378 dəfə oxunub

Şəhər bələdçisi - Əbu-Dabi şəhərində maraqlı nə var?

Əbu-Dabidəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.
Əbu-Dabi şəhərində maraqlı nə var?

Wizz Air aviaşirkəti sayəsində artıq 50-60€ kimi kiçik büdcə ilə BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərinə gedib qayıda bilərik. Hətta bəzən qiymətlər 2-6€ olur.

1. Şeyx Zayed məscidi. Sheikh Zayed Mosque

Tonlarla ağ italyan mərmərindən istifadə edilərək tikilən, memar Yusuf Abdelki tərəfindən layihələndirilən möhtəşəm məscid turizm mərkəzidir.

Məscidin xalçası 5 il ərzində 1200 qadın tərəfindən minlərlə ton Yeni Zelandiya yunundan istifadə edilərək toxunmuş və 5300 kvadratmetr ölçüsü ilə dünyanın ən böyük əl ilə toxunmuş xalçasıdır.

Məscid isə dünyanın 3-cü ən böyük məscidi olaraq siyahıda öz yerini tutub. Böyük mərmər sahələr firuzə, mərcan, svarovski və s. qiymətli daşlarla bəzədilmişdir.

2. Luvr muzeyi. Louvre Abu Dhabi

Ərəb dünyasının ilk universal muzeyi, ərəb memarlıq sənətinin müasirliklə qovuşduğu mərkəz olan Luvr muzeyinin layihəsi memar Jan Nouvelə məxsusdur.

Burada bir çox qədim sivilizasiyalara aid tarixi tapıntılarla yanaşı, 19-cu əsrə aid sənət kolleksiyası da var.

Link: https://www.louvreabudhabi.ae/

3. Emirates Palace Hotelə mütləq baş çəkin!

Emirates Palace

Adı hotel olsa da, əslində saraydır. Qızılla bəzədilmiş dizaynlara, parlaqlığa və əzəmətə baxmaq lazımdır.

Hotelin interyeri klassik, lakin çox qəşəng bəzədilmişdir. Foyedən tutmuş koridorlara və tualetlərə qədər səliqəli tikilmiş strukturdur.

Hotelin daxilindəki BBQ AL QASR restoranında nahar etməlisiniz. Restoran hotelin terrasındadır, möhtəşəm mənzərəsi var. Qiymətlər çox aşağı olmasa da, bu gözəl mühitlə müqayisədə yüksək deyil.

4. Corniche sahilboyu küçəsi. Corniche Beach Abu Dhabi

Küçə, Əbu-Dabinin şimal-qərb sahilinin çimərlikləri boyunca, hündür blokların kölgəsində, tər-təmiz piyada və velosiped yolları, mənzərəli parklar, dəbli restoranlar, yüksək ulduzlu otellər ilə təchiz edilmişdir.

Corniche küçəsi şəhərin ən prestijli bulvarıdır. Çimərliklərə asan girişi təmin edən yolun altındakı tunellər, Etiad Towers və Emirates Place mənzərəsi göz oxşayır.

Dənizin parıldadığını, gur yaşıllığını seyr edərək gəzmək insanın ruhunu sakitləşdirir.

Parkların birində skamyada əyləşmək, kafelərdən birində əsl ətirli kofe içməkdən həzz almanızı tövsiyə edirəm.

5. Yas adası. Ferrari World Abu Dhabi Ferrari World Abu Dhabi

Mütləq görüləsi yerlərdən biridir. Xüsusilə sürət həvəskarısınızsa şəhərdə ilk gedəcəyiniz yer bura olmalıdır. Bura əslində böyüklərin özlərini uşaq kimi hiss edib əylənə bildikləri yerdir, 10 yaşdan kiçik uşaqları aparmayın.

Burada müxtəlif atraksionlar var. Ən çox tələbat isə adrenalin sevənlər üçün 52 metr yüksəklikdə sürəti 4,9 saniyəyə 240 km/saata çatan "Rollcoaster" simulyatorudur.

6. Warner Bros. World Abu Dhabi

Uşaqların əylənməsi üçün ideal yer. Dünyada bu kimi maraqlı və tam təchiz olunmuş yerlər barmaqla sayılacaq qədər azdır.

7. Qasr Al Watan

BƏƏ rəhbərinin iş yeri. Möhtəşəm memarlıq əsəridir. Ziyarət etsəniz peşman olmazsınız. Əmirliyə səfər edən dövlətlərin rəsmi nümayəndələrinin qəbul olunduğu nümayəndəlik sarayıdır. Döşəmələrdən qapılara, çilçıraqlara, mərmərlərə və oymalara qədər detalların gözəlliyini görməmək mümkün deyil. O qədər gözəl memarlıq nümunələri var ki, göz hara baxacağını bilmir. Günortadan sonra getsəniz, gün batdıqdan sonra gözəl musiqi dinləyə və işıq şousuna baxa bilərsiniz.

8. Yas Mall. 400-dən çox dünya brendini təklif edən mağazalar, restoran və kafelər, 20-dən çox kinoteatr, təmiz, səliqəli, geniş və sərin quruluşu olan nəhəng ticarət mərkəzi.

9. Observation Deck 300, Jumeirah At Etihad Towers, Abu Dhabi

Həm şəhərin panoramic mənzərəsini, həm də günəşin doğmasını və batmasını seyr etmək istəyənlər üçün maraqlı yer ola bilər.

10. Abu Dhabi Falcon Hospital

Şahin xəstəxanasıdır, içəridə şahinlər haqqında hər cür məlumat ala bilərsiniz, həm də əlinizdə tutub şəkil çəkdirə bilərsiniz. Mütləq əvvəlcədən telefonla görüş təyin edin.

Qiyməti 1 milyon dirhəm (272000$) hətta daha baha olan quşların sahibləri onların hər xırda problemi üçün bura gəlirlər.

11. Saadiyat çimərliyi.

Saadiyat Beach Club

Ağ qumu son dərəcə gözəldir, dəniz tər-təmizdir və parıldayır. Şəhərdə çimərlikdə vaxt keçirmək üçün bir nömrəli yerdir. Tez-ez yaxınlığa suda oynayan delfinlər gəlir. Həftə sonları və bayram günlərində xeyli sıxlıq olur.

