2075 dəfə oxunub

İran bələdçisi

Bir neçə insanın istəyini və çox azərbaycanlının məlumatsızlığını nəzərə alaraq İrana səyahətimdən olan təcrübəmi istərdim sizlərlə bölüşəm. Ümidvaram yazdıqlarım kimlərəsə yararlı olar.
Amerikanın İran haqda yaratdığı propoqanda təəssüf ki, bir çox millətdə mənfi fikirlər yaradıb. Eyni zamanda bir çox azərbaycanlı elə bilir ki, İrana getmək ‘zibilliyə’ getməkdən fərqlənmir. Çalışacam bu fikirlərin səhv olduğunu sübut edim.
Başlamazdan əvvəl onu deyim ki, siyasət tərəfi mənim də ürəyimi bulandırır, xüsusi ilə də mollaların hakimiyyətə gəldiyi dövr. Qəşm adasında fikir mübadilə etdiyim Təbrizli xanımın sözü ilə desək İranı xarabaya çevirən hakimiyyət. Amma fərqli təcrübə yaşamaq istəyən bir turist 10-15 günlük bu abu-havaya dözüb ölkənin gözəl tərəflərindən zövq ala bilər. Onu da deyim ki, farslar o qədər də ‘geridə qalmış’ deyillər. Bir fars rəfiqəmin dediyinə görə Tehranda ‘gizli’ elə diskotekalar təşkil edirlər ki, heç Las Vegasda həmin atmosfer yoxdur. Çox uzatmayım, keçim mətləbə.
???????? İranı nəyə görə gəzmək lazımdır??? ????????
İran qədim tarixi, zəngin mədəniyyəti, oriental üslub memarlığı, səhraları, möhtəşəm adaları, qonaqpərvərliyi, fərqli iqlimi ilə səyahətçilərini təəccübləndirir.
İranın Şimalında (Cənuni Azərbaycan) mənim diqqətimi cəlb edən xüsusi şəhərlər yoxdur. İranı kəşf etmək üçün cənuba yollanmaq lazımdır. Bu mənim şəxsi fikrimdir.
Bu səbəbdən yalnız Təbrizdə bir gün gecələyib, bütün vaxtımızı yaxınlıqda yerləşən Kəndovan kəndində keçirtdik. Türkiyənin Kappadokiyası da adlandırırlar.

İsfahan şəhəri xüsusi oriental üslubu ilə insanı çox heyrətləndirirdi. Bülvarlar, orta əsrlərə aid körpülər, saraylar, məscidlər əsas görülməli yerlərdəndir. Getsəniz UNESCO’ya daxil olan Nəqşi Cahan Meydanına ziyarət edin.
Şiraz. ❤️ İranda ən sevdiyim şəhər. Məncə paytaxt olmağa daha çox layiqdir. Həm coğrafi, həm də tarixi səbəblərə görə, siyasətinə qarışmıram ???? Şəhərin mərkəzi orta əsrlərin şərq mədəniyyətini xatırladır. Burada istənilən məscidə daxil olursan ağzın açıq qalır. Rəngli güzgülərlə daxilini o qədər gözəl bəzəyiblər ki, insan baxmaqdan doymur. Nəsir-Ül-Mülk məscidi indiyə qədər gördüyüm ən gözəli idi. Pəncərələri Şəki xan sarayındakı kimi rəngbərəng şüşələrlə bəzədilib. Sübh tezdən günəşin işiqlari həmin rəngləri yerdə əks etdirir. Qeyd: məscidə giriş ödənişlidir, qiymət yerli və xarici vətəndaşlara görə dəyişir. Bundan başqa, şəhərdə Vəkil Bazara gedib digər memarlıq növləri ilə də tanış ola bilərsiniz. Vaxtınızı bu şəhərə çox ayırın, çünki, bura İranın özəyi, Qədim Fars İmperiyasının ürəyi, dünyanın ilk sivilizasiyalarından birinin beşiyidir. 70 km şimala getməklə Əhəmənilər İmperiyasının paytaxtına, Persepolis (yunanca Perse - Fars, Polis - Şəhər deməkdir) səyahət edəcəksiniz. 2500 il bundan əvvələ qayıtmaqla Fars İmperiyasının nə qədər əzəmətli olduğunun şahidi olacaqsınız. Makedoniyalı İsgəndər tərəfindən darmadağın edilmiş I Dara, I Kserks, I Artakserks kimi məşhur imperatorların saraylarının qalıqlarını, Zərdüştlüyə həsr olunmuş məbəd və digər tarixi abidələri öz gözlərinizlə görəcəksiniz. Həmin hisslər əvəz olunmazdır. Yaxınlıqda digər tarixi görməli yerlər isə Nəqşi-Rüstəm, Nəqşi-Rəcəb və Pasarqaddır. Sasani hökmdarlarının müharibələrdə qazandığı qələbələr, Roma imperiyasının elçilərləri ilə I Şapurun görüşü və s. kimi məşhur yazılı əsərlər tarixi qayaların üstündə həkk olunub. Pasarqadda isə II Kirin məzarı olduğu iddia edilir. Tarixi hiss etmək üçün bura da gəlməyə dəyər. Bu tarixi ərazilərə aid abidələrin bir neçəsi hazırda Berlində Pergamon muzeyində saxlanılır. Adlarını sadaladığım əraziləri görməmiş İrandan qayıtmaq, mənim kriteriyalarıma görə İranı kəşf etmək hesab edilmir. Ona görə də, əgər getmək istəsəniz taksi tutun. Bir-birindən məsafədədir və avtobus işləmir. Fars dostunuz varsa kömək istəyin taksi ilə danışmağa. Turist görəndə qiymət oxuyurlar. Mən google translate ilə danışıb azərbaycanlı olduğumu vurğulamışdım. Bütün günü gəzintiyə 40 AZN-ə yaxın xərcim çıxmışdı.

Növbəti səyahətimiz Bəndar-Abbasa idi. Yanvarın ilk günləri idi. Biz çatanda temperatur 30 C idi, halbuki, bir həftə əvvəl Təbrizdə qar görmüşdük. Düzü burda görməli heç nə yoxdur. Şəhərə çatan kimi otelə yerləşib, dincəldikdən sonra adalara getdik. Qəşm adasında ‘Chahkooh’ kanyonu valeh edicidir. Bir az İordaniyanı xatırlatdı mənə. Amma deyilənə görə yağış yağandan sonra daha gözəl olur. Digər görülməli və indiyə qədər belə bir yer görmədiyim ada isə Hormuz idi. Sahilləri qıp-qırmızı, səhraları rəngarəng qumla doludur. Hələ mərkəzində Göy-Qurşağı vadisini demirəm, hər rəngdən torpaq var. Bəzi ərazilərdə torpaq o qədər qırmızıdır ki, hətta ondan qidalanan ağacların rəngi belə qızarıb. Fars körfəzinin o tayında yerləşən Omanın ərazisi də görünürdü ????

