Mərkəzi Avropanın incisi Budapeşt – 2 ci hissə Peşt

Keçən dəfəki yazımda Budapeştin Buda hissəsi haqqında yazmışdım, söz verdiyim kimi bu dəfə də Budanın “sevgilisi” Peştdən yazacam. Peşt Dunay çayının şərq hissəsində yerləşir. Şəhərin bir çox görməli yerləri, Parlament binası, Sent İştvan bazilikası və şəhər mərkəzi Peştdə yerləşir. İlk yazımızda Budapeştə necə getməli, hava limanından şəhərə necə çatmalı haqqında yazdığımdan bu dəfə bir başa keçirəm mətləbə – Peştin görməli yerlərinə. Ilyarımdır Budapeştdə yaşadığımdan düşündüm ki, Budapeşt üçün ayrıca əyləncə məkanları yazısı yazım ona görə, əyləncə, gecə həyatı, bar və restoranlardan bu hissədə də bəhs etməyəcəm. Başlayaq (Buda)Peştin gəzməli görməli yerlərindən.Budapeşt deyəndə yəqin ki, ağıla gələn ilk şeylərdən biri şəhərin simvolu olan Macar Parlament binasıdır. 691 otaqlı bu bina 143 il bundan qabaq tikilib və dünyada ən böyük 3 Parlament siyahısındadır. Bina Dunayın sahilində yerləşir və böyük olduğundan Buda tərəfdən daha ecazkar görsənir. Parlamentdən Aslanlı körpüyə 200-300 metr gedəndə yerdə kiçik dəmir ayaqqabılar memorial abidəsi var. Abidə 2-ci dünya müharibəsi illərində faşistlər tərəfindən öldürülən yəhudilərin şərəfinə qoyulub.Abidədən 900 metr məsafədə Budapeştin digər məşhur arxitektur binası Szent İstvan (Sent İştvan) bazilikası yerləşir. Bazilika roman-katolik kilsəsi kimi 100 il bundan öncə istifadəyə verilib. Burada marağınızı cəlb edəcək şey binanın interyeri və içərisində macar kralı Sent İştvanın sağ əli ola bilər. Bəli, sağ əlin yerini sol əl bilməməlidir deyiminə inanan macarlar kralın sağ əlinin mumyasını burada saxlayılar ????Bazilikanın tam önündə, Budapeştdə şəkli ən çox çəkilən olmasa da, qarnına ən çox toxunulan dəmir heykəli görə bilərsiniz ???? Heykəl 1900-cü illərdə hazırlanıb və o dövrün qarınlı polislərini əks etdirir. Normal polislərdən fərqli olaraq bu qarınlı heykəl polis çox gülərüz polisdir. İnanca görə polisin qarnını sığallasanız, gələcəkdə siz də məmur ola bilərsiniz, yox deyəsən belə deyildi… ???? hə inanca görə polisin qarnını sığallasanız bu sizə sevgidə uğur gətirəcək, yox əgər polisin bığlarını eşsəniz, bu sizə ümumiyyətlə uğur gətirəcək. Bunu yoxlamamışam amma Budapeştə səfər etsəniz yoxlamağa dəyər yəqin ki ????Bazilikanın arxasında  sağa doğru irəliləsəniz, Erzsebet ter(Erjebet meydanına) çıxacaqsınız. Meydanın mərkəzində hovuz var və ətraf yaşıl otlarla örtülüb, ilin isti vaxtlarında burada adam əlindən tərpənmək olmur, axşam saat 8-9dan sonra gənclər içkilərini və musiqi alətlərini götürüb burda səhərə kimi əylənirlər. Hovuzun altında isə Akvarium klub-barı yerləşir həftə sonu istirahəti üçün yaxşı seçimlərdən biri ola bilər.Erzsebet terdən keçib bir az daha irəli getsəniz Deak Ferencmeydanına çıxacaqsınız. Bura Budadpeştin ən mərkəzi hissələrindən biridir. 1, 2 və 3-cü metro xəttləri burada kəsişir, buradan rahatlıqla Budapeştin istənilən yerinə gedə bilərsiniz. Meydandan bir azca sağa dönüb düz getsəniz Vörösmarty meydanına çıxacaqsınız. Buranı Budapeştin tam mərkəzi adalandırmaq olar, çünki məşhur Vaci Utca (Vaçi utka yox Vaçi Utça ???? ) məhz buradan başlayır. Vaçini Budapeştin “tarqovu”su adlandırmaq olar. Uzun küçə boyunca sağda-solda brend maqazinlər və kafe-restoranları görmək olar.Vaci utcadan Deak Ferenc meydanına qayıdıb yolu keçib köhnə Yəhudi məhəlləsini gəzmək olar. Buradakı kiçik və arxitektur evlər, dar məhəllələr marağınıza səbəb ola bilər. Bundan başqa bu ərazi street art sevənlərin Budapeştdəki cənnətidir desək yalan demiş olmarıq.Yəhudi məhəlləsini gəzəndən sonra piyada Oktogon meydanına getmək olar. Nəyimə lazım binalar, street art deyənlər isə Vörösmarty terdən 1 nömrəli metro xəttinə minərək də Oktogona gedə bilərlər. Budapeştin 1 nömrəli (sarı) metro xətti deyilənə görə qitə Avropasındakı ilk metro xəttidir. Turistlərin Budapeştə ən çox baş çəkdiyi məkanların başında gəlir bu qədimi xətt. Oktogon adından da bilindiyi kimi 8 güşəli meydandır. Ölkəmizin səfirliyi bu meydanın yanında yerləşir. Oktogondakı digər baş çəkilməli məkan isə Andrassy (Andraşşi) küçəsində yerləşən Terror Haza (Terror evidir) muzeyidir. Muzey 20-ci əsrin faşist və komunist diktator rejimlərinə həsr olunub. Muzey faşizm və komunizm dövründə represiyaya məruz qalan insanlara ithaf olunub. Muzeyin zirzəmisində AHV-nın (komunizm dövründə macar KGBsi) dustaqların iradəsini qırmaq üçün istfiadə etdiyi hücrələr var. Budapeştdə xüsusilə də komunizm və faşizm dövrləri ilə maraqlananlar üçün ən maraqlı muzeylərdən biridir bura.Andrassy küçəsi, bir çox səfirliklərin, qədimi bina, ev və villaların yerləşdiyi enli küçədir. Arxitektura ilə maraqlananlara bu küçəni ta sona qədər piyada gəzmək tövsiyyə olunur. Andrassy küçəsinin sonunda Hösök tere (Höşök tere) – Qəhrəmanlar meydanı yerləşir. Meydanın tam ortasında hündür sütun ucaldılıb, sütunun üzərində isə mələk Cəbrayılın heykəli. Sütunun ətrafında şahzadə Arpadın başçılığı ilə bu ərazilərə gəlmiş 7 Macar-hun əyanının at üstündə heykəli var. Sütunun arxasında isə 2 ədəd 7 sütundan ibarət tağ var. Bu tağlarda Macarsıtan tarixinin tanınmış simalarının heykəlləri qoyulub. Meydan və tağlar Avstriya-Macarıstan imperiyası vaxtı hazırlandığından tağların 5-i Habsburq sülaləsinin nümayəndələri üçün nəzərdə tutulubmuş. 2-ci dünya müharibəsində meydan dağıdıldığından bərpa olunarkən Habsburqların heykəlləri indikilərlə əvəz olunur.Qəhrəmanlar meydanının sol tərəfində İncəsənət muzeyi, sağ tərəfində isə İncəsənət salonu yerləşir. İncəsənətlə maraqlananlar üçün bura gəlmək əsl bayrama çevrilə bilər. Meydanın arxasında sol tərəfdə Varosliget – Şəhər parkı yerləşir burada ilin isti vaxtları piknik edənləri, uzanıb günəşlənənləri görmək olar. Sağ tərəfdə isə Vajdahunyad qəsri yerləşir. Qəsr şəhər parkının içində, süni gölün sahilində yerləşir. Göl qışda dondurularaq xizək meydançasına çevrilir, yayda isə kiçik qayıq sürmək istəyənlərin ixtiyarına verilir. Qəsrin içərisində Avropanın ən böyük Kənd Təsərrüfatı muzeyi yerləşir.Şəhər parkının içərisində Budapeştin dünyada ad çıxarmış termal hamamlarından biri olan Szechenyi termal hamamı yerləşir. Turistlər arasında çox məşhur olduğundan hamamda demək olar ki, ancaq ingilis dilində danışılır ???? . Hamamın 1 açıq termal hovuzu bir də iri üzgüçülük hovuzu var. İstər yay olsun istər qış Budapeştə gəlmisinizsə mütləq şortlarınızı, bikinilərinizi özünüzlə götürün, bu hamama baş çəkmədən Budapeştdə olmuşam demək olmaz ????Budapeştin digər 2 görməli yeri isə dəmir yol vağzallarıdır. Şərq vağzalı adlandırılan Keleti Palyaudvardır. Vağzal Budapeştin əsas daxili və beynəlxalq vağzalıdır, binanın özü isə çox gözəl memarlıq üslubunda tikilib, qabağında 100% bir selfi edəcəksiniz ???? Digər vağzal isə Nyugati Palyaudvardır (Qərb vağzalı). Vağzalı önəmli edən əsas xüsusiyyətlərdən biri vağzalın binasının Parisdəki məşhur Eyfel qülləsini tikən Qustav Eyfelin şirkəti tərəfindən tikilməsidir. Keleti vağzalıdan düz Blaha Lujza meydanı istiqamətində irəliləsəniz meydanda Budapeştin ən məşhur, ən turistik və ən qlamurrr kafesi ilə qarşılaşacaqsınız – New York Café Budapest ilə. Bina 1894-cü ildə ildə New York Sığorta şirkətinin baş regional ofisi kimi tikilib. Birinci mərtəbəsindəki kafe isə sığorta şirkətinin adıyla New York Café adlandırılıb. Kafe açıldığı ilk gündən ta 2001-ci ilə kimi macar ədəbiyyat və peoziyaçılarının yığışdığı məkan olub. Bina 2001-ci ildə təmirə bağlanır və bir də 2006-cı ildə istifadəyə verilir. Sığorta şirkətinin binası otel kimi istifadəyə verilsə də birinci mərtəbədəki kafe elə kafe olaraq da qalır. Kafenin içərisindəki abu-havanı sözlə ifadə etmək çətindir, ən yaxşısı özünüz gedib baxasınız ???? amma turistlərin baş çəkdiyi top 5 məkandan biri olması az-çox məkan haqqında fikir yaradır adamda ????Buda və Peşt haqqında bu qədər. Yazının əvvəlin buradan oxuya bilərsiz: "Mərkəzi avropanın incisi Budapeşt-I hissə Buda"Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh

1471 dəfə oxunub

Hindistan haqqında 17 maraqlı fakt

7, 8, 13 çox qəribədir. ( Hindistan )Extra : dul qadınlar yataqda yata bilməz ancaq yerdə yata bilərlər.1) Qanuna əsasən ölkəyə Hind valyutasının (rupi) gətirilməsi və ölkədən çıxarılması qadağandır.2) Hindistan il ərzində baş verən qətl hallarının sayına görə dünyada liderlik edir. Orta hesabla son illərdə Hindistanda 32 719 insan öldürülüb.3) Hindistan hamiləlik hallarının sayına görə dünyada lider ölkələrdən biridir.4) Təxminən 35% hindistanlı yoxsulluq səviyyəsində yaşayır.5) Inəklər Hindistan küçələrində sərbəst gəzişə bilirlər. Onlar burda müqəddəs hesab olunur, çox vaxt onlara hindlilərdə uğur rəmzi olan “tilak” taxırlar. Inəklər insanlığın yeddi əcdadından biri hesab olunur, inək südü ana südü qədər dəyərli sayılır.6) Hindistanda rəqs ən inkişaf etmiş incəsənət növlərindən biridir və hər məbədin daxili ayinlərinin bir hissəsi hesab olunur. Hind ayin rəqsləri ekspressiv əl hərəkətləri ilə zəngindir.7) Bir çox hindli qadınlar heç vaxt ərinin adını səslə çağırmır, belə ki bu ərinə qarşı hörmətsizlik hesab olunur. Hindli qadın ərinə müraciət edərkən “salam”, “bura bax” və s. kimi dolayı müraciət vasitələrindən istifadə edir. Eləcə də onlar ona uşaqlarının atası kimi müraciət edirlər.8) Dul olmaq pis əlamət hesab olunur, onlar “yaxşı qadının əri ölməzdi” deyə fikirləşirlər. Kəndin yaşlı qadınları dul qadını “ərinin başını yemiş qadın” deyə çağırırlar. Bir sıra ortodoksal cəmiyyətlərdə dullara yeni evlilərlə bir gəzməyə və ya hansı isə sosial tədbirlərdə iştirak etməyə icazə verilmir.9) Hindistan şahmatın vətənidir. Sanskrit dilindən tərcümədə “dörd növ qoşun” mənasını verən “çaturanqa” şah, vəzir, top, fil, at və piyadalardan ibarətdir.10) Hindistan bayrağı üç müxtəlif rəngli horizontal zolaqdan ibarətdir: sarı-narıncı qəhrəmanlıq və fədakarlıq, ağ düzgünlük və sülhsevərlik rəmzidir, yaşıl rəng isə sadiqlik, məhsuldarlıq və mərdliyi simvolizə edir. Əvvəllər ağ zolağın ortasında cəhrə çarxları emblemi təsvir olunmuşdu, lakin Hindistan müstəqillik əldə etdikdən sonra buddist “draxma çakra” və ya həyat çarxını köhnə simvolu əvəzlədi.11) Kacuraxo məbədi özünün açıq-saçıq heykəltəraşlıq nümunələri ilə məşhurdur və Hindistanın turistlər tərəfindən ən çox ziyarət olunan məkanlarından sayılır. Alimlər hələ də bu heykəltəraşlıq nümunələrinin əsl mahiyyəti barədə mübahisələr aparırlar.12) Dünyada ilk iplik parçalar Hindistanda yaradılmışdır. Roma imperatorları yüngül Hind parçalarını “külək parça” dəyə adlandırırdılar. Böyük moğol imperatorları isə bu parçaları “səhər şehi” və “axar çay parçası” adlandırırdılar.13) Qədim və orta əsrlərdə Hindistanda sati – dul qadının ərinin cəsədi ilə birlikdə yandırılması adi hal sayılırdı.14) Hindistanda geyimin qırış və rəngləri sosial təbəqələşməni vacib elementi kimi nəzərdən keçirilir. Eləcə də, saç düzümlərində saçların ayrılma manerasına görə qadının əxlaqsız və ya müqəddəslər sinfinə yaxın olmasını müəyyən etmək olar.15) Hindistanda 150 000 poçt bölməsi var ki, bu da onu dünyanın ən böyük poçt şəbəkəsinə çevirir. Bəzən elə hallar olur ki, məktubun 50 kilometrlik məsafəni qət etməsi üçün 2 həftə vaxt lazım olur.16) Benqal pələngi həmişə Hindistanın milli rəmzi olub, bir vaxtlar ona Hindistanın hər yerində rast gəlmək olurdu. Hazırda isə Hindistan cəngəlliklərində yaşayan benqal pələnglərinin sayı 4 mindən azdır.17) Hindistanda yerləşən Lotos məbədi dünyanın ən çox ziyarət olunan məbədlərindən biridir, il ərzində buranı 50 milyona yaxın insan ziyarət edir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nicat Agayev

3726 dəfə oxunub

Qorxunc email

Uğursuz gün keçirdiyinizi düşünürsünüzsə sizinlə son səyahətimi paylaşım, azca uzun ola bilər ;) Avropa Parlamentində keçirilən Gənclər Tədbirində iştirak etmək üçün Mayın 31-i Bakıdan Moskvaya, Moskvadan Amsterdama yola düşdüm. Son uçuşum Amsterdam-Strasburq uçuşu olmalı idi, Amsterdamda 4 saatlıq gözləmə müddətindən sonra hava yolları şirkətindən email aldım ki, Amsterdam-Strasburq uçuşu təxirə salınıb. Məsələni dəqiqləşdirmək üçün hava yolları şirkəti (KLM Dutch Airlines) nümayəndələri ilə danışmaq üçün getdiyimdə çox uzun bir növbə olduğunu gördüm. Tədbir təşkilatçılarına yazıb məsələni izah elədim və onlar sabahkı tədbirə çatmağım üçün yeni biletlər aldılar.Yeni marşruta görə Amsterdamdan qatarla Brüsselə, Brüsseldən təyyarə ilə Lyona, Lyondan Strasburqa uçmalı idim. Ancaq kiçik problem vardı, baqajım Bakıdan birbaş Strasburqa getməli olduğundan və uçuş ləğv edildiyindən çemodanımı mənə vermədilər, bildirdilər ki, online report edim, sonra ala biləcəm. Vaxt az olduğundan Amsterdam aeroportunu tərk edib qatarla Brüsselə yola düşdüm, orda oteldə 3 saat qaldıqdan sonra Brüssel aeroportuna, ordan da Lyona yola düşdüm. Bu dəfə hava yolları “Hop” idi və indiyədək gördüyüm ən balaca təyyarə idi. Lyon aeroportuna çatdıqda az sonra Strasburqda olacağım ümidi ilə sevinərək monitora baxdıqda Strasburq reysini tapa bilmədim və o qorxunc emaili yenidən aldım. Hə, Strasburq uçuşum yenə ləğv edilmişdi... Lyondan Strasburqa qatarla gəlməli oldum və 31 may 17:45də Strasburqa çatmalı olduğum halda 1 iyun 16:00-da çatdım, çemodansız- geyimsiz qaldım və təbii olaraq tədbirin ilk gününü qaçırdım.İkinci gün üçün qeydiyyatdan keçməyə getdikdə isə artıq qeydiyyatın bağlı olduğunu, ancaq növbəti gün yaxınlaşa biləcəyimi dedilər. Yenə də bir ümidlə gözləyib növbəti gün Strasburq hava limanına gedib çemodanla bağlı şikayət elədim və elə ordaca öyrəndim ki, Fransa dəmiryol işçiləri üsyana, tətilə çıxdıqlarından geri qayıdış üçün olan Strasburq-Paris reysim də təxirə salınıb. Tədbirdə ancaq bir gün iştirak edə bildikdən sonra növbəti gün səhər 3-də Strasburqdan Parisə yola düşdüm, yenə də hər şeyin ən azından bitdiyini və bir müddət sonra Bakıda olacağım ümidi ilə aeroportda check in üçün AZAL təmsilçilərinə yaxınlaşdım. Və yenə eyni cümlə... Bir uçuşum ləğv olunduğu üçün geri dönüş biletim də avtomatik ləğv edilmişdi və təyyarəyə minə bilmədim. Nəticədə yenidən bilet almalı oldum və baqajı təhvil verdiyim gündən bir həftə sonra bu gün çemodanım nəhayət mənə qayıtdı. O da az yol gəlməyib: Amsterdam-Brüssel-İstanbul-Bakı...Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Samira Gasimova

