Yeni səyahətlər yeni təcrübələr gətirir

Hər bir səyahət dünya qədər yeni təcrübə və məlumat deməkdir amma Montenegro səyahəti yəqin mənim bu günə qədər yaşadıqlarımdan ən məhsuldarı idi. Hava yolları və limanları ilə bağlı təcrübə etdiyimiz bir neçə müxtəlif məqamı xüsusi vurğulamaq istədim ???? Ümid edirəm gələcəkdə “axtarış” edən kimlərinsə köməyinə çatacaq.1. Başlayaq hamilə qadınların aviaşitkətlərlə uçuşu məsələlərindən. Rəfiqəmin sayəsində öyrənmiş oldum ki, siz hamiləliyin 26-cı həftəsinə qədər problemsiz səyahət edə bilərsiniz. Uçuşa qeydiyyat zamanı hamiləliyinizi bildirdiyiniz/ aşkar olunduğu halda sizdən hava yollarını məsuliyyətdən azad etdiyiniz barədə yazılı bəyannaməni doldurmağınız tələb olunacaq. Bu halda sizdən həkimdən arayış tələb olunmur. İşdir hamiləliyiniz daha irəliləmiş dövründə 26-32 (32 daxil olmaqla) həftə arasındasınızsa sizdən müalicə aldığınız həkimdən xüsusi arayış almağınız tələb olunacaq və yenə də hava yollarını məsuliyyətdən azad etdiyin haqda bəyannamə imzalayacaqsınız. Bir söz bildirsəniz də, bildirməsəniz də məsuliyyət sizindir. Arayışın üstünlüyü isə həm səyahət öncəsi həkimlə son bir dəfə məsləhətləşmək şansınız olur, həm də hava yolları işçiləri ilə mümkün əlavə müzakirələrdən qaçmış olursunuz. Çünki oların 32+ həftəlik hamilə qadınları daşımağa haqqı yoxdur və hamiləlik aşkar olunduğu halda siz təyyarəyə daxil olmadan bunu sübut etməlisiniz.Bizim təcrübəmizdən deyə bilərəm ki, hamiləliliyin istənilən ayı üçün alınmış arayış sizə extrimal halda kömək ola bilər.Rəfiqəmgilin Podgoriça - İstanbul uçuşu ləğv olundu. Bu zaman onlar hamiləliklə bağlı xüsusi üstünlüklər əldə edə bildilər. Otelə ilk transfer olunmaq, Tiflis biletinin Bakıya dəyişdirilməsi və.s. İlkin hamiləlik dövrlərində visual çətin olacağından bu vəziyyətinizi sənədlə sübut edə bilərsiniz.2. Müəyyən problemlərə görə həyat yoldaşım Wizz Air lə alınmış biletlərin ilk 2 uçuşunu götürə bilmədi və 1 gün sonra tamam başqa hava yollarıyla yeni bir bilətlə Padgoriçaya uçdu. Geri dönüş biletlərində problem yaşamadıq. Yəni bilet nə NO SHOW kimi qeyd olunmuşdu nə də geri dönüş hissəsi ləğv olunmuşdu. Bir üstünlüyümüz var idi ki, her 4 uçuş üçün "online check-in" öncədən edilmişdi.QEYD: bu dediklərim, ancaq WizzAir və öncədən online check-in olunduğu hala keçərli ola bilər.3. Elektron ƏşyalarƏl baqajı ilə security yoxlamasından keçən zaman çoxumuz notebookları qabından çıxarın, elektron əşyaları üstündə heç nə olmayacaq şəkildə ayrıca qutuya qoyun lövhələrini görmüşük. Bütün amma bütün əşyaları çıxarın və səliqə ilə düzün, ayrıseçkilik etməyin necə deyərlər. Bura kindle, foto aparat linzalarından tutmuş blenderə qədər hər şey daxildir. Evdə baqajı yığanda çalışın bu əşyaları rahat çıxaracaq şəkildə və göz önünə qoyasınız ki, sonradan nə baqajı dağıdasınız, nə də heç nə yaddan çıxmasın. Baqajın içində yaddan çıxmış bir əşyaya görə sizi təsəvvür etmədiyiniz qədər gözlədə bilərlər (((4. Əgər Dronla uçursunuzsa Budapeşt hava limanında əl baqajınızda keçirə bilməyəcəksiniz. Security yoxlamasında verilən məlumata əsasən təhlükəsizlik səbəbindən dronların tranzit zonaya buraxılması qadağandır. Buna görə də ancaq əl baqajımız olmağına baxmayaraq biz check-in vaxtını gözləməli və bagajı hava yollarına təhvil verməli olduq. Xoşbəxtlikdən WizzAir-də bu hal normal qarşılandı və buna görə əlavə ödəniş tələb etmədilər.5. Əl baqajında maye daşımaq haqqında hamı hər şeyi artıq yazıb amma son dəfə də mən yazım.Artıq bilirik ki, 100 ml-ə qədər flankonlarımızı ürək rahatlığı ilə götürə bilərik. Say önəmli deyil. Tək göstərici onların hamısını 1 litr həcmində görünən bir paketə yerləşdirməkdir. Əgər evdə əşyaları hazır qoymasanız security yoxlamasında bir -bir onları çantanın müxtəlif yerlərindən tapdırıb özləri tərəfindən təqdim olunan 1 litrlik paketə yığmanızı istəyə bilərlər. Yerləşib yerləşməməyi bir yana, öncədən hazırlıq əlavə stress və zaman itkisini aradan qaldıracaqdır. Çantanın darmadağın olmağından danışmıram belə. Axırıncı, uçuşlar vaxtı bir çox xanımın bundan əziyyət çəkdiyini müşahidə etdiyimdən qeyd etmək istədim. Ölçülər uyğun gəlsə də, hava yolları işçiləri bir-bir bütün mayeləri çantanı eşələyib çıxardırlar. Son uçuşların hamısında bütün, xırdalı irili flakonların hamısını həmin paketə yığıram və yoxlama zamanı çıxarıb qoyuram bir kənara, heç bir gözləməsiz keçirəm.Belə, ümid edirəm faydalı olsun məqsədim maraqsız yazı ilə nəticələnmədi sizin üçün.P.S. Əlavədə dostlarla olan son səyahətimiz Montenegrodan dron videosunu da yerləşdirirəm. Necə deyirlər fikirləriniz önəmlidir. ( https://www.youtube.com/watch?v=ZlUXHHyun1w )Sağlıqla qalın ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Aysel Allahverdiler 

