324 dəfə oxunub

A-dan Z-yə Tanzaniya (Part 3)

???????? Ngorongoro, Tanzaniya III
Afrikada safari.????????
???? Aruşada qaldığımız The Charity Hotel-dən səhər tezdən saat 05.00-da yola çıxdıq. Yol o qədər gözəl idi ki, Serengeti, Ngorongoro, gərgədan, fil, antilop, aslan yaddan çıxmışdı, ancaq təbiətin gözəlliyinə baxırdıq.
???? Təxminən iki saat sonra Lake Manyara Milli Parkına açılan gözəl mənzərəsi ilə tanınan və Masai qəbilələrinin evləri şəklində tikilən Panorama Safari Camp-a gəldik.
????⛺️ Kampın çox böyük ərazisi var və təbiətin tən ortasında yerləşir. Həm də əsas böyük Milli Parklara gedən qrupların başlanğıc yeridir. Sanki National Geographic TV-nin içində idik.
???? Burada ayrı-ayrı qruplar birləşib səhər yeməyi yedikdən sonra Serengeti, NgorongoroLake Manyara-ya döğru yola çıxırlar. Biz də sürücü-bələdçimiz, iki çex və iki fransızla birlikdə safari avtomobilimizlə Ngorongoro kalderasına doğru yola çıxdıq.
???? Yola çıxmadan əvvəl kampın ərazisinə 30 nəfərlik babun ordusu hücum etdi, zibil qutularında və ətrafda yeməli olan hər şeyi apardılar. Artıq insanın heyvanlara hökm edə bilmədiyi yerdə olduğumuzu anladıq.

???????? Təxminən 1 saatlıq maraqlı yoldan sonra ərazisi bizim 10 rayonumuz qədər olan Milli Parka çatdıq. Ərazi sıx və nəhəng ağacları olan ekvatorial meşəliklərlə başlayır, təxminən 35 dəqiqə sonra kaldera görünür.
???? Bu bəlkə də bir insanın həyatı boyunca görəbiləcəyi ən gözəl təbiət mənzərəsi idi. Əvvəlcədən bizə verilən durbinlərlə baxmağa başladıq. Aşağıda “Lake Magadi” gölü ətrafında otlayan minərlə antilop, zebra sürüləri, aslanlar, gərgədanlar, hippoptamlar və adlarını bilmədiyim digər heyvanlar görünürdü.
???? ???? Qısa fasilədən sonra bu dəfə üzüaşağı kraterə doğru 600 metr aşağı düşdük. Əvvəlcə meymunlar, meşənin ortasında tək otlayan böyük bir fil, sonra çöl donuzu ailəsi gördük. Gölə yaxınlaşdıqca minlərlə antilop, tompson, eland, zebra sürüləri ilə qarşılaşdıq. Sürülərin içindən keçirdik və heyvanlar qaçmırdı. İstədiyimiz qədər şəkillərini çəkdik. Bəziləri sığallaya biləcəyimiz qədər yaxınlaşırdı.
???? Sonra qarşımıza ova hazırlaşan çita çıxdı. Əvvəlcə antiloplara, sora isə “tompson”lara yaxınlaşdı, lap yanımıza qədər gəldi, ancaq deyəsən tox idi, dramatik ov səhnəsini görə bilmədik.

???? Aslanları isə yüksək yerdə ov yeməklərini yeyib dincələrkən gördük. Gölün ətrafında tək ov edən aslanı da müşahidə edə bildik. Kaftarlar, çaqqallar isə hər yerdə idi.
???? Lake Magadi gölünün lap yanına çatanda birdən-birə hər yer ağ-qırmızı rəngə boyandı. On minlərlə flaminqo. Bu mənzərədən ayrılmaq çox çətin idi. Flaminqoların arasında isə böyük hippoptamlar (begemont) bataqlıqda dincəlirdilər.
???? Daha sonra yaşlı fillərin bol olduğu əraziyə gəldik. Bələdçinin dediyinə görə fillər buraya son günlərini keçirmək üçün gəlirmiş. Bu haqda sənədli film də var. Həqiqətən də fillərdən biri lap yaxınımıza gəldi, çox qocalmışdı, dərisi, xortumu tamamilə qırışmışdı. Sonra iri Afrika kəllərinin (African buffalo) və gərgədanların otladığı ərzilərə gəldik. Bu heyvanların qorxusundan ətrafda aslan, çita görünmürdü. Xallı kaftarlar isə fürsət gözləyirdilər.
???????? Hər tərəf tanımadığımız tanımadığımız gözəl səslər çıxaran və rəngarəng quşlarla dolu idi. Katib quşu, boz taclı quş, ət yeyən müxtəlif böyük quşlar isə lap yanımıza qədər gəlirdilər.

