2328 dəfə oxunub

26 günə 9 ölkə-Avropa turu

Salamlar!

Madam ki, hamı nostalji hislərinə qapılıb... Mən də öz keçən ilki səyahətimi sizlərə qısaca danışım. Qısaca, çünkü, səyahət çox böyük oldu və yazası olsam bir Dədə Qorqud çıxar.

Bildiyim iki şey var idi: 11 iyulda dostlarımla Bakıdan Odessaya uçuram, 6 Avqustda Budapeştdən (artıq tək) Bakıya qayıdıram. Heç bir plan yox, booking yox. Deyim ki, bütün səyahət boyu, təyyarə, qatar, avtobus, blablacar, otel, hostel, airbnb və s. hər birindən istifadə etmişəm. Qiymətlər, xərclər, tarixlər falan artıq yadımda deyil. Üzrlü bilin.

Profilimdə "Gor indi qaqan nagayrajax!" yazıb yola düşmüşəm:

Odessa, Ukraine - Tez-tez gəldiyim şəhərə dostlarımla istirahətə gəldik. Bolluca mədəni istirahət edib onları Bakıya yola saldım, özüm isə Kiyevə yola düşmüşəm.

Kiev, Ukraine - Burda yaşayan dostlarımla görüşdüm və Avropaya yola düşdüm. Ümumilikdə Ukrayna barəsində çox yazmayacam. Yəqin ki, çoxlarınız olmusuz. Olmamısınızsa da məsləhətdir.

Brussels Airport - Bunu ayrıca qeyd etməliyəm. Aldığım təyyarə reysində (Kiev-Brussel-Munich) 4 saat Brüsseldə gözləmə var idi, amma Tomorrowland həftəsi olduğuna görə 4 saatın hamısını aeroportda rəqs eləmişəm.

Munich, Germany - Qısaca, yaşamaq istədiyim şəhər. İlk dəfə deyil burdayam və Münheni həqiqətən çox sevirəm. Tam mənlik bir yer. 

Fussen, Germany - Əslində bu şəhər yox, Neuschwanstein Castle yazmalı idim. Bura gəlmə səbəbim yalnız bu, həqiqətən, heyrətamiz qəsrdir. Arada Alp gölündə də üzdüm...

Amsterdam, Nederlands - Çooox isti vaxta düşdüm. Bu səbəbdən şəhər barəsində təəssüratlarım gözlədiyimdən aşağıdır. Bəlkə də daha çox qalardım, daha çox gəzərdim. Azından Pridewalk günü orda idim. Nəvələrə danışmağa "tema" var.

Brussels, Belgium - Şəhərin mərkəzi meydanı Grand-Place inanılmaz gözəldir. Hələlik bu meydan mənim reytinqimdə 1-ci yerdədir.

Brugge, Belgium - Muzey. Başqa söz deməyə ehtiyac yoxdur. Sadəcə bu şəhər açıq havada muzeydir. Sərin havada romantik gəzintiləri və əlaaa növ pivə sevərlərə Belçikanı məsləhət görürəm. ✨

Gent, Belgium - Çox şanslıyam ki, Gentdə olduğum gün ənənəvi musiqi festivalı keçirilirdi. Şəhərin hər bir meydanı musiqi, rəqs, içki və yemək ilə dolu idi. Deyim ki, Münhendən sonra bəlkə də ikinci sevdiyim şəhər.

Paris, France - Həqiqətən möhtəşəm şəhərdir. Şəxsi rekordumu Parisdə qırdım. Bir gün ərzində 37 km ayaqla gəzmişəm və bu şəhəri qarış-qarış gəzməyə həqiqətən dəyər.

Geneva, Switzerland - İsveçrənin adı üstündə, amma, gözlədiyim qədər də bahalı deyildi. Hətta qaldığım hostel mənə bütün ictimai nəqliyyata pulsuz buraxılış verdi. Bəlkə də yeganə narahatlığım rouminq internetin işləməməsi idi. İsveçrə və Belçikada bizim rouminq internet işləmir.

CERN, Switzerland - Bu yeri ayrıca qeyd etməliyəm. The Large Hadron Collider - Большой адронный коллайдер. Bilənlər anlayar. Bəli, mən orda olmuşam.

Torino, İtaly - Gözlədiyimdən daha gözəl bir şəhər. Gəzməli yerləri çoxdur. Belə baxıram ki, İtaliyada gəzməli olmayan şəhər yoxdur.

 Milano, İtaly - Böyük və gözəl şəhərdir. Tam gəzib qurtara bilmədim. Şəxsi reytinqimdə "Cattedrale di Santa Maria Nascente" gördüyüm ən möhtəşəm tikilidir.

 Vienna, Austria - Bəli gözəldir, amma Almaniya ilə müqayisədə dərhal hiss olunur ki, kim böyük və kim kiçik qardaşdır. Görməyə mütləq dəyər.

Budapest, Hungary - Şəhərin mərkəzi və kənarları arasında bu qədər fərqi birinci dəfə görürdüm. Mərkəz 2019-da yaşadığı halda kənarlar 80ci illərdədir. Büdcə cəhətdən getmək üçün sərfəlidir. Yenə də avropadır.

..və burda Kərəmi ağlamaq tutur. 26 günə 9 ölkə gəzdim. Hər bir yer haqqında ayrıca danışa bilərdim, qorxuram bezdirərəm sizləri.

