1869 dəfə oxunub

Likya yolu - Türkiyənin uzun yürüş marşrutu

LİKYA yolu ‘ Lycian way’ 0-dan sona ( ‘509’-a +24)


Hər halda bir çoxumuz Likya yolunu tanıyırıq və ya məlumatımız var. Start nöqtələri ( Antalya’ya bağlı) Geyikbayırında və Fethiye’nin Ovacık kəndindən ( köy) başlayır. Mənim etdiyim kimi etsəz daha məqsədəuyğun olar, ilk öncə Fethiye’den başlamaq. Səbəb olaraq, ilk öncə mütləq kayaköy və ya digər adıyla tərk edilmiş karmlyasosu görmək bir gün Fethiye’de qalıb ümumən hazırlaşmaq. Ovacik’dan başlamağın digər bir səbəbiysə çox insanın tərcihi olan ilk 4 etapı görmək. Ümumən 23+1 etap vardır. Çətinlik və Asan olmaq üzrə etaplar fərqlidi. Əgər ekipmanınınız yaxşı deyilsə və az-maz təcrübəniz yoxdursa ilk 4 də bitirməyiniz məsləhətdi. Mən Fevral ayının 3’də Ovacık kəndində başlayıb 27g( +1) si Geyikbayirida bitirdim. Günlük yürümə 19’km dən yuxarı olurdu. Ümumən hər etapın öz gözəlliyi və fərqliliyi var. Mənim üçün ən çətini Demre etapıydı, ümumən Likya yolunu yürümək fikriniz olsa, bu yol ən çətinidir, unutmayın. Ən rahat etaplarıysa ilk 3 etapdır.

Yolda yürüyüş zamanı itmə ehtimalınız hardaysa 0-a bərabərdir yol işarələrini təbii ki anlayırsanız əgər. Əlbəttə bir şeyidə unutmaq olmaz bəzi yerlərdə işarələr yox olur, ondan xəritədən də istifadə edə bilərsiz ( məps mi-mənim istifadə etdiyim). Yol boyu su problemi yaşamayacağsınız demək olar bütün etaplarda müəyyən çeşmələr var. Ərzaq problemi’də yaşamayacağsınız, hər etapın sonu bir kənddə bitir ondan lazımı ərzaqları ala bilərsiniz. Yol boyu duş almaq və ya diyər şeylər üçün müəyyən hostel, hotel fəaliyyətləri var bu kəndlərdə. Mən yalnız çıxmışdım ama yol boyu demək olar yalnız olmadım. Fevral ayında belə bir çox insanla qarşılaşa bilərsiz. Mənimlə birliktə yürüyüşümdə Alman, Fransız, Yapon, Amerikalı v’b daha çox oldu müəyyən km’ləri onlarla birliktə davam etdik, kamp atəşi və diyər əyləncələrimiz birliktə etdik. Ekipmana gəldikdəysə, mənə görə ilk öncə ən önəmli olan Ayaqqabıdır, çünki yol boyu ayağınızı burxma ehtimalınız yüksəktir. Digər şeylərsə təbii ki Çadır, mat, yürüyüş çubuqları, uyku tulumu ( gecə ulduzlarla hərəkət etmək istəyirsizsə başlıq fonar mütləqdi) power bankları da unutmamaq lazımdır. Ümumən çanta 20 kilonu aşmasın. Likya yolu mövsümü artıq demək olar ki, açıqdır ama bu arala bir az yağışların olma ehtimalı çox olduğundan çadırınızın su keçirməzliyi önəmlidir. Yol boyu demək olar ki heç bir təhlükəli heyvan yoxdur. Təbii yol boyu keçilərə yaxınlaşmasaz yaxşı olar, çünki Çoban itləri bi yerdən çıxa bilərlər ama onlarda təhlükəli deyillər.



Yol boyu mütləq etməli olduğlarınız.

+Kəpənəklər vadisi 2-ci mənzərə nöqtəsində kamp atın.

+Əgər mümkünsə özünüzlə köpək maması alın yol boyu insanın ən yaxşı dostlarıyla çox qarşılaşacaqsınız. 


+Bir dənə ön çantanız mütləq olsun, yol boyu portağal və başqa sitrus meyvələriylə qarşılaşacağsınız ( o bölgələrdə çoxu dərilmir yerə tökülüb çürüyür), toplayın ərzağınız olsun.

+ Olimposa gəldiyinizdə muzey yolu pulludur çay yoluyla davam edin.

