4588 dəfə oxunub

Nağıllar şəhəri - Venesiya

Venesiyadakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Bu qrupda ilk paylaşımım kiçik bir sualla başlamışdı -Payız aylarında Avropanın hansı ölkəsini səyahət etməyi məsləhət görürsünüz ? Çox sağolsunlar bir çox təcrübəli gəzəyənlərin maraqlı məsləhətləri olmuşdu amma mən payız səyahətimə elə o sualı ünvanlarkən ağlımda olan ilk yer – ən sevdiyim ölkə İTALİYA ilə başladım ????Bu paylaşımım isə ilk sualım qədər qısa olmayacaq , çünki harda bir şəklini , videosunu görsəm heyranlığımı gizlədə bilmədiyim , taa uşaqlıqdan nağıllar şəhəri kimi yaddaşımda iz salan Venesiya haqqında yazıram.

Bilmirəm burda Venesiya haqqında paylaşımlar olubmu ya yox , istərəm ki , mənim də yazım məlumatlandırıcı olaraq qrupa rəng qatsın ????
Venesiya insanoğlunun bugünədək inşa etdiyi kanallar diyarından ibarət olan dünyanın ön gözəl şəhəri ünvanına sahibdir.Şəhərin adı çəkiləndə hamının ağlına ilk gələn hər tərəfdən su ilə əhatə olunmuş yaşayış məskənləri , kanallarda üzən qayıqlardır. Mən şəxsən elə zənn edirdim ki , Venesiya yalnız sudan və azacıq dar quru sahədən ibarətdir və şəhərin sərhəddidə sudan başlayır. Əslində isə Venesiya nece ki , Bakı içərişəhər kimi tarixi və bildiyimiz dəniz səviyyəsindən hündürdə qurulmuş yaşayış bölgəsindən ibarətdirsə eynilə Venesiya da quru sahəsindən , avtomaqistralların olduğu yollardan ibarət olan ərazidən və tamamilə bu ərazidən fərqlənən kanallarda salınmış ərazidən ibarətdir. Avtobus və ya maşınla Venesiyanın böyük tarixi mərzəkinə - yəni kanallar olan əraziyə gəlmək üçün maksimum Roma meydanı deyilən əraziyə qədər gəlmək mümkündür. Kanallar olan sahəyə qədər isə Roma meydanından ayaqla gəlmək lazımdır.

gezeyenler2

Gəzə-gəzə gəlib böyük kanala çatırıq və burdan istəsək kondol qayıqları , istəsək kater vasitəsilə şəhərin köhnə mərkəzinə keçid edə bilərik. Böyük kanalda ən münasib gəzinti katerlədir. Qiyməti 20 avrodur. Kondollar isə daha çox dar kanallarda ekskursiya üçün uyğundur. Bir kondola maksimum 6 nəfər minə bilər və bir gəzinti standart olaraq 80 avrodur. Bu summa kondoldakı sərnişinlər arasında bölünür . Təbiiki kondolda sərnişin sayı doludursa qiymət adam başına təxmini 15 avro düşür , ancaq sərnişin sayı tam bitməyəndə bu qiymət təbii adambaşına dəyişir. Kondollarla kanallarda ekskursiyanın müddəti yarım saatdır. Əslində 30 dəqiqə gəzdiriləcəyinizi sizə vəd etsələrdə bu emosional italyan kondolcular öz əhval-ruhiyyələrinə uyğun müddəti qısa da tuta bilərlər, yəni siz siz olun o gözəl kanallarla gəzərkən şəhərin möhtəşəmliyi sizi valeh etdiyi zaman saatınıza nəzarəti unutmayın , əgər kondolçu sizi başdan etməyə çalışırsa sadəcə “biz bu gözəl şəhərə doymuruq “ deməyiniz yetərlidir onları yenidən motivasiya etmək üçün . Komplimenti bu millət çox sevir )) Kondolların sayı maksimum 400 ədəddir və federasiya sayın artırılmasına icazə vermir. Rənglərinin əksəriyyəti qaradır – səbəb isə keçmiş zamanlarda ən dəbdəbəli kondollar tabut olaraq istifadə olunub, vəbadan ölənlərin daşınması üçün istifadə edilibmiş və buna görə qara rəngə üstünlük verilib. Ağ rəngli möhtəşəm dəbdəbəli kondollar da varki , nikah mərasimi zamanı istifadə olunur. Həmçinin təcilli yardım , polis , taksi kimi nəqliyyat növləridə qayıq kondollardan ibarətdir. Yəni tamamilə bambaşqa bir yaşam tərzi vardır. Burda insanlar öz kondollarını necə ki , biz velosipedlərimizi, maşınlarımızı binamızın , qapımızın önündə saxlayırıq , onlar da eyni qaydada park edirlər. Kondol sürücülüyü italyanlarda nəsildən nəsilə atadan-oğula keçir . Baxmayaraq ki , şəhərin digər sahələrində işçilərin əkssəriyyətini gəlmə əhali təşkil edir, ancaq kondol sürücüsünün yerli olması şərtdir. Kondollardan bu qədər))

