Frida kimi sürrealist ölkə - Meksika bələdçisi

http://evdenuzaqlarda.com/mexico-city/ ????????ℹ️ Sizə Meksikanın ən böyük şəhəri, paytaxtı olan Meksika city’dən danışacam. Səyahət üçün tam da möhtəşəm, həmçinin də səyahətinizə rəng yox rənglər qatacaq görülməli yerləri var . Bura nə vaxtsa səyahət etməyi planlaşdırsaz mütləq bu postu oxuyun. Mexico city dedikdə o dəqiqə insanların ağlına gələn kirminal, narkotik, oğurluq və sair bir çox şeylər. Yəni bəzi yerlər var təhlükəlidir məsələn Tepito kəndi kimi. Ama turistik yerləri səyahət edəcəyiniz müddətcə heç bir problemlə üzləşməyəcəksiniz.????Azteklərin dövründə, Meksika şəhəri əvvəlcə Lago de Texcoco adlı bir gölün üzərində qurulub. Azteklər lagunaya torpaq tökərək süni bir ada qurdu. Daha sonra ispanlar Tenochtitlan ərazisində ikinci bir Meksika şəhərini qurdular və hal hazirda Meksika şəhərində bəzi bölgələr hər il 40 santimetrə qədər yerin dibinə batır. Şəhərdə əhalinin sayı 20 milyondur iynə atsan yerə düşməz. Elə bir şəhərin əhalisi 2 dəfə Azərbaycanın əhalisi qədərdir.???? Bakıdan Meksika şəhərinə gəlmək elədə asan və ucuz başa gəlməsədə ama gəlməyə dəyər əlbətdə. Alternatif yollar isə bunlardı Bakı–Moskva–Kuba–Meksika şəhəri ya İstanbul–Meksika şəhəri. Əgər şengen vizanız olarsa avropadan bura ucuz qiymətə də gələ bilərsiniz.????Şəhərdə qalmağa yerlər münasib qiymətlərədir. Hostel, Otel, Airbnbdən istifadə edə bilərsiniz. Biz 4 nəfər olduğumuza görə Airbnbdən istifadə etdik 1 gününə 78 Azn ödədik. Ev çox super idi hər bir şəraitidə var idi.https://es.airbnb.com/rooms/37371853?s=51???? ???? Nəqliyyat vaistələrinə gəldikdə sizə məsləhətim şəhər daxilində yalnız Uberdən istifadə edin. Həm qiymət cəhətdən, həm rahatlığınız, həmdə ki təhlükəsizliyiniz üçün. Şəhər daxili aftobus və normal taksilərdən istifadə etməyin. Uber qimyətləri şəhər daxili 7-10-12 manat arasıdır.Görməli yerlər ????????1. Palacio de Bellas Artes2. Mercado de la Merced3. Catedral Metropolitana4. Monumento a la Revolución5. Coyoacán6. Kiosco Morisco7. Teotihuacán8. Frida Kalo museum9. Parque de la AmistadƏn önəmli ziyarət etməli olduğunuz muzeylərdən biridə Frida Kalo muzeyidir. Əgər saatlarca qapıda gözləmək istəmirsinizsə biletinizi öncədən online almağınız məsləhətdir.Giriş bileti Həftə içi 20 AznHəftə sonu 24 AznŞəkil çəkmək üçün 2.70 AznAçılır hər gün 10:00Bağlanır 17:30Ödəniş Nəğd və ya Visa,MasterCard ilə qəbul edilir.???????????????????? Frida Kalo 6 yaşında poliomielit xəstəliyinə tutulur və bundan sonra ömrünün sonunadək axsayır. 18 yaşında avtomobil qəzası yaşayır. 17 sentyabr 1925-ci ildə baş verən qəzada onun evə getdiyi avtomobil tramvay ilə toqquşur. Zərbədən tramvayın kollektorunun sınıq dəmir çubuğu Fridanın mədəsindən keçib çanaq sümüyünü parçalayaraq, sol qasığından çıxır. Onurğa sümüyü üç yerdən zədələnir və iki budu sınır. Bundan sonra Frida çoxsaylı əməliyyatlar keçirməli olur. 1929-cu ildə o, Dieqo Rivera ilə evlənir və onun kimi kommunist partiyasını dəstəkləyir.Daha çox Frida Kahlo kimi tanınan Magdalena Carmen Frida Kahlo Calderón 1907-ci il iyulun 7-si Coyoacan da anadan olan meksikalı bir rəssam olub. Məşhur meksikalı nəqqaş Diego Rivera ilə evli olub, onun həyatı uşaqlıqda tutulduğu xəstəliyə görə əziyyətli keçib və gənc yaşlarında ağır bir qəza keçirdiyinə görə uzun bir müddət yatalaq olub və bu müddət ərzində 32 dəfə cərrahiyyə əməliyyatı olunub.Çox qısa bir müddət adi həyat tərzi sürüb. Biseksual idi və onun sevgililəri arasında Leon Trotski vardı.Onun rəsm əsərləri öz bioqrafiyası və keçirdiyi ağır günlər ətrafında dönür. 200 dən çox əsər müəllifidi. Bu əsərlərin çoxu da həyatda qalma mübarizəsindən bəhs edən avto-portretləridir. Kahlonun əsərləri həyat yoldaşı olan tanınmış rəssam Diego Rivera-ya təsir etməsiylə o yerli meksika xalqının incəsənətinə duyduğu sevgini göstərdi və üst-inqilabi dövrün digər meksikalı rəssamlarını ruhlandırdı????????????????????  Məni ən çoxda sevindirən Meksikanın paytaxtında yerləşən Azərbaycan Meksika dostluq parkı oldu. Kiçik və gözəl bir bir parkdır. Daha öncə bu parkda Prezident Heydər Əliyevin heykəli olub ama sonradan heykəlin yerini dəyişiblər.⛺️☀️????Yollandıq Teotihuacana bura Meksikanın qurulduğu yerdi. Hernan filminə baxsaz Daha çox məlumat toplamış olarsiniz bu gözəl tarixdən. Burda olan piramidi Günəş piramidi adlandırırdılar və tanrılarına qurban verdikləri insanları piramidanın zirvəsinə çıxarıb daha sonra ürəyini çıxarıb Günəşə doğru tuturlarmış.????????????Xochimilconın inanılmaz bölgəsi 1987-ci ildə YUNESKO-nun Dünya İrsi siyahısına təyin olunub və Meksika şəhərinə gələnlər arasında ən populyar gün gəzintilərindən biridir. Qayıq ilə istəsəniz 1 saat və ya 6 saatlıq turla gəzə bilərsiniz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: ‎‎‎Seyid Hüseyn

2179 dəfə oxunub

Yaşıllıq, dəniz və qırmızı kərpiclər şəhəri - Oslo

Bu il Yeni ili keçirmək üçün Norveçə 2 günlük səyahətə getdim və Osloda yeni il keçirdim.Ümumiyyətlə, Osloda ilk getdiyim yer hamımızın TQDK-nın coğrafiyasından çox yaxşı tanıdığı, Avropada neft və qazla zəngin nadir yerlərdən olan Şimal dənizinin Norveç sahili idi. Və ilk görüşdə sevgi kimi, gördüyümün yalnız dəniz və günəş olmasına baxmayaraq, yarım saat ancaq sahilə baxdım. Şaxtalı hava, nazik buz bağlamış su, gözü kor edən parlaq günəş və Norveçə vurulmuş mən. (bu arada, bu cümlə həyatımda yazdığım ən bədii cümlə ola bilər).“İlk Skandinav ölkəsi” şokumu (təbii ki, belə bir şey mövcud deyil ancaq başqa cür həmin an keçirdiyim hisləri izah edə bilməzdim) keçirəndən sonra dənizin qırağındakı binanın “Oslo Opera House” (Oslo Operasının) olduğunu başa düşdüm. Bir az qəribə səslənsə də ora getməmişdən əvvəl bina haqqında eşitdiyim yeganə məsləhət “Ora gedirsənsə, mütləq ayaq yoluna gir, pulsuzdu” idi. Və mən binaya dırmaşmaq, pilləkənin üstündəki qarla oynamaq, yıxılmağa qədər hər şeyi etsəm də ayaq yoluna getmək yadımdan çıxdı. Amma “Google”-a inanaraq deyə bilərəm ki, həqiqətən də Operanın ayaq yolusu binanın özündən geri qalmırmış. Qısacası, əsl “skandinavskiy” modern memarlıq görmək istəyən Oslo Operasına getsin. Nə bilim e, çıxın binanın üstünə, sürüşün aşağı, qağayılara yem atın və ən əsası da çoxlu şəkil çəkdirin!Onu da deyim ki, Oslo həqiqətən də çox bahalıdır. Mənim kimi səhər yeməyi üçün Norveçin ən ucuz marketi “REMA 1000”-ə gedə bilərsiz hansı ki, bizim Oba marketin ögey qardaşıdır. Amma ən ucuz kombinasiya olan portağal şirəsi və 2 şokoladlı maffini qiymətinin 115 kron yəni 23 manat olduğunu da unutmayın.Oslo operasından sonra ikinci turistik dayanacağım bir az  gəzdikdən sonra çatdığım Oslo domkirke-yi (Oslo Kafedralına) idi. Binanı ilk görən kimi ağlıma Göy Göldəki alman kilsəsi gəldi. Hər ikisi arxitektura cəhətdən bir-birini xatırlatsa da maştabları arasındakı fərqi yəqin ki, vurğulamağıma ehtiyac yoxdur. 1690-cı illərdə tikilmiş kafedralın qarşısına Danimarka kralı 4-cü Kristianın heykəli qoyulub. Amma maraqlı sual budur ki, o kralın burada nə işi var?? Belə ki, imperializm dövründə mövcud olmuş Danimarka krallığının tərkibinə Norveç və hətta İsveçin bəzi hissələri daxil olub. Ona görə də Danimarka kralının heykəlini burada görmək heç də təəccüblü deyil. Aşağıda 2 dənə 10 manatlıq hot-dog yeməmişdən əvvəl şəklini çəkdiyim Oslo kafedralının və xatirəsi əziz Kral Kristianı görə bilərsiz.Heç özüm də bilmirəm mənə nəsə olmuşdu yoxsa normalda Skandinav havası insanı acdırır, amma mərkəzə çatanda səyahətçinin başına gələcək ən pis hadisə ilə qarşılaşdım. Şəhər mərkəzində acıram???? Osloda hər addımbaşı insanın qabağına “Narvesen” butkaları çıxır. İçəridə ürəyiniz nə istəyir tapa bilərsiz, amma hot-dogları “prosto” superdi. Oslonun mərkəzində bu butkaların təkliflərindən ucuz ancaq su içmək olar, o da hər yerdə pulsuz olduğu üçün. 2 hotdog-a və içkiyə 30 manat verəndən sonra yenə də doymadım amma özümü o yerə qoymadım. Bəsdir, bu qədər də olmaz axı)))Yenidən sahilə düşdük və qarşımıza ilk çıxan yer elə “Norway Resistance Museum” (Norveç Dirəniş Muzeyi) oldu. Muzeydə diqqət mərkəzində olan əsas məsələ ikinci dünya müharibəsi dövründə norveçlilərin faşizmə qarşı göstərdiyi qəhrəmanlıqlardır. Muzeyin heç içinə girmək lazım deyil, çöldə müxtəlif növ artileriyanı, topları, tüfəngləri görə bilərsiz. Yaşıllıq, dəniz və qırmızı kərpicli binalar…İngilislər demiş, Norway at its best!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Tural Abbasov

