2165 dəfə oxunub

Frida kimi sürrealist ölkə - Meksika bələdçisi

http://evdenuzaqlarda.com/mexico-city/ ????????
ℹ️ Sizə Meksikanın ən böyük şəhəri, paytaxtı olan Meksika city’dən danışacam. Səyahət üçün tam da möhtəşəm, həmçinin də səyahətinizə rəng yox rənglər qatacaq görülməli yerləri var . Bura nə vaxtsa səyahət etməyi planlaşdırsaz mütləq bu postu oxuyun. Mexico city dedikdə o dəqiqə insanların ağlına gələn kirminal, narkotik, oğurluq və sair bir çox şeylər. Yəni bəzi yerlər var təhlükəlidir məsələn Tepito kəndi kimi. Ama turistik yerləri səyahət edəcəyiniz müddətcə heç bir problemlə üzləşməyəcəksiniz.


????Azteklərin dövründə, Meksika şəhəri əvvəlcə Lago de Texcoco adlı bir gölün üzərində qurulub. Azteklər lagunaya torpaq tökərək süni bir ada qurdu. Daha sonra ispanlar Tenochtitlan ərazisində ikinci bir Meksika şəhərini qurdular və hal hazirda Meksika şəhərində bəzi bölgələr hər il 40 santimetrə qədər yerin dibinə batır. Şəhərdə əhalinin sayı 20 milyondur iynə atsan yerə düşməz. Elə bir şəhərin əhalisi 2 dəfə Azərbaycanın əhalisi qədərdir.

???? Bakıdan Meksika şəhərinə gəlmək elədə asan və ucuz başa gəlməsədə ama gəlməyə dəyər əlbətdə. Alternatif yollar isə bunlardı Bakı–Moskva–Kuba–Meksika şəhəri ya İstanbul–Meksika şəhəri. Əgər şengen vizanız olarsa avropadan bura ucuz qiymətə də gələ bilərsiniz.

????Şəhərdə qalmağa yerlər münasib qiymətlərədir. Hostel, Otel, Airbnbdən istifadə edə bilərsiniz. Biz 4 nəfər olduğumuza görə Airbnbdən istifadə etdik 1 gününə 78 Azn ödədik. Ev çox super idi hər bir şəraitidə var idi.
https://es.airbnb.com/rooms/37371853?s=51


???? ???? Nəqliyyat vaistələrinə gəldikdə sizə məsləhətim şəhər daxilində yalnız Uberdən istifadə edin. Həm qiymət cəhətdən, həm rahatlığınız, həmdə ki təhlükəsizliyiniz üçün. Şəhər daxili aftobus və normal taksilərdən istifadə etməyin. Uber qimyətləri şəhər daxili 7-10-12 manat arasıdır.

Görməli yerlər ????????
1. Palacio de Bellas Artes
2. Mercado de la Merced
3. Catedral Metropolitana
4. Monumento a la Revolución
5. Coyoacán
6. Kiosco Morisco
7. Teotihuacán
8. Frida Kalo museum
9. Parque de la Amistad

Ən önəmli ziyarət etməli olduğunuz muzeylərdən biridə Frida Kalo muzeyidir. Əgər saatlarca qapıda gözləmək istəmirsinizsə biletinizi öncədən online almağınız məsləhətdir.

Giriş bileti Həftə içi 20 Azn
Həftə sonu 24 Azn
Şəkil çəkmək üçün 2.70 Azn
Açılır hər gün 10:00
Bağlanır 17:30
Ödəniş Nəğd və ya Visa,MasterCard ilə qəbul edilir.


