591 dəfə oxunub

"Perspektivlər vətəni" - Danimarka

Bilirəm ki, səyahət sevərlərin çoxu Skandinaviyanı xəyallarının bir küncünə həmişə yerləşdirir. Ona görə dedim mən də möhtəşəm Danimarkadan qısaca yazım. Ümumiyyətlə, mən buranı "perspektivlər vətəni" adlandırardım. Baxdığınız hər yerdə ucsuz-bucaqsız sonsuz mənzərələr görürsünüz. O dərəcə ki, çoxlarının gözü bu ölkələrə səyahətdən sonra daha yaxşı görməyə başlayır. Paytaxt Kopenhagen çox sakitdir, digər paytaxtlardakı basabası burda görə bilməzsiniz. Dükanlarda gəzdikcə skandinav dizaynı deyilən şeyin nə olduğu çox aydın hiss olunur, həqiqətən də çox spesifik zövqə malikdirlər. Burda yenilənmə çox az-az olur. Mən 7 il fərqlə iki dəfə burda olmuşam, ikinci dəfə gedəndə heç bir dəyişiklik hiss edə bilmirdim, hətta əksər kafelər olduğu kimi yerində dururdu  Memarlıq inanılmaz gözəldir, hər yerdən tarix qoxusu gəlir.
Şəhərdən azca kənara çıxanda isə nağıllardakı kimi buranın qnomlar ölkəsi olduğuna inanmaq olar, hər şey çox miniatürdü  İnsanları sizi həmişə çox gözəl qarşılayır, çox gülərüzdülər, amma bir az dərinə gedəndə, çox özlərini düşünəndilər, sizə ancaq öz rahatlıqları çərçivəsində yardım edə bilərlər. Qaydalara çox düşkündülər, yalvarsanız da, ən kiçik qaydadan kənara çıxa bilməzlər, ümumiyyətlə ölkədə inanılmaz bir sistem var, isveçrə saatı kimi, başda da nəqliyyat olmaqla.
Ən çox maraqlandıran maddi məsələdən isə necə danışım bilmirəm. Düşünürsünüz ki, bir ölkə nə dərəcə baha ola bilər axı? O düşündüyünüzün iki qatı çıxır  Danimarkada evdən addımınızı atan kimi büdcəniz çat verir. Nəqliyyat dəhşətli dərəcədə bahadır və əvvəlcədən çox vaxt hesablamaq olmur. Məsələn, hansısa istiqamətə gedirsiniz, bir də görürsünüz ikiqat pul çıxılıb, səbəbi yeni tikilən körpü ola bilər, hansısa ərazidən keçmiş olmaq ola bilər, nəticədə nəqliyyata gündə ən yaxşı halda 60-70 avronuz çıxa bilər. Aylıq kartlar isə 300 avrodan başlayır.

denmark2
Restoranların əksəriyyəti çox sadədir, minimalist üslubda, menyuları çox sadə, əksəriyyətində cəmi 5-6 cür yemək olur, hamısı müəyyən bir şeydə ixtisaslaşmış olur. Bizimki kimi interyerdən restoranın qiymətlərini təxmin etmək mümkün olmur ) Amma restoranda yemək yemək çox lüks hesab olunur. Küçələrdə isə möhtəşəm şirin bulkada sosiskalar dada bilərsiniz, mən dadını hələ də unuda bilmirəm!
Onu da qeyd edim ki, həyatımdakı ən ləzzətli süd məhsullarını burda yemişəm, kərə yağının, smetanın, qaymağın dadı dəhşətli bir şeydir. Hətta camaat özüylə suvenir, maqnit gətirəndə, mən kərə yağı gətirmişdim ))
Ən gözəl yerlər də royal ailənin iqamətgahlarının bağlarıdır. Xalqa açıqdır, hətta ilin bəzi günlərində içəriyə daxil olmaq günləri də olur. Rahatca gəzdiyiniz yerdə bir anda şəhzadə evdən çıxıb, velosipedinə minib, qabağınızdan keçə bilər 
Həmin bağlardakı möhtəşəm bağbanlığı görüb maraqlandım, burada bitkiləri dizayn etmək üçün peşə məktəbi belə var, insanlar 3 il bağbanlıq öyrənirlər.
Iki kəlmə də iqlim barədə yazmaq istəyərdim, amma üşüməyə başladım. İyul ayında dolu gördüm, mart ayında isə iki kurtkanı üst-üstə geyinirdim. Telefon soyuğa görə yarım gündən artıq "zaryadka" saxlamırdı 
Estetikadan, oksigendən və bütün dünyəvi gözəlliklərdən başım fırlanmış halda gəzərkən, məni yeganə yoran şey ölkədəki sistemə alışmaq oldu, ciddiyət bir az mənim kimi şərq insanına çox gəldi  Orda yaşamadan da buna alışmaq çox asan deyil.
Bir gün bu gözəllikləri hamınızın görməyi ümidilə,
Sevgilər 

