906 dəfə oxunub

"Bir üst dərəcə" - Danimarka bələdçisi

Kopenhagendəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz. Səfərimə "səbəbkarlar" Hans Kristian Andersen marağım, Kopenhagen Universiteti (Eskimologiya Departamenti), dan dilinə olan həvəsim, Danimarkadakı velosiped nəqliyyatın nizamı və s. digər turistik faktorlar idi. Yer götürməkdə gec olduğu üçün Almaniyadan viza alıb giriş etdim Danimarkaya.
1) Hamburg hava limanına səhər saatlarında çatdım və qatarla qalacağım Winsen Luhe şəhərinə doğru getdim. Şəhər Hamburqun 25 km cənub şərqində yerləşir və müharibə dövründə sağlam qala bilmiş şəhərlərdən biri idi. Bu kiçik şəhərdə Luhe çayının sahilində Vinsen qəsri, Müqəddəs Məryəm kilsəsi və s. turistik nöqtələr yerləşir. Bir neçə gün Yeni il bazarlarına baxmaq üçün Hamburqa qatarla gedib gəldim. Hamburq haqqında yazmaq düşünürəm ki, o qədər geniş mövzudur ki, sadəcə xatirimdə qalanları deyim. Şəhərdə demək olar ki, yağış səngimək bilmirdi, mən də açıqcası hazırlıqsız idim və bütün paltarlarım su olurdu və xəstələndim. Buraya dekabr ayında gəlməyi planlayanlar mütləq ya çox yaxşı sukeçirməyən palto ya da yaxşı bir çətirlə gəlsinlər.
Şəhərdə yeni abu-havası yüksək səviyyədə idi, demək olar ki, hər küçədə böyük Yeni il bazarları qurmuşdular. Ucuzluq idi mi? Əvvəlcə bahaçılıqdı düşünmüşdüm, ta ki, Danimarkaya gedənə kimi.
2) 4 gün qaldıqdan sonra Hamburq mərkəzi avtobus vağzalından Odenseyə yola düşdüm. Burda da maraqlı bir hadisə baş verdi. 03:00da olan səfərim 02:30 eyni istiqamətdə gedən (Kopenhagen avtobusu) avtobus sürücüsünün təkidi ilə yarım saat tez başladı. Heç QR kod da oxutdurmadı və dedi ki, düşürdərəm səni, Odensedə. Çatdığım gün Milad günü idi və təəssüf ki, hər yer bağlı idi. Ac-suzuz otelə qalxdım və əşyalarımı qoyandan sonra heç olmasa açıq bir market ya kofeşop axtarmağa getdim ki, biraz qidalanım. "Espresso House" adında ilk kofeşopa girdim və bir latte, kruassana 100 krona (təxminən 25 manat) yaxın pul verəndə hiss etdim ki, səfərin sonuna deyəsən aclıq elan edəcəm. Hər yer bağlı olduğu üçün Hans Kristian Andersenin doğulduğu ev muzeyinə gedə bilmədim, əvəzində Odense Zooparkına getdim və qiymətini yazmaq istəmirəm. Amma, həqiqətən çox əla təəssürat aldım. Odense balaca şəhərdir və çox yaxşı nizamlanıb hər şey. Bir qram xaos nəzərə çarpmadı, hamı nə edəcəyini, hansı saatda etməli olduğunu bilir kimi bir növ mənə Tbilisidən gəlmiş şəxs olaraq utopik təsir bağışladı. Hava saat 3də qaralırdı və təkcə bu məndə biraz depressiv hal yaradırdı. İstənilən halda gəzməyə dəyər yerdi.