+Kiçik kəndlərdə ərzaq qiymətləri bahalıdır, turist olduğunuzu çoxda bildirməyin 

+Kəndlərdə və Qəsəbələrdə Azərbaycanlı( turist deyil) olduğunuzu bildirsəz yerli insanlar daha çox yardım etməyə çalışacağ.
+ Likya yolu düz bir yol deyil bəzən gözəl yerləri görmək üçün ana yoldan çıxmanız gərəklidir.
+ Əgər sizin üçün çətin deyilsə yalnız 4-5 etap gözəldi deyib keçməyin, bütün etapların öz fərqliliyi var, davam edin.
+Ərzaq olmasa belə suyunuz həmişə olsun və çalışın hər axşam atəşdə qaynadıb için.
+Hava qaralmadan çadırınızı atın, sabah tezdən durun.Günəşin batışı və əksi mütləq seyr edin.
+ Minimum 30 gün lazım olduğunu unutmayın.
+ Yol boyu bütün mövsümləri yaşayacaqsınız, hazırlıqlı olun.
+ Caravan çimərliklərinə qatılın, əyləncə yaşamağ istəyirisinizsə əgər ( Mavikent, Quldur çimərliyi v’s).
və son olaraq foto həvəskarları üçün ən gözəl 5 yer yol boyu bunlardır:
Kəpənəklər vadisi 
Gelidonya mayakı
Patara dyunları
Kabak koyu yüksəkliyi
Adrasan yüksəliyi

Ən gözəl 5 kamp yeri:
Kəpənəklər vadisi 2 ci nöqtə
Gelidonya kəndi yolu 1 ci kamp nöqtəsi
Yuxarı Bəycik 3 cü kamp nöqtəsi
Göynük kəndi yolu 4 cü nöqtə
Patara dyunları
Ən gözəl 5 antik kent:
Patara
Xanthos
Sdyma
Olimpyos
Letoon
Əlavələr
Büdcə( AZN’lə): Ən önəmli nöqtə ərzaqdır. Çalışın 3-4 günlük ərzaqınız olsun. Çünki müəyyən km’dən sonra böyük qəsəbələrdə ucuz marketlər var, onlardan istifadə edin. Kiçik yerlərdə qiymət bahalıdı. Ortalama ən aşağı büdcə 120-150 arasıdı, orqanizmə görə dəyişə də bilər. Portağalların yanına keçibuynuzu’da yığın yol boyu sizi enerjili tutar və daha az xərc.
Time/out üçün xərclənən miqdara gəldikdə sizə görə dəyişəcək, yol boyu Otellər 30 azn dən aşağı deyil. Ümumiyyətlə Mart ayınının sonundan sonra havalar istiləşir, duşa heç ehtiyac yoxdu, ordakı plyajlarda var( pulsuzdu), istifadə edin. Caravanlardakı insanlarla tanışın, dostlaşın çoxu fərqli ölkələrdəndi, onların milli yeməklərindən dadmaq şansınız olsun. 
Ümumən büdcə minimumu: 120dir ( aznlə) ama sizə görə dəyişədə bilər. 
Maraqlı: Yol boyu dağ adamına bənzər insanlar görsəz qorxmayın çoxu məşhur ‘Rainbow’ ailəsinin üzvləridi hippie həyat tərzi yaşayırlar. Sizə çox yardımcı olacağlar.
Patara’da dyun səhralarında qalanda gecə çadırınıza yaxın Tıspağa və Kirpi gələ bilər, barmaqlarınızı çadırın çoxda küncünə qoymayın.
 
Yol boyu yalnız bir heyvan sizi bəlkə qorxuda bilər, Bayquşlar 
 
Bəzi yerlərdə kiçik kapsul caravanlar var, çadırda rahat deyilsizsə ordan istifadə edə bilərsiz.
Yolun bəzi bölümləri insanların hardaysa şəxsi həyətindən keçir, səvh yolda deyilsiz düz yoldasız, davam edin.
 
Mövsüm açıldığından artıq yolu yürüyəcək hər kəsə-dağcılara uğurlar!
Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…
Paylaşdı: Ali Shams



