941 dəfə oxunub

Bir Gəzəyənin Türkiyə günlüyü - Datça, Pokut, Sal

Datça

Datçadakı otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Egenin ən gözəllərindən Datçaya necə getmək, 1 gündə nə etmək, dənizə harada girmək olar?
- Datçaya ən yaxın havalimanı Dalaman havalimanıdı. Havalimanı-Datça arası 2,5-3 saata yaxın sürür.
- Datçaya girmədən yolunuzun üstündə Kızlan kəndi var, köhnə dəyirmanlarıyla məşhurdu, istəsəz baş çekin, yola çox yaxındı. (Mən keçən il getmişdim, bu dəfə getmədim)

- Datça girişində Olive Farm var, mütləq gedin. Zeytun bağının içində gözəl bir çiftlikdi bura. Yeməklik yağdan güneş yağına, kremdən sirkəyə, qab-qacaqdan şampuna-sabuna qədər zeytun ve badamdan istehsal edilən məhsulların satıldığı mağazanı gəzin, kafesində portağal suyu için. Satılan məhsulların qiyməti bahadı, amma keyfiyyəti əladı.

- Olive Farmı gördükdən sonra ana yola çıxıb 1 kilometr davam etdikdən sonra sağa Eski Datçaya yol dönür. Datçanın ən şirin yeridi bura. Mütləq gəzin, görün. Agapi Kafenin musiqilərinin müşayiətiylə arxa bağçada bir şeylər için, qalxmaq istəməyəcəksiniz. Bütün Egede gördüyüm ən gözəl musiqi seçimi olan yerdi. Can Yücel sokağında şəkil çekdirməyəni ve buzlu badəm yeməyəni döyürler????

1
- Eski Datçanı gördükdən sonra yeni Datça sahilə enin, Sevgi Yolunda yürüyün, Yoldan mavi bayraqlı Hastanealtı çimərliyine enin, bəyənməsəz Kumluk, onu da bəyənməsəz Taşlık çimərliyinə gedin.

SONY DSC
- Sonra Datçadan Mesudiyəyə doğru yola çıxın. 25 dəqiqə sonra Mesudiyənin möhtəşəm Palamutbükü koyundasınız. Nostalgia Kafedə bölgənin ən ləzzətli Kabak çiçəyi dolmasını yeyin, özünüzü dənizə atın:) Palamutbükündən geri dönərkən Ovabükü ve Hayıtbükü koylarına da girə bilərsiz - Palamutbükünə görə daha kiçik, daha səssiz, amma suyu eyni dərəcədə gözəl koylardı. Ya da dənizdən bezdik deyirsizsə Palamutbükünün üstündən yarımadanın ucuna doğru gedib Knidos antik şəhərini görə bilərsiz.

- Datça gezisini bitirib geri döndüyünüz zaman qəsəbənin çıxışındakı Datça Vineyard-a mütləq baş çəkin. Əla şərablar, möhtəşəm ambiyans ve üzüm bağları sizi gözləyir. Şərabın istər dadına baxın, istər bəyəndiyinizi alın.

- Datçaya bir gedən bir də gedir, unutmayın :)

Pokut-Sal-Hazindağ

Çamlıhemşindəki otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Qara dənizlə bağlı burada bir post paylaşdım, hələ də az qala her gün inboxda kimsə nəsə soruşur. Ona görə dedim, izninizlə, ayrı-ayrı bölgələrlə bağlı ayrı-ayrı postlar halında detallı məlumatlar yazım ki, daha aydın olsun:)
Qara dənizə ilk dəfə yolu düşənlərə tövsiyəm Pokut-Sal-Hazindağ marşrutudur. Bu marşrutu 3 günə gəzə bilərsiz.

- Avtobusla Bakıdan ve ya Tiflisdən (Batumdan) gedəcəklər Rizə Ardeşende və ya Pazarda düşür, Çamlıhemşin dolmuşuna minir. Hər saat başı dolmuş var - 7 lira.
Taksiylə getmək istəsəz Ardeşendən Çamlıhemşine 60 lirədi.
İşin çətin hissəsi bundan sonradı.

qradeniz4

- Çamlıhemşindən Pokut yaylasına getmək üçün ən lüks variant 4х4 maşın kirayələməkdi. Mən 4x2 ilə də getdim, gedilə bilər yəni, amma ilk gedənlərin çox diqqətli olması lazımdı:)
İkinci variant taksidi - taksilər Çamlıhemşinden 200 liraya aparır. Üçüncü variant gündəlik turların biriylə danışmaqdı - yer varsa, sizi de 50 lireyə aparırlar minibüslər. Dördüncü variant avtostopdu. Beşinci və ən çətin variant ayaqla getməkdi - Çamlıhemşin-Pokut arası 17 km ve bunun 12 km-i dik virajlı yollardı. Ən az 13-14 saat yürümək lazımdı.

