1752 dəfə oxunub

Səyahət əhvalatları - İrana aparan yollar

Uşaq vaxtı səyahət arzumun ünvanı Qərb, Avropa və s. idisə, illər keçdikcə bu, özünü cana yaxın Şərqə dəyişir. Isti yerləri sevirəm. Yayda, iyulun cırhacırında, bir səyahətdən qayıtdıqdan 3 gün sonra, qaşınmağa başladım. Təbrizi, Ərdəbili görmək çoxdankı arzum idi. Qismət olmamışdı.

Yazını oxuyan və 'Təbrizin nəyini tərifləyir', '50 il geridə qalıb', 'orda hər yer moşşennikdir' kimi düşüncələrə elə indidən qapılanlar, oxumasalar yaxşıdır.

Jurnalistikada müəllimim Vəli Əkbərə zəng etdim. Dedim, bəlkə Təbrizə gedək? Təklifdən bu qədər sevinəcəyini düşünmürdüm düzü. Adamın ürəyi açıldı. Beləliklə, 1 gün sonraya səyahəti planlaşdırdıq.

Soruşduq dost-tanışdan, dedilər Biləsuvardan keçin. Astarada çox adam olur və s.. Həm uzaqdır.. Amma Azərbaycanda ayaq basmadığım 2 rayon var idi. Sədərək və Astara. Dedim, yox ey, yolüstü keçməliyəm Astaradan. Maşını xodlayıb, düşdük yola. Yeni çəkilən adı pullu, özü isə hələlik pulsuz olan yol çox əladır. Səni düüüz Astaranın mərkəzinə aparır. Elə mərkəzdə yol soruşurduq ki, dedilər qardaş bu deyy, sərhəddəsiniz. Şəhərdə bir məhəllədir sanki. Maşını günü 2 manata sərhəddə bir dayanacağa qoyub, piyada xəttinə yaxınlaşdıq. Indi gözləyirik ki, basabas olacaq, qırğın qiyamət.. Gördük adam nəəzir)) Bizim sərhəd-keçid məntəqəsi çox baxımlı və səliqəlidir. Rahat keçdik. Bizimlə bərabər 'Iranda qadın' deyiləndə sonuncu dəfə 60-cı illərdə olan biləcək geyimlərdə 4-5 xanım da keçirdi. Sərhəddin bu tərəfində əyinlərində, azərbaycanlı turistlər Qırmızı Körpünü keçib, Batuma gedəndəki kimi əyinlərinə geyindikləri paltarlardan olsa da, neytralda altdan- üstdən qıfıllanmağa başladılar. Bəli.. körpünün yarısını keçərkən gözümüzə Iran bayraqları dəyməyə başlayırdı..

Qarşı tərəfə doğru getdikcə baxırıq ki, a kişi burda da adam nəəəzir.. Səbəbini bilməsək də, çox çox rahat formada Iran sərhəddini də keçdik. Pasportlarımıza peçat zad vurmadılar, deyim ki.

Hələ Bakıda olanda Irana gedəcəyimizi bilən hər kəs, sərhəddən ehtiyatlı olun, aldadırlar demişdi. Biz də onun təsiri ilə qorxa-qorxa bir taksiyə yaxınlaşdıq. Daha doğrusu, özü bizə yaxınlaşdı. 20 yanvar metrosunun çıxışındakı Sumqayıt taksiləri kimi) 20 qəp.. yo, istəmədilər)) Qardaş dedi ki, baba, hara gedirsiniz? Dedik, Ərdəbilə. İlk ünvan Ərdəbili seçmişdik. Dedi, sizin pulla 5 manata apararam. Dedik, nə ucuz)) Nəsə, mindik maşına.. 90-cı illərin nostaljisinə qapılaraq yola düzəldik.

