2564 dəfə oxunub

Piramidalar ölkəsi - Misir

Qahirədəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Xurqadadakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Hər kəsə salamlar  

Artıq Misirə Noyabr ayından birbaşa reyslər açıldığına görə ora səyahət üçün üz tutanların sayı çoxalacaq deyə düşünürəm. Mən də sentyabr ayında Misirə səyahət etmiş biri olaraq istərdim öz təcrübəmdən bəzi məlumatlar verim sizə , çünki mən gedərkən buqrupda çox araşdırma elədim lakin bütün suallarıma cavab olacaq bir post görmədim)

Beləliklə mən Misirə gedərkən tur paket aldım, Tiflisdən idi uçuşum. Mənim burda etdiyim səhvi siz etmiyin. Mən turu aldıqdan sonra oteli araşdırdım və bookingdəki rəyləri oxudum və bərbad bir yerə getdiyimə dair özümü hazırladım) Onsuz da səyahət üçün gedirsən deyib özümə təsəlli verirdim 

42901609_739707156375100_2681601331344441344_n

Bundan əlavə biletə əsasən mənim geri dönüşüm 29u 02:10 am idi amma check out 28i 12:00da oldu və nə qədər də xahiş etsək qoymadılar biraz da artıq qalaq. Ekstra pul isdiyirdilər və bu bizim pulla 50 manat idi ki, otelin all included qiyməti belə o qədər deyil.

Visa məsələsinə gəldikdə heç bir narahatçılıq çəkməyinizə ehtiyac yoxdur. Burda səfirlikdə də ala bilərsiniz əlbəttə. Amma sərhəddə də verirlər cəmi 15 dəqlik prosedurdur . Bir vərəq doldurursunuz ( ki, ona heç fikir verən olmur dəqiqliklə)) , və 25 dollar ödüyürsünüz bitdi. Misirin hər yerinə də keçə bilərsiniz o visa ilə. Şəhər fərqi falan yoxdur.

İnsanları turist olduğunuzu hiss edirlər və dəyəri 1 manat olan məhsulu sizə 10-15 manata verirlər. Aldanmayın. Çalışın nəsə almaq istəsəniz salın qiymətini.

Gedib mütləq görməli yerləri Cairo , Giza , Luxor şəhərləridir. Mən Hurghadada qalırdım. Şarm-el-sheyxlə eyni auraya fərqli qiymətlərə malik olduğunu öyrənmişdim. Həm də Hurghadadan turlar daha ucuz və daha yaxın idi (1 saat fərq var idi ). Hurghadada Giftun island turu və Safari turu etdim ki, hər biri möhtəşəm idi.

43127975_739707249708424_5167780602748862464_n

Cairoya gedərkən sizi papyrus hazırlanan fabricaya və parfume hazırlanan mağazaya aparacaqlar, qəti şəkildə heçnə almayın , Cleopatra mağazasında (Hurghadada) qat qat qat qat ucuz qiymətə tapacaqsınız. Və hər bir şeyin qiyməti üsdündə olduğuna görə sizi aldada bilməyəcəklər.

Qəti şəkildə manat ilə getməyin. Euro, dollar ve ingilis paundu ilə ishləyirlər. Hər üçü də onlar üçün eyni dəyərdədi  Ona görə də dollar ilə getməyiniz sizə sərf edər. Bir daha xatırlatma edim nə alsanız dəyərində endirim isdiyin.

Geri dönüş zamanı airporta gedərkən tələsin. Vaxtından 3 saat əvvəl falan çıxın. Çünki ora daxil olarkən sumkanı elə yoxlayırlar ki, az qalır açıb hər bir paltarınızı əyinlərində test edələr. Qırılacaq əşyalarınızdan ehtiyyatlı olun, orda bir nəfərin qəlyanını qırıb sonra günah mənde deyil deyərək arsızcasına eyni çamadanı bir daha yoxladılar.

