2453 dəfə oxunub

Hindistan - Səyahət əhvalatı

????Bəs siz heç Hindistanın TV-lərində Xəbər proqramlarına çıxmısız? ???? Videoda baş verənləri anlamaqda çətinlik çəkir, lakin baş verənlər diqqətinizi çəkirsə, onda bu yazını oxuyun.
Deməli, bir il ərzində (2017-2018) işimlə əlaqədar Hindistanda yaşamışam. Bu ölkə o qədər rəngarəng və hər mənada gözlənilməzdir ki, demək olar ki, burada hər gün bir əhvalat yaşayırsan. Yaşadığım müddətdə bir çox qeyri-adi, gülməli və bir o qədər də kədərli hadisələrlə rastlaşmışam. Lakin məhz bunu sizlərlə bölüşmək istədim. 2018-ci ilin avqustunda Hindistanın şimalına səyahətimiz zamanı dostum ilə Jaisalmer şəhərinə getdik. Elə oteldə yerləşmək istəyirdik ki, otelin baş meneceri bizə yaxınlaşaraq polis məntəqəsinə getməyimizi xahiş etdi. Sən demə, avtobus dayanacağında bizi qarşılamaq üçün gözləyən otelin digər əməkdaşı əlində adım yazılan A4 kağızı tutduğuna görə həbs olunub. Deyə bilərsiniz ki, nə qəribə cinayətdir, buna görə adamı tutarlar? Biz də belə soruşduq. Otel işçilərinin sözlərinə görə, uzun müddətdir həmin polislə aralarinda ədavət varimiş. Otelin gəlirlərinin çox olması və heyətin müsəlmanlardan ibarət olması polisi qıcıqlandırırmış. Bu dəfə də guya otel işçisinin tutduğu adım yazılan kağız avtobus danacağında olan camaatı çaşdırıb və o bu bəhanə ilə həbs edilib. Məsələni eşidəndə vicdanımız dözmədi, eyni zamanda macəra yaşamaq həvəsi bizə üstün gəldi, ədalətli addım ataraq kömək etmək qərarına gəldik. İlk olaraq oğlanın həbs edildiyi polis məntəqəsinə yollandıq, baş polis ilə görüşdük. Orada izah etdik ki, kağızın üstündə adı yazılan Firuza mənəm və bizi qarşılamasını özümüz oteldən xahiş etmişik. Polis bizim məsələyə qarışmağımızdan heç də məmnun qalmadı və bizi "go to your resort" sözləri ilə yola saldı. Bu rəftardan sonra əsəbiləşdik, məsələni belə qoymamağa qərar verdik. Artıq yavaş-yavaş şəhər kommunası, media nümayəndələri, yoldan keçən hər kəs oraya toplaşırdı. İnsanlar məsələyə biganə yanaşmadığımız üçün bizə təşəkkür edir, müsəlman olub-olmadığımız ilə maraqlanırdı. Biz də əlbəttə ki, "yes, yes, muslim, mashallah, inshallah" filan şəklində cavab verirdik ???? Bir neçə saat ərzində müxtəlif məntəqələr dolaşdıqdan sonra, nəhayət ki, şəhərin baş polisi ilə görüşə bildik. Həmin şəxsə məsələni izah etdim, kobud polis əməkdaşından şikayətimi bildirdim, o da öz növbəsində, lazımi tədbirlərin görüləcəyi və otel işçisinin azad ediləcəyinə dair söz verdi. Əslində, çox yorulduq, gecəni "sleeper bus"-da keçirdikdən sonra özümüzə gəlməyə vaxtımız olmadı, hava da ki çox isti (Jaisalmer şəhəri Tar səhrasında yerləşir). Bütün bunlara baxmayaraq, bu qəribə macəradan zövq aldıq və ən əsası da pulsuz otaq və səhər yeməyi qazandıq ????
Onu da qeyd edim ki, videonu səhifəmdə paylaşdıqdan sonra, yüzlərlə mesaj aldım, hamı bizim cinayətə qarışdığımızı, təhlükədə olduğumuzu düşünüb narahat olmuşdu. Sağ olsun hindlər, xəbər proqramında bütün hadisənin mərkəzinə bizi qoydular

https://www.facebook.com/100005928302888/videos/1262812263926372/?extid=eJQb5JcPJc6wxrQV