Talış dağlarının davamı, sərhəddin o üzündə də uzanır. Əla mənzərələr var. Bir 20 dəqiqə bu həzzi yaşadır insana. Sonrasa tuneli keçərək dağlıq ərazini tərk edirsən. Sarı tonlu Selcan xatun.. Sorry, sarı tonlu qayalıqlar, səhra başlayır. Bu şofer qardaş dedi ki, acmamısınız? Baay, ölürük acından.. Saxladı bir 'Bığ' restoranı fason yerdə. Yeməyə nə var? Aşla kabab)) Ver gəlsin.. Buarada hər kəs Azərbaycan türkcəsində danışır. Nə fars, nə bir şey.. Fars o torpaqları ilhaq etdiyini düşünə bilər.. Yəni, yalnız düşünə bilər. Beyin və dil azərbaycanca işləyir insanlarda.

Yedik, hesabı soruşanda qardaş dedi nə bilim neçəsə min tümən. İrana gedəcəklərçün deyim: Ölkənin rəsmi pulu rial olsa da, hamı bir sıfırı nominaldan silərək, tümən deyir. Məsələn, 100 000 lik rial, gündəlik həyatda 10 min tüməndir. Kursu indi unutmuşam, haradasa 20 manat elədi hesab. Məsələ aydın idi.. Şofer qardaş, daimi işlədiyi restorana aparmışdı. Sonradan faizini alacaqdı.. Nuşi can!

Hesabı manatla(!) ödəyib, yollandıq. Ətraf çox köhnədir. Yollar, avtomobillər, evlər.. Amma biz torpağın adına vurğunuq. Azərbaycana gəlmişik. Cənubi və daha böyük Azərbaycana..

Heyranlıqla ətrafa baxa-baxa, ənənəvi xam adam sualları verə-verə, Ərdəbilə çatdıq.

Bizim tərəflərdə bir yer uzaq olanda 'elə bil Ərdəbilə gedir' deyib, uzaq olduğunu düşünsək də.. Ərdəbil çox yaxındır. Dilimiz qədər.

Ərdəbil, Şah Ismayılın və Şeyx Səfinin məzarının olduğu şəhərdir. Yolboyu da həsrətlə onların qəbrini görmək istəyirdik. Damardakı qanımız bizi o məkana doğru aparırdı.. kimi ədəbi-fəlsəfi cümlələr qura bilərdim..

..amma taksi sürücüsü ənənəni pozaraq, fikirləri alt-üst etməyə imkan vermədi. Bizdən daha bir 20 manat alaraq, Ərdəbilin tam mərkəzində düşürdü. Sən demə adama 5 manata gətirirmiş.. Və bizi 4 nəfər kimi görüb.. Mürtəd oğlu mürtəd.. Halal eləmirəm..))

Posta bir neçə foto əlavə edərək, sizi bezdirməmək niyyətilə hekayənin davamını 1 həftə sonraya saxlayıram. (Əslindəsə, yazmaqdan yoruldum))))




DİGƏR BLOQLAR

Səyahət əhvalatları - "Hər şeyə rəğmən"