1683 dəfə oxunub

Səyahət əhvalatları - İrana aparan yollar

Uşaq vaxtı səyahət arzumun ünvanı Qərb, Avropa və s. idisə, illər keçdikcə bu, özünü cana yaxın Şərqə dəyişir. Isti yerləri sevirəm. Yayda, iyulun cırhacırında, bir səyahətdən qayıtdıqdan 3 gün sonra, qaşınmağa başladım. Təbrizi, Ərdəbili görmək çoxdankı arzum idi. Qismət olmamışdı.Yazını oxuyan və 'Təbrizin nəyini tərifləyir', '50 il geridə qalıb', 'orda hər yer moşşennikdir' kimi düşüncələrə elə indidən qapılanlar, oxumasalar yaxşıdır.Jurnalistikada müəllimim Vəli Əkbərə zəng etdim. Dedim, bəlkə Təbrizə gedək? Təklifdən bu qədər sevinəcəyini düşünmürdüm düzü. Adamın ürəyi açıldı. Beləliklə, 1 gün sonraya səyahəti planlaşdırdıq.Soruşduq dost-tanışdan, dedilər Biləsuvardan keçin. Astarada çox adam olur və s.. Həm uzaqdır.. Amma Azərbaycanda ayaq basmadığım 2 rayon var idi. Sədərək və Astara. Dedim, yox ey, yolüstü keçməliyəm Astaradan. Maşını xodlayıb, düşdük yola. Yeni çəkilən adı pullu, özü isə hələlik pulsuz olan yol çox əladır. Səni düüüz Astaranın mərkəzinə aparır. Elə mərkəzdə yol soruşurduq ki, dedilər qardaş bu deyy, sərhəddəsiniz. Şəhərdə bir məhəllədir sanki. Maşını günü 2 manata sərhəddə bir dayanacağa qoyub, piyada xəttinə yaxınlaşdıq. Indi gözləyirik ki, basabas olacaq, qırğın qiyamət.. Gördük adam nəəzir)) Bizim sərhəd-keçid məntəqəsi çox baxımlı və səliqəlidir. Rahat keçdik. Bizimlə bərabər 'Iranda qadın' deyiləndə sonuncu dəfə 60-cı illərdə olan biləcək geyimlərdə 4-5 xanım da keçirdi. Sərhəddin bu tərəfində əyinlərində, azərbaycanlı turistlər Qırmızı Körpünü keçib, Batuma gedəndəki kimi əyinlərinə geyindikləri paltarlardan olsa da, neytralda altdan- üstdən qıfıllanmağa başladılar. Bəli.. körpünün yarısını keçərkən gözümüzə Iran bayraqları dəyməyə başlayırdı..Qarşı tərəfə doğru getdikcə baxırıq ki, a kişi burda da adam nəəəzir.. Səbəbini bilməsək də, çox çox rahat formada Iran sərhəddini də keçdik. Pasportlarımıza peçat zad vurmadılar, deyim ki.Hələ Bakıda olanda Irana gedəcəyimizi bilən hər kəs, sərhəddən ehtiyatlı olun, aldadırlar demişdi. Biz də onun təsiri ilə qorxa-qorxa bir taksiyə yaxınlaşdıq. Daha doğrusu, özü bizə yaxınlaşdı. 20 yanvar metrosunun çıxışındakı Sumqayıt taksiləri kimi) 20 qəp.. yo, istəmədilər)) Qardaş dedi ki, baba, hara gedirsiniz? Dedik, Ərdəbilə. İlk ünvan Ərdəbili seçmişdik. Dedi, sizin pulla 5 manata apararam. Dedik, nə ucuz)) Nəsə, mindik maşına.. 90-cı illərin nostaljisinə qapılaraq yola düzəldik.Talış dağlarının davamı, sərhəddin o üzündə də uzanır. Əla mənzərələr var. Bir 20 dəqiqə bu həzzi yaşadır insana. Sonrasa tuneli keçərək dağlıq ərazini tərk edirsən. Sarı tonlu Selcan xatun.. Sorry, sarı tonlu qayalıqlar, səhra başlayır. Bu şofer qardaş dedi ki, acmamısınız? Baay, ölürük acından.. Saxladı bir 'Bığ' restoranı fason yerdə. Yeməyə nə var? Aşla kabab)) Ver gəlsin.. Buarada hər kəs Azərbaycan türkcəsində danışır. Nə fars, nə bir şey.. Fars o torpaqları ilhaq etdiyini düşünə bilər.. Yəni, yalnız düşünə bilər. Beyin və dil azərbaycanca işləyir insanlarda.Yedik, hesabı soruşanda qardaş dedi nə bilim neçəsə min tümən. İrana gedəcəklərçün deyim: Ölkənin rəsmi pulu rial olsa da, hamı bir sıfırı nominaldan silərək, tümən deyir. Məsələn, 100 000 lik rial, gündəlik həyatda 10 min tüməndir. Kursu indi unutmuşam, haradasa 20 manat elədi hesab. Məsələ aydın idi.. Şofer qardaş, daimi işlədiyi restorana aparmışdı. Sonradan faizini alacaqdı.. Nuşi can!Hesabı manatla(!) ödəyib, yollandıq. Ətraf çox köhnədir. Yollar, avtomobillər, evlər.. Amma biz torpağın adına vurğunuq. Azərbaycana gəlmişik. Cənubi və daha böyük Azərbaycana..Heyranlıqla ətrafa baxa-baxa, ənənəvi xam adam sualları verə-verə, Ərdəbilə çatdıq.Bizim tərəflərdə bir yer uzaq olanda 'elə bil Ərdəbilə gedir' deyib, uzaq olduğunu düşünsək də.. Ərdəbil çox yaxındır. Dilimiz qədər.Ərdəbil, Şah Ismayılın və Şeyx Səfinin məzarının olduğu şəhərdir. Yolboyu da həsrətlə onların qəbrini görmək istəyirdik. Damardakı qanımız bizi o məkana doğru aparırdı.. kimi ədəbi-fəlsəfi cümlələr qura bilərdim....amma taksi sürücüsü ənənəni pozaraq, fikirləri alt-üst etməyə imkan vermədi. Bizdən daha bir 20 manat alaraq, Ərdəbilin tam mərkəzində düşürdü. Sən demə adama 5 manata gətirirmiş.. Və bizi 4 nəfər kimi görüb.. Mürtəd oğlu mürtəd.. Halal eləmirəm..))Posta bir neçə foto əlavə edərək, sizi bezdirməmək niyyətilə hekayənin davamını 1 həftə sonraya saxlayıram. (Əslindəsə, yazmaqdan yoruldum))))

