2420 dəfə oxunub

A-dan Z-yə Tanzaniya (Part 1)

???????? Tanzaniya-A to Z
???? ???????? Mart ayındakı yarım aylıq tətili dəyərləndirmək üçün xeyli araşdırma apardıqdan sonra Zənzibar adası, Klimancaro zirvəsi, Serengeti, Manyara, Nqoronqoro milli parkları, Viktoriya, Tanqanika, Nyasa gölləri, masailərin svahililərin, bantuların vətəni Tanzaniyanı seçdik.
???? ???????? Səyahət gözlədiyimizdən dəfələrlə maraqlı keçdi, bu statusda sadəcə səfərin qısa məzmunu göstərilib.

???? Viza
Tanzaniya Azərbaycan vətəndaşları üçün əvvəlcədən viza alınmasını tələb edir. Viza elektron qaydada alınır, rüsumu 50 ABŞ dollarıdır və minimum 1 aylıq verilir.
✅ Tanzaniyaya səyahət edən bütün sərnişinlər xüsusi “Giriş Anketini” doldurmalıdırlar və qeydiyyat zamanı təqdim etməlidirlər.
✈️ Aviabilet.
Bakıdan Tanzaniyaya hazırda üç aviaşirkətlə səyahət mümkündür. flydubai, Turkish AirlinesQatar Airways. Bir nəfərin ikitərəfli bileti təxminən 900-1000 ABŞ dolları civarındadır. Biz daha rahat olması üçün Qatar Airways-i seçdik.
Bakı-Doha üç saat, Doha-Zənzibar altı saat.
???? Hotel-Hostel.
Tanzaniyada mütləq şəkildə 3,4 və ya 5* hotelləri seçin. Hostel və evdə qalmağı ağlınızdan keçirməyin. Bura Avropa deyil.
Booking.com həqiqətən ən etibarlı tərəfdaşdır. Heç bir problem yaşanmadı.
✅ Mobil nömrə.
Ən yaxşısı rominq etməkdir. Burada xaricilər üçün nömrə almaq çox qəlizdir və vaxt aparan prosesdir. Ən az iki gün vaxt lazımdır.
✅ Özümüzlə mütləq götürməliyik.
1. Krem. Əgər günəşdə yanıb, qap-qara olmaq istəmirsinizsə mütləq.
2. Power bank. Çoxlu çəkiliş edəcəksinizsə mütləq. Nəzərə alın ki, səyahətin əsas hissəsi təbiətin qoynunda keçəcək.
3. ABŞ dolları. Mümkündürsə ancaq 100 dollarlar aparın. Banklar 50, 20, 10 dolları dəyişmirlər. Eyni zamanda yaşı 10-dan az olan valyuta aparın. Köhnə dollarlar ölkədə tanınmır.
4. Baş örtüsü və eynək. Çox köməyi olur, öyrəşmədiyimiz iqlim şəraiti adamı yormaması üçün vacibdir.
????????????Yemək.
Yemək və içki çeşidləri olduqca boldur. Yeməkləri həm çox qidalı, həm də dadlı idi. Xüsusilə dəniz məhsulları, meyvələri, tərəvəzləri və təbii şirələri çox dadlı idi.
Veqan və vegeterianlar üçün demək olar ki, cənnət idi. Bizdə olmayan müxtəlif, çox dadlı tərəvəzlər var. Dəniz məhsulları isə o qədər dadlı olur ki, sözlə ifadə etmək çətindir.
????????Toyuq və qırmızı əti isə bişirə bilmirlər. Ət yeməkləri bərk olur, tam bişirmirlər. Həm dəniz məhsullarınını, həm toyuq ətini, həm də mal ətini bizə yad olan bol ədviyyatlı edirlər. Əvvəlcədən xəbərdarlıq etmək lazımdır ki, ədviyyat vurmasınlar.
???????? Şirniyyat anlayışları isə yox səviyyəsindədir.

????Valyuta.
Ölkədə Tanzaniya şillinqi (TZS) istifadə edilir, ancaq ABŞ dolları hər yerdə işləyir. Siz bir şey alanda dollarla ödəniş edin, qalığı şillinqlə qaytaracaqlar, ancaq özlərinə sərf edən şəkildə, 1 ABŞdolları 2340 şillinqə bərabərdir.
✅ Turistlər.
Ölkədə turistlərin 90 faizi avropalılardır. Az sayda türklər və asiyalılara da rast gəlinir.