Salam, dostlar. Başıma gələn maraqlı hadisəni paylaşmaq istədim. Bu yazı biraz uzun olacaq. Ümid edirəm sıxılmazsınız. Hadisələri olduğu kimi danışacam. İndiyədək xaricdə olmamışam və Mingəçevirdə yaşayıram. Bakıya belə az-az, bayramdan bayrama gəlirdim. Daim Avropa həvəsi ilə yaşayan biri olmuşam və hələ də eləyəm. Mən keçən il İspaniyada "ERASMUS +" mübadilə proqramı ilə oxumuşam. Pasxa zamanı digər şəhərləri, ölkələri gəzmək istədik. Səyahəti planlamağım tam 1 həftəmi almışdı. Hostellər, biletlər və s. Başlayanda bilirdim ki, başıma nələrsə gələcək ????????????‍♀️ İlk planımız Venesiya oldu. Madrid -Lyon-Venesiya və səhər 32 saatdan sonra, saat 06:00-da Venesiyaya çatdıb, hostelə yollandıq. Heç ağlımızdan da keçməzdi ki, hostel bağlı olar. 3 saat binanın qarşısında oturub gözləyəndən sonra bir müştərinin yazığı gəlib pəncərədən açar atdı. Biz daxil olduq foyede hostel işçisini gözlədik və nəhayət gəldi. 2 gecə 3 gün orda olduq çox da maraqlı oldu  bizim üçün. Sonra yollandıq Kölnə (gəzdiyim yerlərin içəridində ən rahat və təhlükəsizi). Orada Hard Rockda qaldıq. Ucuz və tam mərkəzdə idi deyə tutmuşduq oranı. Təsadüfən sahibinin azərbaycanlılar olduğunu öyrəndik. Nəisə çox uzatmayım, oradan yollandıq Brüsselə. Çox gözəl şəhər idi, lakin axşamüstü gərək tək şəhərə çıxmayasan (homelesslər, oğrular dəhşət çox idi). Hətta qaldığımız oteldə bizə iranlı oğlan bildirdi ki, Şimal stansiyasından gedəcəksizsə ehtiyatlı olun. Bizim də bəxtdən biletimiz orda idi və ehtiyatlı şəkildə ora yollandıq. Yolda görmədiyimiz hadisə olmadı. Sağ-salamat ora çatdıq. İçəridə gözləməyə başladıq. Avtobusumuza tam 2 saat var idi, birdən yaxınlıqdakı qızların passportlarının oğurlandığını gördük. Security tərəfdə gözləməyə başladıq və buranı da sağ salamat atlatdık )) Sonra isə Parisə yollandıq, 2 gün yol getdik. Ən qorxduğumuz bu şəhər idi amma rahat yola verdik. 3 gecə də burda qaldıq.Və son məntəqə - kaş getməz olaydım dediyim yer, bu postun kuliminiyasiya nöqtesi - Marsel (Le petit Marseillais markasını da görəndə qorxuram????????????‍♀️) Google'deki dəniz limanı görüntüsünə aldandım????             Nəisə əslində peşman deyiləm, düşünürdüm ki, heç vaxt tək başına nəyisə həll edə bilmərəm amma yola verdik. Onu deyim ki, gedəcəyim yerə hər çatdığımızda anama xəbər verirdim. Marselə də çatanda yazdım və anamın cavabı bu oldu "İnternetdə baxmışam, qızım, ora biraz təhlükəlidir, ehtiyatlı ol." Necə də hiss edib canım anam❤️ Biz yarım günlük yoldan sonra stansiyaya çatdıq. Fikirləşdik ki, çox gəzmişik. Dua edirəm ki, sağ-salamat, xatasız-balasız yola verdik və İspaniyaya - evə qayıdırıq. Dedik bu şəhəri gəzməyə tələsməyək, biraz dincələk, stansiyada oturaq. Stansiyada uzandıq növbə ilə yanımdaki qız ilə. Mən fikirləşdim ki, gedib su, yemək alım və mübahisə elədik. O dedi mən gedəcəm, mən dedim mən. Mən getdim sonda.Uzaqlaşalı 15 dəqiqə olmuşdu ki, qız zəng etdi: "Rasta, de ki, sumkanı özünlə aparmısan". Elə o andaca fsoo dedim getdi sumka, pul, pasport, hər şey????????