???? Günorta saatlarında bizim kimi digər qruplar da Ngoitokitok gölünün yanında piknik etmək üçün toplaşır. Biz yemək yeyərkən göldə begemontlar üzür, ətrafımızda antiloplar, zebralar otlayır, yuxarıda isə vəhşi quşlar yeməklərimizi əlimizdən almaq üçün uçuşurdular. Bir anlıq boşluqdan istifadə edən bir quzğun Parviz-in yeməyini əlindən alıb apardı. Böyük bir marabu quşu isə bizdən qorxmadan yanımıza gəlib yemək istəyirdi.
???? Axşama doğru Milli Parkın çıxış qapısına yaxınlaşdıq. Bələdçi çıxış üçün aşağı düşməli idi və bizə bərk-bərk tapşırdı ki, pəncərələri açmayın, özü isə örtmədən aşağı düşmək istəyirdi ki, bir neçə saniyə ərzində ətrafımız onlarla babun mühasirəyə aldılar. Böyük bir babun içəri girdi, sürücünün çantasını əlindən aldı, yeməli şeyləri götürdü, çantanı da adamın təpəsinə çırparaq uzaqlaşdı.

???????? ???? Biz isə əvvəl heç vaxt duymadığımız gözəl hisslərlə Afrikanın İsveçrəsi-Aruşa şəhərinə doğru yola çıxdıq.
♻️ Məni Instagram-da və YouTube-da izləyə bilərsiniz:

