1907 dəfə oxunub

Balkanlardakı gizli “cənnət” - Albaniya bələdçisi

Biraz uzundur, ümid edirəm, oxuyub, bitirə biləcəksiniz
Balkanlardakı... gizli “cənnət”
Həm ucuz, həm vizasız, həm də gözəl Balkan ölkəsi
Sizə bu gün bəhs edəcəyim ölkəni kimə tərifləyirəmsə, hamısı ağız büzür, inanmır. Nə bilim, “Sənə balkan lazımdırsa, get Monteneqronu gəz”, “Xorvatiya daha gözəldir”, “Orda da olmuşam", demək üçün getmisən?” - kimi cümlələr qururlar. Hara qədər yalan danışmaq olar?! Maksimum gedib görəcək və: "Səyahətçi, niyə yalan danışırdın?!" deyəcəksiniz. Bəhs etdiyim ölkə Albaniyadır. Üstəlik, azərbaycanlılar üçün vizasızdır.
Balkan ölkələrini sayanda az qalırlar üstündən keçələr. Mən şans verdim, gözəlliklərini gördüm. Sizə də məsləhət görürəm.
Elə isə başladıq
Balkan ölkələrinə səyahət etməyi planlayanda ən ucuz təyyarə biletini elə Albaniyanın paytaxtı Tiranaya tapmışdım. Ona görə səyahəti AlbaniyaMakedoniyaMonteneqroBosniya və HerseqovinaSerbiya kimi sıraladım.
“Azacık türkçe anlıyor ben”
Ölkənin dili albancadır. Ancaq yaşlı nəsil türkçə başa düşür və çətinliklə qarşılıq verə bilirlər. Orta səviyyədə, hətta deyərdim, lap zəif bildiyiniz ingilis dili bu ölkəni gəzməyə kifayət edər. Pul vahidləri isə “leke” adlanır. 1 avro təxminən 125 “leke”dir.
Hava limanından şəhərə
Tirana Hava Limanından şəhər mərkəzinə hər saatbaşı avtobuslar işləyir. Adamın birini 300 “leke”dən (2.4 avro) aparırlar. Məsləhətdir ki, aeroport ərazisində 5, maksimum 10 avrodan artıq pul dəyişməyəsiniz. Çünki mərkəzə baxanda burada avronu çox ucuz alırlar. Mən 5 avro dəyişdim. Yola və suya çatacaq qədər ????
Tirana Albaniyanın paytaxtı, eyni zamanda, ən böyük şəhəridir. Osmanlı İmperiyası dövründə qurulduğundan daha çox türk şəhərlərini andırır. II Dünya müharibəsində şəhərin xeyli hissəsi dağılsa da, Osmanlının izləri bu gün də qalıb. Dənizə yaxın, ancaq sahili olmayan bir şəhərdir. Yarım günə, piyada gəzib bitirmək mümkündür. Bütün səyahət yazarları Tiranada, eləcə də, Albaniyada qışın sərt keçdiyini, bura getmək üçün ən uyğun ayların may, iyun, iyul, avqust olduğunu söyləyirlər. Mən də belə etdim. Albaniya səyahətimi iyulun əvvəlinə saldım.
Tiranada gəzə biləcəyiniz yerlər
Bu şəhərdə gəziləcək yerlər elə çox deyil. Parkları, meydanları və şəhər mərkəzində 1822-ci ildənqalma bir saat qülləsi var. Eyni zamanda, gəzdikcə xeyli məscid görəcəksiniz. Piramida şəklində olan məşhur bir binası da var. 1988-ci ildə Ənvər Paşa Muzeyi kimi açılıb, indi sərgi və konfrans mərkəzi kimi fəaliyyət göstərir.
Albaniya tarixi ilə maraqlananlar buradakı tarix muzeyinə baş çəkə bilərlər. Təbiəti sevənlər şəhərin şərqindəki Dajti dağına gedə bilərlər. Milli parkdır. Yüksəkliyi 1613 metr olan bu yerdə kanyonlar, şəlalələr, mağaralar, bir də antik dövrlərdən qaldığı deyilən bir qala var. Bir gündən artıq qalmaq istəyənlər üçün yaxşı plan olardı.
Şəhərin gecə həyatı çox maraqlıdır. Pub-ları, barları və ya sakitlik sevənlər üçün həzin musiqili restoranları var. Ən yaxşısı da bu məkanların əksəriyyətinin şəhər mərkəzində olmasıdır. Yeriyərək çatmaq mümkündür. Gündüzləri sakit olan şəhərin gecə həyatı dinamik və əyləncəlidir. Ən məşhur əyləncə məkanları parlament binası yaxınlığındadır. Buralar biraz bahalı yerlərdir. Daha ucuz yerlər axtarırsınızsa, “Blloku” adlanan ərziyə gedə bilərsiniz. Burada canlı musiqisi olan kiçik bar və restoranlar var. Əylənməyə gələnlərin əksəriyyəti isə tələbələrdir. Həftə içi saat 12-dək, həftə sonları isə səhər saatlarınadək əylənmək mümkündür.
Tarixi Kruje şəhəri
Mən Tiranada 2 gecə qaldım. Çatdığımız günün ikinci yarısı bu şəhəri gəzib, bitirdim. Səhərisi gün isə Tiranadan 1 saatlıq uzaqlıqda olan Kruje şəhərinə getdim. Bu şəhərə Tirana avtovağzalından hər gün saatbaşı avtobuslar işləyir. Qiyməti alban pulu ilə 300 “leke”, hardasa 2,4 avrodur. Dağlıq, tarixi, gözəl bir yerdir. Burada dağ mənzərəsinə açılan restoranda oturub içdiyim kofenin dadı hələ də damağımdadır.
Osmanlı dönəmində şəhərin adı Akçahisar olub. Tirananın 20 kilometr şimalında yerləşir və Albaniyanın ilk köhnə paytaxtıdır. İndiki adı əhatələndiyi Kruya dağından götürülüb.
Burada Fateh Sultan Mehmet tərəfindən inşa edilən Kruje Qalasını ziyarət edə bilərsiz. Yüksəklikdə yerləşən qalanın bir hissəsi dağılsa da, gözəl mənzərəyə açılır. Elə bu mənzərəni görmək üçün də yuxarıya qalxmağa dəyər.
Hələ buradakı gözəl mənzərəli restoranları demirəm. Qiymətləri də kifayət qədər ucuzdur. Yadımdadır, bu restoranların birində 4 nəfərə doyunca yeyib-içmişdik. Hesab 10 avro gəlmişdi. İnanmayıb, bir də dəqiqləşdirmişdik ????
Bayaq dediyim Kruje Qalasınının giriş qapısından köhnə bazar (Köhnə Osmanlı Çarşısı da deyirlər) uzanır. Buradan şəhərlə bağlı suvenir, kitab, nə bilim, şəhər insanlarının hazırladıqları əl işlərindən ala bilərsiniz.