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı:  Ayuk Utopik

DİGƏR BLOQLAR

Bir Gəzəyənin Türkiyə günlüyü - Datça, Pokut, Sal

DatçaDatçadakı otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Egenin ən gözəllərindən Datçaya necə getmək, 1 gündə nə etmək, dənizə harada girmək olar?- Datçaya ən yaxın havalimanı Dalaman havalimanıdı. Havalimanı-Datça arası 2,5-3 saata yaxın sürür.- Datçaya girmədən yolunuzun üstündə Kızlan kəndi var, köhnə dəyirmanlarıyla məşhurdu, istəsəz baş çekin, yola çox yaxındı. (Mən keçən il getmişdim, bu dəfə getmədim)- Datça girişində Olive Farm var, mütləq gedin. Zeytun bağının içində gözəl bir çiftlikdi bura. Yeməklik yağdan güneş yağına, kremdən sirkəyə, qab-qacaqdan şampuna-sabuna qədər zeytun ve badamdan istehsal edilən məhsulların satıldığı mağazanı gəzin, kafesində portağal suyu için. Satılan məhsulların qiyməti bahadı, amma keyfiyyəti əladı.- Olive Farmı gördükdən sonra ana yola çıxıb 1 kilometr davam etdikdən sonra sağa Eski Datçaya yol dönür. Datçanın ən şirin yeridi bura. Mütləq gəzin, görün. Agapi Kafenin musiqilərinin müşayiətiylə arxa bağçada bir şeylər için, qalxmaq istəməyəcəksiniz. Bütün Egede gördüyüm ən gözəl musiqi seçimi olan yerdi. Can Yücel sokağında şəkil çekdirməyəni ve buzlu badəm yeməyəni döyürler????- Eski Datçanı gördükdən sonra yeni Datça sahilə enin, Sevgi Yolunda yürüyün, Yoldan mavi bayraqlı Hastanealtı çimərliyine enin, bəyənməsəz Kumluk, onu da bəyənməsəz Taşlık çimərliyinə gedin.- Sonra Datçadan Mesudiyəyə doğru yola çıxın. 25 dəqiqə sonra Mesudiyənin möhtəşəm Palamutbükü koyundasınız. Nostalgia Kafedə bölgənin ən ləzzətli Kabak çiçəyi dolmasını yeyin, özünüzü dənizə atın:) Palamutbükündən geri dönərkən Ovabükü ve Hayıtbükü koylarına da girə bilərsiz - Palamutbükünə görə daha kiçik, daha səssiz, amma suyu eyni dərəcədə gözəl koylardı. Ya da dənizdən bezdik deyirsizsə Palamutbükünün üstündən yarımadanın ucuna doğru gedib Knidos antik şəhərini görə bilərsiz.- Datça gezisini bitirib geri döndüyünüz zaman qəsəbənin çıxışındakı Datça Vineyard-a mütləq baş çəkin. Əla şərablar, möhtəşəm ambiyans ve üzüm bağları sizi gözləyir. Şərabın istər dadına baxın, istər bəyəndiyinizi alın.- Datçaya bir gedən bir də gedir, unutmayın :)Pokut-Sal-HazindağÇamlıhemşindəki otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Qara dənizlə bağlı burada bir post paylaşdım, hələ də az qala her gün inboxda kimsə nəsə soruşur. Ona görə dedim, izninizlə, ayrı-ayrı bölgələrlə bağlı ayrı-ayrı postlar halında detallı məlumatlar yazım ki, daha aydın olsun:)Qara dənizə ilk dəfə yolu düşənlərə tövsiyəm Pokut-Sal-Hazindağ marşrutudur. Bu marşrutu 3 günə gəzə bilərsiz.- Avtobusla Bakıdan ve ya Tiflisdən (Batumdan) gedəcəklər Rizə Ardeşende və ya Pazarda düşür, Çamlıhemşin dolmuşuna minir. Hər saat başı dolmuş var - 7 lira.Taksiylə getmək istəsəz Ardeşendən Çamlıhemşine 60 lirədi.İşin çətin hissəsi bundan sonradı.