2355 dəfə oxunub

İrlandiya - Dublin bələdçisi

Dublindəki bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.

Belfasta gəlib (daha ətfaflı bu linkdən oxuya bilərsiniz) gəlib İrlandiyaya getməmək Bakıya gəlib Tarqovıya getməmək kimi bir şey olardı. İrlandiya Respublikası Avropa Birliyinə daxildir, pul vahidi də avrodur, ancaq Şengen ərazisi sayılmır. Yəni B.Britaniya və Şengen vizaları burda işə yaramır.
Ancaq nəzərə almaq lazımdır ki, İrlandiya viza rüsumu 213 manat və üstəgəl VFS GLOBAL xidmət haqqı 64 manat, 139 azn daşınma haqqı, surətin çıxarılması, foto xidməti, kuryer xidməti, sms xidməti, tərcümə xidməti təxminən 32 manat və s. Bütün bunların cəmi 450 manata qədər gedib çıxır.
Bu vəziyyət isə məni alternativ yollar axtarmağa məcbur etdi və alındı. Xeyli araşdırma aparandan sonra baxdım ki, Belfastdan Dublinə avtobus ilə vizasız qaçaq yolla (qanunsuz) gedib gəlmək olur. Mən də bu yolu seçdim. Dublin həm də Ryanair-in mərkəzi olduğuna görə mənim üçün özəl yeri var.

67827330_10216668248713475_8206738357175189504_n.jpg

Belfastın mərkəzindən Dublin Coach adlı dayanacaqdan birbaşa Dublinin mərkəzinə 7-8 pounda (funt-sterlinq sözü mənə çatmır) çox rahat avtobuslar gedir. Yol 168 km-dir, təxminən 2 saat çəkir. Sərhəd yoxdur, yolda heç bir yoxlama məntəqəsi, post, polis yoxdur. Ancaq Dorgedaya (Dorgheda) çatana yaxın sürücü pəncərədən uzanaraq kartı aparata taxır və yol yenə də dayanmadan davam edir. Elə bil Qazaxdan Tovuza avtobusla gedirsiniz.
Yolun gözəlliyi isə adamı darıxmağa qoymur. İrland dənizi bəzən görünür sonra itir.. alçaq, yamyaşıl təpəciklər... Meşələrin ortasında qalan tarlalarda ağ-qara irland sortu inək naxırları... Yolboyu kəndləri görəndə adam az qalır düşsün kəndə biraz gəzsin. Bu şəkildə gəlib çıxdıq Dublinə.

67824069_10216668252593572_7741133824632815616_n
Dublin, Belfast və Derridən fərqli olaraq turistlərin (xüsusilə də çinlilər) istilasına məruz qalıb. Dublində həm də bütün İrlandiyada irland dilini bilən əhalinin 3 faizə qədəridir. Nəzərə alsaq ki, ölkənin əhalisi 4.700.000-dir, deməli cəmi 100.000-dən biraz çox adam irland dilini bilir. Hamı ingiliscə danışır. İrlandiyanın ən yadda qalan tərəfi gülərüzlü, xoşbəxt, yardımsevər insanlar oldu. Eynilə Şimali İrlandiya kimi burada da insanlar olduqca pozitivdir. İkisi arasında fərq birinin avro o birinin pound ilə işləməsidir.
Şəhər Liffey çayının hər iki tərəfində qurulub. Deyilənə görə şəhəri Vikinglər tikiblər. Şəhərdə gəzməli-görməli yerlər olduqca çoxdur.