Ölmədik, buraları da gördük. Ən əsası qarşıma heç bir pis iş və ya insan çıxmadı. Əksinə çoxlu mehriban insanlarla tanış olmuşam. Hamınıza da eyni şeyi arzu edirəm. Qarşınıza hansı ölkədən gəlməsindən asılı olmayaraq gəzəyən çıxsa köməyinizi əsirgəməyin. Bir gün siz də onun yerində ola bilərsiz.





Əgər yazını bəyəndinizsə aşağıda
olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…


Paylaşdı:Rauf Abu

DİGƏR BLOQLAR

Tarixin yadigarı - İstanbul

Istanbuldakı bütün otel və hostellər bu linkdə...Salam, size Istanbulda edile bilecek aktiviteleri ve qiymetler baresinde melumat vermek isteyirem. Ilk olaraq Istanbul tarixin ve dunyanin goz bebeyidir, Avropayla Asiyanin birlesdiyi mekandir, ve hem Avropa, hem Asiya qitesini ve medeniyyetini, tarixiniozunde cem edir.Bir Osmanli tarix aşiqi olaraq biz möhtəşəm bir 7 gün keçirdik orada. Nəqliyyat metro və tramvay - 2.60 TLdir, Vapur ən bahası 7 TL. Hə bir də ən yaxşı pul dəyişmə yeri Kapalı çarşıdır ən baha ordadır. Normal yerlərdə 100$ 450 idisə, orada 463 idi. Total da sərf edir, 100-100 dəyişəndə adama uzaq gəlir ???? Nəqliyyat vasitəsi- Tramvay- Kapalı çarşı station. ???? Muzeylərə giriş ayrı-ayrılıqda bahadır, lakin museums card’ı 125TL ə almaqla xərcinizi 3-4 qat endirmiş olacaqsınız. Demək olar bütün muzeylerim girişində satılır. Biz Topqapıdan aldıq. Və audio guide 20-30 tl arası dəyişir, mütləq kirayələyin, getdiyiniz yerlər haqqında bütün məlumatı ən xırda detalına qədər əldə edəcəksiniz.İndi isə detallata keçirəm:1. Topkapı sarayı + Gülhanə.İkisi yanaşıdır. Birinci Topkapıya girmək lazımdır, çünki müəyyən saata qədər açıqdır, və gəzmək üçün saatlar tələb edir. Biz 4-5 saat sərf etdik (1 saat yemek üçün). Dediyim kartın keçdiyi muzeylərdən biridir. Altda şəklini paylaşacam haralara keçərlidir deyə. Daha sonra Gülhanə parkının yaşıllığında dincəlin. Ən uyğun nəqliyyat - Tramvay - SultanAhmet station.2. Dolmabahçe + Beşiktaş stadium.Hər ikisi limitli saata qədər açıqdır (səhv etmirəmsə 5.00) Nəqliyyat vasitəsi - Tramvay - Kabatash station. Dolmabahçe ümumi girişi 90 Tl’dir. Dediyim kart keçərli deyil. Lakin əsas görülməli yer “Harem”dit və girişi 40TL’dir. Daha sərfəlidir. Yenə azı 1-2 saat sərf edəcəksiniz. Çünki çox böyükdür.3. Taksim + Madame Tussauds. Nəqliyyat vasitəsi- Tramvay + Funicular - Tramvayla Kabataş (ən son stansiyadır), daha sonra həmən yanında Funicular ilə Taksim’ə gedəcəksiniz. Madamme Tussauds girişi 57 Tl dir, amma bir sayt var orda combo ticket - Madame Tussauds + Sea Life aquarium - ikisi birgə 76 TL əldə edə bilərsiniz. Və ya biletX digər sərfəli seçimdir. Link: ???? https://www.madametussauds.com/istanbul/tr/bİletler/4. Boğaz turu- bilet 15€ - daxildir 5 saatlıq dəniz turu, 2 məhşur yerdə hər biri 1 saat olmaqla durur və gəmi üzdükcə mühim yerlərdə önəmli tarixi binalar haqqında bələdçi məlumat verir, btw, çay kofe limitsizdir.5. Dənizləri birləşdirən Bosphor boğazı balıqlar cənnətidir, balıq yemədən dönmək günahdır. Ən xoşumuza gələn məkan Eminönü oldu, düz boğazın yanında en qədər restoran seçimi var. Qiymətlər 35-50 arasıdır balıqlar üçün. “Hamsi” (balıq) yemeyi unutmayın, yanında nəsə içmək istəsəniz seçimizi türklərə məxsus “rakı”dan yana kullanın. Bu ikisi dəyişməz ikilidir. Ha bir də, balıq ekmek yol üstü fast food olaraq ən yaxşı seçimdir. Nəqliyyat- Tramvay- Eminönü station.6. Ayasofya ???? + Sultanahmet + Basilica Su sarnici. Nəqliyyat- Tramvay - Sultanahmet station.•Məncə Sultanahmed ancaq çöldən gözəldir içərisində maraqlı heçnə görmədik. Giriş pulsuzdur.•Gəlirəmmm AYASOFYA ❤️ - ənnnnnn sevdiyimiz, aşiq olduğumuz yer oldu, 6cı əsrdə Bizans tərəfindən kilsə olaraq tikilən bu gözəlim məkan, 1453 cü ildə İstanbul fəth edilərkən məscidə çevrilir. Bütün sultan və hökmdarların göz bəbəyi olduqu deyilir, və məzarlarının məhz orda olması bunun sübutudur hər halda. Kilsə ornamentləri məhv edilmədən məscidə məxsus elementlər əlavə edilib və bu da buranı özəl edir. Adını çəkdiyim kart burada keçərlidir. Hər yerini diqqətlə incələyin.• Basilica- Bizans dövründən qalma su anbarıdır. İsti havada belə çox sərin olur, girişi 20 Tl xaricilərə, 10 tl türklərə, və bizden soruşanda xarici varmı? (Danışıqdan tutmadı türk olmadığımı) Dedik biz azəriyik, amma 10 tl’ə verdi yenə. Bu ayrı bir zövq idi. Btw, onlarin dediyine gore biz onları sevməsək də, onlar bizi çox sevir. “Bir millət, iki dövlət” bu birləşməni dəfələrlə işlətdilər. Basilicada ən sevdiyimiz activity Osmanlı geyimində 25TL’ə çəkdirdiyimiz şəkillər oldu. Ordan yalnız birini pulsuz verirdilər, biz bütün şəkilləri almaq üçün 100 tl ödəyib bütün şəkilləri disk formasında satın aldıq, və onlar bir dənəsini çap formada verdilər.7. Büyükada- Nəqliyyat vasitəsi- Vapur - 7 Tl- Eminönü’dən gedə bilərsiniz. Aşiq oldugumuz ikinci məkan. Bir dənə maşına rast gələ bilmərsiz, yeganə nəqliyyat vasitələri faytonıar və velosipedlərdir. Faytonla tur atmaq ən yaxşı seçimdir- 70 TL , 50 dəqiqəlik (10dəq çay stop’u) tur atır. İnsan özünü filmlərdə hiss edir ???? Yeməklər də ucuzdur, və hədiyyə almaq istəsəniz ən yaxşı və ucuz seçimlər ordadır ????8. Üsküdar, Kadıköy məhşur yerlərindəndir. Üsküdarda yalnız çay içib ətrafı izlədik. “Kız kulesi” ilə mənzərə seyrində, yoldaşla birge incəbel armudu stəkanda içilən çay başqa ləzzət edir. ????9. Galata kulesi - Nəqliyyat vasitələri- Tramvay- Eminönü station- ama 10 dəqiqə gəzməlisiz. Ən yaxşısı metro - Shishane station. Daha rahatdır. İçərisinə girmədim.Və son olaraq İstanbulda ölmədən edilməsi gərəkli 100 şey adlı bir məqalə paylaşacam, ümid edirəm yararlı olar sizə. Xoş gəzmələr.???? https://www.google.az/amp/s/onedio.com/amp-haber/711080#with Vusal Isayev #withloveƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Matanat Isayeva‎  