- Bu variantların hər hansı biriylə özünüzü Pokuta atdınızmı, bütün çətinliklər və hesablar yaddan çıxacaq:) Cənnətdəsiz artıq. Pokutda 6 pansiyon var. Qiymətlər adambaşı 200-230 lire arasında dəyişir. Bütün pansiyonlar sabah və axşam yemək verir. Ən gözəl mənzərəsi olan Pokut Doğa Konuk evi ilə Eynetap Pansiyondu. Ən gözəl yeməklər isə Platoda Mola və Pokut Yayla Evindədi.
Pansiyonlar yayla evləridi - hər şeyləri tərtəmizdi, amma aşırı lüks gözləməyin, 2000 metr yüksəklikdəsiniz. Meselen, hamamlar ortaqdı - hər otaqda hamam yoxdu, xəbəriniz olsun.
Pokutda günorta acınca pulla yemək yeyə biləcəyiniz iki yer var - Patika Kafe və Pokut Doğa Konuk Evi.

- Pokutda aşağıda çadır qurmağa icazə yoxdu, amma yaylanın üstündəki təpədə çadır qura bilərsiz.

- İstəsəniz Pokuta 15 dəqiqəlik məsafədə olan Sal yaylasında da qala bilərsiz. Salda çadır qadağandı, amma pansiyonlar var. Tövsiyəm Pilunç Pansiyon. Qalmasanız belə Pilunç Çay Evinin sütlacını mütləq yeməlisiz.

- Pokutda ən gözəl yürüyüş vaxtı sabah tezdəndi. Saat 5-də qalxıb təpəyə çıxınca 360 dərəcəlik panorama başınızı döndürəcək. Sal yaylasına, Eynetap düzünə, bir də patikadan çıxacağınız bir düzlük var - oraya yürüyüb çiçək toplayıb gələ bilərsiz:) Gec qalsanız duman gələcək böyük ehtimalla, amma narahat olmayın dumanla günəş saniyələrlə yer dəyişdirir.

- Bölgənin ən gözəl günbatımı mənzərələrindən biri Sal yaylasının üstündədi. Axşam oraya çıxa bilərsiz. Avqustun ortalarından sonra günbatımını çox aramayın, çox nadir olur.

- Pokut ve Salda 2 gün qalmaq bütün bunları görmənizə yetər, 3-cü gün Hazindağa gedin. Pokutdan Hazindağa çox gözəl bir meşə yoluyla 2,5-3 saata gedə bilərsiz. Qara dənizin ən gözəl yollarından biridi. Mütləq gedin:) Hazindağda bir pansiyon var hələlik. Yürmək istəməsəniz o pansiyonun sahibi həm də Pokutdakı Doğa Konukevinin sahibidi, deyərsiz, transferi həll eləyər (pulla tebii:))

- Hazindağdan sonra vaxtınız qalsa bir gün də qalıb Amlakit və Samistal yaylalarına yürüyə bilərsiz. Sonra ya Pokuta geri dönüb oradan, ya da Hazindağdan Palovitə keçərək qayıda bilərsiz.

- Pokutdan aşağı enincə bir gün də keçirmək istəsəniz və teleferikdən qorxmasanız mütləq Çulina mahallesinə keçin. İnternetdən və ya orada birindən soruşa bilərsiz - Kendini Koruyan Mahalle haradı deyə. Qala da bilərsiz, teleferiklə gedib çay-pive içib qayıda da bilərsiz. Teleferik adambaşı 30 tl, orada qalası olsanız adambaşı 200 lira (sabah ve axşam yemeyi daxil). Gedəndə salamımı söyləyin:)

Çulinadan enincə Çinçiva kəndində dayanıb tarixi körpüdə şəkil çəkdirə bilərsiz, ən gözəl üçüncü nəsil kahvecisi Zua’da kahve içib tatlı (dağ çilekli muhallebi istəyin) yeyə bilərsiz, Cugal Kafedə qara lahana sarması və muhlama yeyə bilersiz, Peri Dükkandan hədiyyəlik ala bilərsiz.

