1214 dəfə oxunub

Ərkivan əhvalatı-Həyəcan axtaranlar üçün

#gezeyenler


Qrupda xaricə getmədiyinə görə pis olan insanlar var. Çox insan hansısa yaşa qədər xaricə çıxmayıb (çox az ailə bunu dəstəkliyir), sadəcə bunun üçün səy göstərmək lazımdı. İndi istədiyim yerə gedə bilirəm. Amma 22 yaşıma qədər bu belə deyildi. 22 yaşdan sonra çox yerlər gəzib, çox insanlar tanımışam...psixoloji təzyiq, evdə səyahətlər haqqında verilişlər, hər yolu yoxluyun. Rəfiqəm psixoloji təsir üçün ailə wp qrupu açmışdı və 2019-da 26 yaşında iki ölkəyə səyahət etdi. Odur ki, çalışın.

Başqa bir məsələ isə mənim başıma gələnlərlə bağlıdır. #həyəcanüçünuzaqlaragetməklazımdeyil

Öz yurdumuzun insanları da sağolsunlar, kifayət qədər adrenalin  sevəndilər. Necə? 

Deməli, günlərin bir günü Masallıya getməliydim. Hamı getmişdi, Bakıya gec gəldiyim üçün məni gözləməmişdilər. Mən də 20 yanvardan taksi tutub, arxalarından getdim. Həmin vaxt cənuba bu təzə yol çəkilməmişdi. Salyanda maşında problem çıxdı, biraz da gecikdik. Biraz deyəndə +3 saat. Telefonumun bateriyası da Masallıya girəndə söndü. Hava qaralan vaxta düşdük. Bu şofer geri qayıdıb müştəri götürməli idi . Küçəyə girə bilməyəcəyini dedi. Masallıda Ərkivan krugu deyilən yer var, taksilər orda durur. Dedi istəyirsənsə orda düşürdüm (ama dedi ki, indi gecə olduğuna görə bu vaxtı narkamanlar olur. Kaş düşüb aptekdən zəng elətdirərdim, orda hamı bir- birini tanıyır). Dedim yox yolda düşüb piyada gedərəm . Nəysə, Ərkivanda lazım olan yerə çatdıq. (Ərkivan haqqında qısa məlumat: Ölkəmizin ən sıx əhalisi olan kəndidir. Buna görə qəsəbə adı verildi. Həm də “bulaqlar kəndi” kimi də tanınır. (8-ci sinif coğrafiya kitabı))

Nəysə düşdüm.. Yol qaranlıq... uzaqlarda işıqlar... hər yer də yamyaşıl ağaclar... Maşını fırladanda yolun o tərəfində siqaret çəkən iki nəfər görmüşdüm (hətta elə bildim səhv gördüm). Düşən kimi sürətli yeridim ki, uzaqlaşım. Bir də gördüm bunlar arxamca gəlir. Çox sürətli getdiyim üçün rahat idim. Uzaqlaşmışdım. Sonra arxama dönəndə gördüm ki, bunlar arxamca qaçırlar, ilk dəfə doğurdan qorxdum (çünki qaçanda zombiyə oxşuyurdular). Soyuqqanlı olmağa çalışdım. Birinin həyətinə girməyi fikirləşdim. Açıq darvaza görüb içəri girdim. (işıqlı- mışıqlı qəşəng yaşıl  həyət idi). Gedib qapını döydüm.Bir kişi qapını açdı, arxasıyca da həyat yoldaşı. Salamlaşıb onlardan kömək istədim. Vəziyyəti izah edirdim, elə o vaxt bu iki qaqaş həyətə girdi (18 yaşlarında iki uşaq - ürəyimdə dedim). Bunları görəndə kişiyə dedim ki, arxamca qaçan bunlar idi. Kişi dedi bunlar menim oğlanlarımdır (upsss). O boyda Ərkivanda gedib bunlarin həyətinə girmişdim. Oğlanlar bilirsiz niyə meni izləyib? Maraqlı gəlib ki, gecə vaxti (saat 8 radələri), görəsən, bu maşından düşən qiz kimdi?! Bunu deyəndə başımdan tüstü çıxdı, üstlərinə necə cumdum. Qanundan girib məhkəmədən çıxdım. Yaziq ataları çox pis olmuşdu, hələ kişi biləndə ki, kimin qiziyam, xəcalət çəkdi. Əmimin ən yaxın dostu imiş. Kişi həyat yoldaşıyla məni ötürdü. Kim olduğumu onlara məni ötürəndə dedim, o iki uşağın yanında yox, olanlar aramızda qalacaq dedim, razılaşdıq (həyat yoldaşı tipik qeybətcil öz oğlanlarının tərəfin tutan biri kimi təssürat bağışladığı üçün ona inanmadım. Özüm haqda biraz məlumat verib, sonra bu hadisə haqqında kimdənsə nəsə eşitsəm evinizə polis göndərərəm dedim. Və evə çatanda "oğlanlarınız yol kənarında siqaret çəkirdilər" dedim). Üç gün rayonda qaldım, heç nə eşitmədim, əmimin həyat yoldaşı qabağıma həyəcanla qaçmadığına görə deməli, heç kəsə deməmişdilər.. Sonradan bu haqda anama ve çox yaxın qohumuma danışdım.

