1539 dəfə oxunub

Siciliya adasına gəzəyən turu

Macarıstanda sərhədin müvəqqəti açılmasını fürsət bilib Wizziar-in Budapeşt-Kataniya reysi ilə Siciliyaya yollandıq.

Qeyd edim ki, hava limanından Covid-19 əleyhinə təhlükəsizlik tədbirləri görülsə də, insanların çox hissəsi sıra və maska mədəniyyətinə riayət etsə də, təyyarədə hər 3 oturacağın dolu olması fikrimcə, əvvəlcədən görülmüş tədbirləri heç edirdi.


Bizim səyahət Palermodan başlayırdı. Kataniya aeroportundan (çıxışdan sol tərəfdə) SAİS avtobusları ilə birbaşa Palermo Mərkəzi Stadionuna adambaşı 13 yevrodan bilet aldıq. Kataniyadan gələn qatarlar da var, amma aeroportdan taksi və yaxud icarəyə maşın götürüb getmirsizsə ən yaxşısı avrobusdur. 3 saat yarımdan sonra Palermo Mərkəzi stansiyasına çatdıq. Palermo şəhəri memari baxımdan Ərəb və Norman əsintilərini özündə birləşdirir. Ümumilikdə tarixi şəhərləri gəzməyi sevənlər bu şəhəri də sevəcək. Unutmadan onu deyim ki, Siciliya şəhərlərindən təmizlik, səliqə baxımından yüksək gözləntiləriniz olmasın.


- Garibaldi meydanı, "Via Liberta", "Via Roma" və "Via Vittorio Emanuela" küçəsi şəhərin əsas mərkəz yerləridir. Şəhər mərkəzindəki marinada "Nautoscopio" açıq hava restoranı günbatımı üçün əla seçim ola bilər. Biz əsasən dəniz, qum və günəş üçün səyahət etdiyimizdən ilk işimiz mərkəzdən 10-12 km uzaqlıqdakı Mondello çimərliyinə yollanmaq oldu. Siciliyada ictimai nəqliyyat elə də dəqiq deyil, amma gedəcəyiniz yerlərə çatdırır. Via Romadan 101/102 + 806 avtobusları ilə ora çata bilərsiniz. İnternetdə Mondello beach yazdıqda ingilis dilində “lido” lar üçün rezervasiya bölməsi tapmadığımdan çimərlikdə çətinliklə "lejanka" və çətir tapdıq. Deməli bu çimərliklərdən 4 cür istifadə edə bilərsiniz:

1. Qaldığınız otelin xüsusi çimərlikləri ola bilər.

2. Təmiz, səliqəli “lido” lara daxil olaraq 2 "lejanka" və 1 çətirə 25 yevro pul ödəyərək


3. Özünüzün çətiri və yerə salınacaq həsiri varsa, 2 nəfərə 10 yevro verərək

4. Və ən son pul verməyərək çox dar, hər kəsin çox sıx olduğu qum üzərində çimərlik qaydasına uyğun məskunlaşmaqla. Hər halda hər 4 şəraitdə də eyni dənizə girəcəksiniz)))


- Mondello yaxınlığında bir çox restoran var, Tripadvisorda yemək zövqünüzə uyğun baxsanız daha yaxşı olar. Biz rastgələ "Chicken out" deyilən bir məkanda əyləşdik, solmon balıqlı salat və dəniz məhsulları ilə olan pasta yedik, porsiyalar kifayət qədər böyük və dadlı idi. Meyvə, tərəvəz marketindən təzə əncir aldıq. Budapeştdə yaşayanlar burdakı ənciri bilir????


- Axşam gəzintisi üçün şəhəri başdan ayağa 2-3 saat içində gəzə bilərsiniz. Massimo teatrına baş çəkməyi unutmayın. Palermoda yediyimiz və bəyəndiyimiz yeməklər: Pane con panelle, Aranchini, Pani ca Meusa, Cannoli, Brioche Gelato. Via Vittoria Emanuele küçəsindəki balaca restoranlarda tapa bilərsiniz.


Digər gün, "Cefalu town"- a baş çəkdik. Qatar stansiyasından bir tərəfli 6.20 yevroya, 1 saatlıq məsafədə yerləşən bu qəsəbə İtalyanların sevimli yeridir. Biz getdiyimiz vaxt 10 km-lik çimərlikdə 2 nəfər azərbaycanlı, 3 fransız, 2 macardan başqa xarici yox idi. Burdakı çimərlikdə qiymətlər Mondellodan bir qədər baha idi, lidolarda 1 "lejanka"+1 çətir = 25 yevro, iki "lejanka"+1 çətir= 35 yevro idi. Digər seçim isə özünüzün həsiri və çətiri ilə gəlmək idi, amma yenə də rahat istirahət eləmək mümkün deyil. Lejankalar bir-birindən aralı, təmiz və səliqəli idi. Qəsəbə çox kiçik amma mənzərəsi möhtəşəmdir. 10 günlük Siciliya tətilinin ən dadlı "Cannoliso"nu burda yedim. Zövqünüzə uyğun restoran da tapa bilərsiniz, qəsəbənin ən qəşəng restoranı Molo di Cefalu idi. Turist az olsa da, qəsəbədə çoxlu italyan var idi.



