1276 dəfə oxunub

Maraqlı, məzəli heykəllər şəhəri – Bratislava

Bratislavadakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Bratsilavanı görmək arzum Polşadan gələndən sonra baş qaldırmışdı. Nə əlaqə deyəcəksiz? Polşadan, lap dəqiq desən Krakovdan Budapeştdə qayıdanda, avtobusla qayıtmışdım və yolun böyük bir hissəsi Slovakiya ərazisindən keçirdi. Slovakiya ərazisindən keçən 3-4 saatlıq yolda Slovakiyanın təbiətinə sadəcə heyran qalmışdım. Beləcə Slovakiyanın möhtəşəm təbiətini gördükdən sonra, Bratislavanın da Budapeştə yaxın olması faktını nəzərə alıb, Rəhman Əfəndi ilə (blogdakı Roma yazısının müəllifi ???? ) qərara gəldik ki, bir Bratislavaya baş çəkək. İnternetdəki kiçik araşdırmalardan sonra gördük ki, Bratislava elə də böyük şəhər deyil, əhalisinin sayı da yarım milyondan azdır. Beləcə, forumlardakı fikirlərdən qərara gəldik ki, Bratislavaya bir günlük səyahət təşkil edək. Səhər qatarla çıxıb, axşam tərəfi də geri dönək.

Və beləcə 2015-ci ilin bu günlərində sendiviçimizi, suyumuzu və meyvəmizi çantamıza qoyub, Budapeştin Keleti dəmir yolu stasiyasından qatarla Bratislavaya doğru yola düşdük. Təxminən 2.5 saat sonra artıq Slovakiyanın paytaxtı Bratislavadaydıq. Bratislava yerləşməsinə görə çox əlverişli məkandadır. Belə ki, Bratislavadan qatarla Praqaya 4 saata, Budapeştdə 2.5 saata və Vyanaya isə cəmi 1 saata çata bilərsiniz. Bir maraqlı faktı da qeyd edim ki, Vyana və Bratislava dünyadakı ən yaxın 2 paytaxt şəhəridirlər. Aralarındakı məsafə təxminən 65-70 kmdir. Bu 3 qonşu şəhərə gələnlər, 1 günlərini (6-8 saatlarını) ayırıb Bratislavanı doya-doya gəzə bilərlər.

Bratislava haqqında fikirlər heç də bir mənalı deyil. Ölmədən bu şəhəri görün deyənlər də var, bu şəhəri görmədən ölün deyənlər də ???? Mən açığı sevdim Bratislavanı. Kiçik amma bir o qədər də şirin şəhərdir. Kiçik və rəngarəng Old Townu, məzəli heykəlləri, xudmani, arxaya söykənib kofeçay içilə bilən, ingilislər demiş “cozy” kafeləri və dondurmaları ilə, məni gəldiyimə peşman etmədi Bratislava.

brat1

Deməli səhər saat 10 kimi, hardasa çatdıq Bratislavanın dəmir yolu vağzalına və öyrəndik ki, şəhər mərkəzi elə də uzaq deyil, başladıq mərkəzə piyada yeriməyə. Yol üstü bir neçə parkın yanından keçəndən sonra gəldik çıxdıq əvvəlki adı Grassalkovich sarayı olan, Prezident sarayına. İnşası 1760-ci ildə bitən bina, hazırda Slovakiyanın Prezident sarayı kimi fəaliyyət göstərir. Bina Barok musiqi həyatını Pressburqdakı (Bratislavanın Avstriya-Macarıstan imperiyası dövründəki adı) mərkəzi olub. Məşhur bəstəkar Jozef Haydn bir çox əsərlərini məhz bu binada premyeraya qoyub. Sarayın arxasında fransız bağları var, giriş sərbəstdir, əlinizi-qolunuzu sallayaraq fransız bağlarına girə bilərsiniz. Biz də geri dönüşdə səhv etmirəmsə Rəhmanla bu bağda sendviç yeyə-yeyə pivələmişdik ????

