Yaponiyada 15 gün: Dostlarla itirdiyimiz yollar, tapdığımız xatirələr

Yaponiyada 15 gün: Dostlarla itirdiyimiz yollar, tapdığımız xatirələr(Tokyo – Kyoto – Nara)Bu səyahət planlı idi, amma yaşananlar qətiyyən planlı olmadı. Çünki Yaponiya elə ölkədir ki, xəritə ilə yox, hisslərlə gəzilir. Biz dostlarla birlikdə 15 günə üç şəhər gördük, minlərlə addım atdıq, saysız foto çəkdik və hər gün özümüzə bir az daha “vay, biz haradayıq?” dedik.Tokyo xaosun içində mükəmməl nizamYaponiyaya ilk addımımız Tokyoda oldu. Aeroportdan çıxan kimi hiss etdik ki, bu şəhər sürətlidir, amma əsəbi deyil. Hamı tələsir, amma sakitdir. Metro xətləri labirint kimidir ilk gün az qala səhv qatara minib başqa şəhərə gedəcəkdikShibuya keçidi… hamının videosunu çəkdiyi, amma canlı görüncə tamam başqa hiss yaşadan yer. On minlərlə insan eyni anda keçir və heç kim bir-birinə dəymir. Biz də həmin axına qarılıb özümüzü Tokio ritminə buraxdıq.Axşamlar isə Tokyo tamam dəyişir:küçə yeməkləri,ramen dükanları,neon işıqları,gecəyarısı da dolu olan mağazalar.Bir gün səhər Asakusada məbəd ziyarəti, axşam isə Akihabarada anime dünyası eyni şəhərdə iki fərqli aləm.Shinkansen sürət, sakitlik və pəncərədən baxan xəyallarTokyodan Kyotoya gedərkən Shinkansen (sürətli qatar) ilə səyahət etdik. Daxili sükut, pəncərədən axıb gedən mənzərələr və dostlarla edilən sakit söhbətlər… Həmin anda anladım ki, səyahətin özü də bir məkandır.Kyoto zamanın dayandığı şəhərKyoto sanki keçmişdən bu günə toxunmadan gəlib. Burada hər küçə, hər qapı, hər ağac tarix danışır.Fushimi Inari-də saysız torii qapılarından keçdikBambuk meşəsində sükutun səsini dinlədikGeyşa məhəlləsində addımlarımızı yavaşlatdıqBurada daha az danışdıq, daha çox baxdıq. Kyoto bizi yavaşlatdı. Dostlarla birlikdə sadəcə oturub çay içdiyimiz anlar belə səyahətin ən dəyərli xatirələrindən oldu.Nara azad marallar və uşaq kimi sevinməkNara bir günlük plan idi, amma ürəyimizdə çox yer tutdu. Parkda sərbəst gəzən marallar ilk başda sevimli görünür, sonra qəfil çantana hücum edə bilirlərMarallara yem verərkən:biri arxadan gəlir,biri əlindən biskviti çəkir,biri də sənə baş əyir.Həm gülürsən, həm təəccüblənirsən. Nara safdır, səmimidir, uşaq kimidir.15 günün sonundaBu səyahət sadəcə Tokyo, Kyoto, Nara görmək deyildi.Bu:dostlarla paylaşılmış səhər qəhvələri,yorğun ayaqlarla gülmək,itən küçələrdə tapılan xatirələr idi.Yaponiya bizə göstərdi ki, fərqlilik qorxulu deyil, əksinə ilhamvericidir. Və ən gözəli bu 15 gün bitdi, amma danışacaqlarımız hələ çoxdur.Bir gün yenə qayıdarıq. Bəlkə başqa şəhərlərə.Amma eyni dostlarla. Eyni həyəcanla