DİGƏR BLOQLAR

8 günlük Zaqatala, Qax, Şəki və Oğuz səyahəti

Deməli dostlar, sizə 8 günlük Zaqatala, Qax, Şəki və Oğuz səyahətimdən bəhs edəcəyəm.1ci gün. 14 kmOrxan ilə qərara gəldik ki, yürüşə Zaqatalada yerləşən Şamilovka yaylağından başlayaq və bunun üçün yollandıq Zaqatalanın Car kəndinə. Yaylağa gedən piyada cığır çimərlik kafe adlanan istirahət mərkəzinin yanından başlayır .Kafedə işləyənlər bizə 2-3 saatlıq yol olduğunu dedilər, lakin biz 5 saatdan çox vaxt sərf elədik yola və artıq hava qaralanda gəlib Şamilovka yaylağına çatdıq. Yaylaq taxta evlərdən ibarətdir və əhali əsasən yay aylarında burda istirahət və mal qara saxlamaq üçün qalır. Əgər siz gedəsi olsanız mütləq özünüzlə su ehtiyatı götürün, çünki biz adama 0,5l su götürmüşdük və yolun yarısına çatmamış suyumuz artıq bitmişdi. 12 km-ə yaxın yolu qalxmaq elə də asan deyildi. Yaylağa çatan kimi yaylaqda yaşayanlar bizi çaya qonaq elədilər. Bizə çadır qurub gecələməyə münasib yer göstərdilər. Yaylaqda gecə ulduzlar və ay olduqca gözəl görünür. Gecəni ocaq başında kəklikotu çayı içərək, söhbət edərək keçirməkdən aldığım zövqü tərif etməyə söz tapmıram))).2ci gün 17 kmOrxan səhər tezdən durub günəşin doğuşunu kameraya çəkməyə getdi. Və daha sonra başladıq yaylaqdan Car kəndinə doğru qayıtmağa. Yol boyunca böyürtkən yeyərək özümüzə əlavə güc toplayırdıq))). Yol həqiqətən gözəl mənzərələr ilə doludur. Zaqatala rayonunu və kəndlərini görmək mümkündür.Zaqatalada isə artıq Orxanın vacib işi çıxdığı üçün Bakıya qayıtmalı oldu. Mən isə yola davam elədim və özümü gecə olmamış Qaxın İlisu kəndinə çatdırdım, çadırımı quraraq orda gecələdim))).3cü gün 19 kmArtıq tək idim və İlisuda əsas iki yerə getmək istəyirdim. Biri Sarıbaş kəndi, digəri isə İlisu dağ hamamları idi və başladım piyada yola və nəhayət İlisu dağ hamamlarına gedən yola gəlib çata bildim (yol boyunca kənd camaatı məni ingilis zənn edib mənimlə dəfələrlə ingiliscə danışmağa cəhd elədilər . Mən isə onlara Azərbaycan dilində cavab verəndə təəccüblə aaaaa bu bizimkidir ki dedilər)))) və belimdə 15 kq-lıq backpack ilə 6 km-lik daş yola başladım (əgər siz getməkistəsəniz İlisu kəndindən 50 AZN-ə UAZ maşınlar aparıb gətirir hamamlara).Az getdim çox getdim bir 7- 8 dəfə buz kimi çayı keçəndən sonra nəhayət gəlib dağ hamamlarına çatdım. Burda bir az istirahət etdikdən sonra İlisudan olan dostlarla tanış oldum və qərara gəldik ki, hamamdan yuxarıda kanyonda yerləşən Şahverdi şəlaləsinə yollanaq. Olduqca maraqlı bir kanyon yürüşümüz oldu. Bəzi yerləri iplərin köməyi ilə qalxmalı olduq. Dəfələrlə buz kimi suya girdik və yekunda möhtəşəm şəlaləyə çatdıq))). Şəlalədən qayıdarkən dağ hamamında girib çimdik (hamam suyu 40 °C -ə yaxındır və insan orda çimərkən bütün yorğunluğu çıxır). Nəhayət qayıtdım o gözəl ağac evə, ağac evin yerləşdiyi dərə ayı dərəsi adlanırdı. İki gecə orda qalmağıma baxmayaraq təəssüf ki ayını görə bilmədim ))).Tək gəzdiyimi biləndə ağac evdə qalan digər insanlar səyahətim haqqında maraqlanırdılar ))).Hətta bəzən insanlar soruşurdu ki, bu işdə qazancın nədir? Haradansa maliyyə dəstəyi alırsanmı?Tək gəzməyin bir digər üstünlüyü insanların sizə daha çox kömək etmək istəməkləridir))).4cü gün 8 km ( İstirahət günü  )Telefon şəbəkəsinin olmadığı (şəbəkə üçün təxminən hamamdan 2-3 km kəndə tərəf qayıtmaq lazımdır) sosial media mesajlarının insanı narahat eləmədiyi bir yerdə təbiətlə vəhdətdə olmaqdan zövq aldım. Hamamda çimib, ocaq başında kəklikotu çayı içərək səmadakı ulduzları seyr eləmək məni hədsiz dərəcədə xoşbəxt elədi (təbiətdə olarkən