1295 dəfə oxunub

Rəngarəng evlər şəhəri - Kopenhagen

Kopenhagendəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Danimarkanın ürəyi gözü hərşeyi - Kopenhagen. İstər tarixi tikililəri, istərsə də müasir dizaynlı binaları ilə göz oxşayan gözəl şəhər yaradıcı insanların məskəni kimi də xatırlanır. Skandinaviyanın ən bahalı opera binası burada yerləşir getməmişdən əvvəl öyrənmişdim.

İlk öncə başlayım Flixbus biletimiz Elvin sağolsun endirimlərlə yenə köməyini əsirgəmədi. Flixbus 1saat yol qət edib səhər 6da çatır Rostock şəhərinin portuna. Gəmiyə minir və insanlar düşür avtobusdan çıxırsınız yuxarı gəminin ən gözəl yerinə. Bura deyə bilərəm ki, gəzən Malldır. İlk dəfə idi təcrübəmdə gəmi ilə səyahət etdim və həm də Flixbus orda saxlayır gedirsiniz çıxırsınız yuxarı gəzirsiz gəminin içini pulsuz WiFi, market, cofeeshoplar hətta Starbucks belə var və bunlar hamısı cəmi 19avroya. Çıxırsınız çölə dənizin ortasında həryer su və Titanik kinosundakı məşhur kadra uyğun şəkil çəkdirmək avtomatik olaraq ağlınıza gəlir. Ab-hava möhtəşəm və bir neçə saat getdikdən sonra avtobus çatır və siz 1saatlıq yol Kopenhagenə tərəf gedirsiniz.

Yolda gedərək Danimarkanın necə gözəl bir təbiəti və insanları olduğunu mütləq rahat şəkildə görə bilirsiniz. Şəhərdə əsas nəqliyyat vasitəsi velosipeddir bütün insanlar kiçik yaşlı hərkəs velosiped istifadə edir. Hətta insanlar o qədər sərbəstdirlər ki, çox insan velosipedini heç küçədə bağlamadan rahat qoyur gedir və hətta Almaniyada velosiped bağlasan belə oğurlayırlar.

Kopenhagendə demək olar ki, hər şey bahadır ona görə biz üz tutduq Ankara restoranına 7avro verib səhərəcən açıq büfetdən yeyə bilərsiniz. Yeməklər də bizimm ağız dadında həm də azərbaycanlı olduğumuzu bilib bizə bəzi endirimlər də etdilər.

Arxitekturaya gəldikdə isə şəhər müasir binalar parklar və tarixi binaların vəhdətidir. Küləyini də unutmamaq lazımdır. Bakının küləyini hiss etdik. Günəş çıxsa da üzünüzə yalandan gülür günəş batankimi əllər göyərənə qədər şimal soyuğunu hiss edəcəksiniz. Şəhər o qədər də böyük deyil. Əmmaa, əmması var, hər yerdə ucsuz bucaqsız mənzərələr görürsünüz. Şəhərdə hərkəs sakit səbrlə hərəkət edir. Hectic həyatı bu şəhərdə görə bilməzsiniz. Suvenir dükanlarda gəzdikcə skandinav dizaynı deyilən şeyin nə olduğu çox aydın hiss olunur, həqiqətən də çox özlərinə məxsus zövqə malikdirlər. Məni yeganə yoran şey ölkədəki insanların ciddiyəti bir az mənim kimi istiqanlı adama qəribə gəlir deyəcəkdim ki, yadıma düşdü Almaniyada yaşadığım. Leqonun vətəni olan bu torpaqlarda gəzmək həzz verir. Bu arada Google Tripsə görə Kopenhagendə 25 yer qeyd etdim və başladıq gəzməyə. Bir başa getsəniz Flixbusun dayanacağından şəhərin ən sonuncu gəzməli nöqtəsinə 45 dəqiqə piyada gəzmək bəs edir. Amma dolana dolana getsəniz şəhər əsl 1 günlük gəzintidir. Səyahətə çıxarkən yolda yeni tanışlıqlara həmişə açıq olmuşam. Geri dönüşümüzdə şəhərimizə qayıdan müxtəlif millətlərlə danışıb əyləndik yoxsa Flixbus problemləri insanı yaşatmaz. Hamınıza gözəl gün arzu edirəm! Sloganımız yadımızdan çıxmasın səyyah olma gəzəyən ol! 