Cənubdakı gözəlliklərə doğru
Növbəti gün səhər tezdən Albaniya avtovağzalından cənubdakı Sarande şəhərinə yola düşdüm. Yol təxminən 5-6 saat çəkdi. Bir müddətdən sonra yolun mənzərəsi gözəlləşir, darıxmırsan. Avtobus gün ərzində bir neçə dəfə çıxır. Mən səhər tezdən gedənə üstünlük verdim. Yola 10 avro ödədim.
Getdiyim şəhər Albaniyanın Sarande bölgəsinin paytaxtıdır. Elə adı da Sarandedir. Adriatik Dənizinin kənarında çox gözəl sahili olan bir şəhərdir. Burada 2 gün dənizin, günəşin və çox dadlı yoqurtlu dondurmanın (qiyməti 100 “leke” – 80 sent) dadını çıxardım. Gecələri isə uzun, bitməyən bulvarını gəzib, limanlarını, orada nizamla düzülmüş gəmilərini izlədim. Dəniz mənzərəsində kofedən ləzzət aldım. Bulvarda çox gözəl, bəzilərində gecələr canlı musiqisi olan restoranları var. Burada müxtəlif növ balıq yeməklərinin dadına baxa bilərsiniz.



Sarande çox gözəl sahil şəhəridir. İnsanları mehriban, gülərüzlüdür. Səhərlər insanların çiynində çanta, başında şlyapa dənizə getdiyini, axşamlar isə hamısının qızarmış görünüşdə evə döndüyünü görürsən. Mən də gəldiyim günü və bir gün sonranı dəniz kənarında, günəşlənərək keçirdim. Yaxşıca dincələndən sonrakı növbəti günü Sarandenin 30 kilometrliyində yer alan, “Blue Eye” (albanca “Syri i kaltër” - azərbaycanca mavi göz) adlanan milli parkına yollandım. Sarandedən Elbasan şəhərinə gedən avtobusa mindim. 200 “leke” (1,6 avro) ödədim və “Blue Eye”a gedən yolun üstündə düşdüm. Bundan sonra hardasa 5-6 kilometr piyada yol getdim. Yadımdan çıxmamış onu da deyim ki, Milli Parka giriş üçün də 200 “leke” (1,6 avro) ödəmişdim.



Bura Sarandedən gündəlik turlar da təşkil edilir. Qiyməti hardasa 15-20 avro. Təbii, bahadır. Əgər özün bu turu maksimum 5 avroya edə bilirsənsə... 5 avroya gediş-dönüş bileti və kofe almışdım ????
Buranın necə bir yer olduğuna gəlincə, məncə, gizli qalmış bir “cənnət”dir. Nə bilim, turistlər arasında məşhur olmayan bir gözəllikdir. Yeraltı mağaradan qaynayıb çıxan bulaq gömgöy rəngdədir. Ətrafı meşəlik, gül-çiçəkdir. İnanmazsınız, güllərin üstünə qonan cırcıramalar da eynən yerin altından çıxan bulağın rəngindədir. Özləri tünd göy, qanadları mavi. Suyu buz kimi, tərtəmiz. Temperaturu 7-8 dərəcə olardı. Burada bir neçə dəfə mağaraya girən dalğıclar dönmədiklərindən suya atlamaq qadağandır. Ancaq kənarında suya girə bilərsiniz. Təsəvvür edin ki, təkcə ayağını suya salan insanların səs-küyü hər yanı bürümüşdü.
İcazəli tərəfdəki suya girdim. Ancaq 25 saniyədən artıq qala bilmədim. Çıxanda özümü fərqli hiss edirdim. Ayaqlarım sanki yox idi, bədənim buz kimi, elə bil soyuducudan çıxmışdım. Amma unuda bilməyəcəyim bir təcrübə oldu. Daha öncə bu qədər soyuq suya girdiyimi xatırlamıram.
Albaniyanın ən qədim şəhəri – Gjirokasterdə
Eyni gündə yaxınlıqdakı Gjirokaster (türkçə Ergiri) şəhərinə də getdim. Bura Albaniyanın ən qədim şəhərlərindən biridir. UNESCO-nun mədəni irsinə daxil edilib, çox gözəldir. O türklərin dediyi “arnavut kaldırımları” var ha, şəhər təpədən-dırnağa həmin kaldırımlardandır. Bir sözlə, yaktı beni.
Hər küçəsi, hər binası tarix olan şəhərin silah muzeyinə girdim. Qiyməti 200 “leke” (1.6 avro). Maraqlı idi. Burada orta əsrlərdənqalma silahlar, toplar, eləcə də, tanklar gördüm. Muzey özü də tarixi qalada yerləşir. Həmin qala Osmanlıdan qaldığı üçün həm də Türkiyə Cumhuriyyətinin qoruması altındadır. Şəhərdə çox maraqlı bazar da vardı. Suvenirlərdən daha çox köhnə silah, hərbi geyimlər, su qabları, keçmişdənqalma alışqanlar, xəncərlər, bıçaqlar və s. satılırdı. Dostlarla aramızda azərbaycanca danışdığımızı eşidən hər kəs Türkiyədən gəldiyimizi düşünüb: “Efendim, hoş geldiniz” – deyə, salamlayırdı.
Həmin gün evə qayıdanda, nənəm demiş, “ayaqlarım deyirdi ki, bu dəqiqə səni öldürərəm”. Yəni elə ağrıyırdı. Azı 30 kilometr hərlənmişdim.
Ancaq bu, səhər məni Sarandedən 4 kilometrlik məsafədə yerləşən “Lekuresi” Qalasına (Lëkurësi Castle) getməkdən döndərə bilmədi ????
Sultan Süleymanın tikdirdiyi – “Lekuresi” Qalası
Dediyim kimi, şəhərdən 4 kilometr uzaqlıqdadır. Onun 2 kilometrini avtobusla getmək olur, qalan 2-ni piyada qalxmalısan. Özü də yenə kaldırım (bu millət dağın başında yaşayır, dəhşətdir). Çıxanda özümü danlayırdım, amma yuxarıdakı mənzərəni görəndə hər şeyi unutdum ????
Qalanı 1537-ci ildə Sultan Süleyman Qanuni tikdirib. Məqsədi yaxınlıqdakı yunan adası Korfuya hücum edərkən bu qala vasitəsilə Sarande limanı və onu Butrintə bağlayan yola nəzarət etmək olub. Yuxarıdan görünənlər isə Butrint, Ksamil qəsəbələri və Sarande şəhəridir.



