1767 dəfə oxunub

Tarixin yadigarı - İstanbul

Istanbuldakı bütün otel və hostellər bu linkdə...

Salam, size Istanbulda edile bilecek aktiviteleri ve qiymetler baresinde melumat vermek isteyirem. Ilk olaraq Istanbul tarixin ve dunyanin goz bebeyidir, Avropayla Asiyanin birlesdiyi mekandir, ve hem Avropa, hem Asiya qitesini ve medeniyyetini, tarixiniozunde cem edir.

Bir Osmanli tarix aşiqi olaraq biz möhtəşəm bir 7 gün keçirdik orada. Nəqliyyat metro və tramvay - 2.60 TLdir, Vapur ən bahası 7 TL. Hə bir də ən yaxşı pul dəyişmə yeri Kapalı çarşıdır ən baha ordadır. Normal yerlərdə 100$ 450 idisə, orada 463 idi. Total da sərf edir, 100-100 dəyişəndə adama uzaq gəlir ???? Nəqliyyat vasitəsi- Tramvay- Kapalı çarşı station. ???? Muzeylərə giriş ayrı-ayrılıqda bahadır, lakin museums card’ı 125TL ə almaqla xərcinizi 3-4 qat endirmiş olacaqsınız. Demək olar bütün muzeylerim girişində satılır. Biz Topqapıdan aldıq. Və audio guide 20-30 tl arası dəyişir, mütləq kirayələyin, getdiyiniz yerlər haqqında bütün məlumatı ən xırda detalına qədər əldə edəcəksiniz.

İndi isə detallata keçirəm:

1. Topkapı sarayı + Gülhanə.
İkisi yanaşıdır. Birinci Topkapıya girmək lazımdır, çünki müəyyən saata qədər açıqdır, və gəzmək üçün saatlar tələb edir. Biz 4-5 saat sərf etdik (1 saat yemek üçün). Dediyim kartın keçdiyi muzeylərdən biridir. Altda şəklini paylaşacam haralara keçərlidir deyə. Daha sonra Gülhanə parkının yaşıllığında dincəlin. Ən uyğun nəqliyyat - Tramvay - SultanAhmet station.

istanbul9

2. Dolmabahçe + Beşiktaş stadium.
Hər ikisi limitli saata qədər açıqdır (səhv etmirəmsə 5.00) Nəqliyyat vasitəsi - Tramvay - Kabatash station. Dolmabahçe ümumi girişi 90 Tl’dir. Dediyim kart keçərli deyil. Lakin əsas görülməli yer “Harem”dit və girişi 40TL’dir. Daha sərfəlidir. Yenə azı 1-2 saat sərf edəcəksiniz. Çünki çox böyükdür.

istanbul5

3. Taksim + Madame Tussauds. Nəqliyyat vasitəsi- Tramvay + Funicular - Tramvayla Kabataş (ən son stansiyadır), daha sonra həmən yanında Funicular ilə Taksim’ə gedəcəksiniz. Madamme Tussauds girişi 57 Tl dir, amma bir sayt var orda combo ticket - Madame Tussauds + Sea Life aquarium - ikisi birgə 76 TL əldə edə bilərsiniz. Və ya biletX digər sərfəli seçimdir. Link: ???? https://www.madametussauds.com/istanbul/tr/bİletler/

4. Boğaz turu- bilet 15€ - daxildir 5 saatlıq dəniz turu, 2 məhşur yerdə hər biri 1 saat olmaqla durur və gəmi üzdükcə mühim yerlərdə önəmli tarixi binalar haqqında bələdçi məlumat verir, btw, çay kofe limitsizdir.

istanbul11

5. Dənizləri birləşdirən Bosphor boğazı balıqlar cənnətidir, balıq yemədən dönmək günahdır. Ən xoşumuza gələn məkan Eminönü oldu, düz boğazın yanında en qədər restoran seçimi var. Qiymətlər 35-50 arasıdır balıqlar üçün. “Hamsi” (balıq) yemeyi unutmayın, yanında nəsə içmək istəsəniz seçimizi türklərə məxsus “rakı”dan yana kullanın. Bu ikisi dəyişməz ikilidir. Ha bir də, balıq ekmek yol üstü fast food olaraq ən yaxşı seçimdir. Nəqliyyat- Tramvay- Eminönü station.