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Firuza Harunova



DİGƏR BLOQLAR

Səyahət əhvalatları - İtaliya

Rimindəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Hər vaxtınız xeyirli ve maraqlı olsun, Gəzəyənlər )Tövbə-tövbə ... İlk və axırıncı kollektiv səyahətim .İlk İtaliya macəramdan söhbət açmaq istəyirəm .2013 ildi , Martın 18-i qızım məktəbdən 14 günlük İtaliyaya yola düşəcək . Tək getməsin deyə, mən də bu 23 nəfərlik qrupa qoşuldum . Məndən böyük bacım var, ona da dedim, uçduq Riminiyə ) Adama 1400€ ödəmişik, bura daxildi : aviabilet, səhər +axşam yeməyi +otel 4* //hər günə 2€ vergi haqqı daxil deyil // və Roma + Venesiya+ r-ka San Marino + Florensiya + Vatikana getmək.[caption id="attachment_1072" align="aligncenter" width="551"] San Marino[/caption]Deməli, 6 qün Riminidə qaldıq , oradan hər qün bir şəhərə yollanırdıq (Piza, Qenuya, Verona Milan, Bolonya) .İlk gündən xəstələnmişəm, ağzımın-burnumun suyu , boğazım qatışıb bir-birinə ) Yeməkpərəst deyiləm, amma bu İtaliyada ürəyim kənd toyuğunun bulyonunda bişmiş, göylü-göyərtili qaynar-qaynar sup, bir də kəkotulu, dəmli çay istəyir )Hər səhər 10 cür kruassan, 7 sort yumşaq- bərk pendir, 5 vid’də yağ və yumurta , paket çayı görəndə gözlərim qaralır ???? Şam yeməyinə də - mal, toyuq, donuz əti + düyüdən, paxlalılardan qarnir və çiy ???? bişmiş MAKARON ???????? Birdənə də olsun nə meyvə, nə tərəvəz, nə göy-göyərti menyuda yoxdu . Heç doğranmış kələm, bibər belə süfrəyə qoymurlar ????Əvvəllər, 7 il vegetarian olmuşam ( yumurta, ət, balıq və onlardan hazırlanmış heç bir yeməyi dadmamışam ) . Bu səbəbdən də meyvəyə və göyərtiyə çox meyilliyəm . İndi ət yeyirəm , amma halal olmayan ətə və onunla bir verilən qarnirə ,acından ölsəm də, toxunmuram.[caption id="attachment_1073" align="aligncenter" width="551"] Florensiya[/caption]Günortanı şəhərdə yeyirik , oda ki ayaq üstü pizzayla falan keçiririk )Nəysə, 6-cı günümüzdü - Bolonyadayıq . Şəhərə çatan kimi , bacımla mən qruppadan ayrılırıq və özbaşımıza dolanırıq . Şəhərdə gəzdik-fırlandıq , alış-veriş etdik və...????????Ay qardaş , qəfildən elə bil məni atdılar vosmoyun(8) bazarına ???? Qadan alım, ara küçələrdə bir bazar var , bir bazar var ???? İndi bilmirəm sevinəm, bilmirəm hirsim’dən özümü çırpam Bolonyanın bu dar küçələrinə , bilmirəm ağlayam))) Day nələr yoxdu ... Göy-göyərtinin iyi adamı bihuş eliyir . Görməmiş kimi, lazım olanı da aldım, lazım olmayanı da .Düzünü desəm, yeməyə meyilli adam deyiləm. Ay nəfsim nəysə istəsin, tez onu ya bişirim, ya alım yeyim - yox . İtaliyanın havası mənə başqa cürə təsir eləyib ????Uje Romadayıq, şəhərin mərkəz yerlərinin birində otelə yerləşdik .Səhər yeməyi oteldədir, menyu Riminidəkindən az fərqlənir .[caption id="attachment_1074" align="aligncenter" width="549"] Neapol[/caption]5-10 dəqiqəlik aralıqda xudmani, çoox simpatiçni restoran var, şam yeməyinə ora gedirik. Bizi restoranın şefi, tipik italyan sifətli, pozitiv Mario qarşıladı ) Dedi ki : “ Mən çox tanınmış aşbazam, ona görə ki xanımım 11-ci uşağımıza hamilədi, klinikadadı və körpənin doğulmasını gözləyirik. “Sonra bizə İtaliyada “bərk gedən “, yüksək tirajlı jurnal gösdərdi - üst vərəqədə şef-Marionun fotosu və ailəsi haqda məqalə )Nəysə, yeməyimizi gətirdilər. Pomidorlu-bibarlı ət qızartması, etli-göbələkli sup, kotletlə+spagetti. Mən yemirəm, Mario yaxınlaşdı mənə. Niyə yemədiyimi soruşdu, mən də anlatdım.Girdi qoluma, apardı məni mətbəx zonasına. 4 yaraşıqlı qaraqaş-qaragöz oğlanlarla məni tanış elədi. Dedi ki: “Bunlarda müsəlmandılar, başıma bəladılar, qazanları da, çömçələri də ayrıdı. Sən bizim qonağımızsan, hər gün daa 4 yox , 5 personluq - sənə də yemək bişirəcəklər .”Bax beləəə ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Sevinch Huseynqizi‎  