gez3yenler
Şəhərin gəzilməli yerləri kimi sözdən söhbət gedə bilməz, çünki hansı rakurskdan baxsan tam fotoluq , mənzərəlik , görməlik bir fonla qarşılaşırsan. Hər küncü, hər daşı gəzməli... Təbii ki ,
- San Marco meydanını mütləq gəzilməli, ordaki nəhəng göyərçinlər , qağayılar yemlənməli , meydanın pilləkənləri üzərində əyləşib , gün batımı seyr edilməli
- Riato körpüsündə ayaq döyməli- burdakı qızıl dükanlarına baş çəkib Rasiyski qızılla italyanskinin fərqinə yerindəcə baxmalı
-Qotik tərzli Düklər sarayının ətrafını dövrə vurub , Ahlar körpüsündə mütləq selfi etməli (keçmişdə Düklər sarayında həbsxanaya yollanan əsirlər bu körpüdən saraya aparılarmış və bu bağlı körpünün iki tərəfli kiçik pəncərəsindən boylanan əsirlər ah-vay edərək şəhərə boylanıb ordan həbxanaya yollanırmışlar və adı belə qalıb-Ahlar körpüsü)
-Sapfir rəngli köpüklü suyu olan adriatik dənizi seyr edilməli
-Dar kanallarla kondol turuna çıxılmalı
-Dar küçələrin tarqovisında azmalı , brendləri bakı ilə müqayisə etməli , yerli əhaliyə qarışmalı ....

Yaz yaz bitməz italyan torpaqları. Bir də bu italyanların özləri – Azərbaycanlılara , ən çoxda ana torpağım Şəkililərə hər zaman ən çox bənzədilən millətin italyanlar olduğunu eşitmişdim. Həqiqətən də italyanlar qonaqpərvərliyi , gülərüzlü , istiqanlı , əyləncəyə meylli , emosional olmaları , digər avropa bölgələrindən fərqli olaraq dəbdəbəyə , geyim keçimə , ağız dadlarına düşkünlükləri ,yardımsevərlikləri ilə millətimizə çox bənzərdirlər. Dar Venesiya küçələrində gəzişərkən hər tində yerli əhalinin öz aralarında olan dialoqlarının şahidi olursan. Öncə zənn edirsən ki , tində münaqişə gedir, o qədər hündürdən və sürətli , əl-qol hərəkətlərindən istifadə edərək jestlərlə danışırlar ki , sanki dava edirlər .Bir müddət müşahidə aparmaq anlamağa yetir ki , yox onlar mübahisə etmir – bizim kimi maraqla öz aralarında söhbət edirlər)))) İtalyan qadınlarından çox kişiləri avropa ölkələri arasında baxımlı olmaqları ilə seçilirlər. Sadəlikdən uzaqdırlar, diqqətçəkici tərzləri və xüsusi zövqlə seçilmiş yerli brend ayaqqabları vardır.Öz yerli qidaları olan pasta , lazanyalarını yeməyi və şərablarını çox sevirlər. Ən çox diqqətimi çəkən şeylərdən biri isə italyanların jestləridir. Məsələn ????-bu işarənin anlamı onlarda sənə sual ünvanlayır – nə istəyirsən? ✌️-bu işarə isə onlarda bizim bildiyimiz qələbə işarəsi deyil , mən tualetə getmək istəyirəm deməkdir , çənə altlarından əllərini sürtmələri isə mənə maraqlı deyil , diqqətimi çəkmir anlamı verir və bu jestə bir də büzülən dodaqlarını əlavə edirlər , restoranlarda sizə xidmət edənlərə yeməkdən və xidmətdən məmmun qaldığınızı bildirmək üçün işarə barmağınızı yanağınıza vura bilərsiniz.

venice1
Shopping üçün hər çeşiddə mallar var. Xüsusilə Riato körpüsü dünyanın bazarı ilə məşhur körpüləri arasında ilk beşlikdədir. Ən çox diqqət çəkən suvenir əşyalardan biri karnaval maskalarıdır. Bu maskalar xırda açarlıq ölçüsündən tutmuş əsl maska ölçüsünə kimi dizayn edilmişdir. Əl əməyinin üstünlüyünə görə 10 avrodan 2000 avroyadək qiymətləri dəyişir. Hədiyyəlik əşyalardan ən yayılmışı burda müxtəlif materialların üzərinə çəkilmiş Venesiya mənzərələrinin rəsmləridir.
Mənim Venesiyada olduğum gündən bir gün öncə şəhərdə olan karnaval festivalının son günü imiş. Çata bilmədiyimə görə üzülsəmdə şəhərin hər bucağı insanı özünə elə valeh edirki , nəyəsə təəssüflənmək heç insanın ağlına gəlmir.Venesiyaya gəlmişkən məşhur turist filmini xatırlamamaq və filmin hadisələrinin cərəyan etdiyi , Angelina Jolinin balkonundan Jhony Depə boylandığı evə nəzər salmamış qayıtmaq olmaz mütləq xatirinizdə olsun ))
Venesiyada mütləq
- Qarışıq pizza yeyilməli
- Qırmızı şərab dadılmalı
- Yerli (kərəyağı tərkibli ) Dondurma yeyilməli
- Yerli Pasta yeyilməli
- Cappucino içərək günə başlanılmalı
- Tiramisu dadılmalı