Qayıdışda planda Yəzd, Kerman və buradakı qeyri adi səhraları gəzmək də var idi. Təəssüf ki, biz İranda olduğumuz müddətdə vəziyyət gərginləşmişdi. Təhlükəni nəzərə alıb Tehrana daha sonra da Bakıya yollandıq.
Tehran heç xoşuma gəlmədi. Çirkli, səs-küylü, tıxaclı və qarma-qarışıq bir şəhər idi. Azadi meydanı və Milad Qülləsinə qalxıb restoranda fars yeməklərinin dadına baxa bilərsiniz.
Hər şeyi yazmaq mümkün deyik, gedin özünüz gəzin ????
Vacib qeydlər:
-İranda beynəlxalq kartlar qəbul edilmir, nağd pul ilə gedin. Pulu öyrənməyə çalışın, sıfırlar adamı çox çaşdırır.
- Bütün səyahətimizi avtobusla başa vurduq. Qatara əvvəlcədən bilet almaq lazımdır, yoxsa yerlər tutulur. İki cür avtobus fəalliyyət göstərir. Sadə və lüks. Çalışın lüks götürün, çox baha deyil, rahatdır, hətta yeməyə nəsə verirlər.
- İran nömrəsi alıb internet yükləyin, səyahətinizə kömək olacaq. İranda bir çox film, porno, Facebook, youtube’a qarşı senzura var. VPN yükləyin getməzdən əvvəl.
- Sizi turist kimi görüb tələlərinə düşməyin. Qiymət öldürün və azərbaycanlı olduğunuzu bildirin. İşə yarayır. ????
- Qiymətlər çox ucuzdu. Şirazda şəhərin mərkəzində restoranda iki nəfərlik yeməyə (yüksək servislə) 15 AZN xərcimiz çıxmışdı. ???? Farsların dediyinə görə İranda Novruz ərəfəsində otel tapmaq çətindi. Biz gedəndə rahatlıqla tapdıq və qiymətlər son dərəcə münasib idi. Hətta 20-25 AZN-ə (iki nəfərlik) belə otellər var.
- Yol yoldaşınızın kim olmasına diqqət edin. Ölkədə qanun şəriət qaydaları və İslam rejiminə əsaslanır. Oteldə yanınızdakı xanımın naməhrəm olduğunu biləndə qalmağa yer vermirlər. Hətta deyilənə görə, polis yolda saxlayır. Heç bir təcrübəm yoxdur bu barədə, amma rəsmi olaraq cütlük hesab edilmirsizsə diqqətli olun.
- Qadınlar üçün bütün ictimai ərazilərdə baş bağlamaq vacibdir. Kişilər, şortikinizi uyğun səfərlərə saxlayın. İran üçün yaxşı seçim deyil.
- Azərbaycan dili ünsiyyətinizə daha çox kömək olacaq, nəinki ingilis dili, hətta cənubda belə.
- Bacardığınız qədər həzz alın bu səyahətdən, çünki İtaliya, Yunanıstan, Misir kimi dünyanın ən vacib tarixi ərazilərindən birini kəşf edəcəksiniz.
Şəkillər 2020 yanvar xatirələrindən.
Oxuduğunuz üçün təşəkkür edirəm!
~ Hörmətlə,
Rəcəb Səfərov