2 dəfə oxunub

14 günlük kiçik Asiya turu

14 günlük kiçik Asiya turu Hissə 1 : ÇİN Deməli noyabrın ortası ani qərarla çoxdan arzusunda olduğum bir neçə ölkəyə səfər etməyi qərara aldım. Uçuşa iki gün qalmış bütün biletlərimi aldım və qalacağım yerləri bron etdim. Çinə getməzdən öncə Powerbankınızın (3 CCC) olduğundan əmin olun. Həmçinin ölkədə rahat ödənişlər üçün Alipay tətbiqini yükləyin . Youtubedə kratı tətbiqdə necə qeydiyyatdan keçirmək lazım izah edən videolar var. Alipay tətbiqi daxilindəki DİDİ taxi vasitəsi ilə ucuz taksi sifariş etmək olar. Çində bir çox tətbiq ( Wp , Facebook , İnsta , Tiktok , X , Google , Youtube) işləmir. Əgər isti-isti paylaşımlar etmək istəyirsinizsə gəzdiyiniz yerlərdən gərək esim alaaız getmədən . Seçimlər müxtəlifdir. Mən neçə ildir Mobimatter işlədirəm. Çox da razıyam. Wi-fi olan məkanlarda isə ( LetsVPN ) adlı tətbiqi işlədə bilərsiz. Ən normal işləyən vpn o idi. + adapter başlığı bizimkindən deyil , fərqlidir nəzərinizdə olsun Keçək uçuşa və yola : Bakı - Pekin reysi 6 saat yarım - 7 saat çəkir . İki dəfə yemək və qəşəng kinolara baxaraq çatırsınız mənzil başına. Çatanda online skan esirsiz pasportu , daha sonra arrival cart doldurursuz kağız verirlər. Daha sonra pasport yoxlanışından keçirsiz. Və budur , xoş gəldiniz pandaların və əjdahaların ölkəsinə .( Azaldan bileti iki gün qalmış 450 manata almışam , 23 kilo baqaj hər bir biletdə olur )Pekin Beynəlxalq hava limanından qalacağım hostelə 40 km yol idi. DİDİ ilə taksi sifariş etdim. 30 azn ödədim. Pekində 4 gün qaldığım hostelə 120 azn ödədim. Otaq 1 nəfərlik idi. Metroya yaxın idi. Jaeomen West staniyası yanında. Dəhşət super deyildi amma işçiləri çox mehriban idi. Hər nə lazım kömək etdilər. Pekində ilk gün Yasaq şəhər və ətrafını gəzdim. Bütün əraziyə giriş cəmi 4-5 manat idi. Bileti öncədən alsanız məsləhətdir. Bunun üçün Wechat tətbiqi var . Ümumən bütün muzey biletlərini bu tətbiqlə ala bilərsiz. Növbəti gün Çin səddi turuna qatıldım. 25 dollar ödədim . Getyourguide’dən almışdım turu. Tur ümumi 8-9 saat çəkir. Ona görə özünüzlə atışdırmalıq və içməyə nəsə götürməyiniz məsləhətdir. + Səddə qalxanda piyada yox kanatla qalxsanız bir tərəf 20-30 azndır. Səddi gəzəndə bir azərbaycanlı cütlük də görüb çox sevindim. Yerlilərimizi harda görsəm xaricdə səbəbsiz xoşbəxt oluram. Vacib qeyd : Çində əhalinin əksər hissəsi ingiliscə bilmir. Hətta turistik yerlərdə tərcümə aparatı ilə işləyirlər. Hazırlıqlı olun Google lens yükləyin. Səfərin növbəti gümlərində Pekində Zoo parkı , Cənnət məbədi və parkını , Milli Qalereyanı , Tianamen meydanını gəzdim. Zoo park nəhəngdir və kenquru , qütb ayısı , fil , kərgədan və ən əsası Çinin fəxri olan PANDALAR var ! Nəhəng akvariuma da girə bilərsiz . Xüsusən meduzalar adamı valeh edir. Zoo parka giriş 4 manat , akvariuma ayrıca 40 manatdır. Tələbələrə qeyd : Tələbə biletinizi özünüzlə götürün . Muzey və Zoo park kimi yerlərdə endirim edirlər. Nə başınızı ağrıdım 4 gün Pekində yaxşıca gəzəndən sonra Pekin Daxing hava limanından uçdum Xi’an şəhərinə. (100 manata almışdım bileti Trip.com’dan ) Bura 1 gün bəs edir məncə . Əsas görüləsi yer Terrakotta əsgərləri olan yerdir. Ümumi taksi ilə həmin muzeyə 25 manata getdim Xi’an mərkəzdən. Qayıdanda 12 manata avtobuslarla yenə mərkəzə qayıtdım. Terrakotta əsgərlər olan əraziyə giriş 25 manat idi səhv etmirəmsə. Mən bələdçi götürdüm əlavə . Çox peşman oldum. 50 mamat ödədim və çox quru danışırdı. 2 saat danışmalı idi , 1 saat çəkmədi heç. Daha sonra Xi’an mərkəzindəki göz qamaşdıran Zəng qülləsini ziyarət etdim. Bilet 7 azn. Dəyərmi ? Bilmirəm amma çox xoşuma gəldi mənim.Daha sonra Vəhşi qazlar paqodasına üz tutdum. Əraziyə giriş 3 manat , paqodaya qalxmaq isə 20 manat. Əraziyə girdim amma qalxmadım paqodaya Vacib qeyd : Xi’ana bileti həsər çatan vaxta alın. Gecə çatanda nə metro nə , avtobus , taksi belə tapılmır. Yemək məsələsi : Çin mətbəxi olduqca fərqlidir. Yerli yeməklər ağız dadınıza uyğun deyilsə və ya halal qidaya çox önəm verirsinizsə sizə çətin gələ bilər bu məsələ. Ancaq fastfood restoranları hər yerdədir. Mən şəxsən çox az yerli yemək yedim. Ancaq fastfoodla yola verdim yemək məsləsini. Oxuduğunuz üçün təşəkkürlər Növbəti paylaşımlar Malayziya və Sinqapur haqqında olacaq.