Albaniyanın “Maldivi”
Ksamil qəsəbəsi demişkən, buranı Albaniyanın “Maldivləri” adlandırırlar. Sarendedən 5, maksimum 10 kilometr uzaqlıqdadır. Bu qəsəbəyə Sarandedən hər saatbaşı avtobus işləyir. Gediş haqqı 100 “leke”dir (80 sent). Kiçik bir balıqcı qəsəbəsidir. Adriatik və İon dənizlərinin (Adriatik və Aralıq Dənizi arasında yerləşir) qovuşmasındadır. Yaxınlığında bir neçə kiçik adalar var. Çimərlik qəsəbəsidir. Mən də Albaniyadakı son günümü qəşəngcə istirahət edə-edə keçirim dedim. Bütün günü o yaxınlıqdakı adalara üzüb, geri dönmüşəm. Axşama da qəşəngcə qaralmışdım. Bu dediyim kiçik adalar bir-birlərinə çox yaxın yerləşdiyindən burada hovuz effekti yaradır. Yəni, su o qədər sakit olur ki, dibi görünür. Qumu bəyaz, ətrafı yaşıllıq olan yerdə üzməyin ləzzəti ayrıdır.



Səhəri gün Albaniyadan Makedoniyaya yola düşdüm. Yerli əhali məsləhət gördü ki, bunun üçün ən yaxşı yol Tiranaya dönüb, oradan Skopyeyə getməkdir. Ancaq mən eyni yolu dönmək istəmədiyim üçün Sarandedən Elbasana (avtobus 7 avro), Elbasandan Prenjas şəhərinə (avtobus 3.2 avro), Prenjasdan isə taksi ilə (4 nəfərə 20 avro) Makedoniyanın Struga şəhərinə getdim. Çətin, ancaq görmədiyim yollar idi. Avtobuslar köhnə idi. Yüksək səsdə alban musiqiləri dinləyə-dinləyə getmişəm ????
Biraz da dadlı danışaq
Albaniya mətbəxi Osmanlı, italyan və yunan mətbəxlərinə bənzəyir. Toyuq ciyərindən hazırlanan “Albaniya ciyəri” adlandırdıqları yemək çox məşhurdur. Türklərin “kuru fasülye” dediyi lobya supu, “byrek” adlandırdıqları xəmirdən hazırlanmış, içinə qiymə və ya göyərti, pendir və s. qoyub, bükdükləri yemək, saxsı qabda, sobada hazırladıqları sarımsaqlı, qaymaqlı quzu əti ("Elbasan tava" deyirlər) çox dadlıdır.
Bundan əlavə, paxlava, halva, türk mətbəxindən bildiyimiz oxşar şirniyyatları da var. Rakıları türklərinkindən daha tünddür. İçki sevənlər dadına baxa bilər. Ancaq türklərdən fərqli olaraq içəndə su ilə qarışdırmırlar ????
Hostellərdə qiymət necədir?
Tirananın mərkəzində hostelin 2 gecəsinə 11 avro ödədim. Səhər yeməyi daxil idi. Səhər yeməyi decək, həyəcanlanmayın, cem+yağ (uşaq bağçasını xatırladım), 1 ədəd qaynadılmış yumurta, 1 fincan çay və ya kofedən ibarət idi ????
Sarandedə qaldığım hostelin günü 6 avro idi. 5 gecəyə 30 avro ödədim. Hostel çox yeni, dəniz mənzərəli və səliqəli idi.
Albaniyaya necə getmək olar?
Mən ən ucuz getməyin yolunu İstanbul üzərindən tapdım. Bakıdan “Buta Airways”-lə İstanbula getdim. Bakı-İstanbul-Bakı biletinə 132 avro (təxminən 242 manat) ödəmişdim. İstanbuldan isə “Pegasus”la 53 avroya Tiranaya uçdum (təxminən 97 manat). Dönüşü Serbiyanın paytaxtı Belqraddan İstanbula aldım. Yenə “Pegasus” şirkətindən. Ona da 59 avro (təxminən 108 manat) ödəmişdim. Beləliklə, gediş-gəliş 244 avroya (447 manat) başa gəldi.
Albaniyada nə qədər xərclədim?
Təyyarə və avtobusa (şəhərlərarası və görməli yerlərə getməklə) 280 avro (513 manat), qalmağa isə (7 gün) 41 avro (75 manat) xərcim çıxdı. Beləliklə, qalmaq və yola 321 avro, yemək, muzey və əyləncəyə də 150 avro xərclədim. Restoranları ucuzdur. Albaniyada bir həftə mənə 471 avroya (860 manat) başa gəldi.
Məşhur olmayan gözəlliklərlə dolu Albaniya
Fotolardan da görürsünüz, Albaniya həqiqətən çoxlarının məlumatsız olduğu, gözəl Balkan ölkəsidir. Təəssüf ki, bizdə çoxları ölkənin yalnız paytaxtından ibarət olduğunu düşünür. Mən isə deyirəm ki, ölkəni paytaxtı ilə yarğılamaq olmaz. Hamının anlayacağı İstanbul-Ankara-İzmir, Tbilisi-Batumi fərqini göz önünə gətirin. Nə demək istədiyimi anlayacaqsınız...

