1005 dəfə oxunub

Şəhər bələdçisi - Bern

Berndəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Bu şəhər haqqında yadda qalan ən maraqlı təəssürat o oldu ki, bilmirsən şəhərdi, yoxsa kənd, məsələn, bir tərəf meşə, dar cığırlar və sairə ikən, 200 metr sonra alış-veriş mərkəzləri, restoranlar, şəhərə aid nə infrastruktur varsa görmək mümkündü, çayın o tayı ilə bu tayı ayrı dünyalardı. Bern-in digər maraqlı tərəfi 1191-ci ildə salınan - belə desək, bizim İçəri Şəhəridi. Old Town of Bern vallah heç də köhnə görünmürdü, 6-7 əsr yaşı olan binaların, küçələrin simmetriyası, quruluşu bu insanların gözlərinin elə əvvəldən iti olduğunu göstərir. Şəkildə arxada görünən 1-ci körpü (Unterttorbrücke - Aşağı Qapı Körpüsü) 1489-cu, ikinci körpü (Nydeggbrücke - Yeni Körpü) 1840-cı, sağda görünən qülləli Nydegg adlandırılan kilsə bir neçə dəfə yenilənməklə 1190-1480-ci illərdə tikilib. Burada mərkəzi küçə yarandığı vaxtdan shopping center olub, bizim Targoviy, sadəcə zaman dəyişdikcə çağa ayaq uydurub, əvvəl mal-qoyun, dəyərli əşyalar, saxsılar və sairə satılırdısa, indi bahalı brendlər, 50-60 minlik Hublot-lar, Aldemars Piguet-lər bunları əvəz edir.

37693361_10214829258957918_1009917626433929216_o

İkinci şəkil Bern-dən biraz yuxarıda - təpədə yerləşən Rosengarten (Qızılgüllər bağı) dedikləri parkdan qədim şəhərin görüntüsüdü. Uzaq fonda İsveçrənin ən hündür katedralı - Bern Münster düz 472 ilə tikilib. Rosengarten-də Eynşteynin bir heykəli var, skameykada oturub nəsə fikirləşir yenə, lap yaddan çıxmışdı, bu şəhər Einstein-in 1902-1909-cu illərdə yaşayıb yaratdığı şəhər olub. Heykəlin yanında info tabeldə yazılıb, "Bern once inspired Albert Einstein, who developed his famous Theory of Relativity. He almost spent his daytime sitting here with his wife Mileva for working on his Relativity Formula".

32045409537_5c4f97d54f_b

Кендилерини чок северим, getdim oturdum yanında, qolumu atdım boynuna, bir sağa baxdım, bir sola, baxdım Einstein-ə, indi olmasın, qayıdıb nə desəm yaxşıdı? "7 il burda yaşasam mən theory of time-travel kəşv eliyərdim", bir az fikrə getim, ürəyimdə dedim ağ eləmə.

Old Town of Bern Aare çayının qıvrılan hissəsində yerləşir, yeni 3 tərəfi sudu, bu çayın maraqlı tərəfi enli, dərin, gur olmasından başqa yaşılın özünəməxsus rəng çalarında olmasıdı, ki bəziləri fotolarda bunu rəng effekti ilə səhv salır, yaxşısı budur özünüz gedin görün, məndən bu qədər. 