Sarayın yanından İçəri şəhərə doğru irəliləyib, çatmışdıq taa Old Townun mərkəzindəki, Hlavni Namestie adlanan mərkəzi meydana. Meydan demək olar, bütün mərkəzi Avropa şəhərlərində olan meydanların bir oxşarıdır və eynilə digər şəhərlərdəki kimi tarixiliyini qoruyub saxlayıb. Və əlbəttə ki, keçmiş Avstriya-Macarıstan imperiyasının ərazisi olması ilk baxışdanca özünü hiss elətdirir. Demək olar bütün binalar o dövrün memarlıq üslubu ilə tikilib.

brat2

Old Townu yeni şəhərlə St. Michael’s qapısı ayırır. Bu qapı əsl nağıllardakı sehrli güzgüyə bənzəyir. Qapıdan kənəra çıxınca sovetlərin təsirindən bozarmış yeni Bratislavanı görmək olar. Qapıdan digər tərəfdə isə, şirin, rəngli bir içəri şəhər sizi gözləyir. Məncə heç o nağıldan ayrılmamaq üçün bu qapıdan çölə çıxmayın ????

Bratislavadan ən yadıma qalan isə Müqəddəs Elizabet kilsəsi (St. Elizabeth church) oldu və ya digər adıyla Mavi Kilsə. Açığı demək olar ki, yeni şəhərlərə gedərkən mütləq ordakı bir neçə kilsəyə baş çəkirəm amma heç zaman beləsiylə qarşılaşmamışdım. Kiləs tamamilə mavi və ağ rənglərin ahəngiylə dekorasiya olunub və marçipandan hazırlanmış torta bənzəyir. Hətta gedib əlimlə kilsəni yoxladım ki, bəlkə doğrudan bizim Sumqayıtdakı 50 metrlik tortlar kimi bu da marçipan kilsə tortdur, yoxlayandan sonra gördüm ki, əsl kilsə imiş ???? Kilsə o qədər şirindir ki, deyərdim, məhz elə bu kilsəni görmək üçün də getmək olar Bratislavaya ????

bratislava-the-two-drifters-st-elizabeth-blue-church-outside

Bundan başqa şəhərdə bir neçə yeni və köhnə körpü var, onlara baş çəkmək olar və əlbəttə ki, uzaqdan uçan naməlum obyektə bənzəyən UFO restoran-observatoriyaya. Dunay çayını üzərindəki körpülərdən birinin sonunda yerləşən bu UFO həm restoran, həm də observatoriya kimi fəaliyyət göstərir. Liftlə yuxarı çıxıb bütün Bratislavanı izləyə bilərsiniz.

Bratislavanı izləyə biləcəyiniz digər yer isə Bratislava qəsridir. Qəsr Karpat dağlarının sonlarında olan qayalardan birinin üzərində yerləşir, ona görə də ora çıxmaq istəyənlərin ayaqlarına qüvvət ????. Qəsrdən bütövlükdə Bratislavanı seyr edə bilərsiniz. Açıq-aydın havalarda isə Vyana və Macarıstanın bəzi hissələrini gözlə görək olar. Qəsrin içində Slovakia Milli Muzeyi yerləşir. Qiymətini xatırlamıram amma Slovakiya reallığını nəzərə alanda elə də baha olmamalıdır. Təbii bir Ermitaj və ya Viktoria və Albert deyil, amma hər halda Slovakiya tarixiylə tanış olmaq üçün baş çəkmək olar.

İndi isə gəldik çatdıq Bratislavanın heykəllərinə. Açığı başqa hansısa bir şəhərdə bu qədər maraqlı, məzəli və çox sayda heykəl gördüyümü xatırlamıram, ona görə də Bratislava mən heykəllər şəhəri deyərdim.

Bratislava və heykəl sözünü bir araya gətirsək, çox güman ki, ağlımıza gələn ilk şey məşhur kanalizasiya borusundan baxan Cumil heykəli olar. Rəvayətə görə bu Cumil məllim fasilədə yuxarı hava almağa çıxmış kanalizasiya işçisidir ya da ki, küçədən keçən qadınların ətəyinin altına baxan şorgöz. Orasını mən də dəqiq bilmədim, hər halda siz gedib, görüb qərar verərsiniz.

Şəhərdə Cumildən başqa, Napaleon ordusu əsgərinin, Bratislavaya şənlik gətirən, küçədən keçənləri şapkasını çıxararaq salamlayan, qadınlara “sizin əlinizdən öpürəm” deyən Schöner Nacinin, Hans Xristian Andersenin, paparazzinin və s. heykəllərini görmək olar.

Bratislava haqqında bu qədər. Yazının uzunluğu, elə şəhərin böyüklüyü ilə mütənasib oldu bu dəfə ????

