1065 dəfə oxunub

Latın Amerikasının rəngarəng ölkəsi - Ekvador bələdçisi

Ekvadordakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz. Salam, gəzəyənlər!
Uzun müddət sonra səyahət macəralarımla sizinləyəm.
Sizə bu 29 ildə etdiyim ən çılğın və ən zövqverici səyahətimdən bəhs etmək istəyirəm. 4 ilə yaxındır Avropa yaşayır və demək olar ki, Avropanın hər ölkə və şəhərinə səyahət etmişəm. Lakin bir gecə saat 03:26-da yuxudan oyanıb Ekvadora bilet alaraq əsl səyahətçi həzzini almağa qərar verdim.
Biletimi KLM Royal-dan aldım, təyyarə luks amma çox baha başa gəldi. (Hər qəpiyinə dəyərdi, 21 saatlıq uçuş necə keçdi bilmədim- Krakov-Amsterdam-Quito)
Mənim Polşa residence kartım var, amma Ekvador Azərbaycanlılara onsuz da vizasıdır.
Gələk, səyahətimin ilk hissəsinə. Bildiyiniz kimi, Ekvador tək bir xanımın təkbaşına getməsi üçün elə də “safe” ölkə deyil. Ən azından hamı mənə belə deyirdi. Şəhərə ayaq atdığım andan xüsusi bələdçi və turlar ayarlamışdım özümə. Mən artıq ölkəyə düşəndə şəxsi maşınım, nömrəm, hotellərim və turlarım çoxdan hazır idi. Ona görə heç bir problem yaşamadım.
Bir aya yaxın qaldığım bu tətildə paytaxt Quito olmaqla, bir neçə başqa şəhərdə də oldum. Gəzdiyim yerlərin siyahısı:
- Cotopaxi Vulcan
- Quilotoa Lake
- Amazon rainforest
- Mindo Cloud Forest
- Otawalo Market
- Cuenca
- Paytaxt Quitonun hər künc bucağı (muzey, küçə, kilsə, ayin, festival, expatlarla görüş və daha nələr nələr)
- Milyon restoran və mağazalar
Bu səyahətimdə həqiqətən özümü ilk dəfə gerçək səyyah adlandıra bildim. Məsələ budur ki, ispan dilini bilmədən çox rahat peoblemlərimi həll edə bildim.

Pul vahidi Amerikan dolları idi, lakin ölkədə hər şey çox ucuz idi.

Əhali çox səmimi və mehriban idi.

Heç nəyim oğurlanmadı, heç kim mənə artıq-əskik hərəkət etmədi.

Təbiəti möhtəşəm idi.

Meyvə və mətbəxləri həddən artıq dadlı idi.

Ölkədə ən uzun mən idim deyə bilərəm
Əgər postum maraqlı olarsa, ikinci hissəni də paylaşaram. Daha çox paytaxt və muzeylərlə bağlı.
Ekvadordan qayıtdıqdan sonra özümə dedim ki, sən demə bu günə qədər heç səyahət etməmişmişəm.

