1377 dəfə oxunub

17 günlük 9 ölkə, 12 şəhər gəzintisi

9 ölkə 12 şəhər 17 gün

Bakı Tiblisi Kutaisi Wroclaw Berlin Postdam Amsterdam Brüssel Luxemburg Zurich Milan Bologna Praqa Wroclaw Kutaisi Tbilisi Bakı

Hardan başlasam yazmağa bilmirəm, "low cost" ilə səyahət həqiqətən mümkündü özdə nə istədim etdim. Öz axmaqlığım ucbatından taxiyə xərclədiyim pullar daxil: 10:30 da yuxudan durub 11:00 uçuşuna çatmaq kimi (reysə çatdığım anda sanki dünya kubokunu əldə etmişəm kimi sevinirdim.Gürcüstandan heçnə yazmıram hamı orda olub

İlk dəfə Polşada olmaq o qədər də maraqsız deyilki taa ki Wroclaw-u kəşf edib bitirənə qədər. Wroclow

 Berlin və Potsdam nə qədər yazsam az olar, bilmirəm niyəsə o şəhəri çox sevdim, insanları çox ürəyiaçıqdı, günlük metro biletini və səhər yeməyini pulsuz verdilər, post terminalları işləmədiyinə görə (günün sonunda cash olaraq restorana pulun ödədim), dürüst olduğuma görə Kurasan da hədiyyə verdilər))) Postdama mütləq gedin krallığın yaşadığı sarayları görmək lazımdı

postdam

 Mütləq ki, gedilməsi lazım olan ölkələrdən biri də Amsterdamdi, Edwin Van Der Sari görmək mümkündü ki, otağında otursa əgər ama mən də görə bilmədim. Növbəti günə konfrans təşkil edəcəklərini və görüşə biləcəyimi dedilər ama bilet aldığım üçün əvvəlcədən imtina etdim Ajax-dan 29 euro tur götürə bilərsiz kanal turu daxil Getməyə Görməyə dey Hətta Amsterdamda da 1 bakal Pivə hədiyyə etdi restoran. Fries with joppisouse and honeywaffle dadına mütləqqq baxın)

 Məncə Brüsseldən danışmağıma ehtiyac yoxdu Şokolad və Pivənin vətənidir. Xüsusilə "Şokoladlı pivə" içməmisinizsə çox möhtəşəm bir daddan məhrum olmusuz deyə bilərəm. Brüsseldə özünüzü Parisdəki kimi hiss edə bilərsiz, əksəriyyət fransızca danisir

 Luxemburg ən çox sevdiyim birce polisləri oldu, nəqliyyat kartı almağıma imkan vermədilər (gözəl xanımlara cərimə yazmırlarmiş) kartsız full istifadə elədim ictimai nəqliyyatdan. Ölkəyə gəlincə gözəl balaca şirin bir şəhərdi, ucuz deyil ama.

 Zuriche gedib FİFA futbol muzeyinə getməmək olmaz təbii ki, giriş bileti elə 25 eur nəsə almaq istəsəz 100 eur yaxın xərciniz çıxacaq (əliniz cibinizdə olsun), şəhərin özünə gəlincə gedilməli yerlər çoxdu, sakitliyi və gözəl təbiəti ilə seçilir, bəzən qaydalari pozdum bilmədən ama məndən üzr istədilər

 Bahalığına gəlincə çox bahadı desəm az olar(( ama dəyər gedib görməyə.

43192733_2140865472867660_8822020983859707904_o

 İtalya Milan getməyimə peşiman olduğum və birdaha heçvaxt getməyəcəyim şəhərdi. Bologno Milandan daha maraqlı balaca bir şəhərdi, peşiman deyiləm orda keçirdiyim 2 günə  Çox hündür bir qalasından bütün şəhəri izləyə bilərsiz, 5 eur giriş biletidi. Pasta pizza və dondurma mütleqki dadına baxmalısız. Pragaya gəlincə içkilərinə söz ola bilməz. Yerli içkilərdən isti çaxır və pivənin dadına mütləq baxın. Görməli yerləri az deyil ama vauu deyəcəyim şəhər də deyil. HEÇVAXT küçədə kiçik yerlərdə pul dəyişməyin. 28 faiz komissiya tuturlar sənədə imza atandan sonra heçnə dəyişə bilməzsiz (( 0% komissiya və dəqiq əlavə şərtləri olmayan yerlərdə pul dəyişin.