Üstündən illər keçib, bu barədə ilk dəfədir yazıram. #birxatirekimi #aviasales

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…


Paylaşdı: Ayten Kazımlı

DİGƏR BLOQLAR

İtaliya bələdçisi - "Yada düşər xatirələr"

İtaliya ilə tanışlığım 2006-cı ilə təsadüf edir. Verona və Venesiyaya getmişdim. Daha doğrusu oralardan keçirdim, fürsət tapıb, gedib gəzmişdim. Almaniyadan maşınla gəlirdim, o vaxtlar maşın alveri ilə məşğul idim ????Gecə saat 4-də yol qırağında balaca bir yanacaqdoldurma məntəqəsində dayandıq, benzin doldururduq. Bap-balaca bir kafesi var idi. Yaxınlaşıb kofe aldım. İlahi, gecə saat 4, yolun düzü, benzokolonkada balaca bir kafedə bu qədər dadlı kofe niyə olsun axı??? Sonra dedim İtaliyadasan, ay Mehriban. Enjoy!İkinci gəlişim Romaya oldu. Elə vuruldum ki, orada daha çox olmaq üçün 5-6 il sonra Romada universitetə qəbul olmaq qərarına gəldim, gəzməyin dərdindən oxudum. Bir dostum o vaxt dedi neynirsən ki, master diplomunu? Dedim CV-yə yazmaq üçün, dedi yaz dəə, kim nə bilir?! ????Milana Leonardo da Vinçinin “Last Supper”-inə baxmağa getmişdim. 2 ay əvvəl biletlər bitmişdi, güc-bəla ilə bahalı bir tur tapdım, içində cəmi 15 dəqiqəlik istəyimə çatmaq var idi. Şəkil çəkməyə qoymurdular, qorxa-qorxa gizlin bir selfie edə bildim.“San-Siro”-ya Milan-Verona oyununa getmişdim, qızardılmış şabalıd yeyib, şərab içə-içə dəli azarkeşləri izləyib, donurdum. Stadiondan evə piyada qayıtmışdıq.2 il əvvəl rəfiqəmlə Romada evə gedəndə, elə yolda vağzaldan keçəndə dedim sabah ad günümdür, hara gedək? Sienaya bilet aldıq, səhər artıq şəhərin mərkəzi meydanında, günəşin altında yerdə uzanıb, ucadan qeybət edib, gülürdük. Birdən yan tərəfdən səs gəldi: “Mehriban xanım, mən sizin Facebook-da izləyicinizəm, adım Nərgizdir”. Dedim ay Allah, görəsən nə vaxtdan qulaq asır bizə? Bilmədik hansı istiqamətdə biabır olaq.Bir dəfə Romada qaldığım evin yiyəsi Markoya deyirəm ki, su niyə ağ gəlir, a kişi? Çayın dadı xoşuma gəlmir. Deyir su ftaaaminlidir, kalsiy var tərkibində, kalsiy də ağ olur, tpoysan?Ahh, Florensiya, mənim məhəbbətim. Nə vaxtsa orada yaşamaq istəyərəm. Toskana mətbəxini öyrədən kulinariya kurslarını bitirmişəm Florensiyada. Dərsdən imkan tapanda qaçıb möhtəşəm Davidi izləyirdim, Uffizi Qalereyasından zövq alırdım. Bir dəfə gecə böyrümdən çıxan ağrıdan öləcəyimi zənn etdim, ağlıma gələn ilk şey telefonumu təcili format etməliyəm. Yazışmalar kiminsə əlinə keçsə, meyitim ortalıqda qalacaq, basdıran da olmayacaq. Təcili yardım gəldi, 2 qəşəng oğlan mitilimi atdı nosılkaya, apardı hospitala. Ayılanda, keçmişi unutmuşdum.Keçən il bu vaxt ad günümə Turində Juventus-Milan oyununa bilet hədiyyə vermişdilər. Como, Turin, Genoa, Cinque Terre, Milan turum çemodanımın itməsini nəzərə almasaq, möhtəşəm keçmişdi.Hələ bu kabus İtaliyadan uzaq olanda son dəfə Romaya getdim, vidalaşmağa. Fevralın 2-si qayıtmışam və elə bil neçə illərdir sevdiyim yerlərə gedə bilmirəm.Səyahət – həyatda məni eşqdən sonra xoşbəxt edən yeganə şeydir. Xoşbəxtliyimi əlimdən alıblar elə bil.Bu gün Vogue jurnalı İtaliyanın yeni həyata başlamasını göstərmək məqsədilə ağappaq qapaqla çap olunub. 10 aprel İtaliya üçün yeni həyatın ilk günüdür.Hər şey bitsin, İtaliyaya gedəcəm, kofe ətirli şəhərlərin dar küçələri ilə məqsədsizcəsinə gəzəcəm. Günəşin səsini dinləyəcəm. Ətrafımda gülən, danışan, əl-ələ gəzən, öpüşən, sevgi saçan bəxtəvər insanları izləyəcəm. İlin bütün günləri günəş olan şəhərlərdə aşiq olmamaq günahdır. #eşq yaşayacam!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: ‎Mehriban Hasanova‎