12. Yas Gateway Park

Demək olar ki, tamamilə bitki örtüyü olmayan bir ada, süni suvarma sistemi sayəsində abadlaşdırılıb.

Bu da parkda bir zamanlar Ərəbistanda mövcud olan faunanı bərpa etməyə imkan verib.

Ada zürafələrin, antilopların, kaftarların, bəbirlərin, gepardların, ceyranların, dağ qoçlarının, dəvəquşlarının və bir çox başqa canlının gətirildiyi vəhşi təbiət qoruğuna çevrilib.

Qoruğun ərazisi 87 km²-dir. Ada üç hissəyə bölünür: 1-ehtiyat, 2-heyvanlar üçün, 3-könüllülər, otel, marina və çimərlik olan turizm zonası).

Ada MSC və Kosta kruiz xətlərinin marşrutu üzərindədir. Əsas yaşayış məntəqələri: Zar və Dasa. Adanın landşaftı əsasən düzdür. Adada çay yoxdur. Sahildə manqrov meşələri var. Dincəlməyə gələn hər qonağın şərəfinə manqrov ağacı əkilir. Bundan əlavə, ada dəniz qoruğu kimi xidmət edir - dəniz quşları üçün yuva yeri, okean tısbağaları üçün nəsil artırma mərkəzi sahil sularının biomüxtəlifliyini qoruyub saxlamağa imkan verir.

13. Emirates Park Zoo & Resort

Emirates Park Zoo və Resort Əbu-Dabidən 35 km aralıda, Əl Bahia bölgəsində yerləşir.

BƏƏ-nin ən yaxşı zooparkıdır. Bütün BƏƏ-də tapa biləcəyiniz ən yaxşı Zoopark. Maraqlı dizayn edilmiş və bəzədilmişdir. Qaçırmaq istəmədiyiniz bir çox əyləncə növü var.

Uşaqları əyləndirmək üçün ideal yerdir. Zürafələri, begemontları, filləri, dəvələri, zebraları, keçiləri, ceyranları və digər canlıları əl ilə bəsləmək ilanı boynunuza taxa bilmək və əlinizdə qartal tutmaq şansınız olacaq. Hətta zürafələrlə birlikdə səhər yeməyi proqramı da var.

Zooparkın restoranı, əyləncə mərkəzi və hoteli də var.

14. Qasr Al Hosn şəhərin ortasında bərpa edilmiş istehkamdır, şəhərin tarixi təməlinin qalığıdır. Burada şeyxlərin hekayəsini və Əmirliyi necə inkişaf etdirdiklərini görəcəksiniz. Qədim zamanlarda səhrada həyatın sadə və sakit görünüşünü təqdim edir. Qalanın yanında incəsənət mərkəzi də var. Qasr Al Hosn əvvəllər bölgənin mirvari dalğıc iqtisadiyyatını qorumaq üçün tikilmiş qala idi. Kral ailəsi üçün yaşayış sahəsi vaxt keçdikcə genişlənərək saraya çevrilib.

15. Heritage Village Abu Dhabi

Şəhəri ən yaxşı şəkildə görüb şəkil çəkdirə biləcəyimiz nöqtə. Çimərliyə keçidi olan açıq səma altında muzey.

Ərəblərin yerli həyatını göstərmək üçün tikilmiş yer. Muzeydə ərəblərin harada qaldığını və necə yaşadıqlarını görə biləcəksiniz.

Heritage Village üçün bir neçə saat kifayətdir. Sol tərəfdəki əsas qapıdan girdiyiniz zaman, keçmişdə səhrada yaşanan həyata bənzəyəcək şəkildə qurulmuş bir sahə var. Keçmişdə istifadə edilənlərə bənzər bir ev görəcəksiniz. Ziyarətçilərə minməyə icazə verilən dəvə də var. Çox müxtəlif malların satıldığı bir bazar da var. Keçmişdən qalma qalıqların muzeyi var. Su üzərində müasir Əbu-Dabiyə gözəl mənzərəsi olan bir çimərlik var. Tövlələrdə uşaqların əylənməsi üçün başqa canlı heyvanlar da var. Ən maraqlı sahə sənətkarların öz əl işlərini nümayiş etdirdiyi və satış üçün çox gözəl əşyaların olduğu yerdir. Dəri sənətkarlıq, gözəl çantalar və başqa əşyalar, şüşə düzəldən, toxucu, dulusçu var.

16. Mangrove National Park, Abu Dhabi

Manqrov ağacları arasında qayıqla səyahət edib flaminqolara, balıqlara, böyük tusbağalara baxıb sakitləşmək istəyirsinizsə mütləq bura baş çəkin. Ekoloji səbəblərə görə yalnız elektriklə işləyən qayıqlara icazə verilir, bu da onların əksəriyyətinin günəş enerjisi ilə işləyən və çox səssiz olması deməkdir.

17. Umm Al Emarat Park

Ailənizlə şəkil çəkdirmək və vaxt keçirmək üçün mükəmməl yerdir.

Uşaqlar üçün oyun meydançası, yemək dükanları var.

Təbiət parkına çox yaxındır. Əbu-Dabinin ən yaxşı parklarından biri. Əvvəllər "Əl Müşrif parkı" adlanırdı. Kiçik zoopark var. Çoxlu uşaq əyləncə növləri var. Tədbirlər adətən həftə sonları keçirilir. Parkdakı mənzərə heyrətamizdir. Parkda həftə sonları Yoga məşqləri keçirilir.

18. Abu Dhabi National Exhibitions Company - ADNEC

Əbu-Dabidəki ən qeyri-adi tikililərdən biridir və bu gün artıq BƏƏ-nin paytaxtının simvoluna çevrilib. Göydələn dünyanın ən böyük maili binası kimi Ginnesin Rekordlar Kitabına düşüb. Binanın əyriliyi məşhur Piza qülləsindən 4 dəfə çoxdur.

19. Dates Market Abu Dhabi

Bazar heç də böyük deyil və bir sıra kiçik dükanlardan ibarətdir. Hər mağazada əzbər öyrəndikləri ifadələrlə turistləri çağıran dəllallar var:

“Gəlin! Ən ucuzu bizik! Burada həm yerli xurma, həm də İran, İraq, Fələstin, İordaniya, Oman, Bəhreyn və digər ölkələrdən gətirilmiş xurma ala bilərsiniz.