DİGƏR BLOQLAR

Müqəddəs şəhər - Qüds

Yerusəlim (Qüds)Hər vaxtınız xeyirli və maraqlı olsun, Gəzəyənlər!Çox şəhərlərdə olmuşam) Arxitektur gözəllikləri, təbiəti gözlərimi qamaşdıranı da olub, nəfəsimi dayandıranı da. Gəzib dolanırsan, qayıdandan sonra şən,qayğısız, pozitiv, hansısa sərgüzəştnən əlaqədar dolğun duyğular qalır. Amma elə şəhərlər var ki, yadıma salanda ürəyim çəkilir, elə bilirəm ki, mənim qəlbimi sevindirən bir qəşəng nəyimsə var) Bax elə bu “ürəyimi çəkən , qəlbimi sevindirən nəyimsə var” olan məkanlardan biri də - Yerusəlimdir! Düzünü heç bilmirəm, Qüds haqqında nələr yaza bilərəm, nələri anlada bilərəm... Yerusəlimi ancaq hiss edərək, onun aurasında itərək anlamaq mümkündür) Birinci tanışlığım deyildi bu şəhərlə, amma bu dəfə özümə söz verdim ki, Qüdsün hər daşının altına baxacam. Məlumat: Viza- RF vətəndaşı olduğuma görə viza problemi yaşamadımMoskva-TelAviv baha olduğundan, tranzit reysə bilet aldım. Aviabilet /TURKISH AIRLINES/ 2 tərəfli Moskva-Stambul-TelAviv - 17000₽=273$; 30 kq baqaj, 8 kq əl yükü National Hotel -Jerusalem, Booking’den bron etdim, 5 qecə -30000₽=483$ , səhər yeməyi daxil. Çox rahat uçuşum oldu , səhər 04.10 Moskvadan , 12.15 TelAviv’ə endim.Gəzəyənlik həyatımda ilk dəfə idi ki, əl yükümü (kitabın vərəqələrinə qədər) və məni (qulaqlarıma kimi) Stambul aeroportunda yoxladılar, yani İzrailə uçan hər sərnişini.TelAviv aeroportundan çöle çıxan kimi, sağ tərəfdə ( 15 addımlıqda) qatar stansiyası var.17 şekelə = 4.90$ bilet aldım, 23 dəqiqəyə Yerusəlimdə oldum. Oradan da 50 şekelə taksiylə otelə getdim)Yerusəlim - 3 səmavi dinin şəhəridir. Ayaqları torpağına dəyən, sözləri söylənilən, qovulan, döyülən, öldürülən, sayılan, sevilən Peyğəmbərlərin diyarıdır Qüds.Dünya görüşümüz 2 şeydən ibarətdir: mütaliə 95% təşkil edir və gəzmək 5% (mənim fikrimcə).Qüdsün tarixindən, bizə çatan keçmişindən, indisindən bixəbər olaraq ora getsəniz, siz ancaq adi bir şəhər görəcəksiniz- bazarlarıyla, dar küçələriylə, qırıq-sökük abidələriylə, daşıyla-divarıyla, fərqli insanlarıyla. Qüdsü Qüds edən, tarixini indiyə qədər yaşadan möhtəşəm bəndələrin həyatını, talehlərini oxuyaraq, əsrler boyu o diyarda yaşanan və nə yaşanacaq hadisələrlə tanış olub ora səyatə çıxın.Anlayışsız getsəniz belə, Yerusəlim kimi şəhərlərin qeyri-adi enerqetikası var, sözsüz o sizdə bir iz qoyacaq...Yerusəlimin ən qədim hissəsindən söhbət açacam, Qüdsün qəlbi sayılan - Köhnə Şəhərdən.Gördüyünüz divarlar Köhnə Şəhəri əhatə edir- Davudun (hz.Davud peyğəmbər) divarları adlanır ( 4,5km uzunluğu, 5-15 m hündürlüyü, 5m eni, 35 qülləsi). Bir neçə dəfə məhv olmasına baxmayaraq, demək olar ki, I əsrdə olduğu yerdədir.Sonuncu dəfə Osmanlı İmperatorluğunun sultanı Möhtəşəm Süleyman tərəfindən 1538-1540 illerde inşa edilib.Divarın 11 qapısı olub .İndi 8 qapısı var: Damask (Şhem), Yaffa, Sion (David qapıları), Zibil (Zərər), müqəddəs Stefan(Aslanlar), İrod (Gül), Yeni və Qızıl.7-si aktivdir ve bu qapılardan Köhnə Şəhərə keçə bilərsiniz. Divar boyu gedib, çatacam David qalasına ve Yaffa qapılarına.Davud qalasıDavud qalası Yaffa qapısı yaxınlığında, şəhər divarının içərisində yerleşir, e.ə. II əsrdə inşa edilmişdir. Sonralar xristianların, müsəlmanların Qüdsün fəthləri zamanı dəfələrlə məhv edilmişdir və yenidən qurulmuşdur.Axırıncı dəfə 15-ci əsrdə sultan Süleyman tərəfindən tamamlanmışdı, yəni İndiki gördüyümüz , bizə çatan haliyle.1898-ci ildə Alman İmperatoru Vilhelm şəhərə böyük atlı arabalarla girmək istəyir. Belə bir gəliş üçün orta əsr qapıları dar olduğundan, Yerusəlim divarının davamlılığı Yaffa qapılarına çox yaxın bir yerdən yırtılır.Fotoda’ki hemen yerdir. Yaffa qapıları Köhnə Şəhərin ən işlək qapılarından biridir. Qapılardan xristian və erməni məhəlləsine keçmək olur.Ərəblər “Bab əl-Xəlil” (Dostun qapısı) adlandırırlar . Dost - hz.İbrahim peyğəmbəri nəzərdə tuturlar. Hz. İbrahim peyğəmbər Hevronda yaşamış və dəfn edilmişdir, bu səbəbdən Yaffa qapılarına Hevron qapıları da deyilir. Ərəblər həm də bu qapını “Bab Mihrab Daud”( hz.Davud peyğəmbərin duası qapısı) adlandırırlar. Yaffa qapısı iç tərəfdən (qırmızı işarə)Qapının sağ tərəfində Yerusəlim divarlarına gəzinti biləti satılır. Qiyməti 20 şekel-5,78$. Qeyri günlər, bir biletlə divarın hər iki tərəfini gəzə bilərsiniz. Nəzərinizdə olsun ki, şimal tərəf saat 16.00 İrod qapıları yaxınlığında bağlanır.P.S.2-ci mərtəbədə tualet var ( yaşıl işarə)Zeytun dağı (Helleon dağı ) -bir təpədir.Qədim dövrlərde zeytun əkilərmiş, bu səbəbdən belə adlanır).Bütün yamac qədim yəhudi qəbiristanlığıdır. Çox bahalı qəbirstanlıqdır, 1m² torpaq 500000$ qiymətləndirilir. Deyilənə görə, Qiyamət günü birinci bu qəbirlərdən bəndələr oyanacaq.Dini baxımdan Zeytun dağı hz.Davud, hz.Süleyman, hz.Ezekiel, hz.Zəkəriyyə, hz. İsa peyğəmbərlərlə əlaqesi olan məkandır.David divarının cənub hissəsindən mənzərəni çəkmişəm.Zeytun dağına qalxsanız, Köhne Şeheri çox gözel göre bilersiniz)Müqəddəs Stefanın qapısı. Qapının ikinci adı - Aslan.Aslan Qapısı, Köhnə Şəhərin şərq divarındakı yeganə açıq qapıdır. Aslan Qapısı 1538-39-cu illərdə Osmanlı İmperatorluğunun sultanı Süleyman tərəfinden inşa edilib.Burdan Via Dolorosa boyunca səyahəte başlaya bilersiniz.Onların vasitəsi ilə şəhərdən Zeytun dağına’da getmək asandır. Qapının ərəbcə adı - "Bab Sittti Mariam" (Müqəddəs Məryəmin Qapısı).Qapının yaxınlığında Müqəddəs Məryəmin qebri yerleşir.Qapının sol terefinde qebrstanlıq var.P.S. Şəhərdə birinci günümdü) Otelə yükümü qoyub, düşdüm küçələrə) Aza-aza necə gəlib çıxmışam bura, heç anlayışım yox. Qabaqdan gelen iki yaponmu, kitaymı turıstlerinden xahiş etdim şəklimi çəkməyə. Bərbad fotodur, “Aslan qapılarıyla” birge yeganə şəkildir)Qızıl qapılarHz.