574 dəfə oxunub

Qeyzer, buzlaq və vulkanlar ölkəsi - İslandiya bələdçisi

Reykjavikdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.
Salamlar. Bir gün İslandiya haqqında yazacağımı söyləmişdim. Öz təcrübələrimi sizlərlə bölüşüm. Ən başından söyləyim, buras tamam başqa bir dünyadır, gəzib gördüyüm yerlərin heç birinə bənzəmir. İnsan əlinin dəymədiyi, pozmadığı şeylərin təbiət tərəfindən neçə gözəl qorunduğuna şahid olmamaq mümkün deyil.
Ölkə standartların üstündə bahalı olduğundan yaxın zaman planımızda yox idi. İtaliya-İsveçrə-Almaniya şəklində bir plan düşünmüşdük. Son 10gün qala Wizz air’in Milandan Reykjavike uyğun biletlərini gördüm, kabin bagajlı 1nəfər üçün get-gəl 100 avroya gəlirdi təxminən. Fürsət bu fürsət deyib son anda rotamızı dəyişdik.
İslandiya, Amerika ilə Avropa qitəsi arasında bir ada ölkəsidir, əhalisi 355.000 civarı. Havası çox dəyişkəndi. Oktyabr ayında getmişdik ona rəğmən termal geyimlər yanımızda götürmüşdük. Planımız xəritə boyunca çevrə çizmək idi, amma gəl, gör ki fələk öz işini görmüşdü. Getmədən bir neçə gün öncə ölkənin şimalına güclü qar yağdı, yollar bağlandı, 4x4lük maşın kiralamışdıq, qar təkərləri noyabrdan taxılmağa başlayırmış. Şimalda güclü fırtına alarmları vardı. Qar təkərimizdə olmadığından o riski almadıq, şərqinə doğru çıxıb eyni xətt üzrə dönüb şərq-cənub-qərb-şimalına çıxdıq. Gəzdiyimiz yerləri gün-gün olaraq qeyd edəcəm sonda. Ölkə görsəl şölən sunur turistlərə. Hər yerdən yol boyunca şəlalə axır, yolda qarşımıza qütb tülküsü də çıxdı. Hər yol boyunca at, qoyunları görürsünüz. Qaldığımız yerlər guesthouse’lar idi, market alış verişi edib yeməkləri özümüz hazırlayırdıq. Ölkə çox bahalı idi çünki. Sabahları sandwich hazırlayıb günü onla keçirirdik.
Ölkəni gəzmək üçün bəlirli bir neçə rota var, ilki Golden Circle və 1gün yeterli.
1. Thingvellir milli parkı ( buraya getmədik)
2. Bruarfoss şəlaləsi ( foss-şəlalə demək onların dilində) - bu şəlaləni şəkillərdə çox görürdüm rənginin bu şəkildə mavi olacağını düşünmürdüm. İlk gördüyümdə gözlərimə inanamamışdım , həqiqətən valehedici bir rəngi və gözəlliyi vardı.
3. Geysir- hər 5dəqiqədə bir yerin altında fokur fokur 80-100 dərəcədə qaynayan su bir neçə metrə yüksəkliyə fışqırır. Oraya çatarkən gördüyüm 2 güçlü fışqırma anı oldu , telefonu yetişdirib çəkəmmədim amma beynimdə fotoğrafını çəkdim, hava çox küləkli olduğundan su sonradan çox yuxarılara qalxa bilmirdi.
4. Gulfoss şəlaləsi- Buraya elektrik santrali tikmək fikri var imiş dövlətin. Gulfoss isimli bir qadın qarşı çıxıb hərəkat başlatmış onun nəticəsində bugün orası əl dəyməmiş durumda göz oxşayır. Nə yaxşı ki izin verməyiblər məhv edilməsinə
5. Kerid krater- bir vulkanik kraterdir. 6500 il öncə bir partlama nəticəsində yarandığı düşünülməkdədir.Sonrasında göl yaranmış . Rəngi möhtəşəm. Qalma işini Kraterə yaxın Selfoss deyilən bölgədə qaldıq, Reykjavikə dönmədik, çünki yolumuz cənuba doğru davam edəcəkdi. Sıradakı Sourth İceland deyilən 2 günlük rota. İlk gün
1. Seljalandsfoss şəlaləsi- bu şəlalənin özəlliyi arxasına keçilə bilməsidir. Mən keçəbilmədim yerlər sürüşkən idi amma keçənlər vardı.
