1664 dəfə oxunub

Səyahət əhvalatları - "Hər şeyə rəğmən"

Salam, dostlar. Başıma gələn maraqlı hadisəni paylaşmaq istədim. Bu yazı biraz uzun olacaq. Ümid edirəm sıxılmazsınız. Hadisələri olduğu kimi danışacam.

İndiyədək xaricdə olmamışam və Mingəçevirdə yaşayıram. Bakıya belə az-az, bayramdan bayrama gəlirdim. Daim Avropa həvəsi ilə yaşayan biri olmuşam və hələ də eləyəm. Mən keçən il İspaniyada "ERASMUS +" mübadilə proqramı ilə oxumuşam. Pasxa zamanı digər şəhərləri, ölkələri gəzmək istədik. Səyahəti planlamağım tam 1 həftəmi almışdı. Hostellər, biletlər və s. Başlayanda bilirdim ki, başıma nələrsə gələcək ????????????‍♀️ 

İlk planımız Venesiya oldu. Madrid -Lyon-Venesiya və səhər 32 saatdan sonra, saat 06:00-da Venesiyaya çatdıb, hostelə yollandıq. Heç ağlımızdan da keçməzdi ki, hostel bağlı olar. 3 saat binanın qarşısında oturub gözləyəndən sonra bir müştərinin yazığı gəlib pəncərədən açar atdı. Biz daxil olduq foyede hostel işçisini gözlədik və nəhayət gəldi. 2 gecə 3 gün orda olduq çox da maraqlı oldu  bizim üçün.

Sonra yollandıq Kölnə (gəzdiyim yerlərin içəridində ən rahat və təhlükəsizi). Orada Hard Rockda qaldıq. Ucuz və tam mərkəzdə idi deyə tutmuşduq oranı. Təsadüfən sahibinin azərbaycanlılar olduğunu öyrəndik.

Nəisə çox uzatmayım, oradan yollandıq Brüsselə. Çox gözəl şəhər idi, lakin axşamüstü gərək tək şəhərə çıxmayasan (homelesslər, oğrular dəhşət çox idi). Hətta qaldığımız oteldə bizə iranlı oğlan bildirdi ki, Şimal stansiyasından gedəcəksizsə ehtiyatlı olun. Bizim də bəxtdən biletimiz orda idi və ehtiyatlı şəkildə ora yollandıq. Yolda görmədiyimiz hadisə olmadı. Sağ-salamat ora çatdıq. İçəridə gözləməyə başladıq. Avtobusumuza tam 2 saat var idi, birdən yaxınlıqdakı qızların passportlarının oğurlandığını gördük. Security tərəfdə gözləməyə başladıq və buranı da sağ salamat atlatdık ))

Sonra isə Parisə yollandıq, 2 gün yol getdik. Ən qorxduğumuz bu şəhər idi amma rahat yola verdik. 3 gecə də burda qaldıq.

Və son məntəqə - kaş getməz olaydım dediyim yer, bu postun kuliminiyasiya nöqtesi - Marsel (Le petit Marseillais markasını da görəndə qorxuram????????????‍♀️) Google'deki dəniz limanı görüntüsünə aldandım????             Nəisə əslində peşman deyiləm, düşünürdüm ki, heç vaxt tək başına nəyisə həll edə bilmərəm amma yola verdik. Onu deyim ki, gedəcəyim yerə hər çatdığımızda anama xəbər verirdim. Marselə də çatanda yazdım və anamın cavabı bu oldu "İnternetdə baxmışam, qızım, ora biraz təhlükəlidir, ehtiyatlı ol." Necə də hiss edib canım anam❤️
 
Biz yarım günlük yoldan sonra stansiyaya çatdıq. Fikirləşdik ki, çox gəzmişik. Dua edirəm ki, sağ-salamat, xatasız-balasız yola verdik və İspaniyaya - evə qayıdırıq. Dedik bu şəhəri gəzməyə tələsməyək, biraz dincələk, stansiyada oturaq. Stansiyada uzandıq növbə ilə yanımdaki qız ilə. Mən fikirləşdim ki, gedib su, yemək alım və mübahisə elədik. O dedi mən gedəcəm, mən dedim mən. Mən getdim sonda.