- Çamlıhemşindən Pokut yaylasına getmək üçün ən lüks variant 4х4 maşın kirayələməkdi. Mən 4x2 ilə də getdim, gedilə bilər yəni, amma ilk gedənlərin çox diqqətli olması lazımdı:)İkinci variant taksidi - taksilər Çamlıhemşinden 200 liraya aparır. Üçüncü variant gündəlik turların biriylə danışmaqdı - yer varsa, sizi de 50 lireyə aparırlar minibüslər. Dördüncü variant avtostopdu. Beşinci və ən çətin variant ayaqla getməkdi - Çamlıhemşin-Pokut arası 17 km ve bunun 12 km-i dik virajlı yollardı. Ən az 13-14 saat yürümək lazımdı.- Bu variantların hər hansı biriylə özünüzü Pokuta atdınızmı, bütün çətinliklər və hesablar yaddan çıxacaq:) Cənnətdəsiz artıq. Pokutda 6 pansiyon var. Qiymətlər adambaşı 200-230 lire arasında dəyişir. Bütün pansiyonlar sabah və axşam yemək verir. Ən gözəl mənzərəsi olan Pokut Doğa Konuk evi ilə Eynetap Pansiyondu. Ən gözəl yeməklər isə Platoda Mola və Pokut Yayla Evindədi.Pansiyonlar yayla evləridi - hər şeyləri tərtəmizdi, amma aşırı lüks gözləməyin, 2000 metr yüksəklikdəsiniz. Meselen, hamamlar ortaqdı - hər otaqda hamam yoxdu, xəbəriniz olsun.Pokutda günorta acınca pulla yemək yeyə biləcəyiniz iki yer var - Patika Kafe və Pokut Doğa Konuk Evi.- Pokutda aşağıda çadır qurmağa icazə yoxdu, amma yaylanın üstündəki təpədə çadır qura bilərsiz.- İstəsəniz Pokuta 15 dəqiqəlik məsafədə olan Sal yaylasında da qala bilərsiz. Salda çadır qadağandı, amma pansiyonlar var. Tövsiyəm Pilunç Pansiyon. Qalmasanız belə Pilunç Çay Evinin sütlacını mütləq yeməlisiz.- Pokutda ən gözəl yürüyüş vaxtı sabah tezdəndi. Saat 5-də qalxıb təpəyə çıxınca 360 dərəcəlik panorama başınızı döndürəcək. Sal yaylasına, Eynetap düzünə, bir də patikadan çıxacağınız bir düzlük var - oraya yürüyüb çiçək toplayıb gələ bilərsiz:) Gec qalsanız duman gələcək böyük ehtimalla, amma narahat olmayın dumanla günəş saniyələrlə yer dəyişdirir.- Bölgənin ən gözəl günbatımı mənzərələrindən biri Sal yaylasının üstündədi. Axşam oraya çıxa bilərsiz. Avqustun ortalarından sonra günbatımını çox aramayın, çox nadir olur.- Pokut ve Salda 2 gün qalmaq bütün bunları görmənizə yetər, 3-cü gün Hazindağa gedin. Pokutdan Hazindağa çox gözəl bir meşə yoluyla 2,5-3 saata gedə bilərsiz. Qara dənizin ən gözəl yollarından biridi. Mütləq gedin:) Hazindağda bir pansiyon var hələlik. Yürmək istəməsəniz o pansiyonun sahibi həm də Pokutdakı Doğa Konukevinin sahibidi, deyərsiz, transferi həll eləyər (pulla tebii:))- Hazindağdan sonra vaxtınız qalsa bir gün də qalıb Amlakit və Samistal yaylalarına yürüyə bilərsiz. Sonra ya Pokuta geri dönüb oradan, ya da Hazindağdan Palovitə keçərək qayıda bilərsiz.- Pokutdan aşağı enincə bir gün də keçirmək istəsəniz və teleferikdən qorxmasanız mütləq Çulina mahallesinə keçin. İnternetdən və ya orada birindən soruşa bilərsiz - Kendini Koruyan Mahalle haradı deyə. Qala da bilərsiz, teleferiklə gedib çay-pive içib qayıda da bilərsiz. Teleferik adambaşı 30 tl, orada qalası olsanız adambaşı 200 lira (sabah ve axşam yemeyi daxil). Gedəndə salamımı söyləyin:)Çulinadan enincə Çinçiva kəndində dayanıb tarixi körpüdə şəkil çəkdirə bilərsiz, ən gözəl üçüncü nəsil kahvecisi Zua’da kahve içib tatlı (dağ çilekli muhallebi istəyin) yeyə bilərsiz, Cugal Kafedə qara lahana sarması və muhlama yeyə bilersiz, Peri Dükkandan hədiyyəlik ala bilərsiz.- Sonrasını sonra yazaram:)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Könül Şamilkızı Nesibova

