2484 dəfə oxunub

Balkanların dan ulduzu - Monteneqro

Hər vaxtınız xeyir Gənclər,

Həmişə səbəbi bir çoxlarına bəlli olmayan Eurovisionda Azərbaycana 12 xal verən Montenegroya səfərdən danışmaq istəyirəm, yaxın oturun

Trip Yanvar ayından Moskvadan Belgradda transfer ilə gediş-dönüş 198 usd eləməklə Air Serbiadan book olunub. Əvvəllər bu hava yolu ilə uçsam da deməliyəm ki, bu dəfə narazı qaldım, biletə heçnə daxil deyildi ( Burda Butaya hamılıqla şükr etmək lazımdır ). Belgradda 55 dəq transfer zonasından Tivata uçduq. Air Serbia pilotlar və xidmət də elə güclü deyildi, təyyarə əməlli-başlı turbolenə düşdü, onsuz da mədəmiz aclıqdan qurulduyurdu turbolen ərzində mədə qurultusu unuduldu getdi.

Gəldik düşdük Tivata, ordan bir-baş otelə. Sinoptiklər yağışlı, dumanlı hava desələr də nə Tivatda, nə də digər şəhərlərdə yağış filan yağmadı, tam 7 gün günəş və dəniz... Otel bizə transfer təşkil eləmişdi, 25 euro ödəyib Tivatdan birbaşa Budvaya yola düşdük. Hava möhtəşəm, otel və menecment ondan da möhtəşəm idi. Budvaya getsəniz Otel Olivianı şiddətlə və çox şiddətlə tövsiyyə edirəm- qiymətlər münasib, yaxşı səhər yeməyi bufeti və dostoyni otel GM-i 

35266902_2106112572736560_6092451731176685568_o

Budvada əsas yerlər:

-Sveti Stefan- içəri giriş 20 pp eurodur, biz bunu etmədik, kənardan görünüşü elə bəs elədi
-Mogren Beach
-Old Town

Restaurants:
Lima - əntiqə balıq və yerli çaxır verirlər

Sonra şəhər bus stationdan Kotora yola düşdük, ( bilet 2.50 euro) + station fee 2 euro ödədik.
Kotorun dənizi Budva kimi busy və geniş olmasa suyun yamyaşıl rəngi vardı və əslində Kotor körfəzində çimirdik.

Kotor:

Saint John təpəsi – 1300 addim yuxarı dağın zirvəsinə qalxırsınız, giriş 8 eurodur. Dəhşətli mənzərə açılır sahilyanı ərazilərə, buranı qalxanda sonra bir həftə gym-də squats eləmə ehtiyyac qalmayacaq 

Azərbaycansayağı tips- əgər 8 euro ödəmədən qalxmaq istəyirinizsə, onda axşam 8dən sonra gedin ora, heç kəs olmur və qalxın, amma qaranlıq olacaq deyə özünüzlə fənər götürün.

35406382_2106112642736553_6219643249162715136_o

Tivat:

Tivata da Kotordan bus stationdan 2.50 euro ödəniş edib 35 dəq yol getdik, Tivatın da çimərliyi Budva qədər deyildi, amma port hissəsi çox gözəl, axşamlar şam işığıyla serve edən kafe və restoranlarla dolu idi.

Montenegroda bəyəndiklərim-
Avropada görə biləcəyiniz ucuz ölkələrdən biri, Budvanın Antaliyadan geri qalmayan ruslarla dolu çimərliyi və əntiqə mehriban insanları, busy olmamağı

Bəyənmədiklərim- balıqdan başqa əraziyə məxsus heç bir yeməklərinin olmaması, növbənöv ağcaqanaq və milçəklər, pisiklərlə dolu restoranlar

Finance: gediş-dönüş bilet+ otellər breakfast inc (except Tivat), total 497 usd pp

Maraqlı fakt- ərazidə hər 2-3 evdən birinin ruslar tərəfində alınması, dillərinin serb dili oluban italyan ləhcələrilə danışmaqları və Azərbaycanlılara xüsusi sevgiləri 

Ps. Ölkədə SOCAR kifayət qədər investisiya edib.

