Likya yolu - Türkiyənin uzun yürüş marşrutu

LİKYA yolu ‘ Lycian way’ 0-dan sona ( ‘509’-a +24) Hər halda bir çoxumuz Likya yolunu tanıyırıq və ya məlumatımız var. Start nöqtələri ( Antalya’ya bağlı) Geyikbayırında və Fethiye’nin Ovacık kəndindən ( köy) başlayır. Mənim etdiyim kimi etsəz daha məqsədəuyğun olar, ilk öncə Fethiye’den başlamaq. Səbəb olaraq, ilk öncə mütləq kayaköy və ya digər adıyla tərk edilmiş karmlyasosu görmək bir gün Fethiye’de qalıb ümumən hazırlaşmaq. Ovacik’dan başlamağın digər bir səbəbiysə çox insanın tərcihi olan ilk 4 etapı görmək. Ümumən 23+1 etap vardır. Çətinlik və Asan olmaq üzrə etaplar fərqlidi. Əgər ekipmanınınız yaxşı deyilsə və az-maz təcrübəniz yoxdursa ilk 4 də bitirməyiniz məsləhətdi. Mən Fevral ayının 3’də Ovacık kəndində başlayıb 27g( +1) si Geyikbayirida bitirdim. Günlük yürümə 19’km dən yuxarı olurdu. Ümumən hər etapın öz gözəlliyi və fərqliliyi var. Mənim üçün ən çətini Demre etapıydı, ümumən Likya yolunu yürümək fikriniz olsa, bu yol ən çətinidir, unutmayın. Ən rahat etaplarıysa ilk 3 etapdır.Yolda yürüyüş zamanı itmə ehtimalınız hardaysa 0-a bərabərdir yol işarələrini təbii ki anlayırsanız əgər. Əlbəttə bir şeyidə unutmaq olmaz bəzi yerlərdə işarələr yox olur, ondan xəritədən də istifadə edə bilərsiz ( məps mi-mənim istifadə etdiyim). Yol boyu su problemi yaşamayacağsınız demək olar bütün etaplarda müəyyən çeşmələr var. Ərzaq problemi’də yaşamayacağsınız, hər etapın sonu bir kənddə bitir ondan lazımı ərzaqları ala bilərsiniz. Yol boyu duş almaq və ya diyər şeylər üçün müəyyən hostel, hotel fəaliyyətləri var bu kəndlərdə. Mən yalnız çıxmışdım ama yol boyu demək olar yalnız olmadım. Fevral ayında belə bir çox insanla qarşılaşa bilərsiz. Mənimlə birliktə yürüyüşümdə Alman, Fransız, Yapon, Amerikalı v’b daha çox oldu müəyyən km’ləri onlarla birliktə davam etdik, kamp atəşi və diyər əyləncələrimiz birliktə etdik. Ekipmana gəldikdəysə, mənə görə ilk öncə ən önəmli olan Ayaqqabıdır, çünki yol boyu ayağınızı burxma ehtimalınız yüksəktir. Digər şeylərsə təbii ki Çadır, mat, yürüyüş çubuqları, uyku tulumu ( gecə ulduzlarla hərəkət etmək istəyirsizsə başlıq fonar mütləqdi) power bankları da unutmamaq lazımdır. Ümumən çanta 20 kilonu aşmasın. Likya yolu mövsümü artıq demək olar ki, açıqdır ama bu arala bir az yağışların olma ehtimalı çox olduğundan çadırınızın su keçirməzliyi önəmlidir. Yol boyu demək olar ki heç bir təhlükəli heyvan yoxdur. Təbii yol boyu keçilərə yaxınlaşmasaz yaxşı olar, çünki Çoban itləri bi yerdən çıxa bilərlər ama onlarda təhlükəli deyillər. Yol boyu mütləq etməli olduğlarınız.+Kəpənəklər vadisi 2-ci mənzərə nöqtəsində kamp atın.+Əgər mümkünsə özünüzlə köpək maması alın yol boyu insanın ən yaxşı dostlarıyla çox qarşılaşacaqsınız. +Bir dənə ön çantanız mütləq olsun, yol boyu portağal və başqa sitrus meyvələriylə qarşılaşacağsınız ( o bölgələrdə çoxu dərilmir yerə tökülüb çürüyür), toplayın ərzağınız olsun.+ Olimposa gəldiyinizdə muzey yolu pulludur çay yoluyla davam edin.+Kiçik kəndlərdə ərzaq qiymətləri bahalıdır, turist olduğunuzu çoxda bildirməyin +Kəndlərdə və Qəsəbələrdə Azərbaycanlı( turist deyil) olduğunuzu bildirsəz yerli insanlar daha çox yardım etməyə çalışacağ.+ Likya yolu düz bir yol deyil bəzən gözəl yerləri görmək üçün ana yoldan çıxmanız gərəklidir.+ Əgər sizin üçün çətin deyilsə yalnız 4-5 etap gözəldi deyib keçməyin, bütün etapların öz fərqliliyi var, davam edin.+Ərzaq olmasa belə suyunuz həmişə olsun və çalışın hər axşam atəşdə qaynadıb için.+Hava qaralmadan çadırınızı atın, sabah tezdən durun.Günəşin batışı və əksi mütləq seyr edin.+ Minimum 30 gün lazım olduğunu unutmayın.+ Yol boyu bütün mövsümləri yaşayacaqsınız, hazırlıqlı olun.+ Caravan çimərliklərinə qatılın, əyləncə yaşamağ istəyirisinizsə əgər ( Mavikent, Quldur çimərliyi v’s).və son olaraq foto həvəskarları üçün ən gözəl 5 yer yol boyu bunlardır:Kəpənəklər vadisi Gelidonya mayakıPatara dyunlarıKabak koyu yüksəkliyiAdrasan yüksəliyiƏn gözəl 5 kamp yeri:Kəpənəklər vadisi 2 ci nöqtəGelidonya kəndi yolu 1 ci kamp nöqtəsiYuxarı Bəycik 3 cü kamp nöqtəsiGöynük kəndi yolu 4 cü nöqtəPatara dyunlarıƏn gözəl 5 antik kent:PataraXanthosSdymaOlimpyosLetoonƏlavələrBüdcə( AZN’lə): Ən önəmli nöqtə ərzaqdır. Çalışın 3-4 günlük ərzaqınız olsun. Çünki müəyyən km’dən sonra böyük qəsəbələrdə ucuz marketlər var, onlardan istifadə edin. Kiçik yerlərdə qiymət bahalıdı. Ortalama ən aşağı büdcə 120-150 arasıdı, orqanizmə görə dəyişə də bilər. Portağalların yanına keçibuynuzu’da yığın yol boyu sizi enerjili tutar və daha az xərc.Time/out üçün xərclənən miqdara gəldikdə sizə görə dəyişəcək, yol boyu Otellər 30 azn dən aşağı deyil. Ümumiyyətlə Mart ayınının sonundan sonra havalar istiləşir, duşa heç ehtiyac yoxdu, ordakı plyajlarda var( pulsuzdu), istifadə edin. Caravanlardakı insanlarla tanışın, dostlaşın çoxu fərqli ölkələrdəndi, onların milli yeməklərindən dadmaq şansınız olsun. Ümumən büdcə minimumu: 120dir ( aznlə) ama sizə görə dəyişədə bilər. Maraqlı: Yol boyu dağ adamına bənzər insanlar görsəz qorxmayın çoxu məşhur ‘Rainbow’ ailəsinin üzvləridi hippie həyat tərzi yaşayırlar. Sizə çox yardımcı olacağlar.Patara’da dyun səhralarında qalanda gecə çadırınıza yaxın Tıspağa və Kirpi gələ bilər, barmaqlarınızı çadırın çoxda küncünə qoymayın. Yol boyu yalnız bir heyvan sizi bəlkə qorxuda bilər, Bayquşlar  Bəzi yerlərdə kiçik kapsul caravanlar var, çadırda rahat deyilsizsə ordan istifadə edə bilərsiz.Yolun bəzi bölümləri insanların hardaysa şəxsi həyətindən keçir, səvh yolda deyilsiz düz yoldasız, davam edin. Mövsüm açıldığından artıq yolu yürüyəcək hər kəsə-dağcılara uğurlar!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ali Shams