36 dəfə oxunub

Thailanda 12 Günlük Tətil Səfərim

17 Noyabr 2025 tarixində Thailanda 12 günlük tətil səfərimdən yazıram bəlkə getmək istəyənlər üçün faydası ola.Vizanı 4-5 gün ərzində onlayn thaievisa.go.th saytından təxminən 43 dollara aldım. İşdən vaxtım olmadığı üçün elə də ətraflı araşdırma etmədim, sadəcə əsas məqsədim öncə Phuketə gedib, bir neçə gün orda qalıb, sonra Phi-Phi, Krabi, Koh Samui və s. digər xırda adalara getmək idi. Oteli Phuketin ən turistik yerindən birində - Patongun mərkəzində tutdum. Phuketə gəldiyim gündən hər gün demək olar ki, dayanmadan yağış yağdı (həmin vaxtı Thailandın cənubundakı bir çox bölgələrədə olduğu kimi) və bu səbəbdən planladığım heç bir ada turlarına gedə bilmədim. Phuketdə 4 gün qalıb ümidlə gözlədim amma. Həmin 4 gün ərzində sadəcə qiymətləndirmək üçün plajlarına, şəhərin bir neçə turistik yerlərinə getdim, gecə həyatına nəzərdən keçirdim. Diqqətimi çəkən, şəhərdə Muai-Thai döyüşlərinin genişi promosunun aparılması idi. Döyüşə biletlər təxminən 1500baht (80 manat) idi.Ümumilikdə, şəxsən mənim Phuket heç xoşuma gəlmədi. Bura gələnlər üçün ən yaxşısı elə növbəti gündə ada turları götürüb getməkdi. Ada turlarının ən məşhur paketlərindən biri "Phi-Phi, Khai, Bamboo island, Maya Bay"-dir. Bundan başqa "James Bond" adası və "Similan" adası məşhur. Similan ən yaxşısıdır, amma Phuketdə çox uzaqdır (gəmi ilə 3 saat dedilər).Broşurlarda qiymət 3900baht (təxminən 200 manat) göstərilsə də, adətən 2500bahta qədər endirim edirlər. Phuketdə qiymətlər Thailandın digər yerləri ilə müqayisədə ümumilikdə bahadı.4 gün yağışlı havada qaldıqdan sonra spontan olaraq, günəşin bol olduğu Thailandın başqa bölgəsini google'də axtardım və şimaldakı Chiang Mai'ı tapdım.Chiang Mai əsasən dağlarla əhatə olunmuş, mənzərəli, spiritual, peaceful şəhər təəssüratı yaratdı məndə. Burda fillərin olduğu sığınacaqlara turlar məşhurdur. 5-6 saatlıq (half-day) belə turların broşurlardakı qiyməti təxminən 1700bahtdır (90 manat). Amma burda Phuketdəki qədər çox endirim etmirlər, maksimum 100-200baht düşürlər. Mən də 1500bahta belə bir tur götürdüm. Chiang Maidan təxminən 1.5 saatlıq məsafədə yerləşir və çox bəyəndim. Ümumilikdə, Chiang Maia gedib qalmağa yer seçəcəksinizsə, ən məşhuru Nimmanheim (daha modern və nisbətən bahalı otellər) və Old City'dir (daha tarixi, məbədlər, daha ucuz qiymətə nisbətən köhnə otellər). Piyada gəzməyi sevdiyim üçün oteli Old City'də seçdim, sonra sadəcə görmək üçün Nimmanheim'a getdim. Qərar olaraq kəsinliklə Old City-də qalmağı tövsiyə edirəm.Old City'də həmiçinin hər həftənin bazar günləri Sunday Walking Street deyilən Night Market keçirilir. Bu indiyə qədər gördüyüm ən böyük və ən "crowded" night market'di. Amma çox maraqldı. Ümumilikdə, burda 3 gün qaldım və bəyəndim.Yenə spontan olaraq Chiang Maidan birbaşa Pattayaya bilet aldım. Planım burda da 4 gün qalmaq idi. Qəribədir ki, mərkəzdə otel tapmaqda çətinlik çəkdim biraz, qiymətlər də bahalanmışdı. Sonra öyrəndim ki, 28-29 noyabrda, Pattayada Beynəlxalq Atəşfəşanlıq festivalı keçirilir və bu səbəbdən Pattaya Beach yaxınlığındakı (3km.dan az məsafədə) bütün otellər 28-29-u tarixlərində tam dolu idi.Pattayanın gecə həyatı başqa leveldi Thailandın heç bir bölgəsi (hətta Bangkok belə) rəqabət belə apara bilməz. Amma mənim burda ən çox bəyəndiyim geniş Pattaya plajı və ətrafındakı saysız-hesabsız restoranlar, barlardı. Plajda dincəlib istədiyin vaxt sadəcə yolu digər tərəfə keçib yemək yeyib təkrar qayıda bilərsən plaja. Plajda şezlonqlar ödənişlidi (günlük 100baht). Məhz elə Fireworks festival'ı da bu plajda keçirildi. Çox xoşuma gəldi bu festival. Hər il burda keçirilir səhv etmirəmsə, yenə getməyə dəyər.Sonuncu gündə isə North Pattaya Bus Terminal'dan (Rong Reaung) Bangkoka (Ekkamai stansiyası) avtobusla bilet alıb (150baht) getdim. Avtobus təxminən 2 saata gedir. Bangkokda daha əvvəl olduğum üçün heç yerə getmədim, sadəcə dönüş uçuşuma qədər qalıb dincəldim. Ümumiyyətlə, Bangkoku bəyənmirəm, və yəqin ki, heç vaxt tətilimi orda sərf etmərəm P.S. yazdıqlarım subyektiv fikrimdi, ola bilsin, kimlərinsə qeyd olunan yerlərdə öz zövqünə uyğun daha fərqli təəssüratları olub.P.P.S. olduğum bəzi yerlərdən şəkilləri də əyani vasitə kimi əlavə etmişəm. Bundan başqa əgər kiməsə əlavə məlumat lazım olsa, şəxsi mesaj bölməsinə yazar, comment'lərə baxa bilməyəcəm böyük ehtimalla.Paylaşan: Intiqam Qurbanov