‍♀️ (mənim də yekə qəhvəyi rəngdə rukzakım var idi. Dedim gedib yemək alıb gələcəm qızın yanında qoyum, gedib- gələrəm. Halbuki yanımdan ayırmırdım) Ağlıyaraq gəldim qışqır-bağır sumka, içərisindəkilər hər şey gedib təkcə telefonum qalıb. Deməli iki oğlan yaxınlaşıb qıza biri saat soruşib, sonra da qorxudub sumkamı götürüb gediblər. Mən ağlaya-ağlaya çatdım ki, qız hələ şokdadır. Əsəbləşdim, incidim amma anladım ki, əldən nə gələr olan olub. Bir yandam deyirdim ki, məşhur deyimdə olduğu kimi - Kişinin başına iş gələr. Bu an orda dərdimizi başa salmağa çalışdıq amma heç kəs ingiliscə bilmirdi, Sonda fransız oğlan bizə yaxınlaşdı başa saldı ki, gedin polisə itkiyə aid rapor alın , sağolsun bizi polis idarəsinə apardı gözledi bizlə. Elə bu anda 20 nəfərin passport çantası itdiyini də öyrəndik (tək mən deyilmişəm deyə özümə təsəlli verirəm????) Tam 5 saat gözlədik və bizə rapor verdilər sonda. Qaça-qaça gəldik ki, Madridə gedən avtobusuma çataq, Flixbus idi adı amma Öiubus adı ilə tərpənib artıq avtobus. Bizim kimi neçə adam da gözləyib bilməyib. 100 € da belə batdı. Sumka itib (İspaniyadakı ev açarları, kartlarım, passport Az kartları və s), avtobus gedib, biz o lanetli stansiyadayıq yenə.????????‍♀️ Artıq itirməyə də heç nəyimiz qalmıyıb, qorxuruq.  Bu anda türk qızlar yaxınlaşdı və "birlikde beklesek olur mu" dedilər. Təbii ki yaxınlaşdıq və ünsiyyət qurduq. -Avtobusun belə etməyi, passport itməyi, əsəblər gərgin anama atama da heç nə deyə bilmirəm (Təzyiq və ürəkləri narahatdı. Onları da tələşlandırmaq istəmədim????). Ancaq zəng edib bacıma dedim. O da 1-2 dəqiqə danladı sonra çıxış yolları dedi .Sonra türk qızlar ilə gözlədik. Gecə düşürdü. Türk qızlar mənim passport məsələmdən sonra lap qorxdu. Səfirliklərinə zəng etdilər və gəlib götürdülər bizi. Gecəni səfirlikdə qaldıq. Sürücü səhər-səhər bizi yenidən stansiyaya gətirdi. Yanımdakı qızın kartı ilə bilet aldıq, Madridə yollanırdıq. Tam sevinmişdim ki, artıq vso rahatam, evə çatıram. Çünki, avtobusda indiyədək gəldiyim yerlərdə sərhəddə passport yoxlamırdılar. Bu cəhətdən rahat idim, Elə Marselin çıxşında polis saxladı və o ürkütücü cümlə "Passport Control". Əlim-ayağım keyidi. Həll yolu axtarırdım. Fransada yolda məni düşürtsələr nə edəcəm? Ağlayıram, heçnə fikirləşə bilmirəm polis yaxınlaşdı passport istədi . Başa sala bilmirəm. "Lost lost" deyirəm. Fransızlar da ingiliscə bilmir, başa düşmür. Ömrümdə hələ elə çarəsiz hiss etməmişdim. Yanımdakı qıza çöndüm dedim ki "nəsə edək izah et, bir şey elə". Bu anda Polisin biri əlini çiynimə qoydu ki, "Korkma, anlat bakıyım noldu?" Bu hissi izah edə bilmərəm həqiqətən - Polisin birinin türk olması????????dərdimizi dedim. Dedi "rapor filan bir şey varsa keç sən, sorun yok" Biz sənədi təqdim edib keçdik. Madridə çatdıq Səfirlikdən gün aldım. Azərbaycana getməmişdən 3 öncə gedib sənədəri götürməli idim. İnternetdə hər şeyi qaydasına salıb getdim Madridə 3 saat gözlədim. İyun ayı idi və bildim ki, qeyri-iş günü imiş???? off Rasta, yenə bəxtin gətirmədi deyirdim ki, Səfirlik nümayəndəsinin (Adil Şükürov, burdan bir daha öz təşəkkürümü bildirirəm) əlaqə nömrəsini tapıb ona zəng etdim. Sağolsun axşam gəldi və sənədləri həll etdi???????? Nəyahət evimə - Mingəçevirimə gəldim çıxdım.Xülasə mənim kimi heç vaxt evdən qırağa çıxmamısızsa çıxın, komfort zonanızı tərk edin. Desəydilər ki, getmə itirəcəksən passportu yenə gedərdim. Hər gördüyümüz, yaşadığımız bir təcrübədi. Nəyi yaşamamışıqsa onu mütləq yaşayırıq. Yeni ölkələr, şəhərlər, yeni macəralar diləyi ilə#gəzəyənlər #aviasalesazƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Rasta Pashayeva