2. Skogafoss- mənim favori şəlaləmdi, hava açıq isə göyqurşağını görəbiləcəksiniz. Game of Thrones serialının bəzi səhnələri bu şəlalənin önündə çəkilib. Yolüstündə 2010 ilində partlayıb bütün Avropanın hava trafikinin tıxanmasına səbəb olan “Eyjafjallajöküll” yanardağını uzaqdan görə bilərsiniz.
3. Drholaey - yaz aylarında Puffinləri görmək üçün ideal yerlərdən birisi və eyni zamanda Atlantik okeanına qarşı bütün mənzərə ayaqlarının altında
4. Reynisfjara black sand beach- dediğimiz qara volkanik qumları , Atlantik okeandan gələn öldürücü dalğaları olan o məşhur plaj. Görməyi ən çox istədiyim yerlərdən biri idi. Dalğalara “snaker wawe” adlanır, heç gözləmədiyin anda sahilə vurub insanı götürəcək qədər güclü olabilir. Ona görə çox yaxına getməmək məsləhətdir. Zamanında bir neçə turisti götürüb, qurtarmaq üçündə kimsə o riski almır. Vulkanik bazalt qayalarıda burada. Burası Vik qəsəbəsinə yaxındır, orada ara verib bir şeylər yeyə və yaxudda qala bilərsiniz. Buraya qədər 1gün yeterli.
İkinci gün davamı buzullarla davam edəcək
1.Svinafellsjokull( jokul-buzul)- bu buzulların rəngi biraz boz idi . Bir çox filmə ev sahibliyi edib. İnterstellarda Matthew McConaughey’in başqa bir gəzəgəndəymiş kimi üzərində yürüdüyü o buzullar elə məhz bu buzullardır. GOT’un bəzi səhnələridə burada çəkilib, Yabanilərlə Jon’un səhnələri. 2. Fjallsarlon- buradakı buzullar daha rəngi açıq daha gözəl idi, bu buzulların hamısə Vatnajokull buzulunun parçalarıdır. Buzulları yaxından görmək üçün təknə turları var.
3. Jökülsarlon - ən gözəl buzul bu idi, oradaykən qopan böyük buz parçalarına şahid olduq, kürəsəl isinmənin nəticələri deyək. Buradan qopan parçalar qapılıb iləridə sahilə vurur orasıda
4.Diamond beach- olaraq adlanır. Günəşli bir havada sahildə buz parçaları parladığı üçün bu adı almış. Eyni zamanda burada suitiləridə görmək mümkün, biz gördük bir neçəsini. O gün qalma işini Höfn deyilən bölgədə ayarlaya bilərsiniz. Əsas rotalar bunlar, digər günləri səthi keçəcəm. Balina izləmək üçün Akureyri, Hüsavik bölgələri ideal, şimalda qalır buralar. İkonik dağ mənzərəsi olan Kirkjufell dağının olduğu yerdə bir gün qaldıq bəlkə Auroranı oradan izlərik deyə amma o gün bir fırtına çıxdı ki az qalsın maşını qaldırıb uçurda. Ona görə o bir arzu olaraq mənimlə, bir gün onuda yaşayacağımıza inanıramÖlkədə bir çox termal lagoonlar var, Blue lagoon, Sky lagoon, Myvatn( bu şimalda qalır). Ən bilindiyi Blue lagoondur. Bizimdə tərcihimiz orası oldu. Möhtəşəm idi , bəzi şeyləri anlatmaü çətindir yaşamaq lazım, buda onlardan birisi idi.
Getdiyimizdə aktif vulkan yox idi , sönənlərədə turlar vardı amma cazib gəlmədi bizə.
Qısa tutmağa çalışsamda ancaq bu qədər oldu. Əlavə sual olarsa cavablayaram. Maşın kiralamaq şərt. Turlar çox baha və öz programları var , ürəyinizcə gəzəməyə bilərsiniz bu şəkildə. Noyabr-Mart arası buz mağara turları olur bunlara qatıla bilərsiniz. Hava şərtləri hər an planlarınızı dəyişə bilər buna hazırlıqlı olun, ona görə B planınız olsun. Toplam 5gün yetərli gəzmək üçün.İndilik bu qədər
Hər kəsin ürəyincə gəzib tozacağı bir il olması diləyilə.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…