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Murad Chicharito Huseynow

DİGƏR BLOQLAR

Çin Səyahətim

Sincan (Xinjiang) Uyğur Muxtar Vilayəti, Çin 39-cu ölkəm Dürüst, canayaxın, parlaq simalı insanlar, Asiyanın ən təmiz havası, ürəkaçan qiymətlər, dadlı uyğur təamları, içdiyim ən dadlı soyuq çay - Chagee Uyğur elinin paytaxtı Urumçiyə 5 günlük səfərim oldu. Rəsmi olaraq Çin ərazisi olsa da, fərqli mədəniyyətdir. İlk başlarda təəssüratlarım istəkli və həyəcanverici olmasa da, 3-cü gündən etibarən sevməyə başladım. Nəticə də, "cultural shock" oldu mənim üçün. Şəhərin gəzməli yeri yoxdu, adi solğun şəhərdir. Lakin insanlar və qiymətlər istiqanlılıq yaratdı Bəzən olur ki, çoxsaylı cəmiyyətləri gördükcə, əgər oxşarlıq varsa, artıq sənin üçün adiləşir və monotonluq yaranır. 8 il ərzində Avropa, Ərəb körfəzi, Şimali, Orta və Cənubi Amerikada kifayət qədər vaxt keçirdim. Sincan (Uyğurlar) mənim üçün bunun tam əksi oldu. Son günümdə şəxsən mənim üçün üzücü idi bu cəmiyyətdən ayrılmaq, çünki onlardan dürüstlük və mədəniyyət gördüm. Tips (çayvoy) verəndə belə qəbul olunmur və ya utana utana qəbul edirlər. Xüsusi bir mimikaları var ki, sanki mədəniyyətin mənşəyi bu cəmiyyət tərəfindən yaradılıb, adam özü utanır nəsə deməyə. Taksi şoferi deyir ki, 19 yuan ödəməlisən, mən 20 verirəm adam qəbul etmir və ya dirəşib 20 verəndə belə o qədər çoxsağol deyir ki, sən özün utanırsan bu münasibətdən. Uyğur mətbəxini bəyəndim. Bizim ağız dadımıza çox yaxındır. Düyüləri möhtəşəm, kiçik parça ətləri bir çöp şiş kimi kabab və pivə ilə nuş edirlər. Prioritetdir burda düyü və mal/qoyun əti. Wusu adlı pivələri var, white versiyası əladır. Şəhərin demək olar həryerində manqal görə bilərsiz, qəşəng bişirib satırlar. Qiymətlər əfsanə. 1 nəfər üçün ortalam 7-15 azn - düyü, 5 şiş kabab, salat. Grand Bazaar deyilən yer var, əsl dayday kababxanası. Ən dadlı ət və düyü orada verilir. Babat dəlixana düşür, gəl ki, içindən çıxasan. Amma səmimi dəlixana, ləzzət edir adama Ətləri xüsusi ədviyyatları ilə marinə edirlər və bu xüsusi dad qatır. Ətləri çox da yumşaq olmasa da, bu ona xüsusi dad qatır. Chagee - bu adı harda görsəz düşünmədən gedin və oolong jasmine tea sifariş verin. Mən indi birinin adını çəkdim, müxtəlif növ qara və yaşıl çay çeşidləri var. İlahi, bir-birindən dadlı. Hərgün ortalama 4 dəfə içirdim. 1 ədədi 3-5 azn arası. Unuda billməyəcəyiniz bir dad axtarışındasızsa, mütləq Chagee. Taksi qiymətləri də çox sərfəlidir.1 km = 2 yuan ( 1 yuan = 0.25 azn)Avtobus / metro = 1 yuan ( 1 gediş ) Ödəniş sistemi:Alipay - öz visa/mastercard kartınızı bu sistemə yükləyərək istifadə edə bilərsiz. Amma pasportunuz həmişə üstünüzdə olsun. Hər an təsdiq istəyə bilər. WeChat - həm ödəniş, həm də çinlilərin whatsapp-dır.Google map - çox da uğurlu deyil təəssüf. Öz proqramları var.E sim alıb, vpn-li internetdən istifadə edərək rahat şəkildə proqramlarınızdan istifadə edə bilərsiz (whatsapp, google map və s.) Azərbaycandan Urumçiyə birbaşa uçuşlar mövcuddur, 4 saatlıq bir səyahət Hava yolları: China Southern AirlinesPaylaşan: Royal Aliyev

