1757 dəfə oxunub

Hüzurlu və xoşbəxt insanlar şəhəri - San Diego

San Diegodakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Salam, hörmətli Gəzəyənlər qrupunun üzvləri ????
Bu gün sizin diqqətinizi Amerikanın???????? ən gözəl guşəsi sayılan San Diego şəhərindən az da olsa məlumat paylaşacağam, odur ki popcorn hazırlayıb, ekrana daha yaxın əyləşə bilərsiniz ????
Əvvəla, dostlar, Massachusetts ştatının Boston şəhərində yaşadığım üçün, və deyərdim ki Amerikanın ən qədim və mənim ən favorit şəhərim sayılsa belə, bura öz çox sərt soyuq havası ilə məşhurdu, və havanın temperaturun dəyişmək üçün California ştatının San Diego şəhərinə üz tutmağı qərar verdim.....✈️✈️✈️
Sizə San Diego haqqında bir az məlumat vermək istərdim, sizin popcornunuz onsuz da hələ hazır deyil ????

3d8a1b485e0df0c07836cc131b582d8b
San Diego şəhərinin cəmi 1.5 milyon əhalisi var, Amerikanın 8-ci ən böyük şəhəri, və California əyalətinin ən böyük 2-ci şəhəri sayılır.... Əsasən 60% ağlardan, və 30% latın-amerikalıların yaşaması bir təəccüb doğurmur... Niyə soruşa bilərsiniz? Çünki çox maraqlı olsa da əvvəl Mexicanın ərazisi olub Californiya ştatı, və Amerika ???????? və Mexico ???????? mübaribəsindən sonra, California ştatı Amerikanın ərazisi altına keçib, və çoxlarınızın məlumatı var ki ispan dili ikinci dövlət dili sayılır...
San Diego haqqında həmişə gözəl şeylər eşitmişdim, əsas da il boyu isti havası və insanların daha mədəni və mehriban olması mənim diqqətimdən yayına bilməzdi....
Şəhərin təmizliyi, evlərin ispan tərzdə tikilməyi məni sanki qədim zamana qaytardı bir anlıq....????????????
San Diegoya gedib amma Zoo-Parkı görməmək günah sayılar deyə mən də üzümü zooparka tutdum. Xatırladım ki, dünyanın ən böyük və ən çox sayda turistlərin axını məhz bu zooparka olur.... Düzünü desəm zooparkı çox da bəyənmədim (55$ giriş pulu). Çünki zoopark həddindən artıq böyük idi, və gəzməkdən artıq çoox yoruldum. Təsəvvür edin istədiyiniz hər bir heyvanı orda tapa bilərsiniz ;) Pandanı görmək üçün ora getməyə məcbur idim və peşman olmadım))) Hayıf deyil bizim zoopark?)))) 10 dənə heyvan olur, onun 8-i obeddə olur, ikisi isə yatır)))) Nə isə....

Ən sevdiyim isə yer Sea World (40$ offer up dan) adlı akvarium oldu...Deməli burda balinalarin, su itilərin showsunu izləyə bilərsiniz... Və ən maraqlısı odur ki, sanki teatr kimi oturursunuz və əvvəlcədən xəbər edirlər ki, ilk 10 sırada oturanlar suya bata bilərlər və bu daha çox həyəcanı artırır, mən isə 5-ci sırada otmuşdum deyə evə gedəndə sanki paltaryuyan maşına məni salıb çıxartmışdılar ???????????? Balinaların çox güclü quyruqları var imiş))))