Büdcənizi qorumaq üçün çalışın içməli suyunuzu təmiz su hövzələrindən və ya otelinizdən təmin edin.Yarım litrlik su şüşələri 1.80 avrodan başlayır. Pizzanızı , cappucinonuzu , dondurmanızı wolkaway üsulu yeyin ki , restoranda kafedə əyləşsəz bəlkə də yeyib-içdiyinizə xərclədiyiniz puldan çox yer pulu , servis pulu verməli olacaqsız, avropada hər yanda olduğu kimi bu italiyada şərtdir. Servisi dəyərləndirməməyi onlar özlərinə təhqir kimi qəbul edir.Pastanızı isə büdcənizdən bir 10-17 avro gözdən çıxararaq normal restoranda oturub yeməyi məsləhət görərdim. Çünki ucuz yol kənarı bir turist kafesində sifariş edəcəyiniz pasta bildiyimiz adi verməşil makron olaraq tomata bulanmış halda süfrənizə gələcəkdir. Bir az viza məsələsinə də toxunmaq istərdim. Uçuşuma 40 gün qalmış səfirliyə sənəd təqdim etdim və uçuşa 3 gün qalmış vizamı aldım. Müraciət üçün seçdiyim sezon daha çox tələbə qəbulu dövrünə düşdüyü üçün konsulluqda sənədlərimə gec baxılıb. Artıq təmiz ümidimi itirdiyim bir an sms gəlmişdiki vizanız hazırdır.Götürə bilərsiniz ))

bigstock-small-restaurant-on-venetian-c-18389942
Burnu həssas olanların təəssüratlarından fərqli olaraq Venesiyanın üfunət nəm , kif qoxusu filan yoxdur, ola bilsin yağıntısız sezonda gəzdiyim üçün fərqinə varmadım. Təbii ki şəhərin kanallar olan hissəsinə girərkən öz qoxusuyla səni salamlayır, sadəcə 2-3 dəqiqə yetərli olur ki mühitə uyğunlaşasan. Adriatik dənizinin əhatəsində , adaları , kanalları ilə göz oxşayan bu şəhərdə Günəş sanki daha bir qızılı parlayır. Desələr ki , burda yaşayarmısan ? Deyərəm yox. Çünki bu möhtəşəm nağıl şəhəri turistlər tərəfindən tamamilə zəbt olunub , o qədər çoxluqdur ki , o qədər səs var ki , özümü bir anlıq evdən işə getməkçün çıxarkən kondoluma mindiyimi , turist əlindən hansı yönə daha rahat üzüm , şəhərdə hansı küçəylə gedim ki , sakitlik olsun kimi fikirlər təsəvvür etdim və günün heç bir saatı dayanmayan səs – küy və əlbətdəki bahacıllıq bir müddət sonra buranı yaşanılmaz edir. Turist kimi gəzmək üçün 3 gün dolu-dolu səyahət etmək lazımdır. Balayı üçün də gələn turistlər çoxdur.Yerli əhalinin gənc təbəqəsi bahacıllıq və çoxluğa görə şəhərlərindən uzaqlaşıblar, buna görədə əhalinin əksəriyyətini gəlmə işçilər , turistlər təşkil edir , yerli əhalinin əksəriyyəti yaşlılardır . Bu qədər uzatmağımın anlamı budur ki – Venesiya GƏZƏYƏNLƏR-in məskənidir. Deyilənə görə yaxın 50 ildə şəhər itə bilər. Nə qədər ki , bu möhtəşəm şəhər xəritədən silinməyib, su basmayıb buraları gəlib gəzmək görmək lazım.
Vaxt ayırıb nəzər salanlara təşəkkür edirəm , mənim barmaqlarım yoruldu yazmaqdan yoxsa yazacaq çox şey var Venesiyadan.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Shahla Ismayilova