Aggrigento, Catania ve Taormina haqqında təssüratlarımı başqa postda bölüşəcəm. #Sicily #İtaliyatətilləri


Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…



Paylaşdı: Xaver Alekberli

DİGƏR BLOQLAR

Meksika bələdçisi - Tulum

???????????????????????????????? deyəndə ağlımıza ilk gələn şey təhlükəli ölkə olduğu, narkotik, çöllük, kaktuslar, balacaboy bığlı daydaylar və.s Ama bir başqa düşüncə ilə yanaşsaq Meksikanın bir cənnət olduğunu görə bilərik. Mən bu dəfə yollandım Karib dənizi sahillərinə. Bura Meksikanın Quintana Roo ştatı sayılır. Bu ad “Kintana Ru” deyə oxunur. Mayalılar bu ştatdada məskən salmışlar. Ştatda yerləşən Karib dənizi – Qərb yarımkürəsində tropik dənizdir, Atlantik okeanınına daxildir. Ən dərin nöqtəsi isə 7,686 metrdir və Cənubi Amerikanın tərkibindədir.  ????Ştatda yerləşən çoxunuzun bildiyi yerlər isə Cancun, ????????????????????, ℙ???????????????? ???????????? ℂ????????????????????, ℍ????????????????????, ???????????????? ????????????????????????????, və ştatın biraz aralığında yerləşən möcüzəvi “ℂ???????????????????????? ????????????????” piramididir. Cancuna getmədim çünki daha çox turistlik bir yerdir ora getdin pul çox çıxır. Mən onnansa Playa Del Carmenə getməyi üstün tutdum həmdə daha çox yer gəzmiş oldum..  ✈️ Playa Del Carmenə gəlmək elədə ucuz başa gəlmir ama ömrünüzdə bir dəfə də olsun buranı mütləq gəlib görməlisiz. ???? Mən Merida şəhərindən Cancuna aftobus ilə gəldim. 4 saatlıq yoldu 35 manat ödədim. Aftobus sizi Cancun şəhərinə gətirəcək. ???? Daha sonra başqa bir aftobusa 8 manat ödəyib Cancun aeraportuna yollandım. Yarım saatlıq yoldu. Bakıdan gəlmək istəyənlər İstanbuldan Cancuna uçuşlar var və ya Avropa üzərindən münasib qiymətə biletlər əldə edə bilərsiz. Daha sonra playa del carmenə yollana bilərsiniz.  ???? Cancun aeraportunda dostlarımla görüşdüm və başladıq səyahətə. Biz 4 nəfər idik deyə maşın kirayalaq dedik həm şəhəri həmdə şəhər ətrafını gəzmək üçün əlverişlidir. America Rente cardan Cip götürdük 3 günlük. 4 nəfərə 330 manat ödədik. Maşına benzin vurmaq məsələsidə var. Buda 180 manat. Çünki dolu qaytarmaq lazımdı maşını ???? Qalmağa yeri Airbnbdən ev tutduq Playa del Carmendə. 5 mərtəbəli bina evidi şəhərin mərkəzində yerləşir. binanın üstündə gözəl bir hovuzu var. Evdə hərşey qaydasında idi. Evdən çıxan kimi restoranlar kafelər shopping mollar çox yaxındadı, elə küçə özü turistik bir yerdi. Bu evi 4 nəfərə tutduq, ümumi 3 günə görə 365 manat ödədik.???? https://www.airbnb.com/rooms/16911597?s=67&shared_item_type=1&virality_entry_point=1&sharer_id=112376445???? İlk günün planı Chichen İtzanı gedib görmək idi. Adı “Çiçen İtsa” kimi oxunur. Playa del Carmendən 185 km, hardasa 2 saatlıq məsafə aralıqda yerləşir. Magistral yola maşınla daxil olmaq üçün 20 manat ödəməlisiniz. Yol üstü Valladolid kəndinə baş çəkib gəzdik həmdə yemək yedik. Kənd çox rəngarəngdir. Daha sonra yola düşdük Chichen İtzaya.  ????Chichen İtza piramidi bir möcüzədir. Bu piramidin yerləşdiyi İtza bir maya kəndidir. 1841 ci-ildə Jhon L. Stephens tərəfindən kəşf olunub. Chichen İtzaya giriş bileti 43 manatdır. Maşın parking eləmək 7 manatdır. Birdən əlinizdə kamera görsələr 4 manat əlavə ödəməli olacaqsız. Saat 5 də bağlanır. Daha sonra Light Show başlayır bunu heç qaçırıb eləməyina. Mütləq daha öncədən bilet alın. Qiyməti isə 22 manatdır.  ????Tulum candır, cənnətdir, buranı səyahət etmək üçün ən gözəl vaxt dekabr – aprel aylarıdır. Tulumda görüləsi yerlər isə Casa del Cenote, Pyramid El Castillo. Archeological Zone of Tulumdur. Ora gedib də Ahau Tulum art önündə şəkil çəkməsəz lap günaha girmiş olarsız. ????Tulumda Mayalıların yaşadıqları yerə giriş bileti 6 manatdı əgər foto aparat görsələr əlavə pul vercəksiz ona görə öncədən gizlədin. Burda Mayalılardan qalmış yerləri görə bilərsiz həqiqətəndə möhtəşəmdir. ????Holbox adası bəh bəh hə buna deyərəm istirahət etmək. Elə neçə gündü qaça qaç ora get bura get yorğunçuluq. Bura isə istrahətin tam məkanıdı. Holbox adasına biz Playa del Carmendən maşın ilə hardasa 1 saat 40 dəqiqəyə getdik. Maşın parkinginə görə 5 manat ödədik. Daha sonra adaya getmək üçün qayıqdan istifadə etdik adam başı 14 manat edir. Böyük və ya kiçik qayıq fərq eləmir eyni qiymətdi. Yarım saata çatdıq adaya. Adada qiymətlər od tutub yanır dəhşət bahaçılıqdı. Axır bir restoran tapdıq adam başı yeməyə 15 manat ödədik. Dəniz üçün kirayə çətiridə qiymətin aşağı sala sala axır bir nəfər üçün 10 manata verdi.  ????Gran Senoteyə giriş bileti 16 manatdı. Bura daxil olduqda öncədən mütləq duş alıb başınızı yumalısınız. Su çox təmizdir içində isə balıq və tisbağalar var. Dərinliyi 2m-dən 25m-ə qədərdir.Yeyib içmək və Restoranlar ????????????Elə evdən bir iki addım uzaqlıqda yerləşən mənim favori restoranım El Sangha-Rito idi. Qulluğ super yeməklərədə söz ola bilməz. Qiymət isə 9 manat ödədim içki ilə birlikdə.????Valladolid kəndində qəşəng bir restoran var adı Las Campanas-dır yeməklərin dadı super qiymət isə cibə uyğun. Ortalama yemək içki ilə birlikdə 10-12 manat xərciniz çıxa bilər.☕️Chichen İtzada saat 5-ə kimi gəzib dolandıq daha sonra isə Light Show-nun başlamasını gözlədik elə bu arada da Oxtun kafedə oturub bir kof içdik. Bir kofe 5 manat.????Chichen İtzadan döndükdə elə axşam idi yolda dayanıb şam yeməyi yeyək dedik bu arada yolda Los Pepes restoranı görüb getdik ora. Əgər kofe içmək istəsəz arxa tərəfində ☕️İtalian Kofe var orda əyləşib bir kofe içə bilərsiniz.????Tuluma gedərkən El CAmello restoranında yemək yeyib daha sonrada☕️ Azul kafedə bir kofe içib Tulumun dadını çıxara bilərsiniz. Yeməyə 7 manat latteyə isə 6 manat verdim.Vaxtınızı ayırıb oxuduğunuz üçün hərkəsə təşəkkür edirəm.. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Seyid Hüseyn