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Babek Musa-Zadeh

DİGƏR BLOQLAR

Tarixi qalalar şəhəri - Sintra

Bu il Avropa turumun 2 həftəsini sərf etdiyim Portuqaliyanın hər qarış torpağında bizi həyəcanlandıracaq yeni yerlərlə qarşılaşdırdıq. Lisbonda keçirdiyimiz 3 gündən sonra yaxınlıqda yerləşən Sintraya getmək qərarına gəldik.Uzun illər əvvəl tarix kitablarında gördüyüm məşhur quyunun Sintrada olduğunu öyrəndikdə oraya getməyə daha da can atdıq. Lisbondan Sintraya hər yarım saatda bir qatar gedir, Gediş-dönüş səhv etmirəmsə 6 avro idi. 15 avro ödədikdə isə 1 günlük Lisbon-Sintra-Roca burnu-Cascais-Lisbon qatarlarını və həmin şəhərlərdə olan ictimai nəqliyyatı pulsuz istifadə edə bilərsiz. Sintraya çatıb qatardan düşdükdə möhtəşəm təbiət və tərtəmiz hava ilə qarşılaşdıq. Mən 1 gün Sintrada qalıb 3 əsas yerə: Pena Sarayı, Los Mouros qalası və Quntia da Regaleriaya getdim. Əgər Sintrada qalmayacaqsızsa orada olan avtobuslardan istifadə edib bütün bu ünvanlara tezliklə çata bilərsiz, avtobus xəritəsini şəkillərdə əlavə edəcəm.- Pena sarayı - Sintranın ən uca təpəsində qurulmuş rəngarəng və möhtəşəm bir qaladır. Qatar stansiyasından 434 nömrəli avtobusa minib buraya gələ bilərsiz. Bileti elə qatar stansiyasından alın çünki Sarayın qabağında növbə çox olur. Bilet qiyməti saray+park 14 avrodur. Tək park hissəsi 7 avrodur. Saraya çatanda insan özünü Disneylandda hiss edir. Sonuncu avtobusdan düşdükdən sonra meşənin içi ilə təxminən 15 dəqiqə yuxarı qalxmaq lazımdır. Qalanınn girişinnə çatdıqda uzun növbə görəcəksiz. Bu növbəni gözləməyə ehtiyac yoxdur, çünki növbə binanın içinə girənlər üçündür. İçəridə isə maraqlı heç nə yoxdur. Əsas maraqlı hissə elə qalanın içərisidir ki, oraya getmək üçün növbə gözləməyə ehtiyac yoxdur. Pena Sarayını gəzib qaladan çıxdıqdan sonra mütləq park ərazisini tam gəzin. Çünki burada möhtəşəm meşələr, göllər, şəlalələr vardır. İnsan saatlarla oturub gözləmək istəyir.- Moor qalası - Pena sarayı ilə üzbəüz təpədəki qədim qaladır. Ərəblərin qarşısını almaq üçün tikilib. Qalaya çıxdıqda möhtəşəm mənzərələrlə qarşılaşacaqsız. Əsl şəkil çəkiləsi yerlərdən biridir. Arxa fonda Pena sarayı çox gözəl görünür.- Quinta de Regaleria - Giriş qiyməti 5 avrodur, girişdə xəritə verirlər onu götürüb orada qeyd olunan bütün yerlərə mütləq gedin. Uzun illər əvvəl Yeni dünya tarixində gördüyüm və bir gün mütləq görmək istədiyim məhşur quyudan tutmuş, yeraltı mağaralar və labirintlər, hovuz və fontanlar və möhtəşəm təbiət. Ən az 3-4 saat buraya ayırmaq lazımdır. Gəzib qurtardıqdan sonra qatar stansiyasına mütləq piyada gedin və qəsəbənin gözəlliyindən zövq alın.Mənim üçün Sintra bu günədək gəzdiyim yerlər arasında rahat ilk 5-likdə özünə yer tapır.Sintra qatar stansiyasının yanında 403 nömrəli avtobusa minib qərbdə ən ucqar nöqtə olan Roka burnuna 40 dəqiqəyə çata bilərsiz.Rokadan sonra Cascais qəsəbəsinə də mütləq gedin. Çimərlikləri və qəsəbənin özü çox gözəldir. Cascaisdən birbaşa Lisbona qatar gedir. Ən sonda elə burdan qayıda bilərsiz.Yol açıq, yola çıx)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gəzgin Həyat

