İnqilab və rəqsin ölkəsi - Kuba

Bir ölkəyə azadlıq gətirməklə iş bitmir.Kuba bir çoxumuz üçün uşaqlığımızın simvoludur. Niyə? Çünki uşaqlığımızın keçdiyi kommunizm, nostalgiya, onda hər şey yaxşı idi xəyalları. Biz də məhz bunu bir daha görmək üçün Kubaya getdik.Getdik və... Şoka düşdük. İlk şok aeroportdan başladı. Sərhəd xidməti rahat yoxlayır, amma təyyarədə 3 növdə deklarasiya doldurursan. Sadə vətəndaş pasportu ilə bir də tarjeta de turista almalısan, bir növ vizadır. Bizə onu zorla Bogota aeroportunda minik zamanı satdılar, halbuki bizim pasportlarla lazım deyildi.Aeroportda pul dəyişməli idik. Sən demə Kubaya dollar aparmaq sərfəli deyil, ümumiyyətlə bu ölkədə turist ikinci sort varlıqdır. Onu hərtərəfli soymayana söyüş qoyulub. Yerlilər adi peso, turistlər isə konvertasiya olunan peso, yəni CUC işlətməlidir. Yerli pesonu turistə satmırlar. 100 dollar hardasa 95 cuc-dur, ondan da 12 faiz vergi tuturlar. Əlinə alırsan 85 cuc kimi bir şey.Aeroportdan çıxıb taksiləri görəndə elə bil 1992-ci ilin Naxçıvanına gəldim. Bildiyimiz sovet maşınları elə sovet dövründən qalma və ya Çin istehsallı adını bilmədiyim avtolar. Birinə mindik. Qiymət tənzimləyici yoxdur, mərkəz daxil hara istəsən fix 25 CUC. Sürücümüz çox söhbətcil idi, dedi ki, burada ölkəyə avtomobil gətirmək işinə ancaq dövlət baxır, istədiyi qiyməti qoyur, yəni babat monopoliyadır. Ümumiyyətlə Kubada hər şey dövlət monopoliyasındadır, ona görə də kim necə bilir qazanır. Sonra dedi ki, Kubada yaxşı yaşayan ancaq məmurlar, manıslar və idmançılardır. Bizim ölkəni o dəqiqə tanıdı. Boksa görə.Otelimiz 4 ulduzlu idi, amma ona 4 ulduzlu deməyə 28 şahid lazımdır. Baxımsız, son dəfə tikiləndən sonra remont olunan, iyrənc, köhnə, sınıq salxaq. Həmən qaçdıq ordan və gəldik şəhərə.Şəhərdə bir restoran var. Orda Heminquey yeyirmiş. Ən məşhur yer oradır. Mərkəz pis deyil, amma hər yerdə kasıb insanlar, bahalı restoranlar, qəribə kontrast. Bir kuba ailəsinin evini tutduq. Bizi ora təsadüfən o anda əlində müştəri olan bir bərbər apardı. Müştəri elə yarımqırxıq başla qaldı, çünki bizi aparan oğlan ev sahibləri ilə yarım saat da hansısa oyuna baxdı tv-də...Gəldik bir ailənin evinə. Əslində əla oldu. Əsl Kuba həyatı da gördük. Ev sahibləri səhərdən axşamadək alt paltarında tv izləyən yaşlı kişi və onun hər şeyi (özü də daxil olmaqla) idarə edən arvadı bizi mehribancasına qarşıladılar. Bizə verəcəkləri otağı izah edərkən qadın iki daşın arasında telefonunda bütün sülaləsinin şəkillərini mənə göstərdi. Dedi ki, oğlu Barselonada yaşayır. Bir sevgilisi varmış norveçli, indi ayrılıblar, qız əclafın biri imiş. Qızı da ərdədir, Çiliyə köçüb.Bu arada, deyim ki, Havanada hələ də demək olar ki, heç bir evdə su xətti yoxdur. Suyu hər axşam xüsusi maşınlarla gətirib evlərin ümumi anbarına vururlar.Əşyalarımızı yerləşdirib yaxındakı restorana getdik. Restoran çox fərqlidir. Mağazalarda görməyəcəyiniz məhsullar təqdim olunur. Deyirlər ki, onları fərqli yerlərdən və baha qiymətə alırlar. Qeyd edim ki, kubalılar mal və xüsusən qoyun ətini çox sevirlər. Ortalama qoyun ətimdən olan və çox populyar "ropa de vieja" yəni, bizim dildə desək köhnə paltar adlı ət yeməyi çox məşhurdur. Didiklənmiş və öz suyunda bişmiş qoyun əti, yanında düyü və yaşıl mərcimək və ya qara lobya. Qiyməti 8-9 cucdir. Yəni hardasa 10 dollar. Məlumat üçün deyim ki, orta kubalının əməkhaqqı 40 dollar civarındadır. Ümumiyyətlə, yeməkləri çox dadlıdır. Kolumbiyada mən heç sevmədim yeməkləri, amma Kubada superdir. Xidmət personalı çox mehribandır və demək olar ki, mərkəzdəki hər bir babat restoranda canlı musiqi var. Kofe isə ayrı aləmdir. Pivə adidir. Yaxşı və maraqlı kokteylləri var.Şəhər kasıb olsa da milçək və ağcaqanad demək olar ki yoxdur. Axşamlar sərin olur, dənizlə bağlıdır bu yəqin.Kubalılar çox səsli-küylüdürlər. Yüksək səslə musiqi qoyub evlərinin qapısına çıxır, orda oturub söhbət edir, rəqs edirlər. Hətta bir maraqlı hadisə danışım. Bir axşam aşağı mərtəbədəki evdə yenə yüksək səslə musiqi səslənirdi. Biz də yuxarıda, eyvanda oturmuşduq. Birdən üzbəüz binadakı eyvana hirslə, əlində tv pultu ilə bir qoca çıxdı. Elə ağzını açdı ki aşağıdakıları söysün, bu dəmdə musiqi sədaları altında rəqs edən balaca qızı gördü. Kişi bir anda yumşaldı, pultu qoyub ona əl çalmağa və alqışlamağa başladı.Kubalılar başları dik gəzir. Bilirsiz niyə? Çünki ölkədə internet yox kimi bir şeydir. İnternet üçün kart almalısan, evdə dial-up ilə qoşulursan. 30 saatı 10 dollardır. Elə bu səbəbdən hamı real yaşayır, uşaqlar yarımlüt küçələrdə oynayır, qadınlar söhbət edir, kişilər də onlar kimi.Kolumbiyadan fərqli olaraq kubalılar qırsaqqız deyillər. Sənə kömək edərlər, əvəzində balaca bir bəxşiş istəyirlər. Yəni sən yaxınlaşmasan, sənə yapışan yoxdur.İnsanlarından söz düşmüşkən, qızları da, oğlanları da çox yaraşıqlıdırlar. Peru və ya çilililər kimi dıbır və formasız deyillər. Əksinə, avropoid irqi ilə qarışanları çoxdur deyəsən, sarışın mulatlar çoxdur. Bax o seriallarda baxıb ispan qızı hesab etdikləriniz elə məhz kubalı, venesuelalı və argentinalılardır. Qızları elə formalıdır ki, hətta mən belə ağzıaçıq baxırdım. Bir problemləri var, o da azca qarınları var. Amma bu onlarda gözəllik sayılır. Hətta gömrük, polis kimi işlərdə çalışan qızlar çox qısa yubkaların altından bizim şit hesab etdiyimiz tor corablar geyinir və bu normaldır.Nə edək, gəlsin Kuba səyahətinin son hissəsi. Sonra bir də həvəsim olsa sizə Kolumbiyadan bir dənə də yol xatirəsi yazaram.Kuba demişkən, necə ola bilər ki, Fidel Kastro və Çe Gevaradan danışmayaq?Kubada bu iki şəxsi kult dərəcəsinə çatdırıblar. Amma əslində kubalılar onları dilənçi kökünə salıb dünyadan təcrid edən bu iki qəhrəmanı elə də sevmirlər. Hamı yavaşca, aşkarca şikayət edir. Necə etməsinlər?Mən jurnalistəm, ispanca da bilirəm. İmkan olan hər yerdə yerlilərlə söhbət etməyi, müşahidəni sevirəm. Sizə bir məqam danışım, daha aydın anlayacaqsız. Şəhərin mərkəzində, hətta bus tour-un da xəritəsinə düşən bir ticarət mərkəzinə də getdik. Dedik həm baxaq, həm də içindəki marketə girib su alaq. Market deyirəm ee sizə. Yaşı 35-dən yuxarı olanlar, 1988-1997-ci illərin kənd mağazalarını xatırlayırsız? Bəs assortimenti? İki cüt bir tək seçimi? Elə həmin vəziyyətdir. Piştaxtalar boşaraq, 1-2 adda və keyfiyyəti şübhə doğuran mallar, bədbin alıcılar, satıcılar... Biz kassaya əlimizdə su ilə yaxınlaşanda bizdən əvvəlki xanım aldıqlarını kassaya vurdururdu. İçində hardasa 60 pesoluq (2 dollar təxminən) bir ketçup vardı. Kassir onu vuranda elə ifadə ilə baxdı ki, sanki qadın 4 dənə Cartier saat, 6 Tiffany üzük almışdı. Kubalılar belə şeylər almır.Ölkənin əsas gəlirlərindən biri tütün istehsalıdır. Kuba sigarları dünyada məşhurdur və ucuz da sayılmaz. Amma mərkəzdə yerləşən fabrikə sanki bir həftə əvvəl bomba düşüb. İşçilər hazır məhsulu oğurlayıb ara küçələrdə satır. Açıq yox, məhlədə dururlar, yaxınlaşırsan istənilən adama və deyirsən ki tabak almaq istəyirsən. Səni dar, kasıblıq və çirkab yağan bloka salıb pilləkəkənlərlə harasa aparırlar. Bu arada, Kuba tam təhlükəsizdir, ürəklə gedə bilərsiz. Sonra sizə mağazalarda dənəsi 10 dollar olan siqarları yarı qiymətinə satırlar. Üstünə də aksiz, keyfiyyət nişanı vururlar. Vəssalam. Qiymət danışa bilərsiz.Havana yarımuçuq binalardan ibarətdir. İndiki hakimiyyət 1952-də inqilab edib və ondan sonra da ancaq cibinə işləyib. Bunu sizə açıq deyirəm. Hamıya qəhrəman kimi sırınan Çe Gevara isə ən adi quldur və başkəsən olub. Bunu da orda adi insanlar deyirdi. Haqqında da oxuya bilərsiz. Bu gün dünyanın hər yerində, xüsusən Mayamidə bütöv köçmüş nəsillər var. Və bu axın davam edir.Havana turizm üçün ağlayır. Möhtəşəm dəniz çimərlikləri, təbiəti, insanları, mədəniyyəti, musiqisi... Amma bir yandan da hökumətin axmaq sanksiyaları. Turistə suyu 1 dollara sat, yerliyə 10 pesoya. Amma yenə də şəhər turistlə doludur. Bir meksikalı turist bizə danışırdı ki, Kubaya rahat nəfəs almağa gəlir. Çünki burada kriminal yoxdur, qorxmursan.Nəticə. Kubaya gedirsizsə hər cür ehtiyatınızı görün. Bütün biletlərinizi çap edib əlinizə alın, interneti unudun, dadlı yemək və möhtəşəm canlı ifaya hazır olun. Kuba kokteylləri için. Kubalılar çox qürurludur, onlara təşəkkür etməyi bilin. Onlar da sizə edəcək. Kubaya gedib hələ də suya qarışdörılan toz meyvə suyu ilə keçirilən ad günləri də görəcəksiz. Mütləq keçi dərisindən əl ilə hazırlanmış çanta və ayaqqabı alın. Bunlar çox ucuzdur. Qiymət danışın, bu realdır.Kubaya bir də gedərəmmi? Yox, çünki mən komfort və rahatlıq sevən insanam. Otel, yemək barədə kaprizlərim var. Və sırf acgözlük səbəbindən dağılmış şəhəri yox, çiçəklənən ölkə görmək istərdim. Kubada bu sistem daha 2-3 il sürər yəqin, gedib indiki sistemi görməyə vaxtınız azdır.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Vento Favoravel

