Qırğızıstan gördüyüm ən özünəməxsus ölkələrdəndir deyə bilərəm.
Orta Asiya ölkələrini bəlkə də mən çox sevirəm, bilmirəm. Amma zövq alıram buralara səyahətdən.
İlk olaraq deyim ki, artıq Bakı-Bişkek reysi açılıb.
Amma mən Bakı-Daşkənd reysi ilə, Özbəkistan hava yolları ilə gəldim. Bilet Azaldan biraz daha ucuzdur, amma get-gəl 400$ etdi.
Sonra Daşkənddən maşın götürüb kiçik qrup ilə səyahətə başladıq. (Özbəkistanı artıq 2 il qabaq çox gözəl gəzdiyim üçün bu dəfə az qaldım)
Özbəkistanın cənubunda yerləşən Andican şəhərinə getdik, ordan da Qırğızıstanın Oş şəhərinə keçdik. Quru sərhədi keçmək hardasa 3,5 saat çəkdi. Amma rahat, incitmədən keçirtdilər (quru sərhəddə ən çox Özbəkistan saxlayır). Qırğızlar Azərbaycandan olduğumu görüb, elə pasport yoxlamasında çox xoş qarşıladılar məni, 10-15 dəq söhbət elədik, keçdim.
Əsas məsələ isə Oş-Bişkek yolunda başladı. Yol möhtəşəmdir. 700km-dən biraz uzun olan yol, bütünlüklə perevaldır demək olar ki, ona görə də biz toplam 14 saata getdik bu yolu. Yolda Chickan kendində bir qonaq evində qaldıq, və səhər möhtəşəm dağ və çay mənzərəsinə oyandıq.
Sonra yola düşdük və yolda çoxlu sayda quraşdırılmış yurtalar gördük. Birində dayandıq və yüklədiyim videodaki o şirin nənə və nəvələri ilə tanış olduq.