608 dəfə oxunub

Bir qalanın sirri - Carcassonne

Fransanın Languedoc-Roussillon bölgəsinə Barcelonadan icarəyə götürdüyümüz maşınla getmişdik. Elə yenicə Fransa torpağına qədəm basmışdıq ki, əsl fransız qonaqpərvərliyini öz üzərimizdə hiss etdik. Düz xətti azca bastaladığımıza görə şanlı fransız polisi bizi saxladı, nə qədər yalvardıq, kimlərin adını verdik xeyri olmadı. Alın təri ilə qazandığımız 90 Avromuz cibimizə ağırlıq edirmiş. Nə qədər kruasan ala bilərdik bu pula...Pireney dağlarının ətəyində yerləşən Od çayı üzərində yüksələn Carcassonne qalasının gözəlliyi kütləvi kruasan itkisini tez unutdurdu. Axşam bura çatdıq və mehmanxanada çantalarımızı tullayıb yüyürdük qalaya. Qala divarları arxasında qədim şəhər yerləşir. Saysız hesabsız restoran və kafelərin qarşısında dayanan işçilər turistləri cəlb edirlər və hər biri də səni inandırmağa çalışır ki, əsil “cassoulet” məhz burada bişirilir. Ət və ağ lobyadan hazırlanan bu yerli təam gil qabda təqdim olunur və elə sobadan götürülüb qaynayan vəziyyətdə masanın üstünə qoyulur.Carcassone çox mürəkkəb tarixi olan qədimi bir qaladır. 725-ci ildə buranı müsəlmanlar ələ keçirir və şəhərin adının yaranmasının ən çox yayılmış əfsanəsi elə bu dövrlə bağlıdır. Qalanın Karl tərəfindən mühasirəsinin beşinci ili gedirdi. Demək olar ki, bütün qarnizon başda müsəlman hökmdarı Balaak olmaqla məhv edilmişdi. Elə bu vaxt Balaakın həyat yoldaşı Karkas xanım hiylə işlədir - şəhərdə yeganə sağ qalmış donuza taxıl yedizdirib onu qala divarından tullayır aşağı. Zərbədən partlayan donuzun qarnından yerə tökülən taxılı görən Karl fikirləşir ki, gör bunlarda nə qədər donuz var ki, onları diri diri tullayırlar və nə qədər yemək ehtiyyatları var ki, donuzlara taxıl yedizdirirlər. Bu vəziyyətdə o, mühasirənin mənasız olduğunu düşünərək ordusuna geri çəkilmək əmri verir. Qələbəni qeyd edən Karkas isə zəng çalmaq əmri verir. Səsi eşidən Karlın silahdaşıyanı hökmdarına müraciət edərək “Cənab, Karkas Sizi çağırır” deyir (Sir, Carcas te sonne). Bilmirəm Sizə nə qədər maraqlı gəldi, amma hər halda turistlər üçün hesablanan və şəhərin brendinə çevrilən bu əfsanənin baş qəhramanı Karkas xanımın heykəli elə girişdəcə Narbonn qapıları ilə üzbəüz dayanıb camaatı qarşılayır.XI-ci əsrdə Languedocda mənəvi dünyanın yaradıcısı olan Xeyirxahlıq Allahını və maddiyyatın yaradıcısı olan şeytanı qəbul edən Katar təriqəti yaranmağa başlayır. Carcassone katar mərkəzlərinin birinə çevrilir. Bunu eşidən Roma papası dönüklərə qarşı səlib yürüşü elan edir. Bölgəni od içində boğan və yerlə yeksan edən bu yürüş Carcassone qalasına demək olar ki, toxunmur. Buna səbəb isə qala müdafiəçilərinin iki həftədən sonra su çatışmazlığı səbəbindən təslim olmaları olur. Şəhər sakinlərinə buranı sağ salamat tərk etmək imkanı yaradılır, yalnız bir şərtlə - onlar hər bir şeylərini şəhərdə buraxıb, özləri ilə isə yalnız günahlarını apara bilərdilər, yəni ki, bir şalvar və bir köynəklə. Langedocun tarixində qaranlıq dövr başlayır – müharibələr, inkvizisiya, kütləvi qırğınlar. Bəzi məlumatlara görə inkvizisiya elə məhz bu dövr burada yaranıb. Və onun ilk qurbanları katarlar olub.Lakin, tam qələbəni qeyd etmək hələ tez idi. Qürurlu katarlar azadlıq mübarizələrini hələ çox davam etdirdilər. Onlar insanı insan tərəfindən istismar etmədən vicdanlı və sağlam həyatı təbliğ edirdilər. Döyüşlər uzun illər davam etdi, lakin güclər qeyri bərabər idi və yekunda katolik dininin tərəfdarları tam qalibiyyət qazandılar. İndiki Carcassonda o dövrdən qalan abidələrdən biri də qalib tərəfin qala içərisində tikdirdikləri Müqəddəs Nazari və Selsi katolik kilsəsidir.Qalanın ərazisi gəzməklə bitmir, hər addımda elə bil ki, o dövrlərə qayıdırsan. Hər il iki milyon turist qəbul edən Carcassone son dövrlər Holliwoodun da maraq dairəsinə daxil olub. Burada “Robin Hood”, “Jeanne dArc”, “Harri Potter” və bir neçə Disney cizgi filmləri çəkilib. Hətta Disney özü bir neçə il Carcassonedə yaşayıb.Carcassone qaladan başqa aşağı şəhərdən də ibarətdir. Şəhərin bu hissəsi bizdə o qədər maraq doğurmasa da, getməyə məcbur idik. Və səhər yeməyindən sonra şəhərə poçt axtarışına yollandıq. Avropada cərimə ödəmə təcrübəmin olmadığından proses mənə çox maraqlı gəldi. Demək poçtda cərimənin dəyəri qədər marka almalısan, onları zərfin üstünə yapışdırıb poçt qutusuna atmalısan. Poçt qutusunu tapmaqda isə bizə bir yerli qonaqpərvər fransız yardımçı oldu. Bizim ingiliscə, onun isə fransızca danışmasına baxmayaraq bir birimizi çox gözəl başa düşdük.Bir sözlə, yolunuz nəinki Fransaya və ya İspaniyaya düşəndə, umumiyyətlə Avropaya növbəti səfər xəritəsinə mütləq bu balaca lakin qədim və qürurlu bir tarixi olan Carcassone şəhərini salın.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Matin Rahimli

