1658 dəfə oxunub

Yaşıllıq, dəniz və qırmızı kərpiclər şəhəri - Oslo

Bu il Yeni ili keçirmək üçün Norveçə 2 günlük səyahətə getdim və Osloda yeni il keçirdim.

Ümumiyyətlə, Osloda ilk getdiyim yer hamımızın TQDK-nın coğrafiyasından çox yaxşı tanıdığı, Avropada neft və qazla zəngin nadir yerlərdən olan Şimal dənizinin Norveç sahili idi. Və ilk görüşdə sevgi kimi, gördüyümün yalnız dəniz və günəş olmasına baxmayaraq, yarım saat ancaq sahilə baxdım. Şaxtalı hava, nazik buz bağlamış su, gözü kor edən parlaq günəş və Norveçə vurulmuş mən. (bu arada, bu cümlə həyatımda yazdığım ən bədii cümlə ola bilər).

“İlk Skandinav ölkəsi” şokumu (təbii ki, belə bir şey mövcud deyil ancaq başqa cür həmin an keçirdiyim hisləri izah edə bilməzdim) keçirəndən sonra dənizin qırağındakı binanın “Oslo Opera House” (Oslo Operasının) olduğunu başa düşdüm. Bir az qəribə səslənsə də ora getməmişdən əvvəl bina haqqında eşitdiyim yeganə məsləhət “Ora gedirsənsə, mütləq ayaq yoluna gir, pulsuzdu” idi. Və mən binaya dırmaşmaq, pilləkənin üstündəki qarla oynamaq, yıxılmağa qədər hər şeyi etsəm də ayaq yoluna getmək yadımdan çıxdı. Amma “Google”-a inanaraq deyə bilərəm ki, həqiqətən də Operanın ayaq yolusu binanın özündən geri qalmırmış. Qısacası, əsl “skandinavskiy” modern memarlıq görmək istəyən Oslo Operasına getsin. Nə bilim e, çıxın binanın üstünə, sürüşün aşağı, qağayılara yem atın və ən əsası da çoxlu şəkil çəkdirin!

Onu da deyim ki, Oslo həqiqətən də çox bahalıdır. Mənim kimi səhər yeməyi üçün Norveçin ən ucuz marketi “REMA 1000”-ə gedə bilərsiz hansı ki, bizim Oba marketin ögey qardaşıdır. Amma ən ucuz kombinasiya olan portağal şirəsi və 2 şokoladlı maffini qiymətinin 115 kron yəni 23 manat olduğunu da unutmayın.

Oslo operasından sonra ikinci turistik dayanacağım bir az  gəzdikdən sonra çatdığım Oslo domkirke-yi (Oslo Kafedralına) idi. Binanı ilk görən kimi ağlıma Göy Göldəki alman kilsəsi gəldi. Hər ikisi arxitektura cəhətdən bir-birini xatırlatsa da maştabları arasındakı fərqi yəqin ki, vurğulamağıma ehtiyac yoxdur. 1690-cı illərdə tikilmiş kafedralın qarşısına Danimarka kralı 4-cü Kristianın heykəli qoyulub. Amma maraqlı sual budur ki, o kralın burada nə işi var?? Belə ki, imperializm dövründə mövcud olmuş Danimarka krallığının tərkibinə Norveç və hətta İsveçin bəzi hissələri daxil olub. Ona görə də Danimarka kralının heykəlini burada görmək heç də təəccüblü deyil. Aşağıda 2 dənə 10 manatlıq hot-dog yeməmişdən əvvəl şəklini çəkdiyim Oslo kafedralının və xatirəsi əziz Kral Kristianı görə bilərsiz.

