1342 dəfə oxunub

Ölkə bələdçisi - Çin

Nəhayət vaxt tapıb Çin səfərim barədə yazmaq qərarına gəldim.
Çin hava yolları ilə yola düşdüm 5:30 Urimchidə düşüb Quanjoya yola düşdüm 4:00. Taksi tutub otelə getmək istəyirəm sürücü ingiliscə bilmir. Yaxşı ki otelin şəklini screen etmişdim)) Rahatlanıb birbaşa şəhəri gəzməyə. Hamının ağlında Quanjo alver, bazar tip qalıb. Amma əslində tam elə deyil. Şəhərin əhalisi çoxdur və hamısı alverlə məşğul olur. Şəhərin bir Zonası qədim çinlilər kimi kasıb həyat sürür. Bir Zonası (mən qalan ərazi) orta təbəqə hamı işləyir və gəzir. Və eynən "The Time" filmindəki kimi tam fərqli Zona var. Bahalı maşınlar, açıq saçıq geyimli qızları, bahalı restoranlar və ən əsası buludlara toxunan hündür binalar. Bildiyimiz kimi VPN probleminə görə WhatsApp və Facebook Google işləmir. Ölkədə əsas ödəniş sistemi WeChat və Alipay-dir. Hərşey QR kodla işləyir. Restoranda yedin wechatda QR code skan edirsən lazımi məbləği göndərirsən Valala. Yolda yorulmusan? Velosiped kiralamaq istəyirsən? Velosipedin üstündəki QR kodu scan edirsən ödəniş gedir və sənə kod gəlir o kodu yazırsan və volisped aktivləşir. Taksi, market hərşey QR ilə işləyir. Ölkədə turistlər ancaq nağd pul xərcləyirlər. Məntiqlə gözəldir. Cibində pul gəzdirmirsən.

30530677_1924767167548094_4269622751880640794_n
Food:
Bizim dönərxana tipində onlarda isə milli mətbəxlər var amma nədənsə pişik ölüsünün iyi gəlir (((. Ona görə cəmi 6 günə 400$ yeməyə xərclədim. Kavkaz Azerbaycan restoranında pomidor-yumurta, balıq və s, Bosfor Türk restoranında tavuk ızgara mərci və Latın Amerika mətbəxində steyk balıq və s. çinlilərin ağız tamları bizlik deyil. Amma yollarda görsəz fresh sok yeri mütləq alın 20 uyandır(5.40 azn).

30581632_1924767094214768_3122460793559026301_n
Shopping:
Şəhər o qədər böyükdür ki, şəhərin bir başında Hua Mei adlanan ərazidə geyimlər ala bilərsiz ucuz və keyfiyyətli hercür mala rast gələ bilərsiz. Bayunda adlanan ərazidə ancaq dəri məhsulları. Yongfuchun adlanan ərazidə Avtomobil üçün hərşey, bəli düz oxuduz hərşey.
Transport:
Transport üçün taksi ən idealdır amma motosikletdə ucuz başa gəlir, avtobus və s-dən istifadə etmədim çünki dillərini bilmirəm və çox qəlizdir. Taksi və satıcılar ilə ünsiyyət üçün Google Translate dən istifadə edirdim))))
Daha sonra iş görüşməsi üçün Shenzenh şəhərinə yola düşməliydim. Ən asan yolu Online bilet aldım 75yuan ikinci klas və vağzala yaxınlaşdım elektron bilet pəncərəsinə və bileti verdilər. (Çinlilər elektron bilet almırlar ). Qatar nə qatar.. Adı qatar amma saatda 375km/s hərəkət edir))).
Shenzenh şəhəri yeni qurulmuş şəhərdir və Honk Konga bitişikdir. Çooox gözəl şəhərdir, yaşıllıq və tam müasir. Görüşməm uğurlu keçdi və məni məşhur Çin restoranlarının birinə dəvət etdilər. Maraqlı mədəniyyətləri ilə yaşıl çay gəldi süfrəyə. Və bu çayla hərə öz stəkanından çubuqlarını yuyur yaxalayır. Menyunu birinci mənə verdilər və..... Donuz ayaqları, donuz qulaqları, toyuq ayaqları, tısbağa və s. mən əlbəttə ki tək düyünü seçdim)))
Beləliklə Çin səfərim maraqlı və yadda qalan oldu. Çinə yenidən səfər edəcəm və gələn səfərim Çin Səddinə olacaq. Gəzməyə Çin, yeməyə Vətən yaxşı????