səmadakı ulduzları seyr edib saatlarla xəyala dalmaq möhtəşəm bir şeydir).5ci gün 18 kmSəhər yol yoldaşım olan backpackımı yığıb yola düşdüm üzü İlisuya tərəf. Məqsədim İlisuda gəzmədiyim bir neçə yeri gəzib daha sonra Sarıbaş kəndinə yollanmaq idi. Dostum Fuadın Şəkidən İlisuya gəldiyini və Sarıbaşa getmək istədiyini öyrəndim))). İlisuya çatar-çatmaz Şamil qalaya getdim. Qalanın yolu dik və günorta saatları olduğundan yol heç də asan olmadı. Oradan Sarıbaşı və İlisu kəndinin möhtəşəm mənzərəsini seyr elədim. Məni üzən məqam qalanın içi və çölünün baxımsız halda olması idi (restavrasiya olunub turizm məqsədi ilə istifadə oluna bilinər əslində).Nəhayət dostum Fuad da gəlib İlisuya çatanda onunla birlikdə Ram-rama şəlaləsinə yollandıq. Yay ayları olduğu üçün şəlalədə su az idi. İlisuda yerləşən Ulu məsciddə tarixi tikili xoşuma gəldi. Axşam hava qaralanda Sarıbaşa doğru yola düşdük. Yolun gözəl mənzərəsini biz səhər tezdən qayıdanda görə bildik.Sarıbaşda qaranlıq olmasına baxmayaraq bizi kənd camaatı olduqca xoş qarşıladı, evlərinə qonaq çağırdı. Qaxlı dostlarımdan Sarıbaş camaatının qonaqpərvər olduğunu eşitmişdim (həqiqətən elə imiş). Sarıbaşlıların dili ilə desək “Qax bir üzükdür Sarıbaşda onun qaşı“. Sarıbaşda Məktəbin yanındakı böyük alma bağında ocağımızı qaladıq, çayımızı dəmlədik. Səmada Süd yolu çox möhtəşəm görünürdü. Bu cür açıq gözlə süd yolu çox az kənddə görünür. Kəndin havası o qədər xoş idi ki, insan özünü hədsiz dərəcədə xoşbəxt və gümrah hiss edirdi))) Sarıbaşlılar bizə öz əlləri ilə hazırladıqları pendirdən də hədiyyə elədilər (dadına mütləq baxmalısınız).6ci gün 16 kmSəhər mən yuxudan oyanmamış Fuad artıq çayı dəmləyib, qayğanağı hazır eləyirdi O təmiz havada insanın çox gözəl iştahası olur həqiqətən, insan yedikcə yemək istəyir)))Daha sonra isə yollandıq kəndi gəzməyə. Kənd SSRİ illərdə olduqca inkişaf etmiş bir kənd olub həmin vaxt kənddə böyük məktəb (2011-də fəaliyyətini dayandırıb) kitabxana, klub və s olub. Kəndin qədim məscidi restavrasiya olunub və olduqca gözəl görünür. Qədim minarəsi hələdə ayaq üstədir və minarədən kənd olduqca gözəl görünür.Kəndə asfalt yolun olmaması bir növ kəndin tarixiliyini qoruyub saxlayıb. Yoxsa Allah bilir kənd villalarla, kafelərlə, otellərlə dolub daşardı. Tarixi kəndlər mənə hər zaman maraqlı gəlib. Bu baxımdan Sarıbaşı da çox sevdim. Sarıbaşın küçələri, qədimi evləri çox xoşuma gəldi)).Sarıbaşdan İlisuya oradan da üzü Şəkiyə doğru yollandıq.Qax-Şəki yolunun yaxınlığında yerləşən Kürmük Alban məbədinə də baş çəkməyi yaddan çıxarmadıq. Məbəd I-III əsrlərdə tikilib daha sonralarda təmir olunub, lakin hal-hazırda içi baxımsız vəziyyətdədir.Şəkidə isə sadəcə Kiş Alban məbədini və Kiş kəndinin qədim küçələrini gəzə bildim. Gecəni isə Adventure Hosteldə Müşfiqə qonaq oldum)))  (məsləhətli yerdir).7ci gün 20 kmHəmin gün Müşfiq və 6 nəfər əcnəbi turist ilə yenidən yollandıq İlisuda yerləşən hamamlara və oradan da kanyon boyunca Şahverdi şəlaləsinə doğru. Turistlər şəlaləni görəndə “amazing” dedilər və yürüşdən olduqca razı qaldılar. Biz isə Müşfiqlə hamama girərək yol yorğunluğunu çıxardıq))).8ci gün 14 kmŞəkidən Oğuz rayonunun Calut kəndində yerləşən Alban monastırına yollandım. Monastır V-VI-cı əsrə aiddir, lakin baxımsız vəziyyətdədir. İçində inəklərin gecələdiyi məlum olurdu.Əslində Oğuzu bir neçə gün gəzməyi istəyirdim, lakin meşə yanğınları səbəbi ilə bir tək Calut ilə kifayətləndim.Yürüş boyunca təxminən 130 km piyada yol qət etmiş oldum.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ulvi Aslan

