1303 dəfə oxunub

Drakulanın iziylə - Transilvaniya turu, I gün - Cluj-Napoca

Budapeştə köçəndə ev sahibimlə ilk ziyarət etdiyimiz yerlərdən biri Macar Parlamentinin əzəmətli binası olmuşdu. Parlamentin önündə mavili-qızılı zolaqlı və üzərində ay və səkkizgüşəli ulduz olan bayraq marağımı cəlb etmişdi. Ev sahibimdən soruşanda demişdiki, bu Transilvaniyanın bayrağıdır. Sonradan öyrənmişdim ki, tam olaraq Transilaniya deyil, Rumıniya ərazisində yaşayan macarları təmsil edən Szekerlandın bayrağıdır. Araştırma zamanı Transilvaniyanın həqiqətən yer adı olduğunu öyrənmişdim. Daha öncələri elə bilirdim ki, Transilvaniya xəyali bir ərazidir və ya sadəcə əsatirlərdə, əfsanələrdə mövcuddur. Sonradan Dracula, Van Helsing haqqında baxdığım filmlər məndə gedib Transilvaniyanı görmək arzusu oyatdı. Və beləcə kiçik bir səyahət planı hazırlayıb iyul ayında 4 günlük Rumıniyaya səyahət etdim.

icra hakimiyyeti

Rumıniya Avropa Birliyinə daxil olsa da şengen ərazisi hesab olunmur, buna görə də özünün ayrıca vizası var və Azərbaycan Respublikası vətəndaşlarından viza istəyir. (Bu yazıda Azər Rumıniya vizasını necə aldığını paylaşıb). Rumıniyaya daxil olmağın bir başqa yolu isə multi-girişli şengen vizasına və ya Avropa Birliyi ərazisindəki dövlətlərdən birindən yaşama icazəsinə sahib olmaqdır. Mənim Macarıstanda yaşama icazəm olduğundan viza məsələləri ilə çox da əlləşmədim.

CLUJ-NAPOCA

Cluj-Napocadakı otellər və hostellərin siyahısı

Cluj-Napoca Rumıniyanın paytaxt Buxarestdən sonra 2-ci, Transilvaniyanın isə ən böyük şəhərdir. Daha çox yerli və xarici tələbələrin çoxluğu diqqət çəkir Clujda. Cluj sözünün mənası dağların arasında yeləşən şəhər deməkdir. Elə havasından da hiss edəcəksiz ki, şəhər dağların arasında yerləşir, bürkülü, bir az da rütubətli havası var. Şəhərdə 50000-dən çox macar yaşadığından ən çox danışılan ikinci dil macar dilidir.

Rumıniyaya Budapeştdən WizzAirlə uçdum. Budapeşt – Cluj-Napoca biletini 2 həftə öncədən 15.90 euroya almışdım. Uçuş cəmi 1 saat çəkdi, passport yoxlamadakı uzun-uzadı sorğu-sualdan sonra (niyə gəlmisən, qayıdış biletini göstər, qalacağın yerləri göstər və s.) daxil oldum Avram İancu adına beynəlxalq hava limanına.

bilet

Hava limanından şəhər mərkəzinə 8 nömrəli avtobus və ya 5 nömrəli troleybusla getmək olar. Dayanacaq hava limanının ərazisindən çölə çıxan kimi sağda yerləşir. Dayanacağın yanındakı butkadan 4 lei (86 cent) verib 2 gediş üçün bilet aldım. (bilet almaq üçün olan makina çalışmırdı, butkadakı xaladan isə yalnız nəğd pulla alış-veriş etmək olar). Biletlər 2 gedişlidir, hər dəfə biletin 1 tərəfini nəqliyyatdakı maşında oxutmaq lazımdır. Təxmini 25 dəqiqədən sonra gəldim çatdım şəhər mərkəzinə, buradan isə qalacağım apartı tapmaq lazım idi. Sağ olsun Avropa Birliyinin roamingi aradan qaldırma siyasəti, 4G interneti qoşub aparta doğru xəritəni izlədim.

