1035 dəfə oxunub

London-Kutaisi yolundakı əhvalat

Həə qrupun əziz üzvləri, 


Bu hekayəni qrupda üç-dörd ay əvvəl hekayə yarışı üçün yazmışdım amma paylaşmaq bu günə qismət imiş. Maraqlı və fərqli bir hekayə olduğunu düşünürəm və Sizlərin ixtiyarına buraxıram. 

 “London – Kutaisi”

Təxminən 2018-ci ilin May ayı idi . Artıq ailəlikcə dəqiqləşdirdik ki, böyük qardaşım - Kənanın, sentyabrın 7-də Bakıda toy məclisi olacaq. Hər bir balaca qardaş kimi mən də çox sevinir, həmin günün tez gəlməsini arzulayırdım. Axı bu bizim ailədə ilk belə hadisə olacaqdı. 

Günlər bir-birini əvəzləyir və mən də artıq öz planlarımı yavaş-yavaş yekunlaşdırırdım. Qərara gəldim ki, Avqust ayının 12-si ailəmlə birlikdə Bakıya yollanım. Artıq biletlər alınmış və həmin günün gəlməsini gözləyirdim. Lakin, uçuşdan üç gün əvvəl telefonuma gələn zənglə bütün planlarım dəyişdi. Mənə Amerikanın 13-cü ən böyük şirkəti olan “General Electric Healthcare” – in London ofisində bir illik təcrübə qazanmaq şansı çıxdı və məndən tez bir zamanda işə başlamağımı istədilər. Mən də qərar verdim ki, bu cür şansı qaçırtmaq çox böyük səhv olar və biletimin tarixini həmin ayın 26-na (“Bank Holiday” gününə - Birləşmiş Krallıqda il ərzində səkkiz gün milli bayram olur və bu günlərdən biri də Avqust ayının 26-na düşür) dəyişdim. Yəqin yeganə insan olaram ki, işə başlamadan menecerimlə bir həftə sonraya tətil götürməyi müzakirə elədim və çox sağ olsun ki, məni başa düşüb icazə verdi.

Planım ilk öncə London-Kutaisi uçuş xətti ilə Kutaisiyə (Gürcüstan), oradan da avtobus ilə Tiflis şəhərinə yollanmaq idi (buradan AZAL-a xüsusi təşəkkürlərimi çatdırıram  ). Planımın sonrakı hissəsində isə Tiflisdən taksi ilə bizim “Qırmızı Körpü” sərhəd məntəqəsinə, oradan da taksi ilə birbaşa Bakıya yollanmaq dururdu. Hər şeyi çox incə nöqtəsinə qədər beynimdə hesablamışdım. Lakin, hesablamadığım iki şey vardı: Gürcüstanın köhnə bir SSR dövləti olması və həyatın və insanların Birləşmiş Krallıqdakı kimi asan və sadə olmaması. 

Və budur. Həmin gün gəldi. Saat 15:45-i göstərir. Hava çox günəşli və istidir (normalda Londonda nadirən belə hava görmək mümkündür). Mən əlimdə balaca çamadanımla Londonun beş hava limanından biri olan Luton hava limanına yollanıram. Günəş şüaları üzümdə öz isti hərarətini hiss elətdirdikcə mən öz-özümə həyatın nə qədər gözəl, yaşanılır və əsrarəngiz olduğunu düşünürəm. Hər şey nə qədər də mükəmməldir deyə xəyala dalmışdım ki, bizim “Növbəti stansiya Memar Əcəmi. Zəhmət olmasa əşyalarınızı  unutmayın.” ifadəsinə oxşar bir ifadə ilə xəyallar aləmindən ayılıb reallığa qayıtdım. :) Artıq mən hava limanına çatmışdım. Yavaş-yavaş irəliləyib, təhlükəsizlik zonasından keçdim və gəlib çıxdım bizi aparan təyyarəyə. 

Ünsiyyətcil insan olduğumdan nə təsadüfdürsə yanımda oturan xanım da mənim kimi Bristol şəhərində yaşayıb, təhsilini orada almışdı. Beləcə biz düz beş saat dayanmadan Bristolun zəngin küçə incəsənətindən, möhtəşəm Bristol limanından (xüsusilə isti yay aylarında liman boyu düzülmüş barlarda çalınan, qəlb oxşayan musiqilərdən) və Bristola səyahət edərkən mütləq və mütləq gedib görüləsi məhşur “ Klifton Saspenşin Körpü”sü (The Clinfton Suspension Bridge) haqqında uzun-uzadı söhbətləşdik. Zamanın necə axdığının heç fərqində belə olmadıq. Bir daha orada əmin oldum ki, səyahət etməyin ən gözəl tərəflərindən biri də tanımadığın insanlarla gözəl münasibət qurmaqdır, hansi ki, sonradan be lə gözəl xatirəyə çevrilir.

Axşam saat 10:00 – da Gürcüstanın Kutaisi hava limanına endik. Hamı kimi sərhəd məntəqəsindən keçib, Tiflisə gedəcək avtobus biletlərinin satıldığı yerə gəlib çıxdım. Təxminən otuz lari (Gürcüstanın pul vahidi) verib, orta sıralardan özümə yer seçdim. Çox yorulduğumdan düşündüm ki, biraz yatım, onsuz avtobus üç saat yarım yol gedəcək. Bir saat yol getdikdən sonra avtobus ilk fasilə verməli olduğu dayanacaqda saxladı. On beş dəqiqəlik fasilədən sonra yolumuza davam elədik və hər şeydə bundan sonra başladı...