2924 dəfə oxunub

Dərslik səhifələrindəki Madrid

Madriddəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Madridə getmək mənim çoxdankı arzum idi, hələ universitetdə ispan dilini oxumağa başlayanda bu sevdaya düşmüşdüm, amma nəsə alınmırdı, arzunun gerçəkləşməsi düz 10 il sonra mümkün oldu.Turizm ilə bağlı verilişlərdə belə bir format var, iki insan eyni şəhərə gedir, birinə zəngin həyat- bahalı otellərdə gecələmək, muzeylər və konsertlərdə iştirak, birinə isə kasıb həyat – parklarda yatmaq, kafelərdə yemək, hostellerdə qalmaq nəsib olur. Mənim də səfərim bunlardan idi, yəni Madriddə zəngin, Barsada isə kasıb olacaq və hər şeyə qənaət edəcəkdim ????Biletlər: Madridə Bakıdan ucuz bilet tapmaq çox çətindir – xüsusən də avqust və sentyabr ayları üçün, mənim viza alacağıma ümidimin az olduğu üçün  biletləri almağa gecikdim, ona görə ucuz biletlərlə bağlı məndən məsləhət gözləməyin.Qalma yeri: Madriddə qonaq qaldığım üçün qalma xərcim olmadı, evin şəklini isə aşağıda görə bilərsiniz. Barselonada isə günü 20 avrodan, 5 gün hosteldə qaldım, müxtəlif ölkələrdən olan qızlarla eyni otağı paylaşdıq. Sadəcə hostel o qədər də yaxşı vəziyyətdə deyildi, ona görə oradan şəkil paylaşmıram. Amma linkdən girib tanış ola bilərsiniz.MadridMadridə getsəniz, mütləq Plaza Mayora və Puerta del Sol-a baş çəkin. Deməli bazar günləri Plaza Mayorda “marka” yarmarkası olur, marka üzrə bilicilər hamısı kataloqlara baxır, seçir, marka alış-satış ilə məşğul olur. Maraqlıdır ki, bütün markalar kataloqlaşdırılıb və hamısının qiymətləri bəllidir, bu qədər alıcılar bir yerdə olması, markalara baxıb sövdələşməsi maraqlı mənzərə yaradır.Həmçinin RastroRastro-da insan əlindən tərpənmək olmur, bu da ancaq bazar günlərinə aiddir, amma yarmarka bitəndə hər şeyi elə təmizləyirlər ki, sanki burda heç bazar salınmayıb. Qiymətlər də münasib olur, insanlar əl işlərini və s. satışa çıxarır.Madridin simvoluMoruq ağacına söykənmiş Ayı bu heykəlcik Madridin əsas simvollarından biridir.  Bu rəsm həm də Madridin gerbində əks olunur. Ayı Kral  XI Alfonsunun paytaxt yaxınlığında ovladığı ayının şərəfinə gerbə düşüb, həmçinin bu ərazilərdə moruq ağaclarının bol olması və onların gerbdə əks olması həmin torpaqların kimə məxsusluğuna işərədir. Gerbdəki ulduzlar Böyük Ayı bürcünə, Tac isə monarxiyaya işarədir. Yəni gerbin kral ailəsinə məxsusluğunu göstərir. Heykəlin müəllifi isə  heykəltaraş Antonio Navarro Santafédir.Madriddə baş çəkə biləcəyiniz yerlər sırasında Prado muzeyi, Real Palacio de Madrid, Santiago Barnabeu stadionu və muzeyi də var. Özümü hansısa futbol klubunun fanatı hesab etmirəm. Amma ki, Real mənə bir köynək daha yaxındır.Bəs sizin Zidanla şəkiliniz var :)İspanlar yeni ili Plaza Mayor-da qarşılayır. Saat 12-nu vurmağa az qalmış, son 12 zəngdə, əqrəbin hər tərpənişində insanlar ağızlarına bir üzüm qoyur və gələn ilin hər ayının bu üzüm kimi dadlı olmasını diləyirlər.Madriddə gəzəndə sanki illər öncə keçdiyimiz dərsliklərin səhifələrində gəzirdim, Corte İngles, Parque de Retiro, Puerta de Sol, Barrio de Las Austrias, Plaza de Espanya, Gran Via – hamısı mənə necə də doğma idi.Mənim ən sevdiyim məkanlardan biri isə Escorial oldu.Escorial Austrias sülaləsindən olan kral ikinci Feliepenin istirahət iqamətgahı olub. Burada İspaniya tarixinin təqribən  600 əsrlik bir dövrü əks olunur. Escorial özündə həm də kilsə, məqbərə, kralın və onun xanımın otaqlarını və rahiblər üçün nəzərdə tutulmuş binaları birləşdirir, burada hələ də Auqustin ordeninə məxsus rahiblər də yaşayır. II Felipe özünün əzəmətini və gücünü göstərmək üçün möhtəşəm kitabxana da düzəltmişdir və bu o nadir kitabxanalardandır ki, burada kitabların ənənəvi qaydada deyil səhifələri çölə doğru düzülüşü ilə qarşılaşmaq olur. Səhifələrin kənarı isə qızılla işləndiyindən kitabxanadakı kitabların hamısı eyni qaydada qızılı görünür. Bu da bir daha həm kralın gücünü və zənginliyini nümayiş etdirir, digər tərəfdən isə kitabları həşəratlardan qoruyur. Onların, kataloqlar əsasında hansı kitab olduğunu müəyyən etmək olur.Amma Escorialın ən gözəl hissələrindən biri iki sülaləyə məxsus kralların dəfn olunduğu hissəsidr. Burada krallar və kral anası olmuş kraliçalar dəfn olunub. Yəni kralın bir neçə arvadı olsa belə, onlardan yalnız növbəti kralın anası olmuş xanımlar bu şərəfə müəssər olur.Eyni bir məqbərədə bu qədər kralın nəşinin olması da çox nadir hadisələrdəndir və dünyada demək olar ki yeganədir. Söhbət iki sülalə Austrias və Burbonlardan gedir.  Foto çəkilişə icazə verilmirdi deyə demək olar ki, heç nə çəkə bilmədim.İspanlar deyir ki, Austrias sülaləsi bütün dünayaya sübut etmiş ki, qohumlarla evlilik pis nəticə verir. Belə ki, onlar yalnız öz sülalələrinə məxsus xanımla evlənirmiş və nəticədə hər növbəti varis əvvəlkindən daha zəif olurmuş və son varis isə II Karlos (El hechizado), yəni lənətlənmiş adı ilə tanınıb. Övladı olmadığı üçün o Austrais sülaləsinin İspaniyadakı hökmranlığını başa çatdırıb və beləliklə bu gün də formal olsa belə davam edən Burbonlar sülaləsinin İspaniya hökmranlığı başlayıb.Tarixi faktlarla sizi çox da yormaq istəmirəm. Amma Escoriala mütləq gedin.Madriddə vaxtınız çox olsa yaxınlıqdakı Toledo şəhərinə də baş çəkin.Burada ən azı Familia Sagrada qədər əzəmətli olan Cathedrala da girə bilərsiniz.Baş çəkdiyim digər məkanlardan biri isə Valle de Caidos oldu – bizim dildə təqribən şəhidlər xiyabanı anlamına gəlir. Bu abidə isə vətəndaş müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidədir. General Fransisko Frankonun da məzarı burada yerləşir. Onun əleyhdarları məzarın abidədən çıxarılmasını və başqa yerə köçürülməsini tələb edir.Ardı var...Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Konul Soltanova 