sdut-seaworld-san-diego-worst-performing-north-america-2016may25
Gecə heyatından biraz məlumat verim ????
Həftənin 5-ci və 6-cı günü San Diegonun ????downtown-nu həddindən artıq insanlardan dolu olur, hərə bir yerdə əylənir, və mən də bu həyəcanı əldən verməmək üçün dostumla bir bara getdik... Havanın isti olması, və barların təmiz havada olması mənə çoox ləzzət elədi..... Latın amerikali qızlarının gözəlliyi sanki hansısa bir Braziliya və ya Columbia şəhərində özünü hiss etməyə vadar edir (bizim qızların gözəlliyinə çata bilməzlər).
Hətta hərdən düşünürdüm ki, insanı bu qədər gözəl yaratmaq nəyə lazım? Lol
Qızların səmimi, və daha ünsiyyətli olmaları gecəni daha maraqlı etdi, əlbəttə oğlanlar da öz yerini və daha mədəni olmaqları gözdən yayınmadı...Və mən həqiqətən vuruldum San Diego gecə həyatına????????????
San Diego öz gözəl, və ağlasığmaz dənizlərindən meşhurdu, bəli burda dənizə girməyə pul ödəmirsən, lejankalar yoxdu))) Qarpız yeyən də görməzsiniz, əvəzində isə voleybol oynayan, turnik edən gənclərlə rastlaşa bilərsiniz.... San Diego okeana çıxışı var deyə suyun temperaturu yayda ancaq isti olur, axşamlar isə havanın temperaturu aşağı düşür....
Ən gözəl günəş batmasın izləmək üçün okean qırağına minlərlə insan yığılır, və inanmayacağınız bir mənzərəni öz gözlərinizlə görə biləsiniz - rənglərin bir-birinə qarışması. Saatlarla oturub təmiz havadan zövq alıb, insanları izləyə bilərsiniz. Bu arada San Diegoda çoxlu sayda rusiyalilar var, bu isə daha da oranı maraqlı etdi mənim üçün ????