Heç özüm də bilmirəm mənə nəsə olmuşdu yoxsa normalda Skandinav havası insanı acdırır, amma mərkəzə çatanda səyahətçinin başına gələcək ən pis hadisə ilə qarşılaşdım. Şəhər mərkəzində acıram???? Osloda hər addımbaşı insanın qabağına “Narvesen” butkaları çıxır. İçəridə ürəyiniz nə istəyir tapa bilərsiz, amma hot-dogları “prosto” superdi. Oslonun mərkəzində bu butkaların təkliflərindən ucuz ancaq su içmək olar, o da hər yerdə pulsuz olduğu üçün. 2 hotdog-a və içkiyə 30 manat verəndən sonra yenə də doymadım amma özümü o yerə qoymadım. Bəsdir, bu qədər də olmaz axı)))

Yenidən sahilə düşdük və qarşımıza ilk çıxan yer elə “Norway Resistance Museum” (Norveç Dirəniş Muzeyi) oldu. Muzeydə diqqət mərkəzində olan əsas məsələ ikinci dünya müharibəsi dövründə norveçlilərin faşizmə qarşı göstərdiyi qəhrəmanlıqlardır. Muzeyin heç içinə girmək lazım deyil, çöldə müxtəlif növ artileriyanı, topları, tüfəngləri görə bilərsiz. Yaşıllıq, dəniz və qırmızı kərpicli binalar…İngilislər demiş, Norway at its best!

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…



Paylaşdı: Tural Abbasov

DİGƏR BLOQLAR

Hind okeanındakı ekzotik cənnət - Seyşellər (PART 1)

Viktoriyadakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.PART 1. General Info.Seyşellər , 115 adası olan, sadəcə 90.000 nəfərin yaşadığı, qışın ortasında qızmar yayı görəcəyiniz, geri dönərkən çox üzüləcəyiniz, evə çatarkən içinizdə boz bir boşluğun olduğunu hiss edəcəyiniz, granitdən olan daşların bəmbəyaz qumlarda poz verircəsinə yaratdığı mənzərələr, xalqının hər zaman güldüyü, gülümsədiyi, musiqiyə çox həssas olduğu əsrarəngiz, fövqəladə ölkə.  Seyşellər.... hər nə qədər müxtəlif və fərqli mədəniyyətlərin hökm sürdüyü yerlərdə olsanız da, sanki ilk dəfə xaricə gedirsinizmiş kimi həyəcanlanacağınız, insanların pozitivliyinə təəccüblənəcəyiniz, natural vanilla yağının elə təyyarədən enən kimi aeroportdan duymağa başlayacağınız əfsanəvi coğrafiya.Maraqlananlar üçün Seyşel adaları harada yerləşir, necə gedilə bilinir, Seyşel adalarına tur yoxsa özünüz getməlisiniz, viza prosedurları haqqında 3 postda suallarınıza cavab verəcəyəm. Keyfin, huzurun ve sakitliyin hökm sürdüyü bir coğrafyaya gedərkən, əslində çox plana ehtiyac yoxdur, amma adəti üzrə 6 ay öncədən yuxumu qaçırtdığı bu coğrafiyanın hər bir küncünə virtual olaraq bələd olmuşdum.(Allah xasiyyətimi kəssin  ) Böyük şəhərlərin izdihamından qaçıb, sükunəti dadmaq üçün çıxdığım bu səyahətdə də Google-da mövcüd olan bütün bloqları (hamısını olmasa da, çoxusunu oxuduğum) oxuyub yola çıxmışdım.  Amma bəri-başdan bildirim : "Backpacker kimi bel çantamı alıb Seyşellərə gedirəm, ekonomik gəzinti olacaq" düşüncəsindəsiniz, yanılırsınız. Çünki Seyşellər olduqca bahalı ölkədir. Amma mən əlimdən gəldiyincə sizlərə ekonomik önərilərimi izah edəcəm.Seyşellər, bizdən viza istəməyən ölkələr arasında yer alır. Hələ təyyarədə olarkən sizə sadece miqrasiya və sağlamlıqla bağlı 2 sənəd verəcəklər onları doldurub, harada qalacağınızı, özümüz haqqında məlumat və.s bildirirsiniz. Aeroportda miqrasiya işçilərinə qalacağınız evin/otelin bronunun və geri dönüş biletinizin surətlərini göstərmək yetərlidir. Seyşellər Pul Vahidi : Seyşel Rupisi. 1 Euro= 16 Rupi. 1 dollar= 14 RupiSeyşellər, Hind okeanın tam ürəyində, ekvator xəttinin cənubunda yerləşir. Ətrafında 1 dənə də olsun qonşusu yoxdur. Niyə? Çünki ada ölkəsidir.Seyşellərə təyyarə və kruz gəmi ilə gedilə bilinir. Beynəlxalq hava limanları hər iki böyük adalarda var (Mahe və Praslin), əsas uçuşlar ən böyük ada - Mahedə yerləşir. THY ile direkt olaraq 8,5 saata adaya varılır. Əminliklə 2 stopla ilə Qatar Airways’i önərirəm. THY’yə göre, ən az 40 % daha ekonomik olacaq.  Seyşellerdə gəzərkən isə, mütləq avtomabil kiralayıb gəzmənizi şiddətli tövsiyə edirəm. Günlük avtomobil kira qiymətləri 40-50 Euro arasında dəyişir. Ana adaları olan Mahedə avtomobil kiralarsanız, digər adalarda velosiped ilə idarə edə bilərsiniz. Hər iki böyük adalarda avtobuslar ilə 7 Rupiyə istənilən məsafəyə gedə bilərsiniz. Sadəcə dəqiq vaxt cədvəlini internetdən endirməlisiniz. Note : böyük çanta ilə avtobusa minə bilməzsiniz. Ada ölkəsində yaşayan xalqı gözünüzün önündə canlandırın..... Düşünün, çoxu işləmir, keyf içində yaşayırlar. Qətiyyən heç nəyə tələsmirlər. Heç nədən narahat deyirlər, istər sünami gəlsin. (mübaliğə????????) Xalqın çoxusu hibriddirlər. (Müxtəlif irqlərin, millətlərin qarışımı.)Bu xalqa isə Creole(kreol) deyirlər. Kreollar, bəzən avropalı, bəzən afrikalı kimidirlər. Xarici görünüşlərindən, Seyşel xalqının necə olduğunu anlamaq mümkün deyil. Adalarda lyüks otellər, qumarxanalar, barlar, publar, restoranlar nə axtarsanız var. Axşamüstü hərkəs, işi gücü buraxıb sahillərdə gün batımını izləyir. Xalqın böyük bir hissəsi katolikdir, lakin provoslavlar, müsəlmanlar və hindular da aralarında vardır. Şənbə və bazar günləri, hərkəs dincəlir, heç bir market, bazar, əyləncə mərkəzləri işləmir. Yalnız bəzi kiçik hind dükanları açıq olur. Getsəniz mütləq nəzərə alın. 1976-cı ilə qədər İngiltərənin müstəmləkəsində olan bu adalar ölkəsi, daha sonra Seyşeller Demokratik Respublikası kimi dünya xəritəsində yer almışdır.Seyşellər, hər il, ən azı yarım milyon turist qarşılayıb-yola salırlar.Seyşellərdə adam başına gəlir illik 36.000 dollar təşkil edir. (2015 statistikası)Seyşellərdə 2 mövsüm var : Yağışlı və quraq mövsüm.Seyşellər dünyanın ən kiçik ölkələrindən biridir.Bütün avtomobillərin nömrə plakası S ile başlayır.Ardı var.... Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Aksana Kaiser