????????????????
???? Frida Kalo 6 yaşında poliomielit xəstəliyinə tutulur və bundan sonra ömrünün sonunadək axsayır. 18 yaşında avtomobil qəzası yaşayır. 17 sentyabr 1925-ci ildə baş verən qəzada onun evə getdiyi avtomobil tramvay ilə toqquşur. Zərbədən tramvayın kollektorunun sınıq dəmir çubuğu Fridanın mədəsindən keçib çanaq sümüyünü parçalayaraq, sol qasığından çıxır. Onurğa sümüyü üç yerdən zədələnir və iki budu sınır. Bundan sonra Frida çoxsaylı əməliyyatlar keçirməli olur. 1929-cu ildə o, Dieqo Rivera ilə evlənir və onun kimi kommunist partiyasını dəstəkləyir.Daha çox Frida Kahlo kimi tanınan Magdalena Carmen Frida Kahlo Calderón 1907-ci il iyulun 7-si Coyoacan da anadan olan meksikalı bir rəssam olub. Məşhur meksikalı nəqqaş Diego Rivera ilə evli olub, onun həyatı uşaqlıqda tutulduğu xəstəliyə görə əziyyətli keçib və gənc yaşlarında ağır bir qəza keçirdiyinə görə uzun bir müddət yatalaq olub və bu müddət ərzində 32 dəfə cərrahiyyə əməliyyatı olunub.Çox qısa bir müddət adi həyat tərzi sürüb. Biseksual idi və onun sevgililəri arasında Leon Trotski vardı.Onun rəsm əsərləri öz bioqrafiyası və keçirdiyi ağır günlər ətrafında dönür. 200 dən çox əsər müəllifidi. Bu əsərlərin çoxu da həyatda qalma mübarizəsindən bəhs edən avto-portretləridir. Kahlonun əsərləri həyat yoldaşı olan tanınmış rəssam Diego Rivera-ya təsir etməsiylə o yerli meksika xalqının incəsənətinə duyduğu sevgini göstərdi və üst-inqilabi dövrün digər meksikalı rəssamlarını ruhlandırdı
????????????????????  Məni ən çoxda sevindirən Meksikanın paytaxtında yerləşən Azərbaycan Meksika dostluq parkı oldu. Kiçik və gözəl bir bir parkdır. Daha öncə bu parkda Prezident Heydər Əliyevin heykəli olub ama sonradan heykəlin yerini dəyişiblər.
⛺️☀️????Yollandıq Teotihuacana bura Meksikanın qurulduğu yerdi. Hernan filminə baxsaz Daha çox məlumat toplamış olarsiniz bu gözəl tarixdən. Burda olan piramidi Günəş piramidi adlandırırdılar və tanrılarına qurban verdikləri insanları piramidanın zirvəsinə çıxarıb daha sonra ürəyini çıxarıb Günəşə doğru tuturlarmış.
????????????Xochimilconın inanılmaz bölgəsi 1987-ci ildə YUNESKO-nun Dünya İrsi siyahısına təyin olunub və Meksika şəhərinə gələnlər arasında ən populyar gün gəzintilərindən biridir. Qayıq ilə istəsəniz 1 saat və ya 6 saatlıq turla gəzə bilərsiniz.


Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: ‎‎Seyid Hüseyn

DİGƏR BLOQLAR

Siciliya adasına gəzəyən turu

Macarıstanda sərhədin müvəqqəti açılmasını fürsət bilib Wizziar-in Budapeşt-Kataniya reysi ilə Siciliyaya yollandıq.Qeyd edim ki, hava limanından Covid-19 əleyhinə təhlükəsizlik tədbirləri görülsə də, insanların çox hissəsi sıra və maska mədəniyyətinə riayət etsə də, təyyarədə hər 3 oturacağın dolu olması fikrimcə, əvvəlcədən görülmüş tədbirləri heç edirdi.Bizim səyahət Palermodan başlayırdı. Kataniya aeroportundan (çıxışdan sol tərəfdə) SAİS avtobusları ilə birbaşa Palermo Mərkəzi Stadionuna adambaşı 13 yevrodan bilet aldıq. Kataniyadan gələn qatarlar da var, amma aeroportdan taksi və yaxud icarəyə maşın götürüb getmirsizsə ən yaxşısı avrobusdur. 3 saat yarımdan sonra Palermo Mərkəzi stansiyasına çatdıq. Palermo şəhəri memari baxımdan Ərəb və Norman əsintilərini özündə birləşdirir. Ümumilikdə tarixi şəhərləri gəzməyi sevənlər bu şəhəri də sevəcək. Unutmadan onu deyim ki, Siciliya şəhərlərindən təmizlik, səliqə baxımından yüksək gözləntiləriniz olmasın.- Garibaldi meydanı, "Via Liberta", "Via Roma" və "Via Vittorio Emanuela" küçəsi şəhərin əsas mərkəz yerləridir. Şəhər mərkəzindəki marinada "Nautoscopio" açıq hava restoranı günbatımı üçün əla seçim ola bilər. Biz əsasən dəniz, qum və günəş üçün səyahət etdiyimizdən ilk işimiz mərkəzdən 10-12 km uzaqlıqdakı Mondello çimərliyinə yollanmaq oldu. Siciliyada ictimai nəqliyyat elə də dəqiq deyil, amma gedəcəyiniz yerlərə çatdırır. Via Romadan 101/102 + 806 avtobusları ilə ora çata bilərsiniz. İnternetdə Mondello beach yazdıqda ingilis dilində “lido” lar üçün rezervasiya bölməsi tapmadığımdan çimərlikdə çətinliklə "lejanka" və çətir tapdıq. Deməli bu çimərliklərdən 4 cür istifadə edə bilərsiniz: 1. Qaldığınız otelin xüsusi çimərlikləri ola bilər. 2. Təmiz, səliqəli “lido” lara daxil olaraq 2 "lejanka" və 1 çətirə 25 yevro pul ödəyərək3. Özünüzün çətiri və yerə salınacaq həsiri varsa, 2 nəfərə 10 yevro verərək4. Və ən son pul verməyərək çox dar, hər kəsin çox sıx olduğu qum üzərində çimərlik qaydasına uyğun məskunlaşmaqla. Hər halda hər 4 şəraitdə də eyni dənizə girəcəksiniz)))- Mondello yaxınlığında bir çox restoran var, Tripadvisorda yemək zövqünüzə uyğun baxsanız daha yaxşı olar. Biz rastgələ "Chicken out" deyilən bir məkanda əyləşdik, solmon balıqlı salat və dəniz məhsulları ilə olan pasta yedik, porsiyalar kifayət qədər böyük və dadlı idi. Meyvə, tərəvəz marketindən təzə əncir aldıq. Budapeştdə yaşayanlar burdakı ənciri bilir????- Axşam gəzintisi üçün şəhəri başdan ayağa 2-3 saat içində gəzə bilərsiniz. Massimo teatrına baş çəkməyi unutmayın. Palermoda yediyimiz və bəyəndiyimiz yeməklər: Pane con panelle, Aranchini, Pani ca Meusa, Cannoli, Brioche Gelato. Via Vittoria Emanuele küçəsindəki balaca restoranlarda tapa bilərsiniz. Digər gün, "Cefalu town"- a baş çəkdik. Qatar stansiyasından bir tərəfli 6.20 yevroya, 1 saatlıq məsafədə yerləşən bu qəsəbə İtalyanların sevimli yeridir. Biz getdiyimiz vaxt 10 km-lik çimərlikdə 2 nəfər azərbaycanlı, 3 fransız, 2 macardan başqa xarici yox idi. Burdakı çimərlikdə qiymətlər Mondellodan bir qədər baha idi, lidolarda 1 "lejanka"+1 çətir = 25 yevro, iki "lejanka"+1 çətir= 35 yevro idi. Digər seçim isə özünüzün həsiri və çətiri ilə gəlmək idi, amma yenə də rahat istirahət eləmək mümkün deyil. Lejankalar bir-birindən aralı, təmiz və səliqəli idi. Qəsəbə çox kiçik amma mənzərəsi möhtəşəmdir. 10 günlük Siciliya tətilinin ən dadlı "Cannoliso"nu burda yedim. Zövqünüzə uyğun restoran da tapa bilərsiniz, qəsəbənin ən qəşəng restoranı Molo di Cefalu idi. Turist az olsa da, qəsəbədə çoxlu italyan var idi. Aggrigento, Catania ve Taormina haqqında təssüratlarımı başqa postda bölüşəcəm. #Sicily #İtaliyatətilləriƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Xaver Alekberli

