Türkiyənin sehrli incisi - Güneydoğu (Cənub-şərqi Türkiyə)
Cənub-şərqi Türkiyədəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.2 il əvvəl arzularım siyahısına yazılan, daha sonra pandemiya ilə əlaqədar həyata keçməyən və birdən heç gözlənilmədən həyata keçən Güneydoğu səfərim özündə Hatay bölgəsini (Antakya-Altınözü (Keskincik kəndi), Samandağ)-Qaziantep (İslahiye kəndi ilə birgə)-Şanlıurfa-Mardin (Midyatla birgə) şəhərlərini birləşdirdi. Səfər zamanı rəssam yolyoldaşlarımın vaxt səbəbindən planlı yerlərin bəziləri qalsa da ilk dəfə üçün rahat nəfəs almaq olar və əslində natamam qalmaq yenidən yol almaq üçün əlavə stimul vermiş oldu.Səfərimizin məqsədi VI Orontes Uluslararası Çağdaş Sanat Festivalı idi və ora fotoqraf kimi qatılmışdım. 16-23 noyabr tamamı ilə Hatay bölgəsinə, 23-25 noyabr digər 3 şəhərə həsr edildi. Daha geniş vaxtım olsa Urfa və Mardində daha çox gün qalmış olardım. Beləliklə, ardıcıllıqla...Bakı-Hatay birbaşa uçuş olmadığından Bakı-İstanbul-Hatay və ya Bakı-Ankara-Hatay reysi var idi. Lakin hər 2 reys baha başa gəldiyindən Naxçıvan üzərindən getməyi təklif etdim və yolyoldaşlarım "sən hara, biz ora" deyib razılaşdılar və "əl-ələ verib" bu quru yolla keçidi həyata keçirmiş olduq. Bununla bağlı 2 gün əvvəl youtube link də paylaşmışdım detallı. Bir daha yerləşdirirəm https://www.youtube.com/watch?v=svWNO7wLAt4Bu şəkildə tək gediş gəliş (şəhərlər içi hərəkət istisna olmaqla) 189 manata başa gəldi. Bakı-Naxçıvan daxili reysində nə test, nə Covid passport tələb olunmur. Eləcə də quru sərhəddi hər iki tərəfdən keçdikdə bunların heç biri gərəkli olmadı. Quru sərhəddi tək bir yeni şəxsiyyət vəsiqəsi ilə də keçə bilərsiniz. Naxçıvandan İğdıra keçmək üçün Naxçıvan avtovoğzalında gediş haqq 8 manat gediş haqqı olan avtobuslar var və ya 20-30 manat civarında aparan taksilər var. Logistika işi tamam. Keçək əsas məsələyə. Uzun illər Güneydoğu PKK təhlükəsi baxımdan təhlükəli idi, bu gün isə Suriya ilə sərhəd olduğundan Suriya məsələsinə görə təhlükəli hesab edilə bilər. Lakin sonuncu təhlükə ümumiyyətlə hiss edilməyindən əvvəlki cümlədə "bilər" yazdım. Bu ərazi Türkiyənin mədəniyyətlər mərkəzidir - tarix, din, etnoqrafi, qastronomi baxımdan. 1. Hatay bölgəsi dünyanın əsas qastronomik mərkəzlərindən seçilmişdir. Burada 600-dən çox yemək növü var. Künəfənin Vətəni hesab edilən Hatay bölgəsi və ələlxüsus əsas şəhəri olan Antakya (çox qədimdə o məşhur Antioxiya) bu gün dünyanın ən böyük mozaik əsərlərin sərgiləndiyi muzeyə (Hatay arxeoloji muzey) ev sahibliyi edir. Bir şəhərdə hər 3 din nümayəndələri sülh şəraitində yaşayır. Antakya Asi çayı sahillərində yer almaqla sənətlər şəhəridir. Hatayda ziyarət edilməli yerlər:a) İlk xristian toplantı yeri sayılan, UNESCO irsi San Pyer anıt kabrıb)Hatay arxeoloji muzeyic) Museum otel - illər əvvəl otel tikintisi zamanı mozaiklər və qədim yunan-roma mədəniyyətinə aid forum, hamamlar aşkar edilmiş, dağıdılmamış və otel üzərində inşa edilmişdir. Möhtəşəmdir. d)Tarixi sinaqoqlar, katolik kilsələri və burası Anadolu olmasa da Anadoluda ilk camii kimi təqdim edilən və dini məramı dərin olan Habib-i Neccar camii. Hər biri şəhər mərkəzindədir və ziyarət edilməsi rahatdır. e) tarixi Affan məhəlləsi - dünyada ilk küçə lampaları burada quraşdırılmışdır və o vaxt bura Herod məhəlləsi adlanırdı. f)1938-1939-cu illərdə Hatay Cumhuriyyəti zamanı Milli məclisin toplandığı binag) Samandağı, Titus tuneli - tunelə günorta üçün gedib gün batışını Samandağında Aralıq dənizi üzərindən seyr edin. Ecazkar duyğudur. Mən dostlarımla əlavə olaraq Suriya ilə sərhəd Keskincik kəndinə də getdim. Çünki bir regionu daha yaxşı anlamaq üçün bir az kənara çıxıb yerlilərə daha yaxın olmaq lazımdır. Bölgənin ümumilikdə əsas əhalisi ərəb kökənli insanlardır. Vaxtınız izin verərsə İsgəndəruna da gedə bilərsiniz. Hatayın Aralıq dənizi sahilin boyunca yerləşmiş şəhəridir. Burada nə yeyək içək desəniz, nə istəsəniz. Bütün yeməklər çox ləzzətlidir. Mütləq künəfə dadın ki zatən künəfə burada addım başında olacaq, lakin hər yerin künəfəsinin öz dadı olacaq. 