1032 dəfə oxunub

Nepal bələdçisi - Katmandu

Katmandudakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz. Nepalın paytaxtı Katmandu 3 ayrı hissədən ibarətdir : Katmandu, Baktapur və Patan. Biz Katmandu və Baktapurda vaxt keçirdik.Nepalda kasıblıq yüksək dərəcədədir, elektrik demək olar ki, şəhərin əsas mərkəzi ərazilərində əlçatandır, əksər hissələrində gün ərzində 2-3 saat elektrikə çıxış olur. İnsanların kasıb olmasına baxmayaraq getdiyimiz hər yer demək olar ki, təhlükəsiz və etibarlı idi, hər hansısa bir problemlə rastlaşmadıq.Katmandunun mərkəzi Tamel (Thamel) adlanan ərazidir, müxtəlif restoranlar, otellər, alış-veriş mərkəzləri burada yerləşir. Qiymətlər normal sayıla biləcək dərəcədədir, məsələn biz böyük ölçülü pizza və içkilər üçün 1000 rupi (10$) ödədik. Nepala gedib pizza yemək? Bəli, mən onların yeməklərini və yeməklərindən gələn ətri heç sevmirəm, görünüşü belə çox qəribədir, adamın iştahı rahat şəkildə bağlanır, təkcə meyvələrini xoşladım, fərqli meyvələri normal qiymətə əldə etmək mümkündür, məsələn banan burda tək tək satılır, 12 banan üçün 120 rupi təxminən 1$ ödəyə bilərsiz. Geyimlərə ümumiyyətlə yaxın getməyin, çünki keyfiyyəti normal deyil, qiymətləri isə o keyfiyyətə görə dəhşət bahadır.Nepalda qalmaq üçün fərqli seçimlər var, məsələn oteldə qalmaq istəsəniz 3 ulduzlu otellərin qiymətləri 24$-dan başlayır, 3 ulduzlu dediyimə baxmayın, hər biri olduqca səliqəli, təmiz və maraqlı otellərdir. Əgər otelin qiymətləri sizi razı salmasa günlük evlər var, qiymətləri 10$-dan başlayır, səhər yeməyi daxil və əlavə olaraq ailələr sizi çox mehriban qarşılayacaq, axşam çayına dəvət edəcəklər, yeməklərini sizinlə bölüşəcəklər, sizin rahatlığınız üçün əllərindən gələnin ən yaxşısını edəcəklər. Bir sözlə oteldə qalmasanız ürək rahatlığı ilə bu evlərdən birini seçə bilərsiz. Katmandunun mərkəzində, hava limanına yaxın ərazilərdə evlər kirayələsəz sizin üçün daha rahat olar.Xalq həqiqətən də çox kasıbdır, ancaq buna baxmayaraq bizim ölkədəki kimi hər şeydən şikayət etmirlər, daima gülüb oynayırlar, ətrafa müsbət enerji saçırlar. Söhbət zamanı bir dəfə belə olsun hər hansısa bir problemi dilə gətirmirlər.Gəldik məbədlər hissəsinə...Katmanduda 1000+ məbədlərlə rastlaşa bilərsiz, insanlar hər şeyə inanır, daşa, torpağa, kağıza, fərqli kuklalara, maşına, inəyə və s. Ancaq bunların içində ən maraqlısını deyim sizə, sonra keçid alım Meymun məbədinə.. Deməli, söhbət əsnasında məlum oldu ki, insanlar reyhana da ibadət edirlər, hər iki rənginə, iyun ayında yetişdirməyə başlayırlar, bu aydan etibarən hər gün 15 dəq. ərzində ibadət edirlər, qadınlar ümumiyyətlə ibadət məqsədi ilə istifadə olunan reyhana toxuna bilməz, kişilər toxunub qoparmaq istəsələr əgər ehtiyatlı şəkildə bunu edib, sonra bananın arasına qoyub birbaşa udmalıdırlar, əks təqdirdə icazə yoxdur. Və mənim üçün ən gülməlisi və maraqlısı bilirsiz nədir? Noyabr ayında bu reyhanlar üçün toy edirlər, elə belə toy yox həm də, festival şəklində həyata keçirirlər, insanlar bu günləri bayram edir...