- Sonrasını sonra yazaram:)

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Könül Şamilkızı Nesibova

DİGƏR BLOQLAR

Auschwitz - Ölüm düşərgəsi bələdçisi

Polşanın cənubunda yerləşən və milyonlarla insanın Nasist Almaniyası tərəfindən qaz otaqlarında boğulduğu, güllələndiyi, aclıqdan öldüyü, asıldığı, inanılmaz işgəncələrə məruz qaldığı yer - Auschwitz digər adı ilə ÖLÜM DÜŞƏRGƏSİ Üçüncü Reyx (Nasist Almaniyası) tərəfindən ikinci dünya müharibəsinin gedişində qurulmuş ən böyük toplama düşərgəsidir. Burada bütün Avropadan 1.1 milyon insan öldürülmüşdür (1 milyonu yəhudi olmaqla). Almanlar SSRİ-nin üzərinə hücum edərkən ordunun arxasından gələn SS zabitləri (həmin dövrün Daxili İşlər Nazirliyi deyə bilərik) şəhərlərdəki yəhudiləri yığaraq bu kamplara gətirirdi və təxminən 900 mindən insan kampa girən kimi ya birbaşa qaz otaqlarına göndərilir, ya da güllələnərək öldürülürdü. Auschwitz-in 3 düşərgəsi var və bunlar bir-birlərindən təxminən 4-5 km aralıda yerləşirlər. Düşərgələr Polşanın cənubunda Oświęcim qəsəbəsində yerləşir. Buraya getmək üçün ya Krakovdan ya da Katowicedən Oświęcim qatarlarına minə bilərsiniz. Qatar stansiyası ilə düşərgə arasındakı məsafə təxminən 2 kilometrdir. Bir düşərgədən digərinə getmək üçün özlərinin pulsuz avtobuslarından istifadə edə bilərsiniz. Auschwitz 3 hissədən daha doğrusu 3 düşərgədən ibarətdir. 1-ci düşərgə Almanların qərargahının olduğu, təxminən 70 mindən Polşalı yəhudinin və sovet əsirinin öldürüldüyü hissədir. Bundan əlavə hər 3 düşərgənin də idarəsi buradan həyata keçirilirdi. Düşərgənin girişində alman dilində bəşər tarixinin ən böyük yalanı yazılıb "arbeit macht frei" (işləmək səni müstəqilləşdirər) 3 düşərgə arasında ən sağlam vəziyyətdə qalmış düşərgə buradır. Çünki, sovetlərin gəldiyini eşidən almanlar bütün düşərgələri dağıtmışdı amma buranı dağıtmağa imkan tapa bilməmişdilər. Düşərgənin içərisində yerləşən qaz otağından tutmuş, ölüm divarına (əsirlərin güllələndiyi divar) qədər hər hissə insana çox qəribə hisslər yaşadır. Burada hər millət üçün fərqli binalar mövcud olub və o binalar hazırda muzey olaraq fəaliyyət göstərir. Düşərgədəki muzeylər Almanların etdiyi soyqırımı və bu soyqırım qurbanlarının çəkdiyi əziyyətləri ziyarətçiləri təqdim edir. Muzeylərdə minlərlə soyqırım qurbanına aid ayaqqabı, eynək görə bilərsiniz. Almanların dağıtmağa vaxtlarının çatmadığı qaz otağının aurası isə sözlə izah edilə biləcək səviyyədə deyil. Bu otağa həmin dövrdən bəri toxunulmayıb və otağın girişində sadəcə bu sözlər yazılıb "SS-in minlərlə insanı öldürdüyü binadasınız. Lütfən, burada səssiz olun: onların əzablarını xatırlayın və xatirələrinə hörmət göstərin". 