1336 dəfə oxunub

Keçmişini unutmayan şəhər - Lissabon

… Çayın kənarında, yaşıllığı bol bir Avropa şəhəri xəyal edin. O şəhərin tarixi, ensiz küçələrində, sarı, köhnə, birvaqonlu tramvaylar var. Şəhər müasirləşir, inkişaf edir, eyni zamanda, qədim üzünü də qoruyur: tarixinə hörmət edir, köhnə tikililərə toxunmur, incitmir… Qısası, gəzdikcə şəhərin ruhunu duyursan.Tarixlə müasirliyin kəsişdiyi şəhərBir tərəfi çay, mavilik, yeni tikililər, müasirlik, digər tərəfi isə tarixi tikililər, yüksəklik…Söhbət Taxo (Tejo) çayının sahilində, yeddi təpə üzərində yerləşən Lissabondan (Lisboa) gedir. Portuqaliyanın paytaxtı və ən böyük şəhəridir. İstanbul və Roma kimi 7 təpə üzərində qurulub.“Bu şəhəri sadəcə anlamaq, ruhunu duymaq lazımdır”Bu yaxınlarda fransız jurnalist dostumun “Instagram”da Lissabondan foto paylaşdığını gördüm. Təxmini belə bir başlıqla: “Bu şəhəri sadəcə anlamaq, ruhunu duymaq lazımdır”.Bənzəri olmayan gözəllikŞəhərin müasir tərəfini modern binalar, restoranlar, mağazalar, tarixi hissəsinin ensiz küçələrini sarı tramvaylar bəzəyir.O sarı tramvaylar var ha, bax, onlar Lissabonun bütün görməli yerlərindən keçirlər. Mən bir dəfə şəhəri piyada gəzdim, doymadım. İkinci dəfə isə tramvaya minib, 2-3 dövrə vurdum. Lissabona səyahətimin 31-ci günü gəldiyimi, həmin günlərin hamısını dayanmadan gəzdiyimi düşünsək, pis nəticə sayılmaz.Lissabonun görülməli üzləri…“Alfama” – Lissabonun “Sao Jorge” qalası ilə Taxo çayı arasında, yoxuşda qurulmuş köhnə məhəlləsidir. Adı ərəbcədən götürülüb (Al-hamma), “hamam” deməkdir. Burada çoxsaylı tarixi binalar və barlar var.Bir də çay kənarında, yeni salınmış, müasir yaşayış bölgəsi və yaxınlığındakı “Belem” adlanan yerə gedə bilərsiniz. Buradakı “Belem” qalasını da ziyarət etmək olar. Muzey sevənlər, tarix və dənizçilik muzeyinə baş çəkə bilərsiniz. Bilirsiniz, Portuqaliya dənizçilik sahəsində dünyada məşhurdur. Yox, muzeyə xərcləməyə pulunuz qalmayıbsa, üzülməyin. Şəhər özü canlı muzeydir elə. Gəzməklə də Portuqaliyanı, portuqaliyalıları, Lissabonu, bu şəhərin sakinlərini tanıya bilərsiniz.Görülməyi gözləyən Müqəddəs Məryəm Katedralı (Santa Maria Maior) da var. Lissabonlular buranı “Se” - deyə də adlandırırlar. Şəhərin ən köhnə kilsələrdəndir.Alış-veriş etmək istəyirsinizsə, “Rua Agusta” küçəsinə gedin. Sağı-solu brend markalara aid mağazalarla doludur. Buradan Portuqaliya, Lissabona aid suvenirlər, dostlarınıza əl işlərindən olan hədiyyələr də tapa bilərsiniz. Küçənin ortasını kənardakı restoranların rəngli masaları bəzəyir. Canınız yemək çəkirsə, burada qarnınızı doyura bilərsiniz.Lissabonla İstanbulun bənzərliyi nədədir?“Rua Agusta”nın sonu Taxo çayına açılır. Başlanğıcını İspaniyadan götürən çay Lissabondan Atlantik Okeanına tökülür. Bu arada, İspaniya Portuqaliyanın yeganə qonşusudu. Burada sizi “Praça do Comercio” meydanı salamlayır. Çoxu Lissabonu İstanbula bənzədir. Elə İstanbula bənzəyən yeri də burasıdır məncə. Körpüsü, maviliyi… Meydanda “Ribeira” sarayını da görə bilərsiniz. Möhtəşəm tikilidir.Saray 1755-ci ildə tikilsə də, bir dəfə zəlzələdə dağılıb, sonradan yenidən restavrasiya edilib. Bununla belə gözəldir.Meydanın yaxınlığında Pivə Muzeyi də var (Museu da Cerveja). Muzeyin kafe hissəsində pivələrin və balıqdan hazırlanmış kekslərin (görünüşü Kiyev kotletinə bənzəyir) dadına baxa bilərsiniz.5 avroya yüksəklik keyfiLissabon dərə-təpə şəhər olduğundan məhəllələr arasında liftlər var. Ən məşhur turistik lift isə “Santa Justa”dır.Liftə mindiyimiz hissə “Baixa”, yuxarı çıxdığımız bölgəsi isə “Bairro Alto/Chiado” adlanır. Yuxarıda otel tikilib. Buradan aşağıdakı mənzərəni seyr etmək üçün otel ərazisinə keçmək gərəkir. Təbii, icazə var. Liftlə qalxıb-enmək 5 avrodur. Nə isə “Bairro Alto”dan şəhərə açılan mənzərə sadəcə möhtəşəmdir. Həm çay, həm də “Rossio” meydanını görmək olur. Burada foto çəkdirə, ya da eləcə mənzərəni seyr edə bilərsiniz. Dəqiq yadımdadır, məni qolumdan çəkə-çəkə endirmişdilər.Dadı damaqda qalan dəniz məhsulları və sangriyaMətbəxləri də çox dadlıdır. Ən azı mənim yediklərim elə idi. 3 gün ərzində ancaq dəniz məhsullarından olan yeməklərinin dadına baxa bildim. Burada da İspaniyadakı kimi paella (bulğura oxşayan düyüdən hazırlanmış, qırmızı, sarı və ya qara rəng çeşidləri olan plov) var. Rəngi İspaniyadakından bir az fərqli, tünd, qarayaçalan idi. Dadına isə söz ola bilməz. Eynilə İspaniyadakı kimi burada da az qala hər restoranda sangriya (adi qırmızı şərabın meyvə və meyvə şirəsi ilə qarışdırılaraq, içinə buz, limon qoyulmuş forması) verilir. Balıqları isə sadəcə möhtəşəmdir, q iymətləri də çox baha deyil. Lissabonda yediyim “cheesecake”-li dondurmanın dadı isə yəqin bir ömür yadımdan çıxmayacaq.Lissabona getsəniz, harada qala bilərsiniz?Lissabonda qalmaq üçün 5 ulduzlu otellərdən tutmuş, hostellərə, qonaq evlərinə qədər hər cür seçim var. Şəhəri tanımaq, havasını, ruhunu duymaq istəyirsinizsə, sizə mərkəzdə qalmağı tövsiyə edirəm. Belə deyim, pəncərəniz şəhərin mənzərəsinə, mərkəzinə, ürəyinə açılsın. Şəhərlə oyanıb, şəhərlə yatmağın ayrı bir ləzzəti var çünki… Həm də kənarda qalmaq vaxt itkisidir.Biz düz şəhərin mərkəzində, qonaq evində qaldıq. 2 nəfərə gecəsinə 75 avro ödəməklə. Pensao Elegantenin təmizliyi, şəraiti, yerləşdiyi bölgə əla idi.Yaz-payız – Lissabonla görüşün ən yaxşı vaxtıAvropanın ən isti paytaxtı sayılır Lissabon. Məncə, ora getməyin ən gözəl zamanı aprel-may və sentyabr-oktyabrdır. Yəni yaz və payız fəsilləri. Bununla həm yaşıllığı görə, dəniz kənarında üşümədən gəzə, həm də kəskin istidən və soyuqdan qoruna bilərsiniz.Necə gedək?Portuqaliya şengen vizası tələb edir. Bu ölkəyə vizanı Bakıdakı Fransa Səfirliyi verir. Getməyə gəlincə, Bakıdan Lissabona “Aeroflot” (Rusiyanın hava şirkəti) və Türk Hava Yollarının (THY) reysləri ilə gedə bilərsiniz. Qiyməti gedəcəyiniz günlərə və bileti nə qədər tez almağınıza görə dəyişir. Gediş-gəliş üçün minimum 500 manatı gözdən çıxarmalısınız. Biz başqa cür etdik. Bakıdan “Wizzair”-lə (Macarıstanın hava şirkətidir) Budapeştə (Macarıstan), oradan İspaniyaya, daha sonra isə Portuqaliyaya keçdik. Sonda da Portuqaliyadan yenə Budapeştə, oradan da Bakıya döndük.Portuqaliya bununla bitmədiPortuqaliya yaddaşımda əyləncəli və ən sevimli səyahətlərimdən biri kimi qaldı. Hələ səyahətin ən gözəl tərəfini, Lissabon yaxınlığındakı qəsəbələri – Cascais, Ericeira, Sintra, Mafra, Cabo De Roca burnu, şərabları ilə məşhur Porto şəhəri barədə yazmadım. Növbəti yazıların birini buna həsr edəcəm. Lissabona gəlincə, mütləq və mütləq getməlisiniz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Güler Mehdizade

2347 dəfə oxunub

26 günə 9 ölkə-Avropa turu

Salamlar!Madam ki, hamı nostalji hislərinə qapılıb... Mən də öz keçən ilki səyahətimi sizlərə qısaca danışım. Qısaca, çünkü, səyahət çox böyük oldu və yazası olsam bir Dədə Qorqud çıxar.Bildiyim iki şey var idi: 11 iyulda dostlarımla Bakıdan Odessaya uçuram, 6 Avqustda Budapeştdən (artıq tək) Bakıya qayıdıram. Heç bir plan yox, booking yox. Deyim ki, bütün səyahət boyu, təyyarə, qatar, avtobus, blablacar, otel, hostel, airbnb və s. hər birindən istifadə etmişəm. Qiymətlər, xərclər, tarixlər falan artıq yadımda deyil. Üzrlü bilin. Profilimdə "Gor indi qaqan nagayrajax!" yazıb yola düşmüşəm: Odessa, Ukraine - Tez-tez gəldiyim şəhərə dostlarımla istirahətə gəldik. Bolluca mədəni istirahət edib onları Bakıya yola saldım, özüm isə Kiyevə yola düşmüşəm.Kiev, Ukraine - Burda yaşayan dostlarımla görüşdüm və Avropaya yola düşdüm. Ümumilikdə Ukrayna barəsində çox yazmayacam. Yəqin ki, çoxlarınız olmusuz. Olmamısınızsa da məsləhətdir.Brussels Airport - Bunu ayrıca qeyd etməliyəm. Aldığım təyyarə reysində (Kiev-Brussel-Munich) 4 saat Brüsseldə gözləmə var idi, amma Tomorrowland həftəsi olduğuna görə 4 saatın hamısını aeroportda rəqs eləmişəm.Munich, Germany - Qısaca, yaşamaq istədiyim şəhər. İlk dəfə deyil burdayam və Münheni həqiqətən çox sevirəm. Tam mənlik bir yer. Fussen, Germany - Əslində bu şəhər yox, Neuschwanstein Castle yazmalı idim. Bura gəlmə səbəbim yalnız bu, həqiqətən, heyrətamiz qəsrdir. Arada Alp gölündə də üzdüm...Amsterdam, Nederlands - Çooox isti vaxta düşdüm. Bu səbəbdən şəhər barəsində təəssüratlarım gözlədiyimdən aşağıdır. Bəlkə də daha çox qalardım, daha çox gəzərdim. Azından Pridewalk günü orda idim. Nəvələrə danışmağa "tema" var.Brussels, Belgium - Şəhərin mərkəzi meydanı Grand-Place inanılmaz gözəldir. Hələlik bu meydan mənim reytinqimdə 1-ci yerdədir.Brugge, Belgium - Muzey. Başqa söz deməyə ehtiyac yoxdur. Sadəcə bu şəhər açıq havada muzeydir. Sərin havada romantik gəzintiləri və əlaaa növ pivə sevərlərə Belçikanı məsləhət görürəm. ✨Gent, Belgium - Çox şanslıyam ki, Gentdə olduğum gün ənənəvi musiqi festivalı keçirilirdi. Şəhərin hər bir meydanı musiqi, rəqs, içki və yemək ilə dolu idi. Deyim ki, Münhendən sonra bəlkə də ikinci sevdiyim şəhər. Paris, France - Həqiqətən möhtəşəm şəhərdir. Şəxsi rekordumu Parisdə qırdım. Bir gün ərzində 37 km ayaqla gəzmişəm və bu şəhəri qarış-qarış gəzməyə həqiqətən dəyər.Geneva, Switzerland - İsveçrənin adı üstündə, amma, gözlədiyim qədər də bahalı deyildi. Hətta qaldığım hostel mənə bütün ictimai nəqliyyata pulsuz buraxılış verdi. Bəlkə də yeganə narahatlığım rouminq internetin işləməməsi idi. İsveçrə və Belçikada bizim rouminq internet işləmir.CERN, Switzerland - Bu yeri ayrıca qeyd etməliyəm. The Large Hadron Collider - Большой адронный коллайдер. Bilənlər anlayar. Bəli, mən orda olmuşam.Torino, İtaly - Gözlədiyimdən daha gözəl bir şəhər. Gəzməli yerləri çoxdur. Belə baxıram ki, İtaliyada gəzməli olmayan şəhər yoxdur.  Milano, İtaly - Böyük və gözəl şəhərdir. Tam gəzib qurtara bilmədim. Şəxsi reytinqimdə "Cattedrale di Santa Maria Nascente" gördüyüm ən möhtəşəm tikilidir. Vienna, Austria - Bəli gözəldir, amma Almaniya ilə müqayisədə dərhal hiss olunur ki, kim böyük və kim kiçik qardaşdır. Görməyə mütləq dəyər.Budapest, Hungary - Şəhərin mərkəzi və kənarları arasında bu qədər fərqi birinci dəfə görürdüm. Mərkəz 2019-da yaşadığı halda kənarlar 80ci illərdədir. Büdcə cəhətdən getmək üçün sərfəlidir. Yenə də avropadır...və burda Kərəmi ağlamaq tutur. 26 günə 9 ölkə gəzdim. Hər bir yer haqqında ayrıca danışa bilərdim, qorxuram bezdirərəm sizləri.Ölmədik, buraları da gördük. Ən əsası qarşıma heç bir pis iş və ya insan çıxmadı. Əksinə çoxlu mehriban insanlarla tanış olmuşam. Hamınıza da eyni şeyi arzu edirəm. Qarşınıza hansı ölkədən gəlməsindən asılı olmayaraq gəzəyən çıxsa köməyinizi əsirgəməyin. Bir gün siz də onun yerində ola bilərsiz. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:Rauf Abu