1033 dəfə oxunub

Ucuzdur deyə şəhər mərkəzindən uzaqda tutulan hostel

Keçən gün səhifədə səyahətdə olarkən edilən səhvlər adlı bir post paylaşılmışdı. O səhvlərdən birini edərək yaşadığımız çətinliyi və başımıza gələn hadisəni yazmaq istəyirəm. Başladıq Başlıq isə belədir - Ucuzdur deyə şəhər mərkəzindən uzaqda tutulan hostel. Deməli 2017-nin avqustunun sonlarında yaydan planlaşdırıb öncədən xəritəsini cızdığımız, bilet və qalacaq yerlər rezervasiya etdiyimiz 25 günlük avropa turuna çıxdıq. Başlayacağımız ölkə Almaniya idi. İlk şəhərimiz də təbii ki Berlin. Planımız Almaniyanin bir-iki şəhərini gəzib növbəti ölkələrə keçmək idi. Polşada yaşadığımız üçün elə yaxındır deyib avtobusla yollandıq Berlinə. Airbnb aplikasiyasını yeni keşf etdiyimiz səyahətimiz idi. Elə qalacağımız yerləri onun vasitəsiylə seçmişdik. Yeri gəlmişkən məncə əla aplikasiyadır. Xülasə gəlib çatdıq Berlinə-Avtovağzala. Elə ilk düşən kimi bir azərbayccanlı görüb yerli kimi salamlaşdıq  Xəritəmizi açdıq və avtovağzaldan qalacağımız yerə yarımsaatlıq məsafəni necə və hardan gedəcəyimizə baxdıq. Yaxınlıqda dəmiryolu stansiyası var idi.. Elə ən yaxşı variant da qatar olduğu üçün fikirləşmədik və stansiyaya girdik. Hardan hansı qatarın hara getdiyini dəqiqləşdirmək çətindir çünki ilk gün üçün Almaniyada dəmiryolu şəbəkəsi olduqca qarışıqdır. Stanisyada dəmiryolu xəritəsindən gedəcəyimiz dayanacağın adını axtarırdıq. Kənardan çiynində turist sumkası ilə transport xəttinə bələd olmadığımız görünmüş olmalıdır ki, biri bizə yaxınlaşdı və həddindən artıq səmimiyyətlə hara getməli olduğumuz soruşdu və çox rahatlıqla hansı qatara minməli olduğumuzu deyib böyük gülümsəmə ilə yanımızdan ayrıldı. Adam gəlib bizə yol göstərənə qədərki vaxtda xəritədə təxmini hardan gedəcəyimizi aşkarlamışdıq. Amma adamın bizə dediyi istiqamət tamamilə fərqli idi. Yoldaşım dedi ki içimdəki mükəmməl yön hissim bizim haqlı olduğumuzu, adamın mənasız səmimi olduğunu və bizi aldatdığını, yanlış istiqamətləndirdiyini deyir. 1-2 dəqiqəlik diskussiyadan sonra öz seçdiyimiz qatara mindik.. Adam bizə səhv yol göstərmişdi. İndiyə kimi hələ də başa düşməmişəm adamın məqsədi nə idi. Bu arada gedəcəyimiz yer üçün 2 qatar dəyişməli idik. Nə isə nəhayət gəldik çatdıq lazım olan stansiyaya. Sən demə burdan qalacağımız hostelə 15 dəqiqəlik yerimə məsafəsi var. Bu 15 dəqiqəlik məsafəni unutmayaq hərşey bunla başlayacaq  Avqusta görə hava olduqca " sərin " idi.Qaldığımız otaq iki nəfərlik idi.Amma otaq haqqında danışmaq istəmirəm.Yadıma düşdükcə stres keçirirəm  Onu deyə bilərəm ki o "sərin " havada çöldə yatsaq daha isti olardı 3 gün Berlində olduq. Olduqca gözəl şəhərdir. Berlinerdoma aşiq oldum. Möhtəşəm idi. Amma Berlin haqqında yazmayacağam. bu haqda bundan əvvəl yazmışdım .Həmçinin çoxları olub və haqqında məndən də yaxşı yazmış olarlar. Berlindən sonrakı gedəcəyimiz şəhər Hamburg idi. Biletimiz səhər saat 8 ya da 9a idi tam yadımda deyil. Həmin avtovağzala gedəcəkdik. Axşamdan 30-40 dəqiqə tez çatsaq