Xurmanın müxtəlifliyi heyranedicidir: təzə var, toxumlu və toxumsuz qurudulmuş var- qoz və püstə ilə doldurulmuş şokoladlı xurma. Hər zövqə görə xurma var. Xurmadan başqa başqa şirniyyatlar və tropic meyvələr də var.

Azərbaycan Turizm Blogerləri Assosiasiyası

#uçmaqüçündoğulanlar #travelblogger #travel #VisitAbuDhabi #abudhabi #emirates #uae #visituae

DİGƏR BLOQLAR

Sicilya bələdçisi - I hissə

Sicilyadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiniz.Hamımızın planımızda mütləq gəzəcəm dediyimiz bəlli ölkələr və şəhərlər var. Hələ “La vita e bella”, “Il bisbetico domato” , “Nuovo cinema paradiso” filmlərinə baxarkən mütləq İtaliyaya gedəcəm qərarına gəlmişdim. Məlahətli, emosional italyan dili, üzüm bağları, mavi dəniz, pesto sosu, hər fürsətdə sizə-turistlərə kömək etmək istəyən istiqanlı cənub insanları. Amma Siciliya…Siciliya heç vaxt planımda olmayıb.Sicilyadakı otellərəAralıq dənizinin ən böyük adası olan Siciliyanı görmək 2017-ci ilin Noyabrına qismət imiş. Erasmus+ Youth Exchange proqramı çərçivəsində Catania şəhərindən 1 saatlıq məsafədə yerləşən Messinanın bələdiyyəsi olan Sant’Alessio Siculo-ya iki Turkish Airlines, bir Ryanair- toplam 10-15 saatlıq səyahətlə çatdıq. Siciliya torpağına ayaq basarkən qaranlıq olduğundan ilkin təəssüratımız aydın görsənən, ulduzlarla zəngin açıq səma və dəniz üzərinə yol açan ay işığı idi. Noyabr nə qədər qulağa soyuq səslənsə də əslində Siciliya üçün tam bir yaz havası idi. Dedilər ki, isti hava buraları asanlıqla tərk etmir və çimərlik sezonu yazın əvvəlindən başlayır payızın sonuna kimi davam edir.Proqrama əsasən Sant’Alessio Siculo qəsəbəsində bizim üçün ayrılmış üç ulduzlu təvazökar, sahildən otuz addımlıq məsafədə yerləşən, çiçəkli, terraslı, palma ağacları ilə qarşılanan, sarıya boyanmış Hotel Solemar-da qaldıq. Qəsəbədə ən bərkgedən hotellər cəmi üç ulduzludur, səbəbi isə sahilinin turistləri qarşılamaq üçün elə də böyük olmamasıdır. Dörd şezlonq arxa-arxaya düzsən divara dəymiş olacaqsan. [gallery ids="186,187,188,189,190" type="rectangular"]Filmlərdə də gördüyümüz kimi İtalyanlar evlərini günəş işıqlarından qorumağı sevirlər. Balkonumuzdan dənizə açılan mənzərini görmək üçün əməlli vaxt sərf etdik. Bunun iki qat pərdəsi, pəncərəsi, taxtadan digər pəncərəsi… Və budur! Sabah günəşi ilə parıldayan mavi dəniz.ALMAN YAZIÇISI HÖTE HAQLI İMİŞ. “SİCİLİYANI GÖRMƏDƏN İTALİYANI GƏZMƏK, ÜMUMİYYƏTLƏ İTALİYANI GƏZMƏMƏK DEMƏKDİR. SİCİLİYA HƏR ŞEY ÜÇÜN İPUCUDUR”.Qeyd edim ki, Sant’Alessio Siculo 6 km2 ərazi və 1500 nəfər əhalidən ibarət kiçik bir qəsəbədir. Biz qeyri-turistlik mövsümdə getdiyimizə görə qəsəbə 50 nəfərdən ibarət görsənirdi və ortalama yaş 65-in üstündə olardı. Səhər bələdiyyədə sədr gördüyünüz xanımı günorta kafedə nahar edərkən, axşam isə turist agentliyində işçi kimi görə bilərdiniz, bu da qaldığımız komunanın nə qədər böyük olması haqqında təsəvvür yaradırdı.Franz Kafka “hüzur istəyirsən?-az insan, az əşya” deyib. Sant’Alessio Siculo nadir hallarda moped, fiat maşınları keçən boş küçələri, az insanları, “vendere”, “affitto” elanları asılmış kimsəsiz evləri ilə məhz hüzur hissi yaratmışdı. Səssizliyin dadını çıxartmışdım.Əlbəttə ki, bütün günümüz o qəsəbədə keçmirdi yoxsa Siciliyada həyat maraqsız olardı. Qaldığımız bir həftə ərzində Castelmola, Taormina, Forza D’agro, Savoca, Catania kimi şəhərləri, qəsəbələri gəzdik. Havalar günəşli, sərin keçdiyindən Siciliya torpağında atdığımız hər addımdan zövq alırdıq.CASTELMOLAAvtobusla dağı dolanaraq qalxdıq bir tərəfdən möhtəşəm İoniya sahili, başı qarlı Etna dağı, digər tərəfdən isə Giardini-Naxos körfəzi və Sant’Alessio Siculo qalasına açılan mənzərəli kiçik Castelmola qəsəbəsinə. Norman qalasının qalıqları ətrafında dağın başından ta yamacına kimi qurulan qəsəbə təbiət terrasını xatırladırdı. O qədər hündür idi ki, hətta məktəb vaxtı bizə xəritədə sapoqi kimi göstərilən İtaliyanın dabanını və pəncəsini üfüqdən seçə bilirdik. Bir otaqlıq sahəni əhatə edən üç mərtəbəli kafedə bizi məhz Castelmolya məxsus hazırlanan yerli badam şərabına qonaq etdilər. Castelmolaya gedib o şərabı dadmamaq, Zaqatalaya gedib fındıq yememək kimi bir şeydir.TAORMINACASA CUSENI MAISON DE CHARMEƏsrarəngiz! Boşuna Siciliyanın turist paytaxtı demirlər. Taormina ilə tanışlığımız gözəl sənətlər muzeyi olan Casa Cuseni-dən başladı. Tarixin, mədəniyyətin, incəsənətin, tolerantlığın beşiyi olan bu malikanə hər birinin danışmağa öz hekayəsi olan antik əşyalarla dizayn edilib və xüsusi zövqlə salınmış papirus, mandarin, limon ağacları, çiçəklərdən ibarət İtaliyanın ən möhtəşəm bağının əhatəsində qorunub saxlanılır və sizə şəhərə quşbaxışı mənzərə, Etna dağına əzəmətli görüntü bəxş edir. Pablo Picassodan tutmuş Ziqmund Freydin qızı Annaya kimi mötəbər şəxsiyyətləri, yazarları, rəssamları, Koko Şaneli qonaq edən bu malikanə hazırda muzey-hotel kimi Taormina turistlərinə xidmət göstərir. Hoteldən çox, doğma ev abu-havasını yaradan malikanə sizə burada yaşamdan çox, öz dövrünün dahi şəxsləri ilə birgə tarixi, yaradıcı səyahət vəd edir. Məsələn, adına uyğun olaraq tərtib olunan, barokko üslublu balkondan Etna dağı və şəhərə açılan mənzərəli Pablo Picasso otağında gecələmək istəyisinizsə təqribən 510 manatınızdan keçməlisiniz. Bundan başqa amerikalı rəssam Henry Faulkner, isveçli aktrisa Greta Garbo, ingilis yazarı Daphne Phelps adına müxtəlif üslublarda dizayn edilmiş otaq seçimləriniz də var. [gallery ids="191,192,193,194,195,196" type="rectangular"]20-ci əsrin əvvəlində tikilən Casa Cuseni birinci və ikini dünya müharibələri dövründə tətbiqi incəsənətin beynəlxalq mərkəzi olmuşdur. Britaniyalı rəssam Robert Hawthorn Kitson-nun şəxsi kolleksiyasını özündə saxlayan malikanədə yemək otağının interyeri məhz özü tərəfindən çəkilən, hazırlanan, dizayn edilən dünyada yeganə interyerdir. Qeyd edim ki, həm bağ, həm də malikanə rəssam tərəfindən qurulub.Casa Cusenini gəzəndən sonra özümə söz verdim ki, bir gün mütləq yenə gələcəm amma bir saatlıq muzeyi gəzmək üçün deyil məhz Pablo Picasso otağında bir gecə də olsa qalmaq üçün…TURIST PAYTAXTI- TAORMINAGirişi və çıxışı iki şəhər qapısı ilə müəyyənləşən 13 km2 sahəni əhatə edən turistlərlə zəngin Taormina. Mərkəzi küçədə gəzərkən addımbaşı limonad, vespa suvenirləri, xaç atası film, mahnı diskləri, limon sabunları satan kiçik köşk və mağazalarla rastlaşa bilərsiniz. Xoş limon ətrini şəhərin əksər hissəsində duymaq mümkündür. Taorminanın gözü amfiteatrdır. Ən çox turist növbəsini də elə orada gördüm. Amfiteatra gedərkən diqqətimi fransız turistlərin yaş qrupu çəkdi: 65-75 yaş. Qarşımda tipik avropalı nənə başqa bir qadının qolundan tutub enişli, yoxuşlu pilləkənləri aramla qalxır, bir tərəfdən bələdçinin fransızca turuna qulaq asır, digər tərəfdən də günəşin qızıl saat ərəfəsində amfiteatr üstünə saldığı şəfəqi seyr edirdi. Kənardan baxsanız düşünərdiniz ki, amfiteatr qadının axırıncı səyahətidir. Həmin nənə sevincli-kədərli qəribə hisslər yaşatdı. İnsan ömrünün nə qədər qısa, zamanın isə qəddar olduğunu xatırlatdı…Günəş batırdı mı, yoxsa amfiteatr günəşdən uzaqlaşırdı mı bilmirəm. Hər halda biz də digərləri kimi “me time” yaşamaq üçün fərqli pilləkənlərdə oturub günəşin həmin gün üçün olan son şüalarından zövq aldıq…Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Nata Hasanova

