləsi yerlərə:
????️1) Edinburgh castle
Şəhərin ən qədim tikililərindəndir. Qalaya getmək üçün gəzə-gəzə yuxarı çıxa bilərsiniz, çünki qala yüksəklikdə yerləşir və oradan şəhərin rahatlıqla çox hissəsi görünür. Getdiyim zaman qalaya girə bilmədim amma məncə məsləhətlidir. (məndən məsləhət əvvəlcədən online ticket almağı unutmayın)
????️2)Dean Village
Bu Village-ə baş çəkmənizi mütləq məsləhət görürəm, çayın körpünün altına axması, binaların axtiekturası sizi tam başqa yerə götürəcək. Adətən bir kino səhnəsində olduğunuzu da hiss edə bilərsiniz.
????️3)Royal Mile
Şəhərin ən məşhur küçəsidir deyə bilərəm. Burada siz rəngarəng evlər və tünd boz binaların qarışığı binaları görə bilərsiniz və müxtəlif shoplar, restoranlar, əyləncə mərkəzləri ilə burada rastlaşa bilərsiniz.
????️4)Holyrood palace
Burada siz Royal ailələrindən birinin otaqlarını görə bilərsiniz. Bu otaqlarda Royal ailəsinə aid olan müxtəlif tarixi əşyalar hələ də qorunub saxlanılmaqdadır. Bilet qiymətləri isə fəslə görə dəyişir. Sentyabr-İyun ayları arası 17.50 pound, İyul -Avqust ayları arası isə 18.50 pound olur ????
????️5)Royal Botanic Garden
Burada müxtəlif bitkilər saxlanılmaqdadir. Əgər botanikaya marağınız varsa yaşıllıq görmək istəyirsizsə bu məkan sizə görədir.
????️6)Calton Hill
Buradan siz Edinburqun ən məşhur fotolarını çəkə bilərsiniz, demək olar şəhər ayaqlarınızın altında olacaqdır. Bundan əlavə müxtəlif abidələr şahidi olacaqsınız hansı ki hamısının tarixi keçmişi vardır. Əlavə olaraq qeyd edimki burada hər il müxtəlif konsertlər keçirilir və onlardan biri də Beltane Fire Festival-dır hansı ki 30 Apreldə burada olur. Əgər yolunuz düşsə mütləq qaçırmayın deyərdim ????
????Qeyd edim ki Şotlandiyaya getmisinizsə mütləq şəkildə təbiətinə də getmişkən baş çəkin. Amma bunun üçün 1-2 gün yox məncə 5 gün, bəlkə də daha çox yer görmək isdəyirsizsə 1 həftə lazım olacaqdır .Harry Potter məkanlarına da baş çəkməyi unutmayın ????

Bu və digər postlar üçün şəxsi Instagram səhifəmi izləyib dəstək ola bilərsiniz, (agshinm)
Diqqətiniz üçün təşəkkürlər ❤️