992 dəfə oxunub

Səyahət əhvalatları -Turin

Turindəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Hörmətli, Gəzəyənlər Harda əndrəbadi iş var məni tapmalıdır axı Deməli getmişik Nitsaya, ordan Monako, Kann, Menton, Milan, Turin, Florensiya bir sözlə, boş vaxt nə qədər desən, avro da hələ qalxmıyıb, "birin birə"dir, kef boydan Gəldik Turinə, dedim acqarına Yuventusun maqazinindən suvenir almağa getsək, yaxamızdan tutub atacaqlar çölə ki, tfu sizə pis fakirlər  Bir şey atışdıraq, sonra gedək  Elə düz otelimiz yerləşən binanın birinci mərtəbəsində bir pizzeriya var ki, gəl görəsən, heç "avtoş dönər"in qabağında o qədər adam olmur Nəisəəə millət əlində pizza yarıoturaq, yarıayaqüstə, ona buna dəyə dəyə pizzasını yeyir, dedim ala yox eee, bomj zad deyilik ki, o boyda yol gəlmişik, Monako kazinosunun behindən də bir az qalığımız qalıb (nuuuu bu zarafatdı başa düşdüz), gəl keçək içəridə qəşəng oturmalı yerlər var, oturaq pizzamızı yeyək  Keçdik içəri ki, akazımıçka bidənə də zal var ki, konkret pizza yemək üçün nəzərdə tutulmuş "şaxmatnı pakrıval" kimi süfrələr, qədimovski adi taxta stollar, amma içəridəki İtalyan abu-havası çooox qəşəngdir, içəri doludu "qan iyinə gələn" turistlərnən Pizzamızı, kolamızı, pivəmizi zakaz elədik, yedik, içdik, yeriniz məlum, əlimi yuxarı qaldırıb bizə qulluq edən gözlərindən od yağan italyan ofisiant qızı çağırdım ki, bəs, ağalar yeyib doyub, rəqqasələr.... yox ee, çaşdım, şot gəlsin Şot gəlib, yediklərimiz də, içdiklərimiz də hər şey menyuda olduğu kimi yazılıb, ni tuda ni syuda, nikakoqo artığa əskiya, no 6 euro okupate yazıblar ki, ay tövbə biz onnan nəinki yeməmişik, heç üzünü də görməmişik  Qızı çağırdım, istədim deyim ki, "sən bilirsən kimə atış gəlirsən?", gördüm yox, bu nəinki Azərbaycan dilini, heç ingilis dilini də düz əməlli bilmir.. İndi mən deyirəm, o deyir, dostum da ki, ümumiyyətlə mənimlə "na urra" gəlib Avropaya, dil-fil qanıb qandırmır, prosto vizası var, vəssalam :)))) Qız deyir gözlə bizim bir administrator var, gəlsin sənə günüvü göstərəcək, dedim çağır gəlsin mən də ona kimi qollarımı çirmələyim  Qara-qura, saçlı-saqqallı, bığıburma bir qaqaş gəldi ki, abi naber?? Dedim ala bragəl  Yekə kişisən, abi biz Azeriyiz, sen Türk, bəs rəvadırmı ki bizə burda "atış geliyorlar" sen de gelmisen ki "okkupate yemisiz, men de gormuşem" :)))) Qardaş qayıdasan ki, abi, ruçnoyu ya da ki xudoy konec tormozu basarmısın lütfen?  Abi bak, millet ayaq üstə yemək yeyir ki, adambaşı 3 avro oturmaq pulu verməsin, amma oturanlar 3 avro verir, buna da italyan eli arasında okkupate deyirlər, tak çto, əlin cibində olsun :))))))Əziz Gəzəyənlər, Avropada xod getməyin, onsuz da pulunuzu alacaqlar Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ramin Mammadov