1400 dəfə oxunub

Qışda Antalya səyahəti

2021 ilk qış səyahəti, gönül istərdiki KKC olsun ama məlum səbəblərdən dolayı ölkədaxili olmuş oldu.Antalya- ruslar və azərbaycanlılara görə ancaq çimərlik şəhəri olaraq təsəvvür edirdim, qış fəslində Türkiyədə isti şəhərlər arasında ən çox gəziləcək yerlər listəsində ilkdə görüncə və detaylı araşdırmalar finalı olaraq onu seçmiş olduq.6günlük bir plan hazırladım, 1ci gün. 2.günPerge antik kent. Side antik kentKursunlu şəlalə. Manavgat şəlaləKöprülü canyon. Green canyon Tazı canyon. Land of Legends3.gün. 4.günAkvarium. Doyran göletDuden şəlalə. SaklıkentKaleiçi(ps həftəsonları türkiyədə sokağa cikma yasagi oldugundan iki günü evdə diger aktiviteleri ederek dinlendik )1. Müzekartı ilə tüm müzey və antik kentler freedir giris.2. Canyonlara giris free3. Kursunlu selale -4.50tl4. Manavgat selale-7tl5. Land of Legend biz atraksiyonlara minmedik ona gore de normal giris free6. Akvarium sansimiza 4atraksyonluk paket 55tl aldiq normalda 200tllik olani(1ayliq bir kompaniya)Yeməklər-1. Antalya yöresel yemeyi-piyaz ama sarımsağı bol və çox qəribə bir ingredients olduğundan yemədik, 2. SirdanciCebo adlı bir restoran var, şırdan yedik orda, görünüşü anormal ama dadı mükəmməl bir fərqli təam,(heyvanın mədəsinin dərsindən hazrlanır)- sirdanin biri 18tl ama doyumculdur3. İrmik helvasi+dondurmalı -dadlıdırQiymətlər isə şəhərə görə normaldır.Airbnb dən 6günlük bir villa kiraladiq,(05326006855-Turgut abi, ev sahibi,hetta danisdiqda endirim de edir,cox yardimsever ve nazik adamdir,) Antalyanin Serik adli bir bolgesinde idi, iki günü həftəsonunu bağçada günəşli havada kofemizi içib kitabımızı oxuyaraq hem passive hem active tətili yaşamış olduq, arada o iki gün sayəsində çox da yorulmamışıq olduq.Antalyada gezilecek yerler coxdur ve bunlari təəssüfki masinsiz gezmek qeyri-mümkün,və yerli birisiylə gəzmək daha əlverişli olur, bizim sürücümüz şansımıza Azərbaycanlı Mahir -05436999954 (həm də yerlim Gəncəli və onun türk girlfriendi Nurseli oldu( qizin adını 3cü gün mesaj olaraq birbirimizə atdıq ki unutduqda baxaq) biz yola 3dost olar çıxdıq ama 5 dost olaraq davam etmiş olduq, gənclər o qədər yardımsevər,səbirli, gülərüz qısacası nə qədər positivlik varsa onlardadır, Mahirə mən planı göndərdim rotanı o çizdi hətta digər extra məkanları o özü əlave etdi, Ödəmədə isə olduqca çox güzəşt etdi.Listede olan məkanlar Antalyaya getdinizsə mütləq gəzilməli yerlərdir(Saklıkent qışda gedib qar görmək istəyənlər üçün) zatən şəkillərdən anlaşıldığı kimi şəhərə heyran qalmamaq nə mümkün, antik kəntləri gəzərkən çox qəribə tarifi zor olan hisslər yaşayirdiq, m.ö olan roma kəntlərinə ayaq basmaq və onları yaşamaq(izlədiyim filmləri, oxuduğum kitabları xatırladıqca sanki onları yaşayirdim) bu hissləri ilk dəfə piramidləri görərkən yaşamışdım. Yani texnikanin olmadigi bir zamanda bu insanlar bu möhtəşəmliyi necə yaratmişsa artik..daşlar,sütunlar arasındakı sm/m dəqiqliyi də ayrı bir incəlik.Təbiət aləlvanlığına gprə də Antalya özəlliklə seçilir, canyon/şəlalə/göl bolluğudur, həmdəki mənzərəsi də ən əlası. Şəkillərə extra effekt vermeyə gərək olmur yani o dərəcə bir gözəllik.Şansımıza restoranlar bağlı idi, ama yol üstü olan restoranlarda oturmaga icazə var və aylar sonra qismət oldu restoranda oturub normal nahar etmək,o da çox qəribə hiss idi Digər səyahətsevərlər kimi mən ümid edirəm bu çətin və stressli günlər geridə qalar, normal həyata zamanla geri qayıda bilərik.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Lala Bunyatzada

1397 dəfə oxunub

Mil kartları. Hansı yaxşıdır?