35361642_2106112672736550_6175974152000765952_n

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Parvin Jabiyeva

DİGƏR BLOQLAR

Aşağı büdcəli səyahət bələdçisi - I hissə

Salam, dostlar! Sizə təcrübələrimdən, səyahət zamanı etdiyim səhvlərdən və düzlərdən yola çıxaraq, Avropa, Amerika və Cənubi Amerikada başa gələ biləcək mümkün olan ən ucuz büdcə səyahəti barədə yazacam. Çox geniş olduğu üçün bir neçə hissəyə böləcəm. Bu postlar əsasən ilk dəfə səyahətə çıxanlar üçün məlumat kitabçası kimi olacaq Birinci yazımda çox texniki tərəfləri yazdım ki, digər postlarda bu adları istifadə edəndə məlumatlı olasınız və sizə rahat olsun. Post uzundur, amma bunu oxumağa təmbəllik etsəniz, neçə min km yolu necə gedəcəksiniz?! Bilet almaq üçün istifadə edəcəyiniz sərfəli saytlar: Skyscanner.com, Kayak.comdan bütün dünya üzrə ucuz və sərfəli biletləri tapa, ala bilərsiniz. Bunlar mənim istifadə etdiklərimdir, eyni zamanda edreams.com, kiwi.com, momondo.com və s. saytlarına daxil olmaqla da biletlərin qiymətlərini müqayisə edə bilərsiniz. Nə qədər (neçə ay qabaq) tez biletləri alsanız, bu sizə bir o qədər ucuza başa gələcək. Skyscanner həmçinin sizə hansı aylarda, hansı ölkələrə ucuz biletlər olduğunu da təklif edir. Bilet alarkən ölkələrlə bağlı diqqət etməli olduğunuz məqamlar da var ki, onları da gələcək postlarda qeyd edəcəm. Tutaq ki, istirahət və dəniz üçün Taylanda getmək istəyirsiniz, qiymətlər ucuz göstərir amma sezon deyil, həmin vaxt artıq musson yağışları gəlir. Avropada istifadə edəcəyiniz ucuz nəqliyyat: Avtobus: Flixbus, MegabusFlixbus dünyanın bir çox ölkələrində, eləcə də Avropa daxilində ən rahat avtobus şirkətlərindən biridir. Xüsusi bayramlarda bəzən endirimləri olur, bəzən isə qiymətlər çox pik həddə qalxır. Voucherlər vasitəsilə endirimlər əldə etmək mümkündür. Biletlərin vaxtını dəyişə və ləğv də edə bilərsiniz. Flixbus mənə o qədər rahat gəlir ki, 2 saatlıq belə yolu getməkdən zəhləsi gedən mən 15-20 saatı çox rahat getmişəm. Xüsusilə gecə səyahətini seçsəniz, yolun necə keçdiyindən xəbəriniz olmayacaq, əlavə vaxt itirməyəcəksiniz, və avtobus boş olduğu üçün rahat uzanıb arxa oturacaqlarda yatmaq imkanınız olacaq. Amma çalışın avtobuslarda heç nəyinizi itirməyin və ya yaddan çıxarmayın, baxmayın ki, Avropadır, geri ala bilməyəcəksiniz, daha doğrusu araşdırmayacaqlar və əşyanızı tapıb sizə geri də verməyəcəklər. Megabus da çox rahat və güvənilir avtobus şirkətlərindən biridir. Aşağıbüdcəli aviaşirkətləri: Ryanair, WizzairWizzair və Ryanair Avropa daxilində aşağıbüdcəli hava yolu şirkətləridir. Budapeştdən Norveçə belə 4-5 euroya biletlər tapa bilərsiniz. Biletlər həmişə çox ucuz və sərfəli olur. Amma bəzən bu uçuşları həyata keçirən hava şirkətləri çox kənar aeroprtlarda yerləşirlər deyə, ora getmək və getdiyiniz ölkənin aeroportundan mərkəzinə getmək ondan neçə qat bahasına başa gəlir. Tutaq ki, 5 euroya Osloya uçursunuz, amma aeroportdan şəhərin mərkəzinə getmək isə 20 eurodur. Maşın:Blablacar.com (shared driving)- elə