2011 dəfə oxunub

Dünyanın rəngləri - Ekvador və Qalapaqos adaları

Hər kəsə salam. Qrupa yeni üzvlərdən biriyəm. Belə bir qrupun olduğunu son zamanlarda bilmişəm. Son 3 həftəni Boliviya və Ekvadorun müxtəlif yerlərinə (Qalapaqos adaları daxil) səyahət etmişəm. Çəkdiyim bəzi şəkil və videoları sizinlə paylaşmaq istəyirəm.Aşağıda paylaşdığım şəkil və videoları Ekvadorun paytaxtı Kito (Quito) şəhərindən tıxminən 3 saatlıq bir məsafədə yerləşən Baños qəsəbəsinə yaxın Pailon Del Diablo deyilən şəlalələr şəbəkəsində çəkmişəm. Bu şəlalə amazon meşələri ilə sərhəddə yerləşir. Görünən dağların bəziləri amazon cangəllikləri ilə örtülüdür. Şəlalənin yaxınlığına gedəndə suyun gücü bütün hisslərinizi təlatümə gətirir:)Axşam olanda bu şəlaləni gözəl işıqlarla bəzəyirlər. Cəmi 1-2 nəfər turist olmağına baxmayaraq yenə də işıqları yandırıblar. Pandemiya vaxtı səyahət etməyin özəlliklərindən biri odur ki çox turist yoxdur. Getdiyiniz hər yer sizə özəl kimidir. Otellərdə tez-tez daha üst səviyyə otaqlara əlavə ödənişsiz qonaq edirlər. Xüsusi ilə də ünsiyət qurmaq qabiliyyətiniz yaxşıdırsa:)Son bir neçə həftədə səyahət etdiyim şəhərlərdən biri Ecuador (Ekvador) un Quito (Kito) şəhəri oldu. Quito paytaxt şəhəridir və And dağlarının ətəklərində, dəniz səviyyəsindən 2850 metr yüksəkdə yerləşir. Şəhər 16-17 ci əsrlərdə İspan müstəmləkəçiləri tərəfindən Qədim İnkalara aid şəhər qalıntıları üzərində qurulub. Köhnə şəhər mərkəzinin arxitekturası çox gözəldir və yaxşı qorunub. Ekvator xətti bu şəhərdən keçir. Kito’ya Avropanın bəzi şəhərlərindən və ya ABŞ-dan getmək mümkündür. Hal-hazırda Koronavirus vaksini olan turistlər ölkəyə sərbəst daxil ola bilər (Qalapaqos adaları xaric)Sizinlə Qalapaqos adalarına 2 həftə öncə olan səyahətimdən çəkdiyim bəzi şəkil və videoları paylaşmaq istəyirəm. Galápagos ( Qalapaqos) adalarına səyahət illərdir ki planımda var idi. Nəhayət ki Darvin babamızı coşduran bu torpaqları ziyarət edə bildim Galápagos adaları Ekvadora aiddir. Buraya gediş-gəliş yalnız Ekvadorun Guayaquil şəhərindən təyyarə ilə mümkündür. Paytaxt Quito dan gedən təyyarələr də Guayaquil də dayanır. Guayaquildən təyyarə ilə təxminən 1.5 saatlıq məsafədədir. Qalapaqos adaları vulkan püskürmələri nəticəsində yaranıb və flora və faunasına görə dünyanın ən unikal yerlərindən biridir. Ekvador və Qalapaqos adaları okean sahilində yerləşdikləri üçün təbii olaraq dəniz məhsulları boldur. Mənim dəniz məhsulları daha çox xoşuma gəldiyi üçün hər getdiyim ölkədə əgər məşhur dəniz məhsulu varsa mütləq dadlarına baxıram. Ekvadorda hər növ yemək tapa bilərsiniz. Məsələn Qalapaqos adalarında yerli əhalinin günorta yeməyi üçün əsas yeməyi sadə kartof və balıq (və ya toyuq) dan hazırlanmış sup, düyü və kiçik balıq tikəsi (və ya ət, toyuq) və meyvə suyudur. Demək olar ki əksər günlərdə bənzər yeməkləri yeyirlər. Amma hər zövqə görə yemək tapmaq olar, hətta xaş belə:) Qalapaqos adalarına səyahət edərkən ən maraqlı işlərdən biri okeanda yaşayan canlıları- balıq, sürünən və dəniz məməlilərini görməkdir. Bunun üçün dalğıclıq sertifikatı tələb olunur. Bəzi yerlərdə isə sertifikatdan əlavə də müəyyən qədər təcrübənizin də olması lazımdır. Çəkdiyim şəkil və videolardan bəzilərini paylaşıram. Sona qədər baxsanız yüzlərlə fərqli balıq növləri, köpək balıqları, tısbağa, dəniz aslanlarını görə bilərsiniz. Hətta bəzən insanlara da hücum etməsi ilə yadda qalan çəkiçbaş köpək balıqlarını da görəcəksiniz. Heyvan adlarının əksəriyətini ingiliscə yazmışam. Suallarınız olsa cavablandırmağa çalışaram.Sierra Negra Vulkanına səhər yürüyüşü. Qalapaqos adaları vulkan püskürmələri nəticəsində yaranıb. Ekvadorda ümumiyyətlə 47 vulkan var. Sierra Negra Qalapaqos adalarında krateri ən böyük vulkandır. Diametr 7.2 km x 9.3 km. Təqribi yaşı 535 min ildir. Şəkildə arxada görünən qara ərazi vulkanın krateridir. Heyrətamiz bir görüntüdür. Bu vulkan axırıncı dəfə 2018-ci ildə püskürüb. Yaxından görmədən belə bir təbiət hadisəsini təsəvvür etmək çox çətindir???? Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Anar Gojayev