Son zamanlar Azərbaycan bankları arasında sanki mil kartlarının rəqabəti yaşanır. Demək olar ki, bütün kartlar ingiliscə “miles” olaraq adlandırılır. İndiyə kimi Premium Bankın (eks SW Bank) AZAL ilə müştərək “AZAL Miles” kartı var idisə, indi PAŞA Bankın Türk Hava Yolları ilə birlikdə “Miles&Smiles” kartı, Unibankın “Unimiles”, Kapital Bankın “Birkart Miles” və Beynəlxalq Bankın “IBAMiles” kartı da bu sektorda bazara təqdim olunub. Hər bir kartın isə öz fərqli xüsusiyyəti var. Gəlin, lap əvvəldən başlayım.PAŞA BANK MILES&SMILESPAŞA Bank-ın Türk Hava Yolları ilə birgə təqdim etdiyi mil kartı Miles&Smiles-dır. Miles&miles Türk Hava Yollarının loyallıq proqramıdır və kifayət qədər inkişaf edib. Kart premium seqment üçün nəzərdə tutulub. Burda da AZAL Miles-da olduğu kimi millər kartdan edilən ödənişlər əsasında hesablanır və THY Miles&Smiles hesabına əlavə olunur. Qiymət cədvəli aşağıdadır.Yuxarıda göstərilən qiymət birdəfəlik ödənişlə təqdim olunan qiymətdir. Təzəlikcə isə PAŞA Bank Platinum kartı üç illik, ildə 40 AZN, Black kartı isə üç illik, ildə 90 AZN ödəməklə səyahət həvəskarlarına təqdim etdi. Daha bir yenilik də ondan ibarətdir ki, indi həm ölkədaxili, həm ölkəxarici, həm də onlayn ödənişlərdə vahid tarif tətbiq olunur. Elite kartda 1 AZN = 1 mil, Black-da 2 AZN = 1 mil, Platinum-da isə 3 AZN=1 mil. Bu yenilik həm hesablamanı sadələşdirir, həm də ödəniş yerindən asılı olmayaraq daha çox mil qazandırır.Kartın növündən asılı olaraq biznes zallara pulsuz və güzəştli giriş, pulsuz səyahət sığortası, avans millər və s. üstünlüklər verilir.Kartdan asılı olaraq aylıq 500-2000 AZN məbləğini dünya üzrə bütün ATM-lərdə nağdlaşdırmaq pulsuzdur. Bu limiti keçdikdə ölkə üzrə bütün ATM-lərdə nağdlaşdırma 1%-dir. Bu digər kartlarla müqayisədə ciddi üstünlükdür.Həm Türk Hava Yolları ilə etdiyiniz uçuşlarda, həm də THY-nin də daxil olduğu Star Alliance birliyində (Lufthansa, Austrian, United və s.) olan bütün aviaşirkətlərlə uçuş zamanı M&S hesabına millər gəlir.Millərin hesaba yüklənməsi avtomatik icra olunur və Miles&Smiles hesabından bilet almaq thy.com saytında tamamilə elektron formada təqdim olunur.Miles&Smiles loyallıq proqramından artıq 7 ildir istifadə edirəm. Artıq bir neçə dəfə milləri xərcləyərək aviabilet almışam. Misal üçün, 2018-ci ildə 5600 mil və 77 avro xərcləməklə Tiranadan İstanbula biznes klasda uçmuşam. 2016-cı ildə isə 7500 mil və 123 TL ödəyərək iki nəfərlik Trabzon-Antaliya bileti almışam. Əlavə olaraq, qazanılmış millərə aviabilet deyil, https://shopandmiles.com/ saytından geyimdən tutmuş, elektronika məhsullarına kimi ala bilərsiniz. Miles&Smiles haqqında yazının sonundakı linkdən oxuya bilərsiniz.Qeyd etməliyəm ki, yuxarıda sadaladığım xüsusiyyətlərlə PAŞA Bankın mil kartları favoritlərim arasındadırlar.Ətraflı məlumat: www.miles.pashabank.az/az/mehsullarPREMIUM BANK AZAL MILESPremium Bank-ın (eks SW Bank) Classic/Standart, Gold, Platinium və Black Edition Miles kartları var. Aşağıdakı cədvəldə kartlar haqqında məlumat var.Premium Bank-ın proqramı AZAL Miles loyallıq proqramına bağlı olduğu üçün, qazanılmış millər AZAL Miles hesabınıza yüklənir. Yüklənmə intervalı hər 100 milə görədir. Yəni kartla 100 millik əməliyyat edəndən sonra millər hesaba yüklənir. Siz millərlə bilet almaq üçün Premium Bank-a yox, AZAL-a müraciət edəcəksiniz. Amma millərlə bileti tam yox, aviaşirkətin qoyduğu qiyməti əvəzləyə bilirsiniz, aeroport yığımı və vergi rüsumları ödəməlisiniz. Misal üçün, Bakı-Ankara-Bakı biletinin cəmi qiyməti 484 manatdırsa, onun 310 manatı AZAL-ın biletə qoyduğu qiymət, 174 AZN isə aeroport yığımı və vergi rüsumudur. Siz 1500 mil + 174 AZN ödəyərək Bakı-Ankara-Bakı biletini ala bilərdiniz. 1500 mili qazanmaq üçün Visa/Mastercard Gold kartınızla ən yaxşı halda (hamısı xarici ölkə əməliyyatları olsa) 10500 AZN-lik əməliyyat etməlisiniz. AZAL-da ən çox mil tələb olunan uçuş isə Bakı-Nyu York-Bakı reysidir. Bu reys üçün 7100 mil + 250 AZN (aeroport yığımı və vergi rüsumu) tələb olunur. Qazanılmış millər hesabda 3 il qalır.Premium Bank-ın mənə görə zəif tərəfi filialların və cash in aparatlarının az olmasıdır.AZAL Miles kartlarının əlavə üstünlükləri:Platinium Kart istifadəçiləri şengen zonasına pulsuz sığorta və Bakı aeroportunda “Salam Lounge” zalından bir dəfəlik pulsuz istifadə qazanır.Master Card Black Edition kartı istifadəçiləri isə, pulsuz “Priority Pass”, səyahət sığortası və Master Cardin xüsusi dəstək xidmətlərini əldə edir.AZAL ilə hər uçuş da mil qazandırır.Premium Bank ATM-lərində nağdlaşdırma: 0.7% Min. 1 USD, AZN, EUR, GBP“AZAL Miles” haqqında bu linkdən ətraflı öyrənə bilərsiniz: https://www.premiumbank.az/az/for-life/miles-kartlar/miles-kartlar-types/UNIBANK UNIMILESUnibankin unimiles kartinin 3 illik istifadə qiyməti 100 manatdir və kart alan kimi 1000 “salamlama” bonusu verilir. Azal miles kartindan fərqli olaraq burda prinsip bir az fərqlidir. Unibankin partnyor mağaza, dükan, kafe/restoran və s. Iaşə obyektlərində unimiles karti ilə ödəniş edəndə daha çox bonus qazanirsiniz, misal üçün partnyordan asili olaraq 100 manatliq ödənişə 1650 milə (bonusa) kimi qazana bilərsiniz, ortalama isə 250-500 mildir, amma qeyri partnyor ödənişlərində hər 100 azn ödəniş üçün 10-50 mil verilir. Beləliklə, 500 manatliq aviabileti almaq üçün hesabinizda 25000 mil olmalidir. Amma bu 25000 mili qazanmaq üçün nə qədər pul xərclənilməsi lazim olduğunu dəqiq hesablamaq mümkün deyil. Aviabileti kartinizdaki olan pulunuzla alirsiniz, sonra bank sizin pulu karta qaytarib mil hesabinizdan çixir. Əlavə üstünlük kimi kartin pul qaliğina illik 3%-dək əlavə olunur, aeroporta pulsuz taksi, səyahət siğortasi, pulsuz hesabdan çixariş və bankdan məktub xidmətləri təqdim olunur. Nağdlaşdirma, pul köçürmələri, komunal, mobil ödənişlər, stasionar telefonlar, internet/tv xidmət ödənişləri, birja – forex əməliyyatlari, kredit üçün kartdan ödəniş olanda millər hesablanmir. Unibank atm-lərində nağdlaşdirma faizsizdir. Unimiles haqqida ətrafli: https://www.unibank.az/az/cards/view/41KAPITAL BANK BIRKART MILESKartın üç illik qiyməti 80 manatdır, MasterCard verilir. Bu kartda mil qazanma prosesi təxmini AZAL Miles kimidir. Yəni ödənişlərə müvafiq millər verilir. Millər aşağıdakı qaydada hesablanır.Kartın əlavə üstünlüyü hər üç valyutada hesab təqdim olunması, hesab qalığına millərin hesablanmasıdır (illik 2%). “Birkart Miles” kartı ilə 500 manatlıq aviabilet almaq üçün hesabınızda 32500 mil olmalıdır. O milləri qazanmaq üçün ən yaxşı halda (hamısı xarici ölkə əməliyyatları olsa) 21666 AZN pul xərcləməlisiniz. Əvvəlcə aviabileti kartınızdakı vəsait hesabına alırsınız, sonra isə həmin məbləği müvafiq olaraq millərlə əvəz edirsiniz.Kapital Bank debit kartdan başqa “Birkart Miles” kredit kartını da təqdim edib. Burda illik xidmət haqqı 35 manatdır, üç illik verilir. Karta 10000 AZN-ə kimi limit, 40 günə kimi güzəşt müddəti verilir.Əlavə olaraq onu da qeyd edim ki, Birkart millərini Türk Hava Yollarının Miles&Smiles millərinə də çevirmək mümkündür. Belə olan halda 2 Birkart mili = 1 THY mili kimi hesablanır.Kapital Bankın ATM-lərində nağdlaşdırma: 1,5% (min 2,00 AZN/USD/EUR)Debet kart haqqında ətraflı: https://kapitalbank.az/cards/birkart-miles-debetKredit kartı: https://kapitalbank.az/cards/birkart-milesBEYNƏLXALQ BANK IBAMILESƏn yeni təqdim olunan mil karti isə beynəlxalq bank-in “ibamiles” kartidir. Təqdimati pandemiya dövrünə düşdüyü üçün çox səsküy salmadi, hətta yeni məhsulun “landing page”i də sanki “ürəksiz” hazirlanib. Kartin iki növü var: “iba miles” və “iba miles premium”. Digər kartlardan fərqli olaraq burda millər ilə həm aviabilet, həm də otel rezervasiyasi almaq olar. Ölkədaxili və ya ölkəxarici fərq etmir. Millərin xərclənmə qaydasi: 65 mil = 1 azn. Qiymət cədvəli aşağidadir:Beynəlxalq bankin atm-lərində 15000 azn-dək nağdlaşdirma pulsuzdur.Kartlar haqqinda ətrafli məlumat: https://www.ibar.az/az/individual/plastic-cards/miles-kartlar/iba-miles-mc-world/https://www.ibar.az/az/individual/plastic-cards/miles-kartlar/iba-miles-mc-black-edition/Uzun zamandir səyahət etməyimə baxmayaraq heç vaxt mil kartlarindan istifadə etməmişdim. Aprel ayinda turizm sərgisində azal-in stendində latoreya qalibi oldum və sw bankin gold kartini aldim. Abş və kanada səfərim öncəsi bu mənə yaxşi hədiyyə oldu, daha sonraki xarici səfərlərdəki ödənişlər və azal ilə üç uçuş hesabima yaxşi mil verdi, gələn yay 164 azn ödəyib pekinə gediş-gəliş bileti alacam. Ümumiyyətlə düşünürəm ki, mil karti mütləq hansisa aviaşirkətlə əlaqəli, aviaşirkətin sadiqlik (loyalty) proqraminin bir hissəsi olmalidir. Əks halda bu sadə bonus kartindan başqa bir şey deyil. Əlavə olaraq mil karti debet yox, kredit karti olmalidir ki, daha çox istifadə olunsun. Əks halda məhsulun uğur tapmasi çətindir.Ps. Türk hava yollarinin miles&smiles proqrami haqqinda burdan oxuyun.pss. Yazını bəyəndinizsə paylaşın ^)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Azər İsmayılov

