903 dəfə oxunub

Şəhər bələdçisi - Milan

Milandakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Salam dostlar.5 günlük Milan səyahətimdən: ✈️
1. Malpensa aeroportundan-mərkəzə(otel orda rezerv edilmişdi) taxi ilə 115 Euroya getdim.????????(avtobusla uyğun olmadığım üçün) ????
2. Rezerv etdiyim “Chopin” adlı otelin 5 günlük qiyməti 480 euro???????? idi.( səhər yeməyi -10 euro xaric).Amma, buranı nəinki otel, hostel vəya ponsionat belə adlandırmazdım.????
Qarşılanma sıfır, ingliscə danışa bilməyən ????personal(ümumi 3 nəfərdən ibarət), qaranlıq+soyuq otaqlar, köhnə ????????mebel, hamam və tualetin ????halı bərbad,metlax pol, tramvayın gurultusu otagın içində və s...????

51208945_1099727283522786_4316879617848770560_n
Otel sahibinə ( həm də reseptionda ????oturur) orda qalmayacağımı bildirib, ödədiyim pulu geri qaytarmağını istədim.Amma, bu Petruçço ????(əsl adı belə idi) bunun mümkün olmayacağını birtəhər başa salmağa çalışırdı.Mən isə, bununla çənə boğazdansa birbaşa Booking.com-a (London ofisi) telefonla zəng edib ????vəziyyəti bildirdim. Yalnız, bundan sonra məcbur qalıb pulu geri verdi.????Bu arada, booking.com mənə 466 euroya 4 ulduzlu İH Milan Gioia otelini ayarladı.????
Şəhər haqqında:
4.Milanda sürücülük mədəniyyəti (vəya mədəniyyətsizliyi) eynən Bakıdakı kimidir.( süni sıxlıq, harda gəldi saxlamaq, mənasız siqnalllar, işləməyən işıqforlar, piyada hərrəməmək və.s...????????????
5. Eyvanlardan asılan paltarlar şəhərə başqa “yaraşıq verir”????
6. Şəhər cibgirlər ????və dilənçilər???? ilə, doludu.
7. Keçən əsrin tramvayları hələ də, işləyir????( ara sıra xarab da olur)
8. Taxi xidməti bəzi avropa şəhərləri ilə müqayisədə bahadır.????
9. 70% Küçələrin adları lövhələrdə yazılmayıb.
10. İnsanların çoxu ingliscə danışa bilmir(hətta bəzi restoran və marketlərdə çalışanlar da) ????‍♂️
-———
Amma bütün bunlarla bərabər Milanın bir çox müsbət tərəfləri də var.
1. Əvvəla onu deyim ki, insanları (əsl italyanlar) mehriban və ????????????səmimidirlər.(Petruçço xaric????)
2. Restoranlarında dünya mətbəxinin ən ləziz təamlarını dada ????????????????????????bilərsiz.(qiymətlər münasibdi)

50510643_1099727503522764_7934992439167680512_n
3. İctimai nəqliyyat dəqiq və ucuzdur (avropanın çox yeri ilə müqayisədə) 1.50 euroya həm,avtobus,həm metro, həm də tramvaya minə bilərsiz.????????????
4. Mərkəzdə (insanların sıx olduğu yerlərdə) təhlükəsizlik ????????????yüksək səviyyədədir.????‍♀️????‍♂️????????
5. Dünyanın ən böyük “Duomo di Milano” kotedralı,????

51155470_1099727343522780_2689420065903738880_n

6. Dünyanın ən qədim ticarət mərkəzi “Galleria Vittorio Emanuele”????
7. Dünyanın ən böyük teatr binası “La Skala”????????
8. Leonardo do Vincinin «last dinner” freskası ????
9. “Piazza Cavour,””Via Turati” və. 30'dan çox mərtəbəsi olan” Piazza della Repubblica”????
10.”Pirelli” göydələni (36 mərtəbəli)????avour
11. Məşhur”San Siro” stadionu və “AC Milan” ⚽️futbol klubu və legal Marixuana ????satışı ilə “MİLAN”dünya möhtəşəmləri sırasındadır....????

Vaxt ayırıb,oxuduğunuz üçün minnətdaram!????