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Malik Abdullayev

DİGƏR BLOQLAR

Sərfəli büdcə ilə 6 ölkə, 8 şəhər

6 ölkə, 8 şəhər - cəmi 800 Azn ????Yazı çoox uzundur, amma birnəfəsə oxuyacaqsınız :)3 ay qabaq Rəvan ilə iki Yamoniyalı olaraq qərara gəldik ki, bu yay Avropanın bir hissəsini fəth etməliyik.Planımıza Rəvan 6, mən 7 ölkə saldım.Bakı Tbilisi qatarı ilə başlayıb, Budapeşt - Bakı Wizzair reysi ilə bitirdik.İlk günümüz o qədər də yaxşı başladı demək olmaz, 5 ərəblə bir plaskart vaqonda Tbilisə qədər yol getmişik. İstidən vaqon buxarlanırdı. ????Üz tutduq Kutaisi şəhərinə. Maps.me sayəsində uzun ellər dolaşıb, çox dağlar aşıb hostelimizi tapdıq. Əla qonaqlama, çox mehriban münasibətlə qarşılaşdıq. Gürcülər bu mövzuda əvəzolunmazdır :)Səhəri üz tutduq Vyanaya.Vyana - Kübarlıq, Elita, Azadlıq, Sağlamlıq, Əyləncə və rahatlığın şəhəri:Şəhərə ilk addım atan andan etibarən yuxarıda sadaladığım bütün amilləri görmək mümkündür.İnsanlar çox pozitiv və yaşından aslı olmayaraq gümrah görünüşdədir. Yaşlısından cavanına qədər hər kəs qaçır, birgə əylənir, velosiped sürür. Şəhərin özünün də bunun üçün geniş imkanları var, şəhərin hər bir nöqtəsində elektrik skuterlər və velosipedlər var. Hansı ki, adicə app vasitəsilə QR kod oxudub götürürsən və istənilən yerdə sərbəst buraxa bilirsən. Rəvanla 2 nəfərə bir skuter götürüb Vyananın küçələrində şou göstərmişik. Axırda da Rəvan yaxşıca yıxıldı. ????İnsanların çoxunu kafelərdə yox, parklarda piknik edən yerdə görmək olar. Ümumiyyətlə Vyanada saat 6-dan sonra demək olar bütün iaşə obyektləri bağlı olur. Amma gecəsindən - gündüzündən asılı olmayaraq qızlar da, oğlanlar da, yaşlı qadınlar da hər kəs özünə rahat bildiyi yerdə - fantan ətrafında, otluqda, skamyada əyləşib pivə içərək söhbət edir. Parklarda pulsuz rasladuşkalar olur, bəzən də kupalnikdə skamyada uzanıb özünü günə verən qızları görə bilərsiniz.Şəhər həm tarixi, həm modernliyi özündə birləşdirir. Möhtəşəm tarixi binaları, kilsələri, sarayları var. Bir də Dunay Çayının digər sahilinə keçmək lazımdır, əminəm ki, çox insan keçməyib. Şəhər digər tərəfdən Honkonga da oxşayır, Sinqapura da Nyu Yorka da. Vyanada olduğunu unudur insan.. Gecələr insanlar dunay çayının sahili boyunca uzanıb /əyləşib pivə içir, əylənir, musiqi dinləyir, rəqs edir. Bir sözlə necə lazımdırsa, xoşbəxt yaşayırlar.Dunay çayında yerləşən adada bir möhtəşəm gecələr keçir nə festivallarda görmək olar, nə barlarda, sadəcə yerində yaşamaq lazımdır :)Şəhərdə isə bomujlar yox səviyyəsindədir.Vyanadan üz tutduq Romaya. Romanın gəzməli və görməli yerlər Kolizey ilə Vatikan arasındadır. Qalan yerlər ya İstanbuldur, ya da Bazilya. Şəhərin mərkəzi və tarixi hissələri sanki arxeoloji qazıntıda yerin altından tapılıb və heç şotqa ilə tozu da alınmayıb. Həddindən artıq səliqəsiz və çirkli şəhərdir. Mərkəzdən bir-iki küçə uzaqlaşan kimi bütün küçələrin və bütün binaların birinci mərtəbəsi divarlar yazılıb, çirk əlindən heç nəyə toxunmaq mümkün deyil. Çox köhnə və çirkli ictimai nəqliyyatı