Avtobusda kifayət qədər azərbaycanlı sərnişinlər var idi. Kimisi bir-birilə söhbət edir, kimisi yatır, kimisi də mənim kimi sadəcə kənardan hər şeyi izləyirdi. Elə bu an avtobusdakı sərnişin xalalardan biri (azərbaycanlı) həyəcanlı şəkildə Birləşmiş Krallıqdakı yaşama icazəsi kartını gömrük işçiləri tərəfindən yoxlanıldıqdan sonra geri verilmədiyini dedi və əl çantasını axtarmağa davam elədi. Yanımda oturan digər azərbaycanlı oğlan, Samir (şərti addır - 35 yaşı olardı) xalanı (58-62 yaş arası olardı) sakitləşdirməyə çalışır və eyni zamanda məsləhət bilirdi ki, mütləq şəkildə yaxınlaşsın Britaniyanın Tiflisdəki səfirliyinə. Onlar tez bir zamanda həmin kartı tapa bilərlər və ya yenisi ilə əvəzləyə bilərlər. Mən isə hələdə kənardan sadəcə bu olanları izləyir və ara-sıra “SOCAR”ın yol boyu benzin doldurma məntəqələrini pəncərədən görüb öz-özümə həm təəccüb edir (niyə bu qədər çoxdur?), həmdə sevinirdim (bayrağımızı hər gördükcə milli hisslərim yavaş-yavaş üzə vururdu) :). Xala ilə oğlan uzun-uzadı müzakirələrdən sonra nəhayət ki, bir qərara gəldilər, amma qərar nə qərar...

Sizə nədən danışım, kimdən danışım, Sizə xalanın yanındakı gəlinindən danışım. Bizim bu gözəl xalamız bu səyahəti tək eləmirdi. Onun yanında bir gəlini də vardı. Bütün bu hadisələr baş vərən vaxtı (haqqına girmədən) sadəcə gördüyüm və xatırladığım qədər ilə bizim gəlin çox sakit və təlaşsız görünürdü. Sanki itən mənim kartım, kömək istəyəcəyim insanlarda bunlar idi. Öz-özümə düşündüm ki, yəqin mən səhv anlamışam, kənardan helə görünür və yoxsa niyə belə olsun ki. Çox da fikir vermədən diqqətimi cəmlədim bizim “məşhur” qərara. 

Bizim xalamız müzakirənin ən gərgin anında üzünü mənə tutdu və aşağıdakı dialoq yarandı:

Xala: Bala, sən də azərbaycanlısan?

Mən: Bəli

Xala: Bala, sən də Bakıya gedirsən?

Mən (beynimdə): Bu məsələ nəsə yaxşı yerə getmir. Bəlkə deyim getmirəm? Onsuz avtobusda kifayət qədər məndən yaşca böyük azərbaycanlılar var və Bakıya gedirlər. Amma nə hikmətdisə heç birindən bir səs də çıxmır amma hamısının gözü üstümdədi. Sanki, hamısı “hə” deməyimi gözləyir. Mən tam qərarsız qalmışam bu anda. 

Mən: Xala, üzr istəyirəm eşitmədim.

Xala: Bala, deyirəm Bakıya gedirsən?

Mən: Bəli, xala. 

Xala: Bala, sən də mənim bir nəvəm. Gəlinimi Bakıya qədər apararsan?

Mən (beynimdə): Xala, mən nənə axtarışında deyiləm. Təklif üçün sağ ol. :D. Gəlinimi Bakıya apar nə deməkdir? Bu sualdan sonra mənim beynimdə qısa qapanma yarandı. 

Mən: Xala (sözüm kəsildi)

Samir: Hə xala, aparar. Niyə aparmasın ki?! O da bir azərbaycanlıdı da. Mən güvənirəm ( hansı ki, bir saat yarım əvvəl tanış olub).

Mən: Xala (sözüm yenə kəsildi və mən hələ özümü mədəni aparıram)

Samir: Xala, narahat olma. Tiflisdən minərlər taksiyə və üzü sərhəddə. Sonra da ordan taksiynən Bakıya. 

Xala: Çox sağ ol e, bala. Sən də mənim bir nəvəm. 

Mən (beynimdə): Nəvə deyib durub ee. Ötürmür. :D Gəlini aparmaq nədi?? Mənə hələ də çatmır. Bu əşya deyil, oyuncaq deyil. Bu insandır, insan!

Samir: Hə, xala narahat olma. Məsələ həll olundu. 

Mən: Əəə, bir-bir (Tağı Əhmədov). Samir bir dəqiqə! Xala, mən Bakıya gedirəm, amma mən necə aparım bu gəlini? Mən ola bilər yolda gecikdim. Mən özümdə birinci dəfədir gedirəm bu yolu. Özüdə biz təyyarə ilə getmirik. Taksi ilə gedirik və gecə saat dörddür. Mən ehtiyat edirəm. Birdən hadisə olar və bunun məsuliyyəti mənim boynumda qalacaq.

Xala: Bala, sən də mənim bir nəvəm. Mən qayıdacam Kutaisi hava limanına və sənədlərimi oradan alacam. Bu gəlində səninlə gəlsin.  

Samir: Cavid, ə heçnə olmaz. Narahat olma. 

Mən: Yaxşı, xala. 

Üç saat yarımdan sonra səhər saat dörddə Tiflis şəhərinə çatdıq. Gecənin qaranlığı və sərin mehi mənə bir anlıq üzərimə yüklənən məsuliyyətdən xilas edib , rahat hiss elətdirdi. 

Rus dilim “Menya zavut Djavid”den o terefe keçmədiyinə görə Samirdən xahiş elədim ki, bir taksi ilə danışsın və bizi sərhəd gömrük məntəqəsinə aparsın. Yanımıza yaxınlaşan bir dayı ilə (heç qanım qaynamadı ona qarşı) söhbətdən sonra yüz lariyə razılaşdıq. Gözəl nənəmizlə (artıq nəvəsi olmuşdum :D) sağollaşdıq və üzü sərhəddə tərəf yollandıq. 

On dəqiqə getdikdən sonra taksi sürücüsü maşını saxlayıb məndən pulu tələb elədi. Əvvəldən heç bəyənmədiyim taksi sürücüsünün bu hərəkəti məni daha da narahat etdi. Amma onun qırıq ingilis dili ilə bir təhər razlığa gəldik ki, pulun yarı hissəsini indi, qalan yarısını isə sərhəddə çatanda ödəyəcəm. 