Ekvador? Ekvador da yerdi ki? Dediyinizi duyar kimiyəm.
Çünki, mən bura getməyə qərar verəndə çox anormal şəkildə bu tərz təəccüblərlə qarşılaşırdım.
Getmədən əvvəl internetdə ölkə haqqında hər şeyi maraqlanmışdım, Azərbaycan və Ekvadorun müqayisəsini belə etdirmişdim. Sosial durum, yaşam statistikası, işsizlik və s hamısı Azərbaycanla aşağı yuxarı eyni göstəricilərdə idi. İstəyən olsa, saytı yerləşdirərəm, istədiyi ölkə ilə müqayisəyə baxa bilər.
Daha sonra bu qrupda axtarış etdim, ümumiyyətlə qrupdan Ekvadora gedən var mı deyə. 2019cu ildə Səbinə adlı xanım, 2021-ci ildə də Anar adlı bəy səyahət edibmiş. Lakin o məlumatlar da mənə istəyim informasiyaları vermirdi. Başladım Ekvador expat qruplarını araşdırmağa… (ən gözəl üsuldu)
Yollandım, çox həyəcanla Ekvadorun paytaxtı gözəl Kitoya… Qeyd edim ki, mütləq yanınıza cash dollar götürün, ölkə dediyim kimi bizə bənzəyir, kartla ödənişə pis baxılır və bəzi yerlərdə heç kart keçmir.
Kitoda gəziləcək yerlər:
- Iglesia de La Compañía
- El parque La Floresta for street food
- La Mariscal neighborhood for nightlife
- The Ciudad Mitad del Mundo/Middle of the World
- Virgen Monument and the Panecillo hill
- The Basilica
- The TeleferiQo and Volcano Pichincha
- Plaza Grande and Palacio de Carondelet
- La Mariscal or Gringolandia
Qeyd edim ki, dünyanın mərkəzi “Middle of the World City” burada yerləşir. Elə təkcə buranı ziyarət şərəfi Ekvadora getməyə səbəbdir. Burada 11-dən çox balaca adadan ibarət olan Galapaqos adaları yerləşir ki, dünyaya dəyər. (Mən növbəti dəfə gedəcəm, vaxtım çatmadı).
Rəsmi dil ispan olsa da, indigenous dili də işlədilir. Əhali ingiliscə danışmır. Yerli əhali qarışıqdır, əhalinin çoxu indigenouslardır. Boyca balaca, və kasıb xalqdır. Fərqli insan görəndə maraqla baxırlar, şəkil çəkdirmək və hətta qucaqlayıb öpmək istəyirlər (bəli, hamısı başıma gəldi).
Hər kəsə bir məsləhətim var ki, heç zaman gedib-görmədən ölkə haqqında rəy bildirən insanlara məhəl qoymayın. Heç vaxt öz səyahətlərimi paylaşmıram, amma insanların qulaqdan dolma mifini dağıtmaq üçün Ekvador haqqında paylaşma qərarı aldım. Çoxu Avropa olmaqla 32 ölkə, 78+ şəhər sığdıracaq qədər bir ömür yaşamışam, Azərbaycanda həftəsonlarl boş zamanımı doldurmaq üçün tur bələdçisi olaraq bütün ölkəmizin bütün şəhərlərini də qarış-qarış gəzmişəm orada yaşayanda. Avropa üçün də deyilirdi ki, Avropada bütün şəhərlər eynidir, amma bildirməliyəm ki, Paris heç vaxt mənə bir Kopenhagen ola bilməz, hətta Avropa ola bilməz.
Nəysə, zövqlər müxtəlifdir, amma gəzmək üçün istisnasız dünyanın hər künc-bucağı gözəldir. Xoş səyahətlər, gəzəyənlər!
Növbəti paylaşımım uzun səyahət zamanı təyyarə haqqında olacaq!
Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Jalə Səmədova