3) 2 gün qaldıqdan sonra Odense Parkering Sýd tramvay stansiyasından yenə avtobusla Kopenhagenə yollandım. Kopenhagen paytaxtdır və elə şəhərin girişindən hiss etdim ki, artıq hər yer açıqdır. Mərkəzi avtobus stansiyasından gəldim Kongens Nytorv metro stansiyasına və piyada getdim qalacağım hostelə. Biraz dincəldikdən sonra alış-veriş küçəsi olan Strøget'ə getdim, daha sonra Nyhavn ərazisindən keçərək, "Kiçik su pərisi" heykəlinə doğru yollandım. Kopenhagen paytaxt olduğu üçün daha da bahalı idi. Şəhərdə diqqətimi çəkən xüsusiyyət hamının olduqca fit olmağı idi. Gəzərkən ətrafımdan qaçaraq keçən şəxslər, eləcə, 2 uşağı baqaj hissəsində oturtduran analar, yaşı olmasa 80dən yuxarı insanların pedal çevirməyi və s. məndə bizim necə oturaq həyat tərzi keçirtdiyimiz hissini gücləndirdi. Kopenhagen əla şəhərdir və turistik olaraq soyuq və yağışdan qorxmayan şəxslər üçün hər zaman idealdır.
Səfər ərzində nələrə diqqət etmək lazım idi (səhvlərim) :
1) Səfər müddətində heç vaxt mobil internetim olmadı ( ancaq kofeşoplarda ya hardasa təsadüf tutanda girirdim) . Bu bir çox problemlər yaradırdı. Bilet almaq istəyəndə tramvaya QR'ı skan edib almalıydın, nəğd variant üçün yer tapa bilməmişdim.
2) Çətir və ya ponço alın. Ponço paltonun üstündən keçirilən bildiyiniz belə klyonka kimi bir materialda geyimdir. Bu çox kömək olur paltar nəmlənməməyi üçün.
3) Mən səfər müddətində nəğd pul daha çox götürmüşdüm, siz əksini götürün həmişə. Çünki, demək olar ki, hər yerdə kart keçir.
4) Passort kontrolda tam sərbəst olun, onsuz turistiz və qəribə cavablar verməyə ehtiyac yoxdur.
5) Getməmişdən qabaq şəhərdaxili nəqliyyatı öyrənin mütləq. Bizdə elədi ki, maksimum gecikdin 10 manat verib taksi çağırassan hava limanına və yaxud avtovağzala. Burda isə taksi lüks seçimdir və 20 km yola ən az 70-80 euro ödəməli olacaqsız.
6) Qış vaxtı gedirsizsə, havanın tez qaralmağını nəzərə alıb, gəzməyə çalışın, 7-dən 3-ə qədər ancaq hava işıqlı olurdu, Danimarkada.
Yadıma düşənlər bunlar idi, kimin başqa nə sualı olsa, həvəslə cavablandıra bilərəm. İstənilən kiçik nüansla bağlı xatirəm var. Təşəkkürlər oxuduğunuz üçün.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