Uzaqlaşalı 15 dəqiqə olmuşdu ki, qız zəng etdi: "Rasta, de ki, sumkanı özünlə aparmısan". Elə o andaca fsoo dedim getdi sumka, pul, pasport, hər şey????????‍♀️ (mənim də yekə qəhvəyi rəngdə rukzakım var idi. Dedim gedib yemək alıb gələcəm qızın yanında qoyum, gedib- gələrəm. Halbuki yanımdan ayırmırdım) Ağlıyaraq gəldim qışqır-bağır sumka, içərisindəkilər hər şey gedib təkcə telefonum qalıb. Deməli iki oğlan yaxınlaşıb qıza biri saat soruşib, sonra da qorxudub sumkamı götürüb gediblər. Mən ağlaya-ağlaya çatdım ki, qız hələ şokdadır. Əsəbləşdim, incidim amma anladım ki, əldən nə gələr olan olub. Bir yandam deyirdim ki, məşhur deyimdə olduğu kimi - Kişinin başına iş gələr. Bu an orda dərdimizi başa salmağa çalışdıq amma heç kəs ingiliscə bilmirdi, Sonda fransız oğlan bizə yaxınlaşdı başa saldı ki, gedin polisə itkiyə aid rapor alın , sağolsun bizi polis idarəsinə apardı gözledi bizlə. Elə bu anda 20 nəfərin passport çantası itdiyini də öyrəndik (tək mən deyilmişəm deyə özümə təsəlli verirəm????)

Tam 5 saat gözlədik və bizə rapor verdilər sonda. Qaça-qaça gəldik ki, Madridə gedən avtobusuma çataq, Flixbus idi adı amma Öiubus adı ilə tərpənib artıq avtobus. Bizim kimi neçə adam da gözləyib bilməyib. 100 € da belə batdı. Sumka itib (İspaniyadakı ev açarları, kartlarım, passport Az kartları və s), avtobus gedib, biz o lanetli stansiyadayıq yenə.????????‍♀️ Artıq itirməyə də heç nəyimiz qalmıyıb, qorxuruq.  Bu anda türk qızlar yaxınlaşdı və "birlikde beklesek olur mu" dedilər. Təbii ki yaxınlaşdıq və ünsiyyət qurduq. -Avtobusun belə etməyi, passport itməyi, əsəblər gərgin anama atama da heç nə deyə bilmirəm (Təzyiq və ürəkləri narahatdı. Onları da tələşlandırmaq istəmədim????). Ancaq zəng edib bacıma dedim. O da 1-2 dəqiqə danladı sonra çıxış yolları dedi .

Sonra türk qızlar ilə gözlədik. Gecə düşürdü. Türk qızlar mənim passport məsələmdən sonra lap qorxdu. Səfirliklərinə zəng etdilər və gəlib götürdülər bizi. Gecəni səfirlikdə qaldıq. Sürücü səhər-səhər bizi yenidən stansiyaya gətirdi. Yanımdakı qızın kartı ilə bilet aldıq, Madridə yollanırdıq. Tam sevinmişdim ki, artıq vso rahatam, evə çatıram. Çünki, avtobusda indiyədək gəldiyim yerlərdə sərhəddə passport yoxlamırdılar. Bu cəhətdən rahat idim, Elə Marselin çıxşında polis saxladı və o ürkütücü cümlə "Passport Control". Əlim-ayağım keyidi. Həll yolu axtarırdım. Fransada yolda məni düşürtsələr nə edəcəm? Ağlayıram, heçnə fikirləşə bilmirəm polis yaxınlaşdı passport istədi . Başa sala bilmirəm. "Lost lost" deyirəm. Fransızlar da ingiliscə bilmir, başa düşmür. Ömrümdə hələ elə çarəsiz hiss etməmişdim. Yanımdakı qıza çöndüm dedim ki "nəsə edək izah et, bir şey elə". Bu anda Polisin biri əlini çiynimə qoydu ki, "Korkma, anlat bakıyım noldu?" Bu hissi izah edə bilmərəm həqiqətən - Polisin birinin türk olması????????dərdimizi dedim. Dedi "rapor filan bir şey varsa keç sən, sorun yok" Biz sənədi təqdim edib keçdik. Madridə çatdıq Səfirlikdən gün aldım. Azərbaycana getməmişdən 3 öncə gedib sənədəri götürməli idim. İnternetdə hər şeyi qaydasına salıb getdim Madridə 3 saat gözlədim. İyun ayı idi və bildim ki, qeyri-iş günü imiş???? off Rasta, yenə bəxtin gətirmədi deyirdim ki, Səfirlik nümayəndəsinin (Adil Şükürov, burdan bir daha öz təşəkkürümü bildirirəm) əlaqə nömrəsini tapıb ona zəng etdim. Sağolsun axşam gəldi və sənədləri həll etdi???????? Nəyahət evimə - Mingəçevirimə gəldim çıxdım.