DİGƏR BLOQLAR

Bali- Tanrıların adası-Part 2

Balidəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Birinci yazıdan sonra gələn çoxsaylı suallardan sonra ikinci yazının yazılması qaçınılmaz oldu. Qatar Airvvays ilə Baliyə 13-14 saata getmək mümkündür, lakin Baliyə ucuz bilet axtaranlar AirAsia vasitəsilə istənilən ayda 650 dollardan başlayan qiymətlərlə Baliyə gediş-dönüş bileti tapa bilərlər.Bu zaman aeroportlardakı gözləmə saatını nəzərə alaraq təxminən 1 sutkaya adaya çata bilərsiniz ama sizin üçün sərfəli olar. Həmçinin THY ilə İstanbul-Jakarta və Airasia ilə Jakarta-Bali reysindən istifadə edə bilərsiniz. (kiwi.com-dan bilet qiymətləri ilə maraqlanıb sizə ucuz olanı seçin)Bali haqqında ümumi məlumatı keçən dəfə yazmışdım. Bu dəfə isə ada haqqında ətraflı məlumat, gedə biləcəyiniz yerlər, adanın hansı səbəbdən dünyanın ən gözəl yerlərindən biri sayılması barədə danışmaq istərdim. Deməli adaya getməmişdən əvvəl Elizabeth Gilbertin “Eat, Love, Pray” kitabını oxumağınızı və J.Robertsin baş rolda olduğu həmin adlı filmi izləməyinizi məsləhət görərdim. Həm kitab, həm də ki, film sizin Baliyə olan baxışınızı daha da müsbət mənada dəyişəcəkdir. Bu adada bir sehir var və oraya getdikdən sonra bunu hiss edəcəksiniz. Baliyə gedərkən 1 həftəlik getməyin mənası yoxdur. Çalışın 10 gündən çox edin müddəti, adada qiymətlər onsuz çox ucuzdur. Bali adası 4 əsas bölgədən ibarətdir: Nusa Dua, Kuta, Seminyak, Ubud.Bu bölgələrin hər birinin yüzlərlə gözəl və gəzməli yerləri vardır. Lakin bunlardan birində qalıb digərlərinə taksi ilə gedib-gəlsəz bu nisbətən baha olar. Ən yaxşısı 4 gün Nusa Dua, 5 gün Kuta və Seminyak, 4 gün Ubud, 1 gün isə daha sonra ətraflı məlumat verəcəyim Gili adalarında qalın. Beləcə yolxərcləriniz xeyli azalacaqdır. Məsləhət görə biləcəyim oteller: Nusa Dua bölgəsində Santika Siligitai oteli(Okeana 5 dəqiqəlik məsafədədir, gecəsi 2 nəfər üçün 50 manat civarındadır. Ubud bölgəsində isə gecəsi 25 dollar olar linkini atacağım bu villanı tutmağı məsləhət görərdim. (https://www.youtube.com/watch…) Əvvəlcə deyim ki, Bali dünyanın ən gözəl sörf edilə biləcək yerlərindən biri, bəlkə də birincisidir. Bütün Avstraliya və dünyanın bir çox ölkələrindən insanlar sırf sörf üçün bu adaya gəlirlər. Sörf eşidib gözünüz qorxmasın, çünki 10-20 manat ödəyib təxminən 2-3 saatlıq hazırlıq keçməklə rahatca sörf etməyi öyrənmək mümkündür. (Kuta plyajında yeni başlayanlar rahat öyrənə bilərlər). Sörfdən alınacaq həzzi isə sözlərlə ifadə etmək istəməzdim, yaşamaq lazımdır. Ada 4 bir tərəfdən hind okeanı ilə əhatə edilibdir və bütün hissələr sörf üçün yararlıdır. Balidə getməyinizi məsləhət bildiyim yerlər: Sahillər- 1)Padang-padang beach- Mavi suyu, qızılı qumları ilə üzmək və istirahət üçün ideal sahildir. “Eat, Love, Pray” filminde Julia Roberts’ın oğlanla tanış olduğu sahildir.2) Dreamland beach- Sahilə Nusa Dua bölgəsindən taksi ilə 10 dəqiqəyə getmək mümkündür. Narın qumları və çox az adamın olduğu bu sahili mütləq görmək lazımdır. 3) Jimbaran Beach- Günəş çıxması və batımını izləmək üçün ideal məkandır. Minlərlə turist səhər gün çıxmamış sahildə öz yerini tutur. 