6. Ayasofya ???? + Sultanahmet + Basilica Su sarnici. Nəqliyyat- Tramvay - Sultanahmet station.
•Məncə Sultanahmed ancaq çöldən gözəldir içərisində maraqlı heçnə görmədik. Giriş pulsuzdur.
•Gəlirəmmm AYASOFYA ❤️ - ənnnnnn sevdiyimiz, aşiq olduğumuz yer oldu, 6cı əsrdə Bizans tərəfindən kilsə olaraq tikilən bu gözəlim məkan, 1453 cü ildə İstanbul fəth edilərkən məscidə çevrilir. Bütün sultan və hökmdarların göz bəbəyi olduqu deyilir, və məzarlarının məhz orda olması bunun sübutudur hər halda. Kilsə ornamentləri məhv edilmədən məscidə məxsus elementlər əlavə edilib və bu da buranı özəl edir. Adını çəkdiyim kart burada keçərlidir. Hər yerini diqqətlə incələyin.

istanbul1
• Basilica- Bizans dövründən qalma su anbarıdır. İsti havada belə çox sərin olur, girişi 20 Tl xaricilərə, 10 tl türklərə, və bizden soruşanda xarici varmı? (Danışıqdan tutmadı türk olmadığımı) Dedik biz azəriyik, amma 10 tl’ə verdi yenə. Bu ayrı bir zövq idi. Btw, onlarin dediyine gore biz onları sevməsək də, onlar bizi çox sevir. “Bir millət, iki dövlət” bu birləşməni dəfələrlə işlətdilər. Basilicada ən sevdiyimiz activity Osmanlı geyimində 25TL’ə çəkdirdiyimiz şəkillər oldu. Ordan yalnız birini pulsuz verirdilər, biz bütün şəkilləri almaq üçün 100 tl ödəyib bütün şəkilləri disk formasında satın aldıq, və onlar bir dənəsini çap formada verdilər.

7. Büyükada- Nəqliyyat vasitəsi- Vapur - 7 Tl- Eminönü’dən gedə bilərsiniz. Aşiq oldugumuz ikinci məkan. Bir dənə maşına rast gələ bilmərsiz, yeganə nəqliyyat vasitələri faytonıar və velosipedlərdir. Faytonla tur atmaq ən yaxşı seçimdir- 70 TL , 50 dəqiqəlik (10dəq çay stop’u) tur atır. İnsan özünü filmlərdə hiss edir ???? Yeməklər də ucuzdur, və hədiyyə almaq istəsəniz ən yaxşı və ucuz seçimlər ordadır ????

8. Üsküdar, Kadıköy məhşur yerlərindəndir. Üsküdarda yalnız çay içib ətrafı izlədik. “Kız kulesi” ilə mənzərə seyrində, yoldaşla birge incəbel armudu stəkanda içilən çay başqa ləzzət edir. ????

9. Galata kulesi - Nəqliyyat vasitələri- Tramvay- Eminönü station- ama 10 dəqiqə gəzməlisiz. Ən yaxşısı metro - Shishane station. Daha rahatdır. İçərisinə girmədim.

Və son olaraq İstanbulda ölmədən edilməsi gərəkli 100 şey adlı bir məqalə paylaşacam, ümid edirəm yararlı olar sizə. Xoş gəzmələr.???? https://www.google.az/amp/s/onedio.com/amp-haber/711080

#with Vusal Isayev #withlove

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Matanat Isayeva 

 

