1368 dəfə oxunub

Pulsuz səyyahlar üçün müftə bələdçi xidmətləri

Yəqin çoxlarınız səyahətə çıxarkən çalışırsınız ki, getdiyiniz şəhərin, kəndin, qəsəbənin tarixi ilə yaxından tanış olasınız, turistik və qeyri-turistik amma görülməli yerlərinə baş çəkəsiniz, abidələrin tarixi və ya əfsanələriylə yaxından tanış olasınız. Bunun isə bir neçə yolur var. Pulsuzundan tut, sadəcə ianəylə olanlara və ya kifayət qədər bahalılarına kimi. Amma hər zaman olduğu kimi bu yazıda da ancaq pulsuz və ya ucuz bələdçi xidmətləri haqqında məlumat verməyə çalışacam. Siz də cibinizə görə olanı seçərsiniz artıq.

Başlayaq bizim kimi qara camaat üçün nəzərdə tutulan pulsuzlarından ???? :

  • Pulsuz bələdçilərin başında adətən səyahət bloqları gəlir. Gedəcəyiniz şəhərdə haranı görməli, harada selfi çəkdirməli, nəyi harada yeməli və içməli suallarına məhz səyahət bloqlarında rast gələ bilərsiniz. Bu tip bloqlar adətən 2 yerə bölünür. Xarici səyahət bloqlarından məqalələri tərcümə edib paylaşanlar, və öz başına gələnlərdən yazanlar, lap elə bizim bu sayyeah blog kimi ???? Təbii ki, başqa bir şəhərə, ölkəyə, mədəniyyətə bir azərbaycanlının gözündən baxıb qiymətləndirmək daha maraqlıdır, nəyinki bir firəngin ???? Ona görə də çalışın başına gələnləri yazanların bloqlarını oxuyasınız, nə də olmasa başına gələn başmaqçı olar deyib atalarımız. Başqa dilləri bilirsinizsə internetdə ingilis, rus və türk dillərində yüzlərlə səyahət bloqu var. Googleda axtarış edib səyahətdən öncə nəzər yetirə bilərsiniz.
  • Digər bir “pulsuz” üsul isə Tripadvisordur brouzeri açıb tripadvisor.com yazırsınız, saytın axtarış yerində isə gedəcəyiniz şəhərin adını və beləcə o şəhərdə olan bütün turistik və qeyri-turistik yerlərin siyahısı çıxır. İlk 2 səhifədə əsasən turistik məkanlar olur, sonrakı səhifələrdə isə turistlər tərəfindən az kəşf olunmış məkanların siyahısı çıxır. Amma 2-ci səhifədən sonrakı siyahılarda bəzən həqiqətən də çox maraqlı yerlərlə tanış olma imkanı olur, yaxşı olar ki, təkcə 1 və 2-ci səhifələrlə kifayətlənməyəsiz, sonrakı səhifələrə də bir baş çəkəsiniz. Bundan başqa hər bir məkan və ya turist attraksionu haqqında daha öncədən oranı səyahət etmiş adamların şərhlərini oxuya bilərsiniz. Bu da sizə səyahətinizdə daha çox zaman qazandırar, səyahətinizdən öncə hansısa yerə gedib-getməmə haqqında qərar vermiş olarsınız.