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…


Paylaşdı: Guler Mehdizade

DİGƏR BLOQLAR

Nağılla gerçək arasında: Şri-Lanka

ŞRİ LANKA Bu Novruz bayramında biz Şri Lankaya səfər etmişdik və bu səfərlə bağlı məlumatları sizinlə paylaşmaq istərdim. Ümid edirəm ki, səfər etmək istəyənlərə yardımçı olar. İlk öncə qeyd edim ki, Şri Lanka səfərindən öncə ağlımda müəyyən stereotiplər var idi, gəlin ilk öncə onlarla başlayaq.❓ŞRİ LANKA KASIB ÖLKƏDİR❓Ən sadə müqayisəni öz ölkəmizlə edə bilərik; Şri Lankanın ÜDM həcmi Azərbaycandan 2 dəfə çoxdur (~90 mlrd. $), adambaşına düşən ÜDM isə Azərbaycan göstəricisi ilə, demək olar ki, eynidir (~$4.000). Nəzərə alsaq ki, əhali sayına görə Şri Lanka Azərbaycandan 2 dəfə böyükdür (~20 mln.), əslində, bu o qədər də pis göstərici deyildir. Daha ədalətli olmaq üçün onu demək lazımdır ki, adada orta sinif azlıq təşkil edir, siz daha çox daha aşağı sinif insanları görəcəksiniz. Müqayisəli dünyada biz necə qərb ölkələri üçün kasıb görsəniriksə, Şri Lanka əhalisi də bizim insanlar üçün kasıb görsənə bilər.❓ŞRİ LANKA GERİDƏ QALMIŞ ÖLKƏDİR ❓Keçmiş Britaniya imperiyasının müstəmləkəsi olaraq Şri Lanka 1948-1972-ci illərdə Seylon Dominionu, 1972-ci ildən isə Şri Lanka Respublikası kimi tanınmağa başlamışdır. Təxminən 150 il Britaniya imperiyasının bir hissəsi olması adada dərin iz buraxmışdır. Məsələn, Şri Lankada ingilis dili əsas etniklərarası dildir, ona görə də çoxluq ingilis dilində danışır. Britaniya müstəmləkiçiliyinin ən müsbət cəhətləri ən yaxşı mənada burada özünü göstərir. Siz geridə qalmış və inkişaf etməmiş keçmiş Britaniya müstəmləkəsi tanıyırsınızmı?Baxmayaraq ki, Şri Lankada 25 illik vətəndaş müharibəsi cəmi 10 il əvvəl bitib, turist olaraq siz onun fəsadlarını görə bilməyəcəksiniz. Hər halda ən çox ziyarət olunan qərb, mərkəzi və cənub regionlarda bu tamamilə hiss olunmur.Həmçinin qeyd etmək lazımdır ki, Şri Lanka mənim indiyə qədər getdiyim ən təhlükəsiz ölkədir.❓ŞRİ LANKADA XƏSTƏLİKLƏR GENİŞ YAYILIB, KRAN SUYU İÇMƏK TƏHLÜKƏLİDİR, ÖLKƏ ÇOX ÇİRKLİDİR ❓Maraqlıdır ki, bir çox bloqlarda biz buna tez-tez rast gəlirdik və bizə müəyyən qədər təəccüblü gəlirdi ki, niyə içməli su ilə bağlı məlumatlar belə geniş yazılıb. Halbuki bir azərbaycanlı kimi biz özümüz krandan su içməyə ürək etmirik, ona görə buna görə heç narahat olmaya bilərsiniz. Suyu ancaq butulkada alacaqsınız və onun necə doldurulması ilə bağlı sizdə şübhə olmayacaq, çünki, demək olar ki, bütün butulkaların qapağı xüsusi plastiklə örtülü olur.Şri Lanka təmizliyini görə bizi geridə qoyur. Nə şəhərdə, nə də şəhərətrafı yerlərdə ictimai tualetə girsəniz, nə qoxu hiss edəcəksiniz, nə də çirkli tualet görəcəksiniz. Bütün tualetlər isə duşla təmin olunub. Maraqlısı odur ki, siz küçələrdə də bizim öyrəşdiyimiz zibillikləri və siqaret tullantıları görə bilməyəcəksiniz. Ümumiyyətlə, siqaret ayrıca mövzudur, onunla bağlı yazacam, 9 günlük səfər zamanı mən yalnız barmaqla sayılası qədər siqaret çəkən yerli adam gördüm.Şri Lankaya səfər üçün məcburi vaksinasiya yoxdur, xəstəliyi isə sadə gigiyenik qaydalara əməl etmədikdə hər yerdə tapmaq olar. Yenə də çox narahat olursunuzsa, özünüzlə 1-2 dənə “sanitizer” alıb apara bilərsiniz. Həmçinin orada böyük supermarketlərdə rahatlıqla tapmaq olar.❓ŞRİ LANKA OKEANDA KİÇİK ADADIR ❓Əslində, mən də elə düşünürdüm, ancaq Şri Lanka ərazisinə görə Azərbaycandan cəmi 20% kiçikdir. Yeganə fərq isə ondadır ki, ada Hindistandan bir az aralıqda, cənubda və su damcısı formasında olaraq yerləşib. Şri Lanka əhalisinə görə Azərbaycandan 2 dəfə böyükdür, paytaxt Kolomboda isə 6 mln. insan yaşayır.❓ŞRİ LANKADA ASFALT YOL YOXDUR, NƏQLİYYAT QƏNAƏTBƏXŞ DEYİL ❓Qeyd etmək lazımdır ki, yol infrastrukturu Şri Lankada yüksək inkişaf etmişdir. Burada həm adi yollar, həm də pullu avtobanlar var. Pullu yollar 250-300 LKR (Şri Lanka rupisi) arası dəyişir, bu təxminən 2.5-3 AZN-dir. Yeganə mənfi cəhət ondan ibarətdir ki, şəhərlərarası yollar asfaltlı olmasına baxmayaraq, çox dar və 1 zolaqlıdır. Ona görə də 180-200 km məsafəni maşınla 4-5 saata getməli olacaqsınız. Bəzi şəhərlər arasında qatarlar fəaliyyət göstərir, həmişə I və II class alın, bizim pullar adambaşı 2-10 manat arası dəyişir. Həmçinin, nəzərə alın ki, keçmiş Britaniya müstəmləkəsi kimi burada da nəqliyyat istiqaməti fərqlidir. Sadə dildə desək, yolu keçəndə birinci sağa, sonra sola baxmaq lazımdır ????❓ŞRİ LANKA BUDDİST ÖLKƏSİDİR ❓Bunda həqiqət var, çünki çoxluq həqiqətən də buddistdir, amma Şri Lankda 4 böyük icma var: buddistlər, müsəlmanlar, hinduistlər, xristianlar. Maraqlı fakt ondandır ki, siz kimin hansı dinə aid olduğunu bilməyəcəksiniz. Maksimum taksidə hər hansısa bir əlamətə görə insanın hansı dinə sitayiş etdiyini görə bilərsiniz (kiçik Budda heykəli, Krişna posteri, Xaç və s.) və bu sizin üçün tamamilə lazımsız məlumat olacaq. İnsanlar çox tolerant olaraq birlikdə rahat yaşayırlar. Yeganə diqqət etməli bir şey odur ki, heç bir Budda heykəli qarşısında durub şəkil çəkdirmək olmaz (ona qarşı arxanızı çevirə bilməzsiniz), bu yerli insanlara və Buddaya qarşı hörmətsizlikdir.???? ŞRİ LANKAYA SƏFƏRDƏN ÖNCƏ- Vizanı rahat ya online sifariş edə bilərsiniz ($35) və ya hava limanında ala bilərsiniz ($40).