28 dəfə oxunub

Frankfurt-Rothenburg- Ulm-Füßen-München-Heidelberg

Frankfurt-Rothenburg- Ulm-Füßen-München-Heidelberg . Artiq qış yaxınlaşır və düşünərəm ki, bir çoxlari Milad bayramini harada keçirməyi planlaşdırır. Mən isə size ötən ilki Almaniya səfərimdən danişmaq istədim. Bütün Almaniya daxılindəki səfərləri rent götürdüyüm avtomobillə etdim. O vaxt fransiz vizam var idi və mən İstanbul üzərindənFrankfurt-a uçdum.Təyyərə Frankfurta enən kimi ilk defe gördüm ki, aşagıda- ela trapin yanında çoxlu polis dayanib. Onlar pasportlari yoxlayirdılar və suallar verirdilər. . Biz hələ pasport nəzarətinə bele çatmamisdiq.Pasport kontrolda ise suallar daha da çox idi:) Frankfurt məni sərin hava ila qarşıladı. Şəhərin özü mənə çox xoş gəldi, baxmayaraq ki, bir çoxlari onun çırklı və təhlükəli olduğunu deyib. Xüsusilə Palmengarten- botanika bağı məni valeh etdi. Giriş pulludur, 9 avro idi. Uzun müddətdir bu qədər gözəl bir yerdə olmamişdım. Bir də mənə Mon Amie Maxi adlı restorani çox xoşuma gəldi- dadkı yeməklər va tam Avropa abu-havasi. Axşam Altstadt - a gəzintiyə çixdim. Hər yer işıqlar, qirlyandalar, darçin va şirniyyət qoxusu...İlk dafe glühwein- isti şərəb dadına baxdim hər yerdə orda var idi. Abu hava nagil kimi idi: çoxlu insan, musiqi və müxtəlif fast food kösklar. Sonra yolum Rothenburg şəhərə duşdü - inanilmaz dərəcədə gözəl kiçik bir yer idi.Insanlar isə çox mehriban və səmimi idilər. Almanlar özləri yaxınlaşıb soruşdular ki, haradansan.Men "Azərbaycandan" deyəndə , təəcüblə "Aa, nə yaxşı, biz sənin ölkəni tanıyiriğ - deyiblər. Rothenburg-da mütləq Brot und Zeit kafesində səhər yeməyi etməyinizi tövsiyyə edirəm-oradaki çörək inanilmaz dərəcədə dadlı idi!Qaldığım otelin adı Gotisches Haus idi - bu oteli tövsiyə edirəm. Daxili bir az qorxulu ab-havaya malik idi, elə bil köhnə qorxu filmindəsən Düz şəhərin mərkəzində yerləşir.Oradan Ulm şəhərinə getdim - bu da çox sakit va kiçik bir yerdir. Ən məşhur yeri isə Ulm Kafedrali (Ulm Münster) sayilir. Bu, dunyanın ən hündür kilsesidir - 161 metrdir!Mütləq ziyərət etməyə dəyər - içərisi çox təsir edicidir, və yuxari qalxsan, şəhərə möhtəm manzərə açilir. Sonra yolun üstündə Füssen şəhərinə gəldim. Bu, çox kiçik bir yerdir ve mənə elə gəldi ki, orada əsasən yaşlı insanlar yaşayır. Amma şəhərin özü çox səliqəli və təmiz idi- sadacə, əvəllki şəhərıər kimi bəzədilməmişdi. Buradan sonra çoxdan arzum olan bir şeyi realaşdırmağa getdim - Neuschwanstein qalasını ziyərət etməyə . Giriş bileti 21 avrodur. Qalaya avtobusla da qalxmaq olar, amma mən size piyada qalxmağı məsləhət görürəm. Yol boyunca kiçik çaylar, və meşə var — elə bil nağildasan. Girişdə qulaqciqlar verilir və qalanı gəzərkən ingilis dilində audio-bələdçını dinliyirsən. Taassüf ki, içərdə şəkil çəkməyə icazə verilmir. Amma eyvandan açilan mənzərə o qedər gözəl idi ki, yalniz onu çəkə bildim. Daha sonra road trip-im məni Münhene apardı. Şəhər mani ilk andan valeh etdi —mərkəzdə çox gəzirdim. Munhenda sizə mütləq HofbräuhausMünchen restoranına getməyə məsləhət görürəm. Uzun, böyük masalar və hami eyni masada oturur, çox maraqli atmosfer yaranır. Keçmışdə bu məkənda Hitler öz toplantılarını keçirirdi, buna göra də yer kult sayilir. Məni an çoxtəəccüblənfirən yerEnglish Garten oldu - inanıkmaz dərəcədə temiz və gözəl bir park.Və mən şoka düşdüm ki, bu soyuğda, oradaki çayin axarlnda insanlar surfingnən məşğul idilər. Bir də mütləq Bayerische Staatskanzlei tərəfə getməyi məsləhət görürəm. Həmçinin DeutschesMuseum getməyə məsləhət görürəm. Giriş bileti 15 avrodur.Məhz bu muzeya səhər tezdən getmək lazımdı çünki tez baglanir va hər yeri rahat gəzib görmək vaxtınız olsun. Əgər siz kosmos, teyyarelernən maraqlanırsınızsa , o zaman bu yer size 100% marağlı ğələcək. Daha sonra Nürnberqda oldum orada da har yer çox gözal bazadilmisdi,amma deye bilmarem ki, sahar manda xüsusi bir teessürat buraxdi.Sonra yolum Heidelberqe düşdü. İndi artiq əminliklə deyə bilərəm ki, Münhen və Heidelberq Almaniyada ən sevdiyim yerlərdir. Heidelberq tamam başqa bir dünyadır — elə bil nağıldasan. Şəhər çox gözədir və elə bir enerjisi var ki, adam ordan getmək istəmir. Elə əvvəlcədən qaldığım oteli məsləhət görmək istəyirəm — orasi sözün əsl mənasında sehrli bir yer idi. Adi House of Hutter. Restoranlardan sizə Chambao ve Chambini-ni mütləq məsıəhət görürəm-orada müxtəlif yeməklərdən ibarət çox maraqlı bir set təqdım olunur. Həmçinin Heidelberq qalasini da ziyərət etməyi unutmayin - çox gözəldir. Frankfurta qayidarkən yolda xəritədə maraqli bir yer gördüm - Frankenstein qalasi.Bilmirəm , doğrudammı bu, "o maşhur Frankenstein qalasidir", amma adi elədir. Düzünü desəm, içərisi qorxuludur. Giriş pulsuz. Və beləcə, mənim səfərim başa çatdi. Almaniya mənim ən sevdiyim ölkələrdən biridir- həm atmosferine, həm memarlığına, həm də ordü yaşayan insanlarına görə.