PaylaşdıFarid Mammadalizada

DİGƏR BLOQLAR

Şəhər bələdçisi - Vyetnam

Hanyodakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Vyetnam ????????Sin çau! Evdə çay içirdim mail gəldi Hindistana getdim. İndi Vietnama gedirəm. Qışı bir yerə getmək fikrim yoxdu , iki qışı Hindistanda keçirdikdən sonra bu qışı Bakıda keçirmək fikrim var idi. Ama yenə mail gəldi. Hindistan'a getmək təklifi aldım, cavab olaraq Hindistana getmək istəmədiyimi söylədim. Bu dəfə Vyetnama get dedilər. Sentyabr ayının 10-u 6 ay qalmaq şərti ilə getdiyim Vyetnamdan 1 il 6 ay sonra geri qayıtdım. Beləliklə Moskvadan ən uzun uçuşumu həyata keçirdim - 11 saat . Vytnamdakı ilk gün əvvəllər bir yerdə işlədiyim 2 il görmədiyim bir tanışımla görüşdüm. O gün demək olar ki Nha Trang şəhərinin bütün gecə klublarını gördüm. Səhər oyandığımda daha doğrusu günorta oyandığımda qaldığım evin mənzərəsi çox gözəl idi. Sanki ilk baxışdan ona aşiq olmuşdum))) Özəlliklə, Hindistandan sonra hər yer gözümə çox səliqəli və təmiz görünürdü.Vyetnam şəxsən mənim fikrimcə dünyada səyahət olunması çox vacib və maraqlı ölkələrdən biridir.Keçmiş paytaxt Xo Çhi (Şi) Minh ( əvvəlki adı Saygon ) 2 iyul 1945-ci ildə Vietnam Demokratik Cümhuriyyətinin qurucusudur. Vyetnamın Atatürkü demək olar. Vyetnamın bütün pul vahidlərinin üzərində onun rəsmi var ( pul vahidi Dong ).Bu arada Vyetnamı gəldiğim günün ertəsi artıq milyonçu idim. (100$-2200000 Dong) Xoşimin Şəhəri əhalisi 8,5 milyondur. Vyetnamın ən böyük şəhəridir.Bu şəhərdə əlbəttə ki ən yadda qalan "Amerikan müharibə muzeyi" və Amerikan müharibəsində Vyetnamın qalib gəlməsinin ən böyük səbəbi olan "Cu Chi " ( Kuçi ) tuneli oldu. Savaş müzeyində sadəcə müharibə vaxtı istifadə olunan döyüş avadanlıqları və sursatlar yox müharibədə əziyyət çəkən insanların şəkilləri və ən dəhşətlisi ölmüş uşaqların dondurulmuş bədənlərini görə bilərsiz .15 il ərzində qazılmış 187 km uzunluğunda 4 mərtəbəli 16 Min insanın sığına biləcəyi KuÇi tuneli . Tünellərini girişləri arıq və cılız Vyetnamlıların girə biləcəyi ölçüdə olduğu üçün amerikalı əskərlər bu tunellərə girə bilmirdi. Şəkildə bəlkə tam başa düşərsiz nə demək istədiyimi. Tunelin içərisində xəstəxana, yeməkxana, silah anbarları İclas keçirmək üçün otaqlar var. Amerika Vyetnam müharibəsində (1963-1975) 2 milyon Vyetnamlı 58000 Amerikalı ölmüşdü . 