AP COLLEGE ENROLLMENT A USA WA

  • İndi deyə bilərsiniz ki, lap biz bu gəzməli yerlərin siyahısını sayyeah blogdan ya tripadvisordan oxuduq o yerləri necə gedib tapacağıq?! Çox rahat bir üsulu var, turist xəritəsi. Bəs bu turist xəritəsini haradan tapmalı?! Xəritəni əsasən şəhərin əsas dəmir yolu və avtobus vağzallarındakı turizm informasiya mərkəzlərindən əldə edə bilərsiniz, əgər vağzallardan almağı unutmusunuzda bütün şəhərlərdə şəhər mərkəzində də turizm informasiya mərkəzləri olur, mərkəzin işçilərinə yaxınlaşaraq xəritə istəyə və xəritədə əsas yerləri sizin üçün işarələməyini xahiş edə bilərsiz. 90% gəzdiyim şəhərlərdə xəritələr pulsuz olub. Sonuncu dəfə məsələn Brusseldə turizm info mərkəzindən xəritə alarkən 1 avro ödəməli oldum, krısadılar ki, krısa ???? . Əgər şəhər mərkəzinə gəlib info mərkəzi tapa bilməsəniz, bir çox suvenir mağazalarında da xəritələr olur. Suvenir mağazalarındakı xəritələrin mənfi cəhəti odur ki, ödənişli olur adətən 3-5 avro ətrafında və əsas yerləri heç kim sizə xəritədə işarələmir. Bundan başqa qalacağınız otel və ya hostelin qeydiyyat yerlərindən – resepşnlardan da xəritə istəyə bilərsiniz.
  • Əgər deyirsinizsə ki, ok mən səyahət bloqlarını da oxuyacam, tripadvisora da baxacam amma istəyirəm ki məni bələdçi gəzdirsin özü də pulsuz, bax bu da mümkündür ???? Bunun yolu Couchsurfingdən istifadə etməkdir. Couchsurfingin axtarış yerində gedəcəyiniz şəhəri seçib axtarışa verirsiniz, yeni çıxan səhifədə isə filterlərdən “Wants to meet up” seçirsiniz. Bu seçimdə getdiyiniz şəhərdə gələn turistlərlə görüşüb sadəcə söhbət etmək, bir şeylər içmək və ya şəhəri gəzdirmək istəyənlərin siyahısı çıxacaqdır. Sonradan profillərə daxil olaraq, kimin yalnız içmək, kimin sadəcə söhbətləşib dünya görüşünü artırmaq, kimin isə sizə gələn turistlərə bələdçilik etmək istədiyini görə bilərsiniz. Və beləcə seçdiyini “şəhər sakininə” mesaj yazıb ondan sizi şəhərin turistik yerlərini gəzdirməsini xahiş edə bilərsiniz. Əvəzində isə “bələdçinizə” getdiyiniz ölkədən kiçik bir suvenir, xatirə hədiyyəsi apara və ya gəzintidən sonra sərin bir içkiyə qonaq edə bilərsiniz. İnanın ki, Couchsurfing “bələdçiniz” bundan çox məmnun qalacaqdır.
  • Sonuncu bildiyim üsul isə Avropa ölkələrində geniş yayılmış “free walking tours” adlanan turlardır. “Free walking tours” sözünün mənası pulsuz gəzinti turlarıdır. Free walking turları necə baş tutur?! Gün ərzində şəhər mərkəzində öncədən təyin olunmuş zamanda və yerdə bələdçilər və turistlər yığışırlar, sonradan bələdçilər səsgüclədiricilərlə məlumat verə-verə şəhərin turistik yerlərini gəzdirib, turistləri məkanların tarixi və ya hekayələri ilə tanış edirlər. Adının “free walking tours” yəni pulsuz gəzinti turlar olmasının səbəbi odur ki, bu turlara qatılmaq üçün pul ödəmək lazım deyil və ya yumşaq desək məcburi deyil, turlar ianə ilə işləyir. Əgər turun sonunda bələdçinin işi, peşəkarlığı və verdiyi məlumatlar xoşunuza gələrsə bələdçiyə bəxşiş berə vilərsiniz, məsləhətdir ki, məhz bəxşiş verəsiniz də, görəcəksiniz sonra demək olar hamı gücü çatdığı qədər bəxşiş verir. Bu bəxşiş adətən 5-10 avro ətrafında olur. Free walking turları ilə bağlı ən tanınan veb sayt Sandemanın neweuropetours.euveb saytıdır. Buradan getdiyiniz şəhərdə free walking turlarının olub olmamasını yoxlaya bilərsiniz. Əgər yoxdursa ayrıca googleda şəhərin adı və free walking tours yazaraq axtarış edə bilərsiniz. Məsələn Sandeman Brüggedə free walking turları təklif etmədiyinə görə mən də Legends of Brugesin xidmətlərindən istifadə etmişdim

Və son olaraq unutmayın ki, pulsuz pendir heç də hər zaman tələdə olmur, həyatda zövq ala biləcəyimiz pulsuz imkanların sayı həddindən artıq çoxdur.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Babek Musa-Zadeh

DİGƏR BLOQLAR

Avtostopla gəzinti üçün şengen vizası

Mən vizanı alman səfirliyindən rahat aldım. Viza ilə bağlı adi standart sənədlərdən (pasport, vəsiqə, şəkil, ərizə forması, sığorta, rüsum) başqa bir neçə vacib nüans var. Bu nüansları həll etmək hər fərdə görə dəyişə bilər, amma ümumi məğzi eynidir.1. Qalmaq yeri barədə sübut. Gedib küçədə ya meşədə çadır qurub qalacam deyə bilməzsiz, çünki Avropada wild camping çox yerde illeqaldır. Amma hər yerdə hostel və ya campsite var. Mən velosipedlə səyahət edəcəm demişdim, 62 günlük marşrutumu və marşrut boyu hər axşam hansı hosteldə/hoteldə və ya campsiteda qalacağıq, tam itinerary, hansına booking mümkün idise (booking.com və ya campsite'ların öz saytları ilə) booking confirmation (hardasa 35-40 arası bookingi 1 günə etmişdim). 2. Bilet rezervasiya (hansısa turizm şirkətinə 5-10 manat verib gediş dönüş rezervasiya alıb sonra leğv elətdirmək mümkündür, mən tanışlıqla pulsuz almışdım). Avtostopla girəcəm dəyə bilməzsiz.3. Səyahət ücün kifayət qədər pul: Bank hesabı, hesabda kifayət qədər pul (gündəlik 50 eurodan hesablamışdım mən) və son 3 ay üçün çıxarış (mən viza üçün müraciət etməmişdən cəmi 1 neçə gün əvvəl hesabıma pul qoymuşdum, problem etmədilər.4. Ölkəyə qayıdacağına dair sübutlar. Iş yerindən arayış, adınıza mülk kimi şeylərdən biri və ya bir neçəsi. Hətta nigahda olmağınıza dair sənəd də kömək edə bilər burda.5. Bonus :) Men alman velosipedçini evimizdə qonaq saxlamışdım, o da alman səfirliyinə ünvanlanmış bir məktub yazmışdı ki, guya biz bir yerdə velosəyahət edəcəyik, filan marşrut üzrə. Mən də bütün bookingləri həmin marşrut üzrə qurdum. Sonra da ağlıma gələn kimi gəzdim.Gəzənfərd 2. Avtostop: Nəriman Niftəliyev və Tofik Eynullayev[youtube https://www.youtube.com/watch?v=4SCBWHs_Fu8&w=560&h=315]Paylaşdı: Nariman Niftaliyev 