1287 dəfə oxunub

Pokhara, Nepal - Macəracıların şəhəri

Pokharadakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.Pokhara - özümü rahat hiss etdiyim, normal yeməklər yeyə bildiyim və hər küncündən zövq aldığım bir şəhərdir. Təəssüf edirəm ki, cəmi iki gün burda vaxt keçirə bildim, mütləq şəkildə Nepala təkrar səfərimdə Pokharada minimum 10 gün vaxt keçirməyi planlayıram.Kathmandudan 200 km aralıda yerləşən Pokharaya necə getmək olar bəs?3 seçim var :İlk seçim təyyarədir, yerlilər üçün qiyməti 25 dollar-tək səfərlik, turistlər üçün isə 50 dollardan başlayır, Kathmandudan təyyarə ilə Pokharaya cəmi 25 dəqiqəyə çatırsınız. Çox möhtəşəm səslənir.İkinci seçim avtobusla gedə bilərsiniz, qiymət 10-15 dollar arası dəyişir, əgər avtobusu seçmiş olsanız 8 saatlıq bir gəzintiyə hazır olun, qeyd edim ki, yollar biraz narahat olduğu üçün avtobus yox, elə bil traktorda getdiyinizi hiss edəcəksiniz. Ancaq pulunuza qənaət etmək üçün yaxşı seçimdir.Üçüncü seçim isə bildiyimiz taksilər, qiyməti 30-dollardan başlayır və daha da arta bilir. Taksi ilə məsafə demək olar ki, 4-5 saatdır, ancaq əksəriyyəti 50-dən yuxarı sürmürlər deyə, avtobusdan fərqlənmirlər. Biz taksi ilə getdik, ancaq 9 saata çata bildik Pokharaya...Otellərin qiyməti necədir? 5 dollardan başlayır, 30 dollara kimi davam edir və hər biri şəhər mərkəzinə yaxındır. Rahatlıqla ucuz qiymətli otellərdə qala bilərsiniz, təxmini hər biri bir-birinə oxşayır. Yeməklərində fərq ola bilər, amma Pokharaya gedirsinizsə mütləq şəkildə şəhər mərkəzində yerləşən restoranlardan birinə getsəniz daha çox zövq alacaqsınız. Kathmandudan sonra Pokharada getdiyim restoranlarda özümü çox rahat hiss edirdim, bütün yeməklərdən xüsusi zövq alırdım...Kathmandudan fərqli olaraq burda evlər bir-birinə bitişik deyil, küçələrdə səkilər var, maşınlar sizin üzərinizə gəlmir, rahatlıqla kənardakı mağazalardan həzz ala bilərsiniz, tələsməyinizə də ehtiyac yoxdur. Dağlıq ərazi olduğu üçün mağazalarda daha çox xizəklər, sport geyimləri ilə rastlaşacaqsınız. Qiymətlər isə olduqca münasibdir.Pokharadakı görə biləcəyiniz yerlərin bir hissəsinin siyahısı.Pokhara Phewa gölünün ətrafında yerləşir, şəhərin bir tərəfindən digər tərəfinə göldəki qayıqlardan istifadə edərək səfər edə bilərsiz. Qiymətlər 6 dollardan başlayır və dəyişir. Ancaq görüntünü görmək üçün mütləq mütləq qayıq turu təşkil etməlisiz. Ancaq əsas məsələ, qayıqla gəzməyinizə baxmayaraq avqust ayında səyahət etməyi planlaşdırırsınızsa hava dəhşətli dərəcədə isti olacaq. İsti o qədər kəskindir ki, nəfəs almaq olmur, oturduğunuz yerdə sifətinizdən tərlər su kimi axır... Müsbət tərəfindən baxsaq, pulsuz sauna adlandıra bilərik.Nepalın ən bahalı şəhəri Pokhara sayılır. Himalay dağlarına gedən əsas yollardan biri burdan keçir deyə, hər il turist axını baş verir, bu il də biz getdiyimiz hər yerdə 100-lərlə turistlərlə rastlaşdıq.Macəra sevərlərin məkanıdır Pokhara. Bütün növ ekstrim idman oyunları var, hər birindən maksimum dərəcədə yararlana bilərsiniz. Paraşüt üçün xüsusi bir məkanı var ki, bura dünyanın ən yaxşı paraşüt məkanlarından biri sayıla bilər. Əziz təbiətsevərlər, bura tamamilə sizlər üçündür.Kathmanduda hava və ətraf tamamilə çirkli olduğu üçün, orda yaşayan varlı insanlar Pokharadan ərazi alıb xüsusi evlər tikirlər, bu da şəhərdəki insan sayının artmasına gətirib çıxarır.