Şəhər mərkəzinə 10 dəqiqəlik piyada məsafəsində olan Cazare Vio otelində özümə 1 gecəlik yer book eləmişdim. 1 gecəsi – 20 avroya. Ev sahibləri cizgi filmlərindəki tombik şirin nənə-babalara bənzəyən bir cütlük idi. Clujdakı başqa otellərə bu siyahıdan baxa bilərsiz. Beləcə əşyalarımı yerləşdirib üz tutdum şəhərə doğru.

Cluj-Napocadakı görməli yerlər:

corvinus st michael church cluj

  • Union Square (Piata Unirii) – şəhərin əsas meydanı. Rumınlar demək olar ki, bütün şəhərlərdəki əsas meydanları Piata Unirii adlandırırlar.
  • Michael’s Roman-Catholic kilsəsi – 1350-1487-ci illər arasında tikilib və ölkənin ən görkəmli qotik memarlıq nümunələrindən biri hesab olunur. Kilsə həm də Transilvaniya böllgəsinin ən hündür qülləsinə sahibdir, giriş pulsuzdur və yan tərəfində macar kralı Matthias Corvinusun at üzərində olan heykəli var.
  • Güzgü küçəsi (Strada in oglinda) - Kilsənin arxa tərəfində, arxası kilsəyə doğru durduqda qarşıda Güzgü küçəsi dayanır. Bu küçənin özəlliyi ondan ibarətdi ki, küçənin sağ və sol tərəfindəki binalar və binaların üzərindəki naxışlar tamamilə simmetrik tikilib. Mən orda olanda sağ tərəf təmir olunmuş, binalar səliqəyə salınmışdı, sol tərəfdə isə təmir hələ də davam edirdi amma yenə də simmetrikliyi görmək olurdu. Mənim kimi simmetriya sevənlər üçün bu küçə əsl cənnətdir :D
  • Muzey meydanı (The Museum Square) – Clujun ən qədim meydanıdır, özündə bir neçə arxitektur nümunəni birləşdirir, bundan başqa muzey son illərdə avtomobillərə qapadılıb və sadəcə piyadaların girişinə icazə var.
  • Franciscan Kilsəsi - Muzey meydanında yerləşir, qotik tərzdə tikilib

[caption id="attachment_317" align="aligncenter" width="550"]corvinus corvin house casa Corvinusun doğulduğu ev[/caption]

  • Matthias Corvinusun evi – Corvinusun 1443-cü ildə məhz bu evdə doğulub. Evin içərisi qotik dövrün sonlarına yaxın bir neçə şeyi özündə qoruyur, bundan başqa ev İncəsənət və Dizayn Universitetinə ev sahibliyi edir.
  • Metropolitan Ortodoks Katedralı (The Metropolitan Orthodox Cathedral) – katedrala giriş pulsuzdur.
  • Milli teatr və Rumın milli opera evi – Ortodoks katedralının önü ilə irəliləyincə qarşınız çıxacaq. 1904-06-cı illərdə, avstriyalı memarlar Ferdinand Fellner ve Hermann Helmer tərəfindən barok üslubda tikilib. Milli teatr və Rumın milli opera evi institut kimi 1919-cu ildə qurulub və Rumıniyada ən prestijlilərindən hesab olunur. Buradakı tədbirlərə dünyanın bir çox ölkəsindən turistlər gəlir.

[caption id="attachment_318" align="aligncenter" width="550"]milli teatr ve opera Milli teatr və Rumın Milli opera evi[/caption]

  • Dərzilər qülləsi (Tailors’ tower) – Teatra gəldiyiniz yolla davam edərkən yolun sağında görə bilərsiniz. Clujda 18 dənə qoruma və gözətçi qülləsi olub və bunlara müxtəlif peşə sahiblərinin adları verilib (dərzilər qülləsi, qəssablar qülləsi və s). Şəhərin qüllələrə yaxın yerlərində məhz o peşə sahibləri yaşayırdılar və şəhəri, şəhərə olan hücumlardan qorumaq məhz bu peşə sahiblərinin vəzifəsi idi.
  • Şəhər divarları (The city walls) – 1241-ci ildə tatar işğalından sonra şəhəri tatarların hücumundan qorumaq üçün tikilib. Şəhər divarları demək olar ki, bütövlükdə dağılsa da çox kiçik bir hissəsi bu günümüzə gəlib çatıb.
  • Əczaçılıq tarixi kolleksiyası (The collection of the History of Pharmacy) – Kolleksiya Clujda əczaxana kimi tanınan ən qədim binada yerləşir (1573-cü il). Tarixi dövründə kolleksiya bir neçə əczaçı ailəsi tərəfindən əl dəyişdirib və bu gün “muzey” kimi fəaliyyət göstərir.
  • Şəhər qəbirstanlığı (The Central Cemetery) – Qəbirstanlığın tarixi 1585-ci ildə taun xəstəliyindən ölənlərin şəhər divarlarından kənarda basdırılması ilə başlanıb. 400 ildən çoxdur ki, fəaliyyət göstərən bu qəbirstanlıqda ən qədim baş daşının üzərindəki tarix 1599-cu ili göstərir. Qaldığım otel qəbirstanlığın demək olar ki, içində yerləşdiyindən, “otel”dən rahatlıqla qəbirstanlığa düşmək olar.