990 dəfə oxunub

Şri Lanka-ya səyahət barədə “ip ucu”ları.

Kandydəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Deməli dostlar, qeyd eliyim ki, Sri Lanka qətiyyən qorxulu bir yer deyil, heç bir iynə (vaccination) falan da lazım deyil. İki ay İndoneziyada qalmış bir adam kimi deyə bilərəm ki, Sri Lanka daha rahat və daha təmiz bir ölkədir.Sri Lanka səyahətinizi mükəmməl etmək üçün yaxşı marşrut qurmağı bacarmalısınız. Mən 12 günlük marşurtu dostlarımla birgə qurmaq üçün yəgin ki, 100-ə yaxın blog və videolara baxmışam və şəxsi fikrimi, baxışımı sizlərlə rahatlıqla bölüşə bilərəm.Uçuşdan əvvəl:Təyyarə biletlər çox müxtəlifdir. Amma Bakıdan uçuş, qayıdış üçün qiymət və komfort baxımından ən rahatı Airarabia.com -dur. 550 ABŞ dolları etdi bizdə 1 adama. Dirəşsəniz, tarixlərlə biraz da oynasanız, 500 civarında da tapa bilərsiniz. Qeyd edim ki, low coster-di, yəni yalnız əl baqajı daxildir və yemək içmək olmur təəssüf amma mən əlavə ruqzak da götürmüşdüm (içində yeyib içmək və s.) heç bir problem olmadı. Baku – Şarjah – Colombo. Şarjada gözləməni qeyd etməsək ümumi uçuş 7 saat 30 dəqiqə edir.Viza. 10 dəqiqə vaxt alır. Onlayn bütün lazım olan məlumatları qeyd edirsiniz. 30 günlük səyahət vizası üçün 35 dollar rəsmi rüsumdur, 3 dollarda sayt özü nəsə atış gəldi, oldu 38 dollar.Marşrut:Hansı fəsildə getməyinizdən çox şey asılır. Bizim halımızda bu yaya təsadüf etdiyi üçün həmin temperatura uyğun olaraq şəhəri və vaxtlarını planladıq. İyul ayının ortalarına qədər yağışlar davam edir adanın qərb və cənub tərəflərində. O baxımdan biz başladıq mərkəz və şərqdən ki, cənub-dakı o möhtəşəm çimərliklərə gedənə qədər yağışlar azalsın. O boyda pul xərclə və zaqar almamış qayıt?! No babe.Colombo paytaxtdır. 2 həftə və ya daha azdırsa səyahətinizin müddəti, təklif edirəm ki orada qalmayın təyyarə enən kimi gedin növbəti şəhərinizə. Həmin o yorğunçuluğun qarşısını almaq üçün isə mini van sifariş vermişdik elə Bakıdan, whatsapp vasitəsi ilə. Sri Lanka Airport Services (+94773571443).Colombodan Sigiriyaya (ilk kəşf edəcəyimiz şəhərə) 10.500 Rupiyə apardılar bizi (1 manat = 100 rupi). Baha səslənə bilər amma səhər tezdən çatacağmızı bilib biraz güvənli yol axtardıq və qiymət baxımından da bundan sərfəli şəxsi transfer tapmaq mümkün olmadı. 5 nəfər idik, adam 21 manat, luks həyat.Sigiriyada əsas məqsəd Lion Rock-u görmək idi. Amma möhtəşəm şəkil üçün Lion Rocka 50 manat verib qalxmaq yox da, onunla üzbəüz daha möhtəşəm mənzərəsi olan Pidurangala-ya dırmaşmağı məshələt görürük, cəmi 5 manatdı. Rahat deyil həmin yolu qət etmək amma dəyər, mənzərə nəfəskəsicidi.Sigiriyada 1 gün qalıb davam etdik şərq sahilinə. Trincomalee! Avtobus təxmini 3 saatdan çox getdi və 1 manat 62 qəpik idi yol pulu. Trincomalee yetərincə geniş ərazi tutur, daha az turist olan və daha gözəl çimərlikli yer sayılır Nilaveli (Trincomalee-dən 20-30 dəq məsafədə). 