praga

 Və yenidən Polşadayam edə biləcəyim heçnə qalmayıb deyə istirahət edirem həftə sonu qayıdıram(((

Xərclərə gəlincə 1120 eur bütün biletlər hostel yemək daxil. Təxminən 300 eur planladigim kimi hədiyyə və plandan kənar xərclərə getdi.
175 eur uçuş bileti Kutaisi-Wroclaw-Kutaisi
36 eur baqaj
174. 61 eur ölkələr arası biletlər şengen zonada
8 lari Tbilisi Kutaisi Tbilisi qatarı
54 azn Bakı Tbilisi Bakı qatarı və avtobus xərci. Cəmi 3 dəfə Mc Donalds, Burger King, Subway də yemək yemişəm o da ürəyim dəhşət çox istəmişdi. Qalan yeməklər isə restoranlarda oldu. Mərkəz küçədə restoranlar chox baha olduğunu üçün 10deq aralıqda piyada gedilə biləcək olan restoranlar normal qiymətə yemək təklif edirlər. Milli yeməklərin dadına 1 dəfə baxın azından. Məncə yetərlidir  

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Айнур Гасымова

DİGƏR BLOQLAR

Fərqli dünya - Vietnam

Hanoydakı otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Artıq Vietnamdaki bir aylıq yaşamımı tamamladım. Əgər Asia Pacific təcrübəniz yoxdursa və səyahət etdiyiniz ölkələr Avropa və Amerikadırsa, bura gələrkən bütün bildiklərinizi unudun. Bu ölkəni səyahət kitabçanıza yeni səhifədən yazmalı olacaqsız.1. Yeni nəslin Azərbaycanı tanımamaqlarına baxmayaraq, yaşlı nəsil Azərbaycanı tanıyır və sevir. Bir çox Vyetnamlı sovet vaxtında Azərbaycanda yaşayıblar, və indiyə kimi Xutor, İngilab, Sovetski, Nabran kimi yerləri xatırlayırlar. Hətta təndir çörəyi üçün darıxanı da var.2. Ailə münasibətləri soyuqdur. Valideynlər uşaqları ilə dost yox, mentor rolunu oynayırlar. Ər-arvad münasibətləri belə distansiyada saxlanılır. Ailə üzvlərinin bir birini qucaqlaması, öpməsi və ya "səni sevirəm" deməsi demək olar ki yoxdur.3. Mədəniyyət anlayışı bildiyimiz davranış qaydalarından tam fərqlidir. Vyetnamlıların aşırı mehriban olmaqlarına baxmayaraq, sıranı pozmaq, itələmə və ya ayaq taptalama halları burda kobudluq sayılmır. Bir sözlə, britaniyalıların burda işi çətindir.4. Nəfəs almaq çətindir. Əsas nəqliyyat növünün motosiklet olduğundan havada qaz emissiyaları boğanaqlıq yaradır. Gələsi olsaz, üz maskası almağı unutmayın.5. Hanoy və Hoşimin şəhərlərində turistləri aldatma halları normadan artıqdır. 5.000 VND-lik suyu belə sizə 30.000 VND-yə sata bilərlər. Bu səbəbdən, Vyetnama gəlməmişdən qabaq bazar qiymətlərini bilmək, və ya ancaq supermarketlərə getmək lazımdır (bir neçə hal yaşamışdım ki supermarket pulum çatmamağına baxmayaraq mallarını satmışdılar - belə şey harda görülüb!). Turist axını olmayan şəhərlərdə isə aldatma halları yoxa bərabərdir.6. Vyetnam ailəsinin evinə daxil olarkən hörmət və nəzakətə boyük önəm vermək lazımdır. Onların həm yaşayışını, həm dinini, həm də adətlərini qəbul etməlisiz. Məsələn, evə daxil olanda ölmüş insanın şəkilini görsəz, mütləq üç dəfə ???????? belə salam verməlisiz və ölmüş insanın ruhuna "mən sənin ailənə və evinə heç bir ziyan vurmayacam" sözünü verməlisiz. Bunu həmən insanın ölməyindən 100 gün sonra davam etməlisiz.7. Vyetnamlılar günlərini smartfonlarının qabağında keçirmirlər. Axşam olan kimi gənclər çıxıb bizim 90-cı illərdə oynadığımız daş, прыгалки, ip dartma və s. oyunlarını oynayırlar. İstəyən insan oyuna qoşula bilər ("kruq" söhbəti yoxdur).8. Vyetnam ksenofil ölkədir. Xariciləri çox sevirlər, və hətta gənclərin bir hobbi növü kimi xaricilərlə şəkil çəkib kolleksiya yığmaq kimi maraqları da var. Əgər Vietnama gəlsəz, addım başı bir Vietnamlının sizə yaxınlaşıb və söhbət eləməsini normal qarşılayın.9. Vyetnam sosialist ölkədir. Dünyada qəbul olunan bir çox bərabərliklər burda keçmir. İrqi, dini, cinsi və sexsual bərabərliklərlə problemlər yaşanılır. Bu o dərəcədədir ki xaricilərin arasında belə fərq qoyulur: əgər ağ dəri və sarı saçlısansa, sən daha "keyfiyyətli" xaricisən.10. Vyetnamlılar qapalı insanlardırlar. Emosiya bildirmək, fərqlilik yaratmaq kimi şeylər cəmiyyət tərəfindən basdırılır. Xaricilərin Vyetnama axını olsa belə, Vyetnamlılar ölkə daxilindən çıxmağı və ya yeni dil öyrənməyi sevmirlər. Turist kimi gəlsəz belə elementar vyetnamca bilməyiniz məsləhətlidir.11. Tipik vyetnamlının günü səhər 5-də başlayır və axşam 9-da qurtarır. İspanların siesta dedikləri günorta yuxusu burda vacib sayılır. Hətta iş yerlərində belə "yuxu saatı" var.12. Vyetnamlılar xaricilərlə evlənməyə üstünlük verirlər, əsasən də xanımlar. Burda insanlar əsasən balacaboydurlar, və xarici evliliklərin nəticəsilə gələcək nəslin daha hündür və gözəl ola biləcəklərinə inanırlar. Evdə qalmısızsa - buyurun gəlin.Uzun sözün qısası, Vyetnam fərqli ölkədir. Tipik turistik səyahətlərdən yorulmusuzsa, mütləq Vyetnama baş çəkməlisiz. Ən sıxılmış gəzəyən belə burda "ikinci nəfəs" alıb səyahətlərdən yenidən həzz ala bilər. Vyetnamla bağlı sualınız olarsa, buyurun! Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Narmin Hajizadeh 