IMG_0037

Beləcə bu yerləri bir-bir gəzib, qaldığım aparta qayıtdım. Səhərisi gün tezdən oyanıb, Drakulanın doğulduğu və orta əsrlərdən qalma rəngli-rəngli evləriylə məşhur Sighişoaraya gedəcəkdim.

Beləcə Cluj-Napoca yazımı burada bitirirəm. Növbəti yazıya Sighişoaradan davam edəcəm.  Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Babek Musa-Zadeh

DİGƏR BLOQLAR

Vyetnam bələdçisi

Salam, Gəzəyənlər!Sizlərlə Vyetnam ???????? səfərim barədə təəssüratlarımı bölüşmək istəyirəm. Yenə o qədər də populyar olmayan bir istiqamətdə hərəkət etmək qərarına gəldim. Mənim üçün turistlə qaynamayan yerlərin ayrıca yeri var. Bununla bağlı həttə yeni bloq açmışam və orada maraqlı məlumatlar paylaşacam və səyahət məaləhətləri verəcəm. Səhifənin adı chilly_traveler , maraqlananlar izləyə bilər.İlk öncə qeyd edim ki, gözləntilərimdən qat qat üstü bir təcrübə yaşadım. Gözlədiyimdən artıq çirkli idi, həddindən artıq xaotik (motosiklet va maped sayı maşın sayından 20 dəfə çoxdur), harada kı, yolu keçərkən heç kim yol vermir və 360 dərəcə ətrafa baxmaq lazımdır, çünki hər yerdən bir motosiklet çıxa bilər, hər tərəfdən siqnal səsi gəlir (Azərbaycandan 10 qat artıq), küçədə gəzmək çətin, turist görənlər dərhal nəsə satmaq istəyir, motosiklet sürücüləri əlindən tutub harasa dartırlar, yemək iyisi bütün ölkəni bürüyüb, ictimai nəqliyyat yoxdur və s. Lakin bütün bunlar hamısı bir yerdə fərqli və çox maraqlı bir atmosfer yaradır. Mən isə bu atmosferə vuruldum. Qısaca Vyetnamda nə etmək olar:Hanoi (paytaxt):- Küçə yeməyi turu (street food tour) etmək olar. Bir bələdçi sizi mərkəzdə gəzdirəcək və vaxtaşırı müxtəlif budkaların qabağında dayanıb fərqli yeməklərin dadına baxacaqsınız. Ümumiyyətlə, mətbəxlərini sevirəm. Pho Bo supunu öncədən sevirdim, burda isə demək olar ki, hər gün yeyirdim. Ayrıca qurbağa əti yedim ilk dəfə. İyrənc səslənsə də, toyuq ətinin daha şirin versiyasıdır.- Yemək bişirmək dərsi (Cooking class). Bu turda Vyetmam mətbəxinin müxtəlif yeməklərini bişirməyi öyrənəcəksiniz. Çox məsləhətdir.- Alış-veriş. Geyim, aksesuar və əl işləri əsasən yayılıb. Geyimlərin çoxu saxta gucci, armani olsa da, bəzi yerli butiklərdən yaxşı qiymətə yerli istehsal, keyfiyyətli paltar almaq olar. Əl işləri isə almaq məsləhətdir.- Train Street. Gördüyüm ən qeyri adi küçələrdəndir. Küçənin ortasından gündə bir neçə dəfə qatar keçir. İnsanlar qapısı isə bu küçəyə açılır. Hətta çoxlu coffeeshop var, harda oturub qatarın səndən 10sm aralı keçməyini izləmək olar.Halong Bay:- Vyetnamın ən turistik yerlərindəndir. Çox gözəl bir yerdi və məncə həyatda gediləsi yerlərdən biridir.- Burada çox insan gəmi otellərdə, dənizin ortasında gecələyir. Məndə elə etdim, möhtəşəm idi.- Mirvari fermalarına gedib baxib, yaxşı qiymətə təmiz mirvari almaq olarHoi An:- Ən autentik şəhər adlandırardım. Xırda şəhərcikdi, evləri eyni tərzdədir və gəzməyi zövq verir.- Dərzilər. Burada siz bir gün ərzində istədiyiniz parçadan paltar tikdirə bilərsiniz. Hətta istədiyiniz əşyanın şəklini göstərsəniz kifayətdir. Sizin ölçüləri götürəcəklər və səhərə hazır olacaq paltar. Çatdırmasanız götürməyə, evinizə belə göndərəcəklər.Ho Chi Minh (keçmiş Saigon):- Məşhur bazarına gedib alış-veriş edə bilərsiniz. Alver isə gülməlidir bəzən, sizə qiyməti deyirlər və siz cavab verməmiş “Okey, discount” deyib özləri qiymət öldürür))- Mərkəzi əyləncə küçəsi (Pham Ngu Lao) isə insan izdihamıdır. Yemək yeyənlər, karaoke oxuyanlar, nəsə satanlar, ətrafa baxan turistlər, yerli gənclər. Çox fərqli basabasdır. Beləsini görməmişdim (Cümə günü idi).- Küçələrdə sərin tropik meyvə şirələri ucuz qiymətə içə bilərsiniz.- Motosiklet ilə şəhər turu (biraz təhlükəli ola bilər, amma dəyər).Mekonq Delta:- Nəqliyyat bu rayonda əsasən qayıqlardı. İnsanlar qayıqlar ilə hərəkət edir. Gediləsi yerdir.- Kokos ağacından isə nələr etmirlər. Kokos şəkəri, yağı, südü, konfeti, qabığından süpürgə, ağacından ev, yarpaqlarından isə dam düzəldirlər. Hamısını izləmək mümkündür.Çalışdım qısa yazam. Deyiləsi hələ çox şey var. ????????????????????????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ucal Agammedov