DİGƏR BLOQLAR

Drakulanın vətəni - Rumuniya bələdçisi

Buxarestdəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salamlar. Artıq bir çoxunuzun bildiyi kimi Rumuniya səfərimi yekunlaşdırdım və bundan sonra ora getmək istəyənlər üçün qısa məlumat vermək isdiyərdim. Belə ki, mən həmişə nəsə məlumata ehtiyacım olanda bu qrupda açar sözlə axtarıram amma bu səfər suallarıma cavab tapa bilmədiyim üçün dəfələrlə post yazmışdım Ümidvaram bu postum ora getmək istəyənlərin bir çox suallarını cavablayar. Biz ümumilikdə 11 gecə ayırdıq Rumuniya üçün. Doymadıq deyə bilərik ????. Büdcə isə təmamilə sizdən, qaldığınız yerlərdən, nəqliyyat növlərindən və müddətdən, yediklərinizdən asılıdır. Yəni zənnimcə büdcə şəxsi qərardır ona görə də məlumat verib yanlış yönləndirmək isdəmirəm heç kəsi.1. İlk növbədə visa məsələsindən başdıyım ki, əgər bu ilk visalı ölkənizdisə onsuzda həyəcan olacaq Lakin proses çox sadə və sənədlər genəl visa sənədləridir. 99.99 % hallarda da rahatlıqla visanı alırsınız heç bir problem yaranmır. Sadəcə nəinki Rumuniya, digər visa mərhələlərində də özünüzə arxayın olun və özünüzü düzgün izah etməyə çalışın. Bu məsələdə mənə ən çox yardım edən Seymur Baghbanli bəy oldu. Ciddən minnətdarlığımı bildirirəm.2. Rumuniyaya gedərkən elədiyim əsas səhv bilet alarkən saatlara fikir verməməyim oldu, daha doğrusu qiymət məsələsinə görə ucuz olan variantı seçdim amma vaxt məsələsinə görə avara oldum çöllərdə.3. Rumuniyada gəzməli şəhərlər Braşov (2 gün ayırın azı), Sighisoara (1 gün kifayət edər), Timisoara (1 gün), Bran və Rasnov (ikisinə 1 gün), Sinai (1 gün) şəhərləridir. Bizim biletlər Buxarestdən idi lakin orda bizi cəzb edən nəsə olmadı. Bran və Rasnov şəhərlərinə ən yaxın yer Braşovdur. Biz Braşovda 4 gün qaldıq. İki günü Braşova, bir günü Sinai şəhərinə və birini də Bran və Rasnov şəhərlərinə ayırdıq. Siz 3 gün də edə bilərsiniz. Sinai şəhərində Peleş və Pelisor qalaları var və Sinai monastrı. Bir-birlərinə yaxındır. Qatarla Braşov Sinai arası 1 saat yarım edir. Braşov şəhərində Solomon deyilən yer var (adında yanlışlıq edə bilərəm). Biz təsadüfən gəzə gəzə getdik tapdıq. Dağlıq yerdir və ciddən havası, mənzərəsi möhtəşəmdir. Ora getsəniz gedib görməyinizi məsləhət görərdim. Sighisoara bizim üçün biraz maraqsız oldu. Qismən sakit və yaşlılar şəhəri kimi gəldi bizə. İmkan olsa Braşovdan ora səhər gedib şəhəri gəzib axşam Timişoaraya keçməyi məsləhət görərdim. Qalmağa ehtiyac yoxdur. Biz biletləri aldığımıza görə qalmalı olduq. Timişoara isə sadəcə möhtəşəmdir. Şəhər mərkəzi belə kifayətdir oranı sevməyə. Getməmiş xarici saytlardan araşdırma eləsəniz bəlkədə daha maraqlışəhərlər taparsınız. Bizim tapdıqlarımız və vaxtımızın çatdıqları bunlar idi.4. Şəhərlər arası nəqliyyat vasitəsi qatardır. Qatar biletlərini online bir gün qalmış CFR saytından ala bilərsiniz. Sadəcə bəzi hallarda online satış olmur vağzaldan almalısınız bu nüansa diqqət edin. Rasnov və Bran şəhərlərinə isə avtobus xidmət edir. Sadəcə avtobusdan düşərkən digər şəhərə necə gedəcəyinizi, dayanacağın hara olduğunu MÜTLƏQ soruşun. Yoxsa o şəhərlərdə ingilis dili bilən çox azdır (hətda yoxdur, biz tapmadıq).5. Qalacağınız yerlər təmamilə büdcənizdən asılıdır. Biz bütün şəhərlərdə mərkəzdən yer tutmuşduq ki, əsas yerləri görə bilək. Qiymətdə 10-20 manat fərq eləsədə isdədiyimiz an mərkəzə çıxa, əsas yerləri gəzə bilirdik. Məsləhət görərdim nəinki Rumuniyada, ümumiyyətlə hər yerdə bu cür edəsiniz. İstərsəniz qaldığımız yerləri komentdə lazım olan şəxslərlə paylaşaram. Hər birindən hər mənada çox çox çox razı qaldıq.6. Qiymətlər bizə görə bahadır. Ümumiyyətlə Rumuniya bahalı ölkədir. Amma alış veriş etməyədəyər. Brendlərin qiymətləri bizdən qat qat ucuzdur. Hər yer brend second hand mallarla doludur.Yadıma düşən və yararlı olacağını düşündüyüm məlumatlar bunlar oldu. Hər hansısa sualınız olsa yaza, soruşa bilərsiniz. Bacardığım qədər sadə və anlaşıqlı şəkildə izah eləməyə çalışdım. Ümidvaram ki, yararlı olar bu məlumatlar.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Garatel Huseyn