4) Green Bowl Beach- Buranı az adam tanıdığından sahil çox sakitlikdir. Bu sahilin ən fərqli cəhəti sahilin kənarında mağaraların olmasıdır. Bu da sahilə ayrına bir gözəllik verir. (Balidə olan digər məhşur sahillər- Balian Beach, Bias Tugal, Karma Beach, Kuta Beach, Nyang Nyang, Sanur Beach, Geger Beach- Maraqlısı odur ki, heç bir sahil digərinə bənzəmir və hər birinin özünəməxsusluğu var. Netdə maraqlanıb sizə maraqlı olanlara gedə bilərsiniz).Mərkəzi Kuta və Seminyak şəhərlərində yerləşən eyni adlı kilometrlərlə məsafədə olan qumsallarda hər tərəfdə səslənən canlı musiqilərə qulaq asaraq günboyu Balinin məhşur pivəsi Bintang və muxtəlif meyvə shakelərdən (banana və cocos shake mütləq için) içib, okeanın və günəşin dadını almaqdan gözəl nə ola bilər. Bu arada içkilərin qiyməti çox ucuzdur.Məbədlər- Tanah Lot Temple- Sahildən 800 metr məsafədə, okeanın içində olan qayalıq üzərində yerləşən bu məbədə girmək üçün bəzi vaxtlar okean suyu səviyyəsinin aşağı enməsini gözləmək lazım olur. Möhtəşəm görünüşü vardır. Yaxşı fotolar çəkmək istəyirsinizsə buraya gün batımından 1 saat əvvəl getməyiniz məsləhətdir. Kuta şəhərindən 20 km məsafədə yerləşir.Tirta Ganga Temple- Möhtəşəm heykəlləri, hovuzları, yaşıllığı olan bir yerdir. Burada yerdən çıxan suyun yerli xalq tərəfindən Hindistanda olan Gaj çayından gəldiyinə inanılır və suyu müqəddəs sayılır.(http://www.bali-indonesia.com/attractions/temples.htm) -Bu adres vasitəsilə Balidə yerləşən 30 möhtəşəm məbədin fotolarına baxa, giriş saatlarını və günlərini öyrənə bilərsiniz.Secret Canyon Bali- Təsəvvür edin ipdən körpülər, kanyonlar və kanyonların arasında olan tərtəmiz su ilə gedərək kanyonlar arasında olan şəlaləyə çatırsınız. Şəlalənin arxasına keçdikdə isə sonu görünməyən mağara var. Buranı az adam tanıdığından və kanyonda az adam olduğundan mağaranın dərinliklərinə çox adam getməyə cəhd etmir.)))Tegallang Rice Terrace Bali- Baliyə olan hər turistin gəldiyi yerlərdən biridir. Möhtəşəm düyü terrasları ilə gəzib terrasın üzərində açıq havada yerləşən mini restoranda kokonut içib bu möhtəşəm mənzərəni izləyə bilərsiniz. Giriş haqqı 2-3 manatdır.Bali Safari and Marine Park- Fillərin üzərində gəzib, zebra, meymun, gərgədan və marallara yemək yedirtmək, aslanlarla fotolar çəkmək, dünyada çox az sayıda qalan ağ aslan görmək, eyni zamanda möhtəşəm adrenalinli aquapark istifadə etmək istəyirsinizsə buraya gələ bilərsiniz. Digər yerlərlə müqaisədə buranın paket qiymətləri nisbətən bahadır. (Muxtəlif paketlər var, təxminən 50 manatdan qiymətlər başlayır)Bundan başqa fəaliyyətdə olan vulkan olan Batur dağı, dağın aşağı hissəsində yerləşən Batur gölü və Rinjani dağına vaxtınız olarsa qalxmağınız məsləhətdir. Batur dağı və düyü terrasları arasında yerləşən kofe plantassiyalarına da mütləq gedin. Orada sizə 12 ayrı kofe və çay növlərini pulsuz içmək üçün təqdim edirlər. Xoşunuz gəldiyi olarsa mağazaya girib ala bilərsiniz, ölkəyə gətirmək üçün. Dadları möhtəşəmdir)).Balidə 20-dən çox möhtəşəm şəlalələr yerləşir. Tegenungan Waterfall, Gingin waterfall, aling-aling waterfall, Blahmantung waterfall, Singsing waterfall, Munduk Waterfall öz möhtəşəmliyi ilə seçilir.Baliyə gedənlər üçün Maldivlərdən heç də fərqlənməyən, hətta daha əyləncəli yer olan Gili adalarına getməyi yadddan çıxarmasınlar. Bu haqda da gələcəkdə ətraflı yazaram. Bali haqqında bu yazdıqlarım fikrimdəkilərin heç 10 faizi də deyil. Ama vaxtım az olduğu üçün bu qədərini çatdıra bildim. Gələcəkdə Gili adalarına getmə qaydaları və həmin adalar barəsində ətrafllı məlumat verərəm. Ümid edirəm kiçik də sizi məlumatlandıra bildim. Bu arada birinci hissəni oxumayanlar bu linkdən istifadə edərək həmin yazımı da oxuya bilərlər. (https://web.facebook.com/groups/gezeyenler/permalink/383096612085561/)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Рашид Азе 