68410647_10216668248793477_6731120536392302592_n

Başlayaq St.Patricks Cathedral-dan. Patrik, İrlandiyaya xristianlığı gətirən adamdır. Hətta onun adına festivallar da keçirilir. Burada həm də Qulliverin səyahəti romanının yazarı Conatan Sviftin məzarı da var.
Şəhərin əsas maraqlı, əyləncəli hissəsi Temple Bar ərazisidir. Hər tərəfdən canlı irland musiqisi (Traditional Irish music) səsləri gəlir. Burada mütləq Fish and Chips yemək lazımdır. Qiyməti təxminən 5-10 avro arasıdır. Temple Bar-da ayıq adam tapmaq demək olar ki, mümkün deyil. Hamının əlində qara rəngli pivə (Guinnes) və su yerinə içirlər. Küçədə gecə-gündüz adam əlindən tərpənmək olmur.

temple bar

Hədiyyə almaq üçün ən yaxşı yer şəhərin hər yerində olan Carrolls dükanlarıdır. Burada paltar, suvenir, maqnet, şokalad və,s çox şey tapa bilərsiniz, həm də normal qiymətə. Yox əgər əməlli-başlı alışveriş etmək istəyirsinizsə Grafton Street-ə baş çəkməlisiniz. Küçənin sonunda isə çox gözəl bir park (Phoenix Park) var.
Phoenix Park, Dublinin təbiətlə iç-içə olduğu yeridir, həm də avropanın ən böyük parkıdır. Park 1662-ci ildə salınıb, ərazisi 707 hektardır. Parkda həm də çox gözəl zoopark (əslində zooparkdan çox kiçik milli park demək daha doğrudur) da var.
Dublin qalası (Dublin Castle) XIII əsrdə şəhərin ən yüksək yerində tikilib, mərkəzdə Dame Street-də yerləşir. Buradan şəhərə gözəl mənzərə açılır.
Dublin haqqında deyiləsi çox şey var, ancaq hələlik onu deyə bilərəm ki, bura gələn adam buradan geriyə baxa-baxa ayrılır. Sonda onu da deyim ki, Dublindən 8 avroya avtobusla Derriyə (Böyük Britaniya) getdim, yenə də heç bir yoxlama olmadı.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

 