2081 dəfə oxunub

Qaranohura gəzəyən turu – Səfər qeydi

Sıxıcı və fəaliyyətsiz sentyabrdan sonra bu şəkildə davam edə bilməyəcəyimi başa düşdüm. İş-ev marşurutu bir müddət sonra adamı sıxır. İlk olaraq dostlarla olan görüşləri çoxaltdım. İş və dərslərimi tam çatdıra bilməsəm də bu görüşlər məni daha yaxşı hiss etdirirdi. Oktyabrın ilk iki həftəsonu futbol oynadım. Sonrakı həftəsonu isə haqqında danışacağım möhtəşəm səfərə qoşuldum.Qrupda real olaraq təkcə Toğrulu tanıyırdım, 3-4 nəfər də virtual tanışlar vardı. İlk başlarda biraz məsafəli davrandım. Getməmişdən qabaq Toğrul dedi ki, uşaqların çoxu bir-birini tanıyır. Tək başına səssiz gölə qalxıb düşəcəyimi düşündüm. Ancaq danışmağa başladıqca qrupdakılarla qaynaşmağa başladıq. Belə ünsiyyətcil insanları ilk dəfə belə toplu halda görürdüm. Hərəsi ayrı-ayrı peşə sahibləri olmasına baxmayaraq hamımızın bir məqsədi vardı. Gəzintimizi maksimum əyləncəli və yaddaqalan etmək. Düşünürəm ki, biz bunu bacardıq. Yol boyu oynadığımız oyunlar və rəqslər də bizi yol yorğunu olmaqdan xilas etməklə bərabər, həm də yadda qalan xatirələr yaşadıq.Gələk səfərin təbiət hissəsinə. Qaranohur gölü İsmayıllının Talıstan kəndindən yuxarıda, Şahdağ Milli Parkının İsmayıllıda olan hissəsində yerləşir. Dəniz səviyyəsindən təxmini 1600 metr yüksəklikdədir. Bakıda payız hiss olunmasa da, burada qızılı rəng özünü göstərir. Talıstan kəndindən gölə qədər 4,5 km məsafə var. Bunun 3 km çay və meşə ilə qalan 1,5 km isə dağa dırmanma yolu ilə gedir. Təcrübəsi olmayanlar üçün çətin marşrut ola bilər. Meşə yemişan, əzgil, böyürtkən və itburnu ilə doludur. Gölə qədər su ehtiyacımı bu meyvələrlə qarşıladım. Havanın da günəşli olması bizim işimizi asanlaşdırdı, yer nisbətən quru idi. Meşələr Milli park ərazisi olmasına rəğmən köhnə və hündür ağaclar çox az idi. Yaşlı ağacları ancaq gölə yaxın yerlərdə və ondan yüksək görə bildik. Yol boyu aşağıdakı kəndə açılan mənzərə daha da genişlənirdi. Sanki tabloya biraz uzaqdan baxırdıq. “Heç gölə çatmasaq da