rahat olar deyərək çıxmaq saatımızı dəqiqləşdirdik. Həm yerimə məsafəsinin 15 dəqiqə olmağını hesablamadıq həm də baş verən hadisənin ola biləcəyini  Səhər rahatca stansiyamıza gəldik. (Bu arada Berlində stansiyalar olduqca maraqlı idi. Bir neçəsi mənə Harry Potter filmindəki stansiyanı xatırlatdı.) Çatan kimi qatar gəldi gözləmədiyimiz üçün çox sevindik çünki qatarlar 10 dəqiqə arayla gəlir. Mindikdən 2 dəq sonra yoldaşımın üzündəki şok və həyəcanla mənə baxıb " bilet almadıq " deməsiylə sevinc filan qalmadı . Almadığımız yadımıza düşməzdi əgər hər iki tərəfdən gələn bilet yoxlayanları görməsəydik. İçəridə bilet almaq üçün avtomat da yoxdur. Olsa belə böyük ehtimalla bağlamış olurlar. Fikirləşdim aradan astaca arxaya keçək ama hara belimizdə dağ boyda sumkalarımızla birinci biz görünürük  Dedim iki ayrı istiqamətə gedək. Çətini birini tutana qədərdir sonra heçkimi yoxlamırlar. Yoldaşım deyir yox e yox qanunu çeynəmişəm ödəməliyəm. Beni bırak sen git :) Gördüm tərpənmir sakitcə bəxtdən adamlar görmədən keçdim arxa qapıya .Və bu sırada uzaqdan adamların yoldaşımı necə əhatəyə aldığını müşahidə edirəm:) Tez tərpənmiş oldum. İki nəfərin cərimələnməsindənsə bir nəfəri qurban verməli olduq  Cəriməsi səhv etmirəmsə 60 ya da 80 euro idi. Kefimizi pozmamağa çalışırıq çünki qarşıda hələ gəziləcək yerlər və 20 günümüz var. Qatardan düşdük və ikinci qatara minməliyik. Eyni hadisəni yaşamamaq üçün bilet alaq dedik. Konsert indi başlayacaq. Bilet avtomatlari işləmir ya səhər olduğu üçün idi ya da başqa səbəbdən idi. Tapdıqlarımız da kartla işləmir və yalnız qəpik pul götürür. Üstümüzdə də kifayət qədər qəpik yoxdur. Avtobusun çıxmağına yarım saat qalır. Gedəcəyimiz stansiya sayısı 12 . Birtəhər bilet alıb mindik qatara. Hər stansiyaya 2 dəqiqəyə çatsa 6 dəq qalır. Avtovağzalla dəmiryolu stansiyası arasındakı məsafə 400-500 metrdir. Plan sadədir: düşən kimi qaçmaq  Amma nə deyib Jhon Lennon həyat sən planlar qurarkən başına gələnlərdir. Nəisə biz stansiyamıza çatanda artıq 2 dəq qalmışdı. Qatar dayanan kimi özümüzü sürətlə çölə atdıq və belimizdəki ağır sumka ilə həyatımızım qaçışını gerçəkləçdirdik. Elə qaçaraq yolu keçəndə bir flixbus gördük ki avtovağzaldan çıxır çox doğma göründü. Ama hələ1 dəqiqəmiz var idi. Gəldik çatdıq ki avtobus yoxdur. Çıxan elə bizimki imiş. Daha nə etmək olar deyib 2-3 qat bahasın yarım saat sonra gedən avtobusa biletimizi alıb Hamburga yola düşdük. Sözümün canı həqiqətən ucuz olsun deyə etdiyimiz şeylər əksərən əlimizdə partlayır  Postda da deyildiyi kimi astarı üzündən baha çıxır. Hələ növbəti postumda Almaniyadan İtaliya yenə qənaət edək deyerəkdən aldığımız bilet və hava limanına hansı zülümlərlə getməyimizdən və eyni minvalla İtalyadaki macəradan danışacam. Ancaq bunlar hamısı bizə təcrübə oldu artıq daha ağılla qərarlar verərək səyahət edirik.Uzun post oldu bilirəm. Ümid edirəm oxumaq maraqlı olar. Bol səyahətli günlər dostlar Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nurlana Ibrahimli      

