1830 dəfə oxunub

Dağ turizminin mərkəzi - Durmitor Milli Parkı

Montenegronun çimərliklərindən və sıx şəhər həyatından yorulanlar üçün Balkan səfərinin ən möhtəşəm hissəsini təqdim edirəm.
Durmitor Milli Parkına Budva və Kotordan xüsusi turla gedə bilərsiniz amma bu turlar müəyyən marşurut və vaxt çərçivəsində olacaq. Daha rahat gəzmək üçün kirayə avtomobil götürmək şərtdir.
Yol. Budvadan Durmitora iki cür getmək olar. Məsləhət gördüyüm yol nisbətdə biraz uzaq ancaq çox maraqlıdır. Budvadan başlayan yol Skadar gölünün üzərindən keçir. İki saat vaxt ayırıb göldə qayıqla gəzə bilərsiniz. Gəzinti müxtəlif qiymətə təklif olunur, bazarlıq edib qiyməti rahat endirmək mümkündür. Eləcə də yaxınlıqdakı şərab mağazasından müxtəlif növ şərablardan seçib ala bilərsiniz. Qiymət normaldır. Daha sonra paytaxt Podgorica şəhərindən keçib Moraca və Tara kanyonları ilə möhtəşəm mənzəni seyr edə edə Djurdjevica körpüsünə tərəf hərəkət edirsiniz.
Zipline. Djurdjevica körpüsündə uzunluğundan asılı olaraq 3 növ zipline mövcuddur. Ən uzunu 1050 metrdir və qiymətlər 20-30 avro arası dəyişir.
Rafting. Rafting üçün iki seçiminiz var, Djurdjevica körpüsünün yanında və Bosniya ilə sərhəddə Tara və Piva çaylarının birləşdiyi yerdə. Birinci seçim nisbətən asan və 55 avrodan təklif olunur. Qiymətə rafting və səhər yeməyi daxildir. Daha həyəcanlı rafting yaşamaq üçün ikincini məsləhət görərdim. 45 avroya gözəl mənzərəli yerdə raftinglə yanaşı dadlı səhər və günorta yeməyi təklif edirlər. Hətta sizi rakie adlanan yerli içkiyə qonaq edirlər. Sükan arxasında olanlara da bir rumka (və ya kiçik pivə bakalı) ilə birşey olmaz ???? Müəyyən promilə qədər icazə var. Ümumiyyətlə Montenegro yollarında polis görsəniz maşını saxlayıb şəkil çəkdirin. Bir də görüb görməyəcəyiniz məlum deyil)
Gecələmək. Qalmaq üçün Zabljak qəsəbəsini məsləhət görürəm. Günlük 20-30 avroya kirayə evlər tapa bilərsiniz. Dadlı və normal qiymətə restoran kimi Podgora restoranını məsləhət görürəm.
Crno Jezero. Zabljakda ev tutdunuzsa buradan 1-3 km məsafədə Durmitorun mirvarisi Crno Jezero'ya (Qara göl) gedə bilərsiniz. Göl ərazisinə giriş 3 avrodur. Ancaq gölə gedən yolda sola ayrılan nisbətən kiçik, bir maşınlıq digər yol görəssiniz. Həmən yol ilə axıra qədər gedib daha sonra çığırla meşəliyə daxil olub çay üzərindəki taxta köpüdən keçməklə göl ərazisinə havayı daxil ola bilərsiniz. Gölün kənarındakı restoran və canlı musiqi var.
Əgər kirayə avtomobil götürmüsünüzsə və rafting üçün ikinci varinatı seçmisinizsə onda sizi möhtəşəm dağlıq yol gözləyir
???? Ancaq nəzərə alın ki, əgər mühərrik ölçüsü kiçik olan avtomobil kirayə götürmək fikrindəsinizsə çalışın mexaniki sürətlər qutusu ilə olsun. Çünki yolda sizi çoxlu eniş və yoxuşlar, eləcə də sərt serpantinlər gözləyir. Zabljakdan Piva su anbarına iki yolla getmək olar. Yaxşı olar ki, videoda göstərdiyim yolu gedəsiniz və yolüstü Sedlo zirvəsini və Montenegronun ən hündür zirvəsi Bobotov Kuk'u görəsiniz. Qayıdarkən isə digər yolla qayıdıb Susicko gölünə də dəyə bilərsiniz. Bundan başqa sizi yol boyu üzü mənzərəyə oturub dərindən nəfəs alıb ruhunuzu dincəldəcəyiniz çoxlu sayda taxta oturacaqlar gözləyir. Bu yolların ensiz sərt döngələrdən və dolaylardan ibarət olduğunu unutmayın. Təcrübəniz azdırsa yaddan çıxarın. Çünki yolda birşey olsa köməyin nə vaxta gələcəyi məlum deyil.
Meandri Cehotine Viewpoint. Əgər siz də "bura kimi gəlmişkən Çexotina çayına da dəyim" deyirsinizdə nəzərə alın ki, Tara körpüsündən 52 km enişli yoxuşlu yol gedir. Xəritə sizə qısa yol kimi aşağı yolu göstərə bilər ancaq o yol təmirdədir və belə görünür ki, hələ bir müddət bağlı olacaq. Əgər hər halda getmək fikrinə düşdünüzsə Otilovici su anbarına çatandan sonra 3-4 km də gedib meandrı göstərən "plakat"dan sağa dönub torpaq yolla 500-800 metr getmək lazımdır. Özünüzlə yemək və içməyə birşeylər götürsəniz əla olar.
Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Azer Hasanov