İbadət olunan reyhanKatmanduda ən məşhur Məbədlərdən biri Swayambhunath – Meymun Məbədidir, adından da göründüyü kimi ərazinin 4 bir yanı meymunlarla əhatə olunub, rahat şəkildə gəzirlər, el dilində desək “at oynadırlar” . Açıq ərazidir, çox böyük və çox genişdir, ancaq açıq ərazi olmasına baxmayaraq meymunlar çoxdu deyə ərazidən qəribə qoxu gəlir və bu qoxu sizi narahat edə bilər. Yuxarılara qalxdıqca fərqli məbədlərlə rastlaşacaqsız. Qəribədir ki, burada itlər də meymunlar qədərdir, hətta bələdçidən itlərə də ibadət olunub olunmadığını soruşdum, bu ərazidə ibadət etmirlər, ancaq itlərə toxunmurlar. İndi təsəvvür edin qoxunu : Meymunlar + İtlər + zibillənmiş ərazi və yemək qalıqları. Sadəcə bu qoxunu yaxından hiss etməyinizi sizə arzulayıram  Əlavə olaraq, bu məbədlərdən heçnə almayın, çox çox çox baha satırlar, şəhər mərkəzində 1000 rupiyə ala biləcəyiniz suvinerləri burda sizə 12000 rupiyə sata bilərlər, biz almaq istəyirdik, bələdçimiz sağolsun,icazə vermədi alaq, dedi daha ucuz tapa bilərsiz.Katmandunun digər mərkəzi Baktapur – şəhər mərkəzindən 40-50 dəqiqə aralıda yerləşir, ancaq nəzərə alın ki, şəhərdə işıqforlara fikir verən yoxdur, insanlar necə gəldi maşın sürür və biri digərini gözləmir, bu səbəbdən 1 saat ərzində fərqli, adrenalin dolu anlar yaşadıq, ancaq gedib o əraziləri gördükdən sonra düşünürəm ki, buna dəyərdi. Baktapura giriş bileti turistlər üçün 15000 rupi (15$) təşkil edir.Baktapur fərqli məbədləri özündə birləşdirir, gəzdikcə tarixi məkanlardan, fərqli məbədlərdən zövq alacaqsız, ancaq təəssüf ki, zəlzələlər vaxtı mərkəzdə bir çox məbədlər və fərqli tarixi məkanlar dağılıb, bəzi yerləri hazırda təmirə bağlıdır, çalışırlar ki, həmin yerləri təkrar bərpa etsinlər. Tibetin ənənəvi boyama sənəti olan thanka burada hələdə yaşadılır, əlavə olaraq dulusçuluq sənəti də thanka qədər məşhurdur.55 Pəncərəli SarayMəşhur 55 pəncərəli kral sarayı burada yerləşir, turistlərə açıqdır, ancaq bəzi hissələri var ki, ora giriş edə bilməyiniz üçün əlavə ödəniş – təxminən 500 rupi tələb olunur. Sarayın içində şəkil çəkməyə icazə verilmir, kralın ibadət etdiyi məbədə baxmaq üçün ayaqqabılarınızı çıxarmalı, üzərinizdə fotoaparat, telefon və su varsa onları girişdə əmanət etməlisiz, əks təqdirdə içəri daxil olmağa icazə verilmir.Kral sarayından sonra Durbar meydanında fərqli məbədlərlə rastlaşacaqsız, olduqca cəlbedici fiqurlar, fərqli heykəllər zövqünüzü oxşayacaq. Hər biri ilə mütləq şəkil çəkdirməlisizVəəə... sizə danışım məşhur Baktapur Yoqurtundan... Bələdçi turun əvvəlindən sonuna kimi dirəşdi ki, burda yoqurt başqadır, çox məşhurdur, olduqca dadlıdır, təriflədi, təriflədi və sonda razılaşıb hərəmizə bir ədəd aldıq. Bildiyimiz qatıq + şəkər= Məşhur Baktapur Yoqurtu... Buna görə 12 dollar ödədik  Dəyərdimi? Yox əlbəttə Uzun oldu deyə üzrlü sayın Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Mahbuba Musayeva