184 dəfə oxunub

Yaşılın və tarixin birliyi - Sloveniya bələdçisi

Əziz Gəzəyənlər,Bu gün sizə Avropanın ən gözəl təbiətə malik, 60%-i meşəylə örtülü, Balkanların Alpı sayılan, keçmiş Yuqaslaviya ölkəsi- Sloveniya haqda danışmaq istərdim İyulun ortaları mindik Budapeştdə bir qatara, get ki, gedəsən, tam 7 saat yarımdan sonra çatdıq paytaxt Lyublyanaya. Normalda sərhəddə heç bir yoxlama olmur hər 2-si də Şengen ölkəsi olduğu üçün, amma məlum pandemiyaya görə vaksin kartımızı yoxladılar. Bu arada tək tərəf bilet cəmi 20€ tutdu Səfərimizin ilk günü paytaxt Lyublyanada yerləşdik. Lyublyana əhalisi yarım milyon olan kiçik və əhalisi çox gülərüz olan bir paytaxt şəhəridir. Çox yox cəmi 3-4 saata şəhəri rahat gəzə bilərsiniz. Lyublyana qalası xaric şəhərdə xüsusi bir görməli yer olmasa da şəhərin hüzurverici ruhunu çox sevdim. Əsl yaşamalı sakit bir şəhərdir. Adının mənası da sevgi sözündən gələn bu şəhərdə rusca danışsaz sizi rahat başa düşəcəklər, çünki onların özlərinin də kökü Slavyanlara gedib çıxır Amma ölkəyə əsas gəliş məqsədimiz Lyublyananı görməkdən çox, Avropanın ən gözəl dağ göllərindən biri olan Bledi kəşf etmək idi. Paytaxtdan bura yol avtobusla cəmi 50 dəqiqədir. Bileti elə əsas avtovağzaldan 2.1 avroya ala bilərsiniz, getməzdən qabaq baxdığımız bütün vloqlarda, oxuduğumuz bütün bloqlarda qiyməti 7€ qeyd etmişdilər. Özümüz də lap məəttəl qalmışdıq, kassirdən, sürücüdən 4-5 dəfə “avtobusun dəqiq Bledə gedib getməməsini” soruşurduq, axırda beyinləri çönüb 7€ avromuzu alacaqdılar ki, dedik ki, yaxşı-yaxşı, yəqin endirimə düşmüşük, mindik avtobusumuza. Ölkənin dörd bir yanının meşəylə örtülməsini yol boyunca aydın şəkildə görmək olur Bled gölünü isə belə məşhur edən gölün tən ortasında kiçik bir adanın yerləşməsidir. Mərkəzində kilsə yerləşən bu yer maraqlıdır ki, Sloveniya ərazisindəki tək adadır. 15 avronuzdan keçərək bu adaya qayıqla da gedə bilərsiniz. Gölün ətrafı dağlar və məşhur Bled qalası ilə əhatələnmişdir. Qalaya giriş 13€, hələ tələbəsizsə 8.5€. Yox şir ürəyi yeyib adaya qayığı özüm sürəcəm deyirsizsə, 20-25 avronuzdan keçməlisiz. Bura gəlmişkən Sloveniyanın ən məşhur şirniyyatı Kremna rezina’nın da dadına baxmağı tövsiyə edirəm Bir də Sloveniyada ən çox getmək istədiyimiz yerlərdən biri həmyerlimiz Mixaylonun qəbrinin və döyüşdüyü son yer- Çepovan kəndi idi. Təəssüf ki, maşınsız gəldiyimizə görə ora getmək alınmadı, amma siz nə vaxtsa bura gəlsəz getmənizi tövsiyə edərdim. Sloveniyalılar, əsasən də orta və yaşlılar Mixaylonu tanıyır və onun qəhrəmanlığına görə Azərbaycanı da sevirlər Bütün bu yazdıqlarım orda 2 gündə başımıza gələnlərin çox kiçik bir hissəsidir. Bütöv macəranı izləmək istəyirsizsə, rəyə əlavə edəcəyim Sloveniyadan olan ilk vloguma baxa bilərsiniz Türk və ingiliscə altyazılı da izləyə bilərsiniz. Keyfiyyət olaraq 720p-də izləməyi unutmayın:https://youtu.be/vw1OyluR_WkXoş seyirlər ????Həmişə səfərlərdə!Hörmətlə,#yoladami#Bled #Ljubljana #SloveniaƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Mayıl Mammadli