948 dəfə oxunub

Bir çayın hekayəsi - Səyahət əhvalatları

Günəşli bir noyabr günü səhər 7 də Bakıdan yola çıxdıq. Ölkənin Naxçıvan xaric getmədiyim təkcə bölgəsi var idi, Quba-Qusar tərəf. Bu dəfəki səfərimin bu istiqamətdə olmasının yanı sıra öncəki səfərdə tanıdığım bəzi yol yoldaşlarımın da yenə mənimlə olması həyəcanı qat-qat artırmışdı. Səfərin maraqlı keçməsi üçün yol yoldaşlarınızla söhbətinizin tutması vacibdir. Təbiətə olan yanaşmalar, eyni mənzərəyə olan fərqli baxışlar sizə bu anları daha yaxşı xatırlamanıza yardım edir. Yol boyu Toğrul və İlahə ilə gəzintidən tutmuş, siyasətə qədər bir çox mövzuda müzakirələrimiz oldu. 3 saat sonra artıq Qusarın Laza(Latsar) kəndində idik.Kənddə olan seyrək evlər, uşaqların qayğısızca oynamaları, sıldırım dağlar, donmaqda olan şəlalələr, otların quruması ilə bozarmış təpələri xeyli izlədik. Bir az daha ətrafı gözdən keçirib, bütün komandanın hazırlığına əmin olandan sonra üzü Qızılqaya massivi tərəfə yola çıxdıq. Burda artıq şəlalələrin bir hissəsi donmuşdu. Artıq günəş tez-tez buludların arxasında yox olurdu. Bakı şəraitinə uyğun olaraq, çox adam adicə su götürmüşdü. Ancaq havanın bizə hazırladığı sürprizlərdə xəbərsiz idik. Nəhayət yaylağa qalxdıq, burda artıq qış idi, qar, güclü külək və soyuq hava hamını qalın geyinməyə məcbur etdi. Yemək fasiləsində artıq hər kəs çay axtarırdı. Təkcə Toğrulda çay var idi. Bu da bildiyimiz standart qara çay yox, adəti üzrə Toğrulun dəmlədiyi yabanı bitki çayı idi. Bəziləri sadəcə qaynar su içdi, mən isə dağ başında belə hədiyyəyə yox deyəcək halda deyildim.Bu çaydan sonra bir balaca özümüzə gəlib, kiçik bir qrupla növbəti marşurut üzrə yola davam elədik. Ümumi qrupda yeni başlayanlar və yavaş gəzənlər olduğu üçün onlardan ayrılmalı olduq. Bunun üçün gəldiyimiz yolu geri qayıtdıq, və kəndin içinə girdik. Əhalinin az olması, son illərə qədər davam etmiş yolsuzluq problemi həll olunsa da, diqqətdən kənarda qalması hər halından hiss olunurdu. Kəndin içində uşaqlardan başqa heç kimi görmədik. Böyüklər yəgin hərəsi öz işində idi. Kuzun yolundakı şəlalədə dayandıq. Burda artıq şəlalənin yanına getmək biraz qəlizdir. Bunun üçün öncə çayı keçmək lazımdır. Axşama az qalırdı, biraz nəfəsimizi dərib gəldiyimiz yerə kəndə qayıtdıq. Kəndə tərəf isə möhtəşəm duman gəlirdi.