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Elman Hajiyev

DİGƏR BLOQLAR

Mədəniyyət, tarix və ləzzətin qovşağı - İtaliya bələdçisi

İlk səyahət təcrübəm Əziz gəzəyənlər, etiraf etməliyəm ki, sizlərin səyahət postlarınız hər zaman məni motivasiya edib və səyahətləriniz haqqında oxuyanda bir gün mən də öz qazancımla səyahat edib təcrübəmi sizlərlə bölüşməyi arzu etmişdim. Vəə budur, ilk səyahətim İtaliyaya gerçəkləşdi. Düzü əslində ilk Macaristana olmuşdu amma bu təhsil məqsədli olduğu üçün onu saymadım Italiya demək olar böyüyündən kiçiyinə hər kəsin "dream" ölkəsidi deyərdim. Mənim də həm təbiəti, həm tarixi, insanlari, yeməkləri ilə birlikdə ən ən sevdiyim ölkələr arasında ilk yerlərdədi. Təsadüfi deyil ki, saya görə ən çox UNESCO WORLD Heritage sites İtaliyadadir. Biz 4 muskotyor Budapeştdə təhsil aldığımız üçün elə burdan da yola düşdük. Bileti 15 euro Ryanair ilə budapest to Rome aldiq və 3 gun Romada olduq. Romada dostlarımızın komekliyi ilə gecəsi 15 euro olan ev tutmuşduq.Həəə, gəlin Sizə Romadan danışım Canlı, əfsanəvi yaşayan muzey - ROMA. Demək olar hər küçəsi, tini, bucagi tarix olan Roma. Təyyarədən enən kimi 18 euro şəhər daxili biletə ödəyəndə dedik "welcome to Italy". Həqiqətən də Italiyada daxili nəqliyyat çox bahadır və büdcəmizin əsas qismini elə nəqliyyat apardi. Bu 10 gündə italyanlardan nələr gördük nələr. Deyərdim ki, İtaliya "dvijeniyalar ölkəsidir" sözün əsl mənasinda bunu hər şeydə hiss etdik. Artiq səyahətimizin 4cu günündən sonra gözümüz açıldı ammaBiz Romada olanda #UEFA2020 ərəfəsinə düşdük deyə daha da maraqli oldu bizə. Italy- Turkey oyununu fan zoneda italyanlarla birgə izlədik və bu özü də ayrı bir zovq idi bizə. Romada gəzməli görməli yerlər barədə çox yazmayacam google'da search etsəniz nə qədər yerlər gələcək. Təbii ki, əgər Romadasizsa Vaticana mütləq baş çəkin. Papani görə bilmədik amma dedik bu boyda yol gəlmişik eyib olsun adam bir qarşılayar Romadan sonra istiqamət - pizzanin vətəni sayılan -Napoli şəhəri Bu şəhərdə 1 gün qaldıq və mən o qədər sevdim ki, bu şəhəri. Tirren dənizi sahilində yerləşən bu şəhərin dar küçələrində gəzəndə özünüzü latın amerika seriallarında hiss edəcəksiniz. Şəhər çox qaynar, xaoslu, səs kuylu və təhlükəli şəhərdir. Gözünüz açıq olmalıdır. Scooter'lar idi hər tərəf. Mənə çox zovq verirdi onların şəhərdə turlamasi Biz yolda gəzəndə o qədər ehtiyatlı, diqqətli gəzirdik ki, indi bu saat nəyimizisə oğurlayarlar deyə. Şükür başımıza səfərimiz boyunca hər hansi bədbəxt hadisə gəlmədi. Napolidə gecəsi 15 avro hostelde qalmışdıq rahat səliqəli bir yer idi. Elə napoli gedən kimi ilk Sorbilla pizzadan yemək oldu, Ki çox çox dadli idi Dostlarımızın da məsləhəti ilə Napolinin gəzməli görməli yerlərini gördükdən sonra yola düşdük Pompeyə. Deməli, biz cənub səfərimiz üçün qalmağa yerimizi sorrento sechmishdik, chunki həm qiyməti ucuz idi həm hostel səliqəli idi həm dənizə yaxın idi həm də getmək istədiyimiz yerlərə ( Positano, amalfi coast, Capri) yaxin idi. Gəlin sizə bir sirr verim deməli Napoliden Pompeyə gələrkən çalışın elə bileti Pompeye alın ( 2 euro idi səhv etmirəmsə) və bileti sorrentoya gedəndə validate edin və ordanda yolunuz sorrentoyadisa bilet almadan qatara minib gedə bilərsiz. Biz xam olub hər şeyə bilet alırdıq amma sonra gördük yox e belə olmur hec kim almır axı yoxlayan da yox. Pompeyə min 3 saat ayırın. Və mütləq vezuviyə də qalxın deyərdim. Hərçənd ki, bizim vaxtimiz olmadı amma vaxtiniz varsa maraqlı təcrübə olar. Pompeye biz həftəsonuna düşmüşdü deyə giriş üçün bir gun öncədən online bilet almishdiq. Bu çünki tələb olunan bir shey idi. Amma həftə içi