2264 dəfə oxunub

Yaponiya bələdçisi

Hamıya Salam.YAPONİYA sevər gəzəyənlər :) Uzun vaxtdır yazmaq istəyirdim amma səyahətlər, dərs, iş- güc heç vaxt olmadı. Havalar isinir Yaponiyaya səfər planı hazırlayanlar bəlkə də çoxdur mənim kimi ???? Ona görə sizlərə gəlsin bu yazı☺️1) Vizanı necə aldım?Travel şirkəti vasitəsiylə 100 euro pul ödəyərək, 1 aylıq viza aldım və 28 gün qaldım.2) Bileti hardan ucuza necə ala bilərik?                                                                              Skyscanner saytından bilet qiymətlərinə baxa bilərsiniz. Mən Moskva-İrkuts-Tokio (Narita) olaraq aldım 350$ aldım tək gediş. Səyahətə 10-15 gün qalmiş aldım bileti ama bileti aldığım ay başqa günlərə 235$ biletlər var idi. Gediş dönüş alsanız 400 dollara yaxın tapa bilərsiz bilet.3) Ən ucuz variant necə qala bilərik otel, hostel qiymətləri necədir ucuz ve normal şəraitli yer hardan və necə tapıla bilər?Otel və hostellər küçə və adreslərinə, bron edəcəyiniz günlərə görə dəyişir qiymətləri. Bunu booking.com, airbnb saytlarından gedəcəyiniz tarixə və otel, hostel, evlər seçimi edərək qiymətlərə baxıb öyrənə bilərsiniz. Ən ucuz variant isə hostel olacaq ki çox təmiz, təhlükəsiz və həqiqətən də konfortludur Yaponiya hostelləri.4) Pulsuz qalma yolları varmı?Bəli var. Pulsuz qala bilər, yeməyiniz içməyiniz pulsuz ola bilər. Hətta pul da qazana bilərsiniz. Bilməyənler üçün sadəcə Google-da bu saytlar haqqında axtarış etməyiniz bəs edər .Bunlardan 1)Helpx.net 2)Couchsurfing.com 3)Workaway.info5) Təhlükəsiz yerdimi? İnsanları necedir? Təbiəti necədir?Yaponiya və yaponlar demək olar ki mənim gözümdə bütünlüklə olaraq deyil də 95% qarşıma çıxanlar, gördüklərim, və təcrübəmə dayanaraq deyə bilərəm ki (ən təmiz, təhlükəsiz ölkə və çox mədəni, tərbiyəli, işini düzgün görən, çalışqan, utanğac millətdir.) Addım başı gözəl mənzərələri, yaşıllıqları, meşələri, parkları, üzü güllü - çiçəkli sarmaşıqlara bürünmüş binaları, təbiəti necə sevdiklərini və qoruduqlarının şahidi oldum. Şəhərdə yol qıraqlarında insanlarin sıxlıq olduğu yerlərdə zibil qabı demək olar ki yoxdur. Sadecə marketlər görə bilərsiniz ki onların yanında balaca zibil qabları olur. Yerləri asfaltları tər-təmiz. Ve oturduqlari vezifeten gordukleri isden asli olmayaraq, stresli is rejimlerinden asli olmayaraq cox guleruzduler ve yardimseverdiler. Bir cox olke gezdim ama bele yuksek derecesindekini sadece Yaponyada gordum. 