“Bəs hanı çay, onun hekayəsi hardadır bəs?” dediyinizi hiss edirəm. Hekayədəki çayın nə qədər arzulanan olduğunu çatdırmaq üçün səfər haqqında məlumat verməyin vacib olduğunu düşündüm. Kəndə çatanda artıq xeyli yorğun və susuz idik. Yol boyu həm danışıb, həm də cibimizdə sumkamızda nə varsa yemişdik. Su doldurmaq üçün, darvazalardan birini döydük, ilk suyu doldurandan sonra ev sahibəsi qrup halında olduğumuzu gördü, bizə çay təklif elədi. Nəzakət xətrinə yox desək də, içimizdə kəpənəklər uçuşurdu. Ancaq qonaqpərvər ev sahibəsi bu yoxa məhəl qoymadan çaydanı gətirib həyətə qoydu. Evə dəvət eləsə də, tez geməli olduğumuzu bəhanə edib, yuxarı qalxmadıq. Qrup üzvlərinin üzündəki uşaqca, məsum sevinci görməmək mümkünsüz idi. Kim sumkasında çayın yanına qoyula biləcək nə vardısa hamısını qoydu ortaya. Bir tərəfdə, bizim necə sevincək çay içdiyimizi izləyən, öz hərəkətindən həddindən ziyadə məmnun olan Xanpəri xala, digər tərəfdə çaydan və sonradan gələn samovara baxıb həvəslənən, sevinən biz. Bu cür qəribə hisslər və ab-hava içində çayın dadını çıxararkən, arxadakı qrup da gəlib bizə çatdı. Onlar da elə göydən düşmə kimi yanaşdılar çaya. Ancaq onların bizimki qədər çox vaxtları yox idi. Biz xeyli yorğunluğumuzu almışdıq. Əlsində sevindiyimizdən yorğunluq yaddan çıxmışdı. Sağollaşarkən hamımızı qucaqlayan Xanpəri xala yeni tanıdığı ömrünün axırına qədər ona minnətdar olacaq gənclərə sevinc-kədər qarışıq hisslərlə baxırdı. Bilmirdi etdiyi yaxşılığa görə sevinsin, yoxsa onun tez bitməsinə kədərlənsin. Həmin gün ora bir daha gələcəyimə söz verdim. Ancaq hələki gedə bilməmişəm. Yuxarıdakı şəkillərdən sonra Xanpəri xala ilə şəklimiz olar deyə düşünmüsünüz bəlkə də, qaranlıq olduğu üçün çəkilən şəkillərdə heç nə görünmür.Kənardan baxanda Azərbaycan üçün tipik bir qonaqpərvərlik nümunəsi ola bilər. Ancaq bir çayzadə olaraq həyatımda içdiyim ən ləzzətli çayı orda içdim. Həyatımızda hadisələri yadda qalan edən ona yüklədiyimiz mənalardır. Mən o çayı gün boyu arzuladıqdan sonra günün sonunda şükranlıq içində içdim. Hər qurtumunu hiss edərək, soyuq noyabr günündə dağ kəndində çayın içimi necə isitdiyini hiss edərək, bunun üçün təşəkkür edərək içdim. Bu yaşıma qədər çox olmasa xeyli yerdə gəzdim, fərqli insan və yerlərlə rastlaşdım. Günü bu gün də o səfəri, o çayı xatırlayarkən içimdə bir minnətdarlıq hiss edirəm. Kənddən çıxanda artıq yağış başlamışdı. Çayın verdiyi istilik, günün yorğunluğu maşında mürgüləmək üçün əla bəhanədir. Amma tanıdığınız adamlarla birlikdə olanda bu heç də uzun çəkmir. Söhbət üçün kimsə sizi qaldıracaq. Adi bir səfər ola biləcək günü, xüsusi insanlar sayəsində həyatımın gözəl bir anına çevirdim. Həyatınıza müsbət izlər qoyacaq insanlarla qarşılaşmanız diləyi ilə...Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Murad Akifsoy