1467 dəfə oxunub

8 günlük Zaqatala, Qax, Şəki və Oğuz səyahəti

Deməli dostlar, sizə 8 günlük Zaqatala, Qax, Şəki və Oğuz səyahətimdən bəhs edəcəyəm.1ci gün. 14 kmOrxan ilə qərara gəldik ki, yürüşə Zaqatalada yerləşən Şamilovka yaylağından başlayaq və bunun üçün yollandıq Zaqatalanın Car kəndinə. Yaylağa gedən piyada cığır çimərlik kafe adlanan istirahət mərkəzinin yanından başlayır .Kafedə işləyənlər bizə 2-3 saatlıq yol olduğunu dedilər, lakin biz 5 saatdan çox vaxt sərf elədik yola və artıq hava qaralanda gəlib Şamilovka yaylağına çatdıq. Yaylaq taxta evlərdən ibarətdir və əhali əsasən yay aylarında burda istirahət və mal qara saxlamaq üçün qalır. Əgər siz gedəsi olsanız mütləq özünüzlə su ehtiyatı götürün, çünki biz adama 0,5l su götürmüşdük və yolun yarısına çatmamış suyumuz artıq bitmişdi. 12 km-ə yaxın yolu qalxmaq elə də asan deyildi. Yaylağa çatan kimi yaylaqda yaşayanlar bizi çaya qonaq elədilər. Bizə çadır qurub gecələməyə münasib yer göstərdilər. Yaylaqda gecə ulduzlar və ay olduqca gözəl görünür. Gecəni ocaq başında kəklikotu çayı içərək, söhbət edərək keçirməkdən aldığım zövqü tərif etməyə söz tapmıram))).2ci gün 17 kmOrxan səhər tezdən durub günəşin doğuşunu kameraya çəkməyə getdi. Və daha sonra başladıq yaylaqdan Car kəndinə doğru qayıtmağa. Yol boyunca böyürtkən yeyərək özümüzə əlavə güc toplayırdıq))). Yol həqiqətən gözəl mənzərələr ilə doludur. Zaqatala rayonunu və kəndlərini görmək mümkündür.Zaqatalada isə artıq Orxanın vacib işi çıxdığı üçün Bakıya qayıtmalı oldu. Mən isə yola davam elədim və özümü gecə olmamış Qaxın İlisu kəndinə çatdırdım, çadırımı quraraq orda gecələdim))).3cü gün 19 kmArtıq tək idim və İlisuda əsas iki yerə getmək istəyirdim. Biri Sarıbaş kəndi, digəri isə İlisu dağ hamamları idi və başladım piyada yola və nəhayət İlisu dağ hamamlarına gedən yola gəlib çata bildim (yol boyunca kənd camaatı məni ingilis zənn edib mənimlə dəfələrlə ingiliscə danışmağa cəhd elədilər . Mən isə onlara Azərbaycan dilində cavab verəndə təəccüblə aaaaa bu bizimkidir ki dedilər)))) və belimdə 15 kq-lıq backpack ilə 6 km-lik daş yola başladım (əgər siz getməkistəsəniz İlisu kəndindən 50 AZN-ə UAZ maşınlar aparıb gətirir hamamlara).Az getdim çox getdim bir 7- 8 dəfə buz kimi çayı keçəndən sonra nəhayət gəlib dağ hamamlarına çatdım. Burda bir az istirahət etdikdən sonra İlisudan olan dostlarla