1509 dəfə oxunub

Səyahət əhvalatları - "Hər şeyə rəğmən"

Salam, dostlar. Başıma gələn maraqlı hadisəni paylaşmaq istədim. Bu yazı biraz uzun olacaq. Ümid edirəm sıxılmazsınız. Hadisələri olduğu kimi danışacam. İndiyədək xaricdə olmamışam və Mingəçevirdə yaşayıram. Bakıya belə az-az, bayramdan bayrama gəlirdim. Daim Avropa həvəsi ilə yaşayan biri olmuşam və hələ də eləyəm. Mən keçən il İspaniyada "ERASMUS +" mübadilə proqramı ilə oxumuşam. Pasxa zamanı digər şəhərləri, ölkələri gəzmək istədik. Səyahəti planlamağım tam 1 həftəmi almışdı. Hostellər, biletlər və s. Başlayanda bilirdim ki, başıma nələrsə gələcək ????????????‍♀️ İlk planımız Venesiya oldu. Madrid -Lyon-Venesiya və səhər 32 saatdan sonra, saat 06:00-da Venesiyaya çatdıb, hostelə yollandıq. Heç ağlımızdan da keçməzdi ki, hostel bağlı olar. 3 saat binanın qarşısında oturub gözləyəndən sonra bir müştərinin yazığı gəlib pəncərədən açar atdı. Biz daxil olduq foyede hostel işçisini gözlədik və nəhayət gəldi. 2 gecə 3 gün orda olduq çox da maraqlı oldu  bizim üçün. Sonra yollandıq Kölnə (gəzdiyim yerlərin içəridində ən rahat və təhlükəsizi). Orada Hard Rockda qaldıq. Ucuz və tam mərkəzdə idi deyə tutmuşduq oranı. Təsadüfən sahibinin azərbaycanlılar olduğunu öyrəndik. Nəisə çox uzatmayım, oradan yollandıq Brüsselə. Çox gözəl şəhər idi, lakin axşamüstü gərək tək şəhərə çıxmayasan (homelesslər, oğrular dəhşət çox idi). Hətta qaldığımız oteldə bizə iranlı oğlan bildirdi ki, Şimal stansiyasından gedəcəksizsə ehtiyatlı olun. Bizim də bəxtdən biletimiz orda idi və ehtiyatlı şəkildə ora yollandıq. Yolda görmədiyimiz hadisə olmadı. Sağ-salamat ora çatdıq. İçəridə gözləməyə başladıq. Avtobusumuza tam 2 saat var idi, birdən yaxınlıqdakı qızların passportlarının oğurlandığını gördük. Security tərəfdə gözləməyə başladıq və buranı da sağ salamat atlatdık )) Sonra isə Parisə yollandıq, 2 gün yol getdik. Ən qorxduğumuz bu şəhər idi amma rahat yola verdik. 3 gecə də burda qaldıq.Və son məntəqə - kaş getməz olaydım dediyim yer, bu postun kuliminiyasiya nöqtesi - Marsel (Le petit Marseillais markasını da görəndə qorxuram????????????‍♀️) Google'deki dəniz limanı görüntüsünə aldandım????             Nəisə əslində peşman deyiləm, düşünürdüm ki, heç vaxt tək başına nəyisə həll edə bilmərəm amma yola verdik. Onu deyim ki, gedəcəyim yerə hər çatdığımızda anama xəbər verirdim. Marselə də çatanda yazdım və anamın cavabı bu oldu "İnternetdə baxmışam, qızım, ora biraz təhlükəlidir, ehtiyatlı ol." Necə də hiss edib canım anam❤️ Biz yarım günlük yoldan sonra stansiyaya çatdıq. Fikirləşdik ki, çox gəzmişik. Dua edirəm ki, sağ-salamat, xatasız-balasız yola verdik və İspaniyaya - evə qayıdırıq. Dedik bu şəhəri gəzməyə tələsməyək, biraz dincələk, stansiyada oturaq. Stansiyada uzandıq növbə ilə yanımdaki qız ilə. Mən fikirləşdim ki, gedib su, yemək alım və mübahisə elədik. O dedi mən gedəcəm, mən dedim mən. Mən getdim sonda.Uzaqlaşalı 15 dəqiqə olmuşdu ki, qız zəng etdi: "Rasta, de ki, sumkanı özünlə aparmısan". Elə o andaca fsoo dedim getdi sumka, pul, pasport, hər şey????????‍♀️ (mənim də yekə qəhvəyi rəngdə rukzakım var idi. Dedim gedib yemək alıb gələcəm qızın yanında qoyum, gedib- gələrəm. Halbuki yanımdan ayırmırdım) Ağlıyaraq gəldim qışqır-bağır sumka, içərisindəkilər hər şey gedib təkcə telefonum qalıb. Deməli iki oğlan yaxınlaşıb qıza biri saat soruşib, sonra da qorxudub sumkamı götürüb gediblər. Mən ağlaya-ağlaya çatdım ki, qız hələ şokdadır. Əsəbləşdim, incidim amma anladım ki, əldən nə gələr olan olub. Bir yandam deyirdim ki, məşhur deyimdə olduğu kimi - Kişinin başına iş gələr. Bu an orda dərdimizi başa salmağa çalışdıq amma heç kəs ingiliscə bilmirdi, Sonda fransız oğlan bizə yaxınlaşdı başa saldı ki, gedin polisə itkiyə aid rapor alın , sağolsun bizi polis idarəsinə apardı gözledi bizlə. Elə bu anda 20 nəfərin passport çantası itdiyini də öyrəndik (tək mən deyilmişəm deyə özümə təsəlli verirəm????) Tam 5 saat gözlədik və bizə rapor verdilər sonda. Qaça-qaça gəldik ki, Madridə gedən avtobusuma çataq, Flixbus idi adı amma Öiubus adı ilə tərpənib artıq avtobus. Bizim kimi neçə adam da gözləyib bilməyib. 100 € da belə batdı. Sumka itib (İspaniyadakı ev açarları, kartlarım, passport Az kartları və s), avtobus gedib, biz o lanetli stansiyadayıq yenə.????????‍♀️ Artıq itirməyə də heç nəyimiz qalmıyıb, qorxuruq.  Bu anda türk qızlar yaxınlaşdı və "birlikde beklesek olur mu" dedilər. Təbii ki yaxınlaşdıq və ünsiyyət qurduq. -Avtobusun belə etməyi, passport itməyi, əsəblər gərgin anama atama da heç nə deyə bilmirəm (Təzyiq və ürəkləri narahatdı. Onları da tələşlandırmaq istəmədim????). Ancaq zəng edib bacıma dedim. O da 1-2 dəqiqə danladı sonra çıxış yolları dedi .Sonra türk qızlar ilə gözlədik. Gecə düşürdü. Türk qızlar mənim passport məsələmdən sonra lap qorxdu. Səfirliklərinə zəng etdilər və gəlib götürdülər bizi. Gecəni səfirlikdə qaldıq. Sürücü səhər-səhər bizi yenidən stansiyaya gətirdi. Yanımdakı qızın kartı ilə bilet aldıq, Madridə yollanırdıq. Tam sevinmişdim ki, artıq vso rahatam, evə çatıram. Çünki, avtobusda indiyədək gəldiyim yerlərdə sərhəddə passport yoxlamırdılar. Bu cəhətdən rahat idim, Elə Marselin çıxşında polis saxladı və o ürkütücü cümlə "Passport Control". Əlim-ayağım keyidi. Həll yolu axtarırdım. Fransada yolda məni düşürtsələr nə edəcəm? Ağlayıram, heçnə fikirləşə bilmirəm polis yaxınlaşdı passport istədi . Başa sala bilmirəm. "Lost lost" deyirəm. Fransızlar da ingiliscə bilmir, başa düşmür. Ömrümdə hələ elə çarəsiz hiss etməmişdim. Yanımdakı qıza çöndüm dedim ki "nəsə edək izah et, bir şey elə". Bu anda Polisin biri əlini çiynimə qoydu ki, "Korkma, anlat bakıyım noldu?" Bu hissi izah edə bilmərəm həqiqətən - Polisin birinin türk olması????????dərdimizi dedim. Dedi "rapor filan bir şey varsa keç sən, sorun yok" Biz sənədi təqdim edib keçdik. Madridə çatdıq Səfirlikdən gün aldım. Azərbaycana getməmişdən 3 öncə gedib sənədəri götürməli idim. İnternetdə hər şeyi qaydasına salıb getdim Madridə 3 saat gözlədim. İyun ayı idi və bildim ki, qeyri-iş günü imiş???? off Rasta, yenə bəxtin gətirmədi deyirdim ki, Səfirlik nümayəndəsinin (Adil Şükürov, burdan bir daha öz təşəkkürümü bildirirəm) əlaqə nömrəsini tapıb ona zəng etdim. Sağolsun axşam gəldi və sənədləri həll etdi???????? Nəyahət evimə - Mingəçevirimə gəldim çıxdım.Xülasə mənim kimi heç vaxt evdən qırağa çıxmamısızsa çıxın, komfort zonanızı tərk edin. Desəydilər ki, getmə itirəcəksən passportu yenə gedərdim. Hər gördüyümüz, yaşadığımız bir təcrübədi. Nəyi yaşamamışıqsa onu mütləq yaşayırıq. Yeni ölkələr, şəhərlər, yeni macəralar diləyi ilə#gəzəyənlər #aviasalesazƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Rasta Pashayeva