304000 Amerikalı isə itkin düşüb. Vyetmnamın tarixi haqqında az çox biləndən sonra istər istəməz Vyetnamlılara qarşı böyük hörmət bəsliyirsən. Mən azadlığı uğrunda bu qədər əzimkar mübarizə aparan (Amerikaya Çin Fransa kimi dövlətlərə qarşı) və müharibədən elə də uzun bir vaxt keçməməsinə baxmayaraq qısa bir zamanda sürətlə inkişaf edən başqa bir ölkə tanımıram.Mekong çayı Asiyanın ən uzun çaylarından sayılır 4500km . "Rembo" filminin çəkildiyi şəhər və çay.Nha Trang ve Muine Vyetnamın əsas istirahət şəhərləridir İlin 12 ayı istidir. Payızda hava adətən yağışlı olur. Çimərlik çox gözəldir, (Cənubi Çin Dənizi) özəlliklə Nha Trangda (Muine daha dalğalıdır, Surfing üçün daha uyğundur )Vinpearl adası , meymunlar adası görməyə dəyər yerlərdir.Dak-Lak , Bao Loc ve Danang Vyetnamın görülməli gəzilməli şəhərləri sırasına daxil etmək olar.Dalat şəhəri 1887-ci ildə Fransanın aşkarladığı bir şəhərdi. Çiçəklər şəhəri də adlanır. Çox gözəl təbiəti var, bu şəhərdə ən yadımda qalan isə dünyanın 10 ən qəribə oteli siyahısına girən "Crazy House" oteli oldu.Paytaxt Xanoy şəhəridir. İnkişafı ilə Vyetnamın digər şəhərləri arasında çox böyük fərq var. Vyetnamın ümumi əhalisi 94 milyondur. Dünyanın 4 sosyalist ölkəsindən biridir. Vyetnam mətbəxini elə də bəyənmədim. Məşhur "Fo" şorbaları var. İlan, qurbağa, timsah şəhərin istənilən restoranlarında yemək olar.Mehriban millətdir, gülərüz və sadədirlər. Taksi şoferlərini saymasaq demək olar ki Vyetnamda hər kəs həyatından razıdı) Saysız hesabsız bayramlar var. Əylənməyi çox sevən və bilən millətdir. Qəhvə istehsalına görə dünyada Braziliyadan sonra 2-ci yeri tutur. (Arabika ve Robusta) Ən çox qəhvə ixrac etdiyi ölkə Almaniyadır. Vyetnamlılar qəhvəni buzlu içirler. Qara biber istehsalına görə birinci, düyü istehsalına görə dünyada beşinci yeri tutur. Ölkəyə əsas gəliri xalq təsərrüfatı təşkil edir. Vyetnamda bir çox zəngin kişilər dırnaq uzadır (bir və ya iki barmağında) bu onların ağır işlə məşğul olmadığının göstərgəsidir. Günəşli havada üzlərini bağlayırlar ki qaralmasınlar. Zəngin görünə bilmənin başqa bir göstərgəsi ağ olmaqdır. Vyetnamlıların 40% soy adları "Nguyendir" (bunu Vyetnama gedəndən 3 ay sonra öyrənmişəm , iş yoldaşlarımın yarısının soy adı Nguyen olduğuna görə elə bilirdim hamısı qohumdular) Vietnam dili ən çətin dillərdən sayılır, bəzi sözlər 6 fərqli tonda deyilib 6 fərqli məna ifadə edir.Halong - Vietnamın en görülməli yeridir. 3 min adanın birləşdiyi yer . "Drakonun dənizə endiyi yer" kimi tərcümə olunur. Körfəzi gəzmək üçün gəmi ilə 2-3 günlük turlar var.Rəsmi göstəricilərə görə Vyetnam əhalisinin 81% ateisdir amma əslində bu belə deyil. Vietnamda din azadlığı var. Əsil göstərici isə təxmini belədir: 45% milli inanc, 16% Budizm, 8% Xristian, 29% ateist, geridə qalanlar 2% fərqli dinlərə inanır. Vyetnamdan Malaziya, Singapur, İndoneziya ( Bali ) Kambocca və başqa bir neçə tanınmış ölkələrə getmək ucuzdur (bunlar qalsın bir sonrakı yazıya) Vyetnamın bir başqa özəlliyi çoxlu hind restoranlarının olmasıdır ))Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Cavid Bayramov