6778 dəfə oxunub

İstanbulun kiçik və şirin sahil məhəlləsi - Arnavutköy bələdçisi

Arnavut kaldırımlı taş sokaklarda...Bosfor Boğazının Avropa tərəfindəki Beşiktaş səmtində yerləşən tarixi Arnavutköy məhəlləsidir bura. Kuruçeşme və Bebek sahili arasında yer alan bu məhəllə köhnə, rəngarəng, taxta evləri, daş döşəməli yolları ilə məşhurdur. İstanbulda orijinal quruluşunu saxlamış tək-tük yerlərdən biridir.Keçmişdə bu məhəllənin sakinləri daha çox yunan (rum) və albanlar (arnavut) olub. Elə adını da buradan götürüb.Sakinlərinin deməsinə görə, o dövrlər İstanbula işləmək üçün köç etmiş albanların böyük əksəriyyəti bu səmtdə yaşayıb. Ona görə adına “Arnavutköy” deyilib. Yəni arnavutların (albanların) yaşadığı ərazi. Arnavutköydə həm də çoxlu yunan yaşayıb.Sakinləri deyir ki, onların bir qismi 60-cı illərin əvvəllərində məcburi, qalanları isə 1974-cü ilədək İstanbuldan könüllü köç ediblər. Bu gün burada 10-15 alban və yunan ailəsi qalıbsa, böyük şeydir.Bu səmtdə doğulub-böyümüş 62 yaşlı Ziya dayı deyir ki, yer üzündəki bütün müharibələr insanların xoşbəxtliyini oğurlamaq, başını çətinliklərlə qatmaq üçün düzənlənmiş siyasi oyundur. O, yunan qonşularını əyləncəli, mehriban insanlar kimi yadda saxlayıb:“Rumlarla geçti çoçukluğumuz. Çox severdik, eylenceli insanlardı. O devrlerde Arnavutköyde 2 yazlık, 1 kışlık sinema vardı. Yazları açık havada sinema izlerdik. Haftada bir kaç kez konserler düzenler, eylenirdik. Tavernalar (meyhane), restoranlar tıklım-tıklım olurdu. Arnavutköyde hayat gecenin 2-3-dek devam ederdi”.Ziya dayı deyir ki, bu gün əvvəlki əyləncəsi qalmasa da, yaşadığı səmti çox sevir və hər baxdığında Allahın onları cənnətdə yaşatdığına inanır. Sonra yenə əvvəlki Arnavutköyü xatırlayır:“Eskiden boğazda tekne elinden yer bulamazdın. Sıra ile dizilirlerdi... Bize yazlık evler, tatil gerekmezdi. Buradan denize girer, yüzerdik. Bazen boğaza atlamak için teknelerin üzerine çıkardık. Şimdi üç-beş tekne duruyor kıyıda. Çocukluğumu, eski komşularımı, mahallemizin o eski kokusunu çox özlüyorum”.Dün, seni gördüm rüyamdaArnavut kaldırımlı taş sokaktaAh bir dili olsa da bir, konuşsaAnlatırdı masumca seni banaBu gün Arnavutköyde gəzəndə 90-cı illərdə məşhur olan Demet Sağıroğlunun “Arnavut Kaldırımı” mahnısını zümzümə edirdim. Məni də bu kimi mahnılar uşaqlığıma aparır...Hə, pandemiyaya görə İstanbulda kafe və restoranlar işləmir. Odur ki, termosumu isti kofe ilə doldurub, çantama bir-iki dadlı şirniyyat atmışdım. Narın yağan yağışın altında, kofemi içə-içə gəzdim Arnavutköyü. Küçədə məndən başqa gəzən qonaq yox idi. Bəlkə də ona görə məhəllə sakinləri hər addımbaşı çay-kofe təklif edir, söhbətləşməyə maraq göstərirdilər.Mən bu məhəlləni çox sevdim, bir gün yolunuz İstanbuldan düşsə, siz də baş çəkə bilərsiniz. Ümid edirəm o zamana qədər pandemiya bitər və buradakı gözəl görünən kafe-restoranların dadını çıxararsınız Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Guler Mehdizade

1878 dəfə oxunub

Kiçik və sevimli kafelər şəhəri - Lvov bələdçisi

Sevgili gəzəyənlər, içinizdə ən az yarınız Lvivi gəzmisiz, görmüsüz, bilirəm, amma gəzməyənlər üçün praktik bilgiləri paylaşım dedim:) - Lvivə getmədən əvvəl telefonunuza Uklon və ya Bolt aplikasiyasını yükləyin. Ukrayna nömrəsi olmayınca orada yüklənsə belə aktivləşmir, getmədən yükləyin, aktivləşdirin hazır hala gəlsin. Bu sayədə sizi mərkəzə 300 qrivnaya aparacaq havalimanı taksisinə kinayəylə baxıb 100 qrivnayla şəhərə gedə biləcəksiz. Qoçaq gənclər aeroportdan avtobusla da gedə bilərlər - universitet dayanacağında düşüb 5 dəqiqə yeriyəcəksiniz uzağı. - Lvivdə yaxşı otellər bahadı, orta hallı otellərdə də qalmaqdansa airbnb ilə ev tapın. Rınok meydanının düz dibində - Staroevreyskiy küçəsində çox təmiz, səliqəli, mətbəx ləvazimatları olan evdə iki nəfərə 60 manata qala bilərsiz, məsələn. Bir az kənarda daha ucuzları da var.- Lvivdə hər şey Rınok meydanı ətrafında dönür - yemək, əyləncə, gəzmək... Amma siz Vısokiy Zamoka, Likaçiv məzarlığına (giriş 50 qrivna), Strijskiy Parkına, Operaya (operanı gəzmək 80 qrivna), bazara da gedin ki, gerçək Lvivi görün. Qışda soyuq olur, amma yazda, yayda ərinməyin, meydandakı Ratuşa binasının təpəsinə çıxıb Lvivi oradan seyredin. Vaxtınız varsa və yaz aylarında gedəcəksizsə Lviv ətrafını da gəzin, Roqatin, İvano Frankovsk tərəflərdə çox qəşəng yerlər var. - Lvivə gedən kimi “Lvivska Maysternya Shokoladu”dən “Lokal kart” alın. 1 qrivna ödəyəcəksiz. Kartı pulsuz verən yerlər də var. Krem rəngi olanını alın. Bu kart bir çox restoran və mağazada keçir, mütləq oxudun. Bonus toplayır, endirim olur. Məsələn, mən iki dəfə kartın keçdiyi yerdə yemək yedim, sonra Lvivska Plyaskada ştrudeli Lokal kartın bonusu (bofon) ilə ödədim. Belə maraqlı sürprizləri olur. İnternet saytı var, oradan harda keçərli olduğunu filan oxuya bilərsiz. - Lvivdə gediləcək yemək, içmək, şirniyyat, səhər yeməyi verən yerlər - Baçevski, The Most Expencive Galician, Atlas Deluxe Hotel (Szkocka), Amadeus, Tsukor (Red ve Black şöbeleri), Feliçita, Atlas, Veronika, Grand Kafe Leopolis, Gas Lamb, Pravda Beer, Kriivka, Alternative Kava, Mushly Bar, Kava Manifacturenin altındakı şaxta-kofe dükanı. - Lvivdə alınacaq şey - şokolad, kofe. - Əgər səhər oteldən ayrılmsızsa və əşyalarınızı qoyub axşama qədər gəzmək istəyirsizsə, Operanın qarşısında Svoboda 35-də və meydanın yanında - Şevska 12-də saxlama yerləri var. İki baqaja bir gün üçün 80 qrivna ödədim. - “Nə qədərə başa gəlir”i soruşmayın:) Tamamilə sizə bağlıdı - Lviv hər büdcəyə görə alternativi olan şəhərdi. Məsələn, bir nəfərə 35-40 manata çox yaxşı bir yerdə axşam yeməyi (içkisiz) yemək də mümkündü, 8-10 manata gürcü restoranında xəngəl, xaçapuri yemək də, 3-5 manata borşla mədəni doyurmaq da. Sizə qalmış məsələdi. Sualı olan gəlsin:)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Könül Şamilkızı Nesibova

1545 dəfə oxunub

Gəzməyə Vətən yaxşı!