626 dəfə oxunub

Şəhər bələdçisi - Bern

Berndəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Bu şəhər haqqında yadda qalan ən maraqlı təəssürat o oldu ki, bilmirsən şəhərdi, yoxsa kənd, məsələn, bir tərəf meşə, dar cığırlar və sairə ikən, 200 metr sonra alış-veriş mərkəzləri, restoranlar, şəhərə aid nə infrastruktur varsa görmək mümkündü, çayın o tayı ilə bu tayı ayrı dünyalardı. Bern-in digər maraqlı tərəfi 1191-ci ildə salınan - belə desək, bizim İçəri Şəhəridi. Old Town of Bern vallah heç də köhnə görünmürdü, 6-7 əsr yaşı olan binaların, küçələrin simmetriyası, quruluşu bu insanların gözlərinin elə əvvəldən iti olduğunu göstərir. Şəkildə arxada görünən 1-ci körpü (Unterttorbrücke - Aşağı Qapı Körpüsü) 1489-cu, ikinci körpü (Nydeggbrücke - Yeni Körpü) 1840-cı, sağda görünən qülləli Nydegg adlandırılan kilsə bir neçə dəfə yenilənməklə 1190-1480-ci illərdə tikilib. Burada mərkəzi küçə yarandığı vaxtdan shopping center olub, bizim Targoviy, sadəcə zaman dəyişdikcə çağa ayaq uydurub, əvvəl mal-qoyun, dəyərli əşyalar, saxsılar və sairə satılırdısa, indi bahalı brendlər, 50-60 minlik Hublot-lar, Aldemars Piguet-lər bunları əvəz edir.İkinci şəkil Bern-dən biraz yuxarıda - təpədə yerləşən Rosengarten (Qızılgüllər bağı) dedikləri parkdan qədim şəhərin görüntüsüdü. Uzaq fonda İsveçrənin ən hündür katedralı - Bern Münster düz 472 ilə tikilib. Rosengarten-də Eynşteynin bir heykəli var, skameykada oturub nəsə fikirləşir yenə, lap yaddan çıxmışdı, bu şəhər Einstein-in 1902-1909-cu illərdə yaşayıb yaratdığı şəhər olub. Heykəlin yanında info tabeldə yazılıb, "Bern once inspired Albert Einstein, who developed his famous Theory of Relativity. He almost spent his daytime sitting here with his wife Mileva for working on his Relativity Formula".Кендилерини чок северим, getdim oturdum yanında, qolumu atdım boynuna, bir sağa baxdım, bir sola, baxdım Einstein-ə, indi olmasın, qayıdıb nə desəm yaxşıdı? "7 il burda yaşasam mən theory of time-travel kəşv eliyərdim", bir az fikrə getim, ürəyimdə dedim ağ eləmə.Old Town of Bern Aare çayının qıvrılan hissəsində yerləşir, yeni 3 tərəfi sudu, bu çayın maraqlı tərəfi enli, dərin, gur olmasından başqa yaşılın özünəməxsus rəng çalarında olmasıdı, ki bəziləri fotolarda bunu rəng effekti ilə səhv salır, yaxşısı budur özünüz gedin görün, məndən bu qədər. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Malik Abdullayev

1026 dəfə oxunub

İrlandiya - Dublin bələdçisi

Dublindəki bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.Belfasta gəlib (daha ətfaflı bu linkdən oxuya bilərsiniz) gəlib İrlandiyaya getməmək Bakıya gəlib Tarqovıya getməmək kimi bir şey olardı. İrlandiya Respublikası Avropa Birliyinə daxildir, pul vahidi də avrodur, ancaq Şengen ərazisi sayılmır. Yəni B.Britaniya və Şengen vizaları burda işə yaramır.Ancaq nəzərə almaq lazımdır ki, İrlandiya viza rüsumu 213 manat və üstəgəl VFS GLOBAL xidmət haqqı 64 manat, 139 azn daşınma haqqı, surətin çıxarılması, foto xidməti, kuryer xidməti, sms xidməti, tərcümə xidməti təxminən 32 manat və s. Bütün bunların cəmi 450 manata qədər gedib çıxır.Bu vəziyyət isə məni alternativ yollar axtarmağa məcbur etdi və alındı. Xeyli araşdırma aparandan sonra baxdım ki, Belfastdan Dublinə avtobus ilə vizasız qaçaq yolla (qanunsuz) gedib gəlmək olur. Mən də bu yolu seçdim. Dublin həm də Ryanair-in mərkəzi olduğuna görə mənim üçün özəl yeri var.Belfastın mərkəzindən Dublin Coach adlı dayanacaqdan birbaşa Dublinin mərkəzinə 7-8 pounda (funt-sterlinq sözü mənə çatmır) çox rahat avtobuslar gedir. Yol 168 km-dir, təxminən 2 saat çəkir. Sərhəd yoxdur, yolda heç bir yoxlama məntəqəsi, post, polis yoxdur. Ancaq Dorgedaya (Dorgheda) çatana yaxın sürücü pəncərədən uzanaraq kartı aparata taxır və yol yenə də dayanmadan davam edir. Elə bil Qazaxdan Tovuza avtobusla gedirsiniz.Yolun gözəlliyi isə adamı darıxmağa qoymur. İrland dənizi bəzən görünür sonra itir.. alçaq, yamyaşıl təpəciklər... Meşələrin ortasında qalan tarlalarda ağ-qara irland sortu inək naxırları... Yolboyu kəndləri görəndə adam az qalır düşsün kəndə biraz gəzsin. Bu şəkildə gəlib çıxdıq Dublinə.Dublin, Belfast və Derridən fərqli olaraq turistlərin (xüsusilə də çinlilər) istilasına məruz qalıb. Dublində həm də bütün İrlandiyada irland dilini bilən əhalinin 3 faizə qədəridir. Nəzərə alsaq ki, ölkənin əhalisi 4.700.000-dir, deməli cəmi 100.000-dən biraz çox adam irland dilini bilir. Hamı ingiliscə danışır. İrlandiyanın ən yadda qalan tərəfi gülərüzlü, xoşbəxt, yardımsevər insanlar oldu. Eynilə Şimali İrlandiya kimi burada da insanlar olduqca pozitivdir. İkisi arasında fərq birinin avro o birinin pound ilə işləməsidir.Şəhər Liffey çayının hər iki tərəfində qurulub. Deyilənə görə şəhəri Vikinglər tikiblər. Şəhərdə gəzməli-görməli yerlər olduqca çoxdur.Başlayaq St.Patricks Cathedral-dan. Patrik, İrlandiyaya xristianlığı gətirən adamdır. Hətta onun adına festivallar da keçirilir. Burada həm də Qulliverin səyahəti romanının yazarı Conatan Sviftin məzarı da var.Şəhərin əsas maraqlı, əyləncəli hissəsi Temple Bar ərazisidir. Hər tərəfdən canlı irland musiqisi (Traditional Irish music) səsləri gəlir. Burada mütləq Fish and Chips yemək lazımdır. Qiyməti təxminən 5-10 avro arasıdır. Temple Bar-da ayıq adam tapmaq demək olar ki, mümkün deyil. Hamının əlində qara rəngli pivə (Guinnes) və su yerinə içirlər. Küçədə gecə-gündüz adam əlindən tərpənmək olmur.Hədiyyə almaq üçün ən yaxşı yer şəhərin hər yerində olan Carrolls dükanlarıdır. Burada paltar, suvenir, maqnet, şokalad və,s çox şey tapa bilərsiniz, həm də normal qiymətə. Yox əgər əməlli-başlı alışveriş etmək istəyirsinizsə Grafton Street-ə baş çəkməlisiniz. Küçənin sonunda isə çox gözəl bir park (Phoenix Park) var.Phoenix Park, Dublinin təbiətlə iç-içə olduğu yeridir, həm də avropanın ən böyük parkıdır. Park 1662-ci ildə salınıb, ərazisi 707 hektardır. Parkda həm də çox gözəl zoopark (əslində zooparkdan çox kiçik milli park demək daha doğrudur) da var.Dublin qalası (Dublin Castle) XIII əsrdə şəhərin ən yüksək yerində tikilib, mərkəzdə Dame Street-də yerləşir. Buradan şəhərə gözəl mənzərə açılır.Dublin haqqında deyiləsi çox şey var, ancaq hələlik onu deyə bilərəm ki, bura gələn adam buradan geriyə baxa-baxa ayrılır. Sonda onu da deyim ki, Dublindən 8 avroya avtobusla Derriyə (Böyük Britaniya) getdim, yenə də heç bir yoxlama olmadı.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Elshan Ismayilov