P.s. İmkan olduqca Milanı gəzin amma unutmayın “Bütün yollar Romaya aparır”

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Адик Сумгаитский

DİGƏR BLOQLAR

Gündoğan ölkə - Yaponiya

Salamlar Uzun müddətdir bu post'u yazmağı düşünürdüm. Nəhayət məqam gəlib çatdı)Bir il öncə tam da bu vaxt ziyarət etdiyim Yaponiya haqqında yazmaq istəyirəm sizə) İlk öncə onu deyim ki, dövlət hesabına getdiyim üçün (təbii ki, Yaponiya tərəfinin)) xərcləri onlar qarşılayıblar.Amma yapon dilini bilib, biraz məlumatlı olduğum üçün suallarınıza məmnuniyyətlə cavab verə, səyahət planınızı qurmağa kömək edə bilərəm)Keçək mətləbə) Yaponiyanın Osaka, Kyoto, Nara, Hiroshima və Miyajima şəhərlərində olmuşam.Osaka həm tarixi, həm müasir abidələrlə zəngindir. Sakit amma böyük şəhərdir. Street food çox dadlıdır)Kyoto tarixi abidələri sevənlər üçün çox maraqlı olacaq əminəm. Hər addımbaşı temple və shrine var. Xüsusilə payız(momiji) və yaz (sakura) vaxtını məsləhət görürəm. Nara şəhəri ???? ile meəşhurdur) Nara park həmçinin Todaiji məbədi must see yərləridir)Hiroshima şəhəri atom bombasından sonra rekonstruksiya olunsa da, simvol olaraq bir bina saxlanmışdır. Memorial park və museum var. Həmçinin bomba atılması nəticəsində vəfat edən insanların xatirəsinə heykəllər və xüsusi bir zəng var. Zəng'in üstündə dünya xəritəsi təsvir olunsa da, ölkələr arasında sərhədlər təsvir olunmayıb  Miyajima adası isə Hiroshimadan gəmi ilə 20-30 dəqiqəlik məsafədə yerləşir. Orda da ???? var)) Xəritə, şirniyyat, hər cür kağız məmulatları yeyə bilirlər)İzdihamlı şəhərləri sevmədiyim üçün Tokyo'da olmamışam  Gələn dəfə ora getməyi düşünürəm.Küçədəki avtomatlarda su və digər içkilər hələ o vaxt 160 yen idi) Bahalı ölkədir amma mütləq gedib görülməlidir fikrimcə.Şəhərlər arası shinkansen adlı sürət qatarı ilə yanaşı, dəfələrlə ucuz adi qatarlar da fəaliyyət göstərir. Yemək o qədər də baha deyildi və məni belə təəcübləndirən o idi ki hər yerdə sushi satılmırdı) Sushi restoranlarında çox uzun növbələr olur. Fast food'ları, küçə yeməkləri çox dadlı olur, odur ki, fürsətdən istifadə edib hər cür dəniz məhsulunun dadına baxın). İnsanları çox gülərüz və yardımsevərdirlər, dili bilməsəniz də maksimum dərəcədə kömək etməyə çalışırlar. Səhifələrcə yaza bilərəm Yaponiya haqqında, amma lazımlı informasiya verməyə çalışdım. Hamınıza xoş istirahətlər!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Jala Abubekirova