1671 dəfə oxunub

Romanın ən görkəmli 5 yeri

Mənim üçün ölməzdən öncə görüləsi ölkələr siyahısında ilk pilləni İtaliya tuturdu. Və ötən ay 28-ci ad günümdə özüm-özümə bu hədiyyəni etmiş oldum. Əminəm ki, bir gün vaxt düşünmədən, tələsmədən bu ölkənin bütün tarixi şəhərlərini, gözəl kiçik qəsəbələrini görmək üçün yenidən buraya geri qayıdacam. Bu səyahətimdə İtaliyanın 4 şəhərini Milan, Florensiya, Roma və Venesiyanı görmək nəsib oldu. İndi isə Romada gəzərək gördüklərimin bir hissəsini sizinlə paylaşmaq istəyirəm. İtaliya və Roma sevənlər üçün ümid edirəm maraqlı olacaq. 1. Kolizey (Colosseum). Hər birimizin ömrümüzdə bir dəfə də olsa eşitdiyimiz və gördüyümüz möhtəşəm memarlıq abidəsi. Romaya gecə gəlmişdik və səhər oteldən çıxan kimi ilk istiqamət aldığımız yer bura oldu. Romanın və bütünlükdə İtaliyanın ən başlıca simvollarından biri olan bu memarlıq abidəsinin ilk adı Flavius ​​Amfiteatrı olub. Kolosseum adı isə amfiteatra 8-ci əsrdə verilmiş ikinci adıdır. Kolizeyin inşası 8 il - eramızın 72-ci ildən 80-ci ilinə qədər davam edib. İnşasına İmperator Vespasian tərəfindən başlanan amfiteatrın tikinti işləri oğlu İmperator Titusun hakimiyyəti zamanı bitir və imperator açılış şərəfinə 100 gün fasiləsiz oyunlar günü elan edir. Uzun müddət bura romalıların əyləncəsinə xidmət edib. Romalılar burada qladiator və vəhşi heyvanlarla döyüşləri izləyirdilər həmçinin burada dəniz döyüşlərini də səhnələşdirirdilər. Hal-hazırda amfiteatrın daxilinə və Roman forumuna giriş bileti ikisi bir yerdə 16 euro təşkil edir.  2. Roman forumu (Roman forum & Palatine Hill). Kolizeyin təəsb süratlarından ayrılmamış özünüzü burada tapacaqsınız. Eramızdan əvvəl 46-cı ildən başlayaraq öz qüdrətlərini və böyüklüklərini göstərmək üçün imperatorlar öz adlarını daşıyan Forumlar yaratmağa başlayırlar. Burada yaradılan ilk forumun imperator Sezara məxsus olduğu təxmin edilir. Ondan sonra digər Roma imperatorları da əsrlər boyu adlarını əbədiləşdirmək üçün forumlar qurmağa başlamışlar. Forumların qurulması təxminən 150 il davam etmişdir. Sezar Forumunun qalıqları, Augustus Forumu, Vespasian Forumu, Nerva Forumu, Trayan Forumu və Sülh Məbədi bu günə qədər qorunub saxlanmışdır. 3. Venesiya meydanı ( Piazza Venezia) - Romadakı ən məşhur meydanlardan biridir. Roman forumundan sonra yol sizi bu meydana gətirib çıxaracaqdır. Meydanın adı eyni adlı saraydan - bir vaxtlar Romada Venesiya Respublikasının nümayəndəliyinin yerləşdiyi Palazzo Venezia sarayından gəlir və indi bir muzey və kitabxanası var. Bütün İtaliyanı birləşdirən və ilk kralı olan Viktor Emmanuel II - Vittorianonun şərəfinə burada at üzərində 12 metrlik Kral Viktor Emmanuel II heykəli ucaldılmışdır. Heykəlin altında Naməlum Əsgərin məzarı olan Vətən qurbangahı (Altare della Patria) yerləşir. Buradan Roma şəhərinin digər görməli yerlərinin kəşfinə başlamaq olar. Əsas memarlıq abidələri bu meydandan təxmini eyni məsafədə yerləşir.4. Panteon - öz dövrünün şah əsəri sayılan daha bir memarlıq nümunəsi. Kahinlər və adi insanlar arasındakı səddi pozan ilk dini binadır. Əvvəllər yalnız kahinlərin tanrıların ziyarətgahına girməsinə icazə verilirdisə, Panteonun inşası ilə tanrılar hər kəsə məxsus olmağa başladı. Bu gün gördüyümüz Pantheon isə II əsrdə köhnənin yerinə, İmperator Hadrian tərəfindən qurulub. Latınca girişdə olan "M. AGRIPPA L F COS TERTIUM FECIT " yazısı isə " Luciusun oğlu, üçüncü dəfə konsul seçilən Mark Agrippa tərəfindən quruldu" anlamına gəlir. Panteonun daxilinə giriş sərbəstdir. Ödəniş tələb olunmur.5. Trevi fontanı ( Fontana di Trevi) - Romada olsanız və yenidən buraya qayıtmaq istəsəniz, məşhur Trevi Bulağına bir qəpik atdığınızdan əmin olun.) İki qəpik atsanız, sevginizi tapacağınız, üç - evlilik, dördü - var-dövlət anlamına gəlir, amma çalışın çox atmayın, atılan beş qəpik ayrılığa səbəb olacağına inanır Romalılar. Hər il bulaqdan təxminən 700.000 avroya qədər qəpiklər toplanılır. Əgər fontan önündə rahat şəkil çəkdirmək istəsəniz o zaman səhər tezdən oyanmağınız lazım gələcək. Günün bütün saatlarında fontan ətrafında adam əlindən tərpənmək olmur.Bunlar Romada ilk gündə gördüklərim idi. Vaxt olduqca şəhərin digər görməli yerləri barədə də yazacam. Hamısını bir posta yerləşdirə bilməyəcəyimdən ardını da gələn səfərə saxladım. Əlavə olaraq gəzintidən bir neçə şəkili əlavə edirəm. Maraqlı gəlsə oxuyun :)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:Ayxan Racabov

2726 dəfə oxunub

Ərkivan əhvalatı-Həyəcan axtaranlar üçün

#gezeyenlerQrupda xaricə getmədiyinə görə pis olan insanlar var. Çox insan hansısa yaşa qədər xaricə çıxmayıb (çox az ailə bunu dəstəkliyir), sadəcə bunun üçün səy göstərmək lazımdı. İndi istədiyim yerə gedə bilirəm. Amma 22 yaşıma qədər bu belə deyildi. 22 yaşdan sonra çox yerlər gəzib, çox insanlar tanımışam...psixoloji təzyiq, evdə səyahətlər haqqında verilişlər, hər yolu yoxluyun. Rəfiqəm psixoloji təsir üçün ailə wp qrupu açmışdı və 2019-da 26 yaşında iki ölkəyə səyahət etdi. Odur ki, çalışın.Başqa bir məsələ isə mənim başıma gələnlərlə bağlıdır. #həyəcanüçünuzaqlaragetməklazımdeyilÖz yurdumuzun insanları da sağolsunlar, kifayət qədər adrenalin  sevəndilər. Necə? Deməli, günlərin bir günü Masallıya getməliydim. Hamı getmişdi, Bakıya gec gəldiyim üçün məni gözləməmişdilər. Mən də 20 yanvardan taksi tutub, arxalarından getdim. Həmin vaxt cənuba bu təzə yol çəkilməmişdi. Salyanda maşında problem çıxdı, biraz da gecikdik. Biraz deyəndə +3 saat. Telefonumun bateriyası da Masallıya girəndə söndü. Hava qaralan vaxta düşdük. Bu şofer geri qayıdıb müştəri götürməli idi . Küçəyə girə bilməyəcəyini dedi. Masallıda Ərkivan krugu deyilən yer var, taksilər orda durur. Dedi istəyirsənsə orda düşürdüm (ama dedi ki, indi gecə olduğuna görə bu vaxtı narkamanlar olur. Kaş düşüb aptekdən zəng elətdirərdim, orda hamı bir- birini tanıyır). Dedim yox yolda düşüb piyada gedərəm . Nəysə, Ərkivanda lazım olan yerə çatdıq. (Ərkivan haqqında qısa məlumat: Ölkəmizin ən sıx əhalisi olan kəndidir. Buna görə qəsəbə adı verildi. Həm də “bulaqlar kəndi” kimi də tanınır. (8-ci sinif coğrafiya kitabı))Nəysə düşdüm.. Yol qaranlıq... uzaqlarda işıqlar... hər yer də yamyaşıl ağaclar... Maşını fırladanda yolun o tərəfində siqaret çəkən iki nəfər görmüşdüm (hətta elə bildim səhv gördüm). Düşən kimi sürətli yeridim ki, uzaqlaşım. Bir də gördüm bunlar arxamca gəlir. Çox sürətli getdiyim üçün rahat idim. Uzaqlaşmışdım. Sonra arxama dönəndə gördüm ki, bunlar arxamca qaçırlar, ilk dəfə doğurdan qorxdum (çünki qaçanda zombiyə oxşuyurdular). Soyuqqanlı olmağa çalışdım. Birinin həyətinə girməyi fikirləşdim. Açıq darvaza görüb içəri girdim. (işıqlı- mışıqlı qəşəng yaşıl  həyət idi). Gedib qapını döydüm.Bir kişi qapını açdı, arxasıyca da həyat yoldaşı. Salamlaşıb onlardan kömək istədim. Vəziyyəti izah edirdim, elə o vaxt bu iki qaqaş həyətə girdi (18 yaşlarında iki uşaq - ürəyimdə dedim). Bunları görəndə kişiyə dedim ki, arxamca qaçan bunlar idi. Kişi dedi bunlar menim oğlanlarımdır (upsss). O boyda Ərkivanda gedib bunlarin həyətinə girmişdim. Oğlanlar bilirsiz niyə meni izləyib? Maraqlı gəlib ki, gecə vaxti (saat 8 radələri), görəsən, bu maşından düşən qiz kimdi?! Bunu deyəndə başımdan tüstü çıxdı, üstlərinə necə cumdum. Qanundan girib məhkəmədən çıxdım. Yaziq ataları çox pis olmuşdu, hələ kişi biləndə ki, kimin qiziyam, xəcalət çəkdi. Əmimin ən yaxın dostu imiş. Kişi həyat yoldaşıyla məni ötürdü. Kim olduğumu onlara məni ötürəndə dedim, o iki uşağın yanında yox, olanlar aramızda qalacaq dedim, razılaşdıq (həyat yoldaşı tipik qeybətcil öz oğlanlarının tərəfin tutan biri kimi təssürat bağışladığı üçün ona inanmadım. Özüm haqda biraz məlumat verib, sonra bu hadisə haqqında kimdənsə nəsə eşitsəm evinizə polis göndərərəm dedim. Və evə çatanda "oğlanlarınız yol kənarında siqaret çəkirdilər" dedim). Üç gün rayonda qaldım, heç nə eşitmədim, əmimin həyat yoldaşı qabağıma həyəcanla qaçmadığına görə deməli, heç kəsə deməmişdilər.. Sonradan bu haqda anama ve çox yaxın qohumuma danışdım.Üstündən illər keçib, bu barədə ilk dəfədir yazıram. #birxatirekimi #aviasalesƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ayten Kazımlı