1251 dəfə oxunub

Egeyin İncisi - İzmir

İzmirdəki otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.İzmirdə qaldığım 6 həftəlik müddətin təəssüratları bir ömrə sığmasa da, 1 posta mümkün qədər sığdırmağa çalışacam????. Şəhər olduqca gözəl, rahat və həm gəzilə biləcək, həm də yaşana bilənəcək şəhərdir. Bir dəfə gedənin bir daha getsəm dediyi şəhərdir. İzmir deyincə ağla gələn məşhur plyajlar, Kuşadası, Çeşme, Alaçatı kimi turistik bölgələr olsa da mənimçün bu şəhər tarixi abidələri, muzeyləri, street artları , xüsusilə günbatımları ilə yadda qalan oldu. Bu şəhərdə günbatımları sözün əsl mənasında möhtəşəmdi. Necə deyərlər tam şeir yazdıracaq, rəsm çəkdirəcək havadadı????????.Hava limanından "izban" adlanan transport vasitəsilə şəhərin bəzi hissələrinə birbaşa , bəzi hissələrinə isə metro, tramvay və ya avtobuslara transfer edərək getmək mümkündü. Onu qeyd edimki şəhər böyük olduğu üçün çox vaxt bir nöqtəyə birbaşa bir transportla gedib çıxmaq mümkün olmur və kart oxunma cihazlarına bir dəfə oxunan kart 90 dəqiqə ərzində bütün transportlarda keçərlidi. Şəhərin mərkəzi Alsancak-Kordon hissəsindən günbatımının ən gözəlini izləyə bilərsiz???? Ayrıca Alsancakda Sahil boyu uzanan parklarda məsələn bizim dostlarla görüş, oturub müxtəlif oyunlar oynama, söhbət eləmə nöqtəmiz idi. Həmçinin büdcənizə uyğun müxtəlif qiymətli kafe, restoran, bar, klubları da bu hissədə tapa bilərsiz. Atatürkün İzmirdəki ev muzeyini, zövqlə dizayn edilmiş kilsə və məscidləri ziyarət edə bilərsiz. Alsancağa Tramvayla 5 stansiya uzaqlıqda olan Konak adlı yerdə "Saat kulesi", "Kemeraltı çarşı", "Tarihi asansör"ü görmədən geri dönmək günah olar.İzmiri ovuclarının içində görmək istəyənlər mütləq Balçovada yerləşən "Teleferik"i ziyarət etməlidir. Kanatla qalxarkən  (adambaşı 10tl) kameralarınızı və gözlərinizi qarşısınızda açılacaq o möhtəşəm mənzərə üçün hazır edin???????????? şəhərin möhtəşəm mənzərəsinə qarşı piknik etmək istəyənlər ( yenə də o möhtəşəm günbatımı üçün ????????????) üçün burada hər bir şəraitlə təmin edilmiş piknik alanları da var????????????. Hərbi Muzey sevərlər "İnciraltı deniz müzesi"nə baş çəkməlidir kesinlikle???? Görevini tamamladıqdan sonra Ege fırkateyni və Piri Rəis hərbi və sualtı gəmiləri 2007-ci ildən muzey şəklində istifadəyə verilib və içinə girdikdə özümü bir an bir filmin içində kimi hiss elədim????. Müxtəlif kapitan, əsgər maketləri, səs effektləri, tarixi posterlər, müxtəlif qəzetlərin 1950-1960-cı illərdə dərc olunmuş versiyaları tarixi abu havanı dolu dolu yaşadırdı. Onu xüsusi qeyd eliyimki Azərbaycandakı tələbə biletim həyatında ilk dəfə bir işə yarayaraq bu muzeyə pulsuz girməyimi təmin elədi???? Normalda giriş qiyməti 15tldi. "İzmir doğal yaşam parkı" na giriş de 8tl yerine 4tl ödeyerek tələbə biletimə