DİGƏR BLOQLAR

Fransanın rəngli səyahət nöqtəsi - Strasburq

Strasburqdakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.Fransız və alman nağıllarını xatırladan şəhər - Strasburq ????????STRASBURQA GƏLMƏK: Şəhərdə aeroport olsa da, xarici reyslərin sayı o qədər çox deyil. Azərbaycandan səfər edərkən ya Paris, ya da Frankfurta birbaşa uçub, sonrasında ya qatar, ya da ki, avtobusla gələ bilərsiniz. Frankfurtdan məsafə 220, Parisdən isə 490 kilometrdir. Mən Paris Şarl de Qoll Hava Limanından hərəkət edən sürət qatarı ilə gəldim. Cəmi iki saata Strasburqa çatırsınız.DİL: Əhalinin əksəriyyəti fransızdilli olsa da, Avropanın bir sıra önəmli qurumlarının burada yerləşməsi ingilis dilini burada populyarlaşdırıb. Əhalinin əksəriyyəti ingilis dilində danışa bilir. Şəhərdə çoxlu sayda xarici də yaşayır.GƏZMƏLİ YERLƏR: Strasburqda həm alman, həm də fransız memarlığının nümunələrini görmək olar. Kanalların üzərində qurulan şəhərin tarixi hissəsi La Petite France adlanır. Burada tarixi evlər, saraylar, kilsələr və parklar yerləşir. Şəhərin tarixi hissəsində Notre-Dame de Strasbourg kilsəsini, həmçinin tarixi Place du Chateau Meydanını da görə bilərsiniz. Tarixi yerlərin çoxu eyni ərazidə yerləşir və buna görə piyada gəzərək şəhərin ruhunu rahatlıqla duya bilərsiniz :) Həmçinin Avropa Şurası və Avropa Parlamenti kimi bir çox önəmli qurum da Strasburqda yerləşir.NƏQLİYYAT: Strasburqda əsas nəqliyyat növü tramvaydır. Avtobusla da səyahət edənlər var, amma tramvay populyarlığını qoruyub. Bir gediş üçün bir istifadəlik biletin qiyməti 1.70 EUR (~3.40 AZN) təşkil edir. Amma təkrar yüklənən bilet alsanız, bir saatın içində istədiyiniz qədər tramvay və avtobusda səyahət edə bilərsiniz. Yerli əhali və burada işləyənlər isə əsasən velosipeddən istifadə edirlər.RESTORANLARDA QİYMƏT: Avropa bir çox ölkələrində olduğu kimi Strasburqda da qiymətlər bahadır. Məsələn kanal sahilində yerləşən restoranda bir qədəh şərab və əcayib/soyuq yeməyin qiyməti 20 EUR (~40 AZN) təşkil edir. Nisbətən balaca restoranlarda yemək yesəniz, təxminən 10-12 EUR (~20-24 AZN) xərciniz çıxacaq. Türk mətbəxinin oralarda da olduğunu nəzərə alsaq, 8 EUR (~16 AZN) dönər menyusu da ala bilərsiniz. Əsas odur ki, sonuncunu yedikdə ən azından doymaq olur :DEVƏ NƏ APARMALI: Suvenirlərlə yanaşı Strasburqdan şokolad, peçenye və şərab ala bilərsiniz. Şokolad və peçenyeləri çalışın şəhərin mərkəzindən almayın, çünki qiymətləri baha olur. Şərabı isə marketlərdən alsanız, daha sərfəli olar. Ən əsası isə özünüzlə möhtəşəm təəssürat və şəkillər aparacaqsınız ;)Bon voyage!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Suliddin Baghirov