2714 dəfə oxunub

Wieliczka - Duz mədəni bələdçisi

Krakovdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salam. Mənə hər zaman yardımcı olan gəzəyənlər! Mən də istədim ki, bu statusumla digər gəzəyənlərə Polşanın Krakov şəhəri barədə bir neçə məlumat verim. Əvvəlcədən qeyd edim ki, Krakova getməmişdən öncə qrupun yaradıcısı Babək bəyin bu şəhər barədə yazısını oxumuşdum. O, çox təəssüf hissi ilə Wieliczkaya gedə bilməməsini qeyd etmişdi. Ona şərh yazanlar isə oranın təsirindən bir neçə gün çıxa bilmədiklərini yazırdılar. Mən də bu şərh və yazıları oxuduqdan sonra şəhəri gəzdiyimin ilk günün ardınca növbəti gün yollandım bu duz mədəninə. Mərkəzdəki otelimizin düz yaxınlığında 304 nömrəli avtobus bizi həmin yeraltı mağaranın düz 100 metrliyinə apardı. Bu məqamda qeyd edim ki, Krakovda şəhər daxili transport kifayət qədər ucuzdur. 24 saatlıq biletin qiyməti 15 polşa manatıdır ki, bu da euro ilə təqribən 3.7 € edir. Şəhər mərkəzindən duz mədəninə qədər avtobusla təqribən 35-40 dəqiqə yol qət etdik.İçəri daxil olmaq üçün 2 nəfər üçün Standart biletə 178 polşa manatı ödədim ki, bu da euro ilə təqribən 44€ edir. Yəni adam başına 22 €. Ekskursiya təqribən 3 saatlıq vaxt aparır. İstədiyiniz dildə gəzintini seçə bilərsiniz. Ancaq ingilis dilli qruplar yarım saatdan bir, rus dilli qruplar isə 2 saatdan bir içəri daxil ola bilir. Mən daha tez olsun deyə zəif bildiyim ingilis dilini götürməli oldum.???? İçəri daxil olarkən ilk mərhələyə daxil olmaq üçün 53 mərtəbə (hər mərtəbə 6 pilləkəndən ibarət idi) aşağı enməli olduq.Burdaca adamın başı qaranlıq pilləkənlərlə hərəkət edərkən bir balaca fırlanmağa başlayır. Sonra isə ziyaretçiləri dar yollarla mağaranın qədim tarixi ilə, duzun emalı prosesi, duzdan yonulmuş müxtəlif heykəllər və bu mağaranı ziyarət etmiş insanların duz heykəlləri ilə taniş edirlər.Hər növbəti mərhələni yenidən daha dərinə enməklə ziyarət etməli olursan. Qaranlıq, taxta dayaqlarla möhkəmləndirilmiş yer altı dünyada yaşayan insan və atların iş həyatı ilə tanış olursan. 130 m dərinlikdə ilk süni duz gölünü görürsən ki, onun da dərinliyinin 9 m olduğunu və orada çimməyin qadağan olduğunu diqqətə çatdıran gidin növbəti hissələrdə daha kiçik iki əlavə göllə də tanış olacağımızı diqqətə çatdıran yorğun səsini eşidirsən. Gidimizin sözün həqiqi mənasında yorğun olduğu diqqətdən qaçmırdı. Çünki orada işləyən ingilis dilli gidler hər gün ən azı 2 qrupa bütün mədəni gəzdirməli və dayanmadan danışmalı olurlar. Çox zaman qrupun içərisində mənim kimi insanlar olur ki, mağaranı gəzdikdən sonra yorulmur və bu duz mədəninin muzeyini də gəzmək istəyir.Bu zaman həmin gid birinci mərhələdə gəzdiyi 2 km məsafə qədər yenidən gəzib bu sehirli mağaranın muzeyini də ziyarətçilərə göstərməli olur. Bu dünyaca məşhur duz mədənindəki digər iki göldən birinin dərinliyi cəmi 1 m-dir. Mədəndə çalışan atlar bu yeraltı dünyaya Qədəm qoyduqdan sonra bir daha işıqlı Dünyaya çıxmırdılar.Bu gün də sağlamlıq mərkəzi kimi istifadə olunan mədənin insan yaşayışı üçün hər bir şəraiti var. İstəyənlər mədənin lap aşağı qatında restoranda oturub yemək yeyə və ya bu sehirli mağaranın bir sıra elementlərini əks etdirən şoping yerindən alış-veriş edə bilərlər. Mağaranın geniş ərazisindəki ən dərin yerləri gəzib bitirdikdən sonra isə səni liftlə geri yer üstü dünyaya qaytarırlar. Bu liftə də mağaranın özü qədər sehirli və bəzən də kimlər üçünsə vahiməli olur????.Sonda onu da qeyd edim ki, Krakovda olduğum 2 günlük bir zaman mənə bəhs etmədi. Hamının getdiyi Şindlerin fabrikinə, Auschwitz kampına gedə bilmədim. Bunun üçün vaxt yetmədi. Yeməkləri barədə onu deyə bilərəm ki, göylü pierogiləri çox dadlı idi. Şirniyyatları isə müxtəlifliyinə və gözəlliyinə görə insanı heyran edirdi. Restoran qiymətləri çox münasib olduğundan harda istəsəniz rahat əyləşib bir cür münasib qiymətə yemək yeyə bilərsiniz. Sonda bələ uzun statusu oxuyanlara təşəkkür edirəm.( Təbii əgər hövsələsi çatıb oxuyan olarsa????)Yekun olaraq sizləri yazının bütün detallarını əks etdirən şəkil və videolarla baş-başa qoyuram.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ramina Mammedova