2735 dəfə oxunub

Gözəl, zəngin Skandinaviya - Norveç və Danimarka

Oslodakı bütün otel, apartament və hostelləri bu linkdən Kopenhagendəki bütün otel, apartament və hostelləri isə bu linkdən book (bron) edə bilərsiz.Salam hər kəsə ☺✋Ümumilikdə 6 ölkə gəzdim.????????????????????????????????????????????????İsveç???????? və İspaniya???????? postunu daha öncə paylaşdığım üçün sizə indi digər postlarda az gördüyüm 2 ölkə haqqında qısa məlumatlar yazacam. ????Norveç???????? & Danimarka????????1) Norveç-Oslo ???????? - Ümumilikdə bu ölkə bahalıdı deyirdilər. Boşuna demirlərmiş cox bahalı ölkədi????. Öncədən deyim ki, ölkədə €(euro) işlədilmir . Rəsmi pullari???? NOK-dur(Norvec kronu). Kimsə deyirsə insanları soyuqdur mənim fikrimcə bu belə deyil . İnsanın özünün müraciətindən asılıdır, bir şeyi sənə cavab vermek borcudur sifətilə yaxınlaşsan soyuq olmaqları normaldı????. Kimə yaxınlaşıb gülərüzlə sual versən səndən daha gülərüzlə sənə kömək edəcəklər????☺ Nəqliyyat???????????? sistemi #Ruter kartı deyilən sistemlərə bağlıdı və bu kart bütün nəqliyyatlarda keçərlidi. Yadaki bus-a????minərkən yerindəcə 20 NOK =2€ verib ödəyə bilərsiniz .Bundan əlavə Turistə sərf edən OsloPass karti əldə edə bilərsiz???? . 3 qrupa bölünür. Child, Adult, Seniors. Seniors yaşlılar üçündü ona görə Adult kartı almalısız. 24 saat 355 NOK (≈ 37 EUR)???? Amma bir üstünlüyü ondadır ki bu kartla bir çox muzeylər pulsuzdu. Hər muzeyə 10€ ödəməkdən yaxşıdı . Demək olar 80%i bu kartın hesabına girə bilərsiz????. Oslo Visitor Centre yerləri var, Turist üçün məlumatlar və bir çox map-lar. ????Gəzməli görməli yerlər üçün ????????????????National Gallery The Royal Palace, National Theatre, Historical Museum, City Hall, Parliament, Astrup Fearnley Museum ,Akershus Fortress, Karls Johans, Norwegian National Opera&Ballet , Oslo Cathedral, Norsk FolkMuseum, Viking Ship Museum, Norwegian Maritime Museum, Kon-Tiki Museum. Slottsparken ve Vigeland Sculpture parklarinada yayda gedə bilərsiz????Yeməkləri çox bahadı. Subwaydan balaca aldığım 15sm çörək sandvic 69NOK=6.9€ pul verdim. İsveçdə özünə qonaqlıq vermək olur o pula????.Keçək digər ölkəmizə????2) Danimarka-Copenhagen ???????? - Burda da Norveçdə olduğu kimi hər kəs öz milli valyutasından DKK (Danimarka Kronu) istifadə edir. Şəhər çox təhlükəsiz şəhərdi Oslo kimi. Oğurluq ümumiyyətlə yox səviyyəsində????????. Hosteli isə dəmiryoluna yaxın seçmişdim İsveçe qayıtmaq üçün ve olduqca lazımı yerlərə də yaxın idi. Qeyd etmək istəyirəm ki, Danimarkanın pulu Norveç və İsveç kronlarından da dəyərlidir. Misal olaraq 75DKK=100NOK=10€ . Burası da olduqca bahalı ölkədi. Rəqəmlərin xırda görünməsi aldada bilər sizi. Norveçdə 300Kron gördüyünüz şey burda 210Kron olarsa düşünməyin ki,ucuzdu eyni qiymətdi???????? 21€.Kopenhagende əsas avtobus???? xətti "A" kodu ile başlayır 24 saat xidmet edir. "S" kodu ile başlayan səhər 06:00-dan gecə 01:00 qədər xidmət göstərir ????. "N" ilə başlayan isə gecə boyunca işləyir ???? . Metro???? isə 24 saat xidmətdədir????. Aeroportdan M2 xətti ilə mərkəz xəttinə gəlmək 12 dəqiqə çəkir.????Kopenhagendə nəqliyyat sistemi üçün 2 cür kart seçimi var1) Flexcard 1dəfəlik 200DKK=27€ ödəməklə istifadə etdiyiniz gündən etibarən 7 gün ərzində limitsiz bütün nəqliyyat daxil.2) "Copenhagen Card" 24 saat üçün 389DKK=53€, 48 saat üçün 549=74€ ödəməklə 80dən artıq muzeyə pulsuz giriş edə bilərsiz ve boat (qayıq) turlarına da minmək içinə daxildi????.Gəzməli yerlərə gəlincə isə təbii ki ən başda 1)Nyhavn???????? sonra məşhur 2)Tivoli Garden????-aprel ayında açılır bura, 3)Stroget küçəsi, 4) Bakken Amusement Park (Tivoli kimi yerdi amma balaca) daha sonra isə ????National Gallery of Art, Botanical Gardens, Rosenborg Castle, Kunstsal Charlottenberg, Det Kgl Teater, The round Tower, Nikolaj Kunsthal, Christianborg Palace, Thorvaldens Museum, The National Museum of Denmark , City Hall, Danish Architecture Center , Vor Frue Kirke, The Black Diamond, ????Copenhagen Zoo-nu gəzə bilərsiz. Mən hamısını gəzmədim amma ən vaciblərini gəzdim gördüm demək olar???? .Yeməkləri də Norveç kimi bahalıdı ve doymaq istəyirsizsə türk mətbəxlərinə və ya az yemək istəyirsizsə Subway-ə üz tuta bilərsiz ????.Bu qədər ????Əziyyət çəkib oxuduğunuz üçün hər birinizə Təşəkkür edirem????. Növbəti səyahətlərədək✋????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Cavid Isgenderli