1759 dəfə oxunub

Buddanın vətəni və dünyanın ən hündür zirvəsinin yerləşdiyi mistik ölkəyə səyahət-Katmandu, Nepal

Bəzən insan real həyatdan uzaqlara qaçmaq, problemlərdən, ailə-məişət qayğılarından, zamanında cavablaya bilmədiyi məktubların kabusundan qurtulub heç kimin onu tanımadığı bir yerə getmək istəyir."İldə bir dəfə heç vaxt olmadığınız yerə gedin".Nepalın Katmandu Tribhuvan Beynəlxalq Aeroportu dünyanın ən təhlükəli hava limanlarından sayılır. Azərbaycan vətəndaşları vizanı hava limanında əldə edə bildiklərinə görə, 8 saatlıq səyahət çox insanı Buddanın vətəninə aparır. Hava limanına enər-enməz diqqəti dövlət bayrağı cəlb edir. Nepal dünyada bayrağı dördkünc olmayan yeganə dövlətdir. 2 üçbucaqdan əmələ gələn atribut Himalay dağının zirvələrinin, eyni zamanda Hinduizm və Buddizmin rəmzi hesab olunur."Hara gedirsinizsə, ora qəlbinizlə gedin".Nepalda səhər yeməyində Takali mətbəxini dadmaq məsləhətdir. Hind mətbəxindən fərqli olaraq, Nepalda yeməklər daha az ədvalı və az acıdır. Mətbəxin əsasını digər Asiya ölkələrində olduğu kimi, düyü təşkil edir və mis sinidə süfrəyə verilən yeməyin yanında müxtəlif məzələr təqdim olunur. Nepal mətbəxinin 2 özəlliyi var. Burada həm düyüdən, həm də məzədən istədiyiniz qədər götürə bilərsiniz. Digər məqam isə qidanın çox ucuz və istədiyiniz əlavələrin pulsuz olmasıdır. Nepalda nemətə böyük hörmət var. Buddizm fəlsəfəsindən irəli gələrək, qidanın israfı və gərəyindən artıq ərzaq istifadəsi bəyənilməz hal sayılır. Yemək dəstgahına daxil olan şirin qatıq isə deserti əvəzləyir. Takali mətbəxində yeməkdən sonra hər kəsə razyana və büllür şəkər təklif olunur. Bunları çeynəmək həm ağız sağlamlığına faydalıdır, həm də nəfəsi təravətləndirir.Tamel adlanan ticarət küçələri Katmandunun ürəyi hesab olunur. Sanki sonsuz uzanan küçələrdə əl işləri, suvenirlər, ərzaq mağazaları bir-birini əvəzləyir, gün çıxandan batanadək insan axını ilə rastlaşır, anlamadığın dildə səslər, musiqi sədaları eşidir, tacirlərin harayı isə qulaqda xoş bir ahəng kimi eşidilir. Küçələrdə dolaşmaq, ədvaların qoxusunu duymaq, bəsit və sadə şərtlərdə belə xoşbəxt olmağın mümkünlüyünü öz üzərində hiss etmək istəyirsən. Axı Nepal fərqli reallıqlar ölkəsidir."Bizi düşüncələrimiz tərbiyə edir, necə düşünürüksə, elə də oluruq".Fərqliliklər arzusu insanı möhtəşəm Durbar meydanına aparır. Katmandunun bütün yolları Durbardan başlayır. Burada kral sarayının əzəməti, Bazar meydanının səs-küyü, Kumari - yaşayan ilahənin qəsri və allahların şərəfinə ucaldılmış məbədlərin mistik ab-havası elə ilk andan insanı öz təsirinə salır.Hələ qədim zamanlardan Katmandu Nevark qəbiləsinə məxsus olsa da, sonralar müstəqil Nepal dövlətinin paytaxtına çevrilib. Şiva, Taleju, Krişna kimi allahların şəninə ucaldılmış məbədlər buranın ən qədim ibadət məkanlarındandır. Meydanda isə yüz illərdir ibadətlər, tacqoyma mərasimləri keçirilib.Buranın ən maraqlı məkanlarından biri Kumari sarayıdır. Rəvayətə görə, Şah Jayaprakash Malla tanrı Taleju ilə görüşüb aşıq-aşıq oynayır, oyun əsnasında məmləkətin problemlərini danışır, şah da onun xeyir-duasını alırmış. Hər gecə tanrı ilə xəlvət görüşən hökmdar bir dəfə onu möhkəm əsəbləşdirir və o, əbədi şahı lənətləyib qeybə çəkilir. Sonralar şahın bağışlanma dualarına acıyan tanrı onun yuxusuna gəlib, böyük məbəd inşa etməsini və onu Shakhiya sülaləsindən olan gənc, bakirə qızlar arasından axtarmasını deyir. Son 3 əsrdən çoxdur