4312 dəfə oxunub

Şəhər bələdçisi - Moskva, St. Petersburg, Minsk, Brest, Lvov, Odessa, Kiyev

Hər kəsə salamlar.Bu yay: Bakı---Moskva---St. Petersburg---Minsk---Brest---Lvov---Odessa---Kişinyov---Kiyev---back to Bakı bu marşrut üzrə aşağı büdcə ilə tək başıma səyahət etdim. Cəmi 481$. Bu postda mən sizə bu şəhələrdəki görməli yerlərdən çox necə getmək olar, nələrə diqqət etməli, sərhəd keçərkən nə soruşdular, onlardan yazmaq istəyirəm.İlk öncə BBAK-dan 100 manata bilet alaraq Bakıdan Moskvaya yola düşdüm. 23 İyulda Bakıdan çıxıb 2 gün sonra Moskvaya çatdım. Moskva---3 gün qaldım. Qısası çox bahalı şəhərdi.Bir yerə getməyin ən yaxşı yolu metrodu. Məhşur yerlərin hamısı demək olar ki, metro Teatralnayada yerləşir. Ostan-Kino isə metro VDNX. 28 İyul 1200 rubla kupeyə (online) aldığım biletlə St. Petersburga yola düşdüm (Leningradski vagzal). Həmin gün axşam üstü ora çatdım. Bura da bahalıqda Moskvadan geri qalmır. Burda da həmçinin ən yaxşı nəqliyyat metrodu. Sizə lazım olan isə Nevski prospekt stansiyasıdı. Ordan başlayaraq şəhəri piyada kəşf edə bilərsiniz.3 Avqustda isə Qatarla Minskə yola düşdüm. Bilməniz gərəkən vacib məlumat isə St. Petersburgdan Avtobusla və ya Blablacarla getmək olmur. Yalnız Rusiya və Belarusiya vətəndaşları. Mən bileti 3030 rubla (online) almışdım (rzgd.ru). Qatar Vİtebski vağzaldan yola düşür. Minskdə o qədər də görməli yer çox deyil. Demək olarki əsas görməli yerlər dəmiryolu vağzalına çox yaxındı. Bir də Minskə 40 km məsəfədə Xatun adlı kənd var 2-ci dünya müharibəsindən qalma maraqlı yerdi.6 Avqust axşam qatarla Brestə yola düşdüm (Hostel Gravedskoe predmit 2 gecə 25 rubl). Qatar seçimi çox idi, mənsə ora tezdən çatmaq üçün ən gec çatan reysi aldım. Bileti həmin gün tezdən vağzaldan almışdım - 17 belarus rubl. Brestdə ən görməli yer Brest Qalası (5№ marşrut) və Sovetskya küçəsidi (xüsusən axşamlar). Brestdə vağzala düşən kimi srazu bir polis 1000 nəfərin içindən birdənə məndən passport istədi. Mən də bütün biletlərimi falan göstərdim ki, burda sadəcə turistəm.Sonra Avtovağzala gedib (dəmiryolu vağzalına 200 metr məsəfədə) 2 gün sonra Lvova bilet avtobus bileti (25 rubl) aldım. Hə bir də, dostlar, Belarusiyada yalnız 5 gün qeydiyyatsız qalmaq olar. Ona görə də, qaldığınız hosteldən qeydiyyat kağızı almağı unutmayın.8 Avqust tezdən Ukranya şirkətinə məxsus sınıq-salxaq bir avtobusla Lvova yola düşdüm. Sərhədi keçəndə Rusiyanın verdiyi migrasiyon kartı Belarusiya alıb peçat vurdu, dedi- yaxşı yol. Ukranyaya keçəndə isə başladılar məni əməlli-başlı sual-cavab etməyə. Nə isə, bunlara da bütün avtobus qatar biletlərimi, hətta fotolarımı göstərib inandırdım ki, sadəcə turistəm. Sonra əlimi sıxıb dedilər ki, gülə-gülə. Yolda hansısa bir şəhərdə Lvova gedənləri düşürdüb daha köhnə bir avtobusla yola saldılar. Nəhayət axşam üstü Lvova çatdım. Mərkəzə isə 15№ avtobusla getdim.Lvovda mərkəzdən Booking.comdan tapdığım Hostel 7-dən (2 gecə 270 qrivin) hər yerə demək olarki piyada gedə bilirdim.10 Avqust axşam üçün Lvovun avtovağzalından Odessaya 600 qrivinə avtobusa bilet aldım. Avtovağzal və dəmiryolu vağzalı yan-yanadı. Mərkəzdən 1№ tramvayla gedə bilərsiniz (5 qrivin). Lvovun avtovağzalı çox pisdi bileti necə gəldi satırlar. Ona görə diqqətli olun əgər kartınız varsa Busfor.ua saytından online alın. Yenə də köhnə bir ekarusla 795 km yol qət edərək 16 saat sonra Odessaya çatdım. Yolda nə bir servis, nə wifi, nə monitor. Heç bir şey, yəni ağlınız türk şirkətlərinə getməsin????. Ukranyada bir Ecolines şirkəti standartlara cavab verir.11 Avqust tezdən Odessaya çatan kimi piyada Hostelimə getdim????(Hostel Hobbit 2 gecə 200 qrivin). Bir az dincəlib pul dəyişdikdən sonra təzədən avtovağzala qayıdıb, 2 gün sonraya 250 qrivnə Kişinyova bilet aldım. Odessada görməli yerlər - Opera House, Derebasovskya küçəsi və plajlar. Amma plajlar bir o qədər təmiz deyildi.13 Avqust tezdən sprinter mersedeslə Kişiniyova yola düşdüm. Sərhədi keçərkən yenə bir xanım başladı məni sorğu-suala, Moldovaya hara? Kimə? Niyə? gedirsən. Öz -özümə güldüm ki, Moldovaya bax iqdisadiyyatı bizdən bəlkə 100 dəfə kiçikdi məni bunlar miqrant hesab edir. Nə isə köhnə üsulla burdan keçib bərbad yollarla 2 saat sonra Kişinyov Gara de Nord avtovağzalına çatdım. Burdan da 3 ley verib marşurtla Couchsurfing hostmun evinə getdim. Orda hostumdan öyrəndim ki, Moldova Avropaya vizasız səyahət edir ????. İ am shock. Sonra şəhərə çıxanda Birliyin bayrağını hər yerdə gördüm və sərhəddə nəyə görə sorğu-sual olduğumu başa düşdüm. Kişinyov müasir, təmiz, normal bir sovet şəhərdi, amma marketlərdə qiymətlər bizdən 2 dəfə baha, maaşlar isə bizdən 4 dəfə azdı. Şəhərdə ən yaxşı nəqliyyat trolleybusdu-2 ley. Kart sistemi yoxdu, konduktor sizə bilet verir. Ümumiyətlə Moldovanın avtobus sistemi daha yaxşı idi. Ruminiya və Polşaya lüks avtobuslar var idi.14 Avqust axşam saat 11-də yenə köhnə bir ukrayna ekarusu ilə tək sərnişin mən idim???? yola düşüb tezdən Kiyevə çatdım (Hostel Boston 5 gecə 550 qrivin).Kiyev - əsas görməli yerlərin demək olar ki, 80% metro Zolotoy Vorotada yerləşir. Maidan Nezalejnosti eyni adlı metroda Çernobıl muzeyi metro Kontarktova Rodina Mat abidəsi isə Drujbi Narod metrosunda. 5 gündə burda qalıb Avqust 21-i əvvəlcədən tapdığım azərbaycanlı sürücü ilə 100$ verərək çerez Rusiya-Gürcüstan Gəncəyə çatdım. Ümumilikdə 30 günə 8300 km məsafə qət etdim. Əsas vacib məqamlar, dostlar, əgər bu yolla səyahət etsəniz aldığınız bütün biletləri saxlayın, deməyin ki, vizasız ölkələrdi problem olmayacaq. Uzun oldu, ümid edirəm faydalı olar. Sualınız olsa məmuniyyətlə cavablandıraram. Getdiyim yerlərdə özümçün videolar çəkmişəm, alınsa youtuba yükləyib linki sizinlə paylaşacam.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Mesud Qaradagli      