İki gün ərzində sadəcə “Mahendra Mağarası”, “Phawe Gölü”, “ Pokhara Qalası” və “World Peace Pagoda”-nı görə bildik.Həyatımda ilk dəfə idi bir mağarada olurdum, çox fərqli bir macəradı, Mahendra mağarasında oksigen yoxdur deyə nəfəs almaqda çətinlik çəkdim. Mağaranı gəzdikcə bunun bir sonu olmalıdır deyə danışırdıq ki, bir də gördük sonluqda belə bir balaca büt qoyublar, şərflər, güllər, pullarla zəngin bir büt. Gələn gedən bir şey qoyub gedir. Mən sadəcə şəklini çəkdim, heçnə qoymadım Çıxış necədir? Bapbalaca dar qayalıq, aradan çıxmalısan, burda dedim yox, bacarmayacam, mümkün deyil, qorxu ələ almışdı və nəfəsim daralırdı. Sağolsun Banqladeşli dostlar necə motivasiya verdisə özgüvənim artdı və bunu bacardım. Çıxdıqdan sonra inana bilmirdim ki, mən bu balaca yerdən necə keçdim?! Mağaraya girişdə həyət o qədər gözəl, yaşıllıqlarla zəngindir ki, heyran qaldım sadəcə...Mağaranın çıxışı“Pokhara Qalası” - əslində bizi yarasa mağarasına aparacaqdılar, elə hazırlaşmışdıq, birdən fikirlərini dəyişdilər və qalaya apardılar, qala dağın başında yerləşir və piyada minimum 50 dəqiqə yürüyüş etməlisiniz. İsti olduğu üçün yol bitmək bilmir, uzandıqca uzanır, dəhşət yorucudur. Qalxdıqca düşünürdük ki, yəqin möhtəşəm bir qaladır ki, onu qoruyub saxlayır və sırf onu göstərmək istəyirlər. Amma nə imiş? Balaca bir məbəd, kənarlarında turbalar, vəssalam... Məbəd üçün yox, amma mənzərə üçün 2 saat da artıq yerimək olardı... Bir sözlə möhtəşəmmm... Qayıdanda şansınız olsa bir maşın olacaq və sizi aşağı düşürəcək. Biz bütün iştirakçılarla bərabər kamaz kimi bir maşının arxasında gəldik, çox maraqlı idi.Məşhur Pagoda Məbədi...Nepaldakı ən iri məbədlərdən biridir. Burda da iki seçiminiz var. Ya qayıqla yaxınlaşmalısınız Pagodaya, ya da maşınla. Bizim vaxtımız yox idi deyə maşınla qalxdıq, maşın yolu bitdikdən sonra 15 dəqiqəlik pilləkənli yollar başlayır. Turistik ərazi olduğu üçün Nepallılar fərqli əşyalar, suvinerlər, himalay kofeləri və fərqli atışdırmalıq nələrsə satırlar. Deməli bunların məşhur qəlyənaltıları nədir? Uzun-uzun doğranmış acı xiyar dilimi + milçəklərlə zəngin islanmış pul bibər və islanmış duz, xiyarın üzərinə bu sousu əlavə edib bəh-bəhlə yeyirlər, hər yerdə bunu görəcəksiz, balaca uşaqdan tutmuş, böyüklərə kimi hamının sevimlisidir..Pagodanın birinci hissəsində girişdə ayaqqabıları çıxartdıq, telefondan çəkilişə icazə yox idi, sadəcə buddist rahib dünyadan təcrid olunmuşdu deyə, rahat video da çəkdik, hələ üstəgəl o rahibin şəklini də çəkdik.Belə, Pokhara haqqında çox yazıb çox danışmaq istəyərəm, amma daha yormaq istəmirəm sizi, təşəkkürlər diqqətiniz üçün...Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Mahbuba Musayeva