107 dəfə oxunub

İtaliya Səfərimiz: Roma – Milan – Como – Florensiya

İtaliya Səfərimiz: Roma – Milan – Como – Florensiya Salam, əziz gəzəyən dostlarımız! Uşaqla səyahət edən ailələrə bir az ürək dirək vermək üçün bu paylaşımı edirəm — yəni hələ də hər şey çox gözəldir! 10 günlük İtaliya macəramızda 3 şəhər gəzdik və hər biri öz nağıl kimi gözəlliyi ilə bizi valeh etdi Roma — sadəcə möhtəşəm! Sanki nağıllar aləmindəsən… şəhər başdan-ayağa tarixi abidələrlə doludur.Qiymətlər bir az yüksək olsa da, hər büdcəyə uyğun yeməklər tapmaq mümkündür. Marketlərdə də hər şey var.Biz uşaqla səyahət etdiyimiz üçün ev kirayələdik (Termini stansiyasının yaxınlığında) və heç bir qorxulu vəziyyətlə qarşılaşmadıq 4 günümüzü Romaya ayırdıq — tam da yetərli oldu Roma → MilanOmio proqramı ilə qatar bileti aldıq, yol təxminən 3 saat çəkdi və çox rahat keçdi. Milan2 gün ərzində şəhəri gəzib, sonra Como gölünə günlük səyahət etdik.Diqqət edin — növbələr çox uzun olur!Biz Bellagio və Varenna-ya getmək istəsək də, gəmilər dolu idi, ona görə Nesso istiqamətini seçdik və… sanki nağıla düşdük!Como mütləq görülməli yerdir! Növbəti dayanacağımız: FlorensiyaMilandan Florensiyaya yollanaraq səfərimizi tamamladıq.Bu marşrutla getsəniz həm yorulmayacaqsınız, həm də İtaliyanın ən gözəl yerlərini görə biləcəksiniz

98 dəfə oxunub

3 Ölkə Sərhəddi Keçilən Beynəlxalq Marafon

Bu dəfəki səfərimizin əsas məqsədi xüsusi marşrut xətti ilə seçilən, qaçaraq 3 ölkə sərhəddi keçilən beynəlxalq marafon idi. 12 oktyabrda baş tutan bu marafon Almaniyada başlayıb, İsveçrədə (42 km) və Avstriyada (21 km) sonlandırdı. Beynəlxalq Atletika Federasiyası reytinqində bu marafon xətti "bronze label" kateqoriyasındadır. 42 km (F) və 21 km-lik (H) marafon üzrə üzrə 10K-dan çox, hər yaş kateqoriyasından iştirakçı vardı. Almaniyanın Lindau şəhərində başlayıb, Avstriyanın Bregenzindən keçən və əsasən İsveçrənin St.Margreten şəhərciyində sonlanan bu tədbir yüksək səviyyədə təşkil olunmuşdu. İştirakçıların bir-birinə olan hörməti, göstərdiyi mədəniyyət və ünsiyyət təqdirəlaiq idi. Sıra ilə verilmiş keçid bloklarında insanların o qaydaya əməl etməsi ürəkaçandır biz tərəfdən baxdığımız zaman. Marşrut xətti boyu dəstək olan insanların üzündəki pozitivlik, onların bu tədbirə zaman ayırmaları, əlində "tap button" () pankartlar hazırlayanlar və ümumilikdə, əhalinin verdiyi bu motivasiya çox sevindirici və güclü motivasiya idi. Müəyyən məsafələrdən bir ənənəvi olaraq verilən qida (banan, enerji barları, gellər) və maye (su, iso, enerji içkiləri) ehtiyacı çox yaxşı təşkil olunmuşdu. Marafon öncəsi 2 dəfə hazırlıq qaçışı etdik Münxendə, xüsusilə İngilis bağı parkında. Təbiətlə zəngin bu parkın ucu bucağı yoxdur, sanki Nyu Yorkdakı Central Parkı idi. Aktiviti üçün o qədər ideal yerdir. Qaçmaq üçün analoqu olmayan bir atmosfer var. Amma bütün bunlardan əlavə bir sport mağazakı var, onu xüsusilə vurğulamaq və qətiyyətlə tövsiyyə edərdim - Top4running, nə zamansa yolunuz düşsə, düşünmədən baş çəkin, qəşəng endirim də edirlər, elə bir elit qaçış ayaqqabısı qalmadı ki, biz onu yoxlamayaq. Mağaza sahibi sağolsun bizə bu zövqü daddırdı ki, üst seqment nəqədər ayaqqabı varsa, hamısını try edək Əlbəttəki, Münxenə gəlibdə əvəzsiz bavariya pivəsindən dadmasaqda olmazdı. Əsl enerji barı elə HB (Hofbrauhaus) pivəsi və grilled pork Xərclər (5 gün üçün):Marafon bileti: 120 aznTəyyarə xərcləri (gediş-gəliş): 170-200 azn Qonaqlama: 400 azn (burada ev, hostel, hotel qarışıq, Lindaudakı evi xüsusilə vurğulamaq istəyirəm, möhtəşəm)Daxili nəqliyyat: 150-200 aznQaçış ayaqqabısı: ? Növbəti marafonda görüşənədək - Stockholm yoxsa Amsterdam marafonu? Bəs siz hansı beynəlxalq marafonda iştirak etmisiz?Strava account: https://strava.app.link/HPntrZIaDXbPaylaşan: Royal Aliye