1024 dəfə oxunub

Yaponiya haqqında 29 fakt

Ən maraqlısı 29-uncudur.1. Yaponlar öz ölkələrinə Yaponiya demir. “Nihon” və ya “Nippon” deyirlər. Bunun mənası “günəşin yüksəldiyi yer” deməkdir.2. Yaponiya adalar ölkəsidir. 6852 adadan ibarət olsada, bunların sadəcə 430-unda toplam 127 milyon insan yaşayır. Əhali baxımından dünyanın 10-cu ölkəsidir.3. Dünyadakı robotların yarısı Yaponiyadadır. Yaponlar texnologiyanın bir çox sahəsində olduğu kimi robotlar mövzusunda da birincidirlər və ASIMO kimi insana bənzəyən robotlar hazırlamaq üçün gərgin çalışırlar.4. Yaponiya, dünyanın ən böyük avtomobil istehsalçısıdır. İçindən şose keçən binaları belə vardır. Küçələrinin isə çoxunun adı yoxdur.5. Köhnə Yapon döyüşçülərinə “Samuray” deyilərdi və bunlar Katana adında bir qılıncla vuruşardılar. Yaponlarda Karate, Judo, Sumo, Ninjutsu, Kendo, Jujutsu və Aykido kimi döyüşlər bu mədəniyyətin əhəmiyyətli bir parçasıdır.6. 400 ildən bəri “Ağlayan Sumo” adında bir yarışma keçirilir. Bu yarışmada Sumo güləşçiləri qucaqlarındakı körpələri ağlatmağa çalışır.7. Evlərdə bəslənən heyvan sayı uşaq sayından daha çoxdur. Hətta doğum nisbəti o qədər aşağıdır ki, yetkin bezlərinin sayı körpə bezindən daha çoxdur.8. Dünyada uzun həyat dedikdə ilk ağla gələn ölkə Yaponiyadır. Burada 100-dən çox yaşı olan 50000’dən çox insan yaşayır.9. Dünyanın ilk romanı 1007-ci ildə bir qadın yazar tərəfindən Yaponiyada yazılmışdır.10. Ölkənin 70% -i dağlarla örtülüdür. 200-ə yaxın vulkan vardır. Yaponiyanın ən yüksək dağı olan Fuji dağı da aktiv bir vulkandır.11. Yaponiyada hər il 1500-ə yaxın zəlzələ olur. 2011-ci ildə olan zəlzələnin dünyanın dönüş sürətini 1.8 mikrosansasıya qısaltdığı deyilir. Hətta bu zəlzələ nəticəsində ortaya çıxan bəzi antik daş lövhələrin üzərində “bu nöqtədən sonra ev tikməyin” yazıldığı aydın olmuşdur.12. Dünyanın ən köhnə şirkəti Konqo Gumi e.ə. 578-ci ildə qurulmuşdur.13. Maqnit üzərində hərəkət edən qatarların sürəri saatda 500km-ə çata bilir. Ümumi olaraq qatarlar dəqiqlikləri ilə tanınır. Orta gecikmə müddətləri yalnız 18 saniyədir. Bu qatarlarda bəzən o qədər sıxlıq olur ki stansiyalarda qapıda qalanları itələməklə vəzifələndirilən şəxslər olur. Qatarın önünə atılaraq intihar edənlərin ailəsinə isə cəza verilir.14. Yaponiyadakı Maharo vulkanının kraterinin ətrafına səlahiyyətlilər bir hasar çəkmək məcburiyyətində qalmışlar. Çünki bu günə qədər 2000-dən çox insan vulkana atılaraq intihar etməyə çalışmışdır.15. 20-44 yaş aralığındakı kişilərin əsas ölüm səbəbi intihardır.16. Statistikaya görə Yaponiyada 1 milyondan çox insan otağından heç çıxmır. Hikikomori deyilən bu fenomen fərdlərin ictimai həyatdan çəkilmələri və tez-tez həddindən artıq özlərini insanlardan təcrid etmələri deməkdir.17. Fermerlər daha asan paketlənə bilməsi üçün kub şəklində qarpız yetişdirir.18. Titanik faciəsindən xilas olan Yaponlar, digər sərnişinlərlə birlikdə ölmədikləri üçün “qorxaq” olaraq adlandırılır.19. Yapon dilində üzr istəmək üçün ən az 20 fərqli söz vardır. Əvvəllər kişilərin başlarını təraş etməsi də üzr istəmək üsullarından biri imiş…20. Cib telefonlarının 90%-i su keçirməz olaraq hazırlanır. Çünki xüsusilə gənclər duşda belə cib telefonlarından istifadə edirlər.21. İş yerində mürgüləmək çox normal qəbul edilir. Çünki bu çox işləməyin göstəricisi kimi qiymətləndirilir.22. Şagirdlər və müəllimlər siniflərini özləri təmizləyirlər.23. 1997-ci ildə yayımlanan Pokemon cizgi filminin bir seriyasını seyr edən 685 uşaq, baş gicəllənməsi və qusma kimi səbəblərlə xəstəxanaya aparılmışdı.24. Yeməklərdə istifadə etdikləri “Chopstick” yəni yemək çubuqlarından ildə 24 milyard cüt istehlak edirlər.25. Qərb mədəniyyətinin tam tərsi olaraq qara pişiyin şans gətirdiyinə inanırlar.26. İsti su qaynaqlarının içinə döyməli insanların girməsinə icazə verilmir.27. Cizgiromanlar üçün istifadə olunan kağız miqdarı tualet kağızları üçün istifadə olunandan daha çoxdur.28. ABŞ, Çin və Yaponiya istisna olmaqla dünyada 103 ölkə ölüm cəzasını tətbiq etməkdən imtina etmişdir.29. Godzilla rəsmi olaraq bir Yapon vətəndaşı olaraq qəbul edilir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nicat Agayev

1374 dəfə oxunub

Gəzəyənlər üçün mobil tətbiqlər (Part 1)

1. CouchsurfingSəyahət edənlərin bir nömrəli yardımçısı olan və xərcləri minimuma endirə biləcək ən önəmli tətbiqlərdən biridir. Proqram vasitəsilə gedəcəyiniz yerlərdə yerli insanların evində pulsuz qonaq ola bilər, onlarla birlikdə ərazini kəşf edə bilərsiniz. Təbii ki, bunları hər ev sahibinə aid etmək olmaz. Eyni zamanda həmin müddətdə orada qalan biriləri də sizi qonaq edə bilər və ya qonaq etməsə belə tətbiq daxilindəki "Hangout" bölməsi gəzəyənlərin bir-birini tapıb səmərəli vaxt keçirməsi üçün düşünülmüşdür. Məsələn siz "Eyfel qülləsi yaxınlığında qəhvə içmək istəyən?" kimi hangout postlar açıb insan toplaya bilərsiniz. Həmçinin başqaları tərəfindən yaradılmış bu görüşlərə qoşula bilərsiniz.Couchsurfingin taktikasına görə qonaqlar ev sahibinin profilində öz təəsüratlarını (References) qeyd etməlidirlər. Belə ki, kimsə qonaq qəbul etdiyi zaman onun öz profilindəki məlumatlardan əlavə başqalarının fikirlərinə diqqət yetirir. Hər halda siz özünüz də bələd olmadığınız adamla eyni evdə qalmağın nə qədər təhlükəli ola biləcəyindən xəbərdarsınız  Bu məqamda tətbiqin tək "mənfi" tərəflərindən biri olaraq bunu qeyd edə bilərik ki, siz killer, oğru və s. olmasanız belə əgər özünüz kimisə qonaq edib müsbət rəylər toplamamısınızsa sizin host tapmağınız olduqca çətindir (Bəzi hallarda bəxtiniz gətirə bilər) . Həmçinin bəzi istifadəçilər bu platform vasitəsilə kiçik məbləğ müqabilində sizi qonaq edə bilərlər.Sadəcə bir dəfəyə məxsus 60$ ödəməklə siz Verified account ala bilər və bütün imkanlardan yararlana bilərsiniz. Sadə accountlar isə həftədə cəmi 10 hosta ilk mesajı yaza bilərlər. App Store: https://apple.co/1P3uKdH Play Store: https://bit.ly/1z1AESz2. ShowaroundBir növ sizi tur bələdçiliyi işi ilə təmin edən proqram həm yerli əhali həm də turistlərə fayda gətirə bilər. Konsepti əsasən insanların getdiyi yerlərdə vaxtını daha səmərəli keçirməsi və yüksək məbləğlər ödəmədən şəhəri kəşf etməsi yönündədir.Proqram iki yönlüdür, siz həm turist kimi çıxış edə bilərsiniz həm də local people kimi.Həvəskar tur rəhbərliyi edə biləcəyiniz bu tətbiqdə istər saatbaşı ödənişlə və istərsə də könüllü bir formada şəhərinizə gələnləri gəzdirib şəhərinizlə tanış edə bilərsiniz. Ödənişlərə limit tətbiq olunmayan bu platformada siz öz saatlıq qiymətinizin minimum və maximumunu seçə bilərsiniz. Beləliklə program sizin boş vaxtlarınızda qazanc əldə edə biləcəyiniz bir işə çevrilə bilər.Qazancdan əlavə həmçinin tələbələr və s. öz xarici dil biliklərini inkişaf etdirə bilər və ya müxtəlif ölkələrdən dostluqlar yarada bilərlər. Əsasən tələbələr FREE bələdçiliyi seçərək öz dillərini inkişaf etdirirlər. Əlbəttə ki, tur rəhbəri olmaq üçün sadəcə xarici dil bilmək kifayət etmir. Gələn turist gedəcəyi yerlərin tarixi haqqında da məlumat tələb edə bilər. Yaxşısı budur ki, müştərinizlə hər şeyi öncədən danışıb razılığa gələsiniz P.S: Əgər istifadə etsəniz heç kimə görüşdən öncə online pul köçürməsi etməyin!App Store: https://apple.co/2WoDGlwPlay store: https://bit.ly/2VTKOpxƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Reshad Farzali