bir platformadır ki, sadə dillə desək, bir nəfər öz maşını ilə digər ölkəyə və şəhərə gedir, və gedəcəyi saatı, günü, çıxacağı yeri saytda elan edir. Müsbət tərəfi odur ki, tez çatırsan, bəzən avtobusdan qat-qat ucuz, bəzən isə baha ola bilir. Amma təhlükəli tərəfi də odur ki, sürücü hər cür tip adam ola bilər. Ona görə saytda həmin sürücü haqqında qiymətləndirməni görmək və digərlərinin yazdığı rəyləri oxumaq çox vacibdir. Son anda getməkdən imtina edib də sizi yarıyolda qoymaq kimi hadisələr də baş verə bilər. Mən iki dəfə istifadə etmişəm. Eyni zamanda sizi də qəbul etməmişdən qabaq, sürücü sizin haqqınızda digər sürücülərin verdiyi rəyləri də oxuyur ki, əmin olsun ki, siz də təhlükəsiz tipsiniz, yaxşı adamsınız. Avtostop barədə isə yəqin ki, hamınız məlumatlısınız. Təhlükəsizliyə görə heç vaxt istifadə etməmişəm. Rent a car- 3-4 nəfərdən çoxsunuzsa, qiymətləri, məsafəni, benzinin qiymətini də hesablayıb maşın rent edə bilərsiniz. Harda qalmalı?: Xaricə gedəndə dstlarımın evi mənim üçün ən yaxşı və sərfəli qalınacaq yerlərdir, qalmağa həmişə yerim olur deyə, burdan səyahət xərclərindən kəsirəm. Çalışın dost çevrənizi həmişə geniş tutun, indi ölkədə dostlaşdığınız adamların çoxunu iki ildən sonra burda görməyəcəksinizVə eyni zamanda dost tərəfdən bəxtiniz gətirməyibsə, yaxşı adamısınızsa, Azərbaycanda səyahətçilərin olduğu ən böyük səyahət qrupu “Gəzəyənlər” qrupunda da bəlkə xaricdə yaşayan soydaşlarımızdan kimsə sizi dolma qarşılığında qonaq edər və ya bəlkə minimal məbləğ qarşılığında da sizi qonaqlaya bilərlər. Azərbaycanlılar yaxşı və qonaqpərvər adamlardır, əgər bəxtiniz gətirsə Hostel, qonaq evləri, 3 ulduzlu hotellər- booking.com (əsas istifadə etdiyim), hostelworld və. s. Bəzi şəhərlərdə və ölkələrdə 2-3 ulduzlu hotellər də çox ucuz başa gəlir. Airbnb.com. - mənzil, boş və ya bölüşmə otaqAirbnb evlərin qiyməti bəzən hosteldən bir az daha çox, hoteldən isə ucuz olur. Üstəlik 4-5 nəfər olacaqsınızsa, xüsusilə sərf edir.Airbnb və hostel seçərkən çox diqqət etməli olduğunuz məqamlar var. Qiymətləndirməyə mütləq və mütləq nəzər yetirin və insanların həmin məkanlar barəsində yazdığı rəyləri oxuyun. Təhlükəsizlik, təmizlik, qiymətin uyğunluğu, işçi heyyətinin köməkcil olması, qatar-avtobus dayanacaqlarına yaxınlığı, həmin ərazinin təhlükəsizliyi barədə müştərilərin rəylərinə əsasən qiymətləndirmə olur. Məsələn, mən Barcelonada hostelimə getməmişdən qabaq bilirdim ki, hamamda isti su kranı yaxşı işləmir, qalan hər şey isə normaldır. Şəhər kənarında olan hostellər və evlər daha ucuz olur, amma bu sərfəli deyil, getmək-gəlmək, bəzən qatar və avtobuslar çox gec işləmir. Mən həm bu səbəblərdən dolayı, həm də təhlükəsizlik üçün mərkəzə yaxın seçirəm hər zaman. Və həmişə əvvəlcədən əlavə bir seçiminiz olsun ki, getidyiniz məkanda nəyisə bəyənməsəniz, hansısa problem çıxsa, getməyə başqa bir yeriniz olsun, panik olmayasınız. Couchsurfing (ödənişsiz)- bu gedəcəyiniz ölkədən olan insanların yeni tanışlıqlar qurmaq, mədəniyyətlər