1532 dəfə oxunub

Auschwitz - Ölüm düşərgəsi bələdçisi

Polşanın cənubunda yerləşən və milyonlarla insanın Nasist Almaniyası tərəfindən qaz otaqlarında boğulduğu, güllələndiyi, aclıqdan öldüyü, asıldığı, inanılmaz işgəncələrə məruz qaldığı yer - Auschwitz digər adı ilə ÖLÜM DÜŞƏRGƏSİ Üçüncü Reyx (Nasist Almaniyası) tərəfindən ikinci dünya müharibəsinin gedişində qurulmuş ən böyük toplama düşərgəsidir. Burada bütün Avropadan 1.1 milyon insan öldürülmüşdür (1 milyonu yəhudi olmaqla). Almanlar SSRİ-nin üzərinə hücum edərkən ordunun arxasından gələn SS zabitləri (həmin dövrün Daxili İşlər Nazirliyi deyə bilərik) şəhərlərdəki yəhudiləri yığaraq bu kamplara gətirirdi və təxminən 900 mindən insan kampa girən kimi ya birbaşa qaz otaqlarına göndərilir, ya da güllələnərək öldürülürdü. Auschwitz-in 3 düşərgəsi var və bunlar bir-birlərindən təxminən 4-5 km aralıda yerləşirlər. Düşərgələr Polşanın cənubunda Oświęcim qəsəbəsində yerləşir. Buraya getmək üçün ya Krakovdan ya da Katowicedən Oświęcim qatarlarına minə bilərsiniz. Qatar stansiyası ilə düşərgə arasındakı məsafə təxminən 2 kilometrdir. Bir düşərgədən digərinə getmək üçün özlərinin pulsuz avtobuslarından istifadə edə bilərsiniz. Auschwitz 3 hissədən daha doğrusu 3 düşərgədən ibarətdir. 1-ci düşərgə Almanların qərargahının olduğu, təxminən 70 mindən Polşalı yəhudinin və sovet əsirinin öldürüldüyü hissədir. Bundan əlavə hər 3 düşərgənin də idarəsi buradan həyata keçirilirdi. Düşərgənin girişində alman dilində bəşər tarixinin ən böyük yalanı yazılıb "arbeit macht frei" (işləmək səni müstəqilləşdirər) 3 düşərgə arasında ən sağlam vəziyyətdə qalmış düşərgə buradır. Çünki, sovetlərin gəldiyini eşidən almanlar bütün düşərgələri dağıtmışdı amma buranı dağıtmağa imkan tapa bilməmişdilər. Düşərgənin içərisində yerləşən qaz otağından tutmuş, ölüm divarına (əsirlərin güllələndiyi divar) qədər hər hissə insana çox qəribə hisslər yaşadır. Burada hər millət üçün fərqli binalar mövcud olub və o binalar hazırda muzey olaraq fəaliyyət göstərir. Düşərgədəki muzeylər Almanların etdiyi soyqırımı və bu soyqırım qurbanlarının çəkdiyi əziyyətləri ziyarətçiləri təqdim edir. Muzeylərdə minlərlə soyqırım qurbanına aid ayaqqabı, eynək görə bilərsiniz. Almanların dağıtmağa vaxtlarının çatmadığı qaz otağının aurası isə sözlə izah edilə biləcək səviyyədə deyil. Bu otağa həmin dövrdən bəri toxunulmayıb və otağın girişində sadəcə bu sözlər yazılıb "SS-in minlərlə insanı öldürdüyü binadasınız. Lütfən, burada səssiz olun: onların əzablarını xatırlayın və xatirələrinə hörmət göstərin". 