1202 dəfə oxunub

Afrikaya ilk səyahətim, Keyptaun

CAR…Bəli, Cənubi Afrika Respublikası…yenə də getmərəm dediyim ölkəyə 18 saatımı təyyarədə keçirərək həyatımın ən uzun hava səyahətini etmişdim. 18 saatlıq uçuşdan sonra Bakıda quruyan payız yarpaqları budaqlara yaşıl günlərimizi unutma deyərək ayrılıq yaşayarkən, cənub qitəsində tumurcuqlanan ağaclar, yarpaqlar yeni həyatlarına qədəm qoyurdular. Çün, orda fəsli Bahar idi…Afrika məndə özünə qarşı Michael Kiwanuka oxuduğu kimi love&hate münasibəti yaratdı… dost tanış hamı ehtiyatlı ol, ora çox təhlükəlidir deyib təzyiq göstərmişdilər, hətta qara dərililərin ağları girov götürüb yalnız pul qarşılığında azad buraxdıqlarını deyənlər də olmuşdu. Təbii Afrikadan sağ-salamat qayıdan kimi ilk iş dostluq siyahımı yenidən nəzərdən keçirmək oldu. Yaxşı ki, “Google knows almost everything”, bloggerlərin hamısı deyirdi ki, düşündüyünüz qədər təhlükəli deyil, heç bir problem yaşamadıq, gül kimi yerdir. Sözsüz ki, Afrika ayıq turist olmalı olduğunuz məkandır, hətta Kenya, Tanzaniyadan gəlmə taksi sürücüləri belə dəfələrlə xəbərdarlıq edir ki, bel çantanızı qucağınızda saxlayın, şəhərdə əlinizdə pasport gəzməyin.Afrikanın zəngin koloritini, kontrastı hələ aerportdan mərkəzə kimi uzanan magistral yolda gedərkən hiss etmək mümkündür. Digər Afrika ölkələrindən qaçqın kimi gəlib çoxlu tələbləri olan, ağlara nifrət edən, hökumətə qarşı etirazlarını bir vaxtlar körpüdən kərpic, daş ataraq yerli əhaliyə zərər verən, mərkəzdən izolə şiferdən müvəqqəti sığınacaqlı məhəllələrdə yaşayanlarvə yaokeana möhtəşəm mənzərəli, axşam yeməklərini yüksək zövqlə dizayn edilmiş sahildə sıra ilə düzlənmiş növbəli kafe və restoranlarda saatlarla Afrika şərablarından və kərtənkələdən tutmuş ceyran ətinə kimi qeyri-kosmik qiymətlərə ləziz təamları dadan, Afrika ritmlərini hiss etdirtən “gəzən canlı xor”-dan həzz alan ağlı qaralı yerli əhali.Axşam olan kimi hamı şəhərin ən sivil, hüzurlu və təhlükəsiz yeri olan Waterfronta Viktoria&Alfred limanına üz tutur. Müxtəlif dizaynerlərin, yerli və xarici brendlərin maraqlı geyim aksessuarlarını, gözəllik vasitələrini özündə birləşdirən bir gün vaxtınızı tələb edən Victoria&Wharf alışveriş mərkəzi və bu gün görəsən harda oturum deyə fikirləşəcəyiniz bir-birindən fərqli steak, dəniz məhsulları, yerli mətbəxi təklif edən kafe və restoranlar. CAR ölkə olaraq həm ağlara, həm də qaralara fərq qoymayan mehriban bir ölkədir. Bir zamanlar ulu babalarının irqi ayrı-seçkilikdən əziyyət çəkdiyi Afrikalılar bu gün kafedə ağlarla birlikdə çiyin-çiyinə çalışır, yerli əhaliyə xidmət edir, birlikdə zarafat edib gülürlər, bununla da utanc dolu keçmiş tarixi sanki yuyurlar.SƏN DEMƏ…Kafelərdə diqqətimi çəkən bir məqam da saçları düz olan, səliqə ilə yığılan Afrikalı qadınlar oldu. Sən demə Afrikada yalnız varlı qadınlar saçlarını düzləşdirə bilirlərmiş, çünki genetikanın onlara miras qoyduğu hədsiz buruq və qalın saçlara qulluğu hər qadın edə bilmir. Və sadə həll yolu olaraq saçlarını dibindən kəsib hazır yumşaq düz saçlı pariklər taxmaqda tapıblar. Ya da təbiilik gözəllikdir deyib uşaqlıqdan hörülən sim kimi saçlarla gəzirlər.Axşam düşür hər yer qaranlıqlaşır və işıqlı havada özünüzü nisbətən rahat hiss etiyiniz Keyptaun sizə qorxulu nağıllarını danışmağa başlayır. Kvartal boyunca arxanızca gəlib sizdən “maaaam, please” deyib əlini göz səviyyəsinə qaldırıb pul dilənən digər Afrika ölkələrindən gəlmələr, “hey, bro, bro” deyib sizə nəsə satmağa çalışan drug dealers-lər və kvartallar arası ünsiyyəti nədənsə qışqırmaqda görən əcaib səsli qadınlar. Təbii bu mənzərə ilə işıqlı vaxtlarda da qarşılaşa bilərsiniz. Lakin, addımbaşı Public Security olduğundan nisbətən rahat olursunuz.HARDA QALDIM?Afribode Old Mutual Apartments – 1940-cı illərdə sığorta, maliyyə xidmətləri mərkəzi olan, parlament binasına yeraltı gizli keçidi olan, Hollivud filmlərinin çəkildiyi, Nelson Mandelanın da ziyarət etdiyi Darling küçəsində yerləşən təhlükəsiz bina-Mutual Heights. Bura airbnb tipində ev sahiblərinin kirayə verdikləri mənzillərdən ibarət hündür mərtəbəli binadır. Həm də Misirdəki Piramidalardan sonra qitənin ən hündür tikilisi olub. Mən 8-ci mərtəbədə 50m2-lik Mutual Heights 810 mənzilində qonaq otağı, mətbəxi və ikinci mərtəbəsində king yataq otağı olan mənzildə gecəsi təqribən 150 manata qalırdım. Şəhərə və Table Mountain-ə möhtəşəm mənzərəsi olan rahat, işqlı, zövqlə dizayn edilmiş mənzil idi. Afrikaya işlə bağlı yolunuz düşsə elə burada qala bilərsiniz.HARALARI GƏZDIM?Long street-uzun mərkəzi küçə imiş, amma ağlınız bizim bəzəkli, işıqlı maşın keçməyən Nizami küçəsinə, İstanbulun İstiqlaliyyət caddesinə getməsin. Kiçik suvenir mağazalar, etnik kafe və restoranlar, rəngli bəzəkli bir-birinə meydan oxuyan 2-3 mərtəbəli binalar olan küçədir. Buradan suvenir almayın, endirim etməyə çalışsanız “siz türksünüz?” deyə gülən bir üzlə qarşılacaqsınız. Amma nə yalan deyim, işə yarayır. Qabağa düşdüm deyib mağazadan qürrələnib çıxmağımız Victoria&Wharf-a kimi çəkdi. Çünki orda olan suvenir mağazalarında taxta qaşıqlar, keramik saxsı qablar elə endirdiyimiz qiymətə idi və fərqli olaraq yaxşı bağlama ilə yola saldılar. Ona görə shopping mall üçün ancaq və ancaq Waterfront deyirəm. Lakin long street-də Mama Africaya getməlisiz. Canlı Afrika ritmlərini sizin də duymağınıza şərait yaradırlar. Məsələn mən drums arzumu orada reallaşdırdım, anda itmək nə demək imiş orda yaşadım, sonda mənə qalan isə xatirə video və keyiyən qollar oldu.Greenmarket Square– bildiyiniz küçə bazarı, səhər açılıb axşam yığışdırılan açıq havada tarixi 17-ci əsrə kimi uzanan meydan bazar. Oradan nəsə almağı məsləhət görmürəm, söz soruşsaz və ayrılsanız “almayacaqdınsa niyə yaxınlaşırdın?” ifadəli qəzəbli xalalar görəcəksiz, ya da mənim bəxtimə eləsi düşmüşdü.Cape of Good Hope– mərkəzdən 1 saatlıq məsafədə yerləşən, bir vaxtlar gəmiləri əldən saldığı üçün “Fırtına burnu” adlanan, daha sonralar isə Portuqaliya kralı II Juan tərəfindən “elə deməyin, Hindistana dəniz yolunu burdan tapacağıq” ümidi ilə adlandırılan Ümid burnu. Cape Point-ə giriş etmək üçün 303 rand və ya 38 azn ödəniş etməlisiz və bir az da girişdə növbə gözləməlisiz.Soyuq Atlantik okeanı ilə isti Hind okeanın qovuşması, çox uzaqlarda üfiqdə gizlənən Antarktida qitəsinin səssizliyini, zümrüdü firuzəyi okean dalğalarını duymağa çalışarkən birdən 17 dərəcə havada anidən Mayakdan aşağı düşən bikinili, ağ dərili, uzunboylu, ortayaşlı xanım. Necə olur, hardan çıxdı deyib təəccüblənərək düşdük aşağı və üzümüzü tutduq Pinqvinlərin sahildə turistləri vecinə almadığı kurorta Boulders Beach sahilinə- Noyabr ayı pinqvin koloniyasını görmək üçün ideal mövsümdür. Hamının bir-birinə “bu səs pinqvinlərdən çıxır?”, deyə təəccübləndiyi uzunqulaq sayağı səslərdən ibarət, yırğalana-yırğalana gəzən, okeana addım atanda müvazinətini itirib suya üzü üstə şapalaq kimi dəyən şirin, ayağı gödək canlılar. Turistlər çakkaçak şəkil çəkəndə, “ouu voov” edəndə bəziləri üzür, bəziləri ağ qumda uzanıb günəşlənir, bəziləri kölgəyə çəkilib yatır, bəziləri də turistlərə baxıb selfilərinə bixəbər poz verirdi. Bura qoruq idi ona görə də pinqvinlərlə təmas qura bilmirdik, həm də giriş üçün 18 man pul verməli idik. Bir az fərasətli olsanız 60 yaşlı turistlərdən ibarət qrupların sıxlığından istifadə edib biletsiz də giriş edə bilərsiniz. Çünki biz etdik)) Lakin bir az irəlidə pulsuz da pinqvin görmək, hətta toxunmaq şansınız var imiş, düzdür sayları az olsa da… Bizim pinqvin turumuz qaçaqaç aeroprata tələsdiyimiz vaxta düşdüyündən yaxşı ünsiyyət qura bilmədik, lakin, xatirə qalsın deyə özümə pinqvin formalı taxta qələm aldım.Table Mountain-Təbiətin yeni yeddi möcüzəsindən biri sayılan, Afrikanın simvolu, Keyptauna möhtəşəm quşbaxışı mənzərə açan, kənardan baxanda stola oxşayan 1085 m-lik dağ. Ora qalxmaq üçün də şanslı olmalısınız. Qondola kanat yolu ilə 40-50 nəfər adamı hava sakit, səma açıq olanda 700-800 m hündürlüyə qaldırır. Əgər yağış, külək, duman varsa kanat işləmir. Cəmi bir ədəd kanat olduğundan növbə qaçınılmazdır. Onun da həlli var imiş, online bilet alıb növbədən canınızı qurtara bilərsiniz ki, biletin də qiyməti 36 man-dır. Bir çox turist bixəbər növbədə vaxt itirirdilər.ÖZLƏRININ DƏ DEDIYI KIMI – YOU ARE HOME IN AFRICA!Buludların ayağınızın altında, qaya dovşanlarının dağ başında meditasiya etdikləri, mənəvi istirahəti tapacağınız, özünüzü azadlığın zirvəsində təbiətlə, vəhdətdə hiss edəcəyiniz və mütləq saatlarla tənbəl-tənbəl vaxt keçirməli olduğunuz məkandır. Necə də möhtəşəm idi, bir az da qalıb günəş batımına baxa bilərsiniz, şübhəsiz ömrünüzün ən gözəl gün batımı mənzərəsi olar. Təəssüf ki, vaxt qıtlığından biz bunu edə bilmədik. Dağa hikinglə qalxıb indi də enməkdə olan turistlərə paxıllanıb qalxdığımız göylərdən yerə düşdük.BƏS NƏQLIYYAT?Biz Uberdən istifadə edirdik. Çox sərfəli, sürətli, komfortludur. Sürücülərin əksəriyyəti qara dərilidir və başqa Tanzaniya, Kenya kimi ölkələrdən gəlmədirlər. İndi sual verə bilərsiz ki, Afrika deyirsən əlbəttə qara dərili olacaqlar. Məsələ orasındadır ki, Afrikada ağların da sayı heç az deyil. 4 günlük turda müxtəlif sürücülərlə qarşılaşdıq: bürcünüzə uyğun sizə xarakter icmalı verən hipster görünüşlüdən tutmuş, Afrikada doğulub böyüyüb, Filippinli qadınla ailə həyatı qurub, qızı ilə fəxr edən təqaüd dövrünü uber sürücülüyü ilə keçirən, dilənçilərin yaxınlaşdığını görüb maşının qapılarını kilidləyən anlayışlı və tədbirli 60 yaşlı holland əsilli mehriban adama kimi.BƏS YAXŞI NƏLƏR ALA BILƏRƏM?Getməzdən əvvəl internətdə “must have” siyahısına baxdım, təxminən bunlar idi: taxta qaşıqlar, suvenirlər, keramikadan qablar, yumşaq roibos çayı, African jazz diski (korinnoy Afrikalı xanımın məsləhəti ilə 10 manata iki ədəd Hugh Masekela və Sipho Gumede disklərini aldım), pinqvin formalı istənilən suvenir, şokolad, ədviyyat, dəriyə qulluq vasitələri (Aloe, African extracts), Made in South Africa emblemli geyim, kosmetik vasitələr və s.4 günlük CAR səyahətimi bu qədər zəngin xatirələrlə yaşayacağımı düşünməmişdim. Ənənəvi Viktoriya, holland stilli arxitekturası, hörülmə dəmir balkonlu 3-4 mərtəbəli sadə, həm də təntənəli tikililəri, zəngin mətbəxi, roibos çayı, milliyyətini məxsusi şəkildə aşkar nümayiş etdirən, amma “ehtiyat igidin yaraşığıdır” deyib elektrik naqilləri ilə bəzədilmiş hasarlı yəhudi və digər millətlərin evləri, qoltuğunda surf taxtası ilə okeanda dalğalarla yarışmağa gedən kim bilir, bəlkə də qayıdan, sahildə gəzişən sarışın gənclər…Əsrarəngiz təbiətli, uzaqdan bir qarış görsənən, lakin gəzib bitirə bilməyəcəyiniz Keyptaundan çox zövq alacaqsınız. Ən əsası isə bura Afrikalı deyib ağlınıza ancaq qara dərili gələn ölkə deyil, alman, holland əsilli Avropalıların da qürurla Afrikalıyam dediyi bir ölkədir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nata Hasanova 