1771 dəfə oxunub

Şəhər bələdçisi - Milan

Milandakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salam dostlar.5 günlük Milan səyahətimdən: ✈️1. Malpensa aeroportundan-mərkəzə(otel orda rezerv edilmişdi) taxi ilə 115 Euroya getdim.????????(avtobusla uyğun olmadığım üçün) ????2. Rezerv etdiyim “Chopin” adlı otelin 5 günlük qiyməti 480 euro???????? idi.( səhər yeməyi -10 euro xaric).Amma, buranı nəinki otel, hostel vəya ponsionat belə adlandırmazdım.????Qarşılanma sıfır, ingliscə danışa bilməyən ????personal(ümumi 3 nəfərdən ibarət), qaranlıq+soyuq otaqlar, köhnə ????????mebel, hamam və tualetin ????halı bərbad,metlax pol, tramvayın gurultusu otagın içində və s...????Otel sahibinə ( həm də reseptionda ????oturur) orda qalmayacağımı bildirib, ödədiyim pulu geri qaytarmağını istədim.Amma, bu Petruçço ????(əsl adı belə idi) bunun mümkün olmayacağını birtəhər başa salmağa çalışırdı.Mən isə, bununla çənə boğazdansa birbaşa Booking.com-a (London ofisi) telefonla zəng edib ????vəziyyəti bildirdim. Yalnız, bundan sonra məcbur qalıb pulu geri verdi.????Bu arada, booking.com mənə 466 euroya 4 ulduzlu İH Milan Gioia otelini ayarladı.????Şəhər haqqında:4.Milanda sürücülük mədəniyyəti (vəya mədəniyyətsizliyi) eynən Bakıdakı kimidir.( süni sıxlıq, harda gəldi saxlamaq, mənasız siqnalllar, işləməyən işıqforlar, piyada hərrəməmək və.s...????????????5. Eyvanlardan asılan paltarlar şəhərə başqa “yaraşıq verir”????6. Şəhər cibgirlər ????və dilənçilər???? ilə, doludu.7. Keçən əsrin tramvayları hələ də, işləyir????( ara sıra xarab da olur)8. Taxi xidməti bəzi avropa şəhərləri ilə müqayisədə bahadır.????9. 70% Küçələrin adları lövhələrdə yazılmayıb.❓10. İnsanların çoxu ingliscə danışa bilmir(hətta bəzi restoran və marketlərdə çalışanlar da) ????‍♂️-———Amma bütün bunlarla bərabər Milanın bir çox müsbət tərəfləri də var.1. Əvvəla onu deyim ki, insanları (əsl italyanlar) mehriban və ????????????səmimidirlər.(Petruçço xaric????)2. Restoranlarında dünya mətbəxinin ən ləziz təamlarını dada ????????????????????????bilərsiz.(qiymətlər münasibdi)3. İctimai nəqliyyat dəqiq və ucuzdur (avropanın çox yeri ilə müqayisədə) 1.50 euroya həm,avtobus,həm metro, həm də tramvaya minə bilərsiz.????????????4. Mərkəzdə (insanların sıx olduğu yerlərdə) təhlükəsizlik ????????????yüksək səviyyədədir.????‍♀️????‍♂️????????5. Dünyanın ən böyük “Duomo di Milano” kotedralı,????6. Dünyanın ən qədim ticarət mərkəzi “Galleria Vittorio Emanuele”????7. Dünyanın ən böyük teatr binası “La Skala”????????8. Leonardo do Vincinin «last dinner” freskası ????9. “Piazza Cavour,””Via Turati” və. 30'dan çox mərtəbəsi olan” Piazza della Repubblica”????10.”Pirelli” göydələni (36 mərtəbəli)????avour11. Məşhur”San Siro” stadionu və “AC Milan” ⚽️futbol klubu və legal Marixuana ????satışı ilə “MİLAN”dünya möhtəşəmləri sırasındadır....????Vaxt ayırıb,oxuduğunuz üçün minnətdaram!????P.s. İmkan olduqca Milanı gəzin amma unutmayın “Bütün yollar Romaya aparır”Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Адик Сумгаитский