???????? Danşıq dili, əhali.
Ölkədə ingilis dilini demək olar ki, hamı bilir. Nursery school svahili dilindədir. Secondary və primary school-a davam etmək istəyənlər isə ingilis dilində təhsil alırlar.
???? Zənzibarda əhalinin böyük əksəriyyəti müsəlmandır, az sayda Hinduizmə inananlar da var. Materik hissədə yəni Tanqanikada isə müsəlmanlar azdır, xristianlar və yerli dinlərə inananlar çoxluq təşkil edir.
???? Hədiyyə.
Ən yaxşı hədiyyələr: Tanzaniya qəhvəsi, maqnetlər, müxtəlif çaylar (daha doğrusu çaya əlavələr), ədviyyatlar, masailərə aid maskalar, qiymətli daşlar-xüsusilə tanzanoid daşı (gömrükdə tanış yoxdursa almayın), tropik meyvələr.
???????? Fil dişi, gərgədan buynuzu gətirməyə çalışmayın, qadağandır.
✅ Təmizlik, xidmət, keyfiyyət.
Qalacağınız hotellərdə təmizlik, keyfiyyət və xidmət heç yerdə görmədiyiniz qədər üst səviyyədə olacaq. Özünüzü kral kimi hiss edəcəksiniz. Təəssüf ki, ağ insana qulluq etmək instikti artıq şərqi afrikalıların genlərində yerləşib.
???? Maska, pandemiya, virus.
Tanzaniyada koronavirusa inanmırlar, qadağalar ümumiyyətlə yoxdur.
???????????? Səyahətimizə Zənzibar adasının ən gözəl çimərlikləri olan hissəsindən Nunqvi və Kendvadan başladıq.
???????????????? Daha sonra Air Tanzania Company Limited ilə Aruşaya uçduq. Serengeti National Park Tanzania, Lake Manyara National Park Tanzania, Tarangire National Park, Ngorongoro Conservation Area Authority və s. gəzdik.

⛰ Aruşadan sonra Moşi şəhərinə, #Klimancaro milli parkına və cəngəlliklərin içində yerləşən, unikal qəbilələrin yaşadığı Materuni kəndinə yollandıq.
✅ Başımıza bir ömür boyu danışılacaq qədər maraqlı hadisələr gəldi. Çoxlu dostlar qazandıq.
✅ Növbəti statuslarda hamısını yazmağa çalışacam.