2484 dəfə oxunub

Mərkəzi Avropanın incisi Budapeşt – 1 ci hissə Buda

Əslində Budapeşt haqqında uzun zamandır yazmaq istəyirdim, amma mümkün olmurdu. Gah araya Almaniya yazısı girdi, gah Kiyev, bu dəfə, gələn səfər deyə-deyə indiyə qismət oldu.Budapeştdə mərkəzə yazın 5 nəfərlik ucuz bir ev üçün bu linkə keçinİl yarımdır Budapeştdə yaşadığımdan, bu şəhər haqqında yazılacaq çox şey var, tələbəliyimin bir hissəsi bu şəhərdə keçdiyindən bütün turistik və non-turistik əyləncə və istirahət məkanları haqqında az-çox bilirəm. Ona görə də Budapeşt haqqında yazı 2 ola bilsin ki, 3 hissədən ibarət oldu.Budapeşt Mərkəzi Avropanın deyərdim ki, ən az qiymətləndirilmiş şəhərlərindən birincisidir. Dostlar, tanışlar Budapeştə ilk dəfə gələn zaman dedikləri ilk söz “woooow Budapeşti belə gözəl təsəvvür etmirdim” olur. Yəqin çoxlarınız bilirsiniz, Budapeşti Dunay çayı iki hissəyə bölür Buda və Peştə. Yazının daha sonrakı hissələrində və bölümlərində bu haqda daha ətraflı məlumat verəcəm. İndi isə gələk Budapeştə necə getməli sualına?Budapeştə getmək üçün bu dəqiqə ən sərfəli üsullardan biri qatarla, avtobusla Kutayisiyə gedib oradan WizzAirlə Budapeştə getməkdir amma və lakin bu ilin mart ayının sonundan WizzAirin Bakı – Budapeşt birbaşa reysi açılır və tək tərəf üçün kiçik bel çantası ilə biletin qiyməti 50 avrodan başlayır. Bundan başqa əgər Avropadasınızsa Budapeşt Avropanın demək olar ki, tam mərkəzində olduğundan digər yaxın ölkələrdən avtobus, qatarla bir az şimalda və cənubdakı ölkələrdən isə ucuz – low coster hava yollarının təyyarələri ilə Budapeştə gəlib çata bilərsiniz. Unutmayın ki, Macarıstan Şengen ərazisi olduğundan Budapeştə getmək üçün mütləq Şengen vizası almalısınız. Şengen vizası üçün ödəniş haqqı 35 avrodur. Viza üçün qeydiyyat formunu bu linkdən dolduraraq viza əldə edə bilərsiniz. Budapeşt hava limanından şəhərə necə getmək olar? Qeyd edim ki, Budapeştin şəhər içi nəqliyyat sistemi Avropada ən yaxşılardan hesab olunur və 24 saat nəqliyyat var şəhərdə. Hava Limanından şəhərə getmək üçün səhər saat 4-dən gecə yarısına kimi 200E nömrəli avtobusdan istifadə edə bilərsiniz, gecə yarısından səhər 4ə kimi isə 900 nömrəli gecə avtobusundan. Ümumiyyətlə 900lə başlayan avtobuslar (yəni 931, 909, 956 və s.) hamısı gecə avtobuslarıdır. 200E Hava limanından başlayır və sonuncu dayanacağı 3cü və ya göy metro xəttinin başlanğıcında Kőbánya-Kispest metro stansiyasında bitir. Buradan göy xətt metroyla gedib digər xəttlərə dəyişə bilərsiniz. Nəqliyyat biletləri 350 macar forintdir təxminən, 1.15 avro. Bundan başqa 72 saatlıq və 7 günlük nəqliyyat biletləri də var. Biletləri avtobus sürücülərindən (200E reysinə aiddir) və ya dayanacaqlardakı bilet maşınlarından ala bilərsiniz.Budapeştdə istənilən məkandan istənilən yerə Google Mapsın köməkliyi ilə çox rahat gedə bilərsiniz. Sadəcə gedəcəyiniz məkanı qeyd edərək ora necə və hansı nəqliyyat vasitələri ilə gedə biləcəyinizi öyrənə bilərsiniz. Bu üsul sınanılıb, yoxlanılmışdır, ilyarımdır Budapeştdə gedəcəyim yerləri ancaq elə tapıram ????İndi isə gələk Budapeştin gəzməli və görməli yerlərinə.Yuxarıda da qeyd etdiyim kimi şəhər Buda və Peşt adlı iki hissəyə bölünür. Dunay çayının qərb hissəsi Buda hissəsidir və təpəliklərdə yerləşir. Peştə nisbətən Budada yaşıllıq ərazi daha çoxdur və küçələr dar və ensizdir. Bu dar və ensiz küçələr Budaya Paris Montrmartesinə özəl gözəllik verir.Peşt tərəfdə isə küçələr daha enlidir və şəhərin ürəyi dmeək olar ki, burada döyünür. Budada çox az sayda klublar, barlar və restoranlar var. Budayla müqayisədə Peştdə olan restoran, klub və əyləncə məkanlarının sayı-hesabı yoxdur.Görməli yerlərin çoxu Peştdə olduğundan ilk öncə Budanın görməli yerlərindən bəhs edəcəm. Budada diqqəti ilk cəlb edən təpəliyin üzərində yerləşən Buda qəsridir (Buda castle). Qəsrin 800 ilə yaxın yaşı var. Qəsr Budanın ən qədim hissəsində yerləşir və ətrafda kiçik 2-3 mərtəbəli qədimi və rəngarəng evləri görə bilərsiniz. Qəsrin tam yanında Macarıstan Milli Qalareyasıyerləşir, rəsm azarkeşləri üçün ideal bir məkandır. Qəsr təpənin üzərində yerləşdiyindən qəsrin yanına getmək üçün təpəyə qalxmalısınız. Əgər mən şəh tənbəli turistəm deyirsinizsə, Dunay çayının sahilindən funiklyorla düz Buda Qəsrinin yanına gedə bilərsiniz. Funiklyora minmədən öncə isə funiklyor dayanacağının önündəki “0 km” abidəsi ilə selfi etməkdə olar. Bu abidənin yanında yerdə Macarıstanın digər şəhərlərindən Budapeştə olan məsafə göstərilib.Qəsrdən bir neçə yüz metr məsafədə Matiyas kilsəsi (Matthias church) yerləşir. Kilsənin tam olaraq 1001 yaşı var və 1015-ci ildə tikilib. Sonradan 14 və 19cu əsrdə bərpa olunub. Bərpa olunan zaman kilsə qotik üslübdə bərpa olunub. Kilsənin içərisi çox maraqlı və rəngli ornamentlərlə bəzədilib. Evlənən cütlüklərin ən çox seçdiyi məkanların başında Matiyas  kilsəsi gəlir. Kilsənin tam yanına Balıqçılar bürcü (Fisherman’s bastion) yerləşir. Bura Budapeştli gənclər üçün ən məşhur yerlərdən biridir. Deyilənə görə buradan Peştə və Dunaya açılan möhtəşəm mənzərə qarşısında romantikaya dalan gənclər, ilk öpüşlərini məhz elə burda həyata keçirirlər ???? Budanın digər görməli yeri isə Gellert təpəsi və abidəsidir, buradan demək olar ki, bütün Budapeşt ayaqlarınızın altında görsənir.Gellert təpəsindən Dunayın sahilinə düşəndə burada Mağara Kilsə (Cave Chruch) deyilən bir kilsə var. Kilsə tamamilə mağarada, qayalıqların içərisində yerləşir. İçəri girərkən adamı tamamilə fərqli bir atmosfer qarşılayır.Budanın ən maraqlı yerlərindən biri də Gül Baba Türbəsidir. Gül Baba Osmanlı dönəmində Türkiyədən Avropaya misionerlik fəaliyyəti üçün göndərilmiş, çox hörmətli bektaşi liderlərindən olub. Uzun müddət Budapeştdə yaşayıb və bu türbədə dəfn olunub. Macarlar buranı Gulu Babba kimi tələffüz edirlər, adama elə gəlir ki, Afrikalı filandır ???? Yeri gəlmişkən Budapeştə açılan ən gözəl mənzərələrdən biri də buradandır.Türbədən çıxıb Margaret körpüsü ilə piyada Margaret adasınagedə bilərsiniz. Margaret adası Dunay çayında yerləşən 3 təbii adadan biridir, digərləri isə Obuda və Csepel (Çepel) adalarıdır. Adaların hər 3ü Budanın ərazisinə düşür və mərkəzə ən yaxın olanı Margaret adasıdır. Ada 2 təfədən də körpü ilə giriş-çıxışla təmin olunub hətta adanın mərkəzindən avtobus xətti keçir. Ada başdan-başa yaşıllığa bürünüb, hər tərəf, ağaclıq, gül-çiçəklik və çəmənlikdir. Xüsusilə yaz-yay aylarında şəhərin qaynar həyatından başıvı götürüb qaçmaq üçün ideal bir məkandır. Adanın içində, kiçik bir neçə kafe, boyük üstü-açıq hovuz, Palatinus aquaparkı, velosiped kirayələmək üçün yerlər var. Bundan başqa adada Yapon bağları adlı kiçik ərazidə balıqlar üçün hovuzu görmək olar və Margaret körpüsüylə adaya girdikdə elə girişdəcə musiqili fontan var, ilin isti fəsillərində fontanın yanındakı oturacaqlarda demək olar ki, boş oturacaq tapmaq olmur.İndi isə gəldik, mərkəzdən azacıq uzaq olsa da mənim sevimli adam olan Obudaya. Obuda adasını sevimli edən şey hər ilin avqust ayında adada Avropanın ən böyük musiqi festivallarından biri olan Sziget Festivalın keçirilməsidir. Keçən il bu festivalda 500 000 adam iştirak etmişdir. Bu il 10-17 avqust tarixlərində keçiriləcək festivalın keçən ilki 100dən çox qonağı arasında Martin Garrix, Robbie Williams, Ellie Goulding, Avicii, Major Lazer və 10larla məşhur ifaçı və qrupları görmək, onları canlı-canlı dinləmək olardı. Festival zamanı gündüzlər əyləncəli oyunlar, yarışlar keçirilir, axşamlar isə səhərə qədər 10a yaxın səhnədə fərqli-fərqli ifalar. İstəsəniz Dunay çayının sahilində yaradılmış kiçik çimərlikdə dincələ də bilərsiniz. Adam 1 həftə tamamən musiqi cənnətinə düşür sanki. Rəsmi videodan festivalın necə əyləncəli keçdiyini görə bilərsiniz.Buda ilə Peşti Dunay çayı üzərindən 8 ədəd körpü birləşdirir. Bu körpülərdən ən tarixi və arxitektur əhəmiyyətlisi Zəncirli və ya Şirli Körpü adı ilə tanınan Chain Bridgedir. Körpünün hər iki tərəfində dayanan 4 aslan sanki körpünün keşiyini çəkir. Körpünün çox maraqlı tarixi var. Belə ki, rəvayətə görə körpünü tikən memar deyir ki, bu körpüdə kimsə bir qüsur tapsa mən özümü öldürəcəm, elə bu vaxt orada olan uşaqlardan biri deyir ki, aslanların ağzında dili yoxdur. Aslanların ağzında doğrudan da dili olmadığını görən memar özünü Dunay çayına atır. Bu körpü ilə o başa-bu başa keçib, Budadan Peştə, Peştdən Budaya səyahət edə bilərsiniz.Buda haqqında bu qədər, növbəti yazı bir neçə gündən sonra olacaq bu dəfə isə Peştdən yazacağıq. Peştdə görməli yerlər daha çoxdur.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh

2658 dəfə oxunub

Estoniya bələdçisi

Estoniya ????????Estoniyaya olan səfərim iki şəhərdən ibarət idi. Tartu və Tallinn.İlk öncə Tartu haqqında yazmaq istəyirəm.Demək, Tartu çox balaca və hər tərəfinə piyada gedə biləcəyiniz, şəhər mərkəzində hər şeylə təchiz olunmuş qədimi və bir o qədər də marağlı şəhərdi.Şəhəri tələbə şəhərciyi də adlandırmaq olar. Çünki yaşayan əhalinin 70%-i gənclərdi. Post-sovet ölkəsi olmağına baxmayaraq, Estoniyada rus dilindən demək olar ki, istifadə olunmur.Tartunun qədimi küçələri, rəngarəngliyi çox maraqlı olduğu qədər, gecə həyatı da bir o qədər maraqlı və əyləncəlidi. Çünki bütün barlar və klublar, demək olar ki, yanbayan yerləşib. Klub və barlarda, əsasən, tələbələrin olması da, şəhərin gecə həyatını bir o qədər əyləncəli edir.Tallinnə gəldikdə isə, sözlə ifadə edilməz dərəcədə gözəl, rəngarəng və qədimidir.İkinci dünya müharibəsi zamanı Pri-baltika ölkələrinin içərisində ən az dağıntı olmuş ölkə olması, Estoniyanın qədimiliyini qoruyub-saxlamasına kömək olmuşdur.Tallinn dənizə çox yaxın yerləşdiyinə görə, Bakı kimi küləkli şəhərdir.Ümumiyyətlə, estonlar çox gülərüz və istiqanlı millətdi. Yəni səyahət etmədən öncə düşündüyüm, latışlar kimi soyuq olacaqları idi, amma estonlar xoşgörüşləri ilə bu fikrimi alt-üst etdilər.Tallinndə olarkən Provaslav kilsənin önündən keçirdim və gördüm ki, içəri çox insan girir, düşündüm ki, muzey kimi fəaliyyət göstərir.Mən də axına qoşulub içəri daxil oldum. İçəridə hər kəs şam alıb, yandırırdı.Bir az irəlilədikdən sonra, gördüm ki, qarşıda bir rahib oturub yanında da iki nəfər onun köməkçisi dayanıb və rahib nəsə dini bir mətni musiqili şəkildə şərh edirdi. İnsanlar da onların qabağında dayanıb, başlarını əyib-qaldırırdılar. Sanki ayin keçirilirdi.Bir az daha irəli getdim və özümdən xəbərsiz şəkildə bir sırada dayanmışam. Sıra isə, başqa bir rahibin insanların başına örtük keçirib başlarını sığallaması və qulaqlarına nəsə pıçıldaması ilə sonlanır. Heç nədən xəbərim olmadığına görə, sırada dayanıb o biri rahibin nə oxuduğuna qulaq asıb, insanlara tamaşa edirdim.Sən demə sıra mənə çatıb və başımı o biri Rahib tərəfə çevirdiyimdə gördüm ki, mənə baxır və gəlməyimi gözləyir. Mən də söhbətin fərqinə varıb, yavaş-yavaş heç nə olmamış kimi aradan çıxmağa başladım Başıma gələn daha bir maraqlı hadisə isə, Tartudakı hostelimdə oldu.Hosteldə mənim yatağım 3-cü otaqda olan birinci yataq idi və açarımın üzərində belə də yazılmışdı. Səhər ayılmışam, saat təxminən 6dı. Durub getmişəm mətbəxə ki, kofe içim. 1 saat sonra Tallinnə yola düşəcəm. Otaqdan nəsə lazım oldu, otağa getdim. Bir də gördüm bir nəfər otaqda qırğın-qiyamət salıb. Mən yatan yer sən demə həm də bunun yeri imiş. Yaxınlaşıb dedim sakit ol, məsələni anlayaq. Açarları qarşılaşdırdıq ki, ikimizin də açarının üzərində eyni yataq, eyni otaq yazılıb. Qeydiyyat şöbəsində oturan işçini çağırdıq. Üzrxahlıq bildirdi, dedi mənim səhvimdi, elə-belə, çox yubanmayıb hosteli tərk etdim.Sonra isə heç gözlərinin yaşına baxmadan, bookingdə 1 ulduzla kifayətləndirdim onları!Ümumən isə Estoniya səfəri çox maraqlı oldu Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Samir Aziz

1692 dəfə oxunub

Arazın o tayı- İran macəraları

İran haqqda eşitmisiz? Bağlı, çadralı, qara şəhər? Bu ölkə haqqda bildiklərinizi bir kənara buraxın və yaxın oturun! Bu yazım kefinizi açacaq ????İran yoxsa Azərbaycan? Səyahətimin ilk günü!Çox yorğun bayramdan qabaq iş həftəsindən sonra bu tətilə çıxıb çıxmayacağımda hələ də qərarsız qalmışdım. Naxçıvana bileti (50 AZN) almışdım, ancaq bilmirdim getməliyəm ya yox? Uçuşa bir neçə saat qalmış çantamı hazırladım. Çox həyəcanla oturub, uçuşu gözlədim. Naxçıvana gəlib çatdım. Atam buralı olsa da, heç vaxt getməmişdim. Çox səliqəli şəhərdir. Ancaq adamlar az idi küçələrdə. Elə hiss yaradır ki, sanki tərk edilmiş şəhərdir. Qəribə hiss edirdim. Ancaq gözəl idi. Möminə Xatun türbəsi çox möhtəşəmdir. Üzəri elə incə işlənib ki, toxunanda elə bilirsən ki, tarixə səyahət edirsən…Burada çox qalmadım. Taksi məni İran sərhədinə apardı. (hava limanı+ kiçik şəhər gəzintisi+ sərhəd= 25AZN)  Elə həyəcanlıydım ki, heç başqa ölkəyə yaşamağa köçəndə belə hiss etmirdim. Sərhədə gələn kimi ilk sualım bu oldu:Başımı burada bağlamalıyam? ????Orada bağlamaq lazım deyilmiş. Bir körpü var. Onu keçəndə, İrana girmiş sayılırsan. Həmin körpünün üzərində bağlamağınız kifayətdir. Ondan qabaq isə sərhəddə əməlli başlı sorğu-sual olundum: Niyə gedirsən? Hara gedirsən? Nə alacaqsan? Nə qədər qalacaqsan? Haradan qayıdacaqsan və s. Amma deyə bilərəm ki, çox gülərüz idilər. Orucluq bayramının ilk günü idi. Hamı təbrikləşirdi. Çox xoş ab-hava var idi. Gəldim həmin körpüyə, tez-bazar uzun bir palto geyindim və başımı da bərk-bərk bağladım. Orda da sərhəddə xeyli sorğu sualdan sonra, keçdim İran tərəfə. Heç kimin üzünə baxmıram, başımı sallayıb, qohumlarımı gözləyirəm. 2 AZN ödəyib, getdim İranın ikinci sərhəddinə. Məncə, onu ödəməsəydim də olardı. Taksi mənim çox da bilgili olmadığımı gördü və kazıklandım abilər -_-Sərhədi keçəndə qohumlarımla orada görüşdüm, artıq Poldəştdə idim. Məni görənlərin ilk reaksiyası:Sən niyə belə bağlanmısan? İran haqqda fikir dəyişikliyi 1: başına balaca yaylıq atmaq və azca uzun geyinmək kifayətdir. Çadrasız İran!Sevimli insanlar diyarı:Babamın xalası uşaqları orada yaşayırlar. Bir dəfə anam zəng etdi ki, İrandan qonaqlarımız var, gəl görüş. Mən də offlaya offlaya getdim görüşə. Fikirləşirdim ki, bu qaraqabaq insanları görmək nəyimə gərək? Amma yanılmışam… (p.s bir dərs çıxaraq: tanımadığımız insanlar haqqda fikir yürütmürük! )Gənc cütlük idi. Bizim qohum Zarrin siyasətçidir orada. Yoldaşı Ramin isə psixoloqdur. Birlikdə səyahət edirlər, işləyirlər. Zarrin uzun zamandır idmanla məşğuldur. Sözün düzü məni yaman təəccübləndirdi bunlar. Elə İrana getmək səbəbim də bu insanlar oldu. Elə bilirdim orada hamı qatı dindardır, qaraqabaqdır və ancaq qara geyirlər. Bu insanlar fikirlərimi dəyişdirdilər.Sonra ora səyahət edəndə isə daha da  çox yanıldığımı gördüm. İnsanlar əylənməyi, dostluğu bacarır. Bir birilərinə olan sözlərini elə üzlərinə də deyirlər. Yardım sevərdirlər.Kişilər qadınlara hər işdə kömək edirlər. Məsələn, qonaq getdiyim bir evdə süfrəni açmağa kişi kömək edirdi. Bu hamı tərəfindən normal qəbul edilən bir şey idi. Ancaq, əsas pul qazanan, ailəni dolandıran kişilərdi.