1285 dəfə oxunub

Sərfəli büdcə ilə 6 ölkə, 8 şəhər

6 ölkə, 8 şəhər - cəmi 800 Azn ????Yazı çoox uzundur, amma birnəfəsə oxuyacaqsınız :)3 ay qabaq Rəvan ilə iki Yamoniyalı olaraq qərara gəldik ki, bu yay Avropanın bir hissəsini fəth etməliyik.Planımıza Rəvan 6, mən 7 ölkə saldım.Bakı Tbilisi qatarı ilə başlayıb, Budapeşt - Bakı Wizzair reysi ilə bitirdik.İlk günümüz o qədər də yaxşı başladı demək olmaz, 5 ərəblə bir plaskart vaqonda Tbilisə qədər yol getmişik. İstidən vaqon buxarlanırdı. ????Üz tutduq Kutaisi şəhərinə. Maps.me sayəsində uzun ellər dolaşıb, çox dağlar aşıb hostelimizi tapdıq. Əla qonaqlama, çox mehriban münasibətlə qarşılaşdıq. Gürcülər bu mövzuda əvəzolunmazdır :)Səhəri üz tutduq Vyanaya.Vyana - Kübarlıq, Elita, Azadlıq, Sağlamlıq, Əyləncə və rahatlığın şəhəri:Şəhərə ilk addım atan andan etibarən yuxarıda sadaladığım bütün amilləri görmək mümkündür.İnsanlar çox pozitiv və yaşından aslı olmayaraq gümrah görünüşdədir. Yaşlısından cavanına qədər hər kəs qaçır, birgə əylənir, velosiped sürür. Şəhərin özünün də bunun üçün geniş imkanları var, şəhərin hər bir nöqtəsində elektrik skuterlər və velosipedlər var. Hansı ki, adicə app vasitəsilə QR kod oxudub götürürsən və istənilən yerdə sərbəst buraxa bilirsən. Rəvanla 2 nəfərə bir skuter götürüb Vyananın küçələrində şou göstərmişik. Axırda da Rəvan yaxşıca yıxıldı. ????İnsanların çoxunu kafelərdə yox, parklarda piknik edən yerdə görmək olar. Ümumiyyətlə Vyanada saat 6-dan sonra demək olar bütün iaşə obyektləri bağlı olur. Amma gecəsindən - gündüzündən asılı olmayaraq qızlar da, oğlanlar da, yaşlı qadınlar da hər kəs özünə rahat bildiyi yerdə - fantan ətrafında, otluqda, skamyada əyləşib pivə içərək söhbət edir. Parklarda pulsuz rasladuşkalar olur, bəzən də kupalnikdə skamyada uzanıb özünü günə verən qızları görə bilərsiniz.Şəhər həm tarixi, həm modernliyi özündə birləşdirir. Möhtəşəm tarixi binaları, kilsələri, sarayları var. Bir də Dunay Çayının digər sahilinə keçmək lazımdır, əminəm ki, çox insan keçməyib. Şəhər digər tərəfdən Honkonga da oxşayır, Sinqapura da Nyu Yorka da. Vyanada olduğunu unudur insan.. Gecələr insanlar dunay çayının sahili boyunca uzanıb /əyləşib pivə içir, əylənir, musiqi dinləyir, rəqs edir. Bir sözlə necə lazımdırsa, xoşbəxt yaşayırlar.Dunay çayında yerləşən adada bir möhtəşəm gecələr keçir nə festivallarda görmək olar, nə barlarda, sadəcə yerində yaşamaq lazımdır :)Şəhərdə isə bomujlar yox səviyyəsindədir.Vyanadan üz tutduq Romaya. Romanın gəzməli və görməli yerlər Kolizey ilə Vatikan arasındadır. Qalan yerlər ya İstanbuldur, ya da Bazilya. Şəhərin mərkəzi və tarixi hissələri sanki arxeoloji qazıntıda yerin altından tapılıb və heç şotqa ilə tozu da alınmayıb. Həddindən artıq səliqəsiz və çirkli şəhərdir. Mərkəzdən bir-iki küçə uzaqlaşan kimi bütün küçələrin və bütün binaların birinci mərtəbəsi divarlar yazılıb, çirk əlindən heç nəyə toxunmaq mümkün deyil. Çox köhnə və çirkli ictimai nəqliyyatı var. Tramvaylara baxanda, SSSR Bakısındakı