DİGƏR BLOQLAR

Şimali İrlandiya bələdçisi

Belfastdakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.Belfast havalimanından (George Best ???????? ???????? ) çıxan çıxan kimi şəhərə gedənləri gözləyən ikimərtəbəli qırmızı avtobuslar var. Mən də çıxdım ikinci mərtəbədə ən qabaqda oturub, başladım ölkənin gözəl yam-yaşıl təbiətini seyretməyə.Belfast əhalisi indiyə qədər gördüyüm ən xoşbəxt, gülərüz, mehriban, yardımsevər insanlar idi. Şəhər tər-təmiz, yaşıl, tarixi abidələrlə zəngindir. Axşam olan kimi mərkəzi küçələrdə addımbaşı onlarla adam toplaşıb Ginnes (guinness beer) içə-içə canlı irland musiqiləri oxuyub rəqs edirlər.Belfast digər Böyük Britaniya şəhərlərindən daha varlı, daha təmiz, daha az miqranta sahibdir. Əhalinin əksəriyyəti yerli irlandlar və ingilislərdir. İrland dilini bilən adam tapa bilməzsiniz. Hamı ingilis dilində danışır. Şəhər elə də böyük deyil, hər yerə piyada getmək olur.Titanik gəmisi Belfastda inşa edilib. Gəminin tikildiyi yerdə kiçik gəmi turları olur (qiyməti 10 £). Gəzməli yerləri Belfast City Hall, Belfast Castle, Botanic Gardens, Ulster Museum, Carricfergus Castle, Cavehill, St.Anne’s Cathedral, və ən maraqlısı isə Belfastın zooparkı.Şəhər Game of Thrones serialı ilə daha da məşhurlaşıb. Belfast yaxınlığındakı çəkiliş yerlərinə gündəlik 25-60 £ arası turlar var.Şimali İrlandiyanın ikinci böyük şəhəri isə Londonderridir. Aeroportu bizim Zabrat aeroportundan da kiçikdir. Havalimanından çıxıb qaçdım çölə, avtobus, qatar yoxdur. Hamını qohum-əqrəbası gəlib maşınla aparır. Mən də bir ağsaqqal kişidən soruşdum ki, şəhərə necə gedə bilərəm, dedi ki, ancaq taksi ilə, o da 20 pounda ( 42 manat) gedər, ancaq 10 dəqiqə gözləsən indi arvadım məni götürməyə gələcək. Gözləyib başladıq söhbət eləməyə. Azərbaycanı tanıdı. Burda Azəri-Çıraq-Günəşlidə dostları işləyirmiş. Yoldaşı da gəldi, söhbəti maşında davam etdik. Məni düz şəhərin mərkəzinə gətirdilər. Hər yeri də başa saldılar.Derridə əsl ingilis havasını gördüm. Yaxşıca islandım. Ancaq yağış yağsa da səhər tezdən şəhərdə Foyl çayının (River Foyle) üstündəki Peace Bridge körpüsündə yüzlərlə adam qaçışır. Elə ona görə də şəhərdə kök adama rast gəlmək olmur.Buradan Belfasta gedən qatarlardakı atmosfer bizim rayon mərkəzlərindən kəndlərə gedən avtobusları xatırladır. Qatardakıların əksəriyyəti rayon və kənd əhalisi idi. Deyəsən kəndli elə hər yerdə kəndlidir. Qatarda şəhərdəkilər kimi ağ adamlar yox, dəriləri günün altında işləməkdən yanmış, qara-qırmızı rəngli adamlar var idi.Yaşlı adam içəri girən kimi cavanlar ayağa qalxıb yer verir, hamı biri-biri ilə salamlaşır, siyasətdən danışırlar.Dublindən Londonderriyə gedən yolda da o qədər gözəl kəndlər, qəsəbələr var ki, nağıl ya da cizgi filmindən fərqi yoxdur.Şəhəri ələk-vələk etsəm də maqnet tapa bilmədim. Şəhər kiçik olsa da gəzməli yerləri o qədər çoxdur ki, sözlə demək olmur. Çayın sahilində İrlandların Amerika qitəsinə səyahət etdikləri tarixi anları əks etdirən maraqlı heykəllər var. Bir də Derri son illərə qədər İRA-nın (deyilənə görə terror təşkilatı olub) əsas mərkəzi olub və burda birçox qanlı hadisələr də olub.Əsas görməli yerləri aşağıdakılardır.1. St. Columb’s Park2. The Clock Tower3. St Columba's Church, Long Tower4. Foyle Valley Railway Museum5. Riverwatch Aquarium and Visitor Centre6. Derry City Cemetery7. Victoria Road8. Peace Bridge9. Old TownƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…  Paylaşdı: Elshan Ismayilov