var. Tramvaylara baxanda, SSSR Bakısındakı tramvaylar yada düşür. Şəhərin bütün küçələrində bomujlar addımbaşı dayanıb. Seneqal, Banqladeş, Kenya, Nigeriya kimi ölkələrdən gələn qaradərililər şəhərin ya küçə alverçiləridir, ya da ucuz xidmət sahələrində işləyirlər.Yeganə maraqlı və üstün tərəfi tarixi abidələrin özünəməxsus olmasıdır. Həmçinin bütün əsas tarixi abidələr demək olar ki, bir sıra ilə düzülüb. Dediyim kimi hər şey Vatikan ilə Kolizey arasında yerləşir. Bir gün ərzində şəhərin bütün əsas kilsə, muzey və digər maraqlı yerlərini gəzmək mümükündür. Şəhərdə olan zaman heç bir nəqliyyat vasitəsindən istifadə etmədik. Hər yerə piyada gəzərək getmişik.Romadan bezib (oxu: iyrənib) qaçdıq Pragaya.Bu şəhər də Vyana kimi gözəlliyin və rahatlığın başqa bir adıdır.Addım başı parklar, meşələr, şəhərin təbiətlə harmoniyası və sakitlik insanın ruhunu dincəldir.Mərkəzi və tarixi yerlərlə yanaşı, şəhər ətrafı parkları, monastrı, sakit küçələrini də gəzdik. Yolüstü Türk kafesində Belarusdan gəlmiş Azərbaycanlı ilə də rastlaşıb söhbətləşdik.Xüsusi qeyd edim ki, bu şəhərə Sarı geyinib gəlməyin :D Şəhərdə qəribə cücülər var ki, sarı rəng görən kimi daraşırlar adama. Rəvanın ikinci macərası da bununla başladı. 1 saat cücü qovmuşuq, axırda bacarmayıb köynəyi dəyişdi :Dİki günlük macərədan sonra üz Tutduq Çexiyanın ikinci böyük şəhəri olan Brnoya.Bura haqqında demək olar ki, nağıllardakı şəhərdir. Balaca Praga da demək olar.Oradan da üz tutduq, Bratislavaya. Çatana qədər o qədər dost-tanış pislədi ki, dedik görəsən hara gedirik. Gördüyümüz isə əksi oldu, bu da həmçinin bir tərəfdən muasirləşməyə çalışan, bir tərəfindən də tarixi özündə saxlayan balaca, gözəl şəhər idi. Xüsusilə gecələri, PUBları çox maraqlı və əyləncəlidir.Bir gecə də Bratislavada keçirib Getdik Budapeştə.Dunay çayını artıq 4-cü şəhərdən izləyirdik. Biraz gərgin və yorğun vaxtımıza düşdü. Rəvanın vecinə deyildi, 3-cü dəfə idi gəlirdi. Mən düşdüm şəhərin canına, burada da insanların həyat tərzi, rahatlığı şəhərin gözəlliyinə gözəllik qatırdı. Şəhərin yuxarıdan (fisherman heykəlinin olduğu yerə çıxdıq) görüntüsü möhtəşəmdir. Dunay çayında yerləşən balaca bir ada da var. Budapeştə gələn hər bir insan mütləq orada olmalı və heç olmasa 1 saat insanlara qoşulub həyatdan zövq almalıdır.Həmən günün axşamı Budapeşt Bakı reysi ilə üz tutduq Bakıya.Yalan olmasın 8 günə 300 km yaxın yol piyada gəzmişik. Hal qalar? :)Səyahət boyu çəkdiyim çox qeşəng şəkillərdən bir neçəsini bura əlavə edirəm, amma hamısını Instagramda @thmsb_mmdv şəxsi profilimdən izləyə bilərsiniz.Bütün bu macəramızın büdcə və planı haqqında isə Rəvan yazacaq.Hə bir də hər kəsə Rəvan kimi yol yoldaşı arzu edirəm !Bir nüansı da nəzərinizə çatdırım ki, sentyabrın sonu bir həftə avropa turum yenə olacaq. Sizə ətraflı ekanom səyahət barədə, və ilk dəfədən ard - arda iki multi şengen almağımın lifehack'lərini bölüşəcəm. Qısası izləməkdə olun. Hamınıza bol səyahətlər arzu edirəm :)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Tahmasib Mammadov   