İşləyən qadınlar da az deyil. Baxımlıdır hamısı. Xüsusi gözəllik sirrləri var. Məsələn Nanə cöhəri özləri hazırlayırlar və bunu bikini bölgəsinin təmizliyi üçün istifadə edirlər. Gül suyu da üz dərisinin ağ qalması üçün istifadə olunur. Maya maskası, qəhvə maskası da burada məşhurdur. Təbii məhsullardan çox istifadə edirlər əsasən. Makiyaja həvəslidirlər. Burun əməliyyatını yəqin ki, 10 adamın barmağı ilə sayılacaq qədər etməyən adam qalıb. Bu kişilər arasında da dəbdir.Zərli-zürlü şeyləri sevirlər və ev əşyalarında da bunları görmək mümkündür. Ən sevdiyim isə yerdən açılan yemək süfrələri oldu. Gənclər artıq masalardan istifadə etməyə başlayıblar. Ancaq yaşlı adamların evlərinə gedəndə səmimi süfrədən həzz ala bilirsən.Mən Zarrinin qonağı oldum və onların evi tamam başqa cür idi. Yoldaşı Raminin atası İranda məşhur rəssamdır (Əhməd Rza Rahimi). Bu qabiliyyət ona atasından keçib və əla rəsm əsərləri çəkir.Bundan da əlavə bir çox simli alətdə ifa edə bilir. Axşam evdən dincəlmək üçün bundan başqa nəyə ehtiyacın var ki?Orada olduğum müddətdə Raminlə söhbət də etdik. Əla psixoloqdur və o qədər cana yaxın insandır ki, insan rahatlıqla hər şeyi onunla bölüşə bilir. Mən ondan xahiş etdim ki, bizim insanları da qəbul etsin. Urmiyənin ən yaxşı psixoloqlarından biridir və hipnoz da edir. İstəyənlər əlaqə saxlaya bilərlər: +989149370764Zarrin və Ramin o qədər yaxşı insanlardı ki, istəyirəm onlarla hamı tanış olsun. Həyatınızda hər şey gözəl olsun, my babies!İranda, evlərdə daha nə qəribəliklər var?Evdə parniklər olur. Burada müxtəlif bitkilər və hətta ağaclar yetişdirilir. Qəribədir. Ancaq o qədər gözəl görünür ki, fikirləşirsən ki, mütləq və mütləq mən də öz evimdə bundan etməliyəm.Bu şəkildə arxamızda gördüyünüz həmin danışdığım yaşıllıqdır. İnsanlar evdə quş, balıq saxlayırlar. Bu şəkildəki ağa quş saxlamaqdan əlavə həm də quşlardan kuklalar düzəldir. Bəzi nümunələri şəkildə görə bilərsiz. İnsanların fərqli hobbylərinin olduğunu düşünməzdim İranda. Bu da məni təəccübləndirmişdi yaman!İranda öz dilimdə danışmaq…Çox insanlar türkcə bilirlər. Onların türkcəsi daha qədim sözlərdən ibarətdir. Ancaq məncə, çox şirin danışırlar. Həm də çox mehribandılar. Telefonda belə bir-biriləri ilə danışanda çox nəzakətli olurlar. Bu çox xoş olurdu. İnsanın bütün mənfi enerjisi alıb aparırdı. O qədər gözəl hiss edirdim ki, orda… İnsanın ürəyi sevgi ilə dolub daşır. Məhz, bu hisslərə görə İran mənim sevimli ölkələrimdən birinə çevrildi.Bəzən bir- birimizi anlamırdıq. Belə olanda İstanbul türkcəsində danışırdıq. Türkiyə filmləri və serialları orada da çox izlənir.Bəzən türkcə danışmayanlar da olurdu. Onlar çox vaxt farslardı. Türkcə danışmaqlarını deyirdim, amma bu onlara elə də xoş təsir bağışlamırdı sanki. Danışmasalar belə bilirdilər. Ermənilər belə bilirlər türkcəni. Kürdlər çox vaxt bilmirlər və dağlıq yerlərdə daha çox məskunlaşıblar.Yenə də çox gözəl enerjisi olan insanlar diyarıdır İran ????Əsas məsələ: Yemək!Yeməkləri ləzzətlidir. Təbii olması da çox xoşdur. O qədər rahat hiss edirsən ki, özünü. Ancaq yeməklərimiz eynidir demək olar. Çox dadlı aşları var və üzəri üçün fərqli qaralar edirlər.Səhər yeməkləri demək olar ki, bizim süfrə kimi olur. Əsasən, nahar daha bol olur. Axşam yeməyini isə daha yüngül yeyirlər.Bir axşam Zarrin bizə bananlı kokteyl hazırladı, üzərinə qurudulmuş qızılgül ləçəkləri tökmüşdü. Həyatımda içdiyim ən dadlı içki idi deyə bilərəm. Çox xoş idi dadı.İranın özünə aid fast foodları var. Məsələn yer alma dürməyi. Bu nədir? Yer alma kartofa deyirlər. Kartof və başqa tərəvəzlər, göy göyərti doldurulur qarğıdalı unundan hazırlanmış çörəyə. Bu çörək çox xeyirli sayılır, adı səngəkdir. Dadı əfsanə idi. Qiyməti də 1,50 AZN ????Başqa dadlı fast food da Şor məzə idi. Bu qızardılmış lavaşın içində, ədviyyatlı noxudlardır. Ancaq o qədər dadlı idi ki, fikirləşirəm kaş Bakıda da olardı. Qiyməti isə cəmi 50 qəpik ????Bəs balıq dönəri necə? Eşitmisiz? Bu da İrana xas bir fast food-dur. Türk restoranından aldıq. Amma başqa heç bir yerdə belə bir şey görməmişdim. 2AZNİranda şirniyyatlar da dadlıdır. Buradakı dostlarıma nabat alıb gətirmişdim. O qədər dadlı idi ki, onlardan çox özüm yeyirdim ????Bir də gülablı dondurma var!- Çox ləzzətli, çox fresh dadı var… İran özü istehsal edir. Elə bəyəndim kiiiiii.İnsanlar xüsusi su düzəldir, hansi ki, köp üçün çox xeyirlidir və susuzluğu yatırır. Adlarını unutduğum toxumlardı. Biri reyhan toxumudur, ancaq o biri dəqiq yadımda deyil. İlk baxanda qəribə gəlir, ancaq dadandan sonra həmişə içmək istəyirsən. Bakıya gələndə də hazırladım. Hamı bəyənərək, içdi. Dadlı yemiş kokteylləri də satılır. Bunlar daha çox bayırda səyyar satılır. Ancaq təmizlik qorunur və dadları da çox xoş olur. İnsanlar kukuruz, qarğıdalı, popcorn çox sevir. İran belə şeyləri də özü istehsal edir.Sizin necə? İran haqqda fikirləriniz dəyişdi? İran yazılarının ardı var! ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gunel Yashar 

