Avstraliya səfəri
Avstraliya səfəri2020-ci ildə pandemiya vaxtı kruiz gəmisilə buraya yanaşmışdım. Yalnız Hobart limanına enə bilmişdim. Sydney, Melbourne və Perth kimi şəhərləri isə gəminin göyərtəsindən izləyirdim. Çox istəyirdim enim, amma risk edib gəmidən düşmək və sonradan yenidən minə bilməmək ehtimalı vardı. Ona görə də məcburən həsədlə uzaqdan baxmaqla kifayətləndim.Əlbəttə ürəyimdə qalmışdı… Lakin bu səfər tamam başqa cür yarandı. Dostlarla vizalar haqqında söhbət edirdik. Onlar müxtəlif ölkələrə viza ala bilmirdilər. Dedim ki, Avstraliya vizası onlayn müraciətlə alınır və bu yolu sınamağı təklif etdim. Mövzu açıldı və düşündük: biz niyə bu fürsətdən kənarda qalaq? Beləliklə, Avstraliya səfərinə start verdik.Dərhal aviaşirkətlərin saytına girdim və inanın şok oldum — Türk Hava Yolları ilə gediş-dönüş biletini 1340 dollar təklif edirdi (adam başına). Bu məsafəyə görə çox yaxşı qiymət idi. Heç düşünmədən bron etdik.Planımız belə oldu:• Sydney• Brisbane və Gold Coast• Hobart və Tasmaniya adası• Melbourne (Great Ocean Road, Mornington Peninsula)Hal hazırda Melburnda yaşayan, Yeni Zelandiyadan köhnə tanışım, peşəkar bələdçi Olga ilə əlaqə saxladım və ölkə içi turlarımı onunla təşkil etdik.Təəssüf ki, dostlarımız viza ala bilmədilər (səbəb rəsmi olmasa da amma onlarda nə Şengen nə ABŞ vizalrarı var idi) və bu səbəbdən həyat yoldaşımla ikimiz gəldik.Bu 12 gün necə gəldi, necə keçdi bilmədik. Amma gördüklərimiz — inanılmaz mənzərələr, okean sahilləri, vəhşi təbiət və şəhər mədəniyyəti — hamısı bir arada idi. İçəridən tanıyanda tamam başqa təsir bağışlayır. Uşaqlıqda zoologiya, botanika və coğrafiya dərslərində oxuduqlarımı burada canlı görmək tamam fərqli duyğudur.⸻Praktik məlumatlar• Şengen vizanız varsa, 95% şansınız çox yüksəkdir.• Avstraliya vizası aldıqdan sonra Kanada və ABŞ müraciətləri də daha rahat olur (mütəxəssislərin dediyinə görə).• Ölkədə yalnız Avstraliya dolları (AUD) işləyir. Təxminən 1 USD ≈ 1.41 AUD.• Normal otellər orta hesabla 150–250 USD arasıdır. Airbnb-dən daha münasib tapmaq olar• Uber hər yerdə işləyir. Aeroportdan şəhər ortalma 45USD• İctimai nəqliyyat rahat və münasibdir. Melbourne mərkəzində tramvaylar pulsuzdur.• Daxili uçuşlar çox sərfəlidir — 50–100 USD arası şəhərlərarası uçmaq mümkündür.• Mal və qoyun əti əksər hallarda halaldır (yenə də soruşmaq məsləhətdir).• Yemək orta hesabla 20–25 USD adam başınadır. Şəhər və təbiət turları 45 -130 USD arası⸻Hamınıza bol-bol səyahətlər arzulayıram.Bu ara şəkillər aradı Avstraliyanın mövsüm xəritəsini də paylaşdım — hansı aylarda hansı bölgəyə getmək daha məsləhətdir deyə.Və əlbəttə, Melburnda tur üçün Olga-nın ünvanını və Instagram səhifəsini də paylaşacağam. Gedən olsa, çox kömək edər. Olga KovalevaSağ olun, təşəkkür edirəm