İsa peyğəmbər bu qapılardan Yerusəlimə girib. Köhnə Şəhərin ən qədim qapısı sayılır. Hal-hazırda, onlar daşla hörülüb, amma girişini göstərən tağlar divarda aydın görünür. Qızıl qapı "tövbə qapısı" və "mərhəmət qapısı" adlanan iki girişdən ibarət idi.Qapılar nə üçün hörülüb, nədən qabağında müsülman qəirstanlığı salınıb - maraqlı səbəbi var)İrodun qapısı ( Çiçəkli də deyilir)Qədim Şəhər divarının şimal-şərq hissəsindədir. Qapılar müsəlman məhəlləsinə aparır.Çiçək qapısına yaxın Rokfeller muzeyi və Yerusəlim üçün fəlakətli proqnozlar yazdığı hz.Ermiye peyğəmbərin mağarası yerleşir.Zibil Qapısı -Yəhudi Məhəlləsi və Ağlama Divarın əsas qapısıdır.Zibil qapısı Köhnə şəhərin ən dar və ən alçaq qapısı idi. 1952-ci ildə Qüdsün bu hissəsinə nəzarət edən iordaniyalılar Zibil Qapılarını genişləndiriblər.Köhnə Şəhər - Qüdsün qəlbi sayılan, ən qədim hissəsidir.Burada üç dininin əsas ziyarətgahları yerleşir:Yəhudi - Ağlama Divarı, İslam məscidləri Əl-Əqsa və Qaya Qübbəsi və xristian- Məsihin Dirilməsi Kilsəsi.Köhnə Şəhər məhəllələrə bölünüb - müsəlman, xristian, yəhudi və erməni.Qüdsdəki Ağlama Divarı (Fəryad Divarı ) yəhudiliyin və İsrailin ən məşhur dini məkanlarından biridir.Ağlama Divarın rəsmi adı- Qüds Məbədinin Qərb Divarıdır.Əgər tarixin dərinliklərinə getsək, yəhudilərin əsas ziyarətgahı Məbəd Dağında tikilmiş Birinci Qüds Məbədidir (hz.Süleyman peyğəmberin məbədi). Ağlama Divarı o məbəddən qalmış bir parçadır. Əsrlər boyu yahudilər Birinci Qüds Məbədin dağılması üçün fəryad etdilər, Uca Allaha dua etmək üçün divarın üstünə gəldilər. Ərəblər də bu səbəbdən divarı "Ağlama divarı" adlandırdılar.Ağlama Divarı iki hissəyə bölünüb : kişi, qadın.Bura insanların ALLAHA dua etdikleri bir yerdir, bu səbəbdən davranış qaydalarına riayət etmək vacibdir.Zəvvarlar, turistlər Ağlama Divarının daşları arasına istəklərini yazıb qoyullar.Bir məlumat da deyim:Şabbat, yəhudilikdəki həftənin yeddinci günüdür - şənbə günü. ALLAH Tövratda həmən gün yəhudilərə işdən çəkinməyi əmr edib . Şabbatın öz qayda-qanunları var. Bayram əhval-ruhlu bir gündü, bizim Cümə günümüz kimi mübarək sayılır.Yadınızda olsun ki, Şənbə günü yahudiliyə aid olan dini yerlərdə nə şəkil çəkə, nə də çəkdirə bilməzsiniz- qadağandır.Yerusəlimdəki Məsihin Dirilməsi Kilsəsi dünyada xristianların ən əhəmiyyətli ziyarətgahlarından biridir.Məsihin Dirilməsi Kilsəsi Via Dolorosa yolunun son nöqtəsidir. Hz.İsa peyğəmbərin çarmıxa çəkildiyi ve sonra dəfn edildiyi yer üzərində qurulmuşdur. Kilse Qolqofa adlanan təpədə yerleşir. Bu məbədə gedən yol Qüdsün şərqindəki Müqəddəs Stefanın qapılarından başlayır və Müsəlman məhləsindən keçir.Via Dolorosa - hz.İsa peyğəmbəri çarmıxa çəkilməyə aparan bir yoldur. Köhne Şeherde yerləşir.Yol müqəddəs Stefanın Qapılarından başlayır. müsəlman və xristian məhəllələrindən keçir, Məsihin Dirilməsi Kilsəsinde bitir.Edama gedərkən, hz. İsa peyğəmbər 14 yerde dayanır. Dolorosa'da 14 dayanacaqdan 9-u var. Son beş dayanacaq Məsihin Dirilməsi Kilsəsinin ərazisində yerləşir.P.S. Via Dolorosa latın dilinden tercümede “kədər yolu” deməkdir.Hz.İsa peyğəmbər çarmıxa çəkilməyə gedəndə dayandığı yerlər belə nişanlanıb.Kubbat Əs-Səhra məscidi (Qaya Günbəzi; Qaya üzərindəki günbəz)Əl-Əksa məscidinin yanında yerleşir.Kubbat Əs-Səhra məscidi səkkizguşəli bir binadır. Binanın içərisində bir qaya-daş var, buna görə məscid "Qübbə Əs-Səhra" adını almışdır. Qayanın başı məscidin ən mərkəzində yerdən 1,5 metr məsafədə qalxır.İndiki məscidin əzəlini hz.Davud peyğəmbər, sonra onun oğlu hz. Süleyman peyğəmbər qoymuşdur.Əl-Əksa (Uzaq məscid)- Məbəd Dağında yerləşən məsciddir. Məkkədəki Əl-Haram məscidi və Mədinədəki Peyğəmbər məscidindən sonra İslamın üçüncü ziyarətgahıdır. 5000-ə qədər mömin eyni vaxtda burada namaz qıla bilər.Quranda yazılanlara esaslanaraq:Hz. Peyğəmbər (s.a.s) bir gecə Cəbrail (as) tərəfindən Məkkədəki Məscid-i Haram’dan Qüds’dəki Mescid-i Aksa’ya götürülür.Burada onu ondan öncəki peyğəmbərlər qarşılayır. Sonra mələklər Məhəmməd ( s.a.s) peyğəmbərin üreyini çıxarıb pak edirlər.Hz. Peyğəmbər (s.a.s)Mescid-i Aksa’dan səmalara yüksəlir“Kulu Muhammed’i bir gece Mescid-i Haram’dan alıp Mescid-i Aksâ’ya götüren Allah her türlü kusurdan ve ortaktan uzaktır. O Mescid-i Aksâ ki biz onun etrafını bereketli kıldık ve bu gece yolculuğunu o seçkin kula büyük işaret ve delillerimizden bir kısmını gösterelim diye yaptırdık. Şüphesiz ki O, evet O, her şeyi hakkiyle işiten, kemâliyle görendir.”Qurani Kerim 17:1Miraç gecəsindən, İsradan bəhs edir bu ayət.Kubbat Əs-Səhra məscidi’nin içindəki qaya-daş. Yazılan tarixə görə “Əhd Sandığının” dayandığı, hz.İbrahim peyğəmbər oğlu İsmaili üstündə qurban verməli olduğu daşdır. Köhne Şəhərdə qara geyimli , müxtəlif formalı baş örtüyündə çox yahudi görəcəksiz. Geyim mövzusuna heç girməyim, uzun ve qəliz gedən bir söhbət olar.Ümumi bir məlumat verim.Yəhudi dini həyatının bütün qaydaları Yəhudiliyin əsas kitabında - Tövratda (Pentateuxos , 5 kitab daxildi ) yəni Levit kitabında yer almışdır.Geyim və davranışa dair əsas və ən ümumi qayda "Uca ALLAH qarşısında təvazökar olun." Təvazökarlıq, geyimlərin səliqəli və təmizliyini və hər hansı bir "cəlbedici" zonanın gizlədilməsini nəzərdə tutur.Geyimlərində olan hər bir aksessuarın mənası var.Ac qalmayacaqsınız))) Köhne Seherin 40% küçələri bazardı)25-30sm çörəyin içinə 6-7 tike toyuq veya mal eti kababı (gözünüzün qabağında köz üstünde bişirirler)+xiyar, pomidor, zeytun,turşu - 30 şekele=8,68$ ala bilersiniz. Her addımda meyvə soku, meyvəni seçin, çəkdirin)Otelden razı qaldım- temizliyi, rahatlığı. Köhne Şəhərin İrod qapılarına yaxın.Səhər yeməyinə söz ola bilməzdi- qoz ləpəsindən tutmuş pomidor-yumurtaya qədər)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Sevinch Huseynqizi