1953 dəfə oxunub

Ohrid gölünün incisi, “şairlər şəhəri” - Struga

Gəziləcək yerləri çox olmasa da, bu şəhərin möhtəşəm mənzərəsi, təbiəti, yaradıcı ruhu var.Balkanlardakı ən çox sevdiyim ölkə Albaniyanı gəzdikdən sonra Makedoniyaya da getdim axı . Ötən il Makedoniyaya getmək Azərbaycan vətəndaşları üçün vizasız idi. Makedoniyanı 2 kəlimə ilə təsvir etməmi istəsələr, təbiət möcüzəsi olduğunu deyərəm. Bu ölkənin 3 şəhərini gəzə bildim. Struga, Ohrid və paytaxt Skopye. Bu gün sizə Ohrid gölünün sahilində yerləşən Struga şəhərindən danışacam.Albaniya sərhədini keçəndən sonra sizi Makedoniyada bu gözəl, kiçik, şirin şəhər qarşılayır. Mavilik içində rəngarəng gözəllik olan Strugaya axşamçağı çatmışdım. Əslində burada qalmaq planım yox idi. Birbaşa Ohridə getməliydim. Hətta ev də tutmuşdum. Ancaq bu kiçik şəhər məni necə valeh etdisə, fikrimi dəyişməli oldum.Gölün kənarında, ortasından çay keçən kiçik bir şəhər düşünün. O şəhərin 4-5 mərtəbəli, rəngli binaları Qara Drin Çayına (Black Drin River və ya öz dillərində Crni Drin) baxır. Şəhəri iki yerə ayıran çayın üzərində hər 200-300 metrdən bir güllü-çiçəkli taxta körpülər salınıb. Çayın 2 hissəyə ayırdığı şəhər Ohrid gölündə bitir. Bir sözlə, Struga mavilik içində rəngarəng bir gözəllikdir.Strugada haraları gəzək?Şəhərdə gəziləcək yer çox deyil. Göl kənarında çimərliklər, göl və çay mənzərəli restoranlar var. Bir də bazarı, rəngli küçələri, mağazaları...Şəhərin təbiəti, havası möhtəşəmdir. Məsələn, mən bütün yayı burada qalardım. Hər səhər kompüterimi götürüb, çaya, gölə açılan sakit kafelərin birində oturub, işlərimi görər, gözəl mənzərədən zövq alar, axşamçağı da gölün kənarındakı çimərlikdə dincələr, dupduru suda üzərdim. Heç darıxmazdım da.Sonradan bildim ki , sən demə bura həm də “şairlər şəhəri” deyirmişlər. Üstəlik, hər ilin avqustunda şəhərdə şeir festivalı keçirilirmiş. Bilmirəm, bəlkə də şəhərin yaradıcı ruhunu sevmişəm. Kiçik şəhərdir. Hər yerinə piyada getmək mümkündür.Strugaya necə getdim?Makedoniyaya Albaniyadan keçdim. Albaniyanın Prenjas adlı kiçik bir şəhəri var. Makedoniya ilə sərhəddə yaxındır. Buradan sərhədə ondan sonra da bir vasitə ilə Makedoniyanın ən yaxın şəhərinə getməyi düşünürdüm. Nə isə mənə dedilər ki, sərhədə getməyin ən yaxşı yolu taksilərdir. Bizdəki kimi 4-5 nəfəri yığıb aparır. Xidmət haqqını sərnişinlər aralarında toplayıb ödəyir. Bir neçə taksi şoferindən soruşdum, baha dedilər. Axırda biri yaxınlaşdı ki, sizi pulsuz apararam, özü də sərhədə yox, lap