DİGƏR BLOQLAR

Siciliya adasına gəzəyən turu

Macarıstanda sərhədin müvəqqəti açılmasını fürsət bilib Wizziar-in Budapeşt-Kataniya reysi ilə Siciliyaya yollandıq.Qeyd edim ki, hava limanından Covid-19 əleyhinə təhlükəsizlik tədbirləri görülsə də, insanların çox hissəsi sıra və maska mədəniyyətinə riayət etsə də, təyyarədə hər 3 oturacağın dolu olması fikrimcə, əvvəlcədən görülmüş tədbirləri heç edirdi.Bizim səyahət Palermodan başlayırdı. Kataniya aeroportundan (çıxışdan sol tərəfdə) SAİS avtobusları ilə birbaşa Palermo Mərkəzi Stadionuna adambaşı 13 yevrodan bilet aldıq. Kataniyadan gələn qatarlar da var, amma aeroportdan taksi və yaxud icarəyə maşın götürüb getmirsizsə ən yaxşısı avrobusdur. 3 saat yarımdan sonra Palermo Mərkəzi stansiyasına çatdıq. Palermo şəhəri memari baxımdan Ərəb və Norman əsintilərini özündə birləşdirir. Ümumilikdə tarixi şəhərləri gəzməyi sevənlər bu şəhəri də sevəcək. Unutmadan onu deyim ki, Siciliya şəhərlərindən təmizlik, səliqə baxımından yüksək gözləntiləriniz olmasın.- Garibaldi meydanı, "Via Liberta", "Via Roma" və "Via Vittorio Emanuela" küçəsi şəhərin əsas mərkəz yerləridir. Şəhər mərkəzindəki marinada "Nautoscopio" açıq hava restoranı günbatımı üçün əla seçim ola bilər. Biz əsasən dəniz, qum və günəş üçün səyahət etdiyimizdən ilk işimiz mərkəzdən 10-12 km uzaqlıqdakı Mondello çimərliyinə yollanmaq oldu. Siciliyada ictimai nəqliyyat elə də dəqiq deyil, amma gedəcəyiniz yerlərə çatdırır. Via Romadan 101/102 + 806 avtobusları ilə ora çata bilərsiniz. İnternetdə Mondello beach yazdıqda ingilis dilində “lido” lar üçün rezervasiya bölməsi tapmadığımdan çimərlikdə çətinliklə "lejanka" və çətir tapdıq. Deməli bu çimərliklərdən 4 cür istifadə edə bilərsiniz: 1. Qaldığınız otelin xüsusi çimərlikləri ola bilər. 2. Təmiz, səliqəli “lido” lara daxil olaraq 2 "lejanka" və 1 çətirə 25 yevro pul ödəyərək3. Özünüzün çətiri və yerə salınacaq həsiri varsa, 2 nəfərə 10 yevro verərək4. Və ən son pul verməyərək çox dar, hər kəsin çox sıx olduğu qum üzərində çimərlik qaydasına uyğun məskunlaşmaqla. Hər halda hər 4 şəraitdə də eyni dənizə girəcəksiniz)))- Mondello yaxınlığında bir çox restoran var, Tripadvisorda yemək zövqünüzə uyğun baxsanız daha yaxşı olar. Biz rastgələ "Chicken out" deyilən bir məkanda əyləşdik, solmon balıqlı salat və dəniz məhsulları ilə olan pasta yedik, porsiyalar kifayət qədər böyük və dadlı idi. Meyvə, tərəvəz marketindən təzə əncir aldıq. Budapeştdə yaşayanlar burdakı ənciri bilir????- Axşam gəzintisi üçün şəhəri başdan ayağa 2-3 saat içində gəzə bilərsiniz. Massimo teatrına baş çəkməyi unutmayın. Palermoda yediyimiz və bəyəndiyimiz yeməklər: Pane con panelle, Aranchini, Pani ca Meusa, Cannoli, Brioche Gelato. Via Vittoria Emanuele küçəsindəki balaca restoranlarda tapa bilərsiniz. Digər gün, "Cefalu town"- a baş çəkdik. Qatar stansiyasından bir tərəfli 6.20 yevroya, 1 saatlıq məsafədə yerləşən bu qəsəbə İtalyanların sevimli yeridir. Biz getdiyimiz vaxt 10 km-lik çimərlikdə 2 nəfər azərbaycanlı, 3 fransız, 2 macardan başqa xarici yox idi. Burdakı çimərlikdə qiymətlər Mondellodan bir qədər baha idi, lidolarda 1 "lejanka"+1 çətir = 25 yevro, iki "lejanka"+1 çətir= 35 yevro idi. Digər seçim isə özünüzün həsiri və çətiri ilə gəlmək idi, amma yenə də rahat istirahət eləmək mümkün deyil. Lejankalar bir-birindən aralı, təmiz və səliqəli idi. Qəsəbə çox kiçik amma mənzərəsi möhtəşəmdir. 10 günlük Siciliya tətilinin ən dadlı "Cannoliso"nu burda yedim. Zövqünüzə uyğun restoran da tapa bilərsiniz, qəsəbənin ən qəşəng restoranı Molo di Cefalu idi. Turist az olsa da, qəsəbədə çoxlu italyan var idi. Aggrigento, Catania ve Taormina haqqında təssüratlarımı başqa postda bölüşəcəm. #Sicily #İtaliyatətilləriƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Xaver Alekberli