676 dəfə oxunub

Monteneqro və Balkan ölkələri bələdçisi

Budvadakı bütün otel, apartament və hostelləri bu linkdənbook (bron) edə bilərsiz.Artıq yay gəlib və gəzmək istəyən hər kəs tətil programını hazırlamağa başlayıb. Büdcənizə min bərəkət və xoş istirahətlər əziz @gezeyenler :) Mənə ünvanladığınız suallara əsasən sizlərə,hər səyahətçinin səyahət planına uyğun olacaq (səyahətçilərin büdcə, zaman, seçdiyi istirahət növünə görə) bir neçə hissədən ibarət olan Monteneqro və Balkan ölkələri haqqında ətraflı məlumat paylaşacam.1️⃣ci Hissə  (İqlim, Nəqliyyat)✅Səyahət planınızdan asılı olaraq:1. İqlimi - Ölkənin cənub hissəsi, sahilyanı bölgələri ilin çox günü yağışlı və günəşli olur. Monteneqronun məşhur şəhərləri sahilyanı şəhərləridir.2. Monteneqronun turistik sezonu həm qış, həm də yay sezonu üçün uyğundur. Turistlər qışda skiing üçün ölkənin şimal bölgələrinə üz tuturlar. Fevral - mart aylarında sahilyanı şəhərlərdə turistlər üçün müxtəlif karnavallar, festivallar təşkil edilir və bunlar açıq havada keçirilir və ödənişsizdir. Yay aylarında sahilyanı şəhərlərə turistlərin daha çox axın etdiyi aylardır.3. Sahilyanı bölgələrdə qış sərt keçmir, ən soyuq aylar, dekabrın ortasından - fevralın ortasına kimidir.✅ Hava limanları1. Ölkənin iki hava limanı var: Podgorica (paytaxt şəhər, skadar gölü, Bar şəhəri və s. kimi görməli yerlərə yaxın şəhərdir) və Tivat (Xorvatiyaya və Monteneqronun sahilyanı şəhərlərinə yaxın şəhərdir). Tivat hava limanına Azerbaycan, Rusiya, Türkiyə kimi bir çox ölkələrdən uçuşlar yalnız yay sezonunda olur və Pasha travel artıq 2 ildir yay sezonunda bu hava limanına, uyğun qiymətə, birbaşa uçuşlar təşkil edir.2. Həmçinin sezondan asılı olmayaraq Türkiyədən Montenegroya tur avtobusları da gəlir.✅ Nəqliyyat1. Şəxsi maşın və ya rentacar ilə gəzməyi düşünürsünüzsə zaman itirmədən ölkəni daha yaxından kəşf ede bilərsiz. Top views üçün şəxsi maşın əvəzolunmazdır, her yere avtobus getmir. Yanacaq qiymətləri təxmini olaraq belədir ardıcıllıq Mne, Bosna, Makdn*Super 95 (1.37€, 1.16€, 1.13€)*Premium 98 (1.41€, 1.21€, 1.17€)*Diesel (1.25€, 1.18€, 1.02€) Texmini rent a car qiymətiləri (bokasun firmasının) Opel Corsa Manual (<7 gün -50 €, >7 gün -45€), Ford Flesta Manual(45-40€), Audi A4 Automatik (65-60€)Taxi firmaları (mənim yaşadığım şəhərdə -Hercegnovi)-novitaxi (tel: 19767) 24 saat-taxi more (tel: 19730) 24 saatAvtobus qiymətləri haqqında isə aşağıdakı link’dən maraqlana bilərsiz. Link’də həm ölkə daxili, həm da qonşu ölkələrə gedəcək avtobuslar və qiymətləri göstərilir.https://busticket4.me/EN* Avtobus bilet qiymətlərində avtobus firmalarına göre 1-2 euros fərq olur.2️⃣ci Hissə-Dil-Çimerlikler✅Dil- Ölkənin dili serb dilidir, rus dilli turistler az-çox yerli insanları anlaya bilər. Xarici dil olaraq İngilis dili istifadə edilir. Ölkədə rus dilini bilən təbəqə çox yaşlı təbəqədir. İngilis dili daha çox turizm sahəsində istifadə olunur.✅Çimərliklər- Sahili narin qum olan çimərlikləri çox azdır. Əksər çimərliklər ya çınqıl, ya da iri daşlıdır. Bir çox çimərliklərdə dənizin suyu təmiz, dalğasızdır. Buna səbəb dağlarla əhatə olunmasıdır. Çimərliklərdə işlətmə sistemi olmadığı üçün kafe-restoranı olmayan çimərliklər də var, həmçinin ətrafın natəmizliyi də sizi narahat edə bilər. İstəyinizə uyğun çimərliklər ⭐️Budva şəhəri (məşhur çimərliklər bu şəhərdədir)1. Mogren Beach -Budva old city yanında (200m) yerləşir. Sahili qumdur.2. Jaz Beach (4km) -məşhur çimərliklərindən biri. Restoran, kafe var. Sahili qum və çınqıl. Uşaqlı #gəzəyənlər üçün uyğundur. Həmçinin kürekli botlar, kayaklar ve jet ski kiralıya bilərsiz.3. Becici Beach (1.8km) -sahili qumdur. Xalq çimərliyi ilə birgə otel müştəriləri üçün də çimərlikləri var.4. Trsteno Beach -qum, çıngıl qarışımlı sahili var. Ən sevdiyim çimərlik deyə bilərəm. Ətrafında hal-hazırda təmir işləri gedir, kafe-restoran və başqa işlətmələr hələ ki, çalışmır (ehtiyyat yeyəcək, içəcək alın yanınıza). Sadəcə suyunun rənginə, şəffaflığına, təmizliyinə göre ora getməyə dəyər. Mütləq özünüzlə dənizin dibində üzən balıqları görmək üçün gözlük götürün.5. Budvada sahili günlük 100€-dan başlayan çimərliklər də var. Bunlar :-Dukley Beach (otel)-Queen's Beach (Yalnız Hotel Milocer müşətirləri üçün)-Milocer və ya King’s Beach (Yalnız Hotel Milocer müşətirləri üçün)-Aman Beach (Sveti Stefan) -adam başına 50€ ödəniş etmək lazımdır. Lakin həmən qarşısında xalq çimərliyi var ⭐️Digər çimərliklər1. Dobrec -sahili çıngıl, suyu şəffaf. Hersegnovi, Rose, Zanjice ve Miriste'dən qayıq ilə getmək mümkündür və turistlər arasında daha az tanınan bir çimərlikdir. 