2210 dəfə oxunub

14 günlük kiçik Asiya turu

14 günlük kiçik Asiya turu Hissə 1 : ÇİN Deməli noyabrın ortası ani qərarla çoxdan arzusunda olduğum bir neçə ölkəyə səfər etməyi qərara aldım. Uçuşa iki gün qalmış bütün biletlərimi aldım və qalacağım yerləri bron etdim. Çinə getməzdən öncə Powerbankınızın (3 CCC) olduğundan əmin olun. Həmçinin ölkədə rahat ödənişlər üçün Alipay tətbiqini yükləyin . Youtubedə kratı tətbiqdə necə qeydiyyatdan keçirmək lazım izah edən videolar var. Alipay tətbiqi daxilindəki DİDİ taxi vasitəsi ilə ucuz taksi sifariş etmək olar. Çində bir çox tətbiq ( Wp , Facebook , İnsta , Tiktok , X , Google , Youtube) işləmir. Əgər isti-isti paylaşımlar etmək istəyirsinizsə gəzdiyiniz yerlərdən gərək esim alaaız getmədən . Seçimlər müxtəlifdir. Mən neçə ildir Mobimatter işlədirəm. Çox da razıyam. Wi-fi olan məkanlarda isə ( LetsVPN ) adlı tətbiqi işlədə bilərsiz. Ən normal işləyən vpn o idi. + adapter başlığı bizimkindən deyil , fərqlidir nəzərinizdə olsun Keçək uçuşa və yola : Bakı - Pekin reysi 6 saat yarım - 7 saat çəkir . İki dəfə yemək və qəşəng kinolara baxaraq çatırsınız mənzil başına. Çatanda online skan esirsiz pasportu , daha sonra arrival cart doldurursuz kağız verirlər. Daha sonra pasport yoxlanışından keçirsiz. Və budur , xoş gəldiniz pandaların və əjdahaların ölkəsinə .( Azaldan bileti iki gün qalmış 450 manata almışam , 23 kilo baqaj hər bir biletdə olur )Pekin Beynəlxalq hava limanından qalacağım hostelə 40 km yol idi. DİDİ ilə taksi sifariş etdim. 30 azn ödədim. Pekində 4 gün qaldığım hostelə 120 azn ödədim. Otaq 1 nəfərlik idi. Metroya yaxın idi. Jaeomen West staniyası yanında. Dəhşət super deyildi amma işçiləri çox mehriban idi. Hər nə lazım kömək etdilər. Pekində ilk gün Yasaq şəhər və ətrafını gəzdim. Bütün əraziyə giriş cəmi 4-5 manat idi. Bileti öncədən alsanız məsləhətdir. Bunun üçün Wechat tətbiqi var . Ümumən bütün muzey biletlərini bu tətbiqlə ala bilərsiz. Növbəti gün Çin səddi turuna qatıldım. 25 dollar ödədim . Getyourguide’dən almışdım turu. Tur ümumi 8-9 saat çəkir. Ona görə özünüzlə atışdırmalıq və içməyə nəsə götürməyiniz məsləhətdir. + Səddə qalxanda piyada yox kanatla qalxsanız bir tərəf 20-30 azndır. Səddi gəzəndə bir azərbaycanlı cütlük də görüb çox sevindim. Yerlilərimizi harda görsəm xaricdə səbəbsiz xoşbəxt oluram. Vacib qeyd : Çində əhalinin əksər hissəsi ingiliscə bilmir. Hətta turistik yerlərdə tərcümə aparatı ilə işləyirlər. Hazırlıqlı olun Google lens yükləyin. Səfərin növbəti gümlərində Pekində Zoo parkı , Cənnət məbədi və parkını , Milli Qalereyanı , Tianamen meydanını gəzdim. Zoo park nəhəngdir və kenquru , qütb ayısı , fil , kərgədan və ən əsası Çinin fəxri olan PANDALAR var ! Nəhəng akvariuma da girə bilərsiz . Xüsusən meduzalar adamı valeh edir. Zoo parka giriş 4 manat , akvariuma ayrıca 40 manatdır. Tələbələrə qeyd : Tələbə biletinizi özünüzlə götürün . Muzey və Zoo park kimi yerlərdə endirim edirlər. Nə başınızı ağrıdım 4 gün Pekində yaxşıca gəzəndən sonra Pekin Daxing hava limanından uçdum Xi’an şəhərinə. (100 manata almışdım bileti Trip.com’dan ) Bura 1 gün bəs edir məncə . Əsas görüləsi yer Terrakotta əsgərləri olan yerdir. Ümumi taksi ilə həmin muzeyə 25 manata getdim Xi’an mərkəzdən. Qayıdanda 12 manata avtobuslarla yenə mərkəzə qayıtdım. Terrakotta əsgərlər olan əraziyə giriş 25 manat idi səhv etmirəmsə. Mən bələdçi götürdüm əlavə . Çox peşman oldum. 50 mamat ödədim və çox quru danışırdı. 2 saat danışmalı idi , 1 saat çəkmədi heç. Daha sonra Xi’an mərkəzindəki göz qamaşdıran Zəng qülləsini ziyarət etdim. Bilet 7 azn. Dəyərmi ? Bilmirəm amma çox xoşuma gəldi mənim.Daha sonra Vəhşi qazlar paqodasına üz tutdum. Əraziyə giriş 3 manat , paqodaya qalxmaq isə 20 manat. Əraziyə girdim amma qalxmadım paqodaya Vacib qeyd : Xi’ana bileti həsər çatan vaxta alın. Gecə çatanda nə metro nə , avtobus , taksi belə tapılmır. Yemək məsələsi : Çin mətbəxi olduqca fərqlidir. Yerli yeməklər ağız dadınıza uyğun deyilsə və ya halal qidaya çox önəm verirsinizsə sizə çətin gələ bilər bu məsələ. Ancaq fastfood restoranları hər yerdədir. Mən şəxsən çox az yerli yemək yedim. Ancaq fastfoodla yola verdim yemək məsləsini. Oxuduğunuz üçün təşəkkürlər Növbəti paylaşımlar Malayziya və Sinqapur haqqında olacaq.