1616 dəfə oxunub

Avropanın romantik şəhəri - Porto

Portodakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Sizə danışım Portuqaliyanın ikinci ən böyük şəhəri Portodan! Oktyabrda Lissabonu gəzdikdən sonra üz tutduq Portoya.Lissabondan Portoya getmək üçün bir neçə yol var idi. Ryan air ilə 9 avroya biletdən tutmuş, 18 avroya buslar və 22 avroya trainlər. Lissabondan 2,5-3 saat uzaqlığda yerləşən Portonu gəzmək üçün 2-3 gün bəs edəcəkdir. Sahil boyunca ətrafı da müşahidə etmək, görmək istəyirdik. Həm mənə 'Oriente station'ın arxitekturası və ümumiyyətlə oradan qatarla getmək maraqlı olduğu üçün traini seçdik. Lisbon gözəldir, xüsusilə qədim tramvayları və çoxlu bilet ehtiyac olmadan görə biləcəyiniz 'miradouro'ları (viewpoint) ilə.Porto daha turistikdi və turistlərin gəzməyi və rahatlığı üçün maksimum imkanları var. Havadan (helikopter, kanat), sudan, qurudan turlar, rahat icitimai nəqliyyat-metro, tramvay, nostljik train və nisbətən ucuz hop onoffları. Portuqaliyanın,ümumilikdə isə avropanın ən qədim şəhərlərindən olan Portonun adı əvvəlcə Portus Cale adlanırmış. Portuqaliya adının etonomiyası da buna söykənir. Porto ve Caleni Douro çayı ayırır və bu çay da atlantik okeanına tökülür. Bu çayın üzərində bir neçə körpü yerləşir ki, onlardan da ən möhtəşəmi və görə biləcəiyiniz ən gözəl mənzərə olanı Dom Luis I körpüsüdür.Körpü Gustave Eiffel tərəfindən Eyfel qülləsini inşa etməzdən öncə tikilmişdir. 172 metr hündürlüyü olan körpünün aşağısı avtomobillər yuxarısı isə tramvaylar üçündür. Hər iksində piyadalar üçün keçid vardır. Sadəcə körpünü piyada keçməklə Portoya açılan möhtəşəm mənzərəni izləyərək bu şəhərin nece gözəl olduğunu və ona aşiq olmamağın mümkün olmadığını başa düşəcəksiz. Şəhər olduqca qədimd ivə möhtəşəmdir. Bu qədimliyi rənglər, ornamentlər və şəhərin qeyri adi qədimlik və müassirlik kombinasiyası daha da cəlbedici və təkrarolunmaz edir.Qədim kolorit qorunub saxlanmaqla yanaşı müassir arxitektura nümunələri də Portonu özünəməxsus edir. Fundachao de Serralves, Casa de Musica isə getmezdən öncə mənim listimdə ön sıralarda idi. İnsanları çox mehribandır və istiqanlıdır. Uzun-uzadı həmsöhbət olmağa hazırdılar. Küçədə yaşlı insanlara çox rast gəlmək olar. Bunu digər şəhərlərdə çox müşahidə etməmişdim. Atlantik okeanı sahili boyunca gezmek və az qala mayaklara çatacaq qədər nəhəng dalğaları görmək də xüsusilə zövqvericidir. Çalışın hər yeri müşahidə etmək üçün piyada gəzin amma ehtiyatlı olun Porto enişli və yoxuşludu və bu sizi bir az yora bilər )) Yerli market-bazarlarını gəzib əsl portuqal mühütünü müşahidə edə bilərsiniz,qiymətlər digər avropa şəhərləri ilə müqayisədə nisbətən uzudu. Meyvə və tərəvəzlər bizdəki qiymətlərlə müqayisədə qat qat ucuzdu.Portuqaliyaya gəldikdə nə yeyilməlidir dedikdə ağıla ilk Francesinha gəlir. Francesinha əslində sandwichdir və Kartof qızartması,xüsusi sousla, yumurta ilə birgə servis edilir. Olduqca doyumludur və yaglılığı çoxdur. Qiyməti isə 6 avro. Portodan başqa yerdə bu yeməyi tapmaq mümkün deyil, tapsanız da mütləq qayıdıb yenidən Portoda yeyecəksiniz.Portuqalliyanın milli balığı sayılan Bachalau yəni Cod fish demək olar getdiyiniz hər restoranın menyusunda qarşınıza çıxacaq. Bu balığdan müxtəlif növdə yeməklər hazırlanır və mütləq bir-iki dəfə bu yeməklərin dadına baxın. Cod fish-dın hazırlanan yeməklərin qiyməti isə 12-22 avro arası 'sea food' suplari da çox dadlıdır və müxtəlif növ dəniz məhsullarının qarşığından hazırlanan bir supdur. (12 avro)Pastel de Nata da öz yerində)) Portoya gedib Porto şərabının dadına baxmağı qaçırmağ olmaz. Mağaralarda yerləşən şərab turları var və qiymətləri 7-15 avro dəyişir. Porto şərabları şirindi və istehsal olunan ən yüksək alkaqollu şərabdır. Sahil boyunca şərab mağaraları düzülmüşdür.Portoda diqqətimi çəkən bir məqam bəzi gənc oğlan və qızların xüsusi qara manto yaxud rahib geyiminə bənzər qara palto ilə gəzməkləri idi. Bəzən onların yanında özlərindən yaşca böyüklər də eyni geyimdə olurdu. Fikrləşdim yəqin kilsə təhsili ilə bağlı ola bilər.Sonra isə bir yerli izzah etdi ki, Porto universitetinə tələbələr məhz belə geyimdə gedirlər. Hətta isti sentyabr ayında belə bu qara manto onların üzərində olur.Eyni ilə Harry Potterdəki kimi.Harry Potter demişkən, J.K.Rowling əsərindəki geyimləri də məhz elə Porto universitetinin qara manto geyimli tələbələrindən ilhamlanaraq yazmışdır. 1991-ci ildə Portoya köçən J.K.Rowling Harry Potterin ilk kitabını 'Fəlsəfə daşı'nı yazmağa başlamışdır. O vaxtının çoxunu Portoda qədim bookstore olan Livraria Lelloda keçirmiş və 'Fəlsəfə daş'ını məhz bu bookstorda və Portonun hazırda ən məşhur kafesi 'Cafe Majistic'də yazmışdır.Bu qədim bookstoru gəzməyi unutmayın. Giriş 4 avrodur.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elay Mikayil

2069 dəfə oxunub

Misirə qaynar turla

Qahirədəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Novruz bayramını sevgilimlə Misirdə keçirdik. Trend olan Şarm Əl Şeyx turundan və bütün Misirdən təəssüratları və bütün faydalı məlumatları paylaşıram, əminəm lazımınız olacaq ????????NECƏ YERDI? GETMƏYƏ DƏYƏRMİ?Hazırda Şarm ən ucuz kurort zonalarından biri kimi dəbdədir. Azərbaycandan birbaşa uçuş olmasa da Tbilisi aeroportundan çox ucuz getmək olar. Biz bayram sezonunda getdiyimizdən biraz baha çıxdı amma qaynar turları 220-250 USD yə, Aİ(hər şey daxil) 4-5* otellə əldə etmək mümkündür. Büdcəsi aşağı turistlər üçün çox sərfəli variantdır, çünki ölkə də ucuzluqdu. Benzin litri 0.25USD dir. Pulu manatdan düz 10dəfə kiçikdir (1AZN-10egypt Pounds)İNSANLARI NECƏDİ?Misirin əhalisi əsasən ərəblər olduğundan almaq istədiyin hər şeyə, bütün ödənişlərə bazarlıq etməlisən. Milli mənsubiyyətimiz bizə çox komfortlu və su qiymətinə hər şeyi almağa köməkçi oldu. Taksi 30 dollardan 3 dollara kimi düşürdü, istənilən yerə maksimum 3 dollar ödəyib gedə bilərsiz. Avtobuslar 5 pound-50 qəpikdi. Amma pulun "zdaca"sını vermirlər nəzərə alın.İlk addımdan sizi fırlatmağa, pul qoparmağa çalışacaqlar. Aeroporta qələm götürün, immiqrasiya talonu doldurmalısız, onlar 5 dollara doldururlar amma özünüz rahat edə bilərsiz. Biraz yapışqan və bicdilər, ona görə "uyanık" olun. HAMI, dilənçiyə kimi rus dilində bilir və özünü elə Bakıdakı kimi hiss edirsən.NECƏ İSTİRAHƏT ETMƏK OLAR?Şarm Misirin Asiya tərəfidir və onun daxil olduğu Sinay adasına viza lazım deyil. Amma Afrika tərəfinə, Qahirəyə filan planlayırsızsa elə aeroportda 25 dollar verib ki "nakleyka" alırsız və pasporta özünüz yapışdırırsız. 7 gün rahat hər yeri gəzə bilərsiz. Turunuz 7 gündən çoxdursa gidə pasportu verin polisdə qeydiyyata alsın, pulsuzdu. Sizə otelə gələndən sonra tur gid gəlib turlar təklif edəcək, amma onlar bir qayda olaraq çox bahadı. Şəhərdən 2 qat ucuz tapıb bazarlıq edib daha yarı qiymətinə ala bilərsiz.Əsas gözəllik Qırmızı dənizdə, suyun altındadı. Tiran adası və Ras Muhammad, Mavi Deşik (dünyanın ikinci ən gözəl diving mərkəzi) diving üçün əla yerlərdi. Diving turu maksimum 20 dollardı. Yolda sizə mütləq paltarın, jiletin, eynəklərin və s. lazım olduğunu deyəcəklər, aldanmayın, boş şeydi fırladırlar ????.Dəvədə gəzə, kanyonlara səfər edə, kvadrasiklda səhranı fırlana, bədəvilərlə çay içə bilərsiz. Amma heç kimə heç bir kömək eləmələrini istəməyin. Sizə şəklinizi çəkməyi, dəvəyə mindirməyi, çantanızı maşına qoymağı və s. təklif edəcəklər, bu diqqət və mədəniyyət yox, pul tələsidir və sonra pul istəyəcəklər sizdən, fırladırlar ????QAHİRƏMisirdə benzin çox ucuz olduğundan cəmi 10-15 manata avtobusla Misirin paytaxtına gedə bilərsiz. Şəhərin əhalisi 20 milyondu. Biraz çirklidi, qaradı, amma ucuzluqdu. Mütləq tarix muzeyinə gedin, Faraon tarixinin incilərini, hətta 4 min yaşı olan mumiyanı və qızıl heykəlləri görə biləcəksiz. Muzeyə giriş zamanı fotokameraya pul istəyirlər amma telefonla çəkmək pulsuzdu. GİZAGİZA qədim şəhərdir, məhşur dünyanın 7 möcüzəsindən salamat qalan yeganə Piramidalar bu şəhərdədi. Amma şəhərin arxitekturası əksinə çox pisdi. Tam tikilmiş binalara ölkədə vergi var, ona görə binaların hamısı yarı yarımçıq tikilib.  Piramidaları görmək üçün getmək lazımdı açıq hava muzeyinə, həm Xeops piramidası, həm, digər piramidalar, həm də Sfinks elə eyni ərazidədi. Ərazi çox böyükdü. Məsləhətdi ki, orda icarəyə dəvə ya da at götürəsiz. Nə qiymət desələr yarı qiymətə razılaşırlar. Təqribən 5-10 dollar arası tez gəzib ən yaxşı yerdə şəkillər çəkə bilərsiz. Amma sürən adam şəklinizi çəksə axırda pul istəyəcək, verməyin, çünki fırladırlar ???? Orda qalası olsaz, mütləq otel gəmiləri götürün, çox romantik və rahatdı, çox maraqlıdı.  Əsl papirusu və xüsusi yağlar və ətirləri də bu şəhərdə alın, ucuz və orijinal olacaq. Dedikləri qiymətləri mütləq müzakirə edin, fırladırlar ???? daha ucuz almaq mümkün olacaq.ALEKSANDRİYAAralıq dənizi sahilində yerləşən, Misirin ən gözəl şəhəridir. Misirlilər özləri burada istirahət edir. İndi 6 milyon idi əhalisi, yayda 18 milyon olur. Daha bir 7 möcüzədən biri, Aleksandriya mayakının qalıqlarından tikilən fortla tanış ola bilərsiz. Ora Avropaya daha yaxındır və çox müasir əhalisi var. Əsl dondurma dada bilərsiz. Amma korallar və ya balıqqulaqları almaq lazım deyil, sərhəddən onları buraxmırlar.BÜDCƏ2 nəfər Tbilisidən uçuş və 1 həftəlik 4* otel - 800USD2 nəfərlik Şarm-Qahirə-Aleksandriya turu(1 gecə Qahirədə qalmaqla) - 230 USDDiving - 45USDHədiyyələr, suvenirlər, shopping - 250USDBakı - Tbilisi - Bakı - 105AZNTbilisi yemək və shopping - 200USDSuallarınız olarsa cavablamağa və məsləhət verməyə şad olaram.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Samir Gadirov