DİGƏR BLOQLAR

Dubay səyahəti üçün qeydlər

Dubaydakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Dubay haqda gördüklərim və bildiklərim 1:* Burada kredit almaq olduqca asandır. Belə ki, əgər ID kartınız varsa istənilən bankdan heç bir sənəd və qohum nömrəsi tələb edilmədən kredit ala və yaxud kart aktiv edə bilərsiniz* Dubay şeyxinin avtomobil nömrəsi sadəcə "1"dir. Ümumiyyətlə burada, vahid nömrə formatı yoxdur. Yəni əgər cibində pulun varsa 10 dan 99999 a dək nömrə ala bilərsən* Varlı təbəqə tərəfindən idarə olunan ən çox gündəlik avtomobil modeli Nissan Patroldur* Ərəb qadınlarının Azərbaycanda etdiyi ən bahalı brendləri burada əyinlərində görmək mümkündür. Yəni əba geyinməklə deyil)* Bütün public çimərliklər tam odenişsizdir və əmin olun ki, ən yüksək səviyyədə hər kəsə bərabər şəkildə xidmət göstərilir.* Sərnişin nəqliyyat vasitəsi 5 cürdur: Metro, Avtobus, Tramvay, Su taksiləri və kiçik waterbuslar, taksi* Şəhər mərkəzlərində yerləşən bütün avtobus dayanacaqlarında kondisionerlər quraşdırılıb.* 5 metro stansiya istisna olmaqla Dubay Metro stansiyalar arasındakı məsafə 1 dəqiqədir* Dubayda yeraltı metro stansiya xətti yoxdur* Dubayda ən çox işçi qüvvəsi olaraq, Hindistan və Filippinliler yer alır* Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlıq vermir. Səbəb kimi, BƏƏ passportunun dünyada nömrə bir hesab edilməsidir ki, bu da bu pasportla dünyanın bütün ölkələrinə ( istisna var)* səyahət etməyə imkan verir.* Əgər burada iş tapmisinizsa, oturum izni və UAE ID kartını ən qısa müddətdə əldə bilirsinizDubay haqda bildiklərim və gördüklərim 2* Metro qatarları maşinistsiz, avtomatlaşdırılmış sistemə idarə olunur* Ümumi nəqliyyat vasitələrinde, əsas da metroda Hindistan və Pakistan millətindən gələn spesifik qoxunu hiss edə bilərsiniz. Maraqlıdır ki, bu qoxunu hələ də qarşını ala bilmirlər* Bütün taksilərdə sayğac sistemi quraşdırılıb.Taksi sürücüləri ilə qiymət müzakirəsi etməyə lüzum yoxdur. Sürücülərin 90% ni Hindistan və Pakistanlilar tutur.* Dubay nəqliyyat vasitələrində olan ödəniş sistemi bizdən fərqlidir. Belə ki, biz 30 qəpik metroya ödəyib bütün stansiyalara gedə bilərik. Lakin burda, stansiyalar arasındakı olan məsafəyə görə qiymət də dəyişir. Bu digər vasitələrə də aiddir. Yəni vahid qiymət yoxdur.Taksilər isə gecə saatlarında daha baha qiymətə hesablanır.* Dubay Polisini hər yerdə, hər an görə bilməzsiniz. Buna baxmayaraq şəhər çox sakit və təhlükəsizdir. Yeri gəlmişkən bu il Dubay polisinin 50 illiyidir.* Burada olan yaşayış binalarının hansının xüsusi adı var. Bütün binalar ... Residence deyə adlandırır. Məsələn mən Nilona Residence da qalıram. Ərəblərin Azərbaycana gəlib lüks axtarmasıni başa düşmək olar, çünki burdakı adi residence lar ( yaşayış binaları) hovuz, gym və s var. Otellərdən danışmıram hələ * Dünyanın ən hündür oteli Gevora elə məhz Dubaydadir.* Hazırda dünyanın ən böyük binası Burj Khalifadir. Amma yaxın zamanda onu qat qat ötən yeni bir bina istifadəyə veriləcək. ( haqqında məlumat page' im da)* Dubayda yaşayış şəhərcikləri ilə yerləşib. Belə ki, tikinti şirkətləri hektarlarla boş ərazini alıb, nəhəng şəhərciklər salıb adlandırılir.* Helikopter səyahəti etmək çox normal və əlçatan qiymətədir. Bunun üçün Dubay Polis Akademiyasına getməyiniz kifayətdir. Uçuşa oradan nəzarət və icazə verilir.* Dubay şəhəri 2021 də dünyanın 1 nömrəli tibb şəhəri olmağa söz verib. Belə ki, bu işlə işlər aparılır və tibb şəhərcikləri inşa edilir. Xüsusən də neyroloji və onkoloji.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Movsum Mirzazadeh