993 dəfə oxunub

Sicilianın ikinci ən böyük şəhəri - Kataniya bələdçisi

Sicilyanın ən böyük ikinci şəhəri, möhtəşəm çimərlikləri olan, dəfələrlə məhv olsa da yenidən qurulan, başı bəlalardan heş qurtulmayan Kataniyaya xoş gəldiniz. Şəhərin simvolu: Ümumiyyətlə Kataniya haqqında nəyəsə baxanda qarşınıza çıxan ilk şey Katedral meydanındakı fil fəvvarəsi olacaq…Fil deyib keçməyin bu heykəlin Kataniyalılar üçün çox ciddi önəmi var. Filin adı “Liotru”dur və Kataniyanın qoruyucusu hesab olunur və elə nə hikmətdirsə bu başı zülümlərdən açılmayan, vulkanlardan, zəlzələlərdən majal tapmıyan Kataniya 1737-ci ildə bu heykəl bura qoyulandan sonra təbii fəlakətlərdən demək olar ki, canını qurtarıb… Vulkan Şəhəri: Kataniya Etna dağının ətəyində yerləşir və bu aktiv vulkanın yaxınlığında yerləşən yeganə böyük şəhərdir. Etna Kataniyanı dəfələrlə tamamilə məhv etsə də “heç bir yerdə yaşaya bilməz Kataniya adamları “ deyib yenidən burada şəhər inşa ediblər. Ümumiyyətlə Etna Kataniyalılar üçün müqəddəsdir. Nə qədər bəla gətirsə də yenə də “bir dərdim var min dərmana dəyişməm” deyib Etnanı sevməyə davam edirlər. Etnaya gündəlik turlarla gedə bilərsiniz. Gördünüz ki, vulkan püskürür qorxub qaçmayın. Dərhal lavalarının içinə atlayın. Deyilənə görə vulkan lavası insan dərisinə xeyirdir… Möhtəşəm pizzalar: İtaliyanın neçə şəhərində pizza yesəm də burdakı qədər dadlı pizza bəlkə biraz Napolidə görmüşdüm. Özəlliklə arxa küçələrində çox ucuza (5-6 avro) çox dadlı pizzalar tapmağınız mümkündür. Narıncı şəhər: Şəhər portağal ağaclarının bolluğu ilə məşhurdur. Küçələrdə gəzərkən bir çox yerdə rast gələcəyiniz portağal ağacları Kataniyadakı geniş bağların sadəcə “cıqqılı” hissəsidir. İsti qumlar: Kataniya çimərlikləri qara vulkanik qumları ilə məşhurdur. Bu qumlar günəşdə çox isindiyindən ayağınız “cızza” olmasın deyə çimərlik ayaqqabısı götürsəniz çox işinizə yarayar. Barokko İrsi: Şəhərdə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş möhtəşəm barokko memarlığında binaları var. Ümumiyyətlə şəhər başdan başa barokko tərzində inşa olunub. Düşünə bilərsiniz ki, Palermoda ərəbindən normanına, yunanından italyanına 100 dənə memarlıq üslubu var bu yetimlərdə niyə təkcə barokkodu? Çünki, Etna gözünə döndüyümün beyni çönəndə hamısın məhv eliyibdi. Bu da yetməzmiş kimi baş vermiş zəlzələlər də olan qalanı yoxa çıxarıb… Dəniz məhsulları ilə zəngindir: Kataniya mətbəxi təzə dəniz məhsulları və balıqları ilə məşhurdur. Balıq bazarları şəhərin rəngarəng və canlı yerləridir. Qatarla səyahət: Kataniyadan dəniz kənarı boyunca səyahət edərək Sicilyanın 3-cü böyük şəhəri olan Messinaya da gedə bilərsiniz. Səyahət boyunca dənizə doğru çox gözəl bir mənzərə yaranır. Siciliya Günəşi: Yay aylarında Sicilyadasınıza, hələki Kataniyadasınızsa o zaman işiniz işdir. Çünki, Kataniya yay aylarında çox amma çox isti olur. Norman qalası: Kataniya tarixi Norman qalası ilə məşhurdur. Düzdür bu qala “cıqqılıcana” Kataniyadan kənarda qalır amma “Aci castello” adlanan bu əraziyə gedib çox qəşəng mənzərələr görə bilərsiniz. Bu qala şəhərin mərkəzinə baxan bir təpədə yerləşir. Teatr və İncəsənət: Kataniyada çoxlu teatr və incəsənət tədbirləri var. Mədəniyyət həvəskarları üçün əla yerdir.“Bə nətər gedəh ay qa?” Çox sadə…Romadan təyyarə ilə...Romaya da Bakıdan birbaşa ucuz reyslər var…Amma deyirsinizsə ki, “əşşi nə qədər təyyar olar? Biraz da maraxlı nəsə eliyəh” o zaman… Romadan (Bakıdan Romaya birbaşa reys var) Kataniyaya ancaq qatarla da gəlməyiniz mümkündür. Belə olan halda Romadan (Roma Termini stansiyasından) Messinaya (Messina Centrale) qatarla gəlirsiniz. Sonra da Messinadan Kataniya qatarına oturub gəlirsiniz. Qatarı Sicilya adasına keçirmək üçün Villa San Giovanni stansiyasında gəmiyə mindirib Messinaya keçirillər. Kataniyaya gəlirsinizsə yəqin ki, Palermodan gəlirsiniz və ya Palermoya da gedəcəksiniz. Belə olan halda Kataniyadan Palermoya (və ya əksinə) gündəlik avtobuslar fəaliyyət göstərir.Hər birinizə xoş istirahətlərDaha ətraflı şəkildə instagram səhifəmdən tanış ola bilərsiniz:https://www.instagram.com/sadi.goo/Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Sadig Aghali