885 dəfə oxunub

Balkanlardakı gizli “cənnət” - Albaniya bələdçisi

Biraz uzundur, ümid edirəm, oxuyub, bitirə biləcəksiniz :) Balkanlardakı... gizli “cənnət”Həm ucuz, həm vizasız, həm də gözəl Balkan ölkəsiSizə bu gün bəhs edəcəyim ölkəni kimə tərifləyirəmsə, hamısı ağız büzür, inanmır. Nə bilim, “Sənə balkan lazımdırsa, get Monteneqronu gəz”, “Xorvatiya daha gözəldir”, “Orda da olmuşam", demək üçün getmisən?” - kimi cümlələr qururlar. Hara qədər yalan danışmaq olar?! Maksimum gedib görəcək və: "Səyahətçi, niyə yalan danışırdın?!" deyəcəksiniz. Bəhs etdiyim ölkə Albaniyadır. Üstəlik, azərbaycanlılar üçün vizasızdır.Balkan ölkələrini sayanda az qalırlar üstündən keçələr. Mən şans verdim, gözəlliklərini gördüm. Sizə də məsləhət görürəm.Elə isə başladıqBalkan ölkələrinə səyahət etməyi planlayanda ən ucuz təyyarə biletini elə Albaniyanın paytaxtı Tiranaya tapmışdım. Ona görə səyahəti Albaniya➡Makedoniya➡Monteneqro➡Bosniya və Herseqovina➡Serbiya kimi sıraladım.“Azacık türkçe anlıyor ben”Ölkənin dili albancadır. Ancaq yaşlı nəsil türkçə başa düşür və çətinliklə qarşılıq verə bilirlər. Orta səviyyədə, hətta deyərdim, lap zəif bildiyiniz ingilis dili bu ölkəni gəzməyə kifayət edər. Pul vahidləri isə “leke” adlanır. 1 avro təxminən 125 “leke”dir.Hava limanından şəhərəTirana Hava Limanından şəhər mərkəzinə hər saatbaşı avtobuslar işləyir. Adamın birini 300 “leke”dən (2.4 avro) aparırlar. Məsləhətdir ki, aeroport ərazisində 5, maksimum 10 avrodan artıq pul dəyişməyəsiniz. Çünki mərkəzə baxanda burada avronu çox ucuz alırlar. Mən 5 avro dəyişdim. Yola və suya çatacaq qədər ????Tirana Albaniyanın paytaxtı, eyni zamanda, ən böyük şəhəridir. Osmanlı İmperiyası dövründə qurulduğundan daha çox türk şəhərlərini andırır. II Dünya müharibəsində şəhərin xeyli hissəsi dağılsa da, Osmanlının izləri bu gün də qalıb. Dənizə yaxın, ancaq sahili olmayan bir şəhərdir. Yarım günə, piyada gəzib bitirmək mümkündür. Bütün səyahət yazarları Tiranada, eləcə də, Albaniyada qışın sərt keçdiyini, bura getmək üçün ən uyğun ayların may, iyun, iyul, avqust olduğunu söyləyirlər. Mən də belə etdim. Albaniya səyahətimi iyulun əvvəlinə saldım.Tiranada gəzə biləcəyiniz yerlərBu şəhərdə gəziləcək yerlər elə çox deyil. Parkları, meydanları və şəhər mərkəzində 1822-ci ildənqalma bir saat qülləsi var. Eyni zamanda, gəzdikcə xeyli məscid görəcəksiniz. Piramida şəklində olan məşhur bir binası da var. 1988-ci ildə Ənvər Paşa Muzeyi kimi açılıb, indi sərgi və konfrans mərkəzi kimi fəaliyyət göstərir.Albaniya tarixi ilə maraqlananlar buradakı tarix muzeyinə baş çəkə bilərlər. Təbiəti sevənlər şəhərin şərqindəki Dajti dağına gedə bilərlər. Milli parkdır. Yüksəkliyi 1613 metr olan bu yerdə kanyonlar, şəlalələr, mağaralar, bir də antik dövrlərdən qaldığı deyilən bir qala var. Bir gündən artıq qalmaq istəyənlər üçün yaxşı plan olardı.Şəhərin gecə həyatı çox maraqlıdır. Pub-ları, barları və ya sakitlik sevənlər üçün həzin musiqili restoranları var. Ən yaxşısı da bu məkanların əksəriyyətinin şəhər mərkəzində olmasıdır. Yeriyərək çatmaq mümkündür. Gündüzləri sakit olan şəhərin gecə həyatı dinamik və əyləncəlidir. Ən məşhur əyləncə məkanları parlament binası yaxınlığındadır. Buralar biraz bahalı yerlərdir. Daha ucuz yerlər axtarırsınızsa, “Blloku” adlanan ərziyə gedə bilərsiniz. Burada canlı musiqisi olan kiçik bar və restoranlar var. Əylənməyə gələnlərin əksəriyyəti isə tələbələrdir. Həftə içi saat 12-dək, həftə sonları isə səhər saatlarınadək əylənmək mümkündür.Tarixi Kruje şəhəriMən Tiranada 2 gecə qaldım. Çatdığımız günün ikinci yarısı bu şəhəri gəzib, bitirdim. Səhərisi gün isə Tiranadan 1 saatlıq uzaqlıqda olan Kruje şəhərinə getdim. Bu şəhərə Tirana avtovağzalından hər gün saatbaşı avtobuslar işləyir. Qiyməti alban pulu ilə 300 “leke”, hardasa 2,4 avrodur. Dağlıq, tarixi, gözəl bir yerdir. Burada dağ mənzərəsinə açılan restoranda oturub içdiyim kofenin dadı hələ də damağımdadır.Osmanlı dönəmində şəhərin adı Akçahisar olub. Tirananın 20 kilometr şimalında yerləşir və Albaniyanın ilk köhnə paytaxtıdır. İndiki adı əhatələndiyi Kruya dağından götürülüb.Burada Fateh Sultan Mehmet tərəfindən inşa edilən Kruje Qalasını ziyarət edə bilərsiz. Yüksəklikdə yerləşən qalanın bir hissəsi dağılsa da, gözəl mənzərəyə açılır. Elə bu mənzərəni görmək üçün də yuxarıya qalxmağa dəyər.Hələ buradakı gözəl mənzərəli restoranları demirəm. Qiymətləri də kifayət qədər ucuzdur. Yadımdadır, bu restoranların birində 4 nəfərə doyunca yeyib-içmişdik. Hesab 10 avro gəlmişdi. İnanmayıb, bir də dəqiqləşdirmişdik ????Bayaq dediyim Kruje Qalasınının giriş qapısından köhnə bazar (Köhnə Osmanlı Çarşısı da deyirlər) uzanır. Buradan şəhərlə bağlı suvenir, kitab, nə bilim, şəhər insanlarının hazırladıqları əl işlərindən ala bilərsiniz.Cənubdakı gözəlliklərə doğruNövbəti gün səhər tezdən Albaniya avtovağzalından cənubdakı Sarande şəhərinə yola düşdüm. Yol təxminən 5-6 saat çəkdi. Bir müddətdən sonra yolun mənzərəsi gözəlləşir, darıxmırsan. Avtobus gün ərzində bir neçə dəfə çıxır. Mən səhər tezdən gedənə üstünlük verdim. Yola 10 avro ödədim.Getdiyim şəhər Albaniyanın Sarande bölgəsinin paytaxtıdır. Elə adı da Sarandedir. Adriatik Dənizinin kənarında çox gözəl sahili olan bir şəhərdir. Burada 2 gün dənizin, günəşin və çox dadlı yoqurtlu dondurmanın (qiyməti 100 “leke” – 80 sent) dadını çıxardım. Gecələri isə uzun, bitməyən bulvarını gəzib, limanlarını, orada nizamla düzülmüş gəmilərini izlədim. Dəniz mənzərəsində kofedən ləzzət aldım. Bulvarda çox gözəl, bəzilərində gecələr canlı musiqisi olan restoranları var. Burada müxtəlif növ balıq yeməklərinin dadına baxa bilərsiniz.Sarande çox gözəl sahil şəhəridir. İnsanları mehriban, gülərüzlüdür. Səhərlər insanların çiynində çanta, başında şlyapa dənizə getdiyini, axşamlar isə hamısının qızarmış görünüşdə evə döndüyünü görürsən. Mən də gəldiyim günü və bir gün sonranı dəniz kənarında, günəşlənərək keçirdim. Yaxşıca dincələndən sonrakı növbəti günü Sarandenin 30 kilometrliyində yer alan, “Blue Eye” (albanca “Syri i kaltër” - azərbaycanca mavi göz) adlanan milli parkına yollandım. Sarandedən Elbasan şəhərinə gedən avtobusa mindim. 200 “leke” (1,6 avro) ödədim və “Blue Eye”a gedən yolun üstündə düşdüm. Bundan sonra hardasa 5-6 kilometr piyada yol getdim. Yadımdan çıxmamış onu da deyim ki, Milli Parka giriş üçün də 200 “leke” (1,6 avro) ödəmişdim.Bura Sarandedən gündəlik turlar da təşkil edilir. Qiyməti hardasa 15-20 avro. Təbii, bahadır. Əgər özün bu turu maksimum 5 avroya edə bilirsənsə... 