154 dəfə oxunub

Sicilianın ikinci ən böyük şəhəri - Kataniya bələdçisi

Sicilyanın ən böyük ikinci şəhəri, möhtəşəm çimərlikləri olan, dəfələrlə məhv olsa da yenidən qurulan, başı bəlalardan heş qurtulmayan Kataniyaya xoş gəldiniz. Şəhərin simvolu: Ümumiyyətlə Kataniya haqqında nəyəsə baxanda qarşınıza çıxan ilk şey Katedral meydanındakı fil fəvvarəsi olacaq…Fil deyib keçməyin bu heykəlin Kataniyalılar üçün çox ciddi önəmi var. Filin adı “Liotru”dur və Kataniyanın qoruyucusu hesab olunur və elə nə hikmətdirsə bu başı zülümlərdən açılmayan, vulkanlardan, zəlzələlərdən majal tapmıyan Kataniya 1737-ci ildə bu heykəl bura qoyulandan sonra təbii fəlakətlərdən demək olar ki, canını qurtarıb… Vulkan Şəhəri: Kataniya Etna dağının ətəyində yerləşir və bu aktiv vulkanın yaxınlığında yerləşən yeganə böyük şəhərdir. Etna Kataniyanı dəfələrlə tamamilə məhv etsə də “heç bir yerdə yaşaya bilməz Kataniya adamları “ deyib yenidən burada şəhər inşa ediblər. Ümumiyyətlə Etna Kataniyalılar üçün müqəddəsdir. Nə qədər bəla gətirsə də yenə də “bir dərdim var min dərmana dəyişməm” deyib Etnanı sevməyə davam edirlər. Etnaya gündəlik turlarla gedə bilərsiniz. Gördünüz ki, vulkan püskürür qorxub qaçmayın. Dərhal lavalarının içinə atlayın. Deyilənə görə vulkan lavası insan dərisinə xeyirdir… Möhtəşəm pizzalar: İtaliyanın neçə şəhərində pizza yesəm də burdakı qədər dadlı pizza bəlkə biraz Napolidə görmüşdüm. Özəlliklə arxa küçələrində çox ucuza (5-6 avro) çox dadlı pizzalar tapmağınız mümkündür. Narıncı şəhər: Şəhər portağal ağaclarının bolluğu ilə məşhurdur. Küçələrdə gəzərkən bir çox yerdə rast gələcəyiniz portağal ağacları Kataniyadakı geniş bağların sadəcə “cıqqılı” hissəsidir. İsti qumlar: Kataniya çimərlikləri qara vulkanik qumları ilə məşhurdur. Bu qumlar günəşdə çox isindiyindən ayağınız “cızza” olmasın deyə çimərlik ayaqqabısı götürsəniz çox işinizə yarayar. Barokko İrsi: Şəhərdə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş möhtəşəm barokko memarlığında binaları var. Ümumiyyətlə şəhər başdan başa barokko tərzində inşa olunub. Düşünə bilərsiniz ki, Palermoda ərəbindən normanına, yunanından italyanına 100 dənə memarlıq üslubu var bu yetimlərdə niyə təkcə barokkodu? Çünki, Etna gözünə döndüyümün beyni çönəndə hamısın məhv eliyibdi. Bu da yetməzmiş kimi baş vermiş zəlzələlər də olan qalanı yoxa çıxarıb… Dəniz məhsulları ilə zəngindir: Kataniya mətbəxi təzə dəniz məhsulları və balıqları ilə məşhurdur. Balıq bazarları şəhərin rəngarəng və canlı yerləridir. Qatarla səyahət: Kataniyadan dəniz kənarı boyunca səyahət edərək Sicilyanın 3-cü böyük şəhəri olan Messinaya da gedə bilərsiniz. Səyahət boyunca dənizə doğru çox gözəl bir mənzərə yaranır. Siciliya Günəşi: Yay aylarında Sicilyadasınıza, hələki Kataniyadasınızsa o zaman işiniz işdir. Çünki, Kataniya yay aylarında çox amma çox isti olur. Norman qalası: Kataniya tarixi Norman qalası ilə məşhurdur. Düzdür bu qala “cıqqılıcana” Kataniyadan kənarda qalır amma “Aci castello” adlanan bu əraziyə gedib çox qəşəng mənzərələr görə bilərsiniz. Bu qala şəhərin mərkəzinə baxan bir təpədə yerləşir. Teatr və İncəsənət: Kataniyada çoxlu teatr və incəsənət tədbirləri var. Mədəniyyət həvəskarları üçün əla yerdir.“Bə nətər gedəh ay qa?” Çox sadə…Romadan təyyarə ilə...Romaya da Bakıdan birbaşa ucuz reyslər var…Amma deyirsinizsə ki, “əşşi nə qədər təyyar olar? Biraz da maraxlı nəsə eliyəh” o zaman… Romadan (Bakıdan Romaya birbaşa reys var) Kataniyaya ancaq qatarla da gəlməyiniz mümkündür. Belə olan halda Romadan (Roma Termini stansiyasından) Messinaya (Messina Centrale) qatarla gəlirsiniz. Sonra da Messinadan Kataniya qatarına oturub gəlirsiniz. Qatarı Sicilya adasına keçirmək üçün Villa San Giovanni stansiyasında gəmiyə mindirib Messinaya keçirillər. Kataniyaya gəlirsinizsə yəqin ki, Palermodan gəlirsiniz və ya Palermoya da gedəcəksiniz. Belə olan halda Kataniyadan Palermoya (və ya əksinə) gündəlik avtobuslar fəaliyyət göstərir.Hər birinizə xoş istirahətlərDaha ətraflı şəkildə instagram səhifəmdən tanış ola bilərsiniz:https://www.instagram.com/sadi.goo/Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Sadig Aghali

