6144 dəfə oxunub

Bali bələdçisi - nə qədər pul lazımdır?

Bali adasındakı bütün otel və hostellərə bu linkdən keçid alın.

Bali adası-Yer kürəsindəki cənnət

Bali adası ilin 12 ayında da rəngarəng və gözəlliyi ilə seçilməsinə baxmayaraq İyun-Oktyabr aylarında özünəməxsusluğunun pik nöqtəsini yaşayır. Bu gün əminəm ki, bir çoxinsanın yanında Bali haqqında danışdıqda o insanın ürək döyüntüləri daha tez-tez atmağa başlayır. Həmin anda insan ürəyi durmadan Bali adasını istəməsinə baxmayaraq beyin ($dollar$) komandası verib ürəyi sakitləşdirir))). Bu səbəbdən bu gün Balinin möhtəşəmliyindən deyil 15 günlük səyahət üçün oraya çəkiləcək xərclərdən danışmaq istəyərdim. Əvvəlcə yaxşı xəbər odur ki, Bali adası, ümumiyyətlə İndonezya Azərbaycan Respublikası vətəndaşları üçün vizasızdır. Aeroportda UK vətəndaşlarının yerində Viza almaq üçün növbəyə durduğunu görüb növbəsiz və vizasız adaya daxil olmağın həzzi başqadır.

33704730_216128762506936_3868696091134263296_o

Bali adasına getmək üçün çəkilən xərcin əsas hissəsini təbii ki, təyyarə bileti tutur. Bu gün Bakıdan Bali adasına aşağıdakı variantlarda uça bilərsiniz: 1) Baliyə low-cost təyyarələrlə uçmaq istəsəniz bunun üçün Bakı-Tehran-Kuala Lumpur-Bali istiqamətində gediş-dönüş biletləri ala bilərsiniz. Bu variantla Buta, Air Asia və Garuda İndonesia təyyarələrini istifadə edəcəksiniz. Bilet xərci 1 nəfər üçün gediş-dönüş gedəcəyiniz ayın günlərindən asılı olaraq 1000-1200 manat aralığında olacaq. 1 tərəfli aeroportlarda gözləmə müddəti daxil təxminən 30-40 saat ərzində Baliyə çata bilərsiniz. Təyyarələr low-cost olduğu üçün oturacaqlar narahatdır. 2)İkinci variant Bakı-İstanbul-Cakarta-Bali istiqamətində gediş-dönüşdür. Bu variantda Bakı-İstanbul-Cakartaya THY ilə, Cakarta-Bali arasında olan 1 saatlıq məsafəni isə Garuda İnternational ilə uçacaqsınız. Bilet qiymətləti ilin bütün sezonlarında 1300-1500 azn arasındadır, Səyahət müddəti aeroportlardakı gözləmə vaxtı ilə birlikdə 24 saatdır. 3)Üçüncü variant Bakı-Doha-Bali reysidir. Qatar airwaysin çox rahat olan təyyarələri ilə 13 saata Baliyə çatacaqsız. (Bakı-Doha 2,5 saat, Doha-Bali 8 saat, geri qalan müddət aeroportda). Bilet qiyməti 1700-2000 azn aralığındadır. Əlavə olaraq deyim ki, Sinqapuru da görmək istəyənlər Bakı-Doha-Sinqapur-Bali reysinə bilet ala bilər. Bilet qiyməti 2000 azn. Tranzit uçuş olduğu üçün vizasız Sinqapurda 96 saat qala bilərsiniz. İndi isə qayıdaq Baliyə. Bali adası yaşayış üçün kifayət qədər ucuz olan bir yerdir. Burada ictimai nəqliyyat olmadığı üçün əsas xərc taksilərə çıxır. Baliyə getmədən mütləq Uber yükləyin. Çünki orada Uber taksilərdən 2 dəfə daha ucuza başa gəlir. Əgər Uber istifadə edə bilməsəniz yalnızca göy rəngli BlueBird taksilərini istifadə edin. Bütün taksilərə əyləşəndən sonra taksimetri açdırın yoxsa düşəndə kefləri istəyən qiyməti oxuyacaqlar)). Bu arada 40 dollar ödəməklə sutkalıq şəxsi taksi tuta bilərsiniz. Bütün gün sizi istədiyiniz yerə aparacaq. Qrupla gedən insanlar üçün əlverişlidir. Moto və skutr idarə edə bilənlərin isə əsl bayramıdır. 15 günə heç 100 dollar xərciniz çıxmaz. Skutr sürməyi öyrənmək asandır, ancaq ilk dəfə üçün çətinlik çəkə bilərsiniz və qəza riski yüksəkdir.