2098 dəfə oxunub

Nağılla gerçək arasında: Şri-Lanka

ŞRİ LANKA Bu Novruz bayramında biz Şri Lankaya səfər etmişdik və bu səfərlə bağlı məlumatları sizinlə paylaşmaq istərdim. Ümid edirəm ki, səfər etmək istəyənlərə yardımçı olar. İlk öncə qeyd edim ki, Şri Lanka səfərindən öncə ağlımda müəyyən stereotiplər var idi, gəlin ilk öncə onlarla başlayaq.❓ŞRİ LANKA KASIB ÖLKƏDİR❓Ən sadə müqayisəni öz ölkəmizlə edə bilərik; Şri Lankanın ÜDM həcmi Azərbaycandan 2 dəfə çoxdur (~90 mlrd. $), adambaşına düşən ÜDM isə Azərbaycan göstəricisi ilə, demək olar ki, eynidir (~$4.000). Nəzərə alsaq ki, əhali sayına görə Şri Lanka Azərbaycandan 2 dəfə böyükdür (~20 mln.), əslində, bu o qədər də pis göstərici deyildir. Daha ədalətli olmaq üçün onu demək lazımdır ki, adada orta sinif azlıq təşkil edir, siz daha çox daha aşağı sinif insanları görəcəksiniz. Müqayisəli dünyada biz necə qərb ölkələri üçün kasıb görsəniriksə, Şri Lanka əhalisi də bizim insanlar üçün kasıb görsənə bilər.❓ŞRİ LANKA GERİDƏ QALMIŞ ÖLKƏDİR ❓Keçmiş Britaniya imperiyasının müstəmləkəsi olaraq Şri Lanka 1948-1972-ci illərdə Seylon Dominionu, 1972-ci ildən isə Şri Lanka Respublikası kimi tanınmağa başlamışdır. Təxminən 150 il Britaniya imperiyasının bir hissəsi olması adada dərin iz buraxmışdır. Məsələn, Şri Lankada ingilis dili əsas etniklərarası dildir, ona görə də çoxluq ingilis dilində danışır. Britaniya müstəmləkiçiliyinin ən müsbət cəhətləri ən yaxşı mənada burada özünü göstərir. Siz geridə qalmış və inkişaf etməmiş keçmiş Britaniya müstəmləkəsi tanıyırsınızmı?Baxmayaraq ki, Şri Lankada 25 illik vətəndaş müharibəsi cəmi 10 il əvvəl bitib, turist olaraq siz onun fəsadlarını görə bilməyəcəksiniz. Hər halda ən çox ziyarət olunan qərb, mərkəzi və cənub regionlarda bu tamamilə hiss olunmur.Həmçinin qeyd etmək lazımdır ki, Şri Lanka mənim indiyə qədər getdiyim ən təhlükəsiz ölkədir.❓ŞRİ LANKADA XƏSTƏLİKLƏR GENİŞ YAYILIB, KRAN SUYU İÇMƏK TƏHLÜKƏLİDİR, ÖLKƏ ÇOX ÇİRKLİDİR ❓Maraqlıdır ki, bir çox bloqlarda biz buna tez-tez rast gəlirdik və bizə müəyyən qədər təəccüblü gəlirdi ki, niyə içməli su ilə bağlı məlumatlar belə geniş yazılıb. Halbuki bir azərbaycanlı kimi biz özümüz krandan su içməyə ürək etmirik, ona görə buna görə heç narahat olmaya bilərsiniz. Suyu ancaq butulkada alacaqsınız və onun necə doldurulması ilə bağlı sizdə şübhə olmayacaq, çünki, demək olar ki, bütün butulkaların qapağı xüsusi plastiklə örtülü olur.Şri Lanka təmizliyini görə bizi geridə qoyur. Nə şəhərdə, nə də şəhərətrafı yerlərdə ictimai tualetə girsəniz, nə qoxu hiss edəcəksiniz, nə də çirkli tualet görəcəksiniz. Bütün tualetlər isə duşla təmin olunub. Maraqlısı odur ki, siz küçələrdə də bizim öyrəşdiyimiz zibillikləri və siqaret tullantıları görə bilməyəcəksiniz. Ümumiyyətlə, siqaret ayrıca mövzudur, onunla bağlı yazacam, 9 günlük səfər zamanı mən yalnız barmaqla sayılası qədər siqaret çəkən yerli adam gördüm.Şri Lankaya səfər üçün məcburi vaksinasiya yoxdur, xəstəliyi isə sadə gigiyenik qaydalara əməl etmədikdə hər yerdə tapmaq olar. Yenə də çox narahat olursunuzsa, özünüzlə 1-2 dənə “sanitizer” alıb apara bilərsiniz. Həmçinin orada böyük supermarketlərdə rahatlıqla tapmaq olar.❓ŞRİ LANKA OKEANDA KİÇİK ADADIR ❓Əslində, mən də elə düşünürdüm, ancaq Şri Lanka ərazisinə görə Azərbaycandan cəmi 20% kiçikdir. Yeganə fərq isə ondadır ki, ada Hindistandan bir az aralıqda, cənubda və su damcısı formasında olaraq yerləşib. Şri Lanka əhalisinə görə Azərbaycandan 2 dəfə böyükdür, paytaxt Kolomboda isə 6 mln. insan yaşayır.❓ŞRİ LANKADA ASFALT YOL YOXDUR, NƏQLİYYAT QƏNAƏTBƏXŞ DEYİL ❓Qeyd etmək lazımdır ki, yol infrastrukturu Şri Lankada yüksək inkişaf etmişdir. Burada həm adi yollar, həm də pullu avtobanlar var. Pullu yollar 250-300 LKR (Şri Lanka rupisi) arası dəyişir, bu təxminən 2.5-3 AZN-dir. Yeganə mənfi cəhət ondan ibarətdir ki, şəhərlərarası yollar asfaltlı olmasına baxmayaraq, çox dar və 1 zolaqlıdır. Ona görə də 180-200 km məsafəni maşınla 4-5 saata getməli olacaqsınız. Bəzi şəhərlər arasında qatarlar fəaliyyət göstərir, həmişə I və II class alın, bizim pullar adambaşı 2-10 manat arası dəyişir. Həmçinin, nəzərə alın ki, keçmiş Britaniya müstəmləkəsi kimi burada da nəqliyyat istiqaməti fərqlidir. Sadə dildə desək, yolu keçəndə birinci sağa, sonra sola baxmaq lazımdır ????❓ŞRİ LANKA BUDDİST ÖLKƏSİDİR ❓Bunda həqiqət var, çünki çoxluq həqiqətən də buddistdir, amma Şri Lankda 4 böyük icma var: buddistlər, müsəlmanlar, hinduistlər, xristianlar. Maraqlı fakt ondandır ki, siz kimin hansı dinə aid olduğunu bilməyəcəksiniz. Maksimum taksidə hər hansısa bir əlamətə görə insanın hansı dinə sitayiş etdiyini görə bilərsiniz (kiçik Budda heykəli, Krişna posteri, Xaç və s.) və bu sizin üçün tamamilə lazımsız məlumat olacaq. İnsanlar çox tolerant olaraq birlikdə rahat yaşayırlar. Yeganə diqqət etməli bir şey odur ki, heç bir Budda heykəli qarşısında durub şəkil çəkdirmək olmaz (ona qarşı arxanızı çevirə bilməzsiniz), bu yerli insanlara və Buddaya qarşı hörmətsizlikdir.???? ŞRİ LANKAYA SƏFƏRDƏN ÖNCƏ- Vizanı rahat ya online sifariş edə bilərsiniz ($35) və ya hava limanında ala bilərsiniz ($40).- Bütün hotelləri booking.com vasitəsilə rahat rezervasiya edə bilərsiniz. Bizim 2 nəfərlik 9 gün üçün toplam hotel xərcimiz $520 olmuşdur. Halbuki onun da ən bahalısı məhz 2 gün Kolombo-da qaldığımız 5 ulduzlu Marino Beach hoteli olmuşdur. Digər şəhərlərdə qaldığımız bütün hotelləri də məsləhət görürəm: Sigiriyada “Palmyra Nature Resort” (meşədə kotec), Nuwara Eliyada “The Tea Garden” (çay plantasiyasında böyük villada 2 nəfərlik geniş otaq), Hikkaduwada “Neela’s Guest house” (okean sahilində butik hotel), Kandy-də SW Eco Lodge (şəhər mərkəzində Urban stilində hotel).- Əgər siqaret çəkənsinizsə, mütləq öz ehtiyacınızı nəzərə alıb özünüzlə siqaret aparın. Çünki ən keyfiyyətsiz, ağır və tövsiyə edilməyən siqaret qutusu orada 6 AZN-ə satılır. Ən keyfiyyətli “Gold Leaf” və “Dunhill” (British American Tobacco istehsalı) qutusu isə 14 AZN-dir. Yeganə sevindirici hal odur ki, bizdə olduğu kimi onlarda da siqareti dənə ilə satmaq adəti var.- Kredit kartınızda 200-250 dollar pul saxlayın (nə üçün lazım olduğunu yazacam), qalanları isə USD və ya EUR olaraq özünüzlə cash aparın. Mübadilə ilə bağlı narahat olmaya bilərsiniz, valyuta kursu, demək olar ki, bütün adada eynidir (hətta rahatlıqla hava limanında dəyişə bilərsiniz). Ümumiyyətlə, ölkədə valyuta qəbul olunur, ona görə restoran-kafe və ya hotellərdə rahat USD və EUR ödəyə bilərsiniz. Amma yerli pulla ödəniş daha sərfəli olacaq. Daha rahat hesablama üçün: 100 LKR (Şri Lanka rupisi) = 1 AZN (daha dəqiq, 0.97 AZN), 1000 LKR = 6 USD (daha dəqiq, $5.7 USD).- Şri Lanka ada olduğu üçün xaricdən flora və fauna üçün təhlükə yaradacaq hər bir şey ilə bağlı kifayət qədər sərt siyasətləri var. Ona görə də özünüzlə meyvə, ərzaq, bitki və ya toxum aparmayın. Hava limanında onları sizdən alacaqlar.- Əgər çay plantasiyalarına gedəcəksinizsə, özünüzlə mütləq isti bi şey götürün. Nuwara Eliya və Ella şəhərləri günorta mülayim isti, gecələr isə soyuq olur. Kolombo (sahil), Sigiriya və Kandy (mərkəz), Hikkaduwa, Mirissa, Galle (sahil) çox isti (>30 °C) və rütubətli (~90%) olur. Özünüzlə papaq, günəş eynəyi və gündən qoruma üçün kremlər götürməyiniz məsləhətdir. Həmçinin yaxşı olardı ki, şəxsi gigiyena məhsullarını özünüzlə aparasınız (travel pack – Head & Shoulders, Pantene, Always, Discreet, Blendamed və s.).- Şri Lankanın qərb, mərkəz və cənub regionlarına gedəcəksinizsə, musson yağışları sezonuna düşməmək üçün ən ideal sezon Dekabr – Mart ayları arasıdır, May – Sentyabr aylarında güclü musson yağışlarına düşəcəksiniz. Yox əgər şərq və şimal regionlara getməyi planlayırsınızsa, o zaman ən ideal sezon əksinə May – Sentyabr aylarıdır.