918 dəfə oxunub

Balkanların dan ulduzu - Monteneqro

Hər vaxtınız xeyir Gənclər,Həmişə səbəbi bir çoxlarına bəlli olmayan Eurovisionda Azərbaycana 12 xal verən Montenegroya səfərdən danışmaq istəyirəm, yaxın oturunTrip Yanvar ayından Moskvadan Belgradda transfer ilə gediş-dönüş 198 usd eləməklə Air Serbiadan book olunub. Əvvəllər bu hava yolu ilə uçsam da deməliyəm ki, bu dəfə narazı qaldım, biletə heçnə daxil deyildi ( Burda Butaya hamılıqla şükr etmək lazımdır :)). Belgradda 55 dəq transfer zonasından Tivata uçduq. Air Serbia pilotlar və xidmət də elə güclü deyildi, təyyarə əməlli-başlı turbolenə düşdü, onsuz da mədəmiz aclıqdan qurulduyurdu turbolen ərzində mədə qurultusu unuduldu getdi.Gəldik düşdük Tivata, ordan bir-baş otelə. Sinoptiklər yağışlı, dumanlı hava desələr də nə Tivatda, nə də digər şəhərlərdə yağış filan yağmadı, tam 7 gün günəş və dəniz... Otel bizə transfer təşkil eləmişdi, 25 euro ödəyib Tivatdan birbaşa Budvaya yola düşdük. Hava möhtəşəm, otel və menecment ondan da möhtəşəm idi. Budvaya getsəniz Otel Olivianı şiddətlə və çox şiddətlə tövsiyyə edirəm- qiymətlər münasib, yaxşı səhər yeməyi bufeti və dostoyni otel GM-i Budvada əsas yerlər:-Sveti Stefan- içəri giriş 20 pp eurodur, biz bunu etmədik, kənardan görünüşü elə bəs elədi-Mogren Beach-Old TownRestaurants:Lima - əntiqə balıq və yerli çaxır verirlərSonra şəhər bus stationdan Kotora yola düşdük, ( bilet 2.50 euro) + station fee 2 euro ödədik.Kotorun dənizi Budva kimi busy və geniş olmasa suyun yamyaşıl rəngi vardı və əslində Kotor körfəzində çimirdik.Kotor:Saint John təpəsi – 1300 addim yuxarı dağın zirvəsinə qalxırsınız, giriş 8 eurodur. Dəhşətli mənzərə açılır sahilyanı ərazilərə, buranı qalxanda sonra bir həftə gym-də squats eləmə ehtiyyac qalmayacaq Azərbaycansayağı tips- əgər 8 euro ödəmədən qalxmaq istəyirinizsə, onda axşam 8dən sonra gedin ora, heç kəs olmur və qalxın, amma qaranlıq olacaq deyə özünüzlə fənər götürün.Tivat:Tivata da Kotordan bus stationdan 2.50 euro ödəniş edib 35 dəq yol getdik, Tivatın da çimərliyi Budva qədər deyildi, amma port hissəsi çox gözəl, axşamlar şam işığıyla serve edən kafe və restoranlarla dolu idi.Montenegroda bəyəndiklərim-Avropada görə biləcəyiniz ucuz ölkələrdən biri, Budvanın Antaliyadan geri qalmayan ruslarla dolu çimərliyi və əntiqə mehriban insanları, busy olmamağıBəyənmədiklərim- balıqdan başqa əraziyə məxsus heç bir yeməklərinin olmaması, növbənöv ağcaqanaq və milçəklər, pisiklərlə dolu restoranlarFinance: gediş-dönüş bilet+ otellər breakfast inc (except Tivat), total 497 usd ppMaraqlı fakt- ərazidə hər 2-3 evdən birinin ruslar tərəfində alınması, dillərinin serb dili oluban italyan ləhcələrilə danışmaqları və Azərbaycanlılara xüsusi sevgiləri Ps. Ölkədə SOCAR kifayət qədər investisiya edib.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Parvin Jabiyeva