43123237_739707206375095_6675147500388614144_n

Ağlıma gələnlər bunlar oldu. Başqa sizi maraqlandıran nəsə suallar olsa buyurun soruşun   İndidən hər birinizə xoş əyləncələr 

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Garatel Huseyn

DİGƏR BLOQLAR

Malmö bələdçisi

Malmödəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Sonuncu Kopenhagen yazımda da qeyd etdiyim kimi, Kopenhagenə getmək üçün Budapeştdən İsveçin Malmö şəhərinə uçub oradan da qatarla Kopenhagenə keçmişdim. Deyirdim getmişkən 3-4 gün içərisində 2 ölkə, 2 fərqli şəhər görərəm.Malmö İsveçin 3-cü, Skandinaviyanın isə 6-cı böyük şəhəri olmasına baxmayaraq şəhər elə də böyük deyil. Şəhəri 1-1.5 gündə başdan-başa tam gəzmək olar. Elə bütün bunları nəzərə alaraq ilk günümü Malmödə keçirməyi qərarına gəlmişdim. İlk günü Malmödə keçirib, növbəti gün səhər tezdən Kopenhagenə yola düşəcəkdim.Danimarkada olduğu kimi İsveçdə də pulun adı krondur amma isveçlilər pulunu isveç kronu adı ilə çağırırlar. Kopenhagen paytaxt və və kosmopolit bir şəhər olduğundan qiymətləri kifayət qədər bahadır. Bizim kimi Couchsurfingdən istifadə edən gəzginlər üçün İsveç də baha sayılar amma Kopenhagenlə müqayisədə qiymətlər daha ucuzdur, buna görə də bir xeyli insan Kopenhagendə işləməsinə və ya təhsil almasına baxmayaraq, evlərini Malmödə kiralayırlar.Hava limanından avtobusla (səhv etmirəmsə xüsusi avtobuslarda gediş qiyməti 10.5 avro idi) şəhərin mərkəzinə gəlib, dəmir yolu vağzalından hardasa 200-300 metr məsafədə olan turist informasiya mərkəzindən bir turist xəritəsi istədim. Mərkəzdə işləyən xanım da sağ olsun, bütün görülməli yerləri işarələdi. Xəritəmi götürüb düşdüm yola ki, işarələnmiş yerləri bir-bir gəzim. Bir neçə saat gəzdim, günortadan azca keçmişdi ki, Skandinav ölkələrinə xas bir tufan, leysan başladı ki, gəl görəsən. Külək də çətirimi sındırdı. Çətirimi zibil qabına atarkən gördüm ki, külək başqa birinin də çətirini qırıb, deməli bu şəhərdə çətiri sınan yeganə adam mən deyildim ???? Beləcə ilk günü erkən bitirməli oldum. Malmönü tam görə bilmədiyimə görə planlarda dəyişiklik etməli oldum. Ertəsi gün olan Kopenhagen səfərimi azacıq ertələməli oldum ki, Malmönü doya-doya gəzim.Malmödə Ivana və Niko adlı çex və fransız bir cütlüyün evində couchsurfing elədiyimdən, qalmaq üçün yer məsləhət görə bilməyəcəm amma hostellər kifayət qədər bahalı idi. Yemək məsələsinə gəldikdə, digər Skandinav xalqları kimi İsveçdə də mətbəxdən danışmağa dəyməz. Bəxtimdən də çex və fransızın evində qalırdım və axşam universitet yoldaşları ilə birgə yeməyə gedəcəkdilər və yeməyi macarlar hazırlayacaqdı, nə böyük sürpriz ???? Beləcə axşamı da universitet kampusunda, macar mətbəxi  dadaraq keçirəcəkdim.İndi isə keçək ənənəvi Malmödə görməli yerlər siyahısına:Düşünmədən “Lilla Torg”u (Kiçik Meydan) bu siyahının başına yerləşdirirəm. İndiyənə kimi gördüyüm meydanlardan ən maraqlılarından biridir “Lilla Torg”. Meydan çox kiçikdir və hər tərəfdən 1 və ya 2 mərtəbəli evlərlə əhatə olunub. Evlərin altında da kiçik, şirin kafelər var.“Hedmanska Garden” “Lilla Torgun” yanında yerləşən 1500-cü illərdən qalma qədimi bir isveç evidir. Həyəti və baxçası ilə birlikdə çox xoş aura yaradır insanda.