30516354_1924767240881420_8046175070650507271_n

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Jack Emerson

DİGƏR BLOQLAR

Balkanlar - Serbiya, Bosniya və Hersoqavina, Montenegro və Şimali Makedoniya

Axşamınız xeyir ???? uzun post olacaq amma o qədər sualımın qarşılığında hər şeyi bölüşmək istədim bəlkə kiməsə faydası olar. 10 günlük, 4 nəfər planlaşdırdığımız Balkan turumuza 1 nəfəri sərhəddən o tərəfdə qoyub çox məyus şəkildə başlasaq da şükür davamı çox yaxşı keçdi. 1həftəlik bir araşdırmadan sonra trayektoriyamızı çəkib Tiflisdən Pegasusla bilet aldıq və ilk istiqamət Belgrad oldu. "Kimdi bizi tanıyan" ana sloganlı səyahətimiz də elə Tiflis aeroportundan başladı ???? (P.S Balkanlara gedərkən mütləq çətir götürün çünki hava anidən dəyişə bilir hətta həyatımda ilk dolunu da Belgradda gördüm)1. Hava limanından şəhərin mərkəzinə getməkçün 150 dinar ödəməlisiniz (qətiyyən çeki çaşıb da atmayın) ilk başda şəhər olduğuna şübhənizin yaranacağı bu şəhər üçün gözləntinizi çox yüksək tutmasanız yaxşıdı. 1günə gəzib bitirilə bilinəcək bir şəhərdi. Heç bir əlavə transportdan istifadə etmədən bütün yerlərə getsək də nə hikmətdirsə bu şəhərdə saat donmuşdu sanki. Ən bəyəndiyimiz cəhəti Kalemagdandan Dunay mənzərəsi, Skardarlija küçəsi və möhtəşəm grafitilər. Qaldığımız yer mərkəzə yaxın idi və ev sahibləri çox mehriban və yardımsevər idilər. Check out time 11də olmasına baxmayaraq biletimizin axsama olduğunu öyrəndiklərində əlavə qala biləcəyimizi dedilər.???? Dinarın dəyəri çox aşağı olduğu üçün nə isə alarkən çətinlik çəkə bilərsiz hesablamaqda.2. Növbəti ölkə olaraq Bosniya&Hersoqavinanı şəhər olaraq isə Mostarı seçmişdik. Hec bir ölkəyə biletləri online almasanız yaxşıdı. Çünki avtobus stansiyasında hetta 10avro ucuza bilet tapa bilərsiz. Mostar kiçik də olsa çox çox gözəl şəhərdi. Mərkəzdən 20-30 dəqlik məsafədə olan Blagaj "cənnət" kimi yerdir 10, 11, 12 nömrəli avtobuslarla 1 avroya gedilir. Qalmaq üçün Mirror hostel seçmişdik (bus stationdan 5 dəqlik məsafədə idi). Sahibəsi Lətifə adlı çox şirin qadın idi. Onu da deyim ki, Hostel heç də düşünüldüyü kimi 20 nəfərin bir otaqda qaldığı yer deyil. Book edərkən "private bedroom and bathroom" seçsəniz tam təhlükəsiz gecələyə bilərsiz. 1günlük yer kimi düşünsək də görmədiyimiz yerlər oldu. Balkan ların ən məşhur yeməyi Cevapi bizim mini lülə kababa bənzəyir, yağlı çörək və garnirlərlə servis olunur. Pul vahidləri mark manatla eyni dəyərdədir, qiymətlər də demək olar ki, eynidir.3. Next station - Montenegro ???????? qalmaq üçün seçdiyimiz ən luks yer burda olsa da ən ilgisiz sahibləri də burda idi. Hətta ödəniş etmədən çıxıb getsəydik bəlkə də xəbərləri olmazdı. Kotora getmisinizsə mütləq qalaya qalxın 2000+ pilləkən olsa da. Yaxşı olar ki saat 8dən öncə qalxasız hava həm sərin olur qalxmaqda çətinlik çəkməzsiz həm də 8 avro ödəməyəcəkdiz???? (8den sonra görəvli orda olur 8avro alır) Qalxarkən yaxşı olar ki, su və ya yeməyə nəsə götürün əks halda təzyiqiniz düşərsə heç kəs də olmazsa çətin vəziyyətdə qala bilərsiz ???? (rəfiqəmin halı pisləşərkən özümü necə çarəsiz hiss etdiyimi ifadə edə bilmirəm☹️ yaxşı ki, tez panikaya düşən deyiləm durumu toparlaya bilməzdim). Budva Kotora nisbətən çimərliyi ilə daha məşhur olsa da məncə Kotor daha gözəldi və tam passiv istirahət yeridi. Budvada gəmi turu götürsəniz peşman olmazsız. Sveti Stefan adası və Perast da görülməyə dəyərdir. Avro istifadə olunduğu üçün bahalı ölkədir nisbətən. Kotorda sahil kənarında Tanjga adlı restoran var yeməkləri dadlı və böyük pors olur, digərlərinə nisbətdə də qiymətlər də normaldır.4. Last station - Makedoniya. Gözləntimizi ən aşağı tutduğumuz bu ölkəni necə bəyəndiksə heç getmək istəmirik. Kotorda Ohridə avtobuslar yalnız günaşırı olur gedərkən bunu nəzərə alın. Ohrid isti abu havaya malik, şirin bir yerdir. İngiliscə bilən az olsa da türkçə əksəriyyəti bilir. Paytaxt şəhər Skopjedə (Üsküp) də həmçinin ingiliscə bilən çox azdır. Slavyan dil qrupu olduğu üçün rusca bilirsizsə dərdinizi deyə bilərsiz. Kanyon Matkaya getmədən qayıtmayın. Avtobus çox gec gəlir yaxşı olar ki, taksi istifadə edəsiz. 3-4nəfərsizsə qiyməti də elə böyük fərq etmir (18-20avro yazır taksimetr) Yenə də avtobusla getmək İstəsəniz 60 nömrə gedir 150 Dinara (gediş-dönüş) Amma kart almalısız səhv etmirəmsə 50dinar idi o da. Skopjenin mərkəzi heykəllərlə və muzeylərlə doludur. Tarixi sevənlər üçün maraqlı seçim olar ????Ümid edirəm ki, yorulmadınız oxuyarkən????????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gunel Yashar