1312 dəfə oxunub

"Perspektivlər vətəni" - Danimarka

Bilirəm ki, səyahət sevərlərin çoxu Skandinaviyanı xəyallarının bir küncünə həmişə yerləşdirir. Ona görə dedim mən də möhtəşəm Danimarkadan qısaca yazım. Ümumiyyətlə, mən buranı "perspektivlər vətəni" adlandırardım. Baxdığınız hər yerdə ucsuz-bucaqsız sonsuz mənzərələr görürsünüz. O dərəcə ki, çoxlarının gözü bu ölkələrə səyahətdən sonra daha yaxşı görməyə başlayır. Paytaxt Kopenhagen çox sakitdir, digər paytaxtlardakı basabası burda görə bilməzsiniz. Dükanlarda gəzdikcə skandinav dizaynı deyilən şeyin nə olduğu çox aydın hiss olunur, həqiqətən də çox spesifik zövqə malikdirlər. Burda yenilənmə çox az-az olur. Mən 7 il fərqlə iki dəfə burda olmuşam, ikinci dəfə gedəndə heç bir dəyişiklik hiss edə bilmirdim, hətta əksər kafelər olduğu kimi yerində dururdu :) Memarlıq inanılmaz gözəldir, hər yerdən tarix qoxusu gəlir.Şəhərdən azca kənara çıxanda isə nağıllardakı kimi buranın qnomlar ölkəsi olduğuna inanmaq olar, hər şey çox miniatürdü :) İnsanları sizi həmişə çox gözəl qarşılayır, çox gülərüzdülər, amma bir az dərinə gedəndə, çox özlərini düşünəndilər, sizə ancaq öz rahatlıqları çərçivəsində yardım edə bilərlər. Qaydalara çox düşkündülər, yalvarsanız da, ən kiçik qaydadan kənara çıxa bilməzlər, ümumiyyətlə ölkədə inanılmaz bir sistem var, isveçrə saatı kimi, başda da nəqliyyat olmaqla.Ən çox maraqlandıran maddi məsələdən isə necə danışım bilmirəm. Düşünürsünüz ki, bir ölkə nə dərəcə baha ola bilər axı? O düşündüyünüzün iki qatı çıxır :D Danimarkada evdən addımınızı atan kimi büdcəniz çat verir. Nəqliyyat dəhşətli dərəcədə bahadır və əvvəlcədən çox vaxt hesablamaq olmur. Məsələn, hansısa istiqamətə gedirsiniz, bir də görürsünüz ikiqat pul çıxılıb, səbəbi yeni tikilən körpü ola bilər, hansısa ərazidən keçmiş olmaq ola bilər, nəticədə nəqliyyata gündə ən yaxşı halda 60-70 avronuz çıxa bilər. Aylıq kartlar isə 300 avrodan başlayır.Restoranların əksəriyyəti çox sadədir, minimalist üslubda, menyuları çox sadə, əksəriyyətində cəmi 5-6 cür yemək olur, hamısı müəyyən bir şeydə ixtisaslaşmış olur. Bizimki kimi interyerdən restoranın qiymətlərini təxmin etmək mümkün olmur :)) Amma restoranda yemək yemək çox lüks hesab olunur. Küçələrdə isə möhtəşəm şirin bulkada sosiskalar dada bilərsiniz, mən dadını hələ də unuda bilmirəm!Onu da qeyd edim ki, həyatımdakı ən ləzzətli süd məhsullarını burda yemişəm, kərə yağının, smetanın, qaymağın dadı dəhşətli bir şeydir. Hətta camaat özüylə suvenir, maqnit gətirəndə, mən kərə yağı gətirmişdim :)))Ən gözəl yerlər də royal ailənin iqamətgahlarının bağlarıdır. Xalqa açıqdır, hətta ilin bəzi günlərində içəriyə daxil olmaq günləri də olur. Rahatca gəzdiyiniz yerdə bir anda şəhzadə evdən çıxıb, velosipedinə minib, qabağınızdan keçə bilər :)Həmin bağlardakı möhtəşəm bağbanlığı görüb maraqlandım, burada bitkiləri dizayn etmək üçün peşə məktəbi belə var, insanlar 3 il bağbanlıq öyrənirlər.Iki kəlmə də iqlim barədə yazmaq istəyərdim, amma üşüməyə başladım. İyul ayında dolu gördüm, mart ayında isə iki kurtkanı üst-üstə geyinirdim. Telefon soyuğa görə yarım gündən artıq "zaryadka" saxlamırdı :DEstetikadan, oksigendən və bütün dünyəvi gözəlliklərdən başım fırlanmış halda gəzərkən, məni yeganə yoran şey ölkədəki sistemə alışmaq oldu, ciddiyət bir az mənim kimi şərq insanına çox gəldi :) Orda yaşamadan da buna alışmaq çox asan deyil.Bir gün bu gözəllikləri hamınızın görməyi ümidilə,Sevgilər <3Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Ayuk Utopik

602 dəfə oxunub

Rəngarəng evlər şəhəri - Kopenhagen

Kopenhagendəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Danimarkanın ürəyi gözü hərşeyi - Kopenhagen. İstər tarixi tikililəri, istərsə də müasir dizaynlı binaları ilə göz oxşayan gözəl şəhər yaradıcı insanların məskəni kimi də xatırlanır. Skandinaviyanın ən bahalı opera binası burada yerləşir getməmişdən əvvəl öyrənmişdim.İlk öncə başlayım Flixbus biletimiz Elvin sağolsun endirimlərlə yenə köməyini əsirgəmədi. Flixbus 1saat yol qət edib səhər 6da çatır Rostock şəhərinin portuna. Gəmiyə minir və insanlar düşür avtobusdan çıxırsınız yuxarı gəminin ən gözəl yerinə. Bura deyə bilərəm ki, gəzən Malldır. İlk dəfə idi təcrübəmdə gəmi ilə səyahət etdim və həm də Flixbus orda saxlayır gedirsiniz çıxırsınız yuxarı gəzirsiz gəminin içini pulsuz WiFi, market, cofeeshoplar hətta Starbucks belə var və bunlar hamısı cəmi 19avroya. Çıxırsınız çölə dənizin ortasında həryer su və Titanik kinosundakı məşhur kadra uyğun şəkil çəkdirmək avtomatik olaraq ağlınıza gəlir. Ab-hava möhtəşəm və bir neçə saat getdikdən sonra avtobus çatır və siz 1saatlıq yol Kopenhagenə tərəf gedirsiniz.Yolda gedərək Danimarkanın necə gözəl bir təbiəti və insanları olduğunu mütləq rahat şəkildə görə bilirsiniz. Şəhərdə əsas nəqliyyat vasitəsi velosipeddir bütün insanlar kiçik yaşlı hərkəs velosiped istifadə edir. Hətta insanlar o qədər sərbəstdirlər ki, çox insan velosipedini heç küçədə bağlamadan rahat qoyur gedir və hətta Almaniyada velosiped bağlasan belə oğurlayırlar.Kopenhagendə demək olar ki, hər şey bahadır ona görə biz üz tutduq Ankara restoranına 7avro verib səhərəcən açıq büfetdən yeyə bilərsiniz. Yeməklər də bizimm ağız dadında həm də azərbaycanlı olduğumuzu bilib bizə bəzi endirimlər də etdilər.Arxitekturaya gəldikdə isə şəhər müasir binalar parklar və tarixi binaların vəhdətidir. Küləyini də unutmamaq lazımdır. Bakının küləyini hiss etdik. Günəş çıxsa da üzünüzə yalandan gülür günəş batankimi əllər göyərənə qədər şimal soyuğunu hiss edəcəksiniz. Şəhər o qədər də böyük deyil. Əmmaa, əmması var, hər yerdə ucsuz bucaqsız mənzərələr görürsünüz. Şəhərdə hərkəs sakit səbrlə hərəkət edir. Hectic həyatı bu şəhərdə görə bilməzsiniz. Suvenir dükanlarda gəzdikcə skandinav dizaynı deyilən şeyin nə olduğu çox aydın hiss olunur, həqiqətən də çox özlərinə məxsus zövqə malikdirlər. Məni yeganə yoran şey ölkədəki insanların ciddiyəti bir az mənim kimi istiqanlı adama qəribə gəlir deyəcəkdim ki, yadıma düşdü Almaniyada yaşadığım. Leqonun vətəni olan bu torpaqlarda gəzmək həzz verir. Bu arada Google Tripsə görə Kopenhagendə 25 yer qeyd etdim və başladıq gəzməyə. Bir başa getsəniz Flixbusun dayanacağından şəhərin ən sonuncu gəzməli nöqtəsinə 45 dəqiqə piyada gəzmək bəs edir. Amma dolana dolana getsəniz şəhər əsl 1 günlük gəzintidir. Səyahətə çıxarkən yolda yeni tanışlıqlara həmişə açıq olmuşam. Geri dönüşümüzdə şəhərimizə qayıdan müxtəlif millətlərlə danışıb əyləndik yoxsa Flixbus problemləri insanı yaşatmaz. Hamınıza gözəl gün arzu edirəm! Sloganımız yadımızdan çıxmasın səyyah olma gəzəyən ol! Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Murad Chicharito Huseynow