Artıq qırx beş dəqiqəlik yol mənim gözümdə illərə bərabər bir zamana çevrilmişdi. Telefonumu Britaniyanı tərk edərkən rominq etdirdiyimi düşünürdüm, amma yol boyu telefonumun heç bir siqnal almadığını görüb və internetə çıxışımın olmamasını anlayanda həyəcanım daha da artdı. Ucsuz bucaqsız uzanan və heç bir yol nişan işarəsinin olmadığı yol, sürücünün daima hansısa dildə bir dostu ilə danışığı və rişxənd şəklində gülməyi (məndən haralı olduğumu pulun yarısını verəndə soruşmuşdu), arxa oturacaqda əyləşən gəlinimiz və onun məsuliyyəti və hər an təhlükə gözlədiyim sürücü və bu kimi digər nüanslar artıq məndə Britaniya dövlətinin və cəmiyyətinin mənə aşıladığı təhlükəsizlik hissini qorxu hissi ilə əvəzləyirdi. Bütün bu düşüncələrin içinə qərq olmuşdum ki, məhz o an gəldi...

Və budur. Mən artıq “Qırmızı Körpü” sərhəd məntəqəsini görürəm. Uzaqdan da olsa, Azərbaycanımın üç rəngli bayrağını görüb özümə gəldim. Artıq özümü tam təhlükəsiz və qorxmaz hiss edirdim. Taksi sərhəd məntəqəsinin tam qarşısında saxladı. Mən və gəlinimiz maşından düşdük. Sürücünün qalan pulunu verib, təşəkkür etdim. Biraz aralanmışdım ki, arxadan gələn səsə çevrildim:

- Salam qardaş.

- Mən: Ələykümə Salam. Buyurun.

- Siz o sizi gətirən taksini tanıyırsınız?

- Mən: Yox, necə ki?

- Siz bilmirsiniz o ermənidir?

- Mən: Yox, heç bilmirdim. İlk dəfədir bu yolu gəlirəm.

- Bəli, qardaş. O bildiyiniz ermənidir. Gələn dəfə gələndə yadınızda qalsın.

- Mən: Çox sağ olun. Unutmaram. 

Biraz aralandıqdan sonra hər şey beynimdə çox aydın bir şəkildə öz yerinə otururdu; mənim niyə sürücünü ilk görüşdən bəyənməməyim, onun mənim haradan olduğumu soruşmağı, pulun yarısını ilk andan almağı və rişxənd ilə gülməyi. Dərin bir nəfəs alıb gəlinimizlə yolumuza, üzü Bakıya doğru istiqamətləndik. 

Səyahətimizin Azərbaycan tərəfi çox da həyəcanlı keçməsə də, sağ-salamat gəlinimizi evlərinə ötürə bildik. Bu səyahət boyu çəkdiyim stress və həyəcan yenə də AZALa olan fikrimi dəyişmədi. 

Sonda hamının da marağında olan nənəmə qalanda, hələ də nənəmdən xəbər yoxdur. Ümid edirəm o da sağ-salamatdır. Görənlərdən, xahiş edirəm məni nənəmə qovuşdursun. :D 

Hekayədən özüm üçün çıxartdığım nəticələr:

1. İnsanları tanımadan bu qədər böyük bir məsuliyyəti digər insanlara yükləmək yalnışdır.

2. Bəzən belə çıxılmaz anlarda isə ingilislər demiş “ You have to give a go and hope for the best!”

3. “Həyatda hər zaman belə şanslı olmaya bilərsən”


