Oslodakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz. Skandinaviya turumun sonuncu ölkəsi Norveç, sonuncu şəhəri Oslo oldu.
Yenə qayıdaq mı başa?
İsveçdə Lagom, Danimarkada Hygge bəs Norveçin qışda çiçəklənməsinin səbəbi nədir?
Təbii ki, norveçlilərin də özlərinə məxsus bir fəlsəfələri var. Bu da “Koselig” fəlsəfəsidir.
Koselig sizə "Hygge"i xatırlada bilər, buna bənzər Danimarkadakı rahatlıq və xoşbəxtlik anlayışını (əvvəlki postumu oxuya bilərsiz Hygge haqqında). Şamlar, kaminlər və yumuşaq yorğanlar, eləcə də dinc, rahat, mehriban və isti bir mühitdə qalmağa və xoşbəxt olmağa diqqət yetirmək hər iki fəlsəfədə vacibdir.
Hə, deyəcəksiz elə eyni fəlsəfədir o zaman. Haqlısınız, bənzərdir, amma eyni deyil.
Belə ki, evdə hazırlanmış ləzzətli yeməklər, sevimli içkidən bir fincan, çıtırtılı kamindən sakitlik hissi, şamların isti parıltısı...
Bəli, bu Norveç Koselig-idir, amma burada əsas məqsəd başqa insanlar ilə əlaqəni hiss etməkdir. Səmimiyyət, rahatlıq və istilik təkcə şəxsi yaratdığımız mühitlə məhdudlaşmamalı, həm də digər insanlara qarşı olan münasibətlərimizdə özünü göstərməlidir.
Məsələn, Everesti fəth edən ilk norveçli qadın Randi Skauq Koseliqin mahiyyətini belə izah edir:
“Birlikdə/Bərabər olmaq anlamın çox vacib bir hissəsidir. Çünki özünüzə "Bu, koseliqdir!” deyə bilmirsiz. Lakin ətrafınızda başqa insanlar varsa, deyə bilərsiz.”
Əgər Hygge bir kiçik anın sevincini yaşamaqdan danışırsa, Koselig bu anı başqası ilə paylaşmaq sevincindən bəhs edir.
Bəlkə Koselig check list-i edək?
Hətta bunu oyuna da çevirə bilərik. Belə ki, toplanan hər bir bal üçün siz koselig xalları alırsınız. Nəqədər çox toplasaz o qədər də norveçlilər bunu qiymətləndirəcək (hətta fəxr edəcək)
Başlayaq:
– zəif işıqlandırma (mümkünsə lampalarla) 2 bal
– şamlar (bacardığınız qədər çox) 3 bal
– alov/atəş (Norveçdə kamin tapmaq heç çətin deyil məsələn) 4 bal
– elektron cihazları söndürmək (bəli, hamısını, o cümlədən televizor, telefonlar, planşetlər, noutbuklar, bildirişlərlə narahatçılıq verən hər şeyi) 3 bal
– musiqi (aşağı səsdə və ancaq sakitləşdirici melodiyalar, sərt metal Finlər üçündür) 2 bal
– isinmək üçün ilıq içkilər (qəhvə və ya konyak)
4 bal
– sadə yemək (mümkün qədər faydalı) 2 bal
– şirniyyat (evdə hazırlanmış vafli, o cümlədən evdə hazırlanmış giləmeyvə mürəbbəsi) 4 bal
- yorğan, yastıq və digər tüklü əşyalar (evdə nə olursa olsun) 2 bal
20 baldan çox topladınızsa, Koselig fəlsəfəsini anladınız deməkdir və Norveçə xoş gəldiniz!
Bu qədər fəlsəfə yetər!Keçək ölkənin özünə)
Bu dəfə sadəcə Oslonu görə bildim (ölkənin digər şəhərlərini və hissələrini görməyi planlaşdırıram gələcəkdə)