662 dəfə oxunub

Şəhər bələdçisi - Kopenhagen və Malmö

Salam əziz gəzəyənlər. İlk dəfə 6 ay bundan əvvəl, özümü sizə təqdim edib, Hamburg və Lübeck (Almaniya) səfərimi və həyəcanımı sizinlə bölüşmüşdüm. İndi isə, 5 günlük Copenhagen və Malmö (Danimarka və İsveç) səfərinə çıxdım.Artıq ikinci dəfə olacağı üçün nisbətən həyəcan və o ən sevdiyim, bilmədiyin yerlərə oyanan qorxu hissini daha az hiss etdim . Amma təbii ki bu dəfə "ilk"lərim olacaqdı və keçən dəfəki kimi layihə hesabına getmirdim ????. Bu ilklərdən biri Wizzair təcrübəsi oldu (köməyi üçün Vusal Ekberova xüsusi təşəkkürlər).Kutaisinin kiçik aeroportuna, Omnibus'larla səfərə start verdik.Həmişə yolçuluğa başladığımı və yad yerə gedəcəyimi, təyyarənin kəmərini bağladıqda hiss edirəm. Bu dəfə də, eyni o hisslə yola qoyulduq.Copenhagen aeroportuda digər təcrübəm kimi, eyni "avropa dəbində" idi, metro dayanacaqları isə çox modern və təmiz. Burda tanış olduğumuz Filippinli qadının dediyinə görə, yollarda avtomobillərdən çox velosipedlərə üstünlük verilirdi. Cash pul artıq yoxdur deyilə biləcək qədər az istifadə olunurdu.Kiçik danimarkalı evdə, şamlarımızı yandırıb HYGGE'ni (Danimarka da xoşbəxtlik simvolu) hiss etdik. Bununla birlikdə Chinese Dumplings bişirib yedik.Copenhagen sahillərindən, Şimal dənizinin dalğalarını dinləyə, rəngli və nostaljik binalarla gözlərinizi rənglərə doydura bilərsiniz.Bura həmdə velosiped ilə çox məhşurdur (xüsusi üsulları və qaydaları bilmədən velosiplə gəzməyə çıxmağınız məsləhət deyil ????).Bununla birlikdə, Copenhagendə, Christiania adlı bir yer mövcuddur. Bura "Freetown" adlanan 7.7 hektarlıq bir ərazidir. Açıq narkotik satışı ???? və azad həyatları ilə seçilirlər. Bu əraziyə nə polis nədə hökümət daxil olub təsir göstərə bilmir. Öz müstəqilliklərini elan ediblər və vurğulamaq istəyirəmki qurduqları çox fərqli bir formatdır.Malmö şəhəri isə, Copenhagendən 40 dəqiqə uzaqlıqdadır və (heç səs çıxarmayan) qatarlarla gedə bilərsiniz. Bu bir neçə saata gəzə biləcəyiniz kiçik şəhər, məni həqiqətən heyran etdi.Sahib olduğu böyük muzeyi (Təbiət, Elm və Tarixi) bitib tükənməyəcək qədər çox bilgi ilə doludur.Bununla birlikdə şəhərdə çox qeyri-adi tikilişi olan, 700 illik St. Peter kilsəsi yerləşir. İç dizaynı həm dəb-dəbəli həmdə çox sadədir (bilmirəm necə olur ????). Bu qeyriadilik həm kilsədə həmdə bütün şəhərdə əks olunub.Wizzair'lə sadəcə 1 bel çantası ilə çıxdığım bu 5 günlük yolçuluq mənə ölkəmdə keçirdiyim illərdən belə daha çox fayda və motivasiya bəxş etdi. 2 ölkə və 2 şəhəri 130 euroya gəzmiş oldum. İndi isə aeroportta oturub, evə qayıdış təyyarəmi gözləyirəm.İtməkdən, yolda qalmaqdan və s. çox şeylərdən qorxa bilərsiz. Eyni həyat qorxuları kimi. Ama yenə də yaşayırıq. Yenə də yol alırıq. Durmayın, gedib adını belə bilmədiyiniz yerlərdə gəzin və bu günlərin hər saniyəsinin zövqünü yaşayın. Həyat dayanmaq üçün çox qısadır! Hələlik. ????