ikinci dəfə minnətdar olmama sebeb oldu ???? "İzmir doğal yaşam parkı"nı məndən soruşanlara qısa olaraq belə tarif eliyirəm: təkcə ayıyla, aslanın yeri Bakıdakı zoopark boydadı. İçərisində 1500 heyvan yaşayır, 3000 ağac, 250 bitki növü var. 5 saat ərzində biz güclə gəzib bitirdik ama dəyərdi o yorğunluğaDəniz sevdalıları, əyləncə axtarışında olanlar: Şəhərə yaxın hissədə dənizə girmək istəyənlər Foça, Mordoğan, Özdere, Seferihisar, Urla plyajlarına baş çəkə bilərlər. Şəhər içindən izban, metro, gemi vasitəsiyle bu yerlərə rahatlıqla getmək mümkündü. Seferihisara gedibdə Sığacık adlı sahil qəsəbəsinə mütləq baş çəkin. Alaçatı, Çeşme, Kuşadası( bu yerler haqqında postlar dəfələrcə paylaşıldığından əlave nəsə demək məncə mənasız olar ????????) isə şəhərdən təxminən 1,5-2 saat yarımlıq məsafədə yerləşir. İzmir otogarından 60tl ödəyərək avtobuslarla rahatlıqla getmək mümkündü. Getdiyiniz yerlərdə halk plajı adlandırdıqları free plyajlarda giriş pulu ödəmədən sadəcə şezlonq və çətir kiralayaraq rahatlıqla dincələ bilərsiz. Sadaladığım yerlər içində dənizini xüsusi bəyəndiyim Çeşme oldu. Su olduqca təmiz və digər yerlərə nisbətən daha az duzlu idi.???? Həmçinin kamp qurmaq və dəniz kənarında sabahlamaq istəyənlər də görəvli şəxslərə bu barədə məlumat verib rahatlıqla gündoğumunu izləyə, səhərin ilk günəş işıqları altında dənizə girmənin keyfini çıxara biler ????????????????Növbəti dayanacaq : "Şirince" kiçik dağ kəndi olub bir növ bizim Lahıca bənzəyir. Meyvə aromalı şərabları ilə məhşur olan bu kəndə gedibdə şərab dadmamaq həqiqətən günah olar. Selçuk bölgəsində yerləşən bu kəndə səfərinizi planlayırsızsa yaxınlıqda yerləşən tarixi Efes abidəsini, Müqəddəs Məryəm kilsəsini , Yedi uyuyanlar abidələrini mütləq şəkildə ziyarət etməlisiniz ( bu yerləri anlatmağa kəlimələr yetməz, şəkillərə baxın ve şiddətlə tövsiyyə edirəm ki gedin) ????????Hal hazırda manat tl ilə müqayisədə daha qiymətli oldugu üçün shopping etmək istəyənlər alış veriş mərkəzlərində saatlarla vaxt keçirə bilər ???? Rəfiqəmlə Gaziemirdeki "Optimum" adlı mallda 6 saat ərzində 14km yeridiyimizi desəm məncə kifayət edər ???? Bütün mallarda eyni markaları tapmaq mümkündü ama mallardan kənarda yerləşən eyni marka mağazalarında isə daha zövqlü geyimlər tapa bilərsiz. Outletlərdən də büdcənizə uygun geyimlər əldə etmək mümkündü. Pulunuzu dollar şəklində götürməniz daha məsləhətlidi. Exchange üçünsə dövüz bürolarına getməyinizi məsləhət görmürəm. Banklar ən məsləhətlisidi, Ən pis halda isə zərgərlərdə pulunuzu exchange edə bilərsiz.Uzun olsa da oxuduğunuz üçün təşəkkürlər. Ümid edirəm İzmirə gedəcək insanlar üçün faydalı bir post olmuşdur. Getməyənləri isə getməyə həvəsləndirmişdir ????????????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Asmera Gashamli