Xülasə mənim kimi heç vaxt evdən qırağa çıxmamısızsa çıxın, komfort zonanızı tərk edin. Desəydilər ki, getmə itirəcəksən passportu yenə gedərdim. Hər gördüyümüz, yaşadığımız bir təcrübədi. Nəyi yaşamamışıqsa onu mütləq yaşayırıq. Yeni ölkələr, şəhərlər, yeni macəralar diləyi ilə
#gəzəyənlər #aviasalesaz

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Rasta Pashayeva

DİGƏR BLOQLAR

Futbolsevər gəzəyənlər -Səyahət əhvalatları

Bir neçə gün öncə Babek Musa-Zadeh “kim bu il hara səyahət edib?” deyə bir status paylaşmışdı. Mən də bu il, məhz bu ilə layiq baş tutan son səyahətimdən yazıram. Bakıdan Praqaya təzə qayıtmışdım. Manchester United - Manchester City oynuna getmək üçün artıq hərşey bir ay öncədən hazır idi. Dünyanın karantinə bağlanmağına sayılı günlər qalmışdı. 7.3.2020 tarixində Praga-London (ryanair), London-Manchester(National Express avtobus) biletim var idi. Praga-London reysi saat 22:00-da idi. Planım Londona uçub, gecə avtobusu ile Manchestere getmək, çox yorulmamaq üçün avtobusda yatmaq idi. Aeroporta getmək üçün taksi sifariş etdim. Taksi sürücüsü Ukraynanın Zakarpatiya bölgəsindən olan çox axmaq bir insan idi. Tərslik o adamı tanıdığım andan başladı. Sürücü öz diqqətsizliyi ucbatından yalnış yola girdi. Polis saxladı. Sürücü başqa bir insanın profili ilə işlədiyinə görə avtomobildən düşüb özünü mənim tanışım olduğunu və taksi sürücüsü olmadığını bildiribmiş. Polislər mənim sənətimi yoxlayanda nə qədər muddətdir bir birimizi tanıdığımızı soruşdu, məndə cavabında “taksı çağırdım bu gəldi” deyə bildirdim. Çünki nə danışdıqlarından xəbərim belə yox idi. Yoxlama xeyli uzun çəkdi. Sağa sola gedir, sürücünün üstünə qışqırıram. Dəfələrlə polislərə müraciət etdim gözləməyim söylənildi. Gecikdim və təyyarəyə çata bilmədim (bu arada əgər geciksəm biletim batsa bütün xərcimi sən odəyəcəksən deyib Ukrayna pasportunu və bir mobil telefonunu əlindən aldım. Özünüdə çexcə sənətimi və telefonumu öz istəyimlə vermişəm dedirdib videoya çəkdim). Bununla təyyarəyə olan biletim batdı. Londona gedə bilmədiyim üçün avtomatik olaraq London-Manchester avtobus biletidə yandı. Kor peşiman evə qayıtdım. Çox əsəbi idim. Düşündüm ki, bəlkədə sezonun ən son azarkeşli (həqiqətəndə elə oldu) oynuna baxacam. Nəisə, evə qayıdıb internetə girib bütün saytları ələk-vələk edib getməyə yol axtarırdım. Nəhayət Berlin - Manchester (easyjet) bileti tapdım. Bilet normaldan baha idi. Ancaq mövzu Manchester United olduğundan heçnə və heçkim buna qarşı gələ bilməzdi. Təyyarənin uçuş və eniş vaxtları o qədərdə pis deyildi. Təyyarə Manchester Hava Limanına enendən 80 dəqiqə sonra oyun başlayırdı. Hesablamalarıma görə mən oyuna tam çatırdım. Ancaq bir problem var idi. Özüdə çox boyuk problem. Praqadan Berline gece avtobusları tam dolu idi. Həmin reysə çatmaq üçün gecə avtobusla Berlinə getmək şərt idi. Normalda o vaxrlarda Berlinə ancaq Flixbus gedir. Bütün biletlər satılmışdı. Adətən həmişə boş yer çox olur. Ancaq bu dəfə kim necə ƏSNƏDİSƏ qurutdu))) Təyyarəyə isə bileti artıq almışdım. Praqada yaşayan dostlarımdan bir neçəsinə “gəl məni Berlinə apar mənim maşınmla” deye xahiş etdim ancaq istədiyim cavab gəlmədi. Getdim avtobusun dayandığı yerə bəlkə kimsə gecikər və ya gəlməz. Bəxtimdən elədə oldu. 4 nəfər Praqada qalmağa qərar verdilər və onların yerinə sürücü məni götürdü. Berlinə qədər yatıb azda olsa istirahət etmək kimi bir imkanım var idi. Amma Dresdende avtobusa ana-bala mindi. Uşaq 2 nəfərlik oturacaqda yatmaq istədiyini bildirdiyi üçün anası mənim yanımda oturmağa icazə aldı. Yox demədim, deyədə bilməzdim. Çünkü əslən Moskvadan olan qızı ilə avrotura çıxan Julia xanım çox, çox, LAP çox gözəl idi)))) Dresdendən Berlinədək xanımın, qızının və hətta böyük qızının boy friendinə qədər hər şeyi öyrəndim. Xanım danışır, məndə qulaq asiram və yata bilmirəm. Normalda başqası olsa xahiş edib səsin kəsdirərdim amma bu Julia başqa Julia idi))) O qədər gözəl idiki, yuxu üçün ölürdüm, amma baxmaqdanda qopa bilmirdim)))) Gəlib çatdıq Berlin Tegel hava limanına. Təyyarəyə minik başladı. Hər dəqiqə mənimçün dəyərli idi. Təyyarədə hər kəs öz yerində oturub uçuşu gözləyir. BUDUR, ən gözəl “SÜRPRİZ”. UÇMURUQ, daha doğrusu uçuş 1 saat dayanır. Səbəb, Stuardessalardan biri özünü çox pis hiss edir və ambulance gəlməlidir. Ambulance