DİGƏR BLOQLAR

Leqonun vətəni - Danimarka

Kopenhagendəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Kopenhagendə, eyni fonda Danimarkada gördüklərim:1) Danimarkalılar sözün həqiqi mənasında qonaqpərvərdirlər.Gələn turistlərə, öz vətəndaşları kimi hörmət bəsləyirlər. İstənilən sayda sualı, istənilən şəxsdən soruşanda, gülərüzlüklə və məmnuniyyətlə cavablayırlar. Neçə dəfə şahidi oldum ki, hansısa marşurutu necə tapacağımı, hansı yerə necə gedəcəyimi soruşanda, sənə izah edir, hətta yolundan dönüb səninlə bəlli məsafəyə gəlib sonra geri - yollarına davam edirlər. (Almaniyada çox az belə hallar gördüm.)2) Danimarkada dükanlarda, alış-veriş yerlərində, nağd pul olaraq avro qəbul etmirlər. Ancaq Danimarka valyutasi ilə ödəniş etmək olur. Kredit kartları istisna. Avro və dollar kredit kartları ilə problemsiz ödəniş etmək olur. Bunun üçün də mərkəzi stansiyasında 10-a yaxın valyutadəyişmə köşkləri var və pulları rahat daniş valyutasına dəyişdirə bilirsən.3) Şahidi olmadığım və əksiklik olaraq gördüyüm isə, avtobus və metro stansiyalarında, marşurutların hansı vaxtlarda çıxması haqda cədvəllərin və marşurutların hərəkət sxemlərinin olmaması idi. Misal üçün, ayın 23-də olan Copenhagen-Qarabağ matçını səhifəmdə canlı yayım etdiyimə görə, stadiondan çıxandan az sonra telefonun və PowerBank-ın enerjisi bitdi. Stadiondan 25 dəqiqə məsafədə olan otelə, 1.5 saata ancaq çata bildim. Əgər stansiyalarda marşurut xəttləri və çıxma zamanları olan sxem və cədvəllər olsaydı (ən əsası sxemlər), o qədər zaman sərf etməzdim. Ondan bundan soruşaraq yollarda qalmazdım.4) Gəzib görüləsi çox gözəl və tarixi yerləri var. Kopenhagenə gedən, ən azından 1 saatlıq (6 avro) qayıq turlarından istifadə etməsi yaxşı olar. Qayıqda bələdçi hər addımda ətrafda olanlar haqda hər cür məlumatları eyni anda həm danimarkaca həm də ingiliscə mikrofonda səsləndirirdi. Beləliklə şəhər haqqında ümumi məlumatlara və təsəvvürə sahib olursan.5) Mənə görə, Danimarkada təhlükəsizlik xidməti, Almaniyaya görə nisbətən daha yaxşı idi. Çünki Danimarka sərhəddinə çatan anda, eyni anda 5-6 polis marşuruta daxil olaraq tək-tək bütün sərnişinlərin pasportunu və s. kontrol edir. Ondan sonra ölkəyə daxil olmaq olur. Sərhəddən keçəndən sonra, elə bil öz ölkəndə yaşayırsan. Yolun ortasında, qatar stansiyalarında və s. polislər saxlayıb sənədləri kontrol etmirlər. Ancaq Almaniyada əksinədir. Çünki hansısa Avropa ölkəsindən Almaniyaya daxil olanda kontrol və s. olmur, ancaq stansiyalarda, yaxud əlində xəritə harasa getmək üçün yollar axtaranda, polislər yaxınlaşıb sənədləri tələb edirlər. Bu da turistləri daha çox narahat edir. Sərhəddə bir dəfə kontrol olarsa, ölkə daxilində insanları hər addım-başı polislərin yoxlayışına gərək olmaz. Hər dəfə polislərin yaxınlaşması həyəcanını yaşamazlar.6) Danimarkanın başqa şəhərlərində belə olub-olmadığını bilmirəm, bəlkədə fərqlidir. Ancaq bunlar məhz Kopenhagendə gördüklərimdir. Hər-halda ölkə boyunca bu cür sistem var.7) Axırda Almaniyaya qatarla gələndə, Almaniya sərhədinə son 45 dəqiqəlik yolu gəmi ilə gəlməyin ayrı ləzzəti oldu. İnsanlar həm gəminin, həm də insanların təhlükəsizliyinə görə qatardan düşürülüb gəmiyə mindirildi. Gedəndə avtobusla (64 avro) getdim deyə 11 saatlıq yol oldu, qayıdanda qatarla (76 avro) 8 saat çəkdi. Danimarkada, bircə marşurutların hərəkət və vaxt cədvəllərini hər stansiyada assalar, Almaniyadakı təhsilimdən sonra, masteri Amerikada yox, Danimarkada etməyi düşünərəm. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Seyidakbar Asgarov