2 qrup bir birine girdikde polis dubinkayla yox iceri aparmaqla yox qucaqlayib sakitlesdirib ayirmaqlarini gordum:) ve gece yarisi cox yuruyusler eledim yaxinli uzaqli mesafelere ve cox tehlukesiz olkedi(elbette dunyanin her yaninda qelbi emeli niyyeti pis insanlar var mekanlari yerleri var) ama gorduyum o olduki is geyiminde kolistuk cantali yol kenarinda gece yari icib keflenib yatan beyler ve isden cixib dostlariyla icib ama eve getmeye taqeti qalmayib divara yaslanib yatan bir cox xanimlar ve yerden ogurlanmayan telefon ve cantalari, ve onlara donub baxmadan yolarina geden yaponlar tebi halmis kimi:)Ingilizce cox az Yapon bilir ama Buna baxmayaraq yolda adres sorusduqda qabaqa dusub hecne demeden gule gule goz gozede geldikde hele usdelik sorry sorry deyen ve unvana chatana qeder menle gelen gozel millet dir Yaponlar☺️6) Yeyib icme, alisverisMene gore Yapon larin maasina nezer yetirersek qiymetler eladir. Isder pal paltar olsun Isder elektronikasi olsun Isder masin qiymetleri isdersede yeyib icmeleri Mene gore cox ucuzdu(yaponlarin maasina nezeren) elbet bahali mekanlarida varki bir cox Yaponlar bele bu mekanlara getmir. Orta tebeqe insan ucun cox gozel qiymetlere cox sey El catandir. 4-5mertebeli 100yen (1$)shoplarda bizde tapa bileceyiniz 15-20 manatliq seyler bele orda 1 dollara tapa bilersiniz. 99%mehsulari 100 yendir. (hediye almaq isteyenlere meslehet gorurem seherden basqa mekanlardan alacaqinz 5-15$suvinirleri, 10$satilan adaptirlari, 100 yen dukanlarindan 1 dollara Ala bilersiniz. Google de axdaris etseniz qabaqiniza bir cox shop adresi ve adlari cixacaq. 2 El magazalarinada baxa bilersiniz(book of) teze mallardan secilmirler cox temiz mallardi ne isdesez tapmaq olar ucuz ve uygun qiymete esasende telefon, fotoparatlar, musiqi ve oyun oynamaqi sevenler ucun ela mekandir oyun diskleri aparatlari ne axdarsaz var???? Eger gordunuz yoruldunuz gedirsiz addim basi qarsiniza cixacaq Marketlerine(Lawson, Family mart, 7Eleven) free wifi,yemek aldiqda isidib yemeyinizi ele markete ciyaz oturub rahat yeye bileceyiniz stol stulari, ve tualetleri vardir oturub yeyib icib dincelib tel zaryatkanizida fulladiqdan sonra Rahat gezinize qaldiqinz yerden baslaya bilersiz????.Men Yaponyani qaris qaris gezmek isdeyirem:) heleki Tokyo, Yokohama, Kyoto ve Osakada oldum. Ve gezginlere Tam meslehet gorurem bu mekanlari gezib gormeyi. Tokyo Yokohama bir birine Cox yaxindi. Kyotoylada Osaka bir birine yaxindir. Tokyodaki hostel qiymetine Osaka ve Kyotoda tek neferlik otel otaqinda qala bilersiniz yani En bahali seherleri Tokyo dur. Ama her tebeqe gezginlerin imkanina gore Tokyoda uygundur. Cox sey yadan cixib boyuk sefim o olduki getiyim gorduyum yerlerin qeydini tutmamaq uzerinden vaxt kecdiyi ucun bircox sey yadan cixib demek olar ama kimlerse nese elave etmek isdeyirse fikirlerini boluse bilerler????Kimlerin ne suali olsa buyurun yaza bilersiz. Herkeze bol sans ve ugurlar☺️Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Bayram Verdiyev