tez gəldi və bunu apardı. Sevindim ki, bitdi və artıq uça bilərik. Amma hələdə gözləyirik. Mən əsəbi, yuxusuz, dəli kimi təyyarənin içində irəli geri gedirəm. Yaxınlaşıb soruşdum ki, nəyi və kimi gözləyirik. Bildirdilər ki, başqa bir stuardessa gəlməlidir. Onsuz uça bilmərik. Təyyarədə hər kəs mənim futbola getdiyimi bilir. Çoxusuda mənə dəstək olub mənim əhvalımı qaldıqmaq üçün zarafat edirdilər))) “ Nəyə gedirsən? Onsuzda uduzacaqlar” filan zad))) Hətta ingilislərdən biri qapının önündəki yerini mənə verdiki, düşən kimi qaç. Tony adlı ingilis aeroportdan məni OLD TRAFFORDA qədər öz maşını ilə aparacağını dedi. Hesablamalarima görə oyunun birinci hissəsinin sonuna çatırdım. Qız gəldi uçduq. Təyyarə enən kimi qapının ağzından güllə kimi uçdum pasport kontrola. Təbii ki, sıra ucsuz bucaqsız. Qurban olum, başıva dönümlə bir təhər özümü verdim qabağa. Passport yoxlayan əməkdaş vəzifəsi gərəyi soruşdu:-Hara gedirsən? -oyuna baxmağa.-Nə oyun?-United - City-bu qədər yolu futbola görə gəlmisən?-bəli-Qırmızı ya mavi?Cavabında “Manchester is Red” (Mançester Qırmızıdır) dedim. Barmağı ilə mənə digər əməkdaşı göstərib “onu görürsən? Bax o Unitedin azarkeşidir. İndi get gözlə sənin pasportuvu o yoxlasın.” dedi və gülümsədi. Daha sonra pasportumu, alıb möhür vurub mənə qaytardı. Pasport kontroldan çıxıb Tonyni axtarırdım ki, gördüm çöldə məndən əvvəl keçib məni gözləyirmiş. Məni stadiona apardı. Maşından çıxıb qaçaraq meydana getdim. Meydana öz yerimə oturub üzümün tərini sildim ki, oyun başladı. Bildiyiniz saniyə belə gecikmədim. Manchester United Old Trafforda Cityni 2-0 otardı))) Getdiyim üçün an olsun paşmançılıq çəkmirsim. Əziyyətim, yuxusuz səyahət, stress, əsəb, həyəcan, adrenalin, xərclədiyim pul hamısına dəyərdi. Oyundan zövq aldım. 77000 azarkeşin sevinci, oxunan çantlat inanılmaz bir atmosfer yaradır. İnsanın düşüb meydanda oyunçuları qucaqlamağı gəlir. Oyun, dediyim kimi 2-0 bizim xeyrimizə bitdi. Oyundan sonra Ruminyada təhsil alan və United azarkeşi olan qardaşımız Anar Əzizovla görüşüb tanış olduq. Praqaya qayıtmağım isə ayrı bir mövzü. Oyundakı sevinc, həyəcan məndə olan qalan enerjinidə alıb götürmüşdü. Zombidən fərqlənmirdim. Praqaya Liverpool üzərindən qayıdacaqdım. Liverpool - Praqa uçuşum 11:00 9.3.2020 tarixində idi. Mançesterde tutduğum hostel məlum pandemiya səbəbindən bütün bronları ləğv etmişdi. Digər hotel və hostellər isə oyun səbəbi ilə full idi. Tək çarə Liverpoola gedib aeroportda yatmaq idi. Məcbur bilet alıb Liverpool aeroportuna getdim. Uzun axtarışdan sonra aeroportda 3 nəfərlik oturacaq tapdım. Özümü həmin oturacaga yıxıb 1 dəqiqə sonra yuxuya getdim. Uzun zaman sonra məni oyatmaq üçün ayağıma dəyən təpiklərdən oyandım, amma gözümə inanmadım. Necə yatmışamsa oturacaqdan yıxıldığımı hiss etməmişəm, Üzü üstə, əllərim, ayaqlarım X hərfi formasında şirin şirin yatmışam))) Yerdən qalxanda yatdığım yerin bütün tozu mənim uzərimdə)))) Mobil telefonum cibimdən düşübmüş. Kimsə götürüb corabımın içinə qoyub ki, oğurlamasınlar. Durub əl üzümü yumağa gedəndə hiss etdim ki, ayağımda nəsə artıqlıq var)))) Saatdan ümumiyyətlə xəbərim yox idi))) baxanda gordüm ki, qeydiyyatın bitməyinə 45 dəqiqə qalıb))) Özümü təyyarəyə çatdırıb nəhayət ki, sağ salamat Praqaya qayıtdım. Bu səyahət mənimçün inanılmaz oldu və bu mənim 2020-dəki avropaya son səyahətim oldu. Bu oyundan 4 gün sonra baş tutacaq Lask - Manchester United oynuna biletim var idi, amma məlum pandemiya səbəbi ilə oyun azarkeşsiz baş tutdu. O gündən etibarən indiyədək mən başda olmaqla bütün azarkeşlər yaşıl meydanlara həsrətdilər. Bizim Red Army-nin (Qırmızı Ordu) dediyi kimi ”Football is nothing without fans”. Ümid edirəm ki, bu bəla tezliklə bitər. Ümid edirəm növbəti il insanlar üçün daha gözəl, daha mənalı və daha faydalı olar. Mən artıq 28 ildir ki, Manchester United azarkişiyəm. 2006-cı ildən rəsmi azarkeşəm. Tanıyanda biləndə mənim klubuma bağlılığımı bilir. Unidetin hesabına Avropada getmədiyim ölkə qalmayıb. Hər zaman deyirəm, əgər həyatınıza rəng qatmaq istəyirsinizsə bir klub seçin və yalnız o kluba azarkeşlik edin. Mənimçün 2-3 kluba azarkeşlik edən kəs sadacə futbol sevəndir, azarkeş deyil. Sizləri əmin edirəm həyatınız dəyişəcək. Yazacaqlarım bu qədər. Hər kəsə uğurlar. ALLAH sizləri və Azərbaycanı qorusun.