33714936_216128799173599_6588086026512629760_o

Növbəti məsləhətim taksiyə pul verib adanı gəzməkdənsə gəzəcəyiniz ərazidə otel tutub qalmaq daha sərfəlidir. Çünki Balidə otel və villalar xeyli ucuzdur. Məsləhət görə biləcəyim oteller Ubud bölgəsində-(Bakung Ubud Resort and Villa 4*-günlük iki nəfərlik-dbl otaq üçün 70 azn ödəyəcəksiniz, Bliss Ubud Abangan 4*- dbl room 105-azn, Sens Hotel and Spa-4*-dbl room-150 azn, The Peacock İnn 3*-65 azn-yeri əladır). Balinin ən bahalı yeri sayılan Nusa Dua bölgəsində okeana 5-10 dəqiqəlik məsafələrdə məsləhət görə biləcəyim otellər(Mercure Bali 4*-dbl room 100 manat, Swiss Belhotel Segara Resort 4*-dbl room 80 manat, Santika Siligitia Nusa Dua 4*-dbl-70 manat) P.s-Bunlardan xeyli ucuz və bahalı otellər də var, büdcəniz nəyə uyğunsa seçə bilərsiniz. Beləliklə son nəticəyə gəlsək əgər iki dost THY ilə Baliyə uçub yuxarıda göstərdiyim orta səviyyədə otellərdə qalıb, səyahət boyunca Uber istifadə etsə 15 gün üçün 1400x2(bilet)+1000(otel-db room)+300 azn(uber)+1000(yemək və gəzmək)- ortalama 2 nəfərə 5000 azn-adambaşı 2500 azn xərciniz çıxar. Bunu günə böldükdə adambaşı 166 manat gündəlik pul edir ki, Azərbaycanın hər hansı bölgəsində yalnızca otelə az qala günlük o qədər pul ödəmək lazımdır. Tək gedənlər isə 3000-3500 aralığında xərc çəkməklə möhtəşəm 15 gün keçirə bilər. Bu arada Bali balayı adasıdır deyənlərə çox da qulaq asmayın, bura nə Seyşeldir nə də ki Maldiv. Baliyə fərq etmir tək, dostla və ya ailəli getmək, hər insanda unudulmaz xatirələr qoyan bir adadır. İndi isə bu günlük bu qədər. Qiymər barədə əlavə sualı olan yaza bilər.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

 

Paylaşdı: Gəzgin Həyat

DİGƏR BLOQLAR

Hollandiya səfəri

Keçən həftə Hollandiyada idim.Hollandiya səfəri planlaşdıranlara ürəkdən məsləhət görərdim ki, mütləq yaz aylarını seçsinlər!Mən Amsterdamda qalırdım və oradan dünyanın ən məşhur lale bağlarından biri olan Keukenhofa getdim. Bu möhtəşəm bağ hər il yalnız aprel-may aylarında ziyarətə açıq olur.Amsterdamdan Keukenhofa getmək çox asandır — təxminən 30 dəqiqəlik bir məsafədir. Hollanlılar nəqliyyatı və təşkilatı o qədər gözəl qurublar ki, heç bir çətinlik yaşamırsan.Bilet alanda seçim şansı var: sadəcə giriş bileti ala bilərsən, ya da nəqliyyat daxil olan kombinə edilmiş bilet seçə bilərsən. Mən nəqliyyatlı variantı seçdim, beləliklə avtobusa ayrıca pul ödəməyə ehtiyac qalmadı. Avtobuslar rahatdır və səni birbaşa Keukenhofun girişinə qədər aparır.Keukenhofa çatanda özümü sanki başqa bir dünyaya düşmüş kimi hiss etdim. Hər tərəf rəngbərəng lalələrlə dolu idi — sarı, qırmızı, bənövşəyi, ağ… Hara baxırsan, göz oxşayan bir mənzərə!Sadəcə lalələr yox, müxtəlif güllərdən ibarət kompozisiyalar, maraqlı heykəllər və kiçik su kanalları da var idi. İstəsən parkı piyada gəzə bilərsən, istəsən də velosiped icarəyə götürüb daha sürətli şəkildə kəşf edə bilərsən. Hər künc ayrı bir gözəllikdir və demək olar ki, hər addımda şəkil çəkdirmək istəyirsən.İmkanı olan hər kəsə Keukenhofa getməyi ürəkdən tövsiyə edirəm! Bu səfər mənim üçün unudulmaz oldu!Paylaşan: Günesch Kroeger