1093 dəfə oxunub

Dünyanın 7 möcüzəsindən biri - Maçu Piçu

Machu Picchu. Səyahəti sevan hər bir insan bu möcüzəni görmək istəyir. Bəzən yanlış əldə olunmuş və ya yanlış verilmiş məlumat səyahət planlamasını alt-üst edə bilər və ya ümumiyyətlə səyahət istiqamətini dəyişə bilər. Postu açmaqda əsas məqsədim Machu Picchuya səyahət planlamaq istəyən insanlara həm kömək olmaq, həm də bu möcüzəyə olan səyahəti sizinlə paylaşmaqdır.Yəqin ki, qrupda hamının Machu Picchunun dünyanın 7 yeni möcüzəsindən biri olduğundan məlumatı var. Bu yeddilərdən biri Perunun Cusco şəhəri yaxınlığında yerləşir. Onu da qeyd edim ki, Cusco şəhəri bu günə qədər gördüyüm və gəzdiyim ən gözəl şəhərdir. Küçələri bəzən indi bizim qoruya bilmədiyimiz, aqalay daşlarla üzü fasadlanmağa başlayan İçəri şəhərimizə oxşayırdı. Hər daşında bir mədəniyyət, bir tarix yatan bu şəhər İnk imperiyasının paytaxtı və bir vaxtlar dünyanın mərkəzi sayılıb. Machu Picchuya səyahət məhz bu şəhərdən başlayır. Bu möcüzə haqqında bu qrupda çox miflər oxumuşam????.Bəzən kimisi getməyin çox ağır olduğunu, kimisi yolun çox uzun olduğunu, kimisidə piyada həddindən artıq çox yol getməyin labüd olduğundan yazıb. Bəli bu sadalananların bəziləri reallıqdı, amma bu reallıqlar insanlara və sizin seçiminizə görə dəyişir. Bura çox rahat və əziyyətsiz də getmək olur. Sizi səhər tezdən qaldığınız otel və ya hosteldən maşın götürür və axşam götürdüyü yerə qaytarır. Sizin payınıza düşən yalnız avtobusdan düşüb qatara, qatardan düşüb avtobusa minməkdir. Son avtobus sizi düz parkın girişinə gətirir. Problem yalnız hündürlük ilə bağlı ola bilər. Qiymətlərə gəldikdə isə bu yuxarı və aşağı (yağışlar sezonu) sezona görə dəyişir. Forumlarda bilet haqqında maraqlananda əldə etdiyim tək məlumat biletin mütləq əvvəlcədən rəsmi saytdan alınması ilə bağlı idi. Bu da mifdi. Siz rəsmi saytda göztərilən 300-330 usd əvəzinə yuxarı sezonda 260 və aşağı sezonda 230 usd verib qaldığınız otelden tur ala bilərziniz. Əgər kimsə bütün biletləri özü alıb özü getmək istəsə, göstərilən qiymətlərdən 20-30 usd az pul ödəyəcək amma nəyin harda olduğunu öyrənmək və qatara vaxtında çatmaq üçün kifayət qədər əziyyət çəkəcək.Həm mənim göztərdiyim qiymətə bələdçi də daxildir, hansı ki, çox maraqlı məlumatlar əldə etmək olur danışdıqlarından. Əlavə olaraq siz başqa versiyada 5 günlük program götürüb Salkantray trek adlı məhşur yolu piyada da gəzə bilərsiz. Bu yol piyada Machu Picchuya getmək üçün ən ideal trekdir. Sonda onu da qeyd edim ki, bir gün bu möcüzəyə səyahət planlasanız, digər möcüzə şəhər – Cuscoya (bu paylaşım sırf MP-yə aiddir və Cusco haqqında ayrı bir post olacaq) ən azı 3-4 gün ayırın. İnanın Machu Picchuya görə ora gedib, bir başqa möcüzə - Cusconu tapıb ona vurulacaqsınız.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Agazade Rasim

1943 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!