tanımaq üçün evlərini pulsuz olaraq, digər insanlara açmasıdır. Sizi qəbul edərkən əsas şərtlərdən biri, sizin də öz ölkənizdə öz evinizi digər turistlərə açmağınız və haqqınızda insanların yazdığı müsbət qiymətləndirmədir. Əgər belə səxavətlilik etməmisinizsə, sizi qəbul etməkləri şans məsələsidir. Mən təhlükəsizliyə görə heç vaxt couchsurfingdən istifadə etməmişəm, amma siz etmək istəsəniz, şans nəticəsində sizi qəbul etsə, çox diqqətli olun, evində qalacağınız adam barədə digərlərinin rəylərini oxuyun. Son anda imtina da edər deyə, mən buna çox risk etmirəm. Amerikada nəqliyyat: Ucuz hava yolu şirkətləri: Spirit, Jet blue və s. Sayları çox olsa da, mən bu ikisindən istifadə etmişəm. Spiritin oturacaqları çox narahatdır, açılmır, uzun yol zamanı adamın beli ağrıya bilər, amma qiymət digərləri ilə müqayisədə ucuzdur. Jet blue ilə qiymətləri təxminən eyni olur, amma Jet Bluenin oturacaqları daha rahatdır, yumşaqdır. 8 kqlıq bel çantasına və ya əl baqajına icazə var. Amma mən bəlkə 20 kq şey keçirmişəm. Skyscanner. comda qiymətləri müqayisə edə bilərsiniz. İncognitodan istifadə etməyi unutmayın. Avtobus: Greyhound, Megabus, Peter Pan və s.Busbud, wanderu, gotobuse.com saytlarına da daxil olmaqla, ən ucuz, müqayisəli avobus və qatar qiymətlərini görə bilərsiniz. Amma təəssüf ki, avtobus şirkətləri Avropadakı qədər mükəmməl deyil, və avtobuslar uzun yol üçün narahatdılar. Yenə də Rent a carHəm Amerika daxilində, həm də Avropada qatarları bu siyahılara daxil etməməyimin səbəbi çox rahat və surətli olsalar da, həddindən artıq baha olmalarıdır. Amma yenə də yoxlayın, bəzən ucuz biletlərə rast gəlmək olur. Almaniyada qruplar üçün endirimli həftəsonu paketləri olurdu ki, bu çox sərfəli idi. Gəziləcək yerlərin siyahısı: Google’da “must see places in filan ölkədə” yazsanız, gedəcəyiniz ölkədə gəzməli olduğunuz bütün məşhur yerlərin siyahısı çıxacaq. Tripadvisordan da istifadə edə bilərsiniz.Çox əla olardı ki, gedəcəyiniz yerləri əvvəlcədən müəyyənləşdirəsiniz, bir-birinə yaxın və uzaq yerlərin siyahısını çıxarasanız, dayanacaq, avtobus, qatar nömrələrini qarşısına yazasınız ki, vaxtınız səhv yerə getməsin. Və əvvəlcədən mütləq offline maplar yükləyin. Mən bunu heç vaxt etmirəm, amma səhvdir etməmək. Harda yeməli? Tripadvisordan və Yelpdən məşhur, dadlı yeməkləri olan və eləcə də ucuz kafe və restoranları tapa bilərsiniz. Səyahət zamanı ən önəmli şeylərdən biri də getdiyiniz ölkənin mətbəxini yoxlamaqdır. Məşhur yeməklərini, içkilərini, şirniyyatlarını və s. Bir dəfə yaxşı restoranda yeməkdən özünüzü məhrum etməyin. Amma gündə 3 dəfə restoranda yesəniz, bu sizin səyahət büdcənizi aşacaq. Local kafelərdə də ucuz qiymətlərə rast gələ bilərsiniz. Hostellərin mətbəxləri açıq olur, mağazadan ərzaqları alıb orada özünüz hazır edə bilərsiniz.Digər postda isə səyahəti necə planlamalı olduğunuz barədə yazacam. Telefonunuzda Avropanın, Amerikanın xəritələrini hazır saxlayın:)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Narmin Kamilsoy