85 dəfə oxunub

Tokyo, Kyoto, Osaka və Nara

Sizə bu yaxınlarda Tokyodan başlayıb, Kyoto, Osaka və sonunda marallar şəhəri sayılan Narada yekunlaşan səyahətimdən danışımİlk öncə onu qeyd edim ki, Yaponiya elə bir ölkədir ki, oradan qayıdanda sanki başqa planetdən gəlmiş kimi hiss edirsən özünüƏn çox ziyarət edilən 4 şəhər var: Tokyo, Kyoto, Osaka və Nara. Mən hər birinə təxminən 4-5 gün ayırmışdım (Nara isə qatarla cəmi 1 günlük səfər üçün idealdır). Sizə də məsləhətim: Yaponiyaya gedəcəksinizsə, minimum 2 həftə vaxt ayırın.Ən vacib məqamlar:1. VizaAzərbaycan vətəndaşları üçün Yaponiya vizası ödənişsiz və çox sadədir. İndiyə qədər aldığım ən rahat viza oldu. Sadəcə rəsmi saytda yerləşdirilən bir neçə standart sənəd və iki viza sorğusu doldurmaq kifayətdir. Hətda aylıq gəliriniz 2000 manatdan yuxarıdırsa, yalnız iş yerindən arayış təqdim etmək kifayətdir – bank çıxarışına belə ehtiyac qalmır.2. Təyyarə biletləriOrtalama olaraq bir nəfər üçün gediş-gəliş biletləri 1000-1500 manat arası dəyişir. Mən Azalın Bakı–Pekin, oradan isə ANA hava yolu ilə Pekin–Tokyo marşrutu seçdim və ümumilikdə 950 manata başa gəldi.3. QidalanmaYapon mətbəxi çox zəngin və müxtəlifdir. Gözləntilərimin əksinə olaraq, yeməklər bizim ağız dadımıza çox yaxındır. Restoranlarda 2 nəfər üçün orta hesab 30–50 manat arası olurdu4. NəqliyyatMetro — şəhərdaxili hərəkət üçün ən ideal vasitədir. Dəqiqliyi saniyə ilə ölçülür. Apple istifadəçiləri üçün isə əlavə rahatlıq var: Wallet-ə “Suica” adlı metro kartını əlavə edib, sadəcə telefonla ödəniş edə bilirsiniz. Yəni əlavə metro kartı almaqa ehtiyac olmur. Bir gediş 2 manatdan başlayır5. Səfər tarixiYaponiyada ən məşhur mövsüm Sakura dövrüdür, amma mən sentyabr ayını daha çox bəyəndim. Bu dövrdə təbiət qızılı tonlara bürünür. Yay ayları isə yağışlı və rütubətli olur6. BüdcəOrta hesabla 1 nəfər üçün (təyyarə, viza, qidalanma, otel və fəaliyyətlər daxil olmaqla) 2000–2500 ₼ kifayət edir. Təbii ki, bu rəqəm komfort və seçimlərə görə dəyişə bilərBir söznən hər kəsə xoş və yadda qalan səyat arzulayıramhttps://www.instagram.com/asad_zeynalov...Paylaşan: Zeynalov Asad 

102 dəfə oxunub

Dünyada ruh şəhər tək Çernobıl deyilmiş

Dünyada ruh şəhər tək Çernobıl deyilmiş.Yaxın oturun, son səfərimdən 1-2 kəlmə yazım. Dəvət əsasında oktyabrın 8-11-i arasında tanınmamış (daha doğrusu yalnız Türkiyə tərəfindən tanınmış) Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) səfər etdim. Həmişə təyyarəyə minib ekonom sinfə keçəndə biznes klassda oturanların mənə ürək ağrıdıcı baxışlarını görüb, mən də bir gün burda oturacam deyə özümə təsəlli verirdim. Nəhayət o gün gəlib çıxdı, AZAL Miles-da olan Elite statusumdan istifadə edib ekonom sinif biletimi pulsuz biznes klasa dəyişdim. Bu dəyişiklə hava limanı içərisində yerişim, biznes lançda oturuşum da dəyişdiSəfər haqqında yazmaq fikrim də dəyişməmiş keçək səfərə. Səfər proqramında Lefkoşa şəhərini gəzmək və 3 gecə Girne şəhərində gecələmək vardı. Onu deyim ki, Girne şəhəri Lefkoşaya nisbətən daha canlı, daha rəngarəngdir. Adada hərəkət sol istiqamətində olduğundan, bir neçə dəfə yol keçəndə qəzaya səbəb olacaqdım)). ŞKTC-ni maraqlı edən əsas xüsusiyyətlər, kazinoların leqal olması, demək olar ki, hər yerdə bitkoinlə ödəniş etmə imkanının olmasıdır. Lakin məni adada özünə çəkən adanın ruh şəhəri olan Varoşa (türk adalılar oranı Kapalı Maraş adlandırır) oldu-zamanın dayandığı şəhər. Bu şəhər 1974-cü ilə qədər adanın Beyrutu, Miamisi adlandırılıb. Şəhər özəl bir ərazi kimi idarə olunub. Şəhərdəki otellərin, şirkətlərin, dükanların və digər obyektlərin demək olar ki hamısı yunanlar tərəfindən idarə olunub. 1974-cü ilin məlum hadisələrindən sonra türk əsgəri adaya çıxdıqda yunanlar şəhəri boşaldaraq cənuba doğru gediblər. Türklərin bu şəhərə girməsi beynəlxalq siyasətdə müəyyən etirazlara səbəb olduğu üçün şəhər o vaxtdan mülki insanların girişinə bağlanıb. O vaxtdan bəri heç bir mülkə toxunulmayıb və bu vəziyyət 46 il davam edib. 2020-ci ildə şəhərin bəzi hissələri mülki insanların yalnız seyr etmək məqsədilə girişinə açılıb. Şəhərdəki bütün mülklər yunanlara məxsus olduğu üçün, şəhərdə hər hansı yaşayış, tikinti və s. əməliyyatlara icazə verilmir. Beləcə şəhər 50 ildən çoxdur ki, sakinsiz bir ruh şəhərdir, həm də ruh yaşı Çernobıldan (1986) böyükdür. Şəhərin insanlar üçün açılışının maraqlı tarixçəsi var, istəsəz maraqlana bilərsiz və ya şərhdə istəyinizi bildirsəz izah edərəm. Ümumiyyətlə adanın tarixi haqqında bir çox məqalə oxuduğum üçün, bəzi məqamlar mənə çox maraqlı gəldi. Məncə ömürdə bir dəfə də olsa gedib gəzməyə dəyən yerdir.Paylaşan: Ruslan Huseynov