2-ci düşərgə (Birkenau) ən böyük faciələrin yaşandığı düşərgədir. Şindlerin siyahısı filminə baxanlar bu hissəni çox daha gözəl xatırlayar. Çünki, filmin son səhnəsi məhz buradakı dəmir yolunun üzərində çəkilmişdi. Düşərgənin içərisinə birbaşa dəmir yolu xətti gəlir (hazırda istifadə olunmur) və müharibə dövründə qatarlara yığılan yəhudilər birbaşa düşərgənin içərisinə gətirilir, buradan sağlam olanlar seçilib ağır işlər görməyə yollanır, qeyri-sağlamlar, qadınlar, yaşlılar, uşaqlar isə birbaşa qaz otaqlarına göndərilirdilər. Həmin sağlam olanlar da ağır işlərdən və işgəncələrdən sonra "qeyri-sağlam" statusu alıb digərləri ilə eyni taleyi paylaşırdılar. Burada 6 qaz otağı və 4 meyid yandırma təsisi mövcud olub. Qaz otaqlarında öldürülən və ya güllələnən insanlar meyid yandırma təsislərinə aparılıb yandırılırdılar. Lakin, bu düşərgədən qaçan 2 yəhudi bütün düşərgənin sxemlərini müttəfiqlərə ötürməyə bacarmışdı və bundan xəbər tutan almanlar, sovet əsgərlərinin də gəldiyini də görərək düşərgəni dağıtmışdılar. Daha doğrusu düşərgədəki qaz otaqlarını və meyid yandırma təsislərini. Əsirləri düşərgəyə gətirən dəmir yolu xətti və 1 vaqon hələ də sağlam vəziyyətdədir. 3-cü düşərgəyə həm vaxt baxımından həm də görüləcək çox şey olmadığından getməmişəm. Amma məlumat üçün deyim ki, 3-cü düşərgə Siemens və onun kimi böyük şirkətlərin işlərini görmək üçün əsirlərin işlədildiyi bir düşərgə idi və o düşərgədə də "gücdən düşmüş" əsirlər 2-ci düşərgəyə gətirilib yandırılırdı. Auschwitzdəki mənzərələr həqiqətən də inanılmazdır, buranı gördükdə insanın insana belə şeyləri necə edə biləcəyinə belə inana bilmirsən. Bir insanın hansı dərəcədə sadist ola biləcəyinin ən böyük örnəklərindəndir Auschwitz. Buradakı insanların fabrik şəklində öldürülüb, yandırılmasına başlıca payı olan insan nə Hitler, nə Gobbels nə də başqa alman generalları idi. Buradakı insanları yaxından görən, onlara bunların edilməsini zabitlərə əmr edən, durmadan daha çox yəhudi öldürməyin yollarını axtaran şəxs SS-in rəhbəri Heinrich Himmler idi. Bütün bu düşərgələrin də fəaliyyəti birbaşa ona bağlı idi. Sovetlərin Stalingrad və Moskvadakı qələbələrindən sonra qəzəblənən Himmler, oradakı öldürülən əsgərlərin də günahını yəhudilərdə görürdü. Düşünürdü ki, bu müharibə yəhudilərə görə başladı, elə isə onlar bunun cəzasını çəkməlidir və bu düşüncə ilə 1943-cü ildən sonra yəhudilərin öldürülməsi daha da şiddətləndi. Hətta alman zabitlər öz yazılı məruzələrində fəxrlə "bu gün 90 min yəhudi" yandırdıq deyə bilirdilər. Düşərgələrə getməzdən öncə mütləq rezervasiya etməlisiniz. Əgər bələdçi ilə rezervasiya istəyirsinizsə təxminən 30 manat ödəməlisiniz. Ödəniş etmək istəmirsiniz və özünüz gəzmək istəyirsinizsə bunun üçün 17:00-dan sonra olan pulsuz rezervasiyaları əldə etməlisiniz. Öncədən rezervasiya üçün visit.auschwitz.org/rezerwacja/termin.html?idg=1 saytından istifadə edə bilərsiniz. Düşərgəyə qatarla getmisinizsə çalışın 20-dan öncə işlərinizi yekunlaşdırın. Çünki, 20:30-da sonuncu qatar yola çıxır Katowiceyə. Krakow qatarı isə 19:30-a qədər işləyir. Ən yaxşı variant isə 20:30-da Katowice qatarına çatmaqdır.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Sadig Aghali