2034 dəfə oxunub

Qaranohura gəzəyən turu – Səfər qeydi

Sıxıcı və fəaliyyətsiz sentyabrdan sonra bu şəkildə davam edə bilməyəcəyimi başa düşdüm. İş-ev marşurutu bir müddət sonra adamı sıxır. İlk olaraq dostlarla olan görüşləri çoxaltdım. İş və dərslərimi tam çatdıra bilməsəm də bu görüşlər məni daha yaxşı hiss etdirirdi. Oktyabrın ilk iki həftəsonu futbol oynadım. Sonrakı həftəsonu isə haqqında danışacağım möhtəşəm səfərə qoşuldum.Qrupda real olaraq təkcə Toğrulu tanıyırdım, 3-4 nəfər də virtual tanışlar vardı. İlk başlarda biraz məsafəli davrandım. Getməmişdən qabaq Toğrul dedi ki, uşaqların çoxu bir-birini tanıyır. Tək başına səssiz gölə qalxıb düşəcəyimi düşündüm. Ancaq danışmağa başladıqca qrupdakılarla qaynaşmağa başladıq. Belə ünsiyyətcil insanları ilk dəfə belə toplu halda görürdüm. Hərəsi ayrı-ayrı peşə sahibləri olmasına baxmayaraq hamımızın bir məqsədi vardı. Gəzintimizi maksimum əyləncəli və yaddaqalan etmək. Düşünürəm ki, biz bunu bacardıq. Yol boyu oynadığımız oyunlar və rəqslər də bizi yol yorğunu olmaqdan xilas etməklə bərabər, həm də yadda qalan xatirələr yaşadıq.Gələk səfərin təbiət hissəsinə. Qaranohur gölü İsmayıllının Talıstan kəndindən yuxarıda, Şahdağ Milli Parkının İsmayıllıda olan hissəsində yerləşir. Dəniz səviyyəsindən təxmini 1600 metr yüksəklikdədir. Bakıda payız hiss olunmasa da, burada qızılı rəng özünü göstərir. Talıstan kəndindən gölə qədər 4,5 km məsafə var. Bunun 3 km çay və meşə ilə qalan 1,5 km isə dağa dırmanma yolu ilə gedir. Təcrübəsi olmayanlar üçün çətin marşrut ola bilər. Meşə yemişan, əzgil, böyürtkən və itburnu ilə doludur. Gölə qədər su ehtiyacımı bu meyvələrlə qarşıladım. Havanın da günəşli olması bizim işimizi asanlaşdırdı, yer nisbətən quru idi. Meşələr Milli park ərazisi olmasına rəğmən köhnə və hündür ağaclar çox az idi. Yaşlı ağacları ancaq gölə yaxın yerlərdə və ondan yüksək görə bildik. Yol boyu aşağıdakı kəndə açılan mənzərə daha da genişlənirdi. Sanki tabloya biraz uzaqdan baxırdıq. “Heç gölə çatmasaq da olar” kimi bir fikir keçdi ağlımdan. Bir tərəfdə çay və şəlalələr, çayın özünə açdığı kanyon, digər tərəfdə isə böyüyən kənd mənzərəsi. Təbii ki birdə hər addımda bir-birinə dəstək olan, kömək edən, deyib gülən 5 mövsüm ailəsi. Orada olanda tək bir şeyə heyfsləndim; Niyə bu qrupa daha öncə qoşulmadım?Uşaqlıqdan təbiətlə iç-içə olmuşam. Hər səfər təbiət insana bir şeylər öyrədir yaxud yadına salır. Bu dəfə də eynisi baş verdi. Böyük dağları, geniş meşələri gördükcə əslində heç vaxt təbiətə hökm edə bilməyəcəyini, özünlə və özündə olanlarla barışmalı olduğunu sənə xatırladır. Təbiət insana özümüzdə olanları sevməyimiz üçün səbəb və stimul verir. Həmin anlarda “Niyə mən bunları daha öncə düşünmədim” deyə insan özünə təəccüblənir. Yol boyu gördüyümüz çürük və sağlam ağaclar bizə hər şeyi bir tam olaraq qəbul etməyi öyrədir. Pozitivə yönəlsək neqativi, neqativə yönəlsək pozitivi görə bilmərik. Ona görə də tablomuz hər zaman əskik qalacaq. Necəki aşağıda ancaq kəndin çox az hissəsi görünürdü. Təbiət həm də səssiz ortamda rahat düşünməyə imkan verir. Sərt qayaların xırda çayların qarşısında aciz qaldığı bu mühitdə insanların hər zaman bir-birinə ehtiyacı olduğunu sübut edir. Fikrimcə, təbiət insanı cəmiyyətdən uzaqlaşdırmır, əksinə cəmiyyətin niyə lazım olduğunu ona göstərir. Biz isə bunları düşünüb dərk etdikcə daha çox dinləməyə, tələsik fikir bildirməkdən qaçmağa, həqiqətən insanları başa düşməyə başlayırıq. Hər zaman hərəkətdə olmağın vacib olduğunu düşünürəm. Bakıdakı aqressiv və pessimist simalar, amansız sosial münasibətlərlə əhatəli mühitdən bir günün içində tam əks bir mühitə keçdim. İnsan ancaq gəzdikcə, paylaşdıqca böyüyür. Özünün və ətrafının qeydinə qalmağı öyrənir və dərk edir. Bir səfər mənə bu qədər yaxşı təsir edirsə, niyə mən bu səfərləri vaxt aşırı etməyim? Tezliklə yeni səfərlərdə görüşmək ümidilə 5 mövsüm ailəsi. Başda Toğrul və Məsud olmaqla səfərdəki hər kəsə dərin təşəkkürlər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Murad Akifsoy