1679 dəfə oxunub

Ahh Paris Parisss

Parisdəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz. Paris deyəndə ağıla ilk gələn əsərlərdən biri də Amelia filmi olduğundan filmin soundtrackını burda sizinlə paylaşıram. Əgər filmə baxmamısınızsa bu yazıdan sonra ilk iş elə filmə baxmaq olsun [youtube https://www.youtube.com/watch?v=7Me2k7uro2E] Bu ilin yanvar ayının sonları idi imtahanlar filan qurtarmışdı, Parisdə olan türk dostumla danışırdım. Dedi ki, bəs geyin-keçin gəl buralara. Mən də eləmədim tənbəllik, (sanki vacib bir iş görürmüşəm kimi) RyanAirlə (Bax: Çox ucuza səyahəti necə təşkil etməli?!) biletimi alıb tam yanvar ayının 28i düşdüm yola Parisə doğru. Qeyd edim ki, Parisdə 3 hava limanı var: Charles de Gaulle (Şarl de Qol), Orly (Orli) və Beauvais-Tille (Buve-tiye). Mərkəzə ən yaxın olanı Charles de Gaulle hava limanıdır. Easyjetlə Charles de Gaulle və Orly, WizzAir və RyanAirlə isə Beauvais-Tille hava limanına və geriyə uçuş biletləri ala bilərsiniz. Şarl de Qol hava limanı[/caption] İlk öncə qeyd edim ki, Paris ya da fğansızların dili lə desək Paği haqqında fikirlər birmənalı deyil. Bəziləri üçün Paris həqiqətən də möhtəşəm, yaraşıqlı sevgi şəhəri, bəziləri üçünsə adi, Avropa ölkəsi paytaxtıdır və onlar Parisin gözəlliyinin şişirdildiyini düşünürlər. Bu məsələ ilə bağlı çox maraqlı bir məqam var. Belə ki, Parisə gəlib arzuladığı ya da öncədən xəyalında qurduğu Parisi görə bilməyənlərdə “Paris sindromu” adlı bir narahatlıq meydana gəlir. Bu sindrom demək olar ki, əksər hallarda 30-50 yaş arası yapon xanım turistlərdə qeydə alınır və hətta məsələ o qədər ciddidir ki, Parisdəki Yaponiya səfirliyində yapon turistlər üçün xüsusi dəstək xətti açılıb. Yapon xanımların bu narahatçılığının əsas səbəbi odur ki, onlar fotolarda müxtəlif rakurslardan çəkilən Eyfel qülləsinin elə də möhtəşəm olmadığını, Mona Liza əsərinin cəmi 77x53 sm ölçüdə kiçik bir əsər olduğunu və ya Parisin əslində məşhur Amelie filmindəki kimi olmadığını görüb xəyal qırıqlığı yaşayırlar. Nəysə, mənə görə Paris nədir? sualına ən sonda cavab verəcəm. Mona Liza sayyeahın gözüylə - Mona LisaYuxarıda qeyd etdiyim kimi Parisə WizzAir, Easyjet və RyanAir loukosterləri ilə və ya normal tarifli hava yolları ilə gedə bilərsiniz. Parisə yaxın olan ölkələrdən Belçika və İsveçrədən isə sürət qatarları ilə qısa bir zamanda Parisə çata bilərsiniz. Qaldı ki, gecələmək məsələsinə mən dostumun evində qaldığımdan hotel, hostel qiymətləri barəsində bir məlumatım yoxdur amma bu hotel, hostel və apartmentlərin qiymətini öyrənmək üçün booking.com, hostelworld.com, airbnb və ya couchsurfingdən istifadə edə bilərsiniz. Amma onu deyim ki, Parisdə olmasa da Lyonda və Kurşeveldə otellərdə qalmışam və sırf o otellərdə hər səhər “Bonjour monsieur” (bonjuğ müsyö) sözünü eşitməkdən ötrü otellərdə qalmağa dəyər. Qarşına çıxan hər otel işçisi “bonjour monsieur” deyə salamlayır səni, sən də özünü Cem Yılmaz demiş lord hesab eliyirsən :D Bir şeyi də qeyd edim ki, mən təcrübəsiz