2153 dəfə oxunub

İtaliya səyahəti - 4 günə 3 şəhər və Venesiya adaları

Milandakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.Salamlar, apreldə etdiyimiz İtaliya səyahətini nəhayət ki, burada bölüşüm dedim, bəzi "life hack"ları da ora səyahət edəcək olanlara bildirim.Deməli, biz 3 nəfər elə planladıq ki, 4 günə 3 şəhər və adaları gəzdik. Səyahət EU içi olduğu üçün Rynairdən istifadə etdik, İtaliyada isə şəhərlərarası nəqliyyat kimi Flix Bus.1-ci gün Boloniya2-ci gün Venesiya3-cü gün Venesiyanın adaları4-cü gün MilanBoloniyada olarkən özünü sanki saxsıdan düzəldilmiş və hər yerində qırmızı nələrsə olan bir möhtəşəm kiremît şəhər maketinin içində hiss edirsən, diqqətimi çəkən məqam o oldu ki, pəncərələrdəki dibçəklər, pərdələr, damlar hamısı qırmızı kiremiti rənglərdə idi. Axşamüstü möhtəşəm ifaları ilə fərqli-fərqli küçə musiqiçilərini, rəqs qruplarını, rəsm çəkənləri addımbaşı görə bilərsiniz. Free entry olan çoxlu kilsə və görməli yerləri var. Axx bir də maraqlı bir şey qeyd edim, biz əgər latte, cappucino və s. istəmiriksə deyirik sadə kofe verin, orda bunu desəniz sizə çeçələ barmağınızdan kiçik fincanda yarıya qədər doldurulmuş espresso verəcəklər))). Adamlar hara baxırsan kafelərdə o iki qramlıq espressonu qabaqlarına qoyub uzun-uzun söhbətləşirlər))).Axşamüstü Flixbussa minib getdik Venesiyaya. Hotel əvəzinə AIRBNB-dən istifadə etdik. Bütün evi, ayrıca giriş qapımız, hamam, tualet ayrıca və s. götürmüşdük günlük. Hostumuz hətta çox gec olduğu üçün 10 euro qarşılığında bizi gəlib götürdü. Sabahı gün qaldığımız yerdən bilet aldıq Piazzale Romaya (Venesiyanın mərkəzi meydanı), Tramvay, Bus hər ikisində istifadə edə bilərsiniz. Şəhər çox möhtəşəm, qeyri-adidir. Adamlar sanki bütün iş gücünü atıb bəşəriyyət yaranandan elə hey hamı bir nəfər kimi binalar tikiblər. Bircə dənə də adi, dördkünc sadə divar tapmaq olmur, həər yer möhtəşəm memarlıq inciləridir. O qədər tikiblər gəlib çıxıblar dənizin içinə. Canım sizə desin qəbirstanlıqlarından, eynilə qəbirstanlıq da eyni tipdə tikilib. Gondolaya minmək istəsəniz gündüz 25-30 euro adambaşına və ya 80 euro bütün gondolanı icarə edə bilərsiniz.Rialto körpüsü ətrafında möhtəşəm mənzərə var, şəkillərdə görəcəyiniz T-shirtü alıb özüm Rialtonun Rəsmini çəkdim üzərinə)).Tualet ehtiyacınız olarsa qatar vağzalı ilə əks tərəfdə Burger King olmalıdır, nəsə bir şey alın, qəbzi tualetə getmək üçün istifadə