Gəzməyə də Ölməyə də Vətən yaxşı...Əvvəlcə ondan başlayım ki, pandemiya bir çoxlarının əlin-ayağın bağlasa da mənim üçün fürsət oldu. Bu il heç vaxt gəzmədiyim qədər çox yer gəzdim, çox şey kəşf etdim. Bütün bu gəzintiləri detallı yazmayacam, çünki Aprel ayından Noyabra qədər dayanmamışam, buna görə yazı çox uzun ola bilər. Ən əsaslarını və kəşf etdiklərimi qeyd edəcəm. Sezona Qubanın gəzmədiyim dağ kəndləri ilə başlayıb, zirvələrlə bitirdim. Bu dağ kəndlərindən Afurca (Quba) yaxınlığında füsünkar bir mənzərəsi olan bir evdən ibarət Dərənci kəndini (məhəllə) kəşf etməyim oldu. İl ərzində müxtəlif istiqamətlərdən üç dəfə Qızılqaya (3721 m.), üç dəfə də Heydər (3751 m.) və Atatürk (3729 m.) zirvələrində olmuşam. Bu zirvələrin davamı olaraq 17 ədəd dörd minlik zirvələrimizin 16-sına qalxdım, bunlardan 5-inə tək çıxmışam. Zirvələrlə yanaşı bu zirvələrin yaxınlığında yerləşən Tufangöl, Turfangöllər (Qoşa göllər), ölkəmizin ən yüksəkdə yerləşən Nuh göllərini, Vaxçaq gölünü, Babadağın göllərini və möhtəşəm Xalaxel gölünü, bir neçə dağ aşırımını və çay mənbələrini da görmüş oldum. Bu yerlər arasında ən maraqlılarından biri də Bazardüzündən (Qusardan) Çarundağa (Oğuza) gedərkən Rusiya Federasiyasının ən cənub nöqtəsindən keçməyimiz olub. Ayağım qısamüddətli də olsa Rusiya torpağına dəyib. Ən maraqlı gəzintilərimdən biri karantinin sərt vaxtı, camaat Bakıda bişəndə, mən də Qubada mühasirədə idim, nə Bakıya gələ bilirdik, nə də başqa rayona gedə bilirdik, çünki başqa rayonlara yolumuz Bakıdan keçir. )) Amma fürsət bu fürsətdir deyib, tarixi bir yoldan piyada getməyə qərar verdim, sağolsun dostum Asim də məni tək qoymadı, birlikdə getdik. Bu yol Qubadan Qəbələyə, konkret olaraq Salavat aşırımından keçməklə Xınalıqdan Vəndam və Lazaya gedən dədə-baba at yoludur. Biz bu marşurutun Xınalıq-Vəndam olanını seçdik, çünki məqsədimiz tez bir zamanda Qəbələyə çatıb oradan Zaqatalaya getmək idi. Cünki orada bizi füsunkar Xalaxel gölü gözləyirdi. Biz səhər 5-də Xınalıqdan çıxdıq, hava qaralanda Vəndama çatdıq. Camaatın atla bir günə, piyada iki günə getdiyi 30 km-lik dağ yolunu biz səhərdən axşama qədər bitirdik (ilk dəfə idi bu yolla gedirdik), hələ arada 4-5 dənə də şəlalə, kanyon kəşf etdik, çünki bir ara yoldan çıxmışdıq. Vəndama çatdıq gecəni çadırımızda qaldıq, səhər mərkəzə getdik. Orada bizi qarşılayan dostlarımız Ülvi və Mehman qoymadılar gedək Zaqatalaya. Bir gün də bizi Laza və Qəmərvanda qonaq etdilər, gecəni Qəmərvanın qurtaracağında çadırda qaldıq. Səhər Şəkiyə gedən başqa bir dostumuz bizi Qəbələdən Şəkiyə apardı, oradan da yeni çıxmış taksi xidmətindən taksi çağırıb yollandıq saxurların kəndi Yeni Suvagilə, dostumuz Murad gilə. Bu kənddə gün yarım dincəldikdən sonra üz tutduq Xalaxel gölünə tərəf. Biz gölə Cimcimax və ya Sabunçu kəndlərindən qalxmaq istəyirdik, amma maşın çayı keçə bilmədi, məcbur qalıb Yuxarı Çardaxlar kəndindən gölə getməli olduq. Bu yol uzun yol olsa da (təx. 30 km) gölə gedən ən mənzərəli yoldur. Yuxarı Çardaxlar kəndi qayalıqda yerləşən məşhur Pəri qalasının olduğu kənddir. Kənddən çaylaqla gedib meşə yoluna girdik, meşə yolunu bitirib alp çəmənliklərinə çıxanda mənzərəli bir təpənin üstündə "Əlibəy" metrologiya stansiyası qarşımıza çıxdı. Stansiyanın işçiləri üçün olan ev köhnədən qalsa da, şəraitsiz olsa da nağılvari görünürdü. Ətrafında ağ atların otlaması və bütün Zaqatala ərazisinə mənzərə açılması buranı daha da cazibədar edirdi. Burada biraz istirahət etdikdən sonra yolumuza davam etdik. Yolda qarşımıza üç çoban binəsi çıxdı, hər kəs də bizi çaya, yeməyə dəvət edirdi. Yemək yeməsək də çaydan imtina etmirdik. İlk dəfə getdiyiniz üçün biz yolumuzu xəritə ilə müəyyənləşdirib gedirdik, amma çoban binələrində bizə qısa yolları da izah edirdilər, bəzilərində önümüzə düşüb 2 km-e yaxın yolu bizi kəsdirmədən aparıb digər yola çalışdırırdılar. Bəzi yolda gördüyümüz adamlar bizim gölə çatacağımıza inanmasa da, orada qala bilməyəcəyimizi desə də biz axşama yaxın gölə az qalmış dayandıq. Tanımadığınız ərazidə qaranlıqda yol getmək məsləhət deyildi. Ona görə də yaxınlıqdakı quzuluğa getdik. Bura aşağıdakı sürünün quzularının ayrıca saxlandığı yerdir. İki cavan oğlan bizi qarşıladı, qəşəng çay içdik, yemək yeyib yatdıq. Səhərisi durub gölə doğru qalxdıq, iki saatdan az müddətə gölə çatdıq. Göl də nə göl, dağların başında Böyük (3458 m.) və Kiçik (3216 m.) Samalit zirvələrinin arasında yerləşən masmavi bir inci. Təxminən 3060 (/70) metr yüksəklikdə yerləşən Xalaxel gölü Azərbaycanın üç min metrdən yüksəkdə yerləşən ən böyük dağ gölüdür. Gölün çevrəsinin uzunluğu 1,3 km-dir. Gəldik gölün kənarına, çadırımızı qurduq, çayımızı içib, yeməyimiz yeyib qalxdıq Böyük Samalit zirvəsinə. Bu zirvə Baş Suayrıcı silsilədə, Azərbaycan və Dağıstan sərhədində yerləşir. Zirvədən Xalaxel gölünə çox gözəl mənzərə açılır. Buradan Dağıstan tərəfə baxanda daha 4 ədəd nisbətən kiçik göllərin olduğunu gördük. Bir gün göl kənarında qaldıqdan sonra səhərisi endik Zaqatalaya, oradan da Bakıya, sonra Qubaya gəldik. İkinci əlamətdar kəşfim videoqraf Tural Mahmudovla Lerikə getməyim oldu. İki günlük Lerikə gedən adamlar 4 gün orada qaldıq. Sağolsun, Qadir də bu müddətdə bizi evlərində qonaq etdi. Yağışdan sonra , hətta yağış yağa-yağa Lerikin əksər şəlalələrini gəzdik, həmin vaxt şəlalələrin suyu da bol idi. Sonra Büzeyr kəndinin yaxınlığındakı dəlikli daş və yanındakı mağaraya getdik. Bura unikal yerlərdən biridir, ölkəmizdə bu böyüklükdə ikinci bir yerə hələ ki rast gəlməmişəm. Daha sonra xəritədən tapdığım və maraqlı ola biləcəyini düşündüyüm yerlərə getməyə qərar verdik. Həm Bürsülüm kəndindəki yamyaşıl olan göl, həm də Mistan silsiləsi çox maraqlı idi. Mistan silsiləsi xüsusi yerdir. Belə ki, bu silsilədən Xəzər dənizi, Talış dağlarının ən yüksək iki zirvəsi, Kömürköy (Gömürgöy) (2492 m) və Qızyurdu (2433 m) zirvələri, eləcə də Savalan dağı (4821 m) aydın müşahidə olunur. Mistan silsiləsi həm də bir neçə quş növünə ev sahibliyi edir ki, bu növlər də dünyada ancaq bu ərazilərdə yaşayır. Lerik məni necə heyran etdisə daha sonra iki dəfə də buraya səyahət etdim, yarpaqları qızarmış dəmirağaclarının payız mənzərəsi üçün getməyə dəyərdi.Bu il bəzi heyvanları kəşf etməyim ilə də əlamətdar oldu. May ayında getdiyim cığırda 30-40 metr qarşıdan ayı ilə balasının qaçması və oturub sakitcə onlara baxmağım, Bazardüzünün düşərgəsində vaşaqmı, bəbirmi tam aydınlaşdıra bilməsəm də təxminən 200 metrliyimdən keçməsi, Əmbil gölündə yenotların konsertini izləməyimiz, Talış meşələrində tutduğum ilan balasının əslində nadir növlərdən olan fars təlxəsi olduğunu öyrənməyim, sayı hesabı olmayan dağ keçisi və Dağıstan turu görməyim çox əlamətdar idi.Sonda isə adını çəkdiyim və çəkmədiyim bütün dostlara, bizi qonaq edən ailələrə, çobanlara, ən əsası isə mənə güvənib mənimlə yola çıxanlara, təhlükəli ərazilər olduğunu bilərək məni tək qoymayıb yoldaşlıq edən bütün dostlarıma təşəkkür edirəm. Hamınız var olun. Səyahət gözəl şeydir, amma səyahət edərkən güvənə biləcəyin insanların yanında olması daha vacibdir. Ekstremal şəraitdə səyahət edirsizsə tək səyahət etməməyiniz məsləhətdir. Əlinizdə həmişə çomaq, yürüş çubuğu və ya buz baltası olsun. Hər zaman getdiyiniz ərazini yaxşıca, dərininə araşdırın, onu da bilin ki, nə qədər araşdırsaz da heç ummadığınız yerdə sürprizlə qarşılaşa bilərsiz. Belədə yol yoldaşınız, şəxsi təcrübəniz və səbriniz bu sürprizləri daha asan aşmağınıza səbəb olacaq. Tək gedəcək olsaz belə, gedəcəyiniz yer və marşurut haqqında bir yaxınınıza və bir işi bilənə bu haqda xəbər edin. Hər hansı xoşa gəlməz halda verdiyiniz məlumatlar sizi xilas edə bilər. 2021-ci ilin səyahətsevərlərin ili olmasını diləyirəm, arzusunda olduğunuz, hədəflədiyiniz yerlərə gedib görməyinizi diləyirəm. Unutmayın ki, ölkəmizdə də çox gözəl və unikal yerlər var, belə yerləri araşdırıb gedib görməyə çalışın. Uğurlar.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Toğrul Naritalia Cəfərov