1811 dəfə oxunub

Səyahət əhvalatları - Uçuşa gecikmə təlaşı

Sizlərə ilk dəfə ölkə xaricinə yol sərgüzəştimdən danışım..Xarici ölkə dediyim siz "Gəzəyənlər" (bəziləri )üçün "Sahil", "İçəri Şəhər" anlayışı ifadə etsə də mənim üçünsə Tüüürkiyə idi???? Əlbəttə ki, təcrübəsiz biri olduğum üçün tək getmirdim qohum+qohumun tanışı.. O da sağ olsun əmanət olduğum üçün orda göz açıb yummağa imkan verməmişdi,şükür ki, 3saatlıq birlikdəliyimiz olub...Nə isə bu tanış xala orda 1həftə qalacaq deyə özünə yemək də aparırdı...Allah canın sağ eləmiş axşamdan kotlet bişirib necə qaba qoymuşdusa + (əl çantasında götürüb)2saat yarım yeməyin iyindən (Allaha ağır getməsin dilinə kotlet vurmayan birindən söhbət gedir) birtəhər olmuşdum...İndiyə qədər də o iyə görə yenə də kotlet yemirəm????????‍♀️...Söhbət hardasa 2014dən gedir..Amma dünyanın ən xoşbəxti idim,çünki ilk dəfə təyyarəyə minmişdim + hava o qədər gözəl idi ki, buludların möhtəşəmliyi kəlmələrlə ifadə oluna bilməz, bir sözlə özümü mələk hesab edirdim.. Hələ-hələ təyyarə qalxanda qəribə bir hiss sanki ürəyin yerindən çıxır, və yenidən qayıdır????amma həyəcan, qorxudan yox, sevincdən...☺️İllər keçdi ....Yüksəkliyin,gözəlliyin dadı bu qızın damağından getmədi...Vəə ,nəhayət, ikinci səyahətinə hazırlaşır...Bu məsələ də belə olub.Atam çaşıb demişdi ki, gələn dəfə pulunu yığıb gedərsən, day düşünməmişdi ki, bu sözləri ciddiyə alacam???? Nə isə...Yol pulunun 20 qəpik olan vaxtı bu qız sadəcə dərsə gedib, qayıdır..O dərəcə ki, anam deyir," Tələbəsən, bu günlər bir də qayıtmayacaq ,get, yoldaşlarınla görüş, yadda qalan vaxt keçir...Elə hər gün səhər gedib 2də evdəsən???? Belə tələbəlik olar?".Hətta metroya qədər olan yolu da avtobusa minmirdim ki, pul yığıram????Günə 40 qəpik xərcləyirdim...Nə gəzinti, nə rəfiqə, nə kafe, nə restoran, nə təzə bir şey almaq ....Heç nə???????? aylar keçib qəşəng pulu yığmışam...Manatın hörmətli vaxtlarından gedir söhbət???? Gəlib çatdıq əsas məsələyə... Qoymurlar ki , tək gedəm... "Azərbaycan mentaliteti" axı 2saatlıq yolda başıma nəsə gələr, halbuki burdan yola salınıb orda qarşılanıram... Olmaz ki, olmaz...Birtəhər oldum deməkdən ki, ay başınıza dönüm, mən öləsi olsam ,Bakıda da evin içində ölə bilərəm, yəni qorumaqla deyil...Çooox uzun sürən siyasi, iqtisadi , sosial, fiziki, psixoloji, mənəvi söhbətlərdən sonra güc bəla ilə icazə aldım... Sağ olsun "xalxın" qızları ki, onları misal çəkmişdim????Əslində məsələ başqa ölkəyə getmək arzusu deyil, açığını deyim, məsələ o təyyarəyə minmək istəyi idi ..Bu dəfə bəxtim gətirmədi, gediş bileti axşam alınmışdı deyə pəncərə tərəfdə otursam belə gördüyüm təyyarənin qanadında olan işıqlar oldu ????Gələk faciəli dönüş gününə... Uçuş səhər saat 7də olacaq.. Xanım saat 5də evdən çıxıb.. Yükü də o qədər ağırdı ki???? (konkret görməmiş)..Bir il özünə heçnə almayan biri söz vermişdi ki, son qəpiyinə qədər xərcləyəcək. 