edin, çalışın üzərinizdə bir çətir olsun, her zaman yağışa tutula bilərsiniz)), əgər küçələr arasında azsanız heç qorxmayın, yuxarıda həmişə Piazzale Roma və ya Rialto və s. istiqamətlər göstərilir, oxu təqib edin. Biz belə etdik, heç birimiz 4 gün ərzində internet, googlemap filan istifadə etmədik.Venesiyanın adalarına digər günü ayırdıq: Murano, Burano, Torcello – Murano şüşə ustalarının çalışdığı və rəngli şüşələrdən hazırlanmış müxtəlif suvenerlərin satıldığı adadır, Burano isə – bura muttttləq gedin, şəkillərdə gördüyünüz o rəngli evlərin nağıl düünyasıdır.Bir önəmli məqam qeyd edim, həyati məsələdir)), deməli əvvəlcə Muranoya gedin, çünki Venesiyaya ən yaxını odur, hardasa 10 dəqiqə, Venesiyadan vapuretteyə (motorlu gəmi) minib gedirsiniz Muranoya, 1 saat zad gəzdiniz buxtaya gəlincə dəhşətli bir uzun növbəyə rast gələcəksiniz Burano istiqamətinə. Bu sizi qətiyyən qorxutmasın, azərbaycanlı döölüük bəyəm, yol taparıq, deməli təzədən minin Venesiyaya gedən qayığa 10 dəqiqəyə qayıdırsınız Venesiyaya ordan da hər 5-10 dəqiqədən bir vapurette çıxır Buranoya, o birilər də düüüüz 3 saat zad gözləyirlər o tərəfdə))).Eyni şeyi Buranodan qayıdası olanda da edin. Günlük bilet adambaşı 20 euro alıb əyalətin istənilən yerinə gedib qayıda bilərsiniz, ancaq almasaydıq da yoxlayan olmurdu, lakin gecələr Piazzale Romadan qayıdanda həmişə tramvayda ya avtobusda yoxlayırdılar. Milana da Flixbusla getdik, təqribən 3,30 saat çəkdi, Milanda metro ilə bir giriş / çıxış deyəsən 1,5 euro idi. Milanın incisi deyərdim ki, Duomodur. La Skala ve Davinci Muzeyini də görə bilərsiniz, bir də kim oliqarxdırsa ordakı dünya brendlərindən alış-veriş edə bilər)). Milan Central metro stansiyasından Bergamo Airporta hardasa hər saatdan bir transfer avtobuslar çıxır, flixbusun da transfer xidməti var orada ( saat yol davam edir).Büdcə təqribən yadımda qalanları qeyd edəcəm.Rynair Köln Bonn—Bologna Airport 15 euro (per p.)Flixbus Bologna—Venesiya 8 euro (per p.)Airbnb -- Venesiya 3 gecə 206 euro (3 nəfərə)Flixbus Venesiya – Milan 20 euro (per p.)Rynair Milan Bergamo Airport -- Köln Bonn 35 euro (per p.)Əlavə olaraq qeyd edim ki, bu səyahəti həm də bu səhifəyə baxıb planlamışam və burada da bir nəfər (sorry ad xatırlamıram) Flixbus kuponları vermişdi müəyyən qədər endirim olmuşdu biletlərə, hamınıza təşəkkür!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:Misis Aliyeva  