5 avroya gediş-dönüş bileti və kofe almışdım ????Buranın necə bir yer olduğuna gəlincə, məncə, gizli qalmış bir “cənnət”dir. Nə bilim, turistlər arasında məşhur olmayan bir gözəllikdir. Yeraltı mağaradan qaynayıb çıxan bulaq gömgöy rəngdədir. Ətrafı meşəlik, gül-çiçəkdir. İnanmazsınız, güllərin üstünə qonan cırcıramalar da eynən yerin altından çıxan bulağın rəngindədir. Özləri tünd göy, qanadları mavi. Suyu buz kimi, tərtəmiz. Temperaturu 7-8 dərəcə olardı. Burada bir neçə dəfə mağaraya girən dalğıclar dönmədiklərindən suya atlamaq qadağandır. Ancaq kənarında suya girə bilərsiniz. Təsəvvür edin ki, təkcə ayağını suya salan insanların səs-küyü hər yanı bürümüşdü.İcazəli tərəfdəki suya girdim. Ancaq 25 saniyədən artıq qala bilmədim. Çıxanda özümü fərqli hiss edirdim. Ayaqlarım sanki yox idi, bədənim buz kimi, elə bil soyuducudan çıxmışdım. Amma unuda bilməyəcəyim bir təcrübə oldu. Daha öncə bu qədər soyuq suya girdiyimi xatırlamıram.Albaniyanın ən qədim şəhəri – GjirokasterdəEyni gündə yaxınlıqdakı Gjirokaster (türkçə Ergiri) şəhərinə də getdim. Bura Albaniyanın ən qədim şəhərlərindən biridir. UNESCO-nun mədəni irsinə daxil edilib, çox gözəldir. O türklərin dediyi “arnavut kaldırımları” var ha, şəhər təpədən-dırnağa həmin kaldırımlardandır. Bir sözlə, yaktı beni.Hər küçəsi, hər binası tarix olan şəhərin silah muzeyinə girdim. Qiyməti 200 “leke” (1.6 avro). Maraqlı idi. Burada orta əsrlərdənqalma silahlar, toplar, eləcə də, tanklar gördüm. Muzey özü də tarixi qalada yerləşir. Həmin qala Osmanlıdan qaldığı üçün həm də Türkiyə Cumhuriyyətinin qoruması altındadır. Şəhərdə çox maraqlı bazar da vardı. Suvenirlərdən daha çox köhnə silah, hərbi geyimlər, su qabları, keçmişdənqalma alışqanlar, xəncərlər, bıçaqlar və s. satılırdı. Dostlarla aramızda azərbaycanca danışdığımızı eşidən hər kəs Türkiyədən gəldiyimizi düşünüb: “Efendim, hoş geldiniz” – deyə, salamlayırdı.Həmin gün evə qayıdanda, nənəm demiş, “ayaqlarım deyirdi ki, bu dəqiqə səni öldürərəm”. Yəni elə ağrıyırdı. Azı 30 kilometr hərlənmişdim.Ancaq bu, səhər məni Sarandedən 4 kilometrlik məsafədə yerləşən “Lekuresi” Qalasına (Lëkurësi Castle) getməkdən döndərə bilmədi ????Sultan Süleymanın tikdirdiyi – “Lekuresi” QalasıDediyim kimi, şəhərdən 4 kilometr uzaqlıqdadır. Onun 2 kilometrini avtobusla getmək olur, qalan 2-ni piyada qalxmalısan. Özü də yenə kaldırım (bu millət dağın başında yaşayır, dəhşətdir). Çıxanda özümü danlayırdım, amma yuxarıdakı mənzərəni görəndə hər şeyi unutdum ????Qalanı 1537-ci ildə Sultan Süleyman Qanuni tikdirib. Məqsədi yaxınlıqdakı yunan adası Korfuya hücum edərkən bu qala vasitəsilə Sarande limanı və onu Butrintə bağlayan yola nəzarət etmək olub. Yuxarıdan görünənlər isə Butrint, Ksamil qəsəbələri və Sarande şəhəridir.Albaniyanın “Maldivi”Ksamil qəsəbəsi demişkən, buranı Albaniyanın “Maldivləri” adlandırırlar. Sarendedən 5, maksimum 10 kilometr uzaqlıqdadır. Bu qəsəbəyə Sarandedən hər saatbaşı avtobus işləyir. Gediş haqqı 100 “leke”dir (80 sent). Kiçik bir balıqcı qəsəbəsidir. Adriatik və İon dənizlərinin (Adriatik və Aralıq Dənizi arasında yerləşir) qovuşmasındadır. Yaxınlığında bir neçə kiçik adalar var. Çimərlik qəsəbəsidir. Mən də Albaniyadakı son günümü qəşəngcə istirahət edə-edə keçirim dedim. Bütün günü o yaxınlıqdakı adalara üzüb, geri dönmüşəm. Axşama da qəşəngcə qaralmışdım. Bu dediyim kiçik adalar bir-birlərinə çox yaxın yerləşdiyindən burada hovuz effekti yaradır. Yəni, su o qədər sakit olur ki, dibi görünür. Qumu bəyaz, ətrafı yaşıllıq olan yerdə üzməyin ləzzəti ayrıdır.Səhəri gün Albaniyadan Makedoniyaya yola düşdüm. Yerli əhali məsləhət gördü ki, bunun üçün ən yaxşı yol Tiranaya dönüb, oradan Skopyeyə getməkdir. Ancaq mən eyni yolu dönmək istəmədiyim üçün Sarandedən Elbasana (avtobus 7 avro), Elbasandan Prenjas şəhərinə (avtobus 3.2 avro), Prenjasdan isə taksi ilə (4 nəfərə 20 avro) Makedoniyanın Struga şəhərinə getdim. Çətin, ancaq görmədiyim yollar idi. Avtobuslar köhnə idi. Yüksək səsdə alban musiqiləri dinləyə-dinləyə getmişəm ????Biraz da dadlı danışaqAlbaniya mətbəxi Osmanlı, italyan və yunan mətbəxlərinə bənzəyir. Toyuq ciyərindən hazırlanan “Albaniya ciyəri” adlandırdıqları yemək çox məşhurdur. Türklərin “kuru fasülye” dediyi lobya supu, “byrek” adlandırdıqları xəmirdən hazırlanmış, içinə qiymə və ya göyərti, pendir və s. qoyub, bükdükləri yemək, saxsı qabda, sobada hazırladıqları sarımsaqlı, qaymaqlı quzu əti ("Elbasan tava" deyirlər) çox dadlıdır.Bundan əlavə, paxlava, halva, türk mətbəxindən bildiyimiz oxşar şirniyyatları da var. Rakıları türklərinkindən daha tünddür. İçki sevənlər dadına baxa bilər. Ancaq türklərdən fərqli olaraq içəndə su ilə qarışdırmırlar ????Hostellərdə qiymət necədir?Tirananın mərkəzində hostelin 2 gecəsinə 11 avro ödədim. Səhər yeməyi daxil idi. Səhər yeməyi decək, həyəcanlanmayın, cem+yağ (uşaq bağçasını xatırladım), 1 ədəd qaynadılmış yumurta, 1 fincan çay və ya kofedən ibarət idi ????Sarandedə qaldığım hostelin günü 6 avro idi. 5 gecəyə 30 avro ödədim. Hostel çox yeni, dəniz mənzərəli və səliqəli idi.Albaniyaya necə getmək olar?Mən ən ucuz getməyin yolunu İstanbul üzərindən tapdım. Bakıdan “Buta Airways”-lə İstanbula getdim. Bakı-İstanbul-Bakı biletinə 132 avro (təxminən 242 manat) ödəmişdim. İstanbuldan isə “Pegasus”la 53 avroya Tiranaya uçdum (təxminən 97 manat). Dönüşü Serbiyanın paytaxtı Belqraddan İstanbula aldım. Yenə “Pegasus” şirkətindən. Ona da 59 avro (təxminən 108 manat) ödəmişdim. Beləliklə, gediş-gəliş 244 avroya (447 manat) başa gəldi.Albaniyada nə qədər xərclədim?Təyyarə və avtobusa (şəhərlərarası və görməli yerlərə getməklə) 280 avro (513 manat), qalmağa isə (7 gün) 41 avro (75 manat) xərcim çıxdı. Beləliklə, qalmaq və yola 321 avro, yemək, muzey və əyləncəyə də 150 avro xərclədim. Restoranları ucuzdur. Albaniyada bir həftə mənə 471 avroya (860 manat) başa gəldi.Məşhur olmayan gözəlliklərlə dolu AlbaniyaFotolardan da görürsünüz, Albaniya həqiqətən çoxlarının məlumatsız olduğu, gözəl Balkan ölkəsidir. Təəssüf ki, bizdə çoxları ölkənin yalnız paytaxtından ibarət olduğunu düşünür. Mən isə deyirəm ki, ölkəni paytaxtı ilə yarğılamaq olmaz. Hamının anlayacağı İstanbul-Ankara-İzmir, Tbilisi-Batumi fərqini göz önünə gətirin. Nə demək istədiyimi anlayacaqsınız...Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Guler Mehdizade