1464 dəfə oxunub

Cənnətdən düşən damcı - Ohrid

Sizə bir çoxumuza tanış olmayan, mənim də yeni tanıdığım Ohrid şəhəri barədə yazmaq istəyirəm.Ohrid Makedoniyanın qərbində Ohrid gölü ətrafında yerləşən çox şirin bir Balkan şəhəridir. Əhalisi azdır; çox mehriban və yardımsevərdir.Çox bilinmədiyindən və bir aeroportu olsa da mütəmadi səfərlər olmadığından çox az turist olur. Hətta ən pik sezonda belə turistik şəhərlərdə gördüyümüz görməmiş rus turistlər və qəbilə halında gəzən şərqli turistləri burada görmək mümkün deyil.Necə getmək olar? Ən yaxşısı Bakı-İstanbul-Skopje marşrutunu istifade etmekdir. Bakı-İstanbul Buta ile İstanbul-Skopje seferini ile Pegasus ile en ucuz reallaşdıra bilərsiz. Skopjedan Ohridə qədər 2 saatlıq bir avtobus seferi sizi gözləyir. Avtobuslar çox yaxşı deyil, köhnədir. Əlbəttə taksi ilə də gedə bilərsiz, amma bu daha tez çatmağa təminat vermir, çünki yollar çox da yaxşı vəziyyətdə deyil.Makedoniya 2 il əvvələ qədər bizə viza tətbiq etmirdi. Azərbaycanda ümumiyyətlə səfirlik yoxdu. Ən yaxını Ankaradır. 2 il əvvəl maraqlanmışdım, hazırda viza olmadığını ama yaxın zamanda bu məsələyə təkrar baxılacağını bildirmişdilər. Əgər hal-hazırda viza tətbiq olunursa belə Şengen vizası olan şəxslər ölkəyə rahat girə bilər.Əlbəttə getmişkən Skopjenı da görün deyərdim. Çox böyük şəhər deyil. Məsələn təyarədən səhər enib axşama kimi gəzib axşam avtobusa oturub Ohridə yollana bilərsiz.Ohridə sırf yay aylarında 1 həftəlik tətil üçün, ilin yorğunluğunu atmaq məqsədi ilə gedə bilərsiz. İlıq iqlim, sakitlik və 0 stres şəraiti, eyni zamanda ucuz tətil axtarırsızsa bura tam sizə görədir.Harada qalmaq olar? Şəhər mərkəzində qalmağı sizə məsləhət görmürəm. Mərkəzdən aralı, Ohrid gölünün ətrafında, şəxsi çimərliyi və hovuzu olan, çox gözəl otellər və villalar var. Çox dəbdəbəli deyil və qiymətləri çox ucuzdur. Onlardan birini kiralaya bilərsiz. Avtobus terminalı mərkəzdə yerləşir. Ordan həmin bu əraziyə taksilər fiks 5 euroya aparıb gətirir. Avtobuslar da işləyir, amma dəqiq qrafik yoxdur.Nə etmək olar? Əvvəla onu deyim ki, Ohrid göl olsa da çox təmiz, büllur kimi suyu var və qətiyən durğun su iyi gəlmir. Bol bol çimərlikdə vaxt keçirə bilərsiz.Şəhər mərkəzində kiçik kafe və restoranlarda oturub balkan musiqisinin sədaları altında yemek yeyə və içki içə bilərsiz. Yeməkləri bizim ağız dadımıza uyğundur. Sosiskaları dadlıdır. Balıqları pis deyil. Bir de piveleri var, onu da məsləhət görürəm.Ohriddə 3 əhəmiyyətli və tarixi kilsə var: Əziz Yuhanna, Əziz Kliment və Ayasofya. 3-ü də ortodoks kilsəsidir. Onlardan heç olmasa təpənin üstündə olan, göl mənzərəli, eyni zamanda ən qədim Əziz Yuhanna kilsəsini mütləq görün.Göldə qayıqlarla tur atın, çox əyləncəlidir. Çar Samuel qalasına gedin, mənzərəsi əladır.Vaxtınız qalsa Albaniyaya keçə bilərsiz. Paytaxt Tirana çox uzaq deyil. İndi bilmirəm o da 2 il əvvəl viza istəmirdi.Və Ohrid gölü çox təmiz mirvarisi ilə məşhurdur. Mərkəzdə bir çox mağazada Ohrid mirvarisi tapa bilərsiz. Sizə məsləhətim ilk girdiyiniz mağazadan almayın. Yaxşıca gəzib qiymətləri öyrənin. Mən oraya yaşayan bir türk abinin mağazasını çox bəyəndim. Mərkəzdə əsas küçənin ortalarında idi və ən böyük mirvari mağazası onun idi. Başqa bir şey almağı düşünməyin. Geyim mağazaları əsasən türk markalarıdır və çox bahadır.Ohridə bir dəfə getsəz əminəm yenə getmək istəyəcəksiz.PS. Tapa bildiyim şəkillər bunlar idi üzrlü sayın.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Jamal Musayev