1381 dəfə oxunub

Camogli – Liguriya sahilində Cənnət

Camogli – Liguriya sahilində sakit, rəngarəng bir cənnət Öncəliklə salamlar hər kəsə!Uzun zamandır sizə səyahət təəssüratlarımı paylaşmırdım, bu dəfə isə İtaliyanın Liguriya sahillərində yerləşən Camogli adlı kiçik, rəngarəng, amma çox sevimli bir balıqçı şəhərindən yazmaq istəyirəmCamogli Genuyaya yaxın yerləşir və qatarla 30–40 dəq-lik məsafədədir. Mən Romedan qatarla gəldim təxmini 6 saata. Dəniz sahili, rəngli binaları və sakit atmosferi ilə məni valeh etdi. Bura daha çox italyanların özlərinin istirahət etdiyi bir məkandır(xaricilər cox az gördüm) – hələ "kəşf edilməmiş" incilərdən biri desək, yanılmarıqCinque Terre və Portofino sahillərinə çox yaxındır, Və ən önəmlisi – onlarla müqayisədə xeyli daha münasib qiymətlidir! Boatlarla rahatlıqla bu sahillərə gedə bilərsiz.Ev kirayəsi və otel qiymətləri:Mən Airbnb-dən 3 gecəlik ev götürdüm – qiymət total 338$ (2 nəfərlik). Ev düz mərkəzdə yerləşir. Şəkillərdən evin viewsun görə bilərsizhttps://www.airbnb.com/l/Gh4C4cQtYemək:Şəhərdə dəniz məhsulları ilə məşhur balıq restoranları çoxdur. 12-14 euro arası qarışıq balıq məhsulları almaq olur. Pizzalar 8eurodan başlayır. Mağazalarda su qiyməti 0,50 euro. Gündəlik 2nəfərə qidalanma 50-60 euro civarı cıxır. Bir sözlə qiymətlər cox münasibdir. Yemək qiymətləri barədə ətraflı mina.frzll instagram səhifəmdə paylaşım etmişəm.Kiçik məsləhət:Yayda getsəniz, çimərlik ayaqqabısı götürün – çünki çınqıllı çimərlikdir.Paylaşan: Mina Farzali

296 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!