1936 dəfə oxunub

London-Kutaisi yolundakı əhvalat

Həə qrupun əziz üzvləri, Bu hekayəni qrupda üç-dörd ay əvvəl hekayə yarışı üçün yazmışdım amma paylaşmaq bu günə qismət imiş. Maraqlı və fərqli bir hekayə olduğunu düşünürəm və Sizlərin ixtiyarına buraxıram.  “London – Kutaisi”Təxminən 2018-ci ilin May ayı idi . Artıq ailəlikcə dəqiqləşdirdik ki, böyük qardaşım - Kənanın, sentyabrın 7-də Bakıda toy məclisi olacaq. Hər bir balaca qardaş kimi mən də çox sevinir, həmin günün tez gəlməsini arzulayırdım. Axı bu bizim ailədə ilk belə hadisə olacaqdı. Günlər bir-birini əvəzləyir və mən də artıq öz planlarımı yavaş-yavaş yekunlaşdırırdım. Qərara gəldim ki, Avqust ayının 12-si ailəmlə birlikdə Bakıya yollanım. Artıq biletlər alınmış və həmin günün gəlməsini gözləyirdim. Lakin, uçuşdan üç gün əvvəl telefonuma gələn zənglə bütün planlarım dəyişdi. Mənə Amerikanın 13-cü ən böyük şirkəti olan “General Electric Healthcare” – in London ofisində bir illik təcrübə qazanmaq şansı çıxdı və məndən tez bir zamanda işə başlamağımı istədilər. Mən də qərar verdim ki, bu cür şansı qaçırtmaq çox böyük səhv olar və biletimin tarixini həmin ayın 26-na (“Bank Holiday” gününə - Birləşmiş Krallıqda il ərzində səkkiz gün milli bayram olur və bu günlərdən biri də Avqust ayının 26-na düşür) dəyişdim. Yəqin yeganə insan olaram ki, işə başlamadan menecerimlə bir həftə sonraya tətil götürməyi müzakirə elədim və çox sağ olsun ki, məni başa düşüb icazə verdi.Planım ilk öncə London-Kutaisi uçuş xətti ilə Kutaisiyə (Gürcüstan), oradan da avtobus ilə Tiflis şəhərinə yollanmaq idi (buradan AZAL-a xüsusi təşəkkürlərimi çatdırıram  ). Planımın sonrakı hissəsində isə Tiflisdən taksi ilə bizim “Qırmızı Körpü” sərhəd məntəqəsinə, oradan da taksi ilə birbaşa Bakıya yollanmaq dururdu. Hər şeyi çox incə nöqtəsinə qədər beynimdə hesablamışdım. Lakin, hesablamadığım iki şey vardı: Gürcüstanın köhnə bir SSR dövləti olması və həyatın və insanların Birləşmiş Krallıqdakı kimi asan və sadə olmaması. Və budur. Həmin gün gəldi. Saat 15:45-i göstərir. Hava çox günəşli və istidir (normalda Londonda nadirən belə hava görmək mümkündür). Mən əlimdə balaca çamadanımla Londonun beş hava limanından biri olan Luton hava limanına yollanıram. Günəş şüaları üzümdə öz isti hərarətini hiss elətdirdikcə mən öz-özümə həyatın nə qədər gözəl, yaşanılır və əsrarəngiz olduğunu düşünürəm. Hər şey nə qədər də mükəmməldir deyə xəyala dalmışdım ki, bizim “Növbəti stansiya Memar Əcəmi. Zəhmət olmasa əşyalarınızı  unutmayın.” ifadəsinə oxşar bir ifadə ilə xəyallar aləmindən ayılıb reallığa qayıtdım. :) Artıq mən hava limanına çatmışdım. Yavaş-yavaş irəliləyib, təhlükəsizlik zonasından keçdim və gəlib çıxdım bizi aparan təyyarəyə. Ünsiyyətcil insan olduğumdan nə təsadüfdürsə yanımda oturan xanım da mənim kimi Bristol şəhərində yaşayıb, təhsilini orada almışdı. Beləcə biz düz beş saat dayanmadan Bristolun zəngin küçə incəsənətindən, möhtəşəm Bristol limanından (xüsusilə isti yay aylarında liman boyu düzülmüş barlarda çalınan, qəlb oxşayan musiqilərdən) və Bristola səyahət edərkən mütləq və mütləq gedib görüləsi məhşur “ Klifton Saspenşin Körpü”sü (The Clinfton Suspension Bridge) haqqında uzun-uzadı söhbətləşdik. Zamanın necə axdığının heç fərqində belə olmadıq. Bir daha orada əmin oldum ki, səyahət etməyin ən gözəl tərəflərindən biri də tanımadığın insanlarla gözəl münasibət qurmaqdır, hansi ki, sonradan be lə gözəl xatirəyə çevrilir.Axşam saat 10:00 – da Gürcüstanın Kutaisi hava limanına endik. Hamı kimi sərhəd məntəqəsindən keçib, Tiflisə gedəcək avtobus biletlərinin satıldığı yerə gəlib çıxdım. Təxminən otuz lari (Gürcüstanın pul vahidi) verib, orta sıralardan özümə yer seçdim. Çox yorulduğumdan düşündüm ki, biraz yatım, onsuz avtobus üç saat yarım yol gedəcək. Bir saat yol getdikdən sonra avtobus ilk fasilə verməli olduğu dayanacaqda saxladı. On beş dəqiqəlik fasilədən sonra yolumuza davam elədik və hər şeydə bundan sonra başladı...Avtobusda kifayət qədər azərbaycanlı sərnişinlər var idi. Kimisi bir-birilə söhbət edir, kimisi yatır, kimisi də mənim kimi sadəcə kənardan hər şeyi izləyirdi. Elə bu an avtobusdakı sərnişin xalalardan biri (azərbaycanlı) həyəcanlı şəkildə Birləşmiş Krallıqdakı yaşama icazəsi kartını gömrük işçiləri tərəfindən yoxlanıldıqdan sonra geri verilmədiyini dedi və əl çantasını axtarmağa davam elədi. Yanımda oturan digər azərbaycanlı oğlan, Samir (şərti addır - 35 yaşı olardı) xalanı (58-62 yaş arası olardı) sakitləşdirməyə çalışır və eyni zamanda məsləhət bilirdi ki, mütləq şəkildə yaxınlaşsın Britaniyanın Tiflisdəki səfirliyinə. Onlar tez bir zamanda həmin kartı tapa bilərlər və ya yenisi ilə əvəzləyə bilərlər. Mən isə hələdə kənardan sadəcə bu olanları izləyir və ara-sıra “SOCAR”ın yol boyu benzin doldurma məntəqələrini pəncərədən görüb öz-özümə həm təəccüb edir (niyə bu qədər çoxdur?), həmdə sevinirdim (bayrağımızı hər gördükcə milli hisslərim yavaş-yavaş üzə vururdu) :). Xala ilə oğlan uzun-uzadı müzakirələrdən sonra nəhayət ki, bir qərara gəldilər, amma qərar nə qərar...Sizə nədən danışım, kimdən danışım, Sizə xalanın yanındakı gəlinindən danışım. Bizim bu gözəl xalamız bu səyahəti tək eləmirdi. Onun yanında bir gəlini də vardı. Bütün bu hadisələr baş vərən vaxtı (haqqına girmədən) sadəcə gördüyüm və xatırladığım qədər ilə bizim gəlin çox sakit və təlaşsız görünürdü. Sanki itən mənim kartım, kömək istəyəcəyim insanlarda bunlar idi. Öz-özümə düşündüm ki, yəqin mən səhv anlamışam, kənardan helə görünür və yoxsa niyə belə olsun ki. Çox da fikir vermədən diqqətimi cəmlədim bizim “məşhur” qərara. Bizim xalamız müzakirənin ən gərgin anında üzünü mənə tutdu və aşağıdakı dialoq yarandı:Xala: Bala, sən də azərbaycanlısan?Mən: BəliXala: Bala, sən də Bakıya gedirsən?Mən (beynimdə): Bu məsələ nəsə yaxşı yerə getmir. Bəlkə deyim getmirəm? Onsuz avtobusda kifayət qədər məndən yaşca böyük azərbaycanlılar var və Bakıya gedirlər. Amma nə hikmətdisə heç birindən bir səs də çıxmır amma hamısının gözü üstümdədi. Sanki, hamısı “hə” deməyimi gözləyir. Mən tam qərarsız qalmışam bu anda. Mən: Xala, üzr istəyirəm eşitmədim.Xala: Bala, deyirəm Bakıya gedirsən?Mən: Bəli, xala. Xala: Bala, sən də mənim bir nəvəm. Gəlinimi Bakıya qədər apararsan?Mən (beynimdə): Xala, mən nənə axtarışında deyiləm. Təklif üçün sağ ol. :D. Gəlinimi Bakıya apar nə deməkdir? Bu sualdan sonra mənim beynimdə qısa qapanma yarandı. Mən: Xala (sözüm kəsildi)Samir: Hə xala, aparar. Niyə aparmasın ki?! O da bir azərbaycanlıdı da. Mən güvənirəm ( hansı ki, bir saat yarım əvvəl tanış olub).Mən: Xala (sözüm yenə kəsildi və mən hələ özümü mədəni aparıram)Samir: Xala, narahat olma. Tiflisdən minərlər taksiyə və üzü sərhəddə. Sonra da ordan taksiynən Bakıya. Xala: Çox sağ ol e, bala. Sən də mənim bir nəvəm. Mən (beynimdə): Nəvə deyib durub ee. Ötürmür. :D Gəlini aparmaq nədi?? Mənə hələ də çatmır. Bu əşya deyil, oyuncaq deyil. Bu insandır, insan!Samir: Hə, xala narahat olma. Məsələ həll olundu. Mən: Əəə, bir-bir (Tağı Əhmədov). Samir bir dəqiqə! Xala, mən Bakıya gedirəm, amma mən necə aparım bu gəlini? Mən ola bilər yolda gecikdim. Mən özümdə birinci dəfədir gedirəm bu yolu. Özüdə biz təyyarə ilə getmirik. Taksi ilə gedirik və gecə saat dörddür. Mən ehtiyat edirəm. Birdən hadisə olar və bunun məsuliyyəti mənim boynumda qalacaq.Xala: Bala, sən də mənim bir nəvəm. Mən qayıdacam Kutaisi hava limanına və sənədlərimi oradan alacam. Bu gəlində səninlə gəlsin.  Samir: Cavid, ə heçnə olmaz. Narahat olma. Mən: Yaxşı, xala. Üç saat yarımdan sonra səhər saat dörddə Tiflis şəhərinə çatdıq. Gecənin qaranlığı və sərin mehi mənə bir anlıq üzərimə yüklənən məsuliyyətdən xilas edib , rahat hiss elətdirdi. Rus dilim “Menya zavut Djavid”den o terefe keçmədiyinə görə Samirdən xahiş elədim ki, bir taksi ilə danışsın və bizi sərhəd gömrük məntəqəsinə aparsın. Yanımıza yaxınlaşan bir dayı ilə (heç qanım qaynamadı ona qarşı) söhbətdən sonra yüz lariyə razılaşdıq. Gözəl nənəmizlə (artıq nəvəsi olmuşdum :D) sağollaşdıq və üzü sərhəddə tərəf yollandıq. On dəqiqə getdikdən sonra taksi sürücüsü maşını saxlayıb məndən pulu tələb elədi. Əvvəldən heç bəyənmədiyim taksi sürücüsünün bu hərəkəti məni daha da narahat etdi. Amma onun qırıq ingilis dili ilə bir təhər razlığa gəldik ki, pulun yarı hissəsini indi, qalan yarısını isə sərhəddə çatanda ödəyəcəm. Artıq qırx beş dəqiqəlik yol mənim gözümdə illərə bərabər bir zamana çevrilmişdi. Telefonumu Britaniyanı tərk edərkən rominq etdirdiyimi düşünürdüm, amma yol boyu telefonumun heç bir siqnal almadığını görüb və internetə çıxışımın olmamasını anlayanda həyəcanım daha da artdı. Ucsuz bucaqsız uzanan və heç bir yol nişan işarəsinin olmadığı yol, sürücünün daima hansısa dildə bir dostu ilə danışığı və rişxənd şəklində gülməyi (məndən haralı olduğumu pulun yarısını verəndə soruşmuşdu), arxa oturacaqda əyləşən gəlinimiz və onun məsuliyyəti və hər an təhlükə gözlədiyim sürücü və bu kimi digər nüanslar artıq məndə Britaniya dövlətinin və cəmiyyətinin mənə aşıladığı təhlükəsizlik hissini qorxu hissi ilə əvəzləyirdi. Bütün bu düşüncələrin içinə qərq olmuşdum ki, məhz o an gəldi...Və budur. Mən artıq “Qırmızı Körpü” sərhəd məntəqəsini görürəm. Uzaqdan da olsa, Azərbaycanımın üç rəngli bayrağını görüb özümə gəldim. Artıq özümü tam təhlükəsiz və qorxmaz hiss edirdim. Taksi sərhəd məntəqəsinin tam qarşısında saxladı. Mən və gəlinimiz maşından düşdük. Sürücünün qalan pulunu verib, təşəkkür etdim. Biraz aralanmışdım ki, arxadan gələn səsə çevrildim:- Salam qardaş.- Mən: Ələykümə Salam. Buyurun.- Siz o sizi gətirən taksini tanıyırsınız?- Mən: Yox, necə ki?- Siz bilmirsiniz o ermənidir?- Mən: Yox, heç bilmirdim. İlk dəfədir bu yolu gəlirəm.- Bəli, qardaş. O bildiyiniz ermənidir. Gələn dəfə gələndə yadınızda qalsın.- Mən: Çox sağ olun. Unutmaram. Biraz aralandıqdan sonra hər şey beynimdə çox aydın bir şəkildə öz yerinə otururdu; mənim niyə sürücünü ilk görüşdən bəyənməməyim, onun mənim haradan olduğumu soruşmağı, pulun yarısını ilk andan almağı və rişxənd ilə gülməyi. Dərin bir nəfəs alıb gəlinimizlə yolumuza, üzü Bakıya doğru istiqamətləndik. Səyahətimizin Azərbaycan tərəfi çox da həyəcanlı keçməsə də, sağ-salamat gəlinimizi evlərinə ötürə bildik. Bu səyahət boyu çəkdiyim stress və həyəcan yenə də AZALa olan fikrimi dəyişmədi. Sonda hamının da marağında olan nənəmə qalanda, hələ də nənəmdən xəbər yoxdur. Ümid edirəm o da sağ-salamatdır. Görənlərdən, xahiş edirəm məni nənəmə qovuşdursun. :D Hekayədən özüm üçün çıxartdığım nəticələr:1. İnsanları tanımadan bu qədər böyük bir məsuliyyəti digər insanlara yükləmək yalnışdır.2. Bəzən belə çıxılmaz anlarda isə ingilislər demiş “ You have to give a go and hope for the best!”3. “Həyatda hər zaman belə şanslı olmaya bilərsən”Sizlərə sayğılarlaƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Javid Abbaszada

1146 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!