Sizlərə sayğılarla


Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…



Paylaşdı: Javid Abbaszada


DİGƏR BLOQLAR

Səyahət əhvalatları - Uçuşa gecikmə təlaşı

Sizlərə ilk dəfə ölkə xaricinə yol sərgüzəştimdən danışım..Xarici ölkə dediyim siz "Gəzəyənlər" (bəziləri )üçün "Sahil", "İçəri Şəhər" anlayışı ifadə etsə də mənim üçünsə Tüüürkiyə idi???? Əlbəttə ki, təcrübəsiz biri olduğum üçün tək getmirdim qohum+qohumun tanışı.. O da sağ olsun əmanət olduğum üçün orda göz açıb yummağa imkan verməmişdi,şükür ki, 3saatlıq birlikdəliyimiz olub...Nə isə bu tanış xala orda 1həftə qalacaq deyə özünə yemək də aparırdı...Allah canın sağ eləmiş axşamdan kotlet bişirib necə qaba qoymuşdusa + (əl çantasında götürüb)2saat yarım yeməyin iyindən (Allaha ağır getməsin dilinə kotlet vurmayan birindən söhbət gedir) birtəhər olmuşdum...İndiyə qədər də o iyə görə yenə də kotlet yemirəm????????‍♀️...Söhbət hardasa 2014dən gedir..Amma dünyanın ən xoşbəxti idim,çünki ilk dəfə təyyarəyə minmişdim + hava o qədər gözəl idi ki, buludların möhtəşəmliyi kəlmələrlə ifadə oluna bilməz, bir sözlə özümü mələk hesab edirdim.. Hələ-hələ təyyarə qalxanda qəribə bir hiss sanki ürəyin yerindən çıxır, və yenidən qayıdır????amma həyəcan, qorxudan yox, sevincdən...☺️İllər keçdi ....Yüksəkliyin,gözəlliyin dadı bu qızın damağından getmədi...Vəə ,nəhayət, ikinci səyahətinə hazırlaşır...Bu məsələ də belə olub.Atam çaşıb demişdi ki, gələn dəfə pulunu yığıb gedərsən, day düşünməmişdi ki, bu sözləri ciddiyə alacam???? Nə isə...Yol pulunun 20 qəpik olan vaxtı bu qız sadəcə dərsə gedib, qayıdır..O dərəcə ki, anam deyir," Tələbəsən, bu günlər bir də qayıtmayacaq ,get, yoldaşlarınla görüş, yadda qalan vaxt keçir...Elə hər gün səhər gedib 2də evdəsən???? Belə tələbəlik olar?".Hətta metroya qədər olan yolu da avtobusa minmirdim ki, pul yığıram????Günə 40 qəpik xərcləyirdim...Nə gəzinti, nə rəfiqə, nə kafe, nə restoran, nə təzə bir şey almaq ....Heç nə???????? aylar keçib qəşəng pulu yığmışam...Manatın hörmətli vaxtlarından gedir söhbət???? Gəlib çatdıq əsas məsələyə... Qoymurlar ki , tək gedəm... "Azərbaycan mentaliteti" axı 2saatlıq yolda başıma nəsə gələr, halbuki burdan yola salınıb orda qarşılanıram... Olmaz ki, olmaz...Birtəhər oldum deməkdən ki, ay başınıza dönüm, mən öləsi olsam ,Bakıda da evin içində ölə bilərəm, yəni qorumaqla deyil...Çooox uzun sürən siyasi, iqtisadi , sosial, fiziki, psixoloji, mənəvi söhbətlərdən sonra güc bəla ilə icazə aldım... Sağ olsun "xalxın" qızları ki, onları misal çəkmişdim????Əslində məsələ başqa ölkəyə getmək arzusu deyil, açığını deyim, məsələ o təyyarəyə minmək istəyi idi ..Bu dəfə bəxtim gətirmədi, gediş bileti axşam alınmışdı deyə pəncərə tərəfdə otursam belə gördüyüm təyyarənin qanadında olan işıqlar oldu ????Gələk faciəli dönüş gününə... Uçuş səhər saat 7də olacaq.. Xanım saat 5də evdən çıxıb.. Yükü də o qədər ağırdı ki???? (konkret görməmiş)..Bir il özünə heçnə almayan biri söz vermişdi ki, son qəpiyinə qədər xərcləyəcək. 4sezonluq alış-veriş edib... Tək ayaqqabı 9 cüt idi???? əlbəttə ki, ağlına da gəlmiyib ki, yük ağır olanda pul ödəməlidir.Deyirdim nolacaq 5-10manat pul tutar da ..əlavə 25+ kq yükümə alınan pulun acısını o ayaqqabılardan çıxdım????... Bel çantam da 10 kq özümü o yerə qoymuram ki, bu saat bunu da alıb çəkəcəklər... ????Nə isə qeydiyyata çatanda gördüm ki, məndən əvvəl 70+ nəfər var bu surətlə getsək vəziyyət gül olacaq...Şükür əvvəldə gözləyən bir sərnişinin uçuşuna 10 dəq qalmışdı deyə, qırğın elədi ki, "uçağı kaçırıram " yavaş işləyirsiz+ bütün güvənliyi tökdü ora ,aləm dəydi 1-1nə ..Buna pis olurammi? Əlbəttə ,yox, xeyirimə idi...Əks halda o uçağı mən qaçıracaqdım+ görüb görəcəyim son təyyarə olacaqdı ki, buna görə səni tək qoymurduq...Allah razı olmuşun sayəsində iş bir az sürətləndi, birtəhər qeydiyyatdan keçdim uçuşa qalıb 20 dəq.. Axtara-axtara da getdim gözləmə yerimə.. Sevinirəm ki, 15 dəqiqəm var..Hər şey əla.. Biletdə göstərilən yer, nömrə,mən ,amma məndən başqa heç kim yox????Yenə də sevinirəm ki, gör e tez gəlmişəm, fəxr eləyirəm özümlə ki ,birinciyəm... Bir az gözlədim gördüm yox ,nəsə anormallıq var, heç kim gəlmir, qoy bir adamdan soruşum...Nəhayət məlum oldu ki, bizlərin təyyarəyə minmə yeri dəyişib.. 10 dəqiqə vaxtım var+ 10kq çanta + əlimdə də yeməli şeylər... Məsafəni özünüz bilirsiz Atatürk Hava Limanı ... Sanki 1ci yerdəydimsə 80-ci gözləmə yerinə getməliyəm.... Zülmlə, ölə -ölə ,qorxu ,həyəcanla+ ağır yüklə qaçmışam ki, bu dəfə ,Nərmin ,ölümündü... Həqiqətən,minə bilmədinsə, evdəkilərin dilindən qurtara bilməyəsən???? Şükür Allaha , ən birinci mənəm deyə sevindiyim təyyarəyə ən sonuncu mindimm..Gözümə nə bulud görsənir, nə mələk olmaq...+ hamıdan gec qeydiyyatdan keçdiyim üçün gəldim düşdüm orta yerə... Dörd bir tərəfim ərəb uşaqları... Susmurlar????????‍♀️.. Xahiş edərək, yerimi dəyişib 2li boş yerə keçdim+ üstümü örtüb sanki Baku busda gəlirmiş kimi yatıb çatdım Bakıya....və söz verdim bir də qismət olarsa harasa gedərəmsə, özümə bir qara çöp də almayacam.. Səyahətin dadını çıxaracamm.. Bugünə qədər də deyirəm bu camaat niyə 4saat əvvəldən gedir axı hava limanına????Deməli, bildikləri bir şey varmış... Məndə hər şeyin ilki belə olur, amma dəyişməyən tək şey Təyyarə sevgisi... Gedəcəyim məkan,ölkə çox da önəmli deyil, o yüksəklikdə olmaq başqa bir xoşbəxtlik????Vəə ,əziz Gəzəyənlər,Sizlərə də tezliklə bu çətin müddətdən çıxıb yeni səyahətlər arzulayıram???? Sizlərin paylaşımın oxumaq gedib gəzmək qədər olmasa da, maraqlıdır????Səbriniz çatıb sona qədər oxuduzsa ,minnətdaram... Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nermin Muradlı