3 gecə qaldıq ki, biraz şellənək. Amma, Nilavelidə qalanda (Nilaveli Hybrit Holiday Hotel) mən biraz sivilizasiya üçün darıxırdım, çox az adam var idi, okean-otel vəssalam. Orda qaldığımız müddətdə bir günümüzü Trincomalee-də keçirdik səhərdən axşama, və düşündüm ki elə burda qalsaq yaxşı olardı. Çimərlikdi burda da var, əlavə olaraq bazar, kef, turist, kokteyllər də var. İndi baxın da. Növbədə əsas getmək istədiyimiz yer Ella şəhəri idi. Amma gördük ki yol çox uzun olar ora, ona görə fikirləşdik ki, bir gecə Kandy şəhərində qalaq. Həm adı çox çəkilirdi bloqlarda həm də işimizin adı nədi.Yaxşı ki Kandy-ə getdik, evimiz yıxılardı. Şoppinq falan elədik o heç, səndemə 2 ildi haqqında oxuduğum məşhur “blue train” burdan gedir Ellaya. Biz də elə bilirik ki, o train Elladan harasa gedir və yolüstü o məşhur körpü, 9 arches bridge-dən keçir. Bir gün Kandy-də kapsula formasında olan hosteldə qaldıq 9 manatdan, adı Bunk Planet idi səhv etmirəmsə, KFC-də adam balası kimi yedik, və qatara bilet aldıq Ella-ya. 3 klass var. Ən ucuzu 3-cüdü, hardaki adam adamı minir 1 manat 70 qəpik. Biz 2-ci klassa aldıq, yarı minildik 3 manata. 1-ci klass isə 11 manat idi. Sri Lankada 20 qəpiyin söhbətini edən dostlar kimi təbii ki, 1-ci klass barədə heç düşünmədik. Qatara minəndə camaat bir birini əzir. Amma yerlilərdən çox o sarı-sarı mədəni avropalılar var ha, bir oyun çıxarırlar ki pəncərənin yanında oturmaq üçün, nəsə..İlk müddət 2 oğlan ayaqüstə qaldıq, amma yerli camaatdan bir neçəsi təklif elədi ki, biz Ella-ya qədər getmirik, növbəti stansiyada əyləşin bizim yerimizə. Sağolsunlar elə də oldu. Amma oturmaq maraqsız olur. 155 km yolu qatar 6 saat 20 dəqiqəyə getsə də, elə istəyirsən ki, dayanmadan yola baxasan. Əmin olun ki, həyatınızda unutmayacağınız mənzərə və tunellərdən keçir qatar.Ella, you are Bella! (c) @runawaylelik ????Ella-da qaldığımız yeri 2 əlli hamıya məsləhət görürük. Ella Hide View. Ucuz deyil, gecəsi adama 25 manata gəlir, amma elə mənzərəsi və səhər-axşam yeməyi var ki, oteldən çıxmaq istəmirsən.Ella-da çoxlu çay plantasiyaları, məşhur 9 arches körpüsü var ki, mütləq getmək lazımdı. Piyada gəziləsi istiqamətlərdədir. Amma onu da deyim ki, vaxtınız bol olarsa Nuwara Eliya adlı şəhər də var yaxınlıqda, hansı ki deyilənə görə mükəmməldir və ordan Adam pik-ə çıxmaq olur (biz özümüzə əziyyət vermək istəmədik.) Şri Lankada bir deyim var, “Sri Lankaya gəlib Adam pik-ə çıxmayan dəlidi, amma ikinci dəfə çıxan da dəlidi”. İstənilən halda, bizə söyüş keçmədiyi üçün, 2 gün qalıb yolumuza davam etdik.Ella-dan sonra məqsəd fil görmək idi və son olaraq passiv istirahət edəcəyimiz cənnət məkanı idi. Uzun yollardan biraz qorxandan sonra, bir qrup komfort sevən Azərbaycanlı gənc daha bir mini van daşınıb 120 manata, getdilər həm filə baxmağa, ordan da növbəti şəhərə “Unawatuna”ya.Fillər milli parklarda olur, standart olaraq giriş 30 manatdı adam başı deyəsən, və Jeep falan da kirayələyəndə qalırsan belə. Əslində gedirdik ora, sadəcə öyrəndik ki, onun yanında balaca fillərin evi var (yetimxana kimi) harda ki, onları yemləyirlər və sən baxırsan, 5 manat verib ora getdik ora. İnstaqramda adı “Udawalwe Elephant transit home” kimi çıxırdı. Yolüstü isə məşhur Udawalawe Milli Parkının yanından keçirdik və içəridəki nəhəng fillər düz yolun qırağına qədər gəlmişdi. Sürücü saxladı, düşdük şəkil çəkdirdik sağlığınıza, qoyduq instaqrama. Məndə çox da yaxşı alınmamışdı deyə şəkil, story kimi atdım. ???? 