Paylaşdı: Elshan Ismayilov

DİGƏR BLOQLAR

Alış-veriş cənnəti - Andorra

Andorradakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Hola Chicas y Chicos . Postumun əvvəlində onu bildirmək istəyirəm ki, çalışacam ki "Ağıllı" sözlər və cümlələrdən az istifadə edim ki səmimi bir yazı olsun. 24.11.2017 Andorraya gəldim. Barcelona (El Prat) hava limanına endikdən 3,5 saatlıq uzun bir yoldan sonra. Ad günümdən iki sonra ) Bir tərəfdən vətən həsrəti bir tərəfdən yerləşim, təzə iş ortamına uyğunlaşmaq həyəcanı və tədirginliyi və ən esası da uzun müddətli bir səfər olduğundan ilk günlər elə də xoş təəssürat bağışlamadı.Andorra ???????? əhalisi təxminən 80000 olan bu balaca ölkə (knyazlıq) İspaniya və Fransa'nın ortasında dağların arasında yerləşir . ( Şengen vizası olan hər kəs Andorranı ziyarət edə bilər.1. Andorra Avropanın ən münasib ( € ) dağ -xizək kurortu sayıla bilər başqa bir üstünlüyü Avropanın ən günəşli xizək kurortu olmasıdır. Sürüşmə yolları ( mavi , qırmızı ve qara ) yeni başlamaq istəyənlər üçün və təcrübəli xizək sürənlər üçün ayrıdır . Xizək üzrə 2018 Avropa çempionatı, 2019 isə Dünya Çempionatı məhz Andorrada keçiriləcək .2. Shopping - Çox vaxtı Andorranı kiçik "Duty free" adlandırlar. Ərazisinin və əhalisinin o qədər də böyük olmamağına baxmayaraq Andorrada demək olar ki yox yoxdur. Shopping barəsində mən hər şey çox ucuzdu deməzdim. Əsasən də geyim- keçim. ayyaqabı demək olar ki İspaniya və Avropanın digər ölkələri ilə qiymətdə elə də fərqlənmir . Əsasən ətir, kosmetika və spirtli içkilər çox ucuzdu. ( 1 litrlik jack Daniels və ya Red Label endirim vaxtı 10-12 € almaq mümkündür və əlbəttə ki məşhur İspan və Fransız çaxırları 2-3 €-dan başlayan qiymətlər ilə) Həmçinin ətir və kosmetika da hətta duty free ilə müqayisədə daha ucuzdu. Ticarət mərkəzlərinin çoxu Andorra La Vellada yerləşir ( paytaxt , Avropanın ən yüksəklikdə yerləşən paytaxtı ). Alış verişdən söhbət düşmüşkən ərzaq və restoran qiymətləri haqqında da yazım. Ərzaq qiymətləri baha sayılmaz. Restoranlarda günün menyusu 10-12 € arasıdır .3. Tarixi yerlər Andorrada demək olar olar ki yoxdur ( Qədim Ordino şəhəri var, orda da diqqət çəkən elə bir bişey görmədim ). 200 km uzaqlıqda Fransa'nın Karkason şəhəri yerləşir ( qalalar şəhəridir, Robin Hood filmi bu şəhərdə çəkilib) Centre Termolúdic Caldea ( Masallıdakı isti suyumuzun yerin verməz ama bele pis deyil ???? )4. Andorranın öz ordusu yoxdur, Avropa birliyinə daxil deyil . Bəzi qanunları ciddi bir şəkildə Avropanın digər ölkələrindən fərqlənir . İçkili maşın sürmək olar 0,50 qədər ( yeni yarım şüşə çaxır içib sükan arxasına otura bilərsiz . Çox oldu cəza kəsirlər ( 150€ Çox təəssüf ki özümnən bilirəm). 0.85 çox olsa həbsxanaya düşürsən , Həbsxanadan söhbət düşmüşkən hal-hazırda 25 nəfər var içərdə . Ölkədə ağır cinayət hadisəsi demək olar ki yox səviyyəsindədir. Oğurluq, narkotik vasitələrindən istifadə və s. səbəblərdən içərdədirlər. Həbsxana demək olar ki hansısa bir 3 ulduzlu oteldən fərqlənmir. İdman kompleksi , hovuz , televizor var . Telefon və internetdən istifadə edə bilmirsən. Yeməkləri bəyənmirsənsə çöldən özünə yemək sifariş edə bilirsən. Andorrada vətəndaşlıq almaq mümkünsüz kimi bir şeydi 20 il bu ölkədə yaşamalısan. İnsanları çox mehribandı , ana dil Katalan dilidir İspan və Fransız dillərində başa düşən və danışanda çoxdur. Və ən əsas Andorranın ən gözəl yerlərindən sayılan bir yer daha var ki onu yazmıyacam . Mart ayının sonuna qədər Andorraya yolu düşən olsa şəxsən özüm göstərərəm ))Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Cavid Bayramov