1872 dəfə oxunub

İsveçrənin ən kosmopolit şəhəri - Zürix

Zürixdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Bir gün metroda SNCFin (Fransada dəmiryolu şirkəti) “29 euroya İsveçrə” reklamını görüb təcili Paris-Zürich biletimi aldım. 60 euroya Zürichə getmək çox ucuz göründü gözümə. Amma təbii ki, bu İsveçrəyə gedib çıxana qədərki düşüncələrdir. Çünki İsveçrə deyildiyi qədər bahalı deyil, daha da bahalıdır. Yeri gəldi bir lahmacuna 10CHF (təqribən... erhhm 18AZN) ödədim, yeri gəldi 30CHF olan pizzalara baxıb oha dedim. Çox gəzdim, çox şey öyrəndim, yağışa düşdüm, İsveçrəlilərin təbiətinə valeh oldum .Səyahətə Paris Gare de Lyon-dan başladım. Təqribən üç saat sonra peyzajın dəyişməsilə İsveçrəyə çatdığımızı anladım. Yol üstü Baselə göz vurub Zürichə çatdıq. Qatarla səyahətin ən gözəl cəhətlərindən biri birbaşa şəhər mərkəzinə çatmaqdır. Zürich HB vağzalında eurolarımı rəngbərəng İsveçrə frankına dəyişib turizm ofisindən ZürichCARD aldım, şəhər xəritəsini götürüb düşdüm şəhərin canına. Səyahət haqqında isə ilk hissəsini müşahidələr, ikinci hissəsini isə gəzintiyə ayırdığım bir yazı yazdım.Zürich müşahidələrimMoney, money, moneyİsveçrəlilər varlıdırlar, sirr deyil. Amma bu qədər varlı olduqlarını açığı mən də bilmirdim. Pul vahidləri frankdır. 1CHF təqribən 0,86 euro, yəni 1,75AZN edir. İki devalvasiya görmüş birinə bir sillə, bir qapazdır bu məzənnə. Mən 1CHF=1euro deyə düşünüb xərcləmələrimi ona görə elədim, daha doğrusu xərcləmə etməməyə çalışdım. Amma əskinazları rəngbərəng belə çox şirin şəkərdir, kazıklandığını sənə unutdurmağa çalışıblar, o qədər baha olmasa adam birini xatirə saxlamaq istəyir vallah. Qəpikləri isə ayrı aləmdir. 50 qəpikləri ½ Fr deyə qəribə bir sikkədir, onu xatirə saxladım.DilDörd rəsmi dili olan İsveçrənin Zürich kantonunda yalnız Alman dilində danışırlar, bir də ingilis. Amma hamı ingiliscə bilmir. (Migrosdakı qıza 15 dəqiqə ərzində 3 dildə toyuq salatı istədiyimi izah etdim, başa düşmədi, az qala yumurtlayacaqdım orda ki, başa düşsün). Dönərləri ilə dünyamızı şənləndirən türk qardaşlara da çox rast gələcəksiniz.Dəqiqlikİsveçrə dəqiqliyi dedikləri şeyin həqiqətən də mövcud olduğunu gördüm. Əvvəla hamının qolunda saat var, hər yerdə saat var. Saat muzeyi belə var. Dünyadakı ən yaxşı saatsaz olduqları üçün mü dəqiqdirlər, yoxsa dəqiq olduqları üçün mü saatsazdırlar? Yumurtadanmı toyuq çıxır, toyuqdanmı yumurta çıxır? Cavabını bilmədim, amma saniyəsinə qədər dəqiqdirlər. Bakıdakı nəqliyyatın çox intellektual idarəsini və Parisdə SNCF-in gecikmələrini görmüş biri olaraq tramvayların saniyəsi saniyəsinə dəqiqliklə gəldiyini görmək heyrətləndirici idi. Amma gəl gör ki, bu dəqiqlikləri bəzən çox bezdirici olur: axşam Migrosun bağlanmasından 10 dəqiqə əvvəl özümü marketə atıb alışveriş edirdim, xanım başımın üstündən çəkilmirdi ki, bağlayırıq.TransportƏn yaxşı nəqliyyat vasitəsi ayaqlardır. Zürich ümumilikdə İsveçrənin ən böyük şəhəri olsa da, görülməli yerlər şəhər mərkəzindədir. Mərkəzdən uzaq ancaq Uetliberg mütləq görülməlidir. Amma vaxt itirməmək və cazibəsinə qarşı durmamaq üçün şəhərin simvolu sayılan ağ-mavi tramvaylara minmək lazımdır hərdən.Mən kontrolla rastlaşmadım, amma cərimələnib səyahətinizi burnunuzdan gətirmək istəmirsinizsə, risk etməyib ZürichCARD alın. 24 saatı 27CHF olan ( 72 saatlıq növü də var) bu kartı Zürich HB-da yerləşən turizm ofisindən əldə edə bilərsiniz. Kart şəhərin transport sistemindən pulsuz istifadə, muzeylərə pulsuz giriş və bir çox güzəşt imkanı verir. Gecə avtobusu və gəmi turu üçün əlavə 5CHF verib supplementary ticket almaq lazım olur. Məsləhətim odur ki, piyada gəziləcək yerləri bir gün üçün planlaşdırıb, Uetliberg və muzeyləri digər 24 saat ərzində görəsiniz (saatı yaxşı hesablayın )QidalanmaZürichi tək kəlmə ilə