olmuşdum Parisə qışda getmişdim, siz etmiyin eləmiyin, tam 5 gün Parisdə oldum və onun 3 günü yağış yağdı, Parisin dadını çıxara bilmədim, məsləhətdir ki, yaz-yay aylarında gedəsiniz. İndi gəldik “Parisdə nə yeməli?” sualına. Təbii ki, sizə durub orda kruasan, makaroni yeyin, fransız şərabının dadına baxın deyəsi deyiləm, bunları hamımız bilirik amma məndən eşitmiş olmuyun deyilənə görə Parisə gedib də azı kruasan və makaroni yeməyənləri eşitdiyimə görə döyürlər :D tamam bunlar zarafatdır amma yuxarıdakı qeydləri nəzərə almaqda fayda var. Gəldim yazının ən sevdiyim hissəsinə. Parisdə haralara getməli, nələri görməli?  Parisə hava limanına, dəmir yolu vağzalına çatdığınızda ilk iş şəhərin turistik xəritəsini almaq olsun. Hava limanlarında, dəmir yolu və avtobus vağzallarında və turizm informasiya mərkəzlərində xəritələr pulsuzdur. Parisdə nəqliyyat haqqları bir balaca baha olduğundan çalışacam məkanları ardıcıllıqla qeyd edim ki, piyada gedə bildiyiniz yerlərə piyada gedəsiniz. sayeahın obyektivindən Zəfər Tağı - arc de Triomphe[/caption] İlk öncə təbii ki, Paris deyəndə ağıla gələn şəhərin simvolu olan Eyfel qülləsi. Gəldiniz gördünüz, bir-iki selfie çəkdirdiniz, hava yaxşı olsa və axşam deyilsə qülləyə də dırmaşdınız, növbəti dayanacağımız Arc de Triomphe (Zəfər tağı) olacaq. Məşhur yazar Erix Mariya Remark “Zəfər tağı” əsərinin adını məhz bu abidədən götürüb. İstəsəniz abidənin kəlləsinə çıxıb oradan Paris mənzərəsiylə daha 1-2 İnstagramlıq şəkil çəkə bilərsiniz. (qeyd edim ki, Zəfər tağının kəlləsinə çıxmaq ödənişlidir). Zəfər tağı 4-5 yolun kəsişməsində yerləşir ki, bunlardan da biri məşhur Champs Elyseesdir (bizim dildə Şanze-Lize, mahnısı da var e ‘oooo Şanze Lize’, bax o :) ). Champs Elysees prospektinin hər iki tərəfi bahalı restoranlar və brend butiklər tərəfindən işğal olunub. Məşhur futbol klubu PSGnin mağazası da burada yerləşir, əgər azərkeşisinizsə özünüz üçün bir suvenir ya İbrahimoviçin formasını ala bilərsiniz. Bu prospektlə irəliləyirsiniz bir az sonra qabağınız Place de la Concorde çıxacaq. Burda bir fontan, bir şeytan-çarxı bir ədəd də sütun var. Meydan fransız tarixində bir çox məşhurların edamına şahid olub. Bu meydanı keçdikdən sonra kiçik bir park var o parkla müxtəlif ağaclara baxa-baxa irəliləsəniz bir də görəcəksiniz ki, qabağınız İçəri Şəhər metro stansiyasına oxşayan şüşəli bir piramida çıxdı. Luvr Muzeyi - Musee du Louvre[/caption] Həə bax bu məşhur Cakonda ya da Mona Lizanın saxlanıldığı Luvr Muzeyidir. Fərqi yoxdur muzeylərə marağınız var ya yoxdur, gəlib piramidanın qabağında 2-3 şəkil çəkdirə və ya orda kiçik kub formalı daşlar var onların üzərinə çıxıb əlinizlə muzeyi qaldırımış kimi şəkil çəkdirə bilərsiniz. Sonra isə muzeyə girmədən məkanı tərk edirsiniz. Niyə muzeyə girmirsiniz çünki, bu piramida olan girişdə adətən çox uzun sıra olur, qiymətli dəqiqələrinizi orda xərcləmək əvəzinə içəri girib Mona Liza ilə 1-2 selfie çəkdirə bilərsiniz. Deməli bu muzeyin bir də metro keçidində olan girişi