685 dəfə oxunub

Hindistan bələdçisi - Goa

Goadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz. Hindistan ???????? 22.01.2013-18.04.2014 10.10.2014-03.03.2015 Deməli, gənclər, təsəvvür edin ki, oturmusuz evinizdə çay içirsiniz, heç kimlə işiniz yoxdu, telefonunuza gələn bir mail ilə qısa bir zamanda Hindistana getməli olacağınızı və təqribi 3 ay orda yaşayacağınızı öyrənirsiniz. Hər kəsə salam bu arada. Vizanı Moskvada aldım, 10 iş günü deməklərinə baxmayaraq 7 iş günü sonrası visa hazır olmuşdu. Visanın dediklərindən tez hazır olmasına sevinməmişdim :)) Hindistana ilk səfərim Moskva - Doha (Qətər) Doha - Dobalim (Goa İndian) baş tutmuşdu. Təyyarə hava limanına enərkən tam ciddi deyirəm, öz-özümə təyyarədən enməyəcəm, bu təyyarə ilə də geri dönəcəm deyə fikirləşirdim. Mənzərə sadəcə qorxunc idi. Təyyarə endi, ön sırada oturmağıma baxmayaraq təyyarədən enən axırıncı mən oldum. Yaşayacağım evə doğru yol aldım. "Luis quest House" adı keçən qonaq evinin sahibi Mr.Luis məni qarşıladı. Evin açarlarını verdikdən sonra bunları dedi: "Hindistana xoş gəldin. İlk baxışdan xoşa gəlməsə də əslində çox gözəl yerdir Goa. Və insanı iki dəfə ağladır Hindistan, bir gələndə bir də gedəndə." Bir çoxumuz kimi Hindistan adı çəkiləndə ağlıma ilk gələn, Taj Mahal, Fillər mənim dostumdur, Bob Morley, yaşayış səviyyəsi çox aşağı olan bir ölkə , biraz dərin fikirləşsək, Mohandas Gandhi, yoga, büstlər, büdlər və s. gəlirdi. Əlbətdə ki, bütün bu sadaladığım hər şey var və olub bu ölkədə amma sadəcə bunlar yox. Hindistan haqqında nə qədər yazsam azdır, sadəcə 9 ay yaşadığım Goa Ştatı haqqında yazım. Hindistanın 29 ştatı var və Goa bunların içərisində ən varlısıdır. Orta əmək haqqı Goada 5400 rupi yəni (94$) Goada əsas dillər konkani və ingilis dilidir. Əhalisi 1,8 milyondur. Bu arada Hindistanda 22 qəbul olunmuş dil var. Əsas nəqliyyat vasitəsi motordur. Paytaxt Ponjim. Goada içkili və yaxud sürücülük vəsiqəniz olmadan motordan istifadə edirsinizsə bunun cəzası 100 rupi ilə 500 rupi arası dəyişir. Orta təbəqə yaşayan çox azdır, bu demək olar ki, bütün Hindistanda eynidir. Çox varlı təbəqə var və çox kasıb. Goa yay istirahəti üçün əslində çox gözəl bir seçimdir. Yay yəni bizim qış. Dəniz sezonu Goada oktyabr ayında başlayır və aprelin ortalarına kimi davam edir sonra isə musson yağışları başlayır. Dənizə (Hind okeanına axan Ərəb Dənizi) 150-200 metr məsafədə 4 nəfərlik bir ev kiralamaq təxmini 250$-300$. Ümumilikdə götürsək ucuzluqdu. Hindlilər gedən kafelərdə yemək yesəniz 1$-1,5$ biraz bahalı restoran və ya kafelər 5$-7$ pulunuz çıxacaq. Bu arada Hindlilər yeməklərini əllə yeyir, oturduğunuz kafedə iki gənc sevgili bir-birlərinə əlləri ilə aş yedizdirsələr təəccüblənməyin) "Old Mong". Goaya məxsus romdur 40 dərəcə spirt qiyməti 1,5 $, amma çox dadlıdır. Hindistan mətbəxi şəxsən mənim çox xoşuma gəldi. Masala, chicken tikka masala, Lamp biryani və s. Bu arada Bakıda olanda hind restoranları görmüşdüm, yolunuz düşsə məncə bir dadına baxın. Çox acı bir mətbəxtdi və çox baharatdan istifadə edirlər. Hindistanda əsas din Hindiuzimdir, əhalinin 80%-i bu dinə inanır, 13% İslam, digər faizləri isə büdpərəstlər və xristianlardır. Goada 30% xristianlar yaşayır. Goa keçmişdə Portugaliyanın əsarəti altında olduğu üçün ştatda çoxlu kotolik kilsələrinə rast gəlmək mümkündür. Hindistanın tarixi doğurdan çox zəngin və maraqlıdır, əgər yolunuz düşsə, Xampi, Karnataka, Murdeşvar bu şəhərlərdə yerləşən tarixi abidələri kilsələri ziyarət edin. Təbiəti çox gözəldir. Goada həyatınızda görə biləcəyiniz ən gözəl gün batımını izləyə bilərsiniz. Goanı bəlkə də başqa bir dünya adlandırmaq olar, insanların yaşam və davranış tərzi çox fərqlidir. Bir anlıq keçmişə qayıtmış kimi olur insan. 100-150 il əvvələ. Hindistanın ucqar bir şəhərinə getsəniz telefon və televizorun icadından xəbəri olmayan insanları görə bilərsiniz. İnək, siçan, ilan və başqa bir çox heyvanlar Hinduizm dinində müqəddəs sayılır. Avtobusda gedərkən 1,5 saat yoldan ilanın keçməsini gözlədiğim olub, yoldan qovmaq günahdır çünki gərək özü keçsin. Evə siçan girəndə həmin gün o evdə bayram kimi qeyd olunur, çünki ən mehriban tanrılarından olan "Ganeş" siçanın üstündə hərəkət edib. Heyvanlara qarşı olan bu sevgi və hörmət səbəbi reankarnasyondur. Ölümdən sonra təkrar dünyaya gələndə, həyatlarını həmin hörmətsizlik etdikləri heyvan olaraq davam etdirməsi qorxusu. Qadınların alınlarında olan Xal "Bindi" 3-cü gözdür. Qadınları pis əməllərdən, pis düşüncələrdən qoruyasan nöqtə. Bekar qadınlarda qara, evli qadınlarda qırmızı olur. Eyni zamanda evli və subay qadınların geyimləri "sara" da fərqlidir. Hindistandan gedəndə mr.Luis dediyi kimi heç də ağlamadım, əksinə çox sevinirdim. Amma tam 7 ay sonra öz istəyimlə 5 ay qalmaq şərti ilə bir daha qayıtdım... 26 fevral 2018. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Cavid Bayramov