- Bütün hotelləri booking.com vasitəsilə rahat rezervasiya edə bilərsiniz. Bizim 2 nəfərlik 9 gün üçün toplam hotel xərcimiz $520 olmuşdur. Halbuki onun da ən bahalısı məhz 2 gün Kolombo-da qaldığımız 5 ulduzlu Marino Beach hoteli olmuşdur. Digər şəhərlərdə qaldığımız bütün hotelləri də məsləhət görürəm: Sigiriyada “Palmyra Nature Resort” (meşədə kotec), Nuwara Eliyada “The Tea Garden” (çay plantasiyasında böyük villada 2 nəfərlik geniş otaq), Hikkaduwada “Neela’s Guest house” (okean sahilində butik hotel), Kandy-də SW Eco Lodge (şəhər mərkəzində Urban stilində hotel).- Əgər siqaret çəkənsinizsə, mütləq öz ehtiyacınızı nəzərə alıb özünüzlə siqaret aparın. Çünki ən keyfiyyətsiz, ağır və tövsiyə edilməyən siqaret qutusu orada 6 AZN-ə satılır. Ən keyfiyyətli “Gold Leaf” və “Dunhill” (British American Tobacco istehsalı) qutusu isə 14 AZN-dir. Yeganə sevindirici hal odur ki, bizdə olduğu kimi onlarda da siqareti dənə ilə satmaq adəti var.- Kredit kartınızda 200-250 dollar pul saxlayın (nə üçün lazım olduğunu yazacam), qalanları isə USD və ya EUR olaraq özünüzlə cash aparın. Mübadilə ilə bağlı narahat olmaya bilərsiniz, valyuta kursu, demək olar ki, bütün adada eynidir (hətta rahatlıqla hava limanında dəyişə bilərsiniz). Ümumiyyətlə, ölkədə valyuta qəbul olunur, ona görə restoran-kafe və ya hotellərdə rahat USD və EUR ödəyə bilərsiniz. Amma yerli pulla ödəniş daha sərfəli olacaq. Daha rahat hesablama üçün: 100 LKR (Şri Lanka rupisi) = 1 AZN (daha dəqiq, 0.97 AZN), 1000 LKR = 6 USD (daha dəqiq, $5.7 USD).- Şri Lanka ada olduğu üçün xaricdən flora və fauna üçün təhlükə yaradacaq hər bir şey ilə bağlı kifayət qədər sərt siyasətləri var. Ona görə də özünüzlə meyvə, ərzaq, bitki və ya toxum aparmayın. Hava limanında onları sizdən alacaqlar.- Əgər çay plantasiyalarına gedəcəksinizsə, özünüzlə mütləq isti bi şey götürün. Nuwara Eliya və Ella şəhərləri günorta mülayim isti, gecələr isə soyuq olur. Kolombo (sahil), Sigiriya və Kandy (mərkəz), Hikkaduwa, Mirissa, Galle (sahil) çox isti (>30 °C) və rütubətli (~90%) olur. Özünüzlə papaq, günəş eynəyi və gündən qoruma üçün kremlər götürməyiniz məsləhətdir. Həmçinin yaxşı olardı ki, şəxsi gigiyena məhsullarını özünüzlə aparasınız (travel pack – Head & Shoulders, Pantene, Always, Discreet, Blendamed və s.).- Şri Lankanın qərb, mərkəz və cənub regionlarına gedəcəksinizsə, musson yağışları sezonuna düşməmək üçün ən ideal sezon Dekabr – Mart ayları arasıdır, May – Sentyabr aylarında güclü musson yağışlarına düşəcəksiniz. Yox əgər şərq və şimal regionlara getməyi planlayırsınızsa, o zaman ən ideal sezon əksinə May – Sentyabr aylarıdır.- Hər ehtimala qarşı Travel Insurance almağı unutmayın. Onu 1 saata cəmi 15 manata ala bilərsiniz.???? ŞRİ LANKA HAVA LİMANINDAN- Təyyarədə sizə xüsusi miqrasiya sənədi verəcəklər (ABŞ-a səfər edənlər bilər), orada ilk qaldığınız hotelin ünvanını və passport detallarını qeyd edəcəksiniz. Passport Control-da bir problem olmayacaq və demək olar ki, heç bir sual vermədən sizi ölkəyə buraxacaqlar.- Mütləq yerli mobil operatorundan nömrə alın, internet paketlə birlikdə (11GB = $12) nömrə sizə pulsuz veriləcək. Biz Mobiteldən almışdıq, ona görə də həmişə 3G internetlə online olurduq, mən 3G-ni heç söndürmürdüm, gecələr bəzən kinoya baxmağımıza baxmayaraq, 9 gündən sonra məndə hələ də balansda pul qalmışdı. İnternet sürətlidir.- Nömrə aldıqdan sonra Pickme application-nı yükləyin. Bu yerli taksi tətbiqidir, baxmayaraq ki, ölkədə həm də Uber var, yerli olmasına baxmayaraq PickMe daha funksionaldır, Taxify (Bolt) və Uberdən daha geniş imkanları var. Məsələn, əvvəlcədən (bir neçə gün əvvəl dəqiq tarix və saata taksi sifariş edə bilərsiniz). Baxmayaraq ki, PickMe ancaq böyük şəhərlərdə işləyir (digər şəhərlərdə də bəxtiniz gətirsə, tətbiqlə taksi tapa bilərsiniz), onun ən başlıca xüsusiyyəti ondan ibarətdir ki, sizə A və B ünvanları arasında məsafəyə görə 90% dəqiqliyi ilə qiyməti göstərir. Tətbiqlə taksi tapmasanız, küçədəki taksi ilə hansı qiymətlə danışıq aparmağı biləcəksiniz. Qısa məsafələrdə Tuk-Tuk və ya Nano car götürməyiniz məsləhətdir, şəhərlərarası rahatlıq üçün minimum Mini götürün. Avtomobilin növünə görə qiymət dəyişəcək. Hava limanından şəhər mərkəzinə Nano ilə xərciniz 1300-1400 LKR (13-14 AZN) və avtobana görə əlavə 250 LKR (2.5 AZN) tutacaq. Qeyd etmək lazımdır ki, uzun məsafələrdə Mini götürəndə kifayət qədər xərciniz çıxa bilər, amma digər tərəfdən bu daha rahatdır. Bəzi qiymətlər; Colombo – Sigiriya (90 AZN), Sigiriya – Kandy (50 AZN), Kandy – Nuwara Eliya (mütləq qatar götürün = 2.5 AZN), Nuwara Eliya – Hikkaduwa (120 AZN), Hikkaduwa – Colombo (qatar daha uyğundur = 2 AZN). Şəhəriçi taksi xərciniz 1-5 AZN arası dəyişəcək.????COLOMBO• Tipik paytaxt şəhəri və meqapolisdir. Şri Lankanın bütün şəhərləri arasında ən az bəyəndiyimiz şəhər oldu. Ancaq yenə də sizə maraqlı ola biləcək köhnə Britaniya dövründən qalmış abidələri ziyarət edə bilərsiniz.• İsti və rütubətlidir.• Burada insanlar daha merkantildir. Ona görə də parkda kimsə sizə yaxınlaşıb, ağacları göstərsə, güllər barəsində danışsa və ya nədəsə yardımçı olsa, dini abidənin yanında sizə onun tarixi barəsində danışmağa başlasa, və ya sizə nəsə göstərmək istəsə, əmin ola bilərsiniz ki, sizdən sonda 500-1000 LKR istəyəcək. Ona görə qabaqcadan özünüzü hazırlayın: “Are you going to ask money for that?”, “Shall I pay anything to you?”