DİGƏR BLOQLAR

Avropanın romantik şəhəri - Porto

Portodakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Sizə danışım Portuqaliyanın ikinci ən böyük şəhəri Portodan! Oktyabrda Lissabonu gəzdikdən sonra üz tutduq Portoya.Lissabondan Portoya getmək üçün bir neçə yol var idi. Ryan air ilə 9 avroya biletdən tutmuş, 18 avroya buslar və 22 avroya trainlər. Lissabondan 2,5-3 saat uzaqlığda yerləşən Portonu gəzmək üçün 2-3 gün bəs edəcəkdir. Sahil boyunca ətrafı da müşahidə etmək, görmək istəyirdik. Həm mənə 'Oriente station'ın arxitekturası və ümumiyyətlə oradan qatarla getmək maraqlı olduğu üçün traini seçdik. Lisbon gözəldir, xüsusilə qədim tramvayları və çoxlu bilet ehtiyac olmadan görə biləcəyiniz 'miradouro'ları (viewpoint) ilə.Porto daha turistikdi və turistlərin gəzməyi və rahatlığı üçün maksimum imkanları var. Havadan (helikopter, kanat), sudan, qurudan turlar, rahat icitimai nəqliyyat-metro, tramvay, nostljik train və nisbətən ucuz hop onoffları. Portuqaliyanın,ümumilikdə isə avropanın ən qədim şəhərlərindən olan Portonun adı əvvəlcə Portus Cale adlanırmış. Portuqaliya adının etonomiyası da buna söykənir. Porto ve Caleni Douro çayı ayırır və bu çay da atlantik okeanına tökülür. Bu çayın üzərində bir neçə körpü yerləşir ki, onlardan da ən möhtəşəmi və görə biləcəiyiniz ən gözəl mənzərə olanı Dom Luis I körpüsüdür.Körpü Gustave Eiffel tərəfindən Eyfel qülləsini inşa etməzdən öncə tikilmişdir. 172 metr hündürlüyü olan körpünün aşağısı avtomobillər yuxarısı isə tramvaylar üçündür. Hər iksində piyadalar üçün keçid vardır. Sadəcə körpünü piyada keçməklə Portoya açılan möhtəşəm mənzərəni izləyərək bu şəhərin nece gözəl olduğunu və ona aşiq olmamağın mümkün olmadığını başa düşəcəksiz. Şəhər olduqca qədimd ivə möhtəşəmdir. Bu qədimliyi rənglər, ornamentlər və şəhərin qeyri adi qədimlik və müassirlik kombinasiyası daha da cəlbedici və təkrarolunmaz edir.Qədim kolorit qorunub saxlanmaqla yanaşı müassir arxitektura nümunələri də Portonu özünəməxsus edir. Fundachao de Serralves, Casa de Musica isə getmezdən öncə mənim listimdə ön sıralarda idi. İnsanları çox mehribandır və istiqanlıdır. Uzun-uzadı həmsöhbət olmağa hazırdılar. Küçədə yaşlı insanlara çox rast gəlmək olar. Bunu digər şəhərlərdə çox müşahidə etməmişdim. Atlantik okeanı sahili boyunca gezmek və az qala mayaklara çatacaq qədər nəhəng dalğaları görmək də xüsusilə zövqvericidir. Çalışın