4401 dəfə oxunub

Frida kimi sürrealist ölkə - Meksika bələdçisi

http://evdenuzaqlarda.com/mexico-city/ ????????ℹ️ Sizə Meksikanın ən böyük şəhəri, paytaxtı olan Meksika city’dən danışacam. Səyahət üçün tam da möhtəşəm, həmçinin də səyahətinizə rəng yox rənglər qatacaq görülməli yerləri var . Bura nə vaxtsa səyahət etməyi planlaşdırsaz mütləq bu postu oxuyun. Mexico city dedikdə o dəqiqə insanların ağlına gələn kirminal, narkotik, oğurluq və sair bir çox şeylər. Yəni bəzi yerlər var təhlükəlidir məsələn Tepito kəndi kimi. Ama turistik yerləri səyahət edəcəyiniz müddətcə heç bir problemlə üzləşməyəcəksiniz.????Azteklərin dövründə, Meksika şəhəri əvvəlcə Lago de Texcoco adlı bir gölün üzərində qurulub. Azteklər lagunaya torpaq tökərək süni bir ada qurdu. Daha sonra ispanlar Tenochtitlan ərazisində ikinci bir Meksika şəhərini qurdular və hal hazirda Meksika şəhərində bəzi bölgələr hər il 40 santimetrə qədər yerin dibinə batır. Şəhərdə əhalinin sayı 20 milyondur iynə atsan yerə düşməz. Elə bir şəhərin əhalisi 2 dəfə Azərbaycanın əhalisi qədərdir.???? Bakıdan Meksika şəhərinə gəlmək elədə asan və ucuz başa gəlməsədə ama gəlməyə dəyər əlbətdə. Alternatif yollar isə bunlardı Bakı–Moskva–Kuba–Meksika şəhəri ya İstanbul–Meksika şəhəri. Əgər şengen vizanız olarsa avropadan bura ucuz qiymətə də gələ bilərsiniz.????Şəhərdə qalmağa yerlər münasib qiymətlərədir. Hostel, Otel, Airbnbdən istifadə edə bilərsiniz. Biz 4 nəfər olduğumuza görə Airbnbdən istifadə etdik 1 gününə 78 Azn ödədik. Ev çox super idi hər bir şəraitidə var idi.https://es.airbnb.com/rooms/37371853?s=51???? ???? Nəqliyyat vaistələrinə gəldikdə sizə məsləhətim şəhər daxilində yalnız Uberdən istifadə edin. Həm qiymət cəhətdən, həm rahatlığınız, həmdə ki təhlükəsizliyiniz üçün. Şəhər daxili aftobus və normal taksilərdən istifadə etməyin. Uber qimyətləri şəhər daxili 7-10-12 manat arasıdır.Görməli yerlər ????????1. Palacio de Bellas Artes2. Mercado de la Merced3. Catedral Metropolitana4. Monumento a la Revolución5. Coyoacán6. Kiosco Morisco7. Teotihuacán8. Frida Kalo museum9. Parque de la AmistadƏn önəmli ziyarət etməli olduğunuz muzeylərdən biridə Frida Kalo muzeyidir. Əgər saatlarca qapıda gözləmək istəmirsinizsə biletinizi öncədən online almağınız məsləhətdir.Giriş bileti Həftə içi 20 AznHəftə sonu 24 AznŞəkil çəkmək üçün 2.70 AznAçılır hər gün 10:00Bağlanır 17:30Ödəniş Nəğd və ya Visa,MasterCard ilə qəbul edilir.???????????????????? Frida Kalo 6 yaşında poliomielit xəstəliyinə tutulur və bundan sonra ömrünün sonunadək axsayır. 18 yaşında avtomobil qəzası yaşayır. 17 sentyabr 1925-ci ildə baş verən qəzada onun evə getdiyi avtomobil tramvay ilə toqquşur. Zərbədən tramvayın kollektorunun sınıq dəmir çubuğu Fridanın mədəsindən keçib çanaq sümüyünü parçalayaraq, sol qasığından çıxır. Onurğa sümüyü üç yerdən zədələnir və iki budu sınır. Bundan sonra Frida çoxsaylı əməliyyatlar keçirməli olur. 1929-cu ildə o, Dieqo Rivera ilə evlənir və onun kimi kommunist partiyasını dəstəkləyir.Daha çox Frida Kahlo kimi tanınan Magdalena Carmen Frida Kahlo Calderón 1907-ci il iyulun 7-si Coyoacan da anadan olan meksikalı bir rəssam olub. Məşhur meksikalı nəqqaş Diego Rivera ilə evli olub, onun həyatı uşaqlıqda tutulduğu xəstəliyə görə əziyyətli keçib və gənc yaşlarında ağır bir qəza keçirdiyinə görə uzun bir müddət yatalaq olub və bu müddət ərzində 32 dəfə cərrahiyyə əməliyyatı olunub.Çox qısa bir müddət adi həyat tərzi sürüb. Biseksual idi və onun sevgililəri arasında Leon Trotski vardı.Onun rəsm əsərləri öz bioqrafiyası və keçirdiyi ağır günlər ətrafında dönür. 200 dən çox əsər müəllifidi. Bu əsərlərin çoxu da həyatda qalma mübarizəsindən bəhs edən avto-portretləridir. Kahlonun əsərləri həyat yoldaşı olan tanınmış rəssam Diego Rivera-ya təsir etməsiylə o yerli meksika xalqının incəsənətinə duyduğu sevgini göstərdi və üst-inqilabi dövrün digər meksikalı rəssamlarını ruhlandırdı????????????????????  Məni ən çoxda sevindirən Meksikanın paytaxtında yerləşən Azərbaycan Meksika dostluq parkı oldu. Kiçik və gözəl bir bir parkdır. Daha öncə bu parkda Prezident Heydər Əliyevin heykəli olub ama sonradan heykəlin yerini dəyişiblər.⛺️☀️????Yollandıq Teotihuacana bura Meksikanın qurulduğu yerdi. Hernan filminə baxsaz Daha çox məlumat toplamış olarsiniz bu gözəl tarixdən. Burda olan piramidi Günəş piramidi adlandırırdılar və tanrılarına qurban verdikləri insanları piramidanın zirvəsinə çıxarıb daha sonra ürəyini çıxarıb Günəşə doğru tuturlarmış.????????????Xochimilconın inanılmaz bölgəsi 1987-ci ildə YUNESKO-nun Dünya İrsi siyahısına təyin olunub və Meksika şəhərinə gələnlər arasında ən populyar gün gəzintilərindən biridir. Qayıq ilə istəsəniz 1 saat və ya 6 saatlıq turla gəzə bilərsiniz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: ‎‎‎Seyid Hüseyn