948 dəfə oxunub

Futbolsevər gəzəyənlər -Səyahət əhvalatları

Bir neçə gün öncə Babek Musa-Zadeh “kim bu il hara səyahət edib?” deyə bir status paylaşmışdı. Mən də bu il, məhz bu ilə layiq baş tutan son səyahətimdən yazıram. Bakıdan Praqaya təzə qayıtmışdım. Manchester United - Manchester City oynuna getmək üçün artıq hərşey bir ay öncədən hazır idi. Dünyanın karantinə bağlanmağına sayılı günlər qalmışdı. 7.3.2020 tarixində Praga-London (ryanair), London-Manchester(National Express avtobus) biletim var idi. Praga-London reysi saat 22:00-da idi. Planım Londona uçub, gecə avtobusu ile Manchestere getmək, çox yorulmamaq üçün avtobusda yatmaq idi. Aeroporta getmək üçün taksi sifariş etdim. Taksi sürücüsü Ukraynanın Zakarpatiya bölgəsindən olan çox axmaq bir insan idi. Tərslik o adamı tanıdığım andan başladı. Sürücü öz diqqətsizliyi ucbatından yalnış yola girdi. Polis saxladı. Sürücü başqa bir insanın profili ilə işlədiyinə görə avtomobildən düşüb özünü mənim tanışım olduğunu və taksi sürücüsü olmadığını bildiribmiş. Polislər mənim sənətimi yoxlayanda nə qədər muddətdir bir birimizi tanıdığımızı soruşdu, məndə cavabında “taksı çağırdım bu gəldi” deyə bildirdim. Çünki nə danışdıqlarından xəbərim belə yox idi. Yoxlama xeyli uzun çəkdi. Sağa sola gedir, sürücünün üstünə qışqırıram. Dəfələrlə polislərə müraciət etdim gözləməyim söylənildi. Gecikdim və təyyarəyə çata bilmədim (bu arada əgər geciksəm biletim batsa bütün xərcimi sən odəyəcəksən deyib Ukrayna pasportunu və bir mobil telefonunu əlindən aldım. Özünüdə çexcə sənətimi və telefonumu öz istəyimlə vermişəm dedirdib videoya çəkdim). Bununla təyyarəyə olan biletim batdı. Londona gedə bilmədiyim üçün avtomatik olaraq London-Manchester avtobus biletidə yandı. Kor peşiman evə qayıtdım. Çox əsəbi idim. Düşündüm ki, bəlkədə sezonun ən son azarkeşli (həqiqətəndə elə oldu) oynuna baxacam. Nəisə, evə qayıdıb internetə girib bütün saytları ələk-vələk edib getməyə yol axtarırdım. Nəhayət Berlin - Manchester (easyjet) bileti tapdım. Bilet normaldan baha idi. Ancaq mövzu Manchester United olduğundan heçnə və heçkim buna qarşı gələ bilməzdi. Təyyarənin uçuş və eniş vaxtları o qədərdə pis deyildi. Təyyarə Manchester Hava Limanına enendən 80 dəqiqə sonra oyun başlayırdı. Hesablamalarıma görə mən oyuna tam çatırdım. Ancaq bir problem var idi. Özüdə çox boyuk problem. Praqadan Berline gece avtobusları tam dolu idi. Həmin reysə çatmaq üçün gecə avtobusla Berlinə getmək şərt idi. Normalda o vaxrlarda Berlinə ancaq Flixbus gedir. Bütün biletlər satılmışdı. Adətən həmişə boş yer çox olur. Ancaq bu dəfə kim necə ƏSNƏDİSƏ qurutdu))) Təyyarəyə isə bileti artıq almışdım. Praqada yaşayan dostlarımdan bir neçəsinə “gəl məni Berlinə apar mənim maşınmla” deye xahiş etdim ancaq istədiyim cavab gəlmədi. Getdim avtobusun dayandığı yerə bəlkə kimsə gecikər və ya gəlməz. Bəxtimdən elədə oldu. 4 nəfər Praqada qalmağa qərar verdilər və onların yerinə sürücü məni götürdü. Berlinə qədər yatıb azda olsa istirahət etmək kimi bir imkanım var idi. Amma Dresdende avtobusa ana-bala mindi. Uşaq 2 nəfərlik oturacaqda yatmaq istədiyini bildirdiyi üçün anası mənim yanımda oturmağa icazə aldı. Yox demədim, deyədə bilməzdim. Çünkü əslən Moskvadan olan qızı ilə avrotura çıxan Julia xanım çox, çox, LAP çox gözəl idi)))) Dresdendən Berlinədək xanımın, qızının və hətta böyük qızının boy friendinə qədər hər şeyi öyrəndim. Xanım danışır, məndə qulaq asiram və yata bilmirəm. Normalda başqası olsa xahiş edib səsin kəsdirərdim amma bu Julia başqa Julia idi))) O qədər gözəl idiki, yuxu üçün ölürdüm, amma baxmaqdanda qopa bilmirdim)))) Gəlib çatdıq Berlin Tegel hava limanına. Təyyarəyə minik başladı. Hər dəqiqə mənimçün dəyərli idi. Təyyarədə hər kəs öz yerində oturub uçuşu gözləyir. BUDUR, ən gözəl “SÜRPRİZ”. UÇMURUQ, daha doğrusu uçuş 1 saat dayanır. Səbəb, Stuardessalardan biri özünü çox pis hiss edir və ambulance gəlməlidir. Ambulance tez gəldi və bunu apardı. Sevindim ki, bitdi və artıq uça bilərik. Amma hələdə gözləyirik. Mən əsəbi, yuxusuz, dəli kimi təyyarənin içində irəli geri gedirəm. Yaxınlaşıb soruşdum