2. Lucice -balaca körfez, ətrafı yaşıllıqlarla əhatə olunub. 3. Plavi Horizonti 4. Mala Plaža (Ulcinj) 5. Petrovac (Budva) və s.3️⃣cü Hissə-Qidalanma-Alışveriş✅QidalanmaBalkanların mətbəxi demək olar ki, bir-birinə yaxındır və Osmanlı mətbəxindən də bəzi ləzzətlər bu ölkənin mətbəxinə keçmişdir. Porsyonları əksər məkanlarda böyük olur, sifariş edərkən diqqət edin ⭐️Fastfood1. Çevapi (bizim lülə kabab), və sifariş edərkən donuz əti yemirsinizsə, qiymənin tərkibində donuz ətinin olmamasını öncədən dəqiqləşdirin. (Min. 2.5 €, təxmini 5 tikə çevapi və digər əlavələr)2. Pizza -mənə görə ləzzətli pizzaları burada dada bilərsiniz. (Min. 5-6 €)3. Giros -yunan mətbəxindən, bir növ şaurmaya bənzəyən yeyəcəkdir. (Min. 3€)⭐️Digər yeyəcəklər-Ət yeməkləri həm dad, həm də qiymət baxımından çox sərfəlidir. -Dəniz məhsulları qiymət baxımından bir az yüksəkdir.⭐️İçəcəklər-Montenegro həm də şərabları ilə məşhurdur.-Çay sifariş edərkən, sizə limon, bal ilə servis edilir. Bu cür çay servisinin səbəbi var yerlilərə görə çay xəstə olarkən içilirmiş, və bu ənənə belə də davam edir. (Fincanda servis edilir, min. 1€)⭐️RESTORANLARMontenegroda, əsasən də sahilyanı bölgələrdə əksəriyyət məkanın mənzərəsi gözəldir.Amma elə restoranlar var ki, oraya məhz mənzərəsinə görə getmək lazımdır. Əlbəttə gündüz vaxtı 1. Gradska Kafana (Hercegnovi)2. Forte Rose (Hercegnovidən qayıq ilə gedə bilərsiniz)3. Çatoviça Mlini (Hercegnovi Kotor arasındakı, erazi Morinj) -dadlı balıqları ilə məşhurdur. Köhnə dəyirman ərazisini restorana çeviriblər, paylaşdığım şəkili həmin məkanda çəkmişəm.4. Verige 65 (Kostanjica, Kotor)5. Admiral Cafe & Restaurant (Hercegnovi)6. Restaurant Galion (Kotor)7. Fish restaurant Djardin (Perast)8. Big Ben (Tivat) və s.✅ Alışveriş4️⃣cü Hissə (Sual-cavab)Bu postumda mənə ünvanladığınız sualları cavablandıracam, ümid edirəm sizlərə faydalı olacaq1. Viza teleb olunur?✅ Montenegro (90gün) və aşağıdakı sərhəd ölkələr Azerbaycan vətəndaşına viza tətbiq etmir. Bosniya və Herseqovina (90gün), Makedoniya (90gün), Albaniya (90gün), Serbiya (90gün)2. Turist vergisi ödəmək lazımdır?✅Bəli, Montenegroda qaldığınız hər gün üçün 1€ (1 günün qiyməti) ödəmək lazımdır. 30 gündən əlavə qalırsınızsa, ondan sonrakı günlər üçün ödəniş etmirsiz.3. Qonşu ölkələrə getmək üçün sərfəli nəqliyyat, transport nədir?✅Öncəliklə Montenegronun öz şəhərlərini gəzmək və qonşu ölkələrə getmək üçün aşağıdakı linkdən faydalana bilərsinizhttps://busticket4.me/EN4. Çimərliklərdə şezlong qiymətləri nə qədərdir? Şezlong kiralamadan çimərlikdən istəfadə etmək mümkündür? Çimərliyə giriş ödənişlidirmi?✅Şezlong qiymətləri 5-7€’dan başlayır. Saat 19:00-dan sonra dövlətin qanununa göre şezlonglar ödənişsiz olur.Demək olar ki, əksər çimərliklərdə xalq üçün yer ayrılır, və şezlong kiralamadan çimərlikdən istifadə etmək haqqınız var Ölkənin əksəriyyət çimərliyinə giriş sərbəstdir.5. Teknə turları haqqında*Teknə turu sezonu 01 May-31 Sentyabr✅ Teknə turları üçün özünüz teknə kiralaya da bilərsiniz, əsasən Budvadan (saatı 30-40€’dan başlayır, ) ya da bir nəfərlik biletinizi alıb tur təklif edən teknələrə üz tutursuz (15€’dan başlayır)⭐️Kiralıq teknə turu xidmətinə daxildir: -Dəniz gəzisi Budva Riviera, Becici, Kamenova, Milocer, Sveti Stefan, The Island of st. Nicholas-Bir neçə çimərliklər -Drobni pjesak, Petrovac, H3 (Nudist), Trsteno, Zanjice, Ploce, Nicholas adasındakı çimərlik.-Bigovo balıqçı kəndi, Blue cave, Kotor Körfəzi (Hercegnovi və Kotor)-Balıq tutma-Teknə ilə gecə gəzintisi⭐️Turist teknə turlarına daxildir-bəzi turlar səhər başlayır, bəziləri isə səhər və ya günortadan sonra olmaqla 2 hissədən ibarət olur.