1292 dəfə oxunub

Leqonun vətəni - Danimarka

Kopenhagendəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Kopenhagendə, eyni fonda Danimarkada gördüklərim:1) Danimarkalılar sözün həqiqi mənasında qonaqpərvərdirlər.Gələn turistlərə, öz vətəndaşları kimi hörmət bəsləyirlər. İstənilən sayda sualı, istənilən şəxsdən soruşanda, gülərüzlüklə və məmnuniyyətlə cavablayırlar. Neçə dəfə şahidi oldum ki, hansısa marşurutu necə tapacağımı, hansı yerə necə gedəcəyimi soruşanda, sənə izah edir, hətta yolundan dönüb səninlə bəlli məsafəyə gəlib sonra geri - yollarına davam edirlər. (Almaniyada çox az belə hallar gördüm.)2) Danimarkada dükanlarda, alış-veriş yerlərində, nağd pul olaraq avro qəbul etmirlər. Ancaq Danimarka valyutasi ilə ödəniş etmək olur. Kredit kartları istisna. Avro və dollar kredit kartları ilə problemsiz ödəniş etmək olur. Bunun üçün də mərkəzi stansiyasında 10-a yaxın valyutadəyişmə köşkləri var və pulları rahat daniş valyutasına dəyişdirə bilirsən.3) Şahidi olmadığım və əksiklik olaraq gördüyüm isə, avtobus və metro stansiyalarında, marşurutların hansı vaxtlarda çıxması haqda cədvəllərin və marşurutların hərəkət sxemlərinin olmaması idi. Misal üçün, ayın 23-də olan Copenhagen-Qarabağ matçını səhifəmdə canlı yayım etdiyimə görə, stadiondan çıxandan az sonra telefonun və PowerBank-ın enerjisi bitdi. Stadiondan 25 dəqiqə məsafədə olan otelə, 1.5 saata ancaq çata bildim. Əgər stansiyalarda marşurut xəttləri və çıxma zamanları olan sxem və cədvəllər olsaydı (ən əsası sxemlər), o qədər zaman sərf etməzdim. Ondan bundan soruşaraq yollarda qalmazdım.4) Gəzib görüləsi çox gözəl və tarixi yerləri var. Kopenhagenə gedən, ən azından 1 saatlıq (6 avro) qayıq turlarından istifadə etməsi yaxşı olar. Qayıqda bələdçi hər addımda ətrafda olanlar haqda hər cür məlumatları eyni anda həm danimarkaca həm də ingiliscə mikrofonda səsləndirirdi. Beləliklə şəhər haqqında ümumi məlumatlara və təsəvvürə sahib olursan.5) Mənə görə, Danimarkada təhlükəsizlik xidməti, Almaniyaya görə nisbətən daha yaxşı idi. Çünki Danimarka sərhəddinə çatan anda, eyni anda 5-6 polis marşuruta daxil olaraq tək-tək bütün sərnişinlərin pasportunu və s. kontrol edir. Ondan sonra ölkəyə daxil olmaq olur. Sərhəddən keçəndən sonra, elə bil öz ölkəndə yaşayırsan. Yolun ortasında, qatar stansiyalarında və s. polislər saxlayıb sənədləri kontrol etmirlər. Ancaq Almaniyada əksinədir. Çünki hansısa Avropa ölkəsindən Almaniyaya daxil olanda kontrol və s. olmur, ancaq stansiyalarda, yaxud əlində xəritə harasa getmək üçün yollar axtaranda, polislər yaxınlaşıb sənədləri tələb edirlər. Bu da turistləri daha çox narahat edir. Sərhəddə bir dəfə kontrol olarsa, ölkə daxilində insanları hər addım-başı polislərin yoxlayışına gərək olmaz. Hər dəfə polislərin yaxınlaşması həyəcanını yaşamazlar.6) Danimarkanın başqa şəhərlərində belə olub-olmadığını bilmirəm, bəlkədə fərqlidir. Ancaq bunlar məhz Kopenhagendə gördüklərimdir. Hər-halda ölkə boyunca bu cür sistem var.7) Axırda Almaniyaya qatarla gələndə, Almaniya sərhədinə son 45 dəqiqəlik yolu gəmi ilə gəlməyin ayrı ləzzəti oldu. İnsanlar həm gəminin, həm də insanların təhlükəsizliyinə görə qatardan düşürülüb gəmiyə mindirildi. Gedəndə avtobusla (64 avro) getdim deyə 11 saatlıq yol oldu, qayıdanda qatarla (76 avro) 8 saat çəkdi. Danimarkada, bircə marşurutların hərəkət və vaxt cədvəllərini hər stansiyada assalar, Almaniyadakı təhsilimdən sonra, masteri Amerikada yox, Danimarkada etməyi düşünərəm. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Seyidakbar Asgarov