getsəniz ele orda girishdə də ala bilərsiniz.Pompeyden çıxdıq bir başa sorrentoya hostele. Artıq günorta idi biz çatanda elə yerləşib çıxdıq yemək yeyək bir az da dənizinə baş çəkdik qayıtdıq səhərin planini etməyə.Növbəti gün yolumuz Capri adasina oldu. Ferry ilə getdik və gediş gəliş bir yerdə 36 euro etdi. Əgər cənuba getmisizsə mütləq Capri adasina baş çəkin. Mən ilk dəfə idiki gəmi ilə tur edirdim. Bakıda Xəzərdə olsa da marağımı çəkməmişdi. Biraz da qorxu var idi. Amma burda o qorxunu yendim və adaya səyahət, dənizin səsi, qoxusu, üzümə vuran isti külək hamısı mənə çox gözəl hisslər yaşatdı. Capri adasi yaxınlaşdıqca sanki cənnətdi deyir adam. O qədər gözəl mənzərəsi var ki həqiqətən şəkillərdən belə o gözəllikləri transfer etmək olmur. Anlatilmaz yaşanır dedikləri. Capridə qalxdım küçələrini gəzdim, yol boyu limon, portagal agaclari var idi. Təsadüfi bir həyətə girdim çünki portağalın qoxusu çox gözəl gəlirdi çəkdi məni. Bir baba çıxdı mənə həm limon həm portağal dərdi verdi. Caprinin də dənizinə baş çəkdikdən sonra qayitdiq Sorrentoya hostelimizə. Qayıdanda da gəmini səhv salmışıq tam 3 dəq qala doğru gəmiyə çatdıq nəfəs nəfəsə qalmışdıq bu da bizə ayri bir zövq idi ama .Sorrentodan 2euro'ya positanoya, amalfiyə SİTABUS'lar gedir. Düz elə sorrento qatar stansiyasinin qarşısından. Növbəti gün biletimizi alıb yola düşdük Positanoya yəqin ki positano haqqinda eşitməyən yoxdur. Turistlər orani cənnət adlandırır. Avtobusla gedəndə yolun sağ tərəfində oturun ki mənzərinin dadını çıxara biləsiniz. Amma bura gedəndə səhər erkəndən qalxın yol alin. Cunki sonuncu avtobuslar 7:30da yola düşürdü Sorrentoya. Gəzməyə vaxtınız çox olsun. Burada qiymətlər bahadır, restoranlar, suvenirlər hər şey. Küçələri, mənzərəsi çox gözəldir. Səkillər yerləsdirirəm valeh olarsınız Səyahət təcrübəmdə ən sevdiyim şeylərdən biri yeni insanlar tanımağım oldu. Burada yerli xalq azdır siz ancaq turistlərə rast gələcəksiz demək olar.Növbəti gun amalfi sahilləri- bura gozlədiyimiz qədər bizi valeh etmədi. Düzü positano və capridən sonra bu gözlənilən idi. İki dağın arasinda çox kiçik bir yerdir. Şəhərin ən hündür yerinə qalxdıq mənzərəni izlədik, şəkil çəkdirdik endik sahillərinə. Deməli, ümumiyyətlə bu sahillərdə dəniz daşlı dənizdir və adamın ayağını yara edir. Həm positano həm capri həm amalfi həm də sorrento sahilləri qayalıq daşlıq idi. Suyu çox təmiz idi. Günəş, mənzərə möhtəşəm.Amalfidən yollandıq sorrentoya dincəldik və səhəri gun sorrentonun öz mərkəzi küçələrini, dənizini gəzdik dostlarımıza, qohumlarimiza hədiyyələr aldıq. Yaddaqalan, gözəl günlər yaşadıq. Ümumi desəm, transportation çox bərbaddi İtaliyada, xüsusilə də Romada. Düşünün ki, avtobusu əl edib saxlatdirirdiq . Dayanacaqda dayanmaq məsələsj yoxdu. Roma Napoli küçələri zibillərlə dolu idi. İnsanları çox mehribandi amma çox da vecsiz və tənbəldilər. Koronanin ən qızğın vaxtı nəyə görə İtaliyanın eskalasiya yaşadığını mən orda olanda anladim. İnsanlar təmizlik mövzusunda çox geridə qalıblar. Maska, virus hec nə veclərinə deyildi. Sorrento, positano, capri, amalfi sahilləri cox təmiz, güllərlə çiçəklərlə dolu yerlər idi. İnsana hüzur, dinclik verirdi. Roma və napolidən sonra məni dinceltdi oralar. Qayıdış Napoli aeroportundan Budapeste oldu. Qiymet 23euroBeləcə İtaliya səfərimizin sonuna gəldik.Yolunuzu bir gün mütləq İtaliyadan salın CiaoPS: videonu özüm hazırlamışam amatör yəniPS: bu arada Tirren dənizi sahilində iki dəfə sunrise və demək olar ki hər gun sunset izlədim. Sizə maraqlıdırsa sunrise, sunset də mütləq planınıza salın.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Gunay Bayramova