-hop on - hop off (2.5 saat, bilet 15€)-Kotor-Perast-Island lady of the rocks (hər teknə turu fərqli yerlərə gedir)5️⃣ci Hissə Ölkənin rəsmi bayramları ️☃️QIŞ fəslində olan bayramlar01.01- Yeni il02.01- Day of Saint Ignatius of the God-Bearer - chicken Christmas.05.01- Tucindanan.06.01- Milad (Badnji dan).07.01- Yanvar – Milad14.01- Köhnə yeni il YAZ fəslində olan bayramlar15.04- Uşaqlar bayramı01.05- Əməkçi bayramı12.05- Müqəddəs Basil Günü21.05- Monteneqronun Müstəqillik GünüDəyişən tarixlərlə Pasxa️YAY fəslində olan bayramlar03.06- Monteneqronun Müstəqillik Günü04.07- Partizan bayramı13.07- Monteneqronun dövlətçiliyi günü28.08- Monteneqronun Krallığının elan etdiyi günPAYIZ fəslində olan bayramlar01.11- Bütün müqəddəslərin günü29-30 noyabr Respublika GünüFəsillərə görə şəhərlər️QIŞ* Adriatik sahili boyunca yerləşən bölgələr il boyu şimal bölgələrə nisbətən daha mulayim olur, qış aylarında orta temperatur 11 ° C. Bu ərazilərdə qış sıxıcı keçir, turistlərin diqqətini çəkmək üçün festivallar təşkil olunur.*Qışın 3 ayı soyuq (orta temp. -10 ° C) keçən şimal bölgələrdə turistlər üçün Zabljak və Kolasin istirahət mərkəzlərində xizək mövsümüdür (yanvar, fevral)YAZ* Mart ayında sahil və mərkəzi bölgələrdə temperatur 16 ° C’dir, lakin yaz aylarında tez-tez gur, günlərlə yağış ️yağır, bu isə bəzi gəzəyənlər üçün əlverişli olmaya bilər. Dağlarda xizək mövsümü Mart ayının son günlərinə qədər davam edir.*Aprel bütün ölkə üçün isti havalara keçid ayıdır, lakin yağışlı havalar davam edir. Yağışlara baxmayaraq aprel ayında hava gəzmək üçün əlverişlidir.*May ayında, dənizkənarı istirahət mərkəzləri qonaqlara qapılarını açılır. Hava yaxşıdır, lakin hələ üzgüçülük üçün uyğun deyil.YAY* Adriatik sahilində yay çox quru və isti olur. İyun ən rahat aydır. Temperatur təxminən 30 °-28 ° C.*Dağlıq bölgələrdə təxminən 25 ° C.PAYIZ*Sentyabr və noyabrın ilk yarısı Adriatik sahillərində Velvet Mövsümüdür, yəni Adriatik dənizinin suyu hələ də üzgüçülük üçün kifayət qədər istidir.*Soyuq havalar noyabr ayından başlayır.6️⃣cı HissəMontenegro turu1. Öncəki postlarımdan birində qeyd etdiyim kimi ölkənin 2 hava limanı var: Tivat, PodgoricaMonteneqroda görüləcək yerlər-Hercegnovi, Tivat, Perast, Kotor, Budva, Çetinye, Bar(təmiz zeytun yağı), Ulcinj(Albaniya ilə sərhəd), şimalda -Nikşiç, Jabljak(Black lake, doğa yürüyüşü, üzgüçülük), Tara(zip line), Durmitor, Ostrog✅Tivat hava limanı ilə gələn turistlər üçün təxmini gəzi turu belədir 1. Tivat -ən məşhur yeri Porto Montenegro, bu şəhərə təxmini 1 saat zaman ayırın.2.Ferry ilə yolu qarşi tərəfə keçin (Ferry’də minik maşın üçün bilet 4.5€), keçdiyiniz yer Kamenari adlı ərazidir. Əgər zamanınız varsa Kamenaridən avtobus ilə Hercegnoviyə gedin, yoxdursa yolu əks istiqamətdə davam edərək, Perast, Kotor, Budva, Bar, Ulcinj kimi şəhərlərə üz tutun.7️⃣ci HİSSƏ(Montenegroda edile bilecek aktiviteler)Aktiviteler fesillere göre, bölgeye göre deyişir. Yay-yaz aylarında 1. Velo tours2. Boat Tours3. Rafting (şəffaf suyu olan Tara çayı)4. Paragliding (yamaç paraşütü) (Budva)5. Kitesurfing (Ulcinj şəhərindəki sahil, Long beach bu idman növünü sevənlər üçün ən uyğun sahildir)6. Windsurfing7. Kayaking8. Adventure Park Lovcen (uşaqlar üçün daha uyğun yerdir)9. Zip Line (Zabljak, Njequsi) 3 tip zip line var, qısa- Red Rock, orta- Tara, uzun- Extreme10. Diving ️Qış aylarındaSki (Zabljak, Kolasin) Qışda turist çoxluğundan, saat 11’dən sonra ski spor alətləri bitir.8️⃣ci HİSSƏ və son paylaşımım ✅Montenegro ilə qonşu olan ölkələr və ya digər Balkan ölkələri⭐️1. Mənim ən çox bəyəndiyim balkan ölkəsi Xorvatiyadan başlayaq . Viza tələb olunur. Ən məşhur şəhərlərindən biri Dubrovnik.“Game of thrones” serialından sonra turist sayısı 100% artdı və yay turist sıxlığı olan aydır. Şəhəri gəzmək bir və ya yarım gün bəs edər. Rentacar ilə gələnlər DİQQƏTLİ olun, ölkədə maşınlar üçün park pulu çox bahadır.Dubrovnikə yaxın digər gözəl bir şəhər isə Cavtat şəhəridir.Vaxtınız olursa, mütləq Xorvatiyanın bir çox şəhərlərini gəzin. Xorvatiya turum haqqında paylaşım etmişəm #seyahat_arzusuuuxorvatiya⭐️2. BİH (Bosniya) Mostar körpüsü (memarı türk olub)Trebinje (yarım gün bəs edər)Sarayevo (ölkənin paytaxtı və özünüzü Türkiyədə hiss edəcəksiniz )⭐️3. Makedoniya ????Üsküp (Skopje) ölkənin paytaxtı (bir və ya yarım gün bəs edər)Ohrid (milvarisi ilə məşhurdur)⭐️4. AlbaniyaAlbaniyanın paytaxı, Tirana - mənə görə sıxıcı şəhər, vaxt itkisi.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nigar Musazade      