“Strotorget” – bizim bu “Lilla Torg”un daha böyük versiyasıdır. Bu meydan da eynilə şirin, 2-3 mərtəbəli evlərlə əhatə olunub. Qışda bu meydan xizək meydançasına çevrilir. Meydandan şəhər mərkəzinə irəliləyərəkən bürüncdən hazırlanmış musiqiçi heykəllərini görəcəksiniz. Bu əcaib heykəllər bir növ Malmönün simvollarıdır. Bura gələn  hər kəs mütləq bu heykəllərlə şəkil çəkdirir. Meydandakı şəhər bələdiyyə binasını isə qeyd etməsəm də, sizin diqqətinizi cəlb edəcək onsuz da.Stortorgetin bir də küçəsi var. Bütün şəhərlərdə olan ən mərkəzi turistik küçə kimi bura da nəqliyyat üçün qapadılıb ancaq piyada gəzmək olar və təbii ki, digər bütün turistik mağazaları, restoranları görə bilərsiniz.Böyük Meydana yaxın digər görülməli yer isə Müqəddəs Peter kiləsəsidir. Kilsə 14-cü əsrin əvvəllərində qotik üslubda inşa olunub. Skandinav ölkələrində dinə olan münasibəti də məhz bu kiləsədə görmək olar. Kilsənin içərisində qəhvə və çay maşını var, istəsəniz, soyuq bir qış günündə mənim kimi bir stəkan isti qəhvə içərək isinə bilərsiniz.Bu 2 meydandakı evləri gördünüz amma onların şirinliyi sizi o qədər cəlb etdi ki, onlara doya bilmədiniz və yenə eyni tipli evlərdən görmək istəyirsiz. Malmö üçün bu istək heç də problem deyil. Lilla Torg ilə aşağı doğru irəliləsəniz “Gamla Vaster”ə çatacaqsınız. Burada olan şirin, qədimi evləri görəndə içinizdən köçüb buralarda yaşama istəyi tumurcuqlayacaq ????Malmödəki maraqlı məkanlardan biri də “Mollevangstorget” bazarıdır. Bu bazarda dünyanın müxtəlif ölkələrinə aid geyim, ərzaq və s. tapa bilərsiniz. Bazarda tez-tez ərəb və türkcə elan tablolarına rast gəlmək olar. Bazara demək olar ki, həftənin bütün günləri insan axını olur. Bunun da əsas səbəbi, gəncləri cəlb edən ucuz qida və pivə içə bilmək imkanıdır.Malmödə görülməli digər bir arxitektur bina 190 metr hündürlüyündə olan “Turning Torso” binasıdır. Bina yerində firlanan bədən formasında tikilib. İstəsəniz daha öncədən rezervasiya edib binanın kəlləsinə çıxa bilərsiniz. Mən noyabr ayında getdiyimdən qapalı idi, amma yay aylarında getmisinizsə, oradan çıxıb Malmöyə bir göz atmağa dəyər məncə.“Malmöhus qəsri” – Ətrafı suyla çevrələnmiş, bir neçə il həbsxana olaraq istifadə edilmişdir.Kungsparken – Malmönün ən qədimi parkıdır. İsveçdə olan bir neçə qanuni kazinodan biri də məhz bu parkın içərisində yerləşir. Parkın içərisində yel dəyirmanı, bir neçə göl və s. var ki, onların köməyi ilə təbiətdən doya-doya həzz ala bilərsiniz.Kopenhagendəki Kiçik Dəniz qızı heykəlinin Malmö versiyası yəqin ki, “Knotted gun” heykəlidir. Heykəl dəmir yol vağzalına bir neçə yüz metr məsafədə yeləşir. Hətta turist informasiya mərkəzininin demək olar düz yanındadır. Heykəl zorakılığa etirazı simvolizə edir. İsveçli heykəltaraş Karl Fredrik Reutersward bu heykəli 1980-ci ilə açılan atəş nəticəsinə dünyasını dəyişmiş məşhur John Lennona həsr edib. Bu heykəlin dünyada 3 dənə originalı, onlarla isə nüsxəsi var. Originalları Nyu Yorkda, Luxemburgda və Malmödədir.Malmödə son olaraq baş çəkilməli olan məkan “Ebba’s House” adlanan Ebbanın evidir. İçərisi 1900-cü illərin əvvəlindəki kimi dekor edilmiş bu ev, Malmönün ən balaca evidir.Malmö haqqında bu qədər. Kiçik amma sevimli olan Malmöyə görə durub İsveçə gəlinməz amma Kopenhagenə gəlmisinizsə, mütləq Malmöyə də baş çəkin. Elə sadəcə dənizin üzərindəki Oresund körpüsündən keçməniz nəyə desən dəyər   Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu                       Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox                       əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə                       ol”bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti                           yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh

1266 dəfə oxunub

Mərkəzi Avropanın incisi Budapeşt – 1 ci hissə Buda

Əslində Budapeşt haqqında uzun zamandır yazmaq istəyirdim, amma mümkün olmurdu. Gah araya Almaniya yazısı girdi, gah Kiyev, bu dəfə, gələn səfər deyə-deyə indiyə qismət oldu.Budapeştdə mərkəzə yazın 5 nəfərlik ucuz bir ev üçün bu linkə keçinİl yarımdır Budapeştdə yaşadığımdan, bu şəhər haqqında yazılacaq çox şey var, tələbəliyimin bir hissəsi bu şəhərdə keçdiyindən bütün turistik və non-turistik əyləncə və istirahət məkanları haqqında az-çox bilirəm. Ona görə də Budapeşt haqqında yazı 2 ola bilsin ki, 3 hissədən ibarət oldu.Budapeşt Mərkəzi Avropanın deyərdim ki, ən az qiymətləndirilmiş şəhərlərindən birincisidir. Dostlar, tanışlar Budapeştə ilk dəfə gələn zaman dedikləri ilk söz “woooow Budapeşti belə gözəl təsəvvür etmirdim” olur. Yəqin çoxlarınız bilirsiniz, Budapeşti Dunay çayı iki hissəyə bölür Buda və Peştə. Yazının daha sonrakı hissələrində və bölümlərində bu haqda daha ətraflı məlumat verəcəm. İndi isə gələk Budapeştə necə getməli sualına?Budapeştə getmək üçün bu dəqiqə ən sərfəli üsullardan biri qatarla, avtobusla Kutayisiyə gedib oradan WizzAirlə Budapeştə getməkdir amma və lakin bu ilin mart ayının sonundan WizzAirin Bakı – Budapeşt birbaşa reysi açılır və tək tərəf üçün kiçik bel çantası ilə biletin qiyməti 50 avrodan başlayır. Bundan başqa əgər Avropadasınızsa Budapeşt Avropanın demək olar ki, tam mərkəzində olduğundan digər yaxın ölkələrdən avtobus, qatarla bir az şimalda və cənubdakı ölkələrdən isə ucuz – low coster hava yollarının təyyarələri ilə Budapeştə gəlib çata bilərsiniz. Unutmayın ki, Macarıstan Şengen ərazisi olduğundan Budapeştə getmək üçün mütləq Şengen vizası almalısınız. Şengen vizası üçün ödəniş haqqı 35 avrodur. Viza üçün qeydiyyat formunu bu linkdən dolduraraq viza əldə edə bilərsiniz. Budapeşt hava limanından şəhərə necə getmək olar? Qeyd edim ki, Budapeştin şəhər içi nəqliyyat sistemi Avropada ən yaxşılardan hesab olunur və 24 saat nəqliyyat var şəhərdə. Hava Limanından şəhərə getmək üçün səhər saat 4-dən gecə yarısına kimi 200E nömrəli avtobusdan istifadə edə bilərsiniz, gecə yarısından səhər 4ə kimi isə 900 nömrəli gecə avtobusundan. Ümumiyyətlə 900lə başlayan avtobuslar (yəni 931, 909, 956 və s.) hamısı gecə avtobuslarıdır. 200E Hava limanından başlayır və sonuncu dayanacağı 3cü və ya göy metro xəttinin başlanğıcında Kőbánya-Kispest metro stansiyasında bitir. Buradan göy xətt metroyla gedib digər xəttlərə dəyişə bilərsiniz. Nəqliyyat biletləri 350 macar forintdir təxminən, 1.15 avro. Bundan başqa 72 saatlıq və 7 günlük nəqliyyat biletləri də var. Biletləri avtobus sürücülərindən (200E reysinə aiddir) və ya dayanacaqlardakı bilet maşınlarından ala bilərsiniz.Budapeştdə istənilən məkandan istənilən yerə Google Mapsın köməkliyi ilə çox rahat gedə bilərsiniz. Sadəcə gedəcəyiniz məkanı qeyd edərək ora necə və hansı nəqliyyat vasitələri ilə gedə biləcəyinizi öyrənə bilərsiniz. Bu üsul sınanılıb, yoxlanılmışdır, ilyarımdır Budapeştdə gedəcəyim yerləri ancaq elə tapıram ????