1737 dəfə oxunub

Futbolsevər gəzəyənlər -Səyahət əhvalatları

Bir neçə gün öncə Babek Musa-Zadeh “kim bu il hara səyahət edib?” deyə bir status paylaşmışdı. Mən də bu il, məhz bu ilə layiq baş tutan son səyahətimdən yazıram. Bakıdan Praqaya təzə qayıtmışdım. Manchester United - Manchester City oynuna getmək üçün artıq hərşey bir ay öncədən hazır idi. Dünyanın karantinə bağlanmağına sayılı günlər qalmışdı. 7.3.2020 tarixində Praga-London (ryanair), London-Manchester(National Express avtobus) biletim var idi. Praga-London reysi saat 22:00-da idi. Planım Londona uçub, gecə avtobusu ile Manchestere getmək, çox yorulmamaq üçün avtobusda yatmaq idi. Aeroporta getmək üçün taksi sifariş etdim. Taksi sürücüsü Ukraynanın Zakarpatiya bölgəsindən olan çox axmaq bir insan idi. Tərslik o adamı tanıdığım andan başladı. Sürücü öz diqqətsizliyi ucbatından yalnış yola girdi. Polis saxladı. Sürücü başqa bir insanın profili ilə işlədiyinə görə avtomobildən düşüb özünü mənim tanışım olduğunu və taksi sürücüsü olmadığını bildiribmiş. Polislər mənim sənətimi yoxlayanda nə qədər muddətdir bir birimizi tanıdığımızı soruşdu, məndə cavabında “taksı çağırdım bu gəldi” deyə bildirdim. Çünki nə danışdıqlarından xəbərim belə yox idi. Yoxlama xeyli uzun çəkdi. Sağa sola gedir, sürücünün üstünə qışqırıram. Dəfələrlə polislərə müraciət etdim gözləməyim söylənildi. Gecikdim və təyyarəyə çata bilmədim (bu arada əgər geciksəm biletim batsa bütün xərcimi sən odəyəcəksən deyib Ukrayna pasportunu və bir mobil telefonunu əlindən aldım. Özünüdə çexcə sənətimi və telefonumu öz istəyimlə vermişəm dedirdib videoya çəkdim). Bununla təyyarəyə olan biletim batdı. Londona gedə bilmədiyim üçün avtomatik olaraq London-Manchester avtobus biletidə yandı. Kor peşiman evə qayıtdım. Çox əsəbi idim. Düşündüm ki, bəlkədə sezonun ən son azarkeşli (həqiqətəndə elə oldu) oynuna baxacam. Nəisə, evə qayıdıb internetə girib bütün saytları ələk-vələk edib getməyə yol axtarırdım. Nəhayət Berlin - Manchester (easyjet) bileti tapdım. Bilet normaldan baha idi. Ancaq mövzu Manchester United olduğundan heçnə və heçkim buna qarşı gələ bilməzdi. Təyyarənin uçuş və eniş vaxtları o qədərdə pis deyildi. Təyyarə Manchester Hava Limanına enendən 80 dəqiqə sonra oyun başlayırdı. Hesablamalarıma görə mən oyuna tam çatırdım. Ancaq bir problem var idi. Özüdə çox boyuk problem. Praqadan Berline gece avtobusları tam dolu idi. Həmin reysə çatmaq üçün gecə avtobusla Berlinə getmək şərt idi. Normalda o vaxrlarda Berlinə ancaq Flixbus gedir. Bütün biletlər satılmışdı. Adətən həmişə boş yer çox olur. Ancaq bu dəfə kim necə ƏSNƏDİSƏ qurutdu))) Təyyarəyə isə bileti artıq almışdım. Praqada yaşayan dostlarımdan bir neçəsinə “gəl məni Berlinə apar mənim maşınmla” deye xahiş etdim ancaq istədiyim cavab gəlmədi. Getdim avtobusun dayandığı yerə bəlkə kimsə gecikər və ya gəlməz. Bəxtimdən elədə oldu. 4 nəfər Praqada qalmağa qərar verdilər və onların yerinə sürücü məni götürdü. Berlinə qədər yatıb azda olsa istirahət etmək kimi bir imkanım var idi. Amma Dresdende avtobusa ana-bala mindi. Uşaq 2 nəfərlik oturacaqda yatmaq istədiyini bildirdiyi üçün anası mənim yanımda oturmağa icazə aldı. Yox demədim, deyədə bilməzdim. Çünkü əslən Moskvadan olan qızı ilə avrotura çıxan Julia xanım çox, çox, LAP çox gözəl idi)))) Dresdendən Berlinədək xanımın, qızının və hətta böyük qızının boy friendinə qədər hər şeyi öyrəndim. Xanım danışır, məndə qulaq asiram və yata bilmirəm. Normalda başqası olsa xahiş edib səsin kəsdirərdim amma bu Julia başqa Julia idi))) O qədər gözəl idiki, yuxu üçün ölürdüm, amma baxmaqdanda qopa bilmirdim)))) Gəlib çatdıq Berlin Tegel hava limanına. Təyyarəyə minik başladı. Hər dəqiqə mənimçün dəyərli idi. Təyyarədə hər kəs öz yerində oturub uçuşu gözləyir. BUDUR, ən gözəl “SÜRPRİZ”. UÇMURUQ, daha doğrusu uçuş 1 saat dayanır. Səbəb, Stuardessalardan biri özünü çox pis hiss edir və ambulance gəlməlidir. Ambulance tez gəldi və bunu apardı. Sevindim ki, bitdi və artıq uça bilərik. Amma hələdə gözləyirik. Mən əsəbi, yuxusuz, dəli kimi təyyarənin içində irəli geri gedirəm. Yaxınlaşıb soruşdum ki, nəyi və kimi gözləyirik. Bildirdilər ki, başqa bir stuardessa gəlməlidir. Onsuz uça bilmərik. Təyyarədə hər kəs mənim futbola getdiyimi bilir. Çoxusuda mənə dəstək olub mənim əhvalımı qaldıqmaq üçün zarafat edirdilər))) “ Nəyə gedirsən? Onsuzda uduzacaqlar” filan zad))) Hətta ingilislərdən biri qapının önündəki yerini mənə verdiki, düşən kimi qaç. Tony adlı ingilis aeroportdan məni OLD TRAFFORDA qədər öz maşını ilə aparacağını dedi. Hesablamalarima görə oyunun birinci hissəsinin sonuna çatırdım. Qız gəldi uçduq. Təyyarə enən kimi qapının ağzından güllə kimi uçdum pasport kontrola. Təbii ki, sıra ucsuz bucaqsız. Qurban olum, başıva dönümlə bir təhər özümü verdim qabağa. Passport yoxlayan əməkdaş vəzifəsi gərəyi soruşdu:-Hara gedirsən? -oyuna baxmağa.-Nə oyun?-United - City-bu qədər yolu futbola görə gəlmisən?-bəli-Qırmızı ya mavi?Cavabında “Manchester is Red” (Mançester Qırmızıdır) dedim. Barmağı ilə mənə digər əməkdaşı göstərib “onu görürsən? Bax o Unitedin azarkeşidir. İndi get gözlə sənin pasportuvu o yoxlasın.” dedi və gülümsədi. Daha sonra pasportumu, alıb möhür vurub mənə qaytardı. Pasport kontroldan çıxıb Tonyni axtarırdım ki, gördüm çöldə məndən əvvəl keçib məni gözləyirmiş. Məni stadiona apardı. Maşından çıxıb qaçaraq meydana getdim. Meydana öz yerimə oturub üzümün tərini sildim ki, oyun başladı. Bildiyiniz saniyə belə gecikmədim. Manchester United Old Trafforda Cityni 2-0 otardı))) Getdiyim üçün an olsun paşmançılıq çəkmirsim. Əziyyətim, yuxusuz səyahət, stress, əsəb, həyəcan, adrenalin, xərclədiyim pul hamısına dəyərdi. Oyundan zövq aldım. 77000 azarkeşin sevinci, oxunan çantlat inanılmaz bir atmosfer yaradır. İnsanın düşüb meydanda oyunçuları qucaqlamağı gəlir. Oyun, dediyim kimi 2-0 bizim xeyrimizə bitdi. Oyundan sonra Ruminyada təhsil alan və United azarkeşi olan qardaşımız Anar Əzizovla görüşüb tanış olduq. Praqaya qayıtmağım isə ayrı bir mövzü. Oyundakı sevinc, həyəcan məndə olan qalan enerjinidə alıb götürmüşdü. Zombidən fərqlənmirdim. Praqaya Liverpool üzərindən qayıdacaqdım. Liverpool - Praqa uçuşum 11:00 9.3.2020 tarixində idi. Mançesterde tutduğum hostel məlum pandemiya səbəbindən bütün bronları ləğv etmişdi. Digər hotel və hostellər isə oyun səbəbi ilə full idi. Tək çarə Liverpoola gedib aeroportda yatmaq idi. Məcbur bilet alıb Liverpool aeroportuna getdim. Uzun axtarışdan sonra aeroportda 3 nəfərlik oturacaq tapdım. Özümü həmin oturacaga yıxıb 1 dəqiqə sonra yuxuya getdim. Uzun zaman sonra məni oyatmaq üçün ayağıma dəyən təpiklərdən oyandım, amma gözümə inanmadım. Necə yatmışamsa oturacaqdan yıxıldığımı hiss etməmişəm, Üzü üstə, əllərim, ayaqlarım X hərfi formasında şirin şirin yatmışam))) Yerdən qalxanda yatdığım yerin bütün tozu mənim uzərimdə)))) Mobil telefonum cibimdən düşübmüş. Kimsə götürüb corabımın içinə qoyub ki, oğurlamasınlar. Durub əl üzümü yumağa gedəndə hiss etdim ki, ayağımda nəsə artıqlıq var)))) Saatdan ümumiyyətlə xəbərim yox idi))) baxanda gordüm ki, qeydiyyatın bitməyinə 45 dəqiqə qalıb))) Özümü təyyarəyə çatdırıb nəhayət ki, sağ salamat Praqaya qayıtdım. Bu səyahət mənimçün inanılmaz oldu və bu mənim 2020-dəki avropaya son səyahətim oldu. Bu oyundan 4 gün sonra baş tutacaq Lask - Manchester United oynuna biletim var idi, amma məlum pandemiya səbəbi ilə oyun azarkeşsiz baş tutdu. O gündən etibarən indiyədək mən başda olmaqla bütün azarkeşlər yaşıl meydanlara həsrətdilər. Bizim Red Army-nin (Qırmızı Ordu) dediyi kimi ”Football is nothing without fans”. Ümid edirəm ki, bu bəla tezliklə bitər. Ümid edirəm növbəti il insanlar üçün daha gözəl, daha mənalı və daha faydalı olar. Mən artıq 28 ildir ki, Manchester United azarkişiyəm. 2006-cı ildən rəsmi azarkeşəm. Tanıyanda biləndə mənim klubuma bağlılığımı bilir. Unidetin hesabına Avropada getmədiyim ölkə qalmayıb. Hər zaman deyirəm, əgər həyatınıza rəng qatmaq istəyirsinizsə bir klub seçin və yalnız o kluba azarkeşlik edin. Mənimçün 2-3 kluba azarkeşlik edən kəs sadacə futbol sevəndir, azarkeş deyil. Sizləri əmin edirəm həyatınız dəyişəcək. Yazacaqlarım bu qədər. Hər kəsə uğurlar. ALLAH sizləri və Azərbaycanı qorusun.