2870 dəfə oxunub

İspaniyanın gözəl şəhərlərindən - Sevilya

Sevilyadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.İspaniyanın ən gözəl şəhərlərindən biri olan Sevilyadan post paylaşmasam günah olardı. Niyə Sevilya? Çünki Sevilya rəngli, öz ruhu olan bir bölgənin, yəni Əndəlüsün paytaxtıdır, flamenkonun vətənidir. 800 il ərəblərin hakimiyyəti altında olan, Əndəlüs ruhunu ən gözəl duya biləcəyiniz, mədəniyyəti, yeməkləri, ab-havası ilə nağıl kimi bir şəhər...Həm də liman şəhəridir Sevilya. Guadalquivir çayının ikiyə böldüyü, bir tərəfində şəhərin əsas hissəsi, tarixi mərkəzi, digər sahilində isə rəngli evləri ilə Triana bölgəsi…İstəsəniz velosiped kirayələyib sahil boyunca gəzə, istəsəniz, 1 saatı 20 Dollara olan gəmi turlarından yararlana bilərsiniz. Çay kənarında ilk olaraq sizi şəhərin simvollarından olan Torro Del Oro - qızıl qüllə qarşılayır. Qüllənin inşasında samandan istifadə olunub, günəşdə samanların qızıl kimi parıldamasından dolayı belə adlanır. Bu qala bir zamanlar məşhur İspan yazıçısı Servantesin də həbs edildiyi bir yerdir. "Don Kixot" əsərinin yazıldığı zindan. Qalananın digər bir önəmi isə Xristofor Kolumbun Amerikanı kəşf etməyə gedərkən səfərə çıxdığı yer olmasıdır... Sevilya həm də 100-dən çox operanın yaranmasına ilham verən bir şəhərdir.Elə təkcə Espana meydanına görə də Sevilyaya aşiq olmaq olar. Bu meydana “İspaniyanın Venesiyası” da deyə bilərik. 1928-ci ildə açılan bu meydanda süni göl və üzərində körpülər salınıb. Qayıqlarla göldə tur ataraq körpülərdən keçəndə Venesiya imitasiyası yaranmış olur. İlin hər fəslində rəngli və canlı olan bu meydan Sevilyalıların və turistlərin görüş yeridir.İspaniyanın bir sıra şəhərlərini qarış-qarış gəzəndən sonra Sevilyaya bir başqa vuruldum. Sakit, huzurlu, eyni zamanda bu sakitlik içərisində dinamik bir şəhərdir... Və təbii ki, ən əsası çox rəngli şəhərdir. Triana evlərinin göyqurşağını xatırladan rəngləri, səmanın mavisinin 50 çaları, pambıq buludların bəyazlığı (bəxtimdən hava və buludlar çox gözəl idi) məni bu şəhərə yenidən və yenidən aşiq etdi…Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Rena Karimova     