111 dəfə oxunub

Uzun və Macəralı Meksika

Uzun və macəralı Meksika səyahətim bitdi. Və ölkə haqqında öyrəndiklərimi sizinlə də bölüşmək istəyirəm:Meksikanın rəngli küçələrini; hər küncündə yüksək səsdə musiqi sədaları altında rəqs edən insanlarını; milli mətbəxindən takos, quesadilla, guacamole-nin dadını; salsa, bachata rəqslərini; əfsanəvi (əslində bacarıqsız) siyasətçi Antonio Lopezdən (Santa Anna) tutmuş son dərəcə istedadlı,lakin faciəvi rəssam Frida Kahloya qədər personajlarla dolu tarixini; bütün dünyadan səyahətçilərin görmək üçün gəldiyi Chichen İtzasını; Cancunun, Tulumun yosunlu, mavi sahillərini; axşam çağı gitar ilə ifa olunan ispan mahnılarını; polislər ilə dolu olan rayonlarını həmişəlik xatirəmə həkk etdim..Hə indi isə başdan başlayaq. Meksikaya səyahət etmək üçün ilk öncə təbii ki vizaya müraciət etməlisiniz. Sənədlər şengen vizası ilə bənzərdir, amma məlumat üçün qeyd edirəm:1. İş yerindən arayış2. 3 ay ərzində bank hesabından çıxarış3. Əgər varsa adınıza olan mülklərin sənədi4. Pasportun əsli və rəngli sürəti5. Bir ədəd foto şəkil (3,5x4,5 ağ fonda)6. Lazımı qaydada doldurulmuş blank7. Sərmayə və ya digər bank hesablarından çıxarış (dəstəkləyici sənəd olaraq)8. Viza rüsumu 51$9. Təyyarə və otel bronları.Görüş təyin etməli və sənədləri şəxsən təqdim etməlisiz.Lakin! Vətəndaşlığından asılı olmayaraq, qüvvədə olan çox girişli (mult) Şengen zonası, ABŞ, Kanada, Yaponiya və ya Böyük Britaniya və ya Şimali İrlandiya Birləşmiş Krallığı vizası sahibləri Meksika vizası olmadan da ölkəyə səyahət edə bilər. Elə mənim kimi (mult şengen viza ilə səfər etdim).Daha geniş məlumat üçün embamex.sre.gov.mx saytına daxil ola və ya +994123103533 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.Qeyd etmək istəyirəm ki, konsulluğun əməkdaşları çox mülayim, köməyə hazır və səbrlidirlər (3 dəfə zəng vurub müxtəlif suallarımın hamısına çox səbrlə cavab verdilər).Yol və ölkəyə giriş qaydalarıSəyahətimi Türkiyə üzərindən THY yolları ilə etdim. Gedişdə toplamda 20 saat, qayıdışda isə 25saatlıq bir yolculuq oldu. Yorucudur mu? Təbii ki! Amma buna dəyər!“Türkiyədə təyyarəyə mindirmirlər”- sözlərini siz də eşitmisiz yəgin ki. Amma bizim gözləmə zalında olan hamını buraxdılar.Əsas məsələ Mexiko şəhərinin polis yoxlamasında başlayır. Belə ki, gözlərinə ABŞ-a illeqal yolla keçmək istəyən miqrant kimi dəyən kimsənin gözünün yaşına baxmırlar. Yoxlamadan başqa bir otağa aparılır insanlar, day orada nə baş verir, mən də bilmirəmXoşbəxtlikdən bizim qrupda olan hamını buraxdılar, lakin kiçik problemlər elə biz də yaşadıq.Belə ki əsas fikir verdikləri məsələ:1. Səyahətinizin məqsədi;2. Meksikaya neçənci dəfədir daxil olursuz;3. Geri dönüş biletiniz;4. Qalacağınız otellərin rezervasiyası(3/4 bəndlərinin çox zaman full ödənilməsini tələb edirlər);5. Səyahət planınız.Əgər polisi turist olduğunuza inandıra bilsəz, rahatlıqla ölkəyə daxil olursuz!Lakin qeyd etməliyəm ki, geri qaytarılan insanların sayı çoxdur(bizim gözümüzün qarşısında elə 8-10 nəfər tutuldu). Diqqətli olmağınızı tövsiyyə edirəm. Bir müddət burada qalan, və ölkədə 7 şəhər(Mexico,Cancun,Tulum,Coba, Valladolid,Chichen İtza və Playa del Carmen) görən adam kimi deyə bilərəm ki, medianın biraz şişirdilmiş "Meksika təhlükəsi" stereotipi var. Şəhərdə təmami ilə tək gəzdiyim günlər oldu, və turist olduğum çox aşikar idi, amma heç bir şiddətə məruz qalmadım, şükür. Düzdür, daha turistik şəhərlərdə və məkanlarda idim. Və biraz diqqət edirdim ətrafa və getdiyim yerlərə, saata, buqədər.İndi isə gələk əsas məsələyə, yəni xərclərə. Mənim xərclərim təxminən aşağıda kimi oldu: Bilet. Bakı-Mexico-Bakı (THL ilə 4k AZN, biletimi bəzi səbəblərdən çox gec aldım, amma biraz tez alsaz daha ucuza ala bilərsiz) Otel. Ortalama 4-5 ulduz gecəsi 120$= 204 AZN Taksi. İctimai nəqliyyatdan heç istifadə etmədim. Gününə 400peso= 40AZN ortalama taksi tuturdu. Gündəlik yemək. Gündə 2dəfə əsas yemək yesəz- oteldə səhər yeməyi+ 1 dəfə restoran, 1 nəfər üçün ən top restoran belə max 50-60$ başa gələcək (85-100AZN) Turlar. Turları da haradan sifariş verdiyiniz önəmlidir. Lakin şəhər mərkəzindəki turlar 210(city tour) -1000peso (21-100 AZN) arası dəyişir. Alış veriş. Qiymətlər demək olar ki Bakı ilə eynidir, bəlkə biraz daha ucuz. Mexico-Cancun-Mexico biletləri ortalama 200$ (340AZN)Kiçik xərclər üçün də 500-600 AZN əlavə xərcləyə bilərsiz (market, kofe, dondurma və s.) Muzeylərə giriş biletləri - 200-400 AZN (az və çox ola bilər, neçə muzeyə girəcəyinizdən asılıdır).Ümumiliklə ölkəni çox bəyəndimHamıya həyatında bir dəfə bu Möhtəşəm ölkəni görməyi arzulayıram.Başqa sualınız varsa soruşunBtw səyahət etdiyim ölkələr haqqı uls_valley instagram səhifəsində daha ətraflı yazıram maraqlıdırsa, izləyə bilərsiz.Paylaşan: Ulkar Gurbanova