2-ci düşərgə (Birkenau) ən böyük faciələrin yaşandığı düşərgədir. Şindlerin siyahısı filminə baxanlar bu hissəni çox daha gözəl xatırlayar. Çünki, filmin son səhnəsi məhz buradakı dəmir yolunun üzərində çəkilmişdi. Düşərgənin içərisinə birbaşa dəmir yolu xətti gəlir (hazırda istifadə olunmur) və müharibə dövründə qatarlara yığılan yəhudilər birbaşa düşərgənin içərisinə gətirilir, buradan sağlam olanlar seçilib ağır işlər görməyə yollanır, qeyri-sağlamlar, qadınlar, yaşlılar, uşaqlar isə birbaşa qaz otaqlarına göndərilirdilər. Həmin sağlam olanlar da ağır işlərdən və işgəncələrdən sonra "qeyri-sağlam" statusu alıb digərləri ilə eyni taleyi paylaşırdılar. Burada 6 qaz otağı və 4 meyid yandırma təsisi mövcud olub. Qaz otaqlarında öldürülən və ya güllələnən insanlar meyid yandırma təsislərinə aparılıb yandırılırdılar. Lakin, bu düşərgədən qaçan 2 yəhudi bütün düşərgənin sxemlərini müttəfiqlərə ötürməyə bacarmışdı və bundan xəbər tutan almanlar, sovet əsgərlərinin də gəldiyini də görərək düşərgəni dağıtmışdılar. Daha doğrusu düşərgədəki qaz otaqlarını və meyid yandırma təsislərini. Əsirləri düşərgəyə gətirən dəmir yolu xətti və 1 vaqon hələ də sağlam vəziyyətdədir. 3-cü düşərgəyə həm vaxt baxımından həm də görüləcək çox şey olmadığından getməmişəm. Amma məlumat üçün deyim ki, 3-cü düşərgə Siemens və onun kimi böyük şirkətlərin işlərini görmək üçün əsirlərin işlədildiyi bir düşərgə idi və o düşərgədə də "gücdən düşmüş" əsirlər 2-ci düşərgəyə gətirilib yandırılırdı. Auschwitzdəki mənzərələr həqiqətən də inanılmazdır, buranı gördükdə insanın insana belə şeyləri necə edə biləcəyinə belə inana bilmirsən. Bir insanın hansı dərəcədə sadist ola biləcəyinin ən böyük örnəklərindəndir Auschwitz. Buradakı insanların fabrik şəklində öldürülüb, yandırılmasına başlıca payı olan insan nə Hitler, nə Gobbels nə də başqa alman generalları idi. Buradakı insanları yaxından görən, onlara bunların edilməsini zabitlərə əmr edən, durmadan daha çox yəhudi öldürməyin yollarını axtaran şəxs SS-in rəhbəri Heinrich Himmler idi. Bütün bu düşərgələrin də fəaliyyəti birbaşa ona bağlı idi. Sovetlərin Stalingrad və Moskvadakı qələbələrindən sonra qəzəblənən Himmler, oradakı öldürülən əsgərlərin də günahını yəhudilərdə görürdü. Düşünürdü ki, bu müharibə yəhudilərə görə başladı, elə isə onlar bunun cəzasını çəkməlidir və bu düşüncə ilə 1943-cü ildən sonra yəhudilərin öldürülməsi daha da şiddətləndi. Hətta alman zabitlər öz yazılı məruzələrində fəxrlə "bu gün 90 min yəhudi" yandırdıq deyə bilirdilər. Düşərgələrə getməzdən öncə mütləq rezervasiya etməlisiniz. Əgər bələdçi ilə rezervasiya istəyirsinizsə təxminən 30 manat ödəməlisiniz. Ödəniş etmək istəmirsiniz və özünüz gəzmək istəyirsinizsə bunun üçün 17:00-dan sonra olan pulsuz rezervasiyaları əldə etməlisiniz. Öncədən rezervasiya üçün visit.auschwitz.org/rezerwacja/termin.html?idg=1 saytından istifadə edə bilərsiniz. Düşərgəyə qatarla getmisinizsə çalışın 20-dan öncə işlərinizi yekunlaşdırın. Çünki, 20:30-da sonuncu qatar yola çıxır Katowiceyə. Krakow qatarı isə 19:30-a qədər işləyir. Ən yaxşı variant isə 20:30-da Katowice qatarına çatmaqdır.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Sadig Aghali