1124 dəfə oxunub

Survivor adası - Dominikan Respublikası

Sizə danışım yer üzündəki Cənnət Dominikan Respublikasından! Yoxdu belə təbiət, yoxdu belə dəniz, yoxdu belə ekzotik həzz, #yoxdubelesohbet ❤Qardaşım ötən ilin qışını bu ölkədə işlədiyi üçün dostumla yeni ili onun yaninda gedib məhz Dominikanda keçirmək qərarını verdik. Öncədən deyim ki, mütləq turla getmək lazımdır, uçuş biletini və oteli ayrı almaq istəsəzəniz həm dəfələrlə baha qiymətə həm də uzun saatlarla bir neçə uçuşa başa gələcək. Ancaq turla Moskvadan birbaşa charter reyslə uçursuz Dominikə, uçuş maks 11 saat çəkir, 5 saat yatsaz 2 dənə filmə baxsaz biraz da kitab oxusaz, vuala, ordasız artıq) Qiymətləri paylaşımın sonunda qeyd edəcəm. Ölkə doğurdan da möhtəşəmdir, boş yerə Acun Survivoru burda çəkmirmiş. İl boyu yay, mükəmməl hava və esrarengiz təbiət . Yağış demək olar ki, çox az oldu və olduqca narın və xoş yağış idi. Hətta yağışda hovuza girib üzdük, başqa ləzzəti var) Hava dekabr ayı olmasına baxmayaraq 30 dərəcəyə çatırdı. Günəş səhər 7 radələrində çıxır axşam 6 da batırdı. Zakat xüsusilə çox gözəl olur.Dominikan əsl turistik yer olduğu üçün otel seçimi kifayət qədər genişdir. Əsas La romana ve Punta Cana bölgələrindədir ən gözəl təbiəti olan 5 ulduz otellər. Otel daxilində hər cür şərait olur və əraziləri adətən çox geniş olur yəni otelden çıxmaq üçün heçbir səbəbiniz olmur. Restoranlar, voleybol futbol golf meydançaları, club, karaoke, hovuz, dəniz və s. hamısı otelin içində. Ancaq mütləq getməli olduğunuz turlar var.1. La Hacienda Adventure Park: Burada sizi palciqli yollarla adrenalin dolu buggee riding, cengelliyin icinde 5 merheleli kilometrlerle uzanan zipline, horse riding, 10 nefer sakini olan kende gedi ve s. kimi activityler gozleyir.2. Saona Island: One word to describe it- Paradise! Yaxtayla adaya gedirsiniz, denizin ortasinda dayaz bir yer var, orda dusub mohtesem sekiller cekdirirsiz, tebii ki sampan ve difer teamlardan dadaraq) 4 bir yaniniz mavi deniz. Daha sonra sozu geden adaya aparirlar sizi. Tebiet cox.gozel.qorunub. Denizin ( Karib denizi) dibi gorunur, ag yumsaq ozunemexsus qum, palma agaclari, mohtesem krevetka ve lasoslar, pina kolada ve s. Sekil cekdirmek ucun evezolunmaz yerdir ( see profil pic ????). Qayidisda yaxtada denizin ortasinda. diskotekaya ne deyirsiz?) Ela tecrubedir.3. Coco Bongo Disco: This club and show blows them all away (CNN). Temamile raziyam bu feedbackle. Sizi texminen 3-4 saatliq mohtesem sou gozleyir. Pink Floyd, Queen, Guns n Roses, Michael Jackson ve diger efsane solist ve qruplarin, MadMax, GOT, Mask ve s filmlerin cover performanslari, clubun ozune mexsus sou proqram, reqsler ve s. It will definetely blow your mind ????4. Diving and doplhin show: Hevesi olanlar ucun okeanda diving, delfinlerle uzmek sekil.cekdirmek ve s. teklif olunan turlar da var.Santa Domingo: Paytaxtdir, sadece orda da oldum deye getmek olar, shopping mallda duzemelli hecne yoxdur, ve paytaxta gedis gelis