ki, Nepal əhalisi yaşayan ilahəyə ibadət edir, onun xeyir-duasını alırlar. Nevar (Şakiya) sülaləsindən seçilən ilahə Kumari Qəsrində yaşayır və Nepalda ən yüksək mənsəbə sahib insan hesab olunur. Hətta hökmdar belə onun qarşısında ayağa qalxmalı və təzim etməliymiş, ilahə isə həddi buluğa çatanadək Kumari qəsrində yaşamalı, rituallarda iştirak etməlidir. Yerli əhali ilahənin Taleju tanrısının reinkornasiyası olduğuna inanır və ilahənin xeyir-duasını almaq üçün isə yalnız Nepal xalqının onun görüşünə gəlməsinə icazə verilir. Turistlərin isə ilahəni görməsi sadəcə təsadüf nəticəsində, Kumari sarayının pəncərəsinə yaxınlaşdığı halda, mümkün olur. Bu nadir hal hesab olunsa da, səfərlərimin birində həmin ilahəni eyvanda gördüm və o, bizdən xeyir-duasını əsirgəmədi. Nepal tanrılar ölkəsi hesab olunur və Buddanın Nepal ərazisində doğulduğuna inanılır. Bir sözlə, Nepalda tanrıların sayı əhalinin sayından çoxdur."Ağılla yaşayan biri üçün ölüm qorxulu deyil".Nepalda insanlar ibadətə və öz inancına çox bağlıdırlar, hansı dinə, hansı tanrıya iman gətirməsindən asılı olmayaraq, burada hər kəs ibadətlə məşğuldur. Şəhərdə bir çox Buddist və Hindu məbədi var, Svayambhu və Boudha Stupa isə ən çox ibadət edilən Buddist məbədlərindəndir. Digər dinlərdən fərqli olaraq, Buddizmdə məbədin içərisinə daxil olmurlar, bunun əvəzinə məbəd ətrafında saat əqrəbi istiqamətində dövr edirlər. Dua etmək əvəzinə isə sağ əllə məbədin divarlarına bərkidilmiş və üzərində dualar həkk olunmuş silindrləri hərəkətə gətirir, zəngləri çalırlar ki, bu ritual da duanı əvəzləyir. Məbəd üzərinə dualar yazılmış bayraqlarla bəzədilib və bu yazıların məkanı pis ruhlardan qoruduğuna inanılır. Buddanı və onun dörd ruh halını təcəssüm etdirən məbədin dördkünc gümbəzi isə Buddanın gözlərinin təsviri ilə bəzədilib. İnanca görə, buddanın üç gözü olub, bu gözlər yer və səmada var olan hər şeyi eyni anda görə bilib. Məbəddə möhtəşəm ruhani ab-hava var, insan burada özünü rahat və çox xoşbəxt hiss edir. Kamillik mücəssəməsi olan bu məkandan sonra yollanacağınız yer isə mənəvi səyahətin son dayanacağı olacaq.Nepalda dünya maddi-mədəni irs nümünələrindən biri - Buqumati çayı sahilində yerləşən Pashuptinath və ya rayonun adı ilə desək, Aruyuqat klimatoriyası yerləşir. Bura minlərlə insanın son mənzilidir və yalnız varlılar burada yerli əhali üçün kifayət qədər böyük olan məbləği ödəyərək, əzizlərinin cənazəsini yandıra bilirlər. Cənazəni odun parçalarının ətrafında üç dəfə fırladaraq mərkəzə yerləşdirir, sonra isə yandırırlar. Bu zaman mərhumun yaxınları yüksək səslə ağlayırlar ki, cənnət mələkləri mərhumun ruhunu cənnətə aparsın, nəşin qalıqları yanaraq Buqumati çayına tökülsün. Buqumati çayı isə nəşin qalıqlarını Qanq çayına tökür.Ümumiyyətlə, Nepal əhalisi üçün ölüm bədbəxt hadisə sayılmır, çünki buddizmə görə həyat insan üçün bir səyahətdir. Dünyaya gəlməzdən öncə də biz real dünyada idik, öldükdən sonra da yenidən oraya qayıdırıq. Hinduizmə görə isə hər ölüm özü ilə yeni başlanğıc gətirir və buna görə hər birimiz növbəti həyatımızda yeni bədəndə doğulacaq, yaxşı əməllərimizə görə mükafatlandırılacağıq. Nepala səyahət olduqca mistik və maraqlı təsir bağışlayır. Çünki buranın mədəniyyəti kimi, səyahətlər də doğuluş, həyat, təcrübə və xoşbəxt sonluqla bitir. Bəlkə, insan həyatı da belədir, bir səyahətin sonu digərinin başlanğıcıdır?!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Usi Zade