1256 dəfə oxunub

İstanbula gedən yol əhvalatı

Istanbuldakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Deməli belə. Xeyli müddətdir hər gün deyirəm yazım amma ki hər dəfə niyəsə alınmırdı. Ömrü-həyatımda ilk dəfə ölkə sərhədlərini aşaraq hansısa ölkəyə getmişəm ki, bu da çox istədiyim İstanbul oldu. ????Fevralın 1-i uçuş idi və çox macəralı bir yolçuluq keçirdim. Gediş biletim Bakı-Naxçıvan-Igdır-İstanbul idi. Naxçıvana uçmaq "okey" tamam rahat oldu. Ondan sonra başladı macəra. ???? Naxçıvandan demişdilər ki, avtovağzala taksi ilə ya da şəhər daxili marşrut, ordan da Igdır hava limanına avtobuslar gedir. Mən də təbii ki, rahat gedirəm taksidə. Vağzala çatdım ki, nə? Avtobus yoxdur və heç bir gedəcək başqa taksi də yoxdur. Elə həmin taksi ilə qiymət də bazarlıq edib məni gömrüyə qədər aparmasını xahiş etdim. Ordan da demişdim ki, ilk dəfədir gəlirəm mənə maşın tapmaqda kömək edərsiz. Sağ olsun yaxşı adam oldu kömək etdi. Gömrükdən də bir başqa maşına mindim ki, "vse" da rahat gedirəm. ???? Beh nə getmək, ???? bəxt sözünü deyir. Mindiyimiz maşın qırmızıya düşüb (nə olduğunu bilmirəm) buraxmadılar gömrükdən. Maşında da 2 qadın var idi. Şərurdan alverçidirlər hər gün Igdıra siqaret, çay filan aparırlar satmağa. Gömrükdəkilər də bunları tanıyır deyə növbə gözləmədim tez keçdim.İndi maşın tapa bilmirik. Nə isə bir avtobus var idi ona minib Türkiyə sərhədinə getdik (pulsuz), sonra sərhəddə də bizimkilər bildilər ki, hava limanına gedirəm yol verdilər birinci keçdim amma nə hacət maşın yoxdur. Çox axtarandan sonra TIRlar var idi, onların birini saxladıb mindik. Sağ olsun 35-40 dəqiqə ərzində məni çatdırdı Igdıra ordan da "servic"-lə hava limanına. P.S: avtostop sayılırsa əgər ilk dəfə avtostop macərasını da daddım. Bəxtim gətirdi gecikmədim, çox narahat idim amma çox gözəl yol yoldaşlarım var idi. Nə isə. Saat 6-ya qalmış "uje" İstanbuldaydım amma qarşılamağa gələn düşüb "probka"ya gəlib çıxmır. ???? 1 saat aeroportda yerlərə sərilib kitab oxumaq, camaatı analiz etmək zad ???? vaxt keçdi gəldilər və evə gedə bildim."Money"ə gəldik də, qalmaq üçün ev var idi deyə ona xərcim çıxmadı. Ümumilikdə demək olar ki, mən orda heç pul xərcləmədim. Ancaq özüm tək gəzməyə gedəndə hə biraz, birdə ki hədiyyə filan alanda. Vaxt o qədər sürətlə keçirdi ki, həm də yollar çox uzaq gedəcəyim yerlərə bacardığım qədər əsas görməli yerləri görməyə çalışdım. (Amma doymadım - yayda mütləq təkrar gedəcəm)Sonra Izmite getdim 2 gün də orda qaldım - elə də böyük olmayan bir şəhərdi amma sakit, sevimlidir. ???? Orda da yetərincə gəzdim, hər küçəsini demək olar ki. Tam yaşanılacaq bir yerdi.Və geri dönüş ???????? Azalmi deyim, ya bilet alanmı məndən 1 həftə boyunca xərcləmədiyim pulu cığırda-cığırda aldı.P.S: Uzun və səhvlər oldusa "I'm çox sorry"P.P.S: Ölkə daxili həttda, Bakı daxili hər yerə adaptr və "powerbank"la gedən mən uzaq yerə heç birini aparmadan gedib orda sürünmüşəm ona görə də şəkillər az və belə "keyfiyyətlidir".Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Əsmər Mammadova