İndi isə gələk Budapeştin gəzməli və görməli yerlərinə.Yuxarıda da qeyd etdiyim kimi şəhər Buda və Peşt adlı iki hissəyə bölünür. Dunay çayının qərb hissəsi Buda hissəsidir və təpəliklərdə yerləşir. Peştə nisbətən Budada yaşıllıq ərazi daha çoxdur və küçələr dar və ensizdir. Bu dar və ensiz küçələr Budaya Paris Montrmartesinə özəl gözəllik verir.Peşt tərəfdə isə küçələr daha enlidir və şəhərin ürəyi dmeək olar ki, burada döyünür. Budada çox az sayda klublar, barlar və restoranlar var. Budayla müqayisədə Peştdə olan restoran, klub və əyləncə məkanlarının sayı-hesabı yoxdur.Görməli yerlərin çoxu Peştdə olduğundan ilk öncə Budanın görməli yerlərindən bəhs edəcəm. Budada diqqəti ilk cəlb edən təpəliyin üzərində yerləşən Buda qəsridir (Buda castle). Qəsrin 800 ilə yaxın yaşı var. Qəsr Budanın ən qədim hissəsində yerləşir və ətrafda kiçik 2-3 mərtəbəli qədimi və rəngarəng evləri görə bilərsiniz. Qəsrin tam yanında Macarıstan Milli Qalareyasıyerləşir, rəsm azarkeşləri üçün ideal bir məkandır. Qəsr təpənin üzərində yerləşdiyindən qəsrin yanına getmək üçün təpəyə qalxmalısınız. Əgər mən şəh tənbəli turistəm deyirsinizsə, Dunay çayının sahilindən funiklyorla düz Buda Qəsrinin yanına gedə bilərsiniz. Funiklyora minmədən öncə isə funiklyor dayanacağının önündəki “0 km” abidəsi ilə selfi etməkdə olar. Bu abidənin yanında yerdə Macarıstanın digər şəhərlərindən Budapeştə olan məsafə göstərilib.Qəsrdən bir neçə yüz metr məsafədə Matiyas kilsəsi (Matthias church) yerləşir. Kilsənin tam olaraq 1001 yaşı var və 1015-ci ildə tikilib. Sonradan 14 və 19cu əsrdə bərpa olunub. Bərpa olunan zaman kilsə qotik üslübdə bərpa olunub. Kilsənin içərisi çox maraqlı və rəngli ornamentlərlə bəzədilib. Evlənən cütlüklərin ən çox seçdiyi məkanların başında Matiyas  kilsəsi gəlir. Kilsənin tam yanına Balıqçılar bürcü (Fisherman’s bastion) yerləşir. Bura Budapeştli gənclər üçün ən məşhur yerlərdən biridir. Deyilənə görə buradan Peştə və Dunaya açılan möhtəşəm mənzərə qarşısında romantikaya dalan gənclər, ilk öpüşlərini məhz elə burda həyata keçirirlər ???? Budanın digər görməli yeri isə Gellert təpəsi və abidəsidir, buradan demək olar ki, bütün Budapeşt ayaqlarınızın altında görsənir.Gellert təpəsindən Dunayın sahilinə düşəndə burada Mağara Kilsə (Cave Chruch) deyilən bir kilsə var. Kilsə tamamilə mağarada, qayalıqların içərisində yerləşir. İçəri girərkən adamı tamamilə fərqli bir atmosfer qarşılayır.Budanın ən maraqlı yerlərindən biri də Gül Baba Türbəsidir. Gül Baba Osmanlı dönəmində Türkiyədən Avropaya misionerlik fəaliyyəti üçün göndərilmiş, çox hörmətli bektaşi liderlərindən olub. Uzun müddət Budapeştdə