1529 dəfə oxunub

Kutaisi bələdçisi: Martvili, Okatse kanyonları, Promotheus mağarası, Gelati monastrı

Kutayisidəki bütün otel və hostelləri sizin üçün bu linkə topladırSalam. Bu yazımı Gürcüstanda Kutaisi şəhərinin ətrafında yerləşən çox maraqlı turistik yerlər (Martvili, Okatse kanyonları, Promotheus mağarası, Gelati monastrı və s.) barəsində yazacam. Və əsas məqsədim təcrübəsi az olan, həvəsi olub da səyahət etməyəmaddi baxımdan imkanı çatmayan, “Biləcəridən kənara çıxmamışam” deyənlər, turlarsız, sərbəst gəzmək istəyənlər üçün təcrübə yığmaq istəyənlərə az da olsa kömək etməkdir. Əgər qrup olacaqsınızsa çalışın heçolmasa bir nəfər rus dilini bilən, bir nəfər də xəritə ilə işləyə bilən biri olsun. Əlavə yemək hazırlayan biri də olsa əla olar) Dediklərimi nəzərə alsanız, 100-200 manat arası xərcə gedib gəzib gələ bilərsiniz.İlk öncə bəzi tədbirləri görməyi unutmayın.1) Mobil nömrə mütləqdir. Misalçün 5 lariyə Geocell nömrəsi alırsınız (balansda 100 mb və 100 sm olur), balansı ödəmə terminallarında artıb (plastik kartla ode.az saytı ilə də olar) *135# yığmaqla müvafiq olaraq 3 lari – 500mb, 5 lari-1.2gb, 7 lari-2gb, 10 lari-4gb və s. Götürə bilərsiniz.2) Getmədən Maps.me və Google map proqramlarını yükləyib Gürcüstanın xəritəsini offline işlətmək üçün yükləyin və aşağıda verəcəyim koordinatlarla məkanları qeyd edin. Daha sonra internetiniz olmasa da GPS lə harda olduğunuzu müəyyən edə bilərsiniz (hələlik Bakının xəritəsini yükləyib məşq edə bilərsiz).3) Mütləq özünüzlə powerbank götürün.4) Booking.com saytında yer rezerv etməyi öyrənin. Bilmirsinizsə maps.me və booking haqqında da material hazırlayaram.5) Yola çıxdıqda çantanıza biraz yemək və su qoyun, həddən artıq pal paltar yığmayın. Özünüzlə çəkələk (şəpit nə bilim, nə deyirsizsə artıq) götürüb qatara, avtobusa mindikdə geyinin.6) Hostel, Otel, Qonaq evi bron edərkən qiymətə aldanıb reytinqsiz və ya reytinqi aşağı olan yerlər bron etməyin.7) Bron etdiyiniz yerin nömrəsinə mütləq əvvəldən zəng edib ünvanı dəqiqləşdirin hətta ora hansı marşurut getdiyini də soruşa bilərsiniz.Gələk yola. Bildiyiniz kimi Bakı-Tiflis avtobusları 12 manata avtovağzaldan axşam 9 dan sonra yola düşürlər və səhər saatlarında Tiflisin Ortaçala adlanan mərkəzi avtovağzalına çatırlar. Amma mən məslət görərdim siz avtovağzaldan Qırmızı Körpüyə qədər bilet alasınız (təxminən 10 manata). Əgər boş avtobus tapmasanız avtovağzalın 3 cü mərtəbəsindən Mercedes Sprinterlər yola düşür. Ən rahat yol isə qatarla getməkdir (PL – 23 manat). Qatar axşam saat 10 da yola düşür, təxminən səhər 11 in yarsına Tiflisə çatır). Online almaq üçün https://goo.gl/BvixsuQırmızı Körpü sərhəd məntəqəsində biraz pul dəyişin (şəhərlə elə 100 manatda 1-2 lari fərq edir). Gürcüstan tərəfdə Tiflis dəmiryolu vağzalına gedən qazelə minə bilərsiniz (4 lari).Əgər Tiflisdə qalmağı planlaşdırmırsınızsa yolumuza davam edək.Tiflisdən Kutaisiyə və birdəfəlik Martviliyə avtobuslar gedir (Birdəfəlik Martviliyə getməyi məsləhət görmürəm çünki uzun yoldan sonra yol yorğunu olassınız). Dəmiryolu vağzalının arxasında Kutaisiyə mikoavtobuslar yola düşür ( 10 lariyə - təxminən 4 saat). Orda tapa biməsəniz və ya hələ gec çıxdığını düşünürsəniz qarşıdakı avtobus dayanacağından 117 və ya 150 nömrəli marşuruta 0.80 lari verib Didube avtobağzalına (Locationhttps://goo.gl/MGjS2P ) gedə bilərsiniz. Ordan Kutaisiyə bir saatdan bir mikroavtobuslar gedir. Batumiyə gedən mikroavtobusa da minə bilərsiz. Gediş haqqı yenə 10 lari. Orda sim nömrə də ala bilərsiz . Mikroavtobuslar sizi Kutaisi Avtovağzalına aparacaq (Location