1872 dəfə oxunub

Xəyallar adası - Mavriki

Dünyanın ən möhtəşəm 10 adalarından birinə uyğun qiymətə getmək istəyərdiniz ? Mavrikiyə (Mauritius) gedə bilərsiniz. Amma tələsməlisiniz. Çünki bir-başa ən ucuz bilet Noyabrın 27-dir. Biletin detalları haqqında bir neçə abzas aşağıda oxuya bilərsiniz.Hind okeanında vulkanik bir ada olan Mavriki, çimərlikləri, laqonları, qayaları, flora və faunası ilə məşhurdur. Mavriki adalarına gedənlər, asanlıqla ordan ucuz bilet tapıb Seyşellərə, Madaqaskar və Reunion adalarına da baş çəkə bilərlər.  Ölkə haqqında qısa məlumat:Beynəlxalq aləmdə ölkənin adı "Mauritius" kimi gedir. Adanın adının mənşəyi Hollandiya müstəmləkə dövründə adanı idarə edən Şahzadə Maurits van Nassau'nun adından götürülmüşdür. Sonralar İngilis müstəmləkə dövründə "Mauritius" adını almışdır.Ölkənin rəsmi dili İngilis dili olaraq qəbul edilsə də, insanlar mavriki- kreol və fransız dillərində də danışırlar. Ölkədə 1.238.000 insan yaşayır və hər il təxminən 1 milyon turist qəbul edir.Avtomobillər sağ tərəfdən idarə olunsa da, son 10 ildə heçbir ölüm hadisəsi qeydə alınmamışdır.(İstinad Hürriyət.tr)Müharibə edəcək qonşuları olmadığından orduya büdcədən pul ayrılmır və ordusu yoxdur.Viza:AZ vətəndaşları qapıda 60 günlük on-arrival viza alır; ancaq ölkəyə gəlməzdən əvvəl geri dönüş biletinizi və otel rezervasiyasını edin, girişdə göstərməyinizi istəyəcəklər. Harda qalmalı ?Airbnb-də kifayət qədər uyğun qiymətə evlər/otellər var. Məsələn, noyabr 27-29 tarixlərində gecəsi 23 euroya normal şəraitli ev var. Bunları etmədən geri dönməyin tövsiyyələri:????‍♀️Hind okeanının büllur kimi şəffaf sularında hər gün üzmək.????‍♀️Skuba dayvinq edib okeanın altının mənzərəsinə baxmaq. Bu adaların olmazsa olmaz əyləncələrindən biridir. Daha sonra snorkellə üzmək, zipline kayt uçurmaq, katamaran gəzmələri ilə digər adalara getmək, açıq dənizdə balıq tutma turlarına qoşulmaq. Çox şanslısınızsa, balinalar, kitləri görə biləcəksiniz.????Xalqa açıq şəkər qamışı tarlalarında dolaşıb, əsl instagramlıq şəkillər çəkmək. (Open to public fields)????????Gecələr çimərlikdə yandırılan atəşin ətrafında "Sega" rəqsi edən yerliləri izləmək, hətta onlara qoşulub stress atmaq. (Reqsə baxmaq üçün https://www.youtube.com/watch?v=lKzMZk53vgs)????Mavrikiyə qədər gəlmişkən adadakı rom fabrikinə baş çəkin və ətirli romların dadına baxın və evdəkilərə hədiyyəlik 1 neçə şüşə alın (vanilya, kakao və ədviyyəli).☕️Nəhayət, Mavrikinin klassik bananlı qəhvənin dadına baxmağı unutmayın (Şəkil aşağıda ⬇️)Mark Tven deyib : (“Mauritius was made first, and then heaven; and that heaven was copied after Mauritius.”)Tərcüməsi: “Əvvəlcə Mavriki adaları yaradılıb, sonra isə cənnət ; cənnət yaradılarkən də Mavriki'dən kopya çəkilib” Vallah adam haqqlıdır, çünki çox gözəldir. Adamın lap orda ölüb-qalmağı gəlir. Ən uyğun bileti satan istiqamət : Frankfurt – Mauritius – FrankfurtTarix : 27 Nov – 16 Dec, HY : Condor2tərəfli bir-başa bilet qiyməti: 370 Euro; 1-tərəfli 140 euro.Həmçinin Praqadan (Çexiyadan) və Münhendən (Almaniyadan) MAURITIUS-a Condor-un Noyabrin 27-si gediş olmaqla, dönüş 23 və 26 Dekabra ucuz uçuşları var.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Aksana Kaiser