2940 dəfə oxunub

10 günlük səyahət və 6 şəhər

Salam millət! :)Bu postda dünən başa çatmış 10 günlük Tbilisi-Kutaisi-Barcelona-Paris-Amsterdam-Riga-(Moskva) səyahətimiz haqqında ətraflı yazacağam, bəlkə belə bir səyahət etmək istəyənlərə faydalı olar.Deməli birinci destination Tbilisi oldu. Həmişəki kimi qatarla. Axırıncı dəfə 2014-də olmuşdum Tbilisidə, o vaxtdan xeyli dəyişib, turistlər artıb. Əsil turizm cənnətinə çevrilib. Xüsusilə gecə gəzmək üçün şəhərin mərkəzi çox əladı. Qiymətlər də pis deyil. Alexander Chavchavadze küçəsində Polonia hotel deyilən balaca bir oteldə qaldıq gecəni. Otel sahibi qonaqpərvər adam idi amma otelin özü o qədər də xoşuma gəlmədi, biraz çox darısqal idi və internet işləmirdi. Ümumilikdə Tbilisini piyada gəzməyə 1 gün kifayət edir, amma ayaqlarınızın babat ağrıması hesabına  Demək olar hər şey Old town adlanan yerdədi, bircə Sameba kilsəsi biraz aralıdadı amma ora da piyada getmək olar və getməyə dəyər, çox qəşəng abidədi.Kutaisiyə Tbilisidən maşınla 2 saat yarıma çatdıq, amma gecikirdik deyə taksiyə artıq pul verdik o da bütün yolu 120 ilə sıxdı. Adam özünü Taxi filmindəki Danielin maşınında hiss edirdi. Wizzair ilə Kutaisidən uçduq Barcelonaya. Barcelonada Fabrizzio's Terrace adlı hosteldə qaldıq, balaca və çox ela hosteldi. Şəraiti, təmizliyi, yeməkləri falan. Qiyməti də münasibdi. Hər xırda şeyə baxmaq istəmirsinizsə Barcelonanı 1 günə gəzmək olur. Gəzmək üçün ən maraqlı yerlər Gothic Quarter deyilən hissədi. Əsil Barcelona buradadı. Bir gün qaldıqdan sonra Vueling ilə Parisə uçduq. Parisdə qaldığımız otel - 2 ulduzlu Hotel D'Anvers çox əla otel idi. Səhər yeməyi, internet, otaqların şəraiti və staff. O qiymətə məncə bundan daha yaxşı otel tapmaq olmaz. Anvers küçəsi də sakit və ucuz küçədi, mərkəzə yaxındı və Sacre Coeur kilsəsinin düz yanıdı.Paris haqqında onu deyim ki, Paris sindromu boş söhbətdi, yoxdu elə bir şey. Paris çox gözəl şəhərdi. Fransızlar da çox mehriban və mədəni insanlardılar. Migrantlardan başqa hamısı ingiliscə bilir və nəsə soruşanda məmnuniyyətlə kömək edirlər. Parisdə nə varsa hamısını görmək lazımdı imkan daxilində - Luvr, Eiffel, Les Invalides, Sacre Coeur, Notre Dame ve.s hamısını görməyə dəyər. Eiffelin gündüzü və gecəsi çox fərqlidi və hərəsi ayrı bir gözəl görünür. Yemək almağa ən yaxşı yer Carefour mağazalarıdı, qiymətlər ucuzdu, məsələn başqa yerdə 1 avroluq su burada 20 centdi. Metro sistemi çox rahatdı, hər yerə metro ilə getmək olar. Artıq aeroporta gedəndə otel işçisi bizə aeroporta qatar yolunu başa saldı ki, taksiyə boşuna 40 avro verməyək. Qatar stansiyasında da security əməkdaşı bizə pulsuz 2 qatar bileti verdi. Fransızlardan və Fransadan o qədər xoşum gəldi ki, fransız dilini öyrənməyə qərar verdim. 3 gün qaldıqdan sonra Parisdən Flixbus ilə Amsterdama gəldik. Yol 6.5 saat çəkir, və avtobus çox rahatdı. Amsterdamda Hans Brinker adlı hosteldə qalırdıq. Çox səs küylü və böyük hosteldi, Fabrizzio Terrace kimi səliqəli deyil. Elə də xoşuma gəlmədi. Amma yeri çox yaxşı idi, bir də yaxşı barı var idi pivə zad almağa. Amsterdamda da əksər yerləri piyada gəzmək. Ya da tramvaya minə bilərsiniz. Ən maraqlı şey elə kanalların üzərində yerləşən küçələrdi. Amma Amsterdam Paris qədər maraqlıdı desəm yalan olar. Düzdü, daha sakit şəhərdi və ərəblər yoxdu. Xoşuma gəlməyən bir şey o oldu ki - hər kafenin qabağından keçəndə marixuana iyi adamın ürəyini bulandırır. Onsuz da marixuananın legallaşmasına qarşı idim, bu fikrim biraz da qətiləşdi Amsterdamda qiymətlər Parisdən bir qədər yüksəkdi.Ən maraqlı muzey Van Gogh muzeyidi amma indidən deyim The Starry Night night əsəri orada deyil, Nyu Yorkdadi. 3 gün qaldıqdan sonra AirBaltic ilə Rigaya uçduq oradan da yenə AirBaltic ilə Bakıya gələcəkdik, amma birinci uçuş gecikdi deyə ikinciyə çatmadıq. Şirkət bizə Riga - Moskva ve Moskva - Bakı bileti verdi, növbəti günə. Bir gecə Riga aeroportunda yatmalı olduq. AirBaltic-ə yazıb təzminat da tələb etmişəm.Barcelona, Paris ve Amsterdam içərsində sözsüz Paris birinci yerə layiqdi. Fotoda gördüyünüz Sacre Coeur kilsəsi də bütün səyahət boyu ən xoşuma gələn obyekt oldu.Belə, biraz uzun oldu amma eybi yox, sualı olan komment olaraq yaza bilər :)17 Avqust 2018Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:Nail Mustafazada