https://goo.gl/pQ5Wos ) . Məslətim isə qatarla getməyinizdir. Qatar sizi 5 saata aparacaq amma çox rahat gedəcəksiniz və yorğunluğunuz çıxacaq. Qatara bilet 9 laridir. Səhər 9 da dəmiryolu vağzalından yola düşür, 14:30 da Kutaisi I dəmiryolu vağzalına çatır (Location https://goo.gl/ydjs4B ). Online almaq üçün sayt - https://goo.gl/MSwL3A , application - https://goo.gl/LRyHFx . Bilet nömrəsini desəniz bəs edəcək.Kutaisiyə çatdığınız gün Martviliyə və ya Okatseyə getməyi məsləhət görmürəm. Yaxşı olar ki, qalmaq üçün yer bron edib duş alıb, yemək yeyib dincələsiniz. Daha sonra isə şəhəri gəzmək olar. Kutaisi balaca şəhər olsa da çalışın mərkəzə yaxın yerdən yer bron edin. Və mətbəxindən istifadə mümkün olsun. Misalçün biz günü 20 lariyə ayrıca otaqda qaldığımız qonaq evi https://goo.gl/kvCe3Z . Qatar stansiyasından 23 nömrəli marşurutla gələ bilərsiniz. Yaxınlıqda yarmarka və mağaza var. İlk gün Kutaisidə Bagrati Cathedralına gedə bilərsiniz (Logatinon https://goo.gl/dQHfa6 ). Gəncə qapılarının saxlandığı Gelati monastrına (Location https://goo.gl/94L98L ) getmək üçün Meskhishvili teatrının arxasından (Logation https://goo.gl/behspV ) 2 lariyə səhər saat 8 dən axşam 18-00 a qədər mikroavtobus yola düşür. Mütləq gedin. Qapı IV Davidin məzarının yanındadır. Yadda saxlayın ki, Kutaisdə 1 nömrəli mikroavtobus qatar stansiyası və avtovağzala gedir (gediş haqqı 0.50 lari).Marviliyə getmək üçün sizə Kutaisi avtovağzalına getmək lazımdır. Avtovağzalın arxasından 1 saatlıq interval ilə işləyən marşurut sizi 1 saat 20 dəqiqəyə Martviliyə kimi aparacaq (4 lari səhv etmirəmsə).Evdən çıxmazdan qabaq çantanıza su, buterbrod hazırlayıb qoymağı unutmayın. Powebank öz yerində. Əgər kanyona qədər getməsə ordan piyada, avtostop və ya taxi ilə gedə bilərsiniz. Adətən kanyona yaxın gedirlər ( Location https://goo.gl/krWEC6 ). Kanyonda gəzindi 15 lari, lotqa ilə üzmək isə 13 lari təşkil edir. Biraz bahadı amma mənzərəyə görə pul verməyə dəyər. Həvəsiniz olsa kanyondan sonra 8 km şimalda Salkinoda Dadiani knyazlarının sarayını görməyə gedə bilərsiniz (Location https://goo.gl/f2VfCN). Ancaq ya avtostop ya da taxi yə pul verməli olassınız. Bəxtiniz gətirsə marşurut vaxtına düşə bilərsiniz. Eyni qayda ilə geri qayıda bilərsiniz. Və ya Martvilidə yer bron edib gecələyə bilərsiniz. Martvilidən dərhal sonra Okatse kanyonunu görmək istəsəniz Martvilidən Khoni avtovağzalına gəlib ordan ordan Okatse marşurutunu gözləyə bilərsiniz. Ancaq alternativ olaraq vaxta qənaət etmək üçün Khoniyə getmədən Martvili ilə Okatse yolunun kəsişdiyi yerdə (Location https://goo.gl/QDweS8 ) düşüb, uzu Okatseyə tərəf marşurut, avtostop, və ya çoxsunuzsa birləşib 10-15 lariyə taxi danışa bilərsiniz. İlk deyilən qiymətlə razılaşmayın, biraz alışveriş edin.Okatsedə (Location https://goo.gl/1o1tTD) giriş 15 laridir. Girişdən kanyonun özünə qədər 2.5 km məsafə var. Orda Offroad taxilər sizi aparmaq üçün 40 laridən 20 lariyə kimi təkliflər edəcəklər. Biz taxi ilə yox, piyadalar üçün olan çığır ilə gedib gəldik. Kanyonun özü çox gözəldir, mütləq gedib baş çəkin. Çantanızı 2 lariyə Girişdə saxlama kamerasına verə bilərsiniz, amma mütləq içərisində su olan kiçik çanta götürün özünüzlə. Kanyonun girişindən 6 km şimalda Kinchkha şəlaləsi (Location https://goo.gl/2EPnZH ) var. Hazırda orda körpü təmiri gedir deyə yaxına buraxmırlar. Mən yazını 20.06.2018 də yazıram ola bilsin bir neçə ay sonra təmir bitdi. Əvvəlcədən orda maraqlanın. Əgər getsəniz şəkildəki donuz balasına məndən salam deyərsiz :-) əgər həmin vaxda sağ qalsa. İmkanlı şəxslər biraz şimala