2373 dəfə oxunub

Alkatras Adası və Həbsxanası

Öncəliklə hamıya salamlar. Uzun zamandır bu qrupda heçnə paylaşmırdım, baxmayaraq ki indi daha çox səyahət edirəm . Bu dəfə sizə Alkatras (Alcatraz) adası və həbsxanası haqqında paylaşım edirəm. Bir çoxunuz bəlkə də eşitmisiniz, maraqlı olar bəlkə bilməyənlər üçün də. Alkatras əvvəlcə dəniz müdafiə qalası kimi nəzərdə tutulmuşdu, ancaq 1861-ci ildə hərbi cinayətkarlar üçün yaşayış yeri kimi təyin olundu və ilk illərində müxtəlif məhbuslara ev sahibliyi etdi. 1934–1963-cü illər arasında Alkatras ABŞ-ın ən təhlükəli məhkumları üçün federal həbsxana kimi fəaliyyət göstərirdi. Bəzi məşhur məhkumları arasında Al Capone, George (“Machine Gun”) Kelly, Robert Stroud, the “Birdman of Alcatraz,” James (“Whitey”) Bulger, və Mickey Cohen də var idi. San Fransisco’nun gedib mütləq görülməli yerlərindən biridir. Bileti mən internetdən 48 aldım, bu qiymətə gediş dönüş, həbsxanaya giriş və səsli hekayəli anlatım da daxildir. Turlar həm axşam həm də gündüz olur. Pier 33’dən qalxır bərə (ferry boat), bileti yerində də ala bilərsiniz amma pik sezondursa tapmaya da bilərsiniz. Gedəndə üstünüzə mutləq isti bir şeylər geyinin, külək məni birtəhər etdi orda Mən çox bəyəndim, filmlərdəki səhnələr hamısı gəldi keçdi gözümün önündən . Film demişkən Escape from Alcatraz’ı Netflixdən də izləyə bilərsiniz. Ümid edirəm ki sizə də maraqlı və faydalı olar bu post. Aşağıda saytın linkini sizin üçün əlavə edirəm Cityexperiences.comPaylaşan Afshan Babazade