yolu hedsiz tixac olur. Onun evezine etrafda olan diger turistik.bolgelere gedib ordaki restoranlarda yemek.yeye bilersiz, ve o bolgenin de gece heyatini tecrubeden kecire bilersiz.Biz La romanada Grand Bahia Principe otelinde qaldiq. Oteli rahatliqla recommend edirem. Stuff her yerde cox mehriban, guleruz ve helpfuldur. Sadece otelde istediyimiz herseyin olmasi, 5 cur ferqli.restoranin, 7/24 yemek ve icki available olmasi, axsamlari.muxtelif.sou proqram.ve tedbirlerin teskil.edilmesi, ping pong, beach voleyball and football, pool handball etc. duz denizin sahilinde yerlesmesi ve s. bu oteli.secmeyimize sebeb oldu.Qiymetler: Biz Anex turla (https://www.anextour.com/ ) getdik. Dunyanin en boyuk 2 turizm agentliyinden biridir. Saytlarina girib istediyiniz gunleri.secib qiymetlerle maraqlana bilersiz. Seyahetunizden bir nece ay evvel alsaz biletleri cox daha munasib olacaq. Ancaq biz biletleri ve oteli hem en pik vaxt ucun ( 26 Dekabr -3 Yanvar) hem de ucusdan teqriben 2ce hefte evvel bron edib aldiq. Yeni ile Dominikanda girmekden daha ekzotik ne ola biler axi?)Yuxarida qeyd etdiyim Dominkandaki meslehetli turlarin adambasi qiymeti 100-300 dollar arasi deyisir, her turda teqdim.olunan xidmetlerin kemiyyet ve keyfiyyet meyarlarina esasen muxtelif paketler teqdim.edilir (standart, vip, exclusive ve s.).Umumyetle cox bahali olkedir, her sey turistler ucun nezerde.tutuldugundan, ve minlerce kilometri saatlarca ucusdan sonra gelen adamlarin "day gelmisken bunu da gedek" deyerek pul.xercliyeceklerini bilerek qiymetleri kosmik qoyublar)) misal ucun 1 paket siqaret 8-10 dollaradir, gerisini ozunuz fikirlesin ???? Ancaq o boyda yolu getmisken, yuxarida qeyd etdiyim ilk 3 tura mutleq getmek ve tadini.cixarmaq lazimdir)Dominikan rom ve siqarlari ile meshurdur, gelende mutleq alin ve orda da her ikisinin dadina baxin ????Otelimizin kontingenti esasen Kanada, Abs, Fransa, Rusiya, Qazaxistan ve Ukraynadan gelen turistlerden ibaret idi.Tip: bu ve diger otellerin daha bahali 18+ versiyalari da movcuddur ancaq meslehet deyil, cunki oranin kontingenti esasen pensioner yaslilardan ibaret olur, usaqli.ailelerden ve ses kuyden uzaq olmaq ucun o otelleri secirler. Umumyetle daha cavan kontingent ucun esasen 3 ve 4 ulduzli otelleri secmek lazimdir. Ancaq umumi rahatciliq, yuksek xidmet, nisbeten sanballi kontingent ucun ele bizim secdiyimiz otel mohtesem idi ✌Sekil ve videolari da sizler ucun paylasiram.Bu arada dominikana girmek ucun :Amerika, Kanada ve hetta multiple Shengen vizalari (bizim shengenle girdik) qebul edilir. Cox qonaqerverdirler ❤ Hecbiri yoxdursa, Istanbul ve Moskvadan Dominikan ucun vizaya muraciwt ede bilersiniz. Viza demisken, usaqliq arzumdu Amerikaya (US)getmek, hele de arzu olaraq qalir, baxmayaraq ki bu defe cox yaxinlasmisdim, Miami cooox yaxin idi, denizle de getmek.olardi. heyif vizam yox idi, neyse US de qalsin basqa sefere Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: ‎Senan Kamilli‎ 