2303 dəfə oxunub

İngilis mədəniyyətinin mərkəzi - Kembric

Kembricdəki bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.Gəzəyənlərə salamlar! Uzun müddətdir ki, qrupda diqqətdən kənarda qalan Kembric şəhərinə etdiyim səyahət haqda yazmağı düşünürdüm. Ümid edirəm, oxumaq sizlərə xoş və faydalı olar. Dünyada çox nadir şəhərlər var ki, adı çəkiləndə ilk yada düşən şəhərin özü deyil, orada yerləşən universitet olur. Elə açığı, iki il əvvəl Kembric (Cambridge) şəhərinə səyahət etmə qərarını alarkən də bizi cəlb edən məhz qədim Kembric Universitetinin ad-sanı idi.Hələ 1209-cu ildə Oksford Universitetinin bir qrup professorunun yaranan fikir ayrılığı səbəbilə şimal-şərqə doğru köçməsi ilə əsası qoyulan universitet, London şəhərindən təqribi 100 km məsafədə yerləşir. Avtobuslar vasitəsilə paytaxtdan asanlıqla və çox sərfəli qiymətə (ortalama 10 avro), 2-3 saata çata bilirsiniz şəhərə.Kembric, Birləşmiş Krallıqda yerləşən ənənəvi tələbə şəhərlərindən biridir. Şəxsi təcrübəmdən deyim ki, bu cür şəhərlərə gedəndə “universitet hansı tərəfdədir?” tipdə gülünc suallar verməyin. Çünki şəhərin özü elə başdan-başa Kembric Universitetinin müxtəlif kolleclərinin əzəmətli binaları ilə göz doldurur. Bu binalar vaxtilə Isaac Newton, Charles Darwin, Stephen Hawking kimi şəxslərin ikinci evi olub, hər birinin də fərqli hekayəsi var. Bu səbəbdən də, hər birinin hekayələrini əvvəlcədən araşdırıb gəlsəniz səyahətiniz qat-qat maraqlı və yadda qalan olar.Fotolardan da gördüyünüz kimi, universitetin binaları yaşıllıqlar içərisindədir. Bu gözəlliklərin daha dolğun bir şəkildə şahidi ola bilmək üçün, səyahətinizi yaz və ya yay aylarına planlaşdırın. Həm şəhərin bir çox füsunkar nöqtələrini tez bir zamanda görə bilmək, həm də ki, tarixi haqda ümumi məlumat əldə etmək və sizə maraqlı olan sualları vermək üçün mütləq qayıq turlarından istifadə edin. Qiyməti 16 avro ətrafındadır və ən əsası da, qayığı sürənlər və bələdçilər bir çox hallarda Kembric tələbələri olur. Oksford Universiteti ilə qədimdən gələn “düşmənçilik” hissi hələ də qalır. Amma siz bələdçiləri bu mövzu haqda suallar verərək qıcıqlandırmaqdan çəkinməyin. ???? Məsələn, bir Kembric Universiteti tələbəsinin verdiyi məlumata görə, “məlum universitetdən” fərqli olaraq, Kembricdə universitetdə dərsə girişə əksər hallarda məhdudiyyət qoyulmur. Yəni səyahətiniz tədris vaxtlarına düşsə, çox şübhə çəkmədən gedib dərslərdə iştirak edə bilərsiniz ????Şəhər mərkəzi isə həm tələbələrin, həm də turistlərin işinə yarayacaq hər şeyə sahibdir: publar, məşhur Cambridge köynəkləri və aksessuarları ala biləcəyiniz hədiyyə dükanları, maraqlı kafelər, daha nələr, nələr... Ən önəmlisi də, unutmayın ki, hər il dünyada 10 minlərlə insanın xəyalını qurduğu, çox kiçik bir hissəsinin gərəkli göstəriciləri toplaya bilərək müraciət edə bildiyi və sonda onların içərisində hər 5 nəfərdən yalnız 1-nin qəbul ala bildiyi bir universitetin tələbələri ilə eyni şəhərdə, eyni kafedə və ya pubdasınız. Fürsəti dəyərləndirib bu insanlarla münasibət quraraq, maraqlı söhbətlər edərək özünüzlə xoş xatirələr apara, səyahətinizi unudulmaz edə bilərsiniz. Hər kəsə xoş istirahətlər! ✊????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Rasul Musayev