tramvaylar yada düşür. Şəhərin bütün küçələrində bomujlar addımbaşı dayanıb. Seneqal, Banqladeş, Kenya, Nigeriya kimi ölkələrdən gələn qaradərililər şəhərin ya küçə alverçiləridir, ya da ucuz xidmət sahələrində işləyirlər.Yeganə maraqlı və üstün tərəfi tarixi abidələrin özünəməxsus olmasıdır. Həmçinin bütün əsas tarixi abidələr demək olar ki, bir sıra ilə düzülüb. Dediyim kimi hər şey Vatikan ilə Kolizey arasında yerləşir. Bir gün ərzində şəhərin bütün əsas kilsə, muzey və digər maraqlı yerlərini gəzmək mümükündür. Şəhərdə olan zaman heç bir nəqliyyat vasitəsindən istifadə etmədik. Hər yerə piyada gəzərək getmişik.Romadan bezib (oxu: iyrənib) qaçdıq Pragaya.Bu şəhər də Vyana kimi gözəlliyin və rahatlığın başqa bir adıdır.Addım başı parklar, meşələr, şəhərin təbiətlə harmoniyası və sakitlik insanın ruhunu dincəldir.Mərkəzi və tarixi yerlərlə yanaşı, şəhər ətrafı parkları, monastrı, sakit küçələrini də gəzdik. Yolüstü Türk kafesində Belarusdan gəlmiş Azərbaycanlı ilə də rastlaşıb söhbətləşdik.Xüsusi qeyd edim ki, bu şəhərə Sarı geyinib gəlməyin :D Şəhərdə qəribə cücülər var ki, sarı rəng görən kimi daraşırlar adama. Rəvanın ikinci macərası da bununla başladı. 1 saat cücü qovmuşuq, axırda bacarmayıb köynəyi dəyişdi :Dİki günlük macərədan sonra üz Tutduq Çexiyanın ikinci böyük şəhəri olan Brnoya.Bura haqqında demək olar ki, nağıllardakı şəhərdir. Balaca Praga da demək olar.Oradan da üz tutduq, Bratislavaya. Çatana qədər o qədər dost-tanış pislədi ki, dedik görəsən hara gedirik. Gördüyümüz isə əksi oldu, bu da həmçinin bir tərəfdən muasirləşməyə çalışan, bir tərəfindən də tarixi özündə saxlayan balaca, gözəl şəhər idi. Xüsusilə gecələri, PUBları çox maraqlı və əyləncəlidir.Bir gecə də Bratislavada keçirib Getdik Budapeştə.Dunay çayını artıq 4-cü şəhərdən izləyirdik. Biraz gərgin və yorğun vaxtımıza düşdü. Rəvanın vecinə deyildi, 3-cü dəfə idi gəlirdi. Mən düşdüm şəhərin canına, burada da insanların həyat tərzi, rahatlığı şəhərin gözəlliyinə gözəllik qatırdı. Şəhərin yuxarıdan (fisherman heykəlinin olduğu yerə çıxdıq) görüntüsü möhtəşəmdir. Dunay çayında yerləşən balaca bir ada da var. Budapeştə gələn hər bir insan mütləq orada olmalı və heç olmasa 1 saat insanlara qoşulub həyatdan zövq almalıdır.Həmən günün axşamı Budapeşt Bakı reysi ilə üz tutduq Bakıya.Yalan olmasın 8 günə 300 km yaxın yol piyada gəzmişik. Hal qalar? :)Səyahət boyu çəkdiyim çox qeşəng şəkillərdən bir neçəsini bura əlavə edirəm, amma hamısını Instagramda @thmsb_mmdv şəxsi profilimdən izləyə bilərsiniz.Bütün bu macəramızın büdcə və planı haqqında isə Rəvan yazacaq.Hə bir də hər kəsə Rəvan kimi yol yoldaşı arzu edirəm !Bir nüansı da nəzərinizə çatdırım ki, sentyabrın sonu bir həftə avropa turum yenə olacaq. Sizə ətraflı ekanom səyahət barədə, və ilk dəfədən ard - arda iki multi şengen almağımın lifehack'lərini bölüşəcəm. Qısası izləməkdə olun. Hamınıza bol səyahətlər arzu edirəm :)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Tahmasib Mammadov   