2173 dəfə oxunub

Positano: Italiya Səyahəti

Salamlar, sizinlə bir kısmat Positano təcrübələrimi bölüşmək istədim Mənə görə İtaliyanın ən gözəl dənizkənarı incilərdən biri məhz Positanodur. Burda tam olaraq İtalyan ruhunu hiss edib, qəşəng passiv istirahət etmək olar.Amalfi sahillərində tətil planlamısınızsa oteli Salerno şəhərində tutsaz əla seçim olar. Çünki bütün qəşəng qəsəbələr bura yaxındır və Salernoda otellər nisbətən daha ucuzdu. Həm şəhər çox qəşəngdiSalerno portdan Positanoya birbaşa gəmilər gedir. Demək olar hər saatda çıxan gəmilər var. 1 nəfər üçün gediş-dönüş biletinin qiyməti 30 avrodur. Səhər 1ci gəmi ilə Positanoya yola düşüb sonuncu gəmi (18:35) ilə qayıda bilərsiz. 1.5 saata Positanoya çata bilərsiz. Salernodan Positanoya getmək üçün 2-ci seçim isə avtobusdur. Avtobusun tək tərəfə qiyməti 3 eurodan başlayır. Avtobuslar gediş sxeminə uyğun olaraq Salerno dəmiryol vağzalının qarşısından çıxır. Avtobus yolu çox gözəldir, mənzərə adamı bihuş edir ama bir o qədər də problemlidi. Çünki yollar dar olduğu üçün tıxac dəhşət olur. Gəmi ilə 1.5 saata getdiyiniz yolu 3+ saata gedirsiz. Nəzərə alsaz ki, vaxtınız azdır gəmi ilə getmək daha avantajlıdır. Positanoda isə şəkil çəkmək üçün ideal yer yuxarı hissədəndir. Pilləkənlar ilə sahildən bura qalxa bilərsiz. Çimərliklərdə ödənişli və ödənişsiz hissələr var. Ödənişli hissədə çətir və “sunbed” 1 nəfər üçün təxminən 25 eurodan başlayır. Düz həmin yerin yanında ödənişsiz çimərliyə peştamalınızı(dəsmalınızı) salıb Positanonun qara qumundan, isti dənizində, qəşəng günəş vannasından zövq ala bilərsizLimonlu dondurma, dadlı italyan mətbəxi, limoncello spritz dadıb belə qəşəng informativ post yazdığım üçün mənə gözəl arzular diləyib istirahətinizdən zövq ala bilərsiz Daha ətraflı məlumatları və şəkilləri isə instagram (https://instagram.com/hilalabdullayeva?utm_medium=copy_link) hesabımdan izləyə bilərsizSevgilər#italy#positano#amalficoast— Positano, Costa D'amalfi, Italy'daPaylaşan: Hilal Abdullayeva