2737 dəfə oxunub

Bir gəzəyənin İtaliya günlüyü - Florensiya

Florensiyadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Next stop #Florence ❤️Möhtəşəm şəhər, super atmosfera, hər daşları tarix olan, küçələrində dahilərin gəzdiyi bir yer. İtaliya şəhərləri arasında ən çox həvəslə gözlədiyim yerlərindən biri idi. Və yenə də sağolsun ki, peşman etmədi məni. Deməli Roma-Florence yolunu ən sərfəli Flixbus və ya Buscenter avtobusları ilə gəlmək olur. Biraz gecikmişdik deyə Flixbus-a bilet yox idi artıq. Tiburtina stationnan Florence elə Buscentre-nin öz kassalarından biletimizi aldıq.Florencedə bus station Villa Cistanzadadı və ordan şəhərə gəlmək üçün traindən istifadə etmək lazımdı. Bileti almaq üçün burda uzun növbələr olur və vaxt itirməmək üçün elə stationın içində cafe var. Ora girirsin və kassirə yaxınlaşıb train ticket istiyirsiz, vəssalam. Eyni qiymətə və əsası sırasız biletlərinizi götürüb minirsiz trainə. Düz şəhər mərkəzinə kimi gətirir sizi.Qaldığımız yer Soggiorno Pitti duz Piazza Pitti ilə üzbəüz idi və qədimi binanın içində yerləşirdi. Super məsləhətdi apartment-di, əla personal, hər gün təmizlik, otaqlarda hər gün pulsuz şirniyyat, çay, kofe. Bir sözlə super yer ????????Vaticanda olduğu kimi, burada da #Uffizi qalereyasına uzun növbədə dayanmamaq üçün biletleri evvəlcədən online almışdıq - https://www.uffizi.it/en/ticketsDaha bir #tip - muzeylərə getməmişdən əvvəl Bakıdan oranın planını print edin və dahilərin əsərlərinin nümayiş olunduğu zalları da özünüz üçün qeyd edin. Bu həm vaxt həm də pulunuza qənaət edəcək, çünki bütün muzeylerde map-lər pulla satılırdı, ya da ümumiyyətlə qalmamışdı.Ən çox görmək istədiyimiz yerlərdən biri Basilica of Santa Croce idi ????Deməli çaşıb bazar günü gəlsəz saat 2PM-ə kimi gözləməli olaceysiz çünki səhərdən kilsədə messa keçirilir. Buranın biletlərini elə sırada gözləyib almaq olur. Maksimum 15 dəqiqə vaxtınız gedəcəy. Kilsənin möhtəşəmliyi, oranın sakit atmosferası nəyə istəyirsiz dəyər. Və əlbəttə ki Galileo Galilei, Michelangelo, Rossini, Dantenin qəbirleri #mustsee . Bir maraqli fakt qeyd edim ki, Dantenin qəbri burada olsa da, içi boşdu. Dante Florence anadan olub amma yaradıcılığının hələ əvvəllərində siyasi görüşlərinə görə buradan qovulur və Rivonna şəhərinə köçür. Və elə məşhur "İlahi komediya"sını da burada yazır. Öldükdən sonra isə Florence hakimiyyəti nəşinin gətirilməsini tələb etsə də, hələ də Rivonna onu geri vermir (1321-ci ildən ☹️).Digər tarixi yerlər arasında bu şəhərin xüsusi bir yeri də var ki mütləq baxmaq lazımdı. Bu Michelangelo parkıdı. Bizim Dağüstü parka çox oxşuyur amma qalxmaq və düşmək üçün ayrılan yollar möhtəşəmdi ❤️Florence restoranlarına gəldikdə isə mən bir Hard Rock Cafe fanatı olaraq və ad günü bu gözəl şəhərə düşən birisi olaraq Florencedəki bu yerə getmiyə bilməzdim. Yeməklər hər yerdə olduğu kimi super, əlavə traditional Legendary burger və Flatbread sifariş etməyiniz məsləhətdi ????Roma və Florensiya müqayisə edəndə Romanı daha çox Moskvaya, Florensiyani isə Sankt-Peterburqa oxşatdım. Fərqli şəhərlər olsalar da hərəsinin öz ayrıca yeri var ❤️ Hər iki şəhərdə #gelato alıb mərkəzi meydanlarda daşların üzərində oturub musiqiçiləri dinləmək vacibdir ☝????Sərhəddən çıxanda bunu mütləq yoxlayırlar ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Suriya Alizade‎