30 manat da qaldı cibimizdə.Və, və, və çatdıq cənub sahilinə. Unawatuna-ya. (Nooit Gedacht Heritage Hotel).4 nəfərlik idi otaq, Bakıdan yazıb soruşmuşduq, dedilər 5 nəfər də qalsa okaydi. Amma 1 nəfər üçün səhər yeməyinin pulunu verdik. 10 dollar deyirdilər, 5 dollara saldıq. Adam başı 3 gecə 4 günə 100 manat çıxdı. Baha deyil. O biri yerlərdə qırtmışdıq ki, burda baseyn və s. kimi yaxşı yerdə qalaq. Dostlarım okean-okean deyib dil tökürdü, amma yaşıllıqda olan o baseynin möhtəşəm isti suyu min dənə hind okeanına dəyərdi.Ən gözəl çimərliklər burdadı. Google-da nə çıxsa qabağınıza bilin ki burdadı. Yağış sezonunun sonu idi deyə 3 günümüzdən 1-i çiskinli keçdi. Amma həmin vaxt ərzində də məşhur Sri Lankan Ayurvedic massajından faydalanmış olduq. 1 saat bütün bədən (almost) 30 manat deyirdilər, amma dil töküb 15 manat (1500 rupi) verib adama, şelləndik.Orda yaxında Dalawella beach var, hardaki palmadan o məşhur yellənçək asılıb. Dirəşsəniz, bounty-nin reklamın çəkmək olar. Və mütləq şəkildə Unawatunadan cəmi 5 km məsafədə yerləşən Galle şəhərinə gedin, möhtəşəmdi.Uçuşumuz üçün Colomboya qayıtmalı idik, oteldən günorta çıxdıq ki, çemodanlarla Colomboda çox gözləməyək. 3 manata aparır avtobus. Ekpress avtobusa mindirmək istəsələr razı olmayın, şəhərin mərkəzindən çox uzaq saxlayır o, gərək bir o qədər də yol gedib çatasan Colombonun mərkəzinə.Evdəkilərə və dostlara alınacaq bir şeylər qalıbsa, Colomboda son pullarınızı və enerjinizi xərcləyə bilərsiniz. Şəhərin səs-küyündən həzz alıb, bezib, biraz eqzotik meyvələr alıb hava limanına qaça bilərsiniz.Ümümi marşrut belə idi:Colombo – Sigiriya – Trincomalee (Nilaveli) – Kandy – Ella (Nuwara Eliya) – Udawalawe – Unawatuna (Dalawella, Galle) – ColomboBu yazılanlardan başqa şimal sahillərində Jaffna şəhəri var, sadəcə bizim plandan çox kənarda idi, Jaffna yerdən qaynayan təbii sularına görə məşhurdur.Digər ip ucuları:Pulunuzu nəğd aparın, çox az yerdə kart işlənilir.Yaş salfetdən bol-bol aparın. Avtobusda və ya tuk-tukda uzun yol gedəndə, üz tüstüdən çirk olur.Siqaret çəkənsizsə (arabir olsa da belə) Bakıdan kisə-kisə alın aparın orda 15 manatdan ucuz tapmaq çətindi.Çox içənsizsə biraz pauza edin, yerli pivə Lion Beer ən ucuz halda 3 manat olur. Bəzi hallarda da dalınca qaçırlar ki, butulkanı qaytar.Sosial media manyakısınızsa, başınız sağ olsun. Wi-fi gücnən tapırsan, tez-tez də evin yiyəsinə deyirsən ki bir dənə onu söndür yandır da, şəkil paylaşılmır nəsə. İlişdi yenə.Və tam ruhunuzla sevin yenilikləri. İnsanların sizə həyəcanlı baxışını, acı yeməkləri, yanıltmaca oxşayan dillərini, ditdililəri (“OFF” alın aparın), və eyni zamanda göz oxşayan yaşıllıq, vəhşi təbiətlə birbaşa təmas, ruhun dincəlməyi, okean suyunun inanılmazcasına dəriyə müsbət təsiri, Pidurangala-ya çıxandaki o həyəcan və günəş batımı, kokosdan hazırlanmış müxtəlif kokteyllər və ən gözəli, 2 manata ananas freş ^^Əlavə suallarınız yaranarsa:IG: @rufat_dashdamirƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Knl Esgerova