1087 dəfə oxunub

Tekila kimi sərxoş edən ölkə - Meksika

???? Tequiladan içərək sizə bir post yazım dedim. Tequilla bolluğuna düşmüşəm lap. Çünkü səyahət etdiyim yer məhs elə Tequilanın məskəni olan Meksikanın Jalisco “Xalisko” ştatıdır.????????Jalisco ştatında səfərim üç gün oldu.Tequila adlandırılan kənddə elə burda yerləşir. Bu üç gün içində çalışdım ki maraqlı yerləri gedim görüm məlumat toplayım ki, sizədə ətraflı məlumat verə bilim.ℹ️Guadalajara “Quadalaxara” kimi oxunur və Meksikanın qərbində yerləşən bir şəhərdir. Şəhər, Jalisco ştatının İnzibati mərkəzidir. Bu ad İnpanyada bir qəsəbə adından alınmışdır. Adı “Dağlar arasında axan çay olara tərcümə edilir”. Guadalajara ümumiyyətlə qərb almazı və güllər şəhəri deyirlər. Şəhərin əhali sayı 1.646 milyon təşkil edir. Şəhər 1513 cü ildə İspanyalılar tərəfindən qurulub.✈️ Meksikanın Cancun şəhərdindən Guadalajara şəhərinə Volaris hava yolları ilə gəldim tək gedişli bilet qiyməti isə 150 manat idi . Siz bura gəlmək istəsəniz İstanbuldan Cancun şəhərinə ordanda Guadalajara şəhərinə gələ bilərsiniz. Və yaxudda avropa üzərindən olan uçuşlarla Meksikanın paytaxtı və ya Cancuna gələrək daha sonra Guadalajaraya uça bilərsiniz.???? Qalınacaq yer – Ev 4 nəfər üçün nəzərdə tutulmuşdu. Dostlarımla getdiyim üçün Airbnb’dən geniş bir ev kirayələdik. Ev iki martəbəli idi. Wifi əla vəziyyətdə işləyirdi. Mərkəzə çox yaxınlıqda yerləşir. Aşağıdakı linkdən evə baxa bilərsiniz. 3 günə görə evə 190 manat ödədik. Əgər yolunuz tək və ya cüt düşsə onda www.Airbnb.com saytından başqa münasib qiymətdə olan evlərə baxa bilərsiniz.???????? Şəhər daxilində Uberdə istifadə edə bilərsiniz. Şəhər daxili təxmini uber qiymətləri isə 5-8-10 manat civarındadır. Aftobuslar şəhər daxilində normal işləmirlər ona görə sizə məsləhət görmürəm. Şəhər ətrafını görmək üçün isə aftobusdan istifadə edə bilərsiniz normal işləyirlər.????Meksikada Pul vahidi Meksikan Pesosudur. 1 Peso = 0.08 qəpik. Ölkəyə dollar və ya avro gətirə bilərsiniz. 1 Dollar = 19 Mxn, 1 Avro = 21 Mxn. Pulunuzu Banklarda dəyişə bilərsiniz. Meksikada Visa, Mastercard keçir.Guadalajara tamamən təhlükəsiz bir şəhərdir. Bura səyahət üçün ən yaxşı vaxt isə 15 Oktyabr’dan 15 Aperl’ə qədərdir.???? Gəzib görüləcək yerlər???? Guadalajara Centro ????San Juan de Dios ????Catedral de Guadalajara ????Plaza Guadalajara ????Plaza De Armas????Tequila kəndinə yol şəhər mərkəzindən iki saatlıq yoldu. Aftovağzaldan bilet alıb aftovus ilə rahatlıqla gedə bilərsiz. biletin qiyməti gediş-gəliş 20 manatdı. Kəndə çatdıqda biraz ətrafı gəzib maraqlı şəkillər çəkib sonra hər tərəfdə Tequila turları var yaxınlaşın turun qiyməti 30 manatdı. Tur sizi Tequila hazırlanan zavoda aparıb necə hazırlandlğını göstərəcək. Və orda da əsl Tequilanın dadına baxa bilərsiniz.????Guadalajaranın yeməkləri çox dadlıdı və cibinizə uyğun münasib restoranlar tapıb yaxşıca yeyib içə bilərsiz.