94 dəfə oxunub

Barselonaya Gələnlər Üçün 10 Əsas Maddə

Barselonaya gələnlər10 əsas maddə:1) Çantanızla çoox ehtiyatlı olun.(xüsusilə metro və mağazalarda) Şəhər təhlükəsiz olsa belə bunun oğurluqla əlaqəsi yoxdur. 2) Şəhərə gəlmək: ▪︎|Azalın yeni reysi ilə gəlirsinizsə Terminal 2-ə eniş edirsiniz və bu o deməkdir ki, 20 dəqiqəyə R adlı yer üstü qatarla şəhərin mərkəzinə gedə bilərsiniz. ( Aeropuerto- Estación Sants) Santsda isə Metro var. və ya Paseo de Graciada enə bilərsiniz. (şəhərin mərkəzidir) Sayt:https://www.aeropuertobarcelona-elprat.com/.../accesos...♡♡Ən uyğun və rahat Bu seçim adi nəqliyyat qiymətinədir. 10 gediş 11,35 olan T- casual kartını almaqla istifadə edə bilərsiniz. ▪︎|Hər iki terminaldan Plaza de Cataluñaya gedən avtobusa da minə bilərsiniz. ( 7 avro) ▪︎|Qeyd: T1-T2 arası avtobus ödənişsizdir. ▪︎|Ən sıxıcı yol isə hər iki Terminaldan şəhərə tərəf gedən yeraltı metrodur. qiyməti 5 avro olmalıdır.3) Gecələmə: Şəhərin hansı hissəsində gecələməniz çox fərq etmir əsas Barselona şəhərinin içində olsun. Nəqliyyat vasitələri əla çalışır. İstənilən yerdən şəhərə 30 dəqiqəyə gələ bilərsiniz. Tam mərkəzdə qalsanız da gəzməli yerlərə 30,40 dəqiqə piyada çata bilirsiniz. 10 gediş 11,35 avro. Məs: Bookingdə ən az 700 şərh üzərindən 8,5 bal alan istənilən bir yer.4)Qidalanma:▪︎| Məşhur yerli kafe zəncirlər : 365 , El Fornet,Buenasmigas, Santagloria. El Fornet və Santagloria daha yaxşıdır. ▪︎|Turistik daha baha, amma gözəl dadlı Brunc kafelər: Billy Brunch, Equilibrium café ( vegeterian) , Kilele, Camelia art cafe▪︎|Maraqlı tarixi Kafe: Granja Petitpo▪︎|Bir şeylər içmək üçün mütləq: El Bosc de los Fades.▪︎|Restoranlar: Honest green ( sağlam qidalanma),Konig Barcelona (əsl ispan - katalan)▪︎|Maraqlı restoran: El Nacional daxilində: La tabería. ▪︎|Paella və milli yemək üçün: Restaurante Arrocería las Arenas, L Arroseria Xativa.▪︎|Axşam musiqili bir yerlər deyirsinizsə: La Taverna de Barcelona. 5) Gəzməli yerlər: 2 gündə gəzə biləcəyiniz xəritə: https://maps.app.goo.gl/zraSYvbi7uknHARB9Əlavə seçimlər: Montjuic; Parqguell; Tibidabo6)Məsləhət gördüyüm xüsusi yerlər:▪︎|Unlimited Barcelona: https://www.unlimitedbarcelona.com/▪︎|Montjuic ərazisində gəzinmək. ▪︎|Tibidaboya Peu de Funiculardan getmək: S2,S1 + Funikulyor + 111 avtobus ( sadəcə 1 gedişə Tibidabodasınız)7) Çimərlik ( Şəhərin mərkəzindən kənar olanlar) Başqa şəhərlərə getmək istəyənlər:▪︎| Renfe uzaq qatarları( rəsmi sayt) https://www.renfe.com/es/es -Bütün şəhərlər▪︎|Rodalies yaxın qatarlar https://rodalies.gencat.cat/es/horaris/index.html( Sants stansiyada satış) Sitges; Tarragona; Girona və s.▪︎|Alsa avtobus( rəsmi sayt)https://www.alsa.es/▪︎|Bla Bla car ( proqram)9) Barselonanın əhalisi 1 milyon amma illik turist qəbulu 8 milyondur. Odur ki, küçədə ispan görməniz ehtimaı çox azdır. Yerli əhali katalandır.10) Yayda gəlirsinizsə istin nəzərə alaraq günortanı qapalı yerdə keçirin. Mümkünsə yayda gəlməyin) Başqa fəsillər idealdır.))#Barselona #Barcelona #ispanya #İspaniya— Barselona, İspanya'da.Paylaşan: Aysu Española

126 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!