1807 dəfə oxunub

'Business Classla' uçuş

Qərara aldım mən də bu yaxınlarda yaşadığım bir səyahət təcrübəsini bölüşüm :) 20-ci uçuşum Emirates -in B-claassı ilə keçdi. İstiqamət Seul to Dubai idi. Çoxdandır bunu test eləmək arzusunda idim. Adətən mən də işdən əlavə səyahətlərim zamanı Low-costlarda uçuram amma bu dəfə Emirates business classda səfər edəcəkdim. İlk olaraq səfəri reallaşdıran təyyarə airbus a380 idi. Bu nəhəng gəmi, 2 mərtəbədən ibarətdir və ikinci mərtəbəsi First və Biznes klasslar üçün ayrılıb. Açığı bu böyüklükdə bir təyyarənin havaya necə qalxacağının həyacanı məni az da olsa narahat edirdi.Lakin hələ Biznes gözləmə zalında təklif olunan wiskey stressi atmaq üçün əla seçim oldu. Bu gözləmə zalında hər şey var. Komputerlər, printer, yemək, içmək, xidmət və s. Uçuş gecə idi və təyyarədə bizi çox xoş qarşıladılar. Oturan kimi rahatlığın üçün hər şey təmin edilirdi və B.classların əvəz olunmaz içkisi meyvə suyu da var idi və çox təbii idi. Ərəb səhralarını gözünün önündə canlandıran həzin musiqi isə bütün stressi aradan qaldırırdı. Oturduğun yerin tam yanında mini bar var və ən əsası hər şey pulsuzdur. Barda çərəzlər və soyuq içkilər yer alır, işıqlandırma isə göz oxşayır. Qarşında olan monitorda isə vizyonda olan ən son filmlərə baxa bilərsən. Daha bir idarəetmə monitoru isə sağ tərəfdə yerləşdirilib. Ən önəmlisi isə içəridə pulsuz wi-fi var. Təyyarə çox rahatlıqla havaya qalxdı və heç nə hiss etmədik. Havada duş qəbul eləmək kimi bir imkan isə əvəzedilməz bir hissdir. Menyuda şefdən çox əla bir giriş mesajı olur. Çox ləzzətli yeməklərdən dadmaq imkanın var.Şərab menyusu isə ayrıdır. Çox qədim fransız şərabını belə burdan tapmaq olur. Gecə uçuşu zamanı səhər yeməyini də əvvəlcədən qeyd edirsən. Yatmaq zamanı gələndə isə sənin üçün döşək, çox yumşaq yastıq və üstünə sərmək üçün hər şey verilir. Yataq isə 180 dərəcə tam açılır və asan idarə olunur. Cəmi 6 saat rahatlıqla yatdım. Təqdim olunan balaca çantada isə Bvlgari, Versace-dan olan parfumeriya və digər lazımı avadanlıqlar var idi. (Ətir, duş geli, təraş üçün avadanlıq, antiperspirant, şampun və s. və s.). Arxa hissədə ayrıca bar yer alır. Bu barda çox ləzzətli koktel içdim və elə onda təyyarə turbulence-a düşdü. Məni yerimə belə keçməyə qoymadılar və elə bardaca bağlayıb otuzdurdular. 15 dəqiqə bütün barda olan şüşələrin silkələnməsini izləmək biraz qorxuducu və biraz da həzz verici bir hiss yaşadırdı. Ölürüksə belə ölək kimi bir hiss keçirdi adamın içindən :DSəhər məni Seuldan olan və ərəb geyimində çox gözəl bir xanım toxunub oyandırdı. İçmək üçün ilkin təkliflərdən sonra səhər yeməyi gəlir. Səyahət əla idi amma bu qədər təcrübənin içindən o qızın toxunuşu daha çox yadımda qaldı :D Bəzi şəkilləri əlavəyə yükləyirəm :) Seul səfəri isə Korean Air -in b.classı ilə getmişdim. O da əla idi amma bir Emirates ola bilməzdi.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Farid Pardashunas