olar” kimi bir fikir keçdi ağlımdan. Bir tərəfdə çay və şəlalələr, çayın özünə açdığı kanyon, digər tərəfdə isə böyüyən kənd mənzərəsi. Təbii ki birdə hər addımda bir-birinə dəstək olan, kömək edən, deyib gülən 5 mövsüm ailəsi. Orada olanda tək bir şeyə heyfsləndim; Niyə bu qrupa daha öncə qoşulmadım?Uşaqlıqdan təbiətlə iç-içə olmuşam. Hər səfər təbiət insana bir şeylər öyrədir yaxud yadına salır. Bu dəfə də eynisi baş verdi. Böyük dağları, geniş meşələri gördükcə əslində heç vaxt təbiətə hökm edə bilməyəcəyini, özünlə və özündə olanlarla barışmalı olduğunu sənə xatırladır. Təbiət insana özümüzdə olanları sevməyimiz üçün səbəb və stimul verir. Həmin anlarda “Niyə mən bunları daha öncə düşünmədim” deyə insan özünə təəccüblənir. Yol boyu gördüyümüz çürük və sağlam ağaclar bizə hər şeyi bir tam olaraq qəbul etməyi öyrədir. Pozitivə yönəlsək neqativi, neqativə yönəlsək pozitivi görə bilmərik. Ona görə də tablomuz hər zaman əskik qalacaq. Necəki aşağıda ancaq kəndin çox az hissəsi görünürdü. Təbiət həm də səssiz ortamda rahat düşünməyə imkan verir. Sərt qayaların xırda çayların qarşısında aciz qaldığı bu mühitdə insanların hər zaman bir-birinə ehtiyacı olduğunu sübut edir. Fikrimcə, təbiət insanı cəmiyyətdən uzaqlaşdırmır, əksinə cəmiyyətin niyə lazım olduğunu ona göstərir. Biz isə bunları düşünüb dərk etdikcə daha çox dinləməyə, tələsik fikir bildirməkdən qaçmağa, həqiqətən insanları başa düşməyə başlayırıq. Hər zaman hərəkətdə olmağın vacib olduğunu düşünürəm. Bakıdakı aqressiv və pessimist simalar, amansız sosial münasibətlərlə əhatəli mühitdən bir günün içində tam əks bir mühitə keçdim. İnsan ancaq gəzdikcə, paylaşdıqca böyüyür. Özünün və ətrafının qeydinə qalmağı öyrənir və dərk edir. Bir səfər mənə bu qədər yaxşı təsir edirsə, niyə mən bu səfərləri vaxt aşırı etməyim? Tezliklə yeni səfərlərdə görüşmək ümidilə 5 mövsüm ailəsi. Başda Toğrul və Məsud olmaqla səfərdəki hər kəsə dərin təşəkkürlər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Murad Akifsoy