.• Bəzi restoranlarda menyuda qeyd edilməsə də, sonda sonda ümumi qiymətlərdən başqa cəm üzərinə 15% ƏDV və 10% service fee əlavə edilə bilər. Ona görə bunu əvvəlcədən dəqiqləşdirin. Ümumiyyətlə isə, restoranlarda qiymət çox münasibdir, ancaq spirtli içkilər bizdən daha bahadır. Yerli istehsal Lion Lager pivəsi belə 400 LKR-dən ucuz verilmir restoranda. Bu arada içmək məsləhətdir (Carlsberg istehsalı), məsləhətli pivədir ????• Mütləq T-Lounge by Dilmah kafesinə gedin. Orada hər növ və formada çay və desert tapa bilərsiniz.• Shopping üçün ucuz mallar almaq istəyirsinizsə, Train Station yanındakı bazara gedin və həmişə qiymət öldürün. Əgər yaxşı danışıq aparmaq qabiliyyətiniz varsa, 15 manata satılan bir şeyi 8 manata ala bilərsiniz (halbuki yerli bunu rahat 5 manata alır :D).• Şri Lankanın super yerli paltar brendi var – Odel. Onun mağazasını siz City Centre mall-da tapa bilərsiniz. Qiymətləri bizim Zara, Pull & Bear və Bershka kimidir, amma keyfiyyətinə görə onlardan daha üstündür.????SİGİRİYA• Səfər etdiyimiz ən isti region idi.• Mütləq Pidurangala və ya Lion Rock-da çıxın. Amma istiliyi nəzərə alsaq, bunu ən geci səhər saat 6:30-da açılışda qalxın. Nəzərə alın ki, turist olduğunuz üçün siz adambaşına 50 LKR deyil, 5000 LKR ödəməli olacaqsınız. ???? Ümumiyyətlə, bütün ödənişli muzeylərdə turist kimi 5-10 qat daha bahalı olan bileti almalı olacaqsınız.• Burada mütləq safariyə çıxın, azadlıqda yaşayan xoşbəxt filləri görmək məsləhətdir. Safari üçün ən yaxşı vaxt axşam 4-dən sonra və ya günorta 12-2 arasıdır. Bu vaxtı fillər su içmək və özlərini yumaq üçün gölə yığışırlar. Safari avtomobili sizə bir tur üçün 4500 LKR-ə, Milli Parka giriş isə bir avtomobilə görə 8000 LKR olacaq.• Fillərə minməyin, ölçülərinə baxmayaraq bu gözəl heyvanlar ağrıdan əziyyət çəkirlər, onları əhliləşdirmək üçün onlara əzab verir və zəncirlə döyürlər, ona görə də onları safari zamanı kənardan izləmək daha yaxşıdır.????KANDY• Şri Lankanın ən fərqli şəhərlərindən biri, burada çoxlu sayda park, abidə, şəhər mərkəzində isə göl var. Burada məşhur Budda müqəddəs evi var, sübhdə (7 am) və ya axşam (6:30 pm) dini mərasimlərdə getmək daha məsləhətlidir.• Gecə istirahət üçün mərkəzdə yerləşən Sky Lounge-a getmək olar.• Təəssüf ki, biz Kandy-də yalnız gecələyib və oradan qatarla Nuwara Eliya-ya getmək üçün gəlmişdik, ona görə də bu şəhər haqqında geniş məlumat verə bilməyəcəm.????NUWARA ELIYA• Şri Lankanın ən soyuq şəhərlərindən biri, gecə temperatur 12-13 °C qədər düşə bilər.• Mütləq çay plantasiyalarını ziyarət edin, ekskursiya istəyirsinizsə, Pedro, Damro (keçmiş Mackwood) və ya Blue Field tea factory-ni ziyarət edə bilərsiniz. Biz Blue Field zavodunu seçdik və çox razı qaldıq. Burada siz həmçinin birbaşa plantasiya çayı ala bilərsiniz, bu çay eksport edilmir və Lipton, Dilmah, Ahmad tea kimi brendlərə satılır, onlar öz əlavələri və dəyişikliklərini edərək bazara çıxarırlar. Ona görə də 100-200qr çayın burada niyə 15-20 AZN olmasına təəccüblənməyin.• Təəssüf ki, çay plantasiyalarında işləyən insanlar bizə reklamlarda göstərildiyi kimi o qədər də xoşbəxt deyil, gündəlik 20kq hədəflə səhər saat 7-dən 5-ə qədər çalışmaqla insanların aylıq maaşı cəmi 150.000 LKR-dir (150 AZN). Ona görə də onlarla şəkil çəkdirmək istəsəniz, mütləq icazə alın və şəkil çəkdirəndən sonra onlara 200-500 LKR hədiyyə edin. Belə onları sevindirə bilərsiniz.• Mütləq Ramboda Falls şəlaləsini ziyarət edin.• Ümumiyyətlə, Nuwara Eliya Kiçik İngiltərə sayılır, belə ki, həm iqliminə görə, həm də burada çoxlu sayda plantator evləri və qədimi binalarına görə. Mütləq Grand Hotel-gedin və orada Magnolia restoranında şam edin və hoteli gəzin. Grand Hotel-də super bar var, orada da gedə bilərsiniz. Magnolia-da gecə bufeti də olur, amma adambaşı 3500 LKR ödəməyə dəyməz. A la carte menu daha münasibdir.• Burada həmçinin The Hill Gentlemen Club var, ora da gedə bilərsiniz, amma nəzərə alın ki, burada adambaşı 200 LKR giriş pulu verəcəksiniz, sonda isə toplam məbləğin üzərindən 25% ƏDV və service fee ödəməli olacaqsınız. Bizim Şri Lankada ən bahalı şam yeməyimiz məhz bu restoranda olmuşdu (5900 LKR = 59 AZN). Həmçinin, burada ciddi dress-code və face control var. Rəsmi geyimdə gəlsəniz, sizin Gentlemen Room-a alacaqlar, əgər pencək və qalstuk olmasa, təəssüf ki, Casual Room-a getməli olacaqsınız. Şortla sizi içəri almayacaqlar.• Bu şəhər bütün Şri Lankada çay plantasiyalarından başqa həm də çiyələk fermaları ilə məşhurdur. Mütləq Adma Agro Strawberry Shop-a gedin.????HİKKADUWA• Hind okeanı sahili. İsti, günəşli, təmiz, hamı üçün açıq.• Mütləq yaxınlıqda yerləşən Mirissa beach və Galle şəhərinə səfər edin.• Galle-də siz hollandların hələ əsrlər əvvəl tikdikləri və indiyə kimi dəyişməyən şəhərini və mayakı görə bilərsiniz.• Həmçinin Unawatuna (Dalawella beach)-da məşhur palma ağacı var. İnsanlar adı ağacdan belə pul edirlər – swing-dən tullanıb xatirə fotosu üçün 500 LKR verməli olacaqsınız. ????• Sahildə kef edin ????????Total Spending for 2 persons for 9 days:- Air ticket: $1000 (Dubai transit)- Hotels: $520- Entertainment, transport & food: $700- Shopping: $300Bütün bu yazdıqlarımı öncədən bilən, planlayan, təşkil edən və büdcələyən həyat yoldaşıma kudos! ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Aliyar Huseynov