tanış oldum və qərara gəldik ki, hamamdan yuxarıda kanyonda yerləşən Şahverdi şəlaləsinə yollanaq. Olduqca maraqlı bir kanyon yürüşümüz oldu. Bəzi yerləri iplərin köməyi ilə qalxmalı olduq. Dəfələrlə buz kimi suya girdik və yekunda möhtəşəm şəlaləyə çatdıq))). Şəlalədən qayıdarkən dağ hamamında girib çimdik (hamam suyu 40 °C -ə yaxındır və insan orda çimərkən bütün yorğunluğu çıxır). Nəhayət qayıtdım o gözəl ağac evə, ağac evin yerləşdiyi dərə ayı dərəsi adlanırdı. İki gecə orda qalmağıma baxmayaraq təəssüf ki ayını görə bilmədim ))).Tək gəzdiyimi biləndə ağac evdə qalan digər insanlar səyahətim haqqında maraqlanırdılar ))).Hətta bəzən insanlar soruşurdu ki, bu işdə qazancın nədir? Haradansa maliyyə dəstəyi alırsanmı?Tək gəzməyin bir digər üstünlüyü insanların sizə daha çox kömək etmək istəməkləridir))).4cü gün 8 km ( İstirahət günü  )Telefon şəbəkəsinin olmadığı (şəbəkə üçün təxminən hamamdan 2-3 km kəndə tərəf qayıtmaq lazımdır) sosial media mesajlarının insanı narahat eləmədiyi bir yerdə təbiətlə vəhdətdə olmaqdan zövq aldım. Hamamda çimib, ocaq başında kəklikotu çayı içərək səmadakı ulduzları seyr eləmək məni hədsiz dərəcədə xoşbəxt elədi (təbiətdə olarkən səmadakı ulduzları seyr edib saatlarla xəyala dalmaq möhtəşəm bir şeydir).5ci gün 18 kmSəhər yol yoldaşım olan backpackımı yığıb yola düşdüm üzü İlisuya tərəf. Məqsədim İlisuda gəzmədiyim bir neçə yeri gəzib daha sonra Sarıbaş kəndinə yollanmaq idi. Dostum Fuadın Şəkidən İlisuya gəldiyini və Sarıbaşa getmək istədiyini öyrəndim))). İlisuya çatar-çatmaz Şamil qalaya getdim. Qalanın yolu dik və günorta saatları olduğundan yol heç də asan olmadı. Oradan Sarıbaşı və İlisu kəndinin möhtəşəm mənzərəsini seyr elədim. Məni üzən məqam qalanın içi və çölünün baxımsız halda olması idi (restavrasiya olunub turizm məqsədi ilə istifadə oluna bilinər əslində).Nəhayət dostum Fuad da gəlib İlisuya çatanda onunla birlikdə Ram-rama şəlaləsinə yollandıq. Yay ayları olduğu üçün şəlalədə su az idi. İlisuda yerləşən Ulu məsciddə tarixi tikili xoşuma gəldi. Axşam hava qaralanda Sarıbaşa doğru yola düşdük. Yolun gözəl mənzərəsini biz səhər tezdən qayıdanda görə bildik.Sarıbaşda qaranlıq olmasına baxmayaraq bizi kənd camaatı olduqca xoş qarşıladı, evlərinə qonaq çağırdı. Qaxlı dostlarımdan Sarıbaş camaatının qonaqpərvər olduğunu eşitmişdim (həqiqətən elə imiş). Sarıbaşlıların dili