220 dəfə oxunub

ABŞ-da səhmdarların böyük görüşündə iştirak etdim

Çatmaqaş və Warren Buffett Həyatımın ən gözəl və yadda qalan günlərindən birini yaşadım. Tələbəlik illərimdən heyran olduğum, hər addımını izlədiyim, özümə kumir seçdiyim, dünyanın ən varlı adamlarından biri Warren Buffett’i canlı izləmək şansım oldu Hər il olduğu kimi bu il də ABŞ-da səhmdarların böyük görüşü keçirildi və Warren Buffett də orada çıxış etdi. Təbii ki, bu möhtəşəm görüşü əldən verə bilməzdim. Məzuniyyət götürüb ABŞ-a gəldim və bu görüşdə iştirak etdim. İnanın səmimiyyətimə mən hər il bu görüşü kompüter arxasında izləyirdim. Və heç ağlıma da gəlməzdi ki, bir gün okeanın digər tərəfində olub onu real, bir neçə addımlığında izləyərəm. Bu görüşün mənə yaşatdığı hissi sözlə ifadə edə bilmərəm. Bu hissi yaşamaq lazımdır. Və nə xoş təsadüf ki, iştirak etdiyim bu görüş tarixi bir görüş oldu. Belə ki, məşhur investor Warren Buffett qurucusu olduğu Berkshire Hathaway’də CEO-luq vəzifəsindən ilin axırı gedəcəyini açıqladı. Bu investisiya tarixinin yadda qalan anlarından biri idi.Düşünürəm ki, həmişə arzusunda olduğun bir anı yaşamaq gözəl hissdir. İstəmək, arzulamaq həmişə lazımdır. Ona görə hər kəsə deyirəm ki, həyatda nəyisə istəməkdən, arzulamaqdan çəkinməyin və onları reallaşdırmaq üçün əlinizdən gələni edin. Əmin olun ki, bu sizdə alınacaq #Orujlbrahimov #WarrenBuffett #ABŞ #səhm #arzu #chatmaqash #USA #lifeexperience #money #berkshirehathaway #shareholdersmeeting #gezeyenler— Omaha, Nebraska USA'dəPaylaşan: Oruc Ibrahimov

193 dəfə oxunub

Fransanın Cənubu + Kiçik İtaliya turu

Fransanın Cənubu + Kiçik İtaliya turu4-5 gün ərzində Fransanın cənubunda olduq, hətta İtaliyaya da keçdik. Biz Saint-Laurent-du-Var-da çox mehriban fransız ailəsindən otaq kiraladıq (4 gecə = 300 avro). İstəyən olsa, əlaqə nömrələrini paylaşa bilərəm.Qatarlara biletləri biz ya avtomatdan, ya da Omio-dan alırdıq, amma ən sərfəlisi SNCF app-dir – az da olsa qənaət olunur.(evində qaldığımız xanım bunu bizə məsləhət gördü) Qatarlar 11 qədər işləyir.Bu günlərdə Monaco, Menton, Cannes və Ventimiglia-nı gəzdik. Amma onu deyim ki,Qatarlar hər zaman dolu olur hər zaman Ən çox Mentonu bəyəndik .Menton balaca, amma çox gözəl şəhərdir – hər yerdə limon Nice-də daha əvvəl olduğumuz üçün bu dəfə getmədik, amma ev tutmaq istəyənlərə məsləhətim Nice-də tutun.Ev üçün alış-verişi Nice-dəki böyük Auchan marketindən edin, çünki Cannes və Monaco-da qiymətlər çox bahadır. Düzü heç restoranlar o qədər də baha deyildi 2 nəfərə Cannes-da Şərab,adi su və 2 Pizza üçün 56 avro verdiq səhv etmirəmsə. Pizzalar maximum 16 avrodu ən bahası.Evə isə su və səhər yemək üçün ancaq alış-veriş etdik. Ventimigliya (İtaliya) isə stansiyadan çıxanda mərkəzə düşürsünüz, amma Old City bir az uzaqdadır – vaxt itirmədən elə Old City-yə getmıyi məsləhət görürəm. Avqustda biz günün altında bir az əziyyət çəkdik , bəlkə də bu bölgəyə Sentyabrda getmək daha rahat olar.Paylaşan: Almaz Məmmədova