201 dəfə oxunub

Maldiv bələdçisi

#Maldives #MaldivlərSalam əziz gəzəyənlər!Bu postda 10 ildən sonra birtəhər uşaqların əlindən qaçmış valideynlərin #Maldiv səyahətindən danışım.1. Yaşadığımız Özbəkistandan Maldivə normalda birbaşa reyslər olur, amma pandemiya səbəbilə yetəri adam yığılmadığı üçün Dubay tranziti ilə uçduq. Dubaydan ora demək olar ki, hər gün uçuş var. Adətən uçuşlar paytaxt Maleyə olur. Cənub tərəfdə başqa beynəlxalq aeroport da var. 2. Maldivlər 1200-ə yaxın adadan ibarətdir və bunun hardasa 100-dən bir az çoxu turistik istirahət mərkəzləridir. Adətən bir ada bir otel olur, amma bəzi böyük adalarda bir neçə otel ola bilər.3. Maleyə çatdıqdan sonra ya su təyyarəsi ilə (seaplane) ya da kiçik gəmilərlə (seaboat) öz adanıza gedə bilərsiniz. Seaplane daha tez və adaları yuxarıdan görə bildiyin üçün daha maraqlıdır. Amma bir az yorucudur, xüsusilə motorun səsi adamın başına düşür. Maleyə yaxın ada seçsəniz daha rahat olar. 4. Maldivlərdə hər qiymətə otellər var. Həftəsi 300$ 3 ulduzlu otellər olduğu kimi həftəsi 15000$ olanları da var. Bookingdə baxa bilərsiniz. Hətta airbnb-də də villalar tapmaq olur. Amma burda nüans çoxdur. Maleyə düşən kimi dərhal adaya sizin aparılmanızı əvvəlcədən düz qoş etməlisiniz və adətənbinlar ayrı hesablanır. Ən yaxşısı turizm şirkəti vasitəsilə getməkdir, biz elə etdik. Qiymətlər də bookinglə təxmini eyni çıxırdı, hətta bir az ucuz.5. Bizim qaldığımız resortda və əksər digər adalarda bir neçə növ villalar olur - A) Hovuzsuz/Hovuzsuz cəngəllikdə villalar Sahilin kənarında hovuzlu/hovuzsuz villalarC) Suyun üstündə hovuzlu/hovuzsuz villalarHovuzlular nisbətən baha olur. Suyun üstündəki villalardan adətən birbaşa okena pilləkanlar olur.6. Adaya düşdükdən sonra qalırsınız ancaq otelin ümidinə ona görə də əgər çox yeyənsinizsə elə başdan ya full board ya da all inclusive paket alıb gedin. Tək tək alsanız çox baha çıxır və alternativiniz olmur. Hər şey də satılmır. Özünüzlə şokoladdan zaddan da götürün, axşam çayla içməyə 7. Maldivlərdə əsas insanlardan uzaq qalma, təbiətlə iç-içə olma turistlərin əsas istəyi olsa da maraqlı aktivitələr var A) Kayaking, snorkeling, diving, jet ski, fly board və s. tipli su aktivitələri. Cütlüklər üçün diving fotosessiyaları da olur. Adanı seçəndə maraqlı diving yerinə yaxın olmasına da diqqət edin ki, fərqli su canlılarını görə biləsiniz köpək balığı yemləmə, gün batımı delfinlər üzən tərəfə kruiz turlar, balıq tutma və s.C) yerli adaya səyahət edərək əsl maldiv insanlarının həyatı ilə tanış olmaqD) axşamları karaoke, diskoteka və s. tipli ənənəvi otel əyləncələr. İyul - Noyabr arası musson yağışları aəbəbiylə sezon sayılmır və qiymətlər bir qədər aşağı olur. Maldivlər il boyu istidir, amma bu aylarda şiddətli yağış yağa bilər. Proqnoz etmək də olmur, bəxt məsələsidir. Misal üçün bizim 7 günün 2sində yağmışdı. 1 gün tam 1 gün yarım. Digər günlər isə çox isti idi. 9) Adada adətən kərtənkələ, yarasa, yengəç (krab) tipli canlılar çox olur. Kərtənkələlərin villalara girmə ehtimalı da çoxdur zərəri olmasa da, qorxursunuzsa ən yaxşısı su villalarıdır.10) Dubay üzərindən uçursunuzsa qayıdan zaman 2-3 gün qalıb gəzib qayıda bilərsiniz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ceyhun Cabbarov