965 dəfə oxunub

Ahh Paris Parisss

Parisdəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz. Paris deyəndə ağıla ilk gələn əsərlərdən biri də Amelia filmi olduğundan filmin soundtrackını burda sizinlə paylaşıram. Əgər filmə baxmamısınızsa bu yazıdan sonra ilk iş elə filmə baxmaq olsun [youtube https://www.youtube.com/watch?v=7Me2k7uro2E] Bu ilin yanvar ayının sonları idi imtahanlar filan qurtarmışdı, Parisdə olan türk dostumla danışırdım. Dedi ki, bəs geyin-keçin gəl buralara. Mən də eləmədim tənbəllik, (sanki vacib bir iş görürmüşəm kimi) RyanAirlə (Bax: Çox ucuza səyahəti necə təşkil etməli?!) biletimi alıb tam yanvar ayının 28i düşdüm yola Parisə doğru. Qeyd edim ki, Parisdə 3 hava limanı var: Charles de Gaulle (Şarl de Qol), Orly (Orli) və Beauvais-Tille (Buve-tiye). Mərkəzə ən yaxın olanı Charles de Gaulle hava limanıdır. Easyjetlə Charles de Gaulle və Orly, WizzAir və RyanAirlə isə Beauvais-Tille hava limanına və geriyə uçuş biletləri ala bilərsiniz. Şarl de Qol hava limanı[/caption] İlk öncə qeyd edim ki, Paris ya da fğansızların dili lə desək Paği haqqında fikirlər birmənalı deyil. Bəziləri üçün Paris həqiqətən də möhtəşəm, yaraşıqlı sevgi şəhəri, bəziləri üçünsə adi, Avropa ölkəsi paytaxtıdır və onlar Parisin gözəlliyinin şişirdildiyini düşünürlər. Bu məsələ ilə bağlı çox maraqlı bir məqam var. Belə ki, Parisə gəlib arzuladığı ya da öncədən xəyalında qurduğu Parisi görə bilməyənlərdə “Paris sindromu” adlı bir narahatlıq meydana gəlir. Bu sindrom demək olar ki, əksər hallarda 30-50 yaş arası yapon xanım turistlərdə qeydə alınır və hətta məsələ o qədər ciddidir ki, Parisdəki Yaponiya səfirliyində yapon turistlər üçün xüsusi dəstək xətti açılıb. Yapon xanımların bu narahatçılığının əsas səbəbi odur ki, onlar fotolarda müxtəlif rakurslardan çəkilən Eyfel qülləsinin elə də möhtəşəm olmadığını, Mona Liza əsərinin cəmi 77x53 sm ölçüdə kiçik bir əsər olduğunu və ya Parisin əslində məşhur Amelie filmindəki kimi olmadığını görüb xəyal qırıqlığı yaşayırlar. Nəysə, mənə görə Paris nədir? sualına ən sonda cavab verəcəm. Mona Liza sayyeahın gözüylə - Mona LisaYuxarıda qeyd etdiyim kimi Parisə WizzAir, Easyjet və RyanAir loukosterləri ilə və ya normal tarifli hava yolları ilə gedə bilərsiniz. Parisə yaxın olan ölkələrdən Belçika və İsveçrədən isə sürət qatarları ilə qısa bir zamanda Parisə çata bilərsiniz. Qaldı ki, gecələmək məsələsinə mən dostumun evində qaldığımdan hotel, hostel qiymətləri barəsində bir məlumatım yoxdur amma bu hotel, hostel və apartmentlərin qiymətini öyrənmək üçün booking.com, hostelworld.com, airbnb və ya couchsurfingdən istifadə edə bilərsiniz. Amma onu deyim ki, Parisdə olmasa da Lyonda və Kurşeveldə otellərdə qalmışam və sırf o otellərdə hər səhər “Bonjour monsieur” (bonjuğ müsyö) sözünü eşitməkdən ötrü otellərdə qalmağa dəyər. Qarşına çıxan hər otel işçisi “bonjour monsieur” deyə salamlayır səni, sən də özünü Cem Yılmaz demiş lord hesab eliyirsən :D Bir şeyi də qeyd edim ki, mən təcrübəsiz olmuşdum Parisə qışda getmişdim, siz etmiyin eləmiyin, tam 5 gün Parisdə oldum və onun 3 günü yağış yağdı, Parisin dadını çıxara bilmədim, məsləhətdir ki, yaz-yay aylarında gedəsiniz. İndi gəldik “Parisdə nə yeməli?” sualına. Təbii ki, sizə durub orda kruasan, makaroni yeyin, fransız şərabının dadına baxın deyəsi deyiləm, bunları hamımız bilirik amma məndən eşitmiş olmuyun deyilənə görə Parisə gedib də azı kruasan və makaroni yeməyənləri eşitdiyimə görə döyürlər :D tamam bunlar zarafatdır amma yuxarıdakı qeydləri nəzərə almaqda fayda var. Gəldim yazının ən sevdiyim hissəsinə. Parisdə haralara getməli, nələri görməli?  