4633 dəfə oxunub

Survivor adası - Dominikan Respublikası

Sizə danışım yer üzündəki Cənnət Dominikan Respublikasından! Yoxdu belə təbiət, yoxdu belə dəniz, yoxdu belə ekzotik həzz, #yoxdubelesohbet ❤Qardaşım ötən ilin qışını bu ölkədə işlədiyi üçün dostumla yeni ili onun yaninda gedib məhz Dominikanda keçirmək qərarını verdik. Öncədən deyim ki, mütləq turla getmək lazımdır, uçuş biletini və oteli ayrı almaq istəsəzəniz həm dəfələrlə baha qiymətə həm də uzun saatlarla bir neçə uçuşa başa gələcək. Ancaq turla Moskvadan birbaşa charter reyslə uçursuz Dominikə, uçuş maks 11 saat çəkir, 5 saat yatsaz 2 dənə filmə baxsaz biraz da kitab oxusaz, vuala, ordasız artıq) Qiymətləri paylaşımın sonunda qeyd edəcəm. Ölkə doğurdan da möhtəşəmdir, boş yerə Acun Survivoru burda çəkmirmiş. İl boyu yay, mükəmməl hava və esrarengiz təbiət . Yağış demək olar ki, çox az oldu və olduqca narın və xoş yağış idi. Hətta yağışda hovuza girib üzdük, başqa ləzzəti var) Hava dekabr ayı olmasına baxmayaraq 30 dərəcəyə çatırdı. Günəş səhər 7 radələrində çıxır axşam 6 da batırdı. Zakat xüsusilə çox gözəl olur.Dominikan əsl turistik yer olduğu üçün otel seçimi kifayət qədər genişdir. Əsas La romana ve Punta Cana bölgələrindədir ən gözəl təbiəti olan 5 ulduz otellər. Otel daxilində hər cür şərait olur və əraziləri adətən çox geniş olur yəni otelden çıxmaq üçün heçbir səbəbiniz olmur. Restoranlar, voleybol futbol golf meydançaları, club, karaoke, hovuz, dəniz və s. hamısı otelin içində. Ancaq mütləq getməli olduğunuz turlar var.1. La Hacienda Adventure Park: Burada sizi palciqli yollarla adrenalin dolu buggee riding, cengelliyin icinde 5 merheleli kilometrlerle uzanan zipline, horse riding, 10 nefer sakini olan kende gedi ve s. kimi activityler gozleyir.2. Saona Island: One word to describe it- Paradise! Yaxtayla adaya gedirsiniz, denizin ortasinda dayaz bir yer var, orda dusub mohtesem sekiller cekdirirsiz, tebii ki sampan ve difer teamlardan dadaraq) 4 bir yaniniz mavi deniz. Daha sonra sozu geden adaya aparirlar sizi. Tebiet cox.gozel.qorunub. Denizin ( Karib denizi) dibi gorunur, ag yumsaq ozunemexsus qum, palma agaclari, mohtesem krevetka ve lasoslar, pina kolada ve s. Sekil cekdirmek ucun evezolunmaz yerdir ( see profil pic ????). Qayidisda yaxtada denizin ortasinda. diskotekaya ne deyirsiz?) Ela tecrubedir.3. Coco Bongo Disco: This club and show blows them all away (CNN). Temamile raziyam bu feedbackle. Sizi texminen 3-4 saatliq mohtesem sou gozleyir. Pink Floyd, Queen, Guns n Roses, Michael Jackson ve diger efsane solist ve qruplarin, MadMax, GOT, Mask ve s filmlerin cover performanslari, clubun ozune mexsus sou proqram, reqsler ve s. It will definetely blow your mind ????4. Diving and doplhin show: Hevesi olanlar ucun okeanda diving, delfinlerle uzmek sekil.cekdirmek ve s. teklif olunan turlar da var.Santa Domingo: Paytaxtdir, sadece orda da oldum deye getmek olar, shopping mallda duzemelli hecne yoxdur, ve paytaxta gedis gelis yolu hedsiz tixac olur. Onun