2271 dəfə oxunub

Wachau Valley - Avstriya

Çaxır sevərlər xüsusi yaxın əyləşin!Bugün sizlərlə əslində hər bir azərbaycanlının gedib gəzmədiyi, lakin Avstriyaya, xüsusən də Vyanaya getdiyi zaman düşünürəm ki, "must visit" siyahısına düşəcək bir məkan haqqında yazacam: "Wachau Valley - Kulturlandschaft Wachau (alman dilində)".Vaxau dərəsi Krems və Melk şəhərləri arasında yerləşir. Dərə paytaxt Vyanadan 90 dəqiqə məsafədədir.Krems şəhərində təhsilim müddətində universitet nəzdində bizi bu dərəyə səyahətə aparmışdılar. Vaxau dərəsi tarixi kəndləri, üzüm bağları (127-dən çox) və çaxır məkanı olaraq məşhurdur. Vaxau dərəsi üçün ideal səyahət zamanı Mart-May aylarıdır. Çünki bu dönəmdə Spitz və Dürşteyn kimi kəndlərdə müxtəlif çaxır dequstasiyaları və festivalları keçirilir.Vaxau dərəsi UNESCO-nun mədəni və irsi siyahısına düşmüş növbəti Avstriya tarixi məkanlarından biridir. Bu dərənin ən vacib məkanlarından biri isə min illərdir Benedikt keşişləri tərəfindən qorunan və idarə olunan Melk Monastrıdır. Bu monastr hər il müxtəlif musiqi festivalları və mədəniyyət tədbirlərinə ev sahibliyi edir.NECƏ GƏLMƏK OLAR:1. Vyana şəhərindən - ÖBB qatarları ilə 45 dəqiqəlik məsafədə yerləşən Krems şəhərinə gəlirsiniz, oradan isə avtobusla Vaxau dərəsinə gedirsiniz. Qatar biletinin qiyməti bir istiqamətə 14 eur.2. Salzburg şəhərindən - ÖBB qatarları ilə St. Pölten qəsəbəsinə (yeri gəlmişkən qəsəbədə türklər çoxluq təşkil etdiyinə görə Türklər şəhərciyi də adlanır) qədər gəlirsiniz, qatarınızı Krems şəhərinə gələn qatara dəyişirsiniz.NƏLƏR ETMƏK OLAR:- Ən vacib nüanslardan biri qızıla qərq olmuş Melk Monastrını gəzməkdir;- Dürşteyn Qalasının qalıqları və tarixi ilə tanış ola bilərsiniz;- Üzüm bağları və çaxır dequstasiyaları edə bilərsiniz;- Dunay sahili boyu Gəmi gəzintisi götürə bilərsiniz (20 eur ilə 100 eur arası dəyişir qiymət);- Velosiped yürüşü edə bilərsinizGECƏLƏMƏK ÜÇÜN XƏRCLƏR:Bildiyiniz kimi, ümumilikdə Avstriya digər Avropa ölkələri ilə müqayisədə baha ölkə olduğu üçün qiymətlər biraz yüksəkdir. Vaxau dərəsindəki otel qiymətləri təxminən 80 eur-dan başlayır.VİZA?Avstriya da Şengen ölkələri siyahısında olduğu üçün Şengen vizası mütləqdir. Viza rüsumu 35 eur, 7-10 iş günü ərzində viza verilir. Vizanı Avstriyanın Azərbaycandakı səfirliyi təqdim edir. Səfirlik Landmark Otelinin biznes mərkəzində yerləşir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Eva Safarova 

954 dəfə oxunub

Təyyarəniz gecikirsə və ya ləğv olunubsa nə etməlisiniz?!