hər yeri müşahidə etmək üçün piyada gəzin amma ehtiyatlı olun Porto enişli və yoxuşludu və bu sizi bir az yora bilər )) Yerli market-bazarlarını gəzib əsl portuqal mühütünü müşahidə edə bilərsiniz,qiymətlər digər avropa şəhərləri ilə müqayisədə nisbətən uzudu. Meyvə və tərəvəzlər bizdəki qiymətlərlə müqayisədə qat qat ucuzdu.Portuqaliyaya gəldikdə nə yeyilməlidir dedikdə ağıla ilk Francesinha gəlir. Francesinha əslində sandwichdir və Kartof qızartması,xüsusi sousla, yumurta ilə birgə servis edilir. Olduqca doyumludur və yaglılığı çoxdur. Qiyməti isə 6 avro. Portodan başqa yerdə bu yeməyi tapmaq mümkün deyil, tapsanız da mütləq qayıdıb yenidən Portoda yeyecəksiniz.Portuqalliyanın milli balığı sayılan Bachalau yəni Cod fish demək olar getdiyiniz hər restoranın menyusunda qarşınıza çıxacaq. Bu balığdan müxtəlif növdə yeməklər hazırlanır və mütləq bir-iki dəfə bu yeməklərin dadına baxın. Cod fish-dın hazırlanan yeməklərin qiyməti isə 12-22 avro arası 'sea food' suplari da çox dadlıdır və müxtəlif növ dəniz məhsullarının qarşığından hazırlanan bir supdur. (12 avro)Pastel de Nata da öz yerində)) Portoya gedib Porto şərabının dadına baxmağı qaçırmağ olmaz. Mağaralarda yerləşən şərab turları var və qiymətləri 7-15 avro dəyişir. Porto şərabları şirindi və istehsal olunan ən yüksək alkaqollu şərabdır. Sahil boyunca şərab mağaraları düzülmüşdür.Portoda diqqətimi çəkən bir məqam bəzi gənc oğlan və qızların xüsusi qara manto yaxud rahib geyiminə bənzər qara palto ilə gəzməkləri idi. Bəzən onların yanında özlərindən yaşca böyüklər də eyni geyimdə olurdu. Fikrləşdim yəqin kilsə təhsili ilə bağlı ola bilər.Sonra isə bir yerli izzah etdi ki, Porto universitetinə tələbələr məhz belə geyimdə gedirlər. Hətta isti sentyabr ayında belə bu qara manto onların üzərində olur.Eyni ilə Harry Potterdəki kimi.Harry Potter demişkən, J.K.Rowling əsərindəki geyimləri də məhz elə Porto universitetinin qara manto geyimli tələbələrindən ilhamlanaraq yazmışdır. 1991-ci ildə Portoya köçən J.K.Rowling Harry Potterin ilk kitabını 'Fəlsəfə daşı'nı yazmağa başlamışdır. O vaxtının çoxunu Portoda qədim bookstore olan Livraria Lelloda keçirmiş və 'Fəlsəfə daş'ını məhz bu bookstorda və Portonun hazırda ən məşhur kafesi 'Cafe Majistic'də yazmışdır.Bu qədim bookstoru gəzməyi unutmayın. Giriş 4 avrodur.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elay Mikayil