Makedoniyanın Struga şəhərinə. “Amma gərək atam soruşanda deyəsiniz ki, siz bunun üçün mənə pul ödəyəcəksiniz”. Atası da sırada duran növbəti taksi sürücülərindən biri idi. 4 nəfər idik. Həmin gənc oğlanla razılaşdıq. Yolda səbəbini soruşduq. Dedi ki, Strugada sevgilisi yaşayır. Onu görmək üçün bəzən belə bəhanələrə ehtiyacı olur. Təbii ki, pulsuz olduğunu desə də üstümüzdə qalan son alban pullarını toplayıb, həmin sürücüyə ödədik. Hardasa 10 avroya yaxın edirdi. Beləcə həm o, həm də biz xoşbəxt olduq. Üstəlik, Strugayadək apardı.Hər 3 nəfərdən 1-i türkçə danışır. Rəsmi dil Makedon dili olsa da ancaq hər 3 nəfərdən biri ya türkdür, ya da türkçə başa düşür. Bu şəhərdə Osmanlıdan qalma türklər çoxdur. Milliyyətcə türk, əslən makedoniyalı. Gələn qonaqlar arasında türkçə danışan, türk görəndə çox sevinirlər, söhbətə tutur, hal-əhval soruşurlar.Harada qaldım?Həmin gün dincələndən sonra bir-iki adamdan çayın kənarında qalmağa yer soruşdum. Axırda bir türk ailəsinin evinin mansarındakı otağı kirayələdim. Gecəsi 15 avroya. Deməli, bir otaqlı evin balkonu, dəhlizdə də hamamı və ayaqyolusu var idi. Balkonun mənzərəsi küçənin arxa tərəflərinə açılsa da, hamamdan açılan mənzərə möhtəşəm idi. Pəncərə çay mənzərəsinə, şəhərin mərkəzinə baxırdı. İstədim həmin bu görüntünü çəkib, sosial şəbəkələrdə "view from my balcony" yaxud “view from my window” – yazıb, paylaşım. Bəzən 5 ulduzlu, bahalı otellərdə qalanlar edirlər axı, görmüşəm. İçimdəki səmimiyyət imkan vermədi. Deməyim odur ki, gecəsinə 15 avro ödəyəndə də ortalığa qəşəng mənzərə çıxır, amma gözləmədiyin yerlərdə...Gördüyüm ən gözəl çay və ya gölkənarı şəhərGetdiyim günün axşamı Strugada bir yağış yağdı ki, tut ucundan çıx göyə. Evə yerləşəndən sonra dincəlmək istəmədim. Əynimi geyinib yağışdan sonra gələn torpaq qoxusunun bələdçiliyində şəhəri qəşəngcə gəzdim. Axşamı da çayın kənarındakı restoranların birində oturub pendirlə şərab içib, musiqi dinlədim. Evə ancaq gecə saat 2-də qayıda bildim. Səhər də tezdən oyanıb gölün kənarında gezdim. Şəhərə aid suveniri türk ailədən aldım. Günortaya yaxın isə Ohrid şəhərinə yola düşdüm. Struga gördüyüm ən gözəl çay və gölkənarı şəhərlərdən biri idi.Məncə, “freelance” işləyənlər sərhədlər açılandan sonra düşünə bilərlər. Kompüterinizi götürüb gedin. Burada həm dincəlin, həm də bu gözəl şəhərdə zövqlə işləyin. Həftə sonları da Ohrid şəhərini və yaxınlıqdakı görməli yerləri gəzin, ləzzət alın!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Guler Mehdizade