823 dəfə oxunub

İstanbul bələdçisi

İstanbuldakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salam, Gəzəyənlər.  Sizə 6 günlük İstanbul səfərimiz haqqında yazmaq istəyirəm, baxmayaraqki, bu qrupda İstanbul haqqında postlar çoxluq təşkil edir, fikirləşirəm ki yazdığım bu post çoxuna maraqlı olar.Demək belə, avia biletləri 5-6 ay öncə Buta ilə götürdük. Ona görə ucuz oldu. Hələ burda olanda orda gedəcəyimiz yerləri təqribi planlayırdıq deyə, onlayn olaraq Madam Tussuads + Sea life ikisi birlikde (79 TL) və əlavə olaraq onlayn daha ucuz çıxır.İlk əvvəl deyim ki, burdan lirə almağa tələsməyin, dollar götürüb gedib Kapalı Çarşıda dəyişsəniz daha yüksək kursla olacaq. Bizim vaxtımızda 1USD - 5.38 TL oldu. Alış veriş mərkəzlərindən, Cəvahir ( Şişli), İstanbul forum (Kocatepe), Mermere forum ( Bakırköy) olduq. Demək olar ki, əksəriyyətində eyni mağazalar var və eyni qiymətlər. İstanbul forumla üzbəüz olan İKEA girməyi unutmayın.1. Muzeylər üçün düzü əvvəl muzekart almağı fikirləşsək də, sonra vaz keçdik. ☺ Muzekart türk vətəndaşları üçün 70 TL, olmayanlar üçün isə 185 TL-dir. Yəni bu qədər fərq)) Tükcə danışaraq almağa cəhd etməyin)) (mənim kimi) TC kimlik istədilər.-Topkapı sarayı. ( 1 nəfər üçün – 60 TL) Oranı gəzmək üçün 5-6 saatınız gedəcək və həqiqətən də dəyər. Çox maraqlı və çox geniş ərazisi var.- Ayasofiya (1 nəfər üçün 60 TL) Buranı da gəzməyə dəyər.- Yerebatan Sarnici (Türk vətəndaşları üçün -10 TL, Xarici vətəndaşlar üçün – 20 TL, Türkcə danışsanız 10 TL ilə bileti ala biləcəksiniz) İçərisi o qədər maraqlı olmasa da, girişdə sol tərəfdə yerləşən Sultan geyimində fotosessiya edin, yadda qalan fotolar olacaq. 1 foto – 30TL, bütün fotoları vermiyəcəklər))) 200 TL qarşılığında amma verəcəklər.- Sultanahmet Camisi (giriş pulsuzdur) – İçəri girib tanış ola bilərsiniz içərisi ilə2. Madam Tussuads – Çox maraqlı oldu mənim üçün, mumdan heykəlləri son dərəcə dəqiqliklə və professional hazır ediblər.3. Sea life – İstanbul foruma alış verişə getmişkən birinci mərtəbəsində yerləşən akvariumu qaçırmayın. Maraqlı sualtı aləm, akvarium tunel bir sözlə mükəmməl.4. Miniatürk (giriş 10 TL olmalıdı deyəsən, dəqiq bilmirəm ona görə ki bizi türk hesab etdikləri üçün misafir etdilər) Bir qədər şəhərdən uzaqda yeləşdiyindən Eminönündən bir başa avtobusla gedin. Burada Türkiyənin muzey, abidə, stadion bir sözlə görməli yerlərinin kiçildilmiş maketləri var.5. Galata kulesi (Burada da həmçinin türk dilində danışsanız, içəri 15 TL ilə keçəcəksiniz))))) xarici vətəndaşlara 35 TL) – Mənim çox xoşuma gəldi, bütün İstanbulu görə bilərsiniz. Məsələn mən gün batımını timelapse çəkdim.6. Çarşılar haqqında onu deyə bilərəm ki, Misir Çarşısı - ədviyyatlar, lokum, çaylar və s. Kapalı çarşıda isə her şey bahadır.7. İstəsəniz nahar yeməyinizi Kapalı Çarşı yaxınlığında yerləşən NusrEt’de edə bilərsiniz.  Dəyər))Burger – 55 TL, köftə 60 TL8. Böyük Ada – günlərlə qalmaq olar. Gözəl təbiəti, yaşıllığı, dənizin sahili sanki başqa dünyadasan.  Eminönündən Vapurla gedə bilərsiniz. Deyərdim bir gününüzü sərf edin, səhər 9dan gedin Eminönünə, çünki vapurla bir neçə adadan (Kadıköy, Kinaliada, Burgaz, Heybeliada) keçərək sonunda 2 saatdan sonra Böyük adaya çatır. Böyük adanı da faytonla gəzin. Bu da 100TL, 45 dəqiqə sizi bütün böyük adanı gəzdirəcək.9. Boğaz turu gündüz çıxsanız, bir nefer 20-25 TL arası dəyişir. Bu turda İstanbul körpüsünü, Kız kulesini, və dənizkənarı yerləşən bir neçə yeri görə biləcəksiniz. Gecə turları da olur. Gecə turlarında diskoteka, şam yeməyi və müxtəlif rəqslər olur. Gecə turlarını 50 euro ilkin qiymət desələr, qiyməti endirə bilərsiniz, 25-35 euroya.10. Eminönündə dəniz kənarındakı körpü altı restoranlarda balıkekmeyi dadmağınız mütləqdir. Boş vaxtiniz olsa axşamlar Taksime gəzməyə çıxın, ela bilinki tarqovudasız Getmək istəyirdik Dolmabahçeye, Eyüpsultana tərəfə və s.Hamıya xoş istirahətlər və gəzintilər! Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elchin Javadov