4188 dəfə oxunub

Hind okeanındakı ekzotik cənnət - Seyşellər (PART 2)

Part 2. General Expenses & Interesting facts #Seychelles #Africa #Seyseladalari Əzəmətli məxmər örtüyə büründüyü yam-yaşıl dağların firuzəyi-sapfir rəngli sulara qarışdığı eyni zamanda zümrüd rəngli meşələrin içinde yoxa çıxdığı, başı duman buludları ilə örtülmüş nəhəng qayalar və fotogenik qranit silsilələrin, nəhəng tısbağaların olduğu və özünəməxsus hind qozunun (kokos) bitdiyi yeganə coğrafiya -- Seyşellər şübhəsiz ki, Hind Okeanının yeganə və nadir ada ölkələrindən biridir. Bugün də Seyşellərdən danışacağıq.    Bugün sizə Seyşel adalarının mətbəxi, supermarket və gündəlik xərcləriniz, ekzotik meyvələri və palması Coco De Mer haqqında danışmaq istəyirəm:Seyşel adalarının ən yaşlı canlısı 'Esmeralda' adında nəhəng tısbağadır. Deyilənə görə 300 yaşı var. Onu görmək üçün xüsusi icazə alınmalıdır. Adalarda digər yaşlardakı tısbağaları hər yerdə görmək mümkündür, belə ki burda yaşayan canlılar ümumiyyətlə digər yerlərlə müqayisədə nəhəngdirlər. Ömrüm boyunca yarım metr uzunluqda soxulcan görməmişdim, Seyşellərdə gördüm. Seyşellərdə nə yeyilir? Mətbəxi necədir, mütləq önərdiyiniz nələri yeməliyik? Sizə tanış gəlməyən hər bir yeməyin/desertin/meyvənin dadına baxın.Seyşelin yerli mətbəxi olduqca zəngin olan bir ölkədir. Belə ki, Fransız, Ərəb, Afrika, Hind və İngilis yemək mədəniyyətlərinin cəmi Seyşel mətbəxini yaratmışdır. Bir ada ölkəsi olduğundan təbii ki yerli yeməklərinin böyük bir hissəsini dəniz məhsulları təşkil edir. Kari ve plov da Seyşel yemək mədəniyyətinin bir hissəsidir. Restoranlarda dəniz məhsulları yemək sizə kifayət qədər xərc deməkdir. (380 rupi adambaşı təxminən, takeaway-lərdə daha ekonomik qiymətə 100-300 rupiye almaq olur)    İstənilən dəniz məhsulunu ən yaxşı halda Viktoriya bazarından alıb evdə bişirib, laym və yerli Takamaka Romu və ya SeyBrew (yerli pivə) ilə çox normal qiymətə başa gətirib nuş edə bilərsiniz. Digər adalarda da kiçik bazarlardan alış-veriş etmək mümkündür. Əlavə olaraq onu deyim ki, balıq yeməyən adam kimi qaldığımız 14 gün müddətində hərgün dəniz məhsulları yedim, ömrüm boyu elə dadlı balıqları heçbir yerdə yeməmişdim. ???? Ağız dadları bizimkilərdən tamamilə fərqlidir. Məsələn, 3-cü böyük adada qalanda (La digue) bizi alman dostumuz qonaq çağırmışdı, bizə "apple pie və Bamkuxen" etmişlərdi, un əvəzinə kartof püresi vurulmuşdu, təsəvvür edin puredən hazırlanmış tort yeyirsiniz. Dadı heç də pis deyildi. Axşama doğru, bütün evlərdən .am yeməyi saatlarında baharat və sarımsaq qoxuları küçələrə axır və sizi rəsmən acmağa məcbur edir. ????Curry (kari) və hindistan qozu yeməklərdə çox istifadə edilir. Adaya xas ekzotik meyvələrdən almanın 5-6 ekzotik növü var, eləcə də bananın. Asiya ölkələrində rast gəlinən tropik meyvələr burda da bitir. Bir çox yerlərdə rast gəlinməyən "natural viaqra" adını almış, üfunət iyli noni adında bir meyvə də var. Bu meyvəni bazarda tapmayacaqsınız, ağaclardan özünüz dərə bilərsiniz.    