3766 dəfə oxunub

Korsika - Bonifasio bələdçisi

Səyahətə baxışınızı dəyişəcək yer, Korsika adası və çoxlarına görə adanın ən gözəl şəhəri olan ecazkar Bonifasio (Bonifacio). 3500 nəfərə yaxın əhalisi olan bu balaca şəhərciyin əsası rəsmi mənbələrə görə 830-cu ildə qoyulub. Olduğumuz digər iki aralıq dənizi adaları Sardiniya və Siciliya kimi Korsikalılar da özlərini kontinental avropadan ayırırlar və Fransız deyil, məhz Korsikalı olduqlarını ürəklə vurğulayırlar.Müxtəlif illərdə müxtəlif krallıqlar və imperiyalar tərəfindən işğal olunan Korsika son olaraq 1769-cu ildə Fransa tərəfindən işğal olunub və o zamandan Fransanın tərkibindədir. Bayraqlarında və gerblərində bandanalı və qara dərili insan başı əks olunub, bir rəvayətə görə həmin dövrlərdə aralıq dənizindəki adalara tez-tez hücumlar edən berber və ərəblərin (avropalı olmayan və qaradərililəri “Moor” (Mavr) adlandırırdılar) gözünü qorxutmaq üçün Korsikalılar (Sardiniya bayrağı da buna bayrağın üzərinə gözü bağlı və kəlləsi vurulmuş Mavr başı çəkiblər. Digər rəvayətə görə isə Aragon krallığının Mavrlar üzərindəki qələbəsini təcəssüm etdirir. Sonradan gözdəki bağ başa qaldırılır.Sardiniyanın Santa Teresa Gallura şəhərindən Bonifasioya gəmi vasitəsilə getmək olar. Bu marşrutda iki şirkət fəaliyyət göstərir Moby və Blu Navy. Bilet adam başına 24-28 avro arası dəyişir və yol hardasa 50 dəqiqə vaxt alır. Mövsümdə Bonifasioda otellərdə yer tapmaq demək olarkı qeyri-mümkündür, yer olsa da qiymətlər kosmik olacaq, ona görə də turistlərin əksəriyyəti burda gecələmirlər.Ümumiyyətlə Korsikada ictimai nəqliyyat məsələsi problemdir, məsələn biz Bonifasio şəhərindən şimalda yerləşən Bastia şəhərinə getmək üçün ilk öncə Porto Vecchio şəhərinə taksi ilə (70 avro) ordan isə adam başına 25 avro ödəməklə avtobusla səyahət etdik, halbuki səyahət etməmişdən öncə internetdə bu iki şəhər arasında müntəzəm avtobus xəttinin fəaliyyət göstərdiyini yazmışdılar. Bu marşrutla hərəkət etməyi planlaşdırırsınızsa qeyd etdiyim məsələ barədə diqqətli olun.Səyahət üçün lazım ola biləcək saytları aşağıda qeyd edirəm:www.mobylines.comGəmi: Santa Teresa (Sardiniya) – Bonifasio (Korsika) adama 28 avrowww.blunavytraghetti.comGəmi: Santa Teresa (Sardiniya) – Bonifasio (Korsika) adama 24 avrowww.corsica-ferries.co.ukGəmi: Bastia (Korsika) – Tulon (Fransa) 4 nəfərə 4 nəfərlik otaqla 200 avro.www.rapides-bleus.comAvtobus: Porto Vecchio(Korsika) – Bastia(Korsika) adama 25 avro, əlavə baqaja 1 avrowww.gettransfer.comTaksi: Bonifasio(Korsika) – Porto Vecchio(Korsika) 70 avro (Viano)Gettransfer çox maraqlı saytdır (həm də app var) siz gedəcəyiniz yeri yazırsınız və sürücülərdən sizə qiymətlər gəlir (quotations) və gələn qiymətə özünüz əks təklif göndərə də bilərsiniz.Bonifasio kiçik şəhərcik olduğuna görə bir günə tam gəzib görə bilərsiniz, amma vaxtınız azdırsa mütləq Aragon pilləkənlərinə (demək olarki 45 dərəcə bucaq altında qayada çapılmış 187 pilləkən) və Marin(e) qəbirstanlığına mütləq baş çəkin.P.S. Şəkillər hamısı Bonifaciodandır.P.S.S. Sualı olan olsa çəkinməsin  hamıya xoş gəzintilər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Emil Mard