1164 dəfə oxunub

Berlin bələdçisi - fərqli bir baxışla

Berlindəki bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.Şəhərlər də insanlar kimidir. Təqdimata ehtiyac var. Necə təqdim etdinsə elə də tanınıb, sevilir...Hansısa şəhərə getməmişdən öncə burada girib postları çox eşələmişəm. Şərhləri diqqətlə oxuyub analiz etmişəm.Əslində burada post paylaşan hər kəs öz məsuliyyətini bu tərəfdən anlamalıdır. Çünki sən yazdığınla azdan-çoxdan ictimai fikir formalaşdırırsan.Ümumiyyətlə, burada yazılan şərhləri oxuyanda insanların getdiyi şəhərlərə çox vaxt niyə getdiyini anlaya bilmirəm. Buna görə kimisə qınamaq da olmaz. Çünki adamlar var Münhenə sadəcə pivə içməyə gedə bilər. Burada qəbahət yoxdur. Amma sonra şəhər barədə fikirlərini məncə elə özündə saxlasa yaxşıdı. Şəhəri gəzməmisənsə deməli sən onu kəşf etməmisən ..Berlinə getməmişdən öncə burada postları oxuyurdum. Şərhlərdə şəhər barədə məndə çox pis təəssuratlar yaratmışdılar.Nə var axı Berlində? kimi fikirlər də yazan var idi.Keçək əsas məsələyə. Berlin şəhərində 3 gün oldum və onun 1 gününü Berlinə 35 km məsafədə olan Potsdam şəhərinə həsr etdim.Nə var Berlində? Berlinə niyə gedək?Berlinə təkcə Almaniyanın paytaxtı deməklə kifayətlənmək olmaz. Berlin II Dünya müharibəsinə şahidlik etmiş və müharibədən "sağ çıxmış" bir şəhərdir, hansi ki, hal-hazırda Avropada ən mühüm nəqliyyat qovşaqlarından biri sayılır. Şəhərin arxitektur tikililərinin bir çoxu barokko üslubunda olduğu üçün bu sahəyə marağı olan insanları məcbur edir ki, hər binanın qabağında ayaq saxlayıb o möhtəşəmliyi bir müddətlik də olsa gözdən keçirsin.Bu vaxta qədər olduğum şəhərlərin içində nəqliyyat infrastrukturuna görə ən bəyəndiyim şəhər məhz Berlin oldu. Gedəcəyin yerə 3-4 fərqli nəqliyyat, hətta elektrosomakatla getmək olurdu. Bundan gözəl nə ola bilər axı? Konkret vaxt itkisi yaşamırsan.Elə təkcə Tiargarteni gəzməyə adamın 4-5 saatı rahat gedir. Yaşıllıqdan, ətrafdakı quşların səsindən insanın endorfini kəllə-çarxa qalxır.Berlinə həm də muzeylər şəhəri demək olar. Bir-birindən fərqli və maraqlı muzeylər elə "Muzeylər adası" adlanan zonada yerləşir.PerqamonBode muzeyiQədim muzeyQədim milli qalereyaYeni milli qalereyaBerlin rəsm qalereyasıDalem muzey mərkəziYəhudi muzeyiAlman tarix muzeyiRus-Alman muzeyiAlman texniki muzeyiTəbiətşünaslıq muzeyiKino muzeyiQənd muzeyiEtnoqrafiya muzeyiÇekpoyn-Çarli kimi bir-birindən maraqlı muzeylər məhz Berlində yerləşir.Berlinin tarixi tərəfindən danışsam gərək ömrümü bu postu yazmağa həsr edim. Ona görə ən gözəl və tarixi yerlərinin sadəcə adını yazmaqla şəkillərdə oraları sizə göstərəcəm.İmperator Vilhelmin memorial kilsəsiPotsdam meydanıReyxstaqBrandeburq qapılarıUnter den LindenAleksandr meydanıBerlin divarıKansler idarəsiQırmısı sovetlər eviHolokost qurbanalarının xatirə abidəsiQələbə sütunuŞarllotenbuqr qəsriBerlin Dövlət konsert zalıQərbi Kaufhaus univermağıOlimpiya stadionuŞapandau qəsriBu postu uzada bilərəm ama bilirəm ki, uzun postları heç kim oxumur. Ona görə sözümün canının nə olduğunu demək istəyirəm. Gedəcəyin şəhəri araşdır, ora niyə gedəcəyini, o şəhərin nə kimi önəmlilik daşıdığını öyrən. Şəhər barədə fikirləri intellektual gənclərdən al, hansısa şəhərdə 15-20 dəq. olub özünə maqnit alıb, qayıdan adamdan yox. Şəkil çəkdirdiyin yerin tarixini bilməsən mahiyyət baxımından Heydər Əliyev Sarayı və ya Bode muzeyinin qabağında şəkil çəkdirsən fərq etməz. Hər ikisi gözəl və qeyri-adi tikilidi.P.S. Heç görün mən Berlin divarı və ya Parlament binasından danışdım? Heç onları şəkillərdə də görməyəcəksiz????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Rajab Zade