644 dəfə oxunub

Yer kürəsi üzərindəki əcaib planet - İslandiya

"Buzların və alovların ölkəsi" - İslandiyanın devizi, bu ölkənin təbiətinin malik olduğu kontrastı və həmin kontrastın yaratdığı möcüzələri bir cümlədə ifadə edir.Üzəri buzlaqlarla örtülü vulkan krateri - alovun üstünü örtən buz; qayaların arasından, dağların yamacından axan bol sulu, bəzən dəniz mavisi rəngində, bəzən güclü və palçıqlı, bəzən sakit və həzinli axan şəlalələr; yerin dərinliklərində qaynayıb 40 metr yüksəkliyə fışqıran qeyzerlər; teknonik plataların ayrılma xəttlərini öz gözlərinizlə görə biləcəyiniz parklar, çaylar; min illər boyunca ağır buz kütlələrinin altında sıxılmış mas-mavi aysberqlərin üzdüyü göllər; lavaların yaratdığı yüz hektarlarla ərazi və həmin ərazidə yenicə əmələ gəlmiş mamır təbəqəsi; qütb parıltısı kimi insanı heyrətə gətirən təbiət hadisəsinə heyranlıqla tamaşa etmə imkanı verən gecə səması; saatlarla yorulmadan, zövq ala-ala maşın sürə biləcəyiniz yollar; Atlantik okeanının vəhşi dalğalarının yaratdığı uğultu; nağılvari mağaralar içindəki qap-qaynar hovuzlar - bütün bunların hamısını bir həftəyə yaşamaq istəyirsinizsə, İslandiyanı növbəti səyahət planlarınıza daxil edin.Gələk hər kəsi maraqlandıra biləcək suallara:1. Bilet neçəyədir ?Digər avropa ölkələrinə nisbətən İslandiyaya biletlər daha bahadır. Almaniyadan gediş-dönüş hardasa 250-300 avro ətrafındadır.2. Hansı viza lazımdır?İslandiya Avropa Birliyində olmasa da, Schengen vizasını qəbul edir. Dəqiq məlumatı internətdən ala bilərsiniz.3. Hotel qiymətləri necə?Hotellər, hətta hostellər belə həddindən artıq bahadır. Ona görə də ən optimal variant özünüzlə çadır götürüb camping etməkdir.4. Necə səyahət etmək olar? İctimai nəqliyyat necədir?Paytaxt Reykjavikdən başqa digər yerlərdə nəqliyyat çox pisdi. Gəzməli yerlər isə məhz əsasən paytaxtdan kənarda, Ring Road (dairəvi yol) dedikləri ölkə sahili boyunca dövr ədən yolun ətrafındadı. Yolun uzunluğu hardasa 1400km-dir.Üstəlik, ölkə əhalisi 400 min nəfərdən də azdır. Ərazisi isə Azərbaycandan da böyükdür. Ona görə də ən yaxşı seçim, maşın kiralayıb onunla səyahət etməkdir. Çalışın mütləq SUV və 4x4 maşın götürün, çünki əsas yollardan biraz qırağa çıxsaz bərbad halda olan torpaq yollarla maşın sürməli olacaqsınız. Maşını hardasa günü 120-150 avroya kiralamaq mümkündür. Hətta istəsəniz RV də kiralaya bilərsiniz. Mən bir də getsəm, yəqin RV kiralayaram.5. Qiymətlər necədi?İslandiya həddindən artıq bahalı ölkədi. Yeməyi özünüz bişirməsəz, gün ərzində rahat adam başına 70 avrodan çox yeməyə xərcləyə bilərsiniz. Ən ucuz pizza 23 avroyadı. Özünüz bişirsəniz, günü 15-20 avroya yola vermək olar.Əlavə olaraq deyim ki, bütün ləvazimatlarınızı özünüzlə gətirin. İsti paltar, isti və su keçirməz hiking ayaqqabıları, çadır, sleeping bag, bişirmək üçün camping equipmenti (amazondan, ebaydən 30-40 avroya full set ala bilərsiniz) özünüzlə gətirin. Internetdən 20-30 avroya ala biləcəyiniz camping equipmenti sizə burada 80 avroya kiraya verəcəklər.İsti paltar məsələsinə xüsusən diqqət edin. Yayda Google-un verdiyi hava məlumatı sizi aldada bilər. Gecələr həddindən artıq soyuq keçə bilir. İsti paltarınız olmasa bir günə xəstələnə bilərsiniz. Qışda isə, professional səyyah deyilsinizsə İslandiyaya gəlməyiniz heç məsləhət deyil. Həddinən artıq sərt təbiəti var. Yollar buz bağlayır, tufan və qasırğalar maşınınızı sıradan çıxarda bilər.6. Camping qaydaları:İslandiyada camping üçün xüsusi yerlər var (camping grounds). Qanunən istənilən boş ərazidə camping etməyə icazə verilsə də (maşını offroad sürməmək şərti ilə, hansı ki qətiyyən qadağandı), turistlərdən camping groundlarda qalmaları xahiş olunur (ya da yumuşaq şəkildə tələb olunur). Bu camping groundlarda qalmaq haqqı gecəsi adam başına 15-20 avro arası dəyişir.7. Bir həftə vaxtım yoxdursa necə?Əgər vaxtınız çox azdırsa, Ring Road-a alternativ olan, 1-2 günə gəzə biləcəyiniz Golden Circle yolunu seçə bilərsiniz.Ən sonunda, bu möcüzələr ölkəsi İslandiyaya birlikdə səyahət etdiyimiz dostum Alakbar-ə də bişirdiyi ləzzətli yeməklərə görə də təşəkkür edirəm  (www.instagram.com/alekperos/)p.s. Çəkdiyim şəkilləri https://500px.com/ahmed_rnt səhifəsindən izləyə bilərsiniz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ahmed Ahmedov 