3349 dəfə oxunub

Hollandiyada nəqliyyat

Hollandiyada nəqliyyat ümumi götürdükdə heç də ucuz deyil. Buna baxmayaraq, bir çox hallarda ucuz səyahət etmək mümkündür. Bunun üçün isə Hollandiyada nəqliyyatın neçə işlədiyini bilmək və hansı endirimlərdən istifadə etməyi bilməlisiz. İlk öncə başlayaq Hollandiyadakı nəqliyyat kartından. Burada rəsmi nəqliyyat kartı – OV-Chipkaart deyilir. Əgər Hollandiyaya bir neçə günlük gəlirsizsə, bu kartdan almağınız mütləqdir. Əks təqdirdə hər kağız bileti üçün əlavə 1 avro ödəyəcəksiz. Avtobus/Metro/Tramvaylarda isə səyahət daha baha olacaq, çünki orada saatlıq və ya günlük biletlər almalı olacaqsız.OV-CHIPKAART (Qatar/Avtobus/Metro/Tramvay kartı)Bu kartın qiyməti 7 avrodur. Bir neçə növləri var. Disposable, Anonymous, Personal, Business. Disposable bir dəfə istifadə oluna bilər və içinə əlavə pul yükləmək olmur. Kağız-kart formasında olur. Günlük disposable kartlar isə 24 saat istifadə oluna bilər, ancaq ondan sonra istifadə oluna bilməz. Anonymous da buna bənzər olsa da, plastik formada olur və içinə pul yükləyərək istədiyiniz qədər istifadə oluna bilər. Anonymous karta heç bir xüsusi endirim yükləmək olmur, yalnız ças-pik saatlarından kənarda 40% endirimdən başqa. Bunlar barədə ətraflı daha sonra. Personal kartlar isə Hollandiyada hər hansı evdə qeydiyyatda olduğunuz zaman əldə etmək mümkündür. Online sifariş oluna bilər yalnız. Bu karta isə hər cürə abunələr və ya endirimlə almaq/yükləmək olur. Business OV-Chipkaartlar isə işlədiyiniz şirkət tərəfindən verilir və içinə şirkətdən asılı olaraq müxtəlif abunəliklər əlavə etmək mümkündür.OV-Chipkaartdan istifadə qaydalarıHollandiya nəqliyyatında check-in, check-out sistemi mövcuddur. Bu nə deməkdir? Qatara minmədən öncə xüsusi yerlərdə (əgər girəcəkdə qapı yoxdursa) və ya qatar stansiyasının girəcəyində qapılar olur ki, bu kartdan istifadə edərək o qapını aça bilərsiz. Buna check-in deyirlər. Anonymous kartlar ilə qapını açmaq üçün hesabda minimum 20 avro olmalıdır. Qatardan düşüb stansiyadan çıxarkən isə kartı yenidən istifadə etməklə stansiyanı tərk edə bilərsiz. Buna check-out deyirlər. Bu zaman isə sizin mindiyini stansiya ilə endiyiniz stansiyanı nəzərə alaraq ona uyğun pulu, öncədən depizot kimi saxladığı 20 avrodan çıxır və qalığı geri qaytarır. 40% endirim olan personal ov-chipkaartlarda isə check-in üçün minimum 10 avro olmalıdır kartda. Ölkədən çıxarkən kartda qalan bütün qalıq pulları stansiyalarda olan NS şirkətinin mərkəzlərindən geri götürə bilərsiz. Ancaq kartın özünü geri verə bilməzsiz. Başqa şəxs olarsa, ona sata bilərsiz.Qatarlar üçün minimum 20 avro, avtobus/metro/tramvay üçün isə müsbət balans olmalıdır. Yəni 0 olsa da olar, yetər ki, mənfi olmasın. Yəni kartda 0 avro hesab ilə avtobusa minib düşəndə hesab mənfiyə düşür. Ona görə avtobus/tramvay/metro üçün kartlarınızda hər zaman ən azı 5 avro saxlamağa çalışın. Check-in və check-out etməyi isə unutmayın! Check-in etmədikdə qatarda yoxlama zamanı 55 avro + gediş haqqı cərimələyəcəklər. Check-in edib check-out etmədikdə isə check-in etdiyiniz zaman rezerv olunan 20 avro (qatarlar üçün) və ya 4 avro (avtobus/metro/tramvay üçün) hesabınızdan tam silinəcək. Belə olan halda isə NS şirkətinə zəng vurmaqla, pulu geri qaytara bilərsiz. Check-out etməmək necə olur? Bəzi hallarda qatar stansiyasında qapılar yoxdur. Sadəcə xüsusi quraşdırılmış qurğular olur ki, onlardan istifadə edərək check-out edə bilərsiz. Çox zamanlar da insanlar unudurlar və beləcə hesabdan rezerv olunan bütün məbləğ silinir. Check-out etməyi unutmayın!QATARHollandiyada ən böyük qatar şirkəti NS-dir. Bütün qatar cədvəllərinə isə (https://www.ns.nl/en) saytından baxa bilərsiz. Burada həmçinin qatarın qiyməti də qeyd olunur. “Show discount and return price”-ın üstünə klikləməklə isə bütün endirimli qiymətləri də görə bilərsiz.AVTOBUS/METRO/TRAMVAYAvtobus və tramvay qiymətləri şəhərdən şəhərə dəyişir. OV-Chipkaart istifadə edəcəyiniz təqdirdə saatlıq, günlük və ya aylıq bilet almağa ehtiyac yoxdur. Yox əgər şəhər daxili çox səyahət edəcəksizsə, o zaman günlük və ya aylıq bilet almalısız ki, bu da şəhərdən şəhərə dəyişir. Günlük Amsterdam biletlərinin qiymətinə baxmaq üçün bu saytdan istifadə edə bilərsiz: https://en.gvb.nl/gvb-dag-meerdagenkaart. Günlük bilet isə ilk check-in etdiyiniz andan 24 saat ərzində keçərlidir. Bu günlük biletləri isə ya OV-Chipkaarta