evezine etrafda olan diger turistik.bolgelere gedib ordaki restoranlarda yemek.yeye bilersiz, ve o bolgenin de gece heyatini tecrubeden kecire bilersiz.Biz La romanada Grand Bahia Principe otelinde qaldiq. Oteli rahatliqla recommend edirem. Stuff her yerde cox mehriban, guleruz ve helpfuldur. Sadece otelde istediyimiz herseyin olmasi, 5 cur ferqli.restoranin, 7/24 yemek ve icki available olmasi, axsamlari.muxtelif.sou proqram.ve tedbirlerin teskil.edilmesi, ping pong, beach voleyball and football, pool handball etc. duz denizin sahilinde yerlesmesi ve s. bu oteli.secmeyimize sebeb oldu.Qiymetler: Biz Anex turla (https://www.anextour.com/ ) getdik. Dunyanin en boyuk 2 turizm agentliyinden biridir. Saytlarina girib istediyiniz gunleri.secib qiymetlerle maraqlana bilersiz. Seyahetunizden bir nece ay evvel alsaz biletleri cox daha munasib olacaq. Ancaq biz biletleri ve oteli hem en pik vaxt ucun ( 26 Dekabr -3 Yanvar) hem de ucusdan teqriben 2ce hefte evvel bron edib aldiq. Yeni ile Dominikanda girmekden daha ekzotik ne ola biler axi?)Yuxarida qeyd etdiyim Dominkandaki meslehetli turlarin adambasi qiymeti 100-300 dollar arasi deyisir, her turda teqdim.olunan xidmetlerin kemiyyet ve keyfiyyet meyarlarina esasen muxtelif paketler teqdim.edilir (standart, vip, exclusive ve s.).Umumyetle cox bahali olkedir, her sey turistler ucun nezerde.tutuldugundan, ve minlerce kilometri saatlarca ucusdan sonra gelen adamlarin "day gelmisken bunu da gedek" deyerek pul.xercliyeceklerini bilerek qiymetleri kosmik qoyublar)) misal ucun 1 paket siqaret 8-10 dollaradir, gerisini ozunuz fikirlesin ???? Ancaq o boyda yolu getmisken, yuxarida qeyd etdiyim ilk 3 tura mutleq getmek ve tadini.cixarmaq lazimdir)Dominikan rom ve siqarlari ile meshurdur, gelende mutleq alin ve orda da her ikisinin dadina baxin ????Otelimizin kontingenti esasen Kanada, Abs, Fransa, Rusiya, Qazaxistan ve Ukraynadan gelen turistlerden ibaret idi.Tip: bu ve diger otellerin daha bahali 18+ versiyalari da movcuddur ancaq meslehet deyil, cunki oranin kontingenti esasen pensioner yaslilardan ibaret olur, usaqli.ailelerden ve ses kuyden uzaq olmaq ucun o otelleri secirler. Umumyetle daha cavan kontingent ucun esasen 3 ve 4 ulduzli otelleri secmek lazimdir. Ancaq umumi rahatciliq, yuksek xidmet, nisbeten sanballi kontingent ucun ele bizim secdiyimiz otel mohtesem idi ✌Sekil ve videolari da sizler ucun paylasiram.Bu arada dominikana girmek ucun :Amerika, Kanada ve hetta multiple Shengen vizalari (bizim shengenle girdik) qebul edilir. Cox qonaqerverdirler ❤ Hecbiri yoxdursa, Istanbul ve Moskvadan Dominikan ucun vizaya muraciwt ede bilersiniz. Viza demisken, usaqliq arzumdu Amerikaya (US)getmek, hele de arzu olaraq qalir, baxmayaraq ki bu defe cox yaxinlasmisdim, Miami cooox yaxin idi, denizle de getmek.olardi. heyif vizam yox idi, neyse US de qalsin basqa sefere Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: ‎Senan Kamilli‎ 

4888 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!