2590 dəfə oxunub

Pakistan bələdçisi

İyul ayının 15-dən 30-dək Pakistanda səfərdə oldum. Səfər özündə 3 gün İslamabadı, 9 gün Gilgit-Baltistan bölgəsini, 3 gün də Lahoru birləşdirdi. Kifayət etdimi? Qəti şəkildə yox) Üstəlik mən bu ölkəni sevirəm və daha geniş plana sahib biri idim, lakin ilk yaranmış fürsət baxımdan şansı qaçırmaq istəmədim.Pakistanı niyə ziyarət etməliyik?1. 1991-ci ildən müstəqilliyimizi ilk tanıyan dövlətlərdən 3-cüsü olmaqla gün bu gün daim bizimlədirlər, qardaş dedik, bildik və həqiqətən də insan orada özünü yad bir ölkədə yox, məhz evində hiss edir.2. Dinimizlə yanaşı dilimiz az qala birdir – urdu və Azərbaycan dillərində çox ümumi sözlər var ki, 2 gündən sonra rahat urducanı ən azı başa düşə biləcəksiniz.3. Səfəvi və Moğol dönəmlərindən başlamış sıx mədəni və siyasi bağımız var. Pakistan maddi-mədəni irslə zəngindir. Bu gün geniş sayda Qızılbaş icmasının yaşadığı ölkədir, ələlxüsus Lahor şəhəri - vaxt darlığı baxımdan icmanın rəhbəri ilə görüşə bilmədim təəssüf ki.4. Pakistan möhtəşəm təbiətə malik ölkədir – 5 8000-lik, bir neçə 7000-lik və saysız-hesabsız 6000-liklərə ev sahibliyi edir. Dağa çıxmasanız belə, base camp-lara kimi belə bu gün möhtəşəm trekking marşrutlar təqdim edən tur paketlər var.Lakin Pakistan nəinki Karakorum dağ silsiləsidir, bura həmçinin yaşıl vadilərin, səhraların, dənizin belə olduğu ölkədir. Dünyanın ən soyuq səhrası belə Pakistanda, Skardudadır.5. Etnoqrafik baxımdan fərqli xalqların yaşamlarına şahidlik etmək, onlarla tanış olmaq üçün bu ölkə açıq səma altında muzeydir.6. Bir tək Lahor qədimliyi, müasir hissəsi, çılğınlığı və mədəni yanları ilə azı 1 həftə kəşf edilməlidir.7. Fərqli mətbəxini dadmaq üçün Pakistan əvəzsiz bir ölkədir. Dağlıq hissələrdə bir qədər ehtiyatlı olmaq lazım olur, çünki coğrafiyamıza xas olmayan heyvani yağlardan istifadə edilir. Lakin şəhərlərdə yemək sarıdan hər şey okaydir. Dəhşət acı olsa da lakin çeşid baxımdan hind mətbəxindən daha zəngindir, çünki ağız tamımıza uyğun ət yeməkləri çoxluq təşkil edir. Sifariş edən zaman mint spicy və ya no spicy deməyi unutmayın. Yenə də ədviyyatlı olacaq, amma ən azı az olacaq.Pakistana necə gedək?Cari ilin mart ayında Pakistan beynəlxalq hava yolları – PİA Bakıya birbaşa uçuşlar açdı. Bu uçuşlar Bakı-Lahor-Bakı və Bakı-Karaçi-Bakı olmaqla həyata keçirilir. Mən İslamabada birbaşa uçdum, lakin bu, PİA xətti ilə İnterjet təyyarələri vasitəsilə həyata keçirildi. Hazırda saytda Bakı-İslamabad-Bakı yazsanız, Via Dubay olmaqla uçuş göstərəcək.