ifadə etmək olar: baha. Normal bir restoranda pizzanın 30CHF (təqribən 52AZN!) olduğunu nəzərə alsaq, restoranlarda oturub aristokratcasına yemək yemədiyimi anlamaq üçün münəccim olmağa ehtiyac yoxdur. Mən bir addım daha irəli gedib Parisdən özümlə iki sendviç belə götürmüşdüm ki, birini yolda yeyərəm, digərini Zürichdə. Qaldığınız hosteldə/hoteldə özünüzlə sendviç hazırlamaq imkanınız varsa, sendviç götürün. Yoxdursa, Migrosa bir baş çəkin, ucuz restoran kimi filialları var, qiymətləri daha münasibdir. Mənim seçdiyim variant isə Kebab oldu ♥. Dünyanın hansı şəhərinə getsəniz orda bir kebab, içəridə isə bir türk qardaş görəcəksiniz. Mənə daha əvvəl “lahmacuna 18 AZN verəcəksən” desələr, “başın xarab olub” deyib gülərdim, ta ki Zürichə gələnə qədər. Ən ucuz yemək variantının 10 franklıq lahmacun/dönər olduğu bir şəhər düşünün. Buna görə də Zürichdə gedilə biləcək kafe/restoran tövsiyyəm yoxdur, üzrlü sayın.Yeməyin bu qədər baha olduğu bu şəhərdə, çox şükür, su pulsuzdur və tam təmizdir. Bakıda marketlərdə astronomik qiymətlərə satılan Alp suyunu burda tam pulsuz içə bilərsiniz. Ona görə də İsveçrədə marketdən su almağı ağlınızdan belə keçirməyin, bir butulka götürüb doldurun, təmiz, saf Alp suyu ;)Həyatımda ən ləzzətli suyu Rieterparkda içdiyimi iddia edirəm.AlışverişEtməyin. Eləməyin. Hər şey bahadır. Markalar desəniz, eyni markanın daha ucuzu Bakıda var. İsveçrənin simvolu olan saat almaq üçün isə böyrəyinizi satmalısınız. İsveçrə bıçağı və ya maqnit ala bilərsiniz (maqnit belə 10CHF idi, əl-insaf)Küçələrə su səpmişəmPlanımı əvvəldən qurduğum üçün ZürichCARDı növbəti gün üçün saxlayıb ayaqlara qüvvət verirəm. Vağzaldan Bahnhofplatza çıxıram, ordan da Bahnhofstrasse ilə irəliləyirəm.Zürichdə bu iki rəngi çox görəcəksiniz: ağ və mavi. Kantonun rəsmi rəngləridir və tramvaydan gölün rənginə qədər hər şey ağ və mavidir. Uraniastrasse və Bahnhofquai ilə irəliləyərək qarşı sahildəki binalara baxıram, ilk dəqiqələrin verdiyi o möhtəşəm vauuu hissi ilə gəzirəm hələ ki. Çayın o biri sahilinə keçib Niederdorfstrasseni kəşf edirəm. Bütün küçələri ayrı bir gözəl olan Zürichin strasse və gasse-lərində gəzib nəyahət Lindenhofa gəlib çıxıram. Lindenhof Zürichin gözəlliyini seyr edə biləcəyiniz ən mükəmməl məkandır. Sözlə ifadə olunmayacaq dərəcədə gözəldi.St Peter Kirche ətrafındakı küçələrlə Münsterhof meydanına çıxıram. Zürichdəki ən məşhur kilsələrdən biri olan Fraumünsterin yanındakı bu meydanda Parisin simvolik skamyalarını görüb biraz təəccübləndim doğrusu, amma çox şirin bir hiss oldu. Qarşı sahildə Zürichin məşhur tikililərindən olan Helmhaus görünür.Plan şəhər mərkəzindən bir az uzaq olan hostelə piyada getmək, bu vaxt ərzində isə Zürichin gözəlliyindən zövq almaqdır. Stadthausquai ilə irəliləyib tramvayların kəsişdiyi, gəmilərin gəlib-getdiyi Bürkliplatza gəlib çıxıram. Sonra Zürich gölünün sahilindəki yaşıllıqlara atıram özümü. Burda çox böyük iki dərs öyrənirəm: 1. hava proqnozu proqramlarına inanma; 2. yayda səyahət edirsənsə, mütləq çimərlik paltarı götür. Niyə deyə soruşsanız, hava proqnozuna görə yağışlı günlərin məni gözlədiyini düşündüyüm Zürichdə günəş parıldayır, şəhər əhli yaşıllıqda uzanıb özünü günə verir, gölə girib üzürlər. Belə çox kədərli bir hal alıb ayaqlarımı suya salmaqla kifayətləndim. Suyu bu qədər şəffaf olan Zürich See-də üzə bilməməyimin heyfini başqa bir gəzintidə çıxacağıma qət etdim. Yalan olmasın, 2 saata qədər sahildə oturmuş olaram. İnsanlar mutlu, insanlar gülüyor, insanlar yüzüyor. Hava qaralana yaxın tərpənmək vaxtıdır deyib hostelə tərəf yollandım.Ucuz və sərfəli olsun deyə Zürich Youth Hosteldə bir çarpayı book eləmişəm. Hostel də dağ başında, inin cinin top oynadığı bir yerdədir. Normalda Parisdə olsam biraz narahat olacağım, Bakıda axşamın bu saatlarında