195 dəfə oxunub

Ucuzdur deyə şəhər mərkəzindən uzaqda tutulan hostel

Keçən gün səhifədə səyahətdə olarkən edilən səhvlər adlı bir post paylaşılmışdı. O səhvlərdən birini edərək yaşadığımız çətinliyi və başımıza gələn hadisəni yazmaq istəyirəm. Başladıq Başlıq isə belədir - Ucuzdur deyə şəhər mərkəzindən uzaqda tutulan hostel. Deməli 2017-nin avqustunun sonlarında yaydan planlaşdırıb öncədən xəritəsini cızdığımız, bilet və qalacaq yerlər rezervasiya etdiyimiz 25 günlük avropa turuna çıxdıq. Başlayacağımız ölkə Almaniya idi. İlk şəhərimiz də təbii ki Berlin. Planımız Almaniyanin bir-iki şəhərini gəzib növbəti ölkələrə keçmək idi. Polşada yaşadığımız üçün elə yaxındır deyib avtobusla yollandıq Berlinə. Airbnb aplikasiyasını yeni keşf etdiyimiz səyahətimiz idi. Elə qalacağımız yerləri onun vasitəsiylə seçmişdik. Yeri gəlmişkən məncə əla aplikasiyadır. Xülasə gəlib çatdıq Berlinə-Avtovağzala. Elə ilk düşən kimi bir azərbayccanlı görüb yerli kimi salamlaşdıq  Xəritəmizi açdıq və avtovağzaldan qalacağımız yerə yarımsaatlıq məsafəni necə və hardan gedəcəyimizə baxdıq. Yaxınlıqda dəmiryolu stansiyası var idi.. Elə ən yaxşı variant da qatar olduğu üçün fikirləşmədik və stansiyaya girdik. Hardan hansı qatarın hara getdiyini dəqiqləşdirmək çətindir çünki ilk gün üçün Almaniyada dəmiryolu şəbəkəsi olduqca qarışıqdır. Stanisyada dəmiryolu xəritəsindən gedəcəyimiz dayanacağın adını axtarırdıq. Kənardan çiynində turist sumkası ilə transport xəttinə bələd olmadığımız görünmüş olmalıdır ki, biri bizə yaxınlaşdı və həddindən artıq səmimiyyətlə hara getməli olduğumuz soruşdu və çox rahatlıqla hansı qatara minməli olduğumuzu deyib böyük gülümsəmə ilə yanımızdan ayrıldı. Adam gəlib bizə yol göstərənə qədərki vaxtda xəritədə təxmini hardan gedəcəyimizi aşkarlamışdıq. Amma adamın bizə dediyi istiqamət tamamilə fərqli idi. Yoldaşım dedi ki içimdəki mükəmməl yön hissim bizim haqlı olduğumuzu, adamın mənasız səmimi olduğunu və bizi aldatdığını, yanlış istiqamətləndirdiyini deyir. 1-2 dəqiqəlik diskussiyadan sonra öz seçdiyimiz qatara mindik.. Adam bizə səhv yol göstərmişdi. İndiyə kimi hələ də başa düşməmişəm adamın məqsədi nə idi. Bu arada gedəcəyimiz yer üçün 2 qatar dəyişməli idik. Nə isə nəhayət gəldik çatdıq lazım olan stansiyaya. Sən demə burdan qalacağımız hostelə 15 dəqiqəlik yerimə məsafəsi var. Bu 15 dəqiqəlik məsafəni unutmayaq hərşey bunla başlayacaq  Avqusta görə hava olduqca " sərin " idi.Qaldığımız otaq iki nəfərlik idi.Amma otaq haqqında danışmaq istəmirəm.Yadıma düşdükcə stres keçirirəm  Onu deyə bilərəm ki o "sərin " havada çöldə yatsaq daha isti olardı 3 gün Berlində olduq. Olduqca gözəl şəhərdir. Berlinerdoma aşiq oldum. Möhtəşəm idi. Amma Berlin haqqında yazmayacağam. bu haqda bundan əvvəl yazmışdım .Həmçinin çoxları olub və haqqında məndən də yaxşı yazmış olarlar. Berlindən sonrakı gedəcəyimiz şəhər Hamburg idi. Biletimiz səhər saat 8 ya da 9a idi tam yadımda deyil. Həmin avtovağzala gedəcəkdik. Axşamdan 30-40 dəqiqə tez çatsaq rahat olar deyərək çıxmaq