- Hər ehtimala qarşı Travel Insurance almağı unutmayın. Onu 1 saata cəmi 15 manata ala bilərsiniz.???? ŞRİ LANKA HAVA LİMANINDAN- Təyyarədə sizə xüsusi miqrasiya sənədi verəcəklər (ABŞ-a səfər edənlər bilər), orada ilk qaldığınız hotelin ünvanını və passport detallarını qeyd edəcəksiniz. Passport Control-da bir problem olmayacaq və demək olar ki, heç bir sual vermədən sizi ölkəyə buraxacaqlar.- Mütləq yerli mobil operatorundan nömrə alın, internet paketlə birlikdə (11GB = $12) nömrə sizə pulsuz veriləcək. Biz Mobiteldən almışdıq, ona görə də həmişə 3G internetlə online olurduq, mən 3G-ni heç söndürmürdüm, gecələr bəzən kinoya baxmağımıza baxmayaraq, 9 gündən sonra məndə hələ də balansda pul qalmışdı. İnternet sürətlidir.- Nömrə aldıqdan sonra Pickme application-nı yükləyin. Bu yerli taksi tətbiqidir, baxmayaraq ki, ölkədə həm də Uber var, yerli olmasına baxmayaraq PickMe daha funksionaldır, Taxify (Bolt) və Uberdən daha geniş imkanları var. Məsələn, əvvəlcədən (bir neçə gün əvvəl dəqiq tarix və saata taksi sifariş edə bilərsiniz). Baxmayaraq ki, PickMe ancaq böyük şəhərlərdə işləyir (digər şəhərlərdə də bəxtiniz gətirsə, tətbiqlə taksi tapa bilərsiniz), onun ən başlıca xüsusiyyəti ondan ibarətdir ki, sizə A və B ünvanları arasında məsafəyə görə 90% dəqiqliyi ilə qiyməti göstərir. Tətbiqlə taksi tapmasanız, küçədəki taksi ilə hansı qiymətlə danışıq aparmağı biləcəksiniz. Qısa məsafələrdə Tuk-Tuk və ya Nano car götürməyiniz məsləhətdir, şəhərlərarası rahatlıq üçün minimum Mini götürün. Avtomobilin növünə görə qiymət dəyişəcək. Hava limanından şəhər mərkəzinə Nano ilə xərciniz 1300-1400 LKR (13-14 AZN) və avtobana görə əlavə 250 LKR (2.5 AZN) tutacaq. Qeyd etmək lazımdır ki, uzun məsafələrdə Mini götürəndə kifayət qədər xərciniz çıxa bilər, amma digər tərəfdən bu daha rahatdır. Bəzi qiymətlər; Colombo – Sigiriya (90 AZN), Sigiriya – Kandy (50 AZN), Kandy – Nuwara Eliya (mütləq qatar götürün = 2.5 AZN), Nuwara Eliya – Hikkaduwa (120 AZN), Hikkaduwa – Colombo (qatar daha uyğundur = 2 AZN). Şəhəriçi taksi xərciniz 1-5 AZN arası dəyişəcək.????COLOMBO• Tipik paytaxt şəhəri və meqapolisdir. Şri Lankanın bütün şəhərləri arasında ən az bəyəndiyimiz şəhər oldu. Ancaq yenə də sizə maraqlı ola biləcək köhnə Britaniya dövründən qalmış abidələri ziyarət edə bilərsiniz.• İsti və rütubətlidir.• Burada insanlar daha merkantildir. Ona görə də parkda kimsə sizə yaxınlaşıb, ağacları göstərsə, güllər barəsində danışsa və ya nədəsə yardımçı olsa, dini abidənin yanında sizə onun tarixi barəsində danışmağa başlasa, və ya sizə nəsə göstərmək istəsə, əmin ola bilərsiniz ki, sizdən sonda 500-1000 LKR istəyəcək. Ona görə qabaqcadan özünüzü hazırlayın: “Are you going to ask money for that?”, “Shall I pay anything to you?”.• Bəzi restoranlarda menyuda qeyd edilməsə də, sonda sonda ümumi qiymətlərdən başqa cəm üzərinə 15% ƏDV və 10% service fee əlavə edilə bilər. Ona görə bunu əvvəlcədən dəqiqləşdirin. Ümumiyyətlə isə, restoranlarda qiymət çox münasibdir, ancaq spirtli içkilər bizdən daha bahadır. Yerli istehsal Lion Lager pivəsi belə 400 LKR-dən ucuz verilmir restoranda. Bu arada içmək məsləhətdir (Carlsberg istehsalı), məsləhətli pivədir ????• Mütləq T-Lounge by Dilmah kafesinə gedin. Orada hər növ və formada çay və desert tapa bilərsiniz.• Shopping üçün ucuz mallar almaq istəyirsinizsə, Train Station yanındakı bazara gedin və həmişə qiymət öldürün. Əgər yaxşı danışıq aparmaq qabiliyyətiniz varsa, 15 manata satılan bir şeyi 8 manata ala bilərsiniz (halbuki yerli bunu rahat 5 manata alır :D).• Şri Lankanın super yerli paltar brendi var – Odel. Onun mağazasını siz City Centre mall-da tapa bilərsiniz. Qiymətləri bizim Zara, Pull & Bear və Bershka kimidir, amma keyfiyyətinə görə onlardan daha üstündür.????SİGİRİYA• Səfər etdiyimiz ən isti region idi.• Mütləq Pidurangala və ya Lion Rock-da çıxın. Amma istiliyi nəzərə alsaq, bunu ən geci səhər saat 6:30-da açılışda qalxın. Nəzərə alın ki, turist olduğunuz üçün siz adambaşına 50 LKR deyil, 5000 LKR ödəməli olacaqsınız. ???? Ümumiyyətlə, bütün ödənişli muzeylərdə turist kimi 5-10 qat daha bahalı olan bileti almalı olacaqsınız.• Burada mütləq safariyə çıxın, azadlıqda yaşayan xoşbəxt filləri görmək məsləhətdir. Safari üçün ən yaxşı vaxt axşam 4-dən sonra və ya günorta 12-2 arasıdır. Bu vaxtı fillər su içmək və özlərini yumaq üçün gölə yığışırlar. Safari avtomobili sizə bir tur üçün 4500 LKR-ə, Milli Parka giriş isə bir avtomobilə görə 8000 LKR olacaq.• Fillərə minməyin, ölçülərinə baxmayaraq bu gözəl heyvanlar ağrıdan əziyyət çəkirlər, onları əhliləşdirmək üçün onlara əzab verir və zəncirlə döyürlər, ona görə də onları safari zamanı kənardan izləmək daha yaxşıdır.????KANDY• Şri Lankanın ən fərqli şəhərlərindən biri, burada çoxlu sayda park, abidə, şəhər mərkəzində isə göl var. Burada məşhur Budda müqəddəs evi var, sübhdə (7 am) və ya axşam (6:30 pm) dini mərasimlərdə getmək daha məsləhətlidir.• Gecə istirahət üçün mərkəzdə yerləşən Sky Lounge-a getmək olar.• Təəssüf ki, biz Kandy-də yalnız gecələyib və oradan qatarla Nuwara Eliya-ya getmək üçün gəlmişdik, ona görə də bu şəhər haqqında geniş məlumat verə bilməyəcəm.????NUWARA ELIYA• Şri Lankanın ən soyuq şəhərlərindən biri, gecə temperatur 12-13 °C qədər düşə bilər.• Mütləq çay plantasiyalarını ziyarət edin, ekskursiya istəyirsinizsə, Pedro, Damro (keçmiş Mackwood) və ya Blue Field tea factory-ni ziyarət edə bilərsiniz. Biz Blue Field zavodunu seçdik və çox razı qaldıq. Burada siz həmçinin birbaşa plantasiya çayı ala bilərsiniz, bu çay eksport edilmir və Lipton, Dilmah, Ahmad tea kimi brendlərə satılır, onlar öz əlavələri və dəyişikliklərini edərək bazara çıxarırlar. Ona görə də 100-200qr çayın burada niyə 15-20 AZN olmasına təəccüblənməyin.• Təəssüf ki, çay plantasiyalarında işləyən insanlar bizə reklamlarda göstərildiyi kimi o qədər də xoşbəxt deyil, gündəlik 20kq hədəflə səhər saat 7-dən 5-ə qədər çalışmaqla insanların aylıq maaşı cəmi 150.000 LKR-dir (150 AZN). Ona görə də onlarla şəkil çəkdirmək istəsəniz, mütləq icazə alın və şəkil çəkdirəndən sonra onlara 200-500 LKR hədiyyə edin. Belə onları sevindirə bilərsiniz.• Mütləq Ramboda Falls şəlaləsini ziyarət edin.• Ümumiyyətlə, Nuwara Eliya Kiçik İngiltərə sayılır, belə ki, həm iqliminə görə, həm də burada çoxlu sayda plantator evləri və qədimi binalarına görə. Mütləq Grand Hotel-gedin və orada Magnolia restoranında şam edin və hoteli gəzin. Grand Hotel-də super bar var, orada da gedə bilərsiniz. Magnolia-da gecə bufeti də olur, amma adambaşı 3500 LKR ödəməyə dəyməz. A la carte menu daha münasibdir.• Burada həmçinin The Hill Gentlemen Club var, ora da gedə bilərsiniz, amma nəzərə alın ki, burada adambaşı 200 LKR giriş pulu verəcəksiniz, sonda isə toplam məbləğin üzərindən 25% ƏDV və service fee ödəməli olacaqsınız. Bizim Şri Lankada ən bahalı şam yeməyimiz məhz bu restoranda olmuşdu (5900 LKR = 59 AZN). Həmçinin, burada ciddi dress-code və face control var. Rəsmi geyimdə gəlsəniz, sizin Gentlemen Room-a alacaqlar, əgər pencək və qalstuk olmasa, təəssüf ki, Casual Room-a getməli olacaqsınız. Şortla sizi içəri almayacaqlar.• Bu şəhər bütün Şri Lankada çay plantasiyalarından başqa həm də çiyələk fermaları ilə məşhurdur. Mütləq Adma Agro Strawberry Shop-a gedin.????HİKKADUWA• Hind okeanı sahili. İsti, günəşli, təmiz, hamı üçün açıq.• Mütləq yaxınlıqda yerləşən Mirissa beach və Galle şəhərinə səfər edin.• Galle-də siz hollandların hələ əsrlər əvvəl tikdikləri və indiyə kimi dəyişməyən şəhərini və mayakı görə bilərsiniz.• Həmçinin Unawatuna (Dalawella beach)-da məşhur palma ağacı var. İnsanlar adı ağacdan belə pul edirlər – swing-dən tullanıb xatirə fotosu üçün 500 LKR verməli olacaqsınız. ????• Sahildə kef edin ????????Total Spending for 2 persons for 9 days:- Air ticket: $1000 (Dubai transit)- Hotels: $520- Entertainment, transport & food: $700- Shopping: $300Bütün bu yazdıqlarımı öncədən bilən, planlayan, təşkil edən və büdcələyən həyat yoldaşıma kudos! ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Aliyar Huseynov