1894 dəfə oxunub

Vizasız Tur: Bosniya və Serbiya

Salamlar!Uyğun qiymətə gəzmək istəyənlərin seçimi olan Balkan ölkələrindən,Mart ayında Bosniya Herzegovina və Serbiyada oldum.Səyahətimə ilk gününü Bosniyanın Mostar bölgəsində başladım.Ölkənin pul vahidi KM -dir.(1km=1azn kimi hesaplaya bilərsiz)Buranın məşhur yeməklərindən Beqova şorbası,Cevapi,Tufajenin dadına baxdım.Yeməklər ortama qiymətədir .Əsasən 7-10km arası dəyişir.Pekara anlayışı var burda hansı ki,Boşnak böreği ,fərqli unlu məmullatları burdan ala bilərsiz.Mostarda Labirint deyilən məkanda şəhərin mənzərəsinə qarşı kofe içə bilərsiz.Körpünün ətrafında çoxlu digər məkanlarda var .Hər birində demək olar ki qiymətlər eynidir və axşam canı musiqiləri olur.Birdə getsəz tövsiyə edərdim Lavantalı dondurmanında dadına baxasız.Mostardan 30dq məsafədə yerləşən Blaqaja isə Lucki körpüsün yanındakı şəhərdaxili avtobuslarla getmək olur(sarı 10və 12nömrə).Avtobuslarin vaxt intervalları da dayanacaqda qeyd edildiyi kimidir.(11:00,11:30,11:45 təxmini yarim saat intervalla)Məncə Mostara gəlibsizsə mütləq Blagaja da getməlisiz.Mostar - Sarajevo qatarı gündə 2 dəfə olmaqla hərəkət edir.Biletləri qatar stansiyasından vəya internetdən də almaq uyğundur.Bu arada bunu bildirim ki,Mostar qatar stansiyası və avtovağzalı yan yanadırSarajevo Paytaxt şəhərdir.Mostarla müqayisədə muzey ,kilsə daha çoxdur.Mərkəzində qapalı bazar var ki hansı ki qaymaq,bal bəzi kənd məhsulları satırlar.(Marağa girmişdim sağolsunlar dadımlıq verirdilər).Sarajevoda Enjoy Apartmentsdə qalmışdım.Çox razı qaldımKonum olaraq əla və otaq səliqəli idi.Sarajevodan Serbiyaya isə Avtobusla getdim (8-9saatlıq yoldur).Serbiyada qaldığım otel Hotel Bohemian Garni.Çox bəyəndim.Check in saatım 14:00 olmasına rəğmən səhər 9 etibariyla otelə giriş etdim .Nikola testlanın muzeyinə getdim. Muzey 19.00a kimi açıqdır.Hər saat intervalında adam olur növbə yazılmağızı tövsiyə edərdim.Serbiyada nəqliyyat ödənişsizdir.Serbiyada olduğum 2ci günü isə Zemun deyiləm bölgəyə ayırdım.Gratos galasından şəhər möhtəşəm görünürdü.İstər Serbiya istərsə də Bosniya düşünürəm ki ilk səyahət üçün ideal seçimdir.Ümumilikdə Bosniyaya 4,Serbiya 2 gün ayırdım.İstanbul Sarajevo biletini A jet hava yollarindan 65azne Black Friday zamanında alıb Bakıdan İstanbula aktarma( 120azn),İstanbul Sarajevo (65azn) olmaqla ümümi gedişim 185azn-ə həll eləmişdim.Qayıdış biletini isə tövsiyə edərdim Serbiya -Bakı olaraq alasız.Ümidvaram faydalı olacaq. Hərkəsə bol səyahətlər Paylaşan: Sevinc Hesenzade