ki, nəyi və kimi gözləyirik. Bildirdilər ki, başqa bir stuardessa gəlməlidir. Onsuz uça bilmərik. Təyyarədə hər kəs mənim futbola getdiyimi bilir. Çoxusuda mənə dəstək olub mənim əhvalımı qaldıqmaq üçün zarafat edirdilər))) “ Nəyə gedirsən? Onsuzda uduzacaqlar” filan zad))) Hətta ingilislərdən biri qapının önündəki yerini mənə verdiki, düşən kimi qaç. Tony adlı ingilis aeroportdan məni OLD TRAFFORDA qədər öz maşını ilə aparacağını dedi. Hesablamalarima görə oyunun birinci hissəsinin sonuna çatırdım. Qız gəldi uçduq. Təyyarə enən kimi qapının ağzından güllə kimi uçdum pasport kontrola. Təbii ki, sıra ucsuz bucaqsız. Qurban olum, başıva dönümlə bir təhər özümü verdim qabağa. Passport yoxlayan əməkdaş vəzifəsi gərəyi soruşdu:-Hara gedirsən? -oyuna baxmağa.-Nə oyun?-United - City-bu qədər yolu futbola görə gəlmisən?-bəli-Qırmızı ya mavi?Cavabında “Manchester is Red” (Mançester Qırmızıdır) dedim. Barmağı ilə mənə digər əməkdaşı göstərib “onu görürsən? Bax o Unitedin azarkeşidir. İndi get gözlə sənin pasportuvu o yoxlasın.” dedi və gülümsədi. Daha sonra pasportumu, alıb möhür vurub mənə qaytardı. Pasport kontroldan çıxıb Tonyni axtarırdım ki, gördüm çöldə məndən əvvəl keçib məni gözləyirmiş. Məni stadiona apardı. Maşından çıxıb qaçaraq meydana getdim. Meydana öz yerimə oturub üzümün tərini sildim ki, oyun başladı. Bildiyiniz saniyə belə gecikmədim. Manchester United Old Trafforda Cityni 2-0 otardı))) Getdiyim üçün an olsun paşmançılıq çəkmirsim. Əziyyətim, yuxusuz səyahət, stress, əsəb, həyəcan, adrenalin, xərclədiyim pul hamısına dəyərdi. Oyundan zövq aldım. 77000 azarkeşin sevinci, oxunan çantlat inanılmaz bir atmosfer yaradır. İnsanın düşüb meydanda oyunçuları qucaqlamağı gəlir. Oyun, dediyim kimi 2-0 bizim xeyrimizə bitdi. Oyundan sonra Ruminyada təhsil alan və United azarkeşi olan qardaşımız Anar Əzizovla görüşüb tanış olduq. Praqaya qayıtmağım isə ayrı bir mövzü. Oyundakı sevinc, həyəcan məndə olan qalan enerjinidə alıb götürmüşdü. Zombidən fərqlənmirdim. Praqaya Liverpool üzərindən qayıdacaqdım. Liverpool - Praqa uçuşum 11:00 9.3.2020 tarixində idi. Mançesterde tutduğum hostel məlum pandemiya səbəbindən bütün bronları ləğv etmişdi. Digər hotel və hostellər isə oyun səbəbi ilə full idi. Tək çarə Liverpoola gedib aeroportda yatmaq idi. Məcbur bilet alıb Liverpool aeroportuna getdim. Uzun axtarışdan sonra aeroportda 3 nəfərlik oturacaq tapdım. Özümü həmin oturacaga yıxıb 1 dəqiqə sonra yuxuya getdim. Uzun zaman sonra məni oyatmaq üçün ayağıma dəyən təpiklərdən oyandım, amma gözümə inanmadım. Necə yatmışamsa oturacaqdan yıxıldığımı hiss etməmişəm, Üzü üstə, əllərim, ayaqlarım X hərfi formasında şirin şirin yatmışam))) Yerdən qalxanda yatdığım yerin bütün tozu mənim uzərimdə)))) Mobil telefonum cibimdən düşübmüş. Kimsə götürüb corabımın içinə qoyub ki, oğurlamasınlar. Durub əl üzümü yumağa gedəndə hiss etdim ki, ayağımda nəsə artıqlıq var)))) Saatdan ümumiyyətlə xəbərim yox idi))) baxanda gordüm ki, qeydiyyatın bitməyinə 45 dəqiqə qalıb))) Özümü təyyarəyə çatdırıb nəhayət ki, sağ salamat Praqaya qayıtdım. Bu səyahət mənimçün inanılmaz oldu və bu mənim 2020-dəki avropaya son səyahətim oldu. Bu oyundan 4 gün sonra baş tutacaq Lask - Manchester United oynuna biletim var idi, amma məlum pandemiya səbəbi ilə oyun azarkeşsiz baş tutdu. O gündən etibarən indiyədək mən başda olmaqla bütün azarkeşlər yaşıl meydanlara həsrətdilər. Bizim Red Army-nin (Qırmızı Ordu) dediyi kimi ”Football is nothing without fans”. Ümid edirəm ki, bu bəla tezliklə bitər. Ümid edirəm növbəti il insanlar üçün daha gözəl, daha mənalı və daha faydalı olar. Mən artıq 28 ildir ki, Manchester United azarkişiyəm. 2006-cı ildən rəsmi azarkeşəm. Tanıyanda biləndə mənim klubuma bağlılığımı bilir. Unidetin hesabına Avropada getmədiyim ölkə qalmayıb. Hər zaman deyirəm, əgər həyatınıza rəng qatmaq istəyirsinizsə bir klub seçin və yalnız o kluba azarkeşlik edin. Mənimçün 2-3 kluba azarkeşlik edən kəs sadacə futbol sevəndir, azarkeş deyil. Sizləri əmin edirəm həyatınız dəyişəcək. Yazacaqlarım bu qədər. Hər kəsə uğurlar. ALLAH sizləri və Azərbaycanı qorusun.