1292 dəfə oxunub

Ecazkar Bali

Balidəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Zümrüd rəngli düyü terrasları, möhtəşəm qoxulu qərənfil və darçın ağaclarından ibarət tropik meşələr, insanı rahatladan musiqilər, yerli rəqslər, sənət, rituallar, sirli məbədlər və möhtəşəm mədəniyyəti ilə xəyallar adasıdır Bali. Səyahəti sevirsinizsə və səyahət barədə düşünərkən ürək ritminiz dəyişirsə dünyada ən çox səyyahın məskunlaşdığı bu cənnət adaya getdikdən sonra qayıtmaq istəməyəcəksiz.Xoş xəbər verim, növbəti ilin iyul ayından THY İstanbuldan Baliyə birbaşa reys açacaq. Bali adası çox böyük bir ada deyil, adanın ətrafında 360 dərəcə tur atmaq üçün yarım gün yetərlidir. Lakin adanın daxili o qədər zəngindir ki, bəlkə də bir ay burada gəzdikdən sonra adanı tam gəzdim demək olmur. Adanı tam yaşamaq üçün səyahət dövründə 1 yerdə deyil, adanın muxtəlif bölgələrində qalmaq lazımdır. Adanın 360 dərəcə sahilləri yerlilər və turistlər üçün açıqdır. Bütün otellərin əraziləri dəmiz qumunun başladığı hissəyə qədərdir. Ən bahalı otel belə olsa ərazisindən sahilə keçid üçün mütləq yol ayırmalıdır. 1970-ci illərində əvvəlində Balidə 10 mərtəbəli otel tikilmiş, bundan sonra adanın görünüşünü itirdiyi üçün uca mərtəbəli binaların tikintisinə qadağa qoyulmuş və bina hündürlüyünə “adadakı ən böyük palma ağacından hündür ola bilməz” şərti gətirilmişdir.Kuta bölgəsi buranın ən səs-küylü, əyləncəli və çirkli, Nusa Dua sakit və müasir otellərin yerləşdiyi, Ubud möhtəşəm təbiətin olduğu ərazilərdir. İndoneziya müsəlman ölkəsi olmasına baxmayaraq Bali adasının 90%i induizmə sitayiş edir. Bali tropik adadır, ilin bütün aylarında istilik 25-35 dərəcə altında dəyişir, yağış və quru sezonları vardır. Martdan oktyabra qədər quru sezon, noyabr-mart arası isə yağışlı sezon sayılır. 1 saat içində həm musson yağışına düşə, həm də 35 dərəcə istilikdə günəş şüalarından yana bilə bilərsiniz. Sezondan asılı olmayaraq yağışlar adətən gecə saatlarında yağır. Adada 10-50 dollar aralığında avtomobil kirayə götürə bilərsiniz. 5-10 dollar isə sığorta haqqı ödəmək lazımdır. Sükan sağ tərəfdədir və yollarda tıxac çoxdur, ona görə avtomobil kirayə götürməyi məsləhət görmürəm. Həddən artıq moto istifadəçisi var. Moto kirayəsi və benzin çox ucuz olduğundan təcrübəsiz adamlar həvəslənib moto kirayəyə götürürlər və buna görə tez-tez qəzalar baş verir. Yolda polislər saxladıqda bir miqdar pula alıb buraxırlar, cərimələnmə prosesi və ödəniş çox qarışıqdır.Otellər çox sərfəlidir, yemək ucuzdur, düyüdən demək olar bütün yeməklərdə istifadə edilir, çörəklər düyüdən hazırlanır, lakin yerlilər demək olar çörək yemir. Düyüdən hazırladıqları yerli içki olan “araq”ı  oteldən kənarda içməyin. Ubud bölgəsində olduğunuz zaman möhtəşəm mənzərəsi və çox ucuz qiymətləri olan “İndus” restoranına mütləq gedin. Adada dağlıq hissələr bəzən çox sərin olur, nəm daima yüksəkdir, məbədləri ziyarət edərkən kişilərdə şortik, qadınlarda qısa yubka geyinməsini yaxşı qarşılamırlar, bunun üçün bütün məbədlərin girişində bağlamaq üçün xüsusi parça (sarong) verilir. Aeroportda düşdükdən sonra bütün qarşılaşdığınız yerli sakinlər gülürlər, aqressiv insan tapmaq çətindir, taksilər turistlərdən artıq pul almaq istəsələr də gəzdiyim ölkələr arasında ən möhtəşəm yerli xalqı Balidə görmüşəm. 2 dəfə dəyərli əşyalarımı itirmişəm və hər ikisində qaldığım oteli tapı geri qaytarıblar. Çətin ki, bir daha hansısa ölkədə belə halla qarşılaşım. Pul vahidləri rupidir. 100 dollar 1.4 milyon rupidir. Milyonçu olmaq istəyirsinizsə ada sizin yolunuzu gözləyir.  Saatları bizim ölkəmizdən 5 saat irəlidədir.Günəş tez çıxıb tez də batır. Gedərkən hər hansı vaksin və ya iynə vurmağa ehtiyac yoxdur. Bizim ölkə üçün 1 ay vizasız səyahət verir. 80 dollar ödəyib 1 ay da əlavə qalmaq olur. İl ərzində istənilən qədər çıxış-giriş etmək olur. Dünyada ən çox səyyah Bali adasında məskunlaşıb, ona görə buraya səyyahlar adası da deyilir. Yollar, küçələr günün istənilən saatında təhlükəsizdir. Avtobuslar demək olar ki, istifadə edilmir. “Uluwatu” məbədinə mütləq gedin, orada gördüyüm mənzərənin təsirindən hələ də çıxa bilmirəm. Çimərliklərin sayı hesabı yoxdur, hər biri digərindən gözəldir. Dünyada ən ucuz və ən keyfiyyətli masaj Balidədir. Bütün kəndlərdə və sahillərdə masaj yerləri vardır. Bali haqqında günlərlə yaza bilərəm, hətta növbəti səfərimdə 1 aydan çox orada qalıb ada haqqında kitab yazmaq fikrindəyəm. Bir gün əlinizə şans düşəcəksə bu adaya mütləq gedin. Bali həyatınızda silinməz bir iz qoyacaqdır.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gəzgin Həyat