Sizə yalnız Seyşellərdə bitən 2 qeyri-adi tropik ekzotik meyvələr haqqında danışmaq istəyirəm : Onlardan biri Coco De Mer'dir.(Butt nut)???? Şəkildən görəcəksiniz ki, bu meyvə qadın genital (woman's buttock) formasındadır, bunun erkək forması da kişi genital formasindadir (The world's longest male flower rəsmi adı belə gedir), onun da şəklini paylaşıram, uzunluğu 1 metrə qədər ola bilir. ???? Olduqca bahalıdır.???? Haqqında internetdə oxuya bilərsiniz. Qısa onu deyim ki dünyanın ən böyük kokosu/qozu sayılır. (World’s biggest nut), çəki 15 -30 kg-a qədər, hətta 42 kg rekord həddə çatmış olanı da olmuşdur. Almaq və dadına baxmaq istəsəniz Praslin (Pralin kimi oxunur) adasına getməlisiniz, qiymətlər 5000-7000 Seyşel rupisidir. (1 Usd - 14 rupidir, 1 Avro- 16 rupidir.)    Digər bəhs etmək istədiyim meyvə "çörək meyvəsi" (bread fruit) onun haqqında mistik bir inanc var, ənənəvi bir şəkildə odda bişirilir. Bişirildikdən sonra duz və kərə yağı ilə turistlərə təqdim edilir. Labrin bazarında təşkil olunan food festivallarında kartof fri kimi və ya çips kimi də görə bilərsiniz, inanca görə əgər bu meyvəni yeyirsinizsə, şübhəsiz yenidən oraya qayıdacaqsınız. Şəklini paylaşıram.    İndi isə xərclərə nəzər yetirin :Daha öncələr dediyim kimi : Seyşel adaları olduqca bahalıdır. Bunu öncədən bilərək Seyşellər turu planlamanızı edin. Nə qədər bahalı desəniz : Avtomobil kirayəsi : Günlük 40-50 EuroBenzin : 26 RupiƏtin kilosu : 20-25 EuroSu altı yürüyüşü vs aktivitələr : 60-80 EuroSeyşeldə 1 litr su 15 Rupi (Mahe, digər adalarda 18 - 20 Rupi)4 ulduz otel : 2 nəfərlik 150-250 Euro. Guesthouse’lar və 1 ulduz otellər 75 EuroBiznes lunch menyusu (içki daxil olmaqla) 280 RupiFast food restoranında Big Mac Yemək və ya uyğun sendvic) 147-200 Rupi500 qr toyuq filesi 58 Rupi1 litr tam yağlı süd 40-50 Rupi12 yumurta 50 Rupi1 kq pomidor 77 Rupi500 qr pendir 136 Rupi1 kq alma 54 Rupi1 kq kartof 45 RupiSupermarketdə 0,5 l yerli pivə 54 Rupi1 şüşə qırmızı süfrə şərabı şərab maqazinlərində (Fransız) 170 Rupi2 litr Coca-Cola 56 Rupi2 nəfərlik çörək 29 RupiKirayə mənzil 85 m2 TƏMİRLİ 27.813 RupiKommunal xidmətlər, 1 aylıq (istilik, elektrik, qaz ...) 85m2 mənzildə 1,127 ₨ 2 nəfər üçün1.5 GGBYT İnternet : 299 Rupi. Ayrıca 100 Rupi de xətt haqqı. (Airtel firmasını tövsiyyə edirəm.)Gördüyünüz kimi, Seyşellər heç də ucuz deyil. Günlük olaraq, adambaşı ən az 70-100 Euro xərclərin gündəlik gedəcəyini nəzərə alın.???? Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Aksana Kaiser  

1835 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!