640 dəfə oxunub

Norveçin "div dili" -Troltanqa turu

Təbiətin Norveçə hədiyyə etdiyi gözəlliklərdən biri (Trolltunga Tyssedal). Bir neçə il əvvəl, bu mənzərəni təsadüfi şəkildə gördüyümdə nə zamansa gedəcəyimi heç planlamamışdım.Troltanqa-Trol dili (Trolltunga) Norveçin Hordaland əyalətində Odda şəhərində, dəniz səviyyəsindən 1100 metr yüksəklikdə yerləşən bir qayadır. Buraya həm də Trol və ya div dili də deyirlər. Bəs niyə div dili? Bunun cavabı Norveç əfsanələrində yaşayır. Belə ki, Norveçdə yaşayan Troll adlı əfsanəvi divlər burada yaşayıb. Norveçin simvollarından sayılan bu əfsanəvi varlığın adı ilə bağlı olaraq, bu qayanı “Trolltunqa”, yəni “div dili” adlandırıblar. Digər bir əfsanəyə görə isə bu yer “Günəşdən qorxan div dili” adlandırılır. Belə adlandırılmasının kökü də qədim rəvayətlərə dayanır. Mağaralarda yaşayan divlər günəşin onlara ölüm gətirdiyinə inanırdı. Hətta nəhəng divlərdən biri o qədər axmaq olur ki, bu şayiəni yoxlamaq qərarına gəlir. O, səhər açılanda dilini mağaradan çölə çıxarır və ilahi nur bu cəsarətini qiymətləndirmir və onun dili həmin yerdə donub qalır.Bəzi məlumatlara görə, bu qayanı görməyə gedən adam sayı 2008-də 800 nəfər olduğu halda, 2016-da 80000 nəfəri keçmişdir. 2009-cu ildə turist jurnalında foto və məqalələrin dərc olunmasından sonra bu ərazi məşhurlaşıb. Ondan sonra dünyanın hər yerindən gələn səyahətçilər öz güclərini sınamaq üçün buraya gəlirlər.Qayaya çıxmaq üçün ən əlverişli vaxt iyun-avqust aylarıdır. Digər aylar məsləhət görülmür. (dumanlı hava, yağış, qar, güclü külək, sürüşkən qayalar əsas səbəblərdir) Eyni zamanda qayaya getmək üçün təxminən 28 km məsafə qət etmək lazımdır.Troltanqaya qalxmaq üçün əvvəlcə Oddaya, sonra Tisedaldan keçərək Skyegedala getmək lazımdır. Formasına görə qaya dili xatırlatdığı üçün belə adlandırılır. Qayaya qalxmaq üçün 950 metr uzunluğu olan pilləkəndən istifadə olunur. Təxminən qayaya gedib - gəlmək üçün əlverişli havada 10-12 saat lazım olur. Səhər saatlarında 7-8-də hiking-ə başlamaq məsləhət görülür. Sıldırım qayalar adamı hədsiz yorduğundan bəzən adam çox səbrsizlənir, amma səbrli olub davam etmək lazımdır, çünki görəcəyiniz mənzərə çox adamın görüləcək yerlər siyahısında (bucket list-ində) olan bir yerdir. Qayaya çıxmaq qayadan geri qayıtmaqdan daha asandır. Ümumiyyətlə, hava çox dəyişkəndir. Istənilən zaman yağış yağa bilər və qayalar çox sürüşkən olur. Qayaya gedilən yolda heç bir nəzarət yoxdur, hər bir şəxs özünə cavabdehdir. Yəni hansısa formalarda zədə alan insanlar olur, həmin vaxt orada ilk tibbi yardım edəcək şəxslər yoxdur. Düzdür, vertolyot müəyyən zamanlarda səmadan nəzarət edirdi, amma hansısa çox ciddi hadisə yəni ölüm baş verərsə, müdaxilə edərlər deyə təxmin edirəm. Detallı oxumasam da yaxın zamanda avstraliyalı bir gənc qayadan düşüb-ölüb. Hər bir halda, sadəcə ehtiyatlı olmağa çalışın. Ümumiyyətlə, qayaya gedib baxmaq üçün su keçirməyən və isti geyimlər, bol qida və su mütləqdir. Təbii ki fiziki güc də buna imkan verməlidir. Gələn turist sayı çox olduğundan nəzərə alın ki, bir şəkili çəkdirmək üçün 1.5-2 saat növbədə gözləyəcəksiniz.Belə çox danışmaq olar. Kim getmək istəsə, suallarını yazıb soruşa bilər :)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:Ismail Ismailov

1294 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!