223 dəfə oxunub

3 Ölkə Sərhəddi Keçilən Beynəlxalq Marafon

Bu dəfəki səfərimizin əsas məqsədi xüsusi marşrut xətti ilə seçilən, qaçaraq 3 ölkə sərhəddi keçilən beynəlxalq marafon idi. 12 oktyabrda baş tutan bu marafon Almaniyada başlayıb, İsveçrədə (42 km) və Avstriyada (21 km) sonlandırdı. Beynəlxalq Atletika Federasiyası reytinqində bu marafon xətti "bronze label" kateqoriyasındadır. 42 km (F) və 21 km-lik (H) marafon üzrə üzrə 10K-dan çox, hər yaş kateqoriyasından iştirakçı vardı. Almaniyanın Lindau şəhərində başlayıb, Avstriyanın Bregenzindən keçən və əsasən İsveçrənin St.Margreten şəhərciyində sonlanan bu tədbir yüksək səviyyədə təşkil olunmuşdu. İştirakçıların bir-birinə olan hörməti, göstərdiyi mədəniyyət və ünsiyyət təqdirəlaiq idi. Sıra ilə verilmiş keçid bloklarında insanların o qaydaya əməl etməsi ürəkaçandır biz tərəfdən baxdığımız zaman. Marşrut xətti boyu dəstək olan insanların üzündəki pozitivlik, onların bu tədbirə zaman ayırmaları, əlində "tap button" () pankartlar hazırlayanlar və ümumilikdə, əhalinin verdiyi bu motivasiya çox sevindirici və güclü motivasiya idi. Müəyyən məsafələrdən bir ənənəvi olaraq verilən qida (banan, enerji barları, gellər) və maye (su, iso, enerji içkiləri) ehtiyacı çox yaxşı təşkil olunmuşdu. Marafon öncəsi 2 dəfə hazırlıq qaçışı etdik Münxendə, xüsusilə İngilis bağı parkında. Təbiətlə zəngin bu parkın ucu bucağı yoxdur, sanki Nyu Yorkdakı Central Parkı idi. Aktiviti üçün o qədər ideal yerdir. Qaçmaq üçün analoqu olmayan bir atmosfer var. Amma bütün bunlardan əlavə bir sport mağazakı var, onu xüsusilə vurğulamaq və qətiyyətlə tövsiyyə edərdim - Top4running, nə zamansa yolunuz düşsə, düşünmədən baş çəkin, qəşəng endirim də edirlər, elə bir elit qaçış ayaqqabısı qalmadı ki, biz onu yoxlamayaq. Mağaza sahibi sağolsun bizə bu zövqü daddırdı ki, üst seqment nəqədər ayaqqabı varsa, hamısını try edək Əlbəttəki, Münxenə gəlibdə əvəzsiz bavariya pivəsindən dadmasaqda olmazdı. Əsl enerji barı elə HB (Hofbrauhaus) pivəsi və grilled pork Xərclər (5 gün üçün):Marafon bileti: 120 aznTəyyarə xərcləri (gediş-gəliş): 170-200 azn Qonaqlama: 400 azn (burada ev, hostel, hotel qarışıq, Lindaudakı evi xüsusilə vurğulamaq istəyirəm, möhtəşəm)Daxili nəqliyyat: 150-200 aznQaçış ayaqqabısı: ? Növbəti marafonda görüşənədək - Stockholm yoxsa Amsterdam marafonu? Bəs siz hansı beynəlxalq marafonda iştirak etmisiz?Strava account: https://strava.app.link/HPntrZIaDXbPaylaşan: Royal Aliye

85 dəfə oxunub

Az büdcə ilə çox gəzmək - Qax bələdçisi (Part 1)