1707 dəfə oxunub

6 şəhəri ilə Misir bələdçisi

Qahirədəki bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.???????? Bugün sizə söz verdiyim kimi Misirə səyahət öncəsində və sırasında işinizə yararlı ola biləcək bir neçə məlumat vermək istəyirəm.Misir bildiyiniz kimi çox isti ölkədi, özünüzlə termos, günəş kremi ,power bank kimi önəmli şeyləri götürün. Termos sayəsində marketdən aldığınız su tur boyunca sərin qalacaq. Su marketlerde ortalama 5 funtdu (3-10 arası da dəyişə bilir).Turları yol kenarlarında olan acentalardan alın. Hır hansı bir turu 50$ dan 25$ a qədər endirtə bilərsiz.Əsasən rus və ingilis dillərində olur.Suvenirlerin qiyməti 3-5 , magnitlər 5-10 funtdan başlayır. Amma qiymətlərini 2-3 dəfə (bəzi yerlərdə 5-6 dəfə) baha yazırlar.Hotellər çox da bahalı deyil. Ulduzlarına aldanmayın, çoxvaxt pul qarşılığında alırlar. Qiymətləri booking.dən daha ucuz ola bilir.✅ VizaAzərbaycan vətəndaşları üçün Misirə viza lazımdır. Təkcə Sinai yarımadasına viza gərəkmir ( yarımadada Şarm əl Şeyx ən çox tərcih edilən turizm şəhəridir)1️. Vizanı səfirlikdən 2-3 gün içərisində əldə edə bilərsiz ( Ünvan: Həsən Əliyev, 7, Bakı, Nəsimi, AZ1078 ,Telefon: (+994 12) 498-79-06.2️. Vizanı Şarm əl Şeyx aeroportunda əldə edə bilərsiz. Bunun üçün migrasiya blankını şəkildə göstərildiyi kimi doldurun. Blankı təyyarədə vəya hava limanından əldə edə bilərsiz. Mütləq özünüzlə qələm götürün. Daha sonra sol tərəfdə kiçik banka pəncərəsi görəcəksiz , ora 25$ rüsum ödəyərək vizanı alın( mütləq dollar vəya pound ayırın, dollar məsləhətlidi). Nakleyka kimi birşeydi, onu pasportunuzun bir səhifəsinə düzgün şəkildə yapışdırın. Migrasyon talonu ile bərabər kontrola gedin. Vəssalam, sizə Misirin hər yerinə yaşıl işıq bundan sonrası.3️. 24 saat sonra Qeydiyyat lazımdı deyəcəklər, yoxsa cəza ödəyəcəksiniz -inanmayın. Sadəcə 7 gündən çox qalsanız lazım olur.✅ Nəqliyyat vasitələri1️. Təyyarə biletihttps://www.skyscanner.net/https://www.google.com/flights/Mütləq bu saytlara baxın , "online ala bilmərəm , anlamıram "deyə tərəddüd etməyin. Burdan alınan biletlər Çox sərfəlidir. Məsələn mən Şarmdan Qahirəyə uçuşa 3-4 saat qala bilet aldım cəmi 49 $ , amma kassada 100$ idi miminal qiymət.Azərbaycandan səhv etmirəmsə charter reysi Kazaxıstanın SCAT airlines şirkəti tərəfindən həyata keçirilir.2️. Avtobus- Misirdə şəhəriçi avtobuslar , (dolmuşlar)mikroavtobuslar ortalama 2-7 pound arası dəyişir.Şarm əl Şeyxdə şəhər içi mikrobuslar hər 2-3 dəq var. Məsələn Qahirədəsizsə və Piramidalara özünüz getmək istəyirsizsə 2 axtarma ilə gedə bilərsiz. ( Qahirə- Giza 4 funt, Giza- Harem 3 funt)- Ölkədaxili bir neçə şirkət var; Elnagem Jet, Blue Bus, Go Bus, Super Jet və s. Mən Go Bus istifadə edirdim, həm mobil uygulaması var, biletinizi ofislərindən vəya online əldə edə bilərsiz .Çox rahat kondisionerli avtobuslardı. Məsləhətdir.- İOS : https://appsto.re/eg/9Rpb2.i- Android : https://play.google.com/store/apps/details…3️. MetroMetro paytaxt Qahirədə ən vacib nəqliyyat vasitələrindən biri sayılır. Toplamda 3 xətdən ibarətdir. Metroları mən deyərdim ki ən rahat nəqliyyat vasitəsidir həqiqətəndə, çünki kondisionerlidi , bu da Misir kimi isti ölkədə cənnət kimidi ???? Metro kartı almağınıza dəyməz əgər orda uzun müddət qalmayacaqsızsa, çünki bahalıdır. Onun yerinə tək gedişlik biletlər alın , qiyməti stansiya sayına görə 3-10 funt arası dəyişkənlik göstərə bilir.4️. TaksiƏgər turla getməmisizsə daha çox taksiyə ehtiyac duyacağınızı düşünürəm. Heç də sizi qorxutmasın ???? Çünki burada taksilər çox çox ucuzdu. Yaxın yerlərə 10-20 funt arası gedə bilirsiz. Əgər gedəcəyiniz yer biraz uzaq sayılarsa o zaman ən sərfəli bildiyim taksi şirkəti Careem-dir, ondan sonra Uber.Careem taksi xidmətində mobil uygulamaya diqqət yetirsəniz görərsiniz ki kampaniyalar mövcüddur. Məsələn 49 funt hesabınıza yükləsəniz, sonrakı 2 gün ərzində istifadə edəcəyiniz 5 taksi xidmətinin hər birinə görə 30% endirim alacaqsınız kimi kimi.. Misir nömrəniz olmalıdı amma. Aşağıdakı linkdən endirmə eliyə bilərsinizhttps://www.careem.com/en-ae/*** Şarm əl Şeyxdə işləmir5️. QatarMisirdə qatar məsləhət görmürəm heç ???? Çünki turistlər üçün aşırı bahalıdı. Yatılı və oturaq , hətta onlar da klass’-larına görə qiymət dəyişkənliyi göstərə bilir. Əlavə məlumat və qatar reyslərinin saat, qiymətləri üçün aşağıdakı linkə keçid edə bilərsiniz:https://enr.gov.eg/ticketing/public/login.jsf6️⃣ Fayton & Dəvə & At ( Qahirə)Əgər Gizada Piramidaları piyada yox məhz Faytonla gəzmək istəyirsizsə saatı (bax unutmayın ha Saat başı işləyirlər) 100 funtdan razılaşa bilərsiz. Əslində sizə qalıb bəlkə daha ucuza danışarsız ????Dəvəyə də standart qiymət yoxdu , öncədən qiymət danışa bilsəz daha məsləhətdi.Atlarla da yürüyüş vardı , amma qiymətini bilmirəm , dedikləri qiymətlə heçvaxt razılaşmayın. Əllərindən gəldiyi qədər çox istəməyə çalışacaqlar.