var ki, turistlərin çoxusu bunu bilmədiyindən o giriş demək olar ki, bom-boş olur heç kim olmur. Əgər metroyla bura gəlirsinizsə o zaman Palais Royal - Musée du Louvre stansiyasında çıxıb oxlarla muzeyin girişini tapa bilərsiniz. Muzeylərə, tarixə marağınız varsa bir gününüzü rahat bura ayırmalısınız. Əgər Avropa birliyi ərazisində yaşamaq icazəniz varsa (residence permit card) o kartı girişdə göstərib içəri pulsuz keçə bilərsiniz (dəqiq məlumat deyil, mən yoxladım işlədi, sizdə də varsa yoxlayın) yoxdursa məcburən 15 avro ödəməli olacaqsınız ki, muzeylərə marağı olanlar üçün dəyər bu məbləği ödəməyə. Bildiyiniz kimi Luvr muzeyi çox böyükdür və eksponatların sayı hədsiz çoxdur amma girişdə olan broşurlardan marağınıza uyğun olan otaqları və mərtəbələri çox asan tapa bilərsiniz. Broşdurda Luvrda görülməli (həm də selfie çəkdirməli) əsas 7 (ola bilər rəqəmi səhv xatırlayım) əsərin yerləri çox aydın göstərilib, vaxtınız azdırsa ən azı bunlara bir baş çəkib çıxa bilərsiniz. Bir az daha vaxtınız varsa orda Napalyonun iqamətgahı var ora da Luvr muzeyində görülməli yerlərdəndir. Parisdə həddindən artıq çox muzey var, hər cür marağa uyğun, Parisə gedib də marağına uyğun muzey tapa bilməyəcək bir şəxs yoxdur çox güman. Qeyd edim ki, hər ayın ilk bazar günü Parisdəki bütün muzeylərə giriş pulsuzdur, tutduzdura bilsəniz şansdan istifadə edin :) Luvr muzeyində Napaleonun iqamətgahı[/caption] Sonra təbii ki, Parisə gedib də baş çəkmədən geri dönməməli olduğunuz məkan Notr Dam kilsəsidir. Kilsəyə giriş pulsuzdur. Ədəbiyyatda olan məşhurluğu, qotik üslubunda olan abidənin möhtəşəmliyi sizi valeh edəcək, hələ mən kilsənin zərif ornamentlərlə bəzədilmiş iç hissəsini və şəbəkə pəncərələrini demirəm. Bir sonrakı məkan Luksemburq Bağları adlanan parkdır, hansı ki, yaz və yay aylarında fərqli rəngli çiçəklərə bürünərək möhtəşəm mənzərə yaradır. Növbəti gəzəcəyiniz məkan Saint Germain bulvarıdır. Adının bulvar olduğuna baxmayın, ətrafda gözünüzə dəniz, göl ya çay görsənməyəcək. Bu bulvar Parisdə aktiv həyatın cərəyan etdiyi məkanlardandır. Pantheon digər bir gəzilməli muzeylərdəndir. Amma içində elə də maraqlı eksponatlar yoxdur. Giriş üçün ödəniş etməyə dəyməz amma binanın memarlığı çox gözəldir. Pantheondan qısa bir piyada məsafəsində məşhur Sarbon universiteti yerləşir, getmişkən bir ora da baş çəkin məncə. Növbəti görülməli məkanımız Hotel de Villedir. Əslində deyə bilərsiniz ki, otelin nəyi maraqlı olacaq? Haqlısınız amma bu bina adındakı otel sözündən fərqli olaraq otel deyil, Paris şəhər bələdiyyəsinin (ya da icra hakimiyyətinin) binasıdır. Bina çox möhtəşəm memarlıq üslubunda tikilib. Mən deyərdim ki, Budapeştdəki əzəmətli parlamentin kiçik formasıdır. Qışda binanın qarşısında buz meydançası olur, hansı ki, buz üstündə sürüşə və yaxud xokkey oynaya bilərsiniz. [youtube https://www.youtube.com/watch?v=Es-j3jGtc-g] Gəldik mənim Parisdə ən sevdiyim yerlərdən biri olan Saint Martin kanalına. Bura ortasından kanal keçən enli bir küçədir. Küçənin