274 dəfə oxunub

Hollandiya bələdçisi - Amsterdam və Haarlem

Amsterdamdakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.Amsterdam Hollandiya mənim 14-cü ölkəm oldu. Bu şəhərə düşdükdən sonra başa düşdüm ki, həyat burada qaynayır  hər axşam mərkəzdə çoxlu eventlər keçirilir. Bizi Amsterdamda qarşıladıqları üçün Fuad və Yasinə dərin təşəkkürümü bildirirəm! Bizi gözəl yerlərlə tanış etdilər və birlikdə gözəl vaxt keçirdik. Ümumilikdə 4 gün keçirdik Amsterdamda və qalmağa yer üçün Couchsurfingdə Haarlemdə qaldıq.Haarlem kiçik şəhər olmasına baxmayaraq mütləq gediləsi görüləsi şəhərdir. Qaldığımız ev isə sadəcə möhtəşəm idi. Tarixin bir parçası olan evlərdə qalırdıq yerli pendirləri və digər şeyləri birlikdə yoxladıq. Hollandiyada olan ən böyük çətinliklərdən biri də gecə 2-dən sonra heçkəs çöldə alkohol içərək restoranların qarşısında otura bilməz. Hər yeri yığışdırırlar. 24 saat işləyən yerlər demək olar ki, yoxdur. Evimiz Haarlemdə olduğu üçün ilk gecə qatarı buraxdıq düşündük səhərə qəədər oyaq qalaq. Saat 4-5-ə qədər işləyən barlar tapdıq mərkəzdən bir xeyli uzaqlıqda Couchsurferlər ilə gecə yazışdıq 20-25 arası adam toparlaya bildim və getdik. Nə halda getdik, necə getdik o 25 adamla bilmədik  Çalışın ayıq qalın bu şəhərdə  Səhər 7də Haarlemə çatdıq və onda başa düşdük ki, günəş çıxır insanlar hələ çox azdır şəhərdə və sən demə transport mərkəz küçələrdə icazə verilmirmiş sadəcə ayaqla gəzə bilərsən ya da velosiped. O şəhər məni gözəlliyi ilə valeh etdi.Amsterdamın Legendi Isa da o müddətdə orda olacaqdı əvvəldən danışmışdıq görüşəcik təsadüfən o da həmin günü Haarlemdə idi və biz birlikə hamımız görüşdük. Oturduğumuz restoran Jopenkerk Haarlem yalan olmasın 50 tip pivə təqdim edir sizə menyuda  Pivə qiymətləri çox bahadır Hollandiyada amma siz bunu tətil bitəndən sonra hiss edəcəksiniz narahat olmayın Və sonda isə bizim eXclusive görüşümüz dostumuz canımız Azərbaycanı gözəl təmsil edən Milli Dəstənin gözü ürəyi Shamil ilə görüşdük  Bizi çox gözəl yerlərə apardı  Gözəl experience olan bir şəxslə həm də həmvətənlərimlə başqa ölkələrdə görüşmək mənə çox xoşdur. Gələcəkdə sizin də şəhərlərə gəlsəm adamyeyən deyiləm çoxlu gözəl memories ola bilər  Bu yaxınlarda Amsterdamlılar şikayət etdikləri üçün demək olar ki Amsterdamda Deturizm gedir. Deyəsən turistləşdirmə onlara baha başa gəlir deyə artıq əsas I  Amsterdam yazısını da bildiyiniz kimi götürüblər və bu yaxınlarda artıq Red Light Streeti də sökməyə hazırlaşırlar. Şəhərdə polis heroin və digər maddələrin təsirində olan insanların leşini daşımaqla məşğuldur  Hərə bir tərəfdə uzanıb təsirindən ayılacağı saatı gözləyir gecə saatlarında  Gecə səhərə qədər qalacaqsınızsa 1-ə qədər öz yemək ehtiyyatınızı tutun yoxsa səhərə qədər ac qala bilərsiniz. Bu cəhətdən gec saatlara qədər işləməyən restoranlar tərəfdən Amsterdamı bəyənmədim. Bir klub tapıb 2ci gecəmizi səhərə qədər küçədə yox ən azı orda keçirə bildik. Həyatımda ilk dəfə Tesla elektrocarını taksi kimi xidmət göstərən gördüm Amsterdamda  Qatar Transport sistemi bərbad vəziyyətdə deyərdim Amsterdam barədə. Ən azı isə Haarlem və Amsterdamdaxili gedişləri nəzərdə tuturam. Hər addımbaşı azərbaycanlılara rast gəlib 2dəqiqə ayaqüstü xoş mehriban söhbətlərimiz oldu hamınızı tanımasam da hamınıza səmimiliyiniz üçün təşəkkür edirəm. #səyyaholmagəzəyənol #gezeyenler #gəzəyənlərƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Murad Chicharito Huseynow

2708 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!