904 dəfə oxunub

Leqonun vətəni - Danimarka

Kopenhagendəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Kopenhagendə, eyni fonda Danimarkada gördüklərim:1) Danimarkalılar sözün həqiqi mənasında qonaqpərvərdirlər.Gələn turistlərə, öz vətəndaşları kimi hörmət bəsləyirlər. İstənilən sayda sualı, istənilən şəxsdən soruşanda, gülərüzlüklə və məmnuniyyətlə cavablayırlar. Neçə dəfə şahidi oldum ki, hansısa marşurutu necə tapacağımı, hansı yerə necə gedəcəyimi soruşanda, sənə izah edir, hətta yolundan dönüb səninlə bəlli məsafəyə gəlib sonra geri - yollarına davam edirlər. (Almaniyada çox az belə hallar gördüm.)2) Danimarkada dükanlarda, alış-veriş yerlərində, nağd pul olaraq avro qəbul etmirlər. Ancaq Danimarka valyutasi ilə ödəniş etmək olur. Kredit kartları istisna. Avro və dollar kredit kartları ilə problemsiz ödəniş etmək olur. Bunun üçün də mərkəzi stansiyasında 10-a yaxın valyutadəyişmə köşkləri var və pulları rahat daniş valyutasına dəyişdirə bilirsən.3) Şahidi olmadığım və əksiklik olaraq gördüyüm isə, avtobus və metro stansiyalarında, marşurutların hansı vaxtlarda çıxması haqda cədvəllərin və marşurutların hərəkət sxemlərinin olmaması idi. Misal üçün, ayın 23-də olan Copenhagen-Qarabağ matçını səhifəmdə canlı yayım etdiyimə görə, stadiondan çıxandan az sonra telefonun və PowerBank-ın enerjisi bitdi. Stadiondan 25 dəqiqə məsafədə olan otelə, 1.5 saata ancaq çata bildim. Əgər stansiyalarda marşurut xəttləri və çıxma zamanları olan sxem və cədvəllər olsaydı (ən əsası sxemlər), o qədər zaman sərf etməzdim. Ondan bundan soruşaraq yollarda qalmazdım.4) Gəzib görüləsi çox gözəl və tarixi yerləri var. Kopenhagenə gedən, ən azından 1 saatlıq (6 avro) qayıq turlarından istifadə etməsi yaxşı olar. Qayıqda bələdçi hər addımda ətrafda olanlar haqda hər cür məlumatları eyni anda həm danimarkaca həm də ingiliscə mikrofonda səsləndirirdi. Beləliklə şəhər haqqında ümumi məlumatlara və təsəvvürə sahib olursan.5) Mənə görə, Danimarkada təhlükəsizlik xidməti, Almaniyaya görə nisbətən daha yaxşı idi. Çünki Danimarka sərhəddinə çatan anda, eyni anda 5-6 polis marşuruta daxil olaraq tək-tək bütün sərnişinlərin pasportunu və s. kontrol edir. Ondan sonra ölkəyə daxil olmaq olur. Sərhəddən keçəndən sonra, elə bil öz ölkəndə yaşayırsan. Yolun ortasında, qatar stansiyalarında və s. polislər saxlayıb sənədləri kontrol etmirlər. Ancaq Almaniyada əksinədir. Çünki hansısa Avropa ölkəsindən Almaniyaya daxil olanda kontrol və s. olmur, ancaq stansiyalarda, yaxud əlində xəritə harasa getmək üçün yollar axtaranda, polislər yaxınlaşıb sənədləri tələb edirlər. Bu da turistləri daha çox narahat edir. Sərhəddə bir dəfə kontrol olarsa, ölkə daxilində insanları hər addım-başı polislərin yoxlayışına gərək olmaz. Hər dəfə polislərin yaxınlaşması həyəcanını yaşamazlar.6) Danimarkanın başqa şəhərlərində belə olub-olmadığını bilmirəm, bəlkədə fərqlidir. Ancaq bunlar məhz Kopenhagendə gördüklərimdir. Hər-halda ölkə boyunca bu cür sistem var.7) Axırda Almaniyaya qatarla gələndə, Almaniya sərhədinə son 45 dəqiqəlik yolu gəmi ilə gəlməyin ayrı ləzzəti oldu. İnsanlar həm gəminin, həm də insanların təhlükəsizliyinə görə qatardan düşürülüb gəmiyə mindirildi. Gedəndə avtobusla (64 avro) getdim deyə 11 saatlıq yol oldu, qayıdanda qatarla (76 avro) 8 saat çəkdi. Danimarkada, bircə marşurutların hərəkət və vaxt cədvəllərini hər stansiyada assalar, Almaniyadakı təhsilimdən sonra, masteri Amerikada yox, Danimarkada etməyi düşünərəm. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Seyidakbar Asgarov