ilə desək “Qax bir üzükdür Sarıbaşda onun qaşı“. Sarıbaşda Məktəbin yanındakı böyük alma bağında ocağımızı qaladıq, çayımızı dəmlədik. Səmada Süd yolu çox möhtəşəm görünürdü. Bu cür açıq gözlə süd yolu çox az kənddə görünür. Kəndin havası o qədər xoş idi ki, insan özünü hədsiz dərəcədə xoşbəxt və gümrah hiss edirdi))) Sarıbaşlılar bizə öz əlləri ilə hazırladıqları pendirdən də hədiyyə elədilər (dadına mütləq baxmalısınız).6ci gün 16 kmSəhər mən yuxudan oyanmamış Fuad artıq çayı dəmləyib, qayğanağı hazır eləyirdi O təmiz havada insanın çox gözəl iştahası olur həqiqətən, insan yedikcə yemək istəyir)))Daha sonra isə yollandıq kəndi gəzməyə. Kənd SSRİ illərdə olduqca inkişaf etmiş bir kənd olub həmin vaxt kənddə böyük məktəb (2011-də fəaliyyətini dayandırıb) kitabxana, klub və s olub. Kəndin qədim məscidi restavrasiya olunub və olduqca gözəl görünür. Qədim minarəsi hələdə ayaq üstədir və minarədən kənd olduqca gözəl görünür.Kəndə asfalt yolun olmaması bir növ kəndin tarixiliyini qoruyub saxlayıb. Yoxsa Allah bilir kənd villalarla, kafelərlə, otellərlə dolub daşardı. Tarixi kəndlər mənə hər zaman maraqlı gəlib. Bu baxımdan Sarıbaşı da çox sevdim. Sarıbaşın küçələri, qədimi evləri çox xoşuma gəldi)).Sarıbaşdan İlisuya oradan da üzü Şəkiyə doğru yollandıq.Qax-Şəki yolunun yaxınlığında yerləşən Kürmük Alban məbədinə də baş çəkməyi yaddan çıxarmadıq. Məbəd I-III əsrlərdə tikilib daha sonralarda təmir olunub, lakin hal-hazırda içi baxımsız vəziyyətdədir.Şəkidə isə sadəcə Kiş Alban məbədini və Kiş kəndinin qədim küçələrini gəzə bildim. Gecəni isə Adventure Hosteldə Müşfiqə qonaq oldum)))  (məsləhətli yerdir).7ci gün 20 kmHəmin gün Müşfiq və 6 nəfər əcnəbi turist ilə yenidən yollandıq İlisuda yerləşən hamamlara və oradan da kanyon boyunca Şahverdi şəlaləsinə doğru. Turistlər şəlaləni görəndə “amazing” dedilər və yürüşdən olduqca razı qaldılar. Biz isə Müşfiqlə hamama girərək yol yorğunluğunu çıxardıq))).8ci gün 14 kmŞəkidən Oğuz rayonunun Calut kəndində yerləşən Alban monastırına yollandım. Monastır V-VI-cı əsrə aiddir, lakin baxımsız vəziyyətdədir. İçində inəklərin gecələdiyi məlum olurdu.Əslində Oğuzu bir neçə gün gəzməyi istəyirdim, lakin meşə yanğınları səbəbi ilə bir tək Calut ilə kifayətləndim.Yürüş boyunca təxminən 130 km piyada yol qət etmiş oldum.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ulvi Aslan