1571 dəfə oxunub

Malta bələdçisi

Bu həftə 3 aydır yaşadığım Maltada son həftəmdir. Bu bapbalaca ada ölkə məndə hansı izlər buraxıb, nələr yaşadıb biraz bunlar haqqında danışım dedim. Əvvəlcə ondan başlayım ki, Bakıdan tam 7 dəfə balaca bir ÖLKƏdən söhbət gedir????. Mənim üçün həmişə məsafə ölçü vahidi evimizdən harasa qədər olan məsafə kimi hesablanıb (Qrinviç misalı) deyə, sizə də elə izah edəcəm ????. Hətta buna görə bir yaxınıma Vatikanı gəzdirəndə, "Vasmoy" boyda olduğunu deyəndə ona balaca bir cultural shock yaşatmışdım ???? Adanın uzunluğu 27 km -yəni bizim evdən Airporta qədər, Eni isə 14.5 km - yəni bizim evdən Neftçilər metrostansiyasına qədərdir. ????????????‍♀️Yəni söhbət bu qədər balaca bir ölkədən gedir təsəvvür edin. Bununla belə Paytaxtı, hələ utanmadan 5-10 şəhəri də var ????Ölkənin 2 rəsmi dili var, Maltese və İngilis dili. İngilis dili öncəlik olduğu üçün, bura köçən miqrantlar tez bir zamanda iş tapa bilirlər. Demək olar bütün şirkətlərdə rəsmi danışıqlar, görüşlər, yazışmalar yalnız ingiliscə həyata keçirilir.İlk baxışdan (airportdan şəhərə gələndə olan ilk təəssürat) sizə kasıb ərəb ölkəsini xatırlatsa da bir müddət sonra özünüzü restoranlarına görə Romada, dənizinə görə Maldivdə, böyük industrial şirkətlərinə görə Almaniyada, balıqçı kəndlərinə görə isə Manarolada hiss edə bilərsiniz.Bəzi şəhərlərini ayırmağa çalışdım. Başlayaq Paytaxt Vallettadan. (Paytaxt deyəndə ki, elə böyük bir şey fikirləşməyin, dünyanın ən balaca paytaxt şəhəridir (0.8 kv km), Bakıda hansısa mikrorayonla müqayisə etməyimə ehtiyac yoxdu yəgin ???? ). Şəhər daima (ən azı bütün yay boyunca) insanlarla dolub daşır. Bütün restoranlar, mağazalar, turistik yerlər, hətta skamyalar belə insanlarla dolu olur. Maraqlı etnik butiklərdən tut, luxury brendlərə qədər bir çox məkana bu balaca paytaxtçikdə rast gələ bilərsiniz. Yadımdan çıxmamış deyim ki, bu balaca ölkənin xeyli hadisəli, qanlı savaşları, tarixi var. (Sultan Süleymanın ordusuna qalib gəliblər məsələn). Buna görə də bir çox yerdə heykəllər, silah və toplar, qalalara rast gələ bilərsiniz. Düzdü indi o qalalar daha çox paraşütlə tullanmaq üçün nəzərdə tutulur, amma nəysə????????‍♀️). Şəhərin əsas ictimai nəqliyyat vasitəsi Avtobus və Taxilərdi (bir çox Avropa ölkələrindən ucuzdu taxiləri). Bundan əlavə şəhərdə çox tez tez Velosiped, Samokat kirayələri üçün avtomatlara rast gəlinir. Avtobus deyib keçməyin, yayda 1 gediş 2 Euro (Bakıda bu pulla mən bizim evdən Port Bakuya gedirəm taxi ilə ????????‍♀️), digər fəsillərdə isə 1.5euro dur.Ölkəylə bağlı başqa maraqlı faktor isə demək olar şəhərin istənilən tərəfindən dənizə girə bilərsiniz, oranın plyaj və ya avtobus dayanacağı olmasından asılı olmayaraq, hər yerdən insanlar dənizə girir, günəşlənirlər.Başqa bir xüsusiyyəti bir çox başqa Avropa ölkələrindən daha qaynar gecə həyatı var. Məncə bunun ən böyük səbəbi çoxlu dil kurslarına və exchange proqramları ilə gələn tələbələrdi. Klublar, beach party və gecə həyatı üçün Pacheville ə üz tuturlar.Maltanı bu qədər böyük və geniş (????) edən ünsürlərindən biri də adalarıdır. Gozo adlı böyük (nə qədər böyük ola bilər axı ????) və Comino tipli bir neçə balaca adaları var. Dünyanın ən təmiz və ən mavi dənizləri sırasında olan Blue Lagoonu nə qədər yazıb pozsam, 1cə faizini belə izah edə bilmərəm, inanın. ????Bu ada (bundan sonra balaca adlandırmayım məncə, ayıb oldu bu qədəri ????????) həmçinin bir çox Hollivud və başqa filmlərə də ev sahibliyi edib. Çox məşhur Game of Thronesin də bir çox səhnələri burda çəkilib. Uşaqlıqdan tanıdığınız (və ya tanımadığınız) Popeye (Temel Reis) kinosu da burada çəkilib, hətta bu adda kəndləri də var. Hansı ki, həmin filmdə istifadə olunan əşyalar, dekorlar həmçinin başqa maraqlı personajları bu kənddə görə bilərsiniz (girişi 20 euro ətrafındadır)Birkirkara şəhəri isə əslində heç məşhur yer deyil, sadəcə yaşadığım yerdi deyə yerləşdirmişəm. Bir də onu da deməmiş keçməyim, ildə 20 dən artıq dövlət bayramları var. Bundan əlavə olaraq hər qəsəbənin öz bayramları, tədbirləri çox tez tez və olduqca rəngli olur.Digər çox rəngli və çox gözəl şəhərlərindən biri də Marsaxlokk-dur. Bu şəhər bapbalaca bir balıqçı kəndidir. Yəni bu gördüyünüz rəngli lotkalar heç də turistlər üçün dekor deyil, doğrudan onların istifadə etdiyi qayıqlardı.Hər bazar günü açıq yarmarkalar təşkil olunur və müxtəlif bu şəhərə aid əşyalar, xüsusilə də dənizdən tutulmuş balıqlar, vosminoqlar və başqa dəniz məhsulları burda satılır. Həmçinin sahilboyunca birbirinin ardınca düzülmüş restoranlarda günün xüsusi fresh balığını və başqa menyu seçimləri ilə çox uyğun qiymətə nahar etmək olar (adam başı 20-25 euro).Başqa şəhərləri haqqında sizi yoran məlumatlardansa yığıb, yazdığım ümumi bəzi faktlar bunlardır:✅ Yaşıllıq yox deyiləcək qədər azdır, olanların da 70%i kaktuslardı.✅ Nəqliyyat sol tərəfdən irəliləyir, təzə vaxtlarda maşına baxanda, bunun sürücüsü hanı, ya da adam niyə rulu tutmur deyə mini infarktlar keçirirdim✅ Bu qədər balaca və son vaxtlar populyarlaşmasına baxmayaraq ilk insanlıq məskənlərindən sayılır, o dərəcə ki, Misir piramidalarından daha qədim abidələri var✅ Bu qədər bapbalaca olması ilə bərabər 360 dan çox kilsələri var✅ Ənənəvi musiqisi Ghana adlanır, gitara ilə qarşılıqlı bədahətən deyişmə şəklində həyata keçirirlər. (Battle rap, meyxana tərzli)✅ Çox maraqlı, və qulağa fərqli gələn dilləri var. İtalyan və Ərəb dillərinin qarışığını təsəvvür edin, etdiz?) İtaliyaya çox yaxın, həmçinin bir müddət ərəblərin əsarətlərində olduğu üçün dil bunların qarışığı olan afro-asiya dil qrupuna aiddir.✅ Bu sırf öz müşahidəmdir, hansısa bir fakta əsaslanmır, amma məncə Avropanın nisbət olaraq ən çox gözəllik salonları yerləşən ölkəsidir. Bəlkə də addımbaşı qadın gözəllik salonlarına rast gəlmək mümkündür burda.✅ Adada çoxlu pişiklər yaşayır, o dərəcə ki, çoxu zaman söz gəlişi "pişiklər adası" belə adlandırılır. Mənim kimi aylurofobiyası olanlar üçün bir az qəliz məsələdir)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nigar Sani

622 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!