5986 dəfə oxunub

Avtraliyanın iç üzü

Artıq beşinci ildir ki, Avstraliyada yaşayıram. Bura gəldikdən az sonra bu ölkənin böyük şəhərlərinə səfər etməyə başladım. Belə baxanda, Avstraliyada böyük şəhərlərin sayı elə də çox deyil – Sidney, Melburn, Pert, Brisban və Adelaida əhalisinin sayına görə ölkənin ən böyük şəhərləri sayılır. Maraqlıdır ki, Avstraliya əhalisinin 91%-i ölkə ərazisinin cəmi 0.22%-ində yaşayır. Yəni, ölkə ərazisinin 99.8%-də əhalinin yalnız 9%-i məskunlaşıb.Qeyd etdiyim kimi, böyük əksəriyyət məhz yuxarıda adlarını çəkdiyim 5 şəhərdə yaşayır. Bu fakt heç də təsadüfi deyil. Belə ki, ölkənin böyük hissəsi (Mərkəzi Avstraliya) yaşamaq üçün əlverişsiz səhralıqdan ibarətdir. Xalq arasında ölkənin bu hissəsinə – səhralıqdan ibarət olan mərkəzi hissəsinə, “outback” deyirlər.Eşitdiklərimdən və oxuduqlarımdan belə qənaətə gəlmişdim ki, bir gün bu səfərə – “outback səfərinə” də çıxmaq lazımdır. Axı niyə adamlar bu regionda yaşamaq istəmir?Digər tərəfdən əvvəllər bu yerlərdə olan dostların “outback”i görmədən “Avstraliyanı gördüm” demək olmaz” fikri də cəlbedici görünürdü. Onların qənaətinə görə “outback” sözün həqiqi və məcazi mənasında Avstraliyanın iç üzüdür. Uyğun bir vaxtda bu səfəri reallaşdırmağı qərarlaşdırmışdım.2016-cı ilin may ayında belə bir fürsət əlimə düşdü və Avstraliyanın iç üzünü görmək üçün Melburndan Darvinə yola çıxdıq. Xoşbəxtlikdən, bu səfər təsəvvür etdiyimdən daha ucuz başa gəldi. Təcrübəmin bu yazını oxuyan oxucular üçün yararlı ola biləcəyini nəzərə alıb burada bir haşiyə çıxıram.Pulsuz maşın kirayəsiNəqliyyat vasitəsini kirayə götürmək heç də hər zaman ucuz başa gəlmir. Xüsusilə də, maşını birtərəfli icarəyə götürəndə şirkətlər, adətən, əlavə cərimə edirlər. Buna səbəb odur ki, müştəri maşını bir şəhərdən götürür, digər şəhərə aparır və geri qaytarmır. Bu isə şirkətlərə ziyan vurur. Şirkətlər maşını öz qarajlarında saxlamağı üstün tuturlar ki, səhəri gün maşını başqa şəxsə icarəyə verə bilsinlər.Məsələn, belə bir vəziyyəti göz önünə gətirin: Kimsə maşını Sidneydə götürür və üç gün sonra maşını həmin şirkətin Melburn ofisinə qaytarır  (Sidney əvəzinə). Tutaq ki, icarə şirkətinə başqa şəxs maşını sifariş etdiyinə görə həmin maşın iki gün sonra məhz Sidneydə lazımdır. Məhz bu səbəbdən, həmin şirkət öz saytında maşını Melburndan Sidneyə pulsuz icarəyə verdiyi barədə elan yerləşdirir. Bundan başqa, həmin adama yanacaq pulu da verilir. Melburn-Sidney yolunu gəzmək istəyən üçün bu səyahət göydəndüşmə olur: necə deyərlər, həm ziyarət, həm ticarət…Biz də bu səyahəti bu yolla etdik. Melburndan Darvinə – təxminən 4500 km məsafəni pulsuz kirayə götürdüyümüz Toyota Land Cruiser ilə getdik. Bizim maşın “yeriyən evlərdən” (campervan) idi. Maşının üstündə 5 nəfərin rahat yata biləcəyi “mini-ev” var idi. Bu “evi” açıb-yığmaq 10 dəqiqəyə başa gəlirdi. Beləliklə, maşına pul verməməklə yanaşı, gecələməyə də pulumuz çıxmırdı. Bundan əlavə, maşının içində yatmaq (yastıq, örtük və s.), yemək, bişirmək (qaz balonu, qazan və s.), yemək yemək (qab-qacaq, çəngəl-qaşıq) üçün lazım olan hər şey var idi.Əgər hansısa səfər zamanı belə variantlar sizi maraqlandırırsa, google-də “car relocation deals”, “campervan relocation deals” axtarın. Avstraliya üçün ən gözəl sayt isə ceseats.com.au-dur.Maraqlı məqamlarSəyahətimiz təxminən 8 gün davam etdi. Səfər boyunca bir neçə maraqlı məsələlər diqqətimi çəkdi.Səyahətin birinci hissəsi – Melburn-Adelaide hissəsi yaşıllıq idi. Adelaide-dan üzü yuxarı boz çöllər, sonra isə qırmızı səhralar gəlməyə başladı. Qırmızı səhra Şimalda Darvinə çatana qədər davam etdi.“Outback” ilə bağlı bir neçə qorxu filmi çəkilib. Bu ərazi hər şeydən, hər yerdən çox uzaq olduğuna görə, qorxu filmi üçün əsl şərait var. Açığı, bu çəkilmiş qorxu filmlərinin çoxu elə olmuş hadisələrə əsaslanıb (Wolfe creek, Snowtown). Məsələn, 90-cı illərdə İvan Milat adlı bir manyak bu yollarda tək səyahət edən turistləri müəyyən yollarla aldadıb öldürürmüş. Beləcə, bir neçə il ərzində 7 nəfər öldürmüş, sonda isə polis tərəfindən tutulub ömürlük həbsə məhkum olunub.Məsafədən söz düşmüşkən, bu baxımdan “outback” həqiqətən də qəribə yerdir. Adelaida şəhərini keçdikdən sonra şəhərciklər arasında məsafə genişlənməyə başlayır. Bəzən bir yaşayış məntəqəsi ilə növbəti məntəqə arasında məsafə 200 km olurdu. Bu 200 kilometr məsafədə isə sözün həqiqi mənasında HEÇ NƏ və ya HEÇ KİM olmur.Hətta bəzi yerlərdə şəhərlər arası məsafə daha genişdir. Məsələn, bu aşağıdakı şəkildə xəbərdarlıq edilir ki, növbəti 1000 km ərzində heç bir mağaza yoxdur deyə, su, yemək almaq lazımdır (şəkli mən çəkməmişəm, outback-in başqa yerində çəkilib).Yeri gəlmişkən, yaşayış məntəqəsi dedikdə, sözün həqiqi mənasında 3-5 evdən və bir yanacaqdoldurma məntəqəsindən ibarət olan ərazini nəzərdə tuturam. Əraziləri keçdikcə Vikipediada onlar haqda yazılanları oxuyurduq. Adətən belə məntəqələrin cəmi 20-25 nəfər əhailisi olduğu məlum olurdu…Amma outback-də hərdən çox “xarizmatik”, özünəməxsus barlara (pub) rast gəlmək mümkündür. Bu barlar turistlər üçün dayanacaq, istirahət, həm də yemək məkanı olur. Belə barların sahibi adətən yaşlı yerli sakinlər olur. İllərdir turistlərlə təmas bu yerlərə xüsusi ruh verir. Bəzən bu pablarda maraqlı kolleksiyalara rast gəlmək olar. Məsələn, outbackin şimalında Daly Waters şəhərciyində yerləşən barda dünyanın müxtəlif ölkələrindən gələn turistlər öz vəsiqələrini, öz ölkə valyutasını və…öz alt paltarlarını bu bara hədiyyə edir və barın sahibi bütün bunları divardan asır. Nəticədə belə bir mənzərə yaranır.Əhalinin sıxlığından söz düşmüşkən… “Outback”də əhali və hətta turist kimi səyahət edən insan və maşın o qədər azdır ki, yolda üzbəüz gələn iki maşın sürücüləri həmrəylik rəmzi kimi bir-birlərinə əl işarəsi ilə salam verirlər.Şəhərlər və yaşayış məntəqələri o qədər seyrəkdir ki, bir şəhərdən digərinə yük daşımaq üçün 1 qoşqulu yük maşınları sərf etmir. Belə deyək, 1000 km yol sürmüşkən, 5 ton əvəzinə 20 ton yük aparmaq iqtisadi cəhətdən daha sərfəlidir axı. Məhz ona görə də, bu yoldakı yük maşınlarının orta hesabla 4-5 qoşqusu olur. Bu baxımdan onlara “road train” (yol qatarı) deyirlər. Bəzi hallarda bu yük maşınlarının qoşqularla birlikdə uzunluğu təxminən 73 metrə çatır.Yolboyu xeyli sayda mal-qara, qoyun və kenquruya rast gəlmək olur. Təəssüf ki, bir çox hallarda onların özlərinə yox, cəsədlərinə rast gəlinir. Buna səbəb isə onların qəfil yola çıxması, sürətlə gələn maşınların isə vaxtında maşını dayandıra bilməməsi olur. Nəticədə, yol boyu heyvan cəsədlərini görmək adi hala çevrilir.Sürət limiti səyahət boyunca 110 (Viktoria ştatında) və 130 km/saat (Northern Territories ərazisində) arasında dəyişir. Yalnız “outback”in şimal hissəsində təxminən 300 km-lik ərazidə sürət limiti yoxdur.Yol çox uzun və darıxdırıcıdır. Hətta bəzi hissələrdə 100 km boyunca sükanı belə fırlatmırsan, sözün həqiqi mənasında düppədüz gedirsən.Həmçinin ətrafın qırmızı səhra olması və landşaftın dəyişməməsi nəticəsində yol yorucu ola bilir. Bütün bunlar avtoqəza üçün münbit şərait yaradır. Bunun qarşısını almaq üçün demək olar ki, hətta çölün düzündə belə hər 5-10 km-dən bir dincəlmək, yuxulamaq üçün yerlər ayrılıb. Bundan başqa, tez-tez yol kənarlarında kəməri taxmaq, yuxunu almağın vacibliyi haqda xatırlatmalara rast gəlinir. Həmin xatırlatmalar bəzən kreativ və sərt ola bilir.Melburndan təxminən 1600 km aralıda yerləşən Coober Pedy şəhəri Melburn-Darvin yolunun demək olar ki, tən ortasındadır. Sən demə, bu kiçik şəhər dünyanın opal (qiymətli daş) paytaxtı imiş. Şəhər sırf opal sənayesi üzərində qurulub. Maraqlıdır ki, buranın təbiəti çox kəskindir. Yay həddən artıq isti olur. Ona görə də, şəhərdə bir çox evlər, müəssisələr (kitabxana, bar, kafe və s.) yerin altında tikilib.Səyahətin ən maraqlı məqamlarından biri də Uluru ziyarəti oldu. Səhranın ortasında yerləşən bu ərazi yerli aborigenlər üçün ən müqəddəs abidədir. Bu təpə həyatda şəkildə göründüyündən daha möhtəşəm, daha əzəmətlidir. Təpənin başına çıxmaq qanunla qadağan deyil, ancaq, yerli aborigenlər bunu təhqir kimi qəbul edir. Ona görə də, bir çox turist onlara hörmət olaraq təpəyə dırmaşmır.Yeri gəlmişkən, bu ərazidə hava çox isti olmasından əlavə, çoxlu milçək və ağcaqanad olur. Ona görə də, bəzən kreativ yollara əl atmaqla canımızı qurtarırdıq.Darvin şəhərinə yaxınlaşdıqca səhralıq yenidən yaşıllıqla əvəz olunmağa başlayır. Şəhərə çatmamış yolumuzu dünyanın ən gözəl və qədim milli parklarından biri olan Kakadu Milli Parkından saldıq. Bu parkın 40 min ildən çox yaşı var. Parkda olan möhtəşəm şəlalələr, ağaclar, zəngin heyvanat aləmi buranın niyə UNESCO-nun Ümumdünya Mədəni İrsi siyahısına salınmasını izah edir. Maraqlıdır ki, parkda gəzinti zamanı dinqo itlərinə, timsaha və digər heyvanlara rast gəldik. Qeyd edim ki, Kakadu Milli  Parkında da Qobustandakı kimi qayaüstü rəsmlərə rast gəlmək olur.Nəhayət 8 gündən sonra Darvin şəhərinə çatdıq. Şəhər əslində kiçik və sadə şəhərdir. Lakin turistlərin çox olması buranın özünəməxsus ab-havası olmasına səbəb olub. Bundan başqa, şəhərin İkinci Dünya Müharibəsi ilə bağlı xoş olmayan tarixi də var. 1942-ci ilin fevral ayında Yapon hərbi hava qüvvələrinə məxsus 200-dən çox təyyarə Darvin şəhərinə hücum edib, şəhərin bir çox strateji obyektlərini dağıtmış, 250-ə yaxın insanın qətlinə səbəb olmuşdur. Yaponların hücumuna səbəb isə, Darvinin strateji mövqedə yerləşməsi və müttəfiq orduları üçün baza rolunu oynaması olmuşdur. Şəhərdə İkinci Dünya Müharibəsinə aid çox gözəl bir muzey var. Yolu ordan düşənlərə həmin muzeyi ziyarət etməyi məsləhət görürəm.Yerli əhali haqdaBir neçə kəlmə də Avstraliyanın aborigenləri haqqında. Mən yaşadığım Viktoriya Ştatında onların sayı çox deyil. Ancaq “outback”in əksəriyyəti yerli aborigen tayfalardır.Mən səyahətdən əvvəl onların ağır və fərqli şəraitdə yaşadıqlaırnı bilirdim. Amma bu qədərini gözləmirdim. Bəzən onların yaşadığı ərazidən keçməli olurduq. Mən belə yaşayış şəraitini ancaq televiziyada, özü də  3-cü dünya ölkələrində görmüşdüm. Çox çirkli və cırıq-yamaq paltarlar, ayaqyalın, aylarla, bəlkə də, illərlə duşa girməmək – bütün bunlar gördüyümüz bir çox aborigen yaşayış məntəqələri üçün ortaq xüsusiyyətlər idi.Bundan başqa, həmin ərazilərdə alkoqolizm və narkomanlıq da kifayət qədər ciddi problemdir. Bir çox yerlərdə (məsələn, nisbətən iri şəhərciklərin barlarında) aborigenlərə içki satılmaması haqda elan yerləşdirilib. Maraqlısı odur ki, bu qadağanı biznesmenlər yox, məhz aborigenlərin ağsaqqalları (bəli, onlarda da bu anlayış var- “elders” deyirlər) qoyub. Problem o həddə çatıb ki, ağsaqqallar hökumətə müraciət edib ki, bizim tayfaya alkoqol satılmasın.Daha başqa bir maraqlı və kədərli fakt: benzin alıb onu iyləmək aborigenlər arasında geniş yayılıbmış. Bu isə təəbii ki, onların sağlamlığı üçün çox zərərlidir. Vəziyyət o həddə çatıb ki, Avstraliya hökuməti həmin zonalarda benzinə əlavə maddə qatıb onun iyini neytrallaşdırmaq üçün xüsusi bir proqram maliyyələşdirib. İndinin özündə də yanacaq doldurma məntəqələrində benzin iyinin neytrallaşdırılması barədə xüsusi elan olur.Qısası, outback səfəri çox gözəl alındı. Məhz bu səfərdən sonra, “Avstraliyanı gördüm” demək olar. İmkanı olan hər kəsə Avstraliyanın iç üzünü görməyi tövsiyə edirəm. Səfərin 4 dəqiqəlik xülasəsinə buradan baxa bilərsiniz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Rashad Hasanov 