487 dəfə oxunub

Türkiyə-Monteneqro-Albaniya səyahəti - 1-ci hissə Türkiyə günləri

Salam, dostlar. Mən də ilk məlumatlandrıcı postumu paylaşım qrupda. Bizim səyahətimiz Türkiyədə başlayıb Albaniyada bitən 12 günlük dolu dolu bir səyahət idi. 2 nəfər idik və mənim ailədən uzaq, rəfiqəylə ilk səyahət təcrübəm olduğu üçün narahatçılıqlarım yox idi desəm yalan olar. Gələk əsas məsələyə: Biletləri Bakı-İstanbul-Bakı reysinə Buta Airwayslə 340 AZN-ə, İstanbul-Tirana-İstanbul reysinə Pegasusla 240 AZN-ə aldıq. Qeyd edim ki, daha ucuz ala bilərdik, sadəcə işin ucunda Türkiyə varsa bizim üçün shopping qaçınılmazdır dedik, hər iki istiqamətdə 23 kq baqaj haqqımızdan istifadə etdik və biletlər bizə 580 AZN-ə başa gəldi. Yuxarıda qeyd etdiyim kimi, səyahətimiz Türkiyədə başladı. İstanbulda həm rəfiqəmin həm mənim qalacaq yerimiz olduğu üçü otelə pul sərf etmədik. Mən Sabiha Gökçen Hava limanından Kadıköye AİRBUSla 14 TL-yə getdim, Taxi ilə də gedə bilərsiz təbii ki, amma o qədər məsrəfə ehtiyac yoxdur deyə düşünürəm.Biz daha öncə İstanbulda olduğumuz üçün olmadığımız bir neçə yerə getmək yetərlidir deyə düşündük, yollandıq Dolmabahçe sarayına. Saraya giriş 60 Tl-dir. İstanbula gedib Dolmabahçe sarayını görməmək günah olar deyə düşünürəm, mütləq görməlisiniz.2 saatlıq Dolmabahçe gəzintisindən sonra “Çukur” filmi ilə məşhurlaşan Balat-Fener ərazisini də görmək istədik. Hər kəs öz evini antik butik cafelere çevirib, hər cafe bir tarixdir sanki, yemək qiymətləri 1 nəfərə 40-60 TL civarındadır.Balat-Fener gəzintisindən sonra isə Pier-Lotti təpəsinə çıxıb İstanbulu bir də yüksəklərdən izlədik, günbatımını seyr etdik. İstanbulda ikinci günümüzdə isə Üsküdar Kız kulesi mənzərəsiylə çay içdik, Ortaköyə yollandıq, Ortaköy kumpiri (27 TL) yedik. Boğaz turu mütləqdir İstanbulda, Elə Ortaköydən başlayan boğaz turlarına qatıla bilərsiniz. Biz İstanbul üçün 2 gün yetərlidir deyərək gecə 12:00 avtobusu ilə yollandıq üzü Balıkesir-Ayvalıka. İstanbul-Balıkesir yolu 5 saat davam etdi, Balıkesir-Ayvalık isə 2 saat yarım. Yol xərcimiz gediş 