1117 dəfə oxunub

"Pizzanın vətəni" Neapol

Neapoldakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Bakının qardaş şəhəri olan Neapol. (Həqiqətən qardaş şəhərdilər ) Amma başdan xəbərdarlıq edim, yazı genişdir :)Şəhər mənə görə Avropa şəhərindən çox, Latın Amerikası şəhərlərini xatırlatdı. Həm tikilişinə, həm də qayda-qanun hərləməyəm adamlarına görə :DHər nəysə, məsələyə şəhərə necə çatmaq olar ondan başlayım. Özüm Romadan səyahət elədiyim üçün avtobusla getdim. 2.5 saatlıq yoldur, bilet qiymətləri gedəcəyiniz saata və şirkətə görə 9-14 avro dəyişir. (goeuro.com) Neapolda avtovağzal Garibaldi metro stansiyanın yaxınlığında yerləşir. Bu yeri yaxşı yadda saxlayın, yenə lazım olacaq :) Metro ilə gedirsiniz Toledo stansiyasına. Metronun arxitekturasını görməyə dəyər, həmçinin, şəhərin mərkəzi küçələrinə çıxışdır o stansiya. Bilet bir gediş üçün 1.10 avro, bir günlük bilet (sadəcə metro üçün) 3.50 avro, bütün nəqliyyat vasitələri üçün isə 4.5 avro. Orda sizə 1 avrodan bilet satmaq istəyənlər olacaq, arxanıza baxmadan uzaqlaşın  Ümumən, Neapolda kim kömək təklif eləsə, "aa, nə yaxşı insandır" deməyin, çoxu fırıldaqçıdır  İçlərində yaxşıları da olur amma. Məsələn, 1 günlük kart almaq istəyirdim, amma aparat 5 avrodan böyük pulları qəbul eləmədiyi üçün ala bilmirdim. Ən xırda pulum 10 avro idi. Yanımda dayanan bir qızdan xahiş elədimki, 2 dənə 5 avrosu varsa 10 avro ilə dəyişək. Dedi yoxdu, amma al bu 5 avronu biletini al. Təbii ki almadım, sonra bilet məntəqəsindən aldım bileti :)"Bir addım atmazdan öncə iki dəfə düşün. "Bu qaydanı Neapolda unudun. Bir addım atmazdan öncə 10 dəfə düşünün, çünki ətrafdakı oğrular sizin çantanızı, və ya telefonunuzu oğurlamaq üçün əvvəldən sizin hara addım atacağınızı düşünüb ona görə plan qururlar  Tədbirli (və ya şanslı) olduğum üçün başıma heçnə gəlmədən geri qayıtdım, amma couchsurfinglə eyni adamın evində qaldığım yunan oğlan şəhərə çatan kimi telefonunu oğurlatmışdı, özüdə əlində işlətdiyi halda :) Scouter ilə ruhunu belə incitmədən yanından ötüb telefonunu əlindən alıblar. Çalışın bel çantanızı qabaq tərəfdən asın, arxa cibinizə heçnə qoymayın, yolun sağı ilə hərəkət edəndə telefonu sağ, solu ilə gedəndə sol əlinizdə tutun."Tanrının əlinə sahib Maradona". Futbola baxanlar bilər, Maradona Napoli klubunun canlı əfsanəsidir. Şəhərdə ona qarşı elə böyük sevgi var ki, hər yerdə şəklini, formasını tapmaq olar. Hətta, məni qonaq edən oğlanın dediyinə görə, Maradonanın adını daşıyan kilsə belə var."Pizzanın vətəni" Neapol... Əgər ora gedib pizza yeməyəcəksinizsə, heç boşuna getməyin. Kiçik bir məsləhət: "Di Matteo" adlı yerə gedin pizza üçün, ən məşhur