1085 dəfə oxunub

Budapeşt, Vyana, Bratislava, Praqa, Dresden bələdçisi

Salam dostlar. İstərdim ki, Budapeşt, Vyana, Bratislava, Praqa və az da olsa Dresden haqqında yazım. Səyahətim 2019 İyul ayının sonlarında olub. Çexiya üçün Şengen vizasına müraciət eləmişəm. Girişim Budapeştdən, çıxışım isə Praqadan olub. İndi isə gələk əsas məsələyə. Şəhərlər haqqında məlumata:Budapeşt. Dunay çayının iki hissəyə ayırdığı şəhərin bir tərəfi Buda digər tərəfi isə Peşt adlanır. Əsas gəzib görməli yerləri də elə dunay çayının sahilindədir. Buda qalası, Balıqçılar bürcü (qalası), dunay çayının üzərindəki körpülər, dunay çayı sahilindəki ayaqqabılar (mənim üçün o qədər də maraqlı deyildi????), Aziz Stephen Bazilikası, Parlament binası və çayın sahilindən 2-3 km uzaqlıqda olan Qəhrəmanlar meydanı və şəhərin mərkəzi küçələri gəzdiyim yerləridir. Bundan başqa Termal hamamları, Yahudi məhəlləsi və sənətə ilgisi olanlar üçün Terror Haza (Terror muzeyi), Opera Binası da görüləcək yerlərdəndir. 2 tam gün ayırmağınız əsas görüləcək yerləri görməyiniz üçün kifayətdir (ən azından mən belə düşünürəm????) Əgər şəhərdə rahat gəzmək istəyirsinizsə günlük bilet almağınız tövsiyyə olunandır. Günlük biletləri metrolardan, aeroportdan və şəhərin digər yerlərinə quraşdırılmış bankamatiklərdən ala bilərsiniz. https://bkk.hu/en/tickets-and-passes/prices/. Bu saytda bilet qiymətləri və sair ətraflı yazılıb. Günlük biletlər D 11 feribotlarında da istifadə oluna bilir.Vyana. Xüsusən son onillikdə 8 dəfə dünyanın ən yaşamalı şəhəri seçilib. Budapeştə nəzərən bahalı olsa da o qədər getmişkən gedib görməyə dəyər bir şəhərdir. Dunay çayı Vyanadan da keçir. Bratislavaya yaxın olduğu üçün orda sadəcə bir günümü keçirib Bratislavanı gəzdim. St Stephen Katedralını, Hundertwasseri, Hofburg sarayını, Belvedere sarayını, Museum quarteri və Graben küçəsini gəzə bildim. Əgər vaxtınız çox olarsa bir az uzaqda olan Schönbrunn sarayına mütləq baş çəkin. Musem quarter bölgəsində olan Naturahistoriches Muzeumun içinə girin. (Bunu çox istəsəm də vaxt darlığı səbəbi ilə gerçəkləşdirə bilmədim).Bratislava. Slovakiyanın paytaxtı olan və mərkəzindən başqa gəzməyə yeri olmayan bu balaca, amma bir o qədər də şirin olan bu şəhər Vyanadan 60 km uzaqlıqda yerləşir. Demək olar ki hər saatbaşı 1-5 avro arası avtobuslar var. Səhər gedib günorta qayıtmalı olan bir yerdir. Most SNP-(Dunay çayının üzrərindəki körpünün üstündə qüllə kimi tikilmiş restoran xidməti də verən bir yer) şəhərə gözəl mənzərə açılır. Yuxarıya qalxma qiyməti 7,4 avrodur.Praqa. Mən deyərdim ki, bu şəhər özündə ən gözəl tarixi-memarlıq əsərlərini cəm edib. (Bəlkə daha da gözəlləri var. Mən görməmişəm hələ????). Astronomik saat, tyn kilisəsi, Charles körpüsü, Praqa qalası, şəhərin Mala strana dedikləri hissəsi, rəqs edən bina və bir-birindən yaraşıqlı sayısız digər binaları görülməyə dəyər. Bundan əlavə myczechrepublic.com saytından şəhərdaxili nəqliyyat və sair haqqında ətraflı məlumat əldə etmək olar. Trdelnik yeməyi hər kəsə tövsiyyə edirəm.Dresden. Gedib getməmək haqqında tərəddüd etdiyim, sonra bir yoldaşın məsləhəti ilə getdiyim və heç də peşman olmadığım gözəl bir alman şəhəri. Praqadan 2.5 saat uzaqlıqda yerləşir. Yaxşı muzeyləri var (bu yaxınlarda birini soydular????). Oxuduğuma görə birinci dünya müharibəsi zamanı şəhərin 4 də 3 bombalanıb. 4 də 3 ü bombalandıqdan sonra bu qədər gözəldisə kim bilir əvvəlcədən nə qədər gözəl olub Dresden. Yazının uzun olduğunun fərqindəyəm. (Hər dəfə birini yazmağa hövsələm çatmır????)Kimin əlavə sualı olarsa soruşa bilər.P.S. Fotograf paylaşmağı sevmirəm.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Sarxan Suleymanov