1078 dəfə oxunub

Bir çayın hekayəsi - Səyahət əhvalatları

Günəşli bir noyabr günü səhər 7 də Bakıdan yola çıxdıq. Ölkənin Naxçıvan xaric getmədiyim təkcə bölgəsi var idi, Quba-Qusar tərəf. Bu dəfəki səfərimin bu istiqamətdə olmasının yanı sıra öncəki səfərdə tanıdığım bəzi yol yoldaşlarımın da yenə mənimlə olması həyəcanı qat-qat artırmışdı. Səfərin maraqlı keçməsi üçün yol yoldaşlarınızla söhbətinizin tutması vacibdir. Təbiətə olan yanaşmalar, eyni mənzərəyə olan fərqli baxışlar sizə bu anları daha yaxşı xatırlamanıza yardım edir. Yol boyu Toğrul və İlahə ilə gəzintidən tutmuş, siyasətə qədər bir çox mövzuda müzakirələrimiz oldu. 3 saat sonra artıq Qusarın Laza(Latsar) kəndində idik.Kənddə olan seyrək evlər, uşaqların qayğısızca oynamaları, sıldırım dağlar, donmaqda olan şəlalələr, otların quruması ilə bozarmış təpələri xeyli izlədik. Bir az daha ətrafı gözdən keçirib, bütün komandanın hazırlığına əmin olandan sonra üzü Qızılqaya massivi tərəfə yola çıxdıq. Burda artıq şəlalələrin bir hissəsi donmuşdu. Artıq günəş tez-tez buludların arxasında yox olurdu. Bakı şəraitinə uyğun olaraq, çox adam adicə su götürmüşdü. Ancaq havanın bizə hazırladığı sürprizlərdə xəbərsiz idik. Nəhayət yaylağa qalxdıq, burda artıq qış idi, qar, güclü külək və soyuq hava hamını qalın geyinməyə məcbur etdi. Yemək fasiləsində artıq hər kəs çay axtarırdı. Təkcə Toğrulda çay var idi. Bu da bildiyimiz standart qara çay yox, adəti üzrə Toğrulun dəmlədiyi yabanı bitki çayı idi. Bəziləri sadəcə qaynar su içdi, mən isə dağ başında belə hədiyyəyə yox deyəcək halda deyildim.Bu çaydan sonra bir balaca özümüzə gəlib, kiçik bir qrupla növbəti marşurut üzrə yola davam elədik. Ümumi qrupda yeni başlayanlar və yavaş gəzənlər olduğu üçün onlardan ayrılmalı olduq. Bunun üçün gəldiyimiz yolu geri qayıtdıq, və kəndin içinə girdik. Əhalinin az olması, son illərə qədər davam etmiş yolsuzluq problemi həll olunsa da, diqqətdən kənarda qalması hər halından hiss olunurdu. Kəndin içində uşaqlardan başqa heç kimi görmədik. Böyüklər yəgin hərəsi öz işində idi. Kuzun yolundakı şəlalədə dayandıq. Burda artıq şəlalənin yanına getmək biraz qəlizdir. Bunun üçün öncə çayı keçmək lazımdır. Axşama az qalırdı, biraz nəfəsimizi dərib gəldiyimiz yerə kəndə qayıtdıq. Kəndə tərəf isə möhtəşəm duman gəlirdi.“Bəs hanı çay, onun hekayəsi hardadır bəs?” dediyinizi hiss edirəm. Hekayədəki çayın nə qədər arzulanan olduğunu çatdırmaq üçün səfər haqqında məlumat verməyin vacib olduğunu düşündüm. Kəndə çatanda artıq xeyli yorğun və susuz idik. Yol boyu həm danışıb, həm də cibimizdə sumkamızda nə varsa yemişdik. Su doldurmaq üçün, darvazalardan birini döydük, ilk suyu doldurandan sonra ev sahibəsi qrup halında olduğumuzu gördü, bizə çay təklif elədi. Nəzakət xətrinə yox desək də, içimizdə kəpənəklər uçuşurdu. Ancaq qonaqpərvər ev sahibəsi bu yoxa məhəl qoymadan çaydanı gətirib həyətə qoydu. Evə dəvət eləsə də, tez geməli olduğumuzu bəhanə edib, yuxarı qalxmadıq. Qrup üzvlərinin üzündəki uşaqca, məsum sevinci görməmək mümkünsüz idi. Kim sumkasında çayın yanına qoyula biləcək nə vardısa hamısını qoydu ortaya. Bir tərəfdə, bizim necə sevincək çay içdiyimizi izləyən, öz hərəkətindən həddindən ziyadə məmnun olan Xanpəri xala, digər tərəfdə çaydan və sonradan gələn samovara baxıb həvəslənən, sevinən biz. Bu cür qəribə hisslər və ab-hava içində çayın dadını çıxararkən, arxadakı qrup da gəlib bizə çatdı. Onlar da elə göydən düşmə kimi yanaşdılar çaya. Ancaq onların bizimki qədər çox vaxtları yox idi. Biz xeyli yorğunluğumuzu almışdıq. Əlsində sevindiyimizdən yorğunluq yaddan çıxmışdı. Sağollaşarkən hamımızı qucaqlayan Xanpəri xala yeni tanıdığı ömrünün axırına qədər ona minnətdar olacaq gənclərə sevinc-kədər qarışıq hisslərlə baxırdı. Bilmirdi etdiyi yaxşılığa görə sevinsin, yoxsa onun tez bitməsinə kədərlənsin. Həmin gün ora bir daha gələcəyimə söz verdim. Ancaq hələki gedə bilməmişəm. Yuxarıdakı şəkillərdən sonra Xanpəri xala ilə şəklimiz olar deyə düşünmüsünüz bəlkə də, qaranlıq olduğu üçün çəkilən şəkillərdə heç nə görünmür.Kənardan baxanda Azərbaycan üçün tipik bir qonaqpərvərlik nümunəsi ola bilər. Ancaq bir çayzadə olaraq həyatımda içdiyim ən ləzzətli çayı orda içdim. Həyatımızda hadisələri yadda qalan edən ona yüklədiyimiz mənalardır. Mən o çayı gün boyu arzuladıqdan sonra günün sonunda şükranlıq içində içdim. Hər qurtumunu hiss edərək, soyuq noyabr günündə dağ kəndində çayın içimi necə isitdiyini hiss edərək, bunun üçün təşəkkür edərək içdim. Bu yaşıma qədər çox olmasa xeyli yerdə gəzdim, fərqli insan və yerlərlə rastlaşdım. Günü bu gün də o səfəri, o çayı xatırlayarkən içimdə bir minnətdarlıq hiss edirəm. Kənddən çıxanda artıq yağış başlamışdı. Çayın verdiyi istilik, günün yorğunluğu maşında mürgüləmək üçün əla bəhanədir. Amma tanıdığınız adamlarla birlikdə olanda bu heç də uzun çəkmir. Söhbət üçün kimsə sizi qaldıracaq. Adi bir səfər ola biləcək günü, xüsusi insanlar sayəsində həyatımın gözəl bir anına çevirdim. Həyatınıza müsbət izlər qoyacaq insanlarla qarşılaşmanız diləyi ilə...Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Murad Akifsoy