665 dəfə oxunub

Günəş və çimərlikdən daha artığı - Mayami bələdçisi

Virusun hәlә bizi evә qapatmağa gücü çatmadığı bir vaxtda çoxdandır getmәk istәdiyim Miamiyә üz tutdum. Yaşadığım şәhәrdәn Miamiyә bilet nә qәdәr baha da olsa, mәnә әn yaxın şәhәr Şikaqodan da bir o qәdәr ucuz idi, 50 dollara bilet alıb (bu mәnim Amerikada aldığım әn ucuz tәyyarә biletidi) Miamiyә yaz tәtilinә getdim. Bәyәnәcәyimi onsuz da düşünürdüm, amma gözlәdiyimdәn dә gözәl imiş, adam heç çıxıb getmәk istәmәz burdan.Miami-ә gәlmәk üçün әn ideal vaxt Mart-May ayları imiş, yayda hәdsiz isti vә nәmişlik olur, küçәdә nәfәs almaq müşkül mәsәlәdir, bir sözlә. Mәn bilmәdәn әn ideal zamanda getmişdim, günәşdәn dә zövq ala bildim, okeandan da, axşam әsәn mehdәn dә.Bir gün yarım Key Westdә vaxt keçirdik, Miamidәn maşınla tәxminәn 3 saat uzaqlıqdadır vә çox möhtәşәmdir. 26000-dәn çox adamın yaşadığı ada şәhәrciyidir. Buraya gedәn yolun özü dә çox gözәldir, hәr iki tәrәfin okean, bәzәn balaca qәsәbәlәrdәn keçirsәn, bәzәn lüks, bәzәn isә daha cozi dediyimiz evlәrә, bağlara baxa-baxa bu yolu getmәk dә özü gözәl vә zövqverici idi.Miamidә darıxmaq qeyri-mümkündür, mәncә. Okean, günәş olan yerdә insan darıxmaz, hәmçinin xeyli aktiviti var ki, hamısının dadına baxmaq istәyir insan. Gәmi turu götürüb mәşhurların (David Beckhamından, Madonnasına, Shakirasına, J.Lopezinә qәdәr bir çox mәşhurun) evlәri әtrafında tur elәdik, avtobus turu götürüb şәhәri bir dә bu cür gәzib-dolaşaq dedik. Bu tur zamanı bugünә qәdәr içdiyim әn dadlı qәhvәlәrdәn birini - Kuba qәhvәsini daddım. Bir hәftә әrzindә hәr dәfә fәrqli çimәrliklәri gördüm, Soutch Beach-dә gәzim, Miami Beach-dә üzdüm, Hallover Beach-dә günәşdәn zövq aldım, Key Westi kokos ağacları boyu velosipedlә gәzdim, burdan pulsuz topladığımız kokosları maşına yığıb hәr gecә Miamidә kokos açıb yedik. Bir sözlә, necә möhtәşәm istirahәt etdiyimi indi fotolara baxanda, xatirәlәrimi tәzәlәyәndә daha yaxşı fәrqinә varıram. Virus gündәmdә olmasa idi, burdakı günlәrimi uzadıb daha çox qalardım, tәәssüf ki, hamı kimi mәnim dә sәyahәtim yarımçıq qaldı, ara yerdә NY-Boston sәfәrimi dә tәxirә salmalı oldum.Ümid edirәm ki, hamımız tezliklә sәyahәtimizә davam edәcәyik, hәlә ki evdә qalmaqla özümüzü vә әtrafımızı qoruyaq, gerisi asandır. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nura Dunyamaliyeva