687 dəfə oxunub

Səyahət əhvalatları - Uçuşa gecikmə təlaşı

Sizlərə ilk dəfə ölkə xaricinə yol sərgüzəştimdən danışım..Xarici ölkə dediyim siz "Gəzəyənlər" (bəziləri )üçün "Sahil", "İçəri Şəhər" anlayışı ifadə etsə də mənim üçünsə Tüüürkiyə idi???? Əlbəttə ki, təcrübəsiz biri olduğum üçün tək getmirdim qohum+qohumun tanışı.. O da sağ olsun əmanət olduğum üçün orda göz açıb yummağa imkan verməmişdi,şükür ki, 3saatlıq birlikdəliyimiz olub...Nə isə bu tanış xala orda 1həftə qalacaq deyə özünə yemək də aparırdı...Allah canın sağ eləmiş axşamdan kotlet bişirib necə qaba qoymuşdusa + (əl çantasında götürüb)2saat yarım yeməyin iyindən (Allaha ağır getməsin dilinə kotlet vurmayan birindən söhbət gedir) birtəhər olmuşdum...İndiyə qədər də o iyə görə yenə də kotlet yemirəm????????‍♀️...Söhbət hardasa 2014dən gedir..Amma dünyanın ən xoşbəxti idim,çünki ilk dəfə təyyarəyə minmişdim + hava o qədər gözəl idi ki, buludların möhtəşəmliyi kəlmələrlə ifadə oluna bilməz, bir sözlə özümü mələk hesab edirdim.. Hələ-hələ təyyarə qalxanda qəribə bir hiss sanki ürəyin yerindən çıxır, və yenidən qayıdır????amma həyəcan, qorxudan yox, sevincdən...☺️İllər keçdi ....Yüksəkliyin,gözəlliyin dadı bu qızın damağından getmədi...Vəə ,nəhayət, ikinci səyahətinə hazırlaşır...Bu məsələ də belə olub.Atam çaşıb demişdi ki, gələn dəfə pulunu yığıb gedərsən, day düşünməmişdi ki, bu sözləri ciddiyə alacam???? Nə isə...Yol pulunun 20 qəpik olan vaxtı bu qız sadəcə dərsə gedib, qayıdır..O dərəcə ki, anam deyir," Tələbəsən, bu günlər bir də qayıtmayacaq ,get, yoldaşlarınla görüş, yadda qalan vaxt keçir...Elə hər gün səhər gedib 2də evdəsən???? Belə tələbəlik olar?".Hətta metroya qədər olan yolu da avtobusa minmirdim ki, pul yığıram????Günə 40 qəpik xərcləyirdim...Nə gəzinti, nə rəfiqə, nə kafe, nə restoran, nə təzə bir şey almaq ....Heç nə???????? aylar keçib qəşəng pulu yığmışam...Manatın hörmətli vaxtlarından gedir söhbət???? Gəlib çatdıq əsas məsələyə... Qoymurlar ki , tək gedəm... "Azərbaycan mentaliteti" axı 2saatlıq yolda başıma nəsə gələr, halbuki burdan yola salınıb orda qarşılanıram... Olmaz ki, olmaz...Birtəhər oldum deməkdən ki, ay başınıza dönüm, mən öləsi olsam ,Bakıda da evin içində ölə bilərəm, yəni qorumaqla deyil...Çooox uzun sürən siyasi, iqtisadi , sosial, fiziki, psixoloji, mənəvi söhbətlərdən sonra güc bəla ilə icazə aldım... Sağ olsun "xalxın" qızları ki, onları misal çəkmişdim????Əslində məsələ başqa ölkəyə getmək arzusu deyil, açığını deyim, məsələ o təyyarəyə minmək istəyi idi ..Bu dəfə bəxtim gətirmədi, gediş bileti axşam alınmışdı deyə pəncərə tərəfdə otursam belə gördüyüm təyyarənin qanadında olan işıqlar oldu ????Gələk faciəli dönüş gününə... Uçuş səhər saat 7də olacaq.. Xanım saat 5də evdən çıxıb.. Yükü də o qədər ağırdı ki???? (konkret görməmiş)..Bir il özünə heçnə almayan biri söz vermişdi ki, son qəpiyinə qədər xərcləyəcək. 