1238 dəfə oxunub

Polşanın xizək mərkəzi - Zakopane

Zakopanedəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Bu dəfə Krakova gələndə videolardan görüb nağıllar aləminə bənzətdiyim Zakopane şəhərinə mütləq baş çəkməyi özümə söz vermişdim. Dünyanın demək olar hər qitəsindən, Braziliyalıdan tutmuş Şri-lankaya qədər 10 nəfərlik bir mehriban komandayla yola çıxdıq.Zakopane Krakovdan avtobusla 2-3 saatlıq məsafədə yerləşir. Hər gün transport var, Krakow Glowny stansiyasına gedib kassaya yaxınlaşıb bilet almaq kifayətdir, biletin qiyməti 18 zloty-dur. Biz şəhər mərkəzinə yaxın üzü dağlara gözəl mənzərəsi olan bir villa kirayələmişdik. Bir günlük bu evdən zövq almanın dəyəri ümumi 123 dollara başa gəldi (qrupda isə hər kəs 46 zloty ödədi). Villanın linkini paylaşıram (https://www.booking.com/hotel/pl/willa-u-teresy.tr.html). Təbii olaraq bu şəhərə gəlib xizək sürmədən də olmazdı  Deməli, Zakopane stansiyasından yuxarıda, şəhərə gedən avtobuslar dayanacağına yaxın turist informasiya mərkəzi var. Sən demə, elə oradan ləvazimatları kirayə edir, behini verir, ölçülərini götürürlər, sənin üçün hər şeyi bir gün qabaqcadan hazır edirlər, profesional instruktor da verir və hələ gəlib evdən götürüb səni dağa da aparırlar, sonra şəhər mərkəzinə də gətirib qoyurlar  Və bütün bunların qiyməti bizim Şahdağ rezortu ilə müqayisə edilməyəcək qədər ucuzdu. Həm xizək geyimi, həm ləvazimatları, instruktor və ski pass ilə birlikdə cəmi 200-cə zloty xərcim çıxdı  Necə öyrədirlər? Olduqca dəqiq, praktika ilə, hər kəsə individual yanaşaraq. Mehriban, zarafatcıl və səmimi instruktorumuz Jane sayəsində isə nəhayət bu xizək məsələsini də öyrəndim. Gələk görüləsi gözəl mənzərələrə.Bizə çox yardımcıl, xizəkləri verən turist informasiya mərkəzində dedilər ki, Gubalowka dağına qalxıb oradan sunset, yəni gözəl gün batışı mənzərəsini seyr edə bilərsiniz. Gubalowka dağına qalxmaq üçün şəhər mərkəzində funklyora 22 zloty-a gediş-gəliş bilet alırsınız və möhtəşəm, rənglərə bürünən səmanı seyr etmək fürsətiniz olur. Sadəcə funklyorla dağa qalxdıqdan sonra 20-cə dəqiqəlik biraz yol qət etməyiniz lazım gələcək. Səhəri gün isə Kasprowy Wierch dağına gedib bir tərəfi meşə, digər tərəfi qarlı dağlar olan zirvəyə qalxdıq. Burada kofenizi alıb, yellənən oturacaqlarda oturub relax edə, ruhunuzu dincəldə bilərsiniz. Restoranda kofe üçün 6 zloty, piroq üçün isə 8 zloty pul ödədim. Sonra yadıma bir dönərin 8 manata olduğu Zirvə rezortunun restoranları yadıma düşdü. Bura qalxmaq üçün 40 dəqiqəlik hiking etdik ki, kanat üçün 65 zloty gediş-gəliş məsələsində qənaət edək. Bizim artıq səhər gün skipassımız yox idi. Burada tək baha olan şey kanatların qiymətidir. Amma həmin gün üçün ski pass-ınız varsa, pul ödəmənizə ehtiyac olmur. Sonra şəhərə enib gecə gəzintisinə çıxdıq. Şəhər yolları boyunca bəzəkli yeriyən atlar, işıqlar və arxitektura sayəsində özünü nağılda hiss edə bilirsən. Axşam yeməyini isə “Owczarnia” adlanan bir restoranda yeməyi qərara aldıq. Maraqlı mühiti, canlı milli Polyak musiqi, dadlı ət yeməkləri, möhtəşəm heyəti olan bu restoranda 10 nəfərlik 380 zloty-ə ət seti sifariş etdik və hələ artıq da qaldı  Ümumilikdə şəhər necə deyərlər, huzur dolu, insanları mehriban, yardımsevər və gəzib-görməyə mütləq dəyər bir şəhərdir. Xizək və snoubord həvəskarları üçün xüsusilə highly recommended! Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Maryam Nuruzade 

1283 dəfə oxunub

İstanbula gedən yol əhvalatı

Istanbuldakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Deməli belə. Xeyli müddətdir hər gün deyirəm yazım amma ki hər dəfə niyəsə alınmırdı. Ömrü-həyatımda ilk dəfə ölkə sərhədlərini aşaraq hansısa ölkəyə getmişəm ki, bu da çox istədiyim İstanbul oldu. ????Fevralın 1-i uçuş idi və çox macəralı bir yolçuluq keçirdim. Gediş biletim Bakı-Naxçıvan-Igdır-İstanbul idi. Naxçıvana uçmaq "okey" tamam rahat oldu. Ondan sonra başladı macəra. ???? Naxçıvandan demişdilər ki, avtovağzala taksi ilə ya da şəhər daxili marşrut, ordan da Igdır hava limanına avtobuslar gedir. Mən də təbii ki, rahat gedirəm taksidə. Vağzala çatdım ki, nə? Avtobus yoxdur və heç bir gedəcək başqa taksi də yoxdur. Elə həmin taksi ilə qiymət də bazarlıq edib məni gömrüyə qədər aparmasını xahiş etdim. Ordan da demişdim ki, ilk dəfədir gəlirəm mənə maşın tapmaqda kömək edərsiz. Sağ olsun yaxşı adam oldu kömək etdi. Gömrükdən də bir başqa maşına mindim ki, "vse" da rahat gedirəm. ???? Beh nə getmək, ???? bəxt sözünü deyir. Mindiyimiz maşın qırmızıya düşüb (nə olduğunu bilmirəm) buraxmadılar gömrükdən. Maşında da 2 qadın var idi. Şərurdan alverçidirlər hər gün Igdıra siqaret, çay filan aparırlar satmağa. Gömrükdəkilər də bunları tanıyır deyə növbə gözləmədim tez keçdim.İndi maşın tapa bilmirik. Nə isə bir avtobus var idi ona minib Türkiyə sərhədinə getdik (pulsuz), sonra sərhəddə də bizimkilər bildilər ki, hava limanına gedirəm yol verdilər birinci keçdim amma nə hacət maşın yoxdur. Çox axtarandan sonra TIRlar var idi, onların birini saxladıb mindik. Sağ olsun 35-40 dəqiqə ərzində məni çatdırdı Igdıra ordan da "servic"-lə hava limanına. P.S: avtostop sayılırsa əgər ilk dəfə avtostop macərasını da daddım. Bəxtim gətirdi gecikmədim, çox narahat idim amma çox gözəl yol yoldaşlarım var idi. Nə isə. Saat 6-ya qalmış "uje" İstanbuldaydım amma qarşılamağa gələn düşüb "probka"ya gəlib çıxmır. ???? 1 saat aeroportda yerlərə sərilib kitab oxumaq, camaatı analiz etmək zad ???? vaxt keçdi gəldilər və evə gedə bildim."Money"ə gəldik də, qalmaq üçün ev var idi deyə ona xərcim çıxmadı. Ümumilikdə demək olar ki, mən orda heç pul xərcləmədim. Ancaq özüm tək gəzməyə gedəndə hə biraz, birdə ki hədiyyə filan alanda. Vaxt o qədər sürətlə keçirdi ki, həm də yollar çox uzaq gedəcəyim yerlərə bacardığım qədər əsas görməli yerləri görməyə çalışdım. (Amma doymadım - yayda mütləq təkrar gedəcəm)Sonra Izmite getdim 2 gün də orda qaldım - elə də böyük olmayan bir şəhərdi amma sakit, sevimlidir. ???? Orda da yetərincə gəzdim, hər küçəsini demək olar ki. Tam yaşanılacaq bir yerdi.Və geri dönüş ???????? Azalmi deyim, ya bilet alanmı məndən 1 həftə boyunca xərcləmədiyim pulu cığırda-cığırda aldı.P.S: Uzun və səhvlər oldusa "I'm çox sorry"P.P.S: Ölkə daxili həttda, Bakı daxili hər yerə adaptr və "powerbank"la gedən mən uzaq yerə heç birini aparmadan gedib orda sürünmüşəm ona görə də şəkillər az və belə "keyfiyyətlidir".Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Əsmər Mammadova