Parisə hava limanına, dəmir yolu vağzalına çatdığınızda ilk iş şəhərin turistik xəritəsini almaq olsun. Hava limanlarında, dəmir yolu və avtobus vağzallarında və turizm informasiya mərkəzlərində xəritələr pulsuzdur. Parisdə nəqliyyat haqqları bir balaca baha olduğundan çalışacam məkanları ardıcıllıqla qeyd edim ki, piyada gedə bildiyiniz yerlərə piyada gedəsiniz. sayeahın obyektivindən Zəfər Tağı - arc de Triomphe[/caption] İlk öncə təbii ki, Paris deyəndə ağıla gələn şəhərin simvolu olan Eyfel qülləsi. Gəldiniz gördünüz, bir-iki selfie çəkdirdiniz, hava yaxşı olsa və axşam deyilsə qülləyə də dırmaşdınız, növbəti dayanacağımız Arc de Triomphe (Zəfər tağı) olacaq. Məşhur yazar Erix Mariya Remark “Zəfər tağı” əsərinin adını məhz bu abidədən götürüb. İstəsəniz abidənin kəlləsinə çıxıb oradan Paris mənzərəsiylə daha 1-2 İnstagramlıq şəkil çəkə bilərsiniz. (qeyd edim ki, Zəfər tağının kəlləsinə çıxmaq ödənişlidir). Zəfər tağı 4-5 yolun kəsişməsində yerləşir ki, bunlardan da biri məşhur Champs Elyseesdir (bizim dildə Şanze-Lize, mahnısı da var e ‘oooo Şanze Lize’, bax o :) ). Champs Elysees prospektinin hər iki tərəfi bahalı restoranlar və brend butiklər tərəfindən işğal olunub. Məşhur futbol klubu PSGnin mağazası da burada yerləşir, əgər azərkeşisinizsə özünüz üçün bir suvenir ya İbrahimoviçin formasını ala bilərsiniz. Bu prospektlə irəliləyirsiniz bir az sonra qabağınız Place de la Concorde çıxacaq. Burda bir fontan, bir şeytan-çarxı bir ədəd də sütun var. Meydan fransız tarixində bir çox məşhurların edamına şahid olub. Bu meydanı keçdikdən sonra kiçik bir park var o parkla müxtəlif ağaclara baxa-baxa irəliləsəniz bir də görəcəksiniz ki, qabağınız İçəri Şəhər metro stansiyasına oxşayan şüşəli bir piramida çıxdı. Luvr Muzeyi - Musee du Louvre[/caption] Həə bax bu məşhur Cakonda ya da Mona Lizanın saxlanıldığı Luvr Muzeyidir. Fərqi yoxdur muzeylərə marağınız var ya yoxdur, gəlib piramidanın qabağında 2-3 şəkil çəkdirə və ya orda kiçik kub formalı daşlar var onların üzərinə çıxıb əlinizlə muzeyi qaldırımış kimi şəkil çəkdirə bilərsiniz. Sonra isə muzeyə girmədən məkanı tərk edirsiniz. Niyə muzeyə girmirsiniz çünki, bu piramida olan girişdə adətən çox uzun sıra olur, qiymətli dəqiqələrinizi orda xərcləmək əvəzinə içəri girib Mona Liza ilə 1-2 selfie çəkdirə bilərsiniz. Deməli bu muzeyin bir də metro keçidində olan girişi var ki, turistlərin çoxusu bunu bilmədiyindən o giriş demək olar ki, bom-boş olur heç kim olmur. Əgər metroyla bura gəlirsinizsə o zaman Palais Royal - Musée du Louvre stansiyasında çıxıb oxlarla muzeyin girişini tapa bilərsiniz. Muzeylərə, tarixə marağınız varsa bir gününüzü rahat bura ayırmalısınız. Əgər Avropa birliyi ərazisində yaşamaq icazəniz varsa (residence permit card) o kartı girişdə göstərib içəri pulsuz keçə bilərsiniz (dəqiq məlumat deyil, mən yoxladım işlədi, sizdə də varsa yoxlayın) yoxdursa məcburən 15 avro ödəməli olacaqsınız ki, muzeylərə marağı olanlar üçün dəyər bu məbləği ödəməyə. Bildiyiniz kimi Luvr muzeyi çox böyükdür və eksponatların sayı hədsiz çoxdur amma girişdə olan broşurlardan marağınıza uyğun olan otaqları və mərtəbələri çox asan tapa bilərsiniz. Broşdurda Luvrda görülməli (həm də selfie çəkdirməli) əsas 7 (ola bilər rəqəmi səhv xatırlayım) əsərin yerləri çox aydın göstərilib, vaxtınız azdırsa ən azı bunlara bir baş çəkib çıxa bilərsiniz. Bir az daha vaxtınız varsa orda Napalyonun iqamətgahı var ora da Luvr muzeyində görülməli yerlərdəndir. Parisdə həddindən artıq çox muzey var, hər cür marağa uyğun, Parisə gedib də marağına uyğun muzey tapa bilməyəcək bir şəxs yoxdur çox güman. Qeyd edim ki, hər ayın ilk bazar günü Parisdəki bütün muzeylərə giriş pulsuzdur, tutduzdura bilsəniz şansdan istifadə edin :) Luvr muzeyində Napaleonun iqamətgahı[/caption] Sonra təbii ki, Parisə gedib də baş çəkmədən geri dönməməli olduğunuz məkan Notr Dam kilsəsidir. Kilsəyə giriş pulsuzdur. Ədəbiyyatda olan məşhurluğu, qotik üslubunda olan abidənin möhtəşəmliyi sizi valeh edəcək, hələ mən kilsənin zərif ornamentlərlə bəzədilmiş iç hissəsini və şəbəkə pəncərələrini demirəm. Bir sonrakı məkan Luksemburq Bağları adlanan parkdır, hansı ki, yaz və yay aylarında fərqli rəngli çiçəklərə bürünərək möhtəşəm mənzərə yaradır. Növbəti gəzəcəyiniz məkan Saint Germain bulvarıdır. Adının bulvar olduğuna baxmayın, ətrafda gözünüzə dəniz, göl ya çay