hər iki tərəfində kiçik, şirin kafelər var. Ürəyiniz istəsə bir fincan qəhvə ya fransız şərabı içə-içə kanaldan gəlib keçənləri seyr edə bilərsiniz. Yuxarıda qeyd etdiyim Amelia kinosundakı Amelienin ən sevdiyi işlərdən biri də məhz bu kanala gəlib, daş sıçratmaq idi. Parisdə ən bəyəndiyim bölgə isə Montmarte bölgəsi oldu. Mən deyərdim ki, Parisdə bir neçə saatlıq vaxtınız varsa Eyfel qülləsini boş verin məhz bu məkana baş əkin. Parisin əsl siması, fransız ruhu bu məhəllələrdə dolaşır. Xəritəni qoyun çantanıza özünüzü dar, kiçik, dalanlı küçələrə atın, azın bu məhəllələrdə, Parisin ruhunu kəşf edin. Bu səmtdə ən görülməli abidələr siyahısına Sacre Coeur (Saköe köğ) bizim dildə isə Müqəddəs Ürək (və ya Ağ kilsə) kilsəsi başçılıq edir. Amelie kinosunda da bu kilsəni tez-tez göstərirlər. Kilsə digər binalarla müqayisədə, məsələn Nort Dam kilsəsi ilə ürküdücü görünüşü yoxdur. Montmarte təpə olduğundan kilsənin yanından Parisə açılan gözəl mənzərəyə doya-doya baxa bilərsiniz, bir də bura gün batan vaxtı gəlmisinizsə dadından doyum olmaz mənzərənin, əsl Paris romantikasını burda tapacaqsınız. Montmarte küçələri[/caption] Kilsənin arxa tərəfinə keçirsiniz və budur Montmartenin dar küçələri başlayır. Bir az irəliləyirsiniz və qarşınıza kiçik işqılarla bəzədilmiş bir meydan çıxır. Burda rəssamlar öz molbertlərini qoyub şəkil çəkirlər. Yaxınlıqdakı kafelərdən bir qədəh şərab götürüb siz də özünüzü rəssam kimi hiss edə bilərsiniz. Montmartedə mütləq baş çəkməli olan məkan Creperie Le Tire-Bouchon kafesidir. Kafenin özünə məxsus iç dizaynı var, belə ki, kafenin iç tərəfi kafeyə gələn qonaqlar tərəfindən bəzdilib. Divarda hər yer pul, çek, bilet, müxtəlif kağız materiallarla örtülüb, istəsəniz siz də öz adınızı kafenin divarına həkk edə bilərsiniz mənim kimi. Creperie Le Tire-Bouchon[/caption] Montmartenin digər məşhur məkanı Montmarte qəbirstanlığıdır. Hiss edirəm ki, deyirsiz qəbirstanlığın nəyi maraqlıdır?! :) ilk öncə burada qəbirlər gül-çiçəklərlə elə bəzədilib ki, heç məzarlıqda olduğunu adam hiss etmir, bundan əlavə dünyanın Edith Piaf, Ahmet Kaya, Şopen, Oscar Wilde kimi məşhurları məhz bu məzarlıqda uyuyur. Təpənin ətəyində isə Parisin Red Light Districti olan Moulin Rouge (Mulen Ruj) yerləşir, istəsəniz Mulen Rujdakı şouları seyr edə bilərsiniz. Ən ucuz varyant şou+şampandır ki, 110 avro ətrafında bir qiyməti var. Parisdə baş çəkmədiyim və peşman olduğum iki məkan var. Birincisi məşhur Versal Sarayı, ikincisi Paris katakombaları, yeraltı məzarlıqlar. Siz siz olun parisə gedərkən bu 2 məkana mütləq baş çəkin, yoxsa çox şey itirərsiniz. Paris katakombaları[/caption] Daha bir şəhər yazımızın sonuna gəldik, ümid edirəm ki, maraqlı oldu və Parisə səyahət etsəniz bu yazıdan sonra Paris sindromu keçirməyəcəksiniz. Mənim fikrimə gəldikdə Paris doğrudan gözəl şəhərdir amma mənimçün Parisi sevimli edən Luvr ya Eyfel qülləsi deyil məhz Montmarte bölgəsidir. Növbəti yazılara qədər...Paylaşdı: Babək Musa-Zadə (sayyeahblog.com) 