Az büdcə ilə çox gəzmək---Bu dəfə sizə Qax macəralarım, ilk dəfə tək çadırda qalmağım, Hamamdərə, şəlalələr və maraqlı yol yoldaşları ilə qarşılaşmağımdan yazacam.1-ci hissə.Ənənəyə sadiq qalaraq yenə yola avtostopla çıxdım və bəxtim yenə gətirmişdi, yol yoldaşlarım özləri də Qaxdan, Sarıbaşdan idilər. Qaxın demək olar ki, girişində Kürmük alban məbədi/kilsəsinə çatan kimi səyahətim başladı. Bir qədər yoxuşlu yol ilə qalxdıqdan sonra kilsəyə çatırsınız. Mənzərəsi də, kilsənin özü də çox qəşəngdir. Qaxdan keçirsinizsə yolüstü mütləq buraya qalxın, görün.Daha sonrakı planım İlisuya getmək idi. Yol uzun olduğu üçün yenə avtostop etdim. Yolüstü isə Müqəddəs Georgi kilsəsinə getməsəm olmazdı. Çox gözəl həyəti var idi, içi də çox yaxşı və baxımlıdır. Yeri gəlmişkən, Qaxın bu ərazisində çox sayda ingiloylar yaşadığından bu kilsənin yaxınlığında qəşəng dadlı gürcü təndir çörəyi və xaçapuri satılır. Dadmamış yola davam etməyin.Xaçapurimi yeyə-yeyə gəldim çatdım Sumuq qalaya. Səhv xatırlamıramsa giriş ödənişli idi. İçərisini mütləq ziyarət edin. Qalanın ən yuxarı hissəinə çatana qədər hər mərtəbədə maraqlı və tarixi eksponatlar, əşyalar sərgilənir. Taxtadan pilləkənlərlə qalxırsınız. Ən yüksəkdən, qalanın pəncərəsindən İlisuya doğru açılan mənzərəni görməyə dəyər.Yaxınlıqda Şamil qala yerləşir. Qalaya gedərkən isə yolüstü Ulu məscidi görə bilərsiniz. Mən gedəndə (keçən il) bağlı idi deyə içərisinə daxil ola bilməmişdim, bəlkə hələ də bağlıdır. Yenə də diqqət edin. Qalanın yolu da yenə yoxuşdur, amma heç çətin deyil. Cığır sizi birbaşa qalanın yanına aparır. Mən qalaya yollanmamış yaxınlıqdakı mağazanın yanında yerlilərlə söhbət edərkən mənə təklif etdilər ki, çantamı özümlə daşımayım ora qədər, mağazada qoyub qalxdım mən. O an verdiyim ən yaxşı qərar o oldu. Gün ən təpədə ikən və yorğun halda o yoxuş çıxılmazdı yoxsa. Qaladan Sarıbaşa doğru çox qəşəng bir mənzərə var.Qaladan qayıdarkən isə Ramramay və ya İlisu şəlaləsinə yollana bilərsiniz. Mən də elə etdim. Şəlalənin çox rahat yolu var. Amma yenə də "yox mən ayaqla getmək istəmirəm" deyirsinizsə, aşağıdan şəlalənin düz yanına qədər aparan 40-50 AZN arası UAZ-lar olur.Ən sonda isə yorğun və xoşbəxt Zəhra gecələmək və çadırını qurmaq üçün üz tutdu İlisu Pansionatına. Mənim tək çadırda qalmaq təcrübəm ilk olduğu üçün çox riskə getmədən pansionatın ərazisini seçdim. İlk dəfə üçün yaxşı seçim oldu. Hər nə qədər axşam itlər məni tək buraxmasa da, səhərə qədər sağolsunlar çadırımın başında keşik çəksələr də yaxşı təcrübə idi.Pansionatdakı gözətçi İlham dayı isə sağolsun su, çay, hətta yeməksiz də qoymadı məni. Səhər də biləndə ki, Qum kəndinə getmək istəyirəm, o tərəfə yollanan bir avtobus sürücüsü tanışı ilə yola saldı məni. Qum kəndi necə gözəl idi! Kənddə Qum məbədi/Qum bazilikasının qalıqları var. Çox təssüf baxımsız vəziyyətdə olsa da, tamamilə yox olmamış, gedib görün. Bu arada belə bir rəvayət də var ki, Nizami Gəncəvi də Qum kəndində doğulubmuş. Hətta bunula bağlı bəzi faktların olduğu da deyilir.Kəndin başında isə axular deyə bir yer var. Buranın mənzərəsi əsl çadır qurub qalmaqlıqdır. Mən tək olduğumdan yerli əhali mənə məsləhət bilmədi orada çadır qurmağı. Belə anlarda gərək yerliləri dinləyəsən. Onun əvəzinə mənzərədən zövq almaq üçün məni qəşəng isti çaya və mürəbbəyə qonaq etdilər.Ardı...Hələ çox danışılası hissələr olduğundan Qax səyahətinə 2-ci hissədə davam edəcəm.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Zahra Imanova

2537 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!