görsənməyəcək. Bu bulvar Parisdə aktiv həyatın cərəyan etdiyi məkanlardandır. Pantheon digər bir gəzilməli muzeylərdəndir. Amma içində elə də maraqlı eksponatlar yoxdur. Giriş üçün ödəniş etməyə dəyməz amma binanın memarlığı çox gözəldir. Pantheondan qısa bir piyada məsafəsində məşhur Sarbon universiteti yerləşir, getmişkən bir ora da baş çəkin məncə. Növbəti görülməli məkanımız Hotel de Villedir. Əslində deyə bilərsiniz ki, otelin nəyi maraqlı olacaq? Haqlısınız amma bu bina adındakı otel sözündən fərqli olaraq otel deyil, Paris şəhər bələdiyyəsinin (ya da icra hakimiyyətinin) binasıdır. Bina çox möhtəşəm memarlıq üslubunda tikilib. Mən deyərdim ki, Budapeştdəki əzəmətli parlamentin kiçik formasıdır. Qışda binanın qarşısında buz meydançası olur, hansı ki, buz üstündə sürüşə və yaxud xokkey oynaya bilərsiniz. [youtube https://www.youtube.com/watch?v=Es-j3jGtc-g] Gəldik mənim Parisdə ən sevdiyim yerlərdən biri olan Saint Martin kanalına. Bura ortasından kanal keçən enli bir küçədir. Küçənin hər iki tərəfində kiçik, şirin kafelər var. Ürəyiniz istəsə bir fincan qəhvə ya fransız şərabı içə-içə kanaldan gəlib keçənləri seyr edə bilərsiniz. Yuxarıda qeyd etdiyim Amelia kinosundakı Amelienin ən sevdiyi işlərdən biri də məhz bu kanala gəlib, daş sıçratmaq idi. Parisdə ən bəyəndiyim bölgə isə Montmarte bölgəsi oldu. Mən deyərdim ki, Parisdə bir neçə saatlıq vaxtınız varsa Eyfel qülləsini boş verin məhz bu məkana baş əkin. Parisin əsl siması, fransız ruhu bu məhəllələrdə dolaşır. Xəritəni qoyun çantanıza özünüzü dar, kiçik, dalanlı küçələrə atın, azın bu məhəllələrdə, Parisin ruhunu kəşf edin. Bu səmtdə ən görülməli abidələr siyahısına Sacre Coeur (Saköe köğ) bizim dildə isə Müqəddəs Ürək (və ya Ağ kilsə) kilsəsi başçılıq edir. Amelie kinosunda da bu kilsəni tez-tez göstərirlər. Kilsə digər binalarla müqayisədə, məsələn Nort Dam kilsəsi ilə ürküdücü görünüşü yoxdur. Montmarte təpə olduğundan kilsənin yanından Parisə açılan gözəl mənzərəyə doya-doya baxa bilərsiniz, bir də bura gün batan vaxtı gəlmisinizsə dadından doyum olmaz mənzərənin, əsl Paris romantikasını burda tapacaqsınız. Montmarte küçələri[/caption] Kilsənin arxa tərəfinə keçirsiniz və budur Montmartenin dar küçələri başlayır. Bir az irəliləyirsiniz və qarşınıza kiçik işqılarla bəzədilmiş bir meydan çıxır. Burda rəssamlar öz molbertlərini qoyub şəkil çəkirlər. Yaxınlıqdakı kafelərdən bir qədəh şərab götürüb siz də özünüzü rəssam kimi hiss edə bilərsiniz. Montmartedə mütləq baş çəkməli olan məkan Creperie Le Tire-Bouchon kafesidir. Kafenin özünə məxsus iç dizaynı var, belə ki, kafenin iç tərəfi kafeyə gələn qonaqlar tərəfindən bəzdilib. Divarda hər yer pul, çek, bilet, müxtəlif kağız materiallarla örtülüb, istəsəniz siz də öz adınızı kafenin divarına həkk edə bilərsiniz mənim kimi. Creperie Le Tire-Bouchon[/caption] Montmartenin digər məşhur məkanı Montmarte qəbirstanlığıdır. Hiss edirəm ki, deyirsiz qəbirstanlığın nəyi maraqlıdır?! :) ilk öncə burada qəbirlər gül-çiçəklərlə elə bəzədilib ki, heç məzarlıqda olduğunu adam hiss etmir, bundan əlavə dünyanın Edith Piaf, Ahmet Kaya, Şopen, Oscar Wilde kimi məşhurları məhz bu məzarlıqda uyuyur. Təpənin ətəyində isə Parisin Red Light Districti olan Moulin Rouge (Mulen Ruj) yerləşir, istəsəniz Mulen Rujdakı şouları seyr edə bilərsiniz. Ən ucuz varyant şou+şampandır ki, 110 avro ətrafında bir qiyməti var. Parisdə baş çəkmədiyim və peşman olduğum iki məkan var. Birincisi məşhur Versal Sarayı, ikincisi Paris katakombaları, yeraltı məzarlıqlar. Siz siz olun parisə gedərkən bu 2 məkana mütləq baş çəkin, yoxsa çox şey itirərsiniz. Paris katakombaları[/caption] Daha bir şəhər yazımızın sonuna gəldik, ümid edirəm ki, maraqlı oldu və Parisə səyahət etsəniz bu yazıdan sonra Paris sindromu keçirməyəcəksiniz. Mənim fikrimə gəldikdə Paris doğrudan gözəl şəhərdir amma mənimçün Parisi sevimli edən Luvr ya Eyfel qülləsi deyil məhz Montmarte bölgəsidir. Növbəti yazılara qədər...Paylaşdı: Babək Musa-Zadə (sayyeahblog.com) 