1587 dəfə oxunub

Sözlərlə ifadə olunmayacaq şəhər - Bratislava

Bratislavadkı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.SLOVAKIABəlkə də çoxlarınıza adi gələcək amma bu ölkə mənim həyatımda çox böyük yerə malikdir. Dostlarla gecələr Bratislavanın qaranlıq küçələrində gəzməkdən tutmuş, Miladı qeyd etmək üçün köhnə Slovak qatarı ilə Tatra dağları istiqamətində getməyimə kimi bu ölkə ilə bağlı xatirələrim sözlərlə bitməz.Sonuncu dəfə iyulda orda olmağıma baxmayaraq, Slovakiyasız qala bilmirəm, burnumun ucu göynəyir. Bakida Slovakiyanın bir hissəsini küçələrdə, binalarda, insanların simasında tapmağa çalışıram, amma hamısı yad gəlir mənə.. Mənim kimi bir neçə insan hər hansısa şəhərə, ya da ölkəyə bağlanır, bir növ özlərini həmin yerdə tapırlar, və fikrimcə, həmin insanlar ən xoşbəxt insanlardı.Bu yazıda isə Slovakiyanın paytaxtı Bratislava haqqında yazmağa çalışacam.Bratislava – dünayada yeganə paytaxt şəhərdir ki, 2 ölkə ilə - Avstriya və Macarıstan – sərhədi var. Vyanadan maşınla 45 dəqiqə, Budapeştdən 2 saat, Praqadan isə 3 saatlıq məsafədə yerləşir. Ərazi və əhali sayına görə çox kiçik şəhərdir və əgər siz də mənim kimi kiçik və turistik olmayan yerləri sevirsinizsə, onda Bratislavaya baş çəkməlisiniz. Bratislava  həmin şəhərlərdəndir ki, sanki ruhu var, yalnız binalar və  küçələrdən ibarət deyil. Vəhşi gecə həyatından tutmuş sakit parkda gəzintilərinə kimi vurulmuşam bu şəhərə...İcazənizlə istərdim bu yazımla Bratislavaya sizin üçün bələdçilik edim.ƏYLƏNCƏ/CLUB:- Bratislavada əyləncə deyən kimiç fikrimcə hamının ağlına ilk Subclub gəlir. Bratislava qalasının altındakı bir neçə ehtiyyat bunkerlərinin birində tikilən, girişi tuneldən başlayan və tunelə girən kimi sanki adamı bir növ transa salan Subclubda daha çox elektronik, techno və bəzən də alternative musiqilər səsləndirilir. Həftənin günündən aslı olmayaraq, Subclub həmişə cavanlarla dolu olur, amma ən yaxşı vaxt Yeni il gecəsi olan electro/techno partilərdir.-Subclub yaramırsa, Bratislavada ən böyük klub The club Bratislava yarayacaq.GÖRMƏLİ YERLƏR:-Bratislvaský Hrad – Bratislava qalası. Dunay gölünün üzərindəki təpədə yerləşən Bratislava Qalası9- 9-18-ci əsrə aiddir. Vyanadan Bratislavaya gecəylə gələndə hələ hec sərhəddə çatmamış bu möhtəşəm qalanı uzaqdan işıqlandırılmış görəndə içimdə izah edə bilməyəcəyim bir fəxr hissi yaranır.-Devin Qalası. Avstriya ilə sərhəddə yerləşən bu qala özündə çoxlu tarıx daşıyır, amma mən tarixindən danışmayacam. Ora hiking edib yuxarıdan mənzərəyə baxsanız, elə kifayətdir.-Most SNP ve ya UFO körpüsü. Görünüşüylə UFOya bənzəyən bu körpünün yuxarısına liftlə çıxıb Bratislavanı (hətta Avstriyanın bir hissəsini) sey edə bilərsiniz.