3608 dəfə oxunub

Romanın ən görkəmli 5 yeri

Mənim üçün ölməzdən öncə görüləsi ölkələr siyahısında ilk pilləni İtaliya tuturdu. Və ötən ay 28-ci ad günümdə özüm-özümə bu hədiyyəni etmiş oldum. Əminəm ki, bir gün vaxt düşünmədən, tələsmədən bu ölkənin bütün tarixi şəhərlərini, gözəl kiçik qəsəbələrini görmək üçün yenidən buraya geri qayıdacam. Bu səyahətimdə İtaliyanın 4 şəhərini Milan, Florensiya, Roma və Venesiyanı görmək nəsib oldu. İndi isə Romada gəzərək gördüklərimin bir hissəsini sizinlə paylaşmaq istəyirəm. İtaliya və Roma sevənlər üçün ümid edirəm maraqlı olacaq. 1. Kolizey (Colosseum). Hər birimizin ömrümüzdə bir dəfə də olsa eşitdiyimiz və gördüyümüz möhtəşəm memarlıq abidəsi. Romaya gecə gəlmişdik və səhər oteldən çıxan kimi ilk istiqamət aldığımız yer bura oldu. Romanın və bütünlükdə İtaliyanın ən başlıca simvollarından biri olan bu memarlıq abidəsinin ilk adı Flavius ​​Amfiteatrı olub. Kolosseum adı isə amfiteatra 8-ci əsrdə verilmiş ikinci adıdır. Kolizeyin inşası 8 il - eramızın 72-ci ildən 80-ci ilinə qədər davam edib. İnşasına İmperator Vespasian tərəfindən başlanan amfiteatrın tikinti işləri oğlu İmperator Titusun hakimiyyəti zamanı bitir və imperator açılış şərəfinə 100 gün fasiləsiz oyunlar günü elan edir. Uzun müddət bura romalıların əyləncəsinə xidmət edib. Romalılar burada qladiator və vəhşi heyvanlarla döyüşləri izləyirdilər həmçinin burada dəniz döyüşlərini də səhnələşdirirdilər. Hal-hazırda amfiteatrın daxilinə və Roman forumuna giriş bileti ikisi bir yerdə 16 euro təşkil edir.  2. Roman forumu (Roman forum & Palatine Hill). Kolizeyin təəsb süratlarından ayrılmamış özünüzü burada tapacaqsınız. Eramızdan əvvəl 46-cı ildən başlayaraq öz qüdrətlərini və böyüklüklərini göstərmək üçün imperatorlar öz adlarını daşıyan Forumlar yaratmağa başlayırlar. Burada yaradılan ilk forumun imperator Sezara məxsus olduğu təxmin edilir. Ondan sonra digər Roma imperatorları da əsrlər boyu adlarını əbədiləşdirmək üçün forumlar qurmağa başlamışlar. Forumların qurulması təxminən 150 il davam etmişdir. Sezar Forumunun qalıqları, Augustus Forumu, Vespasian Forumu, Nerva Forumu, Trayan Forumu və Sülh Məbədi bu günə qədər qorunub saxlanmışdır. 3. Venesiya meydanı ( Piazza Venezia) - Romadakı ən məşhur meydanlardan biridir. Roman forumundan sonra yol sizi bu meydana gətirib çıxaracaqdır. Meydanın adı eyni adlı saraydan - bir vaxtlar Romada Venesiya Respublikasının nümayəndəliyinin yerləşdiyi Palazzo Venezia sarayından gəlir və indi bir muzey və kitabxanası var. Bütün İtaliyanı birləşdirən və ilk kralı olan Viktor Emmanuel II - Vittorianonun şərəfinə burada at üzərində 12 metrlik Kral Viktor Emmanuel II heykəli ucaldılmışdır. Heykəlin altında Naməlum Əsgərin məzarı olan Vətən qurbangahı (Altare della Patria) yerləşir. Buradan Roma şəhərinin digər görməli yerlərinin kəşfinə başlamaq olar. Əsas memarlıq abidələri bu meydandan təxmini eyni məsafədə yerləşir.4. Panteon - öz dövrünün şah əsəri sayılan daha bir memarlıq nümunəsi. Kahinlər və adi insanlar arasındakı səddi pozan ilk dini binadır. Əvvəllər yalnız kahinlərin tanrıların ziyarətgahına girməsinə icazə verilirdisə, Panteonun inşası ilə tanrılar hər kəsə məxsus olmağa başladı. Bu gün gördüyümüz Pantheon isə II əsrdə köhnənin yerinə, İmperator Hadrian tərəfindən qurulub. Latınca girişdə olan "M. AGRIPPA L F COS TERTIUM FECIT " yazısı isə " Luciusun oğlu, üçüncü dəfə konsul seçilən Mark Agrippa tərəfindən quruldu" anlamına gəlir. Panteonun daxilinə giriş sərbəstdir. Ödəniş tələb olunmur.5. Trevi fontanı ( Fontana di Trevi) - Romada olsanız və yenidən buraya qayıtmaq istəsəniz, məşhur Trevi Bulağına bir qəpik atdığınızdan əmin olun.) İki qəpik atsanız, sevginizi tapacağınız, üç - evlilik, dördü - var-dövlət anlamına gəlir, amma çalışın çox atmayın, atılan beş qəpik ayrılığa səbəb olacağına inanır Romalılar. Hər il bulaqdan təxminən 700.000 avroya qədər qəpiklər toplanılır. Əgər fontan önündə rahat şəkil çəkdirmək istəsəniz o zaman səhər tezdən oyanmağınız lazım gələcək. Günün bütün saatlarında fontan ətrafında adam əlindən tərpənmək olmur.Bunlar Romada ilk gündə gördüklərim idi. Vaxt olduqca şəhərin digər görməli yerləri barədə də yazacam. Hamısını bir posta yerləşdirə bilməyəcəyimdən ardını da gələn səfərə saxladım. Əlavə olaraq gəzintidən bir neçə şəkili əlavə edirəm. Maraqlı gəlsə oxuyun :)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:Ayxan Racabov