4sezonluq alış-veriş edib... Tək ayaqqabı 9 cüt idi???? əlbəttə ki, ağlına da gəlmiyib ki, yük ağır olanda pul ödəməlidir.Deyirdim nolacaq 5-10manat pul tutar da ..əlavə 25+ kq yükümə alınan pulun acısını o ayaqqabılardan çıxdım????... Bel çantam da 10 kq özümü o yerə qoymuram ki, bu saat bunu da alıb çəkəcəklər... ????Nə isə qeydiyyata çatanda gördüm ki, məndən əvvəl 70+ nəfər var bu surətlə getsək vəziyyət gül olacaq...Şükür əvvəldə gözləyən bir sərnişinin uçuşuna 10 dəq qalmışdı deyə, qırğın elədi ki, "uçağı kaçırıram " yavaş işləyirsiz+ bütün güvənliyi tökdü ora ,aləm dəydi 1-1nə ..Buna pis olurammi? Əlbəttə ,yox, xeyirimə idi...Əks halda o uçağı mən qaçıracaqdım+ görüb görəcəyim son təyyarə olacaqdı ki, buna görə səni tək qoymurduq...Allah razı olmuşun sayəsində iş bir az sürətləndi, birtəhər qeydiyyatdan keçdim uçuşa qalıb 20 dəq.. Axtara-axtara da getdim gözləmə yerimə.. Sevinirəm ki, 15 dəqiqəm var..Hər şey əla.. Biletdə göstərilən yer, nömrə,mən ,amma məndən başqa heç kim yox????Yenə də sevinirəm ki, gör e tez gəlmişəm, fəxr eləyirəm özümlə ki ,birinciyəm... Bir az gözlədim gördüm yox ,nəsə anormallıq var, heç kim gəlmir, qoy bir adamdan soruşum...Nəhayət məlum oldu ki, bizlərin təyyarəyə minmə yeri dəyişib.. 10 dəqiqə vaxtım var+ 10kq çanta + əlimdə də yeməli şeylər... Məsafəni özünüz bilirsiz Atatürk Hava Limanı ... Sanki 1ci yerdəydimsə 80-ci gözləmə yerinə getməliyəm.... Zülmlə, ölə -ölə ,qorxu ,həyəcanla+ ağır yüklə qaçmışam ki, bu dəfə ,Nərmin ,ölümündü... Həqiqətən,minə bilmədinsə, evdəkilərin dilindən qurtara bilməyəsən???? Şükür Allaha , ən birinci mənəm deyə sevindiyim təyyarəyə ən sonuncu mindimm..Gözümə nə bulud görsənir, nə mələk olmaq...+ hamıdan gec qeydiyyatdan keçdiyim üçün gəldim düşdüm orta yerə... Dörd bir tərəfim ərəb uşaqları... Susmurlar????????‍♀️.. Xahiş edərək, yerimi dəyişib 2li boş yerə keçdim+ üstümü örtüb sanki Baku busda gəlirmiş kimi yatıb çatdım Bakıya....və söz verdim bir də qismət olarsa harasa gedərəmsə, özümə bir qara çöp də almayacam.. Səyahətin dadını çıxaracamm.. Bugünə qədər də deyirəm bu camaat niyə 4saat əvvəldən gedir axı hava limanına????Deməli, bildikləri bir şey varmış... Məndə hər şeyin ilki belə olur, amma dəyişməyən tək şey Təyyarə sevgisi... Gedəcəyim məkan,ölkə çox da önəmli deyil, o yüksəklikdə olmaq başqa bir xoşbəxtlik????Vəə ,əziz Gəzəyənlər,Sizlərə də tezliklə bu çətin müddətdən çıxıb yeni səyahətlər arzulayıram???? Sizlərin paylaşımın oxumaq gedib gəzmək qədər olmasa da, maraqlıdır????Səbriniz çatıb sona qədər oxuduzsa ,minnətdaram... Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nermin Muradlı

1420 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!