-Old Town. Bratislava ümumiyyətlə kiçik olduğundan hər yerə ayaqla gedə bilərsiz, və Old Town'da da hər yeri görmək üçün ən yaxşı plan heç bir planın olmamasıdır. Ayaqlarınız size hansı küçəyə aparırsa ora da gedin, əminəm ki, ürəyinizə uyğun bir şeylər tapacaqsınız.-Zlaté Piesky gölü. Bratislavanın kiçik olmasına baxmayın, öz gölü də var. J 4 nömrəli tramvayın sonuncu dayanacağı olan bu göl yerli slovakların yayda dincəldiyi Xorvatiyalarıdır.        Qarşı tərəfdə nudist çimərliyi, giriş tərəfdə isə clothing optional çimərliyidir. Pivə də ucuzdur.YEMƏK/İÇMƏK:-Bryndzové halušky. Hələ yadıma gəlir birinci dəfə Bratislavada olanda dostlarım mənə halušky qonaqlığı vermişdilər. İndiyə qədər hər dəfə Slovakiyada olanda ağzıma halušky dəyməsə evə qayıtmıram. Bryndza pendirindən hazırlanır və üzərinə Bacon doğranılır. Bacon olmadan da yeyə bilərsiz amma ele bil ki dolmanı yarpaqsız yeyəcəksiz.-Kapustnica. Çoxlu kələm :)İçməyə Kofola. Kofola bir növ yerli (Çexslovak) Koladır. Daha şirin olur, və heç vaxt əsl bir slovakın əlində lola görməzsiniz, diqqətlə oxuyun, kofola olacaq.-Slivovica/medovina. Araq içənsinizsə özünüzə güvənirsizsə Slivovica sınayın. Mən exsevgilimin babası ilə baş-başa slivoviça şotları vururdum, və həyatımın ən böyük səhvlərindən biri olmuşdur. J Medovina baldan hazırlanır və nisbətən yüngüldür.NƏQLİYYATBratislavada hər yerə ayaqla da çatmaq olar əgər vaxtınız boldursa amma yazımı bəyənib ora köçməyi düşünürsünüzsə bəlkə 1-2 şeyi bilsəz yaxşı olar. Şəhərdə tramvay və avtobus sistemi dəqiqə bə dəqiqə vaxtında işləyir, eləcədə marşurutları. Bu yaxınlarda Slovnaft in sponsorluğu ilə Bratislavada yenicə bike-sharing formatlı velosipedlər istifadəyə verilib, amma Bratislava velosiped sürənlər üçün cəhənnəm ola bilər, velosiped xəttinin birdən-birə yolun ortasında bitməsini nəzərə alsaq J Buna baxmayaraq, ictimai nəqliyyat qərbi Avropa ölkələrinə nisbətən çox ucuzdur.2 zonaya kimi 30 dəqiqəlik single ticket = 0.90 euro, nəzərə alsaq ki, tram ilə 30 dəqiqəyə hər yerə çatarsız. SHOPPING:-Tesco-Lidl. Ən ucuzu Lidl'dır.-IKEA. Slovakiyadakı yeganə İKEA Bratislava Aeroportu yaxınlığında yerləşir. (ps Aeroport Zlate Piesky dayanacağından heç də uzaq deyil)Bratislava haqqında fikrimcə biraz məlumat verə bildim. Gedin görün feedbacklarınızı verin. Bəlkə kimsə sevəcək, bəlkə də kimsə deyecək ki, bunun nəyinə vurulmuşam, amma bu şəhər həmişə ürəyimdə yaşayacaq ( öz səbəblərim var), və bu yaxınlarda artıq ora köçməyi artıq düşünürəm. Lebo milujem Slovensko!Xoş istirahətlər,TofikƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Tofik Eynullayev 

626 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!