1428 dəfə oxunub

Dünyanın ən xoşbəxt ölkəsi - Kosta Rika

San Xosedəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Bu yaxınlarda Mərkəzi Amerikadakı Kosta-Rikanın ölkəmizdə səfirliyinin açılması münasibəti ilə internetdə «ay daaa, bizə çatanda Kosta-Rika zad olar…» kimi söhbətlər var-gəl eləməyə başladı. Düzdü, bu cür söhbətləri edənlər, əsasən, Afrikanın cəmi bir Afrika ölkəsindən ibarət olduğunu düşünənlərdir, amma ümumiyyətlə düşünməyənlərin də bu cür küyə getməmələri üçün icazə verin Kosta-Rikanı bir balaca xırdalıyım sizin üçün.Bir xeylaq uzaqdır bizdən. Biz, məsələn, 4 nəfər idik, hərəmiz bir ölkədən və ayrı-ayrılıqda Kosta-Rikaya gəlib orda toqquşmağı planlaşdırırdıq. Bəlli oldu ki, heç birimiz eyni marşrutla gəlib çıxmamışıq. İndi artıq səfirlik, viza filan məsələsi həll olundu, şükürlər olsun. Mən səfərə çıxanda isə bu, mümkün deyildi. Mümkün olan isə Kosta-Rikaya həm də ABŞ, Kanada və Şengen vizası ilə də getməyin mümkünlüyü idi. ABŞ vizası ilə Bakıdan ABŞ-a (Nyu-York), oradan San-Salvadora (Salvador), oradan da San-Xoseyə (Kosta-Rikanın paytaxtı) gəlib çıxdım.Səyahətimizə icarəyə götürdüyümüz avtomobildə öncədən cızdığımız marşrutla start verdik. GPRS-in canı sağ olsun! Paytaxt San-Xosedə, adətən, turistlər çox ayaq saxlamır. Elə bizim də ayağımız bizi burda saxlamadı. Pulumuzu yerli valyutaya (1 AZN =327.649 CRC) dəyişib üz tutduq şimala, ordan da qərb sahili boyunca cənuba.Kosta-Rikanı dünyanın "Ən xoşbəxt ölkəsi" adlandırırlar. Səbibini dəqiq bilməsəm də, zahirən elə xoşbəxt görünürdülər.Bu xudmani ölkədə 50-dən çox qoruq var ki, bu da ölkə ərazisinin 30%-ni təşkil edir. Yer üzündəki bitkilərinə 70%-nə Kosta-Rikada rast gəlmək olar. Ərazisindəki 120 vulkandan 70-i fəaliyyətdə olandır.Özlüyündə ölkəni bəyənməmək mümkün deyil. Kontrastları nəyə desən dəyər: gah qızmar günəş, gah yağış və hətta şaxta, gah cəngəllik, gah okean sahili kurort şəhərləri...İnsanları da çox qonaqpərvərdi.