Tez-tez səyahət etmək, tez-tez təyyarə ilə harasa səfər etmək deməkdir və təyyarə ilə tez-tez səfər edərkən uçuşdan əvvəl, sonra və ya uçuş zamanı olan problemlərlə tez-tez qarşılaşırsan. Bu yaxınlarda, müsəlmanın bu yaxını, noyabr (2016) ayının sonunda Skandinaviya ölkələrinə sayyeahət edirdim (daha dəqiq İsveç və Danimarka, 2 ölkə haqqında da yazımız olacaq ayrıca). Həmişəki kimi, WizzAirlə biletlərimizi alıb heç bir problem olmadan Budapeştdən İsveçin Malmö şəhərinə yola düşdük, Qayıdanda, hava limanında çekindən keçdim. Uçuşun vaxtına hardasa 10 dəqiqə qalmasına baxmayaraq hələ də uçuş qapıları açılmamışdı, hamı mənim kimi ayaqüstdə qapının önündə gözləyirdi. Elə bu vaxt WizzAir hava yollarının nümayəndəsi yaxınlaşıb bildirdi ki, təyyarədə texniki nasazlıq var, nasazlıq aradan qaldırılana kimi gözləmək məcburiyyətindəyik. Bu hallarda adətən çox işlənən bir kəlimə var “bizdən asılı olmayan səbəblərdən”, dünyanın harasında olursunuzsa olun şirkət nümayəndəsi məhz nitqini bu sözlə açacaqdır ???? Təxminən 1 saatdan sonra bütün sərnişinlərə bir səhifəlik kağız paylandı ki, təyyarə gecikdiyinə görə şirkət bizi nələrlə təmin etməlidir və edəcək. Mən də azərbaycanlı marağımdan dedim bir internetdə araşdırma edim görüm əslində necə olmalıdır, onsuz da vaxtım çoxdur ???? Çünki universitet illərimdə turizm sahəsində təhsil aldığımdan nəqliyyatla bağlı dərslərdən yadımda idi ki, Ümumdünya Mülki Aviyasiya Komitəsi uçuşlar zamanı sərnişinlərin hüquqlarını qoruyan təməl qanunlar qəbul edib, sonradan bu qanunlar regionlara görə daha da təkmilləşdirilib.Uçuşların təxirə salınması, gecikməsi və ya istiqamətinin dəyişməsi adətən 2 səbəbdən olur: fövqaladə hadisələr (əlverişsiz hava şəraiti – qatı duman, qar, fırtına, donma, vulkan püskürməsi və s., terror hadisəsi, təyyarə qəzası, işçi tətilləri və s.) və aviaşirkət tərəfindən yaran səbəblər.Sözü uzatmadan keçirəm mövzuya. Təyyarə gecikdiyi halda nə etməlisiniz? Uçuşunuz təxirə salındığı halda ne edə bilərsiniz? Uçuşunuzun gecikməsi, təxirə salınması və ya istiqamətinin dəyişməsi hallarında hansı hüquqlarınız var?– Uçuşunuzun gecikmiş sayılması üçün, gedəcəyiniz məkana 3 saatdan gec çatmış olmanız mütləqdir. Məsələn sizin təyyarəniz artıq 3 saat 15 dəqiqədir gecikir amma siz gedəcəyiniz yerə 2 saat 50 dəqiqə gecikmisinizsə bu gecikmə sayılmır. Bəzən olur ki, pilotlar gecikmə zamanı təyyarəni daha sürətlə “sürürülər”. Bir dəfə başıma gəlib Lyondan Münhenə üçan zaman. Pilot təxmini belə bir cümlə dedi: “çalışacam sizi ən qısa zaman getdiyiniz yerə çatdırım” və normal uçuşdan daha qısa zamanda çatdırdı ????– əgər uçuşunuz gecikirsə şirkət sizi 2 dəfə e-mail, telefon, fax və ya internetlə təmin etməlidir.– əgər gecikmə 2-3 saat arasıdırsa hava yolları şirkəti sizi isti və ya soyuq içkilərlə təmin etməlidir. Yox əgər gecikmə 3 saatı keçərsə şirkət hər 3-5 saatdan bir sizi qidalanma ilə təçhiz etməlidir. Bizim halda WizzAir 3 dəfə 8 avroluq kuponlar verdi ki, aeroportda bununla özümüzə sendviç və içki alırdıq.