yükləyə bilərsiz, ya da bir dəfəlik istifadə oluna bilən kart şəklində ala bilərsiz.Səyahət edəcəyiniz ünvanları bildiyiniz təqdirdə və ya səyahət edəcəyiniz yol həm qatar, həm də avtobusdan ibarətdirsə, bu saytdan istifadə edə bilərsiz: https://9292.nl/en.ENDİRİMLƏR (Yalnız qatarlar üçün)Endirimlərə keçmədən öncə bunu bilmək önəmlidir ki, demək olar ki, bütün endirimlər “ças pik” vaxtından kənar üçün nəzərdə tutulur. Hollandiyada “ças pik” saatları 06:30-09:00 və 16:00-18:30 olaraq təyin olunub və bir çox hallarda endirimlər bu saatlar üçün nəzərdə tutulmur. Bileti alarkən şərtləri oxuyun mütləq. Həftəsonları (şənbə, bazar) isə “ças pik” yoxdur və istənilən saatda endirimlə səyahət edə bilərsiz.Hollandiyada qatarlar çox bahadır. Ancaq NS şirkəti sağolsun ki, daimi olaraq endirimlər təqdim edirlər.1. Əgər gələcəyiniz müddətdə təsadüfən qarşınıza AH, HEMA və ya Kruidvat mağazalarının önündə endirimli “Dagkaart” (Day Card) reklamlarını görsəz, mütləq alın. Çünki bu biletlərin əsli 50 avro olsa da, endirim zamanı 16 avro olur və Hollandiya daxili qatarlardan günlük istədiyiniz qədər istifadə edə bilərsiz. Bu kart əsasən də Giethoorn və ya digər uzaq şəhərlərə gediş-gəliş üçün sərfəlidir. Ancaq bu kartlar 2 ayda cəmi 1 dəfə satışa çıxarılır və 3 gün içərisində bitir. Belə olan halda isə bu saytdan istifadə edərək digər endirimləri görə bilərsiz: https://www.treinreiziger.nl/category/treinkaartjes/.2. Ən çox istifadə etdiyim 1 tərəfli 12 avro (istənilən şəhərdən istənilən şəhərə) olan endirimdir (https://www.treinreiziger.nl/treinactie-twee-enkele-reizen…/). Ancaq bunu da almaq üçün gərək 2 ədəd alasız və eyni gündə istifadə etməyə məcbur deyilsiz. Əlavə şərtlər üçün isə sayta baxmağınız mütləqdir. Bir də bu biletləri mütləq çap etməlisiz. Stansiyada 1 avroya çap edirlər. İstifadə müddəti 31 Avqusta kimi.3. Onlayn “Dagkaart” yəni günlük qatar bilet almaq istəsəz, qiyməti 19 avrodur. https://www.treinreiziger.nl/ns-dagkaart-actievandedag/. İstifadə müddəti 31 Avqusta kimi.4. Ən azı 4 nəfər olduğunuz təqdirdə “Group Ticket” ala bilərsiz. Bu biletləri isə NS-in App Store və ya Play Store-da olan “Reisplanner” adlı proqramına yükləyə bilərsiz. Çap etməyə ehtiyac yoxdur. 7 nəfərə kimi nə qədər çox adam olarsızsa, bir o qədər çox ucuz düşər bilet. 4 nəfər üçün isə toplam 30 avro edir. Adam başı 7.50 avro yəni. 1 tərəfli gediş. Bilet almaq və ya əlavə məlumat üçün: (https://www.ns.nl/pr…/…/meest-gekocht/p/groepsticket-daluren)5. Hollandiyadan digər ölkələrə gedən qatar və ya avtobuslara baxmaq üçün isə https://www.nsinternational.nl/en/home saytından istifadə edə bilərsiz. Əlbəttə paralel olaraq https://www.goeuro.com/ istifadə edə bilərsiz.6. Əgər heç bir endirim əldə edə bilməsəz, o zaman Anonymous OV Chipkaartınıza 40%-lıq endirim yükləyə bilərsiz. Bunu ya stansiyada yerləşən aparatlardan ya da bilet mərkəzlərindən kartınıza “Joint Travel Discount” vəya “Combined Travel Discount” (holland dilində isə “Samenreiskorting”) yükləyə bilərsiz. Bunu istifadə etmək üçün isə gərək səyahət edən və kartında 40% endirim olan bir nəfərdən xahiş edəsiz ki, onunla birgə səyahət edəsiz. Yəni yoxlama gələrkən bunu soruşa bilər. Check-out etdikdən sonra yenidən bundan yararlanmaq istəyirsizsə, o zaman yenidən aparat vasitəsilə karta bunu yükləməlisiz.7. 4-11 yaşlı uşaqlar isə hər zaman pulsuz səyahət edirlər. Uşaqlar üçün kartın qiyməti isə 1 centdir. Bu kartı isə yalnız online sifariş etmək olur (https://www.ns.nl/en/season-tickets/kids-vrij.html). Stansiyada yerləşən bilet mərkəzlərindən əldə etməklə bağlı məlumata isə sahib deyiləm.Demək olar ki, bütün əsas məqamları vurğulamağa çalışdım. Mövsümi abunəliklər və biznes OV Chipkaartlar barədə isə ehtiyac olmadığı üçün yazıya əlavə etmədim. Əgər Hollandiyada yaşayırsızsa, o zaman əlaqə saxlayın, bunlar barədə də ətraflı məlumat verməyə çalışaram. Ola bilər ki, bəzi məqamları qeyd etməyi unutmuşam. Əgər belə hal olarsa, bildirin, məmnuniyyətlə məqaləyə əlavə etməyə hazıram :) Xoş səyahətlər!P.S.: Əgər bu məqaləni 31 Avqustdan sonra oxuyursuzsa,https://www.treinreiziger.nl/category/treinkaartjes/ saytına girməklə digər endirimlər barədə məlumatlar əldə edə bilərsiz. Saytın niderland dilində olmasına baxmayaraq google translate-dən istifadə edərək yararlana biləcəyinizə əminəm.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Shamil Mustafayev