saatımızı dəqiqləşdirdik. Həm yerimə məsafəsinin 15 dəqiqə olmağını hesablamadıq həm də baş verən hadisənin ola biləcəyini  Səhər rahatca stansiyamıza gəldik. (Bu arada Berlində stansiyalar olduqca maraqlı idi. Bir neçəsi mənə Harry Potter filmindəki stansiyanı xatırlatdı.) Çatan kimi qatar gəldi gözləmədiyimiz üçün çox sevindik çünki qatarlar 10 dəqiqə arayla gəlir. Mindikdən 2 dəq sonra yoldaşımın üzündəki şok və həyəcanla mənə baxıb " bilet almadıq " deməsiylə sevinc filan qalmadı . Almadığımız yadımıza düşməzdi əgər hər iki tərəfdən gələn bilet yoxlayanları görməsəydik. İçəridə bilet almaq üçün avtomat da yoxdur. Olsa belə böyük ehtimalla bağlamış olurlar. Fikirləşdim aradan astaca arxaya keçək ama hara belimizdə dağ boyda sumkalarımızla birinci biz görünürük  Dedim iki ayrı istiqamətə gedək. Çətini birini tutana qədərdir sonra heçkimi yoxlamırlar. Yoldaşım deyir yox e yox qanunu çeynəmişəm ödəməliyəm. Beni bırak sen git :) Gördüm tərpənmir sakitcə bəxtdən adamlar görmədən keçdim arxa qapıya .Və bu sırada uzaqdan adamların yoldaşımı necə əhatəyə aldığını müşahidə edirəm:) Tez tərpənmiş oldum. İki nəfərin cərimələnməsindənsə bir nəfəri qurban verməli olduq  Cəriməsi səhv etmirəmsə 60 ya da 80 euro idi. Kefimizi pozmamağa çalışırıq çünki qarşıda hələ gəziləcək yerlər və 20 günümüz var. Qatardan düşdük və ikinci qatara minməliyik. Eyni hadisəni yaşamamaq üçün bilet alaq dedik. Konsert indi başlayacaq. Bilet avtomatlari işləmir ya səhər olduğu üçün idi ya da başqa səbəbdən idi. Tapdıqlarımız da kartla işləmir və yalnız qəpik pul götürür. Üstümüzdə də kifayət qədər qəpik yoxdur. Avtobusun çıxmağına yarım saat qalır. Gedəcəyimiz stansiya sayısı 12 . Birtəhər bilet alıb mindik qatara. Hər stansiyaya 2 dəqiqəyə çatsa 6 dəq qalır. Avtovağzalla dəmiryolu stansiyası arasındakı məsafə 400-500 metrdir. Plan sadədir: düşən kimi qaçmaq  Amma nə deyib Jhon Lennon həyat sən planlar qurarkən başına gələnlərdir. Nəisə biz stansiyamıza çatanda artıq 2 dəq qalmışdı. Qatar dayanan kimi özümüzü sürətlə çölə atdıq və belimizdəki ağır sumka ilə həyatımızım qaçışını gerçəkləçdirdik. Elə qaçaraq yolu keçəndə bir flixbus gördük ki avtovağzaldan çıxır çox doğma göründü. Ama hələ1 dəqiqəmiz var idi. Gəldik çatdıq ki avtobus yoxdur. Çıxan elə bizimki imiş. Daha nə etmək olar deyib 2-3 qat bahasın yarım saat sonra gedən avtobusa biletimizi alıb Hamburga yola düşdük. Sözümün canı həqiqətən ucuz olsun deyə etdiyimiz şeylər əksərən əlimizdə partlayır  Postda da deyildiyi kimi astarı üzündən baha çıxır. Hələ növbəti postumda Almaniyadan İtaliya yenə qənaət edək deyerəkdən aldığımız bilet və hava limanına hansı zülümlərlə getməyimizdən və eyni minvalla İtalyadaki macəradan danışacam. Ancaq bunlar hamısı bizə təcrübə oldu artıq daha ağılla qərarlar verərək səyahət edirik.Uzun post oldu bilirəm. Ümid edirəm oxumaq maraqlı olar. Bol səyahətli günlər dostlar Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nurlana Ibrahimli      

936 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!