2825 dəfə oxunub

Berlin - Zaksenhauzen düşərgəsi

Zaksenhauzen düşərgəsi, Üçüncü Reyx tərəfindən İkinci dünya müharibəsi dövründə Almaniyanın paytaxtı Berlin şəhərində yaradılmış, 1936 - 1945-ci illərdə fəaliyyət göstərmiş Nasist həbs düşərgəsi idi. Zaksenhauzen düşərgəsi Üçüncü Reyx tərəfindən yaradılan həbs düşərgələrinin idarə mərkəzi olmuşdur. SS birləşmələrinin də əsas təlim bazalarınan olan Zaksenhauzen həbs düşərgəsi digərlərinə nisbətən daim daha çox önəmə sahib olmuşdur. 1936-ci ildə yaradılan düşərgədə, müxətlif növ kabinalar və işgəncə otaqları vardı burada İndustie Zentrum adlanan və yalnız xüsusi həkimlərin bıraxıldığı əməliyyat mərkəzləri vardı. Burada məhbuslar üzərində müəyyən təcrübələr aparılır, onların işgəncələrə hansı şəkildə dözümlü olmaları yoxlanılırdı. Zaksenhauzendə qaz kameraları vasitəsilə minlərlə insan öldürülmüşdür. Məhkumlar əsasən düzgün qidalanmama, vərəm və dondurucu şaxtalar səbəbindən vəfat edirdilər. Yuxarıda göstərilən səbəblərdən başqa bir çox insan İndustie Zentrum otaqlarında tibbi təcrüblələr əsnasında öldürülmüşdür.1-ci şəkildə düşərgənin əsas girişi.2-ci şəkildə giriş qapısındakı məşhur “Arbeit macht frei (İşləmək azadlıq gətirir)” ifadəsi.3-cü şəkildə barakın əsirlərin yeməklərini yediyi hissə.4-cü şəkildə əsirıərin yatdığı hissə. Baraklarda minimum 158 əsir saxlanılırdı. Hər barakda 1 gün ərzində minimum 3 nəfər həyatını itirirdi.5 və 6-cı şəkillərdə əsirlərin hamam və tualeti. Hər səhər 158 əsirin hamam və tualetdən istifadə üçün cəmi 5 dəqiqəsi var idi.7-ci şəkil əsirlərin işlədildiyi mətbəx. Əsirlər divarlara marsqlı şəkillər işləyiblər, hansı ki, o şəkillər şüşə arxasında qorunur.8-ci şəkildə 13 yaşlı əsir Pierre Gartiserin qorunub saxlanan əsir paltarı. Düşərgədə bütün əsirlər elə geyinirdi.9-cu şəkildə əsir Franz Cyranekin şahmat taxtası.10-cu şəkildə düşərgədə fəaliyyət göstərən həbsxananın tək kameralı otağı.11-ci şəkil düşərgənin ümumi görüntüsü. Daş ilə içarələnən ərazilərdə də baraklar fəaliyyət göstərib. Amma sonrada söküldüyünə görə, hazırda muzey üçün bir neçə barak fəaliyyət göstərir. Düşərgənin ilkin vəziyyəti çox acınacaqlı olub, insanlar dəhşətə gəlirmiş, ona görə də muzey halına salındıqdan sonra hələ çoxlu ixtisarlar olub.12-ci şəkildə abidənin olduğu yerdə əsirlər güllələnirdi. İndi həmin abidənin üstündə öldürülən bütün millətlərin adı yazılıb.13-cü şəkildəki ərazidə əsirlər güllələndikdən sonra orada yandırılırdı, bəli yandırılırdı. İndi isə orda görünən bu heykəl qoyulub.14 və 15-ci şəkillərdə Morqun əsas və zirzəmisinin şəkilləridir. Yuxarıda sadalanan tibbi təcrübələr əsasən bu zirzəmilərdə həyata keçirilib.16-cı şəkildə isə qaz kamerasında əsirlərin son anda divara cızdıqları yazılar və məşhur “HELP” yazısı.17 və 18-ci şəkillərdə isə müasir memorialda əsirlər haqqında məlumatlar, onların siyahısı, şəxsi əşyaları eləcə də onlara tətbiq olunan silah - sursatlar, texnika, məişət əşyaları və s. saxlanılır.Oranienburg, Berlin, Almaniya ????????#sachsenhausenconcentrationcamp#oranienburg #berlin #germany[gallery ids="1955,1957,1953,1959,1966,1956,1951,1964,1963,1967,1968,1962,1958,1952,1954,1961,1965,1960" type="rectangular"]Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Abdulla Hasanli‎

1044 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!