gedib paraqildinq uçuşu da edə bilərlər. Geri qayıtmaq üçün tapsanız marşurut, tapmasanız avtostop və ya taxi ilə gələ bilərsiniz. Biz avtostopla Khoniyə, ordan 2 lariyə marşurutla Kutaisiyə gəldik.Vaxt məhdudiyyətinə və mənim yol yoldaşımın təmbəlliyinə görə :-D biz Prometheus mağarasına (https://goo.gl/edfu3o ) gedə bilmədik. Amma sizə kömək edəcək məlumatları deyim. Giriş 20 laridir. Kutaisi avtovağzalından 1-2 lariyə Çxaltubaya (Location https://goo.gl/bzmJyu) ordan isə 1.5 lariyə mağara gedə bilərsiniz. Mağaraya avtobus gün ərzində yalnız 3-4 dəfə getməlidir səhv etmirəmsə. Mütləq əvvəldən vaxdı dəqiqləşdirin. Yeri gəlmişkən Çxaltubada “bütün xəstəlikləri sağaldan su” adlanan radon suyu var. əsasən onurğa, sinir, qan-damar xəstəliklərinə xeyir edir. Hətta Iosif Stalinin tez tez gəlib burada müalicə olunduğu, özünün ayrıca otağı olduğu deyilir. İsdəsəniz maraqlanarsınız.Kutaisiyə qayıtdıqdan sonra isə avtovağzaldan Tiflisə mikroavtobusla qayıda bilərsiniz. Amma mən yenə də sizə qatara bilet alıb qatarla qayıtmağıı məsləhət görürəm. Həm arada o qədər vaxt fərqi yoxdur, Həm qatarda adam az olur və özünüzə ayrıca kabinet götürə bilərsiz. Əvvəldən deyim ki, sonra qulaqlarım cingildəməsin :-D hava isti olsa kabinet də isti olacaq. Amma o tərəflər biraz dağlıqdı. Bizim halda sərin keçdi. Kutaisdən qatar 12:15 də Kutaisi I dəmiryolu vağzalından yola düşür. Və saat 17:15 də Tiflis dəmiryolu vağzalna çatır. Vağzaldan çıxan kimi təxmini 50 metr sol tərəfdə qırmızı körpüyə yola düşən qazel olur. Sadəcə o vaxda qalmağı biraz şans məsələsi. Ona görə qatardan düşdükdən sonra başınız vağzaldakı LC Waikiki və Terranova mağazasına qarışmasın :-). Əgər orda marşurut tapa bilməsəz ya taxi ilə Qırmızı Körpüyə gəlin, ya da pulunuz az çıxsın istiyirsizsə Rustaviyə kimi marşurutla gəlib, Rustavidən taxi ilə sərhəddə gəlin. Sərhəddən keçdikdən sonra heç narahat olmayın istəməsəniz belə bizim sürücülər sizi minimum 10-12 manata Bakıya gətirib çıxaracaq)) Əgər əlavə pulunuz varsa qatarla da gələ bilərsinizş Qatar tiflisdən elə həmin dəmiryolu vağzalından axşam 20:30 da yola düşür, səhər 9 da Bakıdadır. Amma bileti gərək mimimum 2-3 gün əvvəldən alasız. Qiymət isə PL 23- 25 manat arası olacaq. Kutaisi - Tiflis qatarından fərqli olaraq bu bileti kassadan almaq lazımdır. Elə Kutaisi vağzalından da Tiflis-Bakı qatarına bilet ala bilərsiniz. Getməzdən əvvəl 1331 nömrəsinə zəng edib yerin olub olmadığını soruşun.Bu qədər... Burda az büdcə ilə səyahət etmək istəyən üçün məlumatlar vermişəm. Kimsə daha çox avtostop və ya daha çox taxi istifadə etmək istəyərsə bu artıq individual birşeydi. Hərf səhvi filan etmişəmsə çox da şey eləmiyin ))) İş vaxtı 2 saatdır bitib, ancaq mən bunu bitirmədən getmək istəmədim. Qarşıda Bakıdan-Sumqayıta 1 saatlıq tıxaclı yol məni gözləyir :-)Ümid edirəm səbri çatıb bura qədər oxuyan oldu və yazdıqlarım azda olsa sizə kömək olacaq. Çalışın bacardıqca səyahət edin. Çünki insan yaş artdıqca yox yeni kəşvlər etdilcə, yeni bilgilər topladıqca inkişaf edir, böyüyür. Əgər səyahətin hansısa hissəsində planınız pozulsa kefinizi pozub təəssüflənməyin, pozitiv düşününün, mütləq bir çıxış yolu, alternativ axtarıb tapassınız, həta belə səyahətiniz daha maraqlı və yaddaqalan olacaq :-)Yenə də nə sualınız olsa çalışacam bacardıqca cavablayım. UĞURLAREdit. Həftənin birinci günləri Martvili, Okatse kanyonları və Prometheus mağarası fəaliyyət göstərmir. İş vaxtı isə səhər 9 dan axşam 18:00 a qədər (mağara 10:00 da açılır səhv etmirəmsə).Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Azer Hasanov