2826 dəfə oxunub

Ölü dəniz - Fəthiyə bələdçisi

Fəthiyədəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salam. Bu gün sizə Fəthiyə / Ölüdəniz bölgəsi yönündə bir az məlumat verəcəm. Gələcəkdə getmək istəyən olsa, məlumatlardan faydalana bilər, deyə düşünürəm.İlk öncə deyim ki, Fəthiyə bölgəsində Antalya və ya Bodrumdan fərqli olaraq gecə həyatına üstünlük verilməyib. Yəni ki, səyahət məqsədim sırf gecə həyatidir, deyirsinizsə qeyd etdiyim bölgələrə getməyinizi məsləhət görərdim. Bura ailəvi və ya cütlük şəklində gəlmək üçün ideal məkandir. Turistlərin böyük bir qismi alman və ingilislərdir. Ərəb turist çox nadir hallarda önünüzə çixar. Bunu da bölgənin daha bir müsbət cəhəti kimi saymaq olar məncə). Qeyd edim ki, bizim vətəndaşlar da Fəthiyə bölgəsinə səyahət etməyə üstünlük vermir. Qiymətlərmi bahadır deyə, yoxsa tanış bir məkan deyil, onu deyə bilmərəm =). Məsləhətdir ki, pulunuzu dollara çevirib orada TL edəsiniz. Bu yol daha sərfəlidir. İlk öncə marşrut xəttindən başlayaq. Öncədən planlaşdırılmış səyahətdirsə, o zaman bir neçə ay qabaqdan Buta airways vasitəsilə büdcənizə uyğun Baki-Antalya biletini əldə edə bilərsiniz. Yox əgər səyahət zamanı yaxınlaşan vaxt hər hansı problemin yaranması nəticəsində biletin boşuna gedəcəyini düşünürsünüzsə, avtobus köməyinizə çatar.Mənim marşrutum Baki-Tiflis-Antalya-Fəthiyə kimi oldu. İstəyə əsasən Naxçıvan ərazisi tərəfdən də ölkəyə daxil ola bilərsiniz. Səhv etmirəmsə Bakı-Naxçıvan aviareysi 50 AZN civarındadır. Ordan sərhədi keçib Ege bölgəsinə gələn istənilən avtobusa minə bilərsiniz. Çoxlarının da bildiyi kimi Baki-Tiflis avtobusu Bakı avtovağzalından axşam saatlarında çıxıb, səhər Tiflis avtovağzalına çatır. Gediş saatı təxminən 9 saatdır. Qiymət isə 15 AZN-dir. Tiflisdə vaxt itirməmək üçün Tiflis-Antalya avtobus biletini öncədən proqram vasitəsilə almağınızı məsləhət görürəm.Bileti obilet.com saytından 300 TL qiymətinə əldə edə bilərsiniz. Öncədən deyim ki, avtobus ilə Türkiyə ərazisində səyahət etmək çox yorucudur. Bəlkə də aranızda bəziləri bundan həzz ala bilər, amma bu mənim şəxsi fikrimdir). Avtobus yolboyu bir neçə dəfə yemək fasiləsi verir. Gürcüstan ərazisindəki kafelərdə həm AZN, həm də TL kimi ödəniş etmək mümkündür. Eləcə də Türkiyə ərazisindəki kafe dayanacaqlarında gürcü larisi ilə rahat ödəniş edə bilərsiniz. Tiflisdən Antalya otogarına avtobus təxminən 30 saata çatır.Çatdıqdan sonra vəziyyətə uyğun olaraq Antalyada gecəliyə bilərsiniz. Bunun üçün şəhər mərkəzində uyğun qiymətə otel və hostellər var. Və ya Fəthiyə avtobusunun gediş saatına müəyyən bir zaman varsa şəhəri gəzmək imkanınız da var. Otogardan şəhər mərkəzinə həm tramvay, həm də avtobus gedir. Bir neçə saatlıq gəzinti üçün nəqliyyat kartı almağa dəyməz. Kiməsə nəğd şəkildə ödəniş edin sizi keçirəcək. 