120- dönüş 120 Tl oldu. Ancaq bileti bir neçə gün əvvəldən almaq məsləhətdir, çünki biz çox çətinliklə bilet tapdıq. Ayvalık kiçik bir şəhərdir, 3-4 saat da vaxt keçirmək yetərlidir. Yemə-içmə qiymətləri normaldır, məşhur ayvalık tostunu mütləq yeyin, əgər yolunuz düşərsə. Ayvalıkdan taxi botla (6TL) 20 dəqiqə məsafədə Cunda adası var, Egey dənizinin sahillərində sanki kiçik bir cənnətdir.  Bir az İzmir Alaçatısını xatırladır, amma bura daha sakit və turistlərin daha az olduğu yerdir və Alaçatıdan daha ucuzdur. Meyhaneləri, dəniz məhsulu restoranları ilə məşhurdur, plajları da var, rahatlıqla dənizə girə bilərsiniz. Bir gəzəyən üçün ən mühüm əşya hədiyyəlik magnetlərdir deyə düşünürəm, Cundada qiyməti 3 magnet 10 TL-dir. Əslində Ayvalığa səhər çatıb gecə qayıtmağı düşünürdük, ama bu cənnətdə 1 gün daha artıq vaxt keçirmək qərarına gəldik. Cunda adasında hər kəs evini butik otel və ya pansionat halına gətirib gəlir yeri kimi istifadəyə verib. Ancaq qiymətlər bahadır. 1 gecəlik 2 nəfərlik otaq kahvaltı daxil minimum 250 TL-dən başlayır.Yerli insanlar bizə Ayvalıkda daha ucuza yer tapa biləcəyimizi dedilər və Ayvalıkda gecələmək qərarına gəldik. 2 nəfərlik otağa 100 TL ödəyərək qaldıq. Bir də Ayvalık mərkəzdə “Aresin yeri” adlı kahvaltısıyla məşhur butik cafe var, 2 nəfərlik serpme kahvaltıya 80 TL ödədik. Bir də Ayvalığın balıq yeməkləri ilə ən məhşur yeri “Tık Mustafanın yeri” adlı meyhane tipli restorandır, reserv etmədən yer tapmaq mümkün deyil. 2 nəfərlik 100-150 TL xərciniz çıxacaqdır. Aurası çox gözəldir, oxuyan kim oynayan kim. Cunda küçələrini 2 gün gəz-gəz doymadıq, amma ikinci günün sonunda İstanbula 120 TL-yə dönüş biletimizi (Uludağ otobüs firması) aldıq.Ayvalıkdan birbaşa İstanbula düşdük yollara. Bizi yeni bir ölkə, yeni səyahət macərası gözləyirdi çünki. Türkiyədə 4 gün üçün ümumi 120-150 Euro xərcimiz çıxdı 1 nəfərə. Montenegro və Albaniya haqqında ayrıca post paylaşacam.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Roza Ahmedova

922 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!