2672 dəfə oxunub

Gəzəyən məsləhəti - İtaliya

Milandakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Yəqin ki, son günlər trend olan 700 rəqəmi sizin də qarşınıza çıxıb. Təsəvvür edin böyük bir zalda qabaq sırada oturub 2 saat ərzində bir neçə dəfə gülmək üçün 700 manat ödəyirsiz. Yox, yox bu bizlik olmadı. Bəs bir gəzəyən 700 manata nə edə bilər deyə fikirləşsək çox nəticə tapa bilərik)))Məsələn 9 gün İtalyanın şimalında 5-6 şəhər gəzib, gözəl otellərdə qalıb sakitlikdən və təbiətin gözəlliyindən həzz ala bilərsiz. (Nə danışırsan Azalla Bakı-Milan-Bakı bileti qiyməti 800 manatdır deyənlər, yararlana bilərlər) Növbəti aya iki nəfər dostuma köməklik üçün hazırladığım mini İtalya turunu paylaşım, görün 700 manata nələr etmək olar.19.11.2019-Tiblis-Milan-49 manat ✈️✈️ (Ryanair-4 saat 10 dəqiqə)19.11.2019-20.11.2019-Canova Hotel Milan 3*-130 azn (2 nəfərlik otaq)20.11.2019-Milan-Como gölü-10 azn ???????? (qatarla-35 dəqiqə)20.11.2019-22.11.2019-Villa Belvedere Como Lake Relais 3*-200 azn (2 gün-2 nəfərlik otaq)22.11.2019-Como-Milan-Garda gölü-30 manat ???????? (qatarla 2 saat)22.11.2019-24.11.2019-Hotel Cristal 3*-175 azn (2 gün 2 nəfərlik otaq)24.11.2019-Garda-Venesiya-20 manat ???????? (qatarla 1.5 saat)24.11.2019-26.11.2019-Hotel Plaza 4*-190 azn (2 gün-2 nəfərlik otaq)26.11.2019-Venesiya-Milan-Bergamo-50 manat ???????? (qatarla 3 saat)26.11.2019-27.11.2019-Citywalls Guest House-80 manat (1 gecə, 2 nəfərlik otaq)27.11.2019-Milan Bergamo-Tbilisi-49 manat ✈️✈️ (Ryanair-4 saat 10 dəqiqə)-Ümumi nəqliyyat xərci- Adamabaşı-200 manat-Ümumi otel xərci-(Adambaşı-385 azn)-Axı 700 manat olmadı, bəs qalan 115 manata nə edərəm fikirləşirsizsə onu da Visametric İtalyaya verib İtalya vizası ala bilərsiz-Bu otellər dostlarımın olduğu otellərdir, istəsəniz hostel və ya daha ucuz oteldə qalıb otel xərcini yarı-yarıya azalda bilərsiz.-P.S-Eyni tarixlərdə Ryanairlə Milan-Barcelona və ya Barselona-Milan bilet qiyməti 20 manatdır,-Bir səyahətdə 3 ölkədən az görməsəm qayıda bilmərəm deyirsizsə İtalya, Comodan-İsveçrə Luganoya qatarla cəmi 40 dəqiqəyə çata bilərsiz. Bilet qiyməti 24$-İtalyada möhtəşəm Alp mənzərəsi görmək istəyənlər Garda və ya Milanda avtomobil kirayə götürüb şimala Dolomitlərə gedə bilərlər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gəzgin Həyat

1587 dəfə oxunub

Kiçik və sevimli kafelər şəhəri - Lvov bələdçisi

Sevgili gəzəyənlər, içinizdə ən az yarınız Lvivi gəzmisiz, görmüsüz, bilirəm, amma gəzməyənlər üçün praktik bilgiləri paylaşım dedim:) - Lvivə getmədən əvvəl telefonunuza Uklon və ya Bolt aplikasiyasını yükləyin. Ukrayna nömrəsi olmayınca orada yüklənsə belə aktivləşmir, getmədən yükləyin, aktivləşdirin hazır hala gəlsin. Bu sayədə sizi mərkəzə 300 qrivnaya aparacaq havalimanı taksisinə kinayəylə baxıb 100 qrivnayla şəhərə gedə biləcəksiz. Qoçaq gənclər aeroportdan avtobusla da gedə bilərlər - universitet dayanacağında düşüb 5 dəqiqə yeriyəcəksiniz uzağı. - Lvivdə yaxşı otellər bahadı, orta hallı otellərdə də qalmaqdansa airbnb ilə ev tapın. Rınok meydanının düz dibində - Staroevreyskiy küçəsində çox təmiz, səliqəli, mətbəx ləvazimatları olan evdə iki nəfərə 60 manata qala bilərsiz, məsələn. Bir az kənarda daha ucuzları da var.- Lvivdə hər şey Rınok meydanı ətrafında dönür - yemək, əyləncə, gəzmək... Amma siz Vısokiy Zamoka, Likaçiv məzarlığına (giriş 50 qrivna), Strijskiy Parkına, Operaya (operanı gəzmək 80 qrivna), bazara da gedin ki, gerçək Lvivi görün. Qışda soyuq olur, amma yazda, yayda ərinməyin, meydandakı Ratuşa binasının təpəsinə çıxıb Lvivi oradan seyredin. Vaxtınız varsa və yaz aylarında gedəcəksizsə Lviv ətrafını da gəzin, Roqatin, İvano Frankovsk tərəflərdə çox qəşəng yerlər var. - Lvivə gedən kimi “Lvivska Maysternya Shokoladu”dən “Lokal kart” alın. 1 qrivna ödəyəcəksiz. Kartı pulsuz verən yerlər də var. Krem rəngi olanını alın. Bu kart bir çox restoran və mağazada keçir, mütləq oxudun. Bonus toplayır, endirim olur. Məsələn, mən iki dəfə kartın keçdiyi yerdə yemək yedim, sonra Lvivska Plyaskada ştrudeli Lokal kartın bonusu (bofon) ilə ödədim. Belə maraqlı sürprizləri olur. İnternet saytı var, oradan harda keçərli olduğunu filan oxuya bilərsiz. - Lvivdə gediləcək yemək, içmək, şirniyyat, səhər yeməyi verən yerlər - Baçevski, The Most Expencive Galician, Atlas Deluxe Hotel (Szkocka), Amadeus, Tsukor (Red ve Black şöbeleri), Feliçita, Atlas, Veronika, Grand Kafe Leopolis, Gas Lamb, Pravda Beer, Kriivka, Alternative Kava, Mushly Bar, Kava Manifacturenin altındakı şaxta-kofe dükanı. - Lvivdə alınacaq şey - şokolad, kofe. - Əgər səhər oteldən ayrılmsızsa və əşyalarınızı qoyub axşama qədər gəzmək istəyirsizsə, Operanın qarşısında Svoboda 35-də və meydanın yanında - Şevska 12-də saxlama yerləri var. İki baqaja bir gün üçün 80 qrivna ödədim. - “Nə qədərə başa gəlir”i soruşmayın:) Tamamilə sizə bağlıdı - Lviv hər büdcəyə görə alternativi olan şəhərdi. Məsələn, bir nəfərə 35-40 manata çox yaxşı bir yerdə axşam yeməyi (içkisiz) yemək də mümkündü, 8-10 manata gürcü restoranında xəngəl, xaçapuri yemək də, 3-5 manata borşla mədəni doyurmaq da. Sizə qalmış məsələdi. Sualı olan gəlsin:)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Könül Şamilkızı Nesibova

1555 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!