1 həftədən çox qalmaq fikriniz varsa nömrə almağınızı məsləhət görürəm. Yeni alınan nömrədə sizə kifayət edəcək qədər internet trafiki hədiyyə olunur. Antalya-Fəthiyə biletini də online şəkildə almağınızı məsləhət görürəm. Biletin qiyməti 36 TL-dən başlıyır. Yol boyu sizi möhtəşəm mənzərələr gözləyir. Məsafə isə təxminən 3 saat civarındadır. Gəldik çatdıq Fəthiyə bölgəsinə =).Fəthiyə bölgəsində qiymətlər çox bahadır. Ona görə də önləminizi öncədən görün. Nəbadə bankomatdan pul çıxarasınız, adamı soyub talıyır)). İstəyə uyğun olaraq ya Fəthiyə mərkəzində, ya da Ölüdəniz bölgəsində otel bron edə bilərsiniz. Bunun üçün də booking.com applikasiyası sizə kömək edəcək. Otel qiymətləri Ölüdəniz bölgəsinə yaxınlaşdıqca artır. Məsləhət görərdim ki, Oteli Hisarönü deyilən ərazidə bron edəsiniz. Ərazi mərkəzlə dəniz arasının düz ortasında yerləşir. Ətrafda isə hər cür restoran və market var. Eləcə də, demək olar ki, bütün türk banklarının bankomatı var. Ehtiyacınız olduğu təqdirdə istifadə edə bilərsiniz, amma yenə də məsləhət görmürəm)).Fəthiyə mərkəzindən qeyd etdiyim əraziyə qisa zaman aralığıyla dolmuşlar gedir. Eləcə də, Hisarönü ərazisindən Ölüdənizə dolmuş vasitəsiylə rahatlıqla gedib qayıda bilərsiniz. Büdcə cəhətdən sıxıntı çəkənlər Ölüdəniz bölgəsində yerləşən yeganə hostel olan "Ölüdeniz hostel"də də gecəliyə bilərlər. Hostel personalının bir tərəfi Azərbaycanlı olduğu üçün xüsusilə bizim ölkədən gələn turistlərə mehriban şəkildə yanaşırlar. Eləcə də gecələr toplu şəkildə ayrı-ayrı ölkələrdən gəlmiş turistlər oturub söhbət edərək, bir sıra oyunlar oynayaraq, sizin tətilinizi daha da rəngarəng edə bilər. Ən azından onlarla ünsiyyət saxlayaraq ingiliscənizi müəyyən qədər inkişaf etdirə bilərsiniz =). İnstagram hesabınızda da həmin hostelin səhifəsinə nəzər yetirə bilərsiniz. Hosteldə yalnız səhər yeməyi verilir. O da əlavə ödənişlədir (15 TL). Qeyd edim ki, burada ərzaq mağazaları və restoranlardan fərqli olaraq geyim ucuzdur. Alış-veriş etmək istəsəniz həm hisarönü, həm də Ölüdəniz ilə üzbəüz alış-veriş mağazaları var. Hava qaralandan sonra həmin küçələrdə ingilis və almanlardan tərpənmək olmur)). İstəsəniz yaxınlarınız üçün cibinizə uyğun müxtəlif tipdə hədiyyələr də ala bilərsiniz.Həmin küçələrdəki restoranlarda oturmağı məsləhət görmürəm. Amma büdcənizə arxayınsınızsa buyura bilərsiniz). Düz Hisarönü dairəsində "Safran" adlı restoran var. Ev yeməkləri təqdim edir, eləcə də çox dadlıdır. Üstəlik cibinizə də uyğundur. Personal da bir ailənin üzvləridir.