yaxınından keçməyəcəyim tənha, yarıqaranlıq, it hürməz, karvan keçməz küçələrdir, amma bilirsən ki, İsveçrədir, ürəyin rahatlaşır. Səbəbini bilmədən insan özünü arxayın hiss edir. Cinayət hallarının nadir olduğu, insanların rifahının tavanlarda olduğu bu ölkədə ən tənha küçələr belə adama dostyana görünür.Hosteldə iki gecə üçün 100CHF (bəli, bu qiymətə hostel) ödədiyim otağa çıxıb yerləşirəm. Hostelin yeri çox əntiqədir, çarpayım pəncərə yanındadır və pəncərədən meşələr, dağlar görünür. Quşların səsi gəlir, çox möcüzəli atmosfer var. Birinci günü tamamlayıram.Növbəti gün səhər 6da oyanıb, səhər yeməyi yeyib düşürəm yollara. Bir az yağışlı, tər-təmiz havadır. Çox səyahət etmiş olmasam da, indiyə qədər etdiyim səyahətlərdən bir şey öyrənmişəm: hər şəhərin öz qoxusu var. Parisin qoxusu kofe və krep, Brüsselin qoxusu waffledırsa, Zürichin qoxusu yaşıl ağacların, yağış düşən torpağın, təbiətin qoxusudur. Yazanda belə sanki şəhərin qoxusunu hiss edirəm.Günün ilk hədəfi Rieterpark-dır. Parkda bir mən, bir də itini gəzməyə çıxarmış xanım var. Tam sükut.Günortaya qədər küçələri fırlanıb Grossmünster-ə gəlirəm. Katolik kilsələrindən fərqli olaraq içərisinin şişirdələcək qədər xüsusi bir gözəlliyi yoxdur, amma damına çıxıb şəhərə baxmaq mütləqdir ;)Hər bir küçəsini xüsusi qayğı ilə gəzərək Opernhausa doğru irəliləyirəm.Cəmi 10 dəqiqə sonra Bahnhofstrasseyə çatıb error verirəm. Muzeyin adresinə baxıram, küçəyə baxıram, yoxdu anam, muzey yoxdu. Kiçik bir errordan sonra saat butiklərinin alt mərtəbəsində gizlədilmiş bu muzeyə girirəm. Muzey də belə ingilislərin “posh” dediyi tərzdədir. Girişdə əlinizə bir iPad verirlər ki, eksponatlar haqqında məlumat əldə edin. İsveçrəlilərin saat takıntılarını burada daha yaxşı anlamaq olur. Hərnöv saat var. Mexanizmi görünməz olan saatlar isə ayrı bir möcüzədir. Muzeyə ZürichCARD vasitəsilə pulsuz girmək mümkündür.ZürichCARDın bir digər nemətindən faydalanmaq üçün üz tuturam Bürkliplatza. 5CHF əlavə ödəyib gəmiyə bilet alıram və bir saat ərzində Zürich gölündə gəzirəm. O vaxt da Game of Thrones-a yenicə baxıb bitirmişdim, gəminin burnuna çıxıb özümü bir anlıq *SPOILER* Westerosa taxt-tac almağa gedən Daenerys kimi hiss etdim.Gəmi səyahətindən sonra özümə bir yaxşılıq edim deyib başqa bir muzeyə yollanıram. Kunsthausda bir saata yaxın incəsənətin ən gözəl nümunələrinə ağzı açıq tamaşa edib yeni isveçrəli rəssamlar kəşf edirəm. Sonrasında isə yağışa düşüb balığa dönürəm. Çətirimin olmasına baxmayaraq daxili orqanlarıma qədər islanıb özümü bir türk restoranına atıram.Növbəti gün üçün 3 istiqamət var: Uetliberg, Botanika Bağı və Nationalmuseum.Uetlibergə S10 qatarı ilə gedilir. Təqribən 40-50 dəqiqəlik yoldan sonra dağa qalxmağa başlayıram. Sözlərlə ifadə edilməyəcək bu dağ səyahətinin sonu Uetlibergdəki mini Eyfelə çıxmaqla nəticələnir. Heidi yadınızdadır? Yaxud Milkanın mor ineği? Bax həmin o təbiət, o gözəllik, dağlar. Uzaqda Luzern, İnterlaken, dağlar, kiçik kəndlər... Nağıllar.Vaxt gəlir İsveçrə təbiəti ilə sağollaşmağa. Gedirəm təbiətin daha mini forması olan Botanika Bağına. Uetlibergdə gördüklərimdən sonra sönük qalır təbii ki.Son hədəf: Nationalmuseum. Zürich HB-ın yanında olması səbəbindən ən sona saxladığım bu muzey indiyə qədər gördüyüm ən interaktiv muzey ünvanına layiqdir. Adətən muzeylərdə “eksponatlara toxunmayın” yazısı ilə qarşılaşırıqsa, Zürichdə əksinə “eksponatlara toxunun” yazısı ilə qarşılaşdım. Məşhuuuur İsveçrə bankları haqqında kolleksiya, İsveçrənin tarixi, ideologiyası, şokoladları haqqında çooox geniş məlumatın olduğu bu muzeyi görmədən İsveçrə ziyarəti tamamlanmış sayılmır.Vaxt gəlir geri dönməyə. TGV Lyria ilə nağıllar ölkəsinə əlvida yox, hələlik deyib ən qısa müddətdə yenidən görüşmək ümidi ilə yola düşürəm. Hələlik, Zürich!