Ölkə daxilində İslamabad-Skardu və Skardu-Lahor uçuşlarından istifadə etdim ki, daxili uçuşları da PİA həyata keçirməklə 54 dollardan başlayan qiymətlərlə həyata keçirir.Qeyd: hava limanına gəldikdə və sizə birdən “flight cancelled” desələr qəti şəkildə geri çəkilməyin və özünüz araşdırıb tam təsdiq edin. Yaşanmış olay üzərinə yerindəcə dəqiqləşdirmə aparmasaydım, İslamabada geri dönüş etmiş olacaqdım)PİA üzərindən Bakı-Lahor-Bakı qiyməti 739 manatdan başlayır.Qeyd: təyyarələrin biletdə göstərilən vaxtdan gec havaya qalxmasına hazır olun))Viza:Müxtəlif məqsədlər və müddətə verilir. Hazırda turistik vizanı 90 gün müddətinə 107 manata online forma doldurmaqla əldə etmək olur.Qalmaq:Pakistanda qalmaq üçün hər rahatlıqda hotellər var. İslamabadda Ramada hoteldə, Skarduda Concordia motel, Lahorda isə Luxury Grand hoteldə qaldım. Ulduz və hər cür rahatlığa rağmən hotellər burada İranla müqayisədə ucuzdur.Concordia motel daha çox dağcı ekspedesiyaların yerləşdiyi bir yer idi. Bələdiyyə nümayəndisinin idi. Skarduda daha yuxarı hissələrdə fərqli hotellər də var. Turist qismində daha çox məhz dağcılar çıxış edir və mənzərə maraqlıdır.Qidalanma:Qidalanma nə tam ucuz, nə də tam bahadır. Bakıdakı qiymətlərlə müqayisədə bir qədər ucuzdur, lakin tam belə utopik ucuzlaşma deyil.Second cup və Baskin Robbins isə həqiqətən də ucuzdur.Ziyarət edilməli yerlər arasında hər şəhər üzrə çoxlu mədəni irs abidələri var. Maraqlı olsa, soruşun yazaram. Lakin getdinizsə, mütləq qaydada İslamabadda Lok Virsa, Lahorda National History museum, Lahore museum və National Army museum-u ziyarət edin. Pakistan muzeyləri sadəcə çox möhtəşəmdirlər.100 USD hazırda 22478 Pakistan rupisi təşkil edir, bu da bizim pulla elə 170 manat edir.Və sonda:Pakistanda Azərbaycanlıları çox sevirlər və Azərbaycandan olduğunuzu bilsələr, başları üstündə yeriniz var. Ümumiyyətlə, Pakistanda qonaq hər şeydir və məncə orada bütün turistləri çox sevirlər.Nə suallarınız olsa, buyurun.Daha çox paylaşımlar üçün səhifəmi, səyahətlərimi instagramdan izləyə bilərsiniz:https://instagram.com/irada_gadirova?igshid=YmMyMTA2M2Y=Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Irada Gadirova 