3044 dəfə oxunub

26 günə 9 ölkə-Avropa turu

Salamlar!Madam ki, hamı nostalji hislərinə qapılıb... Mən də öz keçən ilki səyahətimi sizlərə qısaca danışım. Qısaca, çünkü, səyahət çox böyük oldu və yazası olsam bir Dədə Qorqud çıxar.Bildiyim iki şey var idi: 11 iyulda dostlarımla Bakıdan Odessaya uçuram, 6 Avqustda Budapeştdən (artıq tək) Bakıya qayıdıram. Heç bir plan yox, booking yox. Deyim ki, bütün səyahət boyu, təyyarə, qatar, avtobus, blablacar, otel, hostel, airbnb və s. hər birindən istifadə etmişəm. Qiymətlər, xərclər, tarixlər falan artıq yadımda deyil. Üzrlü bilin. Profilimdə "Gor indi qaqan nagayrajax!" yazıb yola düşmüşəm: Odessa, Ukraine - Tez-tez gəldiyim şəhərə dostlarımla istirahətə gəldik. Bolluca mədəni istirahət edib onları Bakıya yola saldım, özüm isə Kiyevə yola düşmüşəm.Kiev, Ukraine - Burda yaşayan dostlarımla görüşdüm və Avropaya yola düşdüm. Ümumilikdə Ukrayna barəsində çox yazmayacam. Yəqin ki, çoxlarınız olmusuz. Olmamısınızsa da məsləhətdir.Brussels Airport - Bunu ayrıca qeyd etməliyəm. Aldığım təyyarə reysində (Kiev-Brussel-Munich) 4 saat Brüsseldə gözləmə var idi, amma Tomorrowland həftəsi olduğuna görə 4 saatın hamısını aeroportda rəqs eləmişəm.Munich, Germany - Qısaca, yaşamaq istədiyim şəhər. İlk dəfə deyil burdayam və Münheni həqiqətən çox sevirəm. Tam mənlik bir yer. Fussen, Germany - Əslində bu şəhər yox, Neuschwanstein Castle yazmalı idim. Bura gəlmə səbəbim yalnız bu, həqiqətən, heyrətamiz qəsrdir. Arada Alp gölündə də üzdüm...Amsterdam, Nederlands - Çooox isti vaxta düşdüm. Bu səbəbdən şəhər barəsində təəssüratlarım gözlədiyimdən aşağıdır. Bəlkə də daha çox qalardım, daha çox gəzərdim. Azından Pridewalk günü orda idim. Nəvələrə danışmağa "tema" var.Brussels, Belgium - Şəhərin mərkəzi meydanı Grand-Place inanılmaz gözəldir. Hələlik bu meydan mənim reytinqimdə 1-ci yerdədir.Brugge, Belgium - Muzey. Başqa söz deməyə ehtiyac yoxdur. Sadəcə bu şəhər açıq havada muzeydir. Sərin havada romantik gəzintiləri və əlaaa növ pivə sevərlərə Belçikanı məsləhət görürəm. ✨Gent, Belgium - Çox şanslıyam ki, Gentdə olduğum gün ənənəvi musiqi festivalı keçirilirdi. Şəhərin hər bir meydanı musiqi, rəqs, içki və yemək ilə dolu idi. Deyim ki, Münhendən sonra bəlkə də ikinci sevdiyim şəhər. Paris, France - Həqiqətən möhtəşəm şəhərdir. Şəxsi rekordumu Parisdə qırdım. Bir gün ərzində 37 km ayaqla gəzmişəm və bu şəhəri qarış-qarış gəzməyə həqiqətən dəyər.Geneva, Switzerland - İsveçrənin adı üstündə, amma, gözlədiyim qədər də bahalı deyildi. Hətta qaldığım hostel mənə bütün ictimai nəqliyyata pulsuz buraxılış verdi. Bəlkə də yeganə narahatlığım rouminq internetin işləməməsi idi. İsveçrə və Belçikada bizim rouminq internet işləmir.CERN, Switzerland - Bu yeri ayrıca qeyd etməliyəm. The Large Hadron Collider - Большой адронный коллайдер. Bilənlər anlayar. Bəli, mən orda olmuşam.Torino, İtaly - Gözlədiyimdən daha gözəl bir şəhər. Gəzməli yerləri çoxdur. Belə baxıram ki, İtaliyada gəzməli olmayan şəhər yoxdur.  Milano, İtaly - Böyük və gözəl şəhərdir. Tam gəzib qurtara bilmədim. Şəxsi reytinqimdə "Cattedrale di Santa Maria Nascente" gördüyüm ən möhtəşəm tikilidir. Vienna, Austria - Bəli gözəldir, amma Almaniya ilə müqayisədə dərhal hiss olunur ki, kim böyük və kim kiçik qardaşdır. Görməyə mütləq dəyər.Budapest, Hungary - Şəhərin mərkəzi və kənarları arasında bu qədər fərqi birinci dəfə görürdüm. Mərkəz 2019-da yaşadığı halda kənarlar 80ci illərdədir. Büdcə cəhətdən getmək üçün sərfəlidir. Yenə də avropadır...və burda Kərəmi ağlamaq tutur. 26 günə 9 ölkə gəzdim. Hər bir yer haqqında ayrıca danışa bilərdim, qorxuram bezdirərəm sizləri.Ölmədik, buraları da gördük. Ən əsası qarşıma heç bir pis iş və ya insan çıxmadı. Əksinə çoxlu mehriban insanlarla tanış olmuşam. Hamınıza da eyni şeyi arzu edirəm. Qarşınıza hansı ölkədən gəlməsindən asılı olmayaraq gəzəyən çıxsa köməyinizi əsirgəməyin. Bir gün siz də onun yerində ola bilərsiz. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:Rauf Abu