Ölkə boyunca çoxsaylı hotellərdə qaldıq (3 və 4 ulduzlu). Qiymətləri də adambaşına 5 USD-dən 45-dək. Hər birində də normal xidmət, wifi, səhər yeməyi...???? Yaxşı mənada təəccübləndirən məqamlar:???? Əhalinin kütləvi halda siqaretə "YOX" deməsi. Bilirdik ki, siqaret çəkmə həvəsindən uzaqdırlar, amma bu qədər də yox! Yerli əhali arasında 2 həftə ərzində bir nəfər də siqaret çəkən görmədim. Amma kiçik kənddə, 40 dərəcə istidə marafon yarışında iştirak edənləri gördüm: böyüklü, kiçikli - hamı qaçırdı.???? Fəaliyyətdə olan Arenal vulkanı (hündürlüyü 1657 m). İlk dəfə 1968-ci ildə şuluqluq edib əməllicə püskürübmüş, nəticədə də Arenal şəhərini yox eləyib.???? Poas vulkanı. O, özünü, Arenaldan fərqli olaraq, daha abırlı aparır. Sonuncu dəfə 1953-ci ildə püskürüb. Vulkanın içində kiçik geyzer var, diqqətlə baxanda lavanın "nəfəs almağını" da görmək olar.???? Cəngəlliklər. Lap kinolarda gördüyümüz kimi. "Eramızdan sonra" filminin əsas hissəsi elə Arenal yaxınlığında çəkilib. Elə Stiven Spilberqin "Yura dövrünün parkı" da.???? Cəngəllik üzərindəki asma körpülər. Onların üzərindən keçərkən qədim ağactipli qıjılardan əlavə həm də rəngarəng kolibri quşlarına, meymunlara, hətta ərincəklərə də rast gəlmək olar. Meşənin özü çox sirrli ab-hava bağışlayır insana, lap Harri Potterdəki kimi, amma bir balaca tropik qurtumla.Yeri gəlmişkən, getməzdən əvvəl elə bilirdim bu ərincəklərə orada tinbaşı rast gələcəm. Amma, əsasən, hündür ağaclarda yaşayan ərincəkləri çox nadir hallarda görmək olur. Səfərin sonuna yaxın bəxtimiz gətirdi və onlardan birini gördük, o da azıb yol qırağına düşmüşdü. Qaldırıb ağaca qoyduq. İndiyənəcən savabından qurtara bilmirik :) )???? Cəngəlliyin tən ortasında təbii qaynar bulaqlar.????Təəccüblü olsa da Kosta-Rikada yerli əhali arasında tez-tez bizimkilərə oxşar adamlara rast gəlirdim. Məsələn, yolüstü kafedə ofisiant işləyən bu qaqaş kimi. Hərdən çaşıb qalırdım ki, bu niyə ispanca danışır?Bir sözlə, gedib görüləsi yerdir. Görməyənlərə qismət! :)P.S.: Turistlər, elə yerli əhali üçün də tam bir təhlükəsiz ölkədir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ali Akbar

1430 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!