1443 dəfə oxunub

Dünyanın naxışı - Naxçıvan bələdçisi

Səfər öncəsi "Naxçıvana 15 gün" dediyimdə "orada 15 gün nə edəcəksiniz?" deyə təəccüblü sual aldım. Lakin bu 15 gün ərzində bəlli oldu ki, hələ bir 15 gün də əlavə ola bilərdiBeləliklə, çalışım çox geniş olmadan, çox yormadan ümumi bir Naxçıvan postu hazırlayım (Şəxsi instagram hesabımda hələ də paylaşmaqda davam edirəm https://instagram.com/irada_gadirova?utm_medium=copy_link )Naxçıvan səfəri boyunca Naxçıvan şəhəri, Babək, Ordubad, Şahbuz, Şərur, Culfa, Kəngərli rayonlarına səfər edib, onların maddi-mədəni irsi və təbiətini çəkmiş oldum. Gəzməli görməli yerləri sistemləşdirirəm:1. Naxçıvan ş.-Xan sarayı, Möminə xatun türbəsi, Əcəmi seyrangahı, Yusif ibn Küseyr türbəsi, bayraq meydanı, Nuh peyğəmbər türbəsi, Naxçıvan tarixi qala, muzeylər. Qeyd: bütün muzeylərə giriş pulsuzdur 2. Babək r. -Əshabü Kəhf-Atçılıq mərkəzi3. Culfa r.- Əlincə qalası (giriş pulsuzdur)-F.Nəiminin məzarl olan Xanəgah- Bənəniyar gölü və oradan Haçadağın görüntüsü. -Culfanın Mars kimi tanınan dağları var. Yolboyu sizi müşayiət edəcək.Qeyd: eyni günə Əlincə qalası, Xanəgah və Əshabü Kəhfi sala bilərsiniz. Mən tərsinə etdim, yandım. Siz getsəniz, səhər ertədən qalaya gedin. 9da açılır. Oradan Xanəgaha keçin, qalanın arxasındadır və sonra da Əshabü Kəhf. 4. Kəngərli r.-Qarabağlar türbəsi. Orta əsr memarlığının ən möhtəşəm nümunəsidir və mütləq ziyarət ediıməlidir.5. Şərur r.Mənim qrafikim bir az çılğın qrafik idi. Hər bir halda sizin üçün də yazım. Bəlkə qalxmaq istəyərsiniz:-Oğlanqala. E.Ə. II-I minilliyə aid qədim şəhərin təpə üzərində qalıqlarıdır. Oradan Ağrıdağa və Arpaçay su anbarına möhtəşəm görüntü açılır.- Yuxarı Yaycı kəndi, Ağzirət piri. Əslində bura qədim dövlərə aid mağaradır. Və əgər ki, günortadan sonraya salsanız, dağlar və mağara fonunda ecazkar günbatışı rənglərinə şahidlik edəcəksiniz. -Arpaçay Su anbarı.6. Şahbuz r.- Batabat. Bir azdan bütün gül-çiçəklərin açacağı vaxt olacaq.-Ağbulaq. Batabat yolundadır. Burada Azərbaycanın 3-cü böyük kanat mərkəzi yerləşir. Qiymətləri 5 manat, limitsiz 15 manatdır. Qışda qarda xizək mərkəzi kimi fəaliyyət göstərir, yayda isə dağlara baxmaq üçün gözəldir.-Kükü kəndi. Gurbulaq şəlaləsi və Qanlıgöl. Kəndə gəlsəniz, istənilən şəxsə müraciət edib UAz istəyin. Sürücü sizə həm də elə bələdçilik etmiş olacaq. Hər bir halda müraciət etməkdəb çəkinməyin. İnsanlar xoşgörülü, qonaqpərvər və açıqdırlar.