1220 dəfə oxunub

Səyahət əhvalatları - Hamburg

Hamburqdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Deməli sonunda evdəyəm sağ-salamat oturmuşam dincəlirəm. Hamburg səfərini beynimdə planlaşdırdığım gündən "uğursuzluq" adlandırdığım şeylər ardı-arası kəsilmədi. Biletimi aldığım gündən başladı hər şey bir-bir gəlməyə. Nəysə nə uzadım, Almaniyanın məşhur musiqi alətləri firması olan Thomann-dan gitar sifariş etdim vaxtında gəldi, düşündüm uzun müddət sonra yenidən qayıdaram. Gəldiyi günü zavod defekti olan bir hissəsi oldu və ürəyimdə qaldı. E-mail yazdım şəklini yolladım əlaqə saxladılar və öncəkini qaytarmadan sizə yenisini göndərəcik dedilər düzü inanmadım bu qədər müştəri məmnuniyyəti mi? Köhnəni də düzəltdim bu arada hazırda 2 gitaram var Sonra sizə danışım növbəti uğursuzluq olan Amazondan sifariş verdiyim Panasonic əl fotokamerası ilə 18 avroya aldığım smart selfie stickdən. Hamburga gedərkən ilk düşdüyümdən sonra başıma gələn o oldu. Baxdımkı yoxdur ya kimsə götürüb ya da hardasa düşürmüşəm (düşürməyimə və kiminsə götürməyinə inana bilmirəm mümkün olmayan birşeydir). Nəysə qoyuldum yola getdim gəzməyə kameram birdən olaraq beyni qarışdı və cihazı charge etmək üçün qayıdanda başladı çox yüksək temperatura qədər qızmağa və beyni dondu işləmədi. Amazona zəng etdim yeni sifariş qəbul etdilər artıq dünən şikayətimə baxmayaraq səhər mən yuxudan duranda yeni fotokamera gəldiyini gördüm hələki problemsizdir.Hamburgda online bilet aldım günlük bilet 6.40avro. 25-30 km gəzən biri olaraq kameram da işləmədiyindən telefonla çəkirdim bütün şəkilləri və videoları. Geri dönəndə uzun bir yol qət etdim çatacağım stansiyada düşənə 5saniyə qalmış yoxlama gəldi və xahiş etdim çölə çıxaq çöldə heç olmasa danışaq növbəti dayanacağa getməyim ən azından mənə lazım olan platformada danışaq. Tələbə olduğumu da sübut etdim sadəcə telefonumun batareyası olmadığından sübut edə bilmədim. Sonradan başa düşdülər əvvəl mənimlə sərt danışsalar da. Yenə də protokolu ləğv etmədilər yazdılar qeydləri də etdilər hansı bilet aldığımı qeyd etdilər neçədə aldığımı. Həftənin 6-cı günü olduğundan getdim İnformation Centeri tapdım bir təhər ki, yoxlasın və sübut edim. Dedilər ki yox sən ödəməlisən 60avronu biletsiz minmək filan. Əsəblərimi cilovlayıb 2-3kəlmə dedim və getdim məni dinləmədikləri üçün. Keyfimi pozmadan məşhur Glühwein içib Halben Meter Wurstlarından yeyib bərpa olundum  Gəldim e-mail yazdım həm mənə pis davranan alman metro işçisindən həm də biletim barədə. Cəriməni hazırda ləğv ediblər baxıblar sistemə görüblər doğurdan biletim var imiş. Bu arada dostlarım dedilər əgər Hamburg qeydiyyatındasınızsa 150avro digər vətəndaşlar isə biletsiz minməyə görə 60avro dəyərində cərimə edilirsiniz. Və dayanmadan Hochbahndan çoxlu zənglər gəlir o işçiyə görə artıq 4-cü rəsmi sayılan almanlar zəng edib üzr istəyirlər bu hala görə. Həqiqətən də mənə sərt davrandıqları üçün bir neçə dəfədir zəng gəlir.Hamburg sadəcə möhtəşəm şəhərdir. Hər başıma qəribə iş gəldikcə keyfimi pozmadan onsuz da düzələr deyib yola qoyuldum. Bu qədər Hamburg səfərinə görə negativ şeylər baş verib xaos kimi birşeylər yaşatmaq istədi həyat amma vecimə olmadı Weihnachtsmarkt Hamburg sadəcə möhtəşəm idi. Hamburga getsəniz mütləq Hard-Rock cafesinə gedin maraqlı gəldi digər şəhərlərə baxanda. Mütləq girişi pulsuz olan o möhtəşəm arxitekturası olan Hamburg Filarmoniyasına gedin baxın. Qayıdanda avtobusumuz Qəza etdi amma yolumuza yenə davam etdik Flixbus 4ever haha Mənə qalmağa yerini paylaşdığı üçün Elvinə də təşəkkür edirəm! Gəzəyənlər qrupu birləşdirir! Nağıl kimi şəhərdir. Dresden və Hamburg bugünə qədər getdiyim şəhərlər arasında liderdir. Berlin isə həmişəki kimi məni açmır və xoşuma gəlmir. Hərşeyə rəğmən üzünüz gülsün hamınıza xoş həftə arzu edirəm! Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Murad Chicharito Huseynow

545 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!