2298 dəfə oxunub

Gürcüstan-Polşa səyahəti

Salam, Gəzəyənlər Bu ayın əvvəlinə təsadüf edən Gürcüstan-Polşa səyahətim haqqında:Adəti üzrə biletləri və qalacağım yerləri səyahətimdən 3 ay öncə planlayıb almışdım. Bu dəfə səfəri Kutaisidən planlaşdırırdım. Həmin istiqamətdə də Wizzairin uçuş qiymətlərini izləyirdim. Wizz klub istifadəçilərinə 20% endirim olduğu gün Kutaisi-Wroclaw (31 Mart) uçuşuna biletimi aldım. Onuda qeyd edim ki, Kutaisidən bu şəhərə ilk uçuş idi.Səfirlikdə viza müracəti üçün görüş təyin etdim. Polşa səfirliyi tək booking.com vasitəsiylə rezervi qəbul etmədiyindən rezervasiyadan sonra hostellə əlaqə saxlayıb qalacağım günlər haqqında imzalı və möhürlü sənəd tələb edib aldım. Səfirliyə Viza müraciətimdən 1 həftə sonra vizamı aldım. Əvvəlkinə nisbətdə çox çox rahat Uçuşumdan 1 gün öncə Tbilisiyə yola düşdüm. 5 saatlıq Tbilisi gəzintisindən sonra Didube metro stansiyasında yerləşən avtovağzaldan Kutaisiyə yola düşdüm. İlk dəfə idi Gürcüstanda olurdum; Təbiətinə heyran oldum. Tbilisi-Kutaisi yolunun uzun və yorucu olduğunu eşitmişdim və belədə gözləyirdim. Əksinə oldu; Səliqəli və rahat yol, yaşıllıq, dağ, meşə və s.1 gecə Kutaisidə 20 lariyə (14 azn) tutduğum evdə qaldım. Çox rahat, təmiz, səliqəli ev idi. Ev sahibləri də Bakıdan gəldiyimi biləndə öz yaxın qohumları gəlmiş kimi davrandılar.Səyahətin ikinci günü ev sahibləriylə səhər yeməyi yedikdən sonra Kutaisi aeroportuna yola düşdüm. Rahat olması üçün taksidən istifadə etdim.(20 lari-14 azn) Kutaisi avtovağzalından 2-3 lariyə aeroporta avtobuslarda gedir. Mərkəzdən aeroporta təxmini 20-25 dəqiqəlik məsafədir.Bakı-Tiflis(12 azn)Tiflis - Kutaisi(10lari-7 azn)Kutaisi-Wroclaw (Wizzair 9 eur)Wroclaw-Warsaw (Flixbus 3 eur)Warsaw-Krakow (Flixbus 15.8 eur gediş-gəliş)Warsaw-Budapest (Wizzair 9 eur)Budapest-Bakı (Wizzair 29 eur)Planet Hostel (Warsaw) 4 gecə/səhər yeməyi daxil - 44eurVarşava- Bu şəhərdə ən çox xoşuma gələn ictimai nəqliyyat sistemi- tramvay oldu. İstədiyin yerə tez və rahat çatmaq olur. Həm də tramvay şəhərə başqa bir gözəllik verir. Səyahətim Paskaya təsadüf etdiyindən bir çox yerlər; muzeylər, alış veriş mərkəzləri, mağazalar bağlı idi. Təkcə kilsələrdən başqa.. Polyaklar dinlərinə çox bağlı xalqdırlar. İlk dəfə idi kilsədə Paska nın keçirilməsinə şahid olurdum.Varşavada Elm və Mədəniyyət sarayı, Qədim şəhər meydanı (Old Town), Chopin ev muzeyi, Lazienki park, Açıq havada yerləşən Polşa Hərb muzeyi və s. görülməyə dəyər yerlərdəndir. 2 -3 gün kifayət edər bu şəhəri gəzməyə..Vroclav - Balaca heykəllər şəhəriQədim şəhər meydanı(Old town), Tumski körpüsü, University Church, Wroclaw Milli Muzeyi görüləsi yerlərdəndir. 8-9 saat bəs edər bu şəhərin əsas yerlərini görməyə..Krakov - Polşaya səyahət edəcəksinizsə əgər bu şəhəri mütləq görün deyəcəm. Paytaxt Varşavadan avtobusla gəlsəniz 5 saatlıq məsafədə yerləşir Krakov.. Vağzaldan şəhərin mərkəzinə 15-20 dəq piyada gəzərək gəlmək mümkündür. Digər 2 şəhərə nisbətdə burada çoxlu sayda turist var idi. Florianski şəhər qapısı, Barbakan divarı burada 1-2 şəkil(selfie) edib gəzintinizə başlaya bilərsiniz  " Florianski " küçəsi boyunca davam etsəz qarşınıza ilk "Müqəddəs Məryəm Bazilikası" (St. Mary's Basilica) çıxacaq. İçəri giriş pulsuzdu və görülməyə dəyər. Mərkəzi meydanda turistləri gəzdirmək üçün bir-birinin ardınca düzülmüş faytonları da görə bilərsiniz. Həmin gün Mərkəzi Meydanda çoxlu sayda yarımarkalar qurulmuşdu. Milli mətbəxin təamlarını, şirniyyatlarını dadmaq üçün çoxlu sayda turistlər növbəyə durmuşdular. Mərkəzi meydanda yerləşən 13.cü əsrdə tikilmiş Bələdiyyə binasının (Town Hall Tower) dar, ensiz pilləkənlərlə yuxarı çıxıb şəhəri panoramik seyr edə bilərsiniz. Cəmi 12 saat oldum bu şəhərdə; vaxt azlığından Auşvitz toplama kampına və Duz mədəninə gedə bilmədim. Başqa səfərə inşaallah Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Rəvan İlhamoğlu‎ 

1854 dəfə oxunub

Siyahınızın incisi Bali

Balidəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Əgər ölmədən əvvəl getməli olduğunuz yerlərin siyahısını hazırlayırsınızsa bura mütləq daxil etməli olduğunuz yer Bali adasıdır. Cənub-Şərqi Asiyanın incisi də adlandıra biləcəyimiz Bali istər təbiətinin gözəlliyi, istər mədəniyyəti, istərsə də insanlarının isti-qanlı münasibəti ilə yadımızda qaldı. Hər qarışında sizi təəccübləndirəcək bir şeylə qarşınıza çıxacaq çox az yerlərdəndir bura.Ötən il avqust ayında idi səyahətimiz. Onu da deyim ki, İndoneziya azərbaycanlıların viza almadan gedə biləcəyi yerlərdən biridir. Bakıdan Baliyə ən qısa zaman ərzində çatmaq üçün “Qatar Hava Yolları”-nı seçdik (Baku-Doha-Bali). İlk baxışda bilet qiymətləri baha görünsə də, ildə iki dəfə keçirilən TravelFest kampaniyaları zamanı 50%-dək endirimlərdən faydalanmaq mümkündür. Bu hava yolu şirkəti ilə ikimizin də ilk uçuşu idi, onu deyə bilərik ki, istər xidmət səviyəsi, istərsə də uçuş zamanı verilən yeməklər, hər şey həqiqətən də mükəmməl idi. (“ərəb lyüksü”-nü hiss edirsən yəni, sənə də bir pay düşür :D)Pul vahidləri rupiah (İDR)-dir, onların 100.000 rupiahı bizdə 13 manata yaxın edir. Nəqliyat vasitəsi kimi ən çox motosikllardan istifadə olunur əhali arasında, ancaq turist üçün UBER istifadə etmək ən yaxşısıdır. Çünki normal taksilər eyni yola 2-3 qat artıq pul alırlar. Düşünün, aeroportdan otelə gedəndə 15 AZN vermişdik, qayıdanda eyni yolu UBER-lə 4 AZN.Balidə qalmaq üçün 4 əsas bölgə var. Bunlardan 3-ü paytaxt Denpasarda yerləşən - Kuta, Seminyak, Nusa Dua, digəri isə Ubuddur. Hər bölgənin özünəməxsus spesifikası var. Bizim qaldığımız Kuta okeanı, surfingi, əyləncəni, bir az şəhər həyatını sevənlər üçündür. Otellər çox olduğu üçün rəqabət də çoxdur və münasib qiymətə yaxşı xidmət təklif edən yer tapmaq çox çətin deyil. 6 gecə üçün 3 ay əvvəldən bron etməklə biz iki nəfər üçün möhtəşəm səhər yeməyi də daxil olmaqla 690 AZN ödəmişdik (sağ olsun kurs hər gün artdığı üçün artıq verdik, əslində bron edəndə daha hardasa 60-70 AZN az idi qiymət).Adanın digər ərazilərinə də mütləq baş çəkmək lazımdır. İki günlük bir çox əsas yerləri əhatə edən turu biz birtəhər 150$-a endirə bilmişdik (siz də bacararsınız :D ). Səyahətimizin ən maraqlı hissəsi idi deyə bilərəm bu turlar həm düyü plantasiyaları, həm mistik abidələr, imperatorun sarayı, gümüş emalatxanası, parça emalatxanası, qeyri-adi kofelərin hazırlandığı məkanlar, meymunlar meşəsi, demək olar ki, bir çox şeyi əhatə etmək olur.Ümümilkdə götürdükdə qiymətlər paytaxt Jakartada olan qiymətlərdən 2 dəfə yüksək idi, turistik yer olduğu üçün. Normal bir restoranda oturub yemək yesəniz təqribən 40 min İDR (4,5 AZN) xərciniz çıxır bir nəfər üçün. Əsasən ət yeməklərində istifadə etdikləri ədviyyatlar xüsusi ləzzət qatır. Çörək 20 min İDR, su isə 5 min İDR-dir.Suvenirləri alarkən də çox diqqətli olmaq lazımdır, bütün satıcılar 15 dəfə yuxarısını deyir :D Bizim də üstümüzə düşən onların nazı ilə oynayıb qiyməti 14 dəfə öldürməkdi :) . Dil problemi yaşamadıq demək olar, çünki hər kəs ingiliscə ünsiyyət qura bilirdi.Çox uzundur bilirəm ancaq Bali haqqında yazdıqlarımın sadəcə yarısını yerləşdirə bildim qısalda-qısalda :) .P.S: Baliyə bir dəfə ayaq basdınsa, ruhunun bir qismi artıq orda qalıb deməkdir, səni həmişə geriyə səsləyən.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Narmin Ismailova

1107 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!