717 dəfə oxunub

Siyahınızın incisi Bali

Balidəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Əgər ölmədən əvvəl getməli olduğunuz yerlərin siyahısını hazırlayırsınızsa bura mütləq daxil etməli olduğunuz yer Bali adasıdır. Cənub-Şərqi Asiyanın incisi də adlandıra biləcəyimiz Bali istər təbiətinin gözəlliyi, istər mədəniyyəti, istərsə də insanlarının isti-qanlı münasibəti ilə yadımızda qaldı. Hər qarışında sizi təəccübləndirəcək bir şeylə qarşınıza çıxacaq çox az yerlərdəndir bura.Ötən il avqust ayında idi səyahətimiz. Onu da deyim ki, İndoneziya azərbaycanlıların viza almadan gedə biləcəyi yerlərdən biridir. Bakıdan Baliyə ən qısa zaman ərzində çatmaq üçün “Qatar Hava Yolları”-nı seçdik (Baku-Doha-Bali). İlk baxışda bilet qiymətləri baha görünsə də, ildə iki dəfə keçirilən TravelFest kampaniyaları zamanı 50%-dək endirimlərdən faydalanmaq mümkündür. Bu hava yolu şirkəti ilə ikimizin də ilk uçuşu idi, onu deyə bilərik ki, istər xidmət səviyəsi, istərsə də uçuş zamanı verilən yeməklər, hər şey həqiqətən də mükəmməl idi. (“ərəb lyüksü”-nü hiss edirsən yəni, sənə də bir pay düşür :D)Pul vahidləri rupiah (İDR)-dir, onların 100.000 rupiahı bizdə 13 manata yaxın edir. Nəqliyat vasitəsi kimi ən çox motosikllardan istifadə olunur əhali arasında, ancaq turist üçün UBER istifadə etmək ən yaxşısıdır. Çünki normal taksilər eyni yola 2-3 qat artıq pul alırlar. Düşünün, aeroportdan otelə gedəndə 15 AZN vermişdik, qayıdanda eyni yolu UBER-lə 4 AZN.Balidə qalmaq üçün 4 əsas bölgə var. Bunlardan 3-ü paytaxt Denpasarda yerləşən - Kuta, Seminyak, Nusa Dua, digəri isə Ubuddur. Hər bölgənin özünəməxsus spesifikası var. Bizim qaldığımız Kuta okeanı, surfingi, əyləncəni, bir az şəhər həyatını sevənlər üçündür. Otellər çox olduğu üçün rəqabət də çoxdur və münasib qiymətə yaxşı xidmət təklif edən yer tapmaq çox çətin deyil. 6 gecə üçün 3 ay əvvəldən bron etməklə biz iki nəfər üçün möhtəşəm səhər yeməyi də daxil olmaqla 690 AZN ödəmişdik (sağ olsun kurs hər gün artdığı üçün artıq verdik, əslində bron edəndə daha hardasa 60-70 AZN az idi qiymət).Adanın digər ərazilərinə də mütləq baş çəkmək lazımdır. İki günlük bir çox əsas yerləri əhatə edən turu biz birtəhər 150$-a endirə bilmişdik (siz də bacararsınız :D ). Səyahətimizin ən maraqlı hissəsi idi deyə bilərəm bu turlar həm düyü plantasiyaları, həm mistik abidələr, imperatorun sarayı, gümüş emalatxanası, parça emalatxanası, qeyri-adi kofelərin hazırlandığı məkanlar, meymunlar meşəsi, demək olar ki, bir çox şeyi əhatə etmək olur.Ümümilkdə götürdükdə qiymətlər paytaxt Jakartada olan qiymətlərdən 2 dəfə yüksək idi, turistik yer olduğu üçün. Normal bir restoranda oturub yemək yesəniz təqribən 40 min İDR (4,5 AZN) xərciniz çıxır bir nəfər üçün. Əsasən ət yeməklərində istifadə etdikləri ədviyyatlar xüsusi ləzzət qatır. Çörək 20 min İDR, su isə 5 min İDR-dir.Suvenirləri alarkən də çox diqqətli olmaq lazımdır, bütün satıcılar 15 dəfə yuxarısını deyir :D Bizim də üstümüzə düşən onların nazı ilə oynayıb qiyməti 14 dəfə öldürməkdi :) . Dil problemi yaşamadıq demək olar, çünki hər kəs ingiliscə ünsiyyət qura bilirdi.Çox uzundur bilirəm ancaq Bali haqqında yazdıqlarımın sadəcə yarısını yerləşdirə bildim qısalda-qısalda :) .P.S: Baliyə bir dəfə ayaq basdınsa, ruhunun bir qismi artıq orda qalıb deməkdir, səni həmişə geriyə səsləyən.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Narmin Ismailova