1394 dəfə oxunub

Şəhər bələdçisi - Bern

Berndəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Bu şəhər haqqında yadda qalan ən maraqlı təəssürat o oldu ki, bilmirsən şəhərdi, yoxsa kənd, məsələn, bir tərəf meşə, dar cığırlar və sairə ikən, 200 metr sonra alış-veriş mərkəzləri, restoranlar, şəhərə aid nə infrastruktur varsa görmək mümkündü, çayın o tayı ilə bu tayı ayrı dünyalardı. Bern-in digər maraqlı tərəfi 1191-ci ildə salınan - belə desək, bizim İçəri Şəhəridi. Old Town of Bern vallah heç də köhnə görünmürdü, 6-7 əsr yaşı olan binaların, küçələrin simmetriyası, quruluşu bu insanların gözlərinin elə əvvəldən iti olduğunu göstərir. Şəkildə arxada görünən 1-ci körpü (Unterttorbrücke - Aşağı Qapı Körpüsü) 1489-cu, ikinci körpü (Nydeggbrücke - Yeni Körpü) 1840-cı, sağda görünən qülləli Nydegg adlandırılan kilsə bir neçə dəfə yenilənməklə 1190-1480-ci illərdə tikilib. Burada mərkəzi küçə yarandığı vaxtdan shopping center olub, bizim Targoviy, sadəcə zaman dəyişdikcə çağa ayaq uydurub, əvvəl mal-qoyun, dəyərli əşyalar, saxsılar və sairə satılırdısa, indi bahalı brendlər, 50-60 minlik Hublot-lar, Aldemars Piguet-lər bunları əvəz edir.İkinci şəkil Bern-dən biraz yuxarıda - təpədə yerləşən Rosengarten (Qızılgüllər bağı) dedikləri parkdan qədim şəhərin görüntüsüdü. Uzaq fonda İsveçrənin ən hündür katedralı - Bern Münster düz 472 ilə tikilib. Rosengarten-də Eynşteynin bir heykəli var, skameykada oturub nəsə fikirləşir yenə, lap yaddan çıxmışdı, bu şəhər Einstein-in 1902-1909-cu illərdə yaşayıb yaratdığı şəhər olub. Heykəlin yanında info tabeldə yazılıb, "Bern once inspired Albert Einstein, who developed his famous Theory of Relativity. He almost spent his daytime sitting here with his wife Mileva for working on his Relativity Formula".Кендилерини чок северим, getdim oturdum yanında, qolumu atdım boynuna, bir sağa baxdım, bir sola, baxdım Einstein-ə, indi olmasın, qayıdıb nə desəm yaxşıdı? "7 il burda yaşasam mən theory of time-travel kəşv eliyərdim", bir az fikrə getim, ürəyimdə dedim ağ eləmə.Old Town of Bern Aare çayının qıvrılan hissəsində yerləşir, yeni 3 tərəfi sudu, bu çayın maraqlı tərəfi enli, dərin, gur olmasından başqa yaşılın özünəməxsus rəng çalarında olmasıdı, ki bəziləri fotolarda bunu rəng effekti ilə səhv salır, yaxşısı budur özünüz gedin görün, məndən bu qədər. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Malik Abdullayev

1011 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!