3468 dəfə oxunub

Roma Səfərim

5-6 gün əvvəl burada demişdim ki, məni izləməyə davam edin. İzləməyənlər çox şey itirdi, izləyənlər isə mənimlə bir yerdə Lissabonu, Parisi gəzdi indi də Romada Pasta Carbonara yeyir. Mamma mia, bu nə olan şeydir belə. Nə isə. Keçək əsas məsələyə. Romaya gəldiyim gün məni Şuşa qarşıladı (1-ci şəkil). Bəh-bəh, Şuşanın adını görəndə elə sevindim, elə sevindim heç Makron nənələri görəndə belə sevinmir.Roma da Paris kimi özünü Bakımıza oxşatmağa çalışır. BakuBus-larımızı oğurlayıblar a kişi. Oğurlamağa başqa şey tapmadınız a bala?! Amma adamın üstündü BNA kameraları var, nə yalan deyim italyanlarla biz bir-birimizə dəhşət oxşayırıq. Aeroportun qapısından çıxan kimi taksistlər üstümə elə gəldi ki, klyunus boqa deyirəm elə bildim pizzanın üstünə ananas qoyub yemişəm deyə döycəklər məni. Hələ parking etməklərini demirəm. Şəkillərdən özünüz baxın. Yolu keçmək istəyirsənsə gərək baxasan kim maşını saxlayacaq.İndi deyəcəksiniz ki, “Bu da heç yeri bəyənmir!” Amma mən olanı deyirəm də. Şəhər özü zibillidir. Zibil qabları aşıb-daşır. Hələ əxlaqsız qağayıları demirəm. Bütün zibilləri dimdikləyib yayırlar şəhərə.Nə isə, hələlik bəsdir. Hələ burdayam. Yenə yazıb sizləri feyziyyab edəcəm. Hava nə isti kimi istidir, nə də soyuq kimi soyuq. Özünüz də bilirsiniz də mən Kolleziumun yanında oturub, italyanski pizza yeməsəm doyan deyiləm.paylaşan: Rasul Mammadov