23 noyabr - GaziantepAntakyada çıxış edərək avtobusla Gaziantepə gedə bilərdik. Lakin UNESCO irsi olan Yesemek taş ocağını görmək istədiyimdən taksi ayarladık. O, bizi əvvəl İslahiyə kəndinə, oradan da Antepə də götürdü. Gözləmə ilə birgə taksiyə 650 lirə ödədik (500 lirə razılaşmışdıq) - 86,71 manat (adambaşı 28,90 manat). Lakin yolun kəndə girişlə uzaqlığını nəzərə alsaq, bu, çox əla qiymət oldu.Antepdə qalmadıq. Zeugma mozaik muzeyini (məşhur Çingənə qız mozaiki burdadır), tarixi mərkəz hissəni, hamam muzeyini və addımbaşı olan tarixi camiiləri gəzdik. Memarlıq əfsanədir burada. Antep paxlavanın və katmerin vətəni hesab edilir, lakin paxlava dadmağı unutduq. Əvəzində şəhərin ən məşhur yeməyi olan ciyər və ət kabablarını daddıq. Möhtəşəm! Qala aşağısında ciyərcilər var otura bilərsiniz. Həmin axşam Antepdən Urfaya avtobusla çıxmağı planlasaq da günorta anidən lirənin kursunun birdən birə 170 tl qalxması (2 gün əvvəl 100 dolları 1070 TL olaraq dəyişdiksə, Antepdə 100-1240 olaraq oldu bu), taksi pulunu göydən düşmə etdi və beləliklə, Antep-Urfa taksisini 450 TL-yə (60 manat - adambaşı 20 manat) həll etdik. Urfada "La riva konakları" otelində qaldıq, tarixi mərkəz hissəyə yaxın idi və qiyməti də çox münasib idi. 24 noyabr ŞanlıurfaCəmi bir günümüz olduğundan çox dəli bir trip düzənlədim. Səhər Harrana çıxdıq (bura qübbəli evləri, dünyada ilk universitet qalıqları ilə məşhurdur. Vaxt çox olsaydı, daha uzağa Bazda mağaralarına kimi gedərdik), Harrandan da direkt Göbəklitəpəyə yol aldıq. Elə mərkəzdə çox münasib qiymətə taksi tutduq və bütün yolu onunla həll etdik. Ümumiyyətlə bu tripdə ən böyük şansımız Lirənin ucuzlaşması və çox yaxşı taksistlərə rastlamağımız oldu.Göbəklitəpədən sonra mərkəzə qayıdaraq əsaslı tarixi yer olan Balıklıgöl və ətraf kompleksi gəzmiş olduq. Urfada olsanız, Balıklıgöldən yuxarı hissələrdə Halil İbrahim sofrası deyilən yer var, orada dadlı mətbəx təqdim edilir və əgər şansınıza düşsə, mütləq Sıra gecələrinin qonağı olun. Urfada gecə vaxtı çox dolaşmayın. Bir qədər gərəksiz insanlara rastlaya bilərsiniz.24 noyabr Mardinə yola çıxdıq. Avtovoğzalda qopardığım həngamə ilə 200 lirəyə avtobus bileti tapa bildik. Online site-lar günə 50-60 avtobus reysi olduğunu görsətsələr də durmadan reys iptal iptal dedilər. Direkt vağzala gedərək hay-küy salıb nəhayətindən bir köşkdən bileti ala bildik. Gördünüz nəsə tərs gedir, mədəni halı unudub hay-küy salmaqdan çəkinməyin.24 noyabr axşamı Mardin. Burada Merdin butik otelində qaldıq. Bura da konak tipli otel idi. Qiymət burada da gözlədiyimin tak əksi çox uyğun idi.Axşam bizi vağzaldan götürən taksistlə səhəri günün tripi üçün qiymət ayarladıq - 400 lirəyə Mor Gabriel Monastırı, Midyat və geri gətirəcəkdi, Dara antik şəhəri və Deyrülzafaran monastırı üçün əlavə ödəmə istədi, imtina etdik +200 lirəyə Diyarbakıra kimi gətirəcəkdi (çünki birbaşa Mardin-İğdır avtobusu yox idi və reys Diyarbakırdan idi).Beləliklə, Mardində gəziləcək yerlər:Elə bütün Mardin, küçələri, mədrəsələri, camiləri, monastırları ilə birgə+Midyat kəndi konakları ilə birgə (Hercai, Sıla, AŞka sürgün seriallarının çəkildiyi konaklar)+Mor Gabriel Monastırı. Ən çox da Mardində günümüzün az olduğuna üzüldüm, çünki Mardin tarixi Mesopotamiyanın canlı varisidir. 25 noyabr Mardindən üzü Diyarbakıra çıxdıq və axşam 22:30-da İğdır avtobusu ilə üzü Sürməli mahalına doğru irəlilədik. Səhər 07:30-da artıq İğdırda idik. Avtobus firmasından Vangölü idi. Belə. Uzun posta görə sorry. 2 həftəlik trip üçün hələ azdır. Suallarınız olsa, canla başla buyurun. İnstagramdan izləməyi unutmayın. Bütün postlar və storylər isti-isti orada olur. https://instagram.com/irada_gadirova?utm_medium=copy_linkƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Irada Gadirova