5222 dəfə oxunub

Aralıq dənizinin tətil cənnəti - Antalya bələdçisi

Sizə aşiq olduğum Antalya haqqında danışmaq istəyirəm. Əvvəlcə deyim ki, mən daha əvvəl də Antalyada təxminən 2 həftə olmuşam. Amma bu qədər sevməmişdim. Anladım ki, bir şəhəri 1 həftə gəzməklə kəşf etmək mümkün deyil.Antalya çox böyük şəhərdir. Ona görə də ora getmədən əvvəl necə bir tətil etmək istədiyinizə qərar verməlisiniz. Daha çox sakit, tarixi yerlərə səyahət yoxsa hərarətli klubların olduğu yerə getmək istədiyinizdən əmin olun.Antalyaya gedirəm deyəndə Türkiyə içində şəhər Antalya nəzərdə tutulur. Hətta avtobuslar, tramvaylar sadəcə şəhər Antalya içində hərəkət edir. Mən deyərdim ki, Antalyaya gedirəm adı ilə araşdırma etmədən mərkəzə gedən çox turist var.Antalya mərkəzə getsəniz- Kaleiçi ilk növbədə görməli olduğunuz yerdir. Burada qədim evlər hazırda hoteldir, dənizə açılan mənzərə, turistlər üçün "pazarlanan" bir neçə yer var. Yol Hadrian kapıları deyilən yerdən başlayır, Saat kulesi və uzun yollar sizi Güllük adlana yerə gətirir. Təxminən saat 16:00- da başlayan yol 20:00- da bitəcək. Antalyada Konyaaltı və Lara plyajlarına gedə bilərsiniz. Lara qumlu, Konyaaltı isə daşlıq plyajdır. Amma Antalyanın ilçələrinə (ilçə- rayonlar mənasına gəlir. Şəhərin rayonları) gedəcəksinizsə, burada nə vaxtınızı öldürün nə də pulunuzu xərcləyin. Amma Antalyaya getmişkən dənizə girmədən Konyaaltı mənzərəsini görməyə dəyər. Midye sevirsinizsə, İşıklar caddesində (Bu cadde Kaleiçii kimi birşeydir, Kaleiçinə daxil ola biləcəyiniz məhşur Hadrian qapıları bu caddede yerləşir) 07 Midye adlı restoranda təzə-təzə midyelərdən yeməyinizi məsləhət görürəm. Balık ekmek isə mənim Antalya fovaritimdir. İstanbulda olan balık ekmekden fərqlidir. Əsas fərq odur ki, burada balığın növünü özünüz seçirsiniz. Məsələn mən levrek və ya çupradan balık ekmek yeməyi sevirəm. İçinə isə açıq bufedən turşu və tərəvəzlər götürüb qoya bilərsiniz. Mən sadəcə turşu ilə yeməyi çox sevdim. Siz də getsəniz yoxlayın. (İşıklarda Mc donaldsın yanındakı balık ekmekçi daha qəşəngdi)İşıklar caddesində alış veriş üçün xeyli mağaza var. Amma AVM-ə getmək istəsəniz, çox da uzaqda yerləşməyən MarkAntalyaya, xeyli uzaqda yerləşən (trene minib Sinan stansiyasında edib gedə bilərsiniz) Deepo-a gedə bilərsiniz. Bundan başqa 5M migros deyilən AVM-də var. Amma İstanbula gedəcəksinizsə buradan çox alış veriş etməyə dəyməz. Onu da unutmayın ki, Antalyada daha cəsarətli geyimləri rahatlıqla geyinə bilərsiniz. Antalya qəribə olanlardan biri də o idi ki, şəhərin ilçelerinə getmək üçün otogara getmək lazımdır. Çünki çox uzaqdır. Mənim səfərlərim ən çox Side-Manavgat tərəfə olurdu. Otogardan 23 tl verərək 2-2.5 saata Manavgata çatmaq olur. Manavgatda məhşur şəlaləyə getmədən olmaz deyib ora getdik, ora getmişkən mütləq kamp alanlarında kamp edin- xüsusilə Olimposda. Kamp çox ucuz hesab etməyin 150 tl kimi bir pul çıxır, sadəcə həm hotel çox daha bahadır həm də kampın öz marağı var.Side Antik kentine gedin, burada qədim Romalıların qurduqları şəhərin qalıntılarını kəşf edib, çox gözəl dumduru bir sahilə keçid edəcəksiniz. Təbii ki, Türkiyədə tarixi yerlərə giriş ücretlidir səhv etmirəmsə 60 tl pul aldılar biletə. Amma tələbəsinizsə 30 tl-ə 1 il istifadə edə biləcəyiniz muzekart da ala bilərsiniz. Turistlər isə bu kartı 600 tl-ə ala bilərlər. Antik kent ətrafındakı restoranların