75 dəfə oxunub

Almaniyanın ən şimalı - Flensburg

Flensburgdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salamlar hər kəsə..Həmişə bu qrupdan yararlanmışam, düşündüm ki, indi də bura nəsə qazandırmaq vaxtıdı :) Mən Almaniyada master təhsili alıram.. 1 şəhərdə yaşayıram, 2 şəhərə 1 günlük səyahət etmişəm.. təcrübələrimi bölüşmək istəyirəm..Flensburg - ilk danışacağım şəhər olacaq ki, Almaniyanın ən şimal şəhəridi.. Bura gəlməzdən əvvəl bəzi stereotiplərim vardı ki, çox kiçik və soyuq olması ilə bağlı..Amma ki hər ikisində yanıldım deyə bilərəm, əgər yolunuzu bu kiçik və tarixi Alman şəhərindən salmaq istəyirsinizsə bəzi şeyləri bilmək lazımdı..Flensburg Danimarka ilə 7 km sərhəddə yerləşən 89 min əhalisi olan bir liman şəhəridi.. amma bu liman çox dar olduğundan iqtisadi məqsədlərlə çox da istifadə olunmur.. Şəhərə ən yaxın böyük şəhər təxmin edə biləcəyiniz kimi Hamburgdu.. Hamburgdan bura Flixbuslar 4 saata və daha tez gələ bilir.. Qatar yollarından isə özləri də şikayət edir.. Flixbus daha məsləhətlidi..Şəhər Schleswig-Holstein torpağında yerləşir ki, bu əhalisi ən yaşlı və ən xoşbəxt olan Alman torpağı hesab olunur :) Digər şəhərlərdən ən böyük fərqi təbii ki, dəniz və sərhəd olmasıdı.. Danimarkada qiymətlər çox baha olduğundan, Flensburg önəmli bir alış - veriş şəhərinə çevrilib.. Gəlib burdan alış - veriş edirlər..Şəhərin insanda yaratdığı təəssürat isə tarixi bir kənddi sanki.. amma ki yaxşı mənada çünki şəhəri sanki meşənin içində gizlədiblər.. hədsiz çox yaşıllıq var.. hələ bizim campus ümumiyyətlə cənnətdi :)Şəhər mərkəzi çox kiçikdi.. elə çox məşhur tikilisi yoxdu, amma insanları çox gülərüzdü və şəhər az toxunulub, havası çoooox təmizdi.. Bakıdan gələndə ilk günlər nəfəs almaqda çətinlik çəkirdim :)Havası isə o qədər də soyuq deyil.. mən proqramda hər gün Munich, Milan ve Bakı ilə müqayisə edirəm.. Cənubdan bəzən isti çox vaxt isə bərabər olur.. Milandan və Bakıdan da isti olduğu günlər olur.. bu isti bu ilə özəl imiş..İnsanları hədsiz gülərüz və dostcanlısıdı.. Hər gün şəhər küçədə hamı bir-birinə salam verir “Moin” deyə.. Bu Danish dilindən gəlmədi bu bölgəyə məxsusdu:)Şəhər 1861-ə qədər Danimarkaya məxsus olduğundan mədəniyyətlərin vəhdətini görmək mümkündü.. şəhərdə Danish və Türk azlıqları var.. “Türkcə bilirsənsə Flensburg sənin evin kimidi”.. deyirlər :)Şəhər Almaniya standartlarında ucuzdu..Avropa standartlarında isə özləri dediyi kimi “super f*cking cheap”di????Bir neçə hotel və hostel var.. Güclü məlumatım yoxdu amma ki onlar da ucuz olmalıdı..Bütün bunlardan əlave çox gözəl dəniz mənzərəsi var ki, hər şeyə dəyər :) Restoranları da çox dadlıdı.. Balıq üstünlük təşkil edir təbii ki.. pivələri isə əladı..“Flensburger” pivəsi isə çox məşhurdu və Almaniyada ən yaxşılardan sayılır.. Şəhərdə müasir şəhər anlayışı və abu havası yoxdu.. Bəzilərinə bu yad gəlir belə yerdə yaşamaq.. amma mənim xoşuma gəlir.. Velosiped dəlisidi.. hər şey yaxın olduğundan maşın mənasız gəlir bunlara.. hamının “yaylıq” bir kabrioleti var, o ayrı ????Velosiped dayanacağında boş yer tapmırsan heç.. Dirəklərə filan bağlayır insanlar.. Bu qədər.. Şimali Almaniyaya yolunuz düşsə, bura 1-2 gün ayırmağa dəyər :)Bu arada Hitler Almaniyasının təslim müqaviləsini bağladığı bina da burda yerləşir, Nazi Almaniyasının son qərargahıdı..Bizim insanların buranı eşitməməsinə səbəb isə bunlar Futbolu yox, Handball-u sevirlər???? Məncə mənasızdı amma, hörmət edirik????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Turan Khalafov

1436 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!