1225 dəfə oxunub

2 Yaşlı Oğlumuzla Paris Seyahəti

Salamlar! Bu dəfə sizə 2 yaşlı oğlumuzla birlikdə etdiyimiz Paris səyahətindən danışmaq istəyirəm.Əslində İspaniyaya getmək üçün vizanı Fransadan almışdıq və 3 aylıq viza verdikləri üçün Payıza da Paris səyahəti saldıq. 4 gün bu şəhərdə olduq və açığını desəm, Paris haqqında deyilən “pis” fikirləri tam anlamıram. Küçələrdə çirklilik görmədim, o məşhur Paris sindromunu isə heç yaşamadıq. Əksinə, bu bizim ən gözəl səyahətlərimizdən biri oldu. Charles de Gaulle hava limanına çatdıqdan sonra əvvəlcə avtobusla getməyi planlaşdırsaq da, oğlumuz yatdığı və biz də yorğun olduğumuz üçün taksi sifariş etdik. Otelimiz Montparnasse ərazisində yerləşirdi. 1-ci günOtelə çatdıqdan sonra Montparnasse-də otelimizin yaxınlığındakı kiçik bir kafedə yemək yedik . Daha sonra planımız Eiffel qülləsinə qarşı, Champ de Mars-da piknik idi. Bəxtimizdən hava açıq və yağışsız idi. Eiffelin qarşısında piknik etmək doğrudan da inanılmaz dərəcədə huzurverici idi. Sonra Notre-Dame tərəflərə getdik, həm kilsəni, həm də ətraf küçələri və Sena çayı sahilini gəzərək şəhərin ab-havasını yaşadıq. 2-ci günSəhəri məşhur Shakespeare and Company kitab mağazasına getməklə başladıq. İçəridə şəkil çəkmək qadağandır və girişdə “iKitabların sehri ilə baş-başa qalın” yazılmışdı — tamamilə razıyam! Xüsusilə uşaq bölməsi çox maraqlı idi. Ümumiyyətlə, Parisin ən sevdiyim cəhətlərindən biri kitab mağazalarının bolluğu oldu.Daha sonra Café de Flore-da qaymaqlı isti şokolad içib, alma piroqundan daddıq — çox ləzzətli idi. Sonra Montmartre – rəssamlar təpəsinə yollandıq. Məşhur Sacré-Cœur kilsəsi də burada yerləşir, burada yüksəklikdə musiqi sədaları altında Paris mənzərəsini seyr etmək heyranedici idi. Hətta oğlum bekə da oturub mənzərəyə baxırdı bu, mənim üçün unudulmaz an idi Axşam isə yağışa düşsək də, Pont de Bir-Hakeim körpüsünə getdik. Buradan Eiffelin ən gözəl görüntüsü açılır. Yağışa baxmayaraq, gecə Eiffelin işıqlanmasını da fərqli bir küçədən izlədik (bu vaxt oğlum artıq yatmışdı ). 3-cü günNövbəti gün məşhur Champs-Élysées küçəsinə getdik. Lüks markaların vitrinləri və Arc de Triomphe bu küçənin əsas simvollarıdır.Ara-sıra yağış yağırdı, amma külək olmadığından narahat etmirdi. Bu arada macaron yemək üçün — həm Ladurée, həm də Pierre Hermé sınaqdan keçirdik. Hər ikisi gözəl idi, amma Pierre Hermé-nin dadı daha yüngül və yumşaq idi. Yediyimiz dadli yemeklerden biri Madame croque digeri ise avokadolu ve salmonlu sendvic idi. Cox cox lezzetli idi. Kiçik bir məsləhətSentyabrda Parisə gedirsinizsə, su keçirməyən üst geyiminizi mütləq götürün. Hava günəşli və isti olsa belə, yağış gözlənilmədən başlaya bilər. Bu dəfəlik bu qədər.Növbəti səyahətlərimizdə yenə paylaşımlarım olacaq https://www.instagram.com/mini.toorist...Paylaşan: Aydan Hamidova

109 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!