çox baha olduğunu unutmayın. Burada ən ucuz yemək gözleme ola bilər. O da yenə xeyli baha qiymətə. Sidede alı. veriş mərkəzləri də var, oradan özünüzə paltar da al bilərsiniz. Belekdə tətil getməyənlər üçün çox gözəl gələ bilər, amma mən getdim gördüm heç qəşəng yer deyil. Mərci supu belə 25 tl-dir ən bərbad lokantada. Dəniz isə eyni dəniz. Sadəcə gözəl hotellər var, orada qalıb hotelin dadını şıxartmaq olar. Amma bu mənim üçün belədir, əgər siz klublar, gecə, "yaz aşkı" axtarırsınızsa Belek sizlikdir. Gecələr bahalı klublarda coşmaq üçün bura ideal yerdir. Bir də Land of Legend adlı bir şəhərcik kimi yer var. Burada böyük ticarət mərkəzi, möhtəşəm Aquapark, axşamlar şoular və s turistləri coşdurur. Amma o qədər bahalıqdır ki, mən kiçik-kiçik divarlar arsənda qalan boşluqlardan Aquaparka baxa bildim sadəcə.Belekə yaxın olan (əslində uzaqdır, Anatlya yaxın sayılır) Tarixi yerləri sevirsinizsə, Aspendosa mütləq gedin. Bu antik tiyatrda çox fərqli bir akustika var və insanı vahiməyə salır. Getmişkən Aspendosun hekayəsini də oxuyun və yaxınlıqdakı körpünü də ziyarət edin. Yox, mən Maldivlərdəki kimi dənizə getmək istəyirəm deyirsinizsə, yenə gedirsiniz otogara və Kaş-Kalkan avtobusuna minib yollanırsınız ora. Üffff, üffff cənnəttttdir Kaş! Kaputaş plyajına getməyi unutmayın. ora getmişkən Pataraya da gedin. Patara Kleopatra üçün salınan səhradır. Hekayəsini oxuduqdan sonra ora getmək istəyəcəyinizə əminəm. Gecə dönmək isə çətin işdir, gecələməli olacağınızı da nəzərə alın. Alanyada da yenə həm gecə dünyasına dala, gündüzlər mavi sualarda üzə biləriniz. Burada gəziləcək yer Alanya qalası və Dim mağaralarıdır. Təbii ki bir birindən xeyli uzaqdı. Antalyada sizi gəzdirəcək biri yoxdursa, yola aşırı çox pul xərcləməli olacaqsınız. Təbii ki, bu avtostopla gəzməyənlərə aiddir. Alanyada da qəşəng kamp yerlərindən birində qaldım mən. 1 gecə kamp edərək qalmaq mənim üçün daha uyğun idi. Siz də google-da kamp alanı yazaraq belə yerləri tapıb gecələyə bilərsiniz. Antalyay getmişkən ən azından Dalış edib, yeraltı dünyanı kəşf edin. Qiymətlət ən ucuzu Kemer de olsa da burada dalış keyfiyyətli deyil. Ən yaxşısı baha da olsa Kaşdır. Amma pulunuz çatmasa 135tl verib Kemerde de dala bilərsiniz. Məhşur KəmərKəmərdə ancaq klub və beachlər var. 3 günlük tətil istəyirsinizsə əsl sizin yerinizdir. Dəniz, klub, əyləncə. Suya da yaxşıdır. Lakin uzun müddət kemerde qalmağa dəyməz. Deyirlər, Adrasan da qəşəngdir, amma gedə bilmədim. Amma sizə məsləhətim əgər nəqliyyat sıxıntınız varsa, günübirlik turlarla gedib gəzin. Düzdür tez-tez göstərib keçəcəklər hər yeri, amma gəzib görmüş olacaqsınız. Hətta köprülü kanyona gedib rafting də edə bilərsiniz bu günübirlik turlarla. Qiymıtləri də aşırı baha deyil. Antalyaya çaşıb İyulda gedərsiniz, o səhvi etməyin. Ən gözəli avqustun 10-dan sonradır. (ən tezi)Əgər Antalyada uzun müddət qalacaqsınızsa siz də mənim kimi tələbə evi kirayələsəniz daha ucuza qala bilərsiniz. Mən 1000 tl-ə Antalyanın mərkəzində otaq kirayələdim. (Bu qiymətə başqa yerdə ev kirayələnir, amma Antalya çox baha şəhərdir)Və getmək istədiyiniz şəhərin Antalya olduğunu bilərək gedin, bu şəhərdə tətil çox bahadır.#Antalya#Alanya#Kemer #Kəmər#Kaş#Side #Manavgat #OlimposƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Əminə Məmmədova

2782 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!