4sezonluq alış-veriş edib... Tək ayaqqabı 9 cüt idi???? əlbəttə ki, ağlına da gəlmiyib ki, yük ağır olanda pul ödəməlidir.Deyirdim nolacaq 5-10manat pul tutar da ..əlavə 25+ kq yükümə alınan pulun acısını o ayaqqabılardan çıxdım????... Bel çantam da 10 kq özümü o yerə qoymuram ki, bu saat bunu da alıb çəkəcəklər... ????Nə isə qeydiyyata çatanda gördüm ki, məndən əvvəl 70+ nəfər var bu surətlə getsək vəziyyət gül olacaq...Şükür əvvəldə gözləyən bir sərnişinin uçuşuna 10 dəq qalmışdı deyə, qırğın elədi ki, "uçağı kaçırıram " yavaş işləyirsiz+ bütün güvənliyi tökdü ora ,aləm dəydi 1-1nə ..Buna pis olurammi? Əlbəttə ,yox, xeyirimə idi...Əks halda o uçağı mən qaçıracaqdım+ görüb görəcəyim son təyyarə olacaqdı ki, buna görə səni tək qoymurduq...Allah razı olmuşun sayəsində iş bir az sürətləndi, birtəhər qeydiyyatdan keçdim uçuşa qalıb 20 dəq.. Axtara-axtara da getdim gözləmə yerimə.. Sevinirəm ki, 15 dəqiqəm var..Hər şey əla.. Biletdə göstərilən yer, nömrə,mən ,amma məndən başqa heç kim yox????Yenə də sevinirəm ki, gör e tez gəlmişəm, fəxr eləyirəm özümlə ki ,birinciyəm... Bir az gözlədim gördüm yox ,nəsə anormallıq var, heç kim gəlmir, qoy bir adamdan soruşum...Nəhayət məlum oldu ki, bizlərin təyyarəyə minmə yeri dəyişib.. 10 dəqiqə vaxtım var+ 10kq çanta + əlimdə də yeməli şeylər... Məsafəni özünüz bilirsiz Atatürk Hava Limanı ... Sanki 1ci yerdəydimsə 80-ci gözləmə yerinə getməliyəm.... Zülmlə, ölə -ölə ,qorxu ,həyəcanla+ ağır yüklə qaçmışam ki, bu dəfə ,Nərmin ,ölümündü... Həqiqətən,minə bilmədinsə, evdəkilərin dilindən qurtara bilməyəsən???? Şükür Allaha , ən birinci mənəm deyə sevindiyim təyyarəyə ən sonuncu mindimm..Gözümə nə bulud görsənir, nə mələk olmaq...+ hamıdan gec qeydiyyatdan keçdiyim üçün gəldim düşdüm orta yerə... Dörd bir tərəfim ərəb uşaqları... Susmurlar????????‍♀️.. Xahiş edərək, yerimi dəyişib 2li boş yerə keçdim+ üstümü örtüb sanki Baku busda gəlirmiş kimi yatıb çatdım Bakıya....və söz verdim bir də qismət olarsa harasa gedərəmsə, özümə bir qara çöp də almayacam.. Səyahətin dadını çıxaracamm.. Bugünə qədər də deyirəm bu camaat niyə 4saat əvvəldən gedir axı hava limanına????Deməli, bildikləri bir şey varmış... Məndə hər şeyin ilki belə olur, amma dəyişməyən tək şey Təyyarə sevgisi... Gedəcəyim məkan,ölkə çox da önəmli deyil, o yüksəklikdə olmaq başqa bir xoşbəxtlik????Vəə ,əziz Gəzəyənlər,Sizlərə də tezliklə bu çətin müddətdən çıxıb yeni səyahətlər arzulayıram???? Sizlərin paylaşımın oxumaq gedib gəzmək qədər olmasa da, maraqlıdır????Səbriniz çatıb sona qədər oxuduzsa ,minnətdaram... Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nermin Muradlı

1029 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!