1301 dəfə oxunub

Avropada Avtomobil Kirayəsi

Avropaya bu səfərimdə nəqliyyat xərcləri və avtomobil kirayəsi barəsində :Uçuşum Budapeştə idi və öncədən aeroportda götürüb,aeroportda qaytarmaq şərtylə 3 günlük maşın sifariş etdim sixth şirkətindən, son vaxtlar çox oxumuşdum ki,beynəlxalq vəsiqə almayanda avropada bir çox şirkətlər incidirlər və sığorta adı altında əlavə xarclər alırlar,bunun üçün getməmişdən öncə Respublika Baş Yol Polis idarəsindən şəkildə gördüyünüz vəsiqəni aldım.İcarə götürərkən yerində tələb olunan sənədlər :Beynalxalq Vəsiqə.Sürücülük vəsiqəsinin özü.Xarici PassportFiziki olaraq Kredit Kartı ( depozit almaq üçün).Bu sənədlər hazırdırsa 5-10 dəqiqəlik sənədləşmə,imzalama prosesi gedir,soruşurlar ki,digər ölkəyə səfər edərcəksiniz,bildirdim ki,Vyanaya gedəcəm yəqin,qeyd etdilər ki,ora getmək üçün Benzin məntəqələrindən Viennacard almaq lazımdır,qiyməti 15 euro civarı idi.Benzin: Benzin maşını götürərkən full idi çən,bildirdilər ki boş qaytaracaqsınızsa indidən 93 euro verin,mən dedim dolduraram,maşınla 3 gün içində Vyanaya getdim,Budapeştdə gəzdim,Bratislavaya getdim,Budapeşt-Vyana arasında Pandorf Outleti və Györ şəhərinə getdim,ancaq tam olaraq neçə km getdiyimi ölçmədim,maşını dolu çənlə qaytardım və ümumilikdə benzinə təxmini 70 euro xərcim çıxdı.Parking : Budapeştdə Parking ortalama saatı 2 avro civarındadır, şənbə və bazar günləri pulsuz olur küçələrdə, Vyanada parking saatı 4-5 avro olur çox yerdə, hoteldə 24 saat üçün 35 avro ödəniş etdim,şəhər içi 8 avro olan ictima nəqliyyat bileti almaqla gəzmək daha rahat və sərfəlidir. Bratislava mərkəzində böyük mall var və orada ilk 3 saat parking pulsuzdur, 3 saat bir az alış-veriş,bir az da çay ətrafını gəzməyə bəs etdi.Xərc : Ümumilikdə 3 günlük icarə, Vyana yol vərəqəsi,benzin və parkingə 320 avro xərcim çıxdı,detallı yazsam :3 günlük icarə-165 avroVyana yol vərəqəsi-15 avroParking- 70 avroBenzin-70 avro.Maşın MiniCooper Courtyard 2025 avtomat,içində naviqatora kimi bütün xüsusiyyətlər var idi.Skuter : Roma, Budapeşt və Vyana şəhərlərində nəqliyyat kimi yox,həvəs kimi Line tətbiqindən skuter icarələdim, aşağı-yuxarı hamısında 30 dəqiqə istifadə etdim və 10 avroya yaxın pul çıxdı,hansındasa 8.5 ,hansındasa 9.5 avro,hesab edirəm ki sərfəli deyil nəqliyyat kimi istifadə etmək.İtaliyada Nəqliyyat :Romada 1 günlük gecələyəcəm deyə maşın kiraləmədim,havalimanında Termini Vağzalına qatar bileti aldım, bilet 8 avro və 14 avro var idi, vağzaldan hotelə isə atobus var idi 15 dəqiqə məsəfə,avtobusun içində kartla 1.5 avro ödəniş edərək gediş əldə etmək olur,əgər çox nəfərsinizsə gərək çox kart olsun, 1 kartla yalnız 1 ödəniş etmək olur. Taksilər aldatmırdı Romada,mərkəzdən havalimanına fix qiymət 55 avrodur.Sardinyada maşın icarə etmişəm : Full Kasko Sığortayla günü 110 avrodur,sığorta olmasa günü 60-70 avrodur,ehtiyat etdiyim üçün full etdirdim mən. Depozit 200 avro, maşın Peugeot 208 Hybrid 2024, 4 nəfər rahat əyləşmək olur,bütün günü adanı gəzirəm benzin demək olar ki içmir .Paylaşan: Refiq Alili

198 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!