yaşayıb və bu türbədə dəfn olunub. Macarlar buranı Gulu Babba kimi tələffüz edirlər, adama elə gəlir ki, Afrikalı filandır ???? Yeri gəlmişkən Budapeştə açılan ən gözəl mənzərələrdən biri də buradandır.Türbədən çıxıb Margaret körpüsü ilə piyada Margaret adasınagedə bilərsiniz. Margaret adası Dunay çayında yerləşən 3 təbii adadan biridir, digərləri isə Obuda və Csepel (Çepel) adalarıdır. Adaların hər 3ü Budanın ərazisinə düşür və mərkəzə ən yaxın olanı Margaret adasıdır. Ada 2 təfədən də körpü ilə giriş-çıxışla təmin olunub hətta adanın mərkəzindən avtobus xətti keçir. Ada başdan-başa yaşıllığa bürünüb, hər tərəf, ağaclıq, gül-çiçəklik və çəmənlikdir. Xüsusilə yaz-yay aylarında şəhərin qaynar həyatından başıvı götürüb qaçmaq üçün ideal bir məkandır. Adanın içində, kiçik bir neçə kafe, boyük üstü-açıq hovuz, Palatinus aquaparkı, velosiped kirayələmək üçün yerlər var. Bundan başqa adada Yapon bağları adlı kiçik ərazidə balıqlar üçün hovuzu görmək olar və Margaret körpüsüylə adaya girdikdə elə girişdəcə musiqili fontan var, ilin isti fəsillərində fontanın yanındakı oturacaqlarda demək olar ki, boş oturacaq tapmaq olmur.İndi isə gəldik, mərkəzdən azacıq uzaq olsa da mənim sevimli adam olan Obudaya. Obuda adasını sevimli edən şey hər ilin avqust ayında adada Avropanın ən böyük musiqi festivallarından biri olan Sziget Festivalın keçirilməsidir. Keçən il bu festivalda 500 000 adam iştirak etmişdir. Bu il 10-17 avqust tarixlərində keçiriləcək festivalın keçən ilki 100dən çox qonağı arasında Martin Garrix, Robbie Williams, Ellie Goulding, Avicii, Major Lazer və 10larla məşhur ifaçı və qrupları görmək, onları canlı-canlı dinləmək olardı. Festival zamanı gündüzlər əyləncəli oyunlar, yarışlar keçirilir, axşamlar isə səhərə qədər 10a yaxın səhnədə fərqli-fərqli ifalar. İstəsəniz Dunay çayının sahilində yaradılmış kiçik çimərlikdə dincələ də bilərsiniz. Adam 1 həftə tamamən musiqi cənnətinə düşür sanki. Rəsmi videodan festivalın necə əyləncəli keçdiyini görə bilərsiniz.Buda ilə Peşti Dunay çayı üzərindən 8 ədəd körpü birləşdirir. Bu körpülərdən ən tarixi və arxitektur əhəmiyyətlisi Zəncirli və ya Şirli Körpü adı ilə tanınan Chain Bridgedir. Körpünün hər iki tərəfində dayanan 4 aslan sanki körpünün keşiyini çəkir. Körpünün çox maraqlı tarixi var. Belə ki, rəvayətə görə körpünü tikən memar deyir ki, bu körpüdə kimsə bir qüsur tapsa mən özümü öldürəcəm, elə bu vaxt orada olan uşaqlardan biri deyir ki, aslanların ağzında dili yoxdur. Aslanların ağzında doğrudan da dili olmadığını görən memar özünü Dunay çayına atır. Bu körpü ilə o başa-bu başa keçib, Budadan Peştə, Peştdən Budaya səyahət edə bilərsiniz.Buda haqqında bu qədər, növbəti yazı bir neçə gündən sonra olacaq bu dəfə isə Peştdən yazacağıq. Peştdə görməli yerlər daha çoxdur.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh

2568 dəfə oxunub

Malayziya Bələdçisi

Salam, Gəzəyənlər!Bu postda Sizinlə Asiya səyahətindən öyrəndiklərimi bölüşmək istəyirəm. Planım Malayziya və İndoneziyada toplam 3 ay keçirmək, müxtəlif şəhərləri gəzməkdir. Bu yazıda Malayziyanın paytaxtı Kuala-Lumpur və Pinanq ştatı haqqında yazacam.Tövsiyə etdiyiniz yerləri mənə bildirsəniz, sevinərəm. Əlavə olaraq postdakı qeydlərimi yaxşılaşdıracaq fikirlərinizi də bildirməkdən çəkinməyin.Bilet: Toplam təxminən 490 AZN-ə Bakı - Əbu Dabi (Wizzair 115 $) - Dubay (Şəhərlərarası avtobus) - Kuala-Lumpur (Batik air 170$ ) (bileti uçuşdan təxminən 30 gün əvvəl almışdım, yoxsa daha ucuz almaq olardı). Biletlərdən həm qiymət baxımından, həm də gözləmə vaxtı baxımından çox məmnun qaldım. Hətta birbaşa uçuşa (Bakı - İstanbul və s. üzərindən) nisbətdə belə daha tez çatdım.Viza: Malayziyaya viza yoxdur, başqa sözlə, girişdə ödənişsiz viza verilir. Tələblərdən biri ölkədən çıxış biletinizin olmasıdır, məndə yox idi, lakin miqrasiya əməkdaşlarını “plansız gəzəyən” olduğumla bağlı razı saldım. İndoneziya viza tələbi var, mən birbaşa Bakıdakı səfirlik vasitəsi ilə 2 aylıq tək giriş viza almışam.Kuala-Lumpur (Malayziya): Şəhər olduqca müasir şəhərdir. Yaxşı nəqliyyat sistemi, müxtəlif mətbəxlərə aid restoranlar və s. var. Axtardığınızı tapacaqsınız. Ümumilikdə isə mənim üçün ən problemli məsələlərdən biri yemək olub. Daha çox Pakistan, Ərəb mətbəxinin olduğu restoranlarda yeyirəm.İqlim: Hal-hazırda Malayziyada yağışların bol olduğu sezondur. Lakin bu halda belə, yağış mənə ciddi problem yaratmayıb, demək olar hər gün eyni vaxtda yağır (15:00 - 16:00) və qısa müddətdə dayanır. Malayziyada olduğum digər bölgələrdə, misal üçün Lanqkavidə demək olar heç yağmır.Bazarlıq: Malayziyada ümumilikdə bizə nisbətən ucuz və ya eyni qiymətdir, nəqliyyat, texnologiya, geyim, ərzaq və s. Nümunələr: 150 km qatar nəqliyyatı - 4 AZN 360 km avtobus nəqliyyatı - 16 AZNTəhlükəsizlik: Məncə, Malayziya olduqca təhlükəsizdir. Əksini hiss etdiyim hər hansı bir hadisə ilə rastlaşmamışam. Küçədə yaşayan insanlar çoxdur, bu ilk baxışda narahatlıq hissi yaradır, lakin buna öyrəşdikdən sonra əvvəlki qədər narahat etmir. Əlavə olaraq, insanlarda ingilis dilini bilmə səviyyəsi yüksəkdir və kömək etməyi sevərdirlər. Suallarınız varsa, cavablamaqdan məmnun olaram.Gəziləcək yerlər haqqında növbəti postlarda yazacam. Instagram-da gəzdiyim yerlər, Malayziya, İndoneziya və digər asiya ölkələri haqqında da məlumat paylaşıram, siz də izləyə bilərsiniz: https://www.instagram.com/bashiroglu/Paylaşan: Abdulla Bashiroglu

220 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!