3139 dəfə oxunub

Avropanın romantik şəhəri - Porto

Portodakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Sizə danışım Portuqaliyanın ikinci ən böyük şəhəri Portodan! Oktyabrda Lissabonu gəzdikdən sonra üz tutduq Portoya.Lissabondan Portoya getmək üçün bir neçə yol var idi. Ryan air ilə 9 avroya biletdən tutmuş, 18 avroya buslar və 22 avroya trainlər. Lissabondan 2,5-3 saat uzaqlığda yerləşən Portonu gəzmək üçün 2-3 gün bəs edəcəkdir. Sahil boyunca ətrafı da müşahidə etmək, görmək istəyirdik. Həm mənə 'Oriente station'ın arxitekturası və ümumiyyətlə oradan qatarla getmək maraqlı olduğu üçün traini seçdik. Lisbon gözəldir, xüsusilə qədim tramvayları və çoxlu bilet ehtiyac olmadan görə biləcəyiniz 'miradouro'ları (viewpoint) ilə.Porto daha turistikdi və turistlərin gəzməyi və rahatlığı üçün maksimum imkanları var. Havadan (helikopter, kanat), sudan, qurudan turlar, rahat icitimai nəqliyyat-metro, tramvay, nostljik train və nisbətən ucuz hop onoffları. Portuqaliyanın,ümumilikdə isə avropanın ən qədim şəhərlərindən olan Portonun adı əvvəlcə Portus Cale adlanırmış. Portuqaliya adının etonomiyası da buna söykənir. Porto ve Caleni Douro çayı ayırır və bu çay da atlantik okeanına tökülür. Bu çayın üzərində bir neçə körpü yerləşir ki, onlardan da ən möhtəşəmi və görə biləcəiyiniz ən gözəl mənzərə olanı Dom Luis I körpüsüdür.Körpü Gustave Eiffel tərəfindən Eyfel qülləsini inşa etməzdən öncə tikilmişdir. 172 metr hündürlüyü olan körpünün aşağısı avtomobillər yuxarısı isə tramvaylar üçündür. Hər iksində piyadalar üçün keçid vardır. Sadəcə körpünü piyada keçməklə Portoya açılan möhtəşəm mənzərəni izləyərək bu şəhərin nece gözəl olduğunu və ona aşiq olmamağın mümkün olmadığını başa düşəcəksiz. Şəhər olduqca qədimd ivə möhtəşəmdir. Bu qədimliyi rənglər, ornamentlər və şəhərin qeyri adi qədimlik və müassirlik kombinasiyası daha da cəlbedici və təkrarolunmaz edir.Qədim kolorit qorunub saxlanmaqla yanaşı müassir arxitektura nümunələri də Portonu özünəməxsus edir. Fundachao de Serralves, Casa de Musica isə getmezdən öncə mənim listimdə ön sıralarda idi. İnsanları çox mehribandır və istiqanlıdır. Uzun-uzadı həmsöhbət olmağa hazırdılar. Küçədə yaşlı insanlara çox rast gəlmək olar. Bunu digər şəhərlərdə çox müşahidə etməmişdim. Atlantik okeanı sahili boyunca gezmek və az qala mayaklara çatacaq qədər nəhəng dalğaları görmək də xüsusilə zövqvericidir. Çalışın hər yeri müşahidə etmək üçün piyada gəzin amma ehtiyatlı olun Porto enişli və yoxuşludu və bu sizi bir az yora bilər )) Yerli market-bazarlarını gəzib əsl portuqal mühütünü müşahidə edə bilərsiniz,qiymətlər digər avropa şəhərləri ilə müqayisədə nisbətən uzudu. Meyvə və tərəvəzlər bizdəki qiymətlərlə müqayisədə qat qat ucuzdu.Portuqaliyaya gəldikdə nə yeyilməlidir dedikdə ağıla ilk Francesinha gəlir. Francesinha əslində sandwichdir və Kartof qızartması,xüsusi sousla, yumurta ilə birgə servis edilir. Olduqca doyumludur və yaglılığı çoxdur. Qiyməti isə 6 avro. Portodan başqa yerdə bu yeməyi tapmaq mümkün deyil, tapsanız da mütləq qayıdıb yenidən Portoda yeyecəksiniz.Portuqalliyanın milli balığı sayılan Bachalau yəni Cod fish demək olar getdiyiniz hər restoranın menyusunda qarşınıza çıxacaq. Bu balığdan müxtəlif növdə yeməklər hazırlanır və mütləq bir-iki dəfə bu yeməklərin dadına baxın. Cod fish-dın hazırlanan yeməklərin qiyməti isə 12-22 avro arası 'sea food' suplari da çox dadlıdır və müxtəlif növ dəniz məhsullarının qarşığından hazırlanan bir supdur. (12 avro)Pastel de Nata da öz yerində)) Portoya gedib Porto şərabının dadına baxmağı qaçırmağ olmaz. Mağaralarda yerləşən şərab turları var və qiymətləri 7-15 avro dəyişir. Porto şərabları şirindi və istehsal olunan ən yüksək alkaqollu şərabdır. Sahil boyunca şərab mağaraları düzülmüşdür.Portoda diqqətimi çəkən bir məqam bəzi gənc oğlan və qızların xüsusi qara manto yaxud rahib geyiminə bənzər qara palto ilə gəzməkləri idi. Bəzən onların yanında özlərindən yaşca böyüklər də eyni geyimdə olurdu. Fikrləşdim yəqin kilsə təhsili ilə bağlı ola bilər.Sonra isə bir yerli izzah etdi ki, Porto universitetinə tələbələr məhz belə geyimdə gedirlər. Hətta isti sentyabr ayında belə bu qara manto onların üzərində olur.Eyni ilə Harry Potterdəki kimi.Harry Potter demişkən, J.K.Rowling əsərindəki geyimləri də məhz elə Porto universitetinin qara manto geyimli tələbələrindən ilhamlanaraq yazmışdır. 1991-ci ildə Portoya köçən J.K.Rowling Harry Potterin ilk kitabını 'Fəlsəfə daşı'nı yazmağa başlamışdır. O vaxtının çoxunu Portoda qədim bookstore olan Livraria Lelloda keçirmiş və 'Fəlsəfə daş'ını məhz bu bookstorda və Portonun hazırda ən məşhur kafesi 'Cafe Majistic'də yazmışdır.Bu qədim bookstoru gəzməyi unutmayın. Giriş 4 avrodur.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elay Mikayil

1346 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!