1811 dəfə oxunub

Gözəl, zəngin Skandinaviya - Norveç və Danimarka

Oslodakı bütün otel, apartament və hostelləri bu linkdən Kopenhagendəki bütün otel, apartament və hostelləri isə bu linkdən book (bron) edə bilərsiz.Salam hər kəsə ☺✋Ümumilikdə 6 ölkə gəzdim.????????????????????????????????????????????????İsveç???????? və İspaniya???????? postunu daha öncə paylaşdığım üçün sizə indi digər postlarda az gördüyüm 2 ölkə haqqında qısa məlumatlar yazacam. ????Norveç???????? & Danimarka????????1) Norveç-Oslo ???????? - Ümumilikdə bu ölkə bahalıdı deyirdilər. Boşuna demirlərmiş cox bahalı ölkədi????. Öncədən deyim ki, ölkədə €(euro) işlədilmir . Rəsmi pullari???? NOK-dur(Norvec kronu). Kimsə deyirsə insanları soyuqdur mənim fikrimcə bu belə deyil . İnsanın özünün müraciətindən asılıdır, bir şeyi sənə cavab vermek borcudur sifətilə yaxınlaşsan soyuq olmaqları normaldı????. Kimə yaxınlaşıb gülərüzlə sual versən səndən daha gülərüzlə sənə kömək edəcəklər????☺ Nəqliyyat???????????? sistemi #Ruter kartı deyilən sistemlərə bağlıdı və bu kart bütün nəqliyyatlarda keçərlidi. Yadaki bus-a????minərkən yerindəcə 20 NOK =2€ verib ödəyə bilərsiniz .Bundan əlavə Turistə sərf edən OsloPass karti əldə edə bilərsiz???? . 3 qrupa bölünür. Child, Adult, Seniors. Seniors yaşlılar üçündü ona görə Adult kartı almalısız. 24 saat 355 NOK (≈ 37 EUR)???? Amma bir üstünlüyü ondadır ki bu kartla bir çox muzeylər pulsuzdu. Hər muzeyə 10€ ödəməkdən yaxşıdı . Demək olar 80%i bu kartın hesabına girə bilərsiz????. Oslo Visitor Centre yerləri var, Turist üçün məlumatlar və bir çox map-lar. ????Gəzməli görməli yerlər üçün ????????????????National Gallery The Royal Palace, National Theatre, Historical Museum, City Hall, Parliament, Astrup Fearnley Museum ,Akershus Fortress, Karls Johans, Norwegian National Opera&Ballet , Oslo Cathedral, Norsk FolkMuseum, Viking Ship Museum, Norwegian Maritime Museum, Kon-Tiki Museum. Slottsparken ve Vigeland Sculpture parklarinada yayda gedə bilərsiz????Yeməkləri çox bahadı. Subwaydan balaca aldığım 15sm çörək sandvic 69NOK=6.9€ pul verdim. İsveçdə özünə qonaqlıq vermək olur o pula????.Keçək digər ölkəmizə????2) Danimarka-Copenhagen ???????? - Burda da Norveçdə olduğu kimi hər kəs öz milli valyutasından DKK (Danimarka Kronu) istifadə edir. Şəhər çox təhlükəsiz şəhərdi Oslo kimi. Oğurluq ümumiyyətlə yox səviyyəsində????????. Hosteli isə dəmiryoluna yaxın seçmişdim İsveçe qayıtmaq üçün ve olduqca lazımı yerlərə də yaxın idi. Qeyd etmək istəyirəm ki, Danimarkanın pulu Norveç və İsveç kronlarından da dəyərlidir. Misal olaraq 75DKK=100NOK=10€ . Burası da olduqca bahalı ölkədi. Rəqəmlərin xırda görünməsi aldada bilər sizi. Norveçdə 300Kron gördüyünüz şey burda 210Kron olarsa düşünməyin ki,ucuzdu eyni qiymətdi???????? 21€.Kopenhagende əsas avtobus???? xətti "A" kodu ile başlayır 24 saat xidmet edir. "S" kodu ile başlayan səhər 06:00-dan gecə 01:00 qədər xidmət göstərir ????. "N" ilə başlayan isə gecə boyunca işləyir ???? . Metro???? isə 24 saat xidmətdədir????. Aeroportdan M2 xətti ilə mərkəz xəttinə gəlmək 12 dəqiqə çəkir.????Kopenhagendə nəqliyyat sistemi üçün 2 cür kart seçimi var1) Flexcard 1dəfəlik 200DKK=27€ ödəməklə istifadə etdiyiniz gündən etibarən 7 gün ərzində limitsiz bütün nəqliyyat daxil.2) "Copenhagen Card" 24 saat üçün 389DKK=53€, 48 saat üçün 549=74€ ödəməklə 80dən artıq muzeyə pulsuz giriş edə bilərsiz ve boat (qayıq) turlarına da minmək içinə daxildi????.Gəzməli yerlərə gəlincə isə təbii ki ən başda 1)Nyhavn???????? sonra məşhur 2)Tivoli Garden????-aprel ayında açılır bura, 3)Stroget küçəsi, 4) Bakken Amusement Park (Tivoli kimi yerdi amma balaca) daha sonra isə ????National Gallery of Art, Botanical Gardens, Rosenborg Castle, Kunstsal Charlottenberg, Det Kgl Teater, The round Tower, Nikolaj Kunsthal, Christianborg Palace, Thorvaldens Museum, The National Museum of Denmark , City Hall, Danish Architecture Center , Vor Frue Kirke, The Black Diamond, ????Copenhagen Zoo-nu gəzə bilərsiz. Mən hamısını gəzmədim amma ən vaciblərini gəzdim gördüm demək olar???? .Yeməkləri də Norveç kimi bahalıdı ve doymaq istəyirsizsə türk mətbəxlərinə və ya az yemək istəyirsizsə Subway-ə üz tuta bilərsiz ????.Bu qədər ????Əziyyət çəkib oxuduğunuz üçün hər birinizə Təşəkkür edirem????. Növbəti səyahətlərədək✋????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Cavid Isgenderli

2090 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!