– əgər təyyarəniz 8 saatdan çox gecikirsə hava yolları şirkəti sizə otelə yerləşdirmək imkanı tanımalıdır. Əgər istəsəniz ən yaxınlıqda olan oteldə gecələyə bilərsiniz, otelin xərcləri isə hava yolları şirkəti tərəfindən ödənilir. Təyyarə 13-14 saata yaxın gecikdiyindən mən WizzAirin nümayəndəsi ilə danışdım və məni aerportdan 200 metr məsafədə olan otelə yerləşdirdilər. Bu halda əgər gündə bir dəfə uçuş həyata keçirilirsə, sizin biletiniz ləğv olunur və siz yalnız növbəti reyslə uça bilirsiniz. Məsələn hər gün günorta 15:00 uçuş olursa və sizin uçuşunuz gecikirsə, oteldə qalmaq varyantını seçəndə siz gecikən uçuşun nə vaxt bərpa olunduğundan asılı olmayaraq növbəti gün saat 15:00 reysi ilə uçacaqsınız.Bunlar fövqaladə hallar zamanı uçuşunuz gecikərsə hava yolları şirkətinin sizə mütləq etməli olduğu yardımlardır. Bir də uçuşunuzun hava yolları şirkətinin günahı ucbatından təxirə salınması, gecikməsi halı var. Əgər gecikmə vəya təxirə salınma şirkətin günahı ucbatından baş verərsə o zaman şirkət sizə komepnsasiya ödəməlidir. Bəs hansı hallarda şirkət sizə kompensasiya ödəməlidir?Uçuşunuzun gecikmiş və ya təxirə salınmış sayılması üçün yenə də 3 saat qaydası keçərlidir. 3 saatdan qısa zamanda şirkət sizi uçuşla təmin edərsə heç bir kompensasiya ala bilmirsiniz. Yox əgər bu müddət 3 saatı keçərsə– gedəcəyiniz məsafə  1500 kmdən çoxdursa – 250 avro– 1500 – 3500 km arasıdırsa – 400 avro,– 3500 kmdən çoxdursa – 600 avro kompensasiya almaq hüququnuz var. Amma təxirə salınma 3 saatdan çox olmalıdır və səbəb təbiət hadisələri və ya fövqaladə hallar olmamalıdır.Bunlar şirkətin sizin qarşınızda öhdəlikləri idi. Şirkət gecikmə və ya təxirə salınma hallarında nələr edə bilər və nələr etməlidir. Bəs indi görək, özümüz özümüz üçün nələr etməliyik. Axı saatlarla (bəzən tək-tənha) hava limanında uçuşumuzun vaxtını gözləməliyik.Uçuşun gecikməsi ilə bağlı ilk anonsu aldıqdan sonra çalışın şirkət nümayəndəsindən gecikmənin nə qədər olması ilə bağlı nəlumat alasınız. Bir çox hallarda nümayəndələr özləri də bilmirlər ona görə dəqiq cavab verməyəcəklər amma hər halda soruşun ???? Sonrakı addım kimi özünüzə rahat və elektrik qaynağına yaxın yer tutun. Çünki telefonunuzun, tabletinizin zaryatkası bitərsə, xüsusilə də yalnız uçursunuzsa hava limanı elə də əyləncəli bir yer deyil başınızı qatmağa nəsə lazım olacaq. Rahat yerinizi seçdikdən sonra yaxında olanlarla da ünsiyyətə keçə bilərsiniz, həmdərd olduğunuzdan bir az gecikmənin səbəblərindən danışa, hava yollarını pisləyə və ya aeroportlarda başınıza gələn əhvalatlardna danışa bilərsiniz amma onları ilk dəfə gördüyünüzdən çox çətin ki, uzun və maraqlı həmsöhbət olsunlar sizə. Bəzən elektrik qaynaqları oturacaqlardan uzaqda ola bilər ona görə də telefonunuzu şarj edərkən yerdə oturmağı gözə almaslısınız, bəzən başqa şansınız olmur. Digər bir məsələ isə çalışın qulaqcıqlardan istifadə edərkən bir qulaqcıqla qulaq asın musiqiyə və ya kinoya, çünki uçuşla bağlı bütün yeniliklər, qidalanma vaxtları ilə bağlı bütün anonslar aeroportda elan olunur, mümkündür ki, anonsu eşitməyəsiniz və yemək fasiləsindən xəbəriniz olmasın.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh

3101 dəfə oxunub

Trabzon, Rizə - Qaradəniz (Karadeniz) turu

Hamıya salam. Ümid edirəm ki, hər şey yaxşıdır, dostlar. Sizə yaxın zamanda getdiyim, Covid-19 pandemiyasından sonrakı ilk turumdan, Karadeniz səyahətimdən danışmaq istəyirəm. Əvvəlcə, onu deyim ki MÖHTƏŞƏM idi.İstanbuldan Qaradənizə təyyarə ilə 1,5 saata getdik, Pegasusun işçiləri bizlərə necə həsrət qalmışdılarsa, yüksək əhval - ruhiyyə ilə qarşıladılar və yola saldılar bizi, hələ pilotu demirəm. Amma nə HES kodunu yoxladılar, nə maska verdilər, nə də əllərimizi dezinfeksiya etdirdilər. Bu belə. Bileti gediş-dönüş 645 tl’yə aldıq. Havalimanına gəlib elə oradaca maşın icarəyə götürdük. (Şirkət: Esas), Dacia Duster (5 gün 650 tl + 1000 depozit), məsləhətli maşındır. Çalışın 4x4 olmasa da yaylalara çıxacaqsızsa, hündür maşın götürün.Ümumiyyətlə, maşın icarəyə götürmək bu tur üçün ən yaxşı variantdır. Dizel motor - ortalama 5 günə 470 tl pulumuz çıxdı. Maşını alıb birbaşa Rizəyə otelimizə (Keleş otel) getdik. Rizə şəhərini heç sevmədim. Hər gün bir oteldə qaldıq. Və sezon olmadığı üçün sifariş rezervasiyası etmədim, hamısını zənglə sifariş etdim və gedib, yerində görüb, dəyərləndirib elə qalmağa qərar verdim. Bron qiymətləri ucuz, amma telefon qiymətləri baha idi. Qısaca, çənə döymək lazımdır. Otel pis deyildi, lakin çox əksikləri vardı, səhər yeməyi isə yaxşı idi. Şəhərin mərkəzində olduğu üçün bir gecə orada qaldıq. (200 tl ) Həmin gün Fırtına dərəsinə getdik, orada Eveli Cafe var. Rizedə 3 gün qaldıq və səhər yeməkləri yaxşıdır deyə hər gün bu kafeyə gəldik. Zipline 20 tl -e, rafting isə 70 tl - dir. Rizedə 3-4 yemək çeşiti var - ızgara, alabalık və s. Osmanlı restoranı da məsləhətlidir. Qiymətlər isə çox münasib idi. İki nəfərlik yemək hər yerdə ortalama 100 liraya başa gəlirdi. Deyildiyi kimi Ayder yaylasında və ora gedən yolda təmir işləri gedirdi. Hər gün sadəcə 1 saat vaxt verilir ora getməyə. Biz getmədik. Birdən oralarda otel rezerv edərsiniz, etməyin. Ikinci gün getdik Pokut Yaylasına, çoooox bəyəndim. Havası təmiz, buzz kimi. Az insan çox huzur:)Iki gün Oris Green oteldə qaldıq, çox gözəl və təmiz idi. Oteldə bizdən başqa müştəri yox idi və otel sahibləri çox şirin insanlar idi. Üçüncü gün yenə oteli dəyişib, bu səfər də Kotit Bungalowda qaldiq. Oranın ambiansı bir başqa idi. Kaş ki daha çox vaxtım olardı və bir günümü heçnə etmədən orada keçirərdim. Bir gecəsinə 500 lirə ödədik, hər bungalow max 4 nəfərlikdir, 2 mərtəbədir. Üç gün gedib Huser Yaylasında qaldıq. O məşhur sis dənizi olan yaylaya, amma təəssüf möhtəşəm buludları görə bilmədik. Huser yaylasına gedən yol ürkütücü və qorxuludur. Dua edə - edə çıxıb düşmüşük. Dəyərdi mi? Dəyərdi. Hələ o yelləncək. 10 lirəyə istədiyin qədər uç. Yaylada dağların mənzərəsi başqa gözəl olur. Yaylalara gedib-qayıtmaq xeyli vaxt alır. Məncə, bir gündə 2 yayla gəzmək olar. Maşın yoxdursa, turlarla da gedə bilərsiniz. Dördüncü gün günorta Uzungölə getdik, yola 2 saat vaxt sərf etdik. Orada İnci oteldə qaldıq, səhər yeməyi (yaxşı deyildi) daxil 200 lirə, otağımız gəşəng idi.Uzungöldə vaxtımız az olduğundan sadəcə Karestel yaylasına getdik, yeməyimizi də Ada restoranında yedik (çox bəyəndim). Beşinci gün Trabzona getdik, orda da Cemil Hoca’ya axşam yeməyinə getdik (10 numara 5 yildiz), qaldığımız otel isə Hanzade Park Hotel (çox bəyəndim), 200 tl. Trabzon Rizədən daha maraqlı idi, downtown hərəkətli idi, Boztepe pis deyildi. Sümela bağlı olduğundan getmək məsləhət görülmedi. Belə belə işlər. Bir sözlə kim deyir ki, Rize, Trabzon maraqsızdır, inanmayın. Mən daha çox vaxtımın olmağını və daha çox kəşf etməyi arzulayırdım.Bildiyim yerlərdən suallarınız olsa, sevə -sevə cavablaya bilərəm.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Afshan Babazade

2892 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!