✅ Mobil OperatorlarYeni sim kartınızı elə hava limanından ala bilərsiz. Çalışın tək internet paketi olan nömrə almayın, çünki taksi, avtobus , tur və s. Kimi bir çox servis xidmət və qeydiyyat zamanı Misir nömrəsi tələb oluna bilir. Mən bildiyim operatorlar isə aşağıdakı şəkildədir.1️⃣ Orange Egypt (Mobinil, ECMS)2️⃣ Vodafone Egypt.Deyəsən ən bahalısı vodafone’dur. Amma keyfiyyətiylə düz mütənasib olub olmamasını istifadə eliyənlər deyə bilər.3️⃣ Etisalat Misr.Mən rastgələ Etisalat simkartı aldım. 10$ a - 18 GB internet + 300 dəq. danışıq. 4G həryerdə tutmur. Ümumi götürəndə işimi gördü.4️⃣ Telecom Egypt.Ən ucuzu Telecom olmalıdı.✅ Pul vahidi - Exchange1️⃣ Nəğd olaraq Amerikan Dolları götürün özünüzlə. Mümkünsə 100-lük əskinaslarda deyildə ; 5$, 10$ , 20$ əskinaslar şəklində.2️⃣ Bank kartları da çox yerdə demək olar ki keçir. Taksi, avtobus, təyyarə biletləri booking eləmək üçün “confirmation sms” istəyə bilər. Ona görə ölkədən çıxmadan bankınızda qeydiyyatda olan nömrənin roamingini ölkədən çıxmadan öncə aktiv hala gətirməyi unutmayın.3️⃣ Əsas məsələ , EXCHANGE məsələsi , nəbadə “sağda solda” change eləməyə çalışasız. Sizdən komisyon yox deyib komisyon da kəsərlər. Ən sərfəlisi bankamatikdən pulu dəyişməkdi. BANQUE MISR bankamatikləri şəhərin çox yerində var.✅ Market və Turlar :Misir bildiyiniz kimi çox isti ölkədi, özünüzlə termos, günəş kremi ,power bank kimi önəmli şeyləri götürün. Termos sayəsində marketdən aldığınız su tur boyunca sərin qalacaq.1️⃣ Marketlərin içərisində ən normal qiymət Carrefour’dadı. Məsələn : Ən çox ehtiyacınız olan Su merketlerde ortalama 5 funtdu (3-10 arası da dəyişə bilir).2️⃣ Turları yol kenarlarında olan acentalardan alın. Məsələn mən , Hurghada Luxor hərşey daxil turu 50$ dan 25$ a qədər endirtdim, həqiqətən də razı qaldım. (Viber: +201277288408)3️⃣ Suvenirlerin qiyməti 3-5 , magnitlər 5-10 funtdan başlayır. Amma qiymətlərini 2-3 dəfə (bəzi yerlərdə 5-6 dəfə) baha yazırlar. Tur’la getdiyiniz suvenir və s dükanlar faiz aldıqları üçün bahalıdı, aldanmayın.✅ Şəhərlər1️⃣ Şarm əl ŞeyxMisirin Sina Yarımadasında dünyaca çox məşhur turizm şəhəridi. Ən çox dənizaltısıyla, safari və çimərlikləriylə məşhurdu. Ailəvi istirahət üçüb ideal yerdi məncə. Passiv istirahət sevənlərin tam məkanıdı.2️⃣ QahirəMisirin paytaxtı - Ərəb dünyasının və Afrikanın ən böyük şəhəridi. Əhalisinin sayı 10 milyona yaxındı. Qahirədə görüləcək yerlər çox olmasa da tam yanında- Giza şəhərini dünyaca Piramidalarıyla məşhurdur. Giriş ödənişlidi.3️⃣ İskəndəriyyəGünümüzə qədər gəlib çıxmasa da, dünyanın ilk və ən hündür mayakı sayılan İskəndəriyə fənəri və Misirin ən Böyük tarixi kitabxanası kimi bir çox tarixi yerləri burada yerləşir.4️⃣ LuksorMənim üçün 1 ci sırada olmalı bir şəhər , əslində sıralamanı rastgələ eləmişəm. Sadəcə azacıq bilgi xatirinə. Deməli Luksor da Tarixin ilk və Tək qadın Firavonu Hatşepsutun büstü, uca Memnon heykəlləri,Böyük Hipostil Salonu, Karnak və daha nələr nələr var. Sadəcə 4 göz lazımdı seyrinə. Piramidalardan sonra mı öncəmi görüləcək yer deyim bilmədim. Giriş biletlə ödənişlidi.5️⃣ HurghadaMisirin tətil cənnəti deyilə biləcəyimiz bir yer. Əsas da denizi , qumsalı. Ən az 4 gün burda qalıb dincəlməlisiniz .Misirin ən böyük 2. Şəhəridi səhv eləmirəmsə. 35 km ə yaxın sahili var, amma çoxu ödənişlidi ????6️⃣ AsvanNubian kəndi çox maraqlı gələ bilər sizə. Rəngarəng evləri ilə çox fərqli bir yerdi, çizgi filmini xatırladır ????Abu Simbel Məbədi 4 saat uzaqda olsa da vaxtiviz varsa ziyarətinə dəyər.✅ Muzeylər və Giriş qiymətləri-Tələbə kartınız varsa mütləq özünüzlə götürün. Bütün muzeylərdə 50% endirim olacaq.***Aşağıdakı qiymətlər tələbələr üçündür.1️⃣ Valley of the Queens | Luxor (50 EGP)2️⃣ Al-Deir Al- Bahari Temple | Luxor (50 EGP)3️⃣ Karnak Temple | Luxor (75 EGP)4️⃣ Egyptian Museum & Mummy Room | Cairo (150 EGP)*** Amma Axşam saatları üçün bilet qiyməti nədənsə daha bahalıydı5️⃣ Giza Plateau | Giza (80 EGP)*** Yerli əhali üçün giriş 20 EGP❌❌❌ Bunları etməyin: ❌❌❌???? Misirə ilk dəfə gəldiyinizi heçyerdə deməyin.???? Getdiyiniz ilk gün alış-veriş etməyə çalışmayın.???? Sağlıq sığortası etdirməyin.???? 7 günə kimi qeydiyat elətdirməyin.???? Hotel’dən tur götürməyin????Şəhər içi (əsas da Şarm əl Şeyxdə) pulsuz Tura qatılmayın, zaman itkisidi.???? Hava isti olduğu üçün çöllərdə içmək üçün soyuq su qutuları var- İçməyin!????İstiyə dözümünüz yoxda yay aylarında Misirə səyahət etməyin.????Evə dönərkən özünüzlə dənizdən balıqqulağı və s . heçnə götürməyin. Cəzası böyükdü və hava limanında qara siyahıya da düşə bilərsiz.????Kimsə desə hədiyyəm olsun,gəl qonağım ol ,çay içək və s. kimi sözlərə inanmayın. Sonra pul istəyəcəklər.????Gecə vaxtı çalışın dənizə girməyin, təhlükəli ola bilmə ehtimalı az da olsa var.Əlavələriniz varsa buyurun ...Səhvlərim varsa gəncliyimə verin ????Sonuna qədər səbrlə oxuyan bir neçəNəfərə kartpostal göndərəcəm❇️Və sonunda mənim devizim :???????? Travel. Your money will return. Your time won’t. ???????? ???????? ???????? ???????? ???????? ???????? ???????? ???????? ???????? ???????? ???????? ???????? ???????? ???????????????????????????????????????????????????????????????????????????????????????? ????????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babək

4330 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!