2386 dəfə oxunub

Şengen vizası alma sənəti

Öncədən deyim mən Biləcərini keçənlərdənəm.Qrupda bir çox travel macəralarımı paylaşmışam. Bəs necə oldu ki, mən ilk dəfə şengen vizası aldım? Sizə bu macəram barədə danışacam.Universiteti bitrdikdən sonra avropanı gəzmək xəyalına düşdüm.Bir “dostumun” sayəsində viza maşenikinə calandım.700 azn pul verdim ki,mənə viza alsın.1 aya işi həll edəcəyinə söz verdi və biz razılaşdıq.Mənim sənətləri hamısını özü hazırlayıb Çexia səfirliyində məni qəbula yazdı.Məndə düşünürdüm ki,bəs konsul hər hansı şirkət iş qəbulundaki kimi otağda oturacıq üzbəüz söhbət edəcəyik.Birda baxdım şüşə arxasından bir qıvrım baş məndən sənət istəyir.Məndə sən kimsən məm konsula verəcəm sənətimi dedim.Əsəbi şəkildə sənəti istəyir şüşə arxasından dalaşırıq.İngilis dilində bir şeyler deyi,məndə nə rus dili bilirəm nə ingilis dili.Nə isə 5-6 dəqiqə dalaşdıq və sonra bir qız gəldi çıxdı ve dedi konsul sizdən sənəti istəyir niye vermirsiz? Mən mat vəziyyətdə qalmışam.Vəziyyəti düzəltmək üçün 5 saniyədən bir üzür istəyib şirinlik edirəm konsula.????Həyacandan mənə guya işlədiyimi şirkətin adını demişdilər onu unutdum.Otelin adını hər şeyi yaddan çıxartdım,ağzıma gələni danışdım.???? 1 həftə sonra təbi ki,imtina cavabı aldım.700 azn batdı bilmədim niyə batdı.Guya otel və bilet xərcləri sərf edilən enerji müxtəlif behanələr v.s.Pul getdi xəyallarımda puç oldu. Üzərindən 8-9 ay keçdi.Bir yaxın dostum ( əsil dostum ) dedi ki bəs onun Litvada dostu var MRU universitetində summer school olacaq iştirak haqqı 400 avrodur.O vaxt hardasa 400 Azn edirdi.Baha olduqunu bilet xərcləri v.s ordanda başqa ölkəyə getmək büccəmi aşırdı..Endirim üçün maile yazaq dedim.200 avro olsa üstünü düzəldib birtəhər gederəm düşündüm.Mail yazdıq 10 gün keçdi cavab gəlmədi dedik hər halda düşündülər bu bazar adamları kimdi bizim summer schoola gəlmək istəyirlər.Hələ bir endirimdə tələb edirlər..Ümidimizi üzdük artıq səfəri qişa falan bəlkə alınar nəsə dedik dəftəri bağladıq.Tam ümidi üzmüş idi ki,birdə gördük mail gəldi bəs qəbul eldirik 200 avro ödəyin dəvət göndərək..2-3 günə sənətlər içəri verdik 1 həftəyə cavabı almaq üçün kağız verdilər.Həyəcanlı gözləyiş başladı.1 həftə stressli günlər keçdi o böyük gün çatdı.Və mən yenə imtina aldım...Zarafat edirəm.???? 12də cavab çıxmalı idi və cavab sistem işləmədiyinə görə saat 4də çıxacaq dedilər. Onu da gözlədik və ilk məni çağırdılar içəri girdim pasportu verdilər. Və mən bunu bacardım viza aldım.???? Özü də imtina ştapının düz yuxarısındaki səhifəyə vizanı vurmuşdular.Bu məni qələbəm idi.İndi orada xərcləməyə pul olmadan düşdüm Litvaya yola.İngilis dili bilmədən summer school gelmişəm a kişi.???? O biri dostum sağ olsun mənə öz haqqımda ingilis dilində mətn verdi əzbərlədim bir təhər 1ci günü yola verdim.Hər şey viza üçün.????Qalan 5-6 günü müxtəlif bəhanəlarlə güc bəla bitirdim summer schoolu.Hesabda burdan alacaqım sertifkatı videosu ( videonu yüklədim posta ) atama göndərəcəm və qürurlanacaq mənə pul göndərəcək,mən ordan arzum olan İtaliya gedəcəm.Papama atdım sertifakti kişi bir qürurlandı oğlum partdadır ingilis dilidə öyrənib falan filan.????Həmin gün 500 avro oturdu balansa.Bakıdan bilet aldı traveldeki şirkət sabah uçuruq Milana.Getdik bileti verdik dedilər ki siz uça bilmərsiz.Üçümüz bir yerdə niyəəəəəəəə?????? Dediler ki siz biletinizi çerez Ukraniya almısınız sizin vizanız bir girişlidir şengen zonasından çıxdıqınız üçün siz italiyaya uça bilməzsiz.Buda bizim turizim şirkətindəki bilet yazan qızın hünəri.Nə isə dava dalaşla turizim şirkəti biletimiizi 12 saat sonraya Varşava ordanda Milana aldıq.Və sonda bunuda bacardım artıq İtaliyanı gəzmək xəyalımı gərəçəkləşmişdi.Arzulara çatmaq heçdə asand olmur gəzəyənlər.Bugün Allahın izn ilə atamın pul dəstəyi və 3 dostumun koməyi ilə başladıqım macərada 35 ölkə 78 şəhər sayısız macəra yaşamışam.Və bir çox gəzəyən kimi mənimdə bolluca xatirələrim var.Davamı olacaq...✈️ Səyahət etmək evrim geçirmekdir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Sanan Karimov‎