851 dəfə oxunub

Ölkə bələdçisi - Çin

Nəhayət vaxt tapıb Çin səfərim barədə yazmaq qərarına gəldim.Çin hava yolları ilə yola düşdüm 5:30 Urimchidə düşüb Quanjoya yola düşdüm 4:00. Taksi tutub otelə getmək istəyirəm sürücü ingiliscə bilmir. Yaxşı ki otelin şəklini screen etmişdim)) Rahatlanıb birbaşa şəhəri gəzməyə. Hamının ağlında Quanjo alver, bazar tip qalıb. Amma əslində tam elə deyil. Şəhərin əhalisi çoxdur və hamısı alverlə məşğul olur. Şəhərin bir Zonası qədim çinlilər kimi kasıb həyat sürür. Bir Zonası (mən qalan ərazi) orta təbəqə hamı işləyir və gəzir. Və eynən "The Time" filmindəki kimi tam fərqli Zona var. Bahalı maşınlar, açıq saçıq geyimli qızları, bahalı restoranlar və ən əsası buludlara toxunan hündür binalar. Bildiyimiz kimi VPN probleminə görə WhatsApp və Facebook Google işləmir. Ölkədə əsas ödəniş sistemi WeChat və Alipay-dir. Hərşey QR kodla işləyir. Restoranda yedin wechatda QR code skan edirsən lazımi məbləği göndərirsən Valala. Yolda yorulmusan? Velosiped kiralamaq istəyirsən? Velosipedin üstündəki QR kodu scan edirsən ödəniş gedir və sənə kod gəlir o kodu yazırsan və volisped aktivləşir. Taksi, market hərşey QR ilə işləyir. Ölkədə turistlər ancaq nağd pul xərcləyirlər. Məntiqlə gözəldir. Cibində pul gəzdirmirsən.Food:Bizim dönərxana tipində onlarda isə milli mətbəxlər var amma nədənsə pişik ölüsünün iyi gəlir (((. Ona görə cəmi 6 günə 400$ yeməyə xərclədim. Kavkaz Azerbaycan restoranında pomidor-yumurta, balıq və s, Bosfor Türk restoranında tavuk ızgara mərci və Latın Amerika mətbəxində steyk balıq və s. çinlilərin ağız tamları bizlik deyil. Amma yollarda görsəz fresh sok yeri mütləq alın 20 uyandır(5.40 azn).Shopping:Şəhər o qədər böyükdür ki, şəhərin bir başında Hua Mei adlanan ərazidə geyimlər ala bilərsiz ucuz və keyfiyyətli hercür mala rast gələ bilərsiz. Bayunda adlanan ərazidə ancaq dəri məhsulları. Yongfuchun adlanan ərazidə Avtomobil üçün hərşey, bəli düz oxuduz hərşey.Transport:Transport üçün taksi ən idealdır amma motosikletdə ucuz başa gəlir, avtobus və s-dən istifadə etmədim çünki dillərini bilmirəm və çox qəlizdir. Taksi və satıcılar ilə ünsiyyət üçün Google Translate dən istifadə edirdim))))Daha sonra iş görüşməsi üçün Shenzenh şəhərinə yola düşməliydim. Ən asan yolu Online bilet aldım 75yuan ikinci klas və vağzala yaxınlaşdım elektron bilet pəncərəsinə və bileti verdilər. (Çinlilər elektron bilet almırlar ). Qatar nə qatar.. Adı qatar amma saatda 375km/s hərəkət edir))).Shenzenh şəhəri yeni qurulmuş şəhərdir və Honk Konga bitişikdir. Çooox gözəl şəhərdir, yaşıllıq və tam müasir. Görüşməm uğurlu keçdi və məni məşhur Çin restoranlarının birinə dəvət etdilər. Maraqlı mədəniyyətləri ilə yaşıl çay gəldi süfrəyə. Və bu çayla hərə öz stəkanından çubuqlarını yuyur yaxalayır. Menyunu birinci mənə verdilər və..... Donuz ayaqları, donuz qulaqları, toyuq ayaqları, tısbağa və s. mən əlbəttə ki tək düyünü seçdim)))Beləliklə Çin səfərim maraqlı və yadda qalan oldu. Çinə yenidən səfər edəcəm və gələn səfərim Çin Səddinə olacaq. Gəzməyə Çin, yeməyə Vətən yaxşı????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Jack Emerson

755 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!