683 dəfə oxunub

Wroclawda Yeni il və (Krakov) Ölüm düşərgəsinə səyahət

Wroclawdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Wroclawda Yeni il və Ölüm düşərgəsinə səyahətXərclər barədə:Bakı- Tbilisi(15azn) – Kutaisi(12 azn)  Kutaisi – Tbilisi – Bakı = avtobusla gedsəz bu təxminən 55 manata başa gələcək.Təyyarə bileti : 65 euro (130 manat)WizzAir (Kutaisi – Wroclaw – Kutaisi)Otel: 2 gun Wroclaw ( Trio Hostel) + 2 gun Krakow ( Aparhotel Pergamin) = 1 nəfərçün = 56 + 50 azn = 106 aznWroclaw – Krakow = Flixbus = gediş-gəliş = 37 aznVisa rüsumu = 35 euro ( 70 azn)Airportdan gecə olduğu üçün şəhərə Uber Taxi = 5 euro ( 10 azn)Krakow- Auschwitz – Krakow = 30 zloty = (14 azn)Ümumi:Wroclawda Şəhərin görməli yerlərinin əksəriyyəti bir-birinə yaxın olduğu üçün transportdan istifadəyə ehtiyac yoxdu. Wroclaw - Polşanın tələbə şəhəri kimi tanınır. 2016-cı ildə Avropanın Mədəniyyət Paytaxtı elan edilib.Görüləsi 1-2 yer barədə:Ostrav Tumski – və ya Kathedrallar adası kimi də tanınır. Tumski Bridge vasitəsilə adada olan kilsələrə baş çəkə bilərsiz. Maraqlı bir şey yoxdu zatən.(mənimçün),Elizabeth kilsəsi – şəhəri bütünlüklə görə biləcəyiniz nöqtə. Giriş üçün qapıda elə 7 zloty ( təxm 3 man) ödəməyiniz gərək. balaca pilləkanlarla qalxmaq məcburiətində olsaz belə ordan görünən mənzərəyə görə dəyər məncə.Rynek ( Bazar) və ya Market Square – şəhərin mərkəzi meydanı.əsas məsələ Krakowa – açığı Auschwitz-ə görə şəhəri o qədər də gəzməyə vaxt olmadı.Ümumiyyətlə kamp Krakowdan 60 km aralıda yerləşdir. Krakow bus station ( Krakow MDA adlanır) 15 zloty ödəməklə (bir tərəfli) kampa rahatlıqla bələdçisiz gedə bilərsiz.2ci dünya müharibəsi başlamamışdan qabaq köhnə adıyla Oświęcim şəhəri əhalisinin yarısının yəhudi olduğu 14 minlik bir şəhər olub. Kampa gəlincə isə düşərgələr 2 xüsusi yerə bölünüb ki bunlar da bir-birindən o qədər də aralıda deyil. Avtobuslar var ki, pulsuz rahatlıqla gedə bilərsiz. Auschwitz I – ilk vaxtlarda burada əsirlər tək-tək qətlə yetirilsədə sonralar qaz kameraları quraşdırılıb.Burada həmçinin insanlar üzərində tibbi tədqiqatlar da aparılıb. Digər kamp Birkenau kampı kimi tanınır-ən böyük hissə hesab olunur. Nasistlərin saxladığı ən böyük əsir kampı olan Auschwitzdə təxminən 1.1 milyondan( 90%ni yəhudilərin təşkil etdiyi) artıq insan öldürülüb. Böyük əksəriyyəti gəldikləri ilk günlərdə qaz kameralarına doldurulaq məhv edilib, sonra isə cəsədləri yandırılb. Deyilənlər görə qaz kameraları xüsusi hamam formasında tikilirdi ki, insanlarda panika yaratmasın.(hətta duş falan da yerləşdirilmişdi). Ümumiyyətlə daha geniş informasiyam olmasa da bu haqda çəkilən filmlərə baxıb bu barədə info əldə edə bilərsiz. Bura qədər həvəslə oxuduğunuz üçün təşəkkürlər!Wroclawdakı şəkilləri yerləşdirə bilmədim) Onu da ayrı postda)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Azer Isali

769 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!