1152 dəfə oxunub

Bolqarıstan bələdçisi

Sofiyadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salamlar  Bu həftəsonu Bolqarıstandaydım, Budapeşt-Sofia-Budapeşt biletini bir neçə ay öncə 33 avroya almışdım. İndi Sizə qısa səfər təəssüratlarımı və tövsiyələrimi yazım:1. Bolqarıstan Avropa Birliyində gördüyüm ən ucuz ölkə təəssüratı yaratdı, bu da oradakı maaşların çox az olması ilə əlaqədardır. Həm də fevralda turistlər az olduğundan bu baxımdan mənə çox da xərc düşmədi. Sofianın mərkəzi küçəsinə yaxın ərazidə təknəfərlik mənzilin 3 günlük kirayəsi toplam 40 avrodan bir az aşağı oldu (mətbəx və hamam ümumi yox, şəxsi idi).2. Bir bütün gün Sofiyadakı əsas turistik obyektləri gəzməyə sərf edir, ictimai nəqliyyatdan qətiyyən istifadə etmədim və hər yerə piyada getdim. Ancaq aeroportdan şəhərə və geriyə taksidən istifadə etdim, kifayət qədər ucuzdur (günorta 5-7 avro, gecə 7-10 avro). İstəyənlər ictimai nəqliyyatla rahat aeroporta gedib-gələ bilərlər, 10-15 dəqiqə nisbətən çox vaxt gedə bilər, amma pul qənaət edə bilərsiniz.3. İnsanları kifayət qədər xaricilərə açıqdırlar, cavanlar ingiliscə, yaşlılar isə rusca başa düşürlər, amma əla danışmaya bilərlər. Kobudluq və ya xaricilərə qarşı hörmətsizliklə rastlaşmadım, baxmayaraq ki, belə şeylərə hətta Qərbi Avropada da ara-sıra rast gəlinir.4. Mən 1.5 gün Sofiada, tam 1 gün isə (səhərdən axşama kimi) Plovdiv şəhərində (Bolqarıstanın ikinci ən böyük şəhərində) piyada gəzdim və əsas turistik obyektlərə baş çəkdim. Məncə, Plovdiv Sofiadan daha maraqlı və gözəl şəhərdir.5. Hər iki şəhər haqqında Vikitravel-də oxumuşdum, qeyd edim ki, hər iki şəhər məqalələrdə yazılanlardan daha təhlükəsizdirlər, oradakı məlumatların bəziləri köhnədir və Bolqarıstanın daha pis vaxtlarını xatırladır:- Sofia: https://wikitravel.org/en/Sofia;- Plovdiv: https://wikitravel.org/en/Plovdiv;6. Yeməkləri dadlıdır, xeyli ətli və tərəvəzli olurlar, tipik Balkan mətbəxidir və dadı da bizimkinə yaxındır. Mən adətən ət yeməkləri verilən fast food tipli yerlərdə və mərkəzi bazarda qidalanırdım, çünki səyahətlərdə vaxtımı gəzintiyə sərf etməyi daha çox sevirəm. Happy Grill adlı restoranlar şəbəkəsində çox yaxşı dadlı yeməklər və servisin şahidi olacaqsınız, amma deyim ki, Sofia standartlarına görə nisbətən bahalı yerdir. Lakin müqayisədə Budapeştdəki ortabab restoranlardan da ucuzdur.7. Bolqarıstanda qaraçılar kifayət qədər çoxdurlar və hər yerdə gözə dəyirlər, hər iki şəhərdə mərkəzdən kənardakı ərazilərdə kompakt yaşayırlar. Onların ərazilərinə getmək məsləhət deyil, kifayət qədər pinti yerlərdir və təhlükəli ola bilər. Orada qaraçıların çoxu türkcə danışırlar və belə adamları mərkəzdə görmək də mümkündür, çox da baş qoşmayın ki, neqativ hallarla qarşılaşmayasınız.8. Küçədə satılan malları almayın, mərkəzi ərazilərdə, vağzallarda və kilsələrin ətrafındakı dilənçilərə pul verməyin, taksini ancaq sifarişlə edin (Yellow Taxi-nin Uber kimi app-i də var), ancaq rəsmi yerlərdə pul dəyişin - bu qızıl qaydalara əməl etməsəniz, problemlər yaşamaq ehtimalınız var;9. Sofia-Plovdiv-Sofia biletini bu saytdan almışdım: http://busexpress.bg/Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Rashad Rezső Mehbaliyev

836 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!