761 dəfə oxunub

Drakulanın vətəni - Rumuniya bələdçisi

Buxarestdəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salamlar. Artıq bir çoxunuzun bildiyi kimi Rumuniya səfərimi yekunlaşdırdım və bundan sonra ora getmək istəyənlər üçün qısa məlumat vermək isdiyərdim. Belə ki, mən həmişə nəsə məlumata ehtiyacım olanda bu qrupda açar sözlə axtarıram amma bu səfər suallarıma cavab tapa bilmədiyim üçün dəfələrlə post yazmışdım Ümidvaram bu postum ora getmək istəyənlərin bir çox suallarını cavablayar. Biz ümumilikdə 11 gecə ayırdıq Rumuniya üçün. Doymadıq deyə bilərik ????. Büdcə isə təmamilə sizdən, qaldığınız yerlərdən, nəqliyyat növlərindən və müddətdən, yediklərinizdən asılıdır. Yəni zənnimcə büdcə şəxsi qərardır ona görə də məlumat verib yanlış yönləndirmək isdəmirəm heç kəsi.1. İlk növbədə visa məsələsindən başdıyım ki, əgər bu ilk visalı ölkənizdisə onsuzda həyəcan olacaq Lakin proses çox sadə və sənədlər genəl visa sənədləridir. 99.99 % hallarda da rahatlıqla visanı alırsınız heç bir problem yaranmır. Sadəcə nəinki Rumuniya, digər visa mərhələlərində də özünüzə arxayın olun və özünüzü düzgün izah etməyə çalışın. Bu məsələdə mənə ən çox yardım edən Seymur Baghbanli bəy oldu. Ciddən minnətdarlığımı bildirirəm.2. Rumuniyaya gedərkən elədiyim əsas səhv bilet alarkən saatlara fikir verməməyim oldu, daha doğrusu qiymət məsələsinə görə ucuz olan variantı seçdim amma vaxt məsələsinə görə avara oldum çöllərdə.3. Rumuniyada gəzməli şəhərlər Braşov (2 gün ayırın azı), Sighisoara (1 gün kifayət edər), Timisoara (1 gün), Bran və Rasnov (ikisinə 1 gün), Sinai (1 gün) şəhərləridir. Bizim biletlər Buxarestdən idi lakin orda bizi cəzb edən nəsə olmadı. Bran və Rasnov şəhərlərinə ən yaxın yer Braşovdur. Biz Braşovda 4 gün qaldıq. İki günü Braşova, bir günü Sinai şəhərinə və birini də Bran və Rasnov şəhərlərinə ayırdıq. Siz 3 gün də edə bilərsiniz. Sinai şəhərində Peleş və Pelisor qalaları var və Sinai monastrı. Bir-birlərinə yaxındır. Qatarla Braşov Sinai arası 1 saat yarım edir. Braşov şəhərində Solomon deyilən yer var (adında yanlışlıq edə bilərəm). Biz təsadüfən gəzə gəzə getdik tapdıq. Dağlıq yerdir və ciddən havası, mənzərəsi möhtəşəmdir. Ora getsəniz gedib görməyinizi məsləhət görərdim. Sighisoara bizim üçün biraz maraqsız oldu. Qismən sakit və yaşlılar şəhəri kimi gəldi bizə. İmkan olsa Braşovdan ora səhər gedib şəhəri gəzib axşam Timişoaraya keçməyi məsləhət görərdim. Qalmağa ehtiyac yoxdur. Biz biletləri aldığımıza görə qalmalı olduq. Timişoara isə sadəcə möhtəşəmdir. Şəhər mərkəzi belə kifayətdir oranı sevməyə. Getməmiş xarici saytlardan araşdırma eləsəniz bəlkədə daha maraqlışəhərlər taparsınız. Bizim tapdıqlarımız və vaxtımızın çatdıqları bunlar idi.4. Şəhərlər arası nəqliyyat vasitəsi qatardır. Qatar biletlərini online bir gün qalmış CFR saytından ala bilərsiniz. Sadəcə bəzi hallarda online satış olmur vağzaldan almalısınız bu nüansa diqqət edin. Rasnov və Bran şəhərlərinə isə avtobus xidmət edir. Sadəcə avtobusdan düşərkən digər şəhərə necə gedəcəyinizi, dayanacağın hara olduğunu MÜTLƏQ soruşun. Yoxsa o şəhərlərdə ingilis dili bilən çox azdır (hətda yoxdur, biz tapmadıq).5. Qalacağınız yerlər təmamilə büdcənizdən asılıdır. Biz bütün şəhərlərdə mərkəzdən yer tutmuşduq ki, əsas yerləri görə bilək. Qiymətdə 10-20 manat fərq eləsədə isdədiyimiz an mərkəzə çıxa, əsas yerləri gəzə bilirdik. Məsləhət görərdim nəinki Rumuniyada, ümumiyyətlə hər yerdə bu cür edəsiniz. İstərsəniz qaldığımız yerləri komentdə lazım olan şəxslərlə paylaşaram. Hər birindən hər mənada çox çox çox razı qaldıq.6. Qiymətlər bizə görə bahadır. Ümumiyyətlə Rumuniya bahalı ölkədir. Amma alış veriş etməyədəyər. Brendlərin qiymətləri bizdən qat qat ucuzdur. Hər yer brend second hand mallarla doludur.Yadıma düşən və yararlı olacağını düşündüyüm məlumatlar bunlar oldu. Hər hansısa sualınız olsa yaza, soruşa bilərsiniz. Bacardığım qədər sadə və anlaşıqlı şəkildə izah eləməyə çalışdım. Ümidvaram ki, yararlı olar bu məlumatlar.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Garatel Huseyn

1802 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!