-Keçili kəndi. Tam sərhəd kəndi olan Keçili təbii bulaq suları, yaylaqları və Ballıdüz şəlaləsi ilə seçilir. Düzdür, şəlaləni çox naxçıvanlı belə tanımır kənd sakini Nəsimi bəy bələdçilik də etdi. Yolboyu ehtiyatlı olun Gürzələrlə doludur- Vayxır gölü. Şahbuzdan Naxçıvana qayıdınca yolun solunda Vayxır gölü görsənir. Orada ayaq saxlayıb gölə, dağlara, kəndlərə açılan mənzərələr baxın.7. OrdubadOrdubad bu səfərimin zirvəsi oldu. Ürəyimdə bir ayrı yerə qoydum.Ordubadda şəhərin özü ilə sizə yarım gün vaxt bəs edəcək. Qeysəriyyə, Cümə məscidi, Meydan, Yusif Məmmədəliyevin və Ordubadinin ev muzeyi, tarixi çinarlarla tanış olduqdan, Dübəndidə və Mirinin çay evində çay içdikdən sonra yollanın kəndlərə:-Nüsnüs. Asfalt yollu kənddə tarixi hamam var. -Gənzə. Elə mənzərələr, yolboyu açılan görüntülər nəyə deyirsən dəyər.-Pəzməri2 möhtəşəm şəlaləsi var. Birjnciyə getmək asandır, digəri üçün 40 dəqiqəlik bir hikinq lazım olacaq. Lakin mütləq gedilməli və görülməlidir.-Göygöl. 4 gözəl kənddən keçməklə Göygölə gedilir. Lakin bunun üçün icazə alınmalıdır. Çünki hərbi hissə ərazisindən keçilir. -Gəmiqaya. Qapıcıq və Gəmiqaya dağları ətəyində, Qaranquş yaylağında yerləşən Gəmiqaya petroqlifləri dünya əhəmiyyətli maddi-mədəni irsimizdir. Minilliklərə dayanan yaşı olan Gəmiqaya petroqlifləri açıq səma altında muzeydir.Naxçıvan eyni zamanda sağlamlıq turizminin əsas istiqamətlərindən biridir. Burada Duzdağ kimi mağara, Darıdağ müalicəvi mərkəzlər nəyə deyirsən dəyər. Birincidə astma, bronxial xəstəliklər, ikincidə isə mineral sulu hamamda sinir və digər xəstəliklər müalicə edilir.Naxçıvanda harada qalaq?1. Saat meydanı Naxçıvan - mənim seçimim bundan yana oldu. 4 ulduzlu otel olan Saat meydanı şəhər mərkəzində olmaqla, otaqları geniş, səliqəli, özünün 5 kafesi, cinema plusu olan mərkəzdir. Burada rent car xidməti də var. Rahat sifariş edə bilərsiniz. Həmçinin qeyd etdiyim məkanlarla bağlı gediş-gəliş işini də otel administrasiyasına müraciət etməklə yardım ala bilərsiniz.Şəhərdə həmçinin Təbriz, Grand otellər də var. Lakin mən orada qalmamışam deyə bir şey deyə bilmərəm.2. Duzdağ otel. - Duz mağaraları yolunda olan otel çox qəşəngdir. Hər otaqda iri duz parçalarl da qoyulub. Həm ana bina, həm də kotecləri, basseyni də var.3. Ağbulaq ailəvi-istirahət mərkəzi. Kanat xətti olan mərkəzdir.Yemək üçün Buzxananı milli mətbəx üçün seçdim. Lakin yemək yerləri çoxdur. Heç bir sıxıntı yaşamayacaqsınız.Naxçıvanda hər yer tərtəmizdir. Taksi xidmətləri var. Ucuzdur. Dəhşət ucuzNaxçıvanda maska yoxdur. Rahat nəfəs alın. Belə. Nə sual olsa, yazın. Ola bilər nəyisə unutmuşam. Sual olduqca, xatırlayıb yazaram.Xoş istirahətlər#naxçıvan #travel #azərbaycanƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Irada Gadirova

2343 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!