2286 dəfə oxunub

Sərfəli səyahət büdcəsi ilə 5 Avropa şəhəri

Budapeştdəki bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.5 Avropa şəhəri 500 manat! Hər şey daxil! ????Növbəti ekanom səyahətim haqqında, daha detallı. ????Bu dəfə üz tutdum üzü Budapeştə, oradan da Almaniyaya. :)Bakı-Budapeşt Wizzair ilə 35 euro.Budapeştə ilk dəfə gedəndə cəmi bir neçə saat gəzə bilmişdim. Bu dəfə elə gəzdim ki, artıq Bakı kimi doğma şəhərə çevrilib mənim üçün. Hostel Essentialda gecəsi 12 euro breakfast də daxildir. Ekanom və doyumlu yemək məsələsində isə Türk restoranları hər zaman köməyə gəlir. Şəhəri iliyinə kimi gəzəndən və təsadüf Sam Smitin konsertinə gedəndən sonra Wizzair-in 10 euro olan bileti ilə Berlinə yola düşdüm.Berlin haqqında onu deyə bilərəm ki, o qədər nəhəng şəhər necə saat mexanizmi kimi işləyir heyranedicidir. Həm nəqliyyat baxımından rahatlığı, həm sakitliyi, həm də hər cür əyləncənin və emosiyaların bir qabda toplaşmağı fikrimcə Berlini hər kəsə sevdirər. Bəyənmədiyim o oldu ki, addım başı da, adam başı da Türklə qarşılaşırsan. Berlindən çox özümü İstanbulda hiss edirdim. Şəhər ətrafı qəsəbələr isə ifadə olunmayacaq qədər gözəl və təbiətlə harmoniyadadır. İlk gün çox vaxtım olmadı gəzməyə, BlaBlaBus ilə 3 euroya getdim Hamburga. Berlində olanlar bilirki 3 euro metro qiymətidir :)Hamburq gördüyüm ən elit şəhərlərin top listindədir. Şəhər memarlıq cəhətdən çox mükəmməl, səliqəli, estetik şəhərdir. Buna baxmayaraq soyuq, küləkli və ruhsuzdur. Berlindən fərqli olaraq burada Təbiət əlamətləri görmək qeyri-mümkün kimi birşeydir. Kanallar isə şəhərə əlavə özünəməxsus gözəllik qatır. Yağışı sevməyimə baxmayaraq Almaniyada olduğum hər gün leysan ilə keçdi və biraz yordu.1 gecə də Hamburgda qalıb yenə BlaBalaBus ilə 4 euroya üz tutdum Bremenə.Bremen uşaqlığımın arzusu idi. Oradakı məşhur Bremen musiqiçiləri - Eşşək, İt, Pişik və Xoruz heykəlini görməyi hər zaman arzulamışam. Görməyə dəyərdi :)Balaca və bir neçə saata gəziləcək şəhərdir. Çexiyanın Brnosu, Slovakiyanın Bratislavasına bənzətmək olar. Bir gün səhərdən axşama vaxtım olduğu üçün məhəllə-məhəllə gəzdim, hələ yarı günüm qaldı şəhər ətrafına da çıxdım.Axşamı FlixBus ilə yola düşdüm yenidən Hamburga oradan da Berlinə. Birbaşa Berlinə getməmək səbəbim isə Eyni avtobusla getməyimə baxmayaraq bileti birbaşa alsam 10 euro daha baha olması idi. Yəni əvvəlcə Hamburga daha sonra Berlinə almaqla 10 euro qənaət etdim. Əslində heç Hamburg-Berlin bileti almaya da bilərdim. Bremendə minəndə yatıb Berlində ayıldım, heç yoxlayan da olmadı.Qeyd edim ki, Almaniyada olduğum bütün şəhərlərdə ən ucuz və ən səviyyəli hostellər A&O hostel şəbəkəsidir. Təxminən 10 eurodan başlayır, amma 4* otel səviyyəsində yerdir.Bir gün yenidən Berlini tam gəzib qayıtdım ənənəvi 10 euro ilə Budapeştə. Amma bu qayıdış necə lazımdır macəra dolu oldu. Uçuşa bir saat qalmış mən hələ şəhərdə idim, Sürət qatarı ilə 20 dəq çatacağımı hesablamışdım. Nəticə elə oldu ki, birdə ayrıldım ki, səhv qatardayam və qapılar bağlanandan 5 dəq sonra çatır aeroporta. Hiss elədim tər basır. Alternativ uçuşlar da Allah kəssin, 10 euroya aldığım bilet indi 400 eurodan ucuza yoxdur. Nə isə elə oldu ki, həyəcandan bütün labirintləri uçura-uçura və bütün növbələri pozaraq qaçıb bütün kontrolu 2 dəq ərzində keçdim və son saniyələr ərzində təyyarəyə çatdım.Budapeştə gəlib bütün stressimi atandan sonra yollandım Szentendre qəsəbəsinə. Bura isə bizim Lahıc, Şəki zonasına bənzəyən balaca, turistik qəsəbədir. Budapeştdən təxminən 15-20 km məsafədə yerləşir. Gediş qiyməti isə təxminən 1 euro edir.Hər şəhərdə, hər hosteldə bir əşyamı unuda-unuda bir həftə tamamında enerji dolu qayıtdım gözəlim Bakıya :)Bu bilet azca baha idi, 50 euro. :)Növbəti səfərim isə Fevralda yenidən 10 günlük Macarıstan - Yunanıstan - Siciliya - Malta - Macarıstan olacaq və bu səfərimdən də ucuz olacaq. ????????Bu ilki gəzintimi, 10 ölkə 14 şəhərlə tamamladım. Gələn il üçün isə daha maraqlı planlar hesaba almışam. Bütün gəzintilərimdən maraqlı fotoları və məlumatları isə Instagram hesabımdan izləyə bilərsiniz. Həmçinin sərfəli səfər planlaması və ucuz biletlərlərlə bağlı sualınız da olsa verə bilərsiniz.Instagram.com/thmsb_mmdvƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Tahmasib Mammadov 

956 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!