yerlərdəndir. Ünvanı: via dei Tribunali 94. Şəkildəki pizza üçün servis haqqı daxil 7 avro ödədim. "Aa, qırağı boş xəmirdir ki!" deməyin, çünki ofisiant pizzanı gətirəndə "Romadan bura bunun üçün mü gəldim?" dedim öz-özümə, amma o xəmirin içi yumuşaq donuz əti və buffalo mozzarella doludur. Bu arada adını niyə elə qoyublar bilmirəm, amma adı "World Cup" pizzadır. Digər məşhur təamları sfogliatte adlı şirniyyatdır. Mən limon sevmədiyim üçün bəyənməmişdim dadını, bəlkə siz bəyənirsiniz :) Qiyməti 2-3 avro arasıdır. Digər bir mütləq eləməli olduğunuz şey isə Neapol kofesi içməkdir :) Qiymət 1 avro.Gəzməyə piazza Plebiscito adlı yerdən başlaya bilərsiniz, Toledo metrosu tərəfdədir. Ordan düşün üzüaşağı dəniz qırağına, 7 qaladan birini gəzin. Mən Castle Nuevo adlı yerə getdim, giriş 6 avro idi, pula heyfim gəldi. Hər hansı bir özəlliyi yox idi. Digər qalalar pulsuzdur mən bilən. Şəhərin təpəsindı yerləşən Santelmo-dan başqa. Səhv eləmirəmsə, 2.5 avro idi qalanın başına çıxmaq. Onda bütün Neapol olacaq ayaqlarınızın altında :) Şəhərin əsas yeri məncə spaccanapolidir. Mən hava qaralanda getdiyim üçün yaxşı şəkil çəkə bilmədim, google edin baxın necədir :) Şəhərdə qarşınıza çıxan istənilən kilsəyə girə bilərsiniz, amma ən əsası San Lorenzo kilsəsinə mütləq girməlisiniz.Görünür çox yazdım, keçim Amalfiyə  Neapoldan Amalfiyə getmək üçün yuxarıda lazım olacaq dediyim Garibaldidən gedə bilərsiniz. Ordan çıxıb "Napoli Centrale" adlı stansiyaya keçin və "Circumvesuviana" adlı xətlə gedin Sorrentoya. Qatar bileti 3.90 avro, 1.5 saatlıq yoldur. Sorrentoda vağzaldan çıxan kimi yolun qarşısında avtobuslar görəcəksiniz onsuz. Positanoya gedən bilet alın, 3 avrodur amma 1-2 kəlmə italyanca danışıb 2 avroya almaq olur :) Avtobusda mütləq sağ tərəfdə oturun ki, o möhtəşəm (!) mənzərəni görə biləsiniz. Positanoda düşüb sahilə tərəf gedin və mütləq Amalfi çimərliyində dənizin dadını çıxarın. Mən özüm gedə bilməsəm də, Ravello şəhərinə də gedin, Positanodan 25 km uzaqlıqdadır. Positano turistik yer olduğu üçün hər şey bahadır. Məsləhətim hər yerdə 6-7 avroya yeyə biləcəyiniz pastaya orda 15-18 avro verməkdənsə, sahilə düşən yerdə market görəcəksiniz, orda özünüzə "sandwich" düzəltdirin, 4-5 avrodur. Digər bir variant özünüzlə yemək-içmək aparın PS: şəkilləri də əlavə edirəmPSS: özüm də bu məlumatların hamısını Neapolda təhsil almış Gunel xanımdan alıb ona uyğun hərəkət eləmişəm, bir daha təşəkkür :)PSSS: Şəhərə nəyə görə də olmasa, gözəl Napolitan qızlarına görə getməyə dəyər PSSSS: Özüm yazanda yoruldum, sona qədər oxumağa səbriniz çatıbsa, halal olsun sizə Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elvin Alıyev