1112 dəfə oxunub

Dünyadakı passportların rəngləri və seçilmə səbəbləri

Passportların rəngini incələyəndə, dünyada 4 rəngdə passport olduğunu görmək olar. Hər bir ölkənin, müvafiq rəngi seçməkdə də, adətən öz səbəbləri olur. Bu yazıda bu seçimin nəyə əsaslandığını sizinlə bölüşmək istəyirik. Hava limanında olan uzun növbələr sizi darıxdırarsa sadəcə bu məqaləni xatırlamağa çalışın.Qırmızı, passportlar üçün ən çox istifadə olunan rəngdir. Qırmızı passportu adətən indiki və keçmiş komunist ölkələri seçir. Sloveniya, Çin, Serbiya, Rusiya, Latviya, Rumıniya, Polşa və Gürcüstan vətəndaşları qırmızı passport daşıyıcısıdırlar. Xorvatiyadan başqa bütün Avropa Birliyi ölkələri vətəndaşları da qırmızının müxtəlif çalarlarında olan passportlar istifadə edirlər. Türkiyə, Makedoniya və Albaniya kimi Avrop Birliyinə qoşulmaq istəyən ölkələr isə bir neçə il qabaq passportların rəngini qırmızıya dəyişiblər. Latın Amerikasından isə Boliviya, Kolumbiya, Ekvador və Peru vətəndaşları qırmızı passportlarla səyahət edirlər.Qırmızıdan sonar ən çox işlənən passport rəngi isə göydür. Passportlarda olan göy üzlük yeni dünyanı simvolizə edir. 15 karib hövzəsi ölkəsinin vətəndaşlarının passportları məhz göy rəngdədir. Cənubi Amerika blokunda olan ölkələrdən, Mercosur ticari birliyində olanlar da vətəndaşlarına göy passportlar tədqim edirlər. Bu siyahıda Braziliya, Argentina və Paraqvay var. Venesuela isə burada istisnadır. Ölkə ticari birliyin üzvü olsa da vətəndaşları qırmızı passport daşıyırlar. Birləşmiş Ştatlarda isə passportlar ancaq 1976-cı ildə göy rəngə dəyişilib.Müsəlman ölkələrinin əksəriyyətində vətəndaşlar, məhz Azərbaycanda olduğu kimi yaşıl passportlar daşıyırlar. Mərakeş, Səudiyyə Ərəbistanı və Pakistan burada istisnadır. Buradakı Yaşıl Məhəmməd peyğəmbərin ən sevdiyi rəng hesab olunur. Bundan başqa yaşıl həm də həyatı və yaşamı simvolizə edir. Burkina Faso, Nigeriya, Niger,Fil dişi sahilləri və Seneqal kimi qərbi Afrika ölkələri vətəndaşları da məhz yaşıl passport daşıyıcısıdırlar. Bu ölkələrin vətəndaşlarına yaşıl passport verməsinin səbəbi onların, QADİB-ə (Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi) üzv olmalarıdır.Çox az ölkələrin passportlarının rəngi qaradır. Afrikada Botsvana, Zambiya, Burundi, Gabon, Anqola, Çad, Kongo, Malavi və s. ölkələrdə qara rəngli passportlar istifadədədir. Yeni Zellandiyanın milli rəngi qara olduğundan, orada da vətəndaşlar qara rəngli passportlar gəzdirirlər.Aşağıdakı xəritədə hansı ölkədə, hansı rəng passport istifadə olunduğunu görə bilərsiniz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Babek Musa-Zadeh 

2052 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!