Ölüdəniz bölgəsinə gəlib adrenalin yaşamadan getmək düzgün olmaz =). Burada paragliding (paraşüt), suya dalma, gəmi turları kimi aktivitələri bəyənəcəyinizə əminəm. Paragliding turu kifayət qədər bahadir, təxminən 600-700 TL civarındadır. Paraşütlə Ölüdənizi havadan seyr etmək üçün bu pulu verməyə həqiqətən dəyər məncə =). Əgər belə bir fikriniz olsa orada tanış olduğum peşəkar pilot olan Sami qardaşa müraciət edə bilərsiniz. Əminəm ki, sizə lazımı köməkliyi göstərəcək (0537 3122506 - flysami@gmail.com).Gəmi turları isə müxtəlif istiqamətlərədir. Getdiyim 2 gəmi turu olduğu üçün yalnız bunlar barəsində məlumat verə bilərəm. 12 adalar adlanan tur zamanı gəmi sizi ölüdənizin görməli adalarını gəzdirir. Hər adada ortalama 1 saat dayanır. Bu bir saat ərzində gəmidən suya tullanıb üzə və ya ada sahilində günəşlənə bilərsiniz. Suyun şəffaflığı isə sözlə ifadə edilə bilməz =). Gəzinti ərzində 1 saat civarında gəmi daxilində yemək fasiləsi verilir. Nahar ödənişi biletə daxildir. Biletin qiyməti 100 TL-dir. İstəyiniz üzərinə naharda ya balıq, ya da toyuq əti seçimini öncədən edə bilərsiniz. Gəmidə turistlərin əhvalını yüksəltmək üçün bir sira əyləncələr düzənlənir. Tur saat 11-də başlayıb 6-da bitir. Digər qeyd etdiyim gəmi turuna isə yolcuların böyük bir hissəsi son məntəqə olan Kelebekler vadisini görmək üçün gedir.Ölüdəniz plajları haqqında da bir az məlumat verim sizə). Dolmuşların son dayanacağında ödənişsiz "Belcekiz plaji" yerləşir. Burda yalnız şezlonqla çətiri ödəniş edərək əldə edə bilərsiniz. Sahili daşlıdır. Səyahətim ərzində ən çox bəyəndiyim və sizə də məsləhət gördüyüm "Kumburnu plajı"dir. Hərtərəfli ideal plaj mənə görə ora oldu. Dalğa ümumiyyətlə yoxdur. Plaj "Blue lagoon" parkı daxilində yerləşir. Giriş adambaşı 7 TL-dir. Bundan əlavə məsləhətli plajlardan biri də "Kaputaj plajı"dir. Plaj Fəthiyədən 1 saat 40 dəqiqə məsafədə yerləşir. Fəthiyə otogarından Kalkan otogarına gedib ordan dolmuşlarla plaja çata bilərsiniz. Suyu mükəmməldir, lakin dalğalıdır. Sahili daşlıqdır.Ümumiyyətlə qumlu sahil arzusundasınızsa "Patara plaji"na getməyinizi məsləhət görürəm. Bura da Kalkan və Kaş otogarından avtobuslar gedir. Qeyd etdiyim plaj da ödənişsizdir. Lakin şezlonq və çətir pulludur. Bu qədər =).10 günlük səyahətim zamanı Ölüdəniz bölgəsində kifayət qədər istirahətdən həzz aldım =). Qayıdan zaman avtobus yorğunluğunu göz önünə gətirib Antalya-Trabzon təyyarə reysindən istifadə etdim. Çünki, Türkiyə ərazisi get-get bitmir =D. Pegasus reysi 100 AZN civarında başa gəldi. Səyahətimi bu şəkildə sizə yansıtmağa çalışdım. Ümid edirəm köməyi dəyər =). Qrammatik səhvlərə yol vermişəmsə üzrlü sayın.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Фуад Гусейнов    

2705 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!