2186 dəfə oxunub

Yunanıstanda Yaşamaq Fürsətim

Yunan adalarından salamalarMənim bu ilin aprel və iyul aylarlnda proyektlə(ESC)bağlı Yunanıstandan yaşamaq fürsətim oldu.Bu period ərzində Santorini, Mikanos kimi bilinən yerlərə getmək yerinə, daha sakit və yaşadığım şəhərə yaxın olan yerlərə getdim.Başlayım Gaiosdan-Yunanıstanda, İon adalarının ən kiçiyi olan Paxos adasının əsas limanı və ən böyük yaşayış məntəqəsidir.Mən bu adaya Parga şəhərindən kruiz vasitəsilə getdim. Ada çox balacadır,amma gözəl sahilləri var.Blue Caves - Paxos adasının qərb sahillərində yerləşir və inanılmaz dərəcədə gözəl rəngdədir.Baxıdqca gözlərim qamaşırdıAntipaxos - Paxosun cənubunda yerləşən və ondan cəmi 3 kilometr uzaqda olan bu daha kiçik ada, əsasən günlük qayıq turları ilə ziyarət olunur. Antipaxos, firuzəyi rəngli suları və ağ qumlu çimərlikləri ilə tanınır - xüsusilə Voutoumi və Vrika çimərlikləri Yunanıstandakı ən təmiz sular arasında sayılır.Parga, Epirus bölgəsində, Preveza vilayətinə bağlı kiçik bir sahil şəhəridir. Əksəriyyətin Yunanıstan deyəndə ağlına gələn şəhər deyil - amma mən deyə bilərəm ki, Parga ən az adalar qədər gözəldir, bəlkə də daha sakit və orijinaldır.Rəngli küçələr,tarixi qalalar,təmiz sahillər və dadlı yeməklər.Bu şəhərdə youtube vlogu da çəkmişəm,istəsəniz aşağıdakı link vasitəsilə baxa bilərsiniz.Hamınıza xoş izləmələr,Yunanıstanı görmədən ölməyinhttps://youtu.be/2tryW7pDFFw?si=7vAF15iX9cF3mcFrPaylaşan: Aghgul Feyziyeva