1262 dəfə oxunub

Berlin Səyahətim

Berlin, Germany - ikinci dünya müharibəsi görmüş, avropada işıqforun ilk dəfə istifadə olunduğu, avropanın ən hündür teleqülləsinin, dünyanın ən böyük açıq hava muzeyinin və ən uzun birbaşa velosiped yolu şəbəkəsinin mövcud olduğu şəhər. Əgər hava limanından bilet alırsınızsa ABC kateqoriyası, amma şəhər daxilində bilet alırsınızsa AB kateqoriyasını seçmək kifayət edir. Aldığınız biletləri kiçik avtomatlarda check - in etməyi unutmayın ki, cərimə təhlükəsi yaşamayasınız. Brandenburg Hava Limanından - şəhər mərkəzinə ictimai nəqliyyatla getmək üçün müxtəlif seçimlər mövcuddur. Mən qatarla "Hauptbahnhof" stansiyasına qədər gedib ordan piyada davam etdim. Şəhərin əsas simvolları həmin stansiyadan təxminən 15 dəqiqəlik məsafədə yerləşir. Qayıdarkən isə şəhərin istənilən nöqtəsində metro stansiyası olduğu üçün metro ilə "Rudow" stansiyasına qədər gəlib ordan X7 nömrəli avtobusla hava limanına çata bilərsiniz. Əgər Reichstag daxilində gəzmək istəyirsinizsə bir gün öncədən parlamentin rəsmi saytında online qeydiyyatdan keçmək lazımdır. Binaya giriş pulsuzdur. İçəridə gəzinti üçün 3 növ kateqoriya var, mən sadəcə günbəz turunu seçdim amma istəsəniz və sessiya vaxtları üst - üstə düşərsə hətta parlamentin iclasında dinləyici kimi iştirak edə bilərsiniz. Əsas gəzməli turistik nöqtələr: 1. Reichstag 2. Brandenburg Gate 3. The Holocaust Memorial 4. Checkpoint Charlie 5. Topographie des Terrors 6. East Side Gallery 7. Berliner Dom 8. Museum İsland - burada çoxlu muzey var, amma ən məşhuru Pergammon muzeyidir. 9. Alexanderplatz 10. Berliner Fernsehturm 11. Tiergarten parkı 12. Kreuzberg.Ən populyar küçə ləzzəti isə currywurst hesab olunur.Paylaşan: Vasif Valizada 

137 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!