1249 dəfə oxunub

Səyahət əhvalatı - "Görəsən ox işarələri haranı göstərir?"

Gəlin sizə həyatımın ən unudulmaz yeni il gecəsindən danışım. Deməli 2014-cü ilin 31 dekabrıdır. Mən ilk dəfədir ki yeni ili ailəmdən, evimdən uzaqda qeyd edəcəm. Özü də Dubayda. Əvvəldən planımı elə qurmuşdum ki saatlar 00:00 göstərəndə mən Burj Khalifanın yanındakı otluqda rahat şəkildə dayanıb həmin il dünyanın ən yaxşısı seçiləcək salut şousunu izləyəcəkdim. O vaxta qədərki gözümə bir elan lövhəsi dəydi "Fireworks this way". İçimdəki şeytanla bir xeyli mübarizə apardımki, görəsən bu ox işarələri haranı göstərir? Axı mən fireworksun düz altındayam? Bəlkə burda olmayacaq? Nə isə başladım bu oxları təqib etməyə. İzləyə-izləyə əvvəlcə Fontan meydanından uzaqlaşdım, sonra Dubay Malldan uzaqlaşdım. Burj Khalifadan uzaqlaşdığım anda artıq başa düşmüşdüm ki nə isə düzgün getmir. Amma özümü sındırmayıb artıq işarələrin başın buraxaraq getməyə başladım. Düz iki saat Burj Khalifanın başına dövrə vurdum. Nəhayətində izlədəyim o oxlar məni bu kiçik səyahətimə başlamadan öncə dayandığım yerə gətirib çıxartdı. Amma təbiiki artıq orda iynə atmağa yer yox idi. Məcbur geri qayıtmalı oldum. Bütün restoranların terrasları zəbt olunmuşdu. Yolların kənarları zəbt olunmuşdu. Hirsimdən ağlamaq dərəcəsinə çatmışdım ki "Dayanmışdında gül kimi, o işarə oxu girsin gözüvə, sənə lazımdı, o ox hara aparır?". Bir təhər axır ki bir küçədə özümə bir balaca yer eləyib dayandım. Hələ saat 11 filan olardı. Həyatım boyu o cür insan izdihamı görməmişdim, hamı bir-birinin belinə çıxmaq istəyir, biri-birini əzib yerində dayanmaq istəyir. Qorxumdan nəfəs almıram ki birdən məni görüb, götürüb tullayarlar qırağa yerimi oğurlayarlar. Orda gözümün qabağında, bir oğlan sevgilisin itirdi, bir uşaq valideynlərin itirdi, arvad ərini itirdi, bir oğlan da başını itirdi. Bir sözlə dəhşət. Qan-qaraçılıq pik həddədir. Artıq fikirləşirəm gül kimi anamın paytaxt salatını yeyib, AzTV-nin möhtəşəm konsert proqramını seyr etmək varkən, mənim nə işim var bu meşədən qaçan insan toplusu arasında. Elə bu fikirlərlə bir də gördüm ki Burj Khalifa rəng alıb-rəng verir. Sən demə artıq saat 12-yə 10 saniyə qalıb və vizual effektlərlə binanın üstündə o saniyələr göstərilir. Bina orda saniyələri sayır, camaat yerdə. Saatlar 00:00 göstərən kimi həyatımda görmədəyim atəşfəşanlıq mənə paytaxt salatını unutdurdu. Cəmi 5 dəqiqə. Ondan sonra yenə qayıtdım o meşəyə. Bu səfər isə o insan izdihamı dağılışmağa başladı. Bir hissəsi sağa, bir hissəsi sola, yarısı dala, yarsı da qabağa. Hardasa 45 dəqiqə küçənin qırağına çəkilmiş hasara sıxılıb qaldım ki, ara sakitləşsin, nəfəs alıb, gedim evimə-eşiyimə. Nə isə bu camaatı da bir təhər yola verdik, başladım ən yaxın metro stansiyasına doğru addımlamağa. Amma gedə-gedə hiss edirəmki, deyəsən mən metroya minə bilməyəcəm. Uzaqdan stansiyanı görən kimi düşüncələrimin düz olduğuna əmin oldum. Girişin qabağında yox-yox hardasa beş min adam var, girişləri bağlayıblar ki bəs adam çoxdu metro çatdırmır, avtobusla gedin. Day bilmir ki saat 12-ni keçib, avtobuslar işləmir. "Heç nə olmaz, bir az piyada gəzim, o biri stansiyaya düşərəm" Gəzə-gəzə 5 stansiya buraxdım. Saat 2-di artıq. Yolun qırağı ilə o qədər adam gedirki, riyaziyyat o rəqəmi kəşf etməyib. Boş taksi yox, saxlayan yol maşınları da ağzını Allah yolunda açıb, 100$-dan aşağı qiymət demir. 6-cı stansiyaya çatanda gördüm ki nəzarətçi ordan "Only with family" qışqırır. Dedim fürsət bu fürsət, yolda mənimlə addımlayan tapdım bir Nataşa, başa saldım ki məni stansiyaya sal, sonra hara gedirsən get. Ər arvad adıynan stansiyaya girdik bir təhər. 3-ün yarısı öz stansiyama çatdım. Ordan da gəzə gəzə otelimə. Nömrəmə girəndə telefonum o gecə 32 km yol gəzdiyimi göstərirdi. Məndən bu qədər Sizə məsləhətim dayandığınız yerdə, ox görürsünüzsə, heç vaxt arxasına düşməyin Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  İlkin Babayev