1263 dəfə oxunub

Şəhər bələdçisi - Bern

Berndəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Bu şəhər haqqında yadda qalan ən maraqlı təəssürat o oldu ki, bilmirsən şəhərdi, yoxsa kənd, məsələn, bir tərəf meşə, dar cığırlar və sairə ikən, 200 metr sonra alış-veriş mərkəzləri, restoranlar, şəhərə aid nə infrastruktur varsa görmək mümkündü, çayın o tayı ilə bu tayı ayrı dünyalardı. Bern-in digər maraqlı tərəfi 1191-ci ildə salınan - belə desək, bizim İçəri Şəhəridi. Old Town of Bern vallah heç də köhnə görünmürdü, 6-7 əsr yaşı olan binaların, küçələrin simmetriyası, quruluşu bu insanların gözlərinin elə əvvəldən iti olduğunu göstərir. Şəkildə arxada görünən 1-ci körpü (Unterttorbrücke - Aşağı Qapı Körpüsü) 1489-cu, ikinci körpü (Nydeggbrücke - Yeni Körpü) 1840-cı, sağda görünən qülləli Nydegg adlandırılan kilsə bir neçə dəfə yenilənməklə 1190-1480-ci illərdə tikilib. Burada mərkəzi küçə yarandığı vaxtdan shopping center olub, bizim Targoviy, sadəcə zaman dəyişdikcə çağa ayaq uydurub, əvvəl mal-qoyun, dəyərli əşyalar, saxsılar və sairə satılırdısa, indi bahalı brendlər, 50-60 minlik Hublot-lar, Aldemars Piguet-lər bunları əvəz edir.İkinci şəkil Bern-dən biraz yuxarıda - təpədə yerləşən Rosengarten (Qızılgüllər bağı) dedikləri parkdan qədim şəhərin görüntüsüdü. Uzaq fonda İsveçrənin ən hündür katedralı - Bern Münster düz 472 ilə tikilib. Rosengarten-də Eynşteynin bir heykəli var, skameykada oturub nəsə fikirləşir yenə, lap yaddan çıxmışdı, bu şəhər Einstein-in 1902-1909-cu illərdə yaşayıb yaratdığı şəhər olub. Heykəlin yanında info tabeldə yazılıb, "Bern once inspired Albert Einstein, who developed his famous Theory of Relativity. He almost spent his daytime sitting here with his wife Mileva for working on his Relativity Formula".Кендилерини чок северим, getdim oturdum yanında, qolumu atdım boynuna, bir sağa baxdım, bir sola, baxdım Einstein-ə, indi olmasın, qayıdıb nə desəm yaxşıdı? "7 il burda yaşasam mən theory of time-travel kəşv eliyərdim", bir az fikrə getim, ürəyimdə dedim ağ eləmə.Old Town of Bern Aare çayının qıvrılan hissəsində yerləşir, yeni 3 tərəfi sudu, bu çayın maraqlı tərəfi enli, dərin, gur olmasından başqa yaşılın özünəməxsus rəng çalarında olmasıdı, ki bəziləri fotolarda bunu rəng effekti ilə səhv salır, yaxşısı budur özünüz gedin görün, məndən bu qədər. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Malik Abdullayev

1011 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!