2205 dəfə oxunub

Ərkivan əhvalatı-Həyəcan axtaranlar üçün

#gezeyenlerQrupda xaricə getmədiyinə görə pis olan insanlar var. Çox insan hansısa yaşa qədər xaricə çıxmayıb (çox az ailə bunu dəstəkliyir), sadəcə bunun üçün səy göstərmək lazımdı. İndi istədiyim yerə gedə bilirəm. Amma 22 yaşıma qədər bu belə deyildi. 22 yaşdan sonra çox yerlər gəzib, çox insanlar tanımışam...psixoloji təzyiq, evdə səyahətlər haqqında verilişlər, hər yolu yoxluyun. Rəfiqəm psixoloji təsir üçün ailə wp qrupu açmışdı və 2019-da 26 yaşında iki ölkəyə səyahət etdi. Odur ki, çalışın.Başqa bir məsələ isə mənim başıma gələnlərlə bağlıdır. #həyəcanüçünuzaqlaragetməklazımdeyilÖz yurdumuzun insanları da sağolsunlar, kifayət qədər adrenalin  sevəndilər. Necə? Deməli, günlərin bir günü Masallıya getməliydim. Hamı getmişdi, Bakıya gec gəldiyim üçün məni gözləməmişdilər. Mən də 20 yanvardan taksi tutub, arxalarından getdim. Həmin vaxt cənuba bu təzə yol çəkilməmişdi. Salyanda maşında problem çıxdı, biraz da gecikdik. Biraz deyəndə +3 saat. Telefonumun bateriyası da Masallıya girəndə söndü. Hava qaralan vaxta düşdük. Bu şofer geri qayıdıb müştəri götürməli idi . Küçəyə girə bilməyəcəyini dedi. Masallıda Ərkivan krugu deyilən yer var, taksilər orda durur. Dedi istəyirsənsə orda düşürdüm (ama dedi ki, indi gecə olduğuna görə bu vaxtı narkamanlar olur. Kaş düşüb aptekdən zəng elətdirərdim, orda hamı bir- birini tanıyır). Dedim yox yolda düşüb piyada gedərəm . Nəysə, Ərkivanda lazım olan yerə çatdıq. (Ərkivan haqqında qısa məlumat: Ölkəmizin ən sıx əhalisi olan kəndidir. Buna görə qəsəbə adı verildi. Həm də “bulaqlar kəndi” kimi də tanınır. (8-ci sinif coğrafiya kitabı))Nəysə düşdüm.. Yol qaranlıq... uzaqlarda işıqlar... hər yer də yamyaşıl ağaclar... Maşını fırladanda yolun o tərəfində siqaret çəkən iki nəfər görmüşdüm (hətta elə bildim səhv gördüm). Düşən kimi sürətli yeridim ki, uzaqlaşım. Bir də gördüm bunlar arxamca gəlir. Çox sürətli getdiyim üçün rahat idim. Uzaqlaşmışdım. Sonra arxama dönəndə gördüm ki, bunlar arxamca qaçırlar, ilk dəfə doğurdan qorxdum (çünki qaçanda zombiyə oxşuyurdular). Soyuqqanlı olmağa çalışdım. Birinin həyətinə girməyi fikirləşdim. Açıq darvaza görüb içəri girdim. (işıqlı- mışıqlı qəşəng yaşıl  həyət idi). Gedib qapını döydüm.Bir kişi qapını açdı, arxasıyca da həyat yoldaşı. Salamlaşıb onlardan kömək istədim. Vəziyyəti izah edirdim, elə o vaxt bu iki qaqaş həyətə girdi (18 yaşlarında iki uşaq - ürəyimdə dedim). Bunları görəndə kişiyə dedim ki, arxamca qaçan bunlar idi. Kişi dedi bunlar menim oğlanlarımdır (upsss). O boyda Ərkivanda gedib bunlarin həyətinə girmişdim. Oğlanlar bilirsiz niyə meni izləyib? Maraqlı gəlib ki, gecə vaxti (saat 8 radələri), görəsən, bu maşından düşən qiz kimdi?! Bunu deyəndə başımdan tüstü çıxdı, üstlərinə necə cumdum. Qanundan girib məhkəmədən çıxdım. Yaziq ataları çox pis olmuşdu, hələ kişi biləndə ki, kimin qiziyam, xəcalət çəkdi. Əmimin ən yaxın dostu imiş. Kişi həyat yoldaşıyla məni ötürdü. Kim olduğumu onlara məni ötürəndə dedim, o iki uşağın yanında yox, olanlar aramızda qalacaq dedim, razılaşdıq (həyat yoldaşı tipik qeybətcil öz oğlanlarının tərəfin tutan biri kimi təssürat bağışladığı üçün ona inanmadım. Özüm haqda biraz məlumat verib, sonra bu hadisə haqqında kimdənsə nəsə eşitsəm evinizə polis göndərərəm dedim. Və evə çatanda "oğlanlarınız yol kənarında siqaret çəkirdilər" dedim). Üç gün rayonda qaldım, heç nə eşitmədim, əmimin həyat yoldaşı qabağıma həyəcanla qaçmadığına görə deməli, heç kəsə deməmişdilər.. Sonradan bu haqda anama ve çox yaxın qohumuma danışdım.Üstündən illər keçib, bu barədə ilk dəfədir yazıram. #birxatirekimi #aviasalesƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ayten Kazımlı

1225 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!