192 dəfə oxunub

Barselona bələdçisi

Barselonadakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Hola, Hola. #Barcelona..Öncəliklə onu qeyd edim ki, ilk tək səyahətim idi deyə Barcelonaya getmədən öncə çox araşdırmışdım, amma istədiyim sistemli yazı heç harada tapmadım. Ona görə də vaxtaqənaət etmək baxımından bu yazını yazmağı qərara aldım.Başlayaq.. Kinoda da deyildiyi kimi “sırtını Aksaraya vericen ve böyle gidicen.” Mən də eynilə bu prinsipi özümə bələdçi tutdum. Sırtımı Plaçe de Catalunyaya verib, digər yerlərə oradan yetişməyə çalışdım.1-ci gün və ya 1 gün. Muzeylərə sərf edin. Yaxşı olar getməmişdən hava şəraitinə baxın, əgər, yağışlı hava varsa, həmin gün muzey gününüz olsun. Məşhur muzeylər: Museu Picasso (17 €), Camp Nou &  (25 €), Sagrada Familia (15 €, çalışın ən az 3 gün öncədən bileti online alın). Biletləri mütləq şəkildə rəsmi səhifələrdən alın, əks halda mənim kimi müəyyən və vaxt itirən problemlərlə qarşılaşacaqsınız.Növbəti günƏgər, tarixi sevirsinizsə Barri Goticdə gəzişin, romalılara qarşı salınmış dar küçələrdə itmiş kimi olun. Barri Gotici gəzə- gəzə Cathedral de Barcelonaya gəlib çıxırsınız. Giriş pulludur 7.5 €. Mən qarşısında şəkil çəkdirməklə kifayətləndim.  Həmin gün istəsəniz, Park de Citadellaya da piyada gedə bilərsiniz. 30-40 dəqiqə məsafədədir. Mənə görə Barcelonanın ən gözəl yeri ora oldu. Günəşli bazar günü getmişdim. Salsa, baçata oynayanlar kim, kitab oxuyan kim, camping edən kim, bir sözlə ailəvi istirahət mərkəzi. Həmin ərazidə Barcelona zooparkı yerləşir. Qiyməti 21.5 €. Tələbə endirimi demək olar heç harada olmadı.Gəzənfərd 4. Barselona: Lalə Bünyatzadə və Kərim Kərimov[youtube https://www.youtube.com/watch?v=zz3qKTJ07z0&w=560&h=315]La Rambla küçəsi. Plaçe de Catalunyadan 2-3 dəqiqəlik məsafədədir. Turistik küçədir. Həmin küçədə Font de Canaletes, Mercat de La Boqueria, Gran Teatre del Liceu və Kristof Kolomb Heykəlini sırası ilə görə bilərsiniz. Mercat de La Boqueria bazarına mütləq vaxt ayırın. Həmin istiqamətdə Barcelonetaya doğru hərəkət edəcəksiniz. Mən payızda getdim, hələ də hava isti idi, amma məminçün dənizə girmək havası deyildi. Çimənlər də yəqin skandinaviyalılar idi deyə düşündüm. Amma yenə də qumda gəzmək, dənizin havasını hiss etmək gözəl idi. Növbəti gedəcəyiniz yer bu dəfə Plaça de Catalunyadan digər istiqamətdə Casa Batllo və Casa Mila (La Pedrera) hər ikisinə giriş pulludur. Bir- birinə çox yaxındırlar. Barcelonanın brand markalarının olduğu küçədə yerləşir. Həmin istiqamətdə 40 dəqiqə daha gəzsəniz Park Güellə çatacaqsınız. Mənə görə bir azcık overrate idi. Giriş pulludur. Sadə bilet online 10 €, orada alası olsanız 8.5. En çoz halda 45 dəqiqə vaxt sərf edəcəksiniz. Magnitləri buraya yaxın yerlərdən alın. 35 cent.Yenə Plaçe de Catalunyadan piyada 30 dəqiqə kimi çatacağınız Montjuic. Axşamları fontan olur. Getməmişdən işləyən vaxtları yoxlayıb sonra gedin, yoxsa, mənim kimi 2 dəfə getmək məcburiyyətində qalacaqsınız. Museu Nacional Art de Catalunya MNAC da burada yerləşir.Mənim gedə bilmədiyim Pablo Espanyol Montjuicdə yerləşir, açıq hava muzeyidir və Tipidabo oldu. Siz, əgər, planlı gəzəsi olsanız hər bir yerə getməyə vaxtınız yetəcək.Nəqliyyat:El Prat de Barcelona aeroportundan A1, A2 avtobuslari uyğun olaraq terminal 1 və 2-dən Plaça de Catalunyaya gəlirlər. Təqribi 40 dəqiqə. Qiyməti 5.9 €.Şəhəriçi mən çox zaman gəzdim, belə olduqda şəhərin hissələri, insanların yaşayışı haqqında daha çox məlumat əldə edirsən. Misal Barcelonada Bakıdan fərqli olaraq çimərliyə yaxın ərazidə ən kasıb təbəqə yaşayır. :)Amma yenə də qaldığım ünvan mərkəzə yaxın deyildi deyə metrodan (L) istifadə etdim gündə 2 dəfə. Metro xətti mükəmməldir və çox sadədir. Sadəcə oxları izləməniz gərəkir. T1 bileti alırsınız 10 gediş, qiyməti 10.2 €.Yemək:Paella- müxtəlif növləri var. Mən seafood olanını yedim, Çin restoranlarının birində. Adını xatırlamıram.Yerli birinin məsləhəti ilə ora getdim. La Rambla küçəsində olan qiymətlərə aldanıb dadsız və dondurulmuş variantı sınamayın.Çalışın qazlı sular və ya şirə içməyəsiniz. Verilən pula dəyməz. Özünüz suyunuzu və ya Colanızı alın, onu için. Barcelononeta istiqamətindəki restotanlarda yeyə bilərsiniz.Tapas- bunun nə olduğunu tam olaraq başa düşməyim bir az zaman aldı düzü. Ta ki, təsadüfən menyuda rus dilində закуски sözünü oxuyana qədər. :)Səhər yeməyi üçün Spanish omlet seçə bilərsiniz. Kartoflu omletdir.Spirtli içki içirsinizsə Sangria və Cava şərabı.Şirniyyat: Crema Catalana, Mato.Ümid edirəm qısa Barcelona səfəri üçün lazımlı yazı oldu. Növbəti səfərlərədək. :) #barcelona #spain #autumn2018Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nigar Talibova

1454 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!