1777 dəfə oxunub

Hindistan - Səyahət əhvalatı

Bəs siz heç Hindistanın TV-lərində Xəbər proqramlarına çıxmısız? Videoda baş verənləri anlamaqda çətinlik çəkir, lakin baş verənlər diqqətinizi çəkirsə, onda bu yazını oxuyun. Deməli, bir il ərzində (2017-2018) işimlə əlaqədar Hindistanda yaşamışam. Bu ölkə o qədər rəngarəng və hər mənada gözlənilməzdir ki, demək olar ki, burada hər gün bir əhvalat yaşayırsan. Yaşadığım müddətdə bir çox qeyri-adi, gülməli və bir o qədər də kədərli hadisələrlə rastlaşmışam. Lakin məhz bunu sizlərlə bölüşmək istədim. 2018-ci ilin avqustunda Hindistanın şimalına səyahətimiz zamanı dostum ilə Jaisalmer şəhərinə getdik. Elə oteldə yerləşmək istəyirdik ki, otelin baş meneceri bizə yaxınlaşaraq polis məntəqəsinə getməyimizi xahiş etdi. Sən demə, avtobus dayanacağında bizi qarşılamaq üçün gözləyən otelin digər əməkdaşı əlində adım yazılan A4 kağızı tutduğuna görə həbs olunub. Deyə bilərsiniz ki, nə qəribə cinayətdir, buna görə adamı tutarlar? Biz də belə soruşduq. Otel işçilərinin sözlərinə görə, uzun müddətdir həmin polislə aralarinda ədavət varimiş. Otelin gəlirlərinin çox olması və heyətin müsəlmanlardan ibarət olması polisi qıcıqlandırırmış. Bu dəfə də guya otel işçisinin tutduğu adım yazılan kağız avtobus danacağında olan camaatı çaşdırıb və o bu bəhanə ilə həbs edilib. Məsələni eşidəndə vicdanımız dözmədi, eyni zamanda macəra yaşamaq həvəsi bizə üstün gəldi, ədalətli addım ataraq kömək etmək qərarına gəldik. İlk olaraq oğlanın həbs edildiyi polis məntəqəsinə yollandıq, baş polis ilə görüşdük. Orada izah etdik ki, kağızın üstündə adı yazılan Firuza mənəm və bizi qarşılamasını özümüz oteldən xahiş etmişik. Polis bizim məsələyə qarışmağımızdan heç də məmnun qalmadı və bizi "go to your resort" sözləri ilə yola saldı. Bu rəftardan sonra əsəbiləşdik, məsələni belə qoymamağa qərar verdik. Artıq yavaş-yavaş şəhər kommunası, media nümayəndələri, yoldan keçən hər kəs oraya toplaşırdı. İnsanlar məsələyə biganə yanaşmadığımız üçün bizə təşəkkür edir, müsəlman olub-olmadığımız ilə maraqlanırdı. Biz də əlbəttə ki, "yes, yes, muslim, mashallah, inshallah" filan şəklində cavab verirdik Bir neçə saat ərzində müxtəlif məntəqələr dolaşdıqdan sonra, nəhayət ki, şəhərin baş polisi ilə görüşə bildik. Həmin şəxsə məsələni izah etdim, kobud polis əməkdaşından şikayətimi bildirdim, o da öz növbəsində, lazımi tədbirlərin görüləcəyi və otel işçisinin azad ediləcəyinə dair söz verdi. Əslində, çox yorulduq, gecəni "sleeper bus"-da keçirdikdən sonra özümüzə gəlməyə vaxtımız olmadı, hava da ki çox isti (Jaisalmer şəhəri Tar səhrasında yerləşir). Bütün bunlara baxmayaraq, bu qəribə macəradan zövq aldıq və ən əsası da pulsuz otaq və səhər yeməyi qazandıq Onu da qeyd edim ki, videonu səhifəmdə paylaşdıqdan sonra, yüzlərlə mesaj aldım, hamı bizim cinayətə qarışdığımızı, təhlükədə olduğumuzu düşünüb narahat olmuşdu. Sağ olsun hindlər, xəbər proqramında bütün hadisənin mərkəzinə bizi qoydularhttps://www.facebook.com/100005928302888/videos/1262812263926372/?extid=eJQb5JcPJc6wxrQVƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Firuza Harunova

1797 dəfə oxunub

Siciliya adasına gəzəyən turu

Macarıstanda sərhədin müvəqqəti açılmasını fürsət bilib Wizziar-in Budapeşt-Kataniya reysi ilə Siciliyaya yollandıq.Qeyd edim ki, hava limanından Covid-19 əleyhinə təhlükəsizlik tədbirləri görülsə də, insanların çox hissəsi sıra və maska mədəniyyətinə riayət etsə də, təyyarədə hər 3 oturacağın dolu olması fikrimcə, əvvəlcədən görülmüş tədbirləri heç edirdi.Bizim səyahət Palermodan başlayırdı. Kataniya aeroportundan (çıxışdan sol tərəfdə) SAİS avtobusları ilə birbaşa Palermo Mərkəzi Stadionuna adambaşı 13 yevrodan bilet aldıq. Kataniyadan gələn qatarlar da var, amma aeroportdan taksi və yaxud icarəyə maşın götürüb getmirsizsə ən yaxşısı avrobusdur. 3 saat yarımdan sonra Palermo Mərkəzi stansiyasına çatdıq. Palermo şəhəri memari baxımdan Ərəb və Norman əsintilərini özündə birləşdirir. Ümumilikdə tarixi şəhərləri gəzməyi sevənlər bu şəhəri də sevəcək. Unutmadan onu deyim ki, Siciliya şəhərlərindən təmizlik, səliqə baxımından yüksək gözləntiləriniz olmasın.- Garibaldi meydanı, "Via Liberta", "Via Roma" və "Via Vittorio Emanuela" küçəsi şəhərin əsas mərkəz yerləridir. Şəhər mərkəzindəki marinada "Nautoscopio" açıq hava restoranı günbatımı üçün əla seçim ola bilər. Biz əsasən dəniz, qum və günəş üçün səyahət etdiyimizdən ilk işimiz mərkəzdən 10-12 km uzaqlıqdakı Mondello çimərliyinə yollanmaq oldu. Siciliyada ictimai nəqliyyat elə də dəqiq deyil, amma gedəcəyiniz yerlərə çatdırır. Via Romadan 101/102 + 806 avtobusları ilə ora çata bilərsiniz. İnternetdə Mondello beach yazdıqda ingilis dilində “lido” lar üçün rezervasiya bölməsi tapmadığımdan çimərlikdə çətinliklə "lejanka" və çətir tapdıq. Deməli bu çimərliklərdən 4 cür istifadə edə bilərsiniz: 1. Qaldığınız otelin xüsusi çimərlikləri ola bilər. 2. Təmiz, səliqəli “lido” lara daxil olaraq 2 "lejanka" və 1 çətirə 25 yevro pul ödəyərək3. Özünüzün çətiri və yerə salınacaq həsiri varsa, 2 nəfərə 10 yevro verərək4. Və ən son pul verməyərək çox dar, hər kəsin çox sıx olduğu qum üzərində çimərlik qaydasına uyğun məskunlaşmaqla. Hər halda hər 4 şəraitdə də eyni dənizə girəcəksiniz)))- Mondello yaxınlığında bir çox restoran var, Tripadvisorda yemək zövqünüzə uyğun baxsanız daha yaxşı olar. Biz rastgələ "Chicken out" deyilən bir məkanda əyləşdik, solmon balıqlı salat və dəniz məhsulları ilə olan pasta yedik, porsiyalar kifayət qədər böyük və dadlı idi. Meyvə, tərəvəz marketindən təzə əncir aldıq. Budapeştdə yaşayanlar burdakı ənciri bilir????- Axşam gəzintisi üçün şəhəri başdan ayağa 2-3 saat içində gəzə bilərsiniz. Massimo teatrına baş çəkməyi unutmayın. Palermoda yediyimiz və bəyəndiyimiz yeməklər: Pane con panelle, Aranchini, Pani ca Meusa, Cannoli, Brioche Gelato. Via Vittoria Emanuele küçəsindəki balaca restoranlarda tapa bilərsiniz. Digər gün, "Cefalu town"- a baş çəkdik. Qatar stansiyasından bir tərəfli 6.20 yevroya, 1 saatlıq məsafədə yerləşən bu qəsəbə İtalyanların sevimli yeridir. Biz getdiyimiz vaxt 10 km-lik çimərlikdə 2 nəfər azərbaycanlı, 3 fransız, 2 macardan başqa xarici yox idi. Burdakı çimərlikdə qiymətlər Mondellodan bir qədər baha idi, lidolarda 1 "lejanka"+1 çətir = 25 yevro, iki "lejanka"+1 çətir= 35 yevro idi. Digər seçim isə özünüzün həsiri və çətiri ilə gəlmək idi, amma yenə də rahat istirahət eləmək mümkün deyil. Lejankalar bir-birindən aralı, təmiz və səliqəli idi. Qəsəbə çox kiçik amma mənzərəsi möhtəşəmdir. 10 günlük Siciliya tətilinin ən dadlı "Cannoliso"nu burda yedim. Zövqünüzə uyğun restoran da tapa bilərsiniz, qəsəbənin ən qəşəng restoranı Molo di